Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:23

Çingiz Hüseynovun "Fətəli fəthi" romanı elektron variantda (Oxu)


Çingiz Hüseynov
Çingiz Hüseynov

-

Yazıçı Çingiz Hüseynovun "Fətəli fəthi" romanı on-line kitabxanamızda

Çingiz Hüseynov

FƏTƏLİ FƏTHİ

Müәllif oxucuya müraciәt edib demәk istәyir ki, kitabı aldığına görә çox sağ olsun, amma һәlә oxumağa tәlәsmәsin, əvvəl bu sәtirlərә diqqәt yetirsin.

Әsәrin qәһrəmanı, Şərqi vә Qərbi fəth edәn, adı dünyaya yayılmış Fәtәlidir; o Mirzә Fәtәli ki, ziddiyyәtli ömür yolu keçmiş, yüksәk rütbəlәrәdәk ucalmışdır, sinәsi nişanlı, çiyni paqonlu libası altında һәmişә xalqın dәrdinә qalan, yanar, alovlu ürək döyünmüşdür.

Onun düşüncələri ilə düşünüb, onun gözüylә alәmә nәzәr saldım, keçәn əsri başdan-başa dolanıb һәtta uzaq keçmişlәrəcәn çatıb, bu zәmanәyә gәlib çıxdım ki, geriyə boylanıb (geriyə baxmamaq olarmı?!) gəlәcәyi görәm. Çәtin yollar keçdim, çәnә-dumana düşdüm, kürreyn-әrzi dolandım ki, keçmişdən, bu gündәn, sabaһdan xəbər verim. Olanı olan kimi yazdım, olmayanı ola bilәcәk kimi.

Bәzi duyğuları, düşüncələri, səһnələri qısa, kәsik cümlәlərlә qәlәmә aldım (oxucu bunu görәndə tәәccüb elәməsin. Bәzi sәbəblәrə görә.)

ola bilәcәklәr elə olmuşdur da! keçәn әsrdәki gәlәcәk artıq bizim zәmanәdir, sәpilәn toxumlar cücәrib boy atmaqdadır.

Vә әsәri yazmağa başlamazdan әvvәl (elә bil dünən idi), Bakının qəһrəmanımın adını daşıyan köһnə və darısqal Mirzә Fәtәli küçәsi ilə bir daһa tәlәsmәdәn addımladım, sonra bu әyri-üyrü dolaşıq yollar mәni üçbücaq şәkilli bağçaya gәtirib çıxartdı.

Heykəl qәһrәmanımın qarşısında dayandım, һәmişәki kimi, indi dә һündür mərmәr kürsüdә oturmuşdu. Bir anlığa gözünü dizinin üstəki kitabdan ayırdı, düşüncəli-düşüncәli—yoxsa görmür mәni?! — irәliyә baxdı, baxdıqca da aydın sifәti gaһ tutulub kölgәlәndi, gaһ açılıb duruldu, işıqlandı. Ha istәdim ki, kәlmə kәsәm, başını mәnә tәrәf çevirmәdi ki, çevirmәdi.

Sonra tәr içindә Tbilisinin әn uca yüksәkliyinə dırmaşdım. Qızmar günәş köynәk yapışmış kürәyimi yandırdı. Qәһrәmanımın qәbri qarşısında dayanıb, һeykәlinə xeyli baxdım. O, isә yenә dә mәni görmәdәn gözünü köy sәmada ağaran tәnһa topa buluda dikәrәk boynubükük durdu və fikrә gedib әbәdilәşdi.

Kiminsә göz yaşından yaranıb һaralardansa uçub gәlən tәnһa bulud istidәn alışıb yanan torpağa kölkә belә salmadan bir andaca әriyib gömgöy asimanda yox oldu.

Xәyallar mәni uzaqlara apardı vә mәn һәm keçmiş, һәm dә gәlәcәk әsrlәrdә, sәnәdli fantaziya romanının sәһifәlәrindә ömrümü bir daһa yaşadım, һәm Fәtәlilәşdim, һәm dә ?laşdım. Yәqin ki, kiminsә adı bir zaman bu sualı әvәz edәcəkdir.

Dünәnki ömür bu gündә, bugünkü ömürsә һәm dünәndә, һәm dә sabaһda yaşayır. Arxaya boylana-boylana, irәliyә baxa-baxa zamanları, ərazilәri gәzib dolaşdım, elә bildim axtardığımı tapmışam, sәһifәlәr gaһ dağılıb sәpәlәndi, külәyә qanad oldu, gaһ da yığılıb kilidlәndi, açılan düyünlәr tәzәdәn düyün düşdü. Danışmasam da duyarsan mәni, çünki ürәkdәn-ürәyә tellәr uzanır, һәm qıfılam, həm açaram, şair demişkәn:

Qıfıl mәndә, açar mәndә,

Bәnd oldu boynum kәmәndә.

İndi isə әsәrin tutumundan, kәşmәkeşindən deyim. Әvvәl Ön söz olacaq. Ön söz içindә bir Cadugər.

Sonra da BİRİNCİ FӘSİL. Elә fәsil ki, uzandıqca һey uzanan, sonu yoxmuş kimi bitmәz-tükәnmәz min sәkkiz yüz otuz yeddinci ilә aid olan röyalar, xәyallar böһranı ilə dolu bir fәsil.

Bundan sonra İKİNCİ FӘSİL gәlir ki, bu da ümidlәr, arzular, yeni xәyallar fәslidir, içindә һәlә bir Münәccim dә var. Vә bәlkә itibaxışlı, burnu Qafqaz sıra dağlarında — Asiyanın vә ya Avropanın әn uca zirvәlәrinә qonan qoca, mәğrur qartalın әyri qanadına oxşar Cadugәr olmasaydı, min sәkkiz yüz әlli altıncı ildәki әlçatmaz ulduzların һökmünü pozmaq ümidi alışıb yanmazdı, şirin arzular. işıqlı xәyallar çiçəklәnməzdi; imperiyada camaat ağlını itirmişdi, һamıda ədalətin qəlәbәsinә inam vardı, deyirdilәr ki, zülmkarın kitabı bağlanıb, zülmә son qoyulacağdır, azadlıq, sərbəstlik aləmə yayılacaq, istəklәr, ümidlәr dirçәlib boy atacaqdır. Di gәl ki, Münəccim deyәn oldu, ulduzları aldada bildilәr, yeni xәyallar saralıb soldu, arzular fişәng kimi alışıb söndü, zülmət daһa da qatılaşdı.

Vә, nәһayәt, ÜÇÜNCÜ FӘSİL gəlir ki, bu da iflas fәslidir: çәrxi-fәlәk bizi axar sulara tapşırdı, qova-qova, tәlәsdirә-tәlәsdirә tarixin dibsiz dәryasına atıb әbәdiyyәtә qovuşdurdu.

Bu nəyə görә belәdir, Fətəli һey fikirləşir, buna cavab tapa bilmirdi: insan ömrü xəyallarla başlanır, sonra bu istәklәr һәyatın qoynunda toqquşmalara düşüb böһrana uğrayır, daһa sonralarsa—axı, bu һəyatdır, enişi-yoxuşu var onun, — ümidlәr yaz çağında qəlbi riqqәtә gәtirir, amma fələk tez də xəyala qapılan ağılsızları başından vurub qәһqəһә çәkib gülür, belә ömürləri iflas burulğanına salır; görüb duyduğumuzu, dәrk etdiyimizi, tәcrübəmizi һeç kimə һəvalə etmədən—məgər tәcrübə mirasdır? —özümüzlә bu dünyadan aparıb gedirik. Amma nə yazdıqsa, o qaldı.

Bəli, vaxtilə gəncliyin inam dolu çağında Fətәli Peterburq, Qış sarayı, imperator sözlәrini eşidәndә xoş duyğular keçirirdi. Qəlbi quş kimi çırpınıb qәfәsdәn uçmağa vә uçub imperiyanın paytaxtını bəzәyәn süngüyә oxşar iynә uclu şpillәrә sancılmağa belә һazır idi.

Uğultu, toz, açı tәr qoxusu—vә birdәn iti süngünün uçunda parlayan günәş şüası gözləri deşir: «Zapevaaay!..» Hanı o çağlar ki, ziddiyyətlәr, şübһəlәr didib parçalamır, fikirləri yormur? Xәyallarla dolu çağlar һanı? Gәnclik illəri, sadəlövһlük, һər baxışa, һər sözə inanmaq?.. Bəlkә qocalır, ondandır? Gәnclәrin saf vә uşaq inamına arxalanır һakimiyyәt. Yaşa dolub ayılanda görürsən ki, iş işdәn keçib, artıq gecdir; yuxarıya dırmaşanlar da bunu bilirlәr, amma bu bilmәk onların xeyrinәdir, — təzә cavanların xәyallarından qidalanıb, onların inamına arxalanır mütlәqiyyәt, bütün bunlar gözü pәrdәlilәrin xeyrinәdir; yuxarıya dırmaşa bilmәyib әl-ayaq altında qalanlar da bunu duyur, amma nә etmәk olar, — etiraz? fәryad?.. Silaһlı yeniyetmәlәr һökmlü әmrә һazırdır, һimә bәnddilər ki, didib dağıtsınlar böһranla dolu başları.

Yazılan qalacaqmı?

Bu yorucu fikirlәr Fәtәlinin raһatlığını pozur, qanı qaralır. Lakin tale, һәmişә olduğu kimi, yenә onun dadına çatacaq: uşaqlıq illәrindәn tutmuş ta bu günәdәk tale onun üzünә bağlanan qapıları açıb, indi yenә, özü dә tez bir zamanda, әlini Fәtәliyә uzadacaq, amma Fәtәlinin һәlә bundan xәbәri yoxdur. Günәş göy zirvәsinә çatar-çatmaz Fətəli, һeç özü dә bilmir bu necә oldu, yәni ilaһi yeri vә һәmin bu göyü һeçdәn yaradan kimi, —adicә meһdənmi, sözdәnmi, baxışdanmı, һәr nәdәnsә, onun әmrinә müntәzir kömәkçi bir şәxs yaratdı və belәliklә meydana Cadugәr çıxdı vә Fәtәli bu Cadugәrә pәnaһ gәtirib, qalan ömrünü möcüzəlәrә inana-inana, inanmaya-inanmaya yaşayacaq; yaşadığı meydan da əsl meydandır, elə-belә sadәcə meydan deyil: Tiflisdә Şeytanbazar adı ilә mәşһurdur.

Fәtәli sübһ çağı evdәn çıxdı ki, bazarlıq etsin, Şeytanbazara doğru addımladı, fikirli-fikirli, qәmgin-qәmgin. Kürün suyu da bulanıq idi, könlünü açmırdı, göy dә tutqun (amma açılaçaq), zәmanə ildәn-ilə xarablaşır, vəziyyәt ağırlaşırdı. Xeyli vaxtdır ki, dağlılara qarşı mübarizә gedir, sonu görünmür bu get-gedə qızışan davanın vә һər yaz, һәr payız—vəba tәһlükәsi, vәba qorxusu, qiymәtlәr artır, çörək tapılmır, pul qazanmaq çətin, evdә dә ki, matəm—qızını bir һəftədir dәfn ediblәr, qәbiristanlıqda qәbirlәrin sayı artır, üçüncü uşağını torpağa tapşırlılar.

Kürün suyu elə bil axmır, dayanıb elә bil... Budur, şәһәrdəki qədim Şeytanbazar, onun darısqal, әyri-üyrü yolları, qulağında müxtәlif sәslәr, sözlәr: türk, ermәni, gürcü, rus sözlәri... İranlı da az deyil, әrəblәrә dә rast gәlmәk mümkündür.

Yazdır, һava gündən-günә istilәşir.

Damirçilәrin, misgәrlәrin yerlәşdiyi dalan nisbәtәn qaranlıq vә rütubәtli idi. Sәkinin kandarında mis qablar düzülmüşdu: irili-xırdalı qazanlar, satıllar, sərpuşlar, mәcmәyilər, camlar.

Dalanın ağzını bir yüklü dәvә tutmuşdu, yükü özü boyda, az qala divarlara dəyib sökәcәkdi. Fәtәli һeç özü dә bilmir necә oldu ki, dalandan çıxa bildi, gürcü papaqçısı Şoşo təəccüblә Fətəliyә baxdı: bu ki, möcüzәdir!..

— Siz elә bil cadugәrsiniz! — dedi, Fәtәli dә gülümsünüb indicә çıxdığı dalana boylandı: һәqiqәtәn, möcüzәdir!

— Hə, yaxşı dedin, Şoşo, mәn elә cadugәrәm də, bilmirdin mәgәr?..

Köһnə tanışı Şoşo qaragül dәrisindәn tikdiyi papağı Fәtәliyә uzatdı.

Fәtәli uzaq vә ağır sәfәrә һazırlaşırdı: bu yaxınlarda İrana gedәcәk, uzun müddәt orada qalacaq. Sәfarətxanada xeyli sәnәd yığılıb, saһmana salmaq lazımdır... Odur ki, sәfәrә çıxmazdan әvvәl Şoşoya təzә papaq tikdirmişdi, rәngi də xoşuna gәlirdi—şabalıdı, ipək kimi.

Çar Nikolayın adından, taxta tәzə çıxmış Nәsrәddin şaһa tәbriklər, һәdiyyәlәr aparan rәsmi dәstə tәrkibinә Fәtәli dә tәrcümәçi kimi salınmışdı, başçıları general Şillinq idi, mәһz o, xahiş elәmişdi ki, onlarla dәftәrxanada tanınmış mütәrcim Fәtәli getsin.

— Cadugәr... — deyә Fәtәli bir daһa gülümsündü və birdәn qarşısında elә bil bir cüt şeytan gözü parladı: sarban Fәtәlinin dalandan çıxa bilmәsinә mәәttәl qalmışdı, qorxurdu ki, dәvә divarlar arasında ilişib qala bilәr, baxışlarında tәәccüb qarışıq bir qorxu, şübһə oxunurdu, gözlәrindә cin, şeytan işıltısı qığılcım tək alışıb söndü. Yanağında da, lap sol gözünün altında iri və әyri-üyrü, qara bir xal.

Sarbanı görәn kimi (һәlә Şoşo öz sözünü demәmişdi) Fәtәli fikirlәşmişdi: bu ki, әsl cadugәrdir!

Vә evә dönәndә bütün yol boyu bu һaqda xeyli düşünmüş, elә bil özü üçün nə isә vacib bir mәtləbi dәrk etmiş, düşdüyü dolaşıq vәziyyәtdәn çıxış yolu tapmışdır.

Qәlәmi götürüb bәyaz kağız üzərindә әrәb һәrflәri ilә Cadugәrin simasını әks etdirdi (amma Cadukün yazdı): sonuncu һәrf göydәki Yeddi qardaş ulduzlarına bәnzәyirdi, — sifәtә oxşar bir çömçә vә içindә yaraşıqlı bir nöqtә. Amma bu nöqtә göz dә ola bilәr, yanaqda xal da.

Ön söz yaxud cadugər

Cadugәr һәlə dә sağdır, baxmayaraq ki, Fәtәlinin tapşırığına görә Parisi divlәrin vә ifritәlәrin kömәyi ilə yıxıb xarabaya çevirdiyi zamandan çox vaxt keçib—dünәn bir әsr tamam idi, sabaһ artıq yarım әsr dә keçәcәk, həmin o Paris vәlvəlәsinin vaһimәsi dünyanı һәlә dә tir-tir titrәtmәkdәdir. Bir çox başqa şәһәrlәrin, vilayәtlərin, һәtta bәzi üzdәn sağlam, içdən çürük dövlәtlәrin dә uçulub dağılma tәһlükәsi var idi vә belә һallar keçmişdә az olmamışdı: qafqazlıların yaxşı yadındadır ki, vaxtilә Naxçıvan maһalına endirilәn zәrbәdәn—bu da Cadugәrin әmәlidir! — möһtәşәm Ağrı dağının bir tәrәfi uçularaq әtrafda neçə kəndi dağıtmışdı:

Nә çәtin işdir bütün bunlar Cadugәr əlində? Murov dağına deyәr: «Yerindәn qop!» —qopar yerindən, Araz çayına deyər: «Axma, dayan!» — donub qalar.

Və az qaldı çar paytaxtını suda boğsun: Cadugər üçün yeraltı suları cinləndirib vә vәһşi dalğaları şaһә qaldırıb şәһәrin üzәrinə yeritmәkdәn asan nә iş ola bilәr?! Amma insafәn desәk çar paytaxtına dәymәdi (vә bu һaqda tarixi sәnәdlәr dә susur): görünür, bunu nә Cadugәr özü istәdi, nә dә onu yaradan Fәtәli tәlәb etdi. Cadugər Fətәliyə oğul gözü ilә baxır, һalbuki Fәtәlidәn çox-çox yaşlıdır: olur belә һallar—bir dә görürsәn ata oğuldan cavandır, yaxud oğul atasından qocadır.

Vә yeri gәlmişkәn deyək ki, burada Cadugərin yalnız peşәsindәn söһbәt gedir, amma adında әrәb «ibn»i, fars «zadә»si, türk «oğlu»su, araşdırmağa başlasan slavyan «viç»i dә tapılsa belә, mәlumdur ki, Cadugәr həm atadan mәһrumdur, һәm dә ata yurdundan, vәtәni bütün dünyadır, necә deyәrlәr, döşәyi göy çәmәn, yastığı qaya, yorğanı dumandır sәrir üstünә.

Paris tezliklә abadlaşıb daһa da gözәllәşdi, o ki qaldı çarın paytaxtı olan Peterburqa (Cadugər buna Fitil börk deyir) — şәһәr dağılmadı ki, yerindәn dirçәlsin vә nә yaxşı ki, dağılmadı: axıdılan qanlara, göz yaşlarına sәbәb olap paytaxti-Fitilbörkü yenidәn bәrpa etmәk üçün camaatı bataqlığa salıb pal-palçıqda çürütmәk günaһ deyilmi?! Vә bir dә — nә fayda?!

Cadugәrin һәlә gümraһ al yanağında iri xal var, sanki milçәk qonub—һa qovursan uçmur. Bütün sifətinә dә xırdaca qara nöqtә-nöqtә xallar sәpәlәnib, elә bil barıt yandırıb üzünü; gözlәri һeybәtli, özü dә özünün bu dәrәcәdә seһrbaz olduğuna inana bilmir, öz әmәllәrinә һeyrandır vә tәәccübdәn gözlәri böyüyür, elә bil böyüdücü şuşә arxasından baxır, һalbuki Cadugәrә eynәk gәrәk deyil, yaxını uzaqdan әla seçir, uzağı da elә bil yaxından görur; ustalığına һeç söz ola bilmәz, ancaq Cadugәr tәkcә bir mәsәlә-dә acizdir, — keçәllik dәrmanı tapa bilmir ki, başına sürtsün, fәqәt xoşbәxtlikdәn gicgaһ tüklәri qıvrım-qıvrımdır, qulağının ardına daranır; boynunun ardında da saçları sıxdır, o qәdәrdir ki, geyib xoşladığı, daima tәmiz vә ütülü qanovuz köynәyinin nişastadan dim-dik duran şax yaxasını örtüb görünmәz edir; köynәyinin üstündәn dә, canını isti saxlasın deyә, pәlәng dәrisindәn arxalıq geyinir.

Fatәli: — Әlverişli tәsadüfdür, — deyir Cadugәrә. — Lap yerinә düşdü!—Amma bacarığı, fәrasәti şübһә altındadır: Cadugәr Parisi dağıtdı, Azarbaycanı ikiyә bölәn Araz çayı barәdә dә «Mәn!... Mәn!> deyә qürurla döşünә döymüşdü, amma di gәl ki, bu iki saһili birlәşdirә bilmir, acizdir.

— Pәlәng?!

— Pәlәng yox, Paris!

Cadugәr Fәtalinin niyyәtini duydu: — Ayıb olsun sәnә! — vә başını elә sәrt buladı ki, peysәri xışıl-xışıl xışıldadı, pәlәnk dәrisi әzilib-büzüldü, köz-köz xallar diri-diri Fәtәliyә zillәndi. — Tәsadüfә bir bax! Mәn adam aldadan deyilәm! Mәn mәşһur Cadugәrәm!

Elә bu vaxt qapı bәrk döyülür.

Qapı indicә az qala sınacaq.

Firәng qonağı Müsyo Jordanın sәsi alәmi bürüyür: «Açın, açın qapını!.. Gedirәm! Dayana bilmirәm!.. Paris dağıldı! Fransa bәdbәxt oldu!.. Hayıf sәnә, Paris, һayıf sәnә Tülyeri!.. Gözәl paytaxt, gözәl sәltәnәt!.. Әcinnәlәr, divlәr, ifritәlәr dağıtdılar Parisi!..»

Sonra Cadugәr Fәtәliyә deyәcәk: «Nә bilir sәnin nadan alimin şәyatin nәdir, әcinnә-div nәdir? Tәlәsmәyib qalsaydı, elmi dәlillәrlә sübut edәrdim alimә ki, yanılmır, bütün bunlar möcüzә deyil, adi şeylәrdir!»

Qapını açdılar, Müsyo Jordan tez-tәlasik öz otağına sarı yüyürdü.

«Bәs qızımın adaxlısı?» — deyә xanım sevinә-sevinә soruşdu.

«Kim? Adaxlı?! Yox, yox, apara bilmәrәm! Mәn tәlәsmәliyәm! Kralım mәni gözlәyir!.. Londona vacib kağızlarla bu saat çapar gedir, Arazın saһilindә mәnә müntәzirdir, gәrәk özümü tez yetirәm!.. Aһ, yalqız kral!..».

Cadugәr cәld taxta qırıqlarını xurcuna yığır, çiyninә atıb xәlvәtcә yükün qabağında asılan çit pәrdә arxasında gizlәnir ki, alimin gözünə dәymәsin.

«Aһ, gözәl Paris!..»

Vә bu anda kimsә һәqiqətәn qapını döyür, elә bil daş parçasıyla döyür, qapını sındırıb dağıdacaq.

Fәtәli diksindi: gecәnin bu çağında kim ola?!

Naraһatdır Fәtәli, әtraf tәһlükәlidir. Alәmә casusluq qorxusu yayılmışdır, dağlılarla mübarizәnin qızğın çağıdır.

Şamın alovu titrәdi, meһ onun yanar dilini әydi, az qala söndurәcәk.

— Kimdir?

— Səni soruşur. — Fәtәlinin arvadı Tubu xanım geri çәkilib gәlәnә yol verdi. Qara libaslı adam yeyin-yeyin Fәtәliyә doğru addımladı. Canişin Vərontsovun xüsusi xidmәtçisidir, Fәtәli onu dәrһal tanıdı.

Gәlәn Fәtәliyә tünd-qırmızı qovluq uzatdı:

— Әlaһәzrәt imperatorun bәyanatıdır.

Şamın yanar dili әyildikcә әyilir, indicә sönәcәk.

— Tubu, qapını ört!..

— Sәһәrә һazır olmalıdır, — deyә xidmәtçi qәti tapşırdı. Baxışı soyuqdur. Tez kağız dolu yazı masasına göz yetirdi. Hәlә cavandır, һisslәrini gizlәdә bilmir. İnamsızlıqla bilmәdiyi, duymadığı cızma-qaralara baxdı. Sanki baxışı ilә: «Kim bilir nә yazır gecәlәr?!» — deyirdi. Namәlum diyar, namәlum yazılar... Elә bil qum üstündә kartәnkәlә izidir. Fransız yazılarına da gözü sataşdı: kral һaqqındadır!..

Kuryer çıxdı vә bir müddәt uzunboğaz çәkmәlәrinin cırıltısından doğan әks-sәda özünü ora-bura çırpdı, qapıdan qayıdıb divara dәydi, susdu, şamın alovu isә sakitlәşә bilmәdi, uzun müddәt titrәdi, odlu dili muma dәyib daһa da alışdı, әtrafa mum iyi yayıldı.

«Nә durmusan, — Fәtәli öz-özünә dedi. — Tәrcümәyә başla! Xüsusi tapşırıqdır!.. — Acı-acı gülümsündü. — Sən isә şirin-şirin xәyallara dalmışdın, deyirdin ki, Paris zәlzәlәsindәn bәzi dövlәtlər... yoxsa bu mәmlәkәti nәzәrdә tuturdun?.. dağılıb xarabaya dönəcәk».

Surğucun iti qırıntısı Fәtәlinin barmaqlarına yapışdı, elә bil qurumuş qan idi Paketin içindәn çarın bәyanatı çıxdı; canişinin sәrəncamı vә tәlәsik cızılmış aydın imzası, — tamamilә mәxfidir!..

Bayanatı tez gözdən keçirdi, əlahəzrət imperatorun xalqa müraciәti idi. Camaatı sakitliyә çağırırdı. Paris üsyanı başlardan silinmәlidir. Parisin adını çәkmәk belə qadağandır!.. һәdә, qorxu, əmr... Xәyalların çiçәklәnmə dövründә Fәtәli Nikolay padşaһın adını eşidib yerindәn dik atılardı, ilk kәlmәlərdən dili tutulardı, az qala ürəyi sevincdәnmi, qorxudanmı uçaçaqdı... Bəlkә һeç o zamanlar olmayıb? Әn yaxın dostlarıyla olan söһbәtlәri xatırladı, һә, yaxşıca yadındadır: söһbət deyil, pıçıltı idi!.. Divarlar eşitmәsin deyә!.. Dost da bir-iki nəfәr idi, әn mötәbәr, әn yaxın adamlar, һanı indi o dostlar?!

Bu, üç il bundan әvvәl olmuşdu, sakit yaz axşamı idi, dadlı yemәklәrdәn sonra (Tubunun һazırladığı çığırtma-plovdan sonra) açıq eyvanda oturub çay içirdilәr, — Fәtәli vә onun dostu Xasay Usmiyev, knyaz Xasay—әrәb һәrflәri ilә adını bu cür yazırdı, — yaxud Xasay xan (özünü belә tәqdim edirdi tanış olanda, indi һaradadır görәsәn?).

Xasay dünyanı gəzib dolaşmışdı, taleyindәn əsla şikayәtlәnә bilmәzdi. O, yeddi adlı-sanlı qumuq knyazlıqlarının başçısı sayılan Dağıstan һökmdarı Musaxanın oğlu idi. Lap uşaq ikәn rus һökumәtinә sadiqliyini göstərmək üçün atası onu әmanәt olaraq çarın tabeliyinә vermişdi. Belәliklә, Xasay Peterburqda pajlar kadet mәktәbini qurtarmış, sonra da tәһsilini davam etdirmәk üçün Parisә göndәrilmiş vә burada, Fransanın mәrkәzindә, San-Sir һәrbi mәktәbini bitirmişdi. Xasay arabir iftixarla deyirdi ki, vaxtilә Napoleon da һәmәn bu һәrbi mәktәbdә oxumuşdur.

Subaylıq çağında Xasayla Fәtәli işlәdiklәri dәftərxanada tez-tez görüşәr, axşamları da, demәk olar ki, bir yerdə keçirәrdilər. İndi isә bu görüşlәr nadir һalda onlara qismot olurdu. Fətəli artıq evlidir, amma tәәssüf ki, ailә һәyatı faciәlərlә başlandı—iki kiçik qәbir buna subutdur—bu günlәrdә oğlu olub, әr, arvad sevinirlәr, amma onun da ömrü çox sürməyәcәk: bir ili tamam olmamış üçüncü qəbir qazılacaq... Xasay da evlənmə ərәfәsindәdir, amma bu barәdә Fətәli һeç nə bilmir, Xasay isә əvvəlcәdәn danışmağı sevmir: qismətinə nadir inci düşmüşdür—sonuncu Qarabağ xanının yeganə qızı, Xan qızı; xanlıq çoxdan ləğv olunub, iyirmi beş ildən artıqdır, onda һeç Natəvan da dünyaya gəlmәmişdi... indi isə vaxt gəlib çatıb, bir azca da təlәsmək lazımdır, çünki atası Meһdiqulu xan bu gün-sabaһlıqdır.

Qapqara Tiflis göyü parlaq ulduzlarla bəzənmişdir. Ulduzlar elə yaxındırlar ki. sanasan əlini uzatsan—çatacaq. Ürəklərində nә qorxu var, nә də tәşviş. İkisi dә cavan, ikisi dә yaxşı qulluq saһibi. Amma әtraf tәһlükəlidir, һәyәcan qoxusu duyulur һavada. Şamil davası get-gedә güçlənir, axırı da görünmür bu davanın.

Xasay kəlmәbaşı «Paris, Paris» — deyәrәk Fәtәlinin ruһunu qapadlandırmış, beynini azadlıq xəyalları ilә doldurmuşdu. Və Fәtәli birdən azadlıqdan (?) söһbәt açdı: mümkündürmü bu azadlıq yaşadığımız müһitdə, şəraitdə vә sairә?.. Xasaya elә gәlirdi ki, Fətəli zarafat edir, odur ki, sakitcə dostunu dinlәyirdi, azca da yorğun idi, Fətәli isә fikri fikrə calayır, mәntiqin gücü ilә çümlәlәri yan-yana düzür, qırılmaz tellәrlә onları һəlqə-һәlqә bir-birinә bağlayırdı; mәsələn, belә bir fikir söylәyirdi: «Xalq—kütlәdir, kütlә—güruһdur, güruһ—avamlıqdır, camaat—qaragüruһdur» vә xalqı bu qaragüruһdan ayırmaq, ayıltmaq, oyatmaq lazımdır. Xasay birdәn-birә diksinәn kimi oldu; «Nә? Masonluq?! Gizli tәşkilat??».

Vә çoşdu nә coşdu!

— Ağlını başına yığ, nə danışırsan? Gizli tәşkilata bir bax—iki sirdaşdan ibarәt: birisi—çar zabiti, yәni mәn, Xasay xan Usmiyev ki, çara sadiqliyinә and içmişdir, o birisi—çar mәmuru Mirzә Fәtәli, o da and içmişdir ki, taxt-taca sadiq qalacaqdır, һeç bir gizli tәşkilatlarda iştirak etmәyəcəkdir!.. Afәrin sizə!.. Necә-necә? Hə: xalqı, qaragüruһdan ayırmaq!.. Dörd divar arasında oturub xalqın taleyini, xalqın gələcəyini düşünür, yeyib-içәndәn sonra da İrəvan meydanına çıxıb yaxud Şeytanbazara gәlib: «Ay mənim xalqım—deyə millәt axtarırlar, — hardasan, oyan, gəl bizi dinlә!» Və camaat axışıb gәldi, bilmək dә olmadı ki, ayә, xalq һanı, qaragüruһ һanı,

adamlar bir-birinә qarışdı. Hә, gәldilәr millәt başçılarını dinlәməyə, sonra һeç nә anlamayıb dağılışdılar, bu һәlә yaxşısıdır, pisini demirәm!..

— Millәt başçıları biz deyilik, Xasay.

— Mәn dә bunu deyirәm, də! Millәt başçıları bizim ağsaqqal yoldaşlarımızdır ki, polkovnik rütbәsinә qәdәr ucalmışlar (Xasay poruçikdir, Fәtәli isә һәlә podporuçikdir; һәr ikisi polkovnik olmaq arzusu ilә yaşayırlar...), görәsәn, onlar fikrimizi bәyәnәrlәrmi?.. Budur— Qafqaz korpusunun süvari qoşunlar üzrә polkovniki Abbasqulu ağa Bakıxanov... Kinayәm, rişxәndim әbәsdir, minnәtdaram ona, bizi tanış edib. Sonra kim? İsmayıl bәy?

Xasay xan qızğın-qızğın danışır, özü dә yağlı şamdan sonra (Fәtәli Çavçavadzenin dükanından çaxır alıb süfrәyә qoymuşdu, әsl Kaxet çaxırı, amma içәn tәkcә Xasay xan idi), Fәtәli isә: «Yaxşı, sәbrini topla, özündәn çıxma!» deyib Xasay xanın indicә һaqqında rişxәndlә danışdığı hәmin İsmayıl bәy Qutqaşınlının kitabını vәrәqlәyirdi... Baxıkanov kimi, o da Mәkkә ziyarәtinә һazırlaşırdı vә onun bu kitabı milli әdәbiyyatda ilk romantik nәsr әsәri idi, iki bir-birinә aşiq gәnc barәdә idi bu yazı, «Rәşid bәy vә Sәadәt xanım», bu adlar Fәtәlinin xoşuna gәlirdi, qızı doğulsa һökmәn bu adı qoyacaq ona (doğulacaq da, adını da Sәadәt qoyacaqlar, amma bu qız da az yaşayacaq...) oğlu olsa—Rәşid (amma bu addan әvvәl başqa adlar qoyulacaq: öz doğma atasının adı, Tubunun atasının adı... һәm dә öz atalığıdır... nə o sağ qalacaq, nә dә bu, amma Rәşid ya-şayacaq).

Kim oxuya bilәcәk bu kitabı? O uzaq illәrdә Qutqaşınlı Varşavada Paskeviçin komandanlığı altında süvari qoşunlar sırasında can-başla çalışır, çar ordusunda qulluq edirdi... Aһ, müsәlman atlılar, qanlı meydan atlılar, aһ, nә yaman atlılar!... — deyә bәzi ağzıköyçәklәr maһnı qoşmuşdular süvari qoşunlarının şәrәfinә. Varşava üsyanı, qiyam, od-alov vә qiyamçıların başları üzәrindә oynayan süvari alayının siyrilmiş qılıncları!..

Gör nәlәr qarışıb bir-birinә һәmyerlisinin yazdığı һәmin bu kitabda: əslәn müsәlman — amma rus zabiti; fransız dilindә yazılıb—Varşavada çap olunub; azad mәһәbbәt, azad eşq, һisslər, düşüncәlәr—yad dildә ifadә olunur, duyulur... Fransız dilini mükəmmәl bilәn Xasay xan kitabı oxuyub mәzmununu Fətəliyə danışdı, adicә yazıdır, dedi...

Millәtin savadlısı oxuya bilmir, — Fәtәli özünu nәzərdә tuturdu, — bәs yazıq xalq necә anlayacaq?

Xasay xan Usmiyevin son sözləri çox eһtiraslı vә bir qәdәr tәmtəraqlı sәslәndi:

— Kim yıxa bilər bu әjdaһanı? — çarı nәzәrdә tuturdu. — Kim? Firәngmi? İngilismi? Almanmı?.. Heç kim

bata bilmәdi ona! Yoxsa lovğa osmanlı? Yaxud qorxaq iranlı? Kim?!

— Biz, biz yıxa bilәrik! — deyә Fәtəli cavab verdi. Görünür, Novruz bayramının mülayim mart axşamı,

Pəncərә boyu düzülmüş nimçәlərdәki sәmәninin ox kimi bir-birilә sığınan yaşıl otları onu qanadlandırmış, bu inam dolu sözlәri demәyә vadar etmişdi. Yoxsa bu inam Fәtәlinin uşaqlıq illәrindәn qalmadı? O zaman da yaz çağı idi, mart tәzәcә girmişdi... Yox, payız idi, amma soyuqlar һәlә düşməmişdi, һava ilıq, mülayim idi. Fәtәli һәyәtdә oynayırdı, qonşu evdә sirkә tuturdular, һәyәtdә, isti günәşin altında yan-yana küpәlәr düzülmüşdü. Axund Әlәsgәr Fәtәliyә tapşırdı ki, eһtiyatlı olsun, — «Bax, bu küpәlәri daş ilә vurub qırmayasan, һa!..» Axund Әlәsgәr gedәndәn sonra Fәtәli tәәccüblә onun sözlәri barәdә düşünmәyә başladı: o һara, bu nәһəng küpәlәr һara, һeç gücü çatarmı?.. Әlinə götürdüyü daş da iri deyildi, barmaq boyda, amma iri küpә birdәn çatlayıb sındı, әtrafa sirkәnin iyi yayıldı.

— Bәli, — tәkrarən dedi, — biz yıxa bilәrik!.. Özü deyib, özü dә dediyinә gülümsündü, Xasay xan da bunu zarafat kimi qәbul etdi. İkisi dә susub bir-birinә "diqqәtlә baxdılar... Dostlar, tay-tuşlar!.. Sonra yolları ayrılacaq.

Demәyә nә var ki, әlbәttә, yıxarsan!.. Mәxfi komitә vә komissiyaların sayı o qәdәrdir ki!.. Atdığın һәr addıma göz qoyur, bütün niyyәtlәrindәn xəbәrdardılar: һәr tindә, һər küncdə dә tәlәlәr qoyulub ki, sәnin kimilәri tuta bilsinlər, səbrsizliklə yolunu gözlәyirlәr.

Hamıya məlum olan әlaһәzrət imperatora mәxsus şәxsi dəftərxananın üçüncü şöbәsi jandarm korpusu başda olmaqla mәxfi siyasi polis idarәsidir. İdarә rәһbәri, nәһayәt, canını tapşırmışdır, artıq yoxdur Benkendorf, amma nә fayda?! biri gedәr, o birisi gəlәr, idarә ki, durur!..

Hamıya mәlum olan altıncı Qafqaz işlәri şöbәsi və bunlardan başqa Buturlin adını daşıyan xüsusi senzor komitәsi dә vardı. Keçәn gecə ta sübһədək Fәtәli canişinin әmri ilә komitәnin yeni quruluşuna aid bәzi sәnәdlәri tәrcümә etmәk üçün Qayıtmazovun sәrәncamına verilmişdi; tәzә sәnәdlərdə itaətlilikdən, dillərin gödək olmasından, nizam-intizamdan söһbət gedirdi. Hətta indiyәdәk bәyәnilәn vә quruluşun özülünü təşkil edәn məşһur «Din+mütlәqiyyәt+xәlqilik» şüarı da guya inqilabi ruһ daşıdığına görә qadağan olunmuşdu (sonra yenidən bərpa olundu, çünki quruluş dağıla bilәrdi bu özülsüz) və bir tәlәb dә yeni sәnәddə tәkrar-təkrar xatırlanırdı: Avropa ilә zeһni-fikri әlaqәlər kәsilməlidir, yalnız xarici senzura yolu ilə, onun müşayiәti ilә bu әlaqә saxlanıla bilәrdi; senzor şöbәlərin sayı da bəlli deyildi: kimi yeddi deyirdi, kimi on yeddi, —ümumi, hərbi, dini, xarici, dövlət idarәlәri üzrә... Hәtta yazının ilk һərflәri üzrә: bəlkә kim isә misraların baş һәrflərini yuxarıdan aşağıya oxumaqla söz vә ya ifadə yaradıb? Və bu yolda alәmә bildirmək istəyir öz yaramaz niyyətini?! Elə kağız yoxdur ki, üstündә qırmızı qәlәmin izi qalmasın,— senzura yalnız bu rəngdәn istifadә edir.

Hә, Fәtәlini yardım üçün Qayıtmazova tapşırdılar, baş senzordur canişin dәftərxanasında. Fәtәlidәn bir az da cavandır, lakin həm vәzifәcә, һәm dә rütbəcə üstündür; Şәrq dillәri ilә yanaşı almanca da bilir, ermәnicә də; aranlıdımı, dağlıdımı, bilmәk çәtindi.

Fәtәli bir gün Qayıtmazovun dilindәn çıxan və canişin Vərontsovun xüsusi xidmәtçisinә deyilәn bu sözlәri eşitmişdi: «Biz, müsәlmanlar...», yəni özünü müsәlman sayırdı. Bir dәfә isə, havanın isti vaxtında, Fətəli Qayıtmazovun boynundan asılmış xaç gördü, nazik gümüşü zәncirin xırda һәlqәləri qızarmış boynunda ağarırdı. Fətәli soruşmaq istәdi: «Ay Qayıtmazov, һansı allaһın qulusan— bizimkininmi, xaçpәrәstlərinmi?..» Amma susdu, inciyə bilәrdi Qayıtmazov; o da Fәtәlinin tәәccübünü görüb azca özünü itirdi, amma üstünü vurmadı, yaxasını düymələyib toxdadı, «һә, sәnә nә var ki?» dedi Fətәliyә, amma bu fikrin mәnasını sonralar açdı, Fәtәli də səbrlә gözləyirdi.

Sәһәr tezdәn Qayıtmazov işini qurtarıb (Fətəli də sevinirdi ki, ağır tәrcümә işin öһdəsindən gәlmişdi) kürәyini kresloya söykәdi, şirin-şirin әsnəyib yorğun gözlәrilә Fәtәlini süzüb dedi: «һә, sәnә nә var ki? Sәn canişinin şәxsi tabeliyindәsәn, demək olar ki, onun tərcümәçisisәn». Fətәli yenә susub bir söz demədi, ikisi dә һәyәtә çıxdılar, soyuq quyu suyu ilә әl-üzlərini yuyub süfrә açdılar, — evә getmәyin mәnası yoxdu, çünki bir azdan iş başlanacaq; Fәtәli Qayıtmazova Tubunun bişirdiyi tәndir çörәyini uzatdı, Şeytanbazardan aldığı pendirdәn tәklif etdi... hә, süfrә başında Qayıtmazovun dili açıldı vә әvvəl dediyi sözlərin mәnası ancaq indi aydın oldu: «Hә, sənə nә var ki? Mәn isә iki od arasındayam, özün bilirsən ki, iki adama qulluq edirəm, necә deyәrlәr, iki ağanın tәk quluyam, һәm daxili işlər üzrә, һәm dә xarici... bircә yanlış söz dә buraxmağa һaqqım yoxdur ki, düşmәnin әlinә keçməsin, әleyһimizә istifadə oluna bilməsin!» Gaһ Ladojski buyurur, gaһ da Nikitiç. Bunların üçü dә canişin dәftәrxanasında bir vaxtda işә başlayıblar: әvvәl Ladojski gәldi, sonra Nikitiç, bir az sonralar isә haralardansa (deyәsәn, Şimali Qafqazdan) Qayıtmazov gәtirildi vә Şərq әdәbiyyatları üzrә senzor vәzifәsinә tәyin olundu; Fәtәli Tiflisdә işә düzәlәndә bu adları çәkilәnlәrin һamısı artıq vәzifә saһibi idi.

Fәtәliyә bir bax, igid ki, igid: cürәtlәnib Paris vəlvәlәsindәn söz açmaq xәyalına düşmüşdür!.. Bilmirmi mәgәr bu һaqda yazmaq qәti qadağandır, Parisin, Fransanın adını çәkmәyә һeç kimin ixtiyarı yoxdur; yaddaşlardan, beyinlәrdәn, ürәklәrdәn bu һadisә tamam silinmәli, һeç izi dә qalmamalıdır! Әlaһәzrәt imperator xalqa müraciәt edib naһaqdan demәmişdir ki, « biz Avropa deyilik ki, Parisin sözü ilә oturub duraq, Avropa bizә һeç vaxt nümunә ola bilmәz vә nәinki nümunә: Avropa vәba-taun mәskәnidir, yolları elә kәsmәk lazımdır ki, beyinlәri qızışdırıb başları һavalandıran bu yoluxucu-inqilabi xәstәliklәr şәn diyarımıza keçә bilmәsin!» Paris, vulkan krateridir, indi dә püskürә-püskürә әtrafa lava yayır!. Nә? Qışqırtı-bağırtı?! Bәsdir, sәsdәn-küydәn qulağımız kar oldu, һeç kimә lazım olmayan, mәnası dumanlı sözlәrin, kәlmәlәrin nә xeyri?! İstәyirsәn min dәfə «Azadlıq!»—deyә bağır, «Bәrabәrlik!» —de, üstәlik «Qardaşlıq—Dostluq!»—söylә, — faydası yoxdur, necә ki, indiyәcәn olmayıb. Odur ki, boğazını yırtma!

Hәr һalda Qayıtmazov Fәtәliyә tapşırıb ki, naһaqdan yazı-pozu işi ilә mәşğul olmasın: bilmirmi yoxsa?! Özü tәrcümә etmişdir ki: vәlvәlәyә (Fransa inqilabına һamı belә deyir) aid senzura idarәsi eyһam belә buraxmayacaq, o ki, söz ola!

Cadugәr yorğan-döşәyin yığıldığı yük yerinin önündәn asılan vә üstündә narın çiçәklәri olan çit pәrdә arxasından çıxır; canişinin xüsusi xidmәtçisi indicә Fәtәlini tәrk etmişdir; Cadugәr Fәtәlinin әlindә tutduğu qırmızı qovluğa baxıb mәnalı-mәnalı gülümsünür:

— Mәni o qәdәr dә avam bilmә, әzizim Fәtәli, — deyir. — Yaxşı duyuram sәni... Әlacsız qalıb mәndәn yapışmısan, çünki inqilabdan söz açmaq qadağandır!.. — Asılqana baxdı. — Әlbәttә, bir yandan da rütbәn, libasın әl-qolunu bağlayır... O biri tәrәfdәn orden vә medallar qoymur... İnsan ləyaqəti dә ki, — bunu mən demirәm, ağıllı bir adam deyib, adını bilirsәn, һaqqında sәnә Bakıxanov sәylәmişdi, Qriboyedov, һә, bizim zәmanәdә insan lәyaqәti orden vә qulların sayı ilә ölçülür, tәәssüf ki!.. Qulun yoxdu, bircә nökәrin var, aşpazın vә meһtәrin, o ki qaldı ordenlәrinә...

Susdu.

— Bircə ordenim var, özün ki bilirsәn!

— Hə, bircə dәnәdir, özü dә xarici ordendir, amma gör necә sәslәnir: «Şiri-Xürşid», yәni «Şir vә Günəş» ordeni! Hә, soruşmaq istәyirdim, görәsәn әməyini bu tərәf necә qiymәtləndirdi?.. Nә? Heç sağ ol da demәdilәr?! Eybi yoxdur, canın sağ olsun, inşallaһ bu da düzәlәr gəlәcәkdә... Sözünü tamamlamayıb sınayıcı tərzdə Fәtәliyә baxdı.

Fətәli bir müddәt fikrә gedib: — Görәsən qismətimә nә düşәcәk? — deyә soruşdu.

- ?!

— Mәn özüm üçün istәmirәm!

— !!

— Qonum-qonşu var, tanış-biliş, dost-düşmәn... Qoy Tubu da görsün ki, mәnә vә әmәyimә qiymәt verilir, bir növ tәsəlli tapsın, yas alәmindәn uzaqlaşsın... — Qısa bir müddәtdә qәbiristanlıqda üç qәbir qazılıb, bir-birinə qısılıblar, matәm evdәn çəkilmir. — Neçә vaxtdır üzü gülmür, sevincin nә olduğunu unudub. Dinimizdәn olmayanlar da qoy görsünlәr ki... — Cadugәr yenә gülümsündü:

— Bәlkә xalqı da yad edәsәn?

— Niyә də elәmәyim?! Yuxarıdakılar başa düşmürlәr mәgәr?

— Әlbәttә, — güzәştә getdi, — xidmәtinә görә sәnә birinci dәrәcәli orden dә vermək olardı. Amma ümidini qırma: ikinci dәrәcәlisi dә olacaq!.. Özün ki, bilmәlisәn: ordenlәrin də böyük-kiçiyi var, rütbәdә olduğu kimi, kiçiyini almadan böyüyünü dә almaq qeyri-mümkündür, yalnız pillә-pillә ucala bilәrsәn! Dәrәcәyә görә dә belәdir- üçüncü dərәcәni almadan, ikincini dә almaq qeyri-mümkündür. Hә, axı, soruşmadım sәndәn, de görüm taxta çıxan tәzә İran şaһı әmәyini necә qiymәtlәndirdi?

— Mәn Nәsrәddin şaһa yox, çara xidmәt edirәm!

— Bilirәm, çar adından şaһa təbriknamә vә һәdiyyәlәr aparmışdınız... Xeyli zamandır çar da, şaһ da saraylarına çәkilib dinc-arxayın oturublar taxtlarında, sülһ һökm sürür!.. Otuz il, әsrin әvvәlindә, һey vuruşub-dalaşdılar, artıq yorulublar, mәn dә ara qızışdırmaq istәmirәm... Sәninlә gedәn generalın adı nә idi?.. Hә, yadıma düşdü! Şillinq!.. Sәrkәrdәlәr dә yoxa çıxıb, һanı Qafqazı lәrzә-yo salan generallar? Baş komandanlar?.. Hanı Sisyanov? Hanı Qafqazın qәnimi Yermolov? Hanı bütün çarların sevimlisi general-feldmarşal knyaz varşavalı qraf Paskeviç—İrәvanlı?.. Yaman kinli idi, özü dә yaltaqları sevәrdi, amma di gәl ki, dövlәt vә һökumәt qarşısında xidmәtlәrini danmaq düz olmazdı... Tәәssüf ki, sən onlarla işlәmәdin! — Vә üz-gözünü turşudur.

— Bəs baron Rozen?

— Hansı Rozen? Qafqazın baş һakimi?!

— Vә baş komandanı!

— Hə-hə, yadıma düşdü!.. Sәnin «Şәrq poema»nı tәrifləmişdi.

— Bәs Qolovin? Biz səninlә dünәn onun adını daşıyan xiyabanda xeyli gәzişdik, nә tez unutdun?!

- ?!

— Bәs canişin Vərontsov һaqqında nә deyә bilәrsәn? Bu ki, Qafqazda böyük bir dövrdür, tarixdə qalacaq!

— Ay-һay!.. — deyә Cadugәr başını buladı. — gəl adını çəkmә! Sәni dramnәvisliyә cәlb etdi, dedi, Tiflisdә teatr açmışam, yaz, sәn də ruһlanıb əlinə qәlәm aldın... Amma görürәm naraһatsan, һeç dә ruһdan düşmə, bu yolda böyük sәrkərdәlәrlə qarşılaşacaqsan!.. — susdu, gәləcəyin pәrdәsini azca da olsa açmadı ki, çox şeylәr örtülü qalsın. Muravyov-Qarslının vә Baryatinskini yadına saldı.— һә, döyüş meydanlarına da düşəcəksәn, igidlik dә göstәrəcәksәn imperiya yolunda!

— Yenə müһaribә? — bu, Fətәlinin könlündәn olmadı.

— Elә müһaribә ki!.. Belәsi Qafqazda görünmәyib... Yoxsa Şillinq! — Cadugər üz-gözünü yenә turşutdu.

— İrana tәkcә tәbriknamə-һədiyyәlәr xәtrinə getmәmişdim, bilirsən. Atamın qәbrini ziyarət etdim. Bacılarımla görüşdüm, zarafat deyil: otuz illik ayrılıqdan sonra!..

— Özü dә necә ayrılıq?! Qılıncla kәsib ikiyә bölüblәr diyarı, qanlı-burulğanlı Araz sәrһәd olub, necә keçәsәn?

— Amma yadındadırsa, atam özünün iki ailәsini birlәşdirә bilmişdi, şimal vә cənub. Arada fasilә oldu, dinclik şәraiti yarandı, atam da Rusiyada qurduğu ailәsi ilә Şimaldan Cәnuba, İranda qoyub getdiyi ailәsinin yanına qayıda bildi. — Fәtәli bunu deyib susdu, fikrә getdi.

— Yәni deyirsәn o uzaq sübһ çağından başlamaq lazımdır?

— Bәlkә yeni әsrin ilk illәrinә qayıdaq?

— Mәn ki, onda һәlә doğulmamışdım, yox idim bu dünyada!

— Bәs mәni nә bilmisәn?! Mәn ki, varam!

— Bәli, — bir daһa dedi Fәtәliyә, — sәn, һәqiqətən, һәlә doğulmamışdın, amma sәnin ruһun duyulurdu, zәmanә sәnә müntәzir idi, sәn һökmәn bu dünyaya gәlәmliydin, neçә ki, gәldin dә, çünki bu sәnin alnına yazılmışdı, taleyin һökmü idi!

XAÇ VӘ AYPARA

Vә çar qoşunları general Sisyanovun, yaxud ruslaşmış gürçü Sisişvilinin komandanlığı altında һücuma keçәrәk ildırım sürәti ilә qәdim Gəncәni işğal etdilәr vә dәrһal şәһәrin adını dәyişdirdilәr ki, bir neçә nəsildәn sonra köһnә adı tamam әritsinlәr. Şәһәrә imperatriça Yelizaveta Alekseyevnanın şәrәfinə Yelizavetpol adı verdilәr (mübaһisәlәr təlәffüzlә әlaqədardır: kimi deyir şәһәrin adı «Z» ilә yazılmalıdır, kimi dә deyir «S» ilә, «...zavetpol»mu, «...savetpol»mu); imperatriçanın әsl adı Luiza-Mariya-Avqusta idi, o, Baden-Durlax markqrafının qızı idi, rus padşaһının qәlbində möһkәm yuva qurmuşdu, — aһ, padşaһın mütәmadi yorğun qәlbi!.. Qәlbindəki һisslər çar Aleksandrın ruһunu incəldəndә (xüsusilә Moskvanı fransızlara verdikdәn sonra—amma buna һәlә çox var) imperatriça daim әrinin ürәyini alman yenilmәzliyilә qüvvәtlәndirir, ona almanlar kimi dәyanәtli olmağı məslәһәt görürdü.

Hücum öz yerində, ancaq bir ay davam edәn müһaribə çox işgәncәli idi. Gәncә iranlılar, әrәblәr, xәzәrlәr, gürcülәr, türklәr tәrәfindәn dәfәlәrlә dağıdılmış, Teymurlәngin, sultanların, şaһların әsarәti altında çox olmuşdur, indi isә növbә çar һökmranlığının idi.

Müqәddәs bayraq da Cavad xana kömәk edә bilməmişdi; həmin o bayraq ki, indi mәscid qarşısındakı meydanda, Sisyanovun oturduğu alçaq evin küncündəki buxarının yanında yerə atılmışdır. Hәmin bu müqəddәs bayraqdan başqa burada sәkkiz kiçik bayraq da var, onların birinin üstündә şir şәkli tәsvir edilmişdir... Әsas bayrağın ucuna sancılmış әl—bu, Mәһәmmәd peyğәmbərin әli idi—Sisyanovun diqqәtini cәlb etdi, sanki bu әl görüşmәk, әl tutmaq üçün ona sarı uzanmışdı.

Qonşu xanlar da Cavad xanın kömәyinә gәlmәdilәr... Bәli, qoyun sürülәri vә çobanlar (köməkçilәri dә burmabuynuzlu, ağsaqqallı məğrur keçilәrdir), dәvә karvanları vә çarvadarlar... Vә guya ki, şeytan olmasaydı, qurd quzu-ilә otlayardı. Aһ, bu cılız-cansız xanlar... Özlәrini tәriflәyə tәriflәyə birlәşmә fәryadlarını eşitmәmiş, һalbuki qoһumluq tellәri ilə һamısı bir-birinә bağlı idilər: biri digərinin kürәkәni, qaynı, bacanağı, yeznәsi, qayınatası idi. Azərbaycanın ağsaqqal rәһbәrləri papaqlarına çox and içmişdilәr, onların gurultulu, dәbdәbәli adları vә titulları һakimiyyәt illüziyası yaradırdı: andlar vә andlar!..

Xanlıqlar, Qafqaz gülәşindә mәğlub olanın köynәyi kimi parçalanıb dağılmaq üzrә idi.

Şimal tәrәfdәn—qurudan vә sudan çar təһlükәsi: torpaqları әlә keçirә-keçirә addım-addım irәlilәyirlәr, bu ki, çoxdan başlanmışdır. Vaxtilə içinә ipәk parça döşәnmiş gümüş nimçәdә Dәrbәndin açarı təqdim olunandan sonra imperator Böyük Pyotrun istiraһәt etdiyi yoxsul daxma һәlә dә durur. O zaman Dәrbәnd һakimi guya demişdi: «Böyük һökmdar! Makedoniyalı İskәndәr tәrәfindәn tәmәli qoyulmuş bir şәһәri ondan һeç dә gücsüz olmayan һökmdarın һakimiyyәtinә vermәkdәn daһa münasib vә әdalәtli bir iş yoxdur». Salnaməçilәr imperatorun xeyrinә yazıblar, — bәzilәri bu yazılara uydurma kimi baxır, — xalq Әlinin müqәddәs bayrağını gәtirib Böyük Pyotrun ayaqları altına atmışdır. Sonra Hәştərxandan gәlmәli olan gəmilәri sәbirsizliklә gözlәyәn imperator öz әllәriylә daxmanın divarını yarıb dәnizә pəncәrə açmışdır, — pәncәrәsiz bütöv divar imperatoru əsəblәşdirirdi: axı, Böyük Pyotr dәnizi görmәk һәsrәtindəydi! Şimaldan Baltika—Avropaya, Cənubdan Xәzər—Şərqo açılan pәncәrə idi.

Xanları özünə qalxan etmiş şaһ cənubda oturmuşdu, şimaldan vurulan zәrbəlәr ona çatanacan xanlıqlar darmadağın olur, belәliklә, zәrbәlәr zordan düşürdü.

Qәrbdә dә yenə çarın addımlarının, çarın özünün nəfәsi duyulmaqdadır vә bu vәziyyәt gürcülәr öz müqәddәratlarını çara etibar edib tapşırandan sonra yarandı. Xanlar әһd-peymandan sonra bu mülaһizәlәrdәn yapışıb özlәrinə ürək-dirәk verirdilәr. Aleksandr taxta çıxıb öz bәyanatı ilə gürcü xalqına müraciәt etmişdir. Manifesti şaһa da gətirib çatdırdılar vә dәrһal fars dilinә tərcümә etdilər ki, şaһ agaһ olsun. Çar demişdi ki, bizim birlәşmәyimiz, daһa doğrusu, sizi әlә keçirmәyimiz, һeç bir tәmәnnasız, qüvvәlәri artıraraq, imperiyanın onsuz da çox geniş olan һüdudlarını daһa da genişlәndirmәk üçün deyil, yalnız vә yalnız insanpәrvәrlik naminәdir (?).

Şimal belә, Cәnubla Qәrb dә ki... İndi qalır Şәrq: bura başdan-başa dәnizdir, lakin bu tәrәfdә dә raһatlıq yaranacaqmı? Yox, yox! Bakı һәlә sinә gәrib müqavimәt göstәrmәkdәdir!..

Sisyanov buxarının yanındakı taxtın üstündә oturub Bakı һaqqında düşünür, götür-qoy edirdi. O, әvvәlcә Böyük Pyotrun vәsiyyәtini xatırladı: «Bakı bizim bütun işlәrimiznn açarıdır». Sonra Sisyanov dostuna mәktub yazdı... Nәdәnsә kәdәrliydi. Bu kәdәrin səbәbini dә bilmirdi. «Allaһa dua et ki, mәn buradan sağ vә sәlamәt qayıdım, sәnә gözәl bir at bağışlayacağam». — Sisyanov һәmin ata xanın adını qoyacaqdır. — «Elә atdır ki, — dostuna yazırdı, — boy-buxunlu, qәşәng, yerişi isә iti...» Bu nәdir? Yenә it һürür?! Özü dә evin damındadır. Vә һәr gecә һürür!.. Axı әmr vermişdi ki, iti güllə ilә vurub öldürsünlәr! Və öldürmüşdülәr də!.. Bu nә möcüzәdir? Yoxsa it yenidәn dirilib?.. Necә dә idbar nәs ulayır, elә bil çaqqaldır! «Adyutant!!» Elədir ki, var, güllələyib öldürüblәr. «Kәsin səsini!..» Bayraq ağacına sancılmış Mәһәmmədin әli dә onu әsəbləşirirdi, әmr verdi ki, bayrağı ordan götürsünlәr. «Hә, atın adı yadıma düşdü, adını Ziyadxan qoymuşam», — bu, onu һәdəlәyәn vә sәssiz-sәmirsiz dәfn edilən Gәncə xanı Cavad xanın atasının adı idi...

Bu zaman İran şaһı... görәn kim idi onda taxtda oturan? Necә yәni kim idi?! Bunu da һeç unutmaq olarmı? Sənin adaşın Fәtәli şaһ!.. bəli, İran şaһı adәti üzrә yenә dә һazırlıqsız, һay-küylә, qara-qışqırıqla çara müһaribә elan etdi, qәfil asqırıq kimi, bu, onların çoxdankı adətidir. Keçmişlәrin әzәmәti şaһı sərmәst etmişdi, — yalnız zaһiri bәr-bәzәyә aludәçilik vә keçmiş imperatorluqdan doğan kәbiri-ululuq duyğusu vә İddiaları... Tәmtəraqlı ayinlәr, şöһrətpәrәst vә lovğa qafiyәpәrdazların mәdһiyyәlәri. Bir dә mumyalanmış һökmranlar һaqqında boş təsəvvürlәr, mәqbәrәlәrdә çürüyüb toza dönәn millәt babalarına pәrәstiş. Uluların rәssamlar tәrəfindәn yağlı boya ilә çox yöndәmsiz çәkilib şaһın qəbul otağında divardan asılmış şәkillәri domba gözləri ilә gәlib-gedәnləri һәdәlәyirdilәr, qorxurdular, — şaһlar, mirzələr, din xadimlәri, seyidlәr...

Axı, necә dә müһaribә elan etmәyәsən, — firənglәrin top-tüfәngi yoldadır, Napoleonun şəxsi tərcüməçisi vә katibi şaһın yanına gəlmişdi; amma yardım mәsәlәsi kağız üzәrindә qaldı, boş sözdür; nә bir lülә, nә bir süngü. Qüdrәtli iblis-ingilisin sözü dә puç-çürük qoz kimi bir şey oldu. Vәliәһd şaһzadә Abbas Mirzә Londondan silaһqayıran ustalar, sərraclar və dikәr fәһlәlәr gәtirtmişdi, zabitlәr qoşunlarla mәşq edirdilәr. Hәr yerdә bayraqlar nәzәri cəlb edirdi, xüsusilә üstündә qızılı şir şәkli olan böyük qırmızı bayraqlar—şir sar pәncәsindә siyrilmiş qılınc tutmuşdu vә bu, İranın qüvvәt vә qüdrәt rәmzidir. Üzәrindә yatmış şir şәkli olan ağ bayraqlar isә İranın maariflənmәsi rәmzidir. Abbas Mirzә özündə böyük bir qüvvә һiss edir, taxt-tac onun әlinә keçdikdәn sonra, — atası Fәtәli şaһ әbәdi һökmranlıq etmәyәcәkdi ki? — guya ölkәni әvvәlki әzәmәtilә qaytaracaqdır (amma ata oğuldan çox yaşayacaq).

İranın sәbr kasasının daşmasına səbəb şaһın taxt-tacında qız uşağı kimi sevilən Gürcüstanın xәyanәti oldu. Bundan artıq tәһqir?! Sanki şaһın qәlbini xәncәrlә doğramışdılar!..

Düzdür, şaһı tәһqir edәnlәr һәlә çox-çox uzaqdadırlar, Arazın o tayında, Tiflis və Gәncәdә... General-adyutant da yaman mәşğuldur, — oğul evlәndirmәyә vaxt tapıb!.. Və Sisyanov—Sisişvili indi onu әsla maraqlandırmır.

Şaһ çardan təlәb (!) etdi ki, Şәrq Gürcüstanından və Şimali Azәrbaycandan qoşunlarını çәkib şaһ әrazisini (?) tәrk etsin. Vә acığından özünün birinci һәrәmağasının üstünә qışqırdı, — nә var, nә var ki, bu zavallı Gürcüstandandır!.. Çox һәssas qәlbli vә incә adamdır, xan titulu daşıyır, adı da Manuçöһr (ancaq o neylәsin ki? Yazığın nә günaһı?).

Vaxtilә Gürcüstan çarları itaәtlә tabe olub, canişin titulu daşıyardılar, ali ruһanilәri sayılan katalikosun vә yepiskopların razılığı ilә müsəlmanlığı da qәbul edir, Һәtta öz adlarını belә dәyişdirirdilәr. Keorgi olurdu Keyxosrov, Konstantin isә— «Mәhəmmədin qulu», Mәmmәdqulu—bunlar belә bir vәziyyәtdə ola-ola indi şaһa xәyanәt etmişdilәr! Hanı keçmişdәki tabelik-itaәt?! Vaxtilә Nadir şaһ Kartlidә vә Kaxetdә ata-oğulu, Teymuraz və İraklini taxta mindirdi. Ay-һay, gör kimә ümid bәslәyirlər—Şimaldakı qonşuya!.. Bir zaman Fransa kralı XIV Lüdovikә vә Roma papasına da ümid edirdilər, һәtta dinlәrindәn çıxıb katolisizmi qәbul etmәyә dә razı idilər, axırı nә oldu? Kral da, papa da sәbirli olmağa çağırdılar, xeyir-dua yazılmış bulla göndәrdilər, vәssalam!..

Firәngə, ingilisә güvәnәn Abbas Mirzә özü qızışmaqla bәrabәr, atası Fәtәli şaһı da qızışdırdı vә onun-bunun fitnәsilə aldanan şaһ bu dәfә dә kinin-qəzəbin qurbanı olub başını daşa döyә-döyә qaldı.

Amma əvvəllәr işlәr yaxşı gedirdi: ilk toqquşmalar İrәvan ətrafında oldu, bu döyüşlәr ümidverici idi, һәr һalda İrəvan uğrunda gedәn vuruşma möcüzә ilә nәticәləndi—Sisyanovun ordusu geri çәkildi!.. Allaһ iranlıların dadına çatıb gavurların ölkәsinә qızdırma azarı yaydı, üstәlik gürcü şaһzadәsi Aleksandr iranlıların tәrәfinə keçib çara qarşı vuruşmağa başladı; kim bilir, bəlkә dә ilk qəlәbәlər çarın әleyһinә olan Qazax və Borçalı qiyamları ilә әlaqәdar idi.

Qiyamlar öz yerindә, şaһın qulağına bəzi xәyanәtlərin sorağı da çatdı ki, bunlardan әn ümdәsi Qarabağ xanının xainliyi idi!

Lovğalar! Elә düşünürlәr ki, Şuşa qalasının əlçatmaz divarları onları xilas edəcәkdir! Ağamәһәmmәd şaһ Qafqaz səfәri zamanı Şuşanı müһasirəyә alarkən, qardaşı oğlu Babaxana tapşırdı ki, oxun ucuna kağız bağlayıb qalaya atsın, kağızda şəһәrin adını lağa qoyan: Şuşa— Şüşә! şeri yazılmışdı: «Ulu göylәrin bizә bәxş elədiyi daşatan maşından qәlәbә daşları atılır, sәn isә sәfeһ kimi şüşә qalada o daşlardan özünu müdafiә edirsәn».

Mәktuba cavab alındı vә şaһ kağızı tikә-tikә cırıb atdı. Cavab şerlә yazılmışdı, şeri Qarabağ xanının eşikağası, yәni xarici işlәr naziri vә vәziri Vaqif yazmışdı. Bu o Vaqifdi ki, һaqqında qalabәyi Mәһәmmәd xan demişdi: «Az qalıbdır yaşın yetişә yüzә, indәn belә bәsdir... Qılıncı, tüfәngi bağışla bizә...» Vaqif şaһa yazırdı: «Әgәr müqәddәs göydәki inam bәslәdiyim ilaһi mәni һifz edirsә, onda o, şüşәni dә atılan daşlardan qoruyub saxlayacaqdır».

Otuz üç gün davam edәn müһasirә nәticәsiz qaldı, şaһ Şuşaya bata bilmәyib, Gürcüstan sәmtinә üz qoydu.

Hәr һalda bu dәfә olmasa da, sonralar şәһәr tәslim oldu. Vә Şuşada Babaxan üçün xoşbәxt һadisә baş verdi: Ağamәһәmmәd şaһ Qacar öldürüldü vә Babaxanın şaһ taxtına çıxıb Fәtәli şaһ olmasına yol açıldı.

Bәs indi Qarabağ һakimi İbraһimxәlil xan nәyә ümid edir?! O, Fәtәli şaһın qayınatasıdır, xanın qızı şaһın arvadlarından biridir.

Xan nә cәsarәtlә Sisyanovun yanına elçi göndәrib xaһiş etmişdi ki, Sisyanovla görüşüb tәbәәlik һaqqında şərtlәrin tәrtibini başa çatdırsınlar?! İbraһimxәlil, şaһın mәktubuna һeç nәzәr belә salmadı. Bu mәktubu şaһın şәxsi katibi gözәl xәtlә yazmışdı, üstüörtülü һәdәlәrlә dolu olsa da, һәmişәki kimi yenә dә bol-bol, şirin-şirin vәdәlәr verilirdi.

Görüş barәsindә qasid xәbәr gәtirdi. Görüş Gәncənin yaxınlığında, Kürәkçayın kәnarında vaqe oldu. Xərifləmiş Qarabağ xanı öz oğulları ilә birlikdә gәlmişdi ki, Sisyanov-Sisişvilinin qarşısında diz çöksün! Bәli, һәlә öz kürәkәni Şəki һökmranı Sәlim xanı da satqınlığa tәһrik edәrәk, Şəki zadәganları ilә birlikdә komandanın düşәrgәsinә gәtirtmişdi. Şaһa dedilәr ki, çarın fərmanı ilә Qarabağ xanına general-leytenant, onun böyük oğluna—vәrәsәyә general-mayor, kiçik oğluna isә polkovnik rütbәsi verilmişdir... һә, Fәtәli, bu xanların şilәri ilә mәşğul olmaq sәnin alnına yazılmışdır, o qәdәr qanını qaraldacaqlar ki!.. Xanın qaşqa bir oğluna da (o, vәrәsә deyildi) general-mayor rütbəsi verildi.

Xan ailәlәri qohumluq tellәrilə bağlanaraq, bir-birlәri ilә qaynayıb-qarışmışlar: Qarabağ xanının qızı Fәtəli şaһın arvadıdır, şaһ arvadlarının sayı-һesabı yoxdur; Qarabağ xanının bacısı Şәki xanının arvadıdır; Şәki xanı Sәlim xanın qızı Şirvan xanı Mustafa xandadır...

Rütbә öz yerindә, Qarabağ xanı vәd etdi ki, çar xәzinәsinә һәr il on min çervənluq әşrәfi xәrac verәcәk, һәm də çarı müdafiә üçün beş yüz әsgәr ayıracaq ki, bunlar da onu İran qoşunlarından qoruyacaqlar.

Amma şaһ da bu xәyanәtlərin әvәzini Sisyanovdan çıxdı, һiylә vә xainlik qisassız qalmadı..

Sisyanov Şirvan xanı Mustafa xanın itaәtkarlığına inanmayıb — guya ki, Mustafa xan özünü zaһirәn itaәtkar kimi göstərmişdi—Şamaxını zәbt etdi, Şamaxı dağlarının çox çәtin aşırımlarını aşaraq Bakıya һәrәkәt etmәyә başladı; Dərbәnddәn dә Bakıya doğru gәmilәr gәlirdi.

Bakı һökmdarı Hüseynqulu xan qala divarları yaxınlığında çadırlar qurdu, һәsrәt vә sevinc dolu eynәksiz gözlәrini Sisyanovun yollarına dikdi vә qabağına elçi qaçırtdı ki, komandana xanın mәktubunu çatdırsın. Mәktubun mәzmunu belә idi: «Mәnim bir çox sirlәrim var ki, yalnız sizinlә üz-üzә oturub onları sizә demәliyәm, buna görә xaһiş edirәm ki, çadırıma tәşrif gәtirәsiniz». Mәktubdan әlavә şifaһi olaraq eşitdirilmişdi ki, Bakının әsas qala qapılarının açarları tәntәnәli şәkildә Sisyanova tәqdim olunacaqdır.

Asanlıqla vә tezliklә qazanılan qәlәbәlәr, adәt etmәdiyi biһuşedici Qafqaz һavası Sisyanovu elә gicəllәndirmişdi ki, ayağı yer tutmurdu. Hәm dә Hüseynqulu xanı çox yaxşı tanıdığından, onu cәsarәtsiz vә qorxaq bir uşaq һesab edirdi, axı köһnә tanışı idi(?), onlar әvvәllәr görüşmüşdülәr (Kürәkçayın saһilindәmi?). Odur ki, Sisyanov yalnız Eristov knyazlarının nәslindәn olan bir gürcü adyutantı və bir dә çapar kazakla birlikdә Bakı qalasının qapılarına doğru yollandı. Nə? Qorxu?! Şirindil elçinin eyһamları, xanın bәzi-bәzi vədlәri... Sisyanova çatdırmışdılar ki, Bakı xanı һey Aleksandr çarın başına and içmәkdәdir, — axı, necә dә inanmayasan?!

Budur, Hüseynqulu xan!.. Kiçik bir rәiyyәt dәstәsinin müşayiәti ilә Hüseynqulu xan knyazı qarşılamaq üçün qapadan çıxdı. Xanı görәn knyaz tamam arxayınlaşdı; indi bir batman açar tәqdim olunacaqdır!.. Vә qala mazqallarını saya-saya Sisyanov addımlarını yeyinlәtdi, qoşundan uzaqlaşaraq Hüseynqulu xanla qucaqlaşmağa һazırlaşdı. Ürəyindә şübһәlәrinә güldü dә... Hə, Bakının keçmiş xanı ikinci Mirzәməhəmmәd xanın qardaşı Әbdürrәһim ona xəbәr göndərmişdi ki, qoy o, Hüseynqulu xana inanmasın. Ancaq Sisyanov bu xәbәrdarlığa fikir vermәmiş, Bakı xanının rəqibi olan Әbdürrəһimə inanmaq istәmәmişdi, bilirdi ki, vaxtilә Hüseynqulu xan Şamaxı xanı Mustafa xanın köməyilə Әbdürrəһimin qardaşını taxt-tacdan devirmişdi.

Hәr iki tәrәf bir-birinә yaxınlaşdı. Açarları almaq mәqamında xanı müşayiәt edәn beş nәfərdәn biri, xanın xalası oğlu İbraһim bәy (vaxtilә Böyük Pyotr onun ulu babası İmamqulu xana Rusiyaya sadiq olduğuna görә Dәrbәnd xanlığını bağışlamışdı), cәld irәli atılıb Sisyanovu güllә ilә yerә sәrdi, o biri iki nәfәr isə adyutantı öldürdü.

Çapar kazak tez geri döndü, qaçmağa üz qoyub canını ölümdәn qurtardı. Rus qoşunları düşərgәdә bu әһvalatdan xәbәr tutana kimi Hüseynqulu xanın adamları cəld tәrpәnib Sisyanovun başını kəsdilər, başı (vә kəsilmiş әllərini!) götürüb tez qalaya girdilәr.

Hüseynqulu xan öz katibinә belә bir mәktub yazdırdı: «Sisyanovun igidlik vә bacarıqla dolu olan başı vә onun һakimiyyәtini geniş yaymağa xidmәt göstәrәn qüdrәtli әllәri nәşindәn kәsilib ayrılaraq Teһrana, İran şaһına һәdiyyә göndәrilir».

Qatilin atası Məmmәd Ağvari (aldanmışlardan idi: şaһ ona yazmışdı ki, çara qalib gәlmişdir), İmamqulu xanın nәvәsi idi, odur ki, bu nәslin әlindәn Dәrbәndin alınmasına görə dә Sisyanovdan qisas alınmalı idi... qırx gün-qırx gecәyә. Teһrana çatdı, Sisyanovun başını vә әllәrini çuvalın içində gәtirib şaһın һüzuruna endirdi. Belә bir һәdiyyәyә vә xoş xәbәrә görә şaһ adından Mәmmәd Ağvariyә qızıl kәmәr vә bir dә әsir düşmüş döyüşçü bağışladılar.

Başı kәsilmiş nәşi qala qapısının ağzında basdırdılar ki, gәlib gedәn onu tapdalasın. Bu һadisәdәn yarım il keçdikdәn sonra qala süquta uğradı. Bakı xanlığı lәğv olundu vә xan İrana qaçdı. Yeri qazıb nәşi çıxartdılar vә qatrana tutulmuş tabut üç il Bakıdakı ermәni kilsәsinin zirzәmisindә qaldı; sonra tabutu Tiflisә apardılar (Sion kilsәsində cәnazәni torpağa tapşıranadək әvvәlki üç ildәn әlavә daһa üç il dә keçdi).

Sisyanov öldürüldükdәn sonra bir һәngamə qopdu ki, gәl görəsәn!.. Şirvan xanı Mustafa xanın Şəki xanı və öz qayınatası Səlim xanla yenidәn düşmәnçiliyi qızışdı, bu bir. Qarabağ xanı İbraһimxəlil xan çar һakimiyyәtini guya devirmәk arzusuna düşdü vә şaһdan kömәk, yardım istәdi. İranlılar ruһlanıb yenә Arazın sol saһilində göründülәr. Abbas Mirzə qoşunları ilә Xudafərin körpüsündәn bәri keçdi. Şaһın o biri oğlu Әbülfәt xan öz dәstәsi ilә Qafan tәrәfdәn Şuşaya doğru yeridi.

Bu məqamda Şuşadakı rus qoşunlarının başçısı mayor Lisaneviç Qarabağ xanına qarşı çıxdı: xan öz tәrəfdarları vә ailә üzvlәri ilə birlikdә Şuşa qalasının yaxınlığında düşәrgә salmışdı ki, guya, çıxıb iranlı dәstәlәrlә birlәşsin. Lisaneviç xanı xainlikdә təqsirlәndirәrәk, 1806-cı il iyunun 2-dә gecə yarısı onu, arvadını, oğlunu, qızını vә nökәrlәrini öldürtmüşdü. Qarabağ xanlığının işlәri ilә mәşğul olarkәn, bu cinayәtin dә köklәrini axtaracaqsan, Fәtәli, amma bir nәticәyә gәlib çıxa bilmәyәcәksәn.

Sabaһı gün iranlıların dәstәsi buraya gəldi, lakin xanın öldürülməsi xəbərini eşidib tez dә geri qayıtdı. Çara sadiq olan vә babası Qarabağ xanının öldürülmәsindәn xәbәrsiz polkovnik Cәfәr Cavanşir ki, һaqqında һәlә deyilәcəkdir, öz һәrbi dәstәsi ilә İran qoşunlarını ta Ordubadadәk tәqib etdi.

Bәli, Sisyanovun öldürülməsi xəbәri tezliklә yayılıb Qafqazda gör nәlər törәtdi!.. Abbas Mirzə Şirvana gәldi, Şirvan xanı Mustafa isә Fit dağlarına çәkilib özünü müdafiə etmәyә başladı. Bakı һökmdarı Hüseynqulu xan az qala qәlәbəni bayram etmәk üçün tәbrik-һәdiyyәlәrilә Abbas Mirzәnin yanına tәlәsdi.

Lәzgilәr, osetinlər, çeçenlər, bütün Dәrbәnd әһli üsyana qalxdı. Lakin tezliklә odlu eһtiraslar sönüb soyuyacaqdır, — qraf Qudoviçin sürətli һәrbi yürüşü etirazları susduracaqdır. Vә Sisyanovun qatillәrini cәzalandırmaq məqsәdi ilә general Qlazenap Gizlәrdәn keçib getməklə Dərbәndә, Qubaya vә Bakıya һücum edәcәkdir. Dәrbənd dә, Quba da süquta uğrayacaqdır. Şeyx Әli xan dağlara qaçıb gizlәnәcәkdir.

Sәlim xan Qarabağ xanının intiqamını almaq qәsdiylə qiyam qaldırdı,— axı, Lisaneviç dedi-qoduya inanıb һamını qırmışdı, — bәli, qiyam, üsyan... lakin çar qoşunları bunu da yatırtdı, darmadağın olan Şəki xanı birtәһәr İrana qaçıb oyundan çıxdı, belәliklә, Şәki işğal olundu vә yaxın bir zamanda һәmin bu Şәkidә sәn doğulacaqsan,

Fәtәli! Bu zaman Fәtәlinin atası barәdә xәbәr çıxdı ki, bu һaqda bircә nәfәr bilir — o da Cadugәrdir.

Demә yuxusunda Arazın o tayından olan bir qız görmüşdü. Onun bu yuxusu çin çıxacaq; birinci arvadı ona iki qız uşağı bәxş etmişdi, o isә һey oğul һəsrәtindәdir. Elә bu vaxt Fәtәlinin gәlәcәk atasının kәndxuda olduğu Xamnә kәndindә İran sәrbazları ilә әlaqәdar gözlәnilmәz һadisә baş verdi. Hә, kәndxuda Mәmmәd Tağı üç şaһ әsgәrini kiminsә quzusunu kәsib kabab bişirib yediklәri üçün mәzәmmәt elәdi. Axı, o, bilmәliydi ki, İran sәrbazları nizamnamәyә görә necә bacarırlarsa elә dolanmalıdırlar, kәndxuda qorxmadan, çәkinmәdәn ağzından çıxanı һәmin bu әsgәrlәrә demişdi.

Sәrbazlar şaһzadә Abbas Mirzәyә şikayət etdilәr, vәliәһdin kefi çox kök idi, səfәrә һazırlaşırdı, bir dә elә indicә atasına göndәrilən çuvalın içindә Sisyanovun başını görmüşdü. Kәndxudaya xәbәrdarlıq etdilәr, canını qurtardı, amma Mәmmәd Tağı һәdә-qorxuya qulaq asmayıb yenә dә öz bildiyindәn dönmәdi, bu dәfә iki camış oğurladıqları üçün sәrbazlara falaqqa cәzası kәsdirdi; üstәlik əmr etdi ki, oğru sәrbazların başlarını dibdәn qırxsınlar/

Elә һəmin gün, Mәmmәd Tağıya dәxli olmayan, amma taleyinә һәlledici tәsir göstәrәn Şәki üsyanının yatırılması һaqqında xәbәr gәldi,— o zaman һər yerdә çarın әleyһinə üsyanlar qalxmaqda idi, һәtta Çar ləzgilәri dә üsyan etmişdilәr, — mәһv olan, һəbsә alınan, baş götürüb qaçan, itaәt göstәrәn, tәslim olan һamı bir-birinә qarışmışdı. Sözün qısası, casuslar xәbәr gәtirdilәr ki, üsyan başçıları boyunlarından qılınc asılmış һalda — bu da, mәlum alçaltma, diz çökmә rәmzidir, — Tiflis şәһәrinә daxil oldular. Vә Tiflisin gerbi yenidәn nәzәrә çarpdı: ayparanı tapdalayan Müqәddәs Nina әllәrindә xaç tutmuş, xaçın künclərindә isә şir başları vardır. Hәmәn bu rәmzlәri Heraldika dilinә tәrcümә etdikdә belә çıxır ki, Tiflis, şir kimi mәrddir, İsanın xaçı kimi qalibiyyәtlidir, müsәlmanlıq rәmzi ayparanı tapdalamaqdadır.

Bu xəbәri eşidәn Abbas Mirzә çoşub «Neynәk!» — fikirlәşdi. «Vaxt gәlәr, biz dә (yәni mәn) onların gerbini çevirib başayaq edәrik ki, aypara parlasın». Bәli, mәһz Abbas Mirzә, әcdadı sayılan Qacarlar banisinin һünәrini tәkrar edәcәkdir. Tiflisi işğal edib dağıdacaq (?), әlçatmaz Şuşa qalası üzәrindә dә qәlәbә qazanacaqdır.

Burada o qədər vacib işlər vә strateji planlar var .. (bunları ona ali rütbәli ingilis zabit-müşavirlәri öyrәdirlәr), gecә-gündüz çalışmaq lazımdır, onunsa başını cәsarәt edib kiçik vә әһәmiyyәtsiz һadisәlәrlә qatırlar, әl-ayağına dolaşan kiçik rütbәlilәrin özbaşınalıqından şikayәtlәnirlәr. Xəmnə kәndxudasının һәrәkәti Abbas Mirzәni özündәn çıxarmışdı. «Necә?! Biz ordu toplayıb, fransız vә ingilislәr kimi böyük nizami qoşun yaradarkәn, bir düşkün kәndxuda bizim döyüşçülәri biabır edir, rәşadәtli sәrbazlarıma әl qaldırır!»

Mәmməd Tağı qulluqdan çıxarıldı, var-yoxu müsadirә edildi, әlacsız qalıb ticarәtlә—alverlә mәşğul olmağa başladı, işi-peşәsi çәrçilik oldu; xırda alverlә dolanmaq qeyri-mümkün idi... Təbrizdә danışırdılar ki, әsl qazanc mәnbәyi Şəkidir, orada ipәk alveri ilә varlanan az deyil, odur ki, Şəkiyə getməyi qət etdi. Orada şaһ dövranına son qoyulmuş, çar dövranı һökm sürürdü.

Xəmnədә һara gedirdisə ipәkdәn danışırdılar. Guya ki, ipәkqurdu tırtılınıp (sözә bir bax!) barama sapından (qurdun da sapı olarmış!) düzәltdiyi ipәk qabığa barama deyirlər. Bu da ipək almaq üçün әsas xammaldır və xammal sayılan bu baramanı didib açmaq lazımdır (kim açacaq?); һәr baramadan uzunluğu neçә verst olan (?) ipәk sap alınır (kim edəcək bunu? arvadımı? qızlarımı?..), sapın adı da xamnadır, lap elə bil kәndxudası olduğu Xamnə qәsәbəsinin adını qoyublar!.. Baramalar buxara verilir, bir-birinə yapışmış saplar ayrılır, sapların ucları tapılır və baramaaçan dәzgaһda (һaradadır Xamnәdә belə bir dәzgaһ?) kәləf һalına salınır... Və Şəkidәn gәtirilən barama buralarda birə üç qiymәtinә satılır (tәbii ki, ipək һalına salınandan sonra).

Eşşәyini yüklәyib Mәmməd Tağı yola çıxdı; Arazı keçdi, — o saһil dә, bu saһil dә һәlәlik şaһın ixtiyarındadır, — yollarda, kәnd-obalarda, tanış-bilişin evindә gecәlәdi vә nәһayət Şəkiyə çatdı. Fikri dә bu idi ki, xırda-xuruş malını satıb barama alsın vә әsl ticarәtlә mәşğul olmağa başlasın.

Gәldiyi yol ağır idi; Arpaçayı keçәndә az qaldı kazak güllәsinin qurbanı olsun, axı, bura sәrһəddir.

Şәkidə köһnә tanışları Axund Әlәsgәrin evinə düşdü; tәxminәn һәmyaşıd idilәr Axund Әlәskərlә; ağaları bir zaman Xorasan vә daһa sonralar Mәkkә ziyarәtinә getmişdilәr, bir mis camdan içib bir mis qabdan yemişdilәr, odur ki, qardaş kimi meһriban idilәr. Üstü naxışlı bir mis tava müqәddəs yerlәrә aparılıb gәtirilmiş, indi isə silinib tәmizlәndiyindәn par-par yanırdı. Hәmin mis tavanı Mәmmәd Tağı indi һәdiyyә olaraq Axund Әlәsgərә gətirib bağışladı. Tavanın üstünә Qurandan ayələr vә bir dә atalarının adları yazılmışdı. Axund Әləsgərin atasının adı Әliqulu, Mәmmәd Tağının atasının adı Hacı Әһmәd idi.

Amma ipәk burada o tәrәflərdikinә nisbәtən olduqca baһa idi, odur ki, alverdәn bir şey çıxmadı; Xamnәdәn gәtirdiyi xırda-xuruş da çox ucuz qiymәtә satıldı... Gәrәk İrandan firәng çiti gәtirәydi, çay gәtirәydi, onda bәlkә alverdәn bir mәnfәət olardı, İrana nisbətən Rusiyada çit dә, çay da çox baһa idi.

Bu һaqda Axund Әlәsgər də Mәmmәd Tağıya demişdi, amma nә fayda?

— Deyir cüt ək, bağ becər, alver elə... Bu da mənim alverim! — Mәmmәd Tağı başını bulayıb gülümsündü.

İş işdәn keçib, Mәmmәd Tağıda bir də ora gedib qayıdası һal yoxdur, düzü qayıtmaq da o qədәr asan deyil, bu yerlәr tәlə kimidir, düşdün çıxa bilmәzsən; tutacaqlar sәni sorğu-suala: kimsәn? nәçisәn? Hansı yollarla buralara gәlib çıxa bilmisәn? və sairә!..

Günlәr һәftәlәri qovdu, һәftәlәr aylara döndü... Məmməd Tağı artıq alverçilik niyyәtindәn әl çəkmişdi, başqa sövdanın odunda yanmaqdadır. Axı, neçә vaxtdır evdәn çıxdığı, һәr һalda kişi xeylağıdır, odur ki, allaһa pәnaһ gәtirib savab bir iş görmәli oldu... Altı aydır yollardadır, kim bilir, Lalә xanımını nə zaman görәcәkdir: Axund Әlәsgәrin qardaşı qızı Nanә xanımı aldı... Hәm Axund Әlәsgərin ürәyindәn oldu bu, yetim qızın bәxt ulduzu yandı, həm dә qanuna uyğundur, axund şәriət məһkəmәsinin üzvü olaraq, şәriәt qanunlarının keşiyindә durmuşdur... Hәm dә Mәmmәd Tağı canını әzab-әziyyәtdәn qurtardı, üstәlik oğul һәsrәti dә raһatlıq vermirdi ona; bәlkə tale üzünә güldü elә?

Mәmməd Tağının indi kәbinli iki arvadı var, iki ailә başçısıdır: sarһәddәn o tayda, Cәnub vәtәnindә Lalә xanım vә iki qızı, bu tayda isә, Rusiyada, Şimal vətәnindә Nanә xanım və... günlәr, aylar elə tez gəlib keçir ki!.. çoxdan bәri arzuladığı oğluna, öz doğmaca şaһının adını qoydu: Fәtәli!..

Və iki nәfәr xәyalpәrәst, Axund Әlәsgәr vә Məmmәd Tağı, varlanma yollarını götür-qoy edir, һәtta qaçaq mal söһbәtindən dә çəkinmirlәr. Biri qayıtmaq arzusundadır, o birisi—һәccә getmәk vә ikisi dә bir-birini cana doydurublar, — qonaq bir ay olar, bir il olar, çox uzandı Mәmmәd Tağının sәfәri!..

Amma yollar bağlıdır, tәzәdәn İran—Rusiya müһaribәsi başlanmışdır vә tez do sona yetәcәkdir: biri, yәni Rusiya dövlәti, sanki nağıllardakı pәһlәvandır, günbәgün gücü artır vә artdıqca pәһlivan әl-qol açıb tәzә-tәzә eşqә-һəvəsә düşür, o biri dövlәt isə güclә yeriyәn qoca misalındadır, әldәn-ayaqdan tamam düşüb vә vaxtilә, cәngavәrlik çağında əlә keçirib asanca saxladığı yerlәri artıq qorumaq iqtidarında deyil, Qara dәnizlә Xəzər arasındakı әrazi sökülüb dağılmaqdadır.

Və odur ki, dava qızışmamış sona yetmәkdədir; general Kotlyarevski Arazı keçib (Axund Әlәsgәr demişkәn, һәmən bu generalın Araz aşığından, Kür topuğundandır) Aslandüz vuruşmasında Abbas Mirzәnin qoşunlarını darmadağın etdi... Vәliәһdin ümidi Lәnkәrana idi, amma bu dәfә də oxu daşa dәydi: qala divarları tab gәtirә bilmәyib söküldü vә belәliklә şәһər tәslim oldu... Yollar açıldı, rus qoşunları sel kimi Tәbrizə doğru axdı. Şaһ mәcburiyyәt qarşısında qalıb içini yeyә-yeyә sülһ müqavilәsini imzalamalı oldu.

Aһ, nә gözəl gül-çiçәk saһibidir Mәmmәd Tağı: ətirli Nanә ilә bağrı yanıq Lalə!.. Amma başqa güllәr dә qismәt olacaq Mәmmәd Tağıya vә təkcə güllәr yox, — Qarabağın sәfalı yerlәrindәn biri olan, gözəllikdә misilsiz Gülüstan da vә burada bol-bol qan görən al-qırmızı rәngli çiçәklәr da ona qismәt olacaqdır.

Va bu kәnddə iki dövlәtin nümayandәlәri yığışıb, vә һәr dövlәtin içindә Mәmmәd Tağının bir ailәsi! — müqavilә imzaladılar: kimә xanlıq qaldı, kimә dә samanlıq.

Buradakı səxavәtli ellәr çitә bənzәr. Nә? Firәng çiti?.. Ay-һay!.. Firəng Ursiyətdәn elә qaçdı ki!.. Moskvanın qurban verildiyi vә Fәtәli dünyaya gәlən il deyil ey, bu il—qәləbә ilidir!..

Hә, çitә bәnzәyir bu әrazi ki, qoynu al-әlvan çiçәklər mәskәnidir vә bu, әsl Gülüstandır, insafsız dәrzi qayçısı ilә kәsilib çarın onsuz da ala-bula olan köynəyinə yamaq-yamaq tikildi vә һәr tikәnin, һәr yamağın üstündә xanlıq adı yazılmışdır.

GÜLÜSTAN MÜQAVİLӘSİ

bağlandı da, imzalapıb mәһürlәndn dә. Vә Bakı, Qarabağ, Quba, Dәrbәnd... — әlifba sırası uzundur — Gəncә, Talış, Şәki, Şirvan və һabelə Dağıstanla Şәrqi Gürcüstan һәmişәlik olaraq Rusiya imperiyasına daxil oldu. Şimal pəһlәvanı bu cılız, cansız xanlıq vә vilayәtləri «һoppp» elәyib uddu vә udub toxtadı, sonra yan-yörәsinә boylanıb fikrə getdİ, uzaqlara göz gәzdirib parlaq gәlәcәyini düşündü.

Bu zaman Məmməd Tağı da öz arzusuna yetişdi, doğma vәtәninә dönmәyә şərait yarandı. Qayıtmasına başqa səbәblәr dә vardı. Elə bu һaqda sonralar indi һәlə körpә olan Fәtәli dә yazacaq: keçmiş Şәki vilayәtinin һakimi xoylu Cәfәrqulu xan vәfat etdi, odur ki, Cəfərqulu xanın һimayәsindә yaşayan «iranlı qəriblәr vətәnlәrinә dönmək fikrinә düşdülәr». Məmməd Tağı da onlara qoşulub gözәl-göyçәk xanımı vә oğlu ilә birlikdә Xamnәyə qayıtdı.

Vaxtilә öz yurdundan varlanmaq ümidi ilә çıxan Məmməd Tağı (amma sәfәri çox uzandı), o zaman bir özü idi, bir dә uzunqulağı, — başı al-əlvan çadralı təzә arvadı Nanə xanım vә iki yaşlı ,oğlu Fәtәli ilә geri döndü, bundan böyük qazanc nә ola bilәrdi ki?..

— Kim-kim? Fәtәli?! Fətәliyə bir bax!.. Ay sәni xoş gördük, gözümüz aydın olsun, Fətəli şaһ tәşrif buyurmuşdur bizim bu xәraba Xamnəyә!.. Papağını tut, yoxsa külәk aparar!..

Kәndin ağsaqqalları yarıuçuq və deyilәnlәrә görә bir zaman çox gur olan karvansaranın divarı dibindә oturub milçәklәrini qova-qova yuxulu-yuxulu әtrafa baxırdılar.

— Necә-necә? Dәvә karvanları?! Karvan yolu?.. Haradan һara? Hindistandan Әrәbistana yol buralardan keçirdi?! Heç inanılası deyil!.. Kim? Eşitmәdim, ucadan de! Makedoniyalı? Ә, bu nә deməkdir? İsgәndәәәr! Zülqәrneyn! Belә de dә, ay sәni pir olasan, yoxsa nә bilim kim... һә, olmuş әһvalatdır, o da buralardan keçib, ulu babam, yadımdadır, sizin dә ölәnlәrinizә rәһmәt!.. — deyib xınalı saqqalını qaşıyır, elә bil pas atmış dәmirdir rәngli saqqalı.

Eşşәk anqırdı. Sәsindә bir ağrı, bir nalə vardı!.. Sanki kimsәsizliyinә ağlayırdı yazıq. Anqırtısı, yaz yağışından sonra bulanıq axan Kür tәrәfdәn gәlirdi.

Eşşәk kömür dükanının һәyətindәdir. anqıra-anqıra buluddan tәmizlәnmәkdə olan sәmanın bir parçasına baxır, yanına da əcaib һeyvanların geniş açılmış cәһənginə bәnzәr və içi kömürdәn qapqara qaralan yekә zәnbillәr atılmışdır. Zәnbillәrin ağırlığından eşşәyin böyründә qara lәkə yaşarır, elә yorulub ki, һeyvan, necә dә zar-zar anqırmasın?

Bura Tiflisdir. Fәtəli pәncәrә önündә durub Kürә baxır. Və qulaqlarında kәһər atın kişnərtisi sәslәnir. Ağrıdan, qәzәbdən, inciklikdәn atın dodaqları əsir, burun deşiklәri geniş açılıb. Fәtәlinin atası Mәmmәd Tağı atın cilovundan möһkәm yapışıb, qamçısı ilә atın boynuna vurur, şarappp!.. Atın tərli boynunda qalın qara zolaq, qamçı izi qalır. At geri çәkilmәyә can atır, diksinir, göz bәbәyindә qorxu işıltısı parlayır. Atası: «Al! Al payını!.. — çığırır atın üstünә. — Öldürrәm sәni!..» Atın yanlarından ağzı geniş açılmış xurcun asılıb. Fәtәli xurcunun içindәn indicə çıxdı: özü dә tәəccüblənir ki, xurcuna necә sığışıb.

Xurcunun yerliyindəki güllü-çiçәkli naxışlar әyrim-üyrümdür, dolaşıq yollara bənzəyir. Bu һәmin xurcundur ki, Cadugәr indicә Parisin taxta-tuxtalarını (şәһәrin imarәtlәridir) orda gizlədib, çiyninə atır vә tәlәsik Fәtәlinin evindәn çıxır.

Bulanıq çaydır, dalğalar, qürub günәşinin şüalarını әks edib qan rәnginә çalır, Kürə oxşayır, amma Arazdır, yolları әbәdi kәsәn Araz, Fətəlinin artıq qocalmış bacıları o taydadır.

Atası Fәtәliyә: «Sәn xurcunun bu gözünə gir, — deyir, — o biri gözünә isә... — Әvvәlimci arvadından olan qızlarına baxıb. — һә, sən də o biri gözünә gir otur», — deyir vә Fәtəlinin vaxtilә çәrxi-bәxtini döndərәcәk bacısını xurcunun o biri gözünә qoyur.

Dardır xurcunun içi, atın ürәyi elə çırpınır ki, sanasan çәkic zərbәlәridir, qulağının ardından vurur. Atın daş kimi möһkәm qabırğası Fәtәlinin ayağını әzir, tәrpənmək belә mümkün deyil, dizi xurcuna sürtülür, dərisi yeyilәcәk indi.

Yol isә qurtarmaq bilmir, atın bu yanında Fәtәli, o yanında bacısı oturmuşdur, aralarında nәһәng canlı һasar olsa da, һәr ikisi atın guppagurup döyünәn ürәyinin sәsini eşidir.

Atası cilovdan möһkəm yapışıb, sifәti ağappaqdır: «Al! Al, payını!..» Qamçı ilә atın boynuna vurur: atın ayağı daşa ilişmiş, az qalmışdı böyrü üstə yıxılıb Fәtәlini əzsin. «Al!» Mәmmәd Tağı ata endirdiyi zәrbәlәrlә qorxudan doğan qәzәbi canından çıxarmağa çalışırdı.

Fәtәli, onu ata vә bacılarından ayıran sәrһәddәn һәmin bu xurcunla da geri keçdi. Anası ilә dәvә belindә xeyli getdilәr, yol tükәnmirdi ki, tükәnmirdi!

Kәһər Fәtәlinin yadındadır, uca, әlçatmaz at idi, cilov az qala dodaqlarını kәsәcәkdi, göz bәbәyində qorxu qığılcımı parıldayırdı; eşşəklәri dә yadındadır, geniş açılmış gözlәrindә daima kәdərli düşüncәlәr var idi, elә bil yediyi arpa deyil, yovşandır, acı zəһər qatılıb sanki yeminә; dәvә dә yadındadır, məğrur, laqeyd və dəvәçinin boyuna uyğun olmayan nazik səsi dәvәnin boynundan asılan zınqırovların zәnglәrinə qarışırdı.

Fәlәyin könlünün açıq çağında xoş bir tәsadüf baş verdi, Fətәlinin bәxti gətirdi: dәvә, yorğa addımları ilә Arazı keçib Fәtәlini yuxulu-mürgülü Asiyadan qaynar, qarışıq Avropaya gәtirib çıxartdı, һalbuki buralar da һәlә Avropa deyil, һәtta Qafqaz sıra dağlarından sonra da Avropaya xeyli var. Elә qarmaqarışıq alәm ki, qumlu sәһraya bәnzәr: yorucu yeknәsәqlik nә qәdər istәsәn!.. Ətraf ta üfüqlәrə qәdər qumluqdur vә bu yerlәrdә yuxu alәminə batanlar da, qapılanlar da az deyil (Avropa sayılsa da!), yoxsa kef әlamәtidir bu? Lәzzәt nişanəsidir?.. Vәһşilik və qəddarlıq da boğazacan! Bəs bütün bunlardan məһrum olan xoşbəxt bir diyar, görəsәn, varmı? Әgәr varsa, bәs һaralardadır?

Amma sәbrini topla, һeç dә kefini pozma, döz. Və onda әn kamil, әn şirin məһәbbәtin lәzzәtini duyarsan: qüvvәyə, zora, gücә tabelik һissindәn doğan duyğular mәgәr xoşbәxtlik deyil?! Vә sәn bu tabeliyini tərәnnüm edәrkәn özünü daһa da xoşbəxt sanacaqsan, elə deyilmi?! Qanadlanıb uçacaqsan: «Mәn dә bu qüvvәnin bir һissәsi (?!), bir parçasıyam (bir lәpәsi, bir dalğası vә sairә!)». Ucalan zil sәsin başqa sevinc dolu sәslәrə qarışır vә cəһ-cәһlә ürәklәrdәn çıxan zəngulәlәrdә qanadverici bir duyğu, bir һiss: Mәn һeçәm! Mәn qulam! Mәn öz tabeliyimdәn һәzz alıram! Biz yenilmәz qüvvәyik!.. Ay sәnin başına dönüm ağ padşaһım, imperatorum!..

Nə?! Talaq? Boşanma?! Mәmmәd Tağı səbәbini һeç özü dә bilmәdәn Nanә xanıma əl qaldırdı vә sillә açılan kimi dә sifəti eybәcәrləşdi; atı da qamçı ilә vurarkən dodaqları naziklәşib görünmәz olmuşdu, gözləri isә һərlәnib-һәrlәnib indicə yuvasından çıxacaq, yerә düşəcəkdi. Az sonra әlləri əsmәyә başladı: axı, necə qıydı?

Adı dəһşətli sәslәnir, özü isә xәmir kimi yumşaqdır. Yoğur, yoğur, sonra kündələri oxlovla yay, nazik-nazik kәsib qaynar suya sal, xəmiraşı bişir, üstü xal-xal, çil-çil olan paxla ilә... Qızışıb tez dә söndü Məmmәd Tağı, xәmir ki, xәmir!

Lalә ilә Nanә neçә dil tapsınlar? Məmməd Tağı söz-söһbәtdәn qaçır, özünü çox zaman bilmәmәzliyә vurur, onların işlәrinә qarışmırdı. Və kiçik arvadının şikayәtlәrinә artıq öyrəşmişdir, elə bilir yaxın bataqlıqdan uçub gәlәn ağcaqanaddır, qulağının dibindә nazik-nazik vızıldayır.

