Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 11:30

NİDA-çılara 6 ildən 8 ilədək həbs cəzası verildi

Mayın 6-da NİDA-çı gənclərə hökm oxundu. 8 gənc 6 ildən 8 ilədək azadlıqdan məhrum edildi.

Məhkəmənin gedişində NİDAçıların həbsxanada aclıq aksiyasına başladıqları bildirilirdi. Həbsxana müdiriyyəti onlara aclıq haqda heç bir müraciətin daxil olmadığını, məhbuslara qida verildiyini bildirsə də, NİDAçıların vəkilləri israr edirlər ki, gənclər aclığı davam etdirirlər.

Məhkəmə binasının qarşısına onlarla gənc toplaşmışdı. Hökm çıxarılandan sonra polis və mülkigeyimlilər bura toplaşanları dağıtmaöa başladı. Bu zaman onlarla adam həbs olundu

NİDA-çılar ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

CanlıBloq daim yeniləndiyindən hadisələrin gedişi xronoloji ardıcılllqla yerləşdirilib, ən son məlumatlar mətnin əvvəlindədir. "Davamı" düyməsini sıxmaqla bloqu vərələmək olar.
14:26 6.5.2014
10-DAN ÇOX SAXLANAN VAR

Müsavat partiyasının üzvləri Tural Abbaslı, Rüfət Hacıbəyli, Orxan Əyyubzadə, AXCP üzvü Kəmalə Bənənyarlı, bundan başqa «Yeni Müsavat»ın müxbiri Məhəmməd Türkmən saxlanıb.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri saxlananların 10-dan çox olduğunu bildirir. Polislər saxlananların Səbail polisinə aparıldığını deyiblər.

Aksiyaçıların dağıdılmasında yol polisi əməkdaşları da iştirak edir.

Gənclər Nizami kinoteatrının qarşısında Azərbaycan himnini səsləndirir. Bundan başqa «Azadlıq» şüarları da eşidilir.
14:29 6.5.2014
ƏRAZİDƏ XEYLİ POLİS VAR

Ağır Cinayətlərə Dar İşlər üzrə Məhkəmənin qarşısında təcili yardım maşını var. Polis binanı əhatəyə alıb. Yaxınlıqdakı Nizami kinoteatrının qarşısına çoxlu sayda polis toplaşıb. Burdakı adamlardan ərazini boşaltmaq tələb olunur. Polis media nümayəndələrinin çəkilişlərinə də maneçilik törədir. Saxlananları aparanda ətrafdakılar «Azadlıq» şüarları səsləndirir.

Davamı

XS
SM
MD
LG