Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Dünyanın ən qəddar sünni cihadçısı Kərbəla yolunda


Abu Bakr al-Baghdadi
Abu Bakr al-Baghdadi

İraq və Şam İslam Dövləti adlı təşkilatın rəhbəri al Baghdadi Bağdadın 100 kilometrliyinə çatması sünni-şiə müharibəsini qaçılmaz edir

-
Qərb mediası son günlər, bu həftə İraqın Şimalını ələ keçirən və Bağdada doğru irəliləyən ingiliscə İSİS - «İraq və Şam İslam Dövləti» adlı təşkilatın rəhbəri olan Abu Bakr al-Baghdadinin kimliyini araşdırmağa başlayıb.

Baghdadi haqqında informasiyalar isə çox məhduddur. Abu Dua ləqəbiylə də tanınır. Cəmi 2 foto şəkli var. Birində qalstuklu, kostyumlu, digərində isə köynəkdə. Al Baghdadinin öz döyüşçüləri belə onun üzünü görmür – düyüşçülərə müraciətlərində həmişə üzünü qara yaylıqla bağladığından ona görünməz Şeyx də deyirlər.

Hazırda onun rəhbərlik elədiyi orduda 12 mindən çox döyüşçünün olduğu və bunun 3 minə yaxının Qərb ölkələrindən gələn müsəlman gənclərdən təşkil olunduğu bildirilir.
ISIL döyüşçüləri
ISIL döyüşçüləri




BAĞDADİ KİMDİR?

Bir çox mənbələr Şeyx Baghdadinin 1971-ci ildə İraqın Samirə şəhərində doğulduğunu, İslam tarixini öyrəndiyi və 90-cı illərdə Bağdad universitetlərinin birində doktorluq elmi dərəcəsi alıb, sonradan 2003-cü ilədək yerli məsciddə axundluq etdiyini yazırlar.

2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra Anbar əyalətində yaraqlılara qoşulması və Abu Musan Zarqavinin rəhbərlik etdiyi Al-Qaedanın İraq qrupunun üzvü olduğu da bildirilir.

2006-cı ildə Baghdadi həbs olunub və Camp Buccadakı həbsxanada başqa Al-Qaeda yaraqlıları ilə saxlanıb. Bir çox mənbələr onun məhz buradakı həbsi boyunca daha da radikallaşdığını və həbsdən azad olduqdan sonra daha aqressiv şəkildə silahlı mübarizəyə qayıtdığını bildirirlər.
ISIL döyüşçüləri Fallujanın işğalından sonra
ISIL döyüşçüləri Fallujanın işğalından sonra


BİN LADENDƏN SONRA CİHADÇILARIN LİDERİ

Baghdadinin adı Suriyda vətəndaş müharibəsi başlayandan sonra daha çox duyulmağa başlayıb. O İraqdakı sünni cihadçılarını Suriyaya aparanda Al-Qaedanin rəhbərliyi buna qarşı çıxmışdı. Ancaq Al-Qaeda qrupunun Usama bin Ladenin ölümündən sonra rəhbərlik edən Ayman al-Zavirhirinin çağırışlarını qulaq ardına vuran al Baghdadi Suriyada yetərincə uğur qazanıb, populyarlığını da artıra bildi.

2011-ci ilin oktyabr ayında ABŞ rəsmən al Baghdadini təhlükəli terrorçular siyahısına salıb və onun yeri haqda informasiya müqabilində 10 milyon dollar mükafat təyin edib.

AL-QAEDA BELƏ AL-BAGHDADİNİ QƏDDAR SAYIR

Al-Qaedanın al Baghdadiyə qarşı çıxmasının bir nədəni də İraq İslam Dövləti təşkilatının digər cihadçı qruplardan daha qəddar olmasıdır. Al Baghdadi təkcə şiə yox, onlara qarşı çıxan sünni müsəlmanların da öldürülməsini təşviq edir, məscidləə intiharçı hücumlar təşkil edir, oğurluq, zina, hətta sigaret çəkənlərə qarşı da ən ağır cəzaları – daşqalaq edilmək, biləklərin kəsilməsi və ya əsirlərin boynunun vurulması kimi cəzaları geninə boluna tətbiq edir.
ISIL yaraqlılarının vaxtaşırı apardığı anti-siqaret reydləri
ISIL yaraqlılarının vaxtaşırı apardığı anti-siqaret reydləri


Artıq al Baghdadinin döyüşçülərinin əlində İraq ordusunun Mosuldan qaçarkən buraxdığı hərbi döyüş vertolyotları, tankları və başqa silahları da var. Üstəlik, Mosuldakı bankların talan olunması zamanı 480 milyon dollara yaxın valyuta da ələ keçirilib.

ŞİƏLƏR KƏRBƏLANI QORUMAĞA HAZIRLAŞIR

İyunun 12-də al-Baghdadi Mosul və Tikrit şəhərlərini tutduqdan sonra açıq-aşkar növbəti hədəfin Bağdad və Kərbala şəhərləri olduğunu bəyan edib. Bu isə İraqda hakimiyyətdə olan şiələrin xidmət etdiyi ordu ilə sünnilər arasında açıq məzhəblərarası savaşın çıxmasını qaçılmaz edir.

İyunun 13-də İraqın Ali şiə lideri - Ayatollah Ali al-Sistani bütün şiələri silaha sarılmağa və müqəddəs Kərbəlanın müdafiəsinə qalxmağa çağırıb. İran hökuməti orduya qoşulmaq istəyən könüllülərin hamısının silahla təmin olunacağını bildirib.

İran prezidenti Hassan Rohani də İraq baş naziri Nuri al Malikiyə zəng edərək, ona terrorçulara qarşı vuruşmaq üçün hər cür yardım vədi verib.
Şiə könüllüləri Kərbəlanı qorumaq üçün orduya yazılmağa gəlib
Şiə könüllüləri Kərbəlanı qorumaq üçün orduya yazılmağa gəlib
XS
SM
MD
LG