Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 12:49

NİDA-çı gənclərin azadlığı üçün fəal vətəndaşlardan dəstək istənir


Nida-çı gənclərin validenlərinin aclıq aksiyası. 21 aprel 2014
Nida-çı gənclərin validenlərinin aclıq aksiyası. 21 aprel 2014
-
Müsavat Gənclər Təşkilatı vətəndaş cəmiyyəti fəallarını NİDA Vətəndaş Hərəkatı üzvlərinin azadlığa buraxılması üçün birləşməyə çağırır. Aprelin 21-də keçirdiyi mətbuat konfransında Musavatçı gənclərin rəhbəri Əhliman Abbas deyib ki, qanunsuzluqların qarşısında dayana bilmək üçün fəal vətəndaşlar birləşməlidirlər: “Bu gənclər Azərbaycanın gələcəyidir. Ziyalılara, alimlərə, siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına müraciət edirik ki, qanunsuzluqların qarşısında durmaq üçün vahid mərkəzdə birləşsinlər”.

NİDA-nın İdarə Heyətinin üzvü Turqut Qəmbər də həbsdə olan gənclərin azadlığı üçün mübarizəyə səsləyib: “Amnesty İnternational” beynəlxalq təşkilatının səhifəsində NİDA-çı gənclərin azad edilməsi ilə bağlı petisiya yaradılıb. Hər kəsi həmin imza kampaniyasına qoşulmağa çağırıram”.

NİDA-nın 8 üzvü aprelin 17-dən aclıq aksiyasına başlayıb. Onlar dövlət ittihamçısının haqlarında 6 il yarımdan 8 il yarıma qədər cəza tələb etməsinə etiraz edirlər.

Aprelin 20-dən gənclərin valideynləri də onların azad olunması tələbi ilə aclıq aksiyası keçirir.
XS
SM
MD
LG