Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:46

ABŞ Dövlət Departamentindən NİDA açıqlaması


-
ABŞ Dövlət Departamentinin aprelin 28-də keçirilən brifinqində NİDA-çıların məhkəməsi ilə bağlı suala da cavab verilib. Sözçü Jen Psaki deyib:

“Birləşmiş Ştatlar Azərbaycanı saxlanan NİDA fəallarının durumuna dair düzgün və ədalətli qərar verilməyə çağırır. Bakıdakı ABŞ səfirliyi və digər Qərb səfirlikləri prosesi yaxından izləyiblər. Birləşmiş Ştatlar ifadə və toplaşma, istənilən demokratiyanın əsasını təşkil edən dinc toplaşma azadlığını dəstəkləyir. Biz müxtəlif hallarda yüksək rütbəli Azərbaycan rəsmilərinə narahatlığımızı bildirmişik, təbii ki, istənilən fəalın, eləcə də onların ailələrinin səhhəti bizi ciddi narahat edir”.

İstintaqın iddiasına görə, NİDA-çı gənclər - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu,Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.

Daha sonra həbs olunan «Azad Gənclik» Təşkilatının üzvü (həbsindən sonra NİDA-ya üzv yazılıb) İlkin Rüstəmzadəyə də eyni ittihamlar irəli sürülüb. Əvvəl xuliqanlıqda ittiham olunan fəala qarşı sonradan kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG