Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:01

Həsən Hüseynliyə qarşı yeni ittiham irəli sürülüb


Həsən Hüseynli
Həsən Hüseynli
«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə qarşı yeni ittiham irəli sürülüb.

Bu haqda AzadlıqRadiosuna vəkili Əlayif Həsənov məlumat verib.

«Gəncə Baş Polis İdarəsində dindirmədə iştirak etmişik. Dindirmədən sonra ona ittiham olunduğu 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddədən əlavə 228.4 (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürüldü. Həmin ittihama görə, onun istifadəsində olan bıçaq qanunsuz soyuq silah hesab edildiyinə görə, həmin silaha görə də ona əlavə ittiham verildi. Nəinki bu ittiham, ümumiyyətlə Həsən Hüseynliyə qarşı irəli sürülən cinayət işi saxta cinayət işidir. İnsan tanımadığı adamla rastlaşır, heç bir səbəb olmadan çiyini ilə ona toxunur, onu itələyir, qərəzli xuliqanlıq törədir. Şahidlərin də hamısı əvvəllər polis işçiləri ilə müəyyən əlaqədə olan adamlardır. Onlar ətrafda olurlar, bu hadisəni görürlər və belə bir cinayət işi peyda olur».
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Həsən Hüseynli dindirmədə bir daha özünü təqsirli saymadığını bildirib.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli Gəncə sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirməkdə ittiham olunur. O, martın 31-də Gəncədə tutulmuşdu. Aprelin 2-də polis nəzarətinə verilməklə azadlığa buraxılıb.
Aprelin 28-də Həsən Hüseynlinin qanunsuz saxlanması ilə bağlı Gəncənin Nizami Rayon Məhkəməsində müdafiə tərəfinin şikayətinə baxılacaq.
XS
SM
MD
LG