Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:07

Səudiyyə Ərəbistanı dəvələrə mikroçip qoyur


Səudiyyə Ərəbistanı dəvələrə mikroçiplər qoymaq planını açıqlayıb.
Səhiyyə nazirliyinin məlumatına görə, Yaxın Şərq Nəfəs Sindromu (MERS) adlı xəstəlikdən daha 5 nəfər ölüb. Bununla da bu müəmmalı xəstəlikdən ölənlərin sayı 147-yə çatıb.

Səudiyyə Ərəbistanı bu xəstəliyin nədən yarandığını və necə yayıldığını hələ də tapa bilməyib. Ancaq ehtimala görə, xəstəliyi keçirən dəvələrdir. Buna görə dəvələrə mikroçiplər qoymaq istəyirlər ki, xəstəliyin yayılmasını izləsinlər.

MERS xəstəliyi 2003-cü ildə Asiyada geniş yayılan SARS xəstəliyinə oxşardır. Hər iki xəstəliyin simptomları isə qripə və siyuqdəyməyə bənzəyir.
XS
SM
MD
LG