Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:55

Vaxtilə Almaniya, Fransa və Belçikaya buğda satan Azərbaycan indi…


Vaxtilə Almaniya, Fransa və Belçikaya buğda satan Azərbaycan indi…
Gözlə

No media source currently available

0:00 0:05:43 0:00

-

«Azərbaycana Qazaxıstandan, Braziliyadan buğda gətirilir. Biz müharibə şəraitində yaşayan ölkəyik. Sabah sərhədlər bağlansa necə olacaq?».


Deputat Vahid Əhmədov belə deyir və Azərbaycanın ildən-ilə idxaldan daha çox asılı olmasından narahatlığını bildirir.

Azərbaycanda istehlak olunan buğdanın az qala yarısı xaricdən gətirilir. Ərzaq təhlükəsizliyi alyansının apardığı araşdırmaya görə, Azərbaycan əsas qida məhsulları üzrə idxaldan asılı durumdadır.

Cədvəl-1: Əsas ərzaq məhsullarının idxaldan asılılıq səviyyəsi

Şəkər

97 faiz

Düyü

88 faiz

Kərə yağı

70 faiz

Bitki yağı

58 faiz

Buğda

43 faiz

Çay

35 faiz

Balıq

27 faiz


AZƏRBAYCAN 2050-Cİ İLDƏ ACLIQLA ÜZLƏŞƏ BİLƏR?

«Forbes» jurnalının yazdığına görə, Azərbaycan Əfqanıstan və Qvatemaladan sonra Qazaxıstandan buğda alan ölkələr sırasında 3-cü yeri tutur. Ərzaq təhlükəsizliyi alyansının əlaqələndiricisi Nizami Qarayev bir incə məqama diqqət çəkir. Demə, Azərbaycan 1840-cı ildə Almaniya, Belçika və Fransaya buğda satırmış. Bəs necə olub ki, indi özü xaricdən buğda alan ölkəyə çevrilib?

Nizami Qarayev səsləndirdiyi sualı cavablamaq üçün azuqə təhlükəsizliyi baxımından ölkənin durumunu gözdən keçirir.

Özünü keyfiyyətli və gərəkli gündəlik qida rasionu ilə təmin edən ölkələr ərzaq riski daşımayan ölkələrdir. Nizami Qarayevin araşdırmalarına görə, zəruri addımlar atılmasa, Azərbaycan aclıq təhlükəsi ilə üzləşə bilər:

Gözlə

No media source currently available

0:00 0:08:27 0:00
Direct-ə keçid

«Azərbaycanda məhsuldarlıq azalır. Ölkədə əkinə yararlı sahələr də azalmaqdadır və quraqlıq təhlükəsi də var. İdxaldan asılılıq ilbəil artır. Bütün bunlar ərzaq təhlükəsizliyini risk altına atan faktorlardır. Qida və ərzaq təhlükəsizliyi üzrə beynəlxalq araşdırmalara görə, Azərbaycan 2050-ci ildə aclığın yayıldığı coğrafi zonaya düşür».

Nizami Qarayev
Nizami Qarayev


​Hər bir insan gün ərzində 2 min 600 kilokalori (k/kal) qəbul etməlidir. Gündəlik 1800 k/kal – aclıq, 1000 k\kal real aclıq sayılır.

Dünyada 852 milyon insan aclıqdan əziyyət çəkir. Son 10 ildə bu göstərici 18 milyon nəfər artıb. Azlığın ən çox yayıldığı qitə Afrikadır. Dünyada bir milyard 200 milyon adam günboyu cəmi 1 dollara yaşayır.

AZƏRBAYCANDA KİM NƏ YEYİR?


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyi normalara görə, zülalın adambaşına sutkalıq istehlakı 100 qram olduğu halda, Azərbaycanda 75.4 qramdır. Azərbaycanlılar bir günə 72.8 qram yağ, 460.5 qram karbohidrat tükədirlər. ÜST-nin normasında uyğun göstəricilər 75 və 425 qramdır.

Nizami Qarayev Azərbaycanda əsas ərzaq məhsullarının istehlak normalarını digər ölkələrlə müqayisə edir. Gəldiyi qənaət belədir ki, Azərbaycanda adambaşına istehlak baxımından bir çox ölkədən geri qalır.

Cədvəl-2: Əsas ərzaq məhsullarının fizioloji və istehlak normalarının müqayisəsi

Əsas ərzaq məhsullarıMüxtəlif normalar, adambaşına ildə kq-la
Keçmiş SSRİ normalarıÜSTRusiyanın Səhiyyə NazirliyiAzərbaycan istehlak səbəti

Ət

867070-7527.8

Ağartı

404360320-340209.2

Meyvə və giləmeyvə

107120.595-105133.8

Çörək məmulatları

718090-10047

Tərəvəz, bostan məhsulları

145140120-14096.1

Kartof

117120.595-10044.2

Balıq və balıq məhsulları

23.78.318-225

Yumurta (ədədlə)

298243260139

Şəkər və qənnadı

40.736.524-2816.9

MƏHSULDARLIQ AZALIR?

Ərzaq təhlükəsizliyi bir neçə element əsasında müəyyənləşdirilir. Bu elementlər sırasına keyfiyyətli ərzağın olması, ona iqtisadi və fiziki cəhətdən əlçatımlılıq, dayanıqlılıq, müstəqil təminat daxildir.

Nizami Qarayev sadalanan elementlər üzrə Azərbaycanın qida və ərzaq təhlükəsizliyini təhlil edib. Məlum olub ki, əkin sahələrinin, kredit təminatının və gübrələrdən istifadənin yetərsizliyi kənd təsərrüfatında məhsuldarlığı aşağı salan əsas amillərdir. Azərbaycanda məhsuldarlıq Avropadakından orta hesabla, azı, 2 dəfə aşağıdır. Məsələn, Avropada pomidorun məhsuldarlığı hər hektara 70-90 ton olduğu halda, Azərbaycanda bu göstərici 25-30 ton civarını aşmır.

Cədvəl-3: Məhsuldarlıq göstəricilərinin müqayisəsi

BitkilərAvropadaAzərbaycanda

Pomidor

70-9025-30

Kartof

55-6018-20

Xiyar

45-5525-30

Soğan

5525-27

Kələm

85-9030-35

Pomidor (istixanada)

340-400250

Xiyar (istixanada)

200-25080-120

Nizami Qarayev Azərbaycanda aşağı məhsuldarlığın başlıca olaraq toxum və gübrə təminatının azlığından, eləcə də istifadə olunan toxum və gübrələrin keyfiyyətsizliyindən qaynaqlandığına əmindir.

Xüsusi reportajlar - 29 aprel 2014

Canlı müzakirə

O, Azərbaycana gətirilən gübrələrin məhsulu daha tez böyüdüb-yetişdirdiyini deyir:

«Avropada bir hektar buğda sahəsindən 50 ton məhsul götürüldüyü halda Azərbaycanda bu göstərici 26 tondur. Aşağı məhsuldarlıq təkcə buğdada deyil. Digər məhsullarda da vəziyyət bənzərdir. Bunun qarşısını almaq üçün ilk növbədə keyfiyyətli toxum və gübrələrdən istifadə tövsiyə olunur».


Cədvəl-4: Azərbaycanda toxuma tələbat və təchizat səviyyəsi – məhsuldarlıq göstəricisinə görə, proqnozlaşdırılan itki:

MəhsullarMəhsuldarlıq, s/haFərq s/haMövcud qiymət, ton/manƏkin sahəsi
min.ha
Mövcud əkin sahəsinə görə itki
AvropadaAzərbaycandaMin.tonMin man.

Buğda

5026242609002160561 600

Kartof

60014945160065.629581 775 136

Soğan

40013126970013347242 907

Meyvə

12081391400239125 580

Şəkər çuğunduru

500151249497.61899 272.76

Mətbəx çuğunduru

4001342665000.365104 854.5

Kələm

90014675410006.6498497 640

Xiyar

60012747360014.7695417 186

Pomidor

40015424650025622311 190

İstixana tərəvəzi

70038731315001.44465 730
Cəmi:
4 011 496


AVROPANIN TƏLƏSİ?