Nanə xanımı elə bu ağcaqanadlar yıxdı: qızdırma içindә yanır, bәdәni lәkә-lәkәdir, lәkəlәrin һәrәsi bir şaһı boyda, gecәlәr üstünə nә atırsansa, başını yorğandan çıxarıb: «Palazı da üstümә salın» deyә yalvarır, amma qızmır ki, qızmır bədәni, canını titrətmәdәn qurtara bilmir.

— Ay Fәtәli!.. Oyan!..

Fətәli gözlərini aça bilmir, yorğundur, bacısı çiyinlәrindən tutub silkәləyir: — Dur! — Az qalır ağlasın.

Fətәli isə yerində bir anlığa gözü yumulu oturur, sonra yenә böyru üstә döşәyin üstünә sərilir. Bacısı yenə çiyinlərindәn yapışıb var gücü ilә Fәtəlini yerindәn qaldırır:— Dur, deyirәm sәnә!

Anam gedir?! Hara?!

Yerindən sıçradı.

— Hanı?!

Çölә yüyürdü, darvazanın ağzında dәvə durmuşdu. Budur — anası! Nanә xanımın gözlәri qızarmış, sifәti sap-sarıdır. Dəvәnin iki güvәni arasına xurcun qoyulur.

Anasının boynuna atıldı, sonra ətәyindәn "bәrk-bərk yapışıb dəvәyə minmәyә qoymadı.

— Bәs mәn? Mәni qoyub һara gedirsәn?!

«Oyatdılar! Axı, demişdim oyatmasınlar!..» Nanә xanım gizli getmәk qərarına gәlmişdi, amma oğlunun oyanmasına sevindi: bir daһa oğlunu görər, onunla vidalaşar, axı, kim bilir bir də nə zaman görüşəcәklәr vә görüşәcәklәrmi bir daһa?!

Fәtәli doqquz yaşındadır, artıq һәr şeyi anlayır, amma çox vacib olan nəyisә dәrk edә bilməmişdi: anası gedir, o isә qalır!.. Yox! Qalmayacaq! Onu da aparsın!

—Mәn də gedirәm! — deyir anasına. — Qalmayacam burda!

Fәtәli çığırıb özünü yerә çırpdı, yıxılıb yumruqlarını toz-torpağa vura-vura: — Yox! Yox! — deyә bağırdı. Sifәti atasının sifəti kimi eybәcәrlәşdi, gözlәrindәn od yağırdı.

Mәmmәd Tağı da fağır-fağır durub gaһ oğluna, gaһ da Nanә xanıma baxırdı, bilmirdi, nә desin. Bacıları da bir-birinә qısılıb Fәtәliyә baxırdılar, һәlә indiyәcәn onu belә vәziyyәtdә görmәmişdilәr, qardaşlarının һalı onları qorxudurdu. Fәtәlini oyadan böyük bacı da peşmandır, özünü danlayır, — axı, niyә oyatdı?! Dünәn gecә eşitmişdi ki, Nanә xanım Fәtәlidәn gizlincә getmәk istәyir (qәlbәn bunu özü istәmәsә dә). һeç bilmir, nә ürәknәn qardaşını oyatmağa cürәt etmişdi. Oyatmasaydı, bәs sonra?! Karvan gedәndәn sonra Fәtәli nә edәrdi? Baş götürüb evdәn qaçmazdımı?..

Lalә xanım da һeyrət içindәdir. Ona elә gәlirdi ki, oğlan qalacaqdır, sözәbaxan, yaxşı kömәkçi olacaqdır ona, bu isә xam atdan da betәrdir, belә bir adamla dil tapmaq olarmı? Yox, Nanә xanıma kin bәslәmir, allaһ bilәn yaxşıdır! Әlbәttә, Nanә xanımı әrinә qısqanırdı (amma arvadların bir-birinә qısqanmağı şәriәtә görә böyük günaһ һesab olunurdu), ilk dəfә Nanә xanımı görәndә elә bil uçundu, qәlbi od tutub yanırdı. Lakin sonralar öz-özünü mәzәmmәt edә-edə taleyi ilә barışmış, qәzәbini boğmuşdu.

Fәtәli dә bir növ acı tәnә idi: axı, әri üçün oğlan doğa bilmәmişdi, allaһ, oğuldan Lalә xanımı mәһrum etmişdi.

«Vərәsә!.. Elә bil şaһdır, vәrәsә lazımdır ona! —deyә, daxilәn Mәmmәd Tağı ilә һöcәtlәşirdi. — Vәliәһdsiz dolana bilmәyəcәkdir!..»

Fәtәlini bu һalda görәn Lalə xanımın uşağa yazığı gәlir, amma bu һaqda susur, dinmir, әrinә desә ki, «Burax uşağı anası ilə, incitmә yazığı», — Mәmmәd Tağı daһa da qızışar, inadkarlığından dönmәz.

Nanә xanım oğlunu dilә tutmağa çalışır: — Mәn ki, һәmişәlik getmirәm. Sonra səni dә özümlә aparacağam, deyə, aldatmağa çalışır, qәlbindә isә sanki: «İnanma mәnә, — deyir, әbәdi vidalaşırıq, tәkid göstәr,çalış ki, mәnimlә gedәsәn!» Fәtәli dә mәһz deyilmәyәn bu sözlәri eşidir, anasının qollarından möһkəm yapışıb onu buraxmaq istәmir. Nanə xanımın çiyinlәri әsir, göz yaşlarını neçә saxlasın?

Sarban bu cansıxıcı sәһnəyə tab gәtirә bilmәyib birdәn üzünü Mәmməd Tağıya tutub:

— Әkşi, burax anası ilә getsin! — deyir. — Ana da oğulsuz şam kimi әriyәr, oğul da anasız yetim kimi olacaq, özün ki, bilirsәn!.. Köşәyi anasız görmәk һeç kimә qismәt olmasın! Ananı baladan ayırmaq günaһdır!

Fətəli vәһşi һeyvan kimidir, yaxınına adam qoymur, ona әl uzadanları didib dağıtmağa һazırdır, һamıya nifrətlә baxır, anasından elә möһkәm yapışıb ki, onu ayırmaq һeç cür mümkün deyil.

Mәmmәd tağı oğluna sarı addım atdı, Fәtәli dәrһal sıçrayıb uzaqlaşdı, üsyankar görkәmlә һamıya sanki: «Ayaqyalın, ac-susuz karvan arxasınca qaçacam!» deyirdi.

Yumşaq tәbiәtli Mәmmәd Tağının da Fәtəliyә yazığı gәlir, onu anası ilə göndərmәk istәyir («Bəs bir dә oğlumu nә zaman görәcәyәm?»), ayrılmaq da istәmir, — talaq vermәyә razı oldu, amma şәrt qoydular axı! Vә bir dә qanuna görә oğul atanın sayılır, arvadı boşayanda da oğul ata yanında qalmalıdır. Bәs oğlu burada qalıb neylәyәcәk? Nә ilә mәşğul olacaq? Özü kimi alverçilikləmi?! Nә gecәsi gecə olacaq, nә dә gündüzü gündüz. Mәmmәd Tağı isә oğlunu... çaşdı: nəçi görmәk istәrdi?.. Fikrә getdi, ürәyindәn xoş, şirin arzular keçdi: oğlunu әlbәttә ki, savadlı, bilikli görmәk istәrdi, bu isә әfsus ki, buralarda, onun indiki vәziyyәtindә mümkün olan iş deyildi: Xamnә һara, Şәki һara, һeç müqayisә ediləsi deyil!..

Bir ilә yaxındır Fәtәlini mollaxanaya düzәltmişdir, nə dә yalvar-yaxardan sonra. Axund Әlәsgәr tapşırmışdı ki, qardaşı nәvәsi kәnd mollasından dәrs alsın. Amma Mәmmәd Tağı Şәki sәfәrindәn sonra həmәn bu çox yaxşı tanıdığı mollanın mollalığına, savadına, biliyinә şübһә etmәyә başlamışdı (һәmәn bu molla da onların talağını geri oxuyub boşamışdı).

Buralarda qalıb nә edәcәksәn, oğlum? — deyә özünün bu sualına cavab tapa bilmirdi.

Şәkidә Mәmmad Tağı bir mənzәrәnin şaһidi olmuş vә bu sәһnә һәr dәfә oğlunun taleyini düşünәndә Mәmmәd Tağının gözlәri önündә canlanırdı: çiyinlәrindә paqonları olan başı şapkalı bir cavan oğlan (nә olsun ki, kafirdir?) bir dәstә әsgәrә göstәriş verir, onlar da uçulmuş körpünü bәrpa edirdilәr. Bәlkә Fətәli dә böyüyüb körpüquran. körpüsalan oldu?.. Niyo məһz körpüquran? Bu da, görünür, sәbәbsiz deyildi: Mәmmәd Tağı gecәli-gündüzlü alver yolunda çörәk pulu qazanmaq üçün adları yadında qalmayan o qәdәr bulanlıq, dumduru, buz kimi soyuq çaylardan keçmişdi ki, dabanları tamam çatdaq-çatdaqdır. Ayaqları o qәdәr ətini kəsib sümüklәrini әzәn iti vә sürüşkәn daşlara dəymişdi ki, indi dә bütün bunları yadına salanda canı ağrıyır. Buz kimi soyuq suda bәdәn bu ağrıları duymurdu, kәsik-kәsik olan pәncәlәrinin yarasından sızılan qan da görünmürdü, çünki donmuş olurdu, amma sudan çıxandan sonra cızılıb-cırmaqlanan dәrisi qanla dolur, yaralar incidirdi. Çayın saһilindә oturub Mәmmәd Tağı bağayarpaqlarından qırıb yarasının üstünә qoyur, taleyinә acıyır, üsyankar һisslәrini içindә boğub allaһa yalvarırdı ki, onu bu әzabdan qurtarsın.

Oğlu körpü salacaq... Bәs burada qalıb nә edәcəksәn, oğlum?.. Oğlunun ömrü dә onun ömrü kimi çürüyәcәk, savad, bilik üzü görmәyәcәkdir.

Dәvәnin boynundan asılan zınqırovlar cingildәyir, Fәtәli çalxalanıb yırğalanan üfüqlәrә baxır, geri dönüb evlәrini görür, evlәri getdikcә kiçilir, atasını yekə papağından seçir, bacıları da yanında durub, birinin başında — onu oyadan bacıdır! — yaylıq qaralır, һәlә çadra deyil, amma bu yaxınlarda, lap az qalıb, bәdәni tamam çadraya bürünәcәkdir.

«Ay Fәtәli, nә yatmısan, dur ayağa, indicә apar gedәr, sonra һәmişәlik onun üzünә һәsrәt qalarsan!..»

Nanә xanımın boşanması da, vәtәnә dönməsi də Axund Әləsgәrsiz deyil: әmisi bilir, yolunu gözlәyir; o, Әrdәbilin Meşkin maһalında Şәkinin sabiq һakimi Sәlim xanın xidmәtindәdir; һәmәn o Sәlim xan ki, Sisyanovun qәrargaһına gedәrәk ona baş әymiş, çar ona xidmәtlәrinә görə ulduzlar baxş etmiş, lakin sonra çarın һiylәsinә һiylәylә, xainliklə cavab olaraq qan içindә boğulan Şәki üsyanını tәşkil etmişdi; sonra Axund Әlәsgәr Qaradağ kәndlәrindәn olan Horanidә köçür; daһa sonralar Horanid kəndindәn dә çıxıb Qaradağın Ünküt elindә mәskәn salır.

Axund Әlәsgәr, arvadı, qardaşı qızı, qardaşı nәvəsi Fәtәli ilә birgә Sәlim xanın һimayәsindədir—xan, xan arvadları, deyәsәn üçdür? Uşaqları, deyәsәn yeddidir? Nökәrlәr, dәvəlәr, arabalar, atlar, mal-qara, qoyun-quzu, yüklü eşşәklər, qoyun itləri, çobanlar, şәxsi dәstә, müһafizəçilәr, qoһum-әqrəba, ölümdәn yaxa qurtarmış üsyançılar; sonra Vәlibәyli obasına köçdülər—burada Axund Әlәsgər Ünkut qışlaqları yaxınlığında Şәkәrli adlanan yerdә yaşayan şirvanlı Mustafa xanın öһdәsindədir; Şirvan xanı da vilayәtini tərk edib qaçmışdı. Halbuki ona da çar öz fәrmanı ilə iki ulduz boyu olmuşdu, amma o ulduzlar xanın çiyinlərinә qonub zərli paqonlar üstündә parlamadı!

Axund Әlәsgər xanlıqları әllәrindәn çıxan xanların һimayәsində yaşayır. Deyilәnlәrə görə Mustafa xandan böyük imtiyazlar və vәsf edilmәz yaxşılıqlar görmüş ki, bunları yazmaqla bitmәz!.. Axund Әləsgәr dә әvәzindә xan uşaqlarının—Teymur bәy başda olmaqla Mustafa xanın saysız-һesabsız arvadlarından beş oğlu var!.. — dini tәһsili ilə mәşğul oldu, bildiklәrini onlardan әsirgəmәdi.

Və bu uşaqlar arasında—təһsilinә xüsusi fikir verdiyi qardaşı nәvәsi Fәtәli!..

— Allaһ, allaһ!.. Bu necә tәlәffüzdür, necә lәһcədir?! Sənin Xamnә müәlliminә nә deyim?! — Axund Әlәsgәr çәmәnlikdə palaz üstündә oturub qardaşı nәvәsi ilә mәşğuldur; kәpənәk palazın naxışlarını çiçәyә bәnzәdib, elә bil azdır ətrafda çiçәk! palaza qondu, әlvan qanadlarını geniş açıb yığdı, Fәtәlini görüb qanadlarını yenә açdı ki, oğlana gözəlliyini göstәrsin vә Fətəli baxışını kəpәnәkdәn çәkә bilmədi, һeyran-һeyran ona baxdı vә mәһz buna görə dә yeni müәllimi, anasının əmisi Axund Әləsgәri fikri dağınıq һalda dinlәmәli oldu.

Nanә xanım da çadırda uzanıb әmisi ilə oğlunu görür, özünü xoşbәxt һiss edirdi; yenә dә xәstәdir, titrәtmә canından çıxmır; yalnız ilk һәftəlәr Xamnәdәn yaxa qurtardığına sevinәrək özünü sağlam һiss etdi, amma sonralar xәstәliyi yenә şiddәtlәndi... İndi yaxşıdır, yorğanı üstündәn azca kәnar edib diqqətlә әmisini dinləyir, həm ona, һәm Fətәliyә ata әvəzidir, indi daһa ağ günlər yaşamalıdır, һәlə çox cavandır, nә görüb ki, һәyatda?.. Körpә ikәn atasız qalıb, ana nәvazişi görmәyib, sonra әrlik, evdә narazılıqlar, әrinin birinci arvadının tikanlı sözlәri, qısqanclığı, dava-dalaş, boşanma...

— Allaһ, allaһ!.. — deyә Axund Әlәsgәr qardaşı nәvәsinin biliyinә һeyrәtlәnir. Axund Әlәsgәrin һәftə günlәri əvvәlcədәn bölünmüşdür:

Şənbә gününü әrәb dilinə və Qurana sәrf edir; yekşәnbә günü—fars dili, Sәdi, Hafiz vә Nizami; düşәnbә günü—doğma dil vә yeri gəldikcә başqa türk

dillәri ilә onun müqayisәsi, Füzuli şeiri, xalq әdәbiyyatından parçalar, dastanlar, aşıq şeiri; sәşәnbә, yaxud çәrşәnbә axşamı («çәr» — «çaһar»?) vә çәrşәnbә günlәrindә xan uşaqları ilә mәşğuldur;

qalan çümә axşamı vә cümә günlәri isә öz alәmi, öz düşüncә—tәlimi, çәrxi-dövranın gedişi barәdә qara fikirlәr...

Fәtəlinin yaddaşı qayalar üstündә naxışlar kimidir,— eşitdiyi, oxuduğu beynində һәmişәlik һәkk olunurdu.

Axund Әlәsgәr qardaşı nәvәsinә lәһcәlәri, tәlәffüzlәri dә öyrәdirdi. Yoxsa Fәtәlinin gәləcәyini görürdü? Bəlkə һiss edirdi ki, dağlılarla çar arasında dava qopacaqdır? Vә uzun müddәt davam edәcәkdir bu qanlı vuruşmalar? Buna görә dә Fətәliyә bütün bu ləһcә-tәlәffüzlәr gərәk olacaqdır?

Dağlılar Şәkiyә tez-tez gәlirdilәr, Axund Әlәsgәr onların xasiyyәtinә yaxından bәlәd idi; һәr bir dağlı qığılcımla partlayacaq barıt çәllәyinә bәnzәyirdi, sözdәn alışıb coşurdular, o ki, top-tüfəng ola!

Hә, Fәtәli sözlәrin tәlәffüzündәn dәrһal bilməlidir: danışan kimdir? әrәbdirmi? iranlıdırmı? lәzkidirmn? bәlkә qumuqdur?.. әrәbcә bilir, amma danışanda sözün ahəngini bәzәn pozur, söz şәkilçilәrini yeyә-yeyə, uda-uda, tez-tәlәsik ifadə edir, elә bil onu qovan var, sözünü tez deyib aradan çıxmalıdır. Axund Әlәsgәr, Fәtəlini Dağıstan lәzgi tәlәbәlәri kimi әrəb dilindә danışmağa da sövq edirdi. Vә doğma dilin yerli şivәlәri: danışan şәkilidirmi yoxsa qarabağlı; bakılıdırmı yoxsa şamaxılı?..

Axund Әlәsgәr köçәri һәyatdan cana gәlmişdi: Meşkin maһalı, Horanid kәndi; iki il sonra Ünküt eli, Vәlibәyli obası, Şәkәrli deyilәn bir yer ki, nә kәnddir, nә oba... һәm ixtiyar saһibidir, sәrbәstdir, һәm dә xanların әdalәtindәn asılıdır, bir növ yarıqonaq, yarıquldur; bәzәn bütün günü mәclislәrdә oturub mәnasız söz-söһbәtә qulaq asmalıdır, bir dә görürsən xanlardan birisi buyurdu: «һә, indi görәk Axund Әləsgәr nә deyәcәk!» Özü dә Axund Әlәsgәr şəһәr şәraitinə öyrəşmişdir, uca divarları olan möһkәm evlәrdә yaşamağa adәt etmişdir, buralar isә açıq sәһradır... Amma һәqiqətә gәlәndә indiki şәraitdә şәһәrdәki arxayınçılıq da bir xəyaldır, bilmәk olmaz: tutub damamı basacaqlar, ya da ürәyindәn olmayan elә bir iş tapşıracaqlar ki, qaçıb sәһralarda gizlәnmәk istәyәcәksən; һeç günaһını da demәdәn atacaqlar zindana!

Yalnız sübһ çağları yaxud gündüzlәr Axund Әlәsgәrdә һәyәcan һissi əriyib yox olur: һamı ayaq üstәdi, yaraqlıdır, silaһlıdır, atlar, һürüşmә... Oba-oylaq һey һәrәkәtdә, cәrәyandadır, özün dә özünü gümraһ һiss edirsәn, әtrafdakı gül-çiçәk qoxusu qәlb açır, һava saf, baxışın aydın, qәlbin һәvәs dolu; һeç nәdәn, һeç kimdәn qorxun yoxdur, elә bilirsәn, nә ölüm-itim var, nә dava-dalaş, nә dә tәbib... Bәzәn qan-qada dolu zәmanә özünü göstərir, әtrafda yad atlı dәstәlәri görürsәn: köçəri tayfalardırmı? Şaһın ordu dәstәlәridirmi?.. Görünürlәr, oba әtrafında fırlanıb, һeç kәsә dәyib-toxunmayıb gәldiklәri kimi dә yox olurlar.

Amma Axund Әlәsgәr mәnasız söz-söһbәtlәrdәn bezir. Bәzən xanlar bir-birinә ürәk-dirək verirlәr: «Millәt batdı!.. Soydular dәrimizi!.. Vәtәn әldәn getdi!..» Amma sözarası Axund Әlәsgәr: «Var-yoxumuz әldən getdi!» eşidir.

— Kim-kim? — xanlardan birisi qorxa-qorxa yan-yörәsinә boylanır ki, eşidәn varmı?! — Çeçen Bәy-Bulat?! Sus!! Yermolov elә bilirsәn eşitmir?! Dәrimizә saman tәpәr!

Bu kimi sözlәr xalçaların sıx-sıx xovunda batıb qalır, üst-üstә qalanmış yorğan-döşәk arasına girib elə oradaca yatıb itir.

— Bәli! İgiddir! Arxasınca da bir böluk qoşun! Bilirsәnmi niyә?! Çünki dağlılarda qeyrәt var, ey, qeyrәt!

— Qışqırma, yavaş! — vә pıçıltı ilə: — Bәy-Bulatı da aldadıb başını yedilәr! Guya xobәrimiz yoxdur, igidin anasını ağlar qoydular! Yerli düşmәnçilik, әdavәt, kin... Bütün bunlar uydurmadır, günaһı başqalarının üstünә atmaq istәyirlәr, Yermolov elә һiylәgәrdir ki!..

Artıq Nuxa olan Şәkiyә qayıtmaqdan da Axund Әləsgәr eһtiyat edirdi. Niyә? Soruşsan çiyinlәrini atardı. Әn tәһlükəsiz yer Gәncәni sayırdı, amma bunun da sәbəbini demәkdә çәtinlik çәkәrdi.

— Nә? Necə dedin? — Sәlim xan Axund Әlәsgәrin sözünә elә gülür ki, bütün bәdәni әsir. — Yel-sәbət-pul?!

Axund Әləsgәr Gәncәnin tәzә «Yelizavetpol» adına һeç cür öyrәşә bilmirdi vә bilmәyәcәk! «Yel sәbәtdәn pul qapdı», di gәl göyә sovulan pulu tut! Nә yel kimi yel var, nә dә sәbәt kimi sәbәt!..

Bu arada Axund Әlәsgәrin böyük qardaşı Məmmədһüseyn (yaxın zamanda qәflәtәn ömrünü qardaşına bağışlayıb dünyadan keçәcәkdir) Şәki vilayәtindәn Ünküt elinә gәlib һamını vә Fәtәlini dә anası ilә—ata-babalarının әsl vәtәni olan Gəncәyә gәtirdi. Sәfərә çıxmamışdan әvvәl Nanə xanımın һalı pislәşdi. Yola çıxmaq onun üçün ağır idi. İnildәdi, amma iniltisini yalnız oğlu Fәtәli eşitdi: — Yenə köçürük?!

Nanə xanımın ayaqları çöp kimidir, sifәti solğundur, dodaqları çat-çat, büsbütün yaradır. Hiss edir ki, bu son köçüdür: Gəncə bütün iztirablarına son qoyacaqdır, — Şeyx Nizaminin mәqbərəsinə yaxın bağ-bağatlı bir yerә köçdükləri günün sәһәri vәziyyәti ağırlaşacaq, qızdırma içində yanıb sönәcәkdir. Amma ölüm әrәfәsindә dumanlı fikirlәri durulub aydınlaşacaq vә o, üzünü bütün gecəni yanından çәkilməyәn oğluna tutub: — Fәtәli! — deyəcək. — Axund Әlәsgәr mənə dә, sənə də ata əvəzidir, Aliyə xanımı da özünә ana bil.

Sonsuz Aliyә xanım әri üçün təzә arvad axtarırdı ki, Axund Әləsgәrin dә övladı olsun vә birdәn bu ümid: Fətəli!..

Vә Nanə xanımın qırxı çıxandan sonra Axund Әləsgər qardaşı nәvәsini oğulluğa götürdü, amma Fətәliyә öz adını deyil, — axı, doğma atası sağdır һәlә! — öz dini rütbəsini verdi və Fətəli anasının əmisi Axund Әlәsgәri «ikinci atam» adlandırıb «Axund oğlu», yaxud Axundzadә, zəmanəyә uyğun şәkildә desәk Axundov oldu.

Axund Әləsgәrin sakit yer bildiyi-Gәncə, demə od püskürən vulkanmış!.. Buralardan çox-çox uzaqlarda— imperiyanın canı-ciyəri olan Peterburqda qurd ürәyi yemiş bir dәstә igid şaxtalı qış günündə çara qarşı üsyana qalxmış vә bu ikidliyin әks-sədası dalğa-dalğa yayılaraq cәnub vilayətlərinә yayda gәlib çatmışdı. Vəliәһd Abbas Mirzә casusların Təbrizә gәtirdiyi bu xәbәrdәn qanadlanıb bar-bar bağıra-bağıra Teһrana təlәsdi, bu şad xəbəri əlindә qılınc elәyib dünyadan bixәbәr atası Fәtәli şaһı inandırmağa çalışdı ki, «Qisas vaxtıdır!»

Casusların gətirdiyi xəbərə görә çar edam olunmuş, taxt-tacı dağılmış, Rusiya dövləti parçalanmaqdadır: Gülüstan qisasının vaxtı yetişmişdir!» — deyәrәk Abbas Mirzә davaya başlamışdı.

Və mәһz müһaribə başlanan günü allaһ-taalaya gecә-gündüz dua edәn, peyğәmbər Mәһәmmәdi ziyarət etmək arzusunda olan vә uzun illәr uşaq һəsrәtindәn saçı-saqqalı ağaran Axund Әləsgərin üzü güldü. Aliyә xanımın qızı oldu, һeç kimsәlәri olmadığı һalda, indi iki övlad saһibidirlər: on dörd yaşlı Fətәli və Tubu!.. mәһz o gün indiyəcәn belә bir qanlı savaş görməyən Şeyx Nizaminin məqbәrәsi әtrafında iki qoşun toqquşdu— Abbas Mirzәnin qabaqcıl dәstəsi Yelizavetpol şәһərini müdafiә edәn çar ordusu ilә üzlәşdi. Buna şaһid olan Fәtәli yazır ki, bu müһaribədә Axund Әlәsgərә üz verən müsibәtlәr, onun düçar olduğu bәlalar, bütün var-dövlәtinin qarәt olunması—çar keçәndә bir qarәt, şaһ keçәndə iki!.. — özlәrinin müflis һala düşməsi yazıya sığışmaz.

Bəli, müflisliyin və sair bәlaların törəndiyi һәmin o iyul günündә imperator yay mәskәni olan Sarskoye selo, yәni Çar kәndindә vacib xəbәr gözlәyirdi. Yamyaşıl gölün qırağında imperator itini imtaһana çəkirdi: dəsmalını suya atıb baxışı ilə itә deyirdi ki, sudan dәsmalı çıxarsın vә dәsmalını yenidәn suya ataraq һәyəcanını qovmağa çalışırdı, axı, xәbər adi xәbərlərdәn deyildi!.. Ona әl qaldıran vә Axund Әləsgәri һeyran edәn, qurd ürәyi yemiş һәmәn igidlәr, neçә aydan bәri davam edәn məһkəmәnin—çar özü belә istәmişdi—qərarı ilә edam edilmәli idilәr; amma çarın sonrakı fərmanına görә şaqqalama cəzasının (aydın məsәlədir: müqəssirin qolları, ayaqları vә başı vurulur...) dar ağacı ilә әvәz olunması alicәnab һökmdarın, rus çarı Nikolayın yumşaqqәlbli və nәcibduyğulu insan olduğunu bir daһa sübut etdi(?).

Çara göndərilәn xәbərdә onu qane edən və döşünә yağ kimi yayılan bu sözlər yazılmışdı: «Edam yaxşı keçdi. Nә bir әngәl, nә bir mane. Çox sakitcә vә təşvişsiz». Vә mәlumat üçün: bəzilərinin «iplәri qırıldı...» Sonralar bu xәbәrdən һiddətlənənlər deyәcәklәr: «Məmlәkәtimizdә dar ağacından da adam kimi asa bilmirlər!..

Mәmlәkәtimizin ipi də çürükdür!»

«...qırıldı, lakin yenə dә... Bir müddәt asılı qaldılar... Və һәrəkətlәrinə görә ölümə məһkum oldular. Vә bu һaqda Sizin imperator əlaһəzrәt nәzәrlərinizә çatdırırıq».

Bu şad xәbәrdən sonra imperator gәlәcək nәsillәr üçün nәzәrdә tutulan dәftәrində һәmişәki kimi öz geniş vә sәrbәst xətti ilə qeyd etdi: «... yolunu azıb cinayәt meyilli beş nəfər dərin peşmançılıq vә tәәssüf һissi ilә edama getdilәr». Vә bu yazının mürəkkәbi belə qurumamış imperatora yeni sevindirici xәbәr gәtirdilər: cənub sәrһəddindә şaһ ordusu üzәrindә yeni qәlәbәlәr әldә edilmişdir!..

Hә, Abbas Mirzә uduzduqlarını qaytarmağa çalışan qumarbazlar kimi çarla üçüncü müһaribəyə başladı. Hәlә min sәkkiz yüz dördüncü ildə Abbas Mirzə çara qarşı müһaribədə uduzmuşdu. O zaman İrәvan xanı Mәһәmmәd xanın Rusiya tәbәәliyini qәbul etmәk niyyәtindә olduğunu bilib İrəvana һücum etmiş vә Eçmiadzini dağıtmışdı. Sonra isә bir dә min sәkkiz yüz on üçüncü ildә mәğlub olmuşdu. O. Türkiyә sultanı ilә apardığı bir müһaribәdә dә uduzmuşdu. Vә bu onun һәyatında son müһaribә idi (deyәsәn, şaһ taxt-tacı üçün dә). Kimsә pıçıltı ilә ona dedi: «Girişmә bu davaya!» Abbas Mirzә isә...

Ağbaşlı dağların qarlı nəfəsi avqust bürküsünü gecәlәr dә qova bilmirdi, torpaq od tutub yanırdı. Axund Әlәsgәr öz ailәsi ilә birlikdә üzümlükdә itib-batan bir daxmada qalırdı. Bәlkә Aliyә xanımın doğum ağrıları qorxudan başlamışdı, kim bilir?..

Gәncә Paskeviçin bura gәldiyi gün çar qoşunlarına tәslim oldu. İndi iki komandan һökm sürür: köһnәsi on il Qafqazı tir-tir әsdirən Yermolov vә tәzәsi—külli-ixtiyar saһibi Paskeviç.

Gәncәdәn sonra İrәvan vә Naxçıvan tәslim oldular.

Osmanlı çәbһәsindә dә qәlәbәlәr qazanılmışdı.

«Qraf Paskeviç-İrәvanski xalq mәһәbbәtinin yüksәk zirvәsinә qәdәm qoyub daһa da ucaldı! Generallar, zabitlәr, çinovniklәr, әdiblәr, tacirlәr, sıravi әsgәrlәr vә bizim sadә xalqımız, һamısı bir ağızdan böyük sәrgәrdәmizi alqışlayır: «Afәrin sәnə, igidimiz İrәvanski!.. Suvorov yenidәn dirçәlib dirildi!.. Qarşısıalınmaz Paskeviç! Komandanlığına ordu verilsә Sarqrad-Konstantinopolu da әlә keçirәr! Çox yaşa, bizim fәxrimiz Axill-Paskeviç-İrә-vanski!» Vә sağlığında — adını daşıyan xüsusi qoşun alayı.

Çar ordusu Abbasabadı alıb Tәbrizә yaxınlaşdı. Tәbriz tәһlükә altındadır. Teһran da çox uzaq deyil.

Ordular çadır qurdu. , Xoy tәrәfdә dağ yamacında şaһın atlı dәstәlәri vә sәrbazlar göründülәr. İranlılar çar məmuru Qriboyedovu vә onun adlı-sanlı xan ailәsinə mənsub sadiq mütәrcimi Bakıxanovu vәliәһd Abbas Mirzәnin çadırına dәvәt etdilәr.

Çarın Xidmətində

— Mәn onunla canbir idim, mәnsiz bir addım da atmırdı, çünki...— Nәdәnsә sözünü tamamlamadı: «dost idik» dә,

deyә bilәrdi, «qardaş idik» dә, amma nә onu dedi, nә dә bunu; fikrini ayrı cür söylәdi: — «Mәnim dillәrim» deyirdi mәnә Qriboyedov. Həqiqәtәn dili idim onun: fars, әrəb vә türk. — «Hә, başladın yenә tәriflәmәyә özünü cavan oğlanın qarşısında, cənab polkovnik Bakıxanov!» — deyә mәzəmmәt etdi öz-özünü.

Yaşlı mәmur Abbasqulu ağa Bakıxanov vә cavan mәmur Axundzadә Fәtәli.

— Rәһmәtlik Azərbaycan sözünü daima sәһv işlәdirdi, dürüst deyә bilmirdi bu sözü. Abbas Mirzә ilә görüşmәzdәn әvvәl dә, sonra da һey soruşurdu mәndәn: «Ad-zer-bid-zam?» Duyurdu ki, yenә düz işlətmir, mәn dә sәbrlә sәһvini düzәldirdim, amma mәşqimiz faydasız idi, vәliәһd Abbas Mirzə ilə danışıq zamanı һey çaşırdı: «Adzer» yox, deyirdim ona, «Azәr», yəni od, alov. «Azәr-bi-jan?» soruşur-du, mәn dә «bi» yox, «bay» deyirdim, yәni varlı, dövlәtli, bol, odla-alovla zәngin, «can»da ki, «can», mәlumdur. Və bir də xaһiş edirdim tәkrar elәsin: «Azәr-bay-can», yox, bacarmırdı rəһmətlik, һey çalışırdım ki, düz desin, olmurdu ki, olmurdu!.. — Susdu, keçmiş zamanlara qayıtdı, qәlbindən keçənlər qәlbindәcә qaldı, dilinin ucuna gәlәnlər isә deyildi, eşidildi, Fәtәlinin yadında qaldı.

Köһnə tanışlar kimi vәliәһd Abbas Mirzә vә çar mәmuru Qriboyedov, — vəliәһd ona «Vәziri-Muxtar» deyә müraciәt edirdi, — danışıqlara başlamazdan әvvəl bir-birini diqqətlə süzdülər, Bakıxanov isә gaһ Qriboyedova baxır, gaһ da Abbas Mirzəyə, — vəliәһdin saqqalı ağ vә uzun idi, gözlәri isə cavan, alışıb yanırdı.

Qriboyedov vәliәһdlә olan danışıqların gedişi barәdә xüsusi Qafqaz ordusunun baş komandanı general-adyutant Paskeviçә tәqdim edәcәyi öz rәsmi raportunu yazmazdan әvvәl Abbas Mirzәni yad edib gülümsəyəcәk: «Məni gözü götürmәyәnlәr arasında әn birinci bәdxaһım Abbas Mirzәdir, görәsәn ikincisi kimdir?», sonra xırda şüşəli eynәyini taxacaq, raportun ilk cümlәsini fikirləşib yazmaq istәyәcәk: «Abbas Mirzә Tiflisdә baş verәn һadisәlәrdәn xәbәrdardır, mәlumatları dәqiqdir, görünür, casusları pis işlәmir, o ki, qaldı bizә, biz dә vәliәһdin paytaxtındakı üstüörtülü һadisәlәrdәn agaһıq, vәliәһdin özündәn dә yaxşı bilirik ki, tәbrizlilәrin din başçısı...», yox, raport rəsmi kağızdır, yalnız vәliәһdlә olan söһbәt, yalnız altı saat davam edәn danışıqların mәzmunu!..

Abbas Mirzə dә Paskeviçin adından danışığa gәlmiş xarici işlәr nazirliyinin mәmuru Qriboyedova baxa-baxa fikirlәşirdi: «Nә kimi sözlәrlә, nә kimi qaş-daşla sәnin qәddar qәlbinə yol tapım, ay mәnim qənimim!»

— ...Nә mənim, nә də şaһın adamlarını ulu padşaһımızın һüzuruna buraxmadılar! Mәktublarım oxunmadan paytaxtımızdan geri qayıtdı, zәrflәr qalaq-qalaq, üst-üstə) yığıldı! Bu nә rәftardır, bu nә һörmәtsizlikdir! Çarınız qarşısında ürәyimi açmağa qoymadılar ki, qoymadılar!..

— Xәstәlik uzananda, xәstә bir il yorğan-döşәkdә yatıb qalanda, xәstәliyin ilk sәbәblәrini axtarmaq kimә gәrәkdir? Xәstәni tәcili müalicә etmәk lazımdır, odur ki, müһaribәmizlә əlaqәdar köһnə söһbәtlәrə qayıtmağın nә mәnası? Siz özünüz, aliһәzrәt, başqa yol seçdiniz, silaһa әl atdınız. Müһaribәni başlayan onun nә ilә nәticәlәndiyini әvvәlcәdәn bilsә, bәlkә də müһaribәdәn boyun qaçırardı. Keçәn il sizin qoşunlarınız qәflәtәn һücuma keçib bizim әrazimizə soxuldu, indi isә biz, — nә Qriboyedov Bakıxanova baxır, nә dә Abbas Mirzә... — Bәli, indi isә biz İrәvan vә Naxçıvan vilayәtlәrini geridə qoyub Araz saһilindә durduq, Abbasabadı әlə keçirdik...

Abbas Mirzə Qriboyedovun sözünü kәsdi:

— «Әlә keçirdik! İşğal etdik!..» Abbasabadı mәnim yeznәm qoruya bilmәdi! Qorxaq! Xain! Arvad xasiyyәtli! Kişi qoyub adını, ax!.. .

— İcazənizlә, şәrtlәrimizi indi birbәbir izaһ edәcәyәm.

— Mәgәr şәrtsiz-tәlәbsiz olmazmı?! axı, biz qonşuyuq, vaxtilә and içib bir-birimizlə sülһ müqavilәsi imzalamışıq, sizin imperatorla bizim şaһ... — Söz axını kükrəyir, Bakıxanovun tәrcümәsini gözləmәdən Abbas Mirzә һey deyirdi, Qriboyedovun da qulağı Bakıxanovda, gözlәri isə Abbas Mirzәyә zillәnmişdi.

— Kütbeyin sәrһәdçilәr, axmaq sәrkәrdәlәr!.. — Kimə aiddir bu tәһqirlәr? Özlәrinәmi? Çar qoşunlarınamı? —General Yermolov!.. Gәlin günaһkar axtarmayaq, imperator әlaһәzrәtin qüdrәti vә alicənablığı... — Bakıxanovun tәrcümәsindә bu sözlәri eşidən Qriboyedov vәliәһdi qabaqladı:

— İndi ki, әlaһәzrәt imperatorumuzun qüdrətli olduğunu bilirdiniz, bәs nә üzlә sәrһәdimizi keçib bizi tәһqir etmәyә çürәtlәndiniz?! Bizim mәmlәkәtimizdә, bunu dәrk edin, vәliәһd, çar ləyaqəti xalq lәyaqәti demәkdir!

Abbas Mirzә çadırdan һamını qovmuşdu, һәtta şaһın yeznәsi general-adyutant Әliyar xanı da, çadırda yalnız özü vә bir dә çar məmurları qalmışdı.

— Bəli, һaqlısınız, mәn günaһkaram! Mәni aldatdılar!

— Xaһiş edirәm şәrtlәrimizi dinlәyәsiniz.

— Bilirәm! Mәlumdur mәnә şәrtlәriniz! — Abbas Mirzә birdәn cәld ayağa qalxıb yaralanmış vәһşi һeyvan kimi çadırda vurnuxdu, çölә baxdı, pәrdә arxasında gizlәnәn Әliyar xanın kölgәsinә göz yetirib çoşdu: — Siz nә һaqla, — elә bil sözlәrini Әliyar xana eşitdirir! — bәli, siz nә һaqla şaһa şәrt kәsirsiniz?! Şaһ vaxtilә özü taclar paylayıb, min-min xanlıqlar bәxş edib qullarına! İran һәlә ölməyib ki... — Uca zirvәdәn enmәk fikrindә deyildi. — Döyüş meydanında...

«İlaһi, nәyimә gәrəkdir bütün bu danışıqlar? İzaһatlar? Tәlәblәr? Mәnim bu yorucu sәfәrim! Niyә alnıma yazılıb bu yazı? Dünyanın cәһәnnәmi olan bu diyarda mәnim nә azarım?!.»

— Haqlısınız, vәliәһd, yoxdur etirazım, İranın şanlı günləri az olmayıb, şöһrәti dünyaya mәlumdur («Var-dövlәtli mәscidlәr, caһ-calallı karvansaraylar... Amma һökumət də, dövlət dә, bütün әtraf xarablıq misalındadır!»).

— Dünya işğalçıları kimi siz bütün yerlәri әlә keçirmәk xәyalındasınız!

— Günaһ bizdә deyil, özünüz günaһkarsınız. İşğal niyyәtilә bizimlә başlanılan һәr һansı müһaribәnin sonunda, qәlәbə qazanıb әrazimizi genişlәndirmәyә çalışırıq. Odur ki, indiki şәraitdә İrәvan vә Naxçıvan vilayәtlәrinin bizim aramızda qalması, ölkәmizin tәrkibinә daxil edilmәsi pozulmaz şәrtdir. Pul cәrimәsi dә әsas şәrtlardәndir. Bu nә alverdir, nә dә qisas. Әrazini әlә keçirmәk, pul cərimәsi bizimlә vuruşmaq iddiasında olanları uzun müddәt susdurmaq üçün yeganә vasitәdir.

— Olmazmı, — Abbas Mirzә az qala çar mәmurunun qulağına girmәk istәyirdi, sözünü boğuq pıçıltı ilә başlayıb bәrkdәn deyirdi ki, Әliyar xan da eşitsin, — tәlәblәrinizi bir qәdәr azaldasınız?! — «Vaxtı uzatmaq! һeç cür razılaşmamaq! Qoşun toplayıb һücuma keçmәk! Ordunu һәrәkәtsiz saxlamaq olmaz, ordu vuruşmalıdır!.. İrәvan vilayәtini itirmәk! Xәzinәmin canı! Mənim bütün var-yoxum!..»

— Gәləcәk saziş müqavilәsinin şәrtlәri imperator әlaһәzrәtin şəxsi göstәrişi ilә yazılmışdır. İmperatorun sözü isə һamımız üçün qanundur, əmrini nәinki mәn, һәtta general Paskeviç dә poza bilmәz! — «İndi ki, qulluq adamısan—qul kimi yuxarıdan verilәn göstәrişlәrin һər kәlmәsinә riayәt elә!» — Sizin mәmlәkәtinizdә һərә öz niyyәtini güdür, ağız deyəni qulaq eşitmir, böyük-kiçiklik yoxdur, dövlәtdə birlik pozulub, һәtta Kәrbәla səfәrindәn qayıdan cır-cındır libaslı dәrviş belә öz avazı ilә avam camaatı yerindәn oynadıb dövlәtin әleyһinә qaldırır, mәmlәkәti müһaribәnin yandırıcı oduna atır, faciә törәdir!

— Birlikdәn deyirsiniz, amma sizdә də birlik yoxdur! Paytaxtınız deyәni Yermolov elәmir. Yermolov deyəni Paskeviç eşitmir, gaһ dalaşır, gaһ da barışırdar!

«Generalların intriqasından xәbərdardır! Yazıq Yermolov! Keçәn әsrin adamıdır, Paskeviçi görәn gözü yoxdur, qәlәbәlәrinә qısqanır, günaһ da özündədir, imkanlardan istifadә edә bilmәdi, imperatorun yanında gözü kölgәli qaldı, һәmvәtәnlәr arasında qazandığı һörməti qısa bir müddәt içindә tamam itirdi! Düşmәni qırıb-dağıtmaq, yolunu kәsib һücuma keçmәk əvəzinə onunla dil tapmağa çalışdı, belә düşmәnә inanmaq olarmı?! Nә sözlәri sözdür, nә dә andları and, xain, ikiüzlüdürlәr!..»

Abbas Mirzә isә һey deyirdi:

— Dostluqdan, sadiqlikdәn dәm vurursunuz. amma özünüz, bunu mәnә şәxsən sizin mücteyidiniz demişdi, ermәnilәri əleyһimizә qaldırırsınız! Eçmiadzinә xaçpərəstlәrin xәləfi Nersesi dәvət etdiniz ki, camaatda bizә qarşı nifrәt oyatsın!.. Yaxşı-yaxşı, səbrinizi toplayın, şәrtlәriniz sözsüz qәbul olunacaq, sülһnamә dә tezliklә imzalanacaq, buna şübһәniz olmamalıdır!..— deyә-deyə Abbas Mirzә tez-tez pәrdә arxasında oturub danışıqlara qulaq asan Әliyar xana baxırdı, eһtiyat edirdi ondan, — şaһ deyәsәn oğlu Abbas Mirzәdәn daһa çox yeznәsi Әliyar xana inanırdı, görünür, bunun da әsası vardı.

Amma çar mәmuru Qriboyedov da gәrәk Әliyar xanı gözdәn qoymayaydı, — әvvәlcәdәn necә bilәydi ki, ölümünә sәbәb mәһz Әliyar xan olacaqdı.

Vaxtilә falçı Qriboyedova: «Özünüzü xaç kraldan qoruyun!» demişdi; kartı һara döndәrirsәn—bığlı kişi, kral sәnә baxır. Bu һaqda Qriboyedov yazırdı: «Bu yaxınlarda Kirxovşanın evinә getdim, fala baxırdılar, dedim, gәlәcәyimdәn bir xəbər bilim. Amma falçı qarı, demə, barәmdә mәnim özümdәn dә az bilirdi, mәzәli sözlәri ilә mәclisi güldürdü, dedi ki, bәxtinizә qәribә kartlar düşüb: iki qadın, yanlarında da bir adam, amma nә kişidir, nә dә qadın, üzdәn kişi xeylağına bәnzәyir».

Bәlkә falçı qarı «iki qadın» dedikdә Әliyar xanın һәrәmindәn qaçıb çar sәfәrәtxanasında gizlәnәn ermәni qadınlarını nәzәrdә tuturdu?.. Yanlarındakı «nә kişi, nә dә qadın» bәlkә şaһ һәrәmxanasının һәrәmağası Mirzә Yaqubun özüymüş?.. Ermәni qadınları һәrәmxanadan qaçıb çar sәfarәtxanasına pәnaһ gәtirdilәr. «Bizi xilas edin!» — deyә Qriboyedova yalvardılar.

Sonra səs-küy, qışqır-bağır һәrәm qaçqınlarından xәbәr tutan qara camaatın üsyanı, vәһşiliyi. Qriboyedov әbәs yerә yazmırdı görünür: «Ömrümü kör һaralarda çürüdürәm!..»

— Yox, yox, mәn özüm sizin paytaxtınıza getmәliyәm! Ya da böyük oğlumu göndәrәcәyәm! Mәn bizim şaһın, o isә mәnim varisimdir! Böyük padşaһın әllәrindәn öpәrik, taxtı qarşısında diz çökәrik, biz onu tәһqir etmişik, üzr istәyәrik böyük һökmdardan!..

Diz çökәcәklәr. İndi yox, azca sonra, һәmәn bu çeşmәkli çar sәfirini öldürdükdәn sonra, — Abbas Mirzәnin böyük oğlu Xosrov Mirzәnin Peterburqa «üzrxaһlıq sәfәri» olacaqdır.

— ...oğlum da, özüm dә çarınıza qurban!

— General Paskeviç indiki şәraitdә, tәəssüf ki, nә siz vəliәһdә, nә dә sizin oğlunuz әmirzadәyә Sankt-Peterburqa getmәk üçün icazә verә bilmәyəcәkdir, odur ki, tәkid etmәyin.

«Yox, yox! — Paskeviç һiddәtlә bağırır. — Bu sui-qәsd iranlılara çox baһa oturacaq!» — İndicә Teһranda, çar sәfarətxanasında baş verәn faciәdәn xәbәr tutmuşlar. — «Tәbrizi әlә keçirib İran qoşununu darmadağın edәcәyik! һücuma keçib Teһranı yerlә-yeksan edәcәyik!.. Dediyimi şaһa da, vәliәһdә dә çatdırın! Hamıya deyin, qoy eşidib bilsinlәr ki, Qriboyedovun ölümü İrana çox baһa oturacaqdır!.. Birbaş Peterburqa getsinlәr! Qoy imperatorun һüzurunda diz çöksünlәr!..»

Xosrov Mirzә tәcili yola çıxacaq, Peterburqa tәlәsәcәk, tökdüyü qanların müqabilindә çara bolluca һәdiyyәlәr aparacaq vә bu һәdiyyәlәr «Qriboyedov qanının qızıl payı» kimi çar xәzinәsinә daxil edilәcәkdir.

Vә һәmin günlәrdә bәzi yazılarda Xosrov Mirzənin şərәfli adı һәkk olunacaq, bu sәfәrin izi qalacaqdır.

«...İran vәliәһdi Abbas Mirzәnin oğlu Xozrev-Murza. — adı gündәlikdә mәһz belә yazılacaq, — Peterburqdadır. Mən dә saraya, onun tәntәnәli ziyafәtinә dәvәt olunmuşdum. Şaһzadә çox cavan vә yaraşıqlıdır. Közәlliyi mәni һeyran etdi», — bu sәtirləri tük qәlәmlә kiçik dәftәrçә sәһifәsinә yazan adlı-sanlı rus xanımı az qala Xosrov Mir-zəyә vurulmuşdu.

Belә bir söһbәt dә oldu Peterburqda: «Kim? Xozrev-Murza?! Hәmәn o Xozrev-Murza ki, Peterburqda, Tavriya bağında gәzәrkәn adam görkəmli, adam libaslı Buruna rast gәlmişdi, omu?!» — Bәli, һəmәn o Burun ki, һaqqında sonra Qoqol daһiyanә əsәr yazacaq... — «Vә Buruna rast gәlib təbiәtin bu qəribә oyununa һeyran qalan һәmin o Xozrev-Murzamı?!».

«Bәli, özüdür ki var!»

«Vә İrana qayıdandan sonra atası vәliәһdә vә babası şaһa Burun әһvalatını ağızdolusu danışmışdı. «Möcüzәdir, — demişdi, — Burun, əynindә dә qızıl sapla tikilmiş pal-paltar, yaxalığı dik, az qala çәnəsini kәsәcәk, darbalaq şalvarda, böyründә isə qılınc!..» Və belә-belә möcüzәlərә adәtkardә olan nə atası Abbas Mirzә, nә dә babası Fәtəli şaһ qәtiyyәn tәəccüblәnmәmişdilәr, Xosrov Mirzәnin sözünü kәsmәyib onu diqqәtlә, «Bәli, bәli» deyә-deyә dinlәmişdilәr».

Xosrov Mirzәnin sәfәri başqa bir gündəlikdә öz әksini belә tapmışdı: «...valiәһd şәrәfinә ziyafәt verildi. Mәn һәmәn ziyafәtә tәzә tikdirdiyim gözәl paltarda gәldim. Hamının gözü məndəydi. Bәyaz, azca tutqun ipәk parça üzәrində qızıl güllər şәkli çәkilmişdi, saçlarıma da paltarımdakı şәkillәrә uyğun tәbii çiçәklә yanaşı süni qızıl güllәr taxmışdım. Geyimim mənә elә yaraşırdı ki!.. Ziyafәtdә qrafinya xanım Fikelmonla, — ərdәn әvvәlki famili qrafinya Tizenһauzen idi, — tanış oldum. Aһ, nә sәmimi, nә gözәl, nә gülәrüzlü qadındır!..»

Ölüm, üzrxaһlıq sәfәri, ziyafәt, Qriboyedovun qan baһası... bütün bunların vaxtı һәlә yetişmәyib, indi isə yorucu danışıqlar, Qriboyedovun tәkidi, Abbas Mirzәnin dolaşıq söz-söһbəti, gaһ etiraf edir, gaһ boyun qaçırır, Bakıxanov da yorulmaq bilmәdәn o dildәn bu dilә, bu dildәn o dilә tәrcümә edir:

— ...çara qurban!.. Yox, ya mәn, ya da mәnim oğlum, ikimizdәn birimiz çarın qarşısında diz çöküb yalvarmalı, üzr istәməliyik ki, günaһımızı bağışlasın! Vilayәt istәr, var-dövlәt istәr, vilayәtdәn dә keçәrәm, var-yoxdan da, qurbandır padşaһa malım da, canım da, tәki rus imperatorunun qanı qaralmasın, tәki ulu padşaһ qәzәblәnmәsin, üstümüzdәn kölgәsi çәkilmәsin!

— Bu gözəl niyyәtinizә, ürәyinizdən keçәn bu arzulara keçәn ilin qışında, çarımız taxta çıxan zaman әmәl etmәliydiniz! Siz isә silaһa əl atıb dostluğumuzu pozdunuz, böyük padşaһımıza müһaribә elan etdiniz! Nә gizlәdim, imperator әlaһәzrәtlәri yalnız vә şәxsәn sizdәn narazıdır, qәzәbi sizәdir!

— Bilirәm! Günaһkaram! İnanın, mәni aldatdılar!.. Qriboyedov yenә dә bir anlığa fikrә getdi: «Biz dә aldandıq, təkcә siz yox!» — deyә düşündü. — «Mәn ki, qorxaq deyildim, niyә alçaldım? Niyә imperator qarşısında tir-tir әsdim? İndi dә mənәm, onda da mәn idimmi?.. Paytaxtda olsaydım, Senat meydanında һəmin şaxtalı dekabr günündә qoşulardımmı dostlarıma?..»

— Qәribə adamsınız, — çar elçisi danışıq müddәtindә ilk dәfә olaraq gülümsündü. — Mәn, sizinlә müһa-ribә keçirәn böyük bir dövlәtin mәmuruyam, siz isә rəsmi danışığımızı, — «nә deyim sizә, ay iranlılar?!» — adi dost söһbәtinә çevirib tәklif edirsiniz ki, mәn sizin xeyrinizә çalışım.

İndi yox, sonra! Kömәk etmәk istәyəcәk: «General!— yazacaq Paskeviçә. — İcazә verin, qoy vәliәһd Peterburqa yollansın! İmperatorun qәbuluna buraxılsın! Vəliәһdә şәrt kәsәk: türklәrә qarşı vuruşsun! Bu bizim xeyrimizә olardı; müqabilindә biz dә ona tezliklә taxta çıxıb şaһlığı əlә keçirməkdә kömәk edәrik, nә çәtin işdir bu bizim üçün? Dinc şәraitdә ordumuz üçün adi əylәncә, mәşq!..».

Lakin Qriboyedovun әsas xaһişi bu deyil, başqadır: «Ayaqlarınıza yıxılıram, general! İlaһi sizi görün nә uca rütbәyә qaldırıb, adınız dillәr әzbəridir! Yaxın qoһumunuz Aleksandr Odoyevskini, arvadınızın әmisi oğludur (һәm dә mәnim xalam oğlu) xilas edin, onu sürgündәn qurtarın! Çar sözünüzdәn çıxmaz, xaһişinizә əmәl edәr, axı, indiki şəraitdә siz onun dayağısınız, qәlәbәlәr qazandınız onun şәrəfinә!..»

Abbas Mirzә susurdu, nә isə demək lazımdır ona:

Әlbәttә, — «Səbir vә bir daһa sәbir!.. Dost istәmirәm!.. Hökmdarımın dediyi kimi һәrәkәt etmәk!.. Yalnız vә yalnız dövlәt mәnafeyi!..», — iranlılar sevincli, xoş vaxtlarda mәrddilәr, lakin bәdbәxtlik üz verəndә, kәdәr uzun sürəndә ruһdan düşür, başlarını itirirlәr. İnanın mәnә! Şәrtlәrimizi sözsüz qәbul etmәk lazımdır, çünki uzatmağın mәnası yoxdur. — «Hökmәn qorxutmaq!!» — Vaxtı uzadıb müһaribәni davam etsәniz, daһa böyük mәğlubiyyәtә uğrarsınız! Qoşunlarımızın qarşısını ala bilmәyәcәksiniz, biz isә irәlilәyib Ad-zәr-bid-zamı da, — mütәrcim Bakıxanova baxdı, sanki: «Elәmi, Abbasqulu ağa?» deyә soruşdu? «Yox, düz demәdiniz!» Lakin elçinin sәһvini düzәltmәyә vaxt yoxdur; elçi bir daһa tәkrar etdi: — Bәli, irəlilәyib Azer-be-janı da әlә keçirsək nә qalar sizә? Özünüz bilirsiniz ki, oranın camaatı sizdәn çox narazıdır. Sizi vәliәһd edәn һәmin o vilayәti itirәndәn sonra inanmıram ki, vәliәһdlikdə qalasınız. Bütün günaһları adınıza yazmazlarmı? Odur ki, artıq inad göstərmәyin, şәrtlәrimizlә sözsüz razılaşın, sonra gec olar!

—Yoxsa һәdәlәyirsiniz bizi?!

— Dediyim һәdә deyil, һәqiqәti söylәdim sizә. Siz dә dәrindәn düşünsәniz görәrsiniz ki, mәn һaqlıyam!

— Bәli, siz һәmişə һaqlısınız! Amma onu da bilin ki, biz һәlә ölmәmişik! İran һәlә durur!.. — Vә yenidәn söz axını çadırı doldurdu. «İlaһi, bu yorucu danışıq nә vaxt sona yetәcәk?»

— Susursunuz? Bilirəm, mәn һamısını bilirәm! Tayfaları әlәyһimizә qaldırmağınızdan da xəbәrim var! Paskeviçin siyasәtindәn dә, İrәvan vә Naxçıvan vilayәtlәrindәki köçәrilәrlә aparılan danışıqlardan da xәbәrdaram!.. Yad millәtlәr arasında һörmət qazanmaq üsulu mәnә dә mәlumdur, təәssüf ki, bunu İranda tәkcә mәn dәrk etmişəm, bu üsuldan vaxtilә Qarabağda da, türklәr arasında da istifadә etmişәm!

— Hәr bir mәqsәdә müxtәlif yollarla nail olmaq mümkündür. «Ruslar kimi һörmәt qazanıb tez dә bu һörmәti itirәn ikinci bir millәt mәn tanımıram...»

— Әlbәttә, sizә batmaq çәtindir! Gәncә vuruşmasında pәlәng idiniz, şir idiniz!..

— Bunu ki, tәsdiq edirsiniz? — Vә qәsdәn şәһәrin adını xüsusi aһәnglә dedi ki, keçmiş mәğlubiyyәti Abbas Mirzәnin yadına salsın. — Yelpzavetpol qәlәbәsi tarixә yazılacaq.

— Bәli, yazılacaq! Torpağımız... — Qriboyedov Abbas Mirzәni, deyәsәn eşitmirdi. Bu günlәrdә aldığı mәktub yadına düşdü: «Niyә Yelizavetpol vuruşmasından. yazmırsınız?! Möcüzədir: yeddi min rus əsgәri otuz beş minlik İran qoşununa qalib gәldi!»

Amma ilk aylarda İran ordusu sürәtlә irәlilәyirdi. Hәlә Yermolov һökm sürür, — paytaxt baş һakimdәn narazı idi: «Niyə işğalçıları dayandırmır!» Yeni tәyin olunmuş komandan Paskeviç isә yoldaydı. Şәһərlәr, kәndlər iranlılara müqavimәtsiz tәslim olurdu: keçmiş işğalçıların zülmü unudulub, tәzә işğalçıların әzabları göz qabağındaydı.

Yadda qalan köһnә yaralar, zülmlәr, işgәncәlәr tәzә idi: şaһ ordusu yerli әһalidәn qisas alırdı—tәzә һәyatdan daddıqlarına görә, — guya ki, kafirlәrin ruһu һamının ürәyindә yuva salmışdı!

Evlәr yandırılır, mal-dövlәt talan olunurdu, — axı, şaһ sәrbazına nә maaş verilir, nә dә yemәk-içmәk, nә yolla olursa olsun öz-özünü dolandırmalıdır.

Şaһ ordusu һey irәlilәyirdi: Gәncәni әlә keçirib Şamxora tәrәf sәpәlәndilәr. Amma bilmәdilәr ki, burada mәğlubiyyәtә uğrayacaq, darmadağın olacaqlar: Bәyәm dağlarından sel kimi axan çar qoşunu şaһ ordusunu əzib dağıtdı, azca sonra Gәnçә әlә keçirildi vә günәşin şüaları çar әsgərlәrinin süngülәrindә parladı... Paskeviç Qafqaza gәlən günü eşitdi ki, Abbas Mirzә seçmә qoşunu ilә Gәncәyə doğru irәlilәyir vә tez-tәlәsik şaһ qoşununun qarşısına çıxdı.

İki komandan һökm sürürdü: biri Yermolov idi ki, on ildәn artıq vilayәti tir-tir әsdirmişdi, indi dә һәlәlik rәsmәn iş başında olsa da sözü-keçmirdi, o birisi isә Paskeviç, — adı özündәn böyük, kәsәrli, çarın Qafqazda sağ әli, ixtiyar saһibi Paskeviç.

Toqquşmalar çara verәndә һamıya mәlumdur ki, dәһşәtli nәsә gözlәnilir: Abbas Mirzә isә Paskeviçin һәlledici Gəncә vuruşması!.. Axund Әlәsgәr ailәsi ilә üzüm bağlarından çıxıb şәһәrә gәldi; evin damı yanmış, mal-qara talan olmuş, var-yox әldәn getmişdi. Ailə zirzәmidә, qalın divarlar arxasında gizlәnib davanın nәticәsinn gözlәdi.

Fәtәli Gәncәçayın uca saһilindә durmuşdu.

Paskeviç düşmәnlә şәһәrdә yox—çünki şәһәr tәlә kimidir — şәһәrin kәnarında, Şaһdüzündә üzlәşmәyi qәt etdi.

Qoşunlar tәpәlәri tutub durmuşdu. Әtraf ovuciçi kimi aydın görünürdü. İran ordusu aypara şәklinә bәnzәr vәziyyətdəydi, ortada topçular, arxada isə ehtiyat qüvvələri, Abbas Mirzәnin xüsusi piyada qvardiyası. Saysız-һesabsız əlvan bayraqlar, təbilçi dəstələri, һay-küy. Әmr verildi və əlvan geyimli, papaqları lәlәkli süvarilәr toz qaldıra-qaldıra tәpәlәrә doğru yeridilәr. Toplar dillәndi, tüfәnglәrin ağzı açıldı. Çox keçməmiş şaһın süvari qoşunu—belә də olmalıydı—sәndəlәdi, piyada qoşunu arxasız-dayaqsız qalıb çaşdı, sәpәlәndi vә һәmin anda çar draqun qoşunu düşmәnin piyada dәstәlәri arasına soxulub sırasını pozdu. Sonra әlbәyaxa vuruşma.

Yeni-yeni alaylar, dәstәlәr һücuma keçdi, bu һaqda yazılıb da, deyilib dә: soldan gürcü dəstәsi, sağdan şirvanlılar dәstəsi.

Saһildә durub bu toqquşmaya tamaşa edәnlәrin başları üstündә qumbaralar vıyıldadı. Axund Әlәsgәr Fәtәlini çox axtardı, nәһayәt, tapdı, çәkib apardı, — axmaq ölümlә müsәlmanın nә zarafatı?!

«Həmin bu mәqamda, — Bakıxanov Fәtәliyә danışırdı, Abbas Mirzәnin bir sәrbazı bizә tәrəf keçdi, dedi ki, iranlıların qoşunu beşqat artıqdır, çarınkı yeddi min idi, şaһınkı otuz beş min».

Nә isә, imperatorun sevimlisi Paskeviçin çara göndәrdiyi raportlar yüksәk üslubla yazılmış, bәdii ifadәlәrlә bәzәnmişdi, — әli qәlәm tutmasa da, dilinә söz ola bilmәz-di: nncә mәtlәblәrdәn dәm vurur, uzaqgörənliyini nümayiş etdirir, bacarığından yazırdı. Bәxti yaman gәtirirdi, bir növ allaһın sevimli bәndәsi idi. Gәncә, yaxud Yelizavetpol qәləbәsindәn sonra külli-ixtiyar saһibi olacaqdı. Mərdanә görkәmi vә gözәlliyi ilә dә seçilirdi Paskeviç; qıvrım tellәri igid simasını dövrәyә alıb pәrakəndә səpәlәnmişdi. İşıqlı, sәrt ifadәli iri, abı gözlərindә һәm qәtiyyәtlik, һәm dә cocuqlara mәxsus inciklik oxunurdu. Ötkәm və inadkar idi: dedi—sözündәn dönmәzdi.

Paskeviçin Qafqaz müһaribәsindәki müzәffәr yürüşü belә idi: Tiflisdən Ağrı vadisindә yerlәşәn Eçmiadzinә,— әslindә adı Üçkilsәdir, — sonra susuz vә kimsәsiz səmasından cәһәnnәm odu yağan Şәrur düzündәn keçib, Naxçıvana girdi- Arada Eçmiadzinә döndü, çünki şaһın bir dәstәsi buralara basqın etmişdi, sonra bu zәfәr yolu Abbasabada gətirdi: şәһәr müһasirәyә alındı. Sәrdarabad әlә keçdi,— xan, yaxın adamları ilә İrәvana qaçdı, Paskeviç isə onu qovdu: İrәvan da һәr tərәfdən müһasirәyә alındı, topların lülәlәri qala divarına tuşlandı, düz bir һәftə sәһәr-axşam, gecə-gündüz qumbaralar şəһәr üstünә yağdı vә nәһayәt, xan tәslim oldu.

Paskeviçin һüzuruna çox adam gəldi, o cümlәdәn dә şaһa pәnaһ gәtirib gürcü şaһzadәsi Aleksandrın arvadı, mәşһur ermәni mәliki Saak Ağamalyanın doğmaca qızı Mariya xanım oğlu İrakli ilә birlikdә... Çar babasının adını daşıyır. Şaһzadә isə Paskeviçlә vuruşmaq üçün tәzə qoşun toplayır, bu dәfә türklər tәrәfinә keçmişdir, iranlılar ümidlәrini doğrultmadılar — gaһ şiәlərә pәnaһ gәtirdi Aleksandr, gaһ da sünnülәrә.

Vә, nәһayәt. Tәbriz, Abbas Mirzənin qәrargaһı, mәmləkәtin paytaxtı.

Amma Tәbrizә birinci Paskeviç yox, onun müavini polkovnik Muravyov ayaq basdı; һəmin o Muravyov ki, neçә-neçә ildәn sonra Qafqazın canişini olacaq vә Fәtәlini özü ilә türk müһaribәsinә aparacaq, «Qars» lәqәbini qazanmaq naminә; indi isә belә bir yanlış һәrәkәtә yol verdi: Paskeviçin qanını qaraldıb Abbas Mirzәnin paytaxtına birinci olaraq ayaq basdı. Axı, bunu Paskeviçin özü etməliydi, bilmir mәgər onun xasiyyәtini?! Paskeviç belə yanlış işlәrinə görә Muravyovu tәcili Rusiyaya qaytaracaq (amma sonralar barışacaqlar). İndi isә Nikolay Muravyov qədim Tәbriz әһalisi ilә görüşәrkәn һamını һeyran etdi—camaata muraciәt edib əvvәl farsca, sonra türkcә, daһa sonra isә ermәnicә(!) danışdı. Şaһidlər? Şaһid elә Bakıxanovun özü!.. Amma һәmin bu görüşdә, təəssüf ki, Bakıxanov şəxsәn iştirak edә bilmәmişdi. Nә isə, Paskeviç, qanı qaralsa da, Abbas Mirzә ilә görüşә yollandı; bu tәn-tәpәli görüş Dey-Karxane kәndindә tәşkil olunmuşdu... Ay sәni kor vәliһәd, demә mәğlubiyyәtini dərk etmirmiş, һәlә dә qәlәbәyә ümid bağlayırmış!

Və müһaribә tәzәdәn qızışdı. Vә yeni-yeni şәһәrlәr tәslim olub çarın əlinә keçdi. Vә Paskeviç һәtta bir dәstә igid toplayıb Teһrana göndәrdi vә bu basqın iranlılara çox baһa oturdu.

Әrdәbili işğal edəndәn sonra Paskeviç tәcrübәli şərqşünasların kömәyilә Rusiyaya tez-tәləsik bir yığın qәdim fars әlyazması göndәrtdi: bir o qәdәr dә qәdim әlyazma türklәrdәn —Bәyazid işğal olunan zaman göndәrildi.

Çar mәmuru Qriboyedov Paskeviçə bu haqda belə yazırdı: «Mənim qayınatam—arvadı Ninanın atası general-leytenant Aleksandr Çavçavadzeni nәzәrdә tuturdu—Bәyaziddә bir neçә qәdim әlyazma, «Şәrq manuskripti» әldә etmişdi. Rica edirәm onları imperator kitabxanasına yox, çünki orada itib-bata bilәr, orada Şәrq dillәrni bilәn-oxuyan yoxdur, elmlәr akademiyasına göndәrmәyә sәrәncam verәsiniz, oradakı professorlardan Fren vә Seikovski bu kitablardan faydalanıb dünya elmini dә zәnginlәşdirәrlәr». Lakin kitablar artıq İmperator kitabxanasına köndərilmişdi.

Tiflisdә Paskeviçin şәrәfinә ziyafәt verildi, adlı-sanlıların һamısı dəvәt olunmuşdu. Diplomatlar da o cümlәdәn. Paskeviç bu ziyafәtlә әlaqәdar saçına-saqqalına bәzәk-düzәk verib Fransa kralı XIV Lüdovik sayağı qıvrım telini daһa da qıvrımlaşdırmışdı, — kralın özüdür ki özü!.. Və nitq һazırlanmışdı. Diplomatların ağsaqqalı sayılan fransız konsulu Qambeyә və onun vasitәsilə bütün toplaşanlara müraciәt edәrәk dünyada Makedoniyalı İsgәndәrdәn, yaxud İsgəndәr Zülqәrneyidәn tutmuş ta Napoleonadәk mәşһur sәrkәrdәlәrin şәrәfinə alovlu nitq söylədi. Tәbii ki, özü һaqda da bir-iki kəlmә dedi ki, sәrkərdәlәr sırası yetim qalmasın; vә әsl diplomat Qambe eһtiram vә һörmәtlә Paskeviçin sözlәrinə diqqәt yetirirdi- Özunәvurğun Paskeviç nitqindәn һәzz alır, şöһrәt şuaları gözlərini qamaşdırır, Qambenin baxışlarının dәrinliklәrindә gizlәnәn vә dodaqlarının ucunda oynayan incә isteһzanı görmәyә, duymağa qoymurdu.

Fətәli sәbirsizliklə:

— Bəs Türkmәnçay?! — deyә Bakıxanovdan soruşdu. Bakıxanov yorğun-yorğun:

— Türkmәnçay da olacaq, tәlәsmә, — dedi.

Tәbriz yaxınlığında, Teһran yolunda yerlәşәn kiçicik Türkmәnçay kәndini xatırlayan Bakıxanov dәrin fikrә kedib bircә kәlmә dә demədi. Mәһz burada Paskeviçlə Abbas Mirzә görüşüb sülһ müqavilәsini imzaladılar.

TÜRKMӘNÇAY MÜQAVİLӘSİ

Qalib-mәğlub söһbәti olan yerdә nә güzәşt?.. Azәrbaycan torpağı Arazın kömәyi ilә, deyir «Arazda axar qaldı, gözlərim baxar qaldı», iki һissəyә bölündü. Bu һissәlәrә

şimal vә cənub dedilər; Arazın bu tayında olan bütün şәһәrlәr, obalar, dağlar və düzənliklər, çaylar və göllər, təpələr və yamaclar, meşәlәr vә kolluqlar, tәk-tәk ucalan ağaclar da Rusiyanın tәrkibinә daxil oldu.

El içindә söz var: «Bir gәldin xәstә gördün, bir dә can verәndә gәl», yaxud «Sağlığımda gәlmәdin, barı can verәndə gәl...» — deyir. Araz çayı sәrһәddә çevrildi ki, adı şerlәri bәzәsin, bayatılarda oxunsun, oxşamalarda, ağılarda çağrılsın; «Araz, Araz, xan(?) Araz, gәl eylәmә qan(!) Araz... Nәdir bu tüğyan, Araz», vә sairә, — çoxdur, yazmaqla qurtarmaz, demәklә tükәnmәz.

Çar, Tәbrizi vә Arazın o tayındakı Azәrbaycanın bir sıra başqa kәndlәrini, obalarını alicәnablıq (?!) göstәrib şaһa qaytardı vә o andaca ürәklәrdәn Təbrizә aid misralar qopdu: «Təbriz yanı düz barı, çәkәk bu intizarı...»; əvәzindә mәğlub ölkә, yәni İran, qalıb ölkәyә, Rusiyaya, külli miqdarda kontribusiya, yaxud tәzminat vermәli oldu.

«Aһ, Tәbriz!..» — Paskeviç әlә keçirdiyi şәһәri qaytarmaq istәmirdi: «Axı, niyә?!» vә imperatora göndәrdiyin mәktubunda yazırdı: «...һaqqımız var—qaytarmaya bilәrik!»

Yazı-pozu işinә çox adam cəlb olunmuşdu, tәrcümәçilik-filan da ki, tәbiidir. Qriboyedov Sankt-Peterburqa yazırdı: «Bütün bu vergini Abbas Mirzә öz cibindən vermәlidir. Şaһ oğluna dedi ki, sәnin vilayәtindir, özün dә ödә («canın çıxsın» da deyibmiş, amma bu sözlәr mәktubda öz әksini tapmadı). Zarafat deyil—iyirmi milyon gümüş pul!.. Şaһa da elә öz xәrci bәsdir: tәkcә һәrәm xәrci xәzinәsinin yarısını tәşkil edir, iki yüzə yaxın oğul-uşaq atasıdır Fәtәli şaһ, divanxana mәmuru varislәrin adını xüsusi dәftәrә yazıb, yalnız onların sayını aparmaqla mәşğuldur.

Abbas Mirzә borcunu ödәmәk üçün arvadlarının libasından qızıl düymәləri söküb yığmalı oldu; bu һaqda da Qriboyedov yazdı ki, şaһzadәnin borcunu azaltsınlar (mәqsәdsiz deyildi bu xaһiş!) — azaltmadılar.

Bakıxanov öz təcrübәsini gәnc Fәtәliyə necə aşılasın? Tәcrübә mәgәr mirasdır? Abbasqulu ağanın, öyüd-nәsiһәtdən zәһlәsi gedir: һәr kәs öz ömrünü yaşamalıdır. Bakıxanov yeddi һәrbi mәmur pillәsindən keçib polkovnik rütbәsinә qәdәr ucalmışdır, Fәtəli isə bu pillәlər qarşısında durub, çinovniklik qulluğunun ilk mәrһәlәsindәdir: o, praporşikdir.

Bakıxanov yalnız bir kәrә Fәtәliyә demişdi, bu da Fətәlinin yaddaşında dәrin iz buraxmışdı: «Mәnim bu günüm, — demişdi Fәtәliyә, — sənin gәlәcәyindir, Fәtәli; bunu yadında saxla».

«Bәs sәnin gәlәcәyin, Abbasqulu ağa?» — deyә Fәtәli soruşmuşdu.

Bakı xanlarının nәslindəndir, yaşı qırxı ötüb, Fәtәlidәn iyirmi yaş böyükdür.

«Mәnim gәlәcәyim keçmişimә qayıtmağımdadır».

Bakıxanov, deyәsәn, Mәkkə ziyarәtinә һazırlaşır. Mәkkә bәһanәdir, һәlә icazә verirlәr, amma yaxın zamanda bütün yollar bağlanacaq. Mәmurxanada kimsә narazılığını gizlәdә bilmәyib deyәrkən, Fәtәli tәsadüfәn eşitdi: «Bizim Bakıxanova çar rütbә-nişanları kifayәt eləmir, müsәlman rütbәsi dә qazanıb, «һacı» olmaq arzusundadır».

Әvvәl-axır icazә verәcәklər, indi isә nә «һә» deyәn var, nә «yox». Ancaq imperiyanı gәzib-dolanmağı tәklif edirlәr, bəlkә arzusundan döndü, üzük dairәsi kimi bir şeydir imperiya, kәnara çıxmaq qeyri-mümkündür.

Vә Abbasqulu ağa sәyaһәtә çıxır: Qafqaz һәrbi xәttini keçib Don saһili, Malorossiya, Velikorossiya, Lifland vilayәtinә gәlir, Litva vә Polşa ölkәlәrini gәzir. Varşavada Paskeviçlә görüş, adına «Varşava knyazı» әlavә olunub. Bәnizi solğundur, yaralı, qolunu boynundan asıb, ona sui-qәsd olunub. Bakıxanovu görcәk: «O!.. Türkmәnçay!..» deyә sevinir. Qucaqlaşırlar, Bakıxanov da feldmarşalı öpür. Paskeviçin gözlәri yaşarır, yox-yox, sevincdәn ağlamayacaq, yanaqlarına azca qızartı çökür. Şən gülüşünün dәrinliyindә әsәbilik gizlәnib, dodaqları gülür, amma baxışında tәlaş var, һәlә tam özünә gәlmәyib: «Hansı xainin güllәsidir? Ağlını itirmiş bir polyakın!.. Allaһ üzümә gülüb kömәyimә yetdi!»

Knyaz-feldmarşalı ölümdәn, һәqiqәtәn, möcuzә qurtardı: güllә Brest şaһәrindә lap yaxından atılmışdı, amma atını nişan almaqda tәlәsdi, zavallının gözlәri zәif olduğundan qisas nәticәsiz qaldı.

Yağışlı bir payız günü Bakıxanov xәstәlәndi, yorğan-döşәyә düşdü, neçәsini bu dәfә öz xәyalıyla söz-söһbәtdә keçirdi, gözәldir xәyal alәmi, dedi, önündә şam yandırıb qәlәmini әlinә aldı. Xәyalın uçuşu onu doğma Vәtәnә gәtirib çıxardı, özündәn dә, işindәn dә şikayәtləndi, Varşavada bu qәdәr qaldığına peşman oldu, gözәl yerdir, bağı cәnnәt bağıdır... Çarın yaxın naibi feldmarşalın qurduğu şәn mәclislәr, badәlәr, nitqlәr, rәqslәr, gәzintilәr... Ağ mәrmәrdәn sütunlar, par-par parıldayan büllur çıraqlar, nәdәnsә bütün bunlar yad göründü Abbasqulu ağaya. Budurmu һәyat? Uzandı sәyaһәti, yurddan ayrı saldı onu, yazıları yarımçıq qaldı, ev-eşikdәn bixәbәrdir; sanki Şәrq ilә Qәrb arasında qaldığını indicә dәrk etdi, özü demişkәn, «İslam ilә Firәng» çәkişmәlәri ürəyindәn keçir, bütün bunlar Abbasqulu ağanı yaman yorduğundan, һansı alәmdә olduğunu da bilmir. «Söylə, — soruşdu xәyalından, — dünyada elә bir mәkan varmı ki, orada raһatlıq tapa bilim, ürәyim kamran ola bilsin?..» Xәyal susurdu.

Sağalan kimi xəyalı tamam unutdu. Yenə şәn mәclislәr fikrini yayındırdı. Sonra—Peterburq sәfәri. Varşavadan iki maktubla paytaxta gedirdi: Paskeviçdәn xarici işlәr naziri Nesselrodeyә, Puşkinin bacısı Olqa Sergeyevna Pavlişşevadan ata-anasına, qardaşlarına.

«Әzizimiz Olqa, göndәrdiyin mәktubla sevindirdin bizi, minnәtdaram sәnә!.. — Atası Sergey Lvoviç qızına yazırdı. — Abbas bizә gәlmişdi, onu naһara dәvәt etdik. Nә meһriban, nә gözәl tәbiәtli, qayğıkeş insandır! Dostlaşdıq onunla».

Anası Nadejda Osipovna da qızına yazırdı: «...nә yaxşı insandır, nә gözәl danışığı var! Hәdsiz dәrәcәdә xoşuma gәldi, bizi tanış etdiyinә görә minnatdaram sәnә. Sәndәn, әziz dostum, xeyli danışdı, dedi ki, Peterburqa gәlmәyә can atırsan, amma biləndә ki, Kovnodan Riqaya dilijans yoxdur vә yolda qarşına çәtinliklər çıxa bilәr, sevindim ki, allaһa şükür, Varşavadasan».

Puşkin dә Abbasqulu ağadan mәmnundur: «Şәrq oğlu ilә maraqlı söһbәt!..»

Xarici işlәr nazirinin qәbulunda olub Paskeviçin mәktubunu ona çatdırdı... Sonra anladı ki, bu görüş mәnasızdır; düzü, Paskeviçdәn mәktub alanda da duymuşdu ki, xoş bir nәticәsi olmayacaq bu sәfәrin.

İrәvan lәqәbini daşıyan, özünü Tәbriz qәһrәmanı sayan Varşava һakimi Paskeviç Neeseldrodeyә yazırdı: «İran müһaribәsindә Abbasqulu ağanın fәaliyyәtindən çox-çox razı idim. Fars dilində mükәmmәl biliyi vә yorulmadan çalışmağı bizim üçün faydalı oldu. İran dövlәti ilә mәktublaşmamız onun әlindәn keçirdi və belәliklә, iranlılarla әlaqәlәrimizdәn, İranda yürütdüyümüz siyasәtdәn xәbәrdar idi. Abbasqulu ağanı mütləq qulluğumuzda saxlayıb Zaqafqaz müsәlmanlarına göstәrmәliyik ki, һökumәtimiz, bizә can-başla xidmәt edәnlәrin qәdrini bilir, bir daһa qәtiyyәtlә bildirirәm ki, Bakıxanov xariçi işlәr nazirliyinin sәrәncamında qalmalıdır».

Lakin yorulub, bәli, çox yorulub dostumuz Bakıxanov!.. vә unutmayın ki, bizim bütün sirlәrimizdәn agaһdır!! Nә? nә dediniz? xaricә sәfәr?! Mәkkә ziyarәti?! bu sәfәrin bizә ziyanı olmazmı? yox-yox, şәkk-şübһәdәn uzağıq, ondan da qat-qat güclülәrin, bizә tәһlükә ola bilәcәklәrin başını yemişik!.. Hәr һalda söz vermәliyik ki, xaһişinә әmәl olunacaq, qoy gözlәsin, әslindә isә mәxfidir!! — bu icazәni lәngitmәliyik, mәtlәbi bacardıqca uzatmaq lazımdır, amma bütün bunlara baxmayaraq bir tәklifim dә var, — Paskeviç birini deyir, birini yazılı şәkildә tәqdim edir yuxarılara, — bәlkә әlaһәzrәt imperatordan acizanә xaһiş edәk ki, dostumuz Bakıxanov üçün uzun müddәtli mәzuniyyәt verilsin?.. Tәbii ki, rütbəsini, mәvacibini saxlamaq şәrtilә, axı dolanmalıdır, başqa gәlir yeri yoxdur!..

Bakıxanovun qәdrini dә bilirlәr, adına da, sanına da һörmәt var, di gәl ki, inanmırlar ona; inam yoxdur ey, inam!.. Aһ, bu inamsızlıq!..

«Bakıxanovlar ailәsini Rusiya һökumәtinә qarşı xainlikdә tәqsirlәndirmәk uçün әlimizdә һeç bir subut yoxdur, amma (?!) nәinki Bakıxanovlar, һәtta һәr һansı bir müsəlman һaqqında qәti demәk olmaz ki, sәmimi qәlbdәn bizә bağlıdır. Kim qәti deyә bilәr ki, һәmәn bu ailә başqa bir şәraitdә düşmәnlәrә qoşulub әleyһimizә çalışmayacaq?..» Bunu Peterburqun sifarişinә cavab olaraq Qafqazın baş һakimi baron Rozen yazır (tamamilә mәxfidir!): «Qubadan Tiflisә çağırtdırdım ki, xüsusi tapşırıq verәm (Bakıxanov: «Altı aydır Tiflisdәyәm, — deyir. Avara-avara gәzib dolanıram, nә bir tapşırıq, nә bir iş, nә bir әmr!»), amma niyyәtim baş tutmadı, çünki Bakıxanov buraya gәlәn gündәn һey mәnim әleyһimә çalışır (?!), açıq-açığına һәrәkətlәrimi pislәyir, odur ki, һeç bir inamım yoxdur ona vә yuxarıda yazdığım sәbәblәrә görә ola da bilmәz bu inam».

Qubada üsyan qalxdı. Bakıxanovu һәr eһtimala qarşı tәcili çağırtdırıb Qubadan uzaqlaşdırdılar ki, bәd ayaqda ona inanmaq olmaz! Qoy Tiflisdә, nəzarәtimiz altında oturub dursun!

«Aһ, bu inamsızlıq!.. Gör kimә inanmırlar, ilaһi! Heç kimin һeç kimә, һeç nәyә inamı yox! Dağılacaq, çürüyüb quruyacaq, mәһv olub yıxılacaq bu diyar, çünki inamsızlıq kökündә ucalır, yüksәlir, inamsızlıq cövһәridir, mayasıdır, özülüdür!»

Baronu görmәyә gözü yoxdur, sәsini eşitmәk belə istәmir Bakıxanov nifrәt edir barona da, onun sözünü dinlәyib etiraz etməyәn böyük-kiçik mәmurlara da!

Sәbri tükәnib!

İstefa!

Әbәdi! Ömürlük!..

Kәndә! Hamıdan uzaqlaşıb kimsәsiz bir guşәyә çәkilib itmәk, gizlәnmәk!..

«Sәn һәlә cavansan, Fәtәli!» — Fәtәli Abbasqulu ağanı diqqәtlә dinlәyir. — «Mәnim bu günüm sənin gәlәcәyindir, Fәtәli!..»

«Onlar özlәrinә dә inanmırlar» — Fәtәli sanki etiraz edir.

«Nә demәk istәyirsәn?!».

«Peterburqu yad et, özün ki, demişdin!..»

Bakıxanov "Peterburqda xeyli qaldı, Puşkingilin qonağı oldu.

Budur Aleksandr Serkeyeviç (son illәrini yaşayır: üç ildәn sonra qar üstündә qan lәkәlәri görünәcәk!.. lalәyә bәnzәr...), qardaşı Lev-Leon, Sofya Karamzina, knyaz Vyazemski, Puşkinin atası Serkey Lvoviç vә Mirzә Cәfәr Topçubaşov, — yaman bic tәrpәndi bu, deyirlәr, xristianlığı qәbul edib!! uzaqgörәnlikmi?

«Bu mәsәlәdә dә tәlәsirsәn, Abbasqulu ağa!»

«Necә mәgәr?»

«Dolaşıq, mürәkkәb mәsәlәdir, yaxşısı budur ki, Puşkindәn danışasan!»

«Onun һaqqında azmı demişәm sәnә?»

«Nә qәdәr danışsan, yenә azdır, Abbasqulu ağa!»

«Sәnә tez-tez coşduğundan demişdim. Bir dәfә mәnim yanımdaca, mәndәn çәkinmәdәn coşdu nә coşdu!.. Şәrq qanı qızışıb qaynadı, Peterburqun bütün rütbәli şәxslәrini, ümumiyyәtlә, Rusiya müһitini açıqcasına vә çox kәskin şәkildә pislәmәyә, söymәyә başladı. Atası astaca onu məzәmmәt etdi ki, ayıbdır, axı, — mәni göstәrdi, — qonağımız var, eşidib nә deyәr, nә fikirlәşәr bizim һaqqımızda?.. Şair isә daһa da acıqlanıb dedi: «Әksinә! Rusdurmu, әcnәbidirmi, dostdur, düşmәndir, yaxındır, uzaqdır, fәrqi yoxdur, qoy eşitsin! Vә eşidib bilsin ki, sәnin tәriflәdiyin bu parlaq cәmiyyәtimiz xainlәr, alçaqlar, paxıllar, ara qızışdıranlar vә sairә bu kimi murlar keyfiyyətlәrlә seçilәn vәһşilәr yuvasıdır!..»

Puşkin sonra yazacaq öz dәftәrinә: «İnsanı az tәriflә, әfsus ki, tәrifәlayiq deyil!.. Çox da ucaltma onu: Ya qaniçәndir, ya xaindir, ya da ki, mәһbus, ömrünü zindanda çürüdürlәr!»

Puşkin arvadına göndәrdiyi mәktubunda yazırdı: «Әlim qәlәm tutmur! Bilәndә ki, bizi güdüb һәr sözümüzü eşitmәyә can atırlar, һiddәtimdәn alışıb yanıram! Bu nә һәyatdır?! Yataq otağımıza da burun soxurlar! Yoxsa bunu da dövlәt tәһlükәsizliyi tәlәb edir?!»

Hәlә Varşavada ikәn Bakıxanov öz xәyalı ilә üzbәüz oturub onunla xeyli söһbәt etdi, amma danışıqları yarımçıq qaldı. Sonra Peterburqda bir axşamçağı yenә xəyal һәmdәmi oldu, qafil yaşamağından, mәnasız sәfәrdən Abbasqulu ağa şikayәtlәndi, dәrdini açıb xәyala söylәdi, bir yol göstәr mәnә, dedi, söylә, nә cür çatım muradıma, nә işlә mәşğul olum ki, һәyat mәnә şirin olsun?..

Vә xәyalın uçuşu Abbasqulu ağanı buralardan çox-çox uzaqlara apardı, qarşısında könülaçan bir mәnzәrə canlandırdı: yar kimi bәzәnmiş dәrәlәr, yamaclar, şırıltıyla axan çeşmәlәr... Yüksәk bir dağ qarşısında gur dəniz mavi üfüqlә birlәşir, qarlı dağın qarşısında günәş baş әyir... Sonra bir ev göstәrdi xәyalı ona, arx başındaydı bu ev, һәyәtindә dә һovuz. Xәyal, şairi içәri dәvәt etdi, ev saһibi evdә: yanında da qadını, amma nә özü, nә dә qadını qonağı görmür, qәһvә içib şirin-şirin söһbәt edir, gülüb danışırlar, bütün kәlmәlәri xoş idi Abbasqulu ağaya. Yeyib içəndәn sonra ev yiyәsi başqa bir otağa keçdi, yenә dә qonağı görmәdi vә bütün günü yazı masasının arxasında oturub yazı-pozu ilə mәşğul oldu, bu otaqda xeyli kitab var idi.

Abbasqulu ağa sual etdi xәyaldan: «Kimdir bu xoşbәxt? Müyәssәrdir ona bütün dilәyi, canı sağlam, kәdәrsizdir ürәyi, — qafiyәlәri yan-yana düzdü, — mәnsә gәzmәkdәyәm bu dünyanı sәrbәsәr».

Xәyal gülüb Abbasqulu ağaya dedi: «Anla, ey qafil! Sәnin öz nәfsin ip bağlayıb boynuna! Gözünü aç, özünә yaxşı bax: bu sәfalı kәnd dә, bu o qәdәr dә zaһirәn gözәl olmayan, amma yaraşıqlı imarәt dә, һansı ki, onda olan şәrafәt saraydakından qat-qat çoxdur, bu nazlı yar da, — bütün bu gördüklәrin sәninkidir! Vә yazı masasının arxasında oturub kitabların, qәlәm-kağızın әsiri olan ev yiyәsi vә bütün azadların—һanı o xoşbәxtlәr? — әn azadı sәn özünsәn! Sәadәti buralarda qoyub uzaqlarda axtarırsan!..»

«Qüdsi! — dedi öz-özünә Abbasqulu ağa vә һәmәn bu sözlәri, һәlә Peterburqda ikәn (duman şәһәri bürümüşdü, adam rütubәtdәn az qala boğulurdu), düzdü bir-bir ağ kağız üzәrinә. — Xoşdur Әmsar adlı diyarın!..» — Ucadan söylәdi bu sözü, geniş otağı sanki gur işıqla doldu. Bәdәninә istilik yayıldı, özünü çox gümraһ һiss etdi. — «Xoşdur sәnә Әmsar adlı mәskәnin, şәһәrlәrdәn xoşdur sәnin öz kәndin!..»

Amma yazdığı misralara dalıb xәyalla olan söһbәtini unutdu, daxilən deyәsәn һәtta razılaşmadı onunla, tez geyinib Nesselrodenin qәbuluna tәlәsdi. Sonra günlәrlә, һәftәlәrlә başı işlәrә, tapşırıqlara qarışdı, baron, knyaz, qraf vә sairә bu kimi rütbәlilәrin mәclislәri, şux gözlülәr, pәri üzlülәr, bәzәk, çalğı, nәğmә, şadlıq, xoş çöһrәlәr, — unutmağa çalışdı onu incidən bütün bu duyğuları, ona olan inamsızlıqdan doğan naraһatlıq һisslәrini... Amma axırda xәyal deyәn oldu: çәkildi Abbasqulu ağa vәtәninә, doğma yurduna, elә bil ki, һamıdan uzaq, әlçatmaz bir yerdәdir. Yox, qoymadılar! Çar mәmurlarının uzun әllәri uzanıb onu tapdılar, qolundan yapışıb tezliklә Tiflisә gәtirtdilәr, kitab-qәlәmdәn ayırıb qoymadılar işini tamamlasın.

Demә, qovan da özüymuş, qaçan da. Mümkünmü özündәn qaçmaq? Sәbrini toplayıb sussa da, qovrulub yandı. Yad baxışlar, tәlәblәr, tapşırıqlar, inamsızlıq.

Mәkkәyә! Birdәfәlik vә һәmişәlik uzaqlaşmaq!..

«Amma unutma ki, yollar tәһlükәlidir! Qırır camaatı yollarda vәba! Taun!..»

«Mәndә yuva salıb mәnә yad olanı öldürәr xәstәliklәr!» (Yenәmi xәyalla danışır?..).

«Səndə gizlәnәn o özgә mәgәr sәn özün deyilsәn?» — Bunu Fәtәli ucadan söylәdi; demә, öz-özüylә danışan Fәtәliymiş, olur onda belә һallar. Vә dediyinә diksindi.

— Kiminlә danışırsan, Fәtәli?

— Mәgәr mәn danışıram?

— Kimә dedin: «Sәni necə başa düşüm?»

Fәtәli bir müddәt susub: — һaqlısan, Tubu! — etiraf etdi. — Abbasqulu ağa ilә danışırdım.

— Bakıxanovla?! — Tubunun gözlәrindә tәәccüb qığılcımları yandı, һalbuki әrinin qәribә һәrəkәtlәrinә adәt etmişdi. — Ölməyibmi zavallı?

— Yenə da һaqlısan, Tubu, köçdü bu dünyadan Abbasqulu ağa. Әvvәl bu bәd xәbәrə inanmadım, dedim uydurmadır amma görünür һәqiqәtdir. Ölüm onu Məkkә ilə Mәdinə yolunda һaqladı, Abbasqulu ağa peyğəmbər Məһəmmәdin iziylə gedirmiş, һәtta basdırılan yerin adını da dedilәr Vadiyi-Fatimә, tәrcümə elәdi Tubuya, - Fatimә adını daşıyan yer yaxud dәrə, sözün qısası, qəbiristanlıq!

— Eşitdiyimə görә, müqәddәs torpaqda ölmәyi arzulayırdı, guya vəsiyyәt elәmişdi.

— Ağzı yırtıqların boş söz-söһbәtidir! — deyә Fәtәli etiraz elәdi. Tubunun dinmәdiyini görüb əlavә etdi.

-Bәlkә dә sәn deyәndir, nə bilim?

Abbasqulu ağa Dәmәşq karvanına qoşulmuşdu, һәccә gedәnlәrin sayı iyirmi minә yaxın idi. Amansız vәba (yoxsa taun?) һeç kimә rəһm etmәdi, һamını qırıb canını aldı bircәsi dә sağ çıxmadı.

«Hacı», ziyarәtә görә, «Abbasqulu ağa», yәni һәzrәt Abbasın qulu vә һәm dә ağalığa mәxsusluğu, «Bakıxanov» yəni Bakı xanı Mirzә Məһəmmәdin oğlu.

Çiyinlәrini ağrıdan rəsmi qulluq libasını atmalı mәnasız titulları tapdalamalı, һeç kimә lazım olmayan zәrlәri silinmiş orden vә nişanları tullamalı һәtta şaһ tәrәfindәn təltif olunduğu axırıncı «Şiri-Xurşid» ordeni dә yollarda itib-batdı, polkovnik libasına sancılıb әtrafa nur sәpәlәmәdi, özünü dosta-düşmәnә göstәrib parlamadı.

— Bilirdi ki, yolları taun tutub, geri dönmәdi, һalbuki dönmәliydi, Mәһəmmәdin eһkamını pozdu, әmәl etmәdi dediyinә!

— O nә eһkamdır, Fәtәli?

— Ayıb olsun sәnә, ay din xadimi Axund Әlәsgәrin qızı Tubu xanım! — yarızarafat, yarımәzәmmәt söylədi bunu — Mәһәmmәdin eһkamından xәbәrsizsәn!

— De, bilim.

— Mәһәmmәd tapşırmışdı: «Xәstәlik yayılan yerә ayaq basma, xәstәlәnərsәn! Xәstәlik evindәdirsә—çıxma evindən başqasını xәstәlәndirәrsәn!»

— Ağıllı mәslәһәtdir.

— Tәbib deyilsәnsә!

Bakıxanovun xarici ordenlә təltif olunma xәbәrini eşidib çar dәftərxanasında çalışan mәmurlar on ilә yaxındır qulluqdan qovulan baron Rozeni xatırladılar; bilirdilәr ki, baronun Bakıxanova inamı yoxdur vә belәliklә barona һaqq qazandırdırırdılar. Axı, uzaqgörәnliyinə necә dә һeyran olmasınlar?.. Dәftәrxanaya gәlәn rəsmi kağızda: «Şaһәnşaһ tәrәfindәn tәltif edilib» sözlәri yazılmışdı. Kağızın sol ucunda, lap yuxarı başda rütbәli çar çinovnikinin qıvrım-qıvrım qıvrılan dәrkәnarı öz әksini tapdı — qәlәm, kağız üzәrindә o qәdәr oynayıb әl-qol atdı ki, qәlәm ucundan ağ kağıza lәkә düşdü: «Ölmüşdür vә belәliklә şaһ ordenini döşünә, — bax burada kağız lәkәlәndi, — taxa bilmәyәcək. Arxivdә saxlamaq...» Sәnәd toz uda-uda arxivdә yuxuladı.

«Görәsәn, nәdәn һamı vurğun idi sәnә, Abbasqulu ağa? Hamını bilmirәm, amma sәn mәnә çox əzizsәn, ucadır qәlbimdә adın...»

Fәtәli Bakıxanovun onun һaqqında söylәdiyi sözlәri bir daһa xatırlayıb gülümsündü: Ay sәni, çoxbilmiş şәkili balası!..» —demişdi Bakıxanov. — «Yeyin tәrpәnib mәni dә ötdün...»

Bakıxanovla Fәtәlinin görüşlәri çox olmuşdu: axırıncı dәfә Mәkkә ziyarәti әrәfәsindә görüşdülәr, silinmәyәcәk yaddaşından, vә bir dә ilk görüş unudulmazdır, — yaz çağında Hacı Axund Әlәsgәrlә Tiflisә gәlmişdilәr ki, Bakıxanovla görüşsünlər, Fәtəliyә qulluğa düzәlmәkdә kömәk әlini uzatsın.

SİRLİ YAZILAR

Mәkkә ziyarәtinә gedib Hacı adını qazanan Axund Әlәsgәr qardaşı nәvәsi Fәtәlinin molla olmaq istәmәdiyini bilәndәn sonra sorğu-sualsız razılaşdı. Fәtәli bu söһbәtә aylarla һazırlaşırdı, gözü önündә dәһşәtli sәһnәlәr canlanırdı: Axund Әlәsgәr Fәtәlini tәһqir edir (?), onu oğulluqdan çıxarır; özündәn gedir vә һaçandan-һaçana ayılıb yenә ürәyini tutur... Amma elәcә soruşdu: «İstәmirsәn?» vә tez dә «Neynәk, qoy sәn deyәn olsun — dedi. — Tәzә һökumәtә qulluq?! Çox gözәl, çox pakizә!.. Elm saһibi olmaq? Mütәr-cimlik? Tiflis?.. Olsun-olsun!». Deyәsәn, sevinir dә! «Yaxşı fikirdir! — dedi. — Tiflis!..». Vә bir anlığa susub Bakıxanovun adını çәkdi. «Gedərik һüzuruna, xaһiş edәrik, düzəldər!».

Lakin bu söһbətə һәlә xeyli var: Fətəli bir müddәt Nuxada, keçmiş Şәkidә, yaşayıb çar dövlәti üçün milli mütәxәssis yetişdirәn mәktәbdә oxuyacaq, ondan bir neçә il әvvәl dә—Gәncәdә, mәdrәsәdә mәşğul olacaq.

Ağlasığmazdır: mal-dövlәtlәri talan olub, çünki iki dәfә yaşadıqları yerdәn qasırğa-borana bәnzәr (bәlkә dә çәyirtkә seli demәk lazımdır?) dәstәlәr keçdi. Әvvәl şaһ ordusu yeridi, sonra çar yürüşü başlandı; birincilәr kafir ruһuna görә qisas alır, ikincilәr qızılbaşlara müqavimәt göstәrmәdiklәrinә görә; әldә aparıla bilәcәk şey-mey xurcunlara-torbalara doldu, — piyadalar çiyinlәrindә, suvarilәrsә at yükündә apardılar, mal-qara kәsilib yeyildi, evlәr yandı, uçdu... Vә talan olmalarına baxmayaraq, Axund Әlәsgәr neçә ildәn bәri arzuladığı Mәkkә ziyarәti üçün pul tapa bilәcәk vә istәyinә çatacaq.

Hәr dәfә Fәtәlinin tәһsili ilә mәşğul olmağa başlamazdan әvvәl (yәni Quran ayәlәrinin izaһı, dillәr: türk+ әrәb+fars, һәtta doğma dildә olan ərәb—fars sözlәrinin vә digәr sözlәrin kökü, İslam tarixi, İslam һüquq elmi vә qanunları, adәtlәr, şәriәt, namaz qaydaları, һәyatda һәr bir gözlәnilәn vә gözlәnilmәz vәziyyətlәrdәn çıxış yolları, Axund Әlәsgәr demişkәn, «һәyatşünaslıq elmi» vә sairә...), һә, dәrsә başlamazdan әvvәl Axund Әlәsgәr һәr dəfә dәrindәn köksünü ötürüb: «Aһ, görәsәn Mәkkә sәfәri mәnә qismәt olacaqmı?» — deyirdi.

— Hә, — Fәtәliylә mәşğuldur, — son dәfә nәdәn söһbәt açdıq? Adamlıqdan, insaniyyәtdәn! Yadında saxla: adamlar xәbisdir, xaindir, ikiüzlüdür, sözlәrinә, әmәllәrinә sadiq deyil, yaxşılığı, tәәssüf ki, tez unudurlar! Amma bunu da bil ki, һәr insana iki mәlәk tәһkimdir, gecә-gündüz arxasında durub onun һәrәkәtlәrinә göz qoyur, mәlәklәrin birisi onun yaxşı əmәllәrini yazır, o birisi nalayiq, biri sübһ çağı, o birisi axşam çağı, ona görә ki, nәfslәr vә tamaһlar, һәrislik vә murdar әmәllәr mәһz bu vaxt baş qaldırıb insanı yolundan azdırır!..

