Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 19:53

Monako knyazı kinofestivalı boykot edir


Nicole Kidman
Nicole Kidman
-

Monako şahzadəsi Albert və onun bacıları bu il Cannes festivalını boykot etmək qərarına gəliblər.

Buna səbəb məşhur Hollywood aktrisası Nicole Kidman-ın çəkildiyi "Grace of Monaco" filmidir.

Bu filmdə Kidman onların mərhum anasını canlandırır.

Şahzadə və bacıları deyirlər ki, film "gerçəkliklə heç bir əlaqəsi olmayan bir farsdır".

Mayın 14-də festival bu filmlə açılacaq.

Filmdə Monako hökmdarı III.Rainier-nin Amerika aktrisası Grace Kelly ilə məhəbbətindən və aktrisanın 1956-cı ildə Monako knyaginyası olmasından bəhs edilir. (ardı aşağıda)

Albert və bacıları lap əvvəldən - hələ ssenari ilk dəfə onlara göstəriləndən filmin əleyhinə olublar.

Onlar bu günlərdə yaydıqları bəyanatda bildiriblər ki, filmi qətiyyən bioqrafik saymaq olmaz. Onlar qeyd ediblər ki, ssenari ilə tanış olandan sonra ona düzəlişlər təklif etsələr də, prodüser nəzərə almayıb.

Filmin yaradıcıları isə heç tarixi dəqiqliyə iddia da etmirlər, deyirlər ki, bu bir bədii filmdir.

Filmin rejissoru Olivier Dahan deyib ki, şahzadənin filmə reaksiyası "bir qədər aşırı"dır: "Bəli, filmin süjeti sadə deyil, incə məsələlərdən bəhs edir, amma biz pis bir şey çəkməmişik".

Filmdə məşhur aktrisanın çətin seçimindən danışılır - necə etsin ki, həm hökmdar ilə ailə qurub ana olsun, həm də kino karyerasını davam etdirsin.

Cannes festivalının təşkilatçıları isə inanırlar ki, film Monako knyaz nəslinin daha da populyarlaşmasına xidmət edəcək.
Grace Kelly
Grace Kelly
XS
SM
MD
LG