Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:16

Avropa Birliyi R.Mirqədirovun həbsi, L.Yunusun dindirlməsi ilə bağlı bəyanat yaydı


Catherine Ashton və Stefan Fuele. İstanbul 2013
Catherine Ashton və Stefan Fuele. İstanbul 2013
Avropa Birliyinin Xarici Siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Catherine Ashton və birliyin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Fuele son günlər Azərbaycanda hüquq müdafiəçilərinə qarşı təzyiqlərin kəskin tənqidi ilə çıxış ediblər.

Mayın 3-də onların yaydığı birgə bəyanatda deyilir ki, son həftələr Azərbaycan hakimiyyətinin atdığı addımlar, hər şeydən göründüyü kimi, ölkədə insan haqlarına hörmət, qanunun aliliyi və fundamental azadlıqların təmin olunmasına çalışan vətəndaş cəmiyyəti və xalq diplomatıyası fəallarına qarşı yönəlib.

“Aprelin 19-da Rauf Miqrədirovun həbsi, aprelin 29-da isə Azərbaycanın tanınmış hüquq müdafiəçiləri Arif Yunus və Leyla Yunusun dindirilməsi haqda xəbərlərdən dərin narahatlıq keçiririk”, - deyən bəyanat müəllifləri Azərbaycan hökumətini Avropa qurumalrı qarşısında üzərinə götürdükləri öhdəliklərə riayət etməyə çağırırlar.
XS
SM
MD
LG