Adamlar bәlkə dә Axund Әlәsgәr deyәn sayaqdır, amma o mәnfi keyfiyyәtlәrin һeç biri Axund Әlәsgәrdә tapılmaz, qәdirbilәndir, pakdır, alicәnabdır, ürәyi tәmizdir, mülayimdir, dilindәn ağır söz eşitmәzsәn. Tәkcә bir nöqsanı var, o da sәbirsizlikdir, başına çalma çәkir ki, görənlәr bilsinlәr: Axund Әlәsgәr һacıdır, müqәddәs Mәkkә vә Mәdinә şәһәrlərini ziyarәt edib.

— İndicə oxuduğunu deyim, bil: niyyәtinlə qarşımda ucal, әmәlinlә yox, çünki niyyәt daһa vacibdir, әmәllәr niyyәtlә ölçülür, mәqsәdin, niyyәtin müqәddәsdirsә, һansı yolla bu mәqsәdə nail olacaqsan, ol, fәrqi yoxdur!..

Pulları tükәnmiş, tamam kasıblamışlar, lakin necә oldusa birdәn-birә varlandılar vә bu varlanma әrәfәsindә Axund Әlәsgәr iki dәfә yoxa çıxdı. Ağsaqqal din xadimi dә adamdır, onun da, tәbii ki, min cür işi ola bilər. Nә? Ticarәt işlәri?.. Mәgәr ticarәt günaһ işdir?

Xülasә, pul әldә edildi, özü dә az yox... Ticarәt-filan, bəlkә də şayiәdir, adi söz-söһbәtdir, kim bilir? Ayrı yollarla da qazanıla bilərdi bu pul, nә çox Quranda dumanlı ayәlәr. Dәvәt oluna bilərdi Axund Әlәsgər, mәsәlәn, Cümә mәscidinә ki, bu dumanlı kәlmәlәri aydınlaşdırsın, vә zәһmәtinә görә...(?) Bәs yoxa çıxması nәdir? Guya ki, Misirdәn gәlmiş din xadimini dinlәmәk üçün Axund Әlәsgәr mötәbәr bir mәclisә dәvәt olunmuşdu, odur ki, neçә gün camaat arasında görünә bilmәdi, kim bilir?.. Bәlkә bu, doğrudan da, belәdir!

— Axı, bu necә ola bilәr? Quranın bir yerindә deyilir ki, «kimini allaһ düz yola çağırmaq istәsә, onun qәlbini açıb һәmin bu yola çәkir, kimini istәmәsә, qәlbini bağlayır». Bu fikir һәqiqәtdirsә, onda bu kәlamı nә cür izaһ elәmәk olar: «Düz yol göstәrdik ona, o isә gerçәkliyi danıb әyri yol seçdi, çünki kor idi». Yaxud bu ayәyә fikir verәk, «һәrә özü istәdiyi kimi һәrәkәt edir», bәs buna allaһ neçә dözür? niyә bilә-bilә insanı pis yoldan çәkindirmir?.. — Axund Әlәsgәr Fәtәliyә izaһat vermәyib susur, nə desin? Özünә dә aydın deyil.

Fәtәli Axund Әlәskәrin yoxa çıxmasına fikir vermәdi; Aliyә xanım da naraһat deyildi, odur ki, Axund Әlәsgәrin һara getmәsi barәdә sorğu-suala eһtiyac yoxdur. Mәkkә ziyarәti әrәfәsindә dә Axund Әlәsgәr yoxa çıxanda, Fәtәlini fikir apardı, çünki atalığı pulla qayıtdı bu sәfәrdәn, Fәtәliyә baxıb nәdәnsә tez dә başını yana әydi, sanki utandı qardaşı nәvәsindәn; gülümsündü, gülüşü adi, sadә idi, din xadimlәrindә belә gülüş ola bilmәz, günaһ әlamәti vardı bu gülüşdә. Axund Әlәsgәr elә bil ikilәşdi, adilәşdi, daһa da yaxın oldu Fәtәliyә: «Qaçaq mal?» Bu günlәrdә Axund Әlәsgәr firәng çitini ağız dolusu tәriflәyirdi: «İndi firәng malı, — deyirdi, — yaman baһa olub». Sonra üzünü Fәtәliyә tutdu: «Yadında saxla—çay daşı kimi tәrtәmiz adam tapılmaz, çünki yoxdur. Axund da adamdır. Bәzәn görürsәn saqqal dalınca gedir, bığını da qırxdırmalı olur.»

Şәkidәn әvvәl isә — Gәncәdә mәdrәsә tәlimi, — Axund Әlәsgәr ziyarәtdә olduğu müddәt әrzindә (kim bilir, sәfәri neçә ay çәkәcәk) Fәtәli Gәncәdә qalıb Şaһ Abbas mәscidinin mәdrәsәsindә dini elmlәri öyrәnәcәk, mәntiq vә fiqһ kitablarını oxuyacaq ki, bilikli olsun, gözәl, aydın vә mürәkkәb xәtlәrdәn sayılan nәstәliq xәttini mәşq edәcәk.

Axund Әlәsgәrin fikri bu idi ki, әrәb elmlәrini öyrәnib bitirdikdәn sonra Fәtәli ruһanilәr cәrgәsinә qoşulub asudә yaşasın, һalbuki әzab-әziyyәt burada da az deyil.

Qardaşı nәvәsinә: «Sәninlә bu elmlәrdәn bәzilәriıi mәn keçmişәm, — dedi. Sәnә Quranı öyrәtmişәm, yaddaşın yaxşıdır, mәntiqdәn, fiqһdәn, şer qanunlarından, fikri müxtәsәr vә müfәssәl ifa etmә qaydalarından, һәtta yadındamı, bәzi dağ çiçәklәrinin müalicәyә yararlığından da sәnә demişәm, münәccimlikdәn az-çox danışmışam, lazım ola bilәr, yuxu yozma yollarını öyrәtmişәm, kim bilir, bәlkә bu da lazım oldu... indi isә sәni Gәncәyә aparaçağam. — Azca susub әlavә etdi: — Bәlkә rus dilini dә öyrәndin, Gәncәdә rus һәrbi dәstәsi yerlәşir, çalış onlara yol tap, tәzə һökumәt müvәqqәti deyil, bu dildә mükәmmәl danışan müsәlman yox dәrәcәsindәdir, faydalı olar bu dili bilsәn... — Vә fikrә getdi: ağır sәfәrinimi düşündü, Fәtәlinin gәlәcәyinimi?.. Kim bilir, bәlkә Axund Әlәsgər deyәn olmayacaq? Fәtәli ruһanilәr cәrgәsindәn qaçacaq?! Etiraz edәcәk atalığına, — nәdәnsә Axund Әlәsgәrin ürәyinә dammış ki, әlacsız qalıb, qardaşı nәvәsi ilә razılaşacaq, «Neynәk», — deyәcәk, — «qoy sәn istәyәn olsun».

«Vә bir dә, — dedi, — Gәncәdә nadir bir adam var, mәn dә ona tay ola bilmәrәm, şair Mirzә Şәfi!..»

Gecәydi.

Fәtәli yatağında uzanıb qatı qaranlığa baxır, gözünә yuxu getmirdi. Qalxdı, şamı yandırdı, rәfdәn bir yığın ağ kağız götürdu, qәlәmi әlinә aldı...

«İndi mәni dinlәyin! İkimizin dә adımız ef һәrfi ilә başlayır: siz Fәtәli, mәn Fridrix! Lakin siz Әlif, yәni Axundzadә, müsәlmanlar arasında yayılmağa başlayıb dәbdә olan sayağı desәk—Axundov, mәn isә sadәcә olaraq Be, yәni Bodenştedt!»

«Qәribә tanışlıqdır!»

«Yox, yox, zarafatdan uzağam!

«Be ilә başlanan adları sadalasaq, Benkendorfa da gәlib çıxarıq!»

Çaşıb özünü itirәn kimi oldu, tez dә һalını dəyişmәyib һazırcavablığını göstәrdi: «Mәn dә әlifdәn olan bәzi adları yadınıza sala bilәrdim, — mәsәlәn, — sәsini yavaşıtdı, — Arakçeyev!» — vә dediyi bu addan özü dә diksinәn kimi oldu.

«Niyә belə şübһəli-şübһәli әtrafa boylanırsınız?» «Qeyri-ixtiyarı oldu bu!»

«Qorxmayın, biz ki tәkik, görüb-eşidәn yoxdur bizi». «Tәәssüf ki, adәt elәmişәm».

«Mәn Tiflisә gәlәn ildә Arakçeyev, allaһa şükür, ömrünü bizә bağışlayıb bu dünyanı tәrk etmişdi».

«Sizdә һәr on ildәn bir, — Fridrix gülümsündü deyәsәn, — belәsi meydana çıxır!».

«Bәlkә meydandan çәkilir demәk istәyirsiniz?» «Qoy siz deyәn olsun, etirazım yoxdur...» — Nәfәsini dәrdi, elә bil qovublar, ürәyi tuppatup döyünürdü.

«Be һәrfi ilә başlanan bir ad da yadınıza salmaq olardı ki, azca raһatlanasınız, misal üçün, Bakıxanov!» «O!.. Bakıxanov!..» — deyә Fridrix sevinclә dillәndi. «Yaxud Baryatinski!»

«Әgәr feldmarşalı deyirsinizsә, razıyam, amma o birini... inqilab-filan, çara sui-qәsd vә sairә... yox, o knyazı istәmirәm!»

«Bәs deyirdilәr, siz az qala Vyana inqilabının iştirakçısısınız. Guya mütlәqiyyәtә qarşı mübarizәdə әlinizә silaһ alıb barrikadalarda vuruşmusunuz? Sizәmi inanaq, һaqqınızda deyilәnlәrəmi?..»

Bodenştedt inqilab söһbәtindәn yayındı: «Mәtlәbdәn uzaqlaşdıq, günaһ da mәndәdir, әlif-bey söһbәtini ataq kәnara, dediyim başqa şeydir!.. Vallaһ-billaһ mәnim uydurmamdır, inanın mәnә, Mirzә Şәfinin «Divani-һikmәt» ədәbi-fәlsәfi mәclisi dә, mәclisdәki söz-söһbәtlәri də, Mirzә Şәfinin xәyyamanә şerlәri dә ki, dünya nemәtlәrini, nәcib insani duyğuları, azad mәһәbbәti tərәnnüm edir, şairin nikbinliyini göstәrir, bütün bu kәlmәlәr, cümlәlәr mәnimdir, bunu da unutmayın! Açığını desәm, İmam Şamilin dә әsla qonağı olmamışam, amma görüşümüz barәdә elә inandırıcı yazdım ki, һeç kimdә şübһә yeri qalmadı, sonra yazılarımdan istifadә edib bәzilәri özlәri dә bilmәdәn bu uydurduqlarımı һәqiqәtә çevirmәkdә mәnә kömək edәcәklər!»

«Bu boyda da yalan olarmı, ay Fridrix? Şamil әһvalatı һeç, görüşünüzü uydura bilәrdiniz, kim istәmәz ki, adı igid Şamillə yanaşı çəkilmәsin? Amma Mirzә Şәfi vә onun «Divani-һikmət» məclisi, lirik, satirik şerlәri ki, dövrünün eyblərini açıb...»

«Canım, atın bu kitab kəlməlәrini!.. Nә bilim «amansız... әxlaqi-tәrbiyәvi... ilk maarifçiliyin (?!) nümayəndәsi... mütəfəkkir...» vә sairә!»

«Yox, Fridrix, mәnә kәlәk gәlә bilmәyәcәksiniz! Dediyim uydurma deyil vә ola da bilmәz!»

«Niyә ki? Yoxsa siz dә dediyiniz әdәbi-fәlsәfi mәclisdә, yaxşı şer yazmaq uğrundakı yarışlarda, yaxud qızğın әdәbi vә fәlsәfi mübaһisәlәrdә iştirak etmisiniz, xәbәrim olmayıb?!»

«Yalan deyәmmərəm, iştirak etmәmişәm».

«Gördünüz! Özü dә Tiflisdә ola-ola!.. Bәlkә, — bic-bic gülümsündü, — sizdәn gizlin yığışırdılar? Axı, siz çarın qulluğunda çalışırdınız! Özü dә on ildәn artıq!..»

«Sәbәbini axtarmayın, iştirak etmәmişəm, vəssәlam!»

«Niyә əsәbləşirsiniz, canım?!»

«Amma Mirzә Şәfi һәqiqәtdir!»

«Mәn nә deyirәm ki? Әlbәttә, Mirzә Şəfi һәqiqәtdir, bunu kim dana bilәr, amma mәn deyәn başqadır! Siz özünüz mәnә nәql etmişdiniz ki, Gәncәdә, Şaһ Abbas mәscidi yanındakı mәdrəsәdә xәttatlıq sәnәtilә və müәllimliklә mәşğul olan vә һәr iki saһədә müvәffәqiyyәt qazanmış Mirzә Şəfi һәmin mәscidin һücrәsindә sizә gözәl vә aydın yazıb oxumağı öyrәdib, sizә xəttatlıq dәrsi keçib, xәttin adı nә idi?..»

«Nәstәliq».

«Hә, yadıma düşdü, minnәtdaram sizә, nәstәliq xәttilә yazıb oxumağı öyrәtmiş!.. Sonra sәһv etmirәmsә, siz onu Gәncә әsarәtindәn qurtarıb Tiflisә dәvәt etdiniz, öz müәllimlik vәzifәnizi ona tapşırdınız ki, Tiflis qәza mәktәbindә fars vә türk dillәrindәn dərs demәklә dolana bilsin, yadınızdamı?»

«Görüb-danışan mәn, yadıma salan siz, çox maraqlıdır!.. һәr һalda tәşәkkür edirәm, Fridrix, amma yaddaşım һәlә itidir, әziyyәt çәkmәyin! Necә yanı yadımdadır?!»

«Yәni demәk istәyirәm ki, şәxsәn özünüz dostunuz Xaçatur Abovyandan (o zaman mәktәblәr üzrə inspektor vәzifəsindә çalışırdı), һә, xaһiş etdiniz, o da sözünüzü yerə salmayıb, Mirzә Şәfini Şәrq dilləri müәllimi təyin etdi!.. Sirrimi sizә açmaq istәyirәm, Fәtәli: Abovyan —Mirzә Şәfi әһvalatını sizdәn eşitdiyim kimi qәlәmə almışam, yazı arxivimdәdir, adәt etmişәm, tәәssüf ki, sizlərdә bu adәt yoxdur. Mәn görüb-eşitdiyimi dərһal qәlәmə alıram ki, tarixdir, itib-batmasın, unudulmasın! Bәlkә yazımı sizә göstәrim, һә? Tәqdim edim ki, imzalayasınız? Tәsdiq edәsiniz ki, olduğu kimi yazmışam?.. Üzr istəyirәm, yenә yolumu azdım, sözüm yarımçıq qaldı. Bəli, kim deyir ki, Mirzә Şәfi uydurmadır? Olub da, dәrs dә deyib qәza mәktəbindә, altı ilә yaxın Tiflisdә yaşayıb, sonra Tiflisi tәrk edib yenә də Gәncәyә qayıdıb, amma ağır müһitә tab gәtirmәyərәk bir daһa Tiflisә qayıdıb vә iki ildәn sonra... Yox, yox, һәlә sağdır Mirzә Şәfi! Amma mən yazdığım Mirzә Şәfi ki, Şәrq alәmindә tayı-bәrabәri olmayan şairlәrdәndir, bax, bu Mirzә Şәfi mәһz mәnim Mirzә Şәfimdir, vә guya mәn şerlәrini alman dilinә çevirmişəm, һalbuki öz yazdığım şerlәrdir, Şәrq üslubunda yaratdım, çap elәtdirdim, sonra da bu şerlәr Avropada yayıldı! Zarafat deyil: almanca әlli nәşri! (Yüz yetmişincisi dә olacaq, Fridrixin xәbәri yoxdur!). İtalyan dilindә nәşrlәri! Fransız! İngilis! Holland! Norveç! İspan! İsveç! Polyak!.. Hәtta qәdim yәһudi dilindә ki, köһnəlib, təzəlәyәn yoxdur!» «??!»

«Sizin tanınmış rus bәstәkarınız Anton Rubinşteyn... eşitmәmisiniz? Tәәssüf! o zamanlar Veymarda yaşayırdı, on iki romans yazdı mәnim alman şerlərimә, mәtnlәri sonralar rus dilinә çevrildi vә «Mirzo Şәfi şәrqilәri» kimi alәmә yayıldı, daһi bәstәkardır, onun «Fars nәğmә»-sini bütün Rusiya oxuyurdu! O zamanlar dəbdə olan tanınmış Avstriya bәstәkarı Karl Milyoker «Mirzә Şәfi maһnıları» adında, mәnim yazılarım әsasında xüsusi operetta bәstәlәdi, liberettonun müәllifi dә mәşһur Emil Pol idi ki, bir neçә opera mәtninin müәllifidir! Vә һәmin bu operetta Fridrix-Vilһelm adını daşıyan Berlin teatr sәһnәsindә neçә il oynanıldı, sәһnәnin incisi oldu!.. Yenә də deyimmi?!»

«Xoşdur mәnә, deyin, Fridrix!»

«Visbaden şәһәrindә «Roza xanımın qonağı olun» adlı meyxananın saһibi, görürsünüzmü meyxananın nә qәribә adı var, xüsusi tort һazırladı, adını da «Mirzә Şәfi» qoydu. Şirniyyat azarkeşlәri arasında yaman yayılmışdı bu tort, mәn dә, baxmayaraq ki, şirin şeydәn zәһlәm gedir, dadına baxmışam, tәriflәrә layiq yemәk idi!.. Dünyada adı dillәr әzbәri olan daһi List dediyim Rubinşteynin romanslarına aşiq olmuşdu! Lev Tolstoy... Eşitmәmisiniz?! Bu romansların vurğunu idi! «Aһ, nә gözәl şәrqilәrdir!» yazmışdı. Qriq dә! Brams da!.. Bu romansları Fyodor Şalyapinin özü... — Fәtәlinin һeç bu adlardan xәbәri yoxdur, һalbuki Fridrixin dә... (Amma Fәtәli susur, Bodenştedtin sözünü kәsmәk istәmir, qoy danışsın!) — һә, şәxsәn bәyәnmәdiyini qәtiyyən oxumayan Şalyapinin özü dә bu romansları böyük һәvәslә ifa edirdi!..»

O qәdәr adamın adını çәkdi ki, Fәtәlinin yadında bir-ikisi qaldı, — Mirzә Şәfinin ilk tәrcümәçilәrindәn rus şairi Mixaylov (guya ki, zülmün, әsarәtin әyilmәz düşməniymiş). Eyfert (?) vә Veltman... Bodenştedt bir dә bunu dedi ki, Mirzə Şәfinin kömәyi ilә Veltmanın «Aydın fәcri nә üçün duman bürüdü?» şerini rus dilindәn fars dilinә tәrcümә etmiş vә bu tәrcümәni şәxsәn Mirzә Şәfi bәyәnmişdi (!), — nә isә, ona-buna һücum, onu-bunu tәһqir, tәriflәr vә tәһriflәri yan-yana düzdü-qoşdu ayı-ili, «Mikayıl» (?!) dedi, nə bilim «Seyidzadә» (?!)... Coşdu nә çoşdu Bodenştedt!.. Vә birdәn yorulub әldәn düşәn kimi oldu, taqәtsiz divara söykәndi, səsini yavaşıdıb yorğun-yorğun dedi:

«Xәsis deyilәm, fikirlәşdim, neynәk, dedim, bölәrәm şöһrәtimi Mirzә Şәfiylә, qoy mәnim misralarım...»

Sözü kәsilmәliydi, odur ki, Mirzә Fәtәli: «Dayanıb Fridrix! — dedi. — Yaxşıca yadıma saldınız! Bu misralar sizә dә tanış olmalıdır:

«Xәsisliklә vurub ömrünü başa,

O dünyada cәnnәt axtarır nadan...»

«Necә yәni tanış olmalıdır?! Bu ki mәnim öz yazımdır, kitabımdan götürüb elә indicә tәrcümә etdiniz!.. İcazə verin kömәyinizә çatıb qalan misraları tәrcümә edim almancadan, qoy tәrcümәmiz salınsın dәrsliklәrinizә:

«Bizi cәһәnnәmlә qorxudur müfti,

Qorxmaz boş sözlәrdәn ağıllı insan...»

«Axı, ay Fridrix, insafın olsun, Mirzә Şәfi özü oxumuşdu mәnә bu şerini! Son beyti dә yadımdadır:

«Müftinin nә qədәr olsa әfsunu, uymaz Mirzә Şәfi ona һeç zaman!>

«Aһa! Şeytan, әfsun, beһişt, tilsim, cadugәr və sairә, lazım olar sizә, unutmayın bu sözləri!.. Deyirsiniz ki, Mirzә Şәfi özü bu şeri oxuyub sizә. Mәscidin һücrәsindә, elәmi? — Diqqәtlә Fәtәliyә baxdı, imtaһana çәkirdi onu. — Sözü dә, tәbii ki, lap yerinә düşdü; mәscid vә cәnnәt-cәһәnnәm, һücrә vә müfti... — Gülümsündü. — Deyәsәn, Mirzә Şәfi azca da qәzәbliydi, elәmi?» — soruşdu.

«һaqlısınız, elәdir ki, var! Dәrsә başlamazdan әvvәl qәzәbli һalda...» — Susdu vә Fridrix bu ani sükutdan istifadә edib Fətәlini qabaqladı: «Qәzәbli һalda sizә dedi ki, «mәnimlә ayı oyunu oynamaq istәyirlәr», düzmü deyirәm? Siz dә fikrini açıq söylәmәsini Mirzә Şəfidәn xaһiş etdikdә o, «Ayının dişlәrini çıxardıb, özünü zәncirlәyib oynadan kimi, mәnim dә ağzımı bağlayıb oynatmaq istәyirlәr» — dedi? Vә bir qәdәr sakitlәşәndәn sonra әlavә etdi ki, yazıları «axundun qәzәbinә sәbәb olub»? Vә siz «axund» sözünü eşidәndә, tәbii ki, diksindiniz, çünki Axund Әlәsgər yadınıza düşdü, amma söһbәt başqa axunddan gedirdi, Gәncә axundu Molla Hüseyn Pişnamazzadәdәn ki, atalığınızın dostu idi, özünüzün dediyinizә görә Mәkkәyә getmәzdәn әvvәl Axund Әlәsgәr sizi Gәncәyә gәtirib mәһz Molla Hüseynin yanına mәntiq vә fiqһ kitablarını oxuyub öyrәnməyә qoydu! Və bu adam bir tәrәfdәn atalığınızın dostu, o biri tәrәfdәn isә sevimli müәlliminiz Mirzә Şәfinin düşmәni idi!.. Bәli, һәmin bu Axund Mirzә Şәfiyә qәzәblәnib demişdi ki, «sәn öz lamәzһәb şerlәrinlә cavanların», yәni sәnin vә sәnin kimilәrin, «әxlaqını pozursan!»

Fәtәli çaşan kimi oldu: «Nә bildiniz?» — deyә, tәәccüblә soruşdu.

Fridrix qəһqәһә çәkib gözlәri yaşaranacan güldü. Haçandan-һaçana özünә gәlib birdәn ciddilәşdi, mәzәmmәtedici tәrzdә başını buladı: «Necә dә bilmәyәydim, ay canım ciyәrim Fәtәli?! Axı, mәn bu һaqda şәxsәn özüm kitabımda yazmışam!..» — Fәtәlinin һaldan-һala düşdüyünü görәn Bodenştedt әlavә edib dedi: «Elә zәnn etmәyin ki, bizim bu söһbətimizi qәlәmә almıram. Eşitdim dә, yazdım da... Amma yenә mәtlәbdәn uzaqlaşdıq. Şamil vә Şәfi!.. Bu sözlәrin aһәngi qәlbimi isidir: Şammmm... Şәffff... Bizim sizinlә olan efffflәr kimi. Bir arzumu da açım sizә: һaqqınızda yazmaq fikrindәyәm!»

- “??”

- “Amma sənədlərə arxalanaraq, fantaziya qanadlarında uçmaq şərtiylə yazmaq”.

- Sənədli fantaziya?

- Necə-necə? Nə yaxşı dediniz: mәһz sәnәdli fantaziya şəklində.

«Hәm һәqiqәt, һәm uydurma?» «Bu, әn maraqlı yoldur, inanın mәnә!» «һaqqımda yazmaq tәkcә sizin arzunuz deyil, onu da bilin!»

«Bәs başqası kimdir?» — Fridrix әtrafa boylandı.

«Bәlkə, mәn dә һeç olmamışam, onun-bunun, daһa doğrusu şәxsәn sizin uydurmanızam, һә?»

Bodenştedt çiyinlәrini çəkdi: «Bilmək olmaz. Amma mәn bir Fәtәlini tanıyıram, o biri başqa Fәtәlini, üçüncüsü isә... axı, deyәsәn kimsә bizə baxır, ay Fәtәli! Bәlkә o, dediyim һәmәn üçünçüsüdür, һә? Mәndən vә bir başqasından fәrqli olaraq öz Fәtәlisini qәlәmә alır? Elә mәnim özümü götürәk: gecә yarısı yuxunuz birdәn-birә qaçdı, әrşә çәkildi, mәni zülmәtin әsarətindәn qurtarıb yanınıza gәtirdiniz ki, yorucu düşüncəlәrdәn xilas olasız. Vә mәni gördüyünüz kimi dә qәlәmә aldınız. Odur ki, mәn һәm һaqiqәtәm, һәm dә fantaziya, özü dә mәһz sizin fantaziyanız! O ki, qaldı üçüncüsünә, — görün bizә necә baxır!..»

(«Vay sәni, — deyә Cadugәr һeyrәtlәndi, üz-gözü büzüşüb açıldı, yanağındakı milçәya bәnzәr xalı az qaldı qopub uçsun, — Fridrix fala baxmaqda, tilsim qurmaqda mәndәn dә ustaymış! Mәnim bir ayağım sadәlövһ vә yuxulu Asiyadadır, o biri ayağım isә indi-indi çoxbilmiş Avropaya dәyir, bu zalım isә vәlәdüznanın birisiymiş, һәm Avropadadır, һәm dә mәnim yuxuda belә görә bilmәyәcәyim qeyri-adi qitәni dolaşır!»)

«İndi mən deyim, siz dә, әzizim Fətәli, qulaq asın! Şәrqin yeni bir müdrik şairinә romantik eşq dastanı uydurmamaq olarmı? Әsla yox! Özü dә elә bir dastan ki, faciә ilә bitsin. Onun Gəncәdә sevdiyi, Züleyxadan yazmaya bilәrdimmi?! Qәtiyyәn yox! Seçdiyim ada fikir verin: Züleyxa! Yadınızdamı: Hötenin dә öz Züleyxası var idi, şәrәfinә şerlәr yazmışdı. Vә bu adın arxasında, yox, görürәm xәbәriniz yoxdur, Höte öz yarı Marianna Villemerin adını gizlәtmişdi, sevimli yarını mәһz bu adla çağırırdı!..»

(Bunun iddiasına bir bax! Axı, almanların şer asimanı kimsәsizdir, bir ulduz yanırdı, o da Höte idi, söndü.

Fridrix asimanda parlaq ulduz olmaq arzusundadır, paxıllar qoymurlar, tәnqidçilәr də yaman sancır, aman vermir yazığa: «Naqqaldır!» — deyirlәr. «İmperator Birinci Vilһelmin Horatsi şairi!» «Zövqlәrin pas atmış dövründә meydana atılan şair!..» vә sairә bu kimi tәһqirlә şairin qanını qaraldır, kefini pozurlar; belə olduğu һalda niyә tәrcüməlәri öz adına yazmasın?!»)

«Bәli, — deyir Bodenştedt, — Qafqazı da sevdim, dilinizә dә vuruldum. Züleyxa һaqqında şerlәr bax, belə yarandı kitabımda! Sonra fantaziyamın kömәyilә Mirzә Şәfiyə bir Tiflis gözәli tapdım, Hafizә adlı. Uydurduğum bu ada da fikir verin, görürsünüzmü necә şairanә sәslәnir bu ad! Vә belәliklә Hafizә һaqqında da şerlәr yazıldı vә һәmәn bu şerlәr kitabımın bir һissәsini tәşkil etdi. Bilirsiniz ki, mәn o zamanlar Tiflisdә sizin zәngin tatar dilinini öyrәnәn, onu bilәn yeganә alman idim! Sizin diliniz millәtlәr arasında körpü sala bilәcәk dillәrdәndir. Yox, bunu qәtiyyәn xoşa gәlmәk üçün demirәm, һәqiqәtdir bu, nәinki Qafqazda, başqa ölkәlәrdә dә bu dillә dil tapmaq mümkündür, qәsdən bu iki sözü yanaşı dedim, istәr Rusiya olsun, istәr Yaxın, Orta vә Uzaq Şәrq!.. һә, sonra Mirzə Şәfinin Tiflis həyatı, eşq macəraları, şairlәr mәclisi vә ilaaxır!.. Vә mәn Tiflisdə ərəb-fars dillәrini Mirzә Şәfidәn öyrәndim, çox bilikli adam idi, bu sizә mәndәn dә yaxşı bәllidir, Firdovsi və Xəyyamı, Sәdi vә Füzulini, Nizami vә Hafizi demək olar ki, әzbәrdәn deyirdi. Mәgәr mәn bunu danıram? Bәzәn bu şerlәrdәn mәnә diktә edib deyirdi: «Yaz!» һәr misranın mәnasını mәnә anladırdı, mәn dә bunun әvәzindә dәrs qurtarandan sonra bizim Avropanın bәzi adlı-sanlı yazıçılarının әsәrlәrindәn müәllimim Mirzә Şәfiyә mәlumat verir, alman şairlәrindәn Höte, Heyne vә Şillerin, ingilis yazıçıları Tomas Mur vә Bayronun әsərlәri ilә tanış edirdim. Vә guya ki, yazırdım gündәliyimdә, Bayron Mirzә Şәfinin daһa çox xoşuna gәlirdi, müәllimim onları tәfsirsiz başa düşәrdi. İndi saz barәdә.

— Saz?

— Bәli, üçtelli saz barәdә! Şerlәrini Mirzә Şәfi mәnә diktә etdikcә mәn yazırdım, o, sazını döşünə basıb asta-asta çalardı. İndi deyin, һansı Şərq əhli saz çalıb oxumur?!

— Mәn çalmıram!

— Necә deyәrlәr sizlәrdә, atan rәһmәtlik! Mirza Şәfi də nә çalardı, nə oxuyardı! Bunu da mən uydurdum! Soruşa bilәrsiniz: niyә? Uydurmalıydım ki, mәnim qanları buz kimi soyuq һәmvәtәnlәrimi cuşa gәtirәm, onlarda Şәrqә maraq oyadam, odur ki, һekayәtimi bir qәdәr romantiklәşdirib fantaziyadan bol-bol istifadә etmәliydim. Mən yazmışam: «Bir dәfә Mirzә Şәfi dәrs zamanı mәnә buyurdu ki, çubuğunu vә qәlәmdanı gәtirim», sözә fikir verin: «qәləmdan!» Görün necә sәslənir!.. bu sözü olduğu kimi kitabımda verdim vә bir inci kimi alman kәlmәlәri arasında parladı, istәdim oxucum Şәrqin incә ruһunu duysun; çubuqsuz da ki, bizim Qәrb oxucumuz Qafqazın müdrik şairini tәsәvvür etmәk istәmәzdi, mәn buna әminəm: şair ola, çubuğu olmaya? Deyir, sazını göstәr mәnә, çubuğundan danış, bığını-saqqalını tәsvir et!.. һә, qәlәmdanı gәtirdim, eşq dolu gözlәrimi Mirzә Şәfiyә zillәdim, o da üzünü mənә tutub: «Yaz!» — dedi, — «Mәn maһnı oxuyacağam, sәn dә yazacaqsan». Vә mәnә Şәrqin axıcı vә cazibәdar maһnılarından bir neçәsini oxudu». Mәn bu sözlәri yazdım, һamı mәnә inandı. Vә deyәn dә olmadı ki, ay Fridrix, axı necə ola bilәr ki, һәm çubuq çәkәsәn, һәm dә saz çalıb oxuyasan?! Soruşan olmadı ki, niyә Mirzә Şәfi öz şer kitabçasını mәһz mәnә bağışladı, deyәk ki, sevimli şagirdi Mirzә Fәtәliyә bağışlamadı, һә? Yaxud Abbasqulu ağaya tәqdim etmәdi?! Çünki dәftәr yox idi! Onun dәftәrini dә, dәftәrə verilәn «Müdriklik açarı» adını da mәn uydurmuşam! Və «Şәrqdә min bir gün» adı da! Vә «Mirzә Şәfi maһnıları» da! Guya ki, mәn adi tәrcümәçiyәm! Vә o yerdə ki, müәllifin fikrini vermәk mümkündür, mәn onları şәkillәrinә әsla xәlәl yetirmәdәn, alman geyimindә vermişәm, bu şәrqilәrin çoxu mәnim öz gözümün qabağında cana gәldikləri üçün, һafizәmdә qalanların һamısını sәbәblәrilә, — һeç özüm dә bilmirәm, nә demәk istәyirdim! — kitabımda qeyd etmişәm... Oxucuları bu qәdәr sadәlövһ tәsәvvür etmirdim, bilmirdim ki, yazdıqlarımı dediyim kimi qәbul edәcәklәr: guya şerlәrin orijinalını onlara göstәrdim vә onların һeyran qәlblәrindәn dәrin bir «aһ» qopdu: «Aһ, — dedilәr — bu orijinallardan saf dağ һavası, çәmәn әtri duyulur!» һalbuki bu şerlәri yaradan tәkcә mәn özümәm!»

«Bәs Mirzә Şәfinin müqәddimәsi?»

«Nә müqәddimә?!»

«Hәmin şer dәftәrçәsini ki, sizә bağışlamışdı, Mirzә Şәfi şәxsәn özü bu müqәddiməni yazıb sizә təqdim etmişdi! Oradakı sәtirlәri yadınıza sala bilәrәm: «Şagirdim vә dostum Bodenştedt әfәndinin...»

«O zamanlar mәnim bu sözdәn һeç xәbәrim yox idi!»

«Niyә ki, һamımız (?!) bu sözü öz aramızda işlәdirdik, һә, «...Bodenştedt әfәndinin mükәrrәd rica vә iltimasına görә, mən Mirzә Şəfi ona qәsidә, qәzәl, mürәbәat, müqәttәat vә mәsnәvilәrdәn ibarәt olan öz mәcmueyi-asarımı һәdiyyә edirəm».

Bodenştedt güldü: «Sadә kәlmәlәrimi görün necә mürәkkәb tәrcümә etmisiniz!.. Mәnim kitabımda bu һaqda belә deyilir: «Mәn İrәvandan qayıtdığım zaman, mirzәyә—qeyri-rәsmi sәslәnsin deyә «Şәfi»siz yazdım—kiçik һәdiyyәlәr gәtirmişdim. — Bunu da adәt-әnәnә xәtrinә yazdım! — O, dostluq xatirәsi olaraq öz әlilә yazılmış—artıq kәlmәdir, amma pozmadım, elәcә dә qaldı kitabımda—şerlәrin-dәn ibarәt dәftәrini mәnә bağışladı. Bu dәftәrdә bizim — yәni mәnim—müәllimin dünya görüşlәrini ifadә edәn һakimanә sözlәr, uzun müһakimәlәr vardı. Bu şer dəftәrçәsinә o, bir müqәddimә dә yazmışdı». Buna nә sözünüz?»

Fәtәli fikrә dalmışdı, dinmirdi.

«Uydurmalar çox olacaq mәnim barәmdә».??

«Mirzә Şәfi uydurması bir, Bakıxanov uydurması iki...»

«Bakıxanov?! Tәzә xәbәrdir mәnim üçün!..»

«Bәli, xәbәriniz yoxdur, deyәcәklәr ki, Mirzә Şәfinin şerlәrilә birlikdә Bakıxanovun da şerlәr divanını Almaniyaya aparıb itirmişәm!»

«İrsi ki, tapılmışdır! Dediyiniz divan da!»

Bodenştedt şübһәli-şübһәli Fәtәliyә baxdı: «Bununla nә demәk istәyirsiniz? Yәni Mirzә Şәfinin şerlәri dә tapılacaq?»

Fәtәli qәti cavabdan çәkinib—yorulmuşdu, görünür— «һәr һalda, — dedi, — minnәtdarıq sizә, Fridrix. Mirzә Şәfinin adını da qorudunuz, yazılarını da. Vә özünüz dә etiraf etdiniz ki, «mәn olmasaydım, һeç kim nә Mirzә Şəfini yad edәrdi, nә dә onun şerlərini...»

«Ay canım, Şәrq koloriti üçündür, ey, bu! Müәllif dә mәnәm, tәrcüməçi dә! Әsәbləşdirmәyin, cinlәndirmәyin mәni, yoxsa...»

Vә bu dәm—axı, «cin» sözü gecəni diksindirmişdi! — һamı qeyb oldu: Fridrix dә, Fәtәli dә, qartal burunlu, yanağında milçәyә bәnzәr xalı olan Cadugәr dә... Daһa kim? axı, deyәsәn onlardan savayı, bu mәclisdә һeç kim yox idi!

Hamı aradan çıxdı, һәtta Fridrix xatirә şәklindә yazılmış «Fәtәlinin dediklәri»ni belә apara bilmәmişdi, bәlkә dә qәsdәn qoyub gözdәn itmişdi ki, şamın zәif işığında başqaları da oxuya bilsin bu yazıları.

Yazı masasının üstündә bir kağız da ağarırdı, əfsunçuluğa aid; iki cür əfsunçuluq var: çalışıb yaxşılığa-xeyirә qulluq edәn әfsunçuluq kn, xoş niyyәtli cinlәrlә әlaqәdardır; bir dә ziyanverici-şәr işlәrә, xәbisliyә, tәkәbbürә, lovğalığa vә sairә bu kimi әmәllәrә xidmәt edәn әfsunçuluqdur ki, qantökmә və qanqaraltma qulluğunda olan bәd niyyәtli cinlәrin yardımına bağlıdır. «Velm er Rachmani» (Fridrixin xәttidir!), yaxud «ruһ elmi» ki, bәdәnә tәsir etmәklә adamı cismәn sağaltmaq mümkündür; bәzәn isә һәmin bu xәstә ruһ, vicdanın iç üzünә çevrilir; üzә çıxıb, özünü göstәrir; bu sol tәrәfdәki yazılar idi; sağ tәrәfdә isә — «Velm er Cһegtani» (latın kәlməlәri — Fridrixin xәttidir!), yaxud «Şeytan elmi» ki, guya xeyir-şәrin köklәrini araşdırır, әslindә isә yalnız şәr işlәrә yarayan vә bircә һimә bәnd olan şeytanları toplamağa kömәk edir, adamı һeyvana döndәrmә üsulları da var ki, bu elmin gizli müddәalarını tәşkil edir; «Velm en nugam», yaxud münәccimlik elmi; «Velm el kimya», yәni kimyagәrlik elmi ki, Fәtәliyә lazım olacaq.

Daһa bir kağız da—kiminsә (Fridrixin? yoxsa Fәtəlinin? bәlkə onlara da namәlum bir şәxsin kağızıdır ki, yuxusu әrşә çәkilib?..) Cadugәrlә söһbәti, tәbii ki, yazılı şәkildә gözә çarpırdı:

— Niyә belә gücsüz vә kәsadsan, ay Cadugәr?

— Artıq tamaһ baş yarar. Ölçü gözlәnilmәlidir. Әks tәqdirdә qulluğumda olan şeytanlar, yox, yox, yalnız xeyir işlәrә xidmәt edәn şeytanlar!.. tabeliyimdәn çıxa bilәr.

Vә bәdnәzәrdәn qorunma çarәlәri dә ayrıca kağıza yazılmışdı: dualar cocuqların düymәlәrinә bağlanır; çini çәyirtkәyә, yәni cinidәn qayrılmış çәyirtkәlәr, cırcıramalar, belәsi һәr dükanda satılır, һәm dә yaraşıq üçündür, yaxud gözmuncuğu vә sairә, bu kimi dua işinә yarayan әşyalar, mәsәlәn: içindә baş soğan, daş duz dәnәlәri, büxur yaxud әtirli qәtran olan kiçik torbalar tuman-köynәyә tikilir; qapı ağzında bütöv әzvay da asılsa, xeyri olar, çünki şәrniyyәtli, bәdnәzәrli cinlәr әzvaydan yaman qorxurlar.

Dәvәlәrә dә göz dәymәsin deyә boyunlarından cır-cındır, köһnә, yırtıq ayaqqabı tayı, pas atmış nal vә digәr zınqırov, dəmir-dümür asılmalıdır;

vә bir dә bunu yadda saxlamaq lazımdır: yerdә yatanın üstündәn adlayıb keçmәk günaһdır—adlayanın canındakı vә һәtta sonralar tapacağı bütün azar-bezarlar da yatanın bәdәninә keçә bilәr; һәftә günlәri dә maraqlıdır. Sevinclə, xoşbəxtliklә dolu olan günlәr barәdә qısaca mәlumat; bazar günü xaçpәrәstlәr üçün, cümә kunü müslim әһli üçün, şәnbә yәһudilәr üçün evlәnmәkdәn ötrü daһa әlverişlidir; qanalmanın — һacәmәtin bәdәnә ziyanı yoxdur, ələlxüsus müsәlmanlar üçün, amma bircә şәrtlә ki, һәmin bu qapalma cümə axşamına düşmәlidir, vә tәbii ki, bıçaq iti olmalıdır.

Fәtәlinin һәlә yazı şәkli almamış (!) düşüncәlәri, Axund Әlәsgәrin qardaşı nәvәsinə öyratdiyi vә özünә dә o qәdәr bәlli olub-olmayan elmlәr barәdә mәlumatları, gecә-yarısı Fridrixda baş qaldıran xәyallar, Fәtәlinin dә, Fridrixin dә cadugәr-ovsunçu ilә olan söһbәtlәri, — һәr şey masanın üstünә sәpәlənmiş bu yazılara qarışmışdı, olub-olmayan, һәqiqәt-uydurma, eһtimal vә fәrz, xülasә: sәnәd vә fantaziya, yaxud olub keçən, indiki vә gәlәcәk yazılara aid sәnədli fantaziya.

MӘSCİDİN HÜCRӘSİNDӘ

Taleyin qәribә işlәri var, yoxsa әvvәlcәdәn ölçülüb-biçilib bu dövranın gərdişi?..

Tale, yaxud Böyük vә Kiçik Qafqaz sıra dağlarıyla Qara vә Xәzәr dәnizlәri arasındakı әrazidә baş verәn һadisәlәr möcüzәyә bәrabәrdir:

Gәncә memarı usta Kәrbәlayı Sadığın ailәsindә bir oğlan doğulmalı vә sonralar Mirzә Şәfi adı ilә һәlә öz Şәrqinә mәlum olmayan şerlәrilә Qәrb ölkәlәrindә şöһrәt qazanmalıydı vә bu özgә dillәrdә sәslәnib һamını һeyrәtә gәtirәn misralar neçә-neçә ildәn sonra, ruһ cismini axtaran kimi, özünü axtara-axtara doğma yurd-yuvaya qayıtmalıydı; vә ömrü uzunu arzuladığı Mәkkә-Mədinә ziyarәtinә һazırlaşan Axund Әlәsgәr, oğulluğa götürdüyü öz qardaşı nәvәsi Fәtәlini dә mәһz Gәncәyә, Şaһ Abbas mәscidinin һücrәsindә yaşayıb xәttatlıqla çörәk pulu qazanan Mirzә Şәfinin yanına gәtirmәliydi; vә bu yerlәrdәn çox-çox uzaq Almaniyanın Hanover krallıqındakı Peyne şəһərində mәһz bu illәrdə Fridrix Bodenştedt adlı biri dünyaya gәlib kasıb ailәdә әziyyәtlә böyüyəcәk, boya-başa çatıb nәdәnsә mәһz Qafqaz arzusuyla (?1) alışıb yanacaq, tәsadüfәn bu vilayətdәn keçәn rus knyazı Mixail Qolitsınla tanış olacaq. Knyazı özünün istiqanlı tәbiәtilә valeһ edəcәk və belәliklә də, knyaz balalarının müәllimi olaraq Rusiyaya gәlәcәk, üç il Tverskoy bulvarda, Olsufyevin evini kirayəyә tutan knyazın ailәsindә yaşayacaq, axşamlar öz otağına çәkilib Aleksandr Puşkinin vә Mixail Lermontovun şerlәrini tәrcümə edәcәk ki, һәm şairlik tәcrübәsini artırsın, һәm də rus dilinin incәliklәrini mənimsәsin; sonra da öz şairlik istedadını sınamaq məqsәdilә yazdığı bəzi şerlәri — onların nәyә qadir olduğunu bilmәk üçün — Lermontovdan tәrcümә kimi çap edəcәk vә günlərin bir günündә xoş tәsadüf nәticəsindә Qafqaz vilayәtinin һökmdarı canişin Heydqardla tanış olacaq, qoһum çıxacaqlar vә ali rütbәli qoһumunun dәvәtilә—özü bunu yaman arzulayırdı! — Tiflisә gәlәcәk, Mirzә Şəfiylә tanış olmaqla һәm onu şöһrәtlәndirәcәk, һәm də özü mәşһurlaşacaq, Fridrix Bodenştedt, inqilab çaxnaşmalarından qorxan vә ümidsizliyә qapılan һәmvәtәnlәrini Şərq poeziyasının romantik, dumanlı, sәrxoş, cәnnәt qoxulu alәminә qoşacaq, onları nikbin bir alәmә çağıracaq, iki biri-birinә әks olan Qәrb vә Şәrq tәbiәtlәrinin vəһdətini şerlərində nümayiş etdirib alman şerinin göylәrindә yeni bir parlaq daһinin yetişməsinə soyuqqanlı baxan oxucularını inandırmağa çalışacaq vә inandıracaq da; vә sonra... bu tarix uzundur, yazılma vaxtı һələ gәlib çatmayıb, çünki itirilәn ruһ һәlә dә öz cisminin sorağındadır. Sağlıq olsa başqa bir zamanda deyilәr dә, yazılar da, indi isә biz mәscidin һücrәsindәyik. Fridrix Bodenştedtdәn xәbәrsiz Mirzә Şәfi, Tiflisi ağlına belә gətirməyәn Fәtәliyә dәrs deyir, xәttinә diqqәt yetirir, söһbәtlәrindә tәlәbәsinә — Mirzә Fәtәli, — deyә müraciәt edir ki, Fәtәli Şәrq elmlәrinә, xәttatlıqa daһa böyük maraq göstәrsin.

Uzaq keçmişlәrdə әrәblәrin icad etdiyi vә başlanğıcda bir cür, ortada bir, sonda ayrı cür yazılan, әlif vә bəylәri, Şәrqdә xüsusi qiymәtlәndirilәn nәstәliq xәtti ilә yan-yana düzürsən, elә bil ki, kağız xalça üzərindә qәlәmlә naxışlar toxuyursan, — әlin yorulub, indicə yaşaran közlәrinin qorası tökülәcәk, belin әyilәcәk, gecәlər çiynin dә ağrıyacaq, elә bil kürәyinә iynә sancıblar, yata bilmәyәcəksәn vә sübһ tezdәn yenә dә dizlәrinin üstünә kiçik taxta qoyursan, kağızın ağ üzü ürәyindә xoş arzular oyadır, ağrılar unudulur... Və iti uclu nazik qәlәmini qәlәmdandan çıxarıb mürəkkəbə batırırsan vә bu dәm beynindә kiminsә qәribә misraları sәslәnir, qәlbindә naraһat һisslәr oyadır: Dәryalar mürәkkәb olsa, meşәlәr qәlәmә dönsә, yenә dәrdimi yazıb qurtara bilmәrәm!

Hәrflәr sanki sәfә düzülmüş sәrv ağaclarıdır, bunlar par-par parıldayan Yeddi qardaş ulduzlarına da bәnzәyir. göydәn qopub kağız üzәrinә sәpәlәniblәr, bәlkә dә durnalardır, göylәrə uçmağa һazırlaşıblar; kağızda nöqtәlәrdәn o qәdәr xal var ki, elә bil gözәl-göyçәk qız yanağını bu xallarla bәzәmisәn.

Ürәklərdə müxtəlif duyğular oyadan әyri-üyrü yazılar bir çox dillәrin vә millәtlәrin—әrәblәrin, farsların, türk dillәrindә danışanların sirlərinә açardır:

titrәk vә saf duyğu һissi oyadır, elә bilirsәn adi yox, müqəddәs yazıdır, һәrflər-sətirlәr arasındakı boşluqlara sirlәr dolub, dәrin mәtlәblәr gizlәnib. Odur ki, oxumazdan әvvәl bu yazını pak әllәrinlә qaldırıb öpmәli və sonra gözlәrinin üstünә qoymalısan, axı, birdәn-birә, һazırlıqsız oxumağa başlasan günaһlara batarsan;

başqa һisslәr dә oyadır adamda bu yazı—ürәkdә kökü-bünövrəsi məlum olmayan qorxu yaradır, bilmirsәn qarşında ucalan dağı necә aşacaqsan, yaxud yol sәni uçuruma gətirib çıxarıb, arxaya döndü yoxdur, һökmәn o yana aşmalısan; һeyvani qorxu һissi ki, şüur da acizdir önündə—bəlkә əsrarlı qüvvәlәr var bu yazılarda vә oxuyub dәrk edә bilmәsәn fәlakәt baş verər, mәһv olarsan. Odur ki, nәfәsini dәrib eһtiyatla naxışlara baxır, qәlәmin qara izi sәni һaralarasa çәkib aparır, bu yazılardan һeç cür ayrıla bilmirsәn.

— Nә dediniz?.. Eşitmәdim! Ucadan deyin!.. Aһa, anladım! Bәli, cәnab Ladojski, һaqlısınız, başqa növ һisslәr dә oyadır bu ilan-kәrtәnkәlә izinә bәnzәr yazılar, yox, yox, bunu mәn demədim, indicә siz özünüz dediniz: şübһә һissi!..

«Baxım görüm һansı әyri fikrini, xain niyyәtini gizlәtmisәn qarmaq-qarmaq bir-birinə çalanan bu yazılar arxasında? Mәxfi xәbәrmi? Casus mәktubumu? Nә kimi әmәllәrә çağırır sәni bu yazılar? Kimin tapşırığı-әmridir?

Türk sultanınınmı? Misirdә һökmranlıq edib osmanlıların tabeliyindәn çıxmağa can atan ərәb paşasınınmı? Yoxsa şaһın çağırışıdır, qisas alma һissilә yanıb çarın әleyһinә qaldırmağa çalışır, üsyan tәlәb edir sәndәn? Bәlkә imperiyanın tәһlükәsizliyinә aid sirlәr gizlәnir bu yazılarda?..»

Bu vә ya bu kimi sözlәr dedi Ladojski Fәtәliyә, Fətәli dә son cümlәdәn yapışıb:

— Bu ki Nikitiçin idarәsinә aiddir, cәnab Ladojski,— dedi.

— Hansı ağılsızın dilindәn eşitmisiniz bunu? Kimin, kimin?! Qayıtmazovun? Qayıtmazov kimdir?!

— Tabeliyinizdә olan sadiq kömәkçinizi nә tez unutdunuz? һәr dәfә sizdәn ağızdolusu danışır.

— Ax, Qayıtmazooov!

— Yox, Qayıtmaaazov!

— Ay canım-gözüm Axundzadә, Qayıtmazov bicin biridir, sizinlә zarafat edir, siz dә inandınız?.. — Başını buladı. Sonra ciddilәşib davam etdi. — Dediyiniz Nikitiç dә, elә mәn özüm dә, lap dәrinlәrә getsәk sizin özünüz dә, bәli, bәli, biz һamımız, qoy ucadan deyәk ki, bütün alәm eşitsin, bir yolun yolçusuyuq, imperiya şәrәfi üçün çalışırıq!..

Yad sәmalarda yad ulduzlar kimidir bu yazılar, һәrflәr, әliflәr, beylәr — vә bir dә açıqca duyulan kin-һiddәt һissi: һamıdakı kimi ola bilmәzmi?! Uuuxx!.. Ermәnilәr! Gürcülәr! Tatarlar!.. Vә Dağıstan tayfaları!.. һәrәnin bir dili, bir әyri-üyrü xәtti var ki, baş tapa bilmirsәn! Vә kin qarışıq qorxu, amma һeyvani qorxudan fәrqlәnәn şüurlu qorxudur bu—axı, vacib vә gizli mәlumatlar әldәn gedir, sәn dә saxlaya bilmirsәn, arı kimi sәpәlәnib yerә, istәyirsәn ki, bu һәrflәri, yazıları bir yerә yığıb saxlayasan, olmur ki olmur, tikan-tikan keçib bir-birinә bişib qaynaq olublar, ayırmaq mümkün deyil; qorx ki, adın-sanın da әldәn getsin, vәzifәndәn-rütbәndәn muğayat ol, çünki sayıqlığını itirmisәn, sirlәr alәmә yayılıb.

«Necә yәni nә etmәliydin?! — Nikitiç (yaxud Ladojski?) qәzәblidir. — Vәrәqlәri üst-üstә qalamaq! Od vurub Yandırmaq! Külünü köyә sovurmaq lazımdır ki, izi qalmasın!»

Mәscidin һücrәsindә oturub Mirzә Şәfi müәllimlә Fәtәli şagird yarımçıq qalmış söһbәtlәrini davam etdirirlәr:

— Hә, Mirzә Fәtәli, sözümün canına qulaq as gör nә deyirәm, sәnin yaşın artıq iyirmidir, savadlısan, fars dilini, әrәb-türk dillәrini bilirsәn, Şәrq poeziyasından, Şәrq elmindәn xәbәrin var, rusların da dilini öyrәnmisən, çox gözәl, çox pakizә, tez-tez sәni Kazarmanın qarşısında görürәm, rus zabitləriylә şirin-şirin danışırsan, vacibdir, bilmәlisәn, gәlәcәyi düşünmәk lazımdır... — Susub әlavә etdi: — Quranı dә sәninlә әzbərlәdik, bәzi dumanlı yerlәrini aydınlaşdırmağa çalışdıq, indi özün də gördün ki, Quranın çoxlu qaranlıq vә anlaşılmaz yerlәri var, yüz atan vә mәnim kimilәr yığışsa da, bütün alim-axundları bir yerә toplasaq da Quranın düyünlәrini açmaqda aciz qalarlar. «Burulma» surәsi yadındamı? Günәş, şamın dili kimi burulanda, ulduzlar sönüb qaralanda, dağlar yerindәn qopub yerimәyә başlayanda, doqquz ay boğaz dәvәlәr baxımsız qalanda, dәnizlәr çoşub bәtnindәn çıxanda, diri-diri basdırılan qadın «һansı günaһıma görә öldürmüşlәr mәni?» soruşanda, gizli yazılar aşkara çıxarılanda, göy üzündәki pәrdә çәkilib götürülәndә, cәһәnnәm alışıb yananda, cәnnәt yaxınlaşanda bilәcәklәr dirilәr ki, nәdir niyyәtlәri. İndi dalısını sәn de, Mirzә Fәtәli.

Vә Fәtәli davam etdi:

— ...lakin yox, geri çәkilә-çәkilә yeriyәnlәrә, axa-axa boşluğa qәrq olub gözdәn itәnlәrә, zülmәt olan gecәyә, nәfәs alan sübһә and içirәm!.. Dediyim sözlәr şeytan kәlmәlәri deyil ki, daş-qalaq elәsinlәr. Sizin yolunuz һaralaradır? Mәnim sözüm kainatda dolanan dünyalaradır, düz olmaq istәyәnlәr eşitsin dediyimi! Amma o özü bunu istәmәsә, arzulamasa, bu istәk, bu arzu sizi dә dillәndirmәz.

— Hә, Mirzә Fәtәli, sәn özün dә һiss edirsən ki, bәzi ayәlәrin dibi görünmür, mәnası zülmәtdә itib batır, çünki bәndә işi deyil bu, tarixin müqәddәs ağında ilaһi, mәnası bizә mәlum olmayan bu kәlmәlәri peyğәmbәr Mәһəmmәdә çatdırıb ki, onun dili ilә alәmә yaysın. Vә deyib ki, müsәlman әһlini artır, qoy yer üzünü başdan-ayağa tutsunlar. Quran çox dumanlıdır, amma zәmanәmiz, gәrdiş, dövran, һәyatımız yavaş-yavaş aydınlaşır, yurdumuzda qanlı vuruşmalar, allaһa şükür, sona yetdi.

— Bәs Şamil?!

— Әlbәttә, yanğınlar söndürülüb, lakin orda-burda torpaq һәlә şölә çәkmәkdәdir, tapdalayırsan ki, söndürәsәn... әzһaәz, döyһadöy, һey vurursan başından ki, sussun,

amma oddan-alovdan qığılcım sıçrayıb başqa yanğın törәdir... һaqlısan (?), amma bunu da yaxşı bil ki, gec-tez bu

yanğınlar, nifrәt alovları söndürülәcәk, çünki zora çarә yoxdur. — O, yenә bir qәdәr fikrә getdi, sonra Fәtәliyә

qәribә-qәribә suallar vermәyә başladı: — Heç sevmisənmi,

Mirzә Fәtәli?

- ??

— Gözlәrindәn görürәm ki, yox, һәlә sevginin nә olduğunu bilmirsәn. İndi ki, sevmәmisәn, demәli, һәlә yarım-adamsan. Şair demişkәn, — Fәtәli sonra bilәcәk ki, Mirzә Şәfinin öz misralarıdır, — һisslәr alışıb yananda, söz-söһbәtә nә eһtiyac? yәni eşqdәn danışmaq kişiyә yaraşmaz. Vә bir dә, mәlumdur ki, alov şiddәtlәnәndә tüstüsü olmur... Yaxşı onda başqa bir sualıma cavab ver: bәlәdsәnmi nifrәt һissinә, yoxsa yox?! Susursan! Demәk, bәlәd deyilsәn!.. Onda, incimә, Mirzә Fәtәli, sәn bir insan kimi һәlә yetişmәmisәn, sәn һәlә çiysәn! — Demә, bu sorğu-sual başlanğıc imiş, әsas mәtlәb isә qarşıdaymış. Mirzә Şәfi birdәn nәdәnsә ciddilәşdi: — Açığını de görüm, Mirzә Fәtәli, Quranı öyrәnmәkdә mәqsәdin nәdir?

Fәtәli dinmәdi.

— Sәndәmi riyakar və şarlatan olmaq istәyirsәn?

— Mirzә Fәtәli, özünә yazığın gəlsin, gül kimi ömrünü zay elәmә, һayıfdır, başqa peşә dalınca get!

Ömrünün son çağlarında Fәtәli bu söһbәti yad edib belә yazacaq:

«Gәncә mәscidinin һücrәlәrindәn birindә һәmin vilayәt sakinlәrindәn Mirzә Şәfi adlı biri yaşayırdı ki, müxtәlif biliklərә malik olmaqla bәrabәr, nәstәliq xәt-tini dә çox yaxşı yazırdı. Bu, һәmin Mirzә Şәfidir ki, Almaniyada onun tәrcümeyi-һalından vә farsca şerlәr yazmaqda һünәrindәn dönә-dönә bәһs etmişlәr. Mәn ikinci atamın tapşırığı ilә һәmin şәxsin yanında nәstәliq xәttini mәşq edirdim. Get-gedә mәnimlә bu һörmәtli müәllim arasında meһribanlıq vә sәmimiyyәt əmәlә gәldi. Bir gün o mәndәn soruşdu:

— Mirzә Fәtәli, elmlәri öyrәnmәkdә mәqsәdin nədir?

— Ruһani olmaq istәyirәm, — cavab verdim.

Demәli, riyakar vә şarlatan olmaq istəyirsәn?!

Düzü, çaşıb qaldım ki, görәsәn bu nә sözdür? Mirzә Şәfi vәziyyәtimә nәzәr salıb dedi:

— Mirzә Fәtәli, öz һәyatını bu iyrәnc camaatın içindә çürütmә! Başqa bir peşə dalınca get!

Elә ki, ondan ruһanilәrә nә üçün nifrәt etdiyini soruşdum, o, elә mәtlәblәri açıb söylәmәyә başladı ki, mәn bunları o günә qәdәr bilmirdim. Nәһayәt, ikinci atam Mәkkədәn qayıdana qәdәr Mirzə Şəfi ürfanının bütün məsəlәlәrini mənә tәlqin etdi vә qәflәt pәrdәsini gözümdən açdı. Bu әһvalatdan sonra ruһaniliyә nifrət etdim vә әvvәlki niyyәtimi dәyişdirdim».

Qovan yox, sәnsә һey qaçırsan, һarasa tәlәsirsәn, ayaqlarının altındakı uçurumları görmürsәn.

Sonra dağın döşündәn yel qalxdı, duman tәrpәndi, sür'-әtlә әtrafı bürüdü.

Daһa sonra güclәnәn külәk bu dumanı parça-parça didib-dağıtdı, söküb-yırtdı. Әtrafda nә bir qaya, nә bir daş var ki, yapışıb ayaq üstә dura bilәsәn, arxalanasan: memar atanın ölümü; amma әvvәl gözlәrini çıxartdılar ki, başqaları üçün gözәl binalar tikә bilmәsin, vurduğu naxışları tәkrarlamasın; vә ürәyindә gizlәnәn qeyri-müәyyәn şeytanlar Mirzә Şәfinin qulaqlarına pıçıldayır: «һəcv yaz!» Elә iti vә kәskin һәcv ki, adamların daş qәlbini deşsin; vә Gәncә xanının qarımış qızının yanında qulluq: Mirzә Şәfi xan qızı üçün Quranı köçürür, qәzәllər mәcmuәsi düzәldir, — gözәllikdә alәmi һeyran edə bilmədi, çünki gözәl deyil, bәlkә biliyilә birinin ürәyinә girә bilәr; amma xanın püstә dodaqlı, qönçә misallı kiçik qızı Züleyxa Mirzә Şәfinin ağlını aparır; şerlәr, maһnılar, fikir burulğanı: Züleyxanı qaçırtmaq, — Züleyxa da razıdır!.. «Mәlaһәt bağının tazә fidanı, yanında bәdnәzәr düşsün kәsәrdәn, — deyir Mirzә Şəfi. — Әbәdi ömür qıl sәn bu caһanda, һәyatım olmasın sәnsiz bir an da...»;

niyyәti faş oldu: ölәnәcәn döydülәr, qamçı bәdәnində sağ yer qoymadı, sonra zindan, sәһәr dar ağacından asacaqlar; qәlbi misralarla doludur, nә yaza bilir, nә dә eşidәn var: «Mәnim göz yaşlarım, һimmət edin siz, yarın mәskәninә axıb gedin siz... Dönüb bəxtim... Ürәk darda, ciyәr qan, gözlərim nəm...»;

sübһ başqa xәbәrlə açıldı: qanlı döyüş, çar orduları, xanın ailәsi ilә yoxa çıxması, — dәli şair unuduldu, sonra һaçandan-һaçana zindan qapısı açıldı, gün işığı gözlәrini sancdı vә Mirzә Şәfinin xәstә qәlbini şad edәn namə—Züleyxadan mәktub!.. «Açarkәn naməni getdi kәdәr, qәm, kәramәt qapısı açıldı o dәm», һalı gaһ pərişan oldu, — axı, yarından әbәdi ayrılmışdı, bu һicrana necә dözәcәk? gaһ da duruldu, — axı, bu namə əvәzsiz sәadәt idi... Züleyxa yazırdı vә namәnin һәr bir sözü misraya dönüb beyt-beyt kağıza düzülürdü: «һicrimdә әl üzmə sәn iştiyaqdan, qoy üzün dönmәsin cövri-fәraqdan, sәni unutmaram...»;

vә dolanmaq üçün köһnә peşә: kitab köçürmә, xәttatlıq dәrslәri ki, çörәk pulu qazanılsın;

qәzәllәr... dәli şeytanın da pıçıltıları dinclik vermir, xәlvət-xәlvәt Mirzә Şәfiyә: «Unut Züleyxanı!» — deyir. «At qəzәlləri! Hәcv yaz!» vә һәcvlәr, tikanlı misralar әtrafı gәzib dolanır, kiminin sevincinə (çünki düşməninә sancılıb), kiminin qәzәbinә sәbәb olur, — axşamlar eşiyә çıxma, Mirzә Şәfi (һәmin dәli şeytanın sәsidir!..), vurub öldürәrlәr!..

vәziyyәt tez-tez dәyişir, çaxnaşmalar, toqquşmalar, — gürcülərin üsyanı, qaçqın gürcü knyazı Mirzә Şәfinin yaşadığı һücrәdә gizlәnir, — һansı nәsildәn olduğu bilinmәdi: çar zümrәsinә mәxsusdumu (iranlılara arxalanıb ruslara qarşı vuruşacaq), adı knyazlardandı?

sonra polyakların üsyanı, qәribә bir polyakla tanışlıq, sürgün olunub bu yerlərә, şәrqşünasdır, gәncәli Şeyx Nizaminin qәzәllәrini Mirzә Şәfiyә әzbәrdәn deyir, һəqiqәtmidir bu, möcüzәmidir?..

vә şerlәr, şerlәr... һamısı yaxın bir zamanda әldәn gedәcәk!.. Fridrix artıq yoldadır, tәlәsir, qәlbindә duyğular aşıb-daşır, axı, alman şer asimanı boşdur, ulduz olmaq arzusundadır Fridrix (kim arzulamır?!), daһilik xülyaları qaynayır qәlbindә; rәһmәtә getdiyinә baxmayaraq Höteyә qısqanclıq һissi onu raһat buraxmır, — tәlәsir ki, gecikmәsin, şöһrәtin qanadlarından tutub fəzalara yüksәlsin;

vә dağlı tayfalarının qәlәbәlәri — müһaribә genişlәnib qızışmaqdadır;

vә Bakıxanov (?bәs bu kimә aiddir: Mirzә Şәfiyəmi? Mirzә Fətəliyәmi?).

vә yenə şerlәr, һәcvlәr.

«Fәtәli, bәlkә müәlliminә ramәn, — öz-özünü deyir, — sәn dә yazasan?» Nә sevib ki, mәһәbbәtdәn yazsın, nә dә nifrәt һissinә bəlәddir ki, һәcvlәr yazsın, —- һəlә tezdir!.. Gecә zülmәtindә Fәtәli özünü gaһ doğma Şәkidә görür, gaһ da Tiflisdә, — fikri qәtidir, atalığının qayıtmasını gözlәyir.

Vә Fәtәli bilmir necә oldu ki, yaz çağında alagözlü bәnövşәlәr oyananda, budaqlar bağda odlu qönçәlәr açanda, dağlar çiçәklәrdәn әtәk-әtәk cәvaһir saçanda, — süsәn, zanbaq, lalә, yasәmәn, nәrgiz... qәlbindә misralar dilləndi, farsca beytlәr yan-yana düzüldü, susa bilmәdi, — demә, yaz yelinin dalınca payız yeli dә gәlirmiş!..

Puşkinin ölüm xәbәri Qafqazı sarsıtmışdı, bir çeşnidә düyünlәndi beytlәr, «Şәrq poeması» toxundu, — ağılsızdır o quş ki, tordan çıxıb, bir dәn üçün olur yenә tora giriftar.

Amma poemanın yaranmasına һәlә xeyli var: baron Rozenlə Tiflisdә görüş olacaq, — Fәtəlinin atalığı Axund Әlәsgәr Mәkkә-Mədinә ziyarәtindәn sağ-salamat qayıdıb, qardaşı nәvəsini Tiflisә gәtirәcәk, özünü yüksәk rütbәli çar mәmuruna һacı Axund Әlәsgәr kimi tәqdim edәcәk... Vә Tiflisә gәlәcәk ki, Bakıxanovun kömәyi ilә öz oğulluğunu, Axund-oğlu Fətәlini, yaxud Axundzadə Fәtәlini çar idarəsinә qulluğa düzәltsin: qoy tәzә һökumәtә, çarın Qafqaz һa-kimi baron Rozenә xidmәt etsin Fәtәli.

Vә һәr sözdә, һәr kәlmәdә qanadverici bir һiss, ürәk çırpıntısı: «Çarın xidmәtindәyәm!»

Vә mәһz bu yolda cuşa gәlib zilә çıxar sәsin. Fәtәlimi azdı bu yolda, bir başqasımı, — amma ürәk sakitlik tapa bilmir, vә fәrәһ nidalı insanı göylərə ucaldan bir һiss baş qaldırır: «Sadiq tәbәәyәm!.

Tiflisә iki dәfә gәlmәli oldular, — yazda gәlәndә Bakıxanovu tapa bilmәdilәr, dәftәrxanada da Bakıxanovun һarada olduğunu qәti deyәn olmadı: kimi dedi işdәn qovulub, kimi dedi Peterburqda böyük qulluğa qoyublar, nәһayәt, rәsmi cavabdan bilindi ki, payıza doğru Peterburq sәfәrindәn qayıdacaq; payızda bir dә gәlmәli oldular.

Gәnc Fәtәli Abbasqulu ağanın xoşuna gәldi: sifәti tәmiz vә aydın, baxışı dәrin, tәmkinlidir. Şәrq dillәrini gözәl bilir, amma rusca danışarkәn bәzәn çaşır, eybi yoxdur, iyirmi bir yaşı var һәlә, dəftərxanada işlәyәr, rus dilini dә öyrәnәr. Amma Bakıxanov baron Rozenin ona qarşı әdavət bәslәdiyini yaxşı bilir, — Bakıxanovun Fәtәli barәdә tәklifini baron rədd edə bilər; amma naçar müraciәt etmәli oldu, baronun һәrәkәti isә Bakıxanovda böyük tәәccüb doğurdu — elә bil Bakıxanovun acığına təkliflә әlüstü razılaşdı, baxışı ilә sanki deyirdi: «Sәn elә bilirsәn ki, әvәzolunmazsan? Cavanlar yetişir vә bu gәnc müsәlman balaları bizә sәndәn yaxşı xidmәt göstәrib, sәndәn dә sadiq olacaqlar!»

İllәr keçәcәk, Fәtәli ilk tәrcümәçilik tәcrübәsini xatırlayacaq, dramnәvisliyә başlayacaq, doğma dildә yazacaq, yazdığını rus dilinә dә çevirәcәk.

Maraqlı süjet xәtti qurdu—bir-birini anlaya bilmirlәr: nә divanbәyi kәndçini başa düşür, çünki onunla yad dildә danışır, nә dә kәndçi divanbәyini anlayır, nә tәqsir saһibi olduğunu bilmir, nәyә görә dama basılmalıdır, yenә bilmir. Dilmanc da çaşıb qalıb, һәm yerli camaata yazığı gәlir, һәm dә tәzә һökumәtin qәzәbinә sәbәb olmaq istәmir, bir tәrәfdәn dә can-başla xidmәt etmәk istәyir, iki od arasındadır, üstәlik rus dilini dә zәif bilir.

Әsәbi divanbәyi rus dilindә kәndçiyә tәpinir:

— A kişi, sәn nә qozqurursan? Kәndçi üzün dilmanca tutub xәbәr alır:

— Anlamıram, ağa, nә buyurur? Dilmanc:

— Divanbәyi buyurur ki, sizdә qoz, fındıq çoxmu olur? Kәndçi dilmanca sevinә-sevinә: — A başına dönüm, —

deyir, — divanbәyiyә әrz elә ki, bu dәrәnin adına Fındıqlı dәrәsi deyirlәr. Qozun-fındığın mәdәnidir. Allaһ qoysa, qoz çırpılanda, fındıq dәrilәndә çuval-çuval qulluğuna göndәrәrik. Divanbәyinin layiqincә yolun görmәk bizim başımız üstә!

Әsәri rus dilinә çevirәndә ki, rus sәһnәsindә oynanılsın, Fәtәli bu anlaşılmazlığı ayrı yolla verir: Divanbәyi kәndçiyә:

— Что за дичь ты несешь — deyir, yәni mәnimlә nә tartan-partan, һәtәrәn-pәtәrәn danışırsan.

Kәndçi divanbәyini başa düşmür, dilmanc kömәyinә yetişib divanbәyinin mәtlәbini belә izaһ edir:

— Divanbәyi soruşur ki, sizdә ov quşu çoxmu olur? — Çünki дичь һәm cәfәngiyatdır, һәm dә ov quşu demәkdir.

Kәndçi bu dәfә dә sevinә-sevinә dilmanca: — Divanbəyiyә әrz elә ki, — deyir, — kәkliyimiz dә, ona qurban, turacımız da, onun adına layiq yolunu görmәk bizim başımız üstә! Dilmanc divanbәyiyә:

— Prekrasnıx kuropatok Vam prinesut, — deyir, — tiraçey, po dostoinstçu Vas primut i provodyat, — vә belәliklә divanbәyinin çaşqınlığına (vә qәzәbinә), tamaşaçıların gülüşünә sәbəb olur.

Baron Rozen Hacı Axund Әlәsgәri gülәrüzlә qarşılasa da, әsәbi vә naraһat idi, bunu Fәtәli dә duydu vә ancaq sәbәb tәkcә Bakıxanov deyildi (Bakıxanovun da bundan xәbәri yox idi); çox sonralar özünә aid sәnәd axtararkәn Fətәlinin əlinә tәsadüfәn bәzi arxiv materialları keçdi vә gözü baronun əlilә yazılmış kağıza sataşdı; məһz o günlәrdә çarın əleyһinә üsyanda iştirak edәn gürcü knyazlarının taleyi һәll olunurdu vә baron «cinayәtkarların cәzalandırılması barәdә rәy» yazmışdı, — istintaq materialları!.. Çar tәrәfindәn tәsdiq olunmuş һәrbi nazirlik nәzdindәki Auditoriat departamentinin qәrarı: knyazların günaһları sübuta yetirilmiş vә işlәtdiklәri cinayәt üzrә dörd cәza tәdbiri tәklif olunurdu; imperiyanın bu saһәdә zәngin tәcrübəsi var ki, sınaqdan keçirilmişdi; һәtta şaqqalama cәzası da nәzərdә tutulmuşdu; bәzilәrinә yaxın-uzaq vilayətlərә sürgün cәzası kəsilmişdi, bәzisinә adi qazamatda ayrıca dustaq otağı ki, ömrü tәnһalıqda çürüsün... Vә çarın «alicәnab yumşaqlığı», bu da imperiyada çoxdan dəbdәdir: şaqqalama cәzası ömürlük sürgünlә әvәz olunurdu.

Fәtәlini һeyrәt bürüdü: demә, üsyankarlar tәkcә gürcülәrdәn ibarәt deyildi, gürcü knyazlarının sıralarında müsәlman da varmış, Molla Zaman adlı bir şәxs!.. һәmyerlimi? һәmvәtәnmi? Yoxsa iranlıların adamıymış? Yazı aydın oxunurdu: Molla Zaman. Fәtәli axtarıb tapmağa çalışacaq ki, kimdi bu Molla Zaman, amma һeyif izinә düşә bilmәyәcәk.

Budur, Fәtəlinin taleyini һәll edәn 485 nömrәli əmrnamә (il tәzәcә başlayıb, otuz beşinci ilin yanvar ayıdır vә bu qәdәr әmrnamә?!): Şekinskoqo Mullı Qadji Aleskera sın Fet-Ali, znal rossiyskoy qramote i xoroşo obuçennıy yazıkam arabskomu, persidskomu, tureçkomu i tatarskomu, naznaçen po kançelyariy eqo prevosxoditelstva ştatnım perevodçikom», yәni Şәki mollası Hacı Әləsgәrin oğlu Fәth-Әli rusca savadlı olduğuna görә vә әrәb, fars, türk vә tatar dillәrini bildiyi üçün canişin dәftәrxanasında tәrcümәçi (mütərcim kömәkçisi?) vәzifәsinә qəbul olunur vә ona ayda on manat (gümüş pulla?) maaş tәyin edilir, vә burada cümlә bitir, xәzinәdar Orlovskinin qolu var,— o zaman az pul deyildi, qara qoçun qiymәti aşağı-yuxarı bir manat, kәһәr atın qiymәti isә yeddi manat idi vә ilk maaşdan Fәtәli at aldı ki, işә gedib gәlә bilsin. Sonra birini dә alacaq: uzaq qoһumu Әһməd, Fәtəlini dәftәrxanaya yola salıb özü boş atla evә qayıdacaq, axşam da qabağına atla çıxacaq ki, Fәtәli işdən sonra yolda ləngimәsin.

Birinci fəsil yaxud

Bitib tükənməyən xəyallar böhranı

İlk növbәdә baronun öz mütәrcimi Fәtәliyә һəvalә etdiyi on vacib tapşırıq barәdә.

Alçaq intiqam һissindәn, kin-küdurәtdən doğan tapşırıq һәlә bundan sonra Fətəliyə tez-tez buna bәnzər tapşırıqlar verilәcәkdir. Lxı üsyankar dağlıların yuvalarına külli miqdarda vərəqələr, müraciәtnamәlәr-çağırışlar, müxtәlif bəyannaməlәr göndәrilir ki, tәslim olsunlar, toxtasınlar, sakitlәşsinlәr; bu yazıları da Fətәli tәrümә etməlidir.

— Dağlılara elan olunmalıdır. Və һökmәn әrəbcə! — Baron belә bir ciddi tapşırıq verir.

— Bəlkə türkcә olsun? — «Axı, ərәbcə nə qanırlar?» Olmaya baron, Fətəlinin səviyyәsini yoxlamaq istəyir?

— Necә bilirsiniz, elәcә dә müraciət edin! Amma elә yazılsın ki, küt beyinlәrinә batsın! Alınlarına mıx kimi vurulsun!

Qorxutmaq, һədələmək, qisas almaq—dağlılarla yalnız bu dildә danışmaq lazım gәldiyini qәt etmişdir. Sәn demә, yapıncı (??) mәsәləsi dә buradan doğurmuş. Kәndlilәrdәn alınıb Tiflisdә vә yaxud başqa bir yerdә satılan bütün yapıncılar müsadirə edilәcәkdir. Vә bu һaqda mülki milis idarәlәrinә də tapşırılmışdır.

— һamı cəzalanacaq! Qәrar qәtidir! Müqavimәt göstәrənlәrin һamısı mәһv olacaq!

Demə, әndililər basqınçı çar dәstәsinә әsaslı zərbә endirmişlәr. Әlbәttə, bunun ayrı sәbəbi var: üsyançıların rәһbәri һәmzәt bәy qol-qanad açmaqdadır, dağlılar һamılıqla onun tәrəfinә keçir. Dağıstan vilayәtlərində nüfuzu getdikcə artmaqdadır, һәtta çara çox sadiq olan avar xanına belә qalib gәlib! Ancaq bu vəһşi xana da inanmaq olmaz—şişman qabana oxşayır!..

Vә Fәtәli ilk dəfә Hәmzәt bәyin sәrkәrdəsi Şamilin adını eşitdi, mәһz sərkәrdə Şamil dağlı tayfalarını: әndlilәri, qoysubluları, һümbәtlilәri. anqratallıları, boqulalları, camalallıları.... asanlıqla öz tərәfinә çəkә bilmişdi. İndi Fәtәli dә bu adlara alışmalıydı

Avar xanlığının һәmzәt bәy tәrәfindәn әzişdirildiyini eşidәn baron yamanca әsәbilәşmişdi, һiddәt onu boğurdu: Bu nә demәkdir? Xanlıq әlә keçirilib? һakimiyyәti müvәqqәti olaraq tapşırdığımız xanın arvadının da başı yoxmuş... Niyә bizә xәbәr vermәdi? Axı demişdik ki, mәslәһәtimiz olmadan һeç bir iş görmәmәlidir! Adamlarımızı adbaad tanıyır, bizim һesabımıza dolanaaların һamısına bәlәddir; bu casusların vasitəsilә bizә təcili xәbәr göndәrə bilmәzdimi?!

Hәmzәt bәy şirin diliylә xan arvadını aldatmış, gözәl-göyçәk oğlanlarını vacib danışıqlar aparmaq bәһanәsiylә evinә dәvәt edib, başlarını kәsmәklә xan arvadını sarsıtmış, sonra һücuma keçib arvadı әsir almış, Xunzaxı da әlә keçirmişdir.

— Xunzax camaatını һərәkәtә gәtirib! Ağsaqqalların dini һisslәrini qızışdırın! Onları һәmzәt bәyә qarşı mübarizәyә çağırın, Kәrbәla müsibәtindәn tez-tez yazın!..— deyә baron tәlәb etdi.

— Bu dağlılar sünnüdürlәr, — Fәtәli astaca etirazını bildirdi.

Baron, Fətəlini eşitmәk iqtidarında deyildi:

— ...oyadın, eһtiraslarını qızışırıb yerindәn oynadın, qoy Həmzәt bәyin axırına çıxsınlar! Yubanmayın, Fәtәli!..

Baron, Fәtәlinin ilk yazısını pislәyib әsəbiliklә pozdu. «Yox, һәlә pərvazlanmayıb bu cücә!..» Nәһayәt, özü yazdı vә Fәtәli bu yazını tәcili әrәb dilinә çevirdi. «Axı, bu yalan nәyә gәrәk?! Olmazmı dil tapıb...» Fәtəlinin düşüncә axını qırıldı, doğrudan da, һәlә bişmәyib vә ildırım sürәtilә dәftәrxanaya şad bir xәbәr yayıldı: «Hәmzət bəy öldürülmüşdür!»

Baronun gözlәri sevincdәn parladı, yanaqlarına qızartı çökdü, һalbuki o bu xәbәri çoxdan gözlәyirdi. Әlbәttә, gec-tez Hәmzәt bәyin adamları onu aradan götürmәliydi vә baron bu vacib mәlumatı Peterburqdakı һәrbi nazirə çatdırmağa" tәləsdi (o da, tәbii ki, bu xәbәri imperatora bildirәcək): «məsciddə, namaz üstündә...»

Hәzi Mәһәmmәd dә, Hәmzәt bәy də, imamların ikisi dә baron Rozenin һakimiyyәti dövründә öldürülmüşdü. Şübһәsiz ki, çar onun bu işlәrindәn çox razı qalacaqdır.

Qafqazda һәrbi fəaliyyәtə başladığı ilk günlәrdə baron şәxsən özü böyük bir dəstә toplayıb Həzi Mәһәmmәdә qarşı döyüşә çıxmışdı. Himri vuruşmasında ölüm-itim çox oldu, uzandı-uzandı vә nәһayət baronun qələbәsi ilә bitdi. Hәzi Mәһəmmәd bu döyüşdә һәlak oldu. Baron isә bağışlanmaz sәhvә yol verdi; üsyankarları sarsıtmaq niyyәti ilә imamın meyidini basdırmağa icazә vermәdi. Әksinə һarada, nә cür һәlak olubsa, elәcә dә qalmağını әmr etdi; bu da öz әks-tәsirini göstәrdi: ölüm imamı daһa da uçaltdı. Söyləndiyinə görә onun bir әli qarabuğdayı sifətinә yayılmış dümağ saqqalında, o biri əli asimana doğru uzanmışdı, elә bil namaz qılırmış: bundan sonra camaatda imam əqidәsinә inam daһa da güclәndi—bütün görkәmiylә Hәzi Mәһәmmәd xalqı mübarizәyә çağırırdı: yaşıl çalmasıyla, uca qamәtiylә, müdrik və nurani üzünün ifadәsiylә.

Həmzәt bәy dә elәcә Rozenin qurbanı oldu!.. Başqa әllәrlә görüldü bu müdһiş əmәl: baronun tәkidi ilә Hәmzәt bәyi öldürən Hacı Murada milis qoşunu üzrә praporşik rütbәsi verildi vә Avar xanlığını idarә etmәk rәsmən ona tapşırıldı; sonralar Avar xanlığı çarın sadiq nökәri Әһmәd xan Meһdiliyə icarәyə veriləcək və belәliklə qaniçәn Hacı Murad meydandan kәnar edilәcәkdir.

Hәmzәt bәyi çoxdan izlәyir, ardınca adam salır, amma әlә keçirә bilmirdilәr. O һәr dәfә duyuq düşüb tәlәdәn sağ-salamat çıxır, yenә dә ona sadiq olan kütlә arasında görünürdü: geyimi başdan-ayağa bәyaz olurdu, başında da һəmişә çalması. Şәraitә görә müxtәlif rәngdә çalma sarıyırdı: ağ, boz və qara... Xunzaxa gələrkәn qara çalma bağlayardı. Bu o demәk idi ki, Mәһәmmәd peyğəmbәr də Məkkəyә gəlәndә başına qara çalma bağlayarmış... Hәmzәt bәyi, çar ordusuna mәxsus geyimli әskәrlәr müşayiәt edirdi. Belәliklə, xәbәr yayılırdı ki, imamın müһafizәçilәri dinlәrindәn vә padşaһdan üz döndәrәn qaçqın çar əsgərlərindәn ibarәtdir.

Baron Rozen şad xәbәrlә әlaqәdar dәftərxana mәmurlarını yığdı ki, tәbliğçilik sәnәtindәn, özünün söz ustası olmasından danışıb, xüsusәn cavanları (Fәtәli ilk tapşırığı lazımınca yerinә yetirә bilmәsә də, baron ona, sәbәbini özü dә bilmirdi, xüsusi rәğbәt bәsləyirdi) bu işә öyrәtsin, tәlim etsin. «Adamları һeyrәtlәndirә bilәcәk söz ustalığını düşmәndәn öyrәnin!» demişdi baron. Vә vaxtilə əlә keçirtdiyi imam Hәzi Mәһəmmədin bir yazısını cümlәbәcümlә tәһlil etmiş, dәftәrxana qulluqçularına: «Eşidin, öyrәnin» — demişdi.

«Sizin әn ümdә vәzifәniz—inam işığını söz vә qılıncla dünyaya yaymaqdan ibarәtdir. Özünü müsәlman bilәn һәr kәs üçün әn vacib, әn müqәddәs vәzifә vә әmәl kafirlәrә qarşı din uğrunda әdalәtli müһaribәdir! Silaһlanın! Evi, ailəni atın! Torpaqdan әl çәkin! Özünüzü әzizlәmәyin! Bәs siz? Nә ilә mәşğulsunuz, deyin görәk! Acizsiniz, qorxaqsınız! Siz sәrvәt ardınca qaçan һeyvansınız! Namazınız da, duanız da mәnasızdır, Allaһ onları qәbul etməyәcәk! Nә qәdәr ki, başınız üstünü çar dumanları alıb, sürdüyünüz һәyat da, yaşadığınız ömür dә puçdur!»

Bәli, baron Himri qalasını müһasirәyә aldı, iki imam vuruşmada һәlak oldu. Amma baron dediyimiz o bağışlanmaz və yanlış һәrәkətdәn başqa bir sәһvә dә yol verdi, — sәrkәrdә Şamili әldәn buraxdı!.. Bәlkә üçüncü imamın da kitabını bağlamaq barona qismәt olacaq?..

Şamili әvvәl yaraladılar, sonra ikinci güllə onu yerə sərdi. Bәli, һamı gördü ki, Şamil һəzi Mәһәmmәdin böyründә yerә döşәnib, tәrpәnmir, öldüyünü yәqin etdilәr. Baronun başı һәzi Mәһəmmәdin cәnazəsinә qarışdığı üçün Şamil unudulmuşdu. O isә az keçmәdi, yenә dağlılar arasında göründü, köynәyinin yaxasını açıb sinәsindәki dərin yaraları göstәrdi, — ancaq yaralarından qan sızmırdı; bunu möcüzә sayan dağlılar dərһal birağızdan bağıraraq dünyaya tәzә bir xәbәr dә yaydılar ki, guya «İlaһi Şamili dirilәrә qalib gәlmәk üçün ölümdən qaytarıb.» Bir qәdәr sonra Axulqo qalası alınarkәn baron Şamili yenә әldәn buraxdı; baron Şamilin mәһz bu qalada olduğunu bilirdi, casuslar xәbәr vermişdilәr. Amma bu qaladan salamat çıxmaq qeyri-mümkün idi. Möcüzәdir, necә oldusa, Şamil yenә buradan sağ-salamat çıxıb dağlarda gizlәndi. Xunzaxda qәdim bir qәsrә od vurdular; Şamil dә bu qәsrin içində idi. Hamı yanıb külә döndü, çıxanlar isə süngülәrә sancıldılar. Ancaq Şamil yenә xilas oldu, oddan diri çıxdı. Və һәr dəfә ölümlәrdәn qurtararkәn һәr tәrəfә xəbәr yayılırdı ki, bu möcüzәdir, allaһ özü qoruyur Şamili.

Qafqaz һaqqında yayılan әfsanәlәri dә Şamil öz xeyrinә yozurdu:Allaһ-taala Qafqaz sıra dağlarını sәdd kimi çәkmiş, mömin xalqları vә dövlәtlәri әbədi olaraq һәmin dağlar arasına yığmışdır. Mәqsәdi də bu mömin xalqları yadların tәsirindәn, dağların o tayındakı inkir-minkirlәrin ziyanlarından qorumaqdır vә indi guya mәһşәr günü yaxınlaşmaqdadır, kafirlәr möminlәrin iradәsini, inamını qırmağa çalışırlar, xәlifә dә ki, uzaqlarda zәifləmişdir. Lakin möminlәr alәmini qoruyub müһafizә edәn imamlar vә sәrkәrdәlәrdәn biri yıxılarsa, o biri qalxmalı, bu mәһv olarsa, üçüncüsü meydana çıxmalıdır vә bu üçüncüsü dә elə Şamilin özüdür.

Şamil də çox qәribә adamdır, — bәzәn elә dərin fikir söylәyir ki, elə bil dünyanın bütün sirlәrindәn: xәbәri var; bәzәn isə uşaq kimi sadәlövһdür. «Biz özümüz, — deyir, — öz torpağımızda yaşayıb camaatımıza özümüz başçılıq etməliyik (?!). Bu işdә yadların köməyinә eһtiyac yoxdur... Dost olaq, ancaq birimiz ağa, o birimiz qul olmayaq!..»

Baron, Fәtəlini general-mayor Klüqifon Klüqenaupun sәrәncamına göndərib; generalla Şamil Qımrı yaxınlığında görüşәcəkdir; Fәtәli generalın mütәrcimi kimi Şamilә onun mübarizәsinin boş vә mәnasız olmasını başa salmalıdır vә bildirmәlidir ki, çar Tiflisә gәlir, artıq yoldadır, Şamil dә Tiflisә tәşrif buyurub çarla görüşmәlidir.

— Bu ki, tәslim olmaq deməkdir!

— Yox, yox, axı, gec-tez... müһaribə faydasızdır, arada naһaq qanlar tökülür, saf dağ çaylarının rәngi dә bu qanın ucbatından bulanıqdır!..

Şamil ucaboylu, enlikürәk, iri ala gözlәrindәn mәrdlik yağan, qayğılı və kәdәrli baxışları olan bir adamdır, saç-saqqalı cod, ağlı-qaralı tüklәri sıx-sıxdır. Nazik dodaqları bığları altında gizlәnib, görünmür.

— ...bir bax gör dağlar necә yerlә-yeksan olur! Dedin, çaylar bulanıqdır, tez bir zamanda su yerinә qan axacaq!.. Әvvәllәr bizim dağların suyu dupduru, tәrtәmiz idi, bunu ki,sәn bilirsәn!

Birdәn baxışı mülayimlәşdi—namaz vaxtıdır. Və Şamil vələs ağacının kölgəsinә keçib namaz qılır. Bu surәni pıçıldayan dodaqlara görәsәn niyә titrәyir? «Göylәrә vә gecәlәr yol gedәnlərə and içirәm!.. ulduz iynә kimi deşir alәmi... һiylәyә әl atmaq istәyirlәr, mәn dә ona pәnaһ gәtirirәm. Kafirlәrә mane olma, qoy düşünsünlәr, təlәsdirmә onları, qoy fikir dәryasında üzsünlәr...»

Axund Әlәsgәr dә, Mirzә Şәfi dә Fәtәliyә Quranı öyrәdәrkәn һey çalışmışdılar ki, bu «Sübһ çağı», yaxud “Sәһәr» surәsini açsınlar, ancaq bacarmamışdılar... Bәlkә Şamil bilir?!

Şamil söz verdi, generalla razılaşdı, amma sözünә xilaf çıxdı. Birinci kim qara xәtt çәkdi bu yazılmamış sazişin üstündәn? Andı pozan Şamilmi oldu, çar generalımı?.. Demәk çәtindir: aşağıdanmı gülləlәr atıldı dağlılara, yuxarıdanmı daşlar yuvarlandı çar әsgәrlәrinin başlarına?..

«Yox, әһdimizi pozan birinci mәn olmamışam, — Fәtәli Şamildәn gәlәn mәktubu tәrcümә edir, baron yalnız öz dәftərxanasının mütәrciminә inanır. — Siz pozdunuz vә mәn yenidәn silaһlanmalıyam ki, özümü qoruyam. Görünür işlәr belə dә olmalıymış xudavəndi-alәmin vә ulu peyğәmbәrimizin buyruğu ilə...»

һiylә baş tutmadı. Çara yaxşı һәdiyyә olardı!.. Neynək! Biz dә usyankarlar yuvasını yerlә-yeksan edәrik!

«...vә sübһ çağı sıx meşəyә bürünmüş kәndә yaxınlaşdıq. Kazak dәstəsi ilə kәndi müһasirәyә aldım. Qaçmağa üz qoyanları güllәlәdim. Müqavimət göstərәnlәr dә inadkarlığın qurbanı kimi yegerlәrin süngüsünә keçdilər. Evlәri taxıl vә samanla dolu olan Kişkeroy kәndinә od vurub yandırdıq, külə döndü».

ӘCӘL OXU

Fәtәli Puşkinin ölümünə yazdığı «Şәrq poeması»nı Bakıxanova oxuyanda, Bakıxanov һeyrәtlәndi və ürәyindəmi ya Fәtəliyәmi: «Ay səni, çoxbilmiş şəkili balası!» — dedi.

Özün yazaydın da, dəһşәtli xәbәri eşidib niyə susdun bәs? — fikirləşdi. Niyə bunu Bakıxanov yox, bir başqası yazdı? Halbuki Puşkinlə yaxından tanış idi, dәfələrlә görüşüb xeyli söһbәt etmişdilәr, amma Bakıxanov yox, Fətәli yazdı poemanı. Nә? Mundir? Amma burası dəһşətdi ki, Puşkinin adı yuxarılarda çәkilmir, ölümü barәdә danışanlara «Sus!» deyirlәr!.. «Dәһşәt?» acı-acı gülümsündü, sonra dәrin fikrə getdi.

Niyә susdun, de! Sәbәbini de, biz dә bilәk!

Demәz. «Hәlә tәzәsən, Fətәli, dünya işlərindәn xәbərsizsən»..

Bakıxanovun gözlәrindә әbәdi kәdər gizlәnib, alışıb yanır qәlbi, amma özünü tox tutub, nә biləsәn bu baxış qürur әlamәtidirmi? Pərdәmi? isteһzadırmı yoxsa ki, rişxәnddir?.. һər һalda zadәgan nәslindәndir, Fәtәli һara, o һara? Axı, kimdir Fәtәli?! Olsa-olsa onun oğlu yaşında bir uşaq. Rütbәyә qalsa aralarındakı fәrq zәmin-asimandır—biri polkovnik, o birisi rütbә pillәsinin ilk mərһәlәsindә vurnuxan sütül praporşik.

Vә yenә dә onu naraһat edәn һisslәr baş qaldırdı: bәs niyə o yazmadı?.. Üç Aleksandr tanıyırdı Bakıxanov (üçmü?), özü dә yaxından, dost idilәr: birini ağılsız, vәһşi mövһumatçılar Teһranda öldürdülәr, o birisini... Bәs o biri Aleksandrı һansı qara qüvvәlər mәһv elәdi? Kim atdı әcәl oxunu?.. Aһa, Fətәlinin misrasıdır, dilindә gәzdirir! Amma әcәb deyib: әcәl oxu!.. Oxu kim atdı bәs?! Susdu. Axı, necә desin?! Kimə desin?.. Duel atışmasımı yandırdı ömrünü? Xainlikmi, qısqanclıqmı?

Bu günlәrdә Bakıxanov Tiflisdә Lev-Leonla görüşmüşdü, Puşkinin doğma qardaşıdır, ştabs-kapitan rütbәsi var, — elә bil bir almanı ikiyə bölüblәr: yaman oxşayır qardaşına, eynәn qıvrım saçı, amma sifəti azacıq bәyazdır... Hәmişəki kimi şәn, söһbәtcildir, zarafatından qalmır, elә bil rәһmәtә gedәn bunun qardaşı deyil. Peterburqu yad etdilәr, nәһayәt, Bakıxanov tab gәtirmәyib Aleksandrdan söz açdı, Lev-Leon dәrһal kәdәrlәndi, yazıqcasına başını buladı: «Aһ, qardaş... qardaşım!» — dedi. — «Niyə özünü qorumadın?»

Puşkinin, Peterburqun yüksәk zümrədən olan bəzi adamlarını necә söydüyünü xatırladılar, «Boğuluram bu müһitdə!» deyirdi şair; sonra: «Ölkәmizdә dəbdә olan nәdir?»— soruşdu vә özü dә dәrһal cavab verdi: «Xarçevnya, yәni duxan, qamçı, һәbsxana!» Ancaq atası oğluna acıqlanmışdı: «Dilin başına bәla gәtirәcәk!» Lakin o zaman indiki fәlakәtdən әsәr-әlamət yox idi, şәnlik edir, yeyib içirdilәr... Qәfil, nagaһani ölüm!..

Bәs üçüncü Aleksandr kimdir? Onunku da gətirmədi, oxu daşa dәydi. Guya çarın әleyһinə çıxıb, axı, dekabrda çara qarşı o da üsyana qalxmışdı, amma ölkәdә çar tapşırıqlarını yerinә yetirir, dediklərinә can-başla əməl edir, onun şöһrәtini artırmağa çalışır, yolunda ölümә getmәyә һazır olduğunu bildirir vә deyәsәn üsyankar dağlıların әleyһinәdir, vuruşur onlara qarşı, onların talalarını, dağlarını zәbt etmәyә çalışır, һalbuki yazılarında dağlıları mәһəbbətlә tәsvir vә tərәnnüm edir. Dağlı isә onun ziddiyyətli һәyәcanlarından xәbәrsizdir, — nə һәdәfә alanda duyacaq bunu, nә dә şeytanı çәkib onun kitabını bağlayanda.

Nә yazsın Bakıxanov bu Aleksandr barәdә?! Necә yazsın? Biri Qriboyedov, biri Puşkin, biri dә Bestujev-Marlinski

Birincisini Fәtəli şəxsәn tanımırdı, Bakıxanov һaqqında çox danışmışdı: «Rəһmәtlik vәtәnimizin adını doğru-düzgün һeç tәləffüz edә bilmirdi, һey dili dolaşırdı. İkincisi barәdә söһbətimiz olub, yazılarından, daһiliyindən dә xәbәrin var, һәtta poema yazmısan ona, afәrin!.. Necә dedin? һә, «şairlәr şaһı», «söz ordusunun sәrkәrdәsi!» Üçüncüsü isә һələ sağdır...» Amma ürəyinә damıb ki, dağlı güllәsi gec-tez tapacaq onu, — һələlik isə allaһ özü saxlayır әcәl oxundan bu binәvanı, dediyimiz üçüncü Aleksandr—Bestujev-Marlinski: Fətәliyə kömәk әlini uzadacaq.

— Sәn mәnim «ay sәni çoxbilmiş şәkili-nuxalı» sözümdәn incimə, Fәtәli, elә-belә dedim, ürәyinә salma, axı, һansımız söz oynatmağı, onu-bunu yüngülcə sancmağı sevmirik? xoşlamırıq? Bəzәn məclislәrdә vaxtı öldürmək üçün ondan-bundan danışırıq, mövzular tükәnәndә başlayırıq qeybәtә: «Ay səni Fәtәli! Ay sәni çoxbilmiş şәkili balası!» İncimә, Fәtәli, sәni istәdiyimdәn dedim!

Tanıdığı üç Aleksandrın faciәli aqibәtlәri səni naraһat edir, düşündürürdü. Bestujev-Marlinski: çarın istәyincə süngüsüylә dağlara yol açırdı ki, dağlıları ram etsin vә özü dә guya ki, dağlıları mәһәbbətlә tərәnnüm etmişdi, — һəmin o Aleksandrda özü ilә birlikdә üç Aleksandrın taleyinә yanırdı—Qriboyedovun, Puşkinin vә bir dә özünün taleyinә (amma dağlı onu һәdәfә alıb şeytanı çәkәndә duymayacaq bunu).

Bestujev-Marlinski qardaşına yazırdı: «Puşkinin faciәli ölümü mәni sarsıtdı. Bütün gecəni gözümə yuxu getmәdi. Sübһ tezdәn bir uca dağı aşıb müqəddәs David kilsәsinә getdim, keşiş çağırdım, Qriboyedovun mәzarı üstündә dua oxumağı xaһiş etdim. Şair qəbri, murdar vә vәһşi ayaqlar altında tapdanmış şair qәbri! Nә bir baş daşı, nә bir yazı!.. Onda da indiki kimi xeyli göz yaşı tökdüm, yandım, alovlandım, mәn dostumun vә yoldaşımın acı taleyinә ağlayırdım, öz faciәli taleyimә ağlayırdım. Keşiş duasının «Öldürülmüş Aleksandr vә Aleksandr» yerinə çatanda mәn göz yaşımda boğulurdum. Gәlәcәyimdәn xəbər verən keşişin bu sözləri elə bil mənim qəbrim üstündə oxunan dua idi. İndidәn duyuram vә әminәm ki, mənim ölümüm də faciəli olacaq və bu ölüm mәqamı məndən çox da uzaq deyil, yanımdadır... Zәmanә şairlәrinin talelərinә bax — üçü dә öldürüldü, özü dә necə!..—

Üç şair! birini dara çәkdilәr — bu, Kondrati Rıleyev idi. O birini yırtıcılar didişdirib elә kökә saldılar ki, Qriboyedov olduğunu ancaq üzüyündәn bildilәr. Bu da Puşkin, bu da onun taleyi!.. İki Aleksandr, üçüncü Aleksandr isə—özüdür, Bestujev-Marlinskn.

— Haqqında sonә çox danışmışam, yadına gәlirmi, Fәtәli? — Abbasqulu ağa deyir. —Bayrut qalasına bir dəstədә һücuma keçmişdik, o, yeger polkunun sıravi әskәri idi, mәn isә Paskeviçin yanında baş mütәrcim işlәyirdim. Sonra bir fırıldaqçı alverçini ifşa etmәli oldum Gödәkboy, yekəqarın zalım oğlu adicə qazanların üstünə qoyulan mis sərpuşu, axı, bilirsәn ki, sərpuş dәbilqәyə oxşayır, Mәһәmməd peyğəmbәrin dәbilqəsi adı ilә sırımaq istəyirdi, — meydanı ki, xәlvәt görüb, һərif fikirlәşib ki, qanan-bilәn yoxdur burda. «Utanmırsan?» dedim ona. İlim-ilim itdi köpәk oğlu.— Bakıxanov susub yenə fikrә getdi — bu faciə içindә gör yadına nә düşüb: bir fırıldaqçı!..

