Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 20:56

Azərbaycanda hamilə qadınların 49 faizi aborta əl atır


Foto: Arxiv
Foto: Arxiv

-

AZƏRBAYCANDA HAMİLƏLİYİN 49 FAİZİ ABORTLA DAYANDIRILIR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən apa-ya verilən məlumata görə, 34-35 yaş arası qadınlar arasında hamiləliklərin 3/4 hissəsi abortla nəticələnir. Ailəli qadınların yarıdan çoxu - 56 faizi ən azı bir abort əməliyyatı keçirib. Abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır. 40-44 yaşdan başlayaraq qadınların dörddə üçü - 73 faizi həyatlarında ən azı bir abort əməliyyatı etdirib.

«SOVETSKİ»DƏN SÜRƏTLİ KÖÇ BAŞLAYIB

«Bizim Yol» qəzeti yazır ki, «Sovetski» məhəlləsində evlərini müəyyən şərtlərlə satmaq istəyən ailələrin sayı 1950-yə çatıb. Yasamal rayon İcra Hakimiyyətindən bildiriblər ki, son iki həftə ərzində müraciət edənlərin sayı əvvəlki aylarla müqayisədə xeyli artıb.

Köçürülmə üzrə komissiyanın sədri Səməd İslamov bildirib ki, köçürülmə könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verməklə aparılır.

İlham Əliyev ATƏT PA sessiyasında çıxış edir.
İlham Əliyev ATƏT PA sessiyasında çıxış edir.

PARLAMENT SESSİYALARI ƏLİYEVİ MODERNLƏŞMƏYƏ TƏHRİK EDİR

«Turan» agentliyi yazır ki, prezident İlham Əliyev ATƏT PA sessiyasında Azərbaycanda apardığı islahat kursu barədə AŞ PA-da səsləndirdiyi fikirləri təkrar etdi. Azadlıq və insan haqları sahəsində problemləri etiraf etməyən Əliyev Avropa parlamentarilərini öz spesifik islahatçılıq kursunun düzgünlüyünə və dönməzliyinə inandırdı:

«Prezidentin Bakı çıxışında yenilik kimi bəraətqazandırıcı motivləri göstərmək olar. Onları təxminən belə ifadə etdi: 1) Siyasi sabitlik 2) Gələcəyi planlaşdırma və 3) Modernləşmə. Beləliklə, Əliyev anlatdı ki, o, Azərbaycanın gələcəyi ilə bağlı modernləşməni layihələndirməklə məşğuldur».

Şəki
Şəki

ŞƏKİDƏ 10 GÜNLÜK İSTİRAHƏT 500-1000 MANATA BAŞA GƏLİR

«Yeni Müsavat» qəzetinin əməkdaşı Şəkidə bir neçə istirahət mərkəzinə baş çəkib. Məlum olub ki, bu istirahət mərkəzlərində iki nəfər üçün bir gecə qalmaq 50-70 manata başa gəlir. Bura yemək daxil deyil.

Şəki Turizm İnformasiya Mərkəzinin sədri Nəsib İmaməliyev qəzetə bildirib ki, Şəkidə 15 istirahət mərkəzi var. Evlərlə birlikdə isə Şəki 1000-1200 turisti qəbul edə bilər.

YAP-IN BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ QƏLƏBƏ QAZANMASI ÜÇÜN KİFAYƏT QƏDƏR ƏSASLAR VAR

«Yeni Azərbaycan» qəzeti yazır ki, ötən illərdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının üstün qələbəsi bu əminliyi yaradır:

Bakıda bələdiyyə seçkiləri
Bakıda bələdiyyə seçkiləri

«Digər tərəfdən, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda qazanılan uğurlar - milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, fundamental azadlıqların yüksək səviyyədə qorunması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi... Azərbaycan vətəndaşlarının Yeni Azərbaycan Partiyasına olan inamını daha da artırıb. Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək hazırlığı da qələbəni şərtləndirəcək növbəti amildir».

XS
SM
MD
LG