Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:31

Bakıdakı nurçu yurdu bağlanır?


Arxiv foto
Arxiv foto
-

Mayın 14-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

BAKIDAKI NURÇU YURDU BAĞLANIR

Azərbaycan Təhsil Nazirliyi Bakıda Fətullah Gülən camaatına aid olduğu bildirilən «Damla» yataqxanasının icarə müqaviləsini dayandırır. ANS PRESS-in məlumatına görə, bu, Təhsil Nazirliyinin istedadlı tələbələrin seçilərək xüsusi kurslarda təhsil almasını nəzərdə tutan proqramı ilə bağlıdır. Nazirliyin əməkdaşı Yaqub Piriyevin dediyinə görə, «Sabah» adı verilən yeni proqram 300 istedadlı tələbənin seçilməsini nəzərdə tutur. «Maddi vəziyyəti pis olan tələbələrin yataqxana və yemək ehtiyacı dövlət tərəfindən ödəniləcək. Bu gün bir çox universitetin yataqxanası yoxdur. Lakin Memarlıq və İnşaat Universitetinə aid «Damla» yataqxanası Təhsil Nazirliyinin nəzdindədir. Qarşıdan gələn dövrdə «Sabah» proqramına daxil edilən 300 tələbə o binaya yerləşdiriləcək», deyə Yaqub Piriyev vurğulayıb.

Qeyd edək ki, «Damla» yataqxanası son 15 ildir ki, Fətullah Gülən camaatının nəzarətindədir.

«AZƏRBAYCAN ƏTRAFINDA YENİ SİTUASİYA YARANIB»

«Azadlıq» qəzeti «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibə dərc edib. Mehman Əliyev deyir ki, hakimiyyət daxilində sırf ruspərəst mövqe sərgiləyən qüvvələr var: «Onların sayı çox olmasa da, hakimiyyət Rusiyaya üstünlük verir. Çünki Rusiya bu hakimiyyətdən heç nə tələb etmir. Rusiya Azərbaycan hakimiyyətindən insan haqlarının qorunmasını, demokratik islahatlar tələb etmir. Ona görə də Azərbaycan hakimiyyətinin Rusiya ilə işləməsi bir qədər asandır. Digər tərəfdən, ölkəni idarə edən rejimlər bir-birinə çox bənzəyir. Amma məsələnin başqa bir tərəfi var; bu hakimiyyətdə xeyli adam var ki, Rusiyadan qorxur. Çünki Rusiya əvvəl səninlə dostluq edə bilər, amma sonra səni əzməyə çalışacaq. Ukrayna, Gürcüstan hadisələri də sübut edir ki, bu məhz belədir. Ona görə Rusiyaya bel bağlamaq çox qorxuludur. Avropanın da Azərbaycan hakimiyyətindən tələbləri var. Amma Avropa Birliyi hakimiyyəti tələsdirir və açıq tələb edir ki, demokratiyanı bərqərar edin, hüquqi dövlət yaradın. Azərbaycan hakimiyyəti dərin əməkdaşlığın ölkəmizdə də Avropa tipli dövlətin və quruluşun yarana biləcəyini anonslaşdırdığını bilir. Hakimiyyət təmsilçilərinin əksəriyyətinin övladlarının Avropa və Amerikada olduğunu nəzərə alsaq, qeyd etmək olar ki, iqtidar övladlarının gələcəyini Rusiyada deyil, Qərbdə görür».

«SARKISIAN-IN BİRCƏ YOLU QALIB...»

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev «Yeni Müsavat» qəzetinə müsahibə verib. Elxan Mehdiyevin fikrincə, Rusiyanın davranışları fonunda heç kim bu təşəbbüsləri ala bilməz. Bu məsələdə söz sahibi Rusiyadır. Azərbaycan gərək Rusiya ilə çox yaxşı münasibətdə olsun ki, Moskvanın da bu işə xoş, tarazlı münasibəti olsun. Ümumiyyətlə, Fransa bu həmsədrlər içində işə daha obyektiv, məsuliyyətli, səmimi yanaşan ölkədir.

- Necə bilirsiniz, Azərbaycan üzünü Rusiyaya çevirsə, Moskva Qarabağı bizə qaytararmı?

- Rusiya deyir ki, biz Minsk Qrupunun tərkibində, üç ölkə ilə birlikdə bu işdəyik, təkbaşına məşğul olmuruq. Amma zaman-zaman, elə Medvedev dönəmində təşəbbüsü ələ almışdı. Təbii ki, burda söz sahibi Rusiyadır. Mən o fikrin əleyhinəyəm ki, Rusiya Qarabağı qaytarar, ya yox. Rusiya qaytarar yox e, Azərbaycan nə vaxt alar, bundan danışmaq lazımdır. Azərbaycanda Rusiya faktorunu şişirtməklə bir kompleks yaradıblar. Rus faktoru var, amma şişirdildiyi kimi deyil. Rusiya Azərbaycana bu cür nəhəng silahlar satır. Əgər Rusiya Azərbaycanla düşmən olsa, ermənini birtərəfli dəstəkləsə, o silahı satmaz. Mən bunu tam neytral tədqiqatçı alim kimi deyirəm.

FRANSA-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI


«Azərbaycan» qəzeti Fransa prezidentinin Azərbaycana səfərini dəyərləndirir.
«Azərbaycan Fransanın Cənubi Qafqazdakı birinci ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və imzalanan müqavilələr nəticəsində bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir ki, həmin şirkətlər tərəfindən icra edilmiş layihələr də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir».
XS
SM
MD
LG