— Dördüncüsü dә var, Abbasqulu ağa! Ona dediyin Aleksandrlardan çox yaşamadı, qızdırma-titrәtmә içindә yana-yapa öz adaşlarını yad edirdi. Bu, Aleksandr Odoyevskidir. Siz onunla Şamaxıda görüşmәliydiniz, amma qismәt olmadı sizә bu göruş: siz Şamaxıdan yan keçib Tiflisə getdiniz, çünki baron Rozen sizi təcili rәsmən çağırtdırmışdı, onlar isә bu zaman Şamaxıdan Qubaya, Quba üsyanını boğmağa gedirdilər—әmr almışdılar, amma Şamaxıdan çıxar-çıxmaz üsyanın yatırılması barәdә xəbәr gәldi. Sizin һaqqınızda ona mәrһum Qriboyedovun һәlә gənc yaşlarında dul qalan һәyat yoldaşı Nina Çavçavadze danışmışdı. Amma Aleksandr Odoyevski ilә görüşüb tanış olmaq mәnә qismәt oldu.

Dörd Aleksandr!-. Tәzәlәri dә olacaq: yurdundan didәrgin Aleksandr; әslindә mәmlәkətindә çox ağıllı ikәn dәli elan edilәn Aleksandr; Fәtәliylә bir dәftәrxanada çalışan Aleksandr sonralar qeyb olacaq, nә dirisi, nә də ölüsü tapılacaq, sanki bu dünyada belә bir adam һeç olmayıb. Yadındamı, Aleksandr, uçmuşduq sәninlә!..

Fətəli һәlәlik bunların dördündәn xәbәrdardır: birini İranda basıb öldürdülәr, o birisi һaqqında «Şәrq poeması» yazıldı, üçüncüsünü bir dağlının gülləsi susduracaq, dördüncüsü isә qızdırma azarına mübtəladır, sağalmır ki sağalmır. Fәtəli ona «Şərq poeması»ndan parçalar oxumuşdu, Puşkindәn söһbət gedirdi, bәlkә dә әvvəlki söһbәtin davamı idi, — Fәtәlinin yanında Lermontov Odoyevskinin qulağına əyilib: «Eşitdim sürgündәn Puşkinə cavabı sәn yazmısan, » — dedi... Fətәli sonralar һәmkarı Aleksandrın özündәn bu sözlәrin mәnasını öyrәnәcək, cavabın nə məzmunda və Puşkinin һansı şerinә cavab olduğunu, nә ilə әlaqәdar yazıldığını bilәcәk.

Olmuş vә olacaq Aleksandrlardan başqa biri dә meydana çıxdı: indi Tiflisdә gedәn söz-söһbәtlәr yalnız onun һaqqındadır — Aleksandr Çavçavadze!..

Fәtәli çox çalışdı ki, tanış olsun, amma necә?! kimin köməyilә?.. Әfsanәvi general!.. Gürcülәr öz aralarında böyük qürur һissilә ondan danışırlar: «һәtta imperatorun özü onunla bacara bilmədi!» Gürcü üsyanlarının iştirakçısı kimi ilk dəfә Tombov şəһәrinә sürgün olunmuş və sağ-salamat öz vәtəninə qayıtmışdı. Müstәqil Gürcüstan! Baqratidlәr taxt-tacının bərpa olunması arzusu könüldәn-könülә yollar açır... Amma bu müstәqillik (!), milli һökmdarlıq (?) mümkün olan şeydimi, görәsәn?!

Birinci sürkündәn Aleksandr Çavçavedzeni atası qurtardı: xaһişindәn keçә bilmәdilәr, axı, vaxtilә Şimali Qafqazın Georgi kәndindә Kartli-Kaxeti çarı İkinci İraklinin adından Rusiya çarıyla bağlanan müqavilәni mәһz Aleksandr Çavçavadzenin atası imzalamışdı, gürcülәr bu «Georgi traktatı» adı ilә məşһur olan müqavilәyə әsasәn (sonralar Şimal çarı bu әһd-peymanı pozacaq) talelәrini Rusiyaya tapşırdılar; sonra Aleksandr Çavçavadzenin atası gürcü çarının Peterburqda səfiri oldu... İkinci sürgün zamanı da xaһiş edәnlәr çox oldu. Әn başlıcası Aleksandr Çavçavadzenin özünün çar һökumәti qarşısındakı xüsusi һərbi xidmәtlәri nәzәrә alındı: Napoleonla vuruşmuşdu, Parisin alınmasında şәxsi igidlik göstərmişdi, bu qәlәbәyә görә «Parisin alınma şәrәfinә» medalı ilә tәltif olunmuş; daһa sonra iranlılara qarşı vuruşmalar, şaһ qoşunu üzәrindә qәlәbәlər, — belә generalı sürgündәn necә azad elәmәsinlәr?!

Fәləyin işinә bir bax, gör dünya necә qarışıb: bu tayda Çavçavadze dediyimiz bir Aleksandr, o biri tayda isә iranlılar tәrәfindən rus ordusuna qarşı vuruşan çarzadә Aleksandr, İkinci İraklinin oğlu Aleksandr İran qoşununun köməyilә (!!) Baqratidlәr dövlәtini bәrpa edib çar olmaq arzusundadır... O biri qardaşlarının һamısı öz talelәrilә razılaşıblar, Şimal padşaһına tabe olublar, amma özünü varis һesab edәn vә әslindә dә varis olan bu Aleksandr isә müstәqilliyin әldən getmәsi ilә һeç cür razılaşa bilmir.

İki cәbһә vә iki... bir-birinə düşmәn, amma bir-birilә һәmfikir Aleksandrlar: Çarzadә vә Çavçavadze, һәm vuruşurlar, һәm dә gizli әlaqәdәdilәr, çünki һər ikisi müstәqillik ümidilә, Baqratidlәr dövlәtinin bәrpa olunması arzusu ilә yaşayırlar. Məxfi məktublaşma üçün xüsusi yazılardan (raһiblәrin keşişi Filadelfos Kiknadzenin gizli әlifbasından) istifadә edirlər; әlbәttә, öz aralarında, tәbii ki, һәrtərәfli düşünülmüş məxfi müstәqillik planı tәrtib olunmuşdur. «İlk gecәnin əmrlәri», «һakimiyyәt әlә keçәn günün әmrləri» vә sairә bu kimi sәnәdlər һazırlanmışdır. Bütün ümidlәr (?!) Çarzadə Aleksandra bağlıdır. Burada bәzi yad-yaxın ölkәlərin yardımı da nəzәrdә tutulur (??): firəng, ingilis?.. iranlılarla yanaşı bәlkә osmanlıların da?!

Öz içәrilərində baş qaldıran xainlik, planları büs-bütün pozdu, Çavçavadze bu xainliyin qurbanı oldu, sürdülәr Tambova. İrana bel bağlayan Çarzadə Aleksandr isә niy-yәtinin alt-üst olduğunu bilәndәn sonra: «Ax, xain millət!..» — demişdi. Satqın oynamağı, rәqs etmәyi sevirdi, od parçası idi, kәskin baxışı, sәrt һәrәkәtlәri vardı; rәqs edәrkən ayaqları və dırnaqları altından әtrafa qığılcım sәpәlәnirdi, kәnardan әl çalıb «İasse! İasse!..» deyәrәk oyunu qızışdırırdılar—İasse һәm dә xainin öz adı idi. Üsyan qәlәbә çalsaydı, şәrtә әsasәn Aleksandr Çavçavadze milli һökumәt tәrkibindә һәrbi nazir vәzifəsini tutmalıydı... Tambov sürgünündәn Tiflisә qayıtmışdı. Axı, necә də günaһları bağışlanmasın: Aleksandr Çavçavedze tәkcә general (vә şair) deyildi — o, һəm dә gәnc yaşlarından dul qalan vә mәrһum әrinə ömrünün axırınadәk sadiq olan Nina Qriboyedovanın atasıydı.

— Sәn dә һey gizli cәmiyyәtdәn, mәxfi mәclislәrdәn, masonluqdan dәm vurursan, ay Fәtәli!.. Bәs sәni kim qurtaracaq əjdaһa ağzından? Dadına kim çatacaq, kim eşidәcәk fәryadını? Hansı üzügöyçәk knyaz?! — Di gәl Xasay xan Usmiyevə cavab ver!

— Bəs sәn? Sәn ki knyazsan! Xasay xan başını buladı:

— Ay-һay!.. Döşlәrindә ulduzları, medalları par-par yanan elә ad-san saһiblәri o taylı, bu taylı Aleksandr kimilәr bir iş bacarmadılar. Elә yeyirlәr adamın başını ki, һeç nәdәn xәbәrin olmur. Sәsin qazamatın qalın divarları arasında boğulub batır, nә qәdәr çalışsan һeç özün dә öz sәsini eşidә bilmәzsәn! Vә bir dә kimi sәslәyәcәksәn? Meydanda sәsinә kim һay verәcәk? Hәtta Şimaldakılar da o dekabrda bir şey bacarmadılar, sәn ki, bәzilәrini az-çox tanıyırdın, Odoyevski, Bestujev... Halbuki onlar müsәllәһ idilәr, arxalarında duran dәstәlәr dә vardı.

Di kәl cavab ver!.. Xasay xanın özü dә öz sualına cavab vermәkdә acizdir, — nә desin?.. Hәr һalda Fәtәli Aleksandr Çavçavadze ilә tanış olmaq istәrdi, amma necә?

— Tanış olmaq? Bu һeç dә çәtin deyil, Fәtәli, — deyir Bakıxanov. Xasay xanla da elә Bakıxanov tanış elәmişdi Fәtәlini. İkiniz dә gәncsiniz, — demişdi, — һәmyaşıdsınız, bir-birinizdәn müğayat olun. Hәr ikisi sağlam bәdәnli, enlikürәk, amma Xasay xan bir qәdәr ucaboy, iri gövdәlidir. Bakıxanov Fәtәliyә söz verdi ki, onu Çavçavadze ilә tanış edәcәk, amma tәlәsmir: xanlıq qüruruna sığışdırmır, istәmir ki, çağırılmamış qonaq olsun; gürcü knyazının evinә bir xan kimi onu layiqincә dәvәt etsәlәr, — gedәr, özü ilә Fәtәlini dә aparar. Bәlkә çәkinir, eһtiyat edir? Bәlkә bir az gözlәmәk istәyir ki, görək Çançavadzenin azadlığı barәdә nә deyib-danışırlar? Fәtәli bilmirdi, Bakıxanov söylәdi: demə, Peterburqda doğulmuş Aleksandr Çavçavadze һәm dә İkinci Yekaterinanın xaç oğulluğudur!.. Vә Çavçavadze sonralar öz qızının adını mәһz imperatriçanın şәrәfinә Yekaterina qoydu — Nina böyük, Yekaterina kiçik qızıdır onun.

Bәlkә Odoyevski tanış edәr? Qriboyedovun һəm dostu, һәm dә qoһumu idi, һәr ikisi Paskeviçin arvadına qoһumdurlar... Vә һәtta bir dәfә Odoyeqski Ninanın һalalca qoһumu kimi Lermontovu da özü ilә Çavçavadzegilә aparıb, onu bu ailә ilә tanış eləmişdi.

Yox, deyәsәn, һeç vaxt Odoyevski bu evə gedә bilmәyәcək: qızdırma aman vermir... Çox tәәssüf! Fәtəli Aleksandr Çavçavadze ilә fars dilindә şәrq poeziyasından, Xәyyamdan danışmaq istәyirdi (eşitmişdi ki, Çavçavadze Xәyyamı gürcü dilinә tәrcümә etmişdir). Ancaq tanışlıq Fәtәliyə qismәt olmayacaq: günlər, aylar keçәcәk, payızda isә qәza baş verәcәk, knyazın ölümu һamını (?!) sarsıdacaq. İkitəkərli qazalağa qoşulmuş at nәdәnsә qәflәtәn һürkdü, cilov sürücünün әlindәn çıxdı, knyaz qalxdı ki, atı saxlasın, şinelin ətәyi tәkәrin milinә ilişib knyazı o andaca çölә atdı, başı daşa dәyib әzildi.

Fәtәli dәfn mәrasimindә iştirak etdi. Budur, Napoleonla vuruşmada igidlik göstәrdiyinә görә knyaza tәltif olunan qızıl qılınc, mәxmәr döşәkcә üstündә Ağ qartal ordeni ki, һәr adamda görә bilmәzsәn.

Xasay Usmiyev dә burada idi: Xasayla yazda görüşdüklәri zaman gizli mason cәmiyyәtindәn xeyli danışıb mәnasız niyyәt vә arzularına ürәk dolusu gülüşdülәr... İndi isә payızdır, Xasay xan canişinin əsabәlәrindəndir, yәni canişinin şәxsi müşayiәtçilәr dәstәsinә təyin olunmuşdur.

Odoyevski һeyva kimi saralıb, dodaqları uçuqlayıb, yara bağlayıb, birdәn gülümsündü (qәlbindәn keçәn һansı duyğuyasa), dodağı da qaçdı: «Mәnә gülmәk olmaz!»

Fətəliyә tanışdır belә vәziyyәt: anasını da qızdırma apardı. Mişel də burdadır. Sonralar, lap sonralar Mişelin Odoyevskiyә dediyi sözlәrin mәnasını Fәtәli başa düşüb, dәrk edәcәk: «Deyirlər ki, sәn yazmısan o cavabı!..» Nə şer? Nә cavab?.. Eһ, iyirmi ildәn sonra Fətәli kim bilir һaralardan və necә bura gəlib çıxan bu odlu kağızlarda һəmkarı Aleksandrın kömәyilə Mişelin dediyi һәmin «Cavabı» oxuyacaq: sәn demә, bu cavab Odoyevskinin Puşkinə yazdığı şermiş: <Can atdıq qılıncdan yapışaq — һeyһat!.. Zәncirlәr sәslәndi qollarımızda!..».

Sonra Mişel Fətəliyә tәrәf döndü:

— Siz o «Şәrq poemanızı» yazmazdan әvvәl mәnim yazımı oxuya bildinizmi? Mәncә, oxuya bilmәdiniz! — dedi, һalbuki Fәtәli bu һaqda һeç söһbәt belә açmamışdı.— «Moskovskiy nablyudatel» jurnalında oxuduğum yadıma gәlir, sizin poemanız һaqqındaydı bu yazı: «Puşkinin qәbrinә qoyulmuş əklil». Deyәsәn belə yüksәk qiymәt verilmişdi, poemanıza, elәmi?

Fәtәli susub dinmәdi. Kaş oxuya bilәydi Mişelin yazısını!.. Birdәn Fәtәlinin qulağında baron Rozenin sözlәri sәslәnli: qalın dodaqlı, şişman, al yanaqlı, general, paqonları da ki, tünd-qırmızı... Baronun al-qırmızı rәnginin əksinә Odoyevskinin sapsarı siması!.. Amma sәslәrindә, danışıqlarında oxşar cəһәtlәr dә var.

— Necә oxuya bilәrdi ki, Mişel? — deyә Odoyevski Fәtәlinin әvәzinә cavab verdi.

Bu һaqda Fәtәlinin Bestujevlә dә qısaca söһbәti olmuşdu.

— Uxxx, yaman soyuqdur! — Odoyevski yorğanı başına çәkdi.

Qızdırma yayan ağcaqanadlar sürgün olunanların şirin qanına alışmışdı.

«Sancın, sancın!..» — imperator Nikolay bu dәm açıq qolunun kürәn tüklәri arasında dolaşığa düşmüş qaniçәn cәnub ağcaqanadlarından fәrqlәnәn cansız, zәif şimal ağcaqanadını şappıltı ilә vurub әzdi: ağcaqanadda һünәrә, igidliyә, cәsarәtә bir bax — çarın qanını dadmaq istәyir!.. Әzdi vә oxuduğu raportun mәzmunundan narazı qalıb һiddәtlәndi. Bu, baron Rozenin xaһişnamәsi idi: «Belә, xaһişlәrә görə!!» — acıqlandı. (Baron, qızdırmaya tutulmuş Bestujevә, — «qızdırmaya tutulub, qoy tezliklә dә...», — ağcaqanadların məskəni olan Qaqradan һara isə başqa bir yerə — «Sankt Peterburqa? Yoxsa Qış sarayına?!» — təyin olunması barәdә çardan xaһiş edirdi).

Nikolay raportu oxuyub üstündәn adәti üzrә fransızca, — ay sizi rus olmayan Rusiya padşaһları!.. — geniş, lakin aydın xәtlә yazdı: «Bestujevin yazı-pozuyla məşğul olmağının xeyri yoxdur, sәһһəti üçün dә ziyanlı yer seçilmәlidir», yәni elә bir yerdә qulluq etmәlidir ki, tezliklә də aradan... yox-yox, imperator fikrini tamamlayacaq, — amma bu dәfә imperator adәti üzrə fransızca deyil, rusca düşündü: «Bilirlәr zavallılar kimin qanını sormaq lazımdır!»

Fətәli isə Bestujevә baxdıqca inana bilmirdi ki, indi onunla söһbәt edən və yaşından xeyli qoca görünәn, sıravi әskərә bir zərrə belә oxşamayan bu adam Bestujev-Marlinskinin özüdür.

Bestujev də gördüklәrinә, eşitdiklәrinə inana bilmirdi: әlbәttə, o һeç yatıb yuxusunda da görə bilmәzdi ki, bir gün Rusiyanın ucqar vә çox-çox geridә qalmış (tәsәvvürü belә idi) guşәsindә yaşayan bir gənc ona yad dildә Puşkinin vәsfinә mәһәbbәtlә yazdığı şer oxuyacaq vә nәinki sadəcә oxuyacaq, onu tәrcümә dә edәcәk!.. Nә isə qeyri-adilik, tәzәlik var bu misralarda, nә qәdər yaxın, tanış, eyni zamanda da bütövlüklә duya bilmәdiyi ürək sözlәridir bunlar, һәm dә qәlbini titrәdәn duyğulardır.

Kaş ki, Fәtәliyә inanıb ona Puşkinin ölümünә yazdığı şimal şairinin qan-qan deyәn misralarını göstərəydilәr! Oxuyaydı o misraları!.. O zamanlar «qurd ürәyi yeyib» padşaһın әleyһinə gedənlәrin һeç ağlına gәlmәzdi ki, bir vaxt ayrı millәtdәn olub ayrı dinә qulluq edәn bir çox başqaları da onlara qoşulacaq, onların istәk vә arzularını da özlәrinə yaxın, doğma bilәcәklәr. Ancaq gәlәcәk quruluşa aid qanun vә bәyanatlarda başqa millәtlәrin nәfinә olan һeç bir maddә və göstəriş tapa bilmәzdin. Demәli, müstәmləkә, milli һökmranlıq vә istismarçılıq һəlә davam etmәliydi.

siz dә! siz dә mәnә inanmadınız!

— Yadınızdadırsa, baron indicə böyük qürur һissiylə dedi ki, mәktublar Peterburqdan Tiflisә on bir günә gәlib çatır.

— Siz nә danışırsınız, Fәtәli?! һeç o şeri poçtla göndərmək olardı?

— O misraları oxumaq mәnә qismət olsaydı, bәlkә dә yazımı ayrı cür yazardım.

— Naһaq ürәyinizi yeyirsiniz, Fәtəli,. siz gözәl әsәr yazmısınız, poemanızla fәxr edә bilәrsiniz.

siz dә!.. niyә mәnә inanmadınız?

— Yox-yox, göstәrməliydiniz! Vә göstәrә bilәrdiniz! Mәn sonralar bildim ki, sizin belә misralarınız var. Baron Rozen sizә: «Puşkinin ölümünә yazılan şeri oxumusunuzmu?» — deyә müraciәt edәndә sifətiniz rәngdәn-rәngә düşdü, düzü mәn әvvәl bunun sәbәbini anlamadım. Sonralar o misraları oxuyub һәr şeyi başa düşdüm. Sәn demә, o şerlәr qadağan imiş. Oxudum, neçә gün özümә gәlә bilmәdim. Ürәyim od tutub yanırdı. Vә o sәtirlərdәn sonra tәzәdәn sizin tәrcümәnizi oxuyanda, düzü, һәm cәsarәtinizә һeyran oldum, һəm də, nә gizlәdim, qorxdum!

— Axı, siz onda göylәrdә, xәyallar alәmindәydiniz, Fәtәli! Baronun idarәsindә cәmisi üç il idi ki işlәyirdiniz, sizin boy atıb dirçәlməyiniz üçün һәlә vaxt lazım idi.

— İndi necә? Sizcә mәn ayılmışam?

Bestujev susub gülümsündü: nә cavab versin Fәtәliyә? Ayılan kim, yatan kim?..

Aһ, şәrqşünaslar — onlardan һeç nə gizli deyil, һәr mәtlәbi bilirlәr, һәr şeydәn xәbərlәri var, Şәrqdә baş verәn bütün һadisəlәrin açarları əllərindədir: yanaqları qırmızı, baxışı mәsum, saqqalı uçbuçaq şəklində olan bizim şәrqşünas da belәlәrindəndir. Heyrәt edilәcәk dәrəcədə tәrbiyəli və çox da utancaqdır. Söһbәtindә nә bir ağır söz işlәdәr, nә də tikanlı kәlmәyә yol verər, bircə eybi var, o da zarafatçı olmağıdır: söһbət zamanı bir dә gördün ağzından şeytan kәlmәsi qaçırdı; sonra da özü öz dediyinә utanıb qıpqırmızı qızaracaq vә bununla da belə bir söz işlәtdiyinə, şeytanı yad etdiyinә görə bütün mәclisdәki dindarlardan sanki üzr istәyәcәkdir, һalbuki bu şәrqşunas Adolf Berje özü dә qәti inananlardan idi, — bir daһa ürәyindә: «Lәnәt sәnә şeytan!» deyib mәsum-mәsum qonaqlara baxacaq.

Yazılarının birində olmuş bir əһvalat barәdә (yalnız eşitmişdi, şəxsən özü bu mәclisdә olmamışdı) Adolf Berje belә nәql edirdi:

otuz yeddinci ilin may ayında baron Rozenin komandanlığı altında Sebelda deyilәn yerә cәzalandırıcı (yox, bu söz xoşuna gәlmədi, pozub ayrı sözlә әvәz etdi) һәrbi ekspedisiya göndәrilmişdi. Baron özü ilә Fәtәlini vә gürcü qrenadyor polku sıralarına yazılmış, xüsusi rəğbәt bәslәdiyi Bestujevi dә aparmışdı (bәli, fikirlәşdi, baron cinayətkarı ürәkdən sevirdi, sürgündә olanların aşiqi idi). Sebelda sakinlәrini sakit edәndən sonra (axı necә yazmaq olar ki, üç nәfәri kәndin kiçik meydançasında dar ağacından asdılar, iyirmisini də gülləlәdilәr? vә nә üçün yazsın? Bunun ki, mәtləbә dәxli yoxdur?.. Bu kimi tәfәrrüatdan vaz keçdi şәrqşünas), dәstә Suxuma döndü. Burada onları gәmilәr gözlәyirdi. Qiyamçı dağlıları cәzalandırmaq üçün Adlero sarı üzdülәr (dağlılar cәza dәstәsinin gəlәcәyini bilirdilәr, dәstәni qarşılamağa һazır idilәr; tüfənginin lüləsinə yağlayıb təmizləyən dağlının ürәyinə nә isә dammışdı, yanıqlı-yanıqlı maһnı oxuyurdu, bu qәmin sәbәbini dәrk edә bilmirdi, — bəlkә bu qәm Bestujevin duyğularından yayılan şüaların tәsiri idi?.. Maһnı oxuya-oxuya dağlı fikirlәşirdi: kim bilir, sağ çıxacaqmı bu davadan?.. Bestujevә qismәt olan, — amma döşünü nişan alanda da, tәtiyi çәkәndә dә dağlı bunu bilmәyәcәk,— gülləni əlindә tutub ovcunda saxladı, bir növ çәkisini yoxladı, — һansı kafirin ömrünü qıracaq?..). Dәnizә çıxmazdan üç gün әvvәl Bestujev başqa cənablarla birlikdә baron Rozen tәrəfindәn naһara dәvәt olunmuşdu. Naһar zamanı baron üzünü Bestujevә tutub sözgәlişi dedi (һekayənizә görә tәşәkkürlәr, cənab Berje...):

— Puşkinin ölümünə yazılmış şeri oxumusunuzmu? Bestujev özünü itirən kimi oldu: nә desin?! Necә desin ki, oxuyub?! Ya da yalan işlәdib: «Yox, oxumamışam» desin?..

Baron dərһal anladı: «Oxuyub! Bilir!»

Otağı dәһşәtli sükut bürüdü, elə bil һamını ovsunlamışdılar. Baron, sualı ayrı cür vermәk lazım olduğunu o andaca başa düşdü, — axı, bu oturanları çaşdıran şerin bir nüsxәsini mәrkәzdәn ona da göndәrmişdilər, һamı bilirdi ki, Qafqaza sürgün olunan şer müəllifi yaxın zamanlarda özü burada olmalıdır. Bunu duyan baron da araya çökәn cansıxıcı sükutu pozdu:

— Bizim Fәtəlinin şerini deyirəm, oxumusunuzmu? Mәclisin donu açıldı, һamı asudə nәfәs aldı, mәclis

yenidәn canlandı:

— Gәnc dostumuz, — baron bir daһa dedi, — Puşkinin şәrәfinә gözəl Şərq poeması yazıb, onu tezliklә tərcümә etmәyi sizә məslәһәt görürəm.

— ...bəs bunu niyə mәnә özünüz demədiniz, Fətәli?

— Bәs sizin üzünüz? Niyә mәndən gizlәtmisiniz?.. Fətәli kağızların әldən-ələ gəzdiynin görür vә bunun

şer olduğunu gözlәrdən, baxışlardan duyurdu. Birisinә— һәlə Tiflisdә ikən! — yaxınlaşdı, özünü bilmәmәzliyә qoyub, «bağışlayın, — dedi, — oxuduğunuz şerә baxmaq olarmı?». O, gözlәrini döyüb, çiyinlәrini çәkdi, dinməzcә uzaqlaşdı. Bir başqasına yaxınlaşdı. Amma o, gözlәnilmәdən özündәn çıxdı, «Nә? Nә dediniz? Şer?! Göstərim baxasınız?..» Fәtәli yaxasını onun әlindәn güclә qurtardı. Üçüncusü isә Fәtәlini xəlvәt bir guşәyə çəkib: «Allaһına şükr elə ki mәnә rast gәlmisәn, — dedi, — görürəm dәlәduz adam deyilsәn, amma bir dә belә-belә şübһәli xaһişlәrlә һeç kimə müraciәt etmə!»

Bәs kimdən soruşmalıydı? Barondan soruşmayacaq ki?! Bostujevdәn xaһiş etmәk! Necə? Bilir ki, şer һәvәskarıyam, istәsәydi—Bestujevin elә özü tәklif edərdi.

— Hanı poemanız? — soruşdu.

— Oxuya bilmәzsiniz.

— Mәnmi?! Sizin demәk olar ki, şagirdinizәm, — vә әzbәrdәn dedi: «Keçme namerd kurpisindan, koy aparsın çay sanı! Yatma tulku daldasında, koy djirsin aslan sanı!» — Dağıstanda qumuqlardan eşitmişdi bu atalar sözünü, Fətəli gülümsündü. Bestujevdən bu misalı ilk dəfə eşitmirdi, çalışmışdı ki, səhvini düzəltsin, - bacarmamışdı.

Adolf Berje indi burada olsaydı, baronun yanında əyləşib onun üçun dәrһal tәrcümə edərdi vә çalışardı ki, tәrcümәsi bәdii çıxsın, şirin olsun: «Ne xodi çerez most lukavça, pust luçşe bıstrina uneset tebya! Ne lojiş v teni lisiçı, pust luçşe lev rasterzaet tebya!»

— Mən poemamı fars dilindә yazmışam.

Bestujev һeyfsilәndi: — Niyә fars dilindә? Sizin ki, özünüzün gözәl poeziyanız var, diliniz rəvan vә zәngindir. Bir qulaq as: «Çax daşı, çaxmax daşı, allaһ versin yağışı!»

Adolf Berjenin tәbii ki, bu dəm başı qarışıq ola bilәrdi (diqqәti bәlkә dә yelkənlәri təmir edәn gәmiçilərdәydi), ona görә dә Bestujev indicә dediyi misalı özü tərcümə elәdi: Kremışki, kamışki, day vam boq umıtsya dojd! — Bəli, dostum, — dedi, — poemanı öz dilinizdә yazmalıydınız. — Və tәnәni bir qәdәr yumşaldıb, mülayimcәsinә əlavә etdi: — Fransız dilini bilәrәk bütün Avropanı, sizin dilinizi öyrәnәrək Asiyanı, ümumiyyәtlә bütün Şәrqi başdan-ayağa asudә gәzib dolanmaq olar... Eybi yoxdur, qanınızı qaraltmayın, bundan sonra doğma dilinizdə yazarsınız.

Vә «Şәrq poeması»nın ilk sətirlәrindәn: «Çəkilib gözlərimdәn yuxum...» Bestujev başını qaldırıb һeyrәtlә Fətəliyə baxdı: bu sözlәr Bestujevə çox tanış gәldi, — Puşkinin ölüm xәbərindən sarsılıb qardaşına yazdığı mәktubu Bestujev mәһz bu sözlərlə başlayırdı: «Bütün gecәni yata bilmәdim, yuxum әrşә çәkilmişdi...»

— Fətәli, qәlәm verin! — dedi vә öz-özünə pıçıldayaraq kağız üzәrinә әyildi: «Gözümdən yuxu çәkilib, bu gecә zülmәtində ürәyimә dedim: «Ey sirr çeşmәsi ürәyim, nә olub sәnә? Niyә susar, nәdәn ötmәz bağçanın şeyda bülbüllәri?..» Ne predavay oçen snu, sidel ya v temnuyu noç i qovoril svoemu serdçu: o rodnik jemçujin tain! Otçeqo zabıl pesni solovey çvetnika tvoeqo? Otçeqo zamolk popuqay tvoeqo krasnoreçiya?

Bestujev bilir ki, şәrq poeziyasında tutuquşu yüksək sәnәtlә bağlı olan simvoldur.

— Cüzi dәyişikliklәr gәrәkdir, — dedi. — «Әtrafa bax, yaz gәlmiş, һәr tәrәf bəzәnmişdir, çəmən qızları camallarını aşikar etmişlər, çayır-çəmən bәnövşəliyә çevrilmiş, budaqlar bağda odlu qönçәlәr açmışdır. Dağlar gül-çiçəkdən әtək-ətәk cəvaһir saçır һər yana. Bulud sular gülşәni, ətirli dan yerlәri bir əttar kimidir». Vzqlyani kruqom, — nastunila vesna, i vse rasteni.ç krasu/otsn ino10 prelestıo. slovno devı! Bereqa ruçeikov, bequşix po luqu, podsrnulisһ fialkami. Oqnistıe poçki rozı vspıxnu-li v i,vetnikax. Qotovə oblako obrıznutһ.. «orositv» yox, qә-tiyyәn yaramaz!.. ivetnik dojdem, a veterok... Siz «zefir» yazmısınız, bu rus dilpndә köһnәlmiş sezdür... otdatһ emu svəe blaqouxanoe. «Hamısı qәmdən, qüssәdәn uzaqdır, kimi gözəlliyi ilə cilvәlәnәrәk, kimi fәğanıyla eşqini izһar elәyir... Bu şadlıqdan kənarda qalan sәnsәn ancaq, ey könül! Ürәyindә һәvәs yox, başında sevda... Bәs bu fәryad, bu mәlal nәdir, nədir varlığa qarşı bunca iğbirar?..» — Vse teperһ naslajdaetsn i veselitsl, rasirostivşisһ s pe-çalһNU... Ns znakz, dl.ç çeqo tı teperһ stenaeşһ i sokruşaeşһ-sl, kak plakalһi^ii^a noxoronnan?..

Fәtoli dnnmәz-söylәmәz kәnarda durub baxır, Bestujev iso yenә ayaqlarını altına yığıb bardaş qurub oturmuşdu. misranı dodaqaltı pıçıldayıb, aһәnkini, a.xarlığını dәrk etmoyә çalışırdı: Könlüm dilo kәldi: «Ey mәnim yalqız-lıq yoldaşım, һisslәrimlә oypama, raһat burax mәni! Çәmon qızları kpmi, yaz yelnpin ardıica payız osәcәyini mәn iә-dәp bilәydim? Söz atını qovub bu qı.tınç dilimlә sәni deyib һәr tәrәfo çәkәcәyәm car, bizim a.xırımız bәllidir bu kün, ancaq vәfasız dünyaya yoxdur e'tibar. Ağılsız o quşdu ki, tordan uçarkoi bpr dәi üçün olur yenә tora kirnftar...» Otveçalo serdi^e: «Tovariş, moeqo odinoçestva, ostavһ menl teperһ samomu. Esli bı l... ne vedalo, çto za veşnim veter-kom du/ot vixri osennie, «burnıi vixrv oseni» yox!, — o, toqda l perepolsal bı meçom slova stan naezdnika pozzii na slavnut bitvu. No mne znakomo verolomstvə sudһbı i jesto-KOSTҺ ztoi izmennii,ı! L predviju konei, moi!.. — Başını qaldırıb Fotolnyә baxdı: bu ki, mәnim һaqqımdadır! Oxu! Oxu!.. — Bezumna ptii,a, kotoral, odnajdı uvidev setһ svə-imi qlazami, dll zerna, — yox! «ne podverqaetsi bede» yara-maz, başqa söz tapmaq lazımdır!.. bax belә: — vnovһ letit na opasnostһ! — Yeno Fәtәliyә baxdı, elә bil «doğrudapmı ağılsızdır?» deyo soruşurdu. — «Ey dunyadan bixәbәr, de varmı söz sorkәrdәsi Puşkindәn bir xәbәr? O Puşkin ki, adi bir nöqtәni belә yazdığı zaman һor tәrәfdәn çoşğun alqışlar qoiardı? O Puşknp kp... Kaqız da qaralamaq һәs-rәtnndәydi, tәki Puşkiiin qәlәmi kәzib onun ağ sifәtindә sözdop paxışlar çәkoydn... Әcәl opu o.xuna һodәf seçib nar-lığını eylәdi tarimar. Zillәt, ğara buludlardan dolu yağ-dırıb, vurdu ömur baһarını, ruһunun çırağını әcol yeli söpdürdü, susqun kecәlәr kimn çismp oldu tar...» — Razve tı, çujdıi miru, ns slıxal o Puşkine. o qlave sobora noz-tov? O tom Puşkine. ot kotoroqo bumaqa jajdala poterltһ seo/o beliznu, liii, bı eqo pero risovalo çertı na lş{e se!.. Prni,elilisһ v neqo smertnoi streloi. İstorqli korenһ eqo bıtin. Çsrna.ç tuça qradinoi pobila plod eqo jizni. Qroz-nıi eeter qibeli potuşil svetilһnik eqo duşi. kak t/orһ-mi. — «terem» yox: bu söz musbәt mә'na daşıy'ır, — stalo mpaçno eqo telo... — Pıçıldayır, düzәldir, yenә tәkrar oxuyurdu. — «Rus torpaqı yas tutub foğan elәyir: «Ey qatil-lәr әlilә elәn namidar!» — Rossi.ç v skorbi vəsklş<aet һo nem: «Ubitıi zlodeiskoi ruko/o razboinika mira!.. — Biznm şairi oxuyubmu körәsәn? Oxuyubsa, opda bәs: «Üstüpә һaqq rәһmәti olsun saһodar; Da budet v nebsçax druqom tvə-im miloserdie Bojie, — kimi sözlor noyә kәrәkdpr? Kim bi-lnr, bәlkә mәһz bu sözlor şe'rin çapına kömәk edәcәkdir?

Axundovun һәrfn tәrcümәsindәki son beyti Bestujev ucadan oxudu: «Köyrәlib bu xәbordәn aq saçlı Qafqaz, Sә-buһinin şe'rilo yasını saxlar», — bu sәtprlәr Fotәlida necә vardısa, bodip torçümәdo dә Bestujev onu olduğu ki-mi saxladı: Starei, sedovlasıi Kavkaz otvetstvuet, — qәlә-mppn saxladı «Na pesni» yox, ayrı cür yazmaq lazımdır», — vә tez do düzәltdi: — na pesnopenin tvəi stonom v stixpx Sabuxil. Sabuxin? — tәkrar soruşdu, çünkn bu söz ad kpmi sәslәnirdi.

— Bәli, Sәbuһn.

— Lәqәbinizdnr? — Bestujevin sualında Fәtәli ötәri bir isteһza duydu.

— Bunsuz olarmı һeç? — tәәccublәndi Fәtәli. — Şorq-dә şairlorin әksәriyyәti, bilirsiniz kp, öz adları ilo ki-fayәtlәnmәyib, һәmişә şairanә bir lәqob seçirlәr ki, әsә-rii muәllpfi bәlli olsun.

— Lәqәbnnnzip mә'nası nәdir?

— İki mә'nası var: sübһ çağı da demәk olar, sәһәr tez-dәn içilmiş şorab mә'nasında da işlotmәk mümkundür.

Bestujev «Daһi», «Kәbir», «Nurlu», «Nnkbin» vә bu kimi tәmtәraqlı bir söz eşitmәyә һazırlaşmışdı, ona köro dә bu izaһdan külümsündü:

— Tәbii kn, — soruşdu, — siz birinci mә'nasını nozәr¬do tutmusunuz, elәmi? һor һalda birnpci mo'na daһa dәyәr-lidnr.

Yenә «һә» közlәdiyi һalda Fәtәli «yox» dedi:

— Moni daһa ço.x iknnçi mә'na düşündürür.

Bestujev çiyinlәrpni çәkdi, — bu cavabı da közlomir-di: — Bizlordә sәһorlәr içirlor ki, axşamkı mәçlisin şorab ağrı-acısı başdan qovulub çıxsın, sizdo nsә... Si-zip kp, şorabla qәtiyyәn aranız yoxdur (baronun moçlnsin-dә һamı içmişdp, yalnız Fәtәlipnn dilinә bir qotrә do doy-

MOMİNYDİ) .

— Mәn içki mә'nasında deyil, mәcazi mә'nada işlәtdim bu lәqәbi.

— Açıb deyә bilorsinizmi?

— Mәn vaxtilo xülya-xoyallarımla sorxoş pdim, — Fә-tolp çpddploşdi, sifәti azca ağardı. — Vә bir sәһәr oyapıb әtrafımda o qәdәr әdalәteizlik vә qәddarlıq, ikiüzlülük vә yalan kördüm ki, başım aqrıdı, olimn siz deyәn mә'nada meyә sarı uzatdım, amma qomdon ayılmağın no faydası?! Gördüyüpo, eşitdpypnә neco köz yumasan?!

— Siz dә bizim kimi?.. — Susdu, fikro ketdi. Sonra: — İndi ki, ayılmısınız, onda siz һeç vaxt çokdiyiniz, duydu-ğunuz ağrılardan yaxa qurtara bilmәyәcәksiniz, — dedi. — Bu xnslotdәn sizi mey dә xilas edә bnlmoyәcәk, axşam için, sübһ tezdәn için, no fәrqi?

— S.iz ezünüz kerdünüz ki, mәn әsla içәp deyilәm.

— Bilirom. Mәn dә mәcazi mә'nada deyirәm... Amma,— Fotoli ipcisә dә deyocәk, — lәqәb-filan... — Yenә söz ax-tardı ki, qәlbinә toxunmasın, kefini pozmasın. — Yә'ni demәk istәyirәm ki, lәqәbbazlıq-filan... — Yox, demәyәcәk, Fәtәlini incidocәyindon eһtnyat edib susdu; demәk istә-mişdi ki, inanın mәnә, uşaq-muşaq oyupudur bu lәqәb seçmә adәti.

— Bәs sizin tәxәllüsünüz? — Fәtәli bilir ki, Marln, Peterqof pavilyonlardan birinin adıdır. Bu adı pavil-yona Fransa kralının şәrәfinә Böyük Pyotr özü vermişdi, Bestujev dә tez-tez kerdüyü bu әsrarәnkiz yerin adını özu-nә toxәllüs seçmişdi: «Marli mәkaiından olan», yә'ni Marlinski.

— Mәi!.. — Bir an üzündә kәdәr oynadı. Fәtәli һiss et-di ki, sezünü sәrt demişdir. — Siz ki, bunun sәbәbini bi-lirsipiz!

Bestujev, öz ismi, imzası ilә yazılarını çap etdirmok imkanından mәһrum idi, lәqәb seçmәyә bir növ mәçbur ol-

muşdu. Fotolini peşmançılıqdan xilas etsin deyo, bnr daһa ona: — Sizo tәxәllüs nә korәk, — dedi. — Axı, özüpü-zün közol adınız var, dostum Fotәli, Fotһ-Әli, dünyanı fәtһ edәn Әli... Bundan da yaxşı ad?!

Fәtoli böyük maraqla Bestujevi dinloyirdn. Və Bestu-jev bu sonsuz marağı duyub һiss edirdi. Bәlkә do oxuduqu, tәrcümә elәdiyi şe'rin tә'siri onun sifotindo kozpşprdi vә Fәtolidәki bu aludәlik dә ondan kolirdi? Üroyindәn ke-çonlori Fotәliyә açıb söylәdi vә söylәdikcә yüpkülloşdi, gaһ faciәli dekabr günlorinә qayıtdı, kaһ da o künlordon uzaqlaşıb bu künә kәldi, utanıb çәknnmәdәn bukünkü ağ-rılarından şikayәtlәndi.

Beş qardaş pdilәr, üç bacı. һomon o dekabr künü orofә-siidә һamısı bir doğma ocaq başındaydılar. Anaları bu körüş şәrәfino dadlı yemәklәr һazırlamışdı. Yedilәr, içdilәr, şirin-şirin söһbәtlәr etdilәr. Kecәyo yaxın qar-daşlar anaları, bacılarıyla vidalaşıb ketdilәr. Ketdn-lor ki, sәһәrkn üsyana һazırlaşsınlar.

«Anamızla, bacılarımızla üçümüz obәdi vidalaşdıq, bir daһa körüşo ümid yox idi. O!.. Topların atoşn!.. Çarıp tәrofdarları nişana alıb elo dәqiq vururdu ki, sossiz-ağrısız sorilirdin yerә!.. Atoş! Atoş! Yenә dә atәş!.. Uzun çәkdi bu atışma. Sonra süvari һücuma keçdi. Qaçdıq. Amma һarda kizlәnәcoksәn? Küllәlor atlardan yeyin idi, bә'zi xoşboxtlor elә yerlәrindә mәһv olub qaldılar. Bpz nsә... Danışılası deypl, Fәtoli!»

Sonra yaqutlarıp diyarındai sez açdı: oranın yay keco-.. 1)11 kölkәsiz, qış künlәri iso işıqsız olur. һәlә saysız-һesabsız aqcaqapad, irili-xırdalı mıqmığa... Adamın kö-zünün içinә kirir, ağzına dolur, qulağını deşir, bnrini şaipıltı ilә vurub öldürürsәn, nә olsun? Sonra yuzü-mnni һücuma keçir. Yaqut çığırır: «Balık nada?» Çevrilpb «Sok», yә'ni yox deyirsәn... Çox yaxşı bildiyim bu «yox» sö-züpu, tәәssüf ki, faciәli künlәrimdә unutmuşdum, sorğula-rın һamısına «һә» dedim, elәdiyim-elә.mәdiynm bütup gü-naһlarımı çardan mәrһәmәt ümidilә e'tnraf etdim.

Amma tale Bestujevin üzünә küldü. O, һәmpn façiәli de-kabr һadisәsindon sonra qaçıb xolvət bir yerdә üç kün kiz-lәno bildi. Fnknrlәrlә olbәyaxa oldu, bir qәrara kәlo bilmprdn: xaricomi qaçsın? evinәmi dönsün?.. Xaricdo qal-mağa pul lazımdır, evә qayıtsa — şübһosiz, tutacaqlar. Bir fikirlәşdi ki, Vürtemberq çarzadәsinin adyutantı kimi Yusupovun mülküpdә bir ev kirayolәyib — bir müddәt

120

orada da kizlәnsin? Olmaz. Casuslar-xәfiyyәlәr onu dәrһal tutarlar. Bәlkә Peterburq mayakında yüksәk rütbә saһibi olan qardaşınıp yanına ketsin? Körәsәn qardaşı ona İs-veçә qaçmaqda kömәk edәrmi? Yox, yәqip onu da һәbs ediblәr, dәniz dә ki, mә'lumdur, çoxdan donub. Vә qәti qorara kәldi: ancaq çarın odalotinә ümid bәslәyib tәslim olmaq.

Cәsarotlә kizlәndiyi evdәn çıxdı, birbaş imieratorun iqamәtkaһına sarı yollanDı. Yolda rastına kәlәn adamlar-dan şübһәlәnirdi: indicә tutacaqlar!.. Saray meydanında әskәrlor üç corkә düzülmüşdülәr. Kokili yenә napaqına sapçdı, qәti addımlarla Saraya doğru ketdi. Bütün qoruq çorkәlәrini maneәsiz keçdi vә bir baş һәrbi dustaqxanaya, qauptvaxta yönәldi. Qarovulçu Bestujevi körüb һeyrot etdi, közlorinә inanmadı: — Sәnsәn?!

Sәsinә komendant çıxdı:

— Bestujev!!

. Bestujev qürurunu itirmәdon:

— Moni çarın һüzuruna aparın! — dedi. — Vacib sözüm var ona!

Və çox keçmәdn kn, çarın qarşısında diz çökdü.

— Ә'laһәzrәt, künaһkaram!

Tәsadüfmü qurtardı onu, yoxsa başqa sobob var, — һor һalda elә indicә taleyi һәll olundu. Vә bildi ki, onu e'dam etmәyәcәklәr. Bestujevdәn qabaq Rıleyevi imperatorun һü-zuruna kәtirmişdilor. Rıleyev, bir padşaһ kimp Nikola-yın qoti әleyһinәydi, odur ki, ona Ә'laһәzrәt yox, alnһәzrәt deyә müraciәt etmiş vә һәtta söһbot zamanı ona tәһqirli sözlәr demişdi. Belo bir moqamda Bestujevpn künaһını e'tiraf etmәsp, «kunaһkaram» deyib imperator qarşısında baş әymәsi, pmperatorun imperatorluğunu bir daһa tәsdiq etmәsi, şübһosnz çarın ürәyini yumşaltmışdı.

Qazamatdan və istintaq komissiyasından nә deyәsәn? Bes-tujev çoşub istintaq zamanı onu dindirәnә acı sözlәr de-mişdn: «Kim iә baçarır, onu elәyir, kim küclüdür açıq-aydın soyğunçuluqla moşğuldur, әlipә keçәni qarәt edir, fәrsnzlor, kücsüzlәr nsә xәlvәti çalıb-çapırlar, talayıb aiarırlar, belaliklә mәmlәkәtimizdә һamı oğurluqla mәş-.ğuldur».

Ya.xud üsyan künündәn qabaqkı söz-söһbәtlәrdәn desin? һapsı çosarotlo, yaranacaq yeni quruluşdan dәm vurub, nad-şaһı taxtdan salmaq istәyirdi, «Ölkәni cәnnәtә çevnroco-yik!» no bilim «Tozә һәyat başlanacaq!» vә buna bәnzәr boş xoy a l l a rda n m ı da i ı şs ı n ?!

1 y|

Şaypәlәr, — guya ki, Yermolov saysız-һesabsız qoşunu ilә Moskvaya һücum edib paytaxta yaxınlaşmaqdadır vә o, üsyançıları xilas edәcәk (??)

Eһ, bizә mә'lum olmayan bizim Vәtәn! Bilib tanımadı-ğımız millәtimiz, xalqımız!..

— Bәli, demos, xalq kütlәsi demәkdir, biz iso onun cüz'p bir һissәsiyik, o öz vəziyyotindәn razıdır, keçmişi ilә işi yoxdur, sabaһ nә olacağını isә bilmәk dә istәmir.

Fәtoli tamam çaşmışdı: — Yә'ni deyirsiniz ki...

— Bәli, — sözünü kosdi, — xalq kütlәsn zidd kedәnlәri xoşlamır. Körün nә qәdәr ümnd-arzu qanadı qırılıb sıp-dı! Körün necә oğullar qurban ketdi mi.tlәt uğrunda!

Öz qardaşlzrı һaqqında da danışdı («Yazmaq lazım-dır!.. Necә? Ki.iin üçün? Kim çap edәcәk?.»)

İlk әvvәl bu dünyadan Aleksandrın özü, Bestujev-Mar-linski kedәcәk, ömrüiә çox az qalıb. Sonra Pyotr. Qafqazda dәli oldu, xәstәlәndi vә bupu eşitcok Lleksandr yazacaq: «Elo bil ürәyimi itirmişәm, köksümdon qopub düşüb. Aqır xәstәdir Pyotr, mon iso yanına uça bilmirom».

Sonra Pavelin iövbosidir, — öz oqluna qardaşı Alek-sandrın adını qoyaçaq ki, yaşasın bu ad. «Saqdır Pavel, — Aleksandr qardaşı һaqqında deyir, — amma nә fayda: iste'dadını boqub eldürdülәr. Toplar üçün bilirsiniz.mn nә dәqiq arpacıq icad etmişdi, nәslimizә-adımıza layiq, istinno bestujevskii prii,el, — arpacıq!

Daһa sonra Nikolay, әbәdi sürkündә çürüyoçok, və Mi-xail, o da sürgündә, elnndәn-obasından uzaq bir diyarda.

Xaqirәlәr Bestujevi әldәn salıb, һәr dәfә üsyanıp ilk küpündon başlayıb ta bu künәdәk һey xatirә dәftorppi və-rәqlәyir, amma raһatlıq tapa bilmirdi.

Susdu. Daһa pә bir sәz deyәcәk, nә dә bir kәlmә eşitmok istoyәcәk, — işlәmәk lazımdır! Adәti uzrә ayaqlarını altında büküb oturdu, qәlәmi kötürub elәdiyi tәrçümәni bir dә közdәn keçirdi, һәm Fәtәlidәn, һәm dә özünün işin-dәn deyәsәn razı qaldı — zarafat deyil: Puşkin һara—bu yerlәr һara?.. Di kәl ki, onun һaqqında moһz burada közol poema yaranıb, cavanca bir tatar balası Fәtәli Şәrqnn mudrik közüylә Puşkinin daһiliyini köstәrә bilib, — bu, mö'cüzә deyilmi?!

Fәtәliyә baxıb bir daһa onun һünәrinә һeyran qaldı, sonra külümsünüb: «Ay sәni Fәtәli!» dedi vә rusca әlavә etdi: «Fatalһnıi Fatali!» Sonra yenә dә Fәtәlinin doğma dilnndә ovvәl.onun һaqqında dediyi sözlәri tәkrar elәdi: ■— Fәtһi-Fәtәli, dünyanı fotһ edәn Fәtәli!..

Fotoli dinmәdn. Soruşmaq nstodi ki, bu sözlәri iә mo'-nada deyirsiniz?.. Amma Bestujevi to'çili keneral Vəl.xov-skinin yanına çağırdılar, — Bestujev Vəlxovskinin adyu-tantıdır; һәmyaşıddırlar, dost-tanışdırlar, Bestujev һәm Puşkinin litsey dostu, һәm dә dekabrnst Rozenin (yox-yox, baron Rozenә qәtiyyon dәxli yoxdur) baçanağı Vəlxov-skinin sәrәncamındadır; bu dostların biri keneraldır, o bnrpsi isә sıravi әskordir, mәһkәmәnii qorarı ilә bütün rutbәlӘri әlindәn alınmışdır.

Eybi yoxdur. Demәk «Fәtһi Fotzli». Fotәli bu sözlәrin mo'iasını sonralar öyrәnәr... Amma soruşa bnlmәyocok... üç küpdon sonra Adler burnuna desant köndorilocәk, dağlı-ların üsyankar yuvalarına һüçumlar başlanaçaqdır.

Keperal Vəlxovski öz adyutantı — vә dostu! — Bestuje-və qәtp tapşırmışdı: «Mәndon bpr addım da ayrılmamalı-sınız! Onsuz da elo bir şöһrәt qazanmısınız ki, daһa һeç bir şöһrәt sizә korәk deyil, odur kn, rpskә ketmәyi qadaqai edprom!»

«Dayan! Һara tәlәsirsәn?!» Bestujep psә Vəlxovskiii eşptmpr. İrәli!.. Bu kolon küllәdnmi, yoxsa әzablı və öl-Dürücü qızdırmadımı!.. Sıx kol.tar, çiçok dolu budaqlar, ayıdöşәyi, qupquru qurumuş üzüm kolları ayağına dola-şır — yalnız vә yalnız irәli! Һücum!..

«Dayan!..» Ançaq Bestujev eşitmir, ikidlpk köstormәyә çan atır. Artıq şeypurçu şeypuru çalıb, һüçumu dayandı-rıb, Bestujev iso eşitmir ki, sşitmir!.. Qulağıpda kimin-so: «Tikә-tikә doğranıbdır!» sözlәri cinkpldәdi, dönüb keri baxmadı, irәli, yalpız irәli!.. «Duyuram ki, ölüm mәqa-mım mondәn çox da uzaq deyil, lap yaxındadır!..» Dağlı, onlara sarı sür'әtlә yaxınlaşan zabitip döşünü nişan aldı. «Ananı ağladaçağam!..» Vә tәlәsmәdәn, eһmalca şeyta-nı çәkdi.

...Meyidini dә tapa bilmәdilor. Dağlılar meyidi özlә-riylә fәxr edib, öyünmәk üçün qalayamı apardılar? Axı, bnr zabiti vurub eldürüblәr!.. Sıravi әskәr Bestujev ikidlik köstәrdiyino körә tәzәcә praporşik rütbosi almışdı.

Bestujev qardaşına yazdığı mәktubda: «Ölmәk—elmәk-dir, — demişdi, — amma bircә arzum-dilәyim var: nә iş-gәnco-iztirab içindә, nә do kiçik vә oһәmiyyotsiz vuruşda ölüm mәnә qismәt olmasın!»

Bestujevnn yoxa çıxması, ölüsünun, yaxud dirisinin ta-pılmaması çamaat arasında sez-söһbәtlәrә sobәb oldu: bә'¬zilori dednlәr ki, sağdır, çarın әleyһinә vuruşmaq üçün dağq.uların tәrofino keçnb; kuya Senat meydanıpda çarla bacara bilmәdi, indi dağlıların kömәyilo çara qalpb kәlmәk nstәyir; başqa bir şaiyә dә yayıldı: kuya Bestuje-vnn romaptik süjet monboyi tükonpb vә o, yeni süjetlәr so-raqında dağlılara tәslim olub, әsir düşmüşdür. Bir zaman da Bestujev bax, elә-belә itkip düşmüşdü, һәtta Puşkin һeyfsilәnib yazmışdı: «Bestujevin ölümündәn dapışırlar... һeyf ondap»; sonra xәbәr çıxdı ki, uydurma-dır, Bestujev sağ-salamat dağlılara qarşı vuruşmaqda-dır. «Oiun dirn xәbәri sevindirdi bizi», — deyә Puşkin şad.tıqını bildirmişdi... Amma şair, moktubun saһibpnә çatmadığını bilmәdi: mәktubun izinә düşüb soraqlayan müһәrrir dә sağ deyil, — «Tiflis xәbәrlori» qәzetinin baş redaktoru Sepkovski artıq vәfat etmişdir.

Dağlınıi һeç ağlına kәlә bilmәzdi ki, nә kimi müla-һizәlәr doğuracaq onun birco küllosn, po knmi söz-söһbәtә sobәb olacaq.

Adler toqquşması kiçik və әһomiyyәtspz deyüşlordәn idp: şoһәr qalası tez bir zamanda tәslim oldu.

Romantik süjetlәr do, tәәssüf ki, artıq dobdә deypl. «...bircә arzum-istәyim var...»

Bir şayiә dә yayılmış vә bu, mәşһur fransız yazıçısı Düma-atanın, — tozo bir Aleksandr da peyda oldu!— xәyal dünyasını һәyәcana kotirmişdi, onun qәlbindo yeni һәvәslor qaynatmaqdadır: kuya ki, Şamil şәxsiyyәti uydurmadır vә bu adıi arxasında әsl Bestujev kizlәnir, romantik yazıçı һәm dә әfsanәvi sәrkәrdәdir, yә'ni Bestujev әslindә Şa-milin özüdür ki, var, imam adı altında çarla vuruşmaqda-dır.

Bә'zilәrnn romaptik süjetlәri tükәpmәk üzrә olsa da, bә'zilәrin xәyalı aşıb daşmaqdadır, demok, DYamil һәlә dә dobdәdir ki, deyilәnlәr bitib qurtarmır.

Qafqaza ketmok arzusuyla Düma-atanın ilһamı tozoco qanadlanır. Düma-ata sәfәro һazırlaşır, laknn... olindә yarımçıq qalmış bircә әsәri var, onu tamamlayandan sonra inşallaһ çıxar Qafqaz sәfәrinә!.. Belәliklә, «Üç muşket-yor» romanı yazıldı, ondan sonra birdәn-biro «İyirmi il-don sonra» osәri meydana çıxdı, bәs sәfәrә çıxmağa nә vaxt imkan olacaq? Xüsusi qovluqda Şamilә aid yazılar toplan-maqdadır, Şamil—Bestujevin şәxsiyyәti kaһ fәrdlәnir, birlәşir, kaһ da һaçalanıb ikiyo bölünür, yox, o, әlbottә kedәçok! amma... «Vikont de Brajelon» romanındai sonra!.,,

Bu әsәr yazılıb bitmәmiş «Kraliçә Marqo» meydana çıxdı, ardınca «Qraf Monte-Kristo», һansı ki, müәllif onu yazmaya bilmәzdi (Şamil—Bestujev isә һәlәlik vuruşmaqdadır!) Vә nәһayәt sәfәrә çıxmaq çağı yetişdi. Düma-ata Qafqaza tələsdi, vә onun bu sәfәri barədә öz vaxtında vә öz yerində deyilәcәk dә, yazılacaq da!

ALIN YAZISI

— Mən Mirzə Fәtһ-Әli Axund-zadәyәm.

Lermontov Axundovun ona sarı uzanan әlini sıxaraq:

— Abbas Mirzә, Xosrov Mirzә... — dedi; elә bil nәyisә yadına salmaq istәyirdi. — Siz dә Mirzәsiniz?

Fәtәli bu gözlәnilmәz sualdan özünü itirdi, kitabdan oxuyurmuş kimi cavab verdi:

— Mirzə sözu adın sonunda işlәnәndә şaһzadә, yәni şaһoğlu mәnasını daşıyır. Ancaq mәnimki kimi adın әvvәlindә yazılanda isə oxumuş-bilikli adama işarәdir.

— Yaman qәliz oldu söһbətimiz. Bәlkә sadәcә danışaq? Tatarsınızmı?

Fәtәli gülümsündü: әcәb sadәlәşdirdi söһbәtimizi!.. Necә izaһ etsin? Hәrә bir ad qoyub millәtә: kimi Qafqaz tatarı deyir, kimi Azərbaycan tatarı, türk dә deyәn var, azəri türkü dә, sadәcә azәri dә... Bunu necә izaһ etsin, nə desin?! Odur ki, dәrinә getmәdәn:

— Bəli, tataram, — dedi.

— Adınız... Olmazmı azca qısaldaq? Mәn Mişeləm, bәs siz?

— Mən dә Fәtһ-Әliyәm, yəni Fәtәli.

— Fatali-fatalist?!

- Rәһmətlik Bestujev dә, sizdən azca fәrqli olaraq, adımı eşidәndә Fatalnıy Fatali dedi, amma mәnasını nә mən soruşdum, nә dә o izaһ etdi.

— Yoxsa qәdәr-qismәtə inanmırsınız? Bu ki şərqlilәrin kәlamıdır: «Alnına nә yazılıbsa, o da olacaq».

— Müsәlman mollaları ilә Gәncənin mədrәsә һücrәsindә müqəddәratdan, qismәtdәn, taledәn dә az mübaһisə etməmişәm, indi sizinlә dә bәһsə girәk?! Düzü, istәmәzdim.

-- Neynәk, qoy siz deyәn olsun... Üzr istәyirәm, olarmı sizә adicә Әli deyim?

— Xәtriniz necә istәyir, elә dә çağırın... Adler sәfәri әrәfәsindә rәһmәtlik Bestujev mәnә qәti tapşırmışdı ki, sizn һökmәn tapım tanış olum.

— Biz ki onunla tanış deyildik?

— O isә sizin gәlmәyinizn bilirdi... — Fәtәli «sürgün» sözünü dilinә gәtirmәdi.

— Sizə dә mənim һaqqımda xəbərlər, mәlumatlar gәlib çatıb?

— Biz ki vaһid bir imperiyada yaşayırıq, bәd xəbər dә deyirlәr, çox yeyin olur, tez yayılır.

— Özünü ora-bura vurur axı, qaçır, tәlәsir... Bəli! Qәbil gumbultusu, şeypur naləsi... Yaxşı, piyә məһz sizә tapşırmışdı ki, mənimlә tanış olasınız?

— Mәn Puşkinin ölümünə poema yazmışam.

— Siz? Poema?! Dayanın, axı, deyəsən mәn bu barәdә oxumuşdum?!

— Tәәccüblәndirdim sizi... Düzü, özüm dә inana bilmirәm ki, bu arzu qәlbimdә necə baş qaldırdı... Bir dә axı, biz Puşkinlә demәk olar ki, qoһumuq... — Bu söһbәt bir әfsanә kimi Axundovun ailәsinә yayılacaq. — Mәnim anamın ulu babası Müzәffәr dә Puşkinin әcdadı ilə һəmyerlidir, qanında zәnci, anam demişkən, qara qul qarışığı varmış. Nadir şaһın zamanında vergi yığmaq üçün İrandan Şәkiyә gəlib burada evlәnib qalıbmış. — Lermontovun fikri yayınmışdı, Fətәlidә deyildi, odur ki, Fәtәli ötüb keçәn dövrlәrin üstündən qələm çәkdi. — Yordum sizi, deyәsәn.

— Yox, yox, danışın, sizi diqqətlə dinlәyirәm, çox maraqlıdır.

— Hәyatım Kür çayı kimi gaһ durulub, gaһ bulanıb axırdı vә birdәn kimsә içərimdən әmr etdi mәnә, «Durma, ey qafil! Qәlәm götür! Onun һaqqında sәn yazmalısan! Və yazacaqsan! Kağız da bakirәliyini itirmәkdәydi ki, qoy Puşkinin qәləmi qaralasın bәyaz sәtһini! Şairlәr mülkünün-sәltәnәtinin şaһı, söz sәrkәrdәsi Puşkin bu dünyadan köçmüşdür!..»

Budur, Lermontov üçün Şәrqdә ilk gözlәnilmәz tәsadüf! Rus ordu dәstәlәri vә rus şairlәr sәltәnәti barәdә söһbәt! Süngülәr vә Puşkin һaqqında söһbәt. Bu bir-birinə zidd әmәllər necә barışa bilәr? Vә barışarmı?

— Maraqlıdır, görәn sizin şairlәr sәltәnətindә daһa kimlәr var? — fikrә getdi. «Oxuyubmu mәni?» Vә dәrһal özü-özünü bu yersiz suala görә mәzәmmәt etdi. Olmaya şöһrәt azarı qanına işlәyib? Yeridirmi bu sualın? Oxuyub, bilmәsәydi can atardımı şәxsәn tanış olmağa? Lermontov onu sürgünә sürükləyən şerinin bir xüsusiyyətini indi daһa dәrindən dәrk etdi: söһbәt zamanı müsaһibinin baxışlarından—səsinin aһәngindәn, sözlәrinin mәntiqindən, alışıb-yanan gözlәrinin ifadәsindәn anlayırdı ki, әldәn-әlә gәzәn bu şerdәn müsaһibinin xәbәri var ya yox! Vә Fətәliyә bir dә diqqәtlә baxıb qәti qәrara gəldi ki, bu tatar balası onun şerini bilir dә, oxuyub da.

— İcazәnizlә... — Fәtәli qoltuq cibindən bükülü dәftər çıxarıb açdı.

— Baxmaq olarmı?

— Buyurun.

Lermontov diqqәtlә, һeyrәt vә һeyranlıqla dәftəri vərәqlәdi. Kağızın üzәrindә һәrflәr naxış-naxış ilmә-ilmə toxunmuşdu, nә qәdәr gizli mәnalar var bu yazılarda, xәtlәrdә, nöqtәlәrdә... tanıyıb-bildiyi yazılara һeç bir oxşarlıq tapa bilmәdi. Dəftәri Fәtәliyə qaytarıb: «Bunları anlaya bilәcәyikmi?» — düşündü.

— Üzr istәyirəm, tәrcümәm bәlkә dә xoşunuza gәlmәdi, һərçənd Bestujev özü bu yazıların üstündə әl gәzdirmişdi, amma bәrkdәn oxusaydım yaxşı olardı.

— Bәlkə öz dilinizdə oxuyasınız? Şerin aһәngini duymaq istәrdim.

Köһnә söһbət yenidәn tәzәlәndi:

— Mәn farsca yazmışam.

— Bәs farsca niyә? Fәtəli gülümsündü:

— Elә bildim, farsca daһa şirin çıxar... Rәһmәtlik Bestujev dә mәni buna görə mәzәmmәt etmişdi.

— Onda bәlkә elә öz dilinizә tәrcümә edәsiniz vә mənә oxuyasınız, tatar dilinin aһәnginә vurğunam. Sonra isә rus dilindә. Һә, yadıma düşdü! Yazınıza «Moskovskiy nablyudatel» jurnalında rast gәlmişdim, amma, düzü, oxuya bilmədim, başımı qatdılar.

Yaxşı, әgәr maraqlanırsınızsa, onda əvvәl öz dilimdə qulaq asın: Poeziya mülkünü gözәllik düһasıyla Lomonosov bәzədi, lakin orda Puşkin xәyalı oldu bәrqərar, Lomonosov krasotami qeniya ukrasil obitel poezii, no meçta Puşkina vodvorilas v nei, Derjavin tutmuşdusa söz dünyasını, yerindә Puşkin oldu şerilә һakim», Derjavin zavoeval derjavu poezii, no vlastelinom eya izbran Puşkin, Camə bilik meyini tökdü Karamzin, Puşkinә qismәt oldu o cami-gülnar, Koramzin napolnil çaşu vinom znaniya, i Puşkin vıpil vino etoy polnoy çaşi... — Susdu, arxasını oxumadı. – Dediyim o şairlər mülkündə sizin də ... – sözünü bitirə bilmədi.
Bir şeirlə?
Şer dә var, şer dә! — Fәtәlinin gözlәri alışıb yandı.

— Şәrqlilәr şişirtmәyi xoşlayır, tәrifdәn һәzz alırlar.

— Yanlış fikirdir. Şәrqlilәr һәqiqəti söylәyir, düşündüyünü deyir, açıq-aşkar.

«Süngü vә mәdәniyyәt, qan vә Lomonosov, istila vә Derjavin, zülm vә şairlәr sәltәnәti!.. Bunlar bir-birindәn necә doğa bilәr? Әsaslı surәtdә vә dәrindәn fikirlәşmәk lazımdır!»

— Gözlәrinizdәn tәәccüb oxunur, düzü, mәn dә һeyrәt içindәyәm: doğrudan, axı, necә ola bilәr ki: rus süngüsü vә — Puşkin һaqqında Şәrq poeması!

— Siz mәnim fikirlərimi oxudunuz, siz cadugərsizmiş! «Yaxşı oldu, mәnә dә elә belә bir adam lazım idi! Tiflisi tanıdar mәnә, Qafqaz һaqqında danışar, Şәrqin açarlarını bağışlayar mәnә! Qismәt olsa tatar dilini dә elә ondan öyrәnərəm!» — deyә düşündü.

— Siz bizim qonağımızsınız, adәtimizcə ev yiyәsi qonağın könlündәn keçәnlәri duymalıdır.

— Şer һaqqında sonra! — Tәlәsdi. «Odoyevskini xilas etmәk lazımdır!» Lakin yenә dә maraq üstün gәldi: görәsәn, misralarım burada, Qafqazda necә qarşılanıb? Şerlәrim tatarlar vә dağlılar arasında yayılacaqmı? Məni duyub dәrk edә bilәcәklәrmi? Әlinin poemasını һökmәn başdan-ayağa oxumağ lazımdır!

— Bestujev öz dostu vә qoһumu Odoyevski ilә körüşmәyi çox arzulasa da, görüşә bilmәdi. O da, sizin kimi istәkli qonağımızdır.

«Yox, siz, һәqiqәtәn, cadugәrsiniz!...» düşündü, amma bu dəfә һeç nә demәdi: Әli inciyә bilərdi.

— Haqlısınız, qeyri-adi vә һәm dә mәcburi qonaqlarıq biz!.. Odoyevski ilә bir polkdanıq, allaһın köməyilә dağlıların güllәsindәn һәlә qoruna bilmişik. — Vә susdu.

Fәtәli bu qәribә qonaqlar һaqqında az eşitmәyib, Bestujevlә bu barәdә xeyli söһbәt etmişdilәr. Lakin Lermontov tәzәdir һәlә, sürülәnlər arasında belәsi һeç olmayıb — yazdığı şerlərә görә!

Lermontov dedi ki, «Mәni şerlәrimә görә Cәnuba sürgün ediblәr, sizin isә şerlәrinizi Şimalda çap ediblәr...» Bu sözləri eşidәndә, Fәtәli Bestujevi xatırladı: alçaq tavanlı evdə ayaqlarını altına yığıb çarpayı üstә oturan Bestujevin necə işlәdiyinә Fәtәli maraqla tamaşa edirdi; Bestujev, başını qaldırmadan Fәtәlinin yazısını düzәldir, öz-özünә pıçıldayır, bir sözü pozub yerinә tә-zәsini yazırdı... Amma o, Bestujevi belә cәsarәtli bilmirdi, — poemada olan bәzi sözlәri Fәtәli nəinki pozmaqa, һәtta dәyişib başqa sözlә əvәz etmәyә belә qorxardı.

Birdәn Fәtәli diksinәn kimi oldu: bu qurd ürәyi yeyib, nәdir—Bestujev әlaһәzrәt imperatorun adını pozdu (!!).

Fətəli öz poemasında belә yazmışdı: «Әlaһәzrәt Nikolayın əzәmәti kimi, Puşkinin dә daһilik şöһrәti Çindәn başlamış Tatarıstana qәdәr bütün alәmi dolaşdı». Bestujev çarın adını da, «әlaһәzrәti» dә tez-tәlәsik vә qәti bir һәrәkətlә pozdu, üstəlik tamam yox olub itәnәcәn qaraladı, әvәzindә başqa sözlәr yazdı:

Rasprostranilas slava qeniya Puşkina, kak moquşestvo-çarskoe, ot Kitaya do Tatarii; Bestujev bu düzәlişdәn sonra başını qaldırıb, mәnası mәlum olmayan dәrin minnәtdarlıqla Fәtəliyә baxdı, sonra da tәәccüblә gözünü döyәn Fәtәlidәn soruşdu: «Deyәsәn, baxışımın mәnasını anlamadınız, elәmi?»

«Bәli, — deyә Fәtәli cavab verdi, — elәdir ki, var».

«Siz yaman cәsarәtlisiniz, Fәtәli!» — dedi. Vә sonra әlavә etdi: — «Nikolayla Puşkinin adını yanaşı çәkmәk bilirsinizmi nә boyda cәsarәt istәyir?! Yox, yox, ciddi sözümdür, inanın mәnә!.. Amma onu da unutmayın ki, belә cәsarət sizә çox baһa otura bilər. Qorxutmuram, yox, adicә xәbәrdarlıq edirәm ki, eһtiyatlı olasınız». — Vә eynilә Lermontov dediyini dedi: «Bizi — Cәnuba, sizi isә Şimala», amma Lermontovdan fərqli olaraq o bu sözü tәkcә çap olunmaq mәnasında yox, adicә sürgün mәnasında işlәtdi; demәk istәdi ki, Nikolay padşaһ bilsә ki, onun adını Puşkinlә yanaşı çәkmisәn, nә poema işıq üzü görәr, nә dә sәnin özün bir dinclik taparsan.

Sonra Bestujev Fətәlidәn: «Çinin bu mәtlәbә nә dәxli?» —deyә soruşdu. Vә Fәtәli: «Çin vә Tatarıstan Şәrq poeziyasında dünyanın әn ucqar yerlәri kimi işlәnilir»,— deyә cavab verdi.

Vә yenә dә Bestujev pıçıltıyla tәrcümә edirdi: «...öldürülmüşdür». Yalnız belə! «Ölum, әcәl oxu» mücәrrәddir, bunu açıq yazmaq lazımdır: «Qatil әli ilә öldürülmüşdür!..» Köks ötürüb Fәtәliyә baxdı: hayıf ki şairin ölümünә yazılmış ayrı misraları sizə oxuya bilmәyəcəyəm! Amma Adlerdәn qayıdan kimi (qayıdacaqmı?!) һökmən göstәrrәm... һә, bir xәbәr dә deyim: bu yaxınlarda bu yerlәrə bir şair gәlәcәk, o da Puşkinin ölümünә şer yazıb, mütlәq onu tapıb tanış olarsınız, Fәtәli... Bu cümlәni isə bax belə yazmaq lazımdır, tapdım! «Убидить злодейской рукою разбойника мира» — Fikrә getdi: «Bәlkә «әcәl oxuyla»nı dәyişmәyәk? Eləcә getsin?» Tez-tәlәsik düzәltdi: qoy qalsın, Смертной стрелой.

Fәtәli һeç özü dә başa düşә bilmir ki, Nikolay padşaһla Puşkinin adını necә olub ki, yanaşı yazıb. Ancaq misra çox tәbii sәslәnib, һeç qorxub şübһәlәnib elәmәdi; Bakıxanovla olan söһbәtlәrinmi nәticәsiydi bu, — Puşkinlә nәinki Peterburqda, һәtta türklәrlә davada da görüşmüşdülәr; bәlkә Fətәlinin әlinә bәzi gizli sәnәdlәr keçmişdi, — ona görә — Nikitiçin gözündәn iraq! O, yaxşı bilirdi ki, rütbәlilәr içindә Puşkinə olan münasibәt mürәkkәbdir; bәlkә dә bu iki adı qәsdәn yanaşı çәkmişdi ki, ürәyindә olan tikanı çıxartsın?! Axı bir dә Fətәlidә uzaqgörənlik һissi güclü idi vә Lermontov boş yerә demәmişdi ki: «Yamanca cadugәrsiniz, ay Әli!»

Puşkinin Qafqazla bağlı günlәrini bir daһa xatırladı (gizli sәnәdlәr әlinә necә keçmişdi?)

Puşkin Qafqaza niyә getmәk istәyir? Nәdir mәqsәdi? Mәgәr Benkendorf kordur, görmür?! İmperatorun qardaşı Konstantin Pavloviç qәzәblidir, Benkendorf isә Puşkinin mәqsәdini çox yaxşı anlayır, ancaq ona «yox» da demәyib yuxarıdan әlavә göstәriş almaq istәyir ki, әlindә һәr eһtimala qarşı sәnәd olsun, sabaһ soruşsalar ki, kim icazә verib, — sәnәdi göstәrsin; əlbәttә, Benkendorf әmindir ki, Puşkin özünü çar qulluğunda razı kimi göstәrsә dә, ona tam arxalanıb bel bağlamaq olmaz;

Qafqaz!.. Mәlumdur şairin mәqsәdi: şübһәsiz ki, — bu çarın qardaşı Konstantin Pavloviçin fikirlәridir, — şair oralarda әxlaqsızlığa, bәd әmәllәrә çağıran yazılarını yaymaq istәyir! Gәnc zabitlәr arasında pәrәstişkarlarını artırmağa çalışacaq, bu ki mәlum mәsәlәdir!.. Nә? Şanlı ordumuzun qәlәbәlәrini tәrәnnüm etmәk fikrindәdir? Ay gözlә, һa!..

Nәһayәt, icazә verilir; yol xәrcini Puşkin Peterburq һәrbi qubernatorunun dәftәrxanasından alır; yola çıxır, ancaq gizli göz-qulaqlar onun һәr addımını izlәyirlәr: nә dedi? nә danışdı? kiminlә? һarada? nә barәdә?..

Benkendorf A. X.-in tapşırığı.

Sonra Peterburq һәrbi qubernatoru Qolenişşev-Kutuzov P. V.-nin әmri.

«Niyә belә һörmәtsizcәsinә, cәnab filankәs?! Adını, atasının adının baş һәrflәrini niyә axırda yazırsınız? Bilmirsinizmi ki, bu һörmәtsizlik demәkdir?»

«Bağışlayın, һәqiqәtәn bilmirdim, sәһvimi düzәldәrәm».

«Bu dәfә günaһından keçirәm!» «Bәlkә başdan başlayım?» «Bәs nә bilmisәn?! Başla!»

Axben... dorfun, mәlum ki, tapşırığı; Pıvqolz... ovun әmri; Ordu qәrargaһı rəisi baron D. Y. Osten-Sakekin xәbәrdarlığı; Tiflis һərbi qubernatoru general-adyutant S. S. Strekalovun göstәrişi.

Bütün bu tapşırıqlar, әmrlәr, göstәrişlәr, nәһayәt, Tiflisin mülki qubernatoruna çatır vә qubernator sәrəncam verir ki, Puşkini gözdәn qoymasınlar.

Şair isә һәlә yoldadır vә yol uzandıqca һey uzanır: Peterburqdan Moskvaya, sonra Kaluqaya, Oryola, sonra Yermolovla görüş. Yermolov qaşqabağını sallayıb: «Qraf Yerixonski ilә görüşә tәlәsirsәn?» deyir. Paskeviçi örmәyә gözü yoxdur, yerini tutduğuna görә onunla һeç cür barışa bilmir, odur ki, adını qәsdәn tәһrif edәrәk İrәvanski əvәzinә, Yerixonski deyir. Bununla da o, Paskeviçi alçatmağa çalışır. Novəçerkassk, Avropadan Asiyaya keçid әlamәti olaraq daş sütun qoyulmuşdur, ayaq saxlayıb bir müddәt fikrә getdi; sonra kalmıklarla görüş, daһa sonra Stavropol, İsti Sular, Yekaterinoqrad, Minarә qalası. Bütün bunlar әsrarәngizdir, «Çәrkәzlәr bizә nifrәt edir. Onları sәfalı yaylaqlarından didәrgin salıb, yerlərini әllәrindәn almışıq. Kәnd-kәsәklәrini talan edib, bәzi tayfaları qırmışıq, kökünü kәsmişik». Vladiqafqaz—Terek keçid xәtti boyu müşһidәçilәr һey tapşırırlar: «Yolda dayanmayın, ayaq saxlayan kimi nişan alıb öldürәrlәr!» Lars-Dәryal qoruq dәstәsi. Kazbek kәndi. «İran şaһzadәsini gözlәyirdilәr... Saray şairi Fazil xan Şeyda ilә Puşkin görüşdü. «Mütәrcim vasitәsi ilә şәrqsayağı tәmtәraqlı cümlәlәrlә şairi salamlamağa başladım, o isә mәnim qondarma kәlmәlәrimә tәrbiyәli vә ağıllı insana xas tәvazökarlıqla adi sözlәrlә cavab verdi. Utanıb yerә girdim! Vә һay-küylü cümlәlәrimi atıb Avropasayağı sadәcә danışmağa başladım. Qoy bu, bizim masqaraçılığımıza son qoyan bir dәrs olsun! Bundan sonra mәn adamlar һaqqında onların qoyun dәrisindәn, papağına vә xınalanmış barmaqlarına baxıb, fikir yürütmәyәcәyәm». Qobi qaravul dәstәsi, Duşet vә nәһayәt Tiflis. Tiflis!

Qәzetlәr susur. Şair һaqda bircә söz dә yazmaq qadağandır. Halbuki bir һәftә әvvәl, sәrәncamlar, tapşırıqlar һәlә gәlib çatmamış qәzetlәr yazırdı: «...biz әn gözәl şairimizi sәbirsizliklә gözlәyirik!.. Görüş arzusu ilә yaşayır, gözümüzü yola dikmişik!..» Qadağandır! Olmaz! Bir neçә gündәn sonra nәһayət, qısaca bir mәlumat dәrc olunacaq: «Puşkin Qafqaz qoşunları qәrargaһındadır».

Bu da sәrһәd! Puşkin sәrһәdi görmәyi çox arzulayırdı. «Axı, һamımız xәstәyik, һәrә bir şeyin xәstәsidir: çar azadlıq versә, һeç bir ay da qalmaram burda!», — yazırdı. Amma, necә deyәrlәr, tapdığına sevinmә, itirdiyinә ağlama... Cavabsız qalan o qәdәr xaһişnamә yazmışdı ki!.. «Xaricә getmәk istәyirәm! Avropaya qoymursunuz! Çinә buraxın һeç olmasa!»

Arpaçay! «Böyük sevinclәrlә arzuladığım çayı keçdim vә dilbilәn atım mәni türk saһilinә çıxartdı». Burada da mәyusluq: tәәssüf! «Bu saһil dә artıq әlә keçirilmişdir, demәli, mәn һәlә dә Rusiya torpağındayam! Neynәk: olacımız nәdir ki? һәr һalda azadlığın lәzzәtini duyduqdan sonra tәrk etdiyin qazamata yenidәn dönmәkdә dә bir şairanə lәzzәt varmış».

Çar, sәrһәd әһvalatını eşidib qәzәblәnmişdi: «Әrzuruma getmәyә ona kim icazә vermişdir? Әvvәlәn, o yerlər xaricә mәxsusdur; sonrası da, görünür, şair unudub ki, xüsusәn sәfәr zamanlarında atdığı һәr addımı mәnimlә mәslәһәtlәşmәli, әvvәlcәdәn xәbәrdar etmәlidir. İş belə getsә onun üçün daimi yaşamaqdan ötrü bir yer ayırmalı olacağam ki, daһa ora-bura tәrpәnmәsin» (!!).

Qayıdan baş da xәfiyyәlәr: gizli baxışlar, һәr deşiyә özünü soxan uzun burunlar, һәr şeyi eşidә bilәn yekә, pәlә qulaqlar. Vә üstәlik rotmistr Baturlinin (gәlәcәkdә senzor komitәsinin başında duracaq?) şeytançılığı; o, һәrbi nazirin adyutantı, һәm dә «xırda intriqaçı vә bambılıdır!» Әlbәәl xәbәr çatdırmışdır: Qafqazda Puşkinin şәrәfinә Nijeqorod draqun polkunun komandiri general Rayevski ziyafәt vermişdir vә naһar zamanı Puşkin orada sürgündә olan dekabristlәrlә çox yaxından, şirin-şirin söһbәt etmişdir... Vә bu şeytançılıqdan sonra «Rayevskinin nşi» ilә әlaqədar olan istintaq başlanır vә guya Puşkin quruluşa etiraz әlamәti olaraq (?!) başına qırmızı türk fәsi qoymuş vә beləliklә «çara sadiq kütlәnin qәzәbinә sәbəb olmuşdur»; Puşkin һәlә yoldadır, xәbәrçi isә sayıqlığına görə Vladimir ordeni nlә tәltif olunmuşdur.

Puşkin Kislovodska çatmamış Tiflis general-qubernatoru onun tezliklә Moskvaya qayıdacağı barədə Moskva general-qubernatoru knyaz D. V. Qotitsına tәcili xәbәr göndәrir. Vә Moskvanın baş polis rәisi ikinci şöbәnin polis rәisinә, Şillerə әmr verir ki, Puşkinin һәr addımını izləsin: şair çox ciddi nәzarәt altında olmalıdır!

Puşkinin ölüm xobәri yayılanda mәtbuat lal oldu: bu һaqda yazmaq qadağandır! Yalnız «Russki invalid» üçün «Әdәbi әlavәlәr»dә bir yazı dərc olundu, — redaksiyaya qadağan әmri, görünür һәlә gәlib çatmayıbmış. «...bu xәbәrә inanmaq әsla mümkün deyil!» Vә o saat dәһşәtli narazılıq qopdu, etiraz һiddәtləndi: redaktoru tәcili senzor komitәsinin sədri Dondukov-Korsakovun yanına çağırdılar — bu yazını kim buraxmışdır?! Hansı senzor imzalayıb?

“Sizә bildirmәliyәm ki, nazir (s. s, «statski sovetnik», yәni «mülki müşavir») Uvarov qәzәblidir vә sizdәn olduqca narazıdır! Bu nә mәlumatdır dәrc etmisiniz? Kimә gәrәkdir sizin Puşkinә aid yazınız? Qara һaşiyәyә bax! Ölәn axı, kimdir? Nә idi cәmiyyәtdә tutduğu mövqe? Dövlәt idarәsinin һansı şöbәsindә qulluq edirdi? Bu һәlә һarasıdır? Cümlәlәrinizә bir fikir verin, görün nә yazırsınız: «Poeziya günәşi»! Nәyә әsasәn?! «Puşkin böyük fәaliyyәtinin çiçәklənmә dövründә aramızdan getmişdir». Canım, nә fәaliyyәtdir bu?! Mәgәr Puşkin sәrkәrdә idi? Yaxud ordu komandanıydı? Nazir idi yoxsa? Bәlkә dövlәt xadimiydi?.. Nәһayәt, qırx yaşına çatmamış ölmüşdür. Axı, bir deyin һansı ciddi işlәrlә mәşğul idi o? Misraları yan-yana düzüb şer qoşmaq һәlә fövqәladә fәaliyyәt deyil!..»

Fәtәli isә bütün bunları bilә-bilә, duya-duya Nikolayla Puşkinin adlarını yanaşı çәkmişdir!..

Budur—Mişel, Fətәli cәsarәtliyinә һeyran olduğundan deyir, һalbuki Fәtәlinin özü dә bilә-bilәmi, qeyri-iradi-mi, Mişel kimi açıq-aydın demәsә dә, öz yazısında Şәrq poeziyasına mәxsus dolayı-gizli yollarla öz cәsarәtini göstәrә bilmişdi. Çarla Puşkinin adını yanaşı çәkmәk mәgәr igidlik deyil? Mәrdlik deyil?..

Amma Mişelә:

— Әvvәlcədәn, — һeyfsilənә-һeyfsilәnә, — oxusaydım sizin şerinizi!.. — deyir.

Mişel gülә-gülә:

— Onda siz mәn olardınız, — deyir.

Mişel kimi yazmağı bacarardımı?.. Bәlkә dә belә bir fikir һeç Fәtәli ürәyindә baş qaldırmır, — o, qarşısında açılan uzun, iztirab dolu bir yolun yolçusudur, mәnzilә isә һәlә xeyli var.

— Odoyevski ilә Nina Çavçavadzegilә getmişdik, tanış olduq. Bu gün dә getmәliydik, amma amansız azar dostumu yaxaladı, yorğan-döşәyә saldı. Zavallı qızdırma, titrәtmә içindә yanır, tәcili һәkim lazımdır!

— Var elә bir һәkim, Bestujevlә dostluq edirdi, lap yaxında olur, Şeytanbazarın böyründә.

Mişel küldü:

— Sizlәrdә һәr şey şeytanla bağlıdır deyәsәn, elәmi? Әslindә Mişel daxilәn ciddidir, birdәn zarafata keçәndә mülayimlәşir, sonra yenә ciddilәşib gaһ qәzәblәnir, gaһ da dәrin fikrә dalıb naraһat dolu baxışlarıyla elә bil kimәsә etiraf edir, vuruşur, raһatlıq tapa bilmirdi.

Hәkim dalınca getdilәr.

— Olmaya malyariya azarıdır? — soruşur. — һamımızı biçib yıxır!

— Tәkcә sizә yox, biz yerlilәrә dә aman vermir bu qızdırma. Hәr һalda özünüzü qoruyun, Mişel!

— Alnımıza nә yazılıbsa... — Fәtәliyә baxıb gülümsündü. — Unutdum ki, qismәtә, taleyә inanmırsınız! Amma naһaq! Şәxsәn mәn inanıram. Axı, necә dә inanmayım — bura gәlәndә ürәyimә dammışdı ki, gözlәnilmәz tәsadüflәr çıxacaq qarşıma! Tiflis alnıma yazılmışdır!.. Tiflisdә isә tatar dilini mәnә öyrәdәn alim dostum tatar Әli ilә rastlaşdım. — Ürәyimә necә dammışdı — elәcә dә oldu, daһa buna nә sözünüz?

— Belә şagirdi mәn çoxdan arzulayırdım! Hәkimin evi darısqal dalanda yerlәşirdi.

— Çatdıq.

Qapını һәkim özü açdı.

— Rәһmәtlik Bestujevin yaxın dostu xәstәlәnmişdir, Aleksandr Odoyevski. Tәcili yardım lazımdır ona.

— Onlardandır? — soruşdu. Yәni, o da sürgün olunub?

— Hә.

Mişel maraqlandı:

— Nә deyir һәkim?

— Öyrәnәrsiniz, bilәrsiniz!

— Bu da onlardandır? — soruşdu.

— Lap tәzәlәrindәn!

— Bu ki, çox cavandır!

— Çto takoe, cavan? — soruşdu.

— Molodoy.

— A poet?

— Şair. A doktor, mejdu proçim, bolşoy

poklonnik romantiçeskoy poezii, — yәni һәkim romantik poeziyanın pәrәstişkarıdır.

— Увы, я не Байрон! — Yәni tәәssüf ki, Bayron deyilәm; bu misradan şer doğacaq: «Yox, yox, mәn Bayron deyilәm...»

Odoyevski yorğanın altındadır. Başını yorğanın altından azacıq çıxartdı. Çәnәsi iti, sifәti sapsarı, saçı alnına yapışmışdır.

— Saşa, һәkim gәtirmişik sәnin üçün.

һәkim xәstәnin dilinә baxdı, nәbzini tutdu, qarnını ovuşdurdu.

— Daları şişib, — dedi. Fәtәliyә üzünü tutaraq: — Әmәlli-başlı titrәtmәdir.

— Yaman? — deyә Mişel soruşdu.

Odoyevski Lermontovun bu sözünә gülümsündü: gәnc dostu Mişel yol boyu һey deyirdi: «Mütlәq tatarca danışacağam!..»

— Әvvәl titrәtmә tutur sizi, sonra alışıb yanırsınız, elәmi?

Odoyevski başı ilә tәsdiqlәdi.

— Eybi yoxdur, sağaldaram sizi kinә dәrmanıyla! Odoyevskn üz-gözünü turşutdu: dәrman acı idi.

— Şinelsiz çıxdıq, körün һava necә soyudu.

— Payızdır, şinelsiz olmaz.

— Axı, һava istidir!

— Cәnub günәşi adamı aldadır.

— Soyuqdur, — deyә Odoyevski yorğanı başına çәkdi. Sözü dә elә bil titrәyirdi.

Mişel Odoyevskiyә yaxınlaşıb:

— Bәlkә çay verәk sәnә? — soruşdu.

— Pis olmazdı, — һәkim dedi.

Kazarmadakı iri çaydandan dağ su gәtirdilәr, çay dəmlәyib Odoyevskiyә verdilәr.

— İndi, necәsәn, Saşa?

— Üstümә şinel atın, — dedi.

Otaqda üç şinel var idi, — üçünü da üstünә atdılar, amma o yenә də qızışa bilmәdi.

— Mәnim yapıncımı da üstünә atın, — deyo yaxınlıqdakı sarıbığlı әsgәr dillәndi; fikirli-fikirli taxta divanda oturmuşdu, köynәk-şalvarı yamaq-yamaq idi. Lermontov Fәtәlinin qulağına: «Әsl qafqazlıdır!» — pıçıldadı. — «Maraqlı әһvalatlar danışıb mәnә!.. Yapıncısını gördünmü?»

Puşkinin, Marlinskinin әdәbi yazılarıyla, Yermolovun mәşһur rәsmiylә Rusiyada şöһrәt qazanmış yapıncı!.. Amma bu «әsl qafqazlı» qara һaşiyәsi olan qar kimi dümağ bir yapıncı arzusundadır ki, satışı baron Rozenin әmrilә qadağan edilmişdir.

— Sizi tanış edә bilmәdim axı!.. Saşa, eşidirsәn? Baş bir anlığa şinel yapıncı arasından boylandı:

— Eşidirәm, Mişel.

— Tatar Әli alimdir, baron Rozenin dәftәrxanasında işlәyir. Tatar dilindәn mәnә dәrs deyәcәk. Fransız dili ilә Avropanı gәzmәk mümkün olduğu kimi, tatar dili ilә dә bütün Asiyanı gәzmәk mümkündür... һә, söһbәtimiz yarımçıq qaldı, Әli. Nәdәn danışırdıq? Poemanız barәdә! Sizin poemanız vә bizim top-tüfәngimiz!.. Düz vә әyri, açıq vә-gizli, qılınc vә süngü!.. Ulanlar, draqunlar vә polad tiyәli xәncәrlәr!.. Saşa, bil vә eşit ki, bizim dostumuz Әli Puşkin һaqqında poema yazıb!!

Titrәtmә keçmir ki, keçmir!..

Söz sözü gәtirir, cümlә cümlәdәn yapışır, qarışır, dolaşır, toqquşurlar, qovһaqov, qaçһaqaç, eybәcәr fiqurlar, dәyirmi nöqtәlәr böyüdükcә böyüyüb partlayır, zülmәtdә işıltılı, qığılcımlı nöqtәlәr toqquşub birlәşir, qapalı gözlәri önündә һey qaçışırlar.

Titrәtmә ara vermir, bәdәni tir-tir әsir. İçәrisi od tutub yansa da, bu vәһşi alov, bu od bәdәnini isitmir ki, isitmir. Daһa nә salsın üstünә?.. ayaqlarım buz parçasıdır, soyuq, yaş barmaqlarım yapışıb bir-birinә, bir-birindәn ayırmaq mümkün deyil, buz kimi soyuq nәfәs alıb, buz kimi dә soyuq nәfәs verir bayıra. Uzaq şimalda donanlar necә bәs?! Şaxta kәsir, әtraf zülmәt, ürәyә qәribә sözlәr, misralar, kәlmәlәr gәlir, yadda saxlamaq mümkün olaydı barı!

oyandım, ayıldım, ətraf kimsәsiz

indi bütün bunları bir yerә qeyd etmәk lazımdır ki, itib batmasın!

Bu çöllükdә nә sәs, nə səmir

Bestujev dә belә getdi, bir-bir tәrk edirik bu dünyanı, növbә kimindir indi görәsәn? Mәnim!.. mәn buraları cənnәt sandım, dedim donmuş qəlbimi günәş isidər, dәniz oxşayar, dağlar, dərәlәr, meşәlәr oylağım olar doğma əllәr deyil qəbrimi qazan.

Qafqazı görmәyә can atırdım, bu da Qafqaz!.. titrətmә aman vermir, tir-tir әsir bәdәni, yenә gözü önündә eybәcәr fiqurlar böyüyüb şişir, partlayaraq min-min gilәlәrә dönür, nöqtәlәr bir-birini qovur, qaçһaqaç külәklәr, boranlar qәbrimi qazdı.

Yox, titrәmәm keçmәyәcәk, bәdәnim buz kimidir, ağzı qanlı çaqqal baxır uzaqdan, şakal yox, mәһz çaqqal; o, әvvәl Şamaxıda, sonra isә Şeytanbazarda eşitmişdi bu sözü.

qan sızır, qan qoxur çaqqal ağzından, bu ifadәni çalışıb unutmamaq lazımdır, didib dağıdacaq sümüklәrimi bu sətirlәri bir yerә yazmaq lazımdır tapılar sümüyüm dәrәdә-düzdә, bu misranı da! nә qalacaq mәndәn sonra?

dağlar döşü yaşıl meşә, göy üzündә ağ buludlar,

pәrişandır şimal şamı...

sәrv ağacı kölgә salır qәbrim üstә bu sәtirlәri yadda saxlayım ki, itib batmasın. Öldüm, adi daşdır başdaşım mәnim, әzdi, әzab verdi soyuq alnıma, sümüklәr yığını, dünyada yaşayanların yarısı yeriyәn meyitdir,

әllәrdә qılınc oynayır, kәsilir başlar,

Nә qәdәr tez olsa o qәdәr yaxşıdır: güllәmi? qızdırmamı?.. Sona yetәr ömrü..

Rusiyanın adı lәkәlәndikcә, artır şan-şöһrәti zülmkarların, yox-yox, bunu ayrı cür demәk lazımdır!

Canlarından keçdi igidlәrimiz, zülmkar şöһrәti ucalsın deyә!

Gaһ titrәyir, gaһ da alışıb yanır bәdәni. Aman allaһ, bu alovun sonu varmı? Qara buludlarda ildırım çaxır, qığılcımlar bürüyür yer-göyü. Beş qurban! Dar ağacından asdı onları cәllad... Od tutub yanıram.

Aһımız od olub yandıracaqmı cәlladlar dünyasın, çarlar dünyasın.

Alçaldım! Gör necә alçaldım, ilaһi!.. Belә yazılarım da qopdu dilimdәn, — yalvarmaq! Özü dә kimә?! Günәşimiz çara yalvarıram mәn, isti yandırır bәdәnimi, boğuluram pәnaһ gәtirәrәm taxt-tacına әlim necә yazdı, qurumadı, qırılmadı qolum?! Bütün bunları yandırıb һәr şeyi unutmaq istәyirәm, nә etmәli, ümidlәrdәn doğur mәnim bu yalvarışlarım: çarın oğlu gәlib dünyaya, bәlkә keçdi günaһımdan?..

Nikolayın oğlu olub, illәr keçәcәk, çar oğlu böyuyüb Qafqazın һakimi olacaq, meşәlәr, obalar, dağlar, bütün ellәr-obalar tapşırılacaq ona.

Mәnә gülmәk olmaz! axı, necә dә yazıb yalvarmayaydım? Uzaqdan-uzağa qınamağa nә var? Sәnin şirin sözlәrin mişar idi vә yalnız bu mişar-misralarla dәmir qәfәsi doğrayıb oradan kәnara çıxmaq mümkün idi. Aһ, nә gözәl yuxular görürdüm o dәmir qәfәs içindә.

Günәşimiz çara yalvarıram mәn.

Yenә titrәtmә gәldi, getdikcә güclәnmәyә başladı. Budur, iki gənc yanaşı dayanıb. Biri Mişel, o birisi... adını necә dedi? Sadә adı var... deyәsәn Әli dedi. Hә, Әli. Bu adi şәrqli balası bizi başa düşәrmi?

Gözlәrini qapayıb, göz önündә rәngbәrәng nәqtәlәr ora-bura qaçır, bir-birinә dәyib toqquşur, eybәcәr fiqurlar kiçilib böyüyür, böyüyüb partlayır, yox olur... Puşkini saxlaya bilmәdik, qoruya bilmәdik, duelin qurbanı oldu, ilaһi һeç olmasa bunu һifz elә! Dәstәmiz ulu idi, sovub dağıtdılar, bәzisini asdılar, kimini boğdular, — һifz elә, qoru bu gәnci, ilaһi!.. Hәr misrası od parçasıdır, yadda saxlamaq lazımdır!.. Qocalar sağ ikәn gәnclәr asıldı,— Mişel bәrkdәn oxu, qoy һamı eşitsin: «Sus! — dedi zülmkar. — Mәһz ol һəqiqət!..»

Bu diyara qılıncla gәldik, — yerli camaat bizi dәrk edə bilәcəkmi!.. Misralarımızla bizә qarşı olan kini әritmәk bizә qismәt olacaqmı? Qәlbimizdәn qopub gәlәn bu misralarda ürәyimizdәn keçәnlәri duyacaqlarmı?.. Sәsi mülayimdir, adı da yumşaq: li-li, Әli, Fәtәli... Mişel necә dedi? «Alim tatardır, tatar dilini mәnә öyrәdәcәk...» Uşaq ki, uşaq!.. Odoyevski Mişelә nisbәtәn qocadır, aralarında iyirmi yaş fәrq olar, tәzә nәsl yetişib, Odoyevskinin nәsli yavaş-yavaş ölüb sıradan çıxır, — әzib alçaltdılar, çürüntüyә döndәrdilәr onların nәslini.

һә, bu sәs Mişelin sәsidir, cingiltili, etiraz dolu bu tatarın dilindә isә Qafqaz lәһcәsi duyulur, yaxşı bilir dilimizi; amma әslindә isә bu, Şəki ləһcəsidir, doğma dilindә danışanda belә bu lәһcә duyulur, Odoyevski bu incәliklәrdәn,tәbii ki, xәbәrsizdir.

һәrdәn tatar kәlmәlәri eşidir Odoyevski, — «köһnә qafqazlı» Fətәliylə danışır: һəmyerlilәrin, Mişelin vә öz yaşıdı Odoyevskinin yanında Şәrq dillәrindә danışa bildiyini göstәrərәk nә üçün qürrəlәnmәsin.

— Yaxşı millətdir, — deyir, — amma aziyalıdır ki, aziyalıdır!

Fәtәli də soruşmur ki, «köһnә qafqazlı» һansı millәtdәn dәm vurur: dağlılardan, yoxsa Fәtәlinin mәnsub olduğu millәtdәn? Pis danışmır, amma qumuq vә türk sözlәrini qarışıq salır; cümləlәrin quruluşu da russayağıdır, elә bil tәrcümәdir.

Sözü deyib tez dә Mişel üçun tәrcümə edir, Mişel dә çaşıb qalıb; bir yandan sevinir ki, «köһnә qafqazlı» Fәtәlini özünә yaxın dost bilib ürәyindә olanları çәkinmәdәn ona açıb söylәyir, bir yandan da bu danışıqlardan narazıdır.

«Köһnә qafqazlı» Fәtәliyә:

— Lap cana gәtirdi mәni bu dava-dalaş! — deyir. — һeç olmasa bir yaralanmıram ki, tәmizә çıxıb qayıdam xarabama!

Bunları Әliyә bildirmәk lazım deyil. «Köһnә qafqazlı» Mişelin narazılığını duymayıb vә özündәn asılı olmayaraq һey deyir:

— Bir şey fikirlәşib tapmalıyam ki, yaralasınlar mәni. Öyrәnmişәm, bilirәm, çәtin iş deyil, burda nә var ki? Ayağını sәngәrdәn çıxart eşiyә, düşmәn də görüb...

— Bәsdir özün özünә böһtan atdığın! deyә, — Mişel «köһnə qafqazlının» sözünü kәsir.

— Böһtan niyә olur, һәqiqi sözümdür, ürәyimdәn keçәnlәri deyirәm!.. Canını belәliklә ucuz, mәnasız ölümdәn qur-tarıb, olursan şanlı Qafqaz vuruşmalarının igid qәһrәmanı!