«Oxfam» təşkilatının Regional Ərzaq Təhlükəsizliyi Proqramının rəhbəri Yulia Yevtushok-un fikrincə, ərzaq təhlükəsizliyi təkcə ərzaq təminatı deyil, həm də ərzağın müstəqilliyi məsələsidir:


«Yetişdirilən məhsul bazara uyğun olmalıdır. Fermer nə istehsal etdiyini özü müəyyənləşdirməli, məhsul istehsalına özü qərar verməlidir. Keçmiş sovet ölkələrində məhsuldarlıq həmişə aşağı olub. Ancaq bu o demək deyil ki, biz məhsuldarlıq dalınca qaçmalıyıq. Avropadakı məhsuldarlığa uyub onların tələsinə düşməməliyik. Avropa fermerləri çox əziyyət çəkirlər, çünki məhsuldarlığa daha çox fikir verirlər. Müştəriləri maarifləndirmək lazımdır.
Yulia Yevtushok
Yulia Yevtushok
Fermerlərin problemləri cəmiyyətə çatdırılmalıdır. Ümumdünya Ticarət Təşkilatına girəndə bir az ehtiyatlı olmaq lazımdır, çünki ölkə ucuz məhsullarla dolarsa, yerli istehsal sıradan çıxa bilər. Odur ki, bəri başdan yerli istehsalı stimullaşdırmaq lazımdır. Toxum məsələsi də vacibdir. Yaxşı olardı ki, bahasına keyfiyyətsiz toxum almaqdansa, ənənəvi üsullara keçək, ölkədə toxum istehsalını təmin edək».


Yulia Yevtushok bildirir ki, Avropa hazırda geni dəyişdirilmiş məhsullarla mübarizə aparır. Azərbaycan ÜTT-yə üzv olsa, geni dəyişmiş məhsulların ölkəyə gətirilməsini yasaqlaya bilməyəcək:


«Bu üzdən, Azərbaycan vaxt itirmədən kənd təsərrüfatını inkişaf etdirməlidir ki, öz tələbatını özü ödəsin və idxaldan asılılığı minimuma endirsin. Kənd təsərrüfatının inkişafına sərmayə yatırmaq vacibdir. Təbii ki, kənd təsərrüfatı sırf dövlət investisiyası ilə yanaşı, dövlətlə özəl sektorun əməkdaşlığı şəraitində də irəli aparılmalıdır».


FERMER ALDIĞI KREDİTƏ MAŞIN, YA DA EV ALIR?

Deputat Vahid Əhmədov bildirir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasa da, bu gün Azərbaycan bazarının az qala 60-70 faizi xaricdən gətirilmiş və geni dəyişmiş məhsullardır. Deputatın hesablamalarına görə, Azərbaycan fermer təsərrüfatının inkişafına ildə təxminən 500 milyon manat ayırır. Ancaq ayrılan vəsait təyinatı üzrə xərclənmir:

Gözlə

No media source currently available

0:00 0:03:12 0:00
Direct-ə keçid

«Bir fermerə kredit ayırarkən məlum olur ki, o, həmin kreditə bir mülk alıb. Eynən 90-cı illərdə özəlləşdirmədən sonra olduğu kimi. Bir zavod özəlləşdirildikdən bir müddət sonra sökülür. Yerində də ya şadlıq evi tikilir, ya da çoxmərtəbəli bina.
Vahid Əhmədov
Vahid Əhmədov
Buna görə də bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafında da Azərbaycanın ciddi problemləri var».


AZƏRBAYCANDA İXRACATIN 98 FAİZİ NEFT MƏHSULLARIDIR

Vahid Əhmədov Azərbaycanda qida və ərzaq təhlükəsizliyinin ciddi problem olaraq qaldığını bildirir və əlavə edir ki, dövlət başçısı bu problemin ciddiliyini nəzərə alaraq «Ərzaq və qida təhlükəsizliyinə» dair dövlət proqramını təsdiqləyib. Bundan başqa «2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» qəbul olunub. Bu proqramda 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmaq hədəf götürülüb. Nəzərdə tutulub ki, həmin ildə Azərbaycanda 2.8 milyon ton dənli bitki yetişdirilsin. Vahid Əhmədovun sözlərinə görə, qida təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ilk növbədə idxaldan asılılığı ən aza endirməlidir:


«Özünü 80 faiz ərzaqla təmin edə bilən dövlət təhlükəsiz sayılır, amma Azərbaycan idxaldan asılılığı azaltmaq əvəzinə, hər il artırır. Ölkə ixracatında neftdənkənar sektorun payı cəmi 2-3 faizdir. Bu, olduqca ciddi problemdir. Bunu nəzərə alan prezident İlham Əliyev «Ərzaq təhlükəsizliyi»nə dair ayrıca proqramı təsdiqləyib. Hökumət həmin proqram üzərində çalışır».


ÖLKƏDƏ KEYFİYYƏTSİZ MƏHSUL YETİŞDİRİLİR?

Azərbaycanda qida təminatı problemiylə yanaşı, yetişdirilən məhsulun keyfiyyəti də mübahisə doğurur. Ekspert Günel Məlikzadə buna iki misal göstərir. O deyir ki, Azərbaycanda istehsal olunan fındıq və nar şirələrinə Avropada yasaq qoyulub. Saxlanma şəraiti pozulan fındıq xərçəng törədə bilər. Nar şirəsinin tərkibində də orqanizm üçün təhlükəli sintetik boya, qatqılar aşkarlanıb. Belə laboratoriya analizlərinə söykənən avropalılar həmin məhsulları öz bazarlarına buraxmırlar. Günel Məlikzadənin sözlərinə görə, Azərbaycanda belə analizlərin aparılmaması o deməkdir ki, sadalanan ziyanlı məhsullar daxili bazarda satılır.

Günel Məlikzadə
Günel Məlikzadə

Azərbaycanda qida məhsullarının keyfiyyət standartlarına 6 müxtəlif qurum nəzarət edir. Bunlar – Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, İqtisadi və Sənaye nazirlikləri, eləcə də Gömrük və Standartlaşdırma və Metrologiya üzrə dövlət komitələridir. Günel Məlikzadə digər ölkələrlə müqayisədə Azərbaycanda qidanın keyfiyyətinə nəzarət edən qurumların pərakəndə durumuna da diqqət çəkir. Almaniyada bu işlərə ərzaq, kənd təsərrüfatı və istehlakçı hüquqlarını müdafiə nazirliyi, Belçikada - qida agentliyi, Estoniyada - kənd təsərrüfatı nazirliyi, İngiltərədə - qida standartları agentliyi dövlət səviyyəsində nəzarət edir.

AZƏRBAYCAN HƏLƏ DƏ «QOST»LARLA İŞLƏYİR

Günel Məlikzadənin fikrincə, Azərbaycanda qida keyfiyyətini risk altına salan bir amil də mövcud standartlardır:

Gözlə

No media source currently available

0:00 0:06:02 0:00
Direct-ə keçid

«Azərbaycanda qida keyfiyyətinə nəzarət etmək üçün «QOCT»lardan istifadə edilir. Son məhsula nəzarəti əsas götürən «QOST»lar yetərincə bürokratik və korrupsiyaya meyllidir. «QOST»lar əsasında işləyən laboratoriyalar müasir tələbləri ödəmir və həmin standartlar beynəlxalq bazarda tanınmır. Bu da öz növbəsində Azərbaycan məhsullarının dünya bazarına çıxışını əngəlləyir».


ÇIXIŞ YOLU NƏDİR?

Aclıq, quraqlıq, keyfiyyətsiz məhsul istehsalı, əkinə yararlı torpaq sahələrinin azalması, müharibə – bütün bunlar qida və təhlükəsizlik problemi yaradan əsas amillərdir. Aclıq yaradan amillərdən biri də əhali artımıdır. Hər il dünya əhalisinin sayı təxminən 90 milyon nəfər çoxalır. Bu, hər il bütünlükdə Türkiyə əhalisi qədər artım deməkdir. Dünyada 5 yaşlı uşaqların 1/3-i lazımınca qidalanmamaqdan əziyyət çəkir. Ümumilikdə inkişaf etməkdə olan ölkələrdə 815 milyon nəfər, keçid dövrü yaşayan ölkələrdə 28 milyon, inkişaf etmiş ölkələrdə 9 milyon nəfər acdır. Dünyada 852 milyon insan aclıqdan, 600 milyon insansa artıq çəkidən əziyyət çəkir.

«Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış» adlı konfransda bu nəticəyə gəlinib: Vaxt itirmədən kənd təsərrüfatı inkişaf etdirilərsə, əkinə yararlı torpaq sahələrinin sahəsi artırılarsa və yuxarıda sadalanan problemlər çözülərsə, Azərbaycanda aclıq təhlükəsi minimuma endirilə bilər. Əks halda yaxın 30 ildə ölkənin aclıq təhlükəsi yaşaması mümkündür.

XS
SM
MD
LG