Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Güllə ilə vurulan Xarkov meri ağır vəziyyətdədir


Hennady Kernes
Hennady Kernes
Ukraynanın Xarkov şəhərinin meri Hennadiy Kernes güllə ilə vurulub və ağır vəziyyətdədir.
Merin mətbaut xidmətinin məlumatına görə, onu naməlum şəxs yaralayıb.

Məlumata görə, 54 yaşlı Kernes Xarkov xəstəxanasında əməliyyat olunub və həkimlər onun həyatı uğrunda mübarizə aparır.

Xarkov Ukraynanın Kiyevdən sonra ən böyük şəhəridir. Rusiyapərəst qüvvələr burda hökumət binlarını tutmuşdu, sonradan təhlükəsizlik qüvvələri və polis onları binalardan çıxartdı.

Kernes əvvəlcə rusiyapərəst mövqedə dururdu, ancaq sonra Qərpərəst mövqeyə keçdi.
XS
SM
MD
LG