Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:16

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
18:57 25.5.2014
SEÇKİ MƏNTƏQƏSİ ÜZVLƏRİ UKRAYNA ƏSGƏRLƏRİNDƏN QORXUB QAÇDILAR

Ukraynanın şərqində Rusiya tərəfdarları olan separatçıların nəzarət etdikləri Luqansk şəhərində fəaliyyət göstərən azsaylı seçki məntəqələrindən birində qəribə hadisə baş verib. Mayın 25-də ərazidə olan Ukrayna əsgərləri səs vermək üçün məntəqəyə yaxınlaşıblar. Seçki məntəqəsinin rəsmiləri isə əsgərləri silahlı separatçılar zənn edərək qorxudan məntəqədən qaçıblar.

Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından məlumat verirlər.

Komissiyadan bildirildiyinə görə məntəqə üzvlərini əli silahlı əsgərlərin separatçı yaraqlılar olmadığına inandırmaq xeyli vaxt alıb.
17:53 25.5.2014
RƏSMİLƏR YÜKSƏK SEÇİCİ FƏALLIĞI OLDUĞUNU DEYİRLƏR
Prezident seçkisində rəsmilər yüksək seçici fəallığı olduğunu deyirlər. Paytaxt Kiyevdə səs verməyə gələn seçicilərin uzun növbələri yaranıb.

Amma Rusiya tərəfdarları olan silahlı separatçıların nəzarət etdikləri iki şərq regionunda – Donetsk və Luqansk-da seçkini təşkil etmək mümkün olmayıb. Donetsk-da separatçılar seçki qutularını nümayişkaranə şəkildə dağıdıblar.

İlkin rəy sorğuları şokolad istehsalçısı, milyarder Petro Poroshenko-nun öndə olduğunu göstərir. Amma onun qalib olmaq üçün mütələq səs çoxluğunu qazana biləcəyi guman edilmir.

18 namizəd arasında onun ən yaxın rəqibi keçmiş Baş nazir Yulia Tymoshenko-dur.
17:08 25.5.2014
Kiyevdə 872 saylı seçki məntəqəsində səsvermə, seçici fəallığı yüksəkdir.

Davamı

XS
SM
MD
LG