Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:04

Obama Rusiya üçün ticarət imtiyazlarını ləğv edir


Barack Obama
Barack Obama
ABŞ prezidenti Barack Obama Rusiya üçün xüsusi ticarət imtiyazlarını dayandırmaq istəyir. Prezidentin sözlərinə görə, Rusiya iqtisadi cəhətdən kifayət qədər inkişaf edib və artıq bu imtiyazlara ehtiyacı yoxdur.

ABŞ-ın ticarət imtiyazlarından inkişaf etməkdə olan ölkələr yararlanır.

Obamanın bu qərarı Kremlin ilhaqı və Ukraynada sabitliyi pozmaqda iştirakına görə Rusiyanı cəzalandırmaq məqsədi daşıyır.

Obama ötən gün Konqresi məlumatlandırıb ki, o, Rusiyanın Ümumi İmtiyaz Sistemi proqramına çıxışını dayandırmaq niyyətindədir. Proqrama əsasən bəzi məhsullar rüsumdan azad edilir.
Ötən il Rusiya bu proqramdan ən çox yararlanan 9-cu ölkə olub və Rusiyadan ABŞ-a göndərilən əmtəəyə görə 296 milyon dollar dəyərində endirim əldə edib.

Ağ Ev Rusiyanın «kifayət qədər inkişaf» edən iqtisadiyyatının bu qərar üçün əsas olmağa yetdiyini açıqlayıb.
XS
SM
MD
LG