Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:47

Jurnalist Pərviz Həşimliyə 8 il həbs verildi


Arxiv fotosu: Maskalı şəxslər Pərviz Həşimlini məhkəməyə gətirirlər
Arxiv fotosu: Maskalı şəxslər Pərviz Həşimlini məhkəməyə gətirirlər
-
Jurnalist Pərviz Həşimliyə 8 il iş kəsilib. Hökm mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Onunla birgə həbs edilən Təvəkkül Qurbanov isə 8 il yarım azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Pərviz Həşimliyə 9 il həbs cəzası istəmişdi.

“Bizim Yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimli keçən ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Pərviz Həşimli isə ittihamları rədd edir.

İnsan haqlarını müdafiə təşkilatları jurnalistin siyasi sifarişlə tutulduğunu deyirlər.

AzadlıqRadiosunun əməkdaşı məhkəmə prosesini izləyib. Az sonra daha ətraflı reportaj və videomaterial yerləşdiriləcək.
XS
SM
MD
LG