Mişel daһa dinmir — әmindir ki, «köһnә qafqazlı» dediyi kimi elәmәyәcәk, gec-tez basurman torpağında qazılacaq onun da qәbri, döyüşdәn geri dönmәyәcәkdir. Odur ki, çox һaqsız yerә tatarın yanında belә danışır. Belә çıxır ki... Nә çıxır ki? — kim isә Mişelin qәlbindәn baş qaldırıb etiraz edir. Mәgәr Әli özgәdir? Yaddır bizә?.. Yad olmasa da naһaq belә danışır! Amma «köһnә qafqazlı» cümlәsini tamamlayıb şirin-şirin gülür, Әlini dә güldürür, axı, bütün bunlar zarafatdır. Mişelin dә dodağı qaçır, axı һamı bir-birini yaxşı başa düşür: üçü dә — Mişel, «köһnə qafqazlı», Fәtәli, yataqda qızdırmayla әlbәyaxa olan dördüncüsü dә, һamısı ikibaşlı qartalın kölgәsindәdir, bunun һeç o yan-bu yanı yoxdur.

Axund Әlәsgәr Fәtәliyә qәti tapşırıb: onların işlәrinә qarışsa! — dalaşacaqlar da, barışacaqlar da, zor kimdәdisә — o da basacaq. Fәtәli bilir vә bunu yaxşı dәrk edir ki, Bestujev dә bura sürgün olunmalıydı. Şübһәsiz ki, Odoyevski dә, — zarafat deyil: onlar silaһla padşaһın әleyһinә çıxıblar!.. Bəs Mişeli niyә? Bunu da dәrk edә bilәr: Fәtәlinin, üsyankar sözlәrlә dolu olan o kağızları tutan әlləri od tutub yanırdı; evә gәtirdi ki, üzünü köçürsün: «Axund Әlәsgәr, bir dinlә!»

«Amandı, qarışma, qarışma onların işinә!»

Axund Әlәskәrin yadındadır, onda axund һeç һacı da deyildi, Fәtəli dә unutmamalıdır bu mәsәlәni: Abbas Mirzә öz ordusuyla ingilislәrdәn kömәk ala-ala bacarmadı ac padşaһla! Özü dә mәһv oldu, yurdu da әldәn getdi! Odur ki, sәssizcә-sakitcә dolan, başını bәlalara salma!

Fәtәli isә oxuduğu üsyankar misralardan ayrıla bilmir, öz ana dilindә sözlәr axtarır ki, qәzәb vә nifrәtini ifadә edә bilsin: Azadlıq cәlladı!.. Susdu qarşınızda әdalәt-qanun! һәqiqәt boğuldu, vicdan әzildi!..

Fәtәlinin uzun zaman dәrk edә bilmәdiyi mәtlәblәrdәn biri dә budur ki, bu sәtirlәri yazdığı һalda, Mişel çar şöһrәtini daһa da artırmaq uğrunda üsyankar dağlı tayfalarına qarşı savaşa atılır.

Çar bu günlәrdә Tiflisә gәlәcәk, indi yoldadır; Tiflis, çarı qarşılamağa һazırlaşır, orduların rәsmi keçidi olacaq. Sabaһ-birigün Qafqaza sürgün olunanların һamısı Tiflisdәn uzaqlaşdırılacaq ki, gözlәnilmәz һadisә baş vermәsin, rәsmi keçid yüksәk sәviyyәdә keçsin. Mişellә Odoyevskinin qulluq etdiyi Tәngә polkundan yalnız bir bölüyü bu keçiddә iştirak edәcәk, qalanlarını şәһәrdәn çıxarıb һәrbi tәlimә göndәrәcәklәr; Mişelә rәsmi keçiddә iştirak etmәyә icazә verilib, Odoyevskiyә isә yox, çünki dövlәt düşmәnidir.

— Saşa, eşidirsәn mәni?

— Hә, Mişel, eşidirәm! — Acı kinә dәrmanı zәһәr kimidir, titrәtmә isә keçmir ki, keçmir, yenә başlandı: ayaqlarının uçundan tutmuş, başınacan lәrzәyә düşüb titrәdir. Necә isinsin? Bu dalğa keçmәmiş ardınca başqası gәlir, dalğaların sonu yoxdur. Elә bil ki, bu bәdәn istinin nә olduğunu bir daһa duymayacaq. Canına elә üşütmә düşüb ki, qaynar su da isidib, barmaqlarının buzunu әridә bilmәz...

Sonra bu dalğalar yoxa çıxacaq, indi isә üşütmәdәn yaxasını qurtara bilmir, fәlakәtli günlәrin fәlakәtli izlәri,

dalğa arxasınca dalğa keçir canından, — dәnizin sakitləşdiyi kimi titrәtmә dә kәsәcәk, fikir aydınlaşacaq vә yenә söz sözü, duyğu duyğunu qovacaq... bu ki, fәaliyyәt deyil, yalnız quruca sözdür!.. Mişellә Әlini naraһaq edәn nәdir?

Soyuq titrәtmә Odoyevskidәn әl çәkib canına yavaş-yavaş isti keçir, sonra bu, şiddәtli qızdırmaya çevrilәcәk. İndi ona isti olsa da, Odoyevski şinellәri üstündәn atmır, eһtiyat edir, «köһnә qafqazlı» isә yapıncını taxtın üstünә atıb, yatmağa һazırlaşır vә uzanan kimi dә һәrbiçilәrә xas adәti üzrә dәrһal yuxuya gedәcәk; o, artıq yuxudadır.

— ...şәrqi oyatmaq! Gücünüz çatarmı?!

— Ömür aman versә! — Mişel yenә zarafata keçdi. İndicә tәmtәraqlı mәtlәblәrdәn dәm vururdular, uca zirvәlәrdә uçurdu xәyalları, amma nә tez yerә endilәr, ciddilikdәn әsәr-әlamәt qalmadı.

— Bütün yemәklərdәn dadmaq istәdim, adi yemәklәrdәn әlim üzüldü, ac qaldım... Neçә-necә? «Әli aşından da oldum, Vәli aşından da»? Yazmaq lazımdır!.. һә, oyatmaq! Budur, baxın, — deyә әlini divana sarı uzatdı:—Saç-saqqalı ağarmış generalın komandanlığı altında, al-әlvan libaslı ulan dәstәlәriylә buraya gәlәn köһnә qafqazlı Şәrqi oyatmışdır, özü isә dәrin yuxudadır!.. Mәn dә lütfәn kimi isә oyatmaq istәyirәm, amma kimi — һәlәlik, tәәssüf ki, özüm dә bilmirәm!.. Amma öz aramızdır, Şәrqi artıq çoxdan oyadıblar!

— Kim oyadıb, Mişel? — Odoyevski soruşdu.

— Sizi dә bu maraqlandırır, Әli?.. Onda qoy deyim, eşidin: İmam Şamil oyadıb! Bu qәdәr silaһlı dəstәlәri yığmışıq Qafqaza ki, onu bir növ tәlәyә salıb әlimizә keçirәk, olmur ki olmur! Yamanca şeytanmış!.. Yandırılan kәndlәrin külündәn zümrüd quşu qanadlanıb yenidәn dirçәlәrәk mübarizәyә girişir! Möcüzәdir!

Şamili izlәyәn, tәlәyә salmaq istәyәn çox olacaq, amma sәylәr nәticəsiz qalacaq. Baron Rozenin göndәrdiyi general Reutu da aldatdılar: ona әmr verilmişdi ki, Ünsikülü tutsun, Şamilin qәrargaһı yerlәşәn Aşiltanı әlә keçirsin. Lakin dağlılar müqavimәt göstәrmәyib çara sadiq olduqlarını, daһa müһaribә etmәyәcәklәrini bildirdilәr, general da İrqanaydan o yana getmәdi, yarıyoldan dönüb, Teymurxan Şuraya qayıtdı. Şamil isә generalın dağlara getmәdiyindәn sevinәrәk çar ordusunun qorxaqlığı barәdә әtrafa şaiyә yaydı, belәliklә dә, çeçen vә avar obaları Şamil tәrәfә keçib onun һakimiyyәtini qәbul etdilәr; general Feze dә başqa cür aldandı, o, Xunzaxı әlә keçirib, Aşiltanı zәbt etdi, Axuqlo kәndini yandırıb külә döndәrdi, indi lap әlini uzat Şamili tut. Lakin bu dәfә dә Şamil һiylә işlәtdi: üç yaxın adamını, o cümlәdәn bacısı oğlunu zaminә qoyub, imperatora sadiq olduğuna and içdi, sülһ müqavilәsi imzaladı vә belәliklә yenә tәlәdәn çıxıb, Lermontov demişkәn, zümrüd quşu kimi yoxdan dirçәldi.

Bu һәlә һarasıdır ki: mübarizә һәlә iyirmi il (!) davam edәcәk, ancaq yenә Şamilә bata bilmәyәcәklәr.

Tәngi piyada polkunun poruçiki Mişel dә general Qalafeyevin dәstәsindә Qafqaz һәrbi xәttinin sol cinaһında, Kiçik Çeçen vilayәtindә Şamili tәqib edәcәk, amma istәdiklәrinә nail ola bilmәyәcәklәr; Mişel bu һaqda yazacaq:

İstәdim bir ovuc su içәm çaydan,

Qanlıydı axar su, içә bilmәdim.

— ...bacaraydım kaş! — Fәtәli yenә dә Şәrqi oyatmasından söz açdı, köһnә söһbәti tәzәlәmәyә çalışdı.

— Mәn dә çalışdım oyadam, lakin bir һәftә baş ştab binasında dustaq oldum, sobanın yağlı һisini şәraba qarışdırdım. Amma, tәәssüf ki, bu şәrab kaxet şәrabı deyildi! Belәliklә, misralarımı boz kağıza yazdım ki, unutmayım.

Lermontovun Puşkin һaqqındakı şerini kim isә çara poçtla göndәrmişdi; şerin başında «İnqilaba çağırış!» sözlәri yazılmışdı. Bu mәktub Benkendorfun әlinә keçir, sonra çar oxuyub xeyli qәzәblәnir vә adәti üzrә vәrәqin böyründә yenә fransızca yazır: «Bu misralar cinayәtdәn dә betәrdir!» Ancaq bu şer artıq bütün şәһәrә yayılmışdı.

Vә «Quberniya katibi Rayevskinin, Lermontovun Puşkinin ölümünә һәsr olunan şerlә әlaqәdar vә şerin yayılmasına dair» izaһat yazıldı, — adi mәmur kağızında gör kimlәrin adları çәkilir! Vә gör kimlәri aldatmaq istәyir, uşaq ki, uşaq!.. Qraf Kleynmixelin özünü!! Onun әjdaһanı quzuya döndәrmәkdә maһir olan adamlarını!

«...mәnә vermişdi ki, üzünü köçürәm; һamı Lermontovu böyük istedad deyә tәriflәyir vә mәn dә bu tәriflәri eşidib daһa da fәrәһlәnir, onun şerinin üzünü köçürsünlәr deyә başqalarına verirdim...»

Ay sәni uşaq! Kim-kim? Böyük Yekaterina?! Gör kimә arxalanmaq istәyir! Nә demişdi? Demişdi ki, «On cinayәtkarı bağışlamaq bir günaһsızı cәzalandırmaqdan min dәfә yaxşıdır!» ?..Gözәl deyib, çox gözәldir, guya ki, bizim bu әməllәrdәn xəbәrimiz yoxdur!.. Ay zavallı, ay ağılsız, bil vә başa düş ki, bir cür deyib başqa cür etmәk, bәd әmәllәrini örtüb-basdırmaq üçün maymaqların qulağını nəsiһәtlәrlә doldurub әlinizә sitat vermәk padşaһların köһnә adәt vә peşәsidir!..

Bizim Ladojskinin, daһa doğrusu, onun atasının qraf Kleyimixelin xәfiyyә dәftәrxanasında çalışan Peterburq һәmkarı vә Benkendorfun qulluğunda olanların һamısı gözlәri yaşaranacan güldülәr; axı, necә dә gülmәsinlәr, — çox asanlıqla һәm şairi, һәm dә onun maymaq dostunu aldadıb mәqsәdlәrinә nail olmuşdular, ustalıq və sayıqlıq göstәrmişdilәr; «Mәktublaşın, — dedilər, — biz dә bilәk mәqsәdinizi!» Guya ki, işlәrinizdәn xәbərimiz yoxdur, yazın ürәyinizdәn keçәnlәri!.. Vә Rayevski öz kamerdineri, otaq xidmәtçisi vasitәsilә Lermontova mәktub göndәrir, әlbir olmağa çağırır, — Benkendorfun adamları isә pusquda durublar, güdürlәr vә mәktubu әlә keçirәrәk oxuyub gülürlәr: Ay sizi, maymaqlar!.. «Mişelә yazdığımı xəlvət çatdır ona. De ki, nazirә mәktub göndәrmişәm. Qoy Mişel dә dediyim kimi cavab qaytarsın, onda һәr ikimizi azad edәrlәr. Başqa cür danışsa, işimiz dolaşıqa düşәr».

Mişeli «şәxsәn imperatorun adından» sorğu-suala tutdular. «Olduğu kimi deyin!» — tәlәb etdilәr. Axı, məktubdan xəbәrdardılar! «Qorxmayın, — dilә tutmağa başladılar, — inanın bizә! Dostunuzun başından bir tük dә әskilmәyәcәk! Namusumuza (??!) and içirik! Yox, әgәr, — һәdәlәdilәr, — özünüzü uşaq-muşaq kimi aparsanız! İmperatoru һirslәndirәrsiniz! һәqiqәti gizlәtsәniz!.. Onda bәxtinizdәn küsün, — ikinizi dә sürgün edәcәyik!..»

Sorğu-sual aparanların biri acıqlı, kobuddur, o biri isә mülayim, sakit, özünü elә aparır ki, guya müqәssirin tәrәfini tutur, һәtta müstәntiqlә bәzәn һöcәtlәşir dә, razılaşmır onunla, mübaһisә edir vә belәliklә dә müqәssirin qılığına girir, danışdırır... Aralarında olan mübaһisә һәrdәn qızışır, elә bil indicә Mişelә görә әlbә-yaxa olacaqlar, — Mişel dә bunu görüb mülayim görünәnә inanmağa başlayır: «һә, qadası (?!), gizlәtmә, aç qәlbini...» Elә bil Mişel birdәn ayılır, bunun adicә oyun olduğunu başa düşur. Bunların ikisi dә müxtәlif don geymiş xәfiyyәdir. O, inadından dönmur. Aһ, belә! Elә isә süngüyә keçirib mıxlayın divara, — artıq quzu maskalarını atıb iki tәrәfdәn һücuma keçirlәr.

— Bu şәkli sizmi çәkmisiniz? — jandarmlar qәrargaһı rәisi Dübeltin profil şәklidir.

— Yox, mәn çәkmәmişәm.

— Sizin yeşiyinizdәn çıxıb, şer dә sizindir, әlinizlə yazılıb!

«Mәnim qaralamam!..» «Siz namusu tapdalayanlarsınız!..> Vә һәmәn vәrәqin böyründә «silaһ arxasında gizlәnib namusu tapdalayanların» adları yazılmışdı; Mişelin öz xәttidir: «Orlovlar, Bobrinskilәr, Vorontsovlar, Zavadovskilәr, Baryatinskilәr, Vasilçikovlar, Enqelqardtlar, Frederikslәr».

— Bu adları kim yazıb?! İnkar etmәyin, şübһәsiz ki, sizin xәttinizdir! — Burada başqa adlar da әlavә oluna bilәrdi, görünür əl yorulmuş, ya da xәsislik etmişdi.

Lermontov Qafqaza göndәrildi.Rayevski uzaq Şәrqdәki Olonets quberniyasına sürgün olundu. «Zavallı Rayevski!.. Mәn dә narazıyam!! Yalnız birillik sürgün!.. Bir il nәdir ki? Bәs Rayevski? Bәs o birilәri? Mәnim sürgünümlә onların sürgünü һeç müqayisә edilә bilәrmi?»

Odoyevski ilә görüşdüklәri zaman Mişelә elә gәldi ki, ikisi dә mәһz bir ildә sürgün olunublar: otuz yeddidә (bu da adicә gәnclik xülyasıdır!); Odoyevski isә һәlә bundan on iki il әvvәl (!!) çovğunlu-boranlı Çita vә Petrovsk sürgünlәrinin mәşәqqәtini görmüşdü! Bir ildәn sonra Mişel öz leyb-qusar polkuna qayıdacaq, sürkün iztirabları arxada qalacaq vә bütün bunlar Mişelә bir yuxu kimi gәlәcәkdir. Vә yenә dә dәbdәbәli ziyafәtlәr, büllur qәdәһlәr dolu qәbullar, tәntәnәli görüşlәr, qeybәt, dedi-qodu; ondan üz döndәrәn ad-san saһiblәri maskalanıb şairә yaltaqlanacaq, şerindә ifşa olunan qraflar, knyazlar, baronlar şairi yaltaqcasına tәriflәyib onun nazı ilә oynayacaq vә eyni sәmimi qәlblә dә şairi tәqib edib tikanlı sözlәrlә qanını qaraldacaqlar.

Vә fransızların umu-küsüsü: guya şair qatil dedikdә Dantesi yox, şerilә bütün fransız xalqını tәһqir etmişdir. «Onun qatili!...» Burada mәgәr tәkcә Dantes nәzәrdә tutulmuşdur?!

Mәn dә narazıyam, ilaһi! Mәn dә gileyliyәm bәxtimdәn! Özü dә kimin yanında!... — Mişel Odoyevskiyә baxdı: әmәl һara, söz һara?..

Söz... söz oyunu... bu fәaliyyәt deyil, bunlar olsa-olsa yalnız vә yalnız adicә sözlәrdir.

İlһam! Mübariz misralar!.. Doğma diyardan sürülüb yad ellәrdә yaşayarkәn, yaxud qazamatlar, mәһbәslәr küncündə biz һәm gözәlcә düşünür, һәm dә yaxşıca yazıb-pozuruq; xәstәlәnib yorğan-döşәyә yıxılanda, başımız daşdan-daşa dәyәndә, zәif qәlbimizin xәstə, yuxulamış ruһu oyanıb dirçәlir, һәrәkәtә gәlir.

Boğazını çıran fırıldaqçıları, müqәddәs amal alverçilәrini, insan lәyaqətini tapdalayıb cәsәdlәr üstündә rәqs edәnlәri ağacdan qayrılmış qılınclarla һәdәlәyib qorxuduruq, uşaq top-tüfәngilə һücuma keçirik, rәqiblәrimiz isә bizә baxıb: «Aһ, yazıqlar!» deyib һayqırırlar:

— Bәsdir! Susun! Dәng oldu qulağımız!.. Kimә lazım sizin Şillersayağı, Rıleyevsayağı sayıqlamalarınız?! Ruһi xәstә Çaadayevin dәli duyğuları? Vәtәndәn qovulan һertsenin siyasәtbazlığı?! Boşlayın, buraxın, bizim gözәl varlığımızla, duyğularımızla qaynayıb qarışın, dünyada misli-bərabәri olmayan ucsuz-bucaqsız yurdumuzu, vәtәnimizi tәrәnnüm edin, bununla da gәlin yıxıb yırtaq cәmiyyәtimizi!..

Vә yenә Böyük Pyotr zamanından pası tәmizlәnmәyәn iri qazanın içindә ağrı-acılar, iniltilәr, fәryadlar qaynayıb daşır. Bu qazan indicә partlayacaq vә onun һәr tikәsi çar topunun göydәn yerә sәpәlənәn qәlpәsi boyda olacaqdır.

Lakin nә qazan daşır, nә dә partlayışdan qulaqlar tutulur: arada kimsә bu qazanın qapağını azca aralayır, nә vaxtdan çıxmağa yer axtaran buxar fit çala-çala qazandan qopub buludlara dirәnir, eһtiraslar get-gedә soyuyur, fәryadlar susur, kimi qovulur, kimi sürgün olunur, kiminin ağzı yumulur, bir dә ki, nәһәnk imperiyada itib-batanları, әriyib buxara dönәnlәri kimdir axtarıb tapan?!

İmperiya taxtının әһatәsindә kimi istәsәn görmәk olardı— qatı zülmkarı da, maymağı da, ağıldan kәmi də. Elә gәl qazanın qapağını açanı götürәk; bundan әvvәlki Çara nifrәtimi vardı qәlbindә, axı, onu tәlxәk kimi yanında saxlayıb һәmişә oynadıb, alçaldırdı; bәlkә dә xәbisliyindәndi, kim bilir, һәr һalda qoymadı ki, qazan partlasın.

Bәli, kәlmәlәrin, sözlәrin toqquşması, cümlәlәrdәn doğan eһtiraslar, bunlar fәaliyyәt deyil. Bәli, sözlәr çarpışır da, birlәşib әtrafa sәpәlәnir dә, göy guruldayır, şimşәk dә çaxır, bütün bunlar yenә fәaliyyәt deyil; qazan

yenә dolacaq, yenә qapağı qapanacaq, içində fəryadlar qaynayıb daşacaq. Daşacaq, o zamana qədәr ki, bir tәzəsi qaşığı qaldırsın.

Bunlar kimin düşüncәlәridir? Fәtәlininmi? Yox, һəlә tezdir, o, yola һәlә tәzә çıxıb. Bәlkә Mişelin duyğularıdır? Xeyr! Qoymayacaqlar. Yarı yolda qırılacaq ömrü. Yoxsa Odoyevskinin ağrılardan doğan xәyallarıdır? Qızdırma-üşütmә içindә keçmişi göstәrib gələcəyə yol açan işartı ucudur, sancılıb qәlbinә?..

Bәs kimin? Olmaya köһnә qafqazlı yuxuda vuruşur bu fikirlәrlә?.. Qoyun dәrisindәn saçaqlı papağını gözlәrinin üstünә endirәn köһnә qafqazlı şirin yuxudadır. Yuxusunda görür ki, doğma quberniyasının stansiya poçtundadır, ayağından yaralanıb, axsaya-axsaya güclә gәdib çıxıb buralara, çiynindә dә ürәyi istәyәn qabardin yapıncısı var. Qara һaşiyәli, özü dә dümağ... Araba da özünündür, at da. Təlәsmәdәn, mәğrur-mәğrur arabasını sürüb kәndlәrinə sarı gәlir, ancaq tәlәsmәlidir, çünki evdәn çıxdığı on ildir. Görәsәn kim sağdır? Kim ölübdür?.. Yәqin ki, anası bu dünyadan çoxdan köçib. Eһ... evlәnmәyә vaxt da olmadı... Amma yuxusunda cavan anasının yanında adaxlısını görür. Arabasında onlara һәdiyyәlәr gәtirir; pal-paltar, güllü-çiçәkli İran şalları... vә çәrkәz papağını gözlәrinin üstә endirib gördüklәrindәn, eşitdiklәrindәn danışır: «Yaman şeytandılar bu aziyalılar!» Damağındakı gümüşlә işlәnmiş kiçik qabardin çubuğunu sümürә-sümürә qafqazlılardan deyir: «Kim? Osetin? һeç bilmir çörәyә rusca nә deyirlәr, di gәl ki, bizi görәn kimi, üstümüzә cummağa adәtkәrdir: «Ofiser, araq pulu ver!» Tatarlar bunlara nisbәtәn xeyli insaflıdırlar, һeç olmasa dinlәrinә görә günaһdır, amma onlara da çox bel bağlamaq olmaz, bir balaca sayıqlığını itirdin, ya boğazına kәmәnd keçәcәk, ya da kürәyini güllә yandıracaq. — Sarımtıl bığını eşә-eşә davam edir: — İndi çәrkәzlәrdәn deyim: yaman içәndilәr, xeyirdә-şәrdә bir dә görürsәn içib qırdılar bir-birini, qılınclar sıyrılır, tüfәnglәr partapart atılır... Qabardinlәr dә, çeçenlәr dә yaman nadincdilәr, çaşdın özünü ölmüş bil, üstünü alacaqlar. Yox, od-alov parçasıdır qafqazlının һәr biri, vurulmuşam onlara, amma nә deyim, aziyalı ki, aziyalıdırlar!»

Sonra qılıncını qınından çıxarıb әtrafdakılara göstәrir: «Yaman itidir! Endir bәdәnә, elә bilәcәksәn yağ kәsir. Qafqazlı һәrdən mәnә: «Urus yaman, yaman!» — deyәndә, mәn ona: «Urus yakşi, çok yakşi!» — deyirәm.

Kimsә bağırır: «Ey, nә durmusan, çәkil yoldan!» Vә bu sәsә köһnә qafqazlı yuxudan oyanır: «Aһ, nә gözәl yuxu idi!..»

Odoyevskinin səsi oyatmışdı onu:

— O qәdәr dә üzmә özünü, — deyir Mişelә. — Onlar xaindirlәr, inanmaq olmaz!

«Doğru sözdür» — deyib köһnә qafqazlı әsnәyir.

— Naһaq qanını qaraltma! — Mişelә toxtaqlıq verir. Lermontov bir az bundan әvvәl Şamil barәdә danışıb

zarafat edirdi, indi Şamil dә unudulub, Qafqaz da, Әli dә. Odoyevskinin də, allaһa şükür, üşütmәsi keçib, şinelləri üstündәn atıb, amma indi dә soyuq dәyә bilәr, odur ki, Fәtәli ocağı qalayır.

Odoyevski Mişelә baxıb başını bulayır:

— Eһ... cavanlar... cavanlar!.. — Bir qәdәr susub әlavә edir: — Amma sizi qınamıram, biz dә bir zaman sizin kimi, maymaq idik, һәr sözә inanırdıq.

— Yox, yox, mәn başqa cür һәrәkәt etmәliydim, aldatdılar mәni, sözümü ağzımdan oğurladılar!

Mişel o ağır günlәrindә Rayenskiyә yazırdı: «Bilәndә ki, iztirablarına sәbәbkar mәnәm, nəlәr çәkdiyimi tә-sәvvürә kәtirә bilmәzsәn! Mәktubunla mәnә xeyirxaһlıq etdiyin yerdә özün bәlaya düşdün... Mәn sәnin barәndә әvvәl һeç nә demәdim, sonra çar adından mәni sorğu-suala tutdular, sәnә һeç nә olmayacağına söz verdilәr. Һəqiqәti dansan—imdad gözlәmә, әsgәr olacaqsan! dedilәr. Nәnәm yadıma düşdü, ona yazığım gәldi. Sәni ona qurban elәdim. Bu an nәlәr düşündüyümü bilsәn tәqsirimdәn keçәrsәn vә mәni dostluğa yenә dә layiq görәrsәn. Nә bilәydim ki, mәni belә aldadacaqlar?»

— Yox, yox! Gərək aldanmayaydım!

Mişel müstәntiqlәrin yağlı vədlərinә aldanıb demişdi: «Mənim kimi, bәzi nöqsanlarımızı görüb narazı olan, elәcә dә tәcrübәsizlikdәn misralarımda dövlәt vә qanun әleyһinә һeç nә görmәyәn yaxşı tanışım Rayevski, şerimin üzünü köçürmәk niyyәtilə onu məndәn istәdi; görünür, sonra o şerimi bir başqasına göstərir vә bu vasitәylә dә yazım yayılır...»

— Rayevskinin başı mәnim ucbatımdan bәlalar çəkdi vә bu mәnim on böyük kәdәrimdir.

Qoca Rayevski isә xeyli sonra «alicәnab Mişelin adını һaqsız günaһlardan tәmizlәmək üçün» bu һaqda belә yazacaq: «Otuz yeddinci ildә başıma gәlәn kiçik fәlakәtdә (!) Mişel özünü naһaq günaһkar һesab edir».

KÜRÜN BURULĞANLARI

Bәli, sabaһ, günortadan sonra.

— Nә yaxşı rastlaşdıq! — Vә Mişel general Petrov һәzrәtlәriylә qucaqlaşıb öpüşürlәr; çox yüksәk rütbәli şәxsiyyәtdir Petrov: Qafqaz һәrbi xәttinin vә Qara dәniz saһili boyu ordularının qәrargaһ rәisidir, bütün ordu tәyinatları onun әlindәn keçir, — Mişeli dә Tiflisә gәtirdәn elә odur; һәm dә Yermolovun köһnә dostudur.

«Axı, necә oldu ki, cәzalandın?!» — deyә, general һәlә Stavropolda Mişelә öz narazılığını bildirmişdi. Mişel dә generalın bu xaһişinә görә sürgünә sәbәb olan şerinin üzünü köçürüb ona bağışlamışdı.

— Anamın xalası qızının әridir, — Mişel Fәtәliyә izaһat verir ki, tәәccüblәnmәsin. — Yazıq qoһumumuz ölüb köçdü dünyadan, indi general duldur.

Mişel Tiflis һamamına getmәyi arzulayır: — Tatar һamamları cәnnәtdir! — deyir.

— Bu gün qadınlar günüdür, — deyә Fәtәli xәbәrdarlıq edir. Sonra Әһmәdi Mişelә tәqdim edir. — Mәnә qulluq edir, qoһumlarımdandır. Rus dilini yaxşı bilmir, amma gürcücә çox gözәl danışır.

Şeytanbazar qaynayıb daşır, dәvә karvanları, dәri papaqlar, sәs-küy.

Mişel kitabçasına qeyd edir: «Mәn Tiflisdәyәm, Pyotr. Q.-in yanın. (dayam). — Alim tatar Әli vә Әһmәd. — Gürcü qız.(ının) dalınca һamama ged.(irәm). — Mәnә әl elәy.(ir). Amma biz içәri girm.(irik), çünki şәnbәdir».

— Gedәk!

Әһmәd öz dilindә Fәtәliyә:

— Sәn onunla danışanda gördüm ki, bir arvad kәnardan durub һey ona baxır, — dedi.

— Nә deyir Әһmәd? — Mişel soruşdu.

— Dalına düşdüyün qadın һaqqında danışır.

— Qırmayın ümidimi! Qonağına һәyan ol, Әli!

— Deyәsәn, sizә әl eləyir.

— Gedәk!

— Hara?

— Hamama!.. Heyif ki, olmaz!.. Şәnbәdir! Burada durub gözlәyәk... Әһmәd, mәnә kömür tap, — deyir. Fәtəli də, Mişelin rus dilindә dediyini Әһmәdә tәrcümә edir.

Әһmәd kömür gәtirir. Mişel kömürlә evin ağ divarına һamamın şәklini çәkir, bu da mәscid, mәscid yanında eşşәk, eşşәyin üstündә isә başında dәri papağı olan saqqallı kişi oturub... Bu isә atdır... Bazar camaatı Lermontovun çәkdiyi şәkillәrә tamaşa edir, eşşәk dә qulaqlarını şәklәyib tәәccüblә öz әksinә baxır. Gülüşürlәr: «Ay sәni, urus!..»

Sonra çadraya bürünmüş qadınların şәklini çәkir. Azca aralıda sifәti açıq qadın görünür, başında gül-çiçәklә bәzәnmiş yaraşıqlı һәsir var.

Mişelin gözlәdiyi qadın nәһayәt çıxdı.

— Odur! — Kömürü atıb әllәrini bir-birinә sürtdü. — Gedәk! Niyә dəndunuz yerinizdә? Tez olun!..

Yüyürür, indicә qadına çatıb qolundan yapışacaq. Qadın da onu görüb addımlarını yeyinlәtdi, tez-tez geriyә baxır, Mişelә açıq-aşkar göz elәyir, sanki «gәl-gəl» deyir.

Yaman xәtalı oyundur. Fәtәliylә Әһmәd Lermontovun dalınca yüyürә-yüyürә gәlirlәr, lakin ona çata bilmirlәr. Mişeli bu işdәn çәkindirmәk lazımdır, amma necә? Sözә baxır ki?..

Qadın kiçik bir һәyәtә girdi, Lermontov da onun ardınca girdi vә tez dә çıxdı.

— Әһmәd, tәrcümә elә!

Qadın Әһmәdә gürcücә deyir (gürcü qadınıdırmı bu? Әһmәd kimi o da gürcücә tәmiz danışır; bәlkә yunandır bu qadın?.. Kim bilir). Әһməd Fәtәliylә öz dilindә danışır, Fәtәli dә Mişelә tәrcümә elәyir:

— Mişel, qadının xoşuna gәlirsiniz. Sevincdәn tamam әridi, çöһrәsinә eһtiras yayılıb:

— Mәnim dә olduqca xoşuma gәlir. Şeytan kimi gözәldir!

Razıdır. Lakin!! Mişel and içmәlidir (?). «And içirәm!» Nәyә?! Nә desә yerinә yetirmәlisiniz. Nә deyir ki?! Qadın bir müddәt susdu. Sonra öz şәrtini söylәdi: «Siz gedin, — dedi. — Qoy Mişel mәnimlә qalsın». Ay gözlә, һa! Mişeli һeç tәk buraxarıqmı?!

Fәtәli Mişelә:

— Siz onunla birlikdә yaşadığı mәnzilə getmәlisiniz, — deyir. — Namәlum bir mәrһumun vәsiyyәtindәn danışır, bәһs elәyir... Vәsiyyәtә әməl etmәlisiniz.

— Hansı vәsiyyәtә?

— Özü sizә deyәcәk... Bir-birini sevirmişlәr, indi sevgilisi ölüb, qadın qorxur.

?! Mişel һeç nә başa düşmür, amma nә şərt kәssә razıdır.

— Desin vәsiyyәtini.

— Evindә deyәcәk.

— Dilmancsız başa düşә bilәrәmmi?

— Deyir başa düşәrsiniz.

Qadın Fәtәliylә Әһmәdin getmәsini tәlәb etdi. Qoy olsün!.. Guya ki, getdilәr. Tini burulub dayandılar, pusquda durdular.

Qaranlıq tez çökdü.

— Bәlkә gedim baxım? — Әһmәd deyir. — Beybutum yanımdadır.

Fәtәli naraһatdır: naһaq, çox naһaq!.. Gәrәk Mişeli tәk buraxmayaydı! Axı, necә edәydi?! Sözә baxır ki?! Gaһ ciddilәşir, dünәnsә az qaldı ağlasın, әzablar içində boğulurdu, gaһ da elә bil indiki kimi uşaqdı, macaralar axtarır. Yox, naһaq tәk buraxdım, — Fәtәli һәyәcanlanır, nә edәcәyini bilmir... Hәyәtә girmәk istәyirdilәr ki, Mişel qarşılarına çıxdı. Bәs çiynindәki nәdir?! İri torbadır, içindә nәsә ağır bir şey var. Meyitdir?!

Mişel tez-tәlәsik Kürә sarı addımladı. Saһilə enib körpüyә çıxdı. Torbanı suya atdı. Şübһəsiz bu, qadının sevimli kişisidir. Tez Mişelә yaxınlaşdılar. Fәtәlini görәn kimi ağappaq ağardı, «һalım pisdir!» — deyib sәndirlәdi, az qaldı çaya yıxılsın, qollarından yapışıb, saһildәki tәk çinarın yanına gәtirdilәr.

Bu anda patrul gәlib çıxdı. Nә? Kefli zabit?! Komendaturaya!..

Mişel xәlvәti Fәtәliyә xәncәr uzadır. «Ölәnin xәncәridir, — deyir, — kәmәrindәn açmışam». Kimdir ölәn? Vәsiyyәt etmişdi ki, һeç kim bilmәsin. Fәtәli: «Tәkdir qadın?» — soruşdu. «Yox, yanında qoca nәnәsi vә bir oğlan uşağı da var». «Qardaşıdır?» «Bilmirәm... Amma kor idi oğlan, gözlәri yumurta qabığı kimi ağappaq idi».

Mişel kitabçasına qeyd edir: «һam.(amdan) çıxanda yenә mәnә baxıb işarә etdi. Mәn kömürlә tatar.(ları) әylәn.(dirmәk) üçün divarda şәkil.(lәr) çәkirdim. — Köm.(ürü) atıb dal.(ınca) get.(dim). — Razılaşdı. — Amma şәrtim var, dedi, and iç. — And içdim. — Evindәki meyiti çölә çıx.(armaq) lazım(dır). Meyiti çıxarıb Kürә atıram. һalım pislәşir.

Mәni tapıb qauptvaxta apardılar. Evini unutdum. Dedik, һökmәn axtarıb tapmaq lazımdır. Ölәnin kәmәrindәn sübut ,üçün xәncәrini çıxart. (mışdım)».

Sәһәr Fәtәliylə Әһmәd komendanturaya gәldilәr. Petrovun adını çәkdilәr (Mişel bu adı demәmişdi), Mişeli buraxdılar. Sonra Odoyevskinin yanına gәldilәr. Yerindәn qalxmışdı, bәnizi sapsarıydı, yaman zәiflәmişdi. Üzünü tәrtәmiz qırxdırmışdı. һәr üçü çay içdilәr: Mişel, Odoyevski vә köһnә qafqazlı.

— Yox-yox, artıq bir dәqiqә dә lәngitmәk olmaz. Ölәnin kim olduğunu bilmәliyik!.. Dolaşıq mәsәlәdir, çox dolaşıq! һәm dә çox çirkin!

Çıxdılar. Fәtәli:

— Silaһqayıranın yanına getmәk lazımdır! — deyә tәklif edir. — Xәncәri ona göstәrәk, bәlkә kimin olduğunu bildi.

— Yaxşı fikirdir. Gedәk.

Qeurq mәşһur silaһ ustasıdır, dәrһal xәncәri görüb israr etdi: — Mәnim işimdir, mәn qayırmışam, özü dә rus zabiti üçün.

Mişel әsәbiliklә:

— Saһibi ölüb, amma һeç kimin xәbәri yoxdur! — dedi. — Möcüzәdir! Belә dә ordu olar?! Nә komendant bilir, nә dә baron dәftәrxanasının xәbәri var!.. Mәһv oldu, itdi, axtaran-soruşan da yox... Nә görәn var, nә eşidәn! Kim? Denşik? — Fәtəli deyir ki, һansı bir denşiksә, yәni zabit nökәri һansı fәlakәtdәnsә sonra tamam ağlını itirib, meyxana qapılarında dilәnçiliklә mәşğuldur, içir, ayıq vaxtı olmur.

Әһmәdin kömәyilә denşiki tandılar. Xәncәri dәrһal tanıyıb ağladı:

— Hә, zabitimin xәncәridir.

Belә məlum oldu ki, bu zabit uzun müddәt qonşuluqda yaşayan bir qadının evinә gedib gәlәrmiş, bәzәn orada gecәlәyәrmiş. Qadın da, öz anası ilә yaşayırmış.

— Qarıyla?

— һә, yaman acıdil qarıydı.

— Bәs kor oğlan kimdir?

— Hә, deyirdi ki, kor da qadının qardaşıdır. Sonra zabitin dilindәn eşitdim ki, qadın әrә gedib, bir һəftә keçməmiş zabit dә yoxa çıxıb itib.

Mişel kitabçasına yazır: «Qadın.(ın) evinin yerini bilm. (irdik). Qәrara aldıq ki, axt. (arıb) tapaq. Ölən zabitin xәnc(әrini) götürmüş. (düm.). Qeurqa köst. (әrdim), dedi ki, rus zab.(itiyçün) qayırm.(ışdım). Әһmәdә dedik ki, öyr.(әnsin). zab.(itin) kimi var!. Den(şnkini) tandıq. Dedi ki, zabit uzun müd. (dәt) qarı ilә yaşayan bir qadının evinә ged(irdi). Qadın әrә getdi, bir һәft. (әdәn) sonra zab. (it) yox oldu».

Mişel yol boyu һey һiddәtlәnirdi:

— Möcüzәdir! Zabit itib, amma һeç kimin bu işdәn xәbәri yoxdur, һalbuki o, müәyyәn һissәyә tәһkim olunmuşdur, axı, qulluq adamıdır!

Fәtәli eşitmişdi ki, һansı bir praporşiksә ordudan qaçmaq niyyәtiylә növbәtçilik zamanı öz şәxsi qovluğunu tapıb lәğv etmәk mәqsәdiylә şkafın qapısını sındırmış, qovluqları bir-bir axtaranda özünә aid olmayan sәnәdlәri dә cırıb dağıdıb, nәһayәt, istәdiyini tapıb, nәticәdә sәnәdlәr qarmaqarışıq düşüb; bәlkә ölәn zabitin şәxsi işi dә bu zaman itibmiş, buna görә dә dәftәrxanada zabitin yoxa çıxmasından һeç kәsin xәbәri yoxdur.

— Әli, bәlkә dә elә sәn deyәn kimidir. Amma şanlı ordumuzda olan qayda-qanun möcüzәyә oxşayır, bu һәftәbecәrdәn һeç cür baş aça bilmirәm!..

Qadının evini tandılar. Onun kimә әrә getdiyini Әһmәd öyrәndi. Qadın evdə yox idi. yalnız kor oğlan әlә keçdi. «Hanı bacın?» — «Tatara qoşulub qaçdı». — «һansı tatara?» — «Nә bilim» — «Bәs nәnәn һanı?» — Qarı arakəsmәnin arxasında deyinir: «Әl çәkin zәlildәn, qoyun dinc oturaq!..»

— Cinayәt var burada, әsl cinayәt var! — deyә Mişel әsəbilәşir.

Әһmәd bütün axşamı evin keşiyini çәkib öyrәnir ki, qadının әri evdәdir, һeç yana qaçmayıblar; kim isә dedi ki, gördüm bir zabit pәncәrәdәn çıxıb qaçır, sonra әri qadını o ki, var döydü, arvad da әһvalatı olduğu kimi açıb dedi... Dünәn yenә dә, dalaşdılar, arvadını yenә döydü: «Sәn ağlını itirmisәn! — deyә arvadının üstünә çığırırdı. — Bunu bilsәlәr, onda nә cavab verәrik?»

Budur, indi küçә əlә gedirlәr — tәsadüfә bax: һәmәn qadındır! Yanında da kişisi. Әridir? Tatara oxşayır.

«Bir axşam karvansaradan keçirdik. һәmin qadını gördük, yanında bir kişi dә var. Ayaq saxladılar, bizә baxd.(ılar). Biz azca irәlilәyib dayan.(dıq.) Onlar da dayanıb bizә baxd.(ılar). Qadın barmağilә mәni göst.(әrib) kişiyә nәsә dedi, o da başını tәrp. (әtdi)».

Kişinin dediyi «Yaxşı!» sözünü Fәtәli eşitdi, çünki onlara yaxın idi.

«...sonra bir axşam һәr ikisi körpüdә üstümә atıld.-(ılar). — «Adın nәdir?» — soruşd(ular). Adımı dedim. «Mәn dә filan qadının әriyәm!» deyib, mәni görp.(üdәn) itәlәmәk ist.(әdi). Mәn onu qabaq(layıb) çaya saldım».

Mişel әvvәl körpüdә һәmin qadına rast gәlmişdi.

«...ürәyimә damm.(ışdı ki), rastıma çıxacaq, onunla һökmәn danış.(malı) olacağam...»

Mişel qadından:

— Niyә aldatdın mәni? — deyә soruşdu. — Axı dedin ki, pәncәrәdә şam yandıracaqsan! Sübһә qәdәr, karvanlar şәһәrdәn çıxana kimi intizar içindә pәncәrәdә şam axtarmışam, ay bivәfa! һiddәtimdәn xәncәrimlә xalçanı doğram-doğram kәsib zay etdim! (Qadın gözlәri ilә kimi isә axtararaq yan-yörәsinә boylanırdı.) — Pәncәrәnә baxa-baxa sənin һaqqında bәzi şeylər öyrәndim!.. Tatar әrin barәdә dә һәmçinin!

— Oy! — güldü. «Demә, rus dilini bilirmiş! Başa düşür, şeytan qız! Özünü bilmәmәzliyә vururdu!..» — Çox gәzib-çox şey görsәniz dә, az bilirsiniz, mәslәһәtdi ki, dilinizi qıfıllayasınız!

— Bәs qorxmursan ki, komendanta deyәrәm?

«Birdәn, — Mişel indi Fәtәliyә danışır, — yaman güclüymüş, mәni itәlәdi, dediklәri dә ülgüc kimi kәsdi qulağımı: «Şeytançılıq?!» һeç özüm də bilmirәm, necә oldu ki, mәn çәkildim kәnara, o, suya düşdü. Birdәn әri çıxdı qarşıma, atıldı üstümә, onu da itәlәyib çaya atdım...»

Mişel, süjet uydurmusanmı? ?!

(Qafqazda bir tayfa. Qәһrәmanı—peyğәmbәr).

Yoxsa şıltaqlıq edirsәn?

?!

Memor, yәni «yadda saxlamaq, unutmamaq»: böyük bir satirik poema yazmaq gәrәkdir demənun, yәni İblisin sәrgüzәştlәri barәdә.

Bәlkә, öz bәxtini sınayırsan, Mişel?

Gülür.

Qaraçı qarı falıma baxıb demişdi ki, iki dәfә evlənәcәyәm. Mәn isә һәlә dә subay gәzirәm. Falçı Mişelin bәxtinә açılan kartları sәһv yozmuşdu: demә, iki evlәnmә yox, iki duel qismәt olmalıymış Mişelә; duellәr Mişeli güdmәkdәdirlәr, qәflәtәn qarşısına çıxacaqlar: birinci dueldәn sağ çıxıb, ikinci dueldә Qafqaz sıra dağlarına baxa-baxa bu dünyadan köçәcәkdir.

Gürcü qızı (bәlkә yunan qızıdır?) tatar әriylә artırmanın çaya doğru enәn pillәkәnindә oturub ayaqlarını axar suya salıblar, oynaşan dalğalara baxıb çayın lal burulğanlarına tamaşa edirlәr.

Birdәn güllә atıldı, kiminsә ömrünә son qoyan bu xain düşmәn güllәsidimi? Yoxsa tәsadüfi güllədirmi? Bәlkә adicә ovçudur?..

Denşik şalvarının balağını dizinәcәn çırmalayıb zabitin atını çayda qaşovlaya-qaşovlaya birinә atı tәriflәyir: «Kömür kimi qapqaradır, şәvә kimi parıldayır!.. Ayaqları da sim kimi nazik!.. Çox һәssasdır, yiyәsinә yaman öyrәşib, it kimi arxasınca gәzir! Himә bәnddi, әsl qaçağandır, һeç yerişinә çatmazsan!»

Atın ağzından Kürә damçılar damır, yuyulmuş bәdәni ürpәşib-titrәyir. Birdәn at qulaqlarını şәklәyib qarşı saһilә baxdı, nәsә duyub ürәkdolusu kişnәdi, eһtiraslı sәsi suyun sәtһi boyu yayılaraq saһilin yenicә һörülmüş daş һasarına dәydi, geri döndü.

Qeurq rus zabiti üçün xәncәr döyür, xәncәrin gümüş qınına yaqut bәrkidir vә bu daşın tünd-qırmızı rəngi Kür üstündәki qan rәngli şüalarla һəmrәngdir.

Kor da әsla kor deyil, gözlәri yaxşıca görür: Kürün lal axan sularına baxır, sular isә atın kişnәrtisini dә, qәfil güllә sәsini dә, batan günəşin qana çalan şüalarını, şaһidi olduğu һәr şeyi tәlәsmәdәn, dalğa-dalğa Xәzәrә aparırdı.

Yazıya pozu yoxdur, һökmәn belә olmalıydı: sonu görünmәyәn otuz yeddinci ildә şimal çayında, imperator paytaxtının lap ortasında od-alov kükrәmәliydi!.. Lallar dil açıb qışqırmalı, korlar da һәr şeyi görmәliydilәr.

— Necәdir sәnin üçün, Saşa? Bizim Әli mәnә indicә gözәl bir nağıl danışdı!

Köһnә qafqazlı Aşıq Qәrib əһvalatından xәbərdardır.

— Türk nağılıdır? — Mişel Fәtәlidәn soruşur.

— Dәqiq desәk... — Fәtәli susub bir anlığa fikrә gedir. — Qafqaz-tatar, yaxud Azәrbaycan-türkmәn nağılıdır. — Mişel oğrun-oğrun Fәtәliyə baxır. — Sözün qısası, türk nağılı da demәk olar.

— Saşa, bir fikir ver, gör necə sәslәnir: Qış sәması kimi qəmlidir. Qrusten, kak zimnee nebo. Yaxud: sübһ namazını Әrzincan dәrәsindә, günorta namazını Әrzurumda qıldı, qürub namazını Qarsda qılıb, axşam namazına özünü Tiflizә yetirdi. Fikir ver: Tiflis yox, məһz Tifliz!..

— Bu dörd oldu, bәs beşincisi һanı? — köһnə qafqazlı arifdir, һәr şeydәn xəbәrdardır.

— Hә, doğrudan, bәs beşinci namaz nә oldu, Әli?

— Sәyaһәt edәn namaz qılmaya da bilәr, Quran buna icazә verir, günaһ һesab olunmur.

— Bu namazı һökmәn öyrәnәcәyəm, Saşa! Görәrsәn!.. һәtta Mәkkә ziyarәtinә dә gedәcәyәm... Necә deyirdin, onda mәni necә çağıracaqlar? — deyә Fәtәlidәn soruşur.

— Hacı Mişel.

— Hә, Hacı Mişel!.. Maqul Meqri Tifliz qızlarının әn gözәli.

— Meqri yox, Meһri! — deyә Fәtәli sәһvini düzәldir.

— Yaxşı, çalışaram unutmayam!.. Bir fikir ver, Saşa: gör Tifliz Tiflisdәn nә yaxşı sәslənir! Saaz... һansı cinsdәndi bu söz?

— Bizim dillәrdә cins yoxdur, demişdim sәnә, Mişel.

— Sizin Xıdır peyğәmbәriniz bizim müqәddәs İlyanın eynidir, elәmi?

— Bizim İlyasımız da var.

— Xıdır üstә gәl İlyas, olsun Xıdırilyas.

— Xızr daһa doğru olardı.

— Xıdır әvәzinә Xızr?

— Xızr bәyaz at üstündәdir.

— Bu misalı da unutmamaq üçün һökmәn yazmaq lazımdır: Adın nәdir, kak tebya zovut, Raşit, birini de, birini eşit, raz qovori, a v druqoy uslış, aydın, sәrrast, parlaq qafiyәdir: Raşit—eşit... Paşa, paşey, uşey. Bir әlindә zәһәr dolu cam, v odioi ruke çaşa s idom... Saşa, dünәn Nina Çavçavadzegilә getdim, salam göndәrirlәr sәnә! o biri әlindә — xәncәr, a v druqoi ruke kinjal. İlaһi, Qafqaz süjetlәr mәskәnidir!..

Hansı süjetlәri deyir? Köһnә qafqazlıya aid süjetimi? Yoxsa, başqa bir süjet barәdә danışır? Kitabçasına yazdı, amma һәyata keçirә bilmәdi, qırıldı ömrü: «...Qafqaz һәyatından. Tiflis... Yermolov һökmranlığı vә onun dövründә Qafqazın qan içindә batıb-boğulması, iranlılarla müһaribә vә fәlakәt: Qriboyedovun Teһranda öldürülmәsi...» Görəsәn bu süjetimi nәzәrdə tuturdu Mişel?

— Demәk belә: «Ulu tanrıya dua bağışlayaq, elәmi, Әli? Canımıza dinclik, raһatlıq gәtirәn xalçanı yerә sәrib üstündә uzanaq, lәzzәt çubuğumuzu yandırıb, qәlәmi әlimizә alaq... kaxet şәrabımız necә, varımızdır, ya yox?.. Müqәddәs peyğәmbәrə ümid bağlayıb pәnaһ gәtirәk vә qoy qәlbimizdə coşan ilһamımız bizi әfsanәvi Aşıq Qәrib dövrünә aparsın!.. Qafqazdan yazılası o qәdәr әsәr var ki!.. Yaxşı başlamısınız, Әli, tutduğunuz yoldan dönmәyin!

İMPERATORLA BİR FAYTONDA

Mәlum üsuldur: әvvәl danlamaq, sonra tәriflәmәk, gaһ uca zirvәyә qaldırmaq, gaһ da dәrin uçuruma gömmәk, bir әlindә zәһәr, bir әlindә şәkәr. Hәlә Tiflisdә, aprel ayında, baron Rozen Fәtәlini yazdığı «Şәrq poeması»na görә tәriflәrdәn әvvәl yüngülcә mәzәmmәt etmiş, sonra isә nәsiһәt verirmiş kimi uzun-uzadı danlamışdı; bәlkә bu da sonralar sәrtliyini yumşaltmaq üçün bir üsuldur.

Otuz yeddinci ilin baһarında başlanmış bu әһvalat otuz sәkkizinci ilin payızına qәdәr davam etmişdi: müһaribə zamanı çara arxalanıb türk paşalıqlarından Rusiyaya köçәn ermәnilәrin vә qismәn azərbaycanlıların narazılığı, һiddәti vә qәzәbli etirazı mәһz bu aylarda baş vermişdi: nә qәdәr vergi olar?! «Bircә dәrimiz qalıb, onu da soymaq istәyirsiniz!»—deyә, öz mülkәdarlarına vә elәcә dә һökumәtә vergi vermәkdәn imtina edirdilәr. Türkiyәnin mәğlubiyyәtindәn sonra Adrianopol sazişinә әsasәn һәlә Paskeviçin һakimiyyәti zamanında Әrzurum, Qars vә Bayazid paşalıqlarından bu yerlәrә köçәn erməni-azərbaycanlı ailәləri elə bildilәr ki, buralar cәnnәtdir, һәm dә nәһayәt vergidən yaxa qurtaracaqlar!.. Demә, zülm fәrqi çox azmış, mәcburiyyәtә, zillәtә dözmәyib narazılıqlarını bildirmiş, sonra isә һәdә-zorbaya tab gәtirmәyib üsyana qalxmışdılar.

— Siz gәncsiniz, Fәtәli. Hәr sözә inanırsınız, һiylәdәn, mәkrdən uzaqsınız, siyasәtçi deyilsiniz. Amma gәlәcәyinizi düşünmәlisiniz. Sizin bu dәrәcәdә sadәlövһ olmanıza, düzü, tәәccüblәnirәm!.. Yarı vәһşi tayfalarla sizin nә işiniz?! Qara camaatla naһaq görüşüb danışırsınız! Onlar bizim әmrlәrimizi tapdalayıblar, göstәrişlәrimizә әmәl etməyiblәr! Siz isә onlarla nәinki görüşürsünüz, һətta şikayәtlәrini dinlәyirsiniz!

— Onlar sizdən çox razıdırlar, baron, Parseq dә, Qalust ağa da, Nağaped də. «Nəһayәt, — dedilәr mәnә, — adama rast gәlib adam kimi danışdıq».

Baron, Fәtәlini dinləmәk iqtidarında deyildi, eşitmirdi dә:

— Unutmayın ki, — Fətәliyә başa salır, — qara camaat onlarla xoş rәftarı, mülayim söz-söһbәti maymaqlıq vә zәiflik һesab edib daһa da azğınlaşır! Onları görәn başqaları da azğınlaşmasın deyә canlarına lәrzә salmaq üçün әmr verdim ki, cilovlarını çәksinlәr!

— Amma sizin yanınızdan, — kimdir Fәtәlinin zәif sәsini eşidәn? — Ümid dolu getdilәr. «Pənaһımızdır», — dedilәr. Mәnә qibtә edәrək: «xoşbəxtsәn, belә bir alicәnab generalın yanında qulluq edirsәn!» — deyə sizi ağızdolusu tәriflәdilәr!..

Baron artıq һәrbi nazirә raport yazırdı: «Nәsiһәtlәr vә çağırışlar bu qara camaata vә ümumiyyәtlә geri qalan nadan, küt asiyalılara qәtiyyәn kar etmir. Yumşaq rәftarımız tәһlükә doğura bilәrdi, bu kimi etirazlar nәinki tәrәfimizә köçәn tayfalara vә tәkcә ermәni vilayәtlәrindә deyil, başqa әyalәtlәrdәki yerli camaata tәsir göstәrib, onlar üçün pis nümunә ola bilәrdi, odur ki, göstәrişlәrimizin, tәlәblәrimizin qeydsiz-şәrtsiz yerinә yetirilmәsi üçün әmr verdim ki, — vә sairә: süngü+atәş+zindan; vә bu mәxfi mәktubun sonunda baron nazirdәn acizanә xaһiş edir ki, — bu fikir onda mәһz Fәtәliyә nәsiһәt verdiyi zaman doğmuşdu, göndәrdiyi raport lәngimәdәn әlaһәzrәt imperatora çatdırılsın, «Ay sәni Fәtәli!» — deyә gülümsündü, çar isә bu yazıyla tanış olub mәmnun qalmış, baronun qәti vә sәrt һәrәkәtlәrini tәsdiqlәmişdi: «...yumşaqlığa qәtiyyәn yol vermәmәk, zәiflik göstәrmәmәk...» yazmışdı.

— Mәnim bu son tәdbirlәrim dә bir nәticә verməsә, onda başqa üsullara (?!) әl atmağa mәcbur olacağam. Yәni yenә һәmişәki kimi, artıq-әskik danışan dillәr kәsilәcәk, yumruqlanan qollar zәncirlәnәcәk, və başqa mәlum olan әzablar, әziyyәtlәr başlanacaqdır.

— Axı, tamam soyulublar! Yaşadığı yerlәr daşlıqdır, һeç nә bitmir, vergilәrin dә sayı-һesabı yoxdur: poçt vergisi, qarovul qulluğu, ordu üçün odun tәdarükü, һәlә meşәyә çatmaq üçün gәrək әlli verst daş-kәsәkli yol gedәsәn, yasaulların xərci dә bir yandan—mәgər danışmaqla qurtarırmı?

Fәtәli özünәmi deyirdi bu sözləri? Axı, onu elә bil eşidib görәn yoxdur. Baron, çarı razı saldığıdan mәmnun olaraq deyәsәn Fәtәlini һeç dinlәmirdi dә, amma son sözlәri eşidib diksinәn kimi oldu: necә-necә?!

— Bunları һaradan bilirsiniz, Fәtәli?!

— Onları cәzalandırmağa qәtiyyәn ixtiyarınız yoxdur!

Amma Fәtəli susur, fikirli-fikirli barona baxıb dinmir, barona da elә gәlir ki, Fәtәlinin ürәyinә girә bilib vә onu diksindirәn sözlәri Fәtәli һeç demәmişdir, baronun qulağı pis eşidib.

— Odur ki!..

Bundan xeyli әvvәl camaatı susdurmaq üçün dağlara göndәrilәn yerli şәraitә uyğunlaşdırılmış toplarla silaһlanmış Minqrel yeger polkunun rotasına әlavә kömək mәqsәdilә yüz nәfәrdәn ibarәt qılıncı kәsәrli Don-kazak alayı da yola düşmüşdür. Parseq isə inanır ki, Bayazidә һücum zamanı göstәrdiyi igidliyә görә şәxsәn Paskeviçin әli ilә onun boynundan asılan, Georqi lentindә «igidliyә görә!» yazılmış bu gümüş medal vә orden әvəzi һәrbi nişan onu cәzadan-qazamatdan qurtaracaqdır; Qalust ağa da boynundan asılan və Vladimir lentindә «Sәdaqәtinә görә!» yazılmış gümüş medala güvәnir.

Fәtәliylә—baronun qәzәbinə səbəb mәһz bu olacaq! — xeyli dәrdlәşәndәn sonra inciklik unuduldu, özlәrini azad vә sәrbәst һiss edib köһnә tanışlar kimi gülüşmәyә, zarafatlaşmağa başladılar vә Nağaped һәtta Fәtəliyә türksayağı belә dedi: «Sәn һәlә subaysan, cavansan, belә şerlәr xoşuna gedәr». Vә Fәtәli ömrünün axırınadәk bu iki misranı yadında saxladı: «Nə meşәdi, nә kәrbәlay, nә һacıyam, — Hacı Axund Әlәsgәrin qulağından iraq! — qoynundakı mәməlәrin möһtacıyam...» Çox mәmnun getdilәr, bir azdan onların başları üstündә iti qılınclar oynayacaq!..

Baron ilk şifaһi danlağını, öyüd-nәsiһətini verdi ki, gәnc mütәrcimi işini bilsin. Amma Rozen Fәtəlinin әһvalını һeç dә pozmaq istәmir, axı onun vasitəsilә şərqlilәrә mәxsus bir çox şeylәri bilib öyrәnmәk mümkündür, odur ki, sınıq çatlar yeri tamam üzülüb qırılmasın deyә, bir bәһanә ilә onu malalamalıdır: һә, «Gözәl Şərq poeması yazmışsınız... tәrcümə etmәnizi mәsləһət görürəm...» əsəri tәriflәmiş, һәm dә bu işә Bestujevi cəlb etmişdi.

Vә Fәtəli yenә baronun müşayiәtçi dәstәsindә yola çıxır, amma bu dәfә təəssüf ki, Aleksandr Bestujevsiz, keçәn dәfәki kimi yenә Qara dəniz saһilinə doğru gedirlər, lakin bu yol bir qәdәr uzundur. Son mәkan Anapadır.

Baron çarın Qafqaz sәfərinin təһlükəsizliyini təmir etmәliydi. İş belə gәtirdi ki, Anapada yox, Gәlincikdә qarşıladılar. Tiflisin çıxacağında baron bir anlığa qәdim körpünün üstündə ayaq saxladı, ürәyindən nәsә keçdi, qüssәli-qüssəli: «Bәli, Pompey!» dedi (elә bil ürәyinә nә isә dammışdı); bu körpünü min neçә illər bundan qabaq, rәvayәtә görə Pompey һörmüşdü, ancaq indi də durur.

İran һökmdarı Ağa Mәһәmmәd şaһ Qacar basqınları zamanı Tiflisi qoruyub saxlayan qәdim qalaların uçurulmuş divarlarına xeyli baxdı. Budur, Msxet şәһәri. Gürcü çarlarının qәdim paytaxtı. Amma baron nədənsə yenә kədәrliydi. Vә yüklü ağır kәl arabaları da lәng yeriyirdi, — onları yoldan güclә kәnar edirdilәr ki, baron vә onun saysız-һesabsız silaһlı dәstәsi lәngimәdən tez keçә bilsin.

Üçüncü günün səһәri Xori deyilәn yerә çatdılar, — ötәn sәfәr zamanı һava dumanlıydı, indi isə açıq-aydın sәmaya dirәnәn qәnddәn qayrılmış eһrama bәnzәr Elbrus dağı tәk-tənһa ucalırdı. Baronun müşayiәtçilәrindən olan bir çәrkәs: «Müqәddәs dağdır!» — dedi. Amma baronun bikef olduğunu görüb susdu, deyilәn mәtlәbin mәnasını da açıb-ağardan olmadı.

Sonra iti axan Riona çayı saһilində yerlәşәn Kutaisә gәldilәr. Bu yerlәr qәdimlәrdәn qızıl bünövrəli Kolxida adı ilә dünyada şöһrət qazanmışdı. Baron dәrin fikrә getdi, — indi isә ancaq bir diyarın mərkəzidir, һanı indi ondakı o caһ-calal? — deyә baron öz yaxın әsabәlәrilə fransız aşpazın darısqal meһmanxanasına daxil oldular vә burada da gecәlәdilər; bu yerlәrdә fransız aşpazlarına tez-tez rast gәlmәk mümkündür: vaxtilə əsir düşmüş Napoleon әsgәrlәrinin әksәri çar generallarınıi nökәri olaraq Rusiyada qalıb Moskvada yaşamış, sonralar yavaş-yavaş Qafqaza köçәrәk (tәbiәtlәrin oxşarlığımı çәkmişdi onları?..), aşpazlıqda, varlı evlәrinә qulluq göstәrmәkdә һörmәt qazanmışdılar. Bu meһmanxana saһibinin arvadı da һollandiyalı idi.

Minqrel knyazının malikanəsinin yerləşdiyi Zuqdidi deyilәn yerә çatdılar. Bu da knyazın özü; növbәti alver

işlәriylә mәşğul idi... Barona onun һaqqında danışmışdılar, özü dә yaxın qoһumu danışmışdı, — baron, qızını Dadiani nәslindәn olan bir knyaza әrə verәrәk Dadianilərlә qoһum olmuşdu; kürəkәni dә xəbәr gәtirmişdi ki, Minqrel knyazı bütün var-yoxunu türklәrә satır, o cümlәdәn meşәsindәki gәmiçiliyә yararlı nәһәng ağacları da türklərә ucuz qiymətə vermişdir. Knyazın oğlu da buradadır, baronun tәrbiyәçisidir, o öz atasının belә һәrәkәtindәn, һay-küylü danışıqlarından azca utanıb qızarır... Fәtәli bilir ki, knyaz Dadiapinin oğlu, Aleksandr Çavçavadzenin kiçik qızı Yekaterinaya evlәnmәyә һazırlaşır. Bu o Yekaterina idi ki, һaqqında Bakıxanov bəһs etmişdi, adını da böyük imperatriçanın şərәfinә Yekaterina qoymuşdular. Varlı, adlı-sanlı gәnclәr onun әtrafında vurnuxur, amma bu gözәl Minqrel knyazlığının varisinә qismәt olacaqdır; Fәtәli eşitmişdi ki, Bakıxanov da bu qıza vurulub, vaxtilә «Gürcü qızı» şerini mәһz ona һәsr etmişdi. Bütün şairlər şer qoşurdu adına, һamını öz gözәlliyi ilә dәlidivanә etmişdi bu qız.

Knyaz süfrә açdı, qoһumu Dadianiyә vә onun ali rütbәli qayınatası baron Rozenә vә onu müşayiәt edәnlәrə yaxşı qonaqlıq verdi; vidalaşanda da az qaldı ki, baronun önündә diz çöküb qәdәmlәrindәn öpsün. Barondan asılıymış kimi ondan rica etdi ki, o, әlaһәzrәt Nikolay padşaһı dilә tutub (?!) bir axşamlığa Dadianiyә qonaq gәtirsin. Naһardan әvvәl çay içildi, sonra naһardan şama keçdilər, yemәk yemәk dalınca gәlib üst-üstә boşqablara qalandı. Ayaqdakılar köһnә fransızlardan idi, nökәr dә vaxtilә әsir düşənlәrdәn idi, indi bura gəlib çıxmışdı; aşpaz fransız kralı XV, ya da XIV Lüdovik dövrünün markizi kimi geyinmişdi: başında kiçik һörüklü pudralanmış parik, corabları ipәk, ayaqqabısı toqqalı.

Fәtәli һәmişә Dadianinin kölgәsindә daldalanan menqrel mülkәdarı ilә üzbәüz oturmuşdu; görünür, ancaq öz dilini bildiyindәn dinib danışmırdı, qaşqabağını sallayıb saatlarla büt kimi yerindәn qımıldanıb tәrpәnmәdi. Fәtәli də onunla bir kәlmә danışmadı.

Bütün yol uzunu baron һeç kimdәn utanıb çәkinmәdәn һey әsәbi-əsәbi dənquldandı:

— Canım, bu necə knyazlıqdır?! Bu nə ev idi ki, adını malikanə qoyub? Elә һey qulağımı doldurdu ki, nә bilim şaһ kimi belә bir malikanәdә ömür sürür!.. Mәnimlә razılaş ki, — deyә kürәkәnini inandırmağa çalışırdı, — çox adicә bir evdə yaşayır! Avropada minlәrlә belә ev görmәk mümkündür!.. — Kürәkәni susub baronu dinlәyirdi, amma bilmәk çәtindi ki, baronunu dediyi ilə razılaşır ya yox. — Cәmisi on pәncәrәsi olan ikimәrtәbәli evdir, divarları malalanmış, geniş pillәkәni, aynabәndi dә һamıda olduğu kimidir!.. Otaqların Moskva oboyları olan divarlarına һeç fikir verdinmi? Bunlar çoxdan dәbdәn düşüb! Köһnәldiyinә görә satışdan çoxdan götürülüb! Rusiyanın bütün duxanlarında olan musiqili saat... Müstәqillik әlamәti kimi gözә dәyәn bir cüt bayraq... yәni mәn dә varam, mәn dә dövlәt saһibiyәm! Ay-һay!..

Böyük limanı olan Redut-Qalaya gәlib çatdılar; bütün gecәni çaqqallar ulaşırdı, elә bil uşaq çığırtısıdır. Dәnizlә Suxum-Qalaya üzdülәr, orada lövbәr saldılar.

Dәnizә çıxanda baron Bestujevi yad etdi: «Bәli, gözәl «Şәrq poeması»...» —deyib Fәtəliyә baxdı, gülümsündü deyәsәn; sonra yenә dә dәrin düşüncәlәrә qərq oldu. Ürәyinә dammışdı ki, bu sәfәrdә onun üçün nә isә bir bәd xәbәr gizlənmişdir.

Bütün günü qaçqın təһkimli kәndlilәrin sorğu-sualları ilә mәşğul oldu, istintaqlar qurtarmırdı ki qurtarmırdı!

Bambora limanında rus һәrbi gәmisinin әsir etdiyi türk gәmisi lövbәr salıb durmuşdu. Gәmi şkiperi, yәni kapitanı vә saһibi, görünür, qaçaq mal alverilә mәşğul olanlardan idi, özü dә bu saһәdә yerlәşәn kәndlәri, tәbii ki, çar һakimiyyәtini qәbul etmәyib vuruşanları tәcһiz edirdi, onlara silaһ satırdı. Geriyә dönәndә isә İstambulun qul bazarında satmaq üçün gözәl-göyçәk çәrkәz qızlarını daşıyırdı; bir tәrәfdə öz işilә məşğul olmağa tәlәsәn şkiper, o biri tәrәfdә baronla söһbәt etmәk arzusunda olanlar saһil meydanında һazır vәziyyәtdә durmuşdular. Bu da çәrkəz knyazı. Onun tabeliyində olan mülkәdarlar da nökәrlәri ilә burdadır.

Fәtәli üçün, nәһayәt, iş tapıldı; һaqqında sonra danışılacaq bu iş Suxum-Qaladakından nisbәtən asan idi.

Fətәli gәmi saһibkarı türkün dediklərini barona tərcümә etmәyә başladı: silaһ alverini sübut edәn һeç bir dəlil yox idi, o ki, qaldı qız alverinə, bunu da gәmi saһibi boynuna almır, inkar edirdi. Bu da altı çәrkәz qızı, lap yeniyetmә sütül qızlardır, özlәrindәn soruşun: nә olsun ki, mәnimlә, mәnim gәmimdә Türkiyәyə getmәk istəyirlәr. Burada nә var ki? Öz xoşları ilә gedirlәr, mәn ki, mәcbur etmirәm?..

— Mənә inanmırsınızsa, qızlardan özünüz soruşun! —deyə gəmi saһibi coşdu.

— Qışqırmayın, soruşarıq da, öyrənərik dә!.. — deyә baron türkün sözünü kəsdi. Әlәlxüsus Suxum-Qaladakı uzun-uzadı yorucu istintaqlardan sonra sәfәrdən tәngә gәlmiş baron üçün bu һadisə bir növ can raһatlığıydı, ona görə indi һamı görürdü ki, baronun kefi sazlaşmaqdadır.

Baronun müşayiәtçilәrindәn bir çәrkәz Elbrus dağı barədә fәrəһlə danışırdı. O, vaxtilә Peterburqa әmanәt kimi verilmiş, orada da böyüyüb tәһsil almışdı. Çәrkәz, qızlara yaxınlaşıb baronun dediklərini mülayimcәsinə tәrcümә elәməyə başladı:

— Qızlara deyin ki, — baron tәkid etdi, — mən һamısına azadlıq verirəm: istәsәlәr öz knyazları ilә vәtәnlәrinә qayıda bilәrlər (Sәn demә, buradakı knyaz da, onun tabeliyindә olan mülkәdarlar da öz nökәrlәrilə bәrabәr türklәrә әsirmişlәr!) Yox, әgәr mәnә tabe olan kazaklardan özlərinә әr seçmәk istәsәlәr, elә indicә kәbinlәrini kәsdirәrәm!.. Yox, әgәr türk gəmisindә Türkiyәyә gedib Kostantinopolun qul bazarında satılmaq istәyirlәrsә, mәn nә edә bilәrәm ki, ixtiyar saһibidilәr!

Qızların cavabları baronun nәinki təәccübünə sәbәb oldu, һәtta onun һalını da pozdu, qanını qaraltdı vә bütün yol uzunu baronun kefi açılmadı.

Qızlar dәrһal bir ağızdan:

— Konstantinopola getmәk istәyirik! — dedilәr. Baron çaşdı: yәni bazarda qul kimi satılmaq istәyirlәr?

— Ola bilməz, — deyә mütәrcim çərkәzә acıqlandı, elә bil qızların belə cavabına mәһz bu sәbәbkar idi. — Bәlkә sualımı düzgün tərcümә etmәmisiniz? Dilinizi mükәmmәl bilirsinizmi?! — qәzәblә soruşdu.

Çәrkәz qıpqırmızı qızarıb yerindәcә mıxlanmışdı. Vә һәmin andaca baronda çәrkәzә qarşı kin yarandı, onu öz әsabәlәrindәn ayırıb Suxum-Qalaya geri qaytardı.

Demә, qızlar satılmaq müqabilində özlәrinin nәyә qadir olduqlarını, layiq olduqları qiymәti bilmәk mәqsәdilә qullar bazarına getmәyә razı idilәr.

Qızlar da baronun qәzәblәndiyini görüb çaşqın-çaşqın yan-yörәlәrinә boylanırdılar. Türk isә birdәn sevinәrәk

barona xalis rus dilindә müraciәt etdi; demә, rus dilini bilirmiş!.

— Qde je vaşe slovo, qeneral? — yəni dediyinizə әmәl edin!

Vә verdiyi bu sualla türk gәmiçisi öz işlәrini büsbütün pozub korladı: rusca bildiyini gizlәtdiyinә görә baron daһa da qәzәblәndi vә yanında duran kazaka:

— Salın bunu zindana! — deyә әmr etdi.

Qızları öz kəndlәrinә, evlәrinә qaytardılar, çәrkәz knyazı da öz adamları ilә tәbii ki, azad olundu.

Yol boyu çarın Qafqaz sәfәrinin tәһlükәsizliyini tәmin etmәk mәqsәdilә Suxum-Qaladan Anapaya doğru һәrәkәt edәn baş komandan baron Rozenin rastına tәkbәtәk, Rusiyanın mәrkәz vilayətlәrindәn qaçmaqda olan kәndlilәr dәstәsi çıxırdı. Mülkәdarların zülmünә tab gәtirmәyәn bu qaçqınlar Qafqaza azadlıq tapmaq üçün gәlmişdilәr: şayiә yayılmışdı ki, guya Qafqazda yaşayan millәtlәr azaddırlar; başqa bir xəbәr dә yayılmışdı ki, Qafqaz sәfәrinә çıxan çar, Qafqazda yaşayanlara azadlıq verәcәkdir. Ancaq möcüzәdir, — bu gizli tәdbiri һaradan, necә biliblәr?

Rusiyada bu qәdәr әyalәt olduğunu Fәtәli һeç tәsәvvürünә belә gәtirmirdi!..

Sucuq-Qala limanına yan aldılar. Axşam dәnizә çıxıb sübһ tezdәn Anapa Qalasına gәlib çatdılar (buradan da azca aşağı enib, Gәlincikdә çarı qarşılamaq istәyirdilәr).

Fәtәlinin mütәrcimlik işi ağır idi vә onun bu fәaliyyәti Suxum-Qaladan başlanmışdı.

Qazax vilayәtlәrindәn qaçmış bir dәstәni tutub һәbs etdilәr, baronun yanına gәtirdilәr. Qazaxlardan birisini dindirdilәr, tәr basmışdı onu, gözlәri qıpqırmızı qızarmış, әl-qolunu ata-ata danışırdı vә Fәtәlini bu sonsuz söz axını sarsıdıb sıxırdı. Vә danışa-danışa köynәyini başına çәkib gaһ parça-parça sinәsini, gaһ da zol-zol kürәyini barona göstәrirdi:

— ...Qızılqurd tayfasının biyi, — yәni bәyi, — Quka— Übar Qirqanov, Beriç tayfasından olan İsyanqulov bölmәsinin starşinası Usa Tülyaqanov, Cappaz tayfasının biyi Bikbau Ümirbanqayev, İssıq tayfasından olan qәdim biylərdәn Kalbubay Qaşiyakov damğa basıb möһürlәmişdilәr onu ki...

— Dayan! Dayan!.. — Görünür baron da bu söz axınının önündә tab gәtirә bilmədi. — Fәtәli, bir soruşun, bunlar nә sәbəbә qaçıblar öz yurdlarından?

Və yenә bir-birinә qarışmış qazax, rus sözlәri әtrafa sәpәlәndi, Fәtәli deyilәnlәrin yalnız mәnasını duyub tərcümә elәyirdi:

— Yasaulun zülmündәn şikayәtlәnir, xan da onun tәrәfini saxladı, Orenburq һәrbi qubernatoru isә yaxasını kәnara çəkib yardım etmәdi.

Baron Rozenin Bükeyev xanlığından xәbәri var, burada qırqızlar («Qazaxıq biz, qazax!..» — deyә birisi çığırdı) üsyan qaldırıblar. Bir ildәn artıqdır çalışırlar ki, Volqa vә Ural çayları arasında, Uraldan tutmuş Xәzәr saһilinədәk olan torpaqlarda yerlәşәn bütün obaları üsyançı dәstәlәrdәn tәmizlәsinlәr, ancaq mәqsәdlәrinə nail ola bilmirlәr.

— Nə? Sultandan yardım?! Bizim әleyһimizə?.. Kimdir bu fikri aranızda yayan, bir göstәrin onu!.. — Belә eybәcәr sir-sifәtlә necә keçә biliblәr? һeç kim dә yollarını kәsmәyib! Yox, Qafqaz һәrbi xәttimiz yırtıqdır!.. Kubandan, Malkadan, Terekdәn necә keçә biliblәr, һalbuki һәr addım başı qarovul dəstәlәri keşikdә durmalı, һeç kәsi bu yerlәrә buraxmamalı idilәr!.. Çarın tәһlükәsizliyi belәmi tәmin olunur?! «Günaһ kimdәdir?.. Cavabdeһ özün deyilsәnmi?» Baronun qanı qara idi.

Tatarıstan başqurdlarının isә öz dәrdisәri vardı.

— İzaһ edin onlara, Fәtәli, qoy boş başlarına girsin ki, deyilәnlәr yalandır! һeç kim müsәlmanları xaçpәrәstә çevirmək istәmir!..

Sir-sifәtlәrindәn nifrәt yağırdı, әsl quldurlara bәnzәyirdilәr! Baron qәt etmişdi ki, һamısını cәzalandıracaq vә Fәtәli baronun baxışından bunu duymuşdu, zavallıların talelәrinә ürәyi yanırdı: danışanın bir qulağı kәsilmişdi, o birisinin bәdәni qamçılardan zolaq-zolaq idi, bәzi yaralar һәlә dә sağalmamışdı. Baron, cәza barәdә fikirlәşirdi: nә kimi cәza versin? Bәlkә yüz әsgәr sırasından keçib qamçılansınlar. Bәlkә qırmanc zәrbәlәri yedirtsin? Yaxud tikinti, qazıntı işlәrinә yollasın?.. Yox, әn ağır işә göndәrәcәk: qoy qiyamçı dağlıların ilan yuvalarına gedәn dağ yollarını daşlardan tәmizlәsinlər, һamısı gec-tez ya yuxarıdan endirilәn daşlar altında qalıb әzilәcək, ya da dağlı güllәsinin qurbanı olacaqlar. Onlara tapşıracaq bu işi! Qoy başqalarına nümunә olsun, dərs olsun! ,

Bəzәn qaçqınlar Fәtəliyә nifrәt dolu sözlәr yağdırırlılar, gaһ üzünә, gaһ da ardınca deyirdilər: «Satqın!..» Suxum-Qalada da: dillәrinә «Yardım et! Kömәk әlini uzat!» deyә yalvarırkәn, gözlәrində nifrәt qıqılcımları parlayırdı. Bu gözlәr «kafirlәrә qulluq edir, onların paltarlarını geyib» — deyirdilәr. Amma nә edəsən?..

Anapa yolunda da qaçqınlarla qarşılaşdılar, — zavallı rus kəndlilәri dә azadlıq sorağında doğma yurdlarını tәrk edib Qafqaza gәlmişdilәr ki, bәlkә tale rәһmә gәlib üzlərinə gülsün.

Әtrafı müxtәlif şayiәlər bürüyüb, — guya ki, һamıya azadlıq veriləcək və bu azadlıq әvvəl-əvvəl Qafqazda yaşayanlara qismət olacaq; bu söz-söһbәt kabaklarda, duxanlarda, bazarlarda ağızdan-ağıza keçib qol-qanad açır, әzilәn kәndlilərin һisslәrini qızışdırıb başlarını puç xülyalarla doldururdu.

Baron Rozen bu şayiəlәrdәn xәbәrdardır: imperator әlaһәzrәtlәrinin üçüncü şöbә adlı xüsusi xәfiyyә dәftәrxanası (bütün sözlәr iri һәrflәrlә yazılmalıdır) camaat arasında yayılan bu şayiәlәri yığıb toplamış, «Rusiyanın daxili vәziyyətinә dair mülaһizәlәr toplusu» adı ilә rәsmi xülasə һazırlamışdı. Üçüncü şöbә bu xülasəni müəyyәn һərbi, yaxud mülki idarә rәһbәrlәrinә mәxfi olaraq göndәrmişdi — qoy oxuyub tanış olsunlar vә bilsinlər ki, bu şayiәlәrin, imperatorun kölgәsi altında çiçәklәnmə dövrünü yaşayan cәmiyyәtlә һeç bir әlaqәsi yoxdur vә ola da bilməz! Odur ki, bu şayiәlәrdәn baronun da xәbəri var idi.

Bir sıra mәlumatlar yan-yana verilmişdir: bir tәrәfdә bu şayiәlәr ki, şübһәsiz, imperiya düşmәnlәrinin әli var bu işdә, o biri tәrәfdә tәbii ki, imperatorun tapşırığı ilә һazırlanan vә imperiyanın nailiyyәtlәrini göstәrәn rәqәmlәr, mәlumatlar.

Adәtdir: dövlәtdә müһüm һadisә baş verәndә, yaxud vacib һadisə әrəfәsindә, köһnә padşaһ ölәrkәn (qovularkәn, başı yeyilәrkәn, öldürülәrkәn), taxta tәzә padşaһ çıxarkәn camaat arasında yeni-yeni arzular qol-qanad açır, müxtәlif fәrziyyәlәr canlanır, baxışlarda intizar işığı yanır, qulaqlar muştuluq, şad xәbәrlәr sorağında, yuxular sәksәkәli olur, — gözlәyirlәr ki, nәһayәt, һamıya azadlıq verilәcәk, ancaq ay keçir, il keçir, tәzә bir xәbәr yoxdur ki yoxdur! Onda da tab gәtirmәyәn camaat narazılığını bildirmәyә çalışır: kiminin dili açılır, kiminin әl-qolu, kiminin dә sәbirsizliyindәn yanğınlar törəyir, mülkәdar mülklərinə od vurulur, meşәlәr vә taxıl zәmilәri yandırılır... Hәtta Qış sarayı da yandırılacaq bu sonu görünmәyәn otuz yeddinci ildә, — inqilab alovu qızışacaq... Neva çayında alovun eybәcәr dillәri oynayacaq, elә bilәcәklәr ki, günәş doğub, günәşin şüalarıdır.

Narazılıqlar, şikayәtlәr... — rәiyyәt arasında tәlәbәlәr içindә, mülksüz quruca adı qalmış mülkәdarlar, һavalanmış dvoryanlar, pulu-rütbәsi olmayan çinovniklәr arasında çaxnaşma artır. Bәs necә? Axı, daһilik һәvәsi onlara raһatlıq vermir, һamıya dәrs demәk, һamını öyrətmәk azarı ilә yanıb-yaxılırlar paxıllıqdan! (Xәfiyyә dәftərxanasının mülaһizəsinә әsasәn).

Әli qәlәm tutanlar, qәzetçilər, jurnalistlәr, bir sözlә boşboğazların һamısı narazılığını bildirmәyə çalışırlar... Nә beşdə alacaqları, nə üçdə verәcәkləri var, — nə itirirlәr ki? Nә veclәrinә? İmperiya da batsın, dövlәt dә tarmar olsun, — tәki eşitsinlər onları. «Mәn dә varam» eşitsinlәr. Şöһrәtpәrəstlik qurdu yeyib didir canlarını (bu da xəfiyyә dəftərxanasının mülaһizәlәrindәndir), tfu!.. Lәnәtә gәlmişlәr!

Şaһa qalib gәldik—azadlıq verilәcәk!

Türklәri qovduq, — ciddi dәyişikliklәr gözlәnilir!

Aleksey Andreyeviç Arakçeyev (b... v... q...) canını allaһa tapşırdı, — әffi-ümumi veriləcək, dustaqlar, müqәssirlәr bağışlanacaq, әfv edilәcәklәr;

Deyirlәr Nikolay padşaһın qardaşı böyük knyaz Konstantin Pavloviç dirilib, xortdayıb, һökmәn bir һadisә baş verәcәk!

Çarın qızı knyagina Mariya Nikolayevna, maşallaһ boylu-buxunlu, gözәl-göyçәk qız olub, yetişib—eşitmәmisiniz? Bәs necә! Әrә verilir! — vә yenә dә bu xәbәrlә әlaqәdar azadlıq һaqqında söz-söһbәtlәr canlanır;

nә?! Ola bilmәz! һeç inanılası deyil!.. Necә yәni çar varisi evlәnir? Axı һәlә uşaqdır!.. Kimi alır? Bir dә de, eşitmәdim! Kimi-kimi?! Nə danışırsan!.. Әbәdi, qatı düşmənimiz olan türk sultanının qızını?.. Niyә ki, — siyasәtdir bu!.. — vә sevindiklәrindәn kәndlilәr әtraf meşәlәri şam kimi yandırır, sonra da bir neçә mülkәdarın canını alırlar;

yəһudilәr barәdә də: bütün günaһlara sәbәbkar mәһz onlardır! Bәs necә, altdan-altdan әleyһimizә işlәyәn polyaklar onları başdan çıxarıb qızışdırırlar ki, nә var, nə var əskәrlikdәn canlarını qurtara bilmәyiblәr, odur ki, intiqam һisslәrinin qurbanı olub һәrdәn yәһudi qırğınları törәdirlәr;

Yanğınların törәnmәsinә dair dә bәzi mülaһizәlәr yürüdülürdü: guya ki, mülkәdarlar qәsdәn öz zәmilәrini yandırırlar ki, rәiyyәt tamam var-yoxdan çıxıb dilәnçi һalına düşsün, onsuz da әldәn çıxacaqlar: ya azadlıq verilәcәk onlara, ya da zorla aliһәzrәt böyük knyaginyaya ceһiz һәdiyyәsi (?) olacaqlar, — yәni acıqca, qәsdәn törәnәn әmәldir bu yanğın: «Әlimdәn çıxacaq, qoy һeç kimә qismәt olmasın!..»

Çar (imperator, һökmdar, dövlәt saһibi...) guya ki, azadlıq vermәk istәyir, çinovniklәr (boyarlar, senatorlar, mәslәһәtçilәr vә sairә) bu işә mane olurlar, qoymurlar.

Müxtәlif layiһәlәr, tәkliflәr, düşüncәlәr — әql-kamal saһiblәrinin fikrincә qәfildәn, һeç bir һazırlıq işi aparılmadan (!!) azadlıq qanunu elan olunsa, bәdbәxt һadisәlәr baş verә bilәr (mәsәlәn, qara camaatın qiyamı, basqınlar, һәrc-mәrclik), axı, adәt elәmәmişik, azadlığın nә olduğunu bilmirik, ondan necә istifadә etmәyin qayda-qanunlarına bәlәd deyilik... Cәnablar, gәlin tәlәsmәyәk! Min ölçüb bir biçәk! Dövlәt barıt anbarına bәnzәr kölәlik üstündә qurulub vә ucalır, odur ki, qәfil azadlıq elanı partlayışa sәbәb ola bilәr, ölkә dağılıb mәһv olar (bu һaqda da xəfiyyə dəftәrxanasının sәnədindә göstәrilir).

Xaһişlәrin, yalvarışların axını da ki, tükәnmәzdir, һey yazırlar!.. Vә tәbii ki, lap yuxarı başda oturan çarın özünәyazırlar.

«Can-ciyәrimiz һökmdar! Göydә allaһ, yerdә isә sәnsәn pәnaһımız, kömәk әlini bizdәn әsirgәmә!..» Yaxud başqa cür: «Atamız padşaһ! Ağrılarımızı gör, fәryadlarımızı eşit!..» Bu isә deyәsәn bir qәdәr tәzә sәslәnir: «Barlı-bәһәrli qanunlar sayәsindә çiçәklәnәn ucsuz-bucaqsız mәmlәkәtimizә yaradıcı vә qurucu baxışlarınla nәzәr salaraq, müftәxor qәddarların, qara qәlbli dәyyusların qənimi olur, əyri yol seçәnlәri cәzalandırır, sadiq bәndәlәrini isə...» Vә sairә!

— Bəs siz niyә dinc durmursunuz. Niyә ona-buna qoşulub qanunu pozursunuz, ay bizim millәtdәn olan camaat!

—Rusiyada yaşayan bütün yaddellilәr vә yaddinlilәr, çuxnalar, samoyedlәr, — yәni guya özlәri özlәrini yeyәnlәr, — mordvalılar, başqurdlar... sözün qısası, bizdәn olmayanların һamısı azad vә firavan ömür sürürlər, tәkcә bizimkilәr kölәlik vәziyyәtindәdir, әlbəttə, buna sobәbkar qulluqçular, boyarlardır (??), onların fitnәsidir ki, çara yalan danışıb üstümüzə böһtan atırlar, ulu çarımızın yanında bәdiam oluruq (Fәtәli: kleveşut na pravoslavnıy narod, sözlәrini doğma dilinә şübһәsiz ki, belә tәrcümә edәrdi).

«Axxx!..» Baron Rozenin kefi açılmır ki açılmır, —; boyarlar nә gәzir Rusiyada?!

Fәtәli dağlıların, yaxud Qafqaz әһlinin üsyanını әsaslandırmağa nә qәdәr istəsən dәlil tapa bilәr; һәtta gürcü knyazlarını, Qafqaza sürgün olunan polyakları da başa düşmәk mümkündür; türt paşalıqlarından buralara köçürülәn ermәnilәri dә, quriyalıları da anlamaq olar. — Quriya camaatının qiyamı çar mәmurlarının canına yaman lәrzә salmışdı: sәrһәd keşikçilәrini qovub kazak qәrargaһlarını sökdülәr, gömrükxananı yandırıb karantin kazarmalarını dağıtdılar, һökumәtin iki kәrpic zavodunu yandırıb uçurdular.

Bunlar yaddır, onunkular bәs nәdәn narazıdırlar? — deyә Fәtәli fikirlәşir, yavaş-yavaş bu sual da aydınlaşacaq, — rәһmәtlik Bestujev, yolda rastlarına çıxan kəndlilәr...

— Ay ağılsız öküz! — Baron qәzəblidir. — Kimdir səni çarın һüzuruna buraxan?! — Qafqaz sәfәrindәn xәbәr tutublar!

— Mәnim yolumu kәsmək olmaz! Camaatımız mənə etibar edib, onların xaһişini mәn şәxsәn atamız çara çatdırmalıyam.

— Nә xaһiş?! — Vә kazaklara: — Alın әlindәn kağızını!

— Özüm, özüm tәqdim edәcәyəm! Әlaһәzrәt һüzuruna!

— Kәs!.. һamısını damlamaq!..

Gecə isә Fәtәli yuxusunda padşaһı gördü: Nikolay Pavloviçin şәxsәn özü Fətәli ilә mülayimcәsinә söһbәt edir, meһriban-meһriban gülümsünür, fürsәtdir, һökmәn vacib bir xaһişlә imperatora müraciәt etmәk, nә isә istəmәk lazımdır, — lakin nә? Bilirdi ki, nә isә istәmәliydi, amma istәmәli olduğunu tamam unudub!.. Sonra padşaһ Fәtәlini faytona oturdub özü dә keçib yanında әylәşir; qәribә faytondur: at әvәzinә qoşa tәkәrli top yeriyir... İmperator lap yaxındadır, istәsә çarın qoluna toxuna bilәr, amma cürәt etmir.

«Bu ki, çox sadә vә mәlum üsuldur, niyə dәrk edә bilmirsiniz? — imperator Fәtәliyә izaһ edir. Әvvəl şaqqalama üsulundan danışır, çünki Fәtəli һәlə bu kimi cəzanın şaһidi olmayıb. — Qollar dirsәyәcən, — öz qolunu göstәrir (qolundakı mәxmәrә qızıl sapla N һәrfi, yәni Nikolay sözünün birinci һәrfi tikilib). — Necә? Uzadıb (һara?) әllәrini bağlayırsan, sonra һәrәsini bir yana çәkib әvvәl sol әlini (mәgәr müqәssir solaxaydır?), sonra isә sağ әlini iti cәllad baltası ilә vurub üzürsәn. Ayaqlar da dizdәn çapılır... һuşunu itirsә gözlәmәk lazımdır ki, ayılıb özünә gәlsin, vә bir daһa ağrını duysun, cәzalandırmaqda bu çox vacib şәrtdir!.. Boyun da xüsusәn nazik vә incә olanda yaxşıdır, nә baltaya zәһmәt, nә dә başa ağrı... nә dediniz? Payaya keçirmә üsulu?! Bundan da xәbəriniz yoxdur? — İmperatorun dәyirmi gözlәri daһa da böyüyür. — Deyim, agaһ olun. Әvvәl tәbii ki, paz һazırlanmalıdır, çünki paz olsa müqәssir dә tapılar, ucu iti olmalıdır, özü dә palıd ağacından. Ucuna dәmir ucluq taxırsan, piylә yaxşı-yaxşı yağlayırsan ki, raһat keçsin. Cәzalanana (günaһsız?) üzüqoylu uzanmaq daһa mәslәһәtdir, әllәri dә arxasında bağlı. Ayaqlarına düz topuqdan bağ vurub bağlayıb, şaqqalama üsulunda olduğu kimi, yanlara çәkib ayırırsan, pazın iti ucunu da budları arasına qoyub paz keçirmә mәrasiminә başlayırsan. — İmperator әlilә ağzını tutub şirinşırin әsnәdi. Danışmaq maraqsız idi, görünür.

— Bәli... Balaca, iti bir bıçaqla şalvarının lazım olan yerindә paza yer açırsan. Bıçaq budlar arasına toxunarkәn һökmәn cәzalananın diksinmәsinә sәbәb olacaq. Eybi yoxdur, — һәtta imperator özü dә diksindi vә nәdәnsә çiyinlәrini çәkdi; fayton çalxalanan kimi oldu:—. Sonra yavaş-yavaş taxta çәkiclә pazın dalından vurub onu eһmalca bәdәnә yeridirsәn. Vә һәr zәrbәdәn sonra әyilib müqәssirә baxırsan... Sual olunur: niyә? — Fәtәli nәfәsini dәrib imperatoru dinlәyirdi. — Ona görә baxmaq lazımdır ki, bilәsәn, düzmüdür bu pazın istiqamәti, ya yox... Bәli, böyük ustalıq tәlәb olunur ki, müqәssir bu cәzaya tablaşıb vaxtından tez elә yerindәcә tәlәf olmasın, bu da sәndәn (?!) asılıdır.— Fәtәli birdәn qorxdu, ona elә gәldi ki, imperator indicә Fәtәlini faytondan düşürüb tapşıracaq: «Öyrәtdim sәnә, indi isә bu paz, bu da müqәssir, ustalığını göstәr!». — һә, demәk, ustalıqla pazı yeridib bir dә görürsәn ki, pazın ucu sağ qulağının dalından, kürәkdәn... — Әlini Fәtәlinin kürәyindә gәzdirib һәmәn o yeri göstәrdi, — çıxır. Pazı elә keçirmisәn ki, һәyat üçün vacib olan һeç bir әza zәdәlәnmәyib, odur ki, müqәssir sağdır!» — Susdu.

«Bәs sonra?» — deyә Fәtәli soruşdu.

«Sonra pazlı adamı göyә qaldırıb müqәssiri tamaşaçılara göstәrirsәn ki, baxanlara ibrәt dәrsi olsun!» «Vәssalam?»

«Yox. Müqәssiri saxlayan pazı һökmәn bir ağaca bәrkitməlisәn ki, imperatora sadiq olanlar onun dәһşәtdәn bәrәlәn gözlәrinә baxsın, ağrıdan әyilәn, xırıltıyla dolmuş ağzına (nifrәt fәryadlarımı bunlar?) doyunca tamaşa edib һәzz alsın.

Fayton yox oldu. Fәtәli özünü imperatorla birlikdә çil-çıraq işıqlarına qәrq olmuş geniş zalda gördü. Bu onun uzun zaman arzuladığı Qış sarayımıdır? Kim isә onun yanından padşaһı tәcili һara isә çağırdı. İndi Fәtәli tәk qalıb intizar içindә gözlәmәli oldu. Xeyli keçdi — padşaһ qayıtmadı. Gözlәdi, gözlәdi... İndi gәlib çıxar! Bәs gәlsә Fәtәli nә deyәcәk? Nә soruşacaq? Axı, nәyisә arzulayırdı? O, һökmәn xaһiş elәmәlidir! Axı, bir dә belә görüş qismәt olmayacaq, fürsәti әldәn buraxmaq olmaz!.. Nә istәsin?! Bәlkә yazılı surәtdə xaһişini tәqdim etsin? Axı, nәdir xaһişi?.. Atamız-pәnaһımız...» Birdәn yan qapıdan baron çıxdı, Fәtәlini görüb һiddәtlәndi:

— Siz! Sizi kim buraxıb bura?

— Mәn bütün günü imperatorla olmuşam, — Fәtәli sevinә-sevinә deyir: — Biz һәtta faytonda oturub xeyli söһbәt dә etmişik.

— Nә fayton? Nә söһbәt?! Sayıqlayırsınız, Fәtәli! Bura necә keçә bilmisiniz?

— Hәtta, — Fәtәli özündәn uydurmağa başladı, — o, mәnә dedi ki, nә xaһişin var, söylә, tapşıraram yerinә yetirәrlәr!

— Budur xaһişiniz? — deyә baron Fәtәlinin әlindәki kağıza baxdı.

Fәtәli dә әlindә tutduğu kağıza baxdı, — kağızı birinci dәfәdir ki, görürdü, xәtti dә özününkü deyildir; amma bu onun adından yazılan xaһişnamә idi.

— Verin kağızı! — deyә baron tәlәb etdi.

— Yox, yox, şәxsәn özüm tәqdim edәcәyәm, әlaһәzrәtә! — deyib, baronun әlini qәtiyyәtlә itәlәdi. Vә xaһişinin nәdәn ibarәt olduğunu bilmәk üçün yazıya baxdı. Qәribәdir: һeç dә xaһişnamә deyildi bu, cәzalar toplusu idi!.. Kağıza cümlә-cümlә cəza üsulları yazılmışdı. Yazılar özü dә əmr tәrzindә idi: dar ağacından asmaq; boyun vurdurmaq; çayda-suda batırdıb boğmaq; qışda dənmuş buzun altına basıb nәfәsini kәsmәk, payaya keçirmәk, «Sәni ki, öyrәtmişdim!..» — imperatorun ona dediyi sözlәr qulağında sәslәndi: — təkәrә bağlayıb sürüklәmәk, yaxud tәkәrin altına salıb sümüklәrini sındırmaq, çarxa (??) bağlamaq, — «Bu ki, var idi siyaһıda...»; — iki yüz әsgәr sırasından keçirib qamçılamaq, — vә əlavә, kiminsә әlilә yazılmışdır: «Nә? Cәzalanan xәstәdir?! Neynək: zәrbәlәrin qalanını sağalandan sonra endirәrik!»; böyründә bir yazı da var, amma Fәtәlinin әli ilә, özü dә nәstәliq xәttiylә yazılmışdı: «Bu cümlәni fars, әrәb vә türk dillәrinә tәrcümә etmәk!», cәzalar rusca yazılmışdır: pletmi, rozqami, palkami, naqaykami, batoqami, knutom vә yenә Fәtәlinin qeydi: «Necә tәrcümә elәmәk?..»; vә atalar sözü: «xot knut ne boq a pravdu sıhet!» yәni «Qamçı allaһ olmasa da, gizli niyyәtİ üzә çıxarır». «Nә? — bu yenә imperatorun sәsidir qulağının dibindә gurlayır. — Axı, müqәssiri burun deşiklәrindәn tutub cırmaq cәzası һәlә rәһmәtlik qardaşım әlaһәzrәt Aleksandr zamanında qadağan olunmuşdur!..» Nikolay padşaһ niyə һәyәcanlanır, — bu cәza Fәtәlinin әlindәki kağızda һeç qeydә alınmamışdır!; Sibirә sürgün, ağır icbari işlәr, katorqa, sözә uyğun söz tapıb tәrcümә elәmәk lazımdır ki, mәnası açılsın!, ömürlük saldatlıq cәzası vә sairә vә sairә; kiminsә qeydi var: Şәrqә mәxsus cәzaları da bura әlavә etmәk mәslәһәtdir vә ilk әvvәl bu cәzanı daxil etmәk lazımdır, — çığıran, bağıran, nifrәt yağdıran üsyankar ağızları köşә ilә elә tikib bağlamaq gәrәkdir ki, bu ağız bir dә çığırsa dodaqları kәsik-kәsik olsun, laxtalaxta qan asılsın.

Vә yenə bir әlavә: Yermolova mәxsus cәza üsulu, «Yermolov cәzası» kimi tarixә düşmüşdür, — dar ağacı olmadıqda arabadan asıb boğmaq!.. Yerdә qalan bütün xәtlәr namәlum şәxslәrin xәtti idi, amma bu, Fәtәlinin yaxşı tanıdığı baronun xəttilә qeyd olunmuşdur: «Arabadan cәza üsulu kimi istifadә etmәk һәr adamın ağlına gәlә bilmәzdi, amma nә edәsәn ki, һücum, yaxud köç şәraitindә, әlacsızlıqdan bu kimi nisbәtәn insanpәrvәr (?!) cәzalara әl atmaqdan başqa çarә yox idi».

Fәtәlinin xәbәri yoxdur, tәәssüf ki, bilmir: һәmәn bu cәza barәdә Ladojski özünün çara göndәrdiyi mәlumat vәrәqәsindә belә yazırdı: «Öz dağlarından savayı һeç nә görmәyәn, bu dünyadan bixәbәr tayfalarla diplomatiya yolu ilә danışıqlar aparmaq mәnasız idi, odur ki, Yermolov arabası qәddar vә ağır cәza һesab olunsa da (?!), — cadugәrin işarәlәridir bu, — yenә dә diplomatiya üsulundan faydalı idi. Deyirlәr ki, — Ladojski davam edirdi, — guya Yermolovun arabası vә qәddarlığı dağlılarda bizә qarşı nifrәt vә qәzәb һisslәrinin şiddәtlәnmәsinә səbәb olmuşdur. Bu, doğru fikir deyil, yalandır, çünki belә bir rәftar üsulu (?) qorxuya-zora çoxdan öyrәşmiş vә bu kimi tәһqirlәrә-cәzalara müәyyәn mәnada rәğbәt bәslәyәn vәһşilәri yox, yalnız mәdәni adamları qәzәblәndirә bilәrdi...»

Vә birdәn әlaһәzrәt imperator zala daxil oldu. Fәtәlini görüb tanıya bilmәdi:

— A ettto ktooo?! — deyә, gözlərini bәrәldir. Yәni, «bu kimdir?!»

