Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:39

Şeir 10-luğu elan edildi!


"Ədəbi Azadlıq-2014" Müsabiqəsinin büllur prizləri
"Ədəbi Azadlıq-2014" Müsabiqəsinin büllur prizləri
-

AzadlıqRadiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2014" Müsabiqəsinin şeir nominasiyasında qısa qiyahısı - onluğu elan edildi.

Münsiflərin 2-ci turda 20-likdəki yazarlara verdikləri ballar onların ilk turdakı balları ilə toplanıb.

Beləliklə, şeir onluğumuz: (sıralama şərtidir)


Xəyalə Abbasova

Elşən Əzim

USUBOĞLU

Cabir Hüseynov

Rüfət Əhmədzadə

Aqşin Evrən

Esmira Məhiqızı

Vəfa Nağıyeva

Nigar An

Lalə Məhərrəmli



20-likdən 10-luğa keçid balı 55 olub.

2-ci turdan sonra 111 bal toplayan yazar öndədir. Sonrakı yerlərdəki yazarlar 97, 91, 84, 77 və s. ballar toplayıblar.

Münsiflərdən bal alan, amma onluğa keçə bilməyən yazarların adlarını çox baldan az bala doğru (neçə münsifdən, nə qədər bal alması və ümumi balı göstərilməklə) çap edirik:


Sevinc Elsevər - 19+9=28+16=44

Kürçaylı Məmmədov - 11+18=29 +12=41

Elsevər Əzimzadə - 2+17+14=33+7=40

Emin Piri - 10+20=30+9=39

Sərdar Amin - 12+15=27+10=37

Bəxtiyar Hidayət - 8+18=26+8=34

Furqan Sadıq - 9+7+16=32+1=33

Sevda Cavadova - 15+10=25+5=30

İbrahimxəlil - 15+8=23+5=28

Gülnar Quliyeva - 6+15=21+7=28



Yaxın günlərdə hekayə onluğu da açıqlanacaq. Bu barədə Oxuzali.az-da əlavə məlumat verəcəyik.

Şeir yarışmasının 3-cü mərhələsində - şeir onluğu oxuzali.az-da on-line səsverməyə çıxarılır. Səsvermə 1 həftə davam edir. Bu dəfə oxucular bəyəndikləri əsərlərə səs verəcəklər. On-line səsvermənin nəticələrini nəzərə alıb-almamaq münsiflərin səlahiyyətindədir.

Səsvermə nəticəsində formalaşan sıralama əsasında hər bir münsifə 1-3-cü yerlərin sahiblərindən birinə 7 bal, 4-7-ci yerlərin sahiblərindən birinə 5 bal, 8-10-cu yerlərin sahiblərindən birinə 3 bal vermək təklif olunacaq.

Verilən ballar hər bir yazarın müsabiqənin 1-ci və 2-ci turlarında aldığı ballara əlavə olunacaq və hamıdan çox bal toplayanlar qalib olacaqlar.

Şeir onluğuna keçmiş şairlərin qarşıdakı həftələrdə yeni şeirlərini çap etməyi (indidən özləri də göndərə bilərlər), onlardan müsahibələr almağı, o cümlədən yeni imzaları oxuculara daha yaxından tanıtmağı düşünürük.
XS
SM
MD
LG