Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:03

Separatçılar hərbçiləri «Qrad»a tutdular

- Slavyansk və Kramatorsk şəhərlərini azad edən Ukrayna ordusu, Donetsk və Luqansk şəhərlərini mühasirəyə alır.

- Ukrayna ordu rəhbərliyi bəyan edir ki, Rusiya sərhəddə yenidən hərbi qüvvə toplayır.

- Separatçılar "döyüşü uduzmaq, hələ müharibəni uduzmaq" deyil bəyan edərək, Donetskdə möhkəmlənməyə can atırlar. Onlar şəhərə gedən əsas magistrallarda 3 körpünü partladıblar

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

18:25 3.7.2014

DONETSKDƏ 3 "QAİ" ƏMƏKDAŞI ÖLDÜRÜLÜB

Rusiyameylli yaraqlıların nəzarətində olan Donetsk şəhərində yol polis əməkdaşları qətlə yetirlib. Maskalı adamlar polis patrulunu avtomat silahlardan atəşə tutaraq aradan çıxıblar. Ətraflı burada


20:06 3.7.2014

Ukrayna artilleriyası belə işləyir

Əsas toqquşmalar mərkəzi olan Slavyanskdakı separatçılar Ukrayna ordusu tərəfindən mühasirədə saxlanılır. Rusiya mediası burada daim dinc əhalinin "Kiyev xuntası" tərəfindən məhv edilməsi haqda xəbərlər yayır. Ukrayna tərəfi isə iddia edir ki, yaraqlılar dinc sakinlərdən canlı qalxan kimi istifadə etməyə çalışırlar. Ukrayna topçuları izah edirlər ki, Slavyasnk ətrafında olan postlara hücum olanda, oradan artilleriya dəstəyi haqda xahiş gəlir, topçular da Ukrayna əsgərlərinə hücum edən atəş nöqtələrini vururlar.

20:23 3.7.2014

MİNAYA DÜŞƏN AİLƏ

Kramatorsk yaxınlığında separatçıların Ukrayna ordusuna qarşı quraşdırdığı yol minasında adi ailənin maşını partlayıb. Xəbər verilir ki, partlayışdan ailənin ancaq kiçik qızı sağ çıxıb. Ağır yaralarla onu xəstəxanaya yerləşdiriblər.

20:35 3.7.2014

RUS KAZAKLARININ ATAMANI HƏBS OLUNDU

Donbass separatçılarının sırasında müxtəlif qruplaşmalar döyüşür. Sabiq FSB zabitləri, Sovetlərin Əfqanıstan kampaniyasının veteranları, Şimali Qafqaz millətlərindən olan "döyüşçülər", dindarlar və s. Bu qüvvələr arasında ən fəalı Rusiyada ictimai təşkilatlar kimi fəaliyyət göstərən kazaklardır. Kuban, Don və hətta Sibir kazak dəstələri haqda məlumatlar yayılır. Ukrayna təhlükəsizlik xidməti xəbər verir ki, belə dəstələrdən birinin lideri Rusiyadan Ukraynaya gedərkən həbs olunub.

Davamı

XS
SM
MD
LG