-
Türkiyə bildirir ki, Kiprə 90 milyon avro kompensasiya verməyəcək. Avropa İnsan haqları məhkəməsinin qərarına görə Türkiyə 1974-cü ildə Kiprə hərbi müdaxilə etdiyi üçün Kiprə kompensasiya verməlidir.
Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu mayın 13-də bildirib ki, Türkiyə tanımadığı ölkəyə kompensasiya verə bilməz.
Türkiyə Kiprin Şimal hissəsini tanıyır. Burda Kipr türkləri yaşayır.
Avropa insan haqları məhkəməsi Kiprin iddiası ilə öz qərarını hələ 2001-ci ildə verib. Ancaq indiyə kimi kompensasiyanın miqdarını müəyyən etməmişdi.
Davutoglu deyib ki, məhkəmənin qərarının verilməyinə vaxt səhv seçilib, hazırda sülh danışıqları gedir və bu qərar həmin danışıqılara ziyan vurur .