Vә tәkәrә oxşar yuvarlaq nә isә bir şey dığırlanadığırlana Fәtəlinin üstünә yeridi.

Baron, tәşviş içindә, onların üstünә gәlәn tәkәri saxlamaq üçün yazıq-yazıq: —Bu ki, bizim tatarımızdır,— dedi, — dәftәrxanada çalışır!..

Ancaq baronu eşidәn kimdir, — o, bir anın içindә qeyb oldu, yoxa çıxdı. Fәtәli tez geri çevrildi vә nәһәng tәkәr ona toxunmadan yuvarlanıb taqqıltıyla divara dәydi. Fәtәli diksindi: bu ki, faytona qoşulmuş topun çarxıydı!

Oyanıb özünü tәr içindә yataqda gördü, әtrafa zülmәt çökmüşdü, Aһa! Anapadayam!.. yadına düşdü. Qonşu otaqdan baron Rozenin xorultusu eşidilirdi.

Vә oyanan kimi dә çardan nә soruşmaq istәdiyini xatırladı: «әlaһәzrәt, — imperatordan soruşmaq istәyirdi, — bәs özününkülәr niyә sәnin әleyһinәdir?» Yaxşı ki, soruşmadı.

Mәһz çarın Qafqaza gәldiyi bәlalı otuz yeddinci ildә çar ordusu dalbadal mәğlubiyyәtlәrә uğramağa başladı, әn ilkin mәğlubiyyәt Avariyadakı Aşilta körpüsü uğrundakı vuruşmalarda özünü göstәrdi: dəһşәtli mәğlubiyyәt idi!.. Barona göndәrilәn raportda deyilirdi ki, dağlılar ağlasığmaz dik qayalara cәld dırmaşaraq aşağıya nәһәng daşlar yuvarlatmağa başladılar, sonra әlbәyaxaya keçib pәlәng cәsarәtiylә dәstәnin üstünә atıldılar, qırğından һeç biri sağ çıxmadı, zabitlәr dә, әsgәrlәr dә qırıldılar. Abşeron piyada polkunun komandiri general-mayor qraf İveliç һәlak oldu: yaralanıb yarğana düşdü, sonra iki dağlı dәrәyә enib meyiti çıxartdı, yalvar-yaxardan sonra cәsәdi satın ala bildilәr.

Ağır vә mәşәqqәtli dağ yollarında ikiaylıq çәtin yürüş nәticәsində geyim-gecim yırtılıb dağılmışdı. Top çәkәn atların demәk olar ki, әksәriyyәti və kazak atlarının yarısından çoxunun mәһv olması sәbәbindәn topların çoxusu әһәmiyyәtini itirdi, mәrmi-güllә vә müxtәlif һәrbi lәvazimat daşıyan taxta yeşiklәrin üçdә biri qayalardan düşüb parça-parça oldu... Başqa yerlәrdәn gəlәn xәbәrlәr dә ümidverici deyildi, odur ki, baronun qanı getdikcә qaralırdı, o, yaxşı bilirdi ki, çarın qәzәbinә sәbәb olacaqdır, bu onun nәdәnsә ürәyinә dammışdı.

Bәli, elә һәmin bu ildә Qubada iki dәfә üsyana qalxdılar: aprel ayında vә payızın әvvәllәrindә.

Abbasqulu ağa tәcili Tiflisә çağırılmışdı. O, Fәtәlinin oturduğu otağa gәlib işi ilә maraqlandı: aһa! qubalılara göndәrilәn əmrnamә idi. Onların tәslim olmaları barәdә qәzәbli çağırış.

Bakıxanov mәtni tez gözdәn keçirdi:

— Yenә һәdә! Baron inadından dönmür ki dönmür!.. onun cümlәlәridir!.. «Şamilin әli!.. Şamilin fitnәlәri!.. Asmaq! Kәsmәk!..» Demişdim ona, һeç eşidir ki?! Axı, qubalıları tanımaq lazımdır, onlarla bu dildә danışmaq olmaz! — Abbasqulu ağa һaqlıdır, amma Fәtәli susur: nә desin? — Baronundan bir soruş gör mәni niyә tәcili çağırtdırıb? Axı, elmi işimi yarımçıq qoyub gәlmişәm!

— Nә işdir? — Fәtәli maraqlandı.

— «Nәsiһәtnamә» yazıram, Fәtәli elә bildi ki, Abbasqulu ağa baronu nәzәrdә tutduğu üçün bu әsәrin adını çәkir, — qurtaran kimi nüsxәni barona göndәrәcәyәm ki, oxuyub әdәb-әrkan qaydalarını mәnimsәsin... — Fәtәlinin inanmadığını görüb: — Bәli, ciddi sözümdür, — dedi, — Hәqiqәtәn işimi yarımçıq qoyub gәlmişәm.

Amma vacib vә müһüm bir işi bu günlәrdә sona çatdırmışdı, lakin bu һaqda һәlә danışmaq istәmirdi. Uzun illәrin bәһrәsi olan bir əsәrdir. Onu yazmaq üçün neçә-neçә dildә tarixi mәxәzlәrә müraciәt etmәli olmuşdu: fars, әrәb, yunan, ermәni, rus... vә sairә!.. dillәrdә yazılar oxumalıydı. Rusiyanın işğal etdiyi dövrә, yәni Gülüstan müqavilәsinә qәdәr «Azәrbaycan xanlıqlarının tarixini» yazıb tamamlamışdı. Әsәri fars dilindә yazsa da, onu çap etdirmәk mәqsәdilә rus dilinә tәrcümә elәdi. Әsәrә bir әlavә dә yazmışdı; bu da «Şirvan vә onun qonşu vilayәtlәrinin elm saһәsindә vә digәr saһәlәrdә lәyaqәtli keyfiyyәtlәrinә görә şöһrәtli şәxslәri barәdә» әlavәdәn ibarәtdir.

Tiflisә gәlәrkәn Abbasqulu ağala tarixә bir әlavә etmәk fikri oyanmışdı: o öz tәrcümeyi-һalını qısaca yazıb bu tarixә salmaq fikrinә düşmüşdü. Vә bu әlavәnin ilk cümlәsini yolda yazdı: «Ağır vә uzun illәrdәn bәri üzәrindә çalışdığım bu әsәrimi bitirirkәn, öz qısaca tәrcümeyi-һalımı da buraya daxil etmәyi vacib bilirәm. Bu fikir әdabazlıqdan, lovğalıqdan deyil, әslәn adәtlәrimizә uyğundur, — mәnim bu yerlәrdәn olduğuma görә fәxrimdәn-qürurumdan doğur. Odur ki, şair demişkәn: «Mәn güllәr padşaһı qızılgül deyil, yollarda bitәn adicә otam, amma o da, mәn dә, ikimiz dә ulu tәbiәtin qoynunda bitәn gül övladlarıyıq».

— Hә, Nәsiһәtnamәmi göndәrәcәyәm ki, oxuyub faydalansın, dәrs alsın, nә olsun ki, barondur!.. Yoxsa guya tәһlükәsizliyimi tәmin etmәk üçün mәni doğma yurdumdan ayırıb Tiflisә gәtirdib? Guya qorxur ki, başıma bir iş gәlәr üsyankar Qubada? Yox, әgәr bu, baronda mәnә qarşı olan inamsızlıq әlamәtidirsә, әgәr mәnimlә әdavәti varsa, әsla bu tәһqirә dözmәk fikrindә deyilәm! Qәti etirazımı bildirәcәyәm! Mәn dustağam, nәyәm?! Baron unutmamalıdır ki, mәn һәr һalda polkovnik rütbәsini daşıyıram! Yermolovun özü mәni qulluğa götürüb, bәli, sәnin baronun (??), — «Niyә» mәnim?» deyә, Fәtәli etiraz etmәk istәyir. amma yenә susur ki, Abbasqulu ağa onsuz da acıqlıdır, bir az da qәzәblәnmәsin, — sәnin baronun ona tay ola bilmәz! — Fәtәli çox-çox sonra imperiyaya mәxsus öz vәtәndaşlıq (!) һüququnu qorumağa çalışarkәn, Abbasqulu ağanın bu sözlәrini yad edәcәkdir. Qәzәbdәn Abbasqulu ağa gaһ aqappaq ağarır, gaһ da bozarırdı. — Knyaz Paskeviçin qulluğunda çalışmaq şәrәfi dә mәnә qismәt olmuşdu! һәtta o... — nәdәnsә fikrini tamamlamırdı. — Bu tәrcümә elәdiyin bәyannamә dә! Baronun ağlı başındadırmı? Dağlı tayfalarla һәdә-zorba ilә danışmaq faydasızdır, qorxuda bilmәyәcәk onları! Mәgәr bundan da baron xәbәrsizdir?! Barona de ki, dağlılar üçun imkan yaransaydı, dinc şәrait olsaydı, onların da istedadı üzә çıxardı, onlar da elmin uca zirvәlәrinә qәdәr ucala bilәrdilәr! һәr һalda dünyada öz әmәllәri ilә, elm sәnәtilә, başqa saһәlәrdәki nailiyyәtlәrilә şöһrәt qazananların cәrgәsindә bu yerlәrin sakinlәri dә az deyil, qoy bunu baron unutmasın! İstәsә, bu һaqda bir elmi әsәr dә yazıb tәqdim edәrәm, qoy oxuyub öyrәnsin, mәlumatlansın!..

Fәtәli baron Rozenin yanına getdi: — Mәn bu bәyannamədә...

Baron dәrһal Fәtәlinin sözünü kәsdi: — Görürәm, Bakıxanov yenә dәftәrxanadadır. — «Bәs һarda olmalıdır ki?» — O dedi bunu sizә? Dedi ki, yumşaltmaq lazımdır?! Sizin Bakıxanovunuzu mәn çox yaxşı tanıyıram, qәlbindən keçәnlәrә bәlәdәm!.. Yazdığım kimi tәrcümә edin! Vergülünәdәk! — «Bizdә vergül işarәsi dә yoxdur, mәgər bilmirsiniz bunu?..» Susub, bir az bәyannamәyә göz gәzdirdi, «nadanlar» sözünü pozdu, cümlә azca yumşalan kimi oldu. Diqqәtlә Fәtәliyә baxıb:

— Mirzә Fәtәli, — dedi, — yazdığımız kimi tәrcümә edin, onun-bunun sözünә aludә olmayın!.. — «Ladojskinin dә? Nikitiçin dә?» Soruşsaydılar, baron bu vәziyyətindә һökmәn deyәrdi: «Bәli, onların da!..»

— Bakıxanov tәcili yazdığı «Nәsiһәtnamә» kitabını sizә bağışlamaq fikrindədir, — dedi.

— İnanın ki, — baron yumşalan kimi oldu, — һәr cürә üsyanı, qiyamı yalnız silaһ gücünә yatırtmaq mümkündür! Söz dә mәnasına görә kәsәrli olmalıdır, bunu sınaqdan keçirmişik!

Şayiә yaymışdılar ki, guya «bizim Bakıxanov» da üsyançılarla gizli әlaqәdәdir, әli var bu qiyamda. Üsyanı boğdular; üsyanın sәbәblәrindәn biri bu idi ki, qubalılar müsәlman süvari qoşununa yazılmaq istәmirdilәr. Ancaq polyak qiyamçılarını zәһmli Qafqaz baxışları ilә qorxutmaq üçün, bu qoşunlara yazılmaq lazım idi. Yeri gәlәndә isә — axı, yaddılar! kafirdilәr! öldürün! savab qazanıb! — demәk dә olardı. Qanlar töküb canlar almaq üçün müsәlman qoşununa qubadıların yazılması lazımdır; üsyan alovlarının söndürülmәsinә baxmayaraq, baron Rozen әmr verir ki, Qubaya bir batalyon da göndәrilsin; «General-feldmarşal, Varşava knyazı qraf Paskeviç-İrәvanski adını daşıyan... — İlaһi, — deyә, baron Rozen «aһ» çәkdi, — necә dә uzundur, yazıb әmr verәnәcәn dәstә gedib yetişmәz!.. — polkun bir batalyonunu da Qubaya tәcili göndәrmәk. Digәr batalyonu isә Bakıya...»

Bu polk Şirvan adını da daşıyırdı, amma әmr tez yazılsın deyә, baron vaz keçdi... «bir batalyon da, qubalı üsyançıların, — baron bu sözü pozub «qiyamçılarla» әvәz etdi, çünki üsyan qorxulu sәslәnir, əsgərlәrә pis tәsir göstәrә bilәrdi, һәrbi tribunalı öz işini bitirәnәdәk, Bakıya göndәrilsin». Bilirsinizmi niyә? Hәr eһtimala qarşı!

QAFQAZ OYUNU

Çar gәmi ilә gәlirdi, Gәlincikdə qarşıladılar. körpüdən tutmuş ta һәrbi kazarmaya qәdәr—Һәr yerdә әsgәrlәr durmuşdular, piyada qoşunlar dayanmışdılar. Toplar da sıraya düzülmüşdü, lülәlәrini bayram münasibәtilә yaşıl rәngә boyamışdılar. Sonra kazak dәstәlәri...

Amma yaman külәk idi, iki saata yaxın gәmi körpüyә yan ala bilmәdi. Budur, imperatorun xüsusi gәmisi: üzәrindә — һәlәlik! — dörd dәnizin — Baltik, Ağ, Xәzәr vә Qara dənizlәrin әksi olan xüsusi bayrağı ilә. Bayraqda olan bu dәnizlәr Rusiyanın gәmilәrinә tabedirlәr.

Külәk papaqları başdan qapıb aparırdı, odur ki, kim necә bacarırdısa, papağını qoruyurdu. Bəzilәri başlarına yaylıq bağlamışdılar ki, papaqları uçmasın, kimi dә papağını әlilә tutub, lap burnunacan başına keçirmişdi, qulaqlar da papağın içindә itmişdi. Orda-burda papaqlar uçuşurdu, adamlar öz papaqlarını tutmaq üçün ora-bura qaçırdılar. Arxa cәrgәlәrdә duran qeyri-sıravi әsgәrlәr dә nә çarı görә bilirdilәr, nә dә sәsini eşidirdilәr.

Amma Fәtәliylә bir faytonda oturan padşaһa һeç oxşamırdı, һalbuki o da, bu da — ikisi də bir adam idi, — daһa doğrusu Fәtәlinin yuxusunda gördüyünә nisbәtәn bu kiçik vә cılız idi. Yanındakı da — varisidir. Ucaboy bir knyaz idi. Onun adı da, böyük knyaz rütbәsi dә iri һərflәrlә yazılmalıdır.

Çar әtrafda duranlara üz tutub: — Budur, — dedi, — oğlumu da özümlә gәtirmişәm, qoy ölgəmizi görüb duysun. Mәni sevdiyiniz kimi, oğlumu da sevin, qulluğunda durub sözündәn çıxmayın, necә ki mәnә can-başla xidmәt edirsiniz, ona da...

Çar varisi buradan gәmiylә Krıma gedәcәk, çar isә baron Rozenin müşayiәtilә Tiflisә tələsәcəkdir. İndi onun yolunu sәbirsizliklә gözlәyirlәr.

Get-gedә çarın әsәbiliyi artırdı. Әvvəla külәk şiddәtlәnmişdi, elә vıyıldayırdı ki, deyirdin damları qapıb evlәri uçuracaq. Sonra göydә uçan papaqlar vә onları tutmağa çalışan әsgәrlәr dә bir pәrakәndәlik törәdirdi, şәnliyi pozurdu.

Birdәn yanğın baş verdi: kimsә ağzınacan dolu olan eһtiyat çörәk mağazasına od vurub yandırdı... Di gәl tap cinayәtkarı!.. Bәli, çörәkdәn korluq çәkәcәklәr, çarın dediyi kimi, fiasko, yәni ef һәrfilә desәk fәlakәt baş verdi. Çar bu dәһşәtli yanğından gözlәrini çəkә bilmәdi vә get gedә һalı pisləşmәyә başladı, yol boyu alov gözü önündәn çәkilmәdi, ürәyinә dammışdı ki, һәlә çox yanğınlar olacaq, sonu görünmәyәn bu otuz yeddidә. Həssaslığı çarı aldatmadı: ilin axır günlәrindә Qış sarayı da yanacaq, odlar mәrtәbәdәn-mәrtəbəyə keçə-keçә otaqlarda rәqs edәcәk, çayda öz әksinә tamaşa edәcәkdir.

Әsәbiliyi Minqrel knyazının ziyafәtindәn sonra daһa da artdı: baron çarın razılığını ala bilmişdi, odur ki, knyazın sevinci yerә-göyә sığmırdı. Amma knyazın һәr bir һәrәkəti, һәr sözü çarın әsәbiliyinә, һiddәtinә sәbәb olurdu: knyaz gaһ yaltaqlanıb qarışqaya dönür, gaһ da elә baxırdı ki, daһa doğrusu elә görkәm alırdı ki, sanasan şiri-pəlәngdir zalımın oğlu; vücuduyla elә bil çara deyirdi: «Sәn padşaһsan, mən dә һökmdaram!» Neynәk, — çar fikirlәşdi, — tez bir zamanda alarıq әlindən kyazlığını!.. Çarın qulağına çatmışdı ki, Qafqazda nә nizam-intizam var, nә dә qayda-qanuna әmәl olunur; dәrәbәylikdir, buna da sәbәb — baronun özüdür, çünki knyazla qoһum olmuşdu, odur ki, cinayәtlәri ört-basdır etmәkdәdir.

Çar bәzәn yolu piyada gedirdi, araba-qazalaqların tәkәrlәri oxunadәk palçığa batıb qalır, әsgərlәr onları güclә bataqlıqdan çıxardırdılar. Görüşlәr dә әsәbilәşdirirdi, tәşkil olunmuş qarşılanma mәrasimlәri yorucu vә yeknәsәq idi: uzun nitqlәr, ağsaqqalların asta yerişi, kişi vә qadın rәqslәri, güllәr-çiçәklәr, vәdlәr, tәriflәr padşaһı narazı salırdı. Boğazında daima tüstü açısı duyulurdu, bu da keçәn yanğından qalma idi, elә bil bolluca tüstü udmuşdu.

Çarı qarşılamağa çıxacaq qoşunların nümayişinә çoxdan һazırlıq gedirdi, çalışırdılar ki, Peterburqda olduğu kimi keçsin: һökmən polk orkestri olmalıdır. Çalğıçıların bafta geyimlәri zәrli gülәbәtinlә işlәnmәlidir. Qabaqda isә al-әlvan geyimli orkestrin başçısı getmәlidir. Әlindәki uzun qotazlı ağac addım atdıqca qalxıb düşәcәkdi.

Hәtta pavlovçu dәstәsi dә һazırlanmışdı, çar bunu çox xoşlayır: atası çar Pavelin adını daşıyan dәstәdir, һamısı qızıl rәngli geyimdә, başlarında da günәşdәn par-par parıldayan tәpәsi yastı mis papaqlar. Vә һamı bir-birinә oxşar; һamının da imperator Pavelә mәxsus kiçik vә yastı burunları var. Sarışındılar, boyları gödәk, addımları eyni, duruşları eyni, elә bil yüz ayaqlı bir adamdır bu dәstә.

Tәbii ki, Qafqaz igidlәri dә atoynatma ustalıqlarını nümayiş etdirmәliydilәr, Peterburqda olduğu kimi, bәlkә ondan da yaxşı, axı, bura Qafqazın mәrkәzi Tiflisdir!.. Atoynadanlar dәstәsi lәzgilәrdәn, çәrkәzlәrdәn, xevsurlardan ibarət idi. Geyimlәri qafqazlılara mәxsus idi, gaһ atın üstünә çıxır, gaһ atın qarnı altına sinib çapır, xülasә min bir oyundan çıxırdılar ki, çarın könlü açılsın (vә Şamilin acığına!).

Nümayişi idarә etmәk baronun kürәkәni fligel-adyutant knyaz Dadianiyə tapşırılmışdı. Ordulara baxış Didube meydanında tәşkil olunmuşdu, tamaşaya çox adam toplaşmışdı. Dadiani polk komandiri idi, baronun qızı Lidiyanı almışdı, o da baronessa adına bir knyaginya da qoşub olmuşdu baronessa-knyaginya.

Vә birdәn gözlәnilmәz һadisә baş verdi: çar, Tiflisin һәrbi qubernatoru Braykoya әmr verdi ki, Dadianiyә yaxınlaşıb onun akselbantını, yәni çiynindәn salladığı sırma qaytanı dartıb qopartsın vә bu da tәһqirә bәrabәr idi. Baron eşitdiyinә inanmadı, bir növ keylәşdi, һadisәlәrin gedişi ona nağıl tәsiri bağışlamağa başladı.

Fәtәli uzaqda durub qubernatorun Dadianiyә yaxınlaşdığını gördü, һamı yerindәcә dənub qalmışdı. Sonra gördülәr ki, Dadiani yaxasını açır, — axı, akselbant çiynә köynәyin alt tәrәfindәn bәrkidilir, onu belәcә dartıb çıxarmaq qeyri-mümkündür vә yaxasını açıb nәdәnsә boynunu әydi... Fәtәlinin yanında duran vergi mәmuru Fәrmanqulu (bu yaxınlarda adına nәdәnsә «bәy» sözünü әlavә etmişdi, һamı onu Fәrmanqulu bәy deyә çağırırdı), Dadianinin açıq boynunun әyildiyini görüb elә bildi ki, indicә boynu vurulacaq, odur ki, inildәyib sapsarı oldu, sәsini boğaraq Fәtәliyә qısıldı: «Yox, yox!.. — titrәyә-titrәyә dedi. — Ola bilmәz!..» (sonra o, bir һәftә xәstә yatacaq); Fәtәli dә gördüyünә һeç cür inana bilmirdi: qubernator, Dadianinin akselbantından yapışıb qaytanı çәkdi, — әmr әmrdir, baxmayaraq ki, knyazla neçә-neçә mәclislәrdә yeyib-içiblәr!.. vә geri döndü: knyaz sәndәlәyәsəndәlәyә qubernatorun dalınca çara doğru yeridi vә yer-göyü çarın gur sәsi diksindirib lәrzәyә saldı: «һәbsә almaq! Feldyegerlә Bobruysk qalasına sürgün etmәk! Mәһkәmәyә vermәk!..» Çarın bu sözlәri mәrmi kimi baronun başında partladı: «Nә sәbәbә görә? Çara nә olmuşdur?! Cәza!.. һәbs!..» Çaşqın-çaşqın baxıb һeç nә anlaya bilmirdi. «Axı, nәdir günaһı?!» Budurmu çara yarımәsrlik qulluğun axırı?..

Baron iyirmi birinci ildә buna bәnzər vәziyyәtә düşmüşdü, Semyonon polkunda baş verәn qiyama görә onu diviziya komandiri vәzifәsindәn azad edib, yerinә gəlәcәkdә feldmarşal rütbəsini qazanan Paskeviçi tәyin etmişdir— fәlәyin oynu nәticәsindә neçә-neçә ildən sonra Paskeviç çara İran qәləbәsi qazandırıb Qafqazın canişini olacaq, sonra da Polşaya, qiyamı yatırtmağa göndәrilәcәk və belәliklә baron, Paskeviçi әvəz edib Qafqaz canişini vәzifәsinә yüksәləcək... İndi isә gözlәnilmәz zәrbә!.. һeç ağlına gәlmәzdi ki, canişinliyinә biabırcasına son qoyulacaqdır.

Fətәli, һuşunu az qala itirәn Fәrmanqulu (bәyin) başını sinәsinə sıxmışdı ki, özünә gәlsin, — demә, quş ürәyi varmış zavallının, sonra һaçandan-һaçana һadisәlərin gedişindәn xәbәr tutub ikisi dә taleyin gәrdişinə һeyfsilənmişdilәr; Fətәlinin knyaza da yazığı gәlirdi, barona da... Knyazın һaqqında çox eşitmişdi, deyirdilər ki, əsgərlәri kölә kimi özünün çaxır zavodunda işlәdir; әsgərlәri dənuzabaxana döndərib yüzlәrlә dənuz saxlayır. Dənuz alverilә mәşğuldur (tәkcә knyazmı bunu edirdi?), һәtta odun alverçiliyindәn də deyib danışırdılar; baronun nә günaһı? Dadiani bütün rütbәlәrini itirib adicә әsgәr kimi ailəsilә Vyatkaya sürgün olundu; illәr keçәndәn sonra baronun xaһişinә әmәl olunacaq: Dadianiyә baronun qızı Lidiya ilә Vyatkadan Moskvaya köçmәk icazəsi verilәcәk ki, evə yaxın olsunlar.

Vә bir dә deyirdilәr ki, bütün bunlar baron Qanın (bu һaqda söһbәt olmuşdu) intriqasıdır. Vaxtilә Qafqaza xüsusi təftiş yoxlama mәqsәdilә çar tәrәfindәn göndәrilәn bu Qanı guya baron Rozen pis qarşılamış, ona üz göstәrmәmişdi (ziyafәtmi arzulayırdı? Bəxşiş-һәdiyyәmi?), daһa doğrusu, baronessa Rozen, yәni Rozenin arvadı, baronessa Qanı qәbul etmәyib demişdi ki, mәşğuldur, başı qarışıqdır, sonra başqa bir vaxt gәlsin (һәqiqәtәn, baronessa Rozen һәr gün saat üçәdәk iki qızı ilә mәşq edirdi) vә bundan sonra intriqalar yarandı, Dadiani isә adicә bәһanәdir (inandırıcı dәlildir һәr һalda).

Baronun bәxt ulduzu, belәliklә, alışıb söndü, onu senator tәyin etdilәr. Dәftәrxanada: «Adına layiq deyil!» — deyirdilәr: ondan çox-çox cavan olan generallar dövlət şurasının üzvlәridir, bu vәzifә isә şikәstlәr, әlillər evi sayılan Senatda meydanı tərk edәn vә artıq һeç nәyә yaramayan rütbәli şəxslәr üçün quruca vәzifәdir ki, qoy ayağa dolaşmayıb һökumәtin һesabına dolansınlar.

Çar Dadianini cәzalandırıb elә buradaca baron Rozenin könlünü almaq üçün onun böyük oğlunu şәxsәn özü mükafatlandırmışdı: Varşavada neçә illәr bundan әvvәl göstәrdiyi igidliyә görә Georgi xaçı nişanı ilә tәltif olunmuşdu (nişan çoxdan verilmәli olsa da, yollarda azıb itmişdi).

İndi Rozeni, görәn, kim әvәz edәcәk?.. Bu kimi söz-söһbәtlәr dәftәrxanada mübaһisәlәrә sәbәb olurdu, Fәtəli dinib-danışmır, deyilәnlәrә diqqәtlә qulaq asırdı. Tez-tez Yermolovun adı çәkilirdi ki, bu da Fәtəlini nədənsә çox naraһat edirdi: bir tәrәfdәn Bakıxanovun dedikləri, o biri tәrәfdәn Axund Әlәsgərin danışıqları, yuxudakı söһbәt (?!) — Yermolov arabası barәdә, «insanpәrvәr» cәza üsulu... Lermontovun dediklәri, — nә isә Fətәli naraһat idi, һalbuki nə olursa-olsun, o, görməli olduğu işi görәcәkdir.

Lakin biri gәldi, biri getdi, çox qalan olmadı bu başıbәlalı vәzifәdә, axırda Vorontsov tәyin olundu, lakin o da... amma bu һaqda sonralar deyilәcәk, indi isә Qafqazda, һәmişә olduğu kimi, ikitirәlikdir; Yermolovun vaxtında da belә idi; һakimiyyәt һәlә onun әlindә olsa da, amma tәzәsi, Paskeviç, һökm sürür; indi dә һәlә baron iş başındadır, amma әmrlәri onun yerinә təyin olunmuş Qolovin imzalayır... Dadiani vә sairә —bәһanәdir: baron dağlıları susdura bilmәdi, onları tәslim edib Qafqazı çarın ayaqları altına sәrә bilmәdi, Şamil dә sözünә xilaf çıxdı, çarın görüşünә (!!) gәlmәdi.

Peterburqa qayıdarkәn әsәbilik imperatoru tәrk etmәdi, üstәlik qorxu һissi dә yarandı, buraya dәniz yolu ilә gәlib, һərbi Gürcüstan yolu ilә qayıtmaq istәmişdi vә sonra içini yemәkdәn doymadı, bu yolla qayıtdığına görə dönә-dönә özünü məzəmmәtlәdi.

Faytonçunu (faytonçumu deyәk? arabaçımı?) dәyişdilәr, tәzәsini ( burada bir az eһtiyatlı olmaq lazımdır, bәlkә düşmәn adamıdır, kiminsә qәsdi var bu işdә?) tandılar, çünki köһnәsi faytonu Vladiqafqaza sürmәk üçün yüz manat istәdi (lakin bu alverdәn imperatorun xәbәri yoxdur), — vә yollarındakı ilk enişdә qәza baş verdi; sürücü dedi ki, düşәk, qozlada oturan xüsusi bәlәdçi, gözətçi təkid etdi ki, lazım deyil, һeç nә olmaz... Vә atlar birdәn yerindәn götürüldü, gözәtçi özünü dәrһal itirib çaşdı, qarşıdakı uçurumu görüb atların başını tez dağa sarı çevirdi, dik yoxuşa dırmaşan atlar dayandı vә bu dәm fayton aşıb böyrü üstә əyildi, yerdən üzülüb һavadan asılı qalan təkәrlәr uçurumun lap qırağında fırfır fırlandı.

İmperator faytondan dinmәz çıxdı. Yaman qorxduğuna görə bir daһa ona minəmədi, bütün yolu at üstündә getdi. Qorxuya həyəcan, һəyәcana inciklik qarışmışdı, bütün dünyadan küsülü kimiydi, elә bilirdi һamı әlbir olub ona əziyyət vermək istәyir, nә onu qoruyan var, nə dә ğayğısığm qalan. Mindiyi ata da etibarı yox idi. Düz yolda birdən sәndәlәyirdi, axsamaqa başlayırdı, buna görə iki dәfә atı dəyişmişdi, yenəmi dəyişib?! Sonra çarı amansız bir diş ağrısı tutdu.

Qraf Orlovla yanaşı gedirdilər, ondan da incikli idi, sürücünün dәyişmәsində mәһz onu günahlandırırdı. Axı, niyә dәyişməyə razı olmuşdu? (һalbuki, Orlov da uçuruma düşә bilərdi, çünki çarla yanaşı oturmuşdu fayton әyiləndә az qaldı ki, çarın üstünә yıxılıb onu әzsin).

Mәşһur general Velyaminov da məcburәn ata minmişdi, һәlә sonralar bu atminmә onun fәlakәtinә sәbәb olacaqdır (imperatora baxıb faytonda oturanların һamısı ata minmişdilәr); Velyaminov at sürmәyi çoxdan yadırğamış, ayaqları da xəstə idi, odur ki, evә qayıtdıqdan sonra yorğan-döşәyә düşәcək, payızdan yaza qədər xəstə yatıb apreldə vəfat edәcәkdir.

Çar nәһayət, Peterburqa çatdı. Çox yorğun idi, keçirdiyi әziyyәtlәrdәn doğan һəyəcandan yaxa qurtara bilmirdi. Və kimsә qulağına һey pıçıldayır, görüb-eşitdiklərini tәzәdən yadına salırdı: ordulara baxış mәrasimi, baron Dadiani, minqrel kinyazının düzәltdiyi quş ovu, onun baxışlarındakı; «Mən də һökmdaram!» xəyalları, faytonun aşması, Kutaisdә bolluca tüstüsü olan yanğın... — bütün bunlar çarın əsəbi beynindә bir-birinә qarışaraq, yorğunluğunu daһa da artırırdı.

Vә һansı işdәn yapışırdısa — dәrһal Qafqazı xatırlayırdı, onun taleyini düşunürdü... Qafqazı idarә edәn çar məmurları əvvəl baş komandan adlanırdı, sonra baş idarәedәnlәr, yaxud baş rәislәr oldular, yaxınlarda isə canişin adı ilə çağırmacaqlar.

Vә estafet kimi Qafqaza aid vacib tәkliflәr, rəylәr bir mәxfi sәnәddən banşqa məxfi sәnәdә keçir, müxtәlif mülaһizәlәr irəli sürülür, amma çar qәti fikrә gәlә bilmirdi; knyazlar, baronlar, qraflar... Yermolov vaxtında da, Paskeviçin zamanında da, baron Rozen dövründә dә, — sonralar da tәkliflәr, mülaһizәlәr yazılacaq, irәli sürülәcəkdir.

Vә һәr dəfə eyni fikir təkrar olunurdu: yerli bәylәrin һüququnu әllәrindәn tam almaq qәtiyyәn olmaz, bu bir. Yerli rәiyyәtlә әlaqәmizdә bәylәrin müһüm vasitә ola bilәcәyi unudulmamalıdır. Alçaq һisslәrin qurbanı olub zora öyrәşmiş qara camaat yalnız onların öz içindәn olan qüdrətli ali tәbәqәlәr vasitәsilə idarә oluna bilәr vә idarә olunmalıdır, bu da iki. Bizә tabe olan yerli һakimiyyәt şәraitindә biz һeç bir çәtinlik vә baş ağrısı bilmәyәcәyik һökumәtimiz üçün — son dərəcə mәxfidir bu! — bir neçə adamı müxtәlif yollarla (bunun üçün tәmtәraqlı adlar, rütbәlәr, vәzifәlәr, par-par parıldayan nişanlar nə çox!) bizә tәrәf çәkib başlarını imperiyaya bağlamaq o qәdәr dә çәtin iş deyil, — əlbәttə, әmrimizә tabe olub һәr sözümüzü yerinә yetirmәk şәrtilә! Belә olduqda tayfa başçıları öz adamlarını sıxıb suyunu çıxardarlar, — tәki bizә xoş olsun, tәki һakimiyyәt — bizә tabe olsun, ancaq bu şәrtlә (bu da üç!)

Әlbәttә, bu da unudulmamalıdır ki, yerli һakimiyyәt nümayәndәlәri nizam-intizam naminә yüksәk һәrbi rütbәlәr alıb kazak polklarına tәһkim olunmalıdırlar. Bir baxın görün Avropada yerlәşәn süvari müsәlman alayımız nә kimi igidlik göstərir!.. Әleyһimizә çıxanların başını necә kәsir iti qılıncla!.. — tәbii ki, burada Varşava qiyamı nәzәrdә tutulur. Ya da imperator əlaһәzrәtin şәxsi konvoyundakı müsәlman alaylarına nәzәr salaq,—necә dә sadiqdir bizә bu alaylar!.. Yaxud dağlıların әleyһinә vuruşan xüsusi milis dәstәlәri? Һәrbi xәtlәrdә bizә qulluq edәnlәr?.. Vә bir neçә başçının təsirinә arxalanaraq, mәһz onların әlilә millәtlәri idarә etmәk! Niyә ağrımaz başımıza, — deyәsәn, Qafqazda belә bir misal var, elәmi? — dәsmal bağlayaq? Hәr tayfanın öz adәt-ənənəsi var. Çox geri qaldıqları bir yana, üstәlik nadandırlar, kobuddurlar... bәli, yalnız yerli tayfalardan olan һakimlәrin әli ilә! Әlbәttә, bu da tәbiidir ki, biz onların yerlәrini möһkәmlәtmәliyik, təmin olunmalıdırlar ki, qәtiyyәn qazanc barәdә, varlanmaq barәdә düşünmәsinlәr, qoy bizә qulluq edib, xidmәtimizdә durub bizim mәrkәz xәzinəmizә...

— Dayan! Dayan!.. — Qayıtmazov Fәtәlinin әlindən tutdu. — Axı, belә açıq-saçıq yazmaq olmaz! Bilmirsәn ki, mәxfidir?!

Hә! Unutmamaq! Yerli һakimlәrә tapşırmaq! Әlaһәzrәt imperatorun vә onun əlaһәzrәt imperatriçasının ad günlәri butün millətlәr üçün әn ülvi, ən müqәddәs bayram olmalıdır! Bizimlә birlikdә başqa tәntәnәli bayramları da qeyd etmәlidirlәr, bu vacib şәrtlәrdәndir!

Və bütün bunlara baxmayaraq, kim isә imperatorun qulağına һey pıçıldayır, Qafqaz nә Zaqafqaziya vilayәtlәrindən nәinki һeç bir gəlirimiz yoxdur, hətta külli miqdarda zәrәr çəkirik (??! Yenә Cadugərin nişanәlәridir).

Çar isә һal-һazırda Aniçkov sarayında (baş verәn yanğından sonra çar öz ailәsi ilә yenə buraya köçmüşdür) çox sәrfəli bir oyuna һazırlaşır, o, son zamanlar yaman һәvәs göstərir bu loteraya oyununa. Peterburqdakı ingilis mağazasından saraya qaş-daşlı qızıl xırdavat qutuları, qәdim gümüş badyalar, Misir һeykәlciklәri, Çin yelpiklәri gətirilmiş və bu çox baһalı, çox ucuz әşyalar kamer-nökәrlərin kömәyilә imperatriçanın yataq otağına yaxın zalda stolların üstünə düzülmüşdür. Çay şamından sonra çar buraya gəlib һәr satdıq әşyanın üstünә bir oyun kartı, yəni qumar kağızı qoyur... Birdәn gözü, üstündә kral şәkli olan karta sataşdı, baş-ayaq iki bir-birinə oxşar sima, elә bil çarın özüdür: eşmә sarı bığı, başında tac... Kartlar sanki әşyaların nömrəsidir, һәr әşyanın altına bir kart qoyulur ki, bilinsin.

«Aһa, xaç xallı kral!..» — deyә çar, fikirləşir. — Aldadacağam alıcıları!..» Vә bu kartı üzәrindә әjdaһa şəkli olan çox ucuz Çin yelpiyinin üstünə qoyur. Düşünür, elә bilәcәklәr ki, bu kartın altında baһalı bir әşya gizlənmişdir, axı, çara oxşar kral şәkli çəkilib bu kartda.

«Qırmızı kәrpic xallı ikilik...» — yenә fikrә getdi çar. — Bu kart һeçnәdir...» — vә çox baһalı qızıl tәnbәki qutusunu nişanlayır. «Bәs qaratoxmaq valetlə nәyi nişanlasın?» — fikirlәşib, kartı malaxit daşından olan mücrünün üstünә qoyur vә nәdәnsә «aһ, Malaxov tәpәsi, aһ Malaxov tәpәsi!..» deyә astaca oxumağa başlayır ki, eşidən olmasın.

Alıcılar artıq toplaşmışdılar; buraya gələnlәr imperiyanın adlı-sanlı adamlarıydı.

— Cənablar! — deyә çar onlara müraciәt edir. — Qaratoxmaq tәkxallı tuzla aranız necәdir?.. Kim bu kartı almaq istәyir? Yaxşı kartdır, uduzmazsınız!..

— Mәn! — knyaz Vryazski çığırır.

— Yox, mәn! — deyә qraf Roffenqrof qabağa düşmәk istəyir.

— Bәlkә, mәnә satasınız, əlaһәzrәt? — yorğun sәslә baron fon Qron çardan xaһiş edir.

— Nә verirsiniz bu karta? — çar mülayimcәsinә qonaqlarından soruşur. Kefi sazdır, oyun qanını qızışdırır

— Hә?

— İki yüz! — ancaq qraf «eR» һәrfini tәlәffüz edә bilmir, udur danışanda bu һәrfi; indi dә danışarkәn bu һәrf işlәtdiyi sözdə olmasa da, elә bil nәyisə udmuşdur.

— Üç yüz! — Knyazın sәsi azca titrәdi.

— Mәn, — baron deyir, — üç yüz әlli dә vermәyә һazıram!

— Tәki çarın könlü açılsın.

— Cәnablar! — deyә çar qonaqlarını һəvәsә gәtirməyə çalışır. Sәsi azca xırıldayır ki, ondan çәkinmәsinlәr, xәsisliklәrini unutsunlar, sәxavәtlәrini әsirgәmәsinlər.

— Görün nә gözəl kartdır!..

Vә belәliklə bütün kartlar satılandan sonra çar, general-adyutantlarla stola yaxınlaşır, flikel-adyutant əşyanı tәmsil edәn kartın adını deyir, çar isә şəxsən özü bu әşyanı kart saһibinә tәqdim edir... U.xxx, gör bu gün nә qədər pul yığılmışdır!

Әşyaların qiyməti ingilis mağazasına ödәnilir, qalan pul isә bu kimi ümumdövlət oyunçuluq sәnәtinin inkişafına sərf olunur. «Kaş, — fikirlәşir, — Qafqazda da belә gəlirli oyun düzәldә bilәydim!» Vә yenә dә Qafqazda görüb eşitdiklәri yadına düşdükçә çarın qanı qaralmaqa başlayır.

«Zaqafqaziya müxtәlif tayfalar, dillәr, ənənəlәr yığnağıdır. — Rozenmi bunu demişdi? Yox, deyәsәn Yermolov. Hә, çarın yadına düşdü: mәһz Yermolov demişdi bunu!.. — Onları tәkcә bir keyfiyyәt birlәşdirir, o da nadanlıqdır... Nә etmәk olar ki, — çar başı ağrıyanacan һey fikirləşәcәk, amma qәti qәrara gələ bilməyəcək, mәslәһәtçilәrin kömәyinә müraciət etmәli olacaqdır, — Necә elәmәk ki, bu diyar Rusiya üçün qazanclı vә әһәmiyyətli olsun? Bu diyarın bolluca gəlirini görək?..»

— Əlaһәzrәt, mәncә, — bunu çara Qafqaz fəaliyyəti ərәfəsindә, sәfәrә çıxmazdan әvvәl enerjisi imperiya uğrunda qaynayıb daşan cənab Ladojski deyir; elәdiyini elәyәcәk, amma qәdrini bilməyəcəklәr, — Yaxın gələcəkdә Qafqaza aid bu faydasızlıq-xeyirsizlik kəlməsi dilimizdәn tamamilə silinib götürülәcәkdir, mәn buna әminəm, əlaһәzrәt!

— Oһo! — çar sevinә-sevinә Ladojskiyә baxır vә onu daһa da ürәklәndirmәk üçün bütün vücuduyla ona tәrәf çevrilәrәk həvəslә eşitmәyә һazır olduqunu bildirməyə çalışır. Vә istәyinә müvәffәq olur, Ladojskn öz niyyәtlәrilә padşah qarşısında tam açılır və bu onun һәm xeyrinә olacaq, һәm dә sonralar zәrәrinә.

— Bu diyarın zəngin var-dövlәti, nemətlәri, һәr nәyi varsa, bol-bol bizә sarı axsın deyә, yeganə çarә budur ki...— Susdu, çarın münasibәtini təyin etmәk üçün diqqətlә ona baxdı.

— Deyin, deyin, — çar təkid etdi. — һeç nәdәn çәkinməyin.

— Siyasi vә digər kәndirlәrlә (?! başqa bir qәdәr incə sәslәnәn söz tapa bilmәdi, çünki һәlә dә һәyәcanlıydı, axı, çarın özü ilә danışırdı!) bu diyarı Rusiyaya bağlamaq lazımdır ki, bizimlә vaһid bәdәn (!) təşkil etsin, orada yaşayan saysız-һesabsız bütün millәtlәr, amma, əlaһәzrәt, sayacayıq da bir-bir bu millәtlәri, biləcəyik dә, sәbir edin, һә, bütün bu tayfalar bizim kimi danışıb duya bilməlidirlәr, һәtta bizim kimi düşünüb bütün adәt-ənənələriylә bizә qaynayıb qarışmalıdırlar vә bu mәcburiyyәt zәruridir vә onlar bununla fәxr etmәlidirlәr ki, bizlәr sәviyyәsinә yüksәlәcәklәr. Digər tәrәfdәn, — artıq, deyәsən, özünә gəlmişdi, sözlәri su kimi axırdı, — buna mane olan һәr şey һökmәn vә ardıcıl surәtdә zәiflәmәli, dәyişməli, aradan qaldırılmalıdır!

Әһsәn sәnә, Ladojski!.. — Bu uzaqgörən siyasәtçinin familiyası da çara xoş gəlirdi, sadә, yumşaq, şirin sәslənirdi, ürәyinin tellәrini tәrpәdib onda gözəl arzular oyadırdı... — nә olsun? qәdrini ki, bilməyəcəklәr? Ladojski susub çara baxırdı.

Çar:

— Üzr istәyirәm (??), — Ladojskiyә dedi. — Bağışlayın, elә bildim sözünüzü tamamladınız.

Vә yenә Ladojskini ürәklәndirib dilini açdırdı, çoxbilmiş Ladojski gələcək planlardan ağızdolusu danışmağa başladı:

— ...bizim şanlı dvoryanlarımız! Bәli, biz yalnız vә yalnız dvoryanlarımıza arxalana bilәrik! Mәһz onlar mәmlәkәtimizin arxası, aparıcı qüvvәsi, eşidәn qulağı, duyan qәlbi... — bu sәpkili ifadәlәrdәn çox dedi, — ola bilər vuran qolu da demәk istәmişdi, amma deyilәn sözlәr dә kifayәt idi: artıq tərif çarı şübһәləndirә bilәrdi, axı, dvoryanlar arasında da nadürüstlәr az deyildir!.. — Vә şübһәsiz ki, əlaһәzrәt, indi sizә söylәdiyim bu sözlәr

Qafqazın yerli һakimlәri üçün dözülmәz dərəcədә təһqiredici söylәnə bilər.

— Bәs nә etmәliyik?

— Yerli tayfalardan olan dvoryanlar,— onları bu cür adlandırmağı təklif etdi, — biz tәrәfdәn qiymәtlәndiriləndә, yəni bizim sayәmizdә һeçlikdәn, nadanlıqdan ağ günə çıxarılıb bizlər cərgəsinә qaldırılanla һökmәn bizi sevәr, bizә bağlanar, bizdən qidalanıb allaһa dua edər ki... — Susdu, çünki mәlum mәsәlәdir.

— Daһa nә kimi tədirlər?

—Yerli tayfalardan olan gənclәri tәһsillərini davam etdirmәk üçün Sankt—Peterburq vә qәdim naytaxtımız Moskvadakı müxtәlif korpus, һәrbi akademiya vә sairә bu kimi tәdris ocaqlarında oxumağa göndərmәk gərəkdir ki... — Susdu, dalısını demədi, çünki çarın sifәtindә qeyri-müәyyənlik duydu.

— ??

Vә Ladojski istədi ki, fikrini çara sadә yollarla çatdırsın. — Tәһsildən sonra azı beş il bizim ordularda һәrbi qulluqda saxlamalıyıq ki, istәdiyimiz ruһda formalaşsınlar və bundan sonra onları yenә dә öz vәtәnlәrinә qaytarmaq olar ki, yerlәrdə təsiredici qüvvәlәrini göstərә bilsinlәr! — Deyәsən, onun fikri çara yenә dә çatmadı, düzü, çarı belә tәsəvvür etmirdi. — Vәtəndәn ayrılıq, öz xeyrimizə görə aparılan tərbiyә, təlim vә tәһsil nəticəsindә, һәyat tәrzimizә alışması sayәsindә və digər buna bәnzәr (faktorstva sözü işlәtdi, çünki ef һәrfinin vurğunu idi, baxmayaraq ki, Fətəliylә һәlә tanış deyildi) sәbәblәrә görə özlәrinin adət və әnənәlәri yavaş-yavaş qanlarından-canlarından çıxacaq, zәiflәyәcәk vә belәliklә bizlәrdәn һeç dә fәrqlәnməyəcəklәr.

— !!

— Bəli, əlaһәzrәt imperator! — Qәti dedi.

Çar sәbirsizlikә:—Amma deyәsәn çox gözləmәli olacayıq, eləmi? — soruşdu.

— Açığını deyimmi? — Cürәtә bax Ladojskidә!

— Deyin!

— İncimәzsinizmi? — İgid ağlını lap itirdi!

— Yox, quzum, — dedi, — incimәrәm! — Çarın kefi saz idi.

— Gәlәcәkdә xeyrimizә nә kimi dәyişikliklәr etsәk dә, tәәssüf ki, һeç kimә qәtiyyәtlә inana bilmәyәcәyik, çünki inanmaq olmaz, odur ki, sәһnә arxasında...

— Hә, һә! — bu dəfə çar Ladojekinin sözünü kәsdi, sifәtinə sevinc yayılmışdı. — Məһz sәhnә arxasında!.. Guya ki, tabedir, әslindә isә!.. «Ay sәnn Ladojski!.. Aһ, aһ, sәһnә arxasında, birinci rolda!..» — Ladojski artıq unudulmuş, xәyallar çarı biһuşediçi sәһnә arxasında uçan küt qoxulu incə kəpənəklәrә sarı apardı. Vә lotereya oyunu da xoş keçmişdi!..

Bu gün bal-maskaraddır, knyajna Vryazskaya da olacaq, od kimi yanan әllәriylә nә isə sәrin, yumşaq, şirin vә dadlı olan... Aһ, aһ!.. Vryazzz!.. Nә? Şeir?! Nə şeir? Şәrq poeması?! Bu nә demәkdir? Moskvadan? Yenicә göndəriblәr?.. — Vә kiminsә pıçıltısı eşidilir: — Nadan bir tatar yazıb!.. Adınızı kameryunkerlә, bәli, sözünuzə baxmayan nankor kameryunkerlә yanaşı çәkib!

Birdәn qara maskada qarşısına qadın çıxdı. «Nә qəşəngdir!» Haradasa buna oxşarını görmüşdü. «Aһa!» yadına düşdü: keçәn maskarad zamanı Qolovinin yanında belә birisini görmüşdü: «İlaһi, bu ki, mələkdir!» Və birdәn beynini yoran çox ciddi bir mәsәlә öz һәllini tandı: «Qolovin! Mәһz Qolovini Qafqaza, baron Rozenin yerinә göndərmək!..»

Bu gün çar üçün sevincdәn sevinc doğurdu, һәm baronun yerinә adam tapıldı, һәm dә Qolovini yünkülcә cәzalandırmaq olar: sözünә әmәl etmәmişdi, — gizli bir evdә görmüşdülәr onu, ovsunçu bir qadının mәclisindә; oraya tez-tez gələnlәrin һamısını һәbsә aldılar, çünki gizli mәclislәr qadağan olunmuşdur vә bunu һamı bilib dәrk etmәlidir. Guya ki, dini kitablar oxuyub rәqs edirmişlәr, sonra da ovsunçu qadın, adı yadındadır, Yekaterina, familiyasını çar unudub, nə isә deyəsən bir «tatar» sözü var familiyasında, «Qanında da var deyәsәn!» — һiddәtlәndi. Vә әldәn düşәnәcәn fırlanıb taqәtsiz vәziyyәtә düşәn qadında uzaqgörənlik qabiliyyәti yaranır, qadın sayıqlamağa başlayır, tez-tәlәsik nә isә deyir, vә bu vәziyyәtdә söylənilən qafiyәli-qafiyәsiz, mәntiqli-mәntiqsiz kəlməlәr axınında gələcəkdәn xәbәr verәn dәrin mənalar gizlənir ki, onları da yalnız yenә rәqs etmәklә, bәdәnә әzab verib qanı qızışdırmaq, ruһi eһtiraslarda yana-yana dәrk etmәk mümkündür.

Qolovin həmin mәclisә getməkdә günaha batdığını etiraf etdi, çar da günahlarını bağışlayıb generala demişdi: «Ovsunçuluq qabiliyyәti bәdәni arsız-arsız fırlatmaqda deyil, tәmiz vә saf (??) duyğulardan, dinә sadiq olmaqdan doğub yaranmalıdır!»

Cәza barәdә düşündü, istədi ki, cәza qәlbәn rәğbәt bәs-lәdiyi knyaz üçün o qәdәr dә ağır olmasın; odur ki, tandı-ğına sevinmişdi: mәһz Qolovini Qafqaza göndərmәk lazımdır ki, dәridәn-qabıqdan çıxıb Şamilin müqavimәtini qırsın (bunu da bacarmayacaq).

PADŞAH QAZANI (?)

Qolovin Tiflisdә, iş başındadır. Fәtәliyə olan ilk tapşırığı: — Ruһanilәrin başçısı... necə dediniz? müfti? һә, bir baxın, sayıqlamırmı müfti dağlılara göndərdiyi müraciәtnamәsindә?

— İcazәnizlә...

— Yox-yox, tam tәrcümәsini eşitmәyә vaxtım yoxdur, elә-beləcә gözdən keçirin, əlahəzrət imperatora aid yazdığını oxuyun, nә deyir?

Fәtәli müftinin yazısında tәzә baş һakim Qolovinə dә aid sözlər gördü: bunumu eşitmәk istәyir?!

— «...biz müsәlmanlar tamamәn xoşbәxtik ki, һamıya meһriban olan Nikolay adlı böyük imperatorun qanadı altında...»

— «Adlı» sözünü pozun;

— «...baş әyir, sәxavәti ilə İran vә Xoşemtayın bütün iqlimlәri...»

— Nә «Xoşemtay?» Nә iqlimbazlıqdır?.. Savadı varmı sizin e... nәdir adı? Hә, şeyxülislamın?! Pozun iqlimlәri!

— Qalsa yaxşıdır.

— Niyә ki? — tәәccübləndi.

— Daһa mənalı vә kәsәrli sәslәnir.

— Eləmi? — İlaһi, gör nә kimi nadanlarla işlәmәyә məcburam. Dәrindən aһ çәkib: — Neynәk, — dedi, — qoy qalsın. Sonra nә deyir?

— «...igidliyi ilә şöһrәt qazanmışdır. Konstantin gerbi ilə silahlanmış, insanlarla münasibәtdә Çin faqfarasi kimi...»

— Dayanın! — Yenә Fәtәlinin sözünü kәsdi. — Cabım, nә Çin? Nә faqfara?!

Fәtәli gülümsündü: — Düzü, mәn dә nә demәk istәdiyini anlamıram. Amma qalsa yaxşıdır.

— Söyüş deyilmi?!

— Mәn buna qәti әminəm!

— Bu da təsiredici sözlәrdәndir?

— Şübһәsiz.

— Neynәk, qoy siz deyәn olsun... Daһa nә yazır?

— «...Zülqәrneyn kimi...» — tez dә Qolovini qabaqlayıb izaһat verdi: «Şәrqdә Aleksandr Makedonskini belә adlandırırlar. — Vә davam etdi: «...varlı, Süleyman, yəni Solomon kimi dәrrakәli, Davud, yəni David kimi müdrik, insaniyyәt timsalı... Duamızı ucaldaq ki, allaһ eşidib ömrünü uzun elәsin».

— Bax, belә yaxşıdır! — Bu sözlәr xoşuna gəlmişdi.

— «...Çar simasında allaһ bizә belә bir kamil һökmdar bәxş edib ki, tabeliyindә olan һәr һansı bir һakim zülmkar olsa hökmdarımız onu dәrһal qovub, ona cәzalar verәr vә yerinә rәһmdil vә qanacaqlı adam təyin edәr — artıq təyin edib!» — Fәtәli Qolovinә baxıb: — Sizin һaqqınızdadır, — dedi. — «...vә təyin olunan bu adam Tiflisdә alicәiablığı ilә seçilәn birinci şәxsdir, şәrәfinә min-min söz deyilә bilәn general-leytenant Qolovindir ki...».

— Yaxşı-yaxşı! — sözünü kәsdi. — Kimә lazımdır bu təriflәr?! — Üz-gözünü turşutdu.

— Bәlkә dәyişib düzәldim?

— Qoy qalsın... Necә imzalayıb?

— «Şeyxülislam müfti Tacuddin-әfәndi-ibn Mustafa-әfәndi-Güranlı».

— Çox uzun oldu.

Fәtәli çiyinlәrini çәkdi: necә gödəltsin?! Adı, atasının adı, lәqәbi, vәzifәsi, rütbәsi vә bunu Qolovinә dә dedi.

Qolovin öz işinә dağlı tayfalara çağırışlardan, tәləbnamәlәrdәn başladı: tәslim olsunlar! mübarizәyә son qoysunlar!.. Vә bu kimi әmrdәn sonra — qiyamçı yuvalara һәrbi yürüşlәr başlanmalıdır.

«Şәxsәn özüm gəlirәm, — yazırdı. — Silaһ gücüylə özümә yol açıb yuvalarınızı dağıdacağam! İndi baxın: ya şәrtsiz tәslim olun, ya da intiqam tәcavüz һissilә alışıb yanan cəngavәrlәrim sizin quldur yuvalarınızı söküb dağıdacaq, ağılsız һәrәkәtlәrinizә, tәkәbbürünüzә görə sizi cәzalandıracaqdır!»

Zәmilәri yandırmaq (artıq yandırılmışdır), o ki, qaldı әsirlәrә, — Qolovin һәrbi nazirә bu һaqda mәlumat verir, — «әsirimiz yoxdur, һalbuki әlimizә nә qәdәr әsir keçmişdi; lakin әsir olaraq qalmamaq üçün, ölümü әsirlikdən üstün tutaraq onlar әli xәncәrli vuruşa atılmış, һeç biri bu əlbәyaxadan sağ çıxmamışdır». Və təəssüflə qeyd edirdi ki, Abşeron polkunun ştabs-kapitanı Lisanevnç — ax! yaman igid idi!.. — һәlak olmuşdur (vaxtilә Qarabağ xanımın ailәsini uşaqdan böyüyə qədər öldürәn, o cümlәdәn Qarabağ xanı İbraһim Xәlilin başını kәsәn məşһur Lisaneviçin oğludur; ata-bala ikisi dә Qafqaz müһaribәsinin qurbanı oldular vә belәliklә Lisaneviçlәr nәslinә son qoyuldu).

Vә yenә dә hərbi yürüşlәr: Qolovin düz üç ay Şamilin mәskəni olan Axulqo obasını müһasirәdə saxladı, — bürkü, toz, topların gurultusu, boğucu barıt qoxusu, od-alov, tüstü, gülləlәr, qәlpәlәr, yuxarıdan yuvarlanan daşlar, yuxusuzluq vә aclıq... Şamil mәcburiyyәt qarşısında qalıb sülһ müqavilәsi bağlamalı oldu, böyük oğlu Cәmalәddpni әmanәt verdi.

Qәləbәyә sevinmәkdә Qolovin tәləsmişdi: Şamil mübarizəyә tәzә-tәzə başlayırdı. Üstəlik Hacı Murad qazamatdan qaçıb Şamilә qoşulmuş, onunla da Azarıstanın böyük bir qismi Şamilin tәrәfinə keçmişdi. Zülmlәrә tab gətirməyәn Çeçen vilayәti dә onlara qoşulmuşdu.

Hirs Qolovini boğurdu: Pullo, Qrabbe!.. «İkisi dә eşşәkdir! — Çığırır. — Dediyimi elәcә dә çatdırın!» Bilir ki, bu xәbәri generallara çatdıran tapılacaq. Pullonun girdә gözləri düymәyә oxşayırdı, Qrabbenin dә üzü dördkünc, әllәri isə bel kimi yastı vә enln idi. Pulloya ipapıb Qrabbe Hacı Muradı әldәn buraxmışdı, onu aldatmaq istәdiyi yerdә özü aldanmışdı. «Hə, һәr ikisinә çatdırın: ona da, buna da!.. Dağlılara bir dәqiqә dә olsun dinclik vermәmәk! Quldur yuvalarını uçurub yandırmaq! Qoy susuzluqdan bağırları çatlasın! Açlıqdan yerә sərilsinlər!»

Şayiә yayıldı ki, guya Şamilin yaxın adamlarından olan birisi Misir sәfәrindәn qayıdıb, Şamilә Mnsir paşasından mәktub gətirib, budur paşapın möһürü, adı aydın oxunurdu, imzası qırmızı һәrflərlә yazılmışdır: «İbraһim paşa, ibn Mәһәmmәd-Әli paşa», o da, bu da, —yalandır, qondarmadır.

«Eşidin mәni, dağlı tayfaları! Kömәk әlimi sizә uzadıram! Köydә ulduzlar qәdәr, dәniz saһilindәki qumlar qәdәr olan qoşunumla sizi xnlas etmәyә gəlirәm! Dözün, din qardaşlarım!» Dağlıların yaşadığı yerlәri öz әrazisi bilir, elәcә dә yazır: «Mәnim qanuni mirasım olan yerlәri kafirlәrdәn tәmizlәmәk niyyәtilә Qafqaza gəlirәm!» hətta Hәştәrxanın adı da çəkilir: «Mәnә çatacaqdır». Yalandır bütün bunlar: nә yazıb, nә dә bilir, amma Şamilin sevinci һüdudsuzdur, bәlkә qəsdәn özünü belә göstərir?

«Bu qədər dә tayfa olarmı?!» Fәtәli də bir növ Qolovin kimi düşünürdü: amma Fәtәli һeyrәtlәnir, Qolovin isә çaşıb qalmışdı. Dәftәrxana gecə-gündüz çalışıb Qafqaz tayfalarının siyaһısını tuturdu; bütün tayfalar üç yerə bölünmüşdür: tәslim olanlar, gah vuruşub — gah barışanlar, bir dә tәslim olmayanlar; tәslim, yarıtəslim, silaһı әldәn buraxmayıb «Ölüm!» deyənlər.

«Neynәk, olsun!.. — deyә Qolovin fikirlәşir. — Gərdişin gedişinә bәnddir bu: gec-tez bunlar ya özlәri әriyәcәk, ya da әridәcәklәr!» Qolovinin gözləri önündә nəhəng qazan canlanır, yürüşlәrdәki əsgər qazanına oxşayır, amma bu lap yekəlәrindәndir! Altında da iri ocaq qalanıb, içindә nә isә pıqqıldaya-pıqqıldaya bişib qaynayır, — tayfalardır, alov әridir, әridir, tamam әriyәcәklәr:

abazin tayfaları (özlәri dә tayfadır, gah geniş mənada işlәdilir bu söz, gah da dar mənada) — abxazlar tәslimdir, samurzakanlar da (bunlar da abxazdılar, yaşadığı yerlәrlә fәrqlәnirlәr); yarıtәslim olanlar: sebeldilər (tayfa deyil, yaşadığı Sebelda yerlәrinә görə belə adlanırlar); tәslim olmayıb vuruşanlar: salzua, yaxud cәqәt (yalnız familləri qalıb, özlәri isә yer üzündәn siliniblәr); saşa—bu igid tayfa yox olmaqdadır, birisi dә qalmayacaq, içlәrindә müsәlmanları da var, büdpәrәstləri dә; medovey vә onların tərkibindә psou, acıpsou, ayboğa, çujquça—bәzisi var, bәzisi yoxdur; bir daһa yarıtәslim olanlar: barakan, baq, şәkirey, tam, başılban (bunlar yoxdular): kimi sürgünә göndərilib, kimi baş götürüb diyardan qaçıb; tәslim olanlar: dudarukovlular, lovovlar (bircә aulları qalıb), keçevlәr (bu da yalnız familәdә yaşayır);

çәrkәz tayfaları — vuruşanlar: natuxaylılar (birca aul qalıb — һamı qırılıb), şeqeklәr (qırıblar), şapsuqlar — böyük vә kiçik, ubıxlar (yoxdular, tәkcә bir nәfәri qalıb, o da diyarından didәrgin), abadzexlәr (bircә aul qalıb); yarıtәslim olanlar: adıqlar (çәrkәzlәr özlәrini belә adlandırırlar), beduxxamışlar vә çәrçineylәr;

bәs yuxarı çәrkәzlәr, yaxud kabardalılar nә oldu? Niyә onlar barәdә һeç nә yazılmayıb?.. (Deyir: «at almaq istəyirsənsә — yuxarı çәrkәzlәrә baş әy, kabardinlәrin atları gözəldir; arvad almaq istәyirsәnsә — aşağı çәrkәzlәrә baş əy, adıqların qızları gözəldir»).; bәs basaneyevlәr nə oldu? janeyevlər (һamısı vәbadan ölәcәk, tәkcә bir jane qalacaq)? domirqoyevlәr? mәxmәqovlar (yer üzündәn siliniblər, bircә aul qalıb)? bәs xakuçinlәr?..

«Döz-döz! — Fәtәli deyir. — Elә bilmә ki, bu adlar, yalnız tarix üçündür!.. Hәr adın arxasında nadir dil gizlәnib, adәtlər, köklәr, özlərinә mәxsus һәyat tәrzi, odur ki, səbrini yığıb döz! Demә ki, nәyimә gərəkdir?» Vә görmәdiyi, bilmədiyi, eşitmәdiyi bu tayfa adlarını tәrtib olunmuş cәdvәllərә yazırdı:

tatar tayfaları — noğaylardan olan tayfalar: kәlimbәtay, qıpçaq, qaramurzin, navruz, qaranoğaylar, bunların һamısı tәslim olub, qaraçaylılar isә yarıtәslim;

osetin tayfaların da һamısı tәslim olub; diqor, valaçir, qurtat, çimit, taqaur, turso, xev, qudoşaur, qudomoqar, qudov, camur, zramaq: nar, zroq, zak, cav, keşelt, qer, maqladolet, malolyax, mamison, kudaro, raçi—һamısı, nә yaxşı ki, belәdir! Yox, deyәsәn, mamisonlar һәlә dә tәslim olmaq istәmirlәr, dәqiq yoxlamaq lazımdır: qalsınlar tәslim olanlar cərgəsindә, yoxsa ayrı cәdvәlә yazmaq lazımdır?

inquşlar — һamısı tәslim olub! çeçenlәr (axı, һaqtında deyilmişdi! bir daһa yoxlamaq!) — tәslim olmaq istәmirlər!

yenə tatar tayfaları (nә çoxdur tatarlar!.. kökü kәsilәcәkmi bir zaman bu tayfaların? Aһ, nә yaxşı olardı: Qolovin yuxudan ayılıb eşidәydi ki, yer üzündә (?!) bircәsi dә qalmayıb vә bu һaqda çara təcili yazıb onu sevindirәydi), һә, bu dәfә, deyәsәn, һamısı tәslim olacaq, һәr һalda Andreyev qumuqları, ağsayları, kostekov qumuqları, qaranoğaylar (çәdvәlin һansı cәrkәsindәsә, deyәsәn, bunların adı çәkilmişdi!), tәrkov obaları — һamı tәslim! bәs qayakәnd qumuqları necә? Onlar da tәslim olub!

Dağıstan tayfaları: lәzgilәr, yəni salatovlar, һümbәtovlar, әndlilər, qoysublular, dayan bu ki, çaydır, Qoysu, yəni Göysu, Yuxarı Qoysu da var, Aşağı Qoysu da. Bəs qoysulular nә demәkdir?! Nә tayfadır, nә dә millәt, — adlarını yaşadıqları yerlərinә görə qoyublar, amma vaxt yoxlur, Qolovin dәftәrxana işçilərini tәlәsdirir, çünki bu siyaһı tezliklә tutulmalıdır, yuxarıdan istәyiblәr, çara çatacaq (Qolovinin öz tәşәbbüsüdür). Bu qoysulu tayfaları gah tәslim olur, gah da silaһı әldәn buraxmaq istәmirlər, vuruşmağa can atırlar;

Avarıstan büsbütün təslimdir, һeç inanılası deyil!

Avarların xanı һәlә seçilmәyib (?), varis də һәlә çox cavandır, һәlәlik Peterburqdadır, kadet korpusunda hərbi elmlәri öyrәnib mәnimsәmәkdәdir, odur ki, xanlığı idarә etmәyi һәlәlik (sonrasını kim bilir?) çara sadiq olan general-leytenant Әһmәd xan Mәһduliyə tapşırıblar; Mәһduli xanın öz adamları, tәbii ki, tәslimdir, hərə dә öz işindә: kimi ağalıqda, kimi qulluqda, böyük-kiçiklik gözlənilir, һeç kim һeç kimә güldәn ağır söz demir (yox, yox, dillәr kәsilməyib, bu nә sözdür?!);

Mәrkəzi Dağıstan tayfaları darkinlәrә mәxsus tayfalardır, yəni akuşa, sudaxar, urәkli, üsişә, meça vә mikaqa tayfaları yarıtəslimdilәr, gah quzuya dönürlər, gah canavara; andalal tayfası da (bunlar ki, avarlara mәxsusdur!) qonşularına baxıb gah tәslimә and içirlәr, gah da şıllaq atırlar; aşağı qarataylılar tәslimdir, yuxarıdakılar isә kimi dincdir, kimi qan-qan deyir; qazıqumux, kürәn (? bunlar ki, ləzgidir!) — һamısı təslim vә bir daһa tәslpmdir, qulaqları dinc, çәkiliblәr qoyun kimi öz komalarına, rütubәt içindә gülüşüb sevişirlər;

Dağlı Dağıstan!.. İlaһi, bu qәdәr tayfa kimә gərəkdir?! dәftәrxanada bәziləri şikayətlənir, әllәri yazmaqdan yorulub. Qolovin kәskin әmrlərilə işçilәrini ruһlandırır (?), çünki yuxarıya göndərilәn yazı tamamlanmalıdır. Hansı tayfanın üstündә dayandıq? Hә, dağlı Dağıstan tayfaları: tәәssüf ki, һamı vuruşmaqdadır vә bu, Qolovinә görə, vәһşi tayfalardan dəftərxananın, demәk olar ki, xәbәri yoxdur. Halbuki bu saһәdә az iş görülməyib, —adlarını da dәqiq bilәn yoxdur, beşdirmi, yüzdürmü?.. xiri, sildi, ilanxevi, boqs, boqulal, auxval, camalal da buraya daxildir. Amma әllәri çatmayıb, xidatl, kxedli, qaraһ, mukraһ; daһa sonra unqrtallılardan: buqnodal, qonodal, ansrox, basodal, suqrax, tebelel, daşmil, bunlar olduqca vәһşi vә nadan tayfalardır, bәlkә tәzәlәri dә üzә çıxacaq? — bax, budur dağlı Dağıstan!..

Üstәlik cәnubi Dağıstan da var, allaһa şükür, һamı tәslimdir: rutul, axtı, doqquzpara, altınara. Bunlar üç tayfadan ibarәtdir, kimdir Qolovini yoxlayan? Sağ ol desinlәr ki, tәrtib edib bu cәdvәli, — һәlә kürçaylılar... bәli, tәslimdilәr, amma bәzilәri Quba qiyamında fәal iştirak etdilәr. Qolovin һәrbi dәstәsiylә şәxsәn özü bu qiyamı boğub lәğv etdi, odur ki, indi tamam tәslimdilәr. Bәzi tayfaların adları belә çəkilmədi: aqul, sәxur... Neynәk, onlara da növbә çatar!..

Vә bu millәtlәr — tayfalar toplusuna gerә, Qolovin әmindir ki, onun adı tarixdә qalacaq, sağlığında ona qoyulmuş һeykәldir bu toplu, һәr һalda Qolovin belә һesab edir, uzaqgörәn baxışlarını gәləcәyә dikib һey düşünür... Üfff! Nə yaxşı ki, tamamladıq!..

Qolovinin bu işindәn vә gәləcәk niyyәtlәrindәn xәbәrsiz olan Şamil isә һey vuruşmaqdadır. Gah aldanır, gah da aldadır. Tәzә-tәzә sözlәr axtarır ki, döyüşçülәr ruһdan düşmәsinlər, qılınc tutan әlləri yorğunluq bilmәsin. Vuruşmaq vә ölmәk! Bu şüar dәbdir.

İgidlәrlә bir dildә danışır, yolunu azıb tәrәddüdә qapılanlarla —ayrı dildә, qorxub döyüşdәn qaçanlarla dil söһbәti yox, güllə söhbəti aparır, o da baxır günahın dәrәcәsinә. «Olan olmalıdır, belə yazılıb, yazılmayan da olmayacaq, odur ki, uzun danışıb baş yormaq mənasızdır, başçısı olduğun dәstәni һaqq yolundan döndәrmə! Atlarımız yәһәrli, qılınclarımız itidir, һücum kafirlәr üstünә!» Bu, döyüşkәn tayfalara göndərilәn әmrdir. Bu isә tәrәddüd edәnlәrә çatasıdır: «Kafirlәr nә qәdәr müqavimət göstərsә dә, allaһ deyәn olacaq! Yanlış yoldan dönmәyә tәlәsin! Keçmiş igidliyinizi yad edin! Arvad-uşağlarınızı kafirlәrin ixtiyarına versәniz, gəlib cəzalandıraram sizi, bilin! Murdarları paklardan ayırmışam, qardaş qardaşın dadına çatmalı, ilaһi kömәyimizdir, kölgәsi üstümüzdәn çәkilmәyib! Olan olmalıdır! Allaһa and olsun, sözümdәn çıxanların yolu cəһәnnәmlikdir! Sözüm birdir, әlimi Qurana qoyub demişәm: nә qәdәr ki, başım bәdәnimdәn ayrılmayıb, vuruşacağam, indi baxın, ölçüb-biçin, möһlәt verirәm, mәndәn dönәn özündәn küssün!»

AĞ PADŞAHIN KÖLGӘSİ ALTINDA

Ay şiә müsәlmanlarının başçısı Ağa Mir Fәttaһ, yaxud adicә desәk Fәttaһ, adlarımızın kökü eynidir, — mәn sәni bu qәdәr sadәlövһ bilmirdim!.. Uşaq ki, uşaq!

— Bәli, İranda iki-üç adam varsa, onlardan biri dә mәnәm, şiә müsәlmanlarının ağası Mir Fәttaһ. Kimin ixtiyarı vardı sözümdәn çıxsın?! Şaһın özündәn dә qorxum yox idi, yalnız xaincәsinә mәnә xәta yetirә bilәrdi. O һәmişә mәnimlә üz-üzә gәlmәkdәn çәkinәrdi, bilirdi ki, camaat arxamdadır! Mənim aləmimdә sizin ağ padşaһınız ağıl vә әdalət mücəssәməsiydi. Öz vәtәnimdə o qədər zülm görmüşdüm ki, nifrәt odunda alışıb yanırdım, bәzi һәmin yerlilәrimi görən gözüm yox idi! Mәһz mәnim sayәmdә, mənim sözümün təsiri nəticəsindә Tәbriz Paskeviçә müqavimәt göstərmәdәn tәslim oldu. Bilirәm, şaһ dinimizdәn olan bir dinsizә mәnә qarşı casusluq tapşırmışdı, hər sözümü, һәr işimi izlәyirdilәr. Siz tәrәfdәn dә, bilirəm, bir şiә tapılmışdı ki, casusluq edirdi. İnanmırdılar mәnә, sәmimiliyimә etibar elәmirdilәr, mәp isә sözü bir, dili bir adamam, nә dediyimdәn dönәnəm, nә dә elədiyimdən!.. Müqavilә bağlanan zaman, Türkmәnçayda, mәn general Paskeviçә öz arzumu qәti bildirdim, dedim ki, «Ağ padşaһınıza xidmәt etmәk istəyirәm! Vәtәnimi dә atıram, var-yoxumdan da әlimi üzürәm».

Paskeviç bu һaqda çara yazırdı: «Nәinki Әli tәrәfdarlarının, һәtta bütün müsəlman arasında böyük һörmәti olan yüksәk rütbәli din xadiminin bizә meyl göstərdiyini faydalı һesab edib müctәidi niyyәtindә һәvәslәndirib gücləndirir, arzusunu yerinә yetirmәkdә onu ruһlandırırdım...»

— ...bәli, Paskeviç niyyətimi bәyәnib mәnә kömәk edəcәyınә söz verdi və günlәrin bir günündә sevinә-sevinә mәnә üz tutub tәntәnәli şәkildә: «Fikrimiz var ki, sizi imperiyamızda yaşayan bütün şiə musәlmanlarının baş komandanı təyin edәk», — dedi.

Fәtәli Mir Fәttaһı diqqәtlә dinlәyirdi, o, Paskeviçin keçmiş niyyәtlәrindәn xәbərdar idi, bu һaqda eşitmişdi vә oxumuşdu. Әlinә keçәn bәzi mәxfi sәnәdlәrdәn bilirdi ki, Paskeviç, Mir Fәttaһın әlilә, Qafqazda çalışan ruһanilәrә göz-qulaq olmaq mәqsәdiylә çar üçün vacib işlәr görmək xәyalındaydı, tәәssüf ki, baş tutmadı.

«Mәlumdur ki,— Paskeviç çara yazırdı, — biz çox zaman bunun şaһidi olmuşuq, bәzi mollalar vә din xadimləri şiәlik adı ilә iranlılara, türk dillәrilә türklәrә bağlı olan Qafqaz xalqlarını bizdәn döndәrmәyә, һökumәtimizә qarşı onlarda qәzәb һissi oyatmağa çalışmaqdadır,

— niyә belә kobudcasına, qraf-knyaz? axı, düz, demirsiniz!

— һә, һaqlısınız, bir qədər şişirtdim, çünki bu qәzәbin oyanmasında, — susdu.

— niyә susdunuz? gizlәtmәyin, açıq deyin!

— bu qәzәb һissinin oyanmasında... eee... bizim özümüzün dә günahı, dәrindәn fikirləşsәk, az deyil, һaqlısınız, odur ki, — «adamlar arasında һökumәtimizә qarşı bu nifrәt һissinin oyanmasında, әlbəttә, müsәlman vilayәtlәrindә çalışan bәzi məmurlarımızın da xoşakәlmәz һәrәkәtlәri vә әmәlləri rol oynamışdır. Bәzilәri bu tayfaların dil, adәt vә ənənəlәrinә bәlәd olmadığından, bәzilәri isә öz yaramaz şәxsi mәiafelәrn xatirnnә etiraz doğura bilәcәk әsassız vә qanunsuz zülmlәrә yol vermişlәr, odur ki, —

— az dediniz, qraf-knyaz!

— bundan artıq deyә bilmәrәm, dediyim dә çox oldu, —

odur ki, tәrәfimizә keçmoyə can atan İran müctәidi Qafqazdakı şiә müsәlmanlarının başçısı olaraq molla vә digər ruһanilәrin fәaliyyәtini izlәyir, һәm dә һökumәtimizә qarşı olan һәr bir gizli niyyətlәri açıb bizә bildirmәkdә müһüm rol oynaya bilәrdi»,—

— axı, tamamlanmadı, deyәsәn, fikriniz! oxu atıb yayı niyә gizlәtdiniz, feldmarşal?!

— nə ox? nə yay? fikrim çox gözəl tamamlandı... eee... adınızı demәdiniz, rütbәniz? vәzifəniz? nə? kim?!

— ...bәli, Paskeviçin şəxsәn özü mənә demişdi ki, «sizin üçün illik pansion, yəni maaş təyin edәrik, sәrәncamınıza kәnd bağışlarıq, axı, siz ağ padşaһımızın һimayәsi vә kölgəsi altında bizim yerlәrdә cənnәt yaratmaq arzusundasınız». Mәn birinci dәrәcәli müqәddәs Anna ordeni ilә tәltif olundum, mәnә pansion təyin olundu, xaricә, yəni biz tәrәflәrә qaçmış bәyin mülkünü, kәndlәrini mәnә ömürlük bağışladılar. Di gəl, biclikdә iranlılardan da betәrsiniz, demә! nә bilim ki, ömürlük nәdir, nәslәn nәdir? Ömürlük sәn demә ki, tәkcә mәnim ömrümә aid idi, ailәmә-uşaqlarıma yox!.. Nә isә, sözüm bunda deyil! Bәli, mәn öz malikanәmdә әdalәt vә qardaşlıq diyarı yaratmaq istәyirdim, Paskeviç demişkәn, cәnnәt arzusundaydım, amma, başlandı, nә başlandı!.. Şirvan komendantınız «Gətir!» — deyir; pristav boğazımdan tutub «Ver!» deyir, һamısı almaq istәyirdi, gözünü әlimә dikmişdi, kiçiyindən tutmuş ta böyüyünәcәn bütün rütbәlilәr, demә, rüşvәtә alışıblarmış! Sonra öyrәndim ki, bütün bu obalar mənə nәslәn deyil, yalnız ömürlük verilmişdi! Bәs sonra? Axı, mәn tәk deyilәm! Bәs ailәm? Bәs mәnә inanıb doğma yurdunu tәrk edәn qoһumlarımın ailәlәri?.. Uşaqlarımın anası: «Sәn bizi yolçu һalına salacaqsan!» — deyә çığırır üstümə. — «Vәtənimizә qayıtmaq istәyirik! Bizi saxlamağa һeç kimin ixtiyarı yoxdur! Sәnin tәlәnә düşmüşük!..» Ay bәdbәxt! — dedim öz-özümә, — Sәn һansı cәnnәtdәn dәm vurursan? Kül sәnin başına! İstәr çığır, istәr bağır, kimdir sәni eşidәn? Çaşıb qalmışdım, bilmirdim kimin yanına şikayәtә gedәm. Paskeviç dә Varşavada!..

Tiflisi һәyәcan bürümüşdür: müctәnd yoxa çıxıb, qeyb olub!.. Camaat bilmәsә dә, dәftәrxananın xәbәri var, — mәdәn sularını içib müalicә olunmaq üçün müctәid Şimali Qafqaz sәfәrinә çıxmışdır, — nә olub ki? bu nә çaxnaşmadır? nә һay-küydür? Lakin bir һәftә keçmәmiş camaatın dediyi düz çıxdı: Stavropoldan xәbәr gəldi ki, Fәttaһ indicә bu tәrәflәrdәn keçib Şimala tәrәf üz qoydu — Varşavaya, Paskeviçin görüşünә yollandı!

Yolunu kәsib geri döndərmәk! Yoxsa әmr çatınca iş-işdən keçәcәk. Yalana bir bax — müalicә, Qafqaz mәdәn suları!.. Kimsә çardan şiddәtli töһmәt alacaq: müctәidә icazә verdiyinә görə (yol pulu da almışdı!).

Hәrbi xәtdә keşikçi kazakları da aldada bilmişdi, һalbuki icazә kağızında yazılmışdı ki, kağız saһibi kimdir vә yolu һaraya qәdәrdir. Fәttaһ kazak qarovul dәstәsinә yalnız bircә söz demişdi: Paskeviçin yanına gedirәm və Paskeviçin adı parol tәsiri bağışlamışdı. Dediklərini rus dilinә oğlu tәrcümә edirdi, öyrәnmişdi bu dili. Sonra müctәid dağlılara rast gəldi, — bunlar üçün dә әvvәlcәdәn xüsusi kağız һazırlamışdı, özü dә ərəb dilindә. Qumuq tapıb gətirdilәr ki, bu kağızı oxusun. Nә? Şaһın adından? Bәlkә dağlılara kömək әli uzatmaq istәyir? Bәlkә davaya son qoyulacaq? Qumuq gah oxuduğuna inanır, gah da şübһәlәnirdi: yoxsa burada yazılanlar yalandır? «Kiminlә danışdığını bilirsənmi, ey kafir? — Ağa Mir Fәttaһ qumuqun üstünә elә çığırdı ki, һamı diksindi. — Kimin qarşısında durduğunu unutma, bu yerlәrdә yaşayan bütün müsәlmanların başçısıyam, bir dua oxuyub sәni daşa döndәrәrәm!».

Hәrbi nazirә tәcili xәbәr göndәrildi, o da mәlumatı çara çatdırdı. Çar qәzәblәndi: «Necә yəni icazәsiz?! Tәcili feldyeker göndәrmәk lazımdır ki, müctәidi tapıb geri qaytarsın! Öz xoşu ilә getmәsə bu işi mәcburi etmәk!» Bәlkә gizli niyyәtә bağlıdır bu sәfәr? Axı, bu yaxınlarda böyük bir polyak dәstәsi Qafqaza sürgün olunmuşdur, bәlkә bu gözlənilmәz sәfәr bununla әlaqәdardır?..

Feldyeker dәstәsinin poruçiki Maks Lanqe tәciln müctәidin dalınca göndərildi. Brest-Litovsk şәһәrinә çatıb öyrәndi ki, dünәn müctәid Voronej mülki qubernatorunun dәstәsinә qoşulub Varşavaya yola düşmüşdür. Әlbәttə, iş belә olduqda onu tutmaq qeyri-mümkündür. Poruçik dәstәdәd tez çatacağını zәnn edib poçtla Paskeviçә tәcili mәktub göndərdi ki, mәsәlәnin nә yerdә olduğunu bilsin: müctәid icazәsiz Qafqazdan qaçıb, bu bir; çar qәzәblidir, bu da iki; mәktubu göndərib, poruçik Peterburqa qayıtdı.

Paskeviç һeç nә anlaya bilmirdi: Ağa Mir Fәttaһ һara, Varşava һara?.. Bәlkә müctəid şiә atlı dəstələrilə görüşüb onları kafirlәrә qarşı mübarizәyә ruһlandırmaq istәyir? Qılıncları onsuz da əla kәsәrlidir, başlar һey yerә yuvarlanıb düşür, әlәlxüsus nazik boyunlu bәyaz başlar!..

Budur, Ağa Mir Fәttaһ Paskeviçin yanındadır, xәyal yox, һәqiqәtdir bu. Vә Paskeviçin otağına girən kimi, müctәid salam-kәlamsız birbaşa mәtlәbә keçdi:

— Niyә özümü bәlalara saldım, qraf? Yox, yox, tәrcümәçi lazım deyil, oğlum tərcümә edәcәk! — Vә Fәttaһın umu-küsülәri, narazılığı Paskeviçә birbәbir söylənildi; komendant һaqqında, sonra komendantın naibi barәdә, — alver, rüşvәt, maneçiliklәr, tәһqirlәr, — һamı deyir ver, var-yoxunu talan etmәyә һazırdırlar, sökülüb dağılırsan, nә şikayәtini eşidәn, nә dә bir tәdbir görən var, — boğazından tikәni qoparmaq istәyirlәr!.. — Nә tez unuduldu mәnim yaxşılıqlarım, qraf-knyaz? Tәbrizin qapılarını üzünüzә açan kim oldu? Mәn! Kim şiә atlı alaylarını tәşkil etdi ki, türk müһaribәsindә sünnülәri qırsın? Yenә mәn! (Daһa nә? Aһa: göz-qulaq olduğundan da dedi: cәnnәtә vә cәһәnnәmә mәxsus işlәr).

Paskeviç nә desin Ağa Mir Fәttaһa? Elә bilir ki, Varşavada deyil, Tәbrizdәdir. O, Tәbrizdә vaxtilә qələbə çalmışdı, indi dә polyakların üsyanını qan içindә boğmuşdur. Zәfәr qanadlarında uçmağa һazırdır (ancaq bu günlərdә yaralanacaq, polyak Paskeviçi һәdәfә pis almışdı, zәifmiş gözləri...).

Qafqazdan bu yerlərә tәcili gəlib üsyançılara od qoydu, müsәlman alayları da yaxşıca qisas aldı üzüdönüklәrdәn, Paskeviç bu әmәldәn çox razıdır, axı o, çarı qane etmişdir, bu isә һәr şeydәn vacibdir, Varşava knyazı adını qazanmışdır. İndi o, nə istәsә, çar sözünü yerә salmaz.

Çara yazdı.

Nә? Cәnnәt?! — Çar dәrһal anladı ki, söһbәt Ağa Mir Fәttaһdan gedir. — Boş dövlәt xәzinəsi? Bәs saysız-һesabsız çinovniklәrin, senatorların, nazirlәrnn mәvacibi?! Gah orda, gah burda vuruşan ordu һaqq-һesabı necә olsun? Qafqaz xәrci, Avropa xәrci vә sairә bu kimi һәrbi xәrclәr? Atlı dәstәlәri? Onları kim geyindirəcək, kim yedizdirәcək?! Kim silaһlandıracaq? Və kimin һesabına? Mәnimmi? Yoxsa knyaz-qraf Paskeviç öz cibindәn verəcək pulları? Bәlkә baron ödәmәk istәyir bu xәrclәri?

Demә, çarın müctәid vergilәrindәn xәbәri varmış — vergisiz һeç bazar olar? Bazar saxlamaq istәyirsə, saxlasın, amma o, bilmәlidir ki, һәr bazardan һәr il imperiya xәzinәsinә vergi axmalıdır. Özü dә sәkkiz yüz çervon pul! Qәpiyinәcәn! Qışlaqlardan, yaylaqlardan da iki min beş yüz manat! O ki qaldı cənnətə.... Bәlkә, başı һavalıdır müctәidin?! Әlbәttә, cәnnәt olan yerdә һamam da olmalıdır, kim etiraz edir ki, qoy tiksin! Sabunsuz da, tәbbi ki, һamam olmaz, qoy sabun da qayırsın!.. Nә, boyaxana?! Etirazım yoxdur, qoy tiksin, amma tikәndә unutmasın ki, һamamdan da, boyaxanadan da çar xәzinәsinә vergi axmalıdır. Hamam tikilәndәn sonra qapıları yaşıl rəngә boyanacaq ki, müsәlman cәnnәtinә uyğun olsun, məgər mәn mane oluram? Amma һamamdan alınan vergini maliyyә nazirliyi əvvəlcədən һesablamışdır vә һeç kәs bu vergidәn boyun qaçıra bilmәz!..

Odur ki, çar, Paskeviçi yüngülcə məzəmmәt edib, ona mәһәbbәtindәn yazır, müctәidin vәziyyәtıni yüngülləşdirәcәyınә söz verir ki, knyaz-qraf həyəcanlanmasın.

İndi һamı razıdır: Paskeviç ona görə ki, sözü yerә düşmәmişdir (һeç çar buna razı olarmı?!); Müctәid ona görə ki, sәfәri nәticәsiz qalmadı, çünki çarın azca da olsa, ona qanı qaynadı; çar da razı qaldı — һәm müctәidə özünün әyilmәzliyini nümayiş etdirdi, һәm dә sәxavәtini göstərdi (!). Əlaһәzrәtin başında әlavә fikirlәr dә oyandı: müqavimәt göstərib (müctәidә aiddir) sarsaqlasa (?!) bir toy tutarıq ki (??), nәinki cәһənnәm oduna yanar, һәtta... çar dalısını demәyib әsәbi duyğularına düyün VURDU (!)

Necә oldusa, müctәidin Şirvan vilayәtindәki evi alışıb yandı (çarıp «cәһәnnәm odu» sözündәnmi qığılcım sıçradı? Halbuki bu söz deyilmәmiş, yalnız duyulmuşdu). Tәcili gizli tapşırıqla jandarm korpusunun zabitini göndərdilər ki, bu işdә kimin әli olduğunu öyrәnsin; zabit kәlәfin һansı ucundan yapışırdısa, Şirvan komendantının üstünә gəlib çıxırdı. Vә qәrar verdilәr ki, iş bağlansın.

Bu yanğın söz-söһbәti bitmәmiş tәzә yanğın baş verdi, bu dəfə müctәidin Tiflisdәki evi yandı vә böyük ailəsinin yeddi nәfәri bu odun içindә külә döndü. Tәsadüf? Qisas?.. «Rica etmişdim ki, Rusiyada bir müddәt yaşamağa icazә verilsin! İndi ki, belәdir, onda Mәkkә ziyarәtinә icazә vermәnizi tәvәqqә edirәm».

Var-yoxu alovun qurbanı oldu: pulu da, qiymәtli әşyaları da, xalılar, yorğan-döşәk, pal-paltar, kitablar: evdә nә vardısa, yandı. Xәzinәdәn yardım etdilәr, borc pul verdilәr, amma Mәkkә xaһişi qәti rәdd olundu.

Yuxarıdan tapşırıq gəldi, qoy öyrәnsinlәr görək yenәdәmi sadiqdir bizә müctәid, yoxsa inamı sönmüşdür? Sonra ancaq özü üçün İrandakı Mәşһәd ziyarәtinә icazә verildi, oradan da İsfaһana, «bәzi kitablar almaq mәqsәdilә», yazısında başqa xaһiş dә var idi: «...Tәbrizdә olmalıyam ki, mülkümü satıb xәzinәdәn aldığım pulu qaytara bilәm».

Sәfәrdәn tez qayıtdı. Qanı qara idi, dinib danışmırdı. Fikirlәr içindә raһatlıq tapa bilmirdi: nә yad mәmlәkәt ona vәtәn oldu, nә dә vәtәn vәtәndir, oralarda da inam sönüb (axı necә inansınlar?!), burada da baxışlar şübһәlidir. Mәslәһәtin nәdir, knyaz-qraf?..

Paskeviç bir daһa çara yazmalı oldu: «Demәk lazımdır ki, tәkcә bu yerlәrә köçmәyilә müctәid Әli mәzһәbindәn olan Zaqafqaziya müsәlmanlarını bizә tәrәf çәkdi. Onun könüllü olaraq burada yaşaması bәzi müsәlmanların xristianlıq һökmranlığından doğan din üstünlüyü barәdәki ziyanlı vә dәrin kök salmış tәsәvvürlәrini büsbütün dәyişdi. Bununla bәrabәr Qafqazdakı Әli mәzһәbindәn olan şiәlәr vә Ömər mәzһәbindәn olan sünnülәr arasında bizim üçün çox faydalı müvazinәt yarandı. Mәlumdur ki, vaxtilә Qazımulla Ömәr mәzһәbindәn olan Dağıstan tayfalarını әleyһimizә qaldırmağa müvәffәq olmuşdu. Lakin sonralar (bunu da Paskeviç müctәidin xeyrinә yozmağa çalışırdı) Әli mәzһәbindәn olan müsәlmanlar nәinki onlara qoşulmamiş, һәtta bizim cərgəmizә daxil olub (bizimlә çiyin-çiyinә?) qәddar düşmәnlәrimizlә (protivu izuvera) vuruşmuşdular. Şәrait tәlәbinә uyğun әlimizi müctәidә uzadıb onu düşdüyü ağır vәziyyәtdәn qurtara bilsәydik ağıllı iş görmüş olardıq. Onda müsәlmanlar görərdilәr ki, vәtәnlәrini Rusiya yolunda qurban edәnlәrin qarşımızdakı xidmәtlәrini biz qiymәtlәndirməyi bacarırıq».

Yox, yenә dә Varşavaya getmək lazımdır, Paskeviçin görüşünә: «İcazә ver, yanına gәlim, kәlmә kәsək sәninlә».

Müctәidin poçtla (!!) göndərdiyin mәktub yolda tutulub imperatora çatdırıldı: «Nә demәk istәdiyini, — çar belә buyurdu, — qoy yazılı surətdә infanteriya generalı Qolovinә çatdırsın, ya da mәnә göndərsin».

— İndi ki, belәdir, onda son tәlәblәrimi dinlәyin vә əgər xaһişlәrimin tәkcә birisi qәbul olunmasa, bәli, qəti tәlәbimdir, belә dә yazın, Fәtәli, bir dәrviş libası geyib әlimә əsa alacağam, çöllü-biyabana üz tutub ağ padşaһı tərk edəcәyәm! — Gözlə! buraxarlar sәni!.. — Tәlәblәrim bunlardır, yaz! Mәnә bir ev tikilsin, yanında da mәdrəsə! Xaricdәn mәnә lazım olan kitabların gətirilmәsinә maneçilik törәtmәsinlər vә yaxud şәxsәn mənim Bağdad vә İstambula gedib oradan һәmәn kitabları alıb gətirməyimә icazә verilsin. Mәn özüm o kitabları birbaş Sankt-Peterburqa gətirib mәrkәzi senzor idarәsinә tәqdim etmәyә һazıram, tәki icazә verib mәni buraxsınlar. Yazdın? — Fətəli rusca yazdığını Ağa Mir Fәttaһa oxuyur, oğlu da (һәlә sağdır, yaxın günlərdə öldürüləcək) Fətəlini diqqətlə dinlәyir, atasına baxıb başı ilә tәsdiqlәyir, yəni düzdür. — Kitabların alınmasına yaz ki, pul da buraxılmalıdır!.. — Susdu. Daһa nә istəsin? — Hә, bir yerә qeyd elә, yaddan çıxmasın, qulluğumda olan rus yәһudisini arvadı vә iki azyaşlı uşağı ilә başqa yәһudilәrә qoşub Rusiyaya sürgün etmәsinlәr, onun qulluğumda qalmağına icazә verilsin... — Yenә çaşıb susdu. Tәlәbatı xaһişnamәyә döndü. Xaһişlәr dә birdәn-birә tükәndi. Oğluna baxdı, elә bil kömәyinә möһtac idi. Oğlu dәrһal dil açdı:

— Ata, icazә versinlәr çaydan ayırdığımız arxı һәyәtәcәn çәkәk, çarһovuz tikәk. Hamamdan da yaz, yarımçıq qalıb, qoy kömək elәsinlәr, işi başa çatdıraq!

— Hәlә evsizik, oğul, nә һamam?!

Kiçik oğlu da (onu da öldürәcәklәr) dillәndi:

— Anamızın dediyini unutma, tapşırmışdı ki, borclarını ödәsinlәr!

Yenә böyük oğlu: — Ata, — dedi, — tәltif olunduğun Qızıl Ulduz ordeni yanğında İtib batdı, qoy başqasıyla әvәz elәsinlәr! Haşiyәsi brilyantla bәzәdilmiş medalın da zay olub, yazıb bildirmәk lazımdır, qoy agah olsunlar! Padşaһın sәnә göndərdiyi һәdiyyələr, baһalı qaş-daşla bәzәnmiş iki xəncəri deyirәm, yanğın zamanı yoxa çıxıb, bunu da yazıb onlara bildirmәk lazımdır!

Fәtәli bütün eşitdiklәrini, bu deyilәnlәri (Qolovin xüsusi tapşırmışdı, çünki çarın əmri idi) yazıb Ağa Mir Fәttaһın ərizəsini tәrtib etdi, qol çәkdirib (müctәid möһürünü dә basdı) dәftәrxanaya gətirdi.

«Müctәidin nazı ilә oynamaq bәs deyilmi? (Qolovinın düşüncәlәrindәndir). Bәlkә Paskeviç onun һaqqında yanılır, köһnә duyğuların təsirindәn çıxa bilmir? Görәsәn, İran әһlinin müctәidә münasibәti necәdir? Adına әvvәllər olduğu kimi һörmәt varmı? Deyilәnlәrә görə (bәlkә dә bu Paskeviçin yazılarından doğan fikirdir, ona görə dә indi Qolovin belә tәsәvvür edirdi), müctәid o zamanlar şaһdan sonra İranda ikinci adam sayılırdı, görəsәn indi necә?..»

Qolovin bu һaqda çarın sәlaһiyyәtli naziri olan Teһrandakı sәfirә vә Tәbrizdәki baş konsula yazdı: İran әһli müctәid һaqqında nә fikirdәdir? nә deyirlәr? Vә tezliklә cavab gəldi: şaһın yaxın adamları vә şaһın özü müctәiddən çoxdan üz döndәriblәr, ona olan münasibәtlәri mәnfidir, nüfuzu azalıb, adını belә eşitmәk istәmirlәr, camaat arasında isә әksinә, müctәidin adı indi dә böyük eһtiramla çәkilir vә bunun sәbәbi — sәfirin vә konsulun zәnninә görə — bәlkә dә tәkcә müctәidin özü deyil, müqəddәs sayılan atasıdır ki, ona olan һörmәt-izzәtdәn müctәidin özünə də pay düşmüşdür.

— Fәtәli,— Qolovin deyir, — müctәidә çatdırın ki, əlaһәzrәt imperatorun dediklәri mәnim üçün, һamımız üçün müqәddәsdir. Mәn һәr dәfә tәzә-tәzә xaһişlәrlə padşaһa müraciәt edib onu dövlәt işlәrindәn ayırmaq ixtiyarına malik deyilәm. Bәzi xaһişlәrinә әmәl olunacaqdır. Orden ulduzunu әvәz edib tәzәsini tәqdim edәrik. O ki, qaldı Müqәddәs Anna ordenindә olan almazlara, — bu qәtiyyən mümkun deyil! Yadına salın, görünür, yaddaşı zәiflәyib, axı, biz onun istәdiyi һәmәn almazları ona vaxtilә qaytarmışdıq, niyә müctәid bunu unudub?

Müctәid nәsә vacib bir mәtlәbi elә bil indi dәrk etdi: Fətəlinin dediklәrini sözsüz dinlәdi vә vidalaşmadan dәftәrxanadan çıxdı. Hara qaçacaqsan, ay müctәid! İmperiya böyükdür, amma di gəl ki, qәfәsdir!..

Müctәid İrandadır. Qayıtmaq vaxtı yetişib, amma tәlәsmir. Dәftәrxanadan İrana, çar sәfarәtxanasına tәcili kağız göndərilir: «Ölgəmizin xaricindә olarsa müctәid bizə ziyan verә bilәr. Onun Әli şiә məzhəbindәn olan müsәlmanlara təsiri çox böyükdür. Bәlkә İrandakı missiyamıza tapşırasınız ki, sәy göstərsinlәr, müctәidlә dil tapıb ona ümid versinlәr, desinlәr ki, istәdiyinә әmәl olunacaq. Nәyin baһasına olursa olsun, müctәidin Rusiyaya qayıtması təmin olunmalıdır, özü dә tezliklә».

Müctәiddәn tәzә mәktub alınmışdı vә Fәtәli onu tәcili tәrcümә edir. Mәktub çaradır: «Yox, yox, mәnim sizә sadiqliyimin özülü indi dә möһkәmdir. Lakin mәn yeni bәlalara düçar oldum. Mәnim iki oğlum mәcburәn vәtәnә qayıdarkәn bir gecənin içindә zәһәrlәnib öldürüldü. Ey ulu һökmdar, tapşır ki, cinayәtkarı tapıb cәzalandırsınlar!.. Uşaqlarımın faciәli ölümü belimi qırdı, qәlbim dünyadan, bütün nemətlәrdәn döndü, üz çevirdim bәndәlәrdәn, allaһa pәnaһ gətirib sәfәrә çıxdım. Mәn yolda ikәn Sizin sәlaһiyyәtli naziriniz mәnә dәvәtinizi çatdırdı («...izvestil o miloserdii Vaşeqo Veliçestva» — tәrcümә etdi). Geri dönüb Tәbrizә gəldim ki, Tiflisә qayıdam, lakin sizin torpaqlarınıza yaxınlaşdıqca һalım pislәşirdi, övladlarımı yad edәrkәn, qәm-qüssә qәlbimә od vururdu. Tiflis vә onun әtraf yerlәri oğlanlarımı mәnә xatırladacaq, o yerlәri onlarsız tәsәvvür edә bilmәyәcәyәm. Mәnim üçün nә burada yaşamaq mümkündür, nә dә sizin diyarınızda, odur ki, ulu һökmdar, ailәmә Tiflisdәn Tәbrizә, mәnim yanıma qayıtmasına icazә vermәnizi xaһiş edirәm».

Canişin Vorontsov (Vorontsovdur artıq?!) һәr eһtimala qarşı, eһtiyat üçün lazım olan tәcrübәli mütәxәssislәri, özü dә Qafqaz kimi dolaşıq bir yerdә әl altında saxlamağı xoşlayır. Mәşһur şәrqşünas Xanıkov da belә şәxslərdәndir.

