GİRKİN ƏSGƏRLƏRƏ 350-500 MANAT MAAŞ VƏD EDİR
Donbass separatçılarının hərbi komandanı İgor Girkin (Strelkov) Slavyanskı tərk edəndən sonra Donetsk şəhərində mətbuata ilk açıqlamasını verib. Onun sözlərində görə, Slavyanskı ona görə tərk ediblər ki, yaraqlılar arasında ciddi itkilər olmasın. Girkin deyir, hazırda Donetskin müdafiəsini təşkil etməklə məşğuldur, çünki şəhər müdafiəyə qətiyyən hazır deyil. O iddia edir ki, 1 milyonluq şəhərin müdafiəsi üçün təhcizat çox zəifdir, əlinə silah alan könüllülərin sayı azdır, şəhərin müdafiəsinə 8-10 min nəfərə ehtiyac var. Bu qədər adamı, onun sözlərinə görə, ”ya könüllü, ya da hərbi çağırış yoluyla toplamaq lazımdır”. Girkin Donetskdə peşəkar ordu yaradacağını bəyan edib və bildirib ki, müqavilə əsasında separatçıların tərəfində döyüşən əsgərlərə 5-8 min qriven (350-500 manat) məvacib ödəniləcək.
Girkin siyasi bəyanatlar da verib və bildirib ki, Ukrayna Avropaya istiqamətlənsə Donbass-ın sənaye potensialı məhv ediləcək ki, Avropa sənayesi ilə rəqabət aparmasın.
Rusiya #Ukrayna-nın daxili işlərinə qarışmır silsiləsindən daha bir xəbər http://t.co/tF6ygDi5uW
— AzadliqRadiosu (@RadioAzadliq) 9.7.2014
#Ukrayna Luqansk vilayətində Doljanskiy sərhəd keçid məntəqəsi atəşə tutulub, beş hərbçi yaralanıb http://t.co/Il4cKU2GTb
— AzadliqRadiosu (@RadioAzadliq) 10.7.2014
QARABAĞDAN DONETSKƏ
Artur Gasparian Rusiyameylli yaraqlıların "Vostok" batalyonunda döyüşüb. AzadlıqRadiosuna müsahibəsində Ukraynaya necə getməsi haqdda danışır. Sosial medidadakı Rusiya qruplarına müraciıt edib. Moskvaya çağırıblar, buradan onu Rostova göndəriblər. 2 həftə hərbi təlim keçib, deyir lal-kar kimi işarələrlə danışmağı öyrədiblər. Sonra onları gizlicə Ruisya-Ukrayna sərhəddindən keçirib Donetskə göndəriblər. Burada beynəlxalq aeroportun ələ keçirilməsində iştirak edib, lakin Ukrayna ordusu onun dəstəsini pərən-pərən edib, təsadüf nəticəsində sağ qalıb. Onunla müsahibənin 1-ci hissəini burada oxu