Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:16

Tural Abbaslı 15 günlük cəzadan sonra azadlığa çıxıb


Tural Abbaslı
Tural Abbaslı
-

Mayın 21-də Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı 15 sutkalıq həbs cəzasını çəkəndən sonra azad olunub. Səhər saatlarında azad edilən Tural Abbaslı AzadlıqRadisouna deyib ki, hazırda yoldadır, evə gedir:

«Bu gün çıxacağımı bilirdim, ancaq saatını bilmirdim. Təkəm, media nümayəndələri, dostlar yığılmasın deyə çıxacağım saatla bağlı müxtəlif vaxtlar deyirdilər. İstər sutkalıq həbs olsun, istər uzunmüddətli həbs, azadlıq şirindir. Belə həbslər istənilən adama təsir edir. Ancaq nəzərə alsaq ki, bizə 15 gün, 30 gün cəza verildi, NİDA-çı gənclərə 6-8 il. Onların həbsinin yanında bizimkilər müqayisəyə gəlməz».

«SAXLANMA ANINDA BİZƏ QARŞI AMANSIZ İDİLƏR»


Tural Abbaslı deyir ki, Binəqədi İstintaq Təcridxanasında şərait, münasibət normal olub. O, saxlanan vaxt AXCP fəalı Kəmalə Bənanyarlı ilə bir yerdə olub:

«Saxlanma anında, avtobusda bizə amansızlıqlar edirdilər. Bizi 22-ci bölməyə gətirəndə pis münasibət göstərmədilər. Ancaq Kəmalə xanım sonradan Nəsimi rayon polis idarəsinə aparıldı. Məhkəmədə də dedi ki, orada ona işgəncə verilib. Kəmalə Bənanyarlı hazırda Binəqədi təcridxanasında qadınlar üçün bölmədə, ikiadamlıq kamerada tək saxlanılır. Vəziyyəti indi-indi normaldır».

Tural Abbaslı bir neçə gənc fəal ilə birlikdə mayın 6-da NİDA-çı gənclərə hökm oxunandan sonra keçirilən etiraz aksiyasında saxlanmışdı, 15 sutka həbs cəzası almışdı.

NİDA-ÇI GƏNC DƏ SƏRBƏST BURAXILIB

Mayın 21-də NİDA Vətəndaş Hərəkatının üzvü Şəfi Şəfiyev də azadlığa çıxıb.

Şəfi Şəfiyev mayın 6-da NİDA-çılara hökm oxunandan sonra keçirilən etiraz aksiyası zamanı saxlanmışdı və 15 sutka cəza almışdı.

Mayın 6-da keçirilən aksiyada Müsavat Partiyasının üzvü Orxan Eyyubzadə 20 sutka, AXCP üzvü Kəmalə Bənənyarlı 30 sutka inzibati həbs cəzası alıb.

Mayın 20-də gecə saatlarında isə həmin gün saxlanan Dalğa Gənclər Hərəkatının sədri Hacı Zeynallı buraxılıb.
XS
SM
MD
LG