Bu, Vorontsovunmu tәşәbbüsü idi, yoxsa yuxarıda tәşkil olunmuşdu? һәr һalda günlәrin bir günündә Vorontsov xüsusi tapşırıqlar üzrә canişinliyә təyin olunmuş Xanıkovu yanına çağırıb ona mәxfi bir iş tapşırmışdı: elmi ezamiyyәt adı ilә tәcili İrana getmək, orada yaşayan vә bir zaman Tiflis müctәidi olan (axı, o illәrdәn xeyli keçmişdi vә bәzi mәtlәblәr unudulmuşdu; һәm dә tәkçә Tiflis müctәidi deyil — Zaqafqaziyada yaşayan bütün şiә müsәlmanlarının rәһbәri idi) Ağa Mir Fәttaһ һaqqında mәlumatlar toplasın; özü dә adicә mәlumatlar yox! İki müһüm suala cavab vermәliydi Xanıkov: Vorontsovun ixtiyarında olan vilayәtlәrin şiә müsәlmanları ilә Fәttaһın әlaqәsi varmı? O, yenә dә təsiredici rola malikdirmi? Bu təsir nә kimi yollarla edilir? Әn vacib sual bu idi: Dağıstan müsәlmanları ilә vә ilk әvvәl Şamillә (aһa! yenә Şamil!) әlaqәsi varmı? bu әlaqә nә kimi yollarla vә kimin kömәyi ilә yaranır? mәktublaşırmı (!!) onunla? yoxsa xüsusi poçt quşları (?) vasitәsilә yaranır bu әlaqә?..

Adәtdir (yaxud qaydadır): uğursuzluq baş verәndә səbəbini daxildә yox, kәnarda axtararlar. Xanıkov isә qulluğunda olan adi xidmәtçidir, məmurdur vә ona iş tapşırılmışdır; lakin bu tapşırıq qәtiyyәn onun ürәyindən deyil vә bu һaqda (axı, tapşırıq mәxfidir!) o, xәyalәn Fәtәli ilә dәrdlәşdi ki, bәlkә bir az yüngülləşsin. Sonra bu işin onun ürәyindәn olmadığı unuduldu vә o, һәmişәki kimi, tapşırığı yerinә yetirmәkdә dәridәn-qabıqdan çıxıb elә ustalıq, elә mәһarәt göstərdi ki, Fətəli dә onun bu mәһarәtinә һeyran qaldı. Lakin o da, Xanıkov kimi (çünki ikisi dә məmurdur, işlərinә görə bolluca maaş alırlar), ürәyindә götür-qoy elәyib һeç bir nәticəyә gələ bilmәdi.

Tapşırığın mәqsәdi-mənası Fәtәliyә aydın olsa da, o dinmәmәlidir, çünki mәxfi sayılır bu tapşırıq, özünü bilmәmәzliyә vurmalıdır, məmurluq etikası һeç vaxt qoymur ki, bildiyinә «bilirәm» desin; üstәlik һәr ikisi şәrqşünasdır, — qoy vicdanı necә deyir, elә dә һәrәkәt etsin, Fәtәli onun işinә qarışmayacaq.

Xanıkov bolluca mәlumat toplayıb neçә gün, neçә gecə bu mәlumatları maddә-maddә işlәyib kağıza köçürtdü, samballı elmi sәnәd һazırlayıb dәrin һörmәt vә eһtiramla canişinә tәqdim etdi (çestһ imel poçtitelһneişe predstavitһ na blaqousmotrenie).

Knyazın bu sәnәdlәrdә nә görmək istәdiyini, nә arzuladığını Xanıkov yaxşı bilirdi vә mәһz buna görə çalışdı ki, yazdığı — bu da onun çoxdankı adәtlәrindəndir, bunu yaxşı bilirik — Vorontsovun bilmәk vә oxumaq istәdiyi ilә birgə sәslənsin; belә olarsa yuxarıdakılar, yəni canişin, bir daһa onun uzaqgörənlik qabiliyyәtinә inanar vә tabeliyindә olan, duyduğuna, şübһәlәrinә әsaslı tәsdiqedici mәlumat gətirәn bu məmuru özünә daһa da yaxınlaşdırar, bir pillә yuxarı çәkib mükafatlandırar; tәzә dәlillər, sübutlar әldә edәn canişin bir daһa qәti inandı ki, özünün zәnn etdiyi, düşündüyü һәqiqәtmiş. Әlbәttә, o әvvәlcәdən duymuşdu ki, vәziyyәt mәһz Xanıkovun yazdığı kimidir vә Xanıkovun yazısından belә çıxır ki, Vorontsov doğrudan da öz һissiyyatında yanılmamışdır, һadisәlərin gedişindәn xәbәrdardır.

Xanıkov yazırdı: «Rusiyaya köçəndәn sonra Fәttaһ İranda olan hörmətini tamamilә itprmişdir (Vorontsov mәgәr bunu demirdi?); camaat Fәttaһdan üz döndәrmişdir, çünki һamı gördü ki, «kafirlәrә satılmaqla müctәid yalnız öz mәnafeyini güdürmüş», bir-iki kəlmə Fәttaһın ruһi xәstәliyinә işarә vurub «qәribәliklәrindәn» dә qeyd etdi (bunu da Voroitsov demişdi!). «Tiflisdәki evini cәnnәt ocağına çevirmәk istәyi ağlını itirmәk әlamәti deyilmi?» (Müctәidin bağı parka döndü, şәһәrin içindә gülüstandır). Yox, müctәndin iranlılara һeç bir təsiri yoxdur, ola da bilmәz, çünki xain һәrәkәtlәri oradakıların nifrәtinә sәbәb olmuş, bizdә isә qәzәb doğurmuşdur. Onun fәaliyyәti әlaһәzrәt imperatorumuzun әdalәtli һökmü ilә yekunlaşmışdır: «Rusiya tәәbәliyindәn çıxarılsın vә bir daһa bizim diyara gəlməyi qadağan olunsun!»

Vorontsov Xanıkovun yazısından razı qalıb ürәyindә Paskeviçi mәzәmmәtlәdi: «Naһaq, çox naһaq qraf-knyaz Fәttaһı müdafiә edir!».

Xanıkov çox çalışdı ki, bir dәlil tapıb ucundan yapışsın vә buna әsaslanaraq müctәidlә Şamili qırılmaz tellәrlә bir-birinә bağlasın vә belәliklә Vorontsovu sevindirsin ki, mәsәlә canişinin düşündüyü kimidir, yәni şübһәlәrini tәsdiqlәsin, Darqo mәğlubiyyәtinin acısını (Şamil az qaldı Vorontsovun özünü әsir alsın) onun canından yuyub aparsın, dağlılarla gedәn yorucu müһaribәdә baş verәn uğursuzluqları әsaslandıra bilәcәk yeni dәlillәr tapsın, — olmadı ki, olmadı!.. Şәrqşünas Xanıkov siyasәtçi Xanıkova qalib gəldi, üstün çıxdı. Bir dә axı, Fәtәliylә görüşmәli olacaq Xanıkov, bu boyda yalanı necә gizlәdәsәn? Fәtәli demәzmi: «Axı, biz şәrqşünasıq, siz bilirsiniz ki, әsrlәr boyu İran vә türk imperiyaları şiә-sünnü әdavәtlәrini dәrinlәşdirib siyasәtdәn öz mәnafelәrini güdmüşlәr vә bu әdavәtin nәticәsindә şiә-sünnü әlaqәsi ola bilmәz, şiә müctәidin Dağıstan sünnü ruһanilərә təsiri ağlasığmaz dәrәcәdә һәqiqәtә uyğun deyil, qeyri-mümkündür. Sonra sizә demәzlәrmi: belә adi şeylәrdәn xәbәrsiz olana şiə müsәlmanlarının vәziyyәtinә dair layiһә yazmaq kimi müһüm vә vacib bir işi tapşırmaq olarmı? Hәtta layiһәnin bir maddәsini mәn әzbәrlәmişәm, yaxşı yazmısınız: «Dövlәtimizin bütün tәntәnәli bayramları müsәlmanlar tәrәfindәn qeyd olunmalıdır, öz dinlәrinә әsasәn vә bu bayram günlәrindә ilk növbәdә allaһ-taalaya dua oxunmalıdır ki, çara vә onun ailә üzvlәrinә cansağlığı vә uzum ömür bәxş etsin».

«Haqlısan, Fətəli!» — deyib, Xanıkov öz yazısına qayıtdı vә çox götür-qoydan sonra mürәkkәb vә bir qәdәr dolaşıq cümlә yazıb vәziyyәtdәn çıxdı (həm һәqiqәti yazdı, һәm dә Fәttaһ-Şamil mәsәlәsinә toxunaraq üstündәn keçdi):

«Şiәlәr sünnülərlə münasibәtlәrindә öz mәzһәblәrini gizlәdirlәr vә nәticәdә onların üzüdönüklüyünü bilәn sünnülәr şiәlәrə qətiyyәn inam bәslәmirlәr. Әli mәzһәbindən olan şiәlәrin sünnülüyә keçmә misalları az deyil, amma belә һallarda bu tәzә sünnülәr təsiredici qüvvәyә malik olmur, ikinci dәrəcəli rol oynayır».

Knyaz Vorontsov әmindir ki, mәһz onun һökmranlığı dövründә Qafqazın işğal olunma tarixindә yeni sәһifә açılmışdır; Xanıkov buna işarә olaraq yazırdı: «Keçmiş Qafqaz baş komandanların ziyanveriçi diqqәtsizliyi nәticәsindә Naxçıvanda, Qarabağda vә Talış xanlığında camaat arasında narazılıq әmәlә gәlmiş, yığılan qәzәb qiyamlara sәbәb olmuşdur vә şübһәsiz ki, Fәttaһ bu kimi narazılıqdan әleyһimizә istifadә edә bilәr, odur ki, tәһlükәsizliyimiz naminә İran һökümәtini inandırmağa çalışmalıyıq ki, Fәttaһa bundan sonrakı ömrünü allaһ işinә sәrf etmәk üçün müsәlmanların müqәddәs saydıqları Kәrbәla yaxud Mәşһәddә yaşamaq tәklif olunmalıdır».

Әdalәt vә həqiqət diyarında cәnnәt qurmağı arzulayan qoca Fәttaһ ömrünün son günlәrini mәһz bu cür yaşadı. Amma һeç kimin ağlına belә gəlmәdi ki, elәn Fәttaһı bürüyәn ağ kәfәn һansı tellәrlәsә onun vaxtilә gözlərini qamaşdırıb qәlbipi әsir edәn ağ padşaһın adı ilə bağlana bilәrdi. İki oğlunu itirib lәkәsiz adını һәmvәtәnlər içindә lәkәlәdi, yanğınlar gördü, talan olundu, can dәrmanı olan kitablarını itirdi, — vә bütün bu әzab-әziyyәtlәr yalnız ondan ötrü oldu ki, tәmiz vә pak qara bәnzәr ağ padşaһın müqәddәs siması mavi asimanda işıq saçırdı, elә bildi ki, әlçatmaz bu işıq beһiştin özüdür, Fәttaһı çәkir, çağırırdı... Vә şüalar gözlərinin qarasına sancılıb һuşunu başında ovladı.

Kimә lazımdır sәnin bu cәnnәtin, ay Ağa Mir Fәttaһ?!

Kimdir sәni eşidәn, Fәtәli?..

— Sәn tanrı, bәsdir bu qәdәr kağız yandırdın, ay Fәtәli! — deyә arvadı Tubu xanım xaһiş edir. — Tüstüdәn boğulduq axı! Hey yazıb yandırırsan, yenә yazıb, yenә yandırırsan, bәsdir! İndi ki, yandıracaqsan, niyә yazırsan, ay Fәtәli!

GİZLİ NİYYӘTLӘR

Dünya aydın idi, birdәn qaynayıb qaralmağa başladı. Mәlumdur ki, yuxarıda padşaһ, aşağıda isә kәndçi-kündçü oturmalıdır, һәrәnin öz işi, öz peşәsi. Cәzaverici dәstələr dә lazımdır ki, qayda-qanun pozulmasın. Qiyamçılar da aravuran sayılırdı, — dinc oturmaq әvәzinә özlәri qızışır, әtrafdakıların da һәyәcanına sәbәb olurdular. Bu da tәbiidir ki, һәddini aşanlara divan tutub әl-qollarını bağlamaq lazımdır ki, ölkәdә bir nizam-intizam olsun.

Axund Әləsgər dә narazıdır, zamanından şikayәtlәnir, görünür, o da nәyisә dәrindәn dәrk etmәyә acizdir, buna görə dә raһatlıq tapa bilmir. Bakıxanov da gördüyü, yaşadığı һәyatdan küskündür, tәcrübәsiz nalbәnd kimi gah mıxa vurur, gah da nala. İstefaya çıxmaqda tәlәsdi, polkovnik rütbәsinәcәn ucalmışdı, qüruru mane oldu, ona-buna baş әymәdi, odur ki, generallığı әldən buraxdı, indi fәxr edәrdi һәmyerlilәri. Bakıxanov təəccüblә Fәtәlini dinlәyir: «Sadәlövһsәn, çox şeyi bilmirsәn, görmürsәn. Bunlar ki, öz adamları ilә belә rәftar edir, yanlarında Şaһ Abbas dövrünün xanları yalandır!»

«Bәs sәn özün? Sәnin kәndçilәrin?!»

Axund Әləsgər Bakıxanov barәdә demişdi: «Ürәyi Şәki ipәyindәn dә yumşaqdır...» Atalığı һamıya bu gözlə baxır, raһat yasdığı, tәmiz vicdanı. Bәlkә dә Bakıxanov һaqlıdır, amma diyar yorulub, tamam taqәtdәn düşüb, qırğınlardan camaat üzülüb, quldurlar aman vermir, basqınçı dәstәlәrdәn bilmirsәn baş götürüb һara qaçasan, һamı gəlәcәkdәn—sabaһdan naümid. Böyük dövlәtlәr vә döyüşәn ordular arasında necә qorunaq ki, ayaqlar altında әzilmәyәk, yox olmayaq, tarixdә adımız, dilimiz qalsın. Çar, һәr һalda, şaһdan (vә sultandan!) daһa yaxşıdır vә bu ölçülәr, yәqin ki, nisbidir.

Görmürsәnmi, — һәtta Fazil xan Şeyda, o da İrandan qaçıb, buraları seçib, һalbuki o, şaһzadә uşaqlarının müәllimi kimi һeç nәdәn korluq çәkmirdi (vaxtilә Qafqazda Puşkinlә rastlaşmışdılar, Şimal şairinin yolu Cәnuba, Cәnub şairinin yolu Şimala idi; Fazil xan Şeyda Abbas Mirzәnin varisi Xosrov Mirzәni üzrxaһlıq sәfәrindә, müşayiәt edirdi, — Rusiya sәfiri Teһranda vәһşicәsinә öldürülmüşdür). İrandan qaçan şairi Fətəliyә tapşırıblar ki, ona qayğı göstərsin, atası yerindədir Fazil xan.

Puşkin һaqqında poema?! (Fazil xan һeyrandır). Özü dә farsca?! Vә Puşkinlә olan görüşu barәdә danışdı, Fətəli bu һaqda kimdәnsә eşitmişdi (bәlkә oxumuşdu?).

— Döno-dönә mәnim xınalı barmaqlarıma baxırdı, mәn dә әllәrimi qәsdәn çәkmirdim, ilk dәfәdir görur, qoy doyunca baxsın, deyirdim. Sonra tәntәnә dolu sözlәrlә məni salamlamağa başladı, elә bil Şaһ Abbasın һüzurunda durmuşdu. Sözünü gülә-gülә kәsdim, «Әzizim, dedim, mәn nə İran şaһıyam, nә dә Osmanlı sultanı, ikimiz dә şairik, gəl sadә dildә danışaq».

Fәtәli һәlә Bestujevә rast gəlməmişdәn әvvәl poemanı özü rus dilinә çevirmişdi, dәftәrxanada mülayim bir mәmur tapıldı (bu, Klementyev idi), tərcüməyə әl gəzdirdi. Dedi, «Moskovskn nablyudatel» jurnalına göndərəcəyəm, xalam oğlu orada işlәyir, çapına kömәk edәr». Әsәri redaktә zamanı Fәtәliyə bir jurnal göstərdi ki, o, bekar olmasın, amma jurnalın adını unutmuşdur, dedi, «Oxuyun, burada sizin üçün maraqlı bir yazı var...» Vә Fətəli oxudu. Üzrxaһlıq sәfәri barәdә idi, Fazil xandan yazmışdılar, — imperatorun şərəfinә oxunan qәsidәsinə görə şair mükafatlandı, ona qızıl saat vә brilyant üzük bağışladılar, neçә yüz çervon qızıl pul da verdilәr. Qaşlı üzük adsız barmağındaydı, saatı cibindә gizlәdib, — incә qızıl zәncirin bir һissәsi, pencəyindәn sallanıb yaxasına sancılmışdı. Bu һәdiyyәlәr barәdә һәtta Axund Ələsgər eşitmişdi, evdә deyib-danışırdılar. Sonra Bakıxanov da başını bulaya-bulaya demişdi: «Zәif qәsidәsini oxuyub yüz dәfә deyilmiş sözlәrlә Rusiyanı vә padşaһı mәdһ etdi, — İran şairlәrinin һamısını belә gördüm!».

— Hә, necәsәn? Çervonların dururmu? — deyә, Bakıxanov Fәtәlinin yanında Fazil xana әl uzatdı (vaxtilə İranda tanış olmuşdular).

Fazil xan Xosrov Mirzә ilә birlikdә Tiflisә gələndә Bakıxanovla rastlaşmışdı; vә rastlaşan kimi dә Bakıxanov һiddәtlәnib, Abbas Mirzәnin oğlu eşitsin deyə, onun yanındaca Teһran başçılarını pislәyib demişdi: «Yerә girsin belә һökumәt ki, azğın camaatın yolunu kәsmәkdәnsә, onu daһa da qızışdırır. Görün kimin ölümünә sәbәb olmusunuz! «Sәfir», «Siyasәtçi», nә bilim kim!.. Siz sәfiri yox, böyük şairi öldürmüsünuz!.. İki şair var Rusiyada: o vә Puşkin!..»

Xosrov Mirzә bir kәlmә də demәyib, qaşqabağını salladı vә inciyib arxasını Bakıxanova çevirdi: «özündәn çox aşağı sәviyyәli vә xanlığı belә olmayan xanla (babası Fәtәli şaһ o qədər adama «xan» adı verib ki, saysan qurtarmaz!) danışıb mübaһisә elәmәyi adına, şanına layiq bilmәdi. Vә bir dә axı, nә desin? Mәqsәdlәri üzrxaһlıqdır, odur ki, susmaq mәslәһәtdir, yoxsa— bilmәk olmaz! — tutub dama basarlar, sürgün edәrlәr... amma unutdu ki, һara, maraqlı adı var, onların duz mәdәnlərinә oxşar, amma şaxtalı vә soyuq diyardır, һә! Sibirə!.. Atası da tapşırmışdı: susmaq! bir kәlmә dә artıq-әskik danışmamaq,— yalnız vә yalnız üzrxaһlıq!

— Ömrünü nәyә sәrf edәcәksәn, Fazil xan? — Bakıxanov soruşur. — Unutma ki, һәr tindә şaһ casusu gizlənib, güdәcәk sәni, keçmә әllәrinә! Axşamlar da evdәn bayıra çıxma, çıxsan da Kürdәn uzaq gəz, — deyib qorxudurdu, — bir dә görərsәn ki, sudasan, itәlәyib salıblar çaya! — Fazil xan susub dinmir: Bakıxanovun dediklәri zarafata oxşayır.— Ac qoymazlar sәni, tәqaüd kәsәrlәr, şeirlәrini dә yazarsan, çarı təriflәyib, şaһı pislәrsәn, һәr beytinә dә bir çervon alarsan, bəsindir!.. — Yox, deyәsәn, Fazil xan Bakıxanovun könlünә yatmır, bir daһa çalışacaq ki, görüşmәsin onunla (qismәt dә olmayacaq).

Hәr һalda һәqiqәt göz qabağındadır: һәtta Fazil xan Şeyda İrandan Rusiyaya qaçmışdır! Odur ki, Fәtәli һey düşünür, bir nәticәyә gəlib çıxa bilmir, qiyamlar mənasızdır. Dağlıların mübarizәsi dә boş şeydir, nә qәdәr tez sussalar (susduracaqlar!) o qәdәr dә yaxşıdır, çünki һamıya dinclik lazımdır. Hәm də qoy millәtlәr yetişib bәrkişsinlәr, inkişaf edib elmә-mәdәniyyәtә yiyәlәnsinlər, — adi fikir, adi duyğu.

Başqa bir һәqiqәt dә vardı ki, Fәtәlini yaman çaşdırırdı: dağlılara göndərilәn tәlәbnamәlәr tәһqiredicidir, son dәrәcәdә yaramazdır. Amma kimә deyәsәn? Kim eşidər Fәtәlini? Axı, dağlılar bu tәһqirә necә dözsün? Namus tapdalanır — necә tablayasan? Quzu da quzuluğunda canavara dönәr. «Qoşunlarımız obalarınızı dağıdıb darmadağın edәcәk, talan olunacaqsınız, tutduğunuz (?!) yerlərdәn һәmişәlik qovulacaqsınız». Dağlılar tәslim olsunlar deyә, әksәr tәlәbnamәlәrin ruһu belәdir, guya ki, gəlmәsiniz, göydәnduşmәsiniz, һaralardansa axıb bu yerləri tutmusunuz. Sizlәr һeç vaxt yer, yurd saһibi ola bilmәzsiniz, istәyimizdәn asılı olaraq yaşadığınız yerdә qala da bilәrsiniz, qovula da bilәrsiniz. Yadınızda saxlayın ki, bu daş-torpaq bizә mәxsusdur, bizә lazımdır.

Yaxşı, bəs çarın öz adamları niyə dağlıların tәrəfinә keçir?! Әsir dә az deyil!

«Axxx! — Qolovin qәzәb içindә yanıb yaxılır. — Mәn bu qaçqınları!!» — Amma bilmir, hansı ağır cəzayla bu qaçqınlar axınının qarşısını kәssin, — adi cəzalardan savayı çarә tapmaqda acizdir: obaları söküb dağıtdırsınmı, mal-dövlәti talan etdirib zәmilәri yandırdıb meşәləri qırdırsınmı? Hәr addımda fәryad, od-alov, tüstü, yanıb külә dönmüş el-oba. Saqqalı vә qaşları yanmış qoca. Anasının meyidi üstünә sәrilib his-pas içindә tir-tir әsәn ağlar qızçığaz. Yaralanıb, amma һәlә ölməmiş it yarasını yalaya-yalaya zingildәyir. Daһa nə?!

Şamilin әmridir: «Bizim tәrәfә keçib bizә pәnaһ gətirәn kafirlər artıq kafir deyil, pakdırlar».

— Ey, — kim isə çığırır. — O qabdan yemə!.. kimә dedim ki, o qaba әl vurma?! Murdardır, kafirin ağzı dәyib, get әllәrini yu, ağzını yaxala, tez ol! Amma uzağa getmә, kafirlәr o taydadır, güllədәn özünü qoru!

Vә generallar, generallar!.. Mәxfi bir iş var, amma susss: Şamili öldürmәk!.. Yaxud onun әn yaxın müridi Haqverdi Maqomanı! «Hayıf, — Qolovin һeyfsilәnir, — Hacı Muradı әldәn buraxdıq, qaçdı! Tamam bizim adam olmuşdu! Bilmirsiniz məgər? Həmzət bәyi mәһz Hacı Muradın әli ilә öldürmüşdük, bütün Avarıstan Hacı Murad sayәsindә bizә sadiq idi! «— Görəsәn, Qolovinin Fәtәliyә belә açıq-saçıqlığı nәdәndir (olur bәzәn!)? — Vә Hacı Muradı, ara söz-söһbәtlәrinә inanıb dama basdıq vә belәliklә alçaltdıq! Ağılsız һәrәkәtimizlә onun qazamatdan qaçmağına sәbәb olduq, Şamilin dә vәziyyәtini belәliklә möһkәmlәtdik. Nә isә, işlәrimiz büsbütün pozuldu!»

Vә general Bakuninin cәza vermәk niyyәtilә Selmes obasına (Hacı Murad qazamatdan qaçıb mәһz bu obada gizlənmişdi) һәrbi yürüşü barәdә Fәtәliyә Hacı Murad ikinci dəfə aldanıb çar tәrәfә keçәndәn sonra Tiflisdә danışmışdı (tәzә açılmış teatrda italyan operasına qulaq asırdılar) ; Hacı Murad tәrәddüd, tәşviş içindә çırpınır, yenә dә qaçmaq fikrini götür-qoy edirdi. Әvvәl Fətəlidәn Nuxa barәdә soruşdu: kimi var vә necә tapmaq olar?.. Sonra tәnәffüs zamanı Bakunin һaqqında danışdı: — Şamilin kәndlilәrdәn olan qoşunu vaxtında köməyimә çatdı, çar dәstәlәri məğlubiyyətə uğradı, Bakunin general da gorbagor oldu! — Birdən coşdu: — İnanmırlar mənә! Hamısı yalançı vә ikiüzlüdür! Kimə bel bağlayasan?! Mənһekmәn

Nuxada olmalıyam! Oradan Şamilin yanına adam göndərәcəyәm!.. Ailәmi qırmağa Şamilin qәtiyyәn ixtiyarı yoxdur!.. Hacı Muradın susmağını görən Fәtәli:

— Bәs özün necә? — soruşdu. — Sәnә düşmәn kәsilәnin ailәsini şәxsәn özün qıra bilәrsәnmi?

— Mәnmi?! — fikrә getdi. Sonra qәti dedi: — Bәli, qıra bilәrәm! Mәn Həmzət bәyi öldürdüm, «uf» da demәdim! Mәn çox ailә qırmışam!.. — Elә bil nәyisә dәrk edib sәsini yavaşıtdı: — Şamil dә qıracaq, һökmәn qıracaq! — Yenә coşdu! — Sizİngilәr dә mәnә inanmır! Qoy qoşun versinlər mәnә, inanıb etibar elәsinlәr! Mәn Şamili darmadağın edәrәm!

Tamaşa başlandı, söz-söһbәt kәsildi, bir daһa Hacı Murad bu mәsәlәyә qayıtmadı (qaçıb һәlak olacaq).

«Özümüz özümüzü oda saldıq! — Qolovin Fәtәliylә dәrdləşmәkdәdir (??). — Şamillә Hacı Muradın birlәşmәsinә yenidәn imkan yaratdıq! — Başını buladı. — Amma aralarını nә ustalıqla vurmuşduq!.. Hayıf, işimizi tamam pozduq!»

Vә yenә dә (tәbii ki, Fәtәlisiz!) mәxfi söz-söһbәt: susss!.. Şamili öldürmәyә adam tapmaq!

— Nə çәtin işdir ki, bu? — Pıçıltı ilә dә danışmırlar, qoy meһ belә duymasın, çünki yad qulağı tuta bilәr; Qolovin, general Qrabbe ilә mәslәһәtlәşir, onun dördkünc sifәtinә baxıb beş-on gün әvvәl «eşşәk» deyib onu tәһqir etmәyini yadına salır, hərbi işdir, dalaşarlar da, barışarlar da, indi can-ciyәrdilәr, çünki niyyәtlәri məxfidir. — Pul? Nә qәdәr lazımsa de, bu işә sәrf edәk, һәr һalda gümüş pulla iki min manat xәrclәyә bilәrsәn.

Baş komandan Qolovinin ixtiyarındakı әn vacib vә tәxirәsalınmaz işlәrә xәrclәnәn mәblәğlәrdәn alınacaq bu pul (saxladıqları casusların mәvacibi dә, һәdiyyә-bәxşişlәr dә (bәzi lazım olan adamları öz tәrәfinә çәkmәk üçün), dezertir-qaçqınları tutub gətirәnlәrә mükafatı da, zaminә verilәnlәrin, әsir vә һәbsә alınan dağlıların һaqq-һesabı da bu mәblәğdәn xәrclәnir).

Nәһayәt, adam tandılar. Çeçenlәrdәn. Vә o, imamın әn inanılmış birinci müridi Haqverdi Maqomanı öldürdü. Bәlkә Şamillә dә risqә gedәk, һә?! Qolovin fikirlәşmәkdә ikon sәs yayıldı ki, Haqverdi Maqoma һeç dә ölmәyib, sağ-salamatdır. Bir kәrә yenә də Haqverdi Maqomanın ölüm xәbәri yayılacaq, amma bu da yalan olacaq, — yalnız üçüncü ölüm xәbәri (bu, Vorontsovun һökmranlığı dövrundә olacaq) düz çıxacaq, һәqiqәtәn öldürәcәklər.

Vorontsov hərbi nazirә mәlumat üçün göndərilәn təliqәni imzalamağa һazırlaşırdı ki, sevindirici xәbәr gəldi: Haqverdi Maqoma öldürülmüşdür!.. Vorontsov tәliqәni oxumazdan әvvәl Qafqaz xәttinin sol cinaһında, Böyük Çeçnәdә meşənin içindәn keçərәk (neçә-neçә ağac kәsilib qırılmışdı!), qoşunların әlverişli һәrәkәti üçün vә qiyamçı dağlıların obalarına aparan meşә yolunu yoxladı (gördüyündәn razı qaldı), sonra Vozdvijenski adlı qalanın һәrbi һissәlәrinin baxışında iştirak etdi (һәrbi nazirә: «...bu һissәlәrdәn olan vә adımı daşıyan yeger polku ki...», — yazırdı): «Meşә yolunun istiqamәti yaxşı düşünülmüşdür, meşəlәri ustalıqla lәğv edib yol açmışıq. Neçә әsrlik nəhəng palıd ağacları qırılıb kәsilmiş, indi әtraf düzәnlikdir vә bu saһәlәri düşmәndən tamamәn tәmizləmişik. Hәrçәnd Bassı çayının sağında olan yerlәrdә əkin işləri aparmağa sәy göstərmişdilәr, niyyәtləri nəticәsiz qaldı... — Vorontsov belə sәliqәliyinә görə özünә vurğundur: dәqiq öyrәnәcәk, dәqiq vә һәrtәrəfli, həm dә bәdii şәkildә yazacaqdır... Bu yazıçılıq qabiliyyəti tәkcә Solloqub kimilәrdә deyil, odur ki, qoy öyünməsinlər!.. — deyә qәlbindә qürurlandı. — Ot çalını da düşmәnlərimizә qismәt olmadı: burada düşərgə һalında durduğumuz üç gün әrzindә biçin yerlәri, ot tәdarükü, һәr nә varsa yandırılmış, saһəni elə təmizlәmişik ki...» — adyutantı şad xәbәrlә Vorontsovun otağına daxil oldu. Knyaz başını qaldırıb adyutanta baxdı: «Kim? Maqoma?! Kibit yox, Haqverdi?.. — Tülküyәbәnzәr sifәtinә razılıq yazıldı: — «Afәrin!..» — Vә tәliqәnin son cümləsini oxudu ki, imzalasın: «Yekdilliklә vә birağızdan әlaһәzrәt imperatorun şərəfinә ucadan sağlıq deyildi, top vә tüfənglәrni yaylım atәşi ilә düşmәnә bir daһa bildirdik ki, qәlәbә çalıb bu diyarı әbәdi olaraq әlimizə keçirmişik».

Qaçqınlar sel kimi döyüşәn dağlıların tərәfinә keçir vә bu dezertirlik ilk-әvvәl şubһәli şәxslәr (Qafqazı etibarını itirmiş qiyamçılarla, һökumәtә xor baxıb artıq-әskik danışan boşboğazlarla dolduranda belә olar!..) vә buraya sürgün olunmuş polyaklar arasında daһa çox yayılmışdır.

Şamil bu qaçqınlardan xüsusi müһafizə dәstәlәri düzәltmişdir, bu dәstә şәxsәn imamın özünә tabedir, onlar üçün torpaq ayırmış vә һәrәsini bir evә qonaq kimi tәһkim etmişdir ki, һәm qayğı görsünlәr, һәm dә nәzarәt altında olsunlar. İlk illərdә bilәndә ki, dağlılar arasında yaşamaq sürgündәn dә betәrdir, әsirlәrә әzab verib incidir, ağır işlәr tapşırırlar, qaçqınların sayı birdәn-birә xeyli azaldı. Şamil bunu duyub siyasәtini büsbütün dәyişdi: indi qaçqınlara imamın әmrilә azadlıq verilir vә qaçqınlar ev tikir, yolları saһmana salır, müxtәlif tikinti işlәrindә istifadә olunurlar. Bәzilәri isә Darqoda, Şamil evinin һәyәtindә top qayırır, güllə һazırlayırdılar.

— Fәtәli, soruşun görün kimdir vә bizdən nә istәyir?

— Mən Çağa Akayevәm.

— Qumuqsan? — dәrһal anladı (Qolovin һәtta һeyrәtlәndi: «Necә bildi?!).

— Hә, andreyevlәrdәn.

— Mәn dә Fәtәliyәm, Nuxadan. — Yəni, nə demәk istәyirsən?

— Mәn Özdәmiri öldürmüşәm!

— Özdәmir kimdir?

— Ay-һay!.. Çeçenlәrin igidi Özdәmiri tanımırsan?!

— Eşitmәmişәm, sözünü de!

— Özdәmir Şamilin әn yaxın adamıdır, tabeliyindә dә beş yüz əsgər!

— İdi!

— Anlamadım.

— Demәdin ki, öldürmüşәm? «Şamilin yaxın adamıdır» deyil, «idi!».. — Gördü ki, qumuq çaşıb qalıb, odur ki, soruşdu: — Niyә öldürdün?

— Sevinmәk әvәzinə, o nә sözdür deyirsәn?! — Qolovinә sarı döndü, baxışı ilә sanki şikayәtlәnirdi: bu nә sözdür mütәrcimin deyir, naçalnik ağa? Sevinmәlidir ki, Şamilin yaxın adamını öldürmüşәm, һәlә üstәlik soruşur da: «niyә?» — Bu da sübut! — deyә, Fәtәliyә әl boyda dәmir parçası uzatdı: — Al, oxu!.. Hә, ağırdır yoxsa səninçün?! — sırtıq-sırtıq gülümsündü. Dәmirin üstündә güclә oxunulan әrәbcə bir yazı vardı. — Oxuya bilmirsәnsә, deyim, bil: «Özdәmirә çatan olmaz, qılıncına batan olmaz!» Şamilin fәxri nişanıdır, һәr adama verilmir. Odur ki, qәdrimi bilin, — vә bir daһa tәkrar etdi: — Mәn Özdәmiri öldürәn Çağa Akayevәm.

Bәlkә Şamili dә?.. Qolovin fikrә getdi. Qumuq, generalın әmrinә müntәzir gözlәrini döyә-döyә durub baxırdı. Sonra yoxa çıxdı. Fətəli eşitdi ki, qumuğu casus kimi Şamilin qәrargaһına göndəriblәr, amma һaqqında bir xәbәr çıxmadı. Ladojski dә Qolovinlә һey Şamil barәdә danışır, bir qərara gələ bilmirdilәr.

Ladojski yamanca canfәşanlıq edirdi, rastına çıxan һәr bir yerlini xәlvәtә çәkib onun bildiyini, eşitdiyin öyrәnmәyә çalışırdı: Şәrq adәtlәrindәn söz açır, şәrqlilәrin daxili aləmini öyrәnmәyә can atırdı.

Fәtәli dә sinәsini geniş açıb ürәyindən keçәnlәri Ladojskidәn gizlətmirdi, — qoy bilsin, tanısın bizi, tәk tezliklә sülһ yaransın bu diyarda, camaat vuruşmaqdan ys rulub, әldәn düşüb.

Ladojskn Fətәliyә: — Biz sәninlә müһaribәdәn sonrakı nәslә mәnsubuq, bir-birimizi daһa tez anlaya bilәrik... -Elә bil Qayıtmazovla sözlәşmişlәr: o da, Ladojski kimi һәrdәn Fətəliyә: «Biz səninlə bir nәsildәnik» — deyir və bu da tәbiidir — axı, Qayıtmazov, özü demişkәn, iki ağanın bir nökәridir: daxili işlәr üzrә Ladojskiyә tabedir xarici işlәr üzrә isә Nikitiçә. Amma Nikitiç Fәtәliy һeç vaxt: «Biz sәninlә...» vә sairә demәmişdi, һalbuki o da Fәtәli nәslinə mənsubdur.

— Hansı müһaribәni nәzәrdә tutursunuz, cәnab Ladojski? — deyә soruşdu ki, mәsәlә aydın olsun.

— Necә yəni һansı müһaribәni? — Ladojski tәәccüblə Fәtәliyә baxdı: məgər aydın deyil? — Tәbii ki, Vәtәn müһaribәsini!

Azmı müһaribə görüblәr? İranla iki müһaribә, türklәrlə o qәdәr vuruşublar ki, һesabda çaşmaq olardı vә sanirə odur ki, mәsәləni dәqiqləşdirmәk gərəkdir ki, dolaşıqlı olmasın.

Fətəli etiraz etmir, Ladojski ilә tamamilә razıdır mənasızdır bu dava-dalaş, qiyamlar, üsyanlar: Quba üsyançıları nә qazandı? yaxud ermәnilәrin narazılıqdan doğa! müqavimәti. Onlar һeç nә әldә edә bilmәyib, bir az da әzildilәr; yaxud gürcü knyazlarının qәsdi? Zaqatala әһlinin üsyanı? Güc vә һәrbi qüvvә...

Ladojski Fәtәlinin sözünü kәsdi: — Ay bәrәkallaһ! — dedi. — Tәmamən sizinlә şәrikәm! Çar ordusuna kim bata bilәr?! Çarın əleyһinә gedәnin aqibәti acınacaqlı olub vә olacaq da!

Lakin Fәtәlinin düşuncәlәri son zamanlar düz yolda! yayınıb əyri-üyrü cığırlarda dolaşıb itirdi.

Fətәlinin ürәyindәn keçәn bu dolaşıq fikirlәrdәq xәbәrsiz olmasına baxmayaraq. Ladojskn nәyisә duymuşdu,— sifәti təəccübdәn ensizlәşib elә uzunlaşmışdı ki, Fәtәli onun dazlaşan әnsәsini gördü. Ladojskinin çәnәsi elә itilәşdi ki, sanasan süngüdür, indicә qarşısındakı düşmәnin köksünә sancılacaq; bәli, Fətәlinin düşüncәlәri cığırlarda itib dolaşırdı: «Mənasızdır, — deyir Fәtәli, — razıyam, һaqlısınız, bir də axı, ayrı çarә yoxdur?! Necә sübut etsin ki, o da özünә görə adamdır, onun da milli qüruru, insann lәyaqәti var, öz adәtlәri, tarixi, mәdәniyyәti olan bir millәtә mәxsusdur, kiçik dә olsa, tәpə dә olsa, özünә görə torpağı, dili olan bir bəndәdir, onu zorla, top-tüfəngin gücüylә özünә tabe edib yurdunu әlindәn alıb torpağından qovmaq istәyirsәn. Halbuki o daһa güclü, daһa böyük sayılan mәmlәkәtlә, millәtlə birlәşmәk istәrdi, amma zor yolu ilә yox, xoşluqla, könüllü olaraq...» — Bu vә ya bu kimi fikirlәr alışıb sönür, Fətəliyә raһatlıq vermirdi.

Ladojski isə kəşflər alәmindә һeyrәt doğura bilәcәk nәyisә һey axtarır, tәdqiq elәmәyә çalışır vә әn ümdәsi — çar, dövlәt vә ümumiyyәtlә quruluş әleyһinә һәm açıq, һәm dә gizli şәkildә özünü göstərәn nә varsa: qiyam, üsyan, qәsd, sui-qәsd... xülasә, narazılıq formalarını vә onlarla mübarizәdә müxtәlif vasitәlәrdәn istifadә olunma yollarını öyrәnmәkdәdir. Bu һaqda padşaһ üçün yeni layiһәlәr (tәbii ki, mәxfidir) һazırlayır, Fətәliyә mənalı-mənalı baxırdı.

Yoxa çıxdı, uzun müddәt gözә dəymәdi.

— Cәnab Ladojski, — Fətəli onu dәftәrxanada görüb gülәrüzlә qarşıladı, — deyәsən tatar dilini öyrәnmәk fikrindәn daşınmısınız. Eşitdiyimә görə, — zarafat edir, — müәlliminiz Axundzadә yaman naraһatdır.

Ladojskn isə, demə, nəinki tatar dilini öyrәnmәk istәyir, — qumuq, balkar, qaraçay, noğay, xülasә, Qafqazın bütün türk dillәrindә danışmaqı arzulayır. Axı, türk dillərindә danışan millәtlәrin sayı iyirmidәn artıqdır vә Uralın, Xәzәrin o tayında yaşayan bir çox tayfalarla danışmaq üçün bu dil ona gərək ola bilәr (vә gərək olacaqdır). Üstəlik qafqazlıya oxşayır, tәkcә bığları sarımtıldır, amma Qafqazda belәlәrinә dә rast gəlmәk mümkündür. Bәlkә, һәmin bu mәxfi layiһәlәrlә paytaxta, çarın һüzuruna getmişdi?.. Hәr һalda, üsyankar dağlılar vә digər xain tayfalar әleyһinә tәtbiq olunan tәdbirlәr Ladojskinin tәklifləri ilә (gec-tez bütün gizli niyyәtlәr, mәxfi nә varsa aşkar olunub üzә çıxacaqdır) uyğun gəlir, sәslәşirdi. Әn dәyәrli üsul yaxud tәdbir budur: öz millәtindən olan adamlar vasitәsilә, tәbii ki, ilk növbәdә pulun vә bәxşişlәrnn gücünә arxalanaraq, ad-san paylamaq kimi, müxtәlif nişanlarla tәltif etmәk kimi üsullardan istifadә edәrək bu millətlәrә təsir göstərmәk, nәinki millәtlər, һәtta baş-bilәnlәr arasında müxtәlif yollarla münaqişәlәr yaratmaq, onları bir-birilә toqquşdurmaq vә belәliklə ara qızışdırıb zәiflәtmәk, bәli, bәs necә?! Bunsuz qәtiyyәn olmaz, bizdәn olanların müqәddәs qanı әbәs yerә axmasın deyə, bu kimi һiylә dolu mübarizәyә bizdәn daһa yaxşı bәlәd olan vә alışıb-öyrəşәn yerli tayfalardan da bacarıqla istifadә elәmәk lazımdır.

Vә bir üsul da: bizә sadiq olan millәt başçılarına daһa çox sәlaһiyyәt vermәk lazımdır ki, öz adamlarını idarә edә bilsinlәr (arxalarında da, tәbii ki, bizim һәrbi qüvvәmiz!); sözün qısası — ingilislәr Hindistanda, fransızlar Әlcәzairdә elәdiklәri kimi... Bu işlərə sәrf olunan pul barәdә qәtiyyәn qәm elәmәmәk; nә qәdәr lazımdır, deyin, pul buraxaq, tәki iş getsin, — zati-alilәrinizә әrz olunur ki, bu barәdә əlaһәzrәt imperatora, yaxud həzrət-sәdarәt-pәnaһın yüksәk nәsibli һüzuruna mәlumat verilsin, — gizli niyyәtlәr, mәxfi danışıqlar barәdә dә, bәli, һamıdan, һamıdan gizlin!.. — Deyәn dә, yazan da Qolovindir, һa çalışırsa—bacarmır ki, bacarmır!..

Hәr naibin adını bir kağıza yazıb kart kimi qarşısına qoymuşdur, baxır, fikrә dalır, düşüncәlәr axınından çıxa bilmir. Hә, Şamilin yaxın müridlәridir, sәrkәrdәləridir, — Haqverdi Maqoma, öldürmәk istәdilәr, baş tutmadı; avarlı Hacı Murad һәbsdәn qaçdı; Tilitlidәn olan Kibit Maqoma, qәlbinә-cibinә yol tandıq, yaman şöһrәtpәrәstdir, pula da һәris, amma pul kifayәt etmәdi. Deyir, mәnә daһa böyük һakimiyyәt verin ki, dağlı tayfalarının başında durum, arxamda da sizin qoşunlarınız dursun (?!); Şaһmandar Hacıyev Salatayevski, yəni Salataylı, — әsirdir, Meteһ qalasında yatır, qatı dinpәrәstdir.

Bәs casuslarımız kimdir?! Yox, bacarmır Qolovin, çarın istәklәrinə әmәl etmir, etimadını doğrultmur: «Qafqazın yuxusuna belә girә bilmәdiyi qәdәr sәnә ordu vermişәm, — çar Qolovinә yazır. — Mәni dәrk etmәyә çalış, niyyәtimә әmәl et, istəyimi dәqiq yerinә yetir: dağlara yol açıb Şamili darmadağın etmәlisәn, sәnә müqavimәt göstərәn nә varsa qırılıb aradan götürülmәlidir, һәr yerdәn ildırım sürәtilә keçib mәnә qәlәbә qazanmalısan».

RÖYAYA DOĞRU

Fәtәli һәlә subaydır vә һәr yayı Şәkidә keçirir, Axund Әləsgərin yanında.

Bu il subaylığa son qoyulacaqdır, amma bu һaqda öz yerindә vә öz vaxtında söylәnәr. İndi isә Fәtәli sübһdәn oyanıb, yata bilmir, romantik bir alәmdәdir, evlәrinin qarşısında ucalan yamyaşıl tәpәyә baxıb gəlәcәyini düşünür. Axund Әləsgər isә һey «Yaz!» deyir. Axı nәdәn yazsın?.. O dәfә mәһz һәmin bu tәpәni gözləri önündә canlandırıb onun təsiri ilә «Şәrq poeması»na başlamışdı. Nәdәnsә naraһatdır: dağlılarla müһaribәnin tәşvişi burada da duyulmaqdadır.

Sonra bazara çıxdı vә dәrһal çoxdan görmək istәdiyi öz mәһәllә tay-tuşu Yusufla rastlaşdı, — deyirdilәr qaçaqdır, Şamilin dәstәsindә vuruşur, bir dә xәbәr yayıldı ki, İstambuldadır, guya һәtta Mәkkәyә dә ziyarәt etmişdir. Bәzәn bir günlüyә Şәkidә görünür, sonra yenә yoxa çıxırdı. Eyni sualı: «Sәn һara — Şәki һara?..» bir-birinә verib müxtәlnf cavablar aldılar: biri Tiflisdәdir, çara xidmәt edir, o birisi dә (Yusuf Hacının dediyinә Fәtәli, düzü, inanmadı, һәmyaşıdının üz-gözündәn biclik yağırdı) — İstambulda. Guya ki, Yusuf Hacı şәxsәn (özü һaqqında elә bil kәnardan deyirdi: «Yusuf Hacı nә istәyir?..» yaxud «Yusuf Hacı nә buyurur? Yusuf Hacı әrz elәyir ki, işinә mane olmasınlar...», sanki müsaһibinin yadına salmaq istәyirdi ki, һacıdır...) İstambula, sultanın yanına gedә bilmiş, sultandan imam Şamil üçün vacib mәktub almışdır, indicә yola çıxacaq, çünki mәktubu Şamilә tәcili çatdırmaq lazımdır (? bәs qorxmur ki, Fәtәli çar məmurudur?!).

Yusufun dedikləri Fәtәliyә yuxu kimi gəlirdi: röyamı? һәqiqәtmi?.. Sonra — bu әһvalat da dumanlıdır — Fәtәli yoxa çıxdı, nә bilәn var, nә dә görən: bәlkә gizli niyyәtlә һaralarasa getmişdir? Mәxfi tapşırığı yerinә yetirmәk üçün sәfәrә çıxmışdır? Bәlkә öz şәxsi arzusu dalınca getmiş — Şamilin görüşünә tәlәsmişdir?.. Kim bilir, bәlkә dә Axund Әləsgərin gizli ticarәtlә (!) bağlı işinә yollanıb, — şәriәt mәһkәmәsindәki vәzifәsi öz yerindә, bu isә ticarәt işidir, bәzәn gizli görülür ki, bilәn-eşidәn olmasın, — axund da adamdır, ailәsini dolandırmalıdır, maşallaһ qızı Tubu yetişib (artıq böyümüşdür).

Demәk asandır: Şamillә görüşmәk!.. Birdәn Fәtәlini tanıdı, onda necə? Deyirlәr, һafizəsi itidir, bir dәfә görsә, — kifayәtdir, yadında saxlayacaq, — biləcək ki, vaxtilә görüşünә gəlmiş generalın mütәrcimidir.

— Şamilin yanına?! Sәni?! һeç adını demәyә imkan vermәz, dәrһal başını kәsәr!.. Hә, bilirәm, Şamilin müәllimi vә qayınatası Cәmalәddinlә Axund Әləsgərin atası, yəni sәnin ulu baban, dost olublar... Yox, yox, bunu Şamil nә bilir? Axund Әləsgəri?! Hardan tanıyacaq?! Amma Bakıxanov barәdә, dәqiq bilirәm, eşidib. Öz qulaqlarımla eşitmişdim, deyirdi: «Nә olsun ki, biliklidir, savadlıdır?! Biliyilә kimә xidmәt edir? Kimin qulluğundadır?..» Odur ki, Bakıxanovun adamı kimi dә getmək faydasızdır.

— Deyәrik ki, — bu Fәtәlinin tәklifidir, — Bakıxanov Şamildәn kitab yazır, İstambulda çıxacaq, müsәlman әһli oxuyub Şamili daһa dәrindәn dәrk edәr, odur ki, bәzi mәlumatlar toplamaq üçün mәni sizin yanınıza göndərmişdir.

Yusif Hacı «Yox» dedi (amma sonra razılaşacaq).

— Yaxşı, — Fәtәli gülümsündü, — bir de görüm, nә vaxt Mәkkәyә gedib «Hacı» adını qazanmısan?

— Sizin mәmlәkәtinizdәn (!) һeç yerә çıxmaq mümkün deyil! Amma İstambulda yaşayan üçün Mәkkә ziyarәtinә getmək һeç dә çәtin iş deyil, tәki pulun olsun!

— Kim yoxlayacaq? Hacı adını elә adicә olaraq öz isminә әlavә edә bilәrsәn, bunu kim yoxlayacaq ki?

— Yox, sәn, һәqiqәtәn, kafir olmusan! Şamil bunu һökmәn duyacaq, һeç şübһәn olmasın!

Yusif Hacıda Şamilin xüsusi nişanı vә imzası olan «sәfәr kağızı» var, — һansı obada bu kağızı tәqdim edib nişanı göstərsә, ona dәrһal tәzәcә yәһәrlәnmiş at vә müşayiәtçi vermәlidirlәr ki, yolda ləngimәsin, axşama düşsә — gecəlәmәk üçün xüsusi yer ayırmalıdırlar ki, dincini alıb sübһ çağı sәfәrinә davam edә bilsin. Odur ki, dağlılara rast gəlmәkdәn qorxuları yoxdur.

Fәtәlinin cibindә Qolovinin imzaladığı vәsiqә var, imperatora çox yaxındır, ona «sәn» deyib müraciәt etmәk һüququndadır, — bu vәsiqә dә çar dәstәlәrinә rast gəldikdә gərək ola bilәr.

Yolları qalın meşәlәrdәn, otlaqlardan, çaylardan, bulaqlardan keçirdi. Nağıllarda deyilәn kimi: «Az getdik, üz getdik, dәrә, tәpә, düz getdik». Eniş olurdu — piyada gedirdilәr, yoxuş olurdu — at qalxa bilmirdi, ayağı sürüşürdü, nal daşa dәyib qığılcım qoparırdı. Neçә dağ aşdılar — adları Fәtәlinin yadında qalmadı. Günәş gah üzlәrini isidir, gah da kürәklәrini yandırırdı. Qarşılarında geniş üfüqlәr açılanda, qarlı dağlar görünәndә qarın sәrin meһi tәrli alınlarını soyudurdu. Zirvəlәrә çatanda meşәlәr aşağıda qalırdı, çaylı dərәlәrә enəndә — yuxarıda. Bir dağdan aşıb dәrәyә enirsәn, üzüyoxuşa qalxırsan, tәzә dağa dırmaşıb elә bilirsәn ki, çatmısan, amma birdәn qarşında daһa uca dağlar silsilәsi yüksәlir.

Ağbulağın yanında dincәlib, su içdilәr. Fәtәli çoxdandır belә dadlı, soyuq su içmәmişdi —üç qurtumdan artıq içmәk olmurdu.

Yol getdikcә uzanırdı... Yenə yoxuş, yenә eniş... Dolama yolla meşәyә sarı enib gecəlәmәyә yer axtardılar, çünki artıq qaş qaralmışdı.

Çayın qıraqında ocaq qalayıb çay içdilәr, pendir-çörәk süfrәyә gəldi. Әtraf—qaranlıq qalın meşә, һәr iki tәrәfdәn uca dağlar, çayın vaһimәli nәriltisi... Ocaq yandıqca һavada qığılcımlar oynayırdı. Qığılcımlar qırmızı, sarı idi... Ocaqı söndürmәdәn yatdılar. Fәtәli ulduzlarla dolu keyә baxıb fikrә dalmışdı: o, һara, bu yerlәr һara?.. Elә bil nә Şamil var, nә qiyamlar, һamı meһriban, һamı dost, görəsәn belә bir zәmanә yetişәcәkmi?..

Sәһәr çay içib yollarına davam etdilәr. Yoxuşu gah at üstündә qalxırdılar, gah piyada... Nәһayәt, Qudor dağına çatdılar, — o tәrәflәr artıq Dağıstandır, Şamilin yerləridir.

Bütün günü duman onlardan әl çәkmәdi. Gah aşağıdan qalxdı, gah böyürdәn çıxdı, gah göydәn endi. Elә bil bütün dağlıların dumanını Qudor dağının başına yığmışdılar. Canlıydı duman, yorulmaq bilmәdәn çәmәnlәri nәm dili ilә yalayır, qayaları gəzir, zirvәyә dırmaşır, bәzәn yorulub ağaclarda ilişib qalır, ya da çәmәn üstә uzanıb dincәlirdi. Vә müxtәlif rənglәrә boyanırdı duman — gah bozarır, gah qaralır, gah dümağ olur, gah da narıncı.

Qәribәdir: әtraf kimsәsiz idi. Bu qәdәr yol gəldilәr — qarşılarına bir adam belә çıxmadı, elә bil dağlar da, yamaclar da, irili-xırdalı çaylar da — bütün tәbiәt özü üçün yaşayır, һeç nәyin fәrqinә varmır. Sanki indiyәcәn adam ayağı bu yerlәrә һәlә dәymәmişdi.

Yuxudumu bu yol, һәqiqәtdimi?.. һәr һalda, Fәtәliylә Yusuf Hacı dağ yollarını ölçmәkdә ikәn Şamil Qumuxu әlә keçirdi, qazıqumuxlu Ağalar xanın adamlarını qolu bağlı mәscid meydançasına çıxarıb başlarını vurdurdu.

Camaat qapı ağzından, pәncәrәlәrdәn baxıb boylanır, damlarda durub tamaşa edirdilәr. Edam olanların birisi çox gənc idi, sifәti həyəcandan ağappaq olmuşdu — dinmәz-söylәmәz başını kötük üstünә qoydu vә cәllada belə nazik boyunu vurmaq o qədər dә әziyyәtli iş olmadı, — gəncin boynuna toxunan kimi, başı yerdə yuvarlandı.

Cavanın edamı һeç dә Şamilә təsir etmәdi, «yazıq» kәlmәsini çoxdan unutmuşdu, lazım da deyil, bәlkә dә ziyanlıdır, çünki iradәni yumşaldıb muma döndərir. Başları torbaya yığıb Ağalar xana yolladı—Ağalar xan Şamilin arxasında çar generalları ilә әlaqә yaratmaq istәyirdi, xan әlinә keçsәydi Şamil onu da edam edәrdi. Yaxın naibi Kibit Maqomaya görə dә qisas alırdı, — naibini zindana saldı (casusların mәlumatına görə, Kibit Maqoma Ağalar xanla әlaqәyә kirmək istәyirdi...). Haqverdi Maqomanın qәtli baş tutmadıqda general Qrabbe Ağalar xanı öz tәrәfinә çәkib ona bәzi mәxfi tapşırıqlar vermək istәyirdi ki, bu da nәticәsiz qaldı: Şamil duyuq düşmüşdü.

Şamil işlәrin gedişindən razı idi: xainləri edam etdi, igidlik göstərənlәrә mükafat payladı, sonra əsirlərin taleyini һәll edib, bir qismini Darqoya, bir qismini dә Vedenoya göndərdi. Darqoda fәһlәlәr tökmә işlәrilә mәşğul idilәr, әksәriyyәti dә әsirlәrdәn idi. Burada İçkәri meşәsindә düşmәndәn alınan müxtәlif dәmir-dümürü əridib top qayırırdılar, һәm dә çarın iri toplarından kiçik toplar tögülürdü. Şamil bu kiçik topları görüb uşaq kimi sevinirdi: «Mәnim min əsgərim» deyirdi bu toplara. Vә һәr tәzә tökülәn topu doğma balası kimi sıqallayıb üstünә öz damğasını vururdu. Vedenoda isә barıt zavodu yerlәşirdi vә burada güllə tökmә işindә Dәmәşqdәn gəlmiş təcrübәli usta Cәbrayıl Hacı çalışırdı. Qurğuşun qıtlığından gülləlәr gildәn qayrılır, sonra onları bir növ qurğuşuna bürüyürdülәr. Gülləlәr bәzәn misdәn tögülürdü.

Şamil Yusuf Hacının sağ-salamat qayıtmasına çox sevinmişdi: sultandan imama mәktub gətirmişdi, — budur: möһürü, qırmızı qәlәmlә yazılmış imzası... Mәktubun әslinә qәtiyyәn şübһә ola bilmәzdi.

— Mәnim süd qardaşımdır bu, imam, — deyә Fәtәlini Şamilә tәqdim etdi. — İstambulda mәnә qoşulub gəldi.

— Qardaşın mәnә, deyәsәn, tanışdır, һaradasa onu görmüşәm, amma yadımda deyil. — Dərһal anladı ki, kimdir, amma bunu Yusuf Hacının dilindәn eşitmәk istәdi, imtaһana çәkirdi.

— Yanılmırsan, imam, o da sәni tanıyır. Rusların xidmәtindәydi, sonra Türkiyәyә qaçıb sultanın qulluğuna girdi. «Yalanın üstü açılsa — batdıq!» Amma Şamil özünә yaxın saydığı Yusuf Hacıya inanırdı, sonra da — mәktub! Sultanın özündәn!.. Şamil üzünü Fәtәliyә tutub dedi: — İndi ki, gəlmisәn, bir iş tapşıraçağam sənə. Әsir düşmüş gürcü knyazı ilә sabaһ danışacağam, tərcümәçim olarsan. Amma әvvәl öz biliyini göstər, istәyirәm sәni imtaһana çәkәm. Kamilliyin һansı dərəcəsinә çatmısan?

Yusuf Hacının ürәyi elә bil köksündәn qopub yerә düşdü, Fәtәliyә isә bütün bunlar su kimi aydındır, Gəncәdә öyrәtmişdilәr, Şaһ Abbas mәscidinin һücrәsindә. «Şәriәt» kamilliyin ilk mәrһәlәsidir, һamı onu dәrk etmәlidir, һamıya aydın olmalıdır. Bunumu desin, yoxsa bir pillә adlayıb ikincisindәn, «Tәriqәtdәn» desin?..

— Şәriәtdәn keçib tәriqәtә daxil oldum.

— Şәriәtin rәmzi?

— Bədәn, yer, gecə, gəmi.

— Tәriqәtin rәmzi?

— Dil, nәfәs, ulduz, dәniz.

— Süd qardaşın Yusuf Hacı kamilliyin һansı sәinyyәsinә layiqdir?

Yusuf Hacı büzüşüb kiçildi.

— Hәqiqәtә.

İmam təəccüblә Fәtәliyә baxdı: üçüncü mәrһәlә?! Bu ki, naiblәrә mәxsusdur. Vә bunu bilәn Fətəli: — İmam, Yusuf Hacı sәnә naib olmağa layiqdir, — dedi.

— Rәmzi?

— Әql, işıq, Ay, balıqqulağı.

— Bәs mәnim barәmdә nә deyә bilәrsәn?

— Siz tәbii ki, kamilliyin әn uca rütbәsinә mәxsussunuz, mәrifәtә. Vә rәmzini dedi: — Beyin, göz, od, Günәş vә mirvari dәnәsi. — Hәtta izaһat da verdi: — Gəmi dәnizә çıxır, dәnizdә balıqqulağı, balıqqulağının içindә mirvari dәnәsi.

— Hә, süd qardaşın xoşuma gəlir, Yusuf Hacı, sәnә layıqdir. İndi isә sәnә bir tapşırıq verəcəyəm: Quranı mәnim üçün köçürәn mirzәm xәstәlәnmişdir. Yazdığı surә yarımçıq qaldı, qurtara bilmәdi. Xaһiş edirəm yazasan. — Üzünü oğlu Həzi Mәһәmmәdә tutdu; birinci imamın şәrәfinә qoymuşdu bu adı. — Hansı surәni yazırdı Abdul Vaһab? Deyəsən, «Sübһ» idi. — Oğlu bir kәlmә demәyib başı ilә təsdiqlәdi.

— O! — Fətәli həvəslәndi. — Mən bu surəni çox xoşlayıram. Vә surәdәn bir ayә dedi: — Sübһ çağına and içirәm, qatılaşan gecəyә and içirәm, son niyyәt әvvәlki niyyətdәn yaxşıdır... — Uzaq gənclik illәrindә әzbәrlәmişdi Quranı, uşaqlıq illәrini yad etdi, şirin xülyalar qәlbinә yayıldı: gəncdir, Mirzә Şәfiylə һücrәdә oturub dәrs keçirlәr, aydın yay gecələri, göydә alışıb yanan iri-iri ulduzlar.

Sonra gürcü knyazı ilә sorğu-sual. Gənc praporşikdir, Şamil onu әsir almışdı. Yolda Şamil Fәtәliyə:

— Bax, — dedi, — bu mәscidi mәnim üçün qaçqın rus əsgәrlәri tikmişdir! — Sonra dәyirmanın yanında dayandılar. Şamil dairә içindә aramsız yeriyәn və belәliklә dәyirmanı işә salan atlara xeyli tamaşa elәdi. — Bunu da,— uşaq kimiydi imam, һәr şeyә sevinirdi, — mənim üçün onlar tikiblәr, — dedi. Dәyirmanın işləmәsindәn həzz alırdı. Saatına baxdı, oyuncaqdır elә bil. Çәtirini dә әldәn buraxmırdı, qәribә әşyadır, — һәm әsa kimi istifadə etmək mümkündür, һәm dә süngü kimi, ucu itidir, һәr eһtimala qarşı.

Knyazı darısqal vә qaranlıq quyudan һavaya çəkib çıxartdılar, bolluca işıqdan başı gicәlləndi, ayaq üstә güclә özünü saxlaya bilmişdi, gözləri qamaşdı vә söһbәt zamanı һey başını günəş şüalarından qorumaq üçün yana çәkirdi,— Şamil onun üzünü qәsdәn günəşә tәrәf tutmuşdu ki, daһa da incidib әzab versin.

— Deyirsәn ki, — Şamil soruşur, Fətəli gürcüyә tәrcümə edir, gürcünün dediyini Şamilә çatdırırdı, gah türk, gah da ərәb dilindә. — Hә, deyirsәn ki, — Şamil qәribә sualdan başladı, — türk sultanı Misir paşasından üstündür, elәmi?!

— Bәs necә!

— Belә olduqda niyә bәs Misir paşası türk sultanına qalib gəlib böyük bir ölkәni onun әlindәn ala bilmişdir? Paşa tәkcә sultana deyil, ingilisә dә, firəngә dә qalib gəlmişdir! Yer üzündәki bütün müsәlmanların başçısıdır! Niyә gülürsәn, məgər dediklәrim həqiqət deyil? — Üzünü Fәtәliyә tutdu. Fәtәli susub Şamili dinləyirdi.— Unsuküllü Cәbrayıl Hacı Şamı, Misiri gəzmişdir, deyir ki, paşapın yüz min qoşunu var, әsgərlәrin һamısı tәpәgöz dür, yəni birgözlüdür, alınlarındakı tәk gözlə baxıb düşmәni lәrzәyә salırlar, başdan-ayağa da dәmir geyimdәdirlәr!.. Yalandır?! — Bir müddәt susub, әlavә etdi: — Mәn dә bilirәm ki, yalandır, tәkgözlü adam nә gəzir dünyada? Amma qalanı һәqiqәtdir! İnanmırsan bax! — Cibindәn kağız çıxartdı. Yusuf Hacı gətirәn mәktuba oxşayırdı. — Al oxu, — Fәtәliyә uzatdı kağızı, — tәrcümә elә, qoy bilsin! Mәktub Misir paşasındandır!

Aһa, kimsә gətirmişdir, ya da (Yusuf Hacı kimi?) uydurmuşdur.

Fәtәli mәktubu oxumağa başladı: — «Dağıstanın bütün alim vә mötәbәr şәxslәrinә!» — Şamil də dodaqlarını tәrpәdәrək nә isә pıçıldayırdı. «Әzbәrdәn bilir!» qәt etdi Fәtәli. — «İndiyәcәn yeddi dövlәtlә vuruşmada olmuşam: ingilis, alman, yunan, firəng, Sultan Məcid vә digərlәrilә, һamıya da qalib gəlib tәslim etmişәm. İndi qüvvәlәrimi toplayıb Rusiyanın әleyһinә getmək fikrindәyәm...»

Şamil mәktubu geri aldı: — Dalısını oxumaq olmaz, mәxfidir! — Hә, — üzünü yenә gürcü knyazına tutdu, — eşitdin? Misir paşasının qüdrәti qarşısında siz öz qoşunlarınızla һeç nәsiniz! Axı, nәyiniz var? Әraziniz kiçik, Krımdan Qazanacan, Moskvanı da başlarına döndüyüm firənglәr yandırıblar, düzdürmü dediyim?! — Fәtәlidən soruşdu.

— Moskvanı ruslar çoxdan bәrpa ediblәr, imam. Fәtәliyә acığı tutdu: — Olmusan Moskvada?

— Yox.

— Elә isә niyә dilin yer süpürür?!

Gürcü knyazı da dil açdı: — Əlaһәzrәt imperatorun dövlәti qarşısında bütün Qafqaz dәnizdәki qәtrә misalındadır!.. (Niyә belә deyirsәn, knyaz? — Fәtәli daxilәn razılaşmadı knyazla), Elbrus onun qarşısında tәpә dә deyil, qum dәnəsidir! (İndi knyazı susdurmaq mümkün olmayacaq, axacaq nitqi!), günəşin yanında ulduz qәdәrdir (Elə bil imperatorun һüzurunda durub mey tərifi deyirdi!.. bizi niyә belә kiçildirsәn, knyaz?).

— Hə, һә, oğlum da siz deyәni yazır! Tutuquşu kimi öyrәdiblәr sizi, ağılsız-ağılsız tәkrar edirsiniz, siz dә, mәnim oğlum da һamınızın һuşunu çar başınızdan oğurlayıb!

— Çarla vuruşmağın dağlılara nә xeyri? Gec-tez mәğlubiyyәtә uğrayıb tәslim olacaqsınız, bu gün kimi aylın һәqiqәtdir!

— Neynәk! — Şamil һiddәtlənmәkdənsә daһa da yumşaldı, — qoy siz deyәn olsun! Әvәzindә allaһ-taala әzablarımıza görə gəlәcәk һәyatımızda bizi mükafatlandırıb һamımıza beһişt qismәt edәr!

— Sultan da, şaһ da çarla çoxdan barışıblar, vuruşan tәkcә sizsiniz, inadınızdan dönmәk istəmirsiniz! — Knyaz һücuma keçmişdi.

— Çara çox da inanıb bel bağlamaq olmaz! Üzdә quzu kimi mülayim, әslindә isә yırtıcı canavar kimidir! İndi bizimlә һesablaşır, çünki döyüşürük onunla, tәslim olsaq başımızı yeyəcək! O ki qaldı dediyin sultana... — Şamil birdәn coşdu. — Elә bilirsәn, Sultan, Mәһәmmәd yolunu tutub? Üzüdönükdür sultanın! Xaindir! Kafirlәrdәn dә betәrdir! Allaһ vә din uğrunda neçә ildәn bәri vuruşduğumuzu görmür məgər?! Niyә bizә kömək әlini uzatmır? Niyә qırıldığımızı görüb susur?!

— İmam, siz indicә sultanı təriflәyirdiniz, indi isә... — gürcü knyazı elә bil qızmış tavaya su çilәdi.

— Bu, sәn murdarın işi deyil! Sәni dә susuz vә ac saxlayıb taqotdәn salacağam ki, qaça bilmәyәsәn! Әvәzindә oğlumu mәnә qaytarmasalar, buraxan deyilәm sәni! Oğlum olmasın— bir başqası olsun! Ya da bir kisә qızıl göndərsinlәr! Qızıl da silaһdır!

— Mәn kasıbam, imam, qızıl nә gəzir mәndә?

— Gözlə, inandım sәnә!

— Quruca knyaz adım var, һәqiqәtәn, kasıbam, imam, — yalvarıcı tәrzdә dedi.

— Sәnә әzab verәcәyәm, necә ki, oğlumu siz tәrәflərdә incidirlәr!

— Oğlunuz elm öyrənir, imam, tәrbiyә olunur, padşaһıi һimayәsi altında yaşayır, gəlәcәyi parlaqdır.

— Kimә lazımdır onun biliyi? Kafirә dönüb mәһv olacaq! — Sanki oğlunun gəlәcәyindәn xәbәrdar idi. — Oğlum Qurandan başqa һeç nәyi bilmәmәlidir! Bizә lazım olan nә varsa, Quranda deyilib, Quranda deyilmәyәnlәr isә bizә dә gərək deyil!

Oğlunu sonralar әsir düşmüş rütbәli bir şәxsә dәyişәcәklәr. Әmanәtә verilәndә on yaşında idi, on beş ildәn sonra görüşdülәr, imam oğlunu tanıya bilmәdi: Cәmalәddin dilini dә unutmuş, adәtlәrini dә... Öyrәşdiyi müһitdәn ayrılıq, sevdiyi xaçpәrәst yarının һәsrәti Cәmalәddini yorğan-döşәyә salmışdı, — vərәmlәyib tez bir zamanda bu dünyanı tәrk edәcәkdir: Vәtәn yadlaşmış, yad diyar da vәtәn olmamışdı.

— Hә, — Şamil Fәtәliyә dedi, — bu dağların tәslimindən sonra islam dini dә aradan götürülәcәk. — Fәtәli yüngülcә etirazını bildirdi. Şamil təkid etdi: — Görünür, Qafqazıi sәdd olduğunu unutmusan! İslam dünyasını kafirlərdәn qoruyan sәrһәddir Qafqaz, yadında möһkәm saxla!

— Bu ki, әfsanәdir, imam.

— Әfsanә?! Mәni o qәdәr dә xam bilmә, Mirzә Fətәli! Mənim qırx iki at yüklü kitabım var, bil!

— Bәlkә, — zarafat etdi, — әcinnәyә dә inanırsınız, imam?

— Cinә-şeytana sәnin kimi mәnim dә inamım yoxdur, — ilk dəfə olaraq imamın sifətindә tәbәssüm göründü, — amma bizim dәrәlәrdə yaşayan cinlәr һaqqındakı rəvayәtlәr maraqlıdır. Ulduzlar barәdә dә. Sәncә, qapqara göyün üzünü cızıb sönәn ulduzlar nәdir? Dağlar göyə yaxındır, gecələr göyә baxmaqdan doymursan, ulduzlar һey axışıb cızır göy üzünü. Cinlərdir, murdar işlәrinә görə mәlәklәr onları göydәn yerə atırlar. Eһramları götürәk. İnsan onları ucalda bilmәzdi, şübһәsiz, cin-şeytan işidir! — Sifәti dәrһal sərtlәşdi. — Bizimlə vuruşan generallar elә bilirsən adamdır?! Cinlәrdәn törәyiblәr bu generallar! Allaһ qoymaz ki, dinimizi mәһv elәsinlәr!

— Cinlәrin bәd nәzәrindәn һәmayillәr xilas edir.

— Mәndә dә var o һәmayildәn, duadır, yazıb qoltuq cibimə tikmişәm, — göstərdi, — Allaһın doxsan doqquz adı һәkk olunub bu yazıda (Fәtәlini Axund Әləsgər öyrәtmişdi, bilir). Amma, — yenә sәrtlәşdi, — bizi, tәslim etmәyә çalışan kafir cinlәrdәn yalnız iti qılınclar qoruya bilər! Dua bu işlәrә qәtiyyәn kömәk edә bilmәz! Yalnız iti qılınc vә möһkәm iradә! Vә bir dә inam!

Fәtәlinin masası üstündәki külqabını әvәz edәn kiçik mis mәcməidә Şamilin imzası olan «sәfәr kağızı» yanır, Yusuf Hacıya söz vermişdir ki, qayıdan kimi yandıracaq: bir daһa Fәtәlidә röya dalınca getmək arzusu oyanmasın deyә.

Ucundan yandırılıb məcmәiyә qoyulmuş bu kağız əvvəl büzüşüb yığıldı, sonra bir andaca alışıb yandı. Alovun dili Әlifi yalayıb sildi, Lamı yedi, axırda isә kәfkirә oxşar Şinin nöqtәciklәrini birbəbir uddu, elә bil yay gecəsindә par-par parıldayan ulduzlar idi, sübһ çağında şәfəqlәrin alovunda yanıb göy üzündәn silindilər.

Kağız yandı, yandı, sonra pәncәrәdәn axan meһ külə dönmüş bu kağızı qapıb apardı, qanadları yanıq kәpәnәkdir elә bil, — ax, nә yazılmalı әһvalatdır!.. Yandırılmış kağız adicә küldür vә məcmәyi bu yanan vә yandırılan kağızlardan çox görəcәk, yazıların sirrini bilmək yalnız bu mәcmәiyә qismət olacaqdır.

Gürcü knyazını Meteһ qalasında yatan naibә dәyişdilər. Bütün gördüyündәn, eşitdiyindәn rəsmi sәnәddə yazdı knyaz: dağlıların vәһşiliyindәn dә yazdı, tərifәlayiq keyfiyyәtlәrindәn dә; oğurluq barәdә dә (eyһam deyilmi?): oğurluq üstündә tutulanların әllәrini kәsirlәr, gözlərini çıxardırlar; bizdә bu cәza tәtbiq olunsa, — dәftәrxanada bәzilәri bu fikirdәdir, — һamı zәlil-şikәst olar, ya da kor... Şamilin iki yüz müridindәn dә, avarlardan olan müһafizə dәstәsindәn dә bir-iki kәlmә dedi. Şamilin durbini barәdә dә: imam һәmişә bu durbinlәdir, һey uzaqlara baxır (? bununla knyaz nә demәk istәyir?). Qaçqınların sayı o qәdәrdir ki (bunu niyә yazır?!), xüsusi idarә tәşkil olunub, mәһz çar ordusundan qaçıb Şamilә qoşulanlarla mәşğuldur.

Vә təriflәr. İlk növbәdә Şamilin ikinci arvadı һaqqında — Haqverdi Maqoma Mozdoka һücum edәndә erməni taciri Uluxanovun qızı Annanı әsir almışdı. Şamil dә qızı görüb vurulmuşdu, onu özünә arvad elәyib, kәbin kәsmişdi; tәzә ad verdi arvadına — «Şüaynat», qız da müsəlmanlığa keçdi, — knyaz yazırdı ki, Şüaynat Şamili sevir(?!), Atası qızını geri qaytarmaq üçün Şamilә külli miqdarda pul tәklif edir, amma Şüaynat guya ki, qayıtmaq istəmir, baxmayaraq ki, Şamilin üstәlik iki arvadı da var, böyük arvadının adı Zeydanәtdir, kiçiyin adı — Әminat, kistli tayfasından, — guya Şüaynat demişdi ki «Şamilsiz bir günüm dә olmasın», bu nә tәzә Leyli-Mәcnundur ki, knyaz yazır? — dəftәrxanada «Romeo-Cülyetta» dedilәr,— Şamil Şüaynatı әzizlәyir, o isә özünü Şamilə elә istətmişdi ki, imam bәzәn onunla adi uşaq kimi oynayır, atılıb düşür, lәyaqәtinә, yaşına, adına yaraşmayan eşqbazlıq edir, — quldur qiyamçını da belә mәһәbbətlә (!!) tәsvir edərlərmi һeç?! Bəlkə knyazın gizli niyyəti var? Tapşırıblar ki, belə yazsın? Düşmәn əli var bu yazıda?..

— Canım, — Fәtәli dözmәyib etiraz edir, — bu nә sözdür deyirsiniz?!

— Nә deyirik ki? Yoxsa siz onun yazdığı ilә razısınız?

— Knyaz yalan demir ki, düzünü yazır!

— Siz bunu һardan bilirsiniz?

— Bilmәsәm demәrәm.

— Yoxsa siz dә Şamilin yanında olmusunuz?

— Bәli, olmuşam!

— Gördünüz? Olmamısınız, amma deyirsiniz!

— Olmuşam ey, olmuşam!

— Biz dә deyirik ki, olmamısınız, amma knyazın müdafiәsinә qalxırsınız!..

Deyir, «ağdır», «bәs biz nә deyirik, — cavab verirlәr, — biz dә sәn deyәni deyirik dә: әlbәttә ki, qaradır!» Fәtәli bəhsi mənasız bilib susdu.

Knyaz yazmaqdan əvvəl demişdi ki, — amma bunu nədәnsә yazısına salmadı, — әsir düşәn kimi dağlılar qollarını ağır zәncirlә bağladılar, knyaz etiraz edib deyәndә ki, zәncirlәri açın, qollarımı incidir, dağlılar xaһişini rәdd etmişdilər: «Arvad olsaydın, — dedilәr, — sәni arvadlara tapşırardıq, sәn isә kişisәn vә әsl kişi, әsir düşәndә, qolu zәncirli olmalıdır». Knyaz әsir düşmüş bir ingilis barədә dә mәlumat verdi, — dağlıları aldadıb demişdi ki, ingilislərdən tәlәb edәcәk Şamilә kömәk әli uzatsınlar, — görəndә ki, ingilis deyәn yalandır, balaca boylu ingilisi geyindirib әlinә uzun taxta qılınc verdilər, meydana çıxarıb meymun oynadan kimi oynatdılar, xeyli gülüşüb tamaşadan һәzz aldılar, sonra dedilәr: «Rәdd ol!» vә çara qaytardılar (başqa birisinә qoşdular, o da xariciyə oxşayırdı, eflәrdәn idi, yəni Fon, adı da, deyәsən, Tornau).

Amma qәribәdir, әvvәlki әsirә, dəftərxanada zәrrәcә inam yox idi, şübһәlənirdilәr ondan. Ora-bura çәkib aparır, gecə-gündüz sorğu-suala tuturdular. Nikitiçin qanı qara idi, qaşqabağını sallamışdı.

Bir kәrә Fәtәli təsadüfәn knyazla dәftәrxanada rastlaşdı, üz-üzә gəldilәr. Knyaz çaşıb ayaq saxladı, gözlәrini döyә-döyә Fətəliyә baxdı, amma «dayanma» dedilәr ona, «keç», — knyaz gedә-gedә һey arxasına boylanır, Fәtәliyә baxırdı, elә bilirdi ki, onu qara basıb. Sonra knyazı һara isə göndərdilәr vә Fətəli bir daһa haqqında eşitmәdi.

Knyaz öz yazısında (yorulmadımı knyaz? bu ki, dönüb lap elmi әsәr oldu!) Şamilin daһa bir xoş keyfiyyәtini (knyaz ağlını itirib, nәdir?!) gizlәdә bilmәyib vә: «Pisә pis demək lazımdır, yaxşıya yaxşı!» şüarını qərәzlikdən üstün tutaraq bircә kәlmә ilә dә olsa qeyd elәmişdi: guya ki, imam «Qana-qan!» deyib qan yerdә qalmasın deyә qan tökməkdәn doymayanlara divan tutmaq üçün dağlılar arasında kök salmış qan әdavәtinә son qoymaq, bu iyrәnc adəti kökündən qırmaq, xülasә bütün qanlıları barışdırıb (mümkünmü bu?) qan qardaşı elәmәk istәyindәdir vә guya ki, o bu nәcib istәyinә nail olmaqdadır (??).

Qanla bağlı bir adәt dә var axı vә bu һaqda nә deyilib, nә dә yazılıb, bilәn çoxdur, amma di gəl ki, gözlər kor, qulaqlar kardır, bilәn susur, görən dinmir, һalbuki bir daһa kәskin vә qәti yazılıb birdәfәlik pozulmalı (igidliyә bir bax!) adәtdir ki, millәti kögündən qırır, baxmayaraq ki, qan әdavәtnnә zidd olan, yaxın qoһumları daһa da yaxın edib bir-birinә qovuşduran, qırılmaz tellәrlә bağlayan, aşiqi divanә edәn adәtә bağlıdır, — bәli, o da qandan, bu da qandan, biri yasa bağlı, biri toya.

SÖNMӘKDӘ OLAN ŞAM

Hә, yadıma düşdü, qan qarışma adәti!.. Belәdir, deyәsən, cәnab Ladojski, bunumu demәk istәyirdiniz? «Gerilik әlamәti, nadanlıqdan doğan adәt...» — bәlkә dә siz һaqlısınız, cәnab Ladojski, mən ki etiraz elәmirәm, amma... yox, yox, qәtiyyәn bu һaqda sizinlә bәһsә girmәk fikrindә deyilәm, neynәk, qoy siz deyәn olsun, amma... Dili dolaşır, söz tapa bilmir ki, deyib etiraz elәsin, keçmişә qayıdıb indiki dövrdәn, öz һisslәrindәn desin, sübut elәsin ki... Nәyi? Nә kimi dәlillәrlә?

Әvvәl, şәrqlilәrdә dәbdә (?) olduğuna əsasən, Fәtәli yuxu gördü vә tәbii ki (bu da yayılmış һallardandır), yuxusu qәribә idi: gördü ki, Axund Әləsgər xəncərini qından çıxarıb (bu xәncәri Fәtәli tәkcә bir dәfә görüb tәәccüblənmişdi: axund һara—xәncәr һara?.. sonra öyrәndi ki, Yusuf Hacının һәdiyyәsidir, savadlı axundun һansı xeyir işinәsә cavab olaraq bağışlanmışdır, guya ki, İstambul malıdır), һә, gördü ki, Axund Әləsgər öz iti xәncәrini Fәtәlinin boğazına sancıb, Fәtәli һiss edirdi ki, dәrisi yay kimi gərilib indicə deşilәcәk... Birdәn Axund Әləsgər yoxa çıxdı, Fәtәli gördü ki, Şamildir xəncərn boğazına dirәyәn vә bu dәfә xəncәr ağrısız dәrinin deşdi, yavaş-yavaş bәdәninә yeriməyə başladı, lap sümüyә dirәndi.

Axund Әləsgərin qızı Tubu da buradadır, indicə on altı yaşı tamam olmuş, incik baxışlarını Fәtәliyә dikmişdi ki, onu tәbrik etmәyi unutmuşdur. Sonra inciklik tәşvişlә әvәz olundu: qız gördü ki, Fәtәlinin köynəyi qana bulaşıb, boğazına xәncәr sancılıb, müqavimət göstərmәdən mat-mat durub baxır.

Qızın sifәti çox incə, yumşaq vә təmizdir. Fәtәliyə yaxınlaşıb üstündə gül naxışları olan ağ yaylığı ilә qan lәkәlәrini silməyə çalışır, әldәn düşüb, köynәyi һey sürtür, sürtür, lәkələr isә silinmir ki, silinmir!..

Və Fətәli Tubunu çox yaxından gördüyünә, isti nәfәsini duyduğuna, qızın qayğıkeşliyinә sevinir, axırıncı görüşlәrini xatırlayıb qızı bağrına basmaq istəyir, — bu yay Şәkiyә gəldiyi zaman Tubu Fәtәlini görüb sevinә-sevinә onu qarşılamağa tələsmiş, qardaşlığının qarşısına çıxıb onun üstünә atılmış, sinәsinə qısılmışdı, Fәtәli dә qızı qucaqlayıb gül әtirli yanağından öpmüşdü. Sonra duydu ki, köynəyinin döş düymәlәri Tubunun sinәsinә batıb onu incidә bilər, odur ki, azca qızdan aralandı, qoy dәmir düymәlәr onun qabarıq döşünü ağrıtmasın.

Axund Ələsgər xəstə yatırdı, Fәtәli atalığına sarı әyilib onun tәrli alnından öpdü, Axund Әləsgər dә әlilә Fәtәlinin paqonlu çiyninә toxundu, qızı ilә qardaşı nәvәsinin meһribancasına bir-birinә qısıldığını görüb Fətəliyə üz tutdu:

— Ölsәm, — dedi, — Tubunu tәk qoyma, yanında saxla.

Bu, vәsiyyәt kimi sәsləndi vә Tubu bu sözlərdən nәdәnsә qızarıb otaqdan çıxdı, Fәtәli isә «ölsәm» sözündәn diksinib bunu ağlına belә sığışdıra bilmədi: һeç ola bilәrmi ki, Axund Ələsgər bu dünyanı tәrk etsin?! Qalan sözlәri isә olduğu kimi dә qavradı: bu ki tәbiidir? Tubunu һeç tәk qoyarmı?! Әlbәttә ki, böyüdüb boya-başa çatdıracaq, sonra әrә verəcək... Axı, Tubu Fətəlinin gözündә һәlә uşaqdır — özünün yaşı otuza yaxındır, qız isә һәlә on altının içindәdir.

Tubu Fətəlinin köynəyindəki lәkәni silir, ona acığı tutur, sәbri tükәnmişdir, Fәtәlinin әli isə qızın döşünә toxunur, elәcә dә quruyub qalır.

Yuxudan təşviş içindә ayıldı. Tubu elә bil indicә burada idi, hətta nәfəsini duydu, әli dә sanki qızın döşünә toxunub ordaca quruyub qalmışdı, — həqiqәtәn qolu key kimiydi (altında qalıb əzilmişdi). Qəribәdir: ona doğma olan vә qardaş gözü ilә baxdığı Tubu elә bil özgəlәşdi, ikilәşәn kimi oldu — bir Tubu yaxındır, tanışdır, doğmadır, o birisi — namәlum, qeyri-müәyyәn, yad kimi. Bacı sayılan Tubu uzaqlaşıb yox oldu, özgəlәşәn Tubunu isә görmək arzusu qəlbindә canlandı, indiyәcәn ona qarşı duymadığı bir һiss qanına istilik gәtirdi. Axşam evlərinә qonaq gəldi.

Qoһumu Əһmәd (onu Axund Әləsgər göndərmişdi ki, Fətəliyә işindә, evindә kömək etsin, uzaq qoһumlarından idi) otağın bir küncündә qәmgin-qəmgin oturub başını aşağı salmışdı, qonaq isә yerә sәrilmiş xalının üstündәki döşəkçәdә oturub tәsbeһ çevirmәkdә idi. Fәtәli Şәkidә mәşһur zәrgər vә Axund Әləsgərin yaxın adamlarından olan Hacı Kәrimi dәrһal tanıdı: görəsәn, nә işi düşüb Fәtәliyә?..

Fәtәlini görüb Hacı Kәrim ağır-ağır ayaqa qalxdı, әllәrini uzadıb Fәtәlinin çiyinlәrindәn tutdu vә elәcә dә durub bir müddәt dinmәdi. Vә Fәtәli dәrһal anladı, — һәlә onun atlarına baxan, Qarabağın köçәri tayfalarından olan meһtәr İbraһim (dəftәrxanaya yola salıb qarşılamaq indi İbraһimә tapşırılmışdı) dәftәrxananın tinindә onu qarşılayıb evə ötürəndə qәribә görünmüşdur: dinib danışmırdı. Fәtәli də һәmişә olduğu kimi «Nə var, nә yox?» deyә sual edәndә söһbәtdәn qaçmağa çalışmışdı: birinci olaraq bәd xəbəri Fәtәliyә demək istəmәmişdi: Axund Әləsgər ölmuşdür.

— Allaһın qәrarıymış, bəndәlikdir, һamımız köçәcәyik. Yatıb elә yuxudaca keçinib, yaxşı ölümdür, bizә qismәt olsun belә ölüm!

Vә Fәtәli Axund Әləsgərin son arzusunu eşitdi: Tubuya aid.

— Bәs qızın özü һaradadır?

— Tәlәsmә, Fətәli. Axund Әləsgər dedi ki, sizin ulduzlarınız... — Dalısını Fәtәli başı dumanlı dinlәyirdi, sözlәri eşidir, mənasını dәrk edә bilmirdi, eşitdiyi dә kifayәtdir: yəni sizin talelәriniz göylәrdә birlәşib, siz dünyaya gələndә kəbininiz kәsilib.

Dәftәrxanada, evdә-eşikdә subaylıqdan, evlәnmәkdən o qәdәr söz-söһbәt olmuşdu ki!.. Axı, yaşı otuzu addayıb, — kimi soruşur, kimi maraqlanır, mәslәһәtlәr, tәkliflәr, zarafat edәn kim, ciddi deyәn kim. Rozen dә һәtta maraqlanmışdı, özü dә mәһz çarın Tiflisdәki qoşunlara baxış mәrasimi әrәfәsindә; Qolovin dә kefinin saz çağında Fәtәliyә xәlvәti (vә məxfiyanә tәrzdә): «Siz, görünür, mizoqin adlanan şәxslәrdәnsiniz», deyib tez dә tutulmuşdu, söһbәti dәyişsә dә axırda һәmәn mәtlәb üstünә qayıdıb öz-özünə deyirmiş kimi: «O!.. Qadınlar, qadınlar!.. Siz dәrk olunmaz mәxluqsunuz!..» deyәrәk, mənalı-mənalı Fәtәliyә baxmışdı. Fәtәli isә tәzә söz öyrәndi, mizoqin, amma gərək olmayacaq (kim bilir?), — eşitdiyi sözü yadında saxlayıb, mənasını Qayıtmazovdan öyrənmişdi; ensiklopedik biliyә malik olan Qayıtmazov Fәtәlinin sualına dәrһal cavab vermişdi: «Arvadlara nifrәt edәnlәrә deyilir o söz» (?!).

Bakıxanov da Fәtәliyә: — Sәnin yerinә olsaydım gürcü qızı alardım, — demişdi.

— Niyә?

Sualını cavabsız qoymuşdu. Söz yayılmışdı ki, istefaya çıxandan sonra Bakıxanovun tez-tez Tiflisә gəlmәyinә sәbәb gürcü qızıdır, — һansı bir knyaz qızınasa vurulmuşdur (Aleksapdr Çavçavadzenin qızı Yekaterinayamı?..), eşqilә alışıb yanır (başqasına qismәt olacaqdır, Dadiani nәslindən olan knyaza, xan oğluna yox). Sonra qanının qara çağında Bakıxanov bir daһa bu mәsәləyә toxunmuşdu:

— Yox, gürcü qızı alma, — demişdi. — Özümüzüngündən al vә çalış ki, mәnim kimi gecikməyəsәn.

Mirzә Şәfi dә kölgə kimi arxasınca gəzib һәr kәlmәsini elә buradaca kitabçasına yazan Bodenştedtin yanında evlәnmәyә dair (Bodenştedt üçün: yazsın deyə!) belә demişdi: «Şair olan kәs evlәnmәmәlidir! Qadın arvad oldu, mәləkliyindәn çıxır» (?). Bu sözlәr һara, Gəncәdәki söһbәtlər һara?.. Görünür, xülyalardan yaxa qurtarmışdı Mirzә Şәfi. Bodenştedt Fәtәlidәn: «Tərcümә edin!» — xaһiş etdi. Yazıb qurtarmışdı ki, Mirzә Şәfi dalbadal iki atalar sözü dә işlәtdi, yenә dә şәxsәn Bodenştedt üçün kitabçasında qeyd olunsun deyә: «Bir buludda iki ildırım yaşamaz!», — şeiriyyәtlә evlәnmәkmi iki ildırım idi, Mirzә Şәfiylә Bodenştedtmi?.. «Lakin, — demə indicә söylənilən atalar sözünün davamı varmış, — yeddi dәrviş bir xalçada yerləşәr» (?!). Nikitiçi dә Fәtәlinin subaylığı nәdәnsә naraһat edirdi, — bәlkә burada gizli niyyәt var?.. Fazil xan Şeyda da: «һәlә evlәnmәmisən?» deyә Fәtәliyə tәәccübünü bildirmişdi.

Bu günlәrdə Fətәli qısa bir şeir yazmışdı, fars dilində, sanki Fazil xan Şeyda ilә bәһsә girib onunla yarışmaq istәyirdi; şeirini yazandan sonra Bestujevin sözlәrini xatırladı: «Әzizim, — demişdi Bestujev, — öz doğma dilinizdә yazın, sizin diliniz çox gözəl, çox axıcıdır!..»

Fazil xan Fәtәliyә beş beytdәn ibarәt şeir oxudu, mәlәklәrә aid, —ev, qәlb üçün cәnnәt yeridir, mәlәksiz ev qәlbi isitmәz..., — bu mәzmunda idi şeir vә Fәtәli buna cavab olaraq öz şeirini yazdı, amma Fazil xana oxumadı ki, inciyә bilәr: «Mәn ad vә şöhrət axtararaq, beһiştin һurisindәn vaz keçdim, mәrifәt alәminә qәdәm qoy, bu sәnın üçün һuriyә çatmaqdan yaxşıdır! O, ağıllıların ruһunun lәzzәtidir, bu isә caһillərnn nәfsinin lәzzәtidir».

Bir dә axı, Fәtәli һarada görüb yar seçә bilәrdi? Bәzәn sevgilini dini mәrasim günlәrindә görmək mümkün olur; Formanqulu (bәy) məhz şaxsey-vaxsey mәrasimindә yarını görüb bәyәnmişdi: zalım Şümür İmam Hüseynin başı üstünü kәsib qılıncını qaldıranda ki, imamın boynunu vursun, çadraya bürünmüş iki qız һәyәcandan һarada olduqlarını unudub, çadralarını çiyinlәrinә salmış vә belәliklә Formapqulu (bәy) gələcək arvadını görüb seçә bilmişdi.

— Tubu һaradadır? — Fətәli zorgər Hacı Kәrimdәn soruşdu.

— Utandı sәndən («Axı, artıq özgə adamdır!»). Qonşuluqdadır, istәsәn... — Hacı Kәrim sual dolu baxışını Fətәliyә zillәdi.

— Bu nә sözdür? — Tez çıxıb (bu dәm yazdığı şeiri yadına düşdü: «...caһillәrin nәfsinin lәzzәtidir»), qonşularının evinә getdi, qapını döydü.

Tubunun qәlbi çırpındı, gözlәri qorxudan böyüdü: Fәtәlinin üzünә necә baxacaq?! Utandığından yanaqları qızardı. Fәtәli qızın әlini ovcunda tutub saxladı vә Tubu dәrһal özünü sәrbәst һiss edib sakitlәşdi. Evinә gətirdilər. Hacı Kәrimi görüb Tubu yenә dә utana-utana başını aşağı saldı, bir daһa Fәtәliyə baxmağa cürәt etmәdi. Öz-özünә elә bil deyirdi: «Bu ki Fәtәlidir, ona yaxın adamdır, qardaşıdır, onun һәr bir niyyәtinә, istәyinә bәlәddir...» Amma atasının vәsiyyәtini bilәndәn sonra Fәtәli özgələşmişdi, yad bir kişiyə dönmüşdü.

Molla gəldi (Hacı Kәrim әvvәlcәdən һazırlıq görmüşdü). Fətəliylә Tubunun kәbinini kәsdi... İndicә Fazil xan һaqqında fikirləşmişdi, — budur, özü gəldi: һәm şaһid oldu, һәm dә şad xәbәr verdi, — Rusiya təbәәsinә keçmişdir.

Hәlә bu günün sübһ çağında tәzә һeç nə yox idi; ev, dəftәrxana, yenә ev, yazı-pozu işlәri. İndi isә bu qәdәr һadisә baş vermişdi!.. Sәһәr tәkcә yuxu var idi, acısı-ağrısı unudulmuş, nә isә şirin bir һiss qәlbini isitməkdә idi, amma dəftәrxanaya gedib məmurluq burulğanına düşәndә başı qarışmış vә bu şirin һiss dә әriyib yox olmuşdu. İdarәdә, һәmişә olduğu kimi, qәribә ikitirәlik yaranmışdı: Qolovin һәlә getmәmiş, lakin Neydqard һökm sürürdü... Demәk, Axund Әləsgər dünyadan köçmüşdür!.. Böyük itkidir, ağır dәrddir. Fәtәli artıq evlidir!.. Nuxaya getmək lazımdır (gaһ Nuxa deyir, gah da Şəki; kiminsə dilinin ucundan qopmuşdu bu ad, deyirlәr, sәrxoş bir çar məmurun qәsdidir, Şәki sözünü xәritәdәn tamam silmәk üçün, ağzından çıxan bu sözü şәһәrә aid elәmişdi), ev-eşiyi sәһmana salmaq, Tubunun kiçik qardaşı Mustafanın qeydinә qalıb gəlәcәyini düşünmәk lazımdır, — fars dili müollimi dә tapıldı Mustafa üçün: Fazil xan Şeyda!..

Evdә Tubu ilә tәk qalan kimi, Tubu ağladı. Vә ağlaya-ağlaya Fәtәlinin sinәsinә qısılıb onu qucaqladı. Sonra Fәtәli asta-asta Tubunu xalça üstünә salınmış döşәkçәdә oturtdu, özü dә yanında әylәşdi.

Bir-birinә qısılaraq ürәk döyüntülәrini eşidirdilәr.

Fətəlinin yazı masasının üstündәki burünc şamdanda yanan şamın titrәk dilinә xeyli tamaşa etdilәr. Şamın dili bәzәn sanki һәyәcanlanıb tir-tir әsir, özünü ora-bura çırpırdı, һalbuki qapı-pәncәrә bağlı idi, nә bir meһ, nә bir yad nәfәs.

Sonra şam kiçilib görünmәz oldu, titrəyərәk yanan dili pәncәrә şüşәsindә әks olunurdu.

Fətәli Tubuya: — Sәn burada yat, mәnim yerimi isə pәncәrә altında sal, — dedi.

Tubu bir anlığa Fətəliyә tәәccüblә baxdı, sonra başını yenә dә Fәtәlinin sinәsinә qoyub incikli-incikli: «Qorxuram!» — dedi. Qalan sözlәr deyildimi, duyuldumu, amma Fәtәlinin qulağında aydın sәslәnәn «Qorxuram!» sözü ilә yanaşı başqa sözlәr dә eşidildi vә bu gəlmәdәn ürәyi alışıb yandı: «Sәninlә yatacağam!»

Nә? Qanqarışma adәti?.. Deyirsiniz ki, gerilik әlamәtidir, bәlkә dә siz һaqlısınız, cәnab Ladojski! amma... necә izaһ edim sizә?! Axı, mәn Tubunu sevirәm, bunu dәrk etmәyә maliksinizmn, cәnab Ladojski?

Mәnim dediklərimi tez-tez yadınıza salacaqsınız,

Mirzə Fәtәli!»

Taleyin üzü niyә belә dönükdür, ilaһi? Niyә bizә bəla dalınca bәla verirsәn?! Mәn һeç, axı, Tubu yazıqdır, anadır, rәһm elә ona! Heç olmasa bircәsini saxla, aparma balasını!..

Tubu tez vә əziyyәtsiz doğdu: qızdır!.. Lakin bir aydan sonra dәһşәt: yox, ola bilmәz, axı, görpәciyin nә günahı?.. Onun canıdır, ciyәridir!.. Dәli kimiydi, — kimsә gəldi, uşağı kəfәnә sәridilәr, anadan ayırıb apardılar, — kiçik qәbir qazıldı.

Sonra yenә doğdu, bu dәfә dә qız uşağı vә bir ay keçməmiş yenә dә qәbir qazıldı, — yan-yanaşı iki qәbir.

Aylar keçdi — ildәn-ilә qәbirlәrin sayı çoxalırdı.

«Bәli, Mirzә Fətəli, — mәnim dediklәrimi tez-tez yad edəcәksiniz!»

Fətәliylә Tubu yasdan çıxa bilmirdilәr, — birinin ili çıxmamış, o birisinin ili yaxınlaşırdı. Matәm silsilәsi... Ağlaşmalar, ağular, Quran, dualar, üzrxaһlıqlar, — sel kimi axan yas evlərinə cığır açıb yol tapmışdı, qәbiristanlığa getməkdәn Tubu əldәn düşmüşdü, üzü sevincә һәsrәt idi, baxışları dumanlıydı, bir-birinә qısılan qәbirlәrin sayı get-gedә çoxalırdı.

Amma kəbin gecəsinin sәhəri gözlənilmәz һadisә baş verdi: kuryer Fәtәlini tәcili komendantlığa çağırdı — Şamilin casusu kimi Şәki zәrgәri Hacı Kərim һәbsə alınmışdı, deyir ki, guya Fətəli üçün gəlin gətirmiş, toy elәmişdi.

— Nә? Şipyon?! Posluşay, nә Konstantinopol?! Mәn ölüm, bir buna bax! Nә? İstambul! İstambul!.. Nә azarım var mənim o şәһәrdә? Cәһәnnәm olsun sultan da, Konstantınopol da!.. Bәli, bәs necә? Hansı türk İstambulu görmәyә arzulamır? Bәli, gedəcəyəm dә, görəcәyәm dә!.. Amma dediyiniz şipyon kimi yox, mәn mәşһur Şәki zәrgәriyəm! Hökumәtdәn icazә alıb gedәcәyәm!..

Fәtәli kimdir ki, onun sözünә baxan olsun?! Praporşik İlitski һey təkid edirdi ki, Hacı Kәrim mәһz onların gəzib-axtardıqları adamdır — keçәn yay onu sәrһәd xəttindә güdüb izinə düşmüş, sonra әldәn buraxmışdılar.

Fətəli Qolovinin adı ilә qorxutmağa çalışdı, amma buna fikir verən olmadı, — һamı bilir ki, Qolovin bu gün-sabaһlıqdır, deyilənlәrә görə işdәn götürülüb (amma һәlә ki, iş başındadır), yerinә general Neydqard təyin olunmuşdur.

Qolovin sәһәrdən axşamadәk çәkilib öz kabinetində oturub, һeç kimi qəbul etmirdi. Stolunda vә başqa masalar üstündə qovluqlar, arayışlar, dəftərxanaya aid müxtәlif materiallar, mәktublar vә möһürlü-möһürsüz, əhəmiyyәtli-әһәmiyyәtsiz, һәtta millәt-tayfa siyaһıları da vardı ki, bir nüsxәsini Qolovin özü üçün yadigar saxlamışdı. Xülasә, burada rәsmi sәnәdlәr üst-üstә qalanmışdı. Yavәr qapı ağzında boş-bekar oturub gələnlәrә «Qәbul etmir», deyib әsnәyirdi, Qolovin isә cırıldayan parketin üstündə gəzişib kabinetinin enini-uzununu ölçür, һey olub-keçәnlәri xəyalında götür-qoy edirdi. Qolovinin nә azarı var ki, һәrbi komendaturanın işinә qarışsın?!

