Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Rauf Mirqədirovun işi ilə bağlı istintaqa çağırılanlar var


-
“Yeni Müsavat”ın siyasi şərhçisi Azər Rəşidoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb. Onun AzadlıqRadiosuna dediyinə görə, ona idarənin müstəntiqi Taleh Osmanov zəng edib.

“Müstəntiq məni mayın 1-i “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun işi üzrə şahid qismində ifadə verməyə dəvət etdi. Saat 15:00-da idarədə olmalıyam”.

Rauf Mirqədirovun işi ilə bağlı aprelin 30-da politoloq Zəfər Quliyev 3 saata yaxın ifadə verib. Onun AzadlıqRadiosuna dediyinə görə, suallar, əsasən, Rauf Mirqədirovla bağlı olub.

“Raufu necə, nə vaxtdan tanıdığımı, onun necə adam olduğunu soruşdular. Mən də ancaq onunla bağlı müsbət fikirlər dedim. Bundan sonra Leyla və Arif Yunuslarla bağlı suallar da oldu. Bundan başqa məndən soruşdular ki, ermənilərlə birgə hansısa layihələrdə iştirak edirəm, ya yox. Etmədiyimi dedim. Sorğu-suallardan hiss olunurdu ki, məsələyə çox ciddi bir yanaşma var”.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib və Bakıda həbs olunub. “Dövlətə xəyanət”də ittiham olunan jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. R. Mirqədirov ittihamları əsassız sayır.
XS
SM
MD
LG