DÇ-2014-də 1/4 final mərhələsinin oyunlarına start verilib.
Almaniya və Fransa arasında oyun 1:0 hesabı ilə bitib.
Yeganə qolu oyunun 13-cü dəqiqəsində Almaniya millisinin futbolçusu Mats Hummels vurub.
Günün ikinci qarşılaşmasında Braziliya Kolumbiya üzərində 2:1 hesablı qələbə qazanıb.
Oyunun 7-ci dəqiqəsində Thiago Silva hesabı açıb. 69-cu dəqiqədə David Luiz Braziliyanın 2-ci qolunu Kolumbiyanın qapısından keçirib.
80-ci dəqiqədə isə James Rodriguez penalti qazanaraq hesab arasındakı fərqi azaldıb - 2-1.
Yarımfinal mərhələsində Braziliya millisi iyulun 8-də Almaniya yığması ilə qarşılaşacaq.
Buna da bax:
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman