Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:05

Həbsdə olan vəkil Qurban Məmmədov NİDA-çıları aclığı dayandırmağa çağırır


Qurban Məmmədov
Qurban Məmmədov
-
Həbsdə olan vəkil Qurban Məmmədov aclıq aksiyası keçirən NİDA-çılara müraciət edib.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Qurban Məmmədov həbsdə olan 8 NİDA-çının məhkəməyə etiraz olaraq aclıq aksiyasına başlaması xəbərindən sarsıldığını bildirir:

«Bu mübarizə metodu sivil, mədəni və qanunun ali olduğu, eləcə də insana dəyər verilən cəmiyyətlər üçün keçərlidir. Vaxt gələcək Azərbaycanda «8 kişi adam» adlı çoxseriyalı bir film çəkiləcək. Bu günə qədər apardığınız şərəfli və qəhrəman mübarizəniz, nümunəvi əxlaqınız, müasir dünyagörüşünüz, yüksək vətəndaşlıq məsuliyyətinizlə, o filmin baş qəhrəmanı sizlər olacaqsınız».

Qurban Məmmədov öz müraciətində həmçinin gənclərdən aclığı dərhal dayandırmağı xahiş edir:

«Milləti aclığa düçar etməklə onu fiziki məhvə məhkum etmək bu hakimiyyətin əsas məqsədlərindən biridir. İndiki şəraitdə «aclıq»ı mübarizə üsulu seçmək, elə bunu istəyən rejimin özünə yardım etmək kimi bir şeydir. Kimin nə deyib, nə etməsindən asılı olmayaraq, Azərbaycanın gələcəyi gənclərə məxsusdur və onların istəyi üzərində formalaşacaq. Sizləri bu gəncliyin avanqardı kimi salamlamaqdan qürur duyur və apardığınız şərəfli mübarizədə uğurlar diləyirəm».

Qurban Məmmədov ötən il yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcburetmə ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

O, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu iddia edir.
XS
SM
MD
LG