Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:20

Ukrayna rəhbəri separatçılara qarşı yeni "anti-terror əməliyyatı"na çağırır


Oleksandr Turchynov
Oleksandr Turchynov
-

Ukrayna prezidenti səlahiyyətlərini icra edən Oleksandr Turchynov hüquq-mühafizə orqanlarını ölkənin şərqindəki separatçılara qarşı yeni "anti-terror əməliyyatı" keçirməyə çağırıb.

Turchynov bəyanatında bildirib ki, rusiyameylli separatçıların nəzarətində olan Slovyansk şəhərində aprelin 22-də iki meyit tapılıb. Onlardan biri onun "Batkivshchyna" Partiyasının üzvü Volodymyr Rybak-dır.

Turchynov deyib ki, "bu cinayətlər Rusiyanın xeyir-duası ilə baş verir".

Horlivka-da bələdiyyə üzvü olan Rybak keçən həftə naməlum şəxslər tərəfindən oğurlanıb.

Ukrayna təhlükəsizlik qüvvələrinin ilk "anti-terror əməliyyatı" yetərincə effektiv olmayıb və hazırda 10 şəhər separatçıların nəzarətindədir.
XS
SM
MD
LG