14:10
6.5.2014
NIDA-çılara hökm oxunandan sonra polis məhkəmə qarşısına toplaşanları dağıtmağa başlayıb. Saxlananlar var. Jurnalistlərə də təzyiqlər var.
14:14
6.5.2014
Məhkəmə qarşısında saxlananlar yaxınlıqdakı avtobusa mindirilir. Gənclər «azad et» şüarı səsləndirməkdə davam edirlər.
14:15
6.5.2014
#NIDA polis gencleri dagitdi. Saxlanilanlar arasinda jurnalistler var http://t.co/o6EZSANc0y
— Turkhan Karimov (@turkhankarim) 6.5.2014
14:17
6.5.2014
SAXLANANLAR ARASINDA JURNALİST DƏ VAR
Polis məhkəmə binası ətrafından adamları uzaqlaşdırır. Aksiyaçılar üzü Nizami küçəsinə tərəf axışır. Polis bir neçə nəfəri saxlayıb. Onların arasında media nümayəndələri də var.
Məhkəmə qarşısındakı adamların dağıdılmasında polislərə mülkigeyimli şəxslər də yardım edir.