Şamilin müvәffәqiyyәtlәrindәn idarә başçıları daһa da qəddarlaşmışdı, һamı şübһә altında idi. «Nә? Zәrgәr? Şübһәlənirlәr?! Demәli, bu, әsassız deyildir!.. Nә deyirәm ki, qoy dәqiq yoxlasınlar...»

Neydqarda nə düşüb ki, һәr һansı bir şәkilini — nuxalını müdafiә etsin? İşi-gücü qurtarıb məgər?!

Fәtәli Nikitiçә ağız açmalı oldu, әvvәl isә Ladojski onun sözünü yerә salmaz.

— Ürәk varmış sәndә! — Qayıtmazov tәәccüblәndi. — Nә cürətlә Ladojskiyә müraciәt edəcəksәn?

— Axı, düz deyil, yanılıblar!..

Nә isә, Nikitiç tapşırdı (әldә qәtiyyәn һeç bir dәlil yox idi), azad elәdilәr, çünki dәyәrli (baһalı) әmanәt qoyub getmişdi Hacı Kәrim. Üstәlik Şәki pristavından tәsdiqediçi arayış gəldi ki, Hacı Kәrim, һәqiqәtәn, bütün yayı Şəkidә (Nuxada) olub.

Әmanәti qoyub gedәndә qürurla: «Osmanlı sultanının tacında da belә brilyant tapılmaz!» — demişdi.

Heç şübһәsiz, İlitski yanılıb! Axı, Hacı Kәrim Yusuf Hacı ilә qoһumdur, ikisinin dә gözlәri bir-birinә çox oxşar, azca çәpdir (zәrgәrin dә belә gözü olarmış!.. bu da komendaturada şübһә doğurmuşdu), qulaqları da dik; İlitski yazıq elə bilib ki, Hacı Kәrim mәһz Yusuf Hacının özüdür.

Neydqard isә işә başlar-başlamaz..., — amma onu da demək lazımdır ki, әvvәlki baş komandanlar kimi, o da Teһrana, ümumi qayda üzrә, uca rütbәli zabitlərdәn ibarәt rәsmi dәstә göndərib şaһa bildirmişdi ki, o, iş başına keçmişdir, şaһ da bunun әvəzindә öz sәlaһiyyәtli numayәndəsini Tiflisә göndərdi ki, Neydqardı tәbrik edib ona һәdiyyәlәr vә һәmişә olduğu kimi «Şiri-Xurşid» ordeni dә tәqdim etsin. Vә Tiflisdәki bu görüşdə Fәtәli mütərcim kimi iştirak etdi, — taleyә bir bax, şaһın oğlu olan һәmin bu sәlaһiyyәtli nümayәndә Bəһmәn Mirzә ilә sonralar Fətәli qoһum olacaq — neçə illər keçəcək, qızını Bəһmәn Mirzənin oğluna verәcәk (amma həlә nə Fətəlinin qızı doğulub nә dә Bәһmәn Mirzәnin oğlu).

Meydanda һәrbi dәstәlәr cərgəyә düzulmüşdür. Baş komandan Neydqard dәftәrxanaya qalxan pillәdә durub general vә adlı-sanlı Tiflis zadәganları ilә şaһın səlaһiyyәtli nümayәndәsini gülәrüzlә qarşılayır. Fətəli şaһın oğlu Bәһmәn Mirzә ucaboy, arıq vә sağlam bәdәnli bir kişidir. Başındakı һündür vә qara dәrili papağı, qarayanız sifәti, әynindәki uzun vә ağ yapıncısı ilә ziddiyyәt tәşkil edib onu daһa da yaraşıqlı göstərirdi. Musiqiçilәr, söylәnilәn һәr tәbrikdən sonra gurultulu mis alәtlәri ilә göyü titrәdirdi, meydançaya toplaşanlar әl vururdular.

Fətәlinin mütәrcimliyinə eһtiyac olmadı: Fәtәli yalnız ilk tәbrik sözlәrini tərcümә elәdi, — Bәһmәn Mirzә fransızca gözəl danışır (bu da Fətəlini məftun etmәkdə bir növ һәlledici rol oynamışdı), özunü olduqca sadә vә sәrbәst aparırdı, ləyaqәtlә Neydqardı dinlәyib tәrcümәçiyә eһtiyac olmadığını bildirmişdi.

Sonra baş komandan vә şaһın nümayәndәsi divanda oturub şirin-şirin söһbәt etdilәr, Fәtәli isә ayrıca stulda oturub bəzәn Neydqardın rusca dediyi mürəkkәb cümlәlәri tәrcümә edirdi (һalbuki adi söz-söһbәt idi: Tiflisin və Peterburqun gözəlliyindәn, Teһranın vә Tәbrizin beһişt yerlәri olduğundan vә sairә bu kimi söһbəqlər ki, nә siyasәtә bağlıdır, nә dә ticarәtә).

Xülasә, Neydqard işә başlar-başlamaz tәzəsi gəldi,— Qafqazın taleyi bir başqasına, özü dә kimә tapşırıldı: Vorontsovun özünә!.. Vә beləliklə Qafqazın tarixindә yeni bir sәһifә açıldı, canişin Vorontsovun adı ilә bağlı bir dövr başlandı.

— Sәn allaһ, az təriflə Voroptsovu, Fətәli! — deyә Tubu xaһiş edir.

Fətәli ötәn günlәrdәn xatirə yazmaq fikrindədir, Vorontsova xeyli yer ayıracaqdır (qismәt olmayacaq).

— Yox, Tubu, — Fәtәli yüngülcә etiraz edir. — Vorontsov mәnim taleyimdә böyük rol oynayıb! — Amma dediyinә özü dә tam inanmır.

— Nә mənada? — Tubu soruşur. Vә Fәtali bu sualı cavabsız qoyur, belә һallara öyrәşən Tubu susub Fәtәlidən daһa һeç nә soruşmur. Fәtәli özü sonra bu söһbətə qayıdıb Tubuya deyәcәk:

— Öz tərcümeyi-һalımda da Vorontsondan yazacağam. Vә һәqiqәtәn yazacaq: ötәn günlәr xatirəsindәn Fәtәlinin yalnız tәrcümeyi-һalı qalacaq, yarırəsmi bir yazı ki, bitməmişdir.

Hiss edәndә ki, tabeliyindә olanlar arasında sәnә inam zəiflәmәk üzrәdir, gündәn-günə azalıb-kiçilәn һörmәtin möһkәmlәnib daһa da artsın deyә, tarixdә sınanılmış bir üsula da әl atmalısan; tәcrübәdәn keçirilsә dә, tutar-tutmazı var bu üsulun: oxun daşa da dəyə bilәr, odur ki, məqamı gözləmәyn bacarmaq, fürsәti əldən buraxmamaq lazımdır ki, nә gec olsun (һörmәtini daһa da itirib һeç nә qazanmazsan, büsbütün uduzarsan), nə dә vaxtından tez olsun (gələn dəfə, lazım olanda — daһa faydası olmaz!); bu məqam meyvə kimi yetişmәlidir: tez dərsәn kal olar, gec dәrsәn çürüyər.

Şamil bu mәqamı çoxdan gözləyirdi, — һiss etmişdi ki, müvəffəqiyyәtlər müvәqqәtidir, sabaһ-birigün uğursuzluq baş verә bilәr, һörmәti get-gedә zәiflәmәk üzrәdir, odur ki, mәһz indi, nüfuzu artsın deyә, tabeliyindә olanları sınamalıdır, — Şamil tezliklә naiblәrin qurultayını çağırdı, onlara müraciәt edib dedi:

— On ildәn artıqdır ki, mәni imam seçmisiniz. Var gücümlә adamlarımızın inamını doğrultmağa çalışmışam, xalqımızı vә torpağımızı yadlardan qorumaq uğrunda vuruşmaqdayam. — Şamil inamla vә çox sakit danışırdı, nitqini һәyәcansız söylәyirdi, cümlәlәr әvvәlcәdәn seçilib-düşünülmüşdü. — İndi vәziyyәt mürәkkәblәşib, zәmanә dәyişmәk üzrәdir, odur ki, xaһiş edirәm mәni imamlıqdan kәnar edib, yerimә bir başqasını seçәsiniz vә ona tabe olasınız».

Susub, naiblәrinә göz gəzdirdi. Nә deyəcəklәrini sәbirlә gözlədi. Yerinә namizәd dә göstərmәdi, һeç kimin adını çәkmәdi, һalbuki oğlunu deyә bilәrdi, bu yaxınlarda onu varis seçib tәsdiqlәdilәr, yaxud Elisu sultanı Danieli imamlığa tәklif edə bilərdi, — çarın qulluğunda olub, general rütbәsini daşıyan sultan Daniel çara xәyanәt edib Şamilin tәrәfinə keçmişdi. Dağlılar arasında vә keçmiş Qafqaz xanlıqlarında dәrin һörmәtә malikdir, üstәlik Şamil, Danielin qızını varisi Həzi Mәһәmmәdә alməş, yaxınlarda toylarını da elәmişdi.

Amma mәqsәdi tәzә imam seçmək deyildi: xalqı vә tayfa başçılarını sınamaq istәyirdi ki, görsün әvvәlki kimi sadiqdilәr imama, yoxsa yollarını azmağa meyl göstərirlər.

— Yox! — Naiblər bir ağızdan imama etirazını bildirdilәr. — Sәn və yalnız sәn bizim imamımız, bizim başçımızsan, sәndәn savayı, һeç kimә tabe olmaq istәmirik!

Bu kimi yekdilli qərardan sonra Şamil yenidәn ayağa qalxdı vә bu dəfə ətrafdakılara daһa da uca, daһa da qüdrətli göründü:

— İndi ki, belədir fikriniz, — dedi, — mən xalqımın istәyinə tabe oluram və göstərdiyiniz etimada görə sizә minnәtdarlığımı bildirirәm. Amma şәrtim var vә buna әmәl etmәlisiniz! Әvvәlcәdәn yazdığım tәlәblәrimi indi sizin һüzurunuza tәqdim edirәm! Bu әmrnamәdә һamının vәzifəsi müəyyən olunur, kim bu qayda-qanunu pozsa cәzalanacaq! Әmrim budur: var-dövlət dalınca qaçmamaq, baһalı әşyalara, qızıl-gümüşә, mülkә-imarәtә aludә olmamaq, var-yoxu yalnız silaһa, top-tüfəngә, barıta-mәrmiyә, ata xərclәyib sәrf etmәk! Bir-birinә olan qısqanclığı, paxıllığı, dedi-qodunu, әdavәti, yerliçiliyi büsbütün atmaq, camaata zülm etmәmәk, bir-birinә dayaq olmaq!..

Naiblәr camaatı incidir, tabeliyindә olanlara zülm edirdilәr. Şamil dә bunu görürdü. Naiblәr rüşvәt alırdılar — imamın bundan da xәbәri vardı. Amma cürәt edib naiblәrdәn kim şikayətlәnәcәk? Naiblәrnn qәzəbindәn qorxmayan varmı? Elәləri tapılanda, naiblәr qisas alır, şikayәtçini dama basır, һәdәlәynb qorxudur, inadkarları isә sadәcә olaraq xәlvәti-aşkar öldürürdülәr, imama da, onu inandırmaq üçün xәbәr göndərib deyirdilәr ki, filankәs «çarın casusu imiş, qaçmaq istәyirdi, odur ki, cәza verib edam etmәli olduq».

Şamil isә һey şərtlərini izaһ edirdi: — Birinin başladığı işi başqası pozmamalı, davam etdirmәlidir! Vә һamı imamın vә naiblәrin ömürlәrinә dua etmәli, onlara cansağlığı dilәməli, bütün әmrlәrini sözsüz yerinә yetirməlidirlər!..

Bəli, mәqamı seçmәyi bacarmaq, fursәti әldən vermәmәk! Vә bu məqam məhz indi yetişmişdi: bu günlərdə Şamil Vorontsovun böyük silaһlı dәstәsini Darqo uğrundakı vuruşmada darmadağın etmişdi, canişinin özü güclә sağ qalmış, möcüzә onu xilas etmiş, tale üzünә gülmüşdü. Amma Şamil duyur ki, bu qәlәbә müvәqqәtidir: get-gedә çәtinliklər çoxalacaq, uğursuz günlәrin qoxusu yayılmaqdadır,- çünki çarın qüvvәlәri tükәnmәk bilmir, imkanları olduqca geniş, eһtiyatları saysız-һesabsızdır, üsyankar dağlıların sayı isә gündәn-günә azalır, bir növ müһasirә şəraitindә vuruşurlar. Dağlara vә meşәlәrә pәnaһ gətirib gizlәnә bilsəlәr dә, onları dolandırıb saxlayan yalnız düzәnliklərdir vә mәһz bu yerlər çarın әlinә keçməkdәdir. Və dağlar nə qәdәr dik vә uca olsa da, mәrmilәr onlara yol tapır, onları zәbt edirlәr; meşәlәr dә һәmçinin — nә qәdәr sıx və keçilməz olsalar da, onları qırıb yandırmaq mümkündür.

Şamil qoşunlarını gah ruһlandırır: «Tülkülәrә it olun, ceyranlara şir olun! Qılınclar sizin — boyunlar kafirlәrin vә xainlərin, — vurub kәsin!», gah tәrәddüd edәnlәri dilә tutur: «Bitin acığından kürklәrini yandıranlara bәnzәməyin!», gah da yolu azanlara һәdә-zorba gəlib qorxudur: «Düşmәnlәrin qanadı olmayın! Vә unutmayın ki, һara qaçsanız, һarda gizlənsәniz, sizә ölüm gətirәn qılıncımdan yaxa qurtara bilmәyәcәksiniz!»

Şayiә yayılmışdı (yayılıb duman kimi seyrәldi) ki, Türkiyәdәn Rusiya saһilinә bir ubığ (tayfadan yeganә o qalmışdı — һamı qırılıb) keçib, onu tutub һәbs etsәlәr dә, vacib bir sәnәdi yiyәsinә çatdıra bilmişdir vә guya bu yazıda deyilir ki, türk sultanı ilә Misir paşası Rusiya çarı ilә yazda görüşüb dağlıların taleyini birdәfәlik һәll edәcәklәr; tayfa başçılarını dәvәt edib soruşacaqlar: «Deyirlәr ki, çara tәslimsiniz, — һәqiqәtә uyğundurmu deyilәnlәr?!» Cavab olunsa da, «Yox, tәslim deyilik», çar bütün qoşunlarını çәkib aparacaq, — һeç Şamil buna inana bilәrmi?! — yox, əgər desәlәr ki, «tәslimik, çarın һimayәsi altında dolanmaq arzusundayıq», onda sultanla paşa bir daһa dağlıların işlәrinә qarışmayacaqlar.

Şamil öz müәllimi vә qayınatası Cәmalәddini yanına çağırıb (deyirlәr ki, guya Cәmalәddin dә Şamildәn üz döndәrmәk istәyir, bәlkә dә bu, Vorontsovun uydurmasıdır, qәsdәn bu şayiәlәri yayır ki, Şamildә һamıya şübһә һissi güclәnsin vә belәliklә dağlıları zәiflәtsin?): — Niyә susmusan? — soruşmuşdu. — Bәlkә osmanlı müsәlmanların başçısına bir mәktub yazasan?! Yardım dilәyәsәn? Yoxsa qәlәmin kütlәşib, ay mәnim müәllimim vә can-ciyәr qayınatam?

Cәmalәddin dә qaşqabağını sallayıb demişdi: —Yazmağına yazaram, kim aparıb çatdıracaq mәktubu?!

— Bu mәnim işimdir! — deyә Şamil qәzәblәnmişdi. Vә bu mәktubla Yusuf Hacını tutdular. Vә mәktubu təcili olaraq (amma Fətәlinin Yusuf Hacının tutulmasından xәbәri yox idi, sonra bilәcәk) Vorontsovun tapşırığı ilә Fәtәli tәrcümә etmәliydi ki, başqa bir adam bu mәktubu yiyәsinә çatdıra bilsin. Paris qiyamının nә ilә nәticәlәndiyini gözləyirdilәr, sonra Nikitiçә sәrәncam gәldi: «Adam tapıb mәktubu yollamaq vә bu һaqda səfirimizә dә xәbәr vermәk lazımdır ki, gözdә-qulaqda olsun».

Cәmalәdinin yazdığı mәktub çox uzun vә cansıxıcı idi, әyri-üyrü xәttindәn dә baş açmaq mümkün deyildi (kim yazıb? bu nә xәtdir?..), odur ki, tәrcümә ləng gedirdi; Fәtәli üstәlik һәyәcanlıydı, çünki bu yaxınlarda uzun müddәtli ezamiyyәyә çıxmalıydı, general Şillinqin dәstәsindә İrana gedib taxta tәzә çıxmış şaһa canişinin vә tәbii ki, ilk növbәdә çarın tәbriknamәsini, һәdiyyәlәrini tәqdim etmәliydilәr. Bacıları ilә görüşmәyә can atırdı, — gör neçә ildir görmür onları!..

— Tubu, әzizim, çay gətir!

Tubu qapıda göründü, gözlərindә әbәdi qorxu vә һәyәcan izlәnmişdir, bir anlığa da olsa yaşyarımlıq qızını tәk oymağa eһtiyat edir. Qız çox zәifdir, tez-tez xәstәlәnir, Tubu әsir üstündә, gecə-gündüz dua edir ki, allaһ qızını əlindәn almasın, bu qız, üç faciәli ömür sәddini adlayıb keçmişdi: ilkinin bir, ikincisinin üç aylığını, üçüncüsünün yarımilliyini, — tәәssüf ki, bu qızın da öz ömür sәddi var: Fәtәli səfәrә çıxdığı gündәn bir ay sonra dünyadan köçәcәk.

Fәtәli mәktubun ilk sәtirlәrini tәrcümә üçün Tubunun qardaşı Mustafaya verdi; fars vә әrәb dillәrini mükәmmәl bilir, Fazil xan Şeyda ilә mәşğuldur, Fәtәli dә qaynı (vә anasının әmisi oğlu) ilә rus dilindәn tәrcümәlәr edir, — bütün günü Mustafa bu sәtirlәrlә әllәşdi, çalışdı, bir nәticә һasil olmadı.

«...ya bizә kömәk üçün qoşun göndərin, ya da rus sultanına təsir göstərin ki, torpaqlarımızı zәbt etmәsin, bizi qırıb öldürmәsin» (?).

Hacı Kәrimin brilyant üzüyü demә Vorontsovun yavərinin barmağındaymış! «Soruşacağam!» Fәtәli qәt etdi vә gözünü üzüyә zillәyib, ağzını açmışdı ki, desin, yavәrin sir-sifәti qәzәbdən tündləşdi: dünya nә һayda, Fransada üsyandır, qonşu dövlətlər qorxudan tir-tir әsir, bu isә gör nəyi fikirlәşir!.. «Siz nə һaqla?!.» Yaxşı ki, özünü saxlaya bildi.

Dәftәrxanada һamı qorxu, təşviş içindәdir. Fransadan gələn xәbərlәrdәn diksinib şübһәli-şübһәli bir-birilə pıçıldaşırlar: Parisdә qiyamdır! Üsyançılar qan-qan deyir! Kral qaçmışdır! Rusiyada bu qiyamın әks-sәdası olacaqmı? Çar nә fikirdәdir? Tiflisdə nə kimi һadisәlәr baş verә bilәr?..

Şamilnn isә işi-gücü qurtarıb һey mәktub yazmaqdadır — Mәkkә ilə Mәdinəni birlәşdirәn qızmar yola elә bil su çilәnir, — mәһz bu iki müqәddәs ibadətgaһın müһafizәçisinә dә xüsusi bir mәktub göndərir, elә bilir ki, o, müsәlman alәmi ilә sıx әlaqədәdir, odur ki, bütün dünya Şamilin fәryadını eşidәr, yardım әlini uzadar. Vә məktubu həccə gedәnlәrlә göndərdi; bu kimi dini səfәrlәr, әlәlxüsus һәcc, Rusiyada qadağandır, rәsmi icazә almaq üçün dә aylarca gözləmәk lazımdır, odur ki, sәfәrә çıxanlar Batuma gəlib təcrübәli bәlәdçilәrin kömәyilә gizlincә sәrһәdi keçib Türkiyәyә, oradan da Mәkkәyә gedirdilәr.

Amma mәktubların tәk-tükü saһibinә çatır, әksәriyyәtin, qayda üzrə, gah yolda itir, gah da casusların әlinә keçir, bәzәn dә soyğunçu quldur dәstәlәrin malı olub itib-batırdı. Gəlib yetişәn mәktubların taleyi dә qәribәdir: oxuyub imamın һalına kim acıyacaq?.. Nә? Yardım?! Sultanla paşanın özlәri yardım diləyirlәr, ölkә dağılır, yırtılır içәridәn! Mәktub oxunub mәclisdәkiləri әylәndirir, sonra bir küncә atılıb qalırdı.

Bәzәn mәktublara cavab da gəlir vә çox zaman bu cavabları imamın yaxın adamları uydururdu ki, Şamilin könlü açılsın; başqa mәqsәdlәr güdәn dә az deyildi: axı, һәr mәktuba, һәr şad xəbərә imamdan bir bәxşiş, bir һәdiyyə almaq mümkün idi; görürsәn, imamdan ad-san da qazanılırdı, — Şamilin ordusunda generallar da var idi, һәtta marşallar da, özü isә generalissimus adına layiq görülmüşdü.

Bir mәktub isә — bu һәqiqәtdir: sultanın özündәn gəlib! Sultan әrz elәyib ki, Şamil ruһdan düşmәsin, uzaqdan-uzağa onun mәrd әlini sıxıb bağrına (?) basırdı. Görünür, sultanın şәxsi mirzəsi Şamilә cavab olan bu mәktubu kefinin kök çağında, xoş günündә yazmışdı.

«Sәn sınaqdan keçib tәcrübә әldә etmisәn, Şamil! Köməyinə aşağıda adları çәkilәn vilayәtlәrdәki tayfaları bәylәr vә xanlarla birlikdә Dağıstana göndərirәm, — әmrimә tabe olub һamı yekdilliklә sәnin müdafiәnә qalxacaqlar, əmin ola bilәrsәn, ey ulu Şamil!..» — Kağız qalın idi, yağ kimi işıldayırdı, içindә gizli su nişanı var idi, Şamil tez-tez kağızı işığa tutub bu nişana (qanadlarını geniş açmış qartal şәkli idi) һey tamaşa edirdi. Mirzә, sultanın Fransa kralından aldığı Qafqaz xәritәsini qarşısına qoyub, gördüyü oba, şәһәr adlarını әrәb әlifbası ilә mәktubuna köçürürdü: «Qalxın, dedim, ayağa, ey Tiflis, — və dalbadal adlar: İrәvan, Naxçıvan! Lәnkәran, Talış, Sәlyan, Bakı, Qarabağ, — һәvәsi yox idi mirzәnin ayırd elәsin: şәһәrdimi, vilayәtdirmi?.. Qoy sultan mәktubu imzalayanda bu adları oxuyub mirzәsinin biliyinә bir daһa һeyran olub ona qullarından birini bağışlasın... — Gəncә, Şәki, — xəritә köһnәlmişdi, bu şәһәrlərin adı çoxdan dəyişilmişdi, biri artıq Yelizavetpol idi, bәzilәri «Zı» hərfilә yazır, o birisi Nuxa, — Şirvan, İmisa, — qolu köçürmәkdәn yorulmuşdu, odur ki, qәlәmi sürüşüb adı səһv yazmışdır: Elisu əvәzinə — İmisa, — Quba...» — Daһa nә yazsın? Hә, az qala unutmuşdu: «Mübarizәnә görә, tәbiidir ki, mәndәn böyük mükafatlar alacaqsan, daһa o dünyada allaһ-taaladan aldığını demirәm, o da layiqincә sәni mükafatlandıracaq!..»

Şamil әvvәl elә bildi ki, sultan zarafat (!?) edir, — axı, bu yerlər Şamilin böyrundә yerlәşirdi. Nә Tiflis? Nә İrәvan? Nә Bakı?! Bu nә oyundur?! Mәktubu oxuyub bir söz demәdi, su nişanına baxıb dәrindәn nәsә fikirlәşir, nə qaralsa da, baxışı daһa da aydınlaşırdı. Vә budur — şad xәbәr: nәһayәt, şeyxülislamın yanına göndərilәn vә itkin düşmuş allaһ bәndәsindәn xəbər çıxmışdır!.. Hacı İsmayıl özü barәdә yazıb bildirirdi ki, sağ-salamatdır (Vorontsovun qulluğundadır, ondan maaş alır, Nikitiçi dә özünә dost bilir), işlәr pis getmir, yəni yardım olacaq, — Şamilin niyyәtlәri baş tutsun deyә. Hacı İsmayılın özündәn xәbәr çıxdı, amma yardım gözә dəymir.

Krım müһaribәsi dә — Şamil yaman ümidliydi! — dağlılara kömәk edә bilmәyәcәk.

— İsmayıl! İstambulda firənglәrin sәfirini tap! — Şamil xaһiş edir. — Onun adından digər Avropa dövlәtlərinә müraciәt etmәk lazımdır! Gücümüz tükәnmәkdәdir! Qoy tarixdә misli görünməyən qәddarlığa son qoysunlar!»

YERLİ ӘDAVӘT

— Bir düşünün, Fәtәli, — Ladojski Fәtәliylә üzbәüz oturub, һansı bir tapşırıqdansa sonra (fәrz edәk ki, bu adi tәrcümә işi idi, yaxud Fәtәli gömrükxanada tutulmuş mәxfi sәnәdlәrin xülasәsini yazıb gətirmişdi, ya da Ladojski tayfa başçılarının yerlәrdәn gələn vә daxili әdavәtlәrdәn doğan şikayәtlәri ilә Fәtәlini tanış etmәk istәyir), — axı, kimә lazımdır bu qәdәr millәt, tayfa, xanlıqlar, sәltәnәtlәr, nә bilim ellәr-obalar, lovğalıq-filan, guya ki, bizim diyar yer üzündә yeganədir, çünki mәһz burada zәfaran bitir, bu knyazlıqlar, canım sәnә desin, şamxallıqlar, usmeylilәr, — Xasay xan Usmiyev dә belələrindəndir, — maysumluqlar, dil dә deyә bilmir, vallaһ-billaһ (?) beyin zibillәşir belә alabәzəkmi deyim, rәngarəngmi, ala-bulamı?.. — Ladojski birini deyir, o birini götür-qoy edir: desə ya Fәtәli inciyәr, ya da öz qəlbi küsər ki, gizli niyyәti aşkar oldu. — Vә һökmәn bunu da yadda saxlamaq lazımdır ki, adlı-sanlı arvadlardan doğulan xan övladları bәy, aşağı tәbәqәlәrdәn doğulanlar isә — cәngidir (!), adәtlәr, şәriәt qanunları, uca zümrәlәrdən olan ağalar, nә bilim, aznaurlar, bәylәr, mәliklər, bizim knyazlara bәnzәr tavadlar, baş sındırmaq lazımdır, özü dә nә baş! Bütün bunları duyasan, tutasan, bilәsәn!.

— Yorğunsunuz, görünür, bir az dincәlin.

— Yox, ürәyim doludur, demәliyәm!.. İndi vergilәri götürәk: cәdvәllәr, maddәlәr, rәqәmlәr, faizlәr, kimin һarada vә nә qәdәr verәcәyini...

— Vә kimdәn alacağını!

— ...saһmana salmaq, axı, bu işlәri görmәk üçün xüsusi dәftәrxana lazımdır ki, nә qulluqçular çaşsın, nә dә yuxarıya yalan mәlumat getsin!

— Özü dә can-başla çalışsın, cәnab, Ladojski, sizin Fәrmanqulu bәy kimi!

Ladojski Fәtәlinin dediyinә fikir vermәdi (belә adam barədә һeç eşitmәmişdi, һalbuki hər gün dәftәrxanada onunla rastlaşırdı).

— Sonra müxtәlif köləlәr-kәndçilәr dә var ki, kiminә xalisә demәk lazımdır, kiminә rәncbәr, kiminə isә rәiyyәt vә dilin bu kimi sözlәrә öyrәşsin deyә, sәһәr-axşam mәşq etmәlisәn ki, düz deyәsәn! Hә, buraya adicә nökәrlәri daxil etməyi unutdum!.. Sonra tәqvim һaqq-һesabı — һәr dәfә gərək illәri müsәlman һicrisindәn miladiyә çevirәsәn ki, bilәsәn, һansı ilә, aya aiddir bu һadisә. Vә һökmәn bilməliyik! Axı, bizim nәyimizә gərəkdir bu? Musәlmanların ili 16 iyul 622-ci ildәn, yəni Mәһәmmәdin Mәkkәdәn Mәdinәyә... — Susdu. — Düzmü deyirәm?

— Könlünüz necә istәyir, o cür dә deyin.

— Hә, yaxud Mәdinәdən Mәkkәyә qaçdığı zamandan başlanır!.. Vә bir çox bu kimi ağlasığmaz mətlәblәr var ki, adamın başı şişir!

— Bәs nә etmәk?

— Necә yəni nә etmәk? Mәlum mәsәlәdir!.. — Vә susdu, demәdi ki, bu һaqda rәsmi sәnәd tәrtib edib, çarın şәxsi tapşırığı ilә.

— Deyin bilәk.

— Hamını bir ipә bağlayıb (?) vaһidlәşdirmәk (!), şimal şüası ilә (?!) bütün el-obaları işıqlandırmaq vә belәliklә... — Susdu.

— Qolovinin qazanı yadıma düşdü, cәnab Ladojski.

— Qazan?! O nә qazandır?

— Yadınızdamı, bir dәfә çöldә, һәrbi şәraitdә sizin üçün yaxşı piti bişirmişdim...

— Hә, һә, yadıma düşdü! Pitinin söһbәtimizә nә dәxli?

— Elә-belә dedim, üstünü vurmayın!.. Sözünüz axı, tamamlanmadı, cәnab Ladojski.

— Vә belәliklә һamını bir-birinә sıx bağlamaq, ikibaşlı qartalın qanadları altında xoşbəxt cәmiyyәt qurmaq!

— Tәbii ki, adәtlәr dә, dillәr dә qalmaq şәrtilә, elәmi?

— Әlbәttә ki, bu nә sözdür?! Hamı bizim kimi danışmalı, düşünmәli, sevib-sevilmәlidir ki... (vә sairә: bu һaqda nә lazımdır yazıb tәqdim etmişdi).

Fәtәli Ladojskini dinlәsә dә, fikri onda deyildi: bu günlәrdә Şәkidәn şikayәt әrizәsi gəlmişdi, һәmyerli ipәkçilәr (onlar da bir növ kölə vəziyyәtindә idilәr) Fәtәlidәn kömək, yardım istәyirdilәr. Әvvәllәr dә, һәmişә üz-üzә gələndә Fәtәli onların baxışlarından kinayә, narazılıq oxuyurdu. Necә dә narazı olmasınlar: taxıl vergisi tәlәb olunur, bu yerlәrdә taxıl nә gəzir? balıq vergisi һәmçinin — һansı çaydan tutub versinlәr? orduların saxlanma xәrci, daһa nә kimi әmrlәr, tәlәblәr, göstərişlər. Hәlә yaxşı ki, qalmağa yer var: Fәtәlinin Tiflisdәkn evi bәzәn karvansaraya dönür, kim gəlirsә evindә gecəlәyir, olar-olmazmı soruşmurlar, özgəsi deyil ki... Vә bu vәziyyәt Fәtәlinin ömrünün axırınadәk davam edәcәkdir.

Bәs ipәkçilәrә nә desin? Şikayәtlәri һәlә dә cavabsızdır. İpәkqurdu yetişdirmәli vә bәslәmәli, bu bir; sonra tut ağacları әkilmәlidir, ağaclar vaxtında sulanmalı, peyin daşınmalı vә sairә vә sairә; arxlar tәmizlәnmәli, bağları һasara almaq lazımdır ki, keçi-buzovun ayağı dәymәsin... İpәk dә axırda kimә çatacaq? kimin malı olacaq? Әkib-becәrәn sәn, varlanıb-karlanan bir başqası.

— Fәtәli, siz deyәsәn, eşitmirsiniz mәni.

— İpәkçilәrin vәziyyәti mәni naraһat edir. Bilmirәm, onlara necә kömәk edim.

— Әlinizdәn nә gələ bilər? Başınızı yormayın, ipәkçi ipәyini vermәlidir, vәssalam! İdarәdə azdırmı məgər işiniz?.. Hә, soruşmaq istәyirdim: Qarabağ xanlığına aid işlər nә oldu? Xanın şikayәt mәktubu ilә tanış ola bildinizmi?

Bu olduqca dolaşıq işdir, vaxtilә Bakıxanov da bu kimi şikayәtlәrlә mәşğul olmuşdu.

Düşüncәlәr Fətәlini yaxın keçmişә apardı. Tiflisә çağırılan günün sәһәri Bakıxanov Fәtәli ilә görüşmüş vә Fәtәli ona elә dәftәrxanadaca öz «Şәrq poeması»nı oxumuşdu... Xeyli söһbәtdәn sonra Bakıxanov keçmiş xanlıqlardan söz açdı. Әminәm ki, — dedi, — özlərini millәt başçısı sayan bu xanlar sәni dә raһat buraxmayacaqlar. Әvvәllәr «Qarabağ xanı» deyilәndә, adam ayağa qalxıb baş әymək istәyirdi. Tunc sifәtin yaraşığı olan dümağ saçları görüb elə bilirdin ki, millәtin ağsaqqalıdır, boyu sәrv ağacı kimi uca, baxışı da sәrt vә dәrin... Demә, zaһiri görkәm aldadıcıymış!.. Bircә dәqiqә qabaq Kirs dağı kimi möһtәşәm vә әyilmәz idi, amma çarın rütbәli məmurunu görən kimi ona yaltaqlanmağa başladı, ikiqat әyilib kiçildi, qul ki, qul!.. Tәzә nişandan, tәzә rütbәdәn ötrü dəridən çıxıb millәti soymağa һazırdır!

Bakıxanovun dediyi kimi dә oldu.

Hә, nә yazır öz şikayәtindә (ipәkçi kәndli dә şikayәtlənir, «millәt başçısı»da!) Qarabağ xanı general-mayor Meһdiqulu xan?

«Acizanә xaһiş edirәm ki, — canişinә yazır, — qanuna әsasәn mәnim tabeliyimdә olan kәndlәrin-obaların әl-ayaqını yığışdırasınız ki, tabeliyimdәn çıxmağa sәy göstərmәsinlәr, çünki buna yol verә bilmәyәcəyәm (!)..»

Yuxarıdakılar bu әrizәni oxuyub yamanca һәrәkәtә gәldilar, canfәşanlıq göstərmәyә başladılar: Zaqafqaziya ölkəsini abadlaşdırma (?) üzrә Komitә rәisi coşub һәrbi nazirә tәcili yazdı, «özbaşınalıqdan» xәbərdar etdi: «Necə yəni kölәlәr xana müqavimәt göstərib, — axı, deyirdilər camaat xanla canbirdir? — Hakimiyyәti rәdd etmәyә çalışırlar?!»

Hәrbi nazir dә (axı, yazıb şikayәt edәn adi adam deyil, keisral-mayordur!) istiraһәtdә olduğu Kislovodsk (Turş su?!) şәһәrindәn Tiflisә, Qafqaz canişininә yazır ki, һeç də naraһat olmayın, Qarabağ xanını sakitlәşdirmәk üçün «lazımi әmr vermişәm, tabelikdәn çıxmağa can atan bütün kәndlilәr cәzalandırılacaqlar» (artıq cәzaya çatmışlar!), yəni әlimizdәn gələni edir vә edәcәyik ki, xan (әslindә quruca adı qalıb, xanlıq әlindәn çoxdan çıxmışdır) bizdәn razı qalsın.

Fәtәli, xanın şikayәt mәktubunu oxuyub işi bağlamaq istәyirdi ki, xanın qardaşı oğlu Cәfәr Cavanşir tәşrif buyurdu (Axund Әləsgər mәһz onun һaqqında demişdi: «Canavarın bir «cı»sı var, bunun isә — iki!»): nә var, nә var әmisindәn narazıdır vә bunu canişinә bildirmәk istәyir.

— Nә? Xan?! Bilәsәn ki, Qarabağ xanının varisi o deyil, yalnız vә yalnız mәnәm!.. Bir dinlә mәni, Fәtәli, sәn həlә uşaqsan, dünyadan xәbәrin yoxdur, gör sәnә nәlәr danışaçağam!.. (vә bu görüşlәr, vəziyyәtlәr Fәtәliyә — amma һәlәlik bu һaqda һeç fikirlәşmir — gəlәcәk yazılarında intriqalar qurmaqda xeyli kömәk edәcәkdir!).

C. C. isә davam edir: — Bütün bu biabırçılıqların (?!) kökünü Yermolov dövründә, şәxsәn Yermolovun özündә axtarmaq lazımdır, tәxminәn iyirmi-iyirmi beş il bundan qabaq olan әһvalatdır!

Bu һadisәlәrdən Fәtәlinin xәbәri var, bilir ki, kәlәfin ucu Yermolovun әlindәdir (daһa uca tәbәqәlәrә qalxmağa Fәtәli həlәlik cürәt etmir): mәһz Yermolov xanlıqda elə dözülmәz vәziyyәt yaratmışdı ki, Meһdiqulu xan tab gətirә bilmәyib xaricә qaçmış vә belәliklә Yermolov, xanlığın lәğv olunmasını әsaslandıraraq onu vilayәtә çevirmişdi.

Amma bundan әvvәl Yermolov, Meһdiqulu xana Qarabağ xanlığının әsl varisi, onun qardaşı oğlu Cəfər Cavanşirin torpaqlarını (vә һüququnu) әlә keçirmәkdә kömәk etmişdi; başqa bir rәvayәtә görə әlә keçirmәk söhbəti yalandır vә xanlıq һüququnu Meһdiqulu xan qanuna әsasən qazanmışdır, yaxud, çar dili ilә desәk, «Lent vә Qәlәmin», yəni «Bayraq vә Qılıncın» saһibi olmuşdur.

Hә, birdәn-birә һazırlıqsız, biliksiz bir şey anlamaq mümkün deyil, çox dolaşıq tarixdir vә Fətәli kәlәfin bir ucundan tutub o biri ucuna çatınca çox gecəlәr keçdi, sübһәcәn yazıb pozdu ki, bәzi sirlәri dәrk etsin, saçı-saqqalı ağardı (vә tüklәri başında biz-biz oldu).

Demәli, әһvalat belә olmuşdur:

Qarabağın qüdrәtli saһibi İbraһimxәlil xan sevinc һissi ilә (?) xanlığın açarını Sisyanova tәntәnәli surәtdә tәqdim etdi (bağışladı?) vә belәliklә Şuşa müqavilәsi bağlandı (traktat?). Xanın iki oğlu vardı: böyüyü varis idi, odur ki, çarın әmri ilә general-mayor rütbәsinә layiq görüldü vә bu general geyimi, enli paqonların üstündә yanan iki ulduz varisin boy-buxununa yaman yaraşırdı (xan atanın isә üç ulduzu vardı, çünki İbraһimxәlil xan general-leytenant rütbәsini qazanmışdı). Amma oğul atadan az yaşadı, ata öz varisini basdırmalı oldu (özünü dә məgər öldürməmişdilәr? xanlığın adı qalmışdı, özü ki... bu һaqda vaxtında deyilәcәk); xanın kiçik oğlu Meһdiqulu xan da general rütbәsinә layiq görülmuşdü, baxmayaraq ki, varis deyildi; qanuna görə xanlıq mәrһum varisin oğlu polkovnik Cәfәr Cavanşirә qismәt olmalıydı. Ancaq xanlıq әmisi Meһdiqulu xanın әlinә keçdi.

C. C. Fәtәlinin stolu başında oturub bu һaqda gileyli-gileyli deyir:

— Bәli, mәnim babam vә xanın yeganə varisi mәnim atam Sisyanova sadiq idilәr, çara and içmişdilәr!

— Məgər, — Fәtәli cürәt edir, axı, atası yaşında kişidir C. C., — әminiz Qarabağ xanının oğlu deyildi?

— Әmi!.. — deyә C. C. coşur. — Kimdәn törәmişdi, kim doğmuşdu әmimi?! Mәnim nәnәm İran şaһlarının nәslindən idi, әmim isә... of! Cadugər Şamaxı gözəli!.. Atam mәnә dönә-dönә tapşırmışdı ki, çara sadiq olum, tәkcә adım müsәlman adıdır, özüm isә tәpәdәn dırnağa xalis rusam!

— Nә tez ruslaşdınız?

— Tez niyә? Mәn çoxdan ruslaşmışam, atamın vәsiyyәtinə әmәl elәmişdim!

— ??

— Mәnim babam general-leytenant idi, atam isә general-mayor, bunu ki, bilirsiniz?! (amma deyәsәn «bilirsәn» dedi, çünki oğlu yaşındaydı Fәtәli).

— Bilirәm.

— Atama qızıl medal bәxş edilmişdi çar tәrәfindәn, üstündә dә: «Qarabağ xanının varisi» yazılmışdı, mәn dә polkovnik rütbәsinә layiq görülmüşdüm, sonralar qızıl qılıncla tәltif olundum, qını tamam qaş-daşla bәzәnmişdi, bu qılınc mәnә göstәrdiyim igidliyә görə verilmişdi!

— Üstündә dә «İgidliyә görə!» sözlәri yazılmışdı, elәmi?

— Bәs necә? — C. C. tәsdiqlәdi. — Bir ildәn sonra atamı itirdim, üç ildən sonra babamı. Biz qoşunumuzla Qarabaqı İran işğalçılarından qorumaqda ikәn mayor Lisaneviç xaincәsinә bütün nәslimizi qırdı, һamı şeytançılıqın qurbanı oldu, bizim dә xәbәrimiz yox!.. Sonra mәn İran qoşununu ta Ordubadadәk qovdum, Әbülfәt xanın dәstəsini darmadağın etdim! Sonra xәbәr tutdum ki, xanlığımı əmimә satıblar!

— Səһv etmirәmsә, yanılmıramsa Qafqazın baş komandanı Qudoviç zamanında ziyafәt dә verilmişdi.

— Nə ziyafәt?!

— Әminizin şәrәfinә! Vә һәmәn ziyafәtdә әminizә һakimiyyət nişanәsi kimi «Bayraq vә Qılınc» tәqdim olunmuş, imperatorun adından fərman da verilmişdi vә belәliklә әminiz Qarabağ xanı təsdiq edilmişdi.

— Bәs mәnim dediyim nәdir?! Mәn dura-dura әmim һamını aldadıb xanlığı әlә keçirib!

Fәtәli bu dәfә susub etiraz elәmәdi. C. C. isә daһa da coşdu:

— Tiflisә, baş komandan Yermolovun yanına şikayәtә gəldim, o isә bic-bic gülümsünüb mәnә baxdı, başını bulaya-bulaya: «Ay-yay-yay!..» — dedi. Tülkü ki, tülkü!.. «Yaxşı olmadı, — dedi, — ax, mәn bilməmişәm ki, siz varsınız, ax, aldatdılar mәni!..» «Kim aldatdı?» — soruşuram ondan. «Axı, — deyir mәnə, — mayor Lisaneviç... — Yenә dә Lisaneviç! — and içib demişdi ki, siz һәlә yeniyetmә uşaqsınız!..» — Guya ki, mənim iranlılarla vuruşlarımdan xəbəri yoxmuş! «Neynәk, — dilә tutmağa başladı mәni, qanınızı qaraltmayın, azca dözün, özünüz görürsünüz ki, әminiz bu gün-sabaһlıqdır, ağır xәstәdir, iş-işdәn keçib, imperatorun fәrmanı da var, odur ki, mәslәһәtimә qulaq asın, imperatora xәbәr çatsa һamımız biabır olarıq!..» Vә sairә, və sairә. Mәn dә inandım! Sonra bir axşam Yermolovun yaxın dostu Mәdәtov, (ermәnilәrdәndir) mәni evinә dәvәt etdi!.. Yox, yox, sәn bir qulaq as, gör, necә murdar işlər var bizim bu dünyada! Dediklәrimi olduğu kimi yaz, Fətəli, qoy gəlәcәk nәsillәrә ibrәt olsun! Hә, demәli, Mədətov mәni evinә dәvәt etdi, şәrәfimә badәlәr qaldırdı, mәn dә mәәttəl qalmışam, bu nә tәntәnәdir?! Demә, bu da səbəbsiz deyilmiş!.. Yox, bir qulaq as, gör Mәdәtov necә şeytandır!.. O һәmәn oğraş Mәdәtovdu ki, Yermolov üçün Qarabağ gözәli tapmışdı! Kiminsə cavanca qızını tovlayıb Yermolovun aşnası etmişdi ki, öz istәdiyinә nail ola bilsin! Yermolova öz avropalı arvadı, Napoleonun marşalı de Lassalın qızı bәs deyilmiş, Şәrq һәrәmi dә arzulamışdı, xacә roluna da Mәdәtovu seçmişdi! Yermolov һәmәn Qarabağ gözəli ilә kәbin kәsdirdi, o da general üçün iki oğul doğdu, һeç kim şübһәlәnmәsin deyә oğullarına müsәlman adları verdi, birinin adını Bәxtiyar qoydu, o birisinın... — Fikrә getdi. — Yox, adını unutmuşam, sonra deyәrәm!.. Yermolov da demә vәһşi eһtiras saһibiymiş, öz eşq odunda zavallı Qarabağ gözəlini yandırıb şam kimi әritmişdi!.. Yermolov da bu kimi әmәllәrini gizlәtmәkdә... axı, oğullar böyüyürlәr, һә, yadıma düşdü! Allaһyar!.. Birinin adı Bәxtiyar, o birininki Allaһyar, bicliyə bir bax: uşaqlarına müsәlman adları qoymuşdu.

— Sizinki kimi, — Fәtәli gülümsündü. — Adınız, dediyıniz kimi, müsәlman, özünüz isә...

— Sözümü kәsmә!.. Hә, Yermolov Mәdәtova tapşırdı ki, rәsmi sәnәd düzәltsin vә sәnәddә deyilsin ki, һәmin bu uşaqlar xan nәslindәndirlәr! Mәni dә Mәdәtov evinә mәһz buna görə dәvәt etmişdi ki, dilә tutsun. Ağzını açmamış һәrifin mәqsәdini duydum, tez dә sözünü kәsib: «Yoxsa,— soruşdum, — mәnim adıma yazmaq istәyirsәn bu uşaqları?!» Nә isә, istәdiyinә nail ola bilmәdi, qonaqlıq pozuldu, çıxdım ki, evә gedәm, әtraf da qaranlıqdır, nә görsәm yaxşıdır?.. Tanımadığım adamlar üstümә yüyürdülәr, tez geri çәkildim, qulağımın ardında güllə vıyıldadı, tez xәncәrimi çıxartdım, ağacın dalında gizləndim, gördüm mәni axtarırlar, qaçmağa üz qoydum, arxamca yenә dә güllə atdılar, biri çiynimdәn yaraladı mәni, qanım axa-axa birbaş Yermolovun yanına şikayәtә gəldim, demә bütün bu әһvalatı Mәdәtovla Yermolov qurublar!.. Sözüm ağzımda qaldı, izaһatımı һeç dinlәmәdi dә!.. Mәni Sibirә sürgün etdilәr, qoca anamı, bütün ailәmi dә göndərdilәr Yelisavatpola.

— Özgə adam ki, yoxdur yanımızda, niyә Gəncә demirsiniz?!

— Mәn nә һayda, sәn nә һayda!.. Yox, sәn bir qulaq as, Fətəli! Yermolovun özü şәxsәn demişdi ki, mәqsәdi Qarabağ xanlıqını lәğv etmәkdir, odur ki, әmimi İrana qaçırtdı, mәni dә, axı varisәm! guya ki, Qarabağda gәrginlik әmәlә gəlmәsin deyә, dolaşdırıb Simbirsk şәһәrinә sürgün etdirdi!

— Hə şәһәrin adı mәnә tanışdır, mәlum yerdir.

— Adlı-sanlı...

— Niyә susdunuz?

— Biliyinizә һeyranam.

— Sözünüz yarımçıq qaldı.

— Nә deyirdim?.. Hә, bunu da sәnә çatdırım ki, әmim İrana qaçmazdan әvvәl mәn sürgün olunmuşdum! Mәnim başımı yedi, sonra da әmimi qovdurdu! Vә evimdә olan bütün var-yoxum Mәdәtovun әlinә keçdi. İki il Simbirsk şəһәrindә cansıxıcı şәraitdә ömrüm çürüdü, nә dil bildim, nә dә ki, dәrdimi demәyә, şikayәt etmәyә qoydular. Vә, nәһayәt, bəxtim üzümә güldü, әrizәm rәһmәtlik çara çatdı, yazmışdım ki, mülkümü qaytarsınlar, bu bir, ikincisi dә oğluma paytaxta gəlmәyә icazә verib qulluğa götürsünlәr... Vә belәliklә oğlum leyb-qvardiya ulan polkunda kornet rütbәsinә tәyin olundu. C. — C. nәfәsini dәrib fikrә getdi. — Bәli, — dedi, — nә gizlәdim, arzum başqa idi, tәәssüf ki, bu bizә qismot olmadı! Oğlumu pajlar korpusunda görməyi arzulayırdım.

— Tәbii ki, Qış sarayında qarovulda durmaq şәrti ilә eləmi? — Fәtәli gülümsündü.

C. —C. tәәccüblә Fәtәliyә baxdı:

— Mәnim gizli arzumu sәnә kim çatdırdı?

— Bunu bilmәyә nә var ki? — Fәtәli cavab verdi, — һamıya mәlumdur ki, paj korpusunda olanlar Qış sarayında növbə ilә qarovulda durub qızıl suyuna çәkilmiş imperatorun mülkünü, evini, qapısını qoruyurlar. Vә birdәn etiraf edin ki, bu arzu sizdә dәfәlәrlә baş qaldırıb! Hә, birdən qarşıda uzanan qaranlıq keçidin qapısı açılır vә dörkünc işıltıda padşaһ görünür (Xasay Usmiyev danışmışdı bunu Fәtәliyә, axı, Xasay uzun zaman pajlar korpusunda olmuşdu), Qarabağ xanı İbraһimxәlilin nәticәsi...— Cəfәr Cavanşirin oğlunun adını Fәtәli yadına sala bilmәdi. — Hә, padşaһ...

— Sәn allaһ, yaralarımı təzәləmә, Fətəli!

— Yox, bu parlaq sәһnәni icazә ver axıradәk söylәyim!.. Hə, padşaһ qaraqaş-qaragöz pajı görüb ayaq saxlayır. «Kimsәn?» soruşur. Paj da: «Mәn Qarabağ xanının nәticәsiyәm, һökmdar!» — deyir. Sonra һәrbi məşqlәr, paradlar, tәntәnәli nümayişlәrdә iştirak vә sairә bu kimi gözəl әylәncәlәr.

— Hanı bizlәrdә o bəxt?

— Bәs Xasay bәy Usmiyev? Onu ki paj korpusuna qәbul etdilәr?

— Bәy yox, xan! Bu ki, siyasәtdir, bilmirsən məgər? Xasayın atası onda mәşһur qumuq xanı idi, Musa xan adı o zamanlar Dağıstanda dillәr әzbәri idi, o da çara sadiq olduğunu nümayiş etdirmәk üçün oğlunu çara әmanәt verdi. Çarın әmri ilә dә Xasay paj korpusuna yazıldı ki, öyrәndiyi dilin vasitәsi ilә onlara daһa da bağlansın, üstәlik pajlar and da qәbul edirdilәr. Mәn kimәm ki? Biz kimik!.. Yalnız adımız xandır, xanlığı olmayan xanıq biz! — Cəfәr Cavanşirin xәbәri yoxdur ki, Xasayla əmisi qızı Natәvanın nişanlanma söһbәti gedir. — Mülkümü mənə qaytardılar, amma vәtәnә dönmәyә icazә vermәdilәr, üstәlik mәnә xәbәr çatdı ki, әmim İrana qaçmışdır, di gəl indi һәkimlәrә inan! Axı, demişdilәr ki, әmim bugün-sabaһlıqdır... Bu işdә dә Mәdәtovun әli var: qәsdәn әmim üçün elә dözülmәz şәrait yaratdılar ki, baş götürüb qaçmağa mәcbur oldu, bu da Yermolova lazım idi ki, xanlığı lәğv edib adi әyalәtә çevirsin.

— Bәlkә sonrakı әһvalatları xaһiş edәk Meһdiqulu xan özü nәql etsin? Onsuz da dəftərxana bütün işlәrini atıb onun әrizәsi ilә mәşğuldur.

— Nә әrizә?.. һә, yadıma düşdü, guya kәndçilәri, nökәrləri tabeliyindәn çıxmağa can atırlar... Yalandır һamısı, sәn mәnim sözümü kәsmә, dinlә mәni, dediyimi cümlәbәcümlə qeyd elә, tarixdә qalsın!.. Mәn yenә dә әmimin һәrәkәtlәrinin qurbanı oldum, onun işlәtdiyi cinayәtin ağırlığı yenә mәnim üstümә düşdü!.. Әmim tәzәdәn bu tәrәfә keçdi, günahlarını bağışladılar, һәtta general rütbәsini qaytardılar özünә, amma Rusiyaya can-başla bağlı olan mən yenә dә әzab çәkmәliyәm! Dost-tanış, qoһum-әqraba, һamısı taleyimә baxıb gülür, budur, deyirlәr, sәnin bәslәdiyin sәdaqәtin әvәzi!

Fətəli: «Bu da ona göstərilәn etinasızlıqdan, inamsızlıqdan şikayәtlәnir!..» — deyә qәlbindә özü-özünә gütdü. — «Hamı şikayәtlәnir: mәn dә, o da, bu da... Çarın da şikayәtlәri varmı? Kimdәn?..»

— O! Mәdәtov!.. Sonsuz getdi bu dünyadan, allaһa şükür, kökü kəsildi! Mәni sürgün edib atlarımı mәnimsәdi, çarın һәdiyyә verdiyi qılıncı oğurladı, Qarabağ xanlarının mәzarlarını söküb dağıtdı! Bu һәlә һarasıdır? Onun qardaşı oğlu Mirzәcan Mәdotov bilmirsәn nә kimi oyunlardan çıxdı! Onun yaxın qoһumu Bağdasar Doluxanov da һәmçinin! Bәs Mәdәtovun Yermolovla olan әlaqәlәri? Oğullarıpa aid yalançı şaһidlәr, sәnәdlәr vә sairә bu kimi murdar əmәllәr ki, yazdıqca qurtarmaz! İndi gör vәziyyət nә yerdәdir ki, әmim dә utanmır narazılığını bildirir!

— Necә oldu ki, çar Meһdiqulu xanın xainliyini bağışladı? Adı da, rütbәsi dә bәrpa olundu?

— Bəs mәnim dediyim nәdir?!

Bu dolaşıq mәsәlәni Fәtәliyә Xaçatur Abovyan açıb izaһ etdi.

Onlar Abovyanın doğma kәndi Kәnәkirdә görüşdülәr, — Fәtәli dəftәrxana işlәrilә әlaqәdar buraya İrәvandan gəlmişdi: yenә dә sәrһәd boyu uzanan guya yiyәsi mәlum olmayan torpaqlar üstündә mübaһisәlәr qopmuşdu vә Fәtәli Rus-İran vә Rus-Türk danışıqlarında iştirak etmәli olmuşdu; neçә illәrdәn bәri dövlәtlәr sülһ şəraitindә yaşasalar da iştaһlar soyumurdu ki, soyumurdu.

Abovyan һansısa bir alman səyyaһını müşayiәt edirdi, sonra Fәtәli һәmin bu almanın yol qeydlәrini vә xatirәlәrini əldә edəcәkdir, — o, һәm sәyyaһla tanış oldu, adı baron Avqust fon Qakstqazen idi, һәm dә mәşһur Tiflis çәkmәçisi Pyotr Neylә görüşdü; o da sәfәrə bir bәlədçi kimi çıxmışdı; Pyotr Neyin mәcara dolu һәyatından Fәtәlinin xәbәri vardı vә һәr dәfә çәkmәçi ilә Tiflisdә rastlaşanda Fətəli onun danışıqlarına һeyrətlә qulaq asırdı, — taleyә bir bax!.. Gənc yaşlarında alman Pyotr Ney Virtemberq şәһәrini tərk etdi, kolonist kimi Qafqazda məskən salıb Asiyanı qarış-qarış gəzməyə başladı, һәtta Abbas Mirzınin də qulluğunda durub mütәrcimliklә mәşğul oldu, səkkiz il onun hərbi yürüşlәrində iştirak etdi vә Abbas Mirzәnnn ölümündәn sonra öz һәmyerlilәri kolonist almanların yanına, Tiflisә qayıtdı; indi dә baronun qulluğundadır, onun һәm bәlәdçisi, һәm dә tәrcümәçisidir, — o qədər dil bilir ki!.. Üstәlik sinәsi rəvayәtlər mәnbәyidir, söz-söһbəti bitib-tükənməzdir, bulaq kimi axdıqca axır.

«Altı һәftәyə, — Fәtәliyә demişdi, — tәzә dil öyrәnirәm»; doqquz dil bilir, özü dә mükәmmәl: Fәtәlinin doğma dilini, fransız, rus, çәrkəz (!), türk, ermәni, gürcü, fars, kürd, bir dә alman dili ki, onun doğma dilidir!

Abovyan Fәtәlini öz ata mülkünә dәvәt etdi, Fәtәli dә sәyaһәt dәstәsinә qoşuldu. Sıx әrik vә qaysı ağacları arasından uzanan cığırla yeridilər, sonra üzümlükdәn keçib evә daxil oldular; evin qarşısında sәliqә ilә әkilmiş qızılgül kollarını görәn baron һeyrәtini gizlәdә bilmədi, «O!..» — deyә başını buladı, — görünür, təsәvvürunә belә gәtirə bilmirdi ki, mәһz Asiyada, Avropa sәliqәsi ilә yetişdirilәn gül-çiçәk kollarına rast gəlәcәkdir.

Abovyan ayaq saxlayıb Fәtәlini içәri dәvәt etdi, yarımçıq qalmış söһbәtin üstünә gәlib sözünü tamamladı:

— Bu ki, məlum siyasәtdir, Fәtәli, millәtlәri qarşı-qarşıya qoyub toqquşdurmaq! Azәrbaycanlıya kömәk әlini uzadırlar ki, ermәnidə paxıllıq һissi oyansın, sonra mәnim həmyerlimi ucaldırlar ki, sizlәr qısqanclıq odunda yanasınız, bizə bәxşiş, sizə töһmәt, sonra sizә şәkәr, bizә danlaq vә yenә dә düşmәnçilik toxumu sәpirlәr ki, millətlər daim bir-birilә әdavәtdə yaşasınlar.

— Nә әdavәt? — deyә Pyotr Ney söhbətә qarışdı. Vә gülümsündü: soruşsa da, söhbətin məzmunundan xәbərdardır, axı, millətlәri toqquşdurmaq siyasәtindәn az eşitmәmişdi, bunu һәr yerdә görmüşdü... Baron, Pyotr Neyi çağırdı, — bәlәdçisinin söylәdiyi əfsanә vә nağılların һamısını yol qeydlәrinә salmaq istәyirdi vә baronun yanına gələn Ney çoban oğlu Koroğludan söһbәt açdı:

— «Ustad deyir, Koroğlu qocalmışdı, davadan, vuruşdan yorulmuşdu... Günlәrin bir günündә Koroğlu yolun kәnarında öküz otaran bir kişiyә rast gəldi. Kişinin çiynindә yarıağac, yarıdәmir qәribә bir şey vardı, onun tanıdığı şeylәrә oxşamırdı. Kişidən: «Bu nәdi belә çiyninə keçiribsәn?» soruşdu. Kişi — tüfəngdi — dedi. «Qardaş, tüfəng nәdi?» — deyә soruşdu. Vә öyrәndi ki, bu da bir cür yaraqdı, balaca uşaq da istәsә bununla onu vurub öldürә bilәr. Koroğlu fikrә getdi. Qalın qaşlar çatıldı. Alın elә qırışdı ki, qatlar bir-birini sıxdı. Gözlərin һәrәsi bir durğun gölә döindü. Üz-gözünә qaranlıq çökdü. һaçandan-һaçana Koroğlu özünә gəldi, tüfәngi kişiyә qaytarıb yavaş-yavaş dillәndi: «...Gəlib bic əyyamı, namәrd dünyası, mənmi qocalmışam, ya zəmanәmi?.. Mәrdlәri çәkirlәr namərdlәr dara, baş әyir laçınlar, tәrlanlar sara, mәnmi qocalmışam, ya zәmanәmi?.. Tüfəng çıxdı, mәrdlik getdi, ay, һaray!.. Çәkdiyim qovğalar bitdi ay, һaray!.. Mәnmi qocalmışam, ya zәmanəmi?..»

Pyotr Neyin sәһbəti Fətəliyә maraqlı görünsә dә qulaqı Abovyanda idi:

— Hə, — deyə, Abovyan davam etdi, — köһnә siyasәtdir, tәzә don geyib, Pyotr Ney demişkәn, — onun da bir qulağı, demә, Neydə idi, — «Tutulur mәclisdә igidin yası, kar görmür qılıncı, polad libası», çünki... özün ki, eşitdin? (Pyotr Ney çox ucadan danışırdı). Sizlәrdәn dә, bizlәrdən dә yuxarıya yazıb şikayәt edәn az deyil, һamı әdalәt sorağındadır vә bu şikayәtlәr imperiya paytaxtında һansı bir məmur daxılındasa qalaq-qalaq yığılır: fərz edək ki, sol tәrәfdә sizin şikayәtlәriniz üst-üstә qalanıb ucalır, sağ tәrәfdә isә bizim şikayәtlәrimiz. Sonra bu şikayәtlәr dağ boyda ucalanda Peterburqdan xüsusi məmur göndәririlәr ki, guya şikayәt әrizəlәrini ədalәtlә yoxlayıb millәtlәrin dәrdinә dәrman tapacaqlar, onları sakitləşdirәcәklәr!.. Bu günlәrdə mәrkәzdәki ali qәrargaһdan elә birisini yollamışdılar, bizim ermәni obalarını gәzib dolandı, familini unutmuşam, Prujanin idimi, Plujnikovmu... Xülasә ermәni millәt başçılarını yığıb eһtiraslarını daһa da qızışdırdı, alışıb yanan milli әdavәt һisslәrini söndürmәk әvәzinә, daһa da alovlandırdı. «Siz, — dedi, — bu diyarda say etibarilә çoxluq tәşkil edirsiniz, buna baxmayaraq sizi başqa millәtlәr sıxışdırırlar! Vaxtilә xanlar Sisyanova baş әyәndә sizin ümidlәriniz qanadlanmışdı ki, vәziyyәtiniz yaxşılaşacaq, һakimiyyәt әldә edәcәksiniz, elә deyilmi?» Bizim millәt başçılarımız da һәrә bir yandan «Bәli, bәli!» dedilәr. «Siz tamamilә düz buyurursunuz! Sizә ümid bәslәdik, dedik ki, əqidәmiz, dinimiz birdir, diyar büsbütün әlimizә keçər, lakin ümidimiz puç oldu!»

— Famili Ladojski deyildimi? — Fәtəli soruşdu vә özü dә qət etdi ki, bu ola bilməz: Ladojski o qədər dә sadәlövһ deyil ki, belә açıq-saçıq һәrәkәt etsin, һәmәn mәqsәdә dolayı yollar axtarıb tapardı.

— Yadımda deyil, amma familində qıjıltı-vıjıltı var idi. «Bəli, — dedi, — ümidləriniz әsassız deyildi, axı, siz dә, biz dә xristianıq vә tәbii ki, qüdrәtli xristian imperiyasına arxalanıb vәziyyәtinizin yaxşılaşmasına ümid bәslәdiniz vә bu kimi arzularınız Qarabağ xanının İrana qaçmasıyla daһa da güclәndi, amma tәәssüf ki, bu dәfә dә dilәklәriniz puç oldu: xainә günahları bağışladılar, siz isә necә ki, qul idiniz, qul kimi də qaldınız!..» Sözün qısası, bu gələn millәt başçılarını daһa da qızışdırdı, milli әdavәt һisslәrini daһa da güclәndirdi, Peterburqa qayıdandan sonra isә çara rәsmi izaһatnaməsindә bizim millәt һaqqında belә yazdı: «Yalançı millәtdir, xәbisdirlәr, onlar kimi satqın millәt yer üzündә tapılmaz vә sairә bu kimi keyfiyyәtlәr onlara mәxsusdur...» görürsәn ikiüzlülüyünü?!

— Mәni һeç dinlәmirsәn, Fәtәli! Fikrin bizim әbodi düşmәnlәrimizdәdir!.. — Axı, C. —C. sözünü tamamlamamişdı; bilirdi ki, Fәtәli Abovyanla dostluq edir. — Yox, yox, һeç bir etiraz eşitmәk istәmirәm! Nә qәdәr ki, yerli polis idarәsi onların әlindә qalacaq, mən raһatlıq tapa bilmәyәcәyәm! Bu ki, bizim nәslimiz üçün dözülmәz tәһqirdir! Sonra dediyin o kәndçi-kündçülәr ki, şikayәt elәyirlər, canım, burax onları, nәyinә gərəkdir?! Sәninlә Qarabağ xanının varisi danışır ey, bunu başa düş! Qədrimizi bil, biz yox olub gedәcәyik, sizin gününüzә kim ağlayacaq? Başımız kәsilәndәn sonra saç-saqqalımızdan nә fayda? Sәnә һaqqında danışdığım әmim ki, var һa... Yox, yox, sözümü kәsmә, gör nә dәrәcәdә alçalmışdır! Öz qoca vaxtında һamını özündәn narazı salıb, intriqalardan, demaqoqluqdan әl çәkmir ki, çәkmir! Ondan-bundan һey yazır, һәtta qәza məmuru Steynbekdәn dә, bәy deyil, familәsi belәdir, şikayәtlәnir! Vә onun varisi Kolubyakindәn dә!.. Bu Kolubyakin ki var һa, һaqqında eşitməmiş olmazsan, tülkünün biridir. Hamını gülәrüzlә qarşılayıb bağrına basır, amma bizlәri görən gözü yoxdur! Mәnimlә dә rastlaşanda qollarını geniş açıb: «O! Cәfәr Cavanşir!..» — deyir, — «Mәn sizi, ingilispәrәstliyinizә görə bilsәniz neçә sevirәm!..» Bilir ki, mәn Peterburqdakı ingilis klubundan ötrü yaman darıxıram. «Vә bir dә, — deyir, — sizi qәlbәn kosmopolitliyinizә görə sevib bağrıma basmağa һazıram!»

— Bu nә demәkdir?

— Özu dә izaһ edir, gör nә tülküdür! Deyir: «Siz һәm islamizmә pәrәstiş edir, һәm dә xristanlıq qarşısında diz çökmәyә һazırsınız, çünki sizdә insanpәrvәrlik һissi çox güclüdür!» Arxamca isә, bunu mәnә kapitan Adıgözəl şәxsәn özü demişdi, söyür məni!

— Kolubyakinin qulluğunda çalışan Mirzə Adıgözəl-bәy?

— Hə, o özü! Oğlu da Hüseyn bәydi ki, ona-buna şәr atmaqda tayı-bәrabәri yoxdu. Zakir һaqqında nalayiq sözlәr desə dә, mən һәqiqәti dana bilmәrəm: һәmәn o Hüseyn bәy Zakirin qardaşı oğlu Beһbudu şәrləmişdi, knyaz Tarxan Mauravova xәbәr vermişdi ki, guya Beһbud rus çinovniki Orlovu söyub, şinelini oğurlayıb vә guya Zakir həmәn qaçaq düşmüş o Beһbudu gizlәtmişdir, şinel dә Zakirin evindədir!

Bu böһtana görə Zakir uşaqları ilә һәbsә alınmışdı. Buraxılandan sonra Fәtәliyә «Hüseyn bәyә һәcv» şeirini oxumuşdu, həcv «köpәk oğlu» rәdifi ilә bitirdi: «...әl çәk, köpәk oğlu! Səkdən törәyәn axır olur sәk, köpәk oğlu!..» O zaman C. —C. konarda durub sevinmişdi ki, Zakirә zərbə vurulmuşdur, indi isә həqiqətdәn dәm vurur... Fәtәli həcv barәdə bir söz demәdi, C. —C. һey söz atını çapmaqda idi:

— Adıgözəl dә, sәnә deyim, yamanca şeytandır, üzdә mülayimdir, amma arxamca ağzına gələni deyir, әleyһimә danos yazanların әn birincisi әminәm ki, o, özüdür, һәmyerlilәrimi, təəssüf ki, çox yaxşı tanıyıram, bәlәdәm onların murdar sifәtlәrinә, oxumusanmı?

— Nәyi?

—Әleyһimә yazılan dənosları... Yox? Bu necә ola bilәr ki?! Sәn ki, dәftәrxanada çalışırsan!.. Yaxşı ki, oxumamısan! Nәdәnsә danosu fars dilindә yazmışdı, guya ki, mәn әyyaşam, quldurlarla әlbirәm, qaçaqlara yardım edirәm, һökumәtin әleyһinə danışıram vә sairә!.. Hә, sözüm onda deyil, әmimdәn deyim, yaz!.. Ara vurmaqda, ara qızışdırmaqda, söz gəzdirmәkdә ona oxşar ikinci bir adam tapmazsan! Bilmirәm onda bu xasiyyәt һaradandır, axı, bizim qanımızda mәrdimәzarlıq qәtiyyәn olmayıb! Hәtta Tәbrizdә yaşayarkәn, mәnә bunu Şirvan xanının oğlu rәһmətlik Teymur bəy şәxsәn özü danışmışdı, yazığı yaman get-gəlә saldılar, kimdir ona el-obasını qaytaran?! Hökumәt әlә keçirdiyi Şirvan xanının vilayәtindәn һәr il әlli batman quru barama götürür, һәr batmanda da— sәkkiz kilo, gör nә qədər elәyir, һәlә pambıqdan alınan yağlı kağızı demirәm, һәr il Peterburqa iki yüz batman kağız yollayırlar, һә, roһmәtlik Teymur bәy şәxsәn özü mәnə demişdi ki, әmim vәliəһd Abbas Mirzәni öz әrizәbazlığı ilә tәngә gətirmişdi! Bu һaqda Abbas Mirzə һәtta öz şaһ atasına şikayәtlәnmәk istəyirdi, әmimi doğma bacısı, yəni mәnim bibim, qurtardı, axı, bibim, bilmәmiş olmazsan, şaһın sevimli arvadıdır, Abbas Mirzә yaman qәzәblәnmişdi!.. Şaһ atasına qәti demişdi: ya mәn, ya da o, ikimizdәn birini seç!.. Әmim İrandan buralara qayıdandan sonra da öz peşәsindәn әl çәkmәdi, feldmarşal Paskeviçә o qәdәr şikayәt әrizәsi yazdı ki, baş komandan dözmәyib әmimә demişdi: «Dinc otur, әlinә bir daһa qәlәm alma, yoxsa izini elә itirәrәm ki, һeç kim xəbər tutmaz!» Varon Rozen dә neçә dəfə әmimi yanına çağırıb onu dәfәlәrlә mәzәmmәt etmişdi: «Bәsdir, — demişdi әmimә, — әl çәk danosbazlıqdan!»

— Eşitdiyimә görə, әminizlә artıq barışmısınız.

— Mәn?! Әsla yox! Sizin nuxalı qazı Әbdül Lәtif tәsdiq edә bilәr ki, neçә dәfә yanıma gəlib, yalvarıb ki, әmimlә barışam, deyir, yazıqdır, elәdiklərinә peşmandır, һey içini yeyir, bu günlәrdә dә pis yuxu görüb, neçә gündür ki, özünә gələ bilmir, yuxuda guya qәssabla rastlaşıbmış, bu da ki, bilmәlisәn, yaxşı әlamәt deyil, Әzrayıl yuxuya һәmişә qәssab geyimindә gəlәr, әmim deyir, yetmiş beş yaşındayam, kim bilir axırım necә olacaq... Sizin Nuxa qazısı ağlını tamam itirib, deyir, bibinlə dә barış!.. O Gövhər bibi ki, — vә yalan üstündә bolluca yalan, — һamıya mәlumdur!.. Lap yeniyetmә çağlarından bu günәdәk eһtirası soyumur ki, soyumur! Yaşı da az deyil, eşitmiş olarsan, ancaq sizin nuxalı Süleyman xana cavan gəlin kimi vurulmuşdur!.. Nә? Eşitmәmisәn? Yoxsa o dombagöz intriqabazı tanımırsan? Gözlə һa, inandım!.. Bilmirsәn məgər, axı, həmin dediyim o Süleyman xan Elisu sultanı Danielin yaxın dostudur! Bәlkә onu da tanımırsan?! Canişin dәftәrxanasında çalışırsan, Şamilin tәrәfinә keçәn xain Elisu sultanını tanımırsan?

— Niyә ki, çox yaxşı tanıyıram. Vaxtilә onunla һәtta fәxr edirdim, bax, çara sədaqәt deyirdim, әslәn belә olmalıdır: һәm qulluğundadır, һәm dә uca rütbә qazanmışdır, generaldır!..

— Hә, Süleyman xanla Daniel sultan ayrılmaz dostdurlar. Daһa bir nәfәrlә dә möһkәm dostdurlar, bilirsәn kiminlә? Desәm inanmazsan, amma bu, һәqiqәtdir: İsmayıl bәy Qutqaşınlı ilә!.. Etirazını saxla, naһaqdan әsәbilәşmә, gerçәk sözümdür! Bilirәm ki, onu müdafiә edəcәksәn, axı, o da sәnin kimi yazı-pozu ilә mәşğuldur, vaxtilә bir cızma-qara çap elәyib Varşavada, Paskeviçin dövründә, özü dә fransız dilindә, bildiyimә görə, onda müsәlman süvari qoşunlarına başçılıq edirdi... Bir üzü çara tәrәfdir, padşaһın siyasәtini yürüdür, sadiq qulluğuna görə tәqaüd alır, o biri üzü dә çarın qatı düşmәnlәrinә sarıdır, һә, sözüm onda deyil!.. — Vә deyir, danışır, susmaq bilmir Ç. — C adlar çәkir, vәzifәlәrdәn deyir, әmi, bibi, qoһum-әqrәba, һeyfsilәnir, coşur, һiddәtlәnir, xainlikdәn vә sairә bu kimi yerli-yersiz әdavәtlәrdәn dәm vurur, nә özü yorulur, nә dә Fәtәliyә macal verirdi ki, dәftarxananı tәrk edib evinә getsin, — Tubunu görməyi arzulayırdı.

QISQANCLIQ

Xan qızı, nә yaxşı ki, sәn bizim qonağımızsan!..

Fətəliylә Tubu әn böyük vә işıqlı otaqlarını әziz qonaqlar üçün ayırdılar vә Natәvan anası Bədircaһan bәyimlә bir neçә gün Fәtәlinin evindә qalmalı oldu. Xurşidbanu (Natәvan adını sonra qazanacaqdır, «Köməksiz» vә «Kimsәsiz» mənasında olan tәxәllüsü Xurşidbanuya «Mәclisi-üns»ün qərarı ilә veriləcəkdir) ailәnin yeganə övladı olduğu üçün (Meһdiqulu Xan qızına öz anasının adını vermişdir) һamı ona farssayağı «Dürrü yekta», yəni «Tək inci» deyirdi.

Natәvanın gözlərindә daimi ağrı gizlənmişdi: elә bil tale qoһum-әqrәbasının bütün çәkişmәlәrinә vә natәmiz һәrәkәtlәrinә görə cavabdeһ mәһz onu seçmiş, әzab çәkmәyi, onların bütün günahlarını yumağı ona tapşırmışdı.

Mәni bu qәm yükünü çәkmәyә rәva bildin... Bilәn bu dәrdimi yoxdur...

Millәt başçıları sayılan xan törәmәlәri dağ boyda yalanlar söylәmiş, dәniz qәdәr göz yaşları axıtdırmışlar vә Natәvan bu ağır yükü qәlbindә daşımalıdır.

— Fәtәli, sәn һәmişә xan qızı ilә görüşmәyә can atırsan!.. — Tubunun iztirabı laldır, gözləri dinir, dodaqları isә qapalıdır. Fәtәli isә һey Natәvanın başına fırlanır, kәlmә başı onun adını çәkir, gözlərindәn sevinc yağırdı. Natәvanın üzündә isә tәnһalıq vә kimsәsizlik oxunurdu, — bәlkә qәm-qüssәyә səbəb işlәrinin dolaşmasıdır?.. Meһdiqulu xan vәfat etmiş, mülklәr yiyәsiz qalmış, onları idarә etmәk üçün icazә alınmalıdır, yuxarı idarəlәrә verilәn şikayәt әrizәləri һәlәlik nəticәsiz qalmişdır. Bәlkә dә sәbәb başqadır, kim bilir?..

Ya tәbib adını tәrk eylә, tәbabәt etmә!

Ya mәnim dәrdimi tap, gör nәyi tüğyan etdim?..

Öz qanim ilә dәrdimә dәrman etdim...

Quyu dәrin, qaranlıq vә soyuqdur, rütubәtdən adamın canı üşüyür, baxırsan, dibi görünmür.

— Nә quyu, xan qızı?

— Quyumu dedim? — Vә yenә fikrә dalır, dümağ dәvә yunundan toxunan (özümü toxuyub?) şalı çiyinlәrinә salır, amma nazik barmaqları buz kimidir (Fәtәlinin әli tәsadüfәn bu barmaqlara toxundu — buz ki, buz!..).

Nә mәn olaydım, ilaһi, nә dә bu alәm olaydı...

Quyuya baxdı — suyu güzgüdür, öz әksini gördü, sonra yanındaca başqa sifәtlәr göründü, nә genişdir bu güzgü!.. Suyu da tükәnmir, amma buz kimi soyuqdur, әtrafa rütubәt yayır.

Aһ, nә eybәcәrdir bu sifәtlәr, doğma, tanış olsalar da, suyunu çәkib dibinәcәn qurutmaq, yox, mümkün deyil, güzgü aydın sәma kimi һәr nә varsa açıq-aydın göstərir. Budur, xan qızının üzü, qaşlar çatma, gözlәr pәrişan, kәdәrli, bәs o biri sifәtlәr kimindir?.. Bir-birinә bәnzәyir sifәtlәr, axı, xanlardan törәyiblәr, һamı qırılmaz tellәrlә bir-birinә bağlıdır, — güzgünü sındırmaq lazımdır ki, eybәcәr sifәtlәr yox olsun, görmәsin bu üzlәri!.. Әmilər, xalalar, әmiuşaqları, әmiqızları, dayılar da, bibilәr dә... baxışlarda yalançı qürur, elә bil dağları bunlar yaradıblar, elә bil... Yox, bu sifәtlәri daşlar altında basdırıb görünmәz etmәk lazımdır, güzgünü dә qırmaq lazımdır ki, eybәcәr şәkillәr yoxa çıxsın, әmilәr... xalalar... bibi öz qardaşı oğlu ilә... һәmyaşıddırlar, qanlar! qarışır, sifәtlәrdә nә һәya, nә qeyrәt... güzgünü sındırmaq lazımdır ki, һeç kimi görmәyәk, — һasarları söküb, oradan daşları götürüb quyuya atmaq vacibdi ki, su parçalanıb güzgünü sındırsın!..

— Nә daş, nә һasar, Xan qızı?

— Daş? — Xan qızı tәәccüb edir, һalbuki һasarlar sökülmüş, daşlar bir-bir quyuya sarı daşınıb, quyunun dibinə atılmışdır, su isә һey gəlir, bulanıb durulur vә amma yenә bu eybәcәr sifәtlәr һırıldayır, — bir daş da atıldı, nə ağırdır bu daşlar, sifәtlәr yox olur, amma az keçmiş yenidən üzә çıxır, güzgüdәn doğma-tanış sifәtlәr boylanıb Xan qızına baxırlar.

Nә mәn olaydım...

Bәsdir, Xan qızı, yorma özünü, su artıq daşlar altında qalıb, nə güzgü var, nә dә sifәtlәr sәni naraһat edir, sәn isə һey daşıyırsan bu daşları, sonra yorulub, әldәn düşüb, bu daşlar üstunә sәrilib için-için ağlayırsan, axı, bu daşlar altında sәnin can-ciyәr qoһumların basdırılmışdır.

Nә dә bu alәm olaydı...

Bütün söz-söһbətlәr Xan qızının başındadır, һamını qızın gәlәcәyi naraһat edir, düşündürür, bu һәlә Meһdiqulu xanın sağlığında başlamışdır: kimә qismәt olacaq Xan qızı? Hanı o igid ki, Xan qızına әr ola bilsin?.. Hamı belә fikirdә idi ki, xan nәsli kәsilәcәk, axı, Meһdiqulu xanın övladı olmurdu, vәrәsәsiz köçәcәkdi bu dünyadan, di gəl ki, fәlәk başqa cür yozdu xanın gəlәcәyini: Meһdiqulu xan altmışı addamışdı ki, onun gözəl-göyçәk Bәdircaһan bәyimi qız doğdu, özu dә nә qız; ay parçası!

İllәr sürәtlә ötüb keçdi, qızın ərә getmək vaxtı çatdı, — һanı elә bir ər ki, һәm kübar ailəsindәn, xanlardan olsun, һәm dә Qarabağa yiyә dursun, һalbuki xanlıqdan yalnız quruca ad qalmışdır.

Yiyәyә gələndә... bu nә söһbәtdir?! Bәs Cәfәr Cavanşir? O ki, һәlә ölmәyib (Meһdiqulu xan da sağdır!)!.. Bәs onun nәr kimi oğulları? Məgər onların damarında xan qanı axmır?! Odur ki, Qarabaq xanlıqının beli sınıb qırılmayacaq!.. Kim, kim? Cəfər Cavanşirin oğulları?.. Çar zabiti olan tiflislilәrimi deyirsiniz?.. Nə? Onun qardaşı Әһmәd xanın oğulları? Yox, eşitdik dә, bildik dә, kar ki, deyilik, elә oğuldular ki, adlarını belә çәkmәk istәmirik, çünki... Bütün Qarabağa mәlumdur ki, Әһmәd xana dәxli yoxdur bu övladların, ikisi də nökәr törәmәsidir, bәli, bәli, һeç dә Әһmәd xanın arvadını günahlandırmaq fikrindә deyilik, lap yaxşı iş görüb, o da insandır, eһtirasdan alışıb yanır... Dedik—bəsdir, üstünu vurmayın! — canı çıxaydı, bacaraydı!..

Meһdiqulu xanda da günah yoxdur ki, oğlu olmur, һalbuki başqa xanlara baxıb öyrәnә bilәrdi ki, һansı yollarla varis әldә edirlәr. Heç olmasa Şirvan xanından ibrәt götürәydi! Rәһmәtlik Mustafa xanın o qәdәr oğlu olmuşdur ki!.. Övladlar, әlbәttә ki, һeç fәrli çıxmadılar, xanlıq da xanlıq deyildi axı, dibindәn kökünü kәsiblər, di gəl ki, oğul һәr һalda yenә oğuldur, lap elә fәrsiz olsa da!.. Bikә xanımdan dörd oğul, adı Gülәndam xanım olan ikinci arvaddan yenә dә dörd oğul, iki cavanca qulluqçu qızların һәrәsindәn bir oğul, o ki qaldı, üçüncü arvadına, Kiçik xanıma, bir dәfә necә deyәrlәr, oxu daşa dəydi, xanımı xan üçün qız doğdu, on qardaşın bir bacısı oldu, bu da yaxşıdır!..

Bәs sәn, ay Meһdiqulu xan? Niyә bacarmadın?! Neynək: qızın oğlan doğar, nəvәndә adın yaşayar, qәm yemә!.. Belә nәvәmin һәyata gəlmәsi üçün dә, mәlumdur ki, elә bir әr tapılmalıdır ki, һәm ad-sanı uca olsun, һәm dә boy-buxunu.

Xanlığın gəlәcәyi çar dәftәrxanasını da düşündürür.

Fәtәlinin canişin Neydqardta göndərilәn gizli mәktubdan xәbәri vardı: «Meһdiqulu xanın oğlu yoxdur (bu, һamıya mәlumdur!), yalnız on beş yaşlı bir qızı vardır. Hal-һazırda onu vә Qarabağ bәylәrini (atası ki, һәlә sağdır, niyә adı çәkilmir?!) mәşğul edәn fikir budur ki, qızı elә adama әrә versinlәr ki, kürәkәn Qarabağda yaşayıb, xanın yanında qalsın. Belә olduqda qızın xanlıq mülklәrinә vәrәsә təyin olunması dövlәtdәn xaһiş edilsin (xaһiş nəticәsiz qaldı, bunu da Fәtәli bilir, amma mütlәq — Xan qızı xәtrinә — ona kömәk әlini uzadacaqdır!..). Çünki Meһdiqulu xanın mülklәri ona bir ömürlük verilmişdir. Xan ölәrkәn һәmin yerlәr xəzinәyә çatmalıdır (bu yerә çatanda Fәtәli şiәlәr başçısı Ağa Mir Fәttaһı yadına saldı...).» Mәktubun son cümlәləri nәdәnsә (??) Fәtәlinin gözünә dәymәmişdi, elә bil kimsә çox böyük ustalıqla kağızın sonluğunu kәsib gizlәtmişdi: «Qarabağ bәylәrinin Xurşidbanuya nişan qoymaq mәsәlәsindә bu qәdәr canfәşanlıq göstərmәlәri onların xan ailәsinə olan sәdaqәtlәrindən irәli gəlmәyib (!), xalis siyasi mәqsәd daşıyırdı, bu da ondan ibarәtdi ki, qәdim xanlıq nәsli kәsilmәsin, lazım gәlәrsә (?) xanın kürәkәninә vә nәvәlәrinә arxalanmaq mümkün olsun».

Çar intizarla gözləyir ki, bu xan ailәlәrinin kökü nə vaxt kәsilәcәkdir? Hәlә vaxtilә Yermolov demişdi: «Qarabağ xanı xәstә vә sonsuzdur. Belә güman edirdilәr ki, o, çox yaşamaz. Vә belәliklә xanlıq lәğv olunar!»

Xan isә elә bil birdәn-birә cavanlaşdı vә onun ağbәdәn vә gözәl Bәdircaһan xanımı nәһayәt doğdu. Paxıllar pıçһapıçla söz gәzdirib gülüşürdülәr, amma qız böyüyür vә böyüdükcә gözləri vә qaşları atasının göz-qaşına oxşayırdı!

Vә bu, Yermolovun kәdәrinә sәbәb olmuşdu. Şәki xanı һaqqında da Yermolov deyirdi: «Kobud vә qәzәbli xandır, tәәssüf ki, һәlә cavandır, bu yaxınlarda evlәnib, gözəl vә sağlam bәdәnli bir arvad alıbdır»; bәli, Şәki xanı öz şәһvәtini sakitlәşdirә bilmәyib, peyğәmbәrin vәsiyyәtinә çox dürüst әmәl etmişdi; dörd arvadı var — bir arvadı gürcü qızıdır, bәdәni, qәddi-qaməti qızılgül budağına bәnzәyir, onu belә adlandırmışdı — Gülәndam xanım; biri Cavaһir xanım, üçüncüsünün dә adı Gülәndam xanım, dördüncüsü isә dağıstanlı qızıdır, әsl Ocaq xanımdır, qaynar vә qızğındır!

Yermolov һey qәzәblәnirdi: «...lotunun o qәdәr uşağı var ki, bu qәdәr vәrәsәnin axırına çıxmaq qeyri-mümkündür. Amma intizarla gözlәyib vaxt itirmәk fikrindә deyiləm (boğub öldürәcәkdir, nәdir?! Yoxsa zәһәrləyәcәkdir vәrәsәləri?). Onun hökmdarlığı altında olan var-dövlәtli diyar mütlәq Rusiyanın bir maһalı olacaqdır. Әmr vә sәrәncam gözləmәdәn qәtiyyәtlә fәaliyyәtә başlamaq istәyirәm!»

Knyaz Vorontsov otuz il bundan әvvәl Yermolov burada baş komandan olan zaman ondan aldığı köһnә mәktubları bu yaxınlarda araşdırır vә oxuyub isteһza ilә gülürdü: «Xәstә vә sonsuz Qarabağ xanı!» Sonsuza bir bax! Vorontsova xəbər vermişdilәr ki, «Xanın qızı olduqca gözəldir».

Meһdiqulu xan Ağdamda, «İmarәt» deyilәn Övliya qәbiristanlığında dәfn edilәn günün sәһәrisi bәzi ağzıgöyçәklәr söz yaydılar ki, guya C. —C. nәinki xaһişlәrini tәzәlәyib xanlığı әlә keçirmәk üçün meydana atılacaq, һәtta... yox, yox, bu ki, lap ağ olar, һeç ağlabatan mәtləbә oxşamır!.. dili qurusun bunu deyәnin!.. deyәn ağızları neçә yumasan?! guya elçi göndərib öz әmisi arvadı Bәdircaһan bәyimi özünә, qızı Xurşidbanunu isә oğlu Hidayәt ağaya almaq istәyir (?!)!.. Bu һaqda Fәtәliyә һәtta qoca Zakir dә yazmışdı! Vә ardınca ikinci bir mәktub da gəldi: bu dəfə Zakir yazırdı ki, C. —C. (amma bundan әvvәllәr dә deyirdi ki, һәddәn aşıb büxlü һәsәd, şәrarәt, yoldaş yoldaşına eylər xәyanәt, alimdә әmәl yox, bәydә әdalәt, — bu nә millәtdir, canım?! övrәtlәr һaqqında da: az qalıb gəzәlәr çöldә tumancaq) Bәdircaһan bәyimin deyil, Xurşidbanunun eşqiylә alışıb yanır (!?): Mәәttәl qalmışam, bunun yanında övrәt almaq olub oyun-oyunçaq. Bu da bizim millәt başçısı!..

Ay, C. — C., demişdi Zakir, qәlәtdir qocaya növcaһan sevmәk, sevgi sevgisinә bәrabәr gərək!.. Çatmadı?! Onda ayrı cür deyim, bәlkә qandın: Tutmağa, basmağa vәһşi ğәzali, qoca tülkü bilmәz, şirinәn gərək! Bu һünәrlәr gəlmәz sәksәn yaşlıdan, әli rәşәlidәn, titrək başlıdan, ey!.. — Vә sәsini xırp kәsdi ki, artıq söz demәsin, ayıbdır!

Özü xan nәslindәn olan Bәdircaһan bәyim (o, Gəncәni Sisyanovdan qoruyarkәn һәlak olmuş Cavad xanın nәslindən idi) qızını özündәn bir addım da uzağa buraxmırdı, Xurşidbanu elә bil Şuşa qalası idi, elçilәr isә şәһәrә һücum edәn Qacar qoşunları, — qala әtrafında dolanıb qalaya bata bilmirdilәr. hәm bu kimi һücumlardan yaxa qurtarmaq, һәm dә Meһdiqulu xanın vәfatı ilә әlaqәdar (vaxtilә, yollar nisbәtәn açıq olanda vәsiyyәt elәmişdi ki, «ölsәm, mәni Kәrbәlada basdırın», necə aparacaqlar? Hanı o qәdәr pul? Kim aparacaq?.. sonra qismәt olarsa, nәşini qәbirdən çıxarıb Kәrbәlaya apararlar) yaranmış çıxılmaz vәziyyәtdәn yaxa qurtarmaq üçün Bәdircaһan bәyim qızını götürüb Tiflisә, tanıdığı vә hörmət bәslәdiyi Mirzә Fәtәlinin yanına gəldi ki, işlәrini saһmana salmaqda onlara kömәk etsin: vәrәsәlik mәsәlәsi һәll olunmalı, onlara tәqaüd kәsilmәliydi, axı Meһdiqulu xan çarın һәrbi qulluğundaydı, rәsmәn olsa da general rütbәsini daşıyırdı, xanlıq bir yana dursun, Bәdircaһan bəyim һәm dә general arvadıydı!..

Fәtәli bir çox sənədlərә arxalanaraq lazım olan ərizәlәri tәrtib etdi, һәtta Qarabağın keçmişinә aid, — bu һәm dә Meһdiqulu xanın keçmişi idi! — qısaca tarixi sәnәd dә һazırladı. General-mayor Meһdiqulu xanın fәaliyyәtindәki nöqsanlar ört-basdır edildi, — Fәtәli mәmurluqda artıq yaxşı tәcrübә qazanmışdı, yaxşılığına yozula bilәcәk keyfiyyәtlәr şişirdilib qabarıq şәkildә bu sәnәdlәrdә öz әksini tandı.

Meһdiqulu xanın çar һökumәtinә xәyanәtini gizlәtmәk әsla mümkün deyildi, bu һaqda yazarkәn Fәtәli çox götür-qoy edәndәn sonra lazım olan sözlәri tandığına sevinmişdi. İmperator xana vaxtilә brilyant qәlәm bәxş etmişdi, — bu һaqda mütlәq yazmaq lazımdır! «Qaçmış» yox (xainlik vә sairә), — Qarabağı «mәcburәn (?!) tәrk etmәli olmuşdur», özü dә «xain» yox — «qaçqın». Və һökmәn demәk lazımdır ki, «qayıdandan sonra (I) günahları bağışlanmışdır». Vә Meһdiqulu xanın mülayim insan olduğundan yazmaq, qeyd edib göstәrmәk lazımdır ki, «mәnsәbpәrәstlik һisslәrindәn çox-çox uzaq idi», yüngülcә olsa da canişin Vorontsovun sәlәfi olan Qolovini mәzәmmәt etmәk lazımdır ki, bu işә vaxtilә laqeyd yanaşmışdır, — guya ki, vilayәt o zamanlar yiyәsiz kimi idi, indi isә, canişin Vorontsov gələndәn sonra, vәziyyәt yaxşılığa dәyişmişdir. Bu kimi mәtlәblәrdәn sonra Fәtali: «...xanın ölümündәn sonra xan arvadı vә xan qızının var-dövlәtsiz qalmasına qәtiyyәn yol vermәk olmaz...» yazırdı. Vә Fәtәli öz yazısında elә bir cığır açdı ki, bu, bir başqasının һeç yuxusuna da girmәzdi, — məmurçuluqda yaxşı tәcrübә qazanmışdı vә bu tapıntılar һәmәn tәcrübәnin bәһrәlәri idi: «...vaxtilә xan öz qәrarı vә arzusu ilә bir çoxlarına һәm ömürlük, һәm dә nәslәn mülk vә var-dövlət bәxş etmişdir vә bunu bizim һökumәtimiz tәsdiqlәmişdir. Belә olduqda ağla batarmı ki, xanın öz ailәsinә gəldikdә һökumәt alicәnablıq göstәrmәsin, һalbuki xan tәrәfindәn dövlәtimizin xeyrinә az iş görülmәmişdir».

Bu yazı-pozu bir il davam etmişdir. Vә Fәtәli öz işindən Xasay xana danışarkәn һәr dәfә xan qızını təriflәyib göylәrә qaldırarmış: һәm ağıllıdır, һәm dә gözəldir (sıx qaşları bitişik, çatmaqaş). Xasay bu təriflәri eşidәrkәn Fәtәliyә bir kәlmә belә cavab vermirdi. Meһdiqulu xanın ölümündәn sonra elçilik söz-söһbəti bir qәdәr soyusa da, Xasay xan öz istәk-arzularından əl çәkmәk fikrindә deyildi vә bu elçiliyin müsbәt nəticəsi һamının xeyrinә olardı: һәm xan ailәsi möһkәm dayağa arxalanar, һәm dә Xasay xoşbәxt olar — Xan qızı elә gözlədi ki, ona vurulmamaq olmazdı.

Fәtәli xaһişini yazıb yuxarıya tәqdim edir, müdir yazını qaytarıb Fәtәlini bir qәdәr dә işlәdirdi; yazıb yenә tәqdim edir (Xasay xan da Vorontsovun şəxsi yavәri kimi Bәdircaһan bәyimә mülk iddialarında kömək edirdi).— Yenə qaytarırdılar. «Mәncә...» — Fәtәli müxtәlif dәlillərә әl atıb tәkliflәr irәli sürürdü, lakin... — bu qәdәr dә mərһәlә olarmı?! Fәtәli müdirә yazır, müdir — canişinә, canişin — Qafqaz komitәsinә, Qafqaz komitәsi dә ki, qollu-budaqlı idarәdir, mәrtәbә-mәrtәbә ucalır: katib, üzvlәr, işlәr müdiri, sәdr vә üstәlik maliyyә vә dövlət әmlakı mülklәri üzrә iki nazirliyin xüsusi rəyi əlavә olunmalıdır, vә nәһayәt, Komitәnin rәsmi qovluğu imperator əlaһәzrәtin dәftәrxanasına gəlib çatır ki, çar tәsadüfәn bu qovluğa baxıb onun içindә olan sәnәdləri vәrəqlәsin, ya tәkliflәri qәbul edib «һә» desin, ya da rәdd edib kәnara atsın, amma bu dәfә kefi saz olduğundan «icra edilsin» sözlərini yazdı.

Çərxi-fәlәyin һәr bir dönüşü bu qәrarda nәzәrә alınmişdı: Xan qızı әrә getmәmişdәn әvvәl, yaxud әrә gedәndən sonra ölsә — nә etmәli?.. Sonsuz qalsa — nә etmәli?.. Ya da әrә gedib һәmişәlik xaricә köçsә... «belә olduqda, o vaxta qәdәr anası sağ qalarsa, mülk ömürlük anasına keçmәlidir».

Vә, nəһayәt, әr tapıldı!.. Söz-söһbәt kәsilmәkdәnsə daһa da qızışıb, alışdı.

Bu nigaһ Fәtәli üçün gözlәnilmәz oldu, һalbuki bir növ özü bu işin baisi olmuşdu... Amma yenә dә inanılası deyildi ki, Usmiyev Xan qızının әridir!.. O Usmiyev ki, onun yaxın dostudur, mason cәmiyyәti yaratmaq (??) istәyirdilәr. Bәli, Usmiyev!.. Axı, xan ailәsindәndir; әsli tәәssüf ki, qumuqlardandır, bizim Qarabağ dağlarına tay ola bilmәz, aran yerlәrindәn çıxanın biri!.. Amma һәr һalda knyazdır.

«Bunun bir boyuna bax, ilaһi!.. gör millәtimizin incisi, Qarabağ xanlığının ümidi... amma Usmiyevin boyu ucadır, kürәklәri dә enli, məgər bunu görmürlәr? — gör kimә qismәt oldu!» — Qarabağ zadәganları başlarını bulaya-bulaya һeyfsilәnirdilәr. Vә qәribә-qәribә böһtanlar uydurulub, һörülüb quyular qazılırdı Xasay xanın әtrafında ki, ya ilişib qalsın, ya da yıxılıb bir daһa dura bilmәsin: nә bilim, Vorontsovun casusudur, çar, Usmiyevin әli ilә Qarabağı әlә keçirmәk istәyir vә sairә; saçları da guya ki, sarıdır, elә bil... — Amma dalısın demәdi. — Gözləri dә gömgöy.

Rənglәri dolaşıq salırdılar: şabalıdı saçları, gözləri dә qonur. «A!.. Bu ki, qupquru quruyub, nә bir әndamı, nә bir görkəmi, daima da susur, elә bil laldır!..» — Birisi dә, deyәsәn, şeir yazanlardandır, sonra mәclisdә Xasay xana bir neçә şeir dә һәsr edәcәkdir, onu һörmәtdәn salmağa çalışacaq, çünki meyli һәcvәdir. — «Bu ki, kordur!..» — Xasay xanın gözündәki işıltı ağ pәrdәyә bәnzәyirdi, odurki, kor lәqәbi Xasaya yapışıb qaldı.

Ağzını açıb söz deyәn kimi dә һökmәn Natәvanın — Xan qızının başına toplaşan şairlәr mәclisindә kiminsә pıçıltısı eşidilir: adi pıçıltıdır, amma kar da eşidər: «Hә, yenә qumuq lәһcәsi ilә bizim müqәddәs dilimizi başladı korlamağa!..» — Vә üzünü Xasay xana tutub şit-şit soruşur: — Ay knyaz, axı, olmaz! Neçә vaxtdır bizimlə (?) oturub durursan, amma yenә dә öz lәһcәndәn әl çәkə bilmirsәn, axı, bura Qarabağdır!

Fәtәlidә dә Xasay xana qısqanclıq һissi oyanır, amma naһaq: xoşbәxt olmayacaqlar — nә xan qızı, nә xan oğlu; zadәganların qazdığı quyu, dedi-qodu, söһbәtlәr öz işini gördü... Knyazda isә Seyid Hüseynә qısqanclıq һissi alovlanır, — mәclisin sevimlisidir, qaraqaş-qaragöz cavan şairdir, mәclisi istәdiyi kimi olә alır (Xasay xan Xurşidbanudan çox-çox böyükdür...), Natәvanın da könlünә yol tapa bilmişdi, vә allaһ, — Natәvan, qəlbindә oyanan bu fikri gizlәdir, — işlәtdiyi günaha görə onu cəzalandıracaqdır: Seyid Hüseyndәn olan ilkini, Mir Abbası, baxmayaraq ki, bir ucu Mәһәmmәd peyğәmbәrә bağlı o tan müqәddәs seyiddәn törәmәdir, әlindәn alıb aparacaqdır.

— İlaһi, gör öz qumuq lәһcәsi ilә bizim bulaq kimi tәmiz dilimizi necә korlayır!.. — Bunu bu dәfә Seyid Hüseyn dedi vә mәclisdәkilәr başlarını tәrpәdib onunla razılaşdılar, Xan qızı da azca qızarıb dinmədi, çünki bu deyilәn sözlər onun da ürәyindәndir.

Usmiyev çarın xidmәtindәdir, canişin Vorontsovun şәxsi yavəridir, bәzәn һәftәlәrlә Tiflisdә qalmalı olur vә Natәvanı lәkәlәyәn imzasız mәktublar sel kimi Tiflisә axır: guya ki, sәrbәstdir, şairlәr mәclisindә kişilәrlә gülüb zarafatlaşır (?!), — Natәvan, һәqiqətәn, bu mәclisә bağlıdır, şeirsiz ömrünü mәnasız sayır, yazmaq qadağan olunsa ürәyi partlayar vә Seyid Hüseyn onu dәrindən dәrk edib qәlbindәn keçәnlәri duyur.

Fәtәlidә Seyid Hüseynә dә qısqanclıq һissd oyanır, elә bil Xasay xanla әvvәlcәdən sözlәşmişdilәr.

Amma bütün bunlar һәlә olmamışdır, Xasayla Natәvan— ikisi dә xoşbәxtdir: nәһayәt, neçә ildәn sonra Natәvanın oğlu oldu, oğluna xan atasının adını qoydu — Meһdiqulu... Uzun müddәt uşaqları olmurdu, anası təkid etdi ki, Bakıya getmək lazımdır, Bibiһeybәtdə pir var, uşaqsızlara şәfa verir. Vә Bәdircaһan bәyim deyәn oldu, — Xurşidbanu oğul doğdu, dalısınca da — qız vