Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:04

«Yumruq-təpik gücünə sənədlərimi alıb qaçdılar»


Arxiv fotosu
Arxiv fotosu
-
Bakı sakini Şəmistan Rəhimov AzadlıqRadiosunun “Qaynar xətt”inə mayın 16-da günorta saat 1 radələrində Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Departamentinin müfəttişlərinin zorakılığına məruz qaldığını deyib. Bildirməsinə görə, müfəttişlər onu qanunsuz taksi fəaliyyətində günahlandıraraq maşının açarlarını və sənədlərini tələb ediblər:

"ANAMI MASALLIYA YOLA SALIRDIM"

“Taksi fəaliyyəti ilə məşğul olmuram. Anamı Masallıya yola salırdım. Avtovağzalın ikinci mərtəbəsində Masallıya gedən avtobusların yanına yenicə çatmışdıq ki, 10VJ588 dövlət nömrə-nişanlı, "07" markalı şəxsi maşınımdan düşəndə tökülüşdülər üstümə. Dörd nəfər idilər. Mən onlara şəxsi maşınımla anamı gətirdiyimi başa salınca, aşarı əlimdən aldılar. Çox kobud insanlardır. Leksikonlarında küçə söyüşünün biri 1 qəpikdən idi. Birtəhər dartışdırıb açarı əllərindən ala bildim. Maşına soxulub sənədləri axtardılar. Sonra məndən sənədləri onlara verməyimi tələb etdilər. Mən etiraz edəndə üstümə hücum edib təpiklə, yumruqla vurdular, sənədləri əlimdən alıb bir parça kağız yazıb maşının içinə atdılar və qaçdılar”.

Şəmistan Rəhimovun sözlərinə görə, həmin şəxslər Nəqliyyat Departamentinin müfəttişi geyimində olublar. Maşının salonuna atdıqları qəbzdə də 103 manat cərimə qeyd olunub:

"SANKİ SAHİBLƏRİ YOXDUR"

“Onların kimliklərini də dəqiqləşdirdim. Nəqliyyat Departamentinin müfəttişləri Nazim Əliyev, birininsə adı Akifdir. Digər iki nəfərin adlarını öyrənə bilməmişəm. Burada taksi sürücülərindən öyrəndim ki, səhərdən axşamadək yüzlərlə sürücünün başına belə oyunlar açırlar. Çox özbaşınadılar, sahibləri yoxdur”.

Şikayətçi deyir, DİN “102” xidmətinə də müraciət edib:

“3 saatdan artıq vaxt keçsə də, polisdən xəbər yoxdur. Hər dəfə zəng vuranda deyirlər, ərazi üzrə polis bölməsinə ərizə ilə müraciət et”.

Nəqliyyat Departamentindən isə “Qaynar xətt”ə faktı araşdıracaqlarını bildiriblər.
XS
SM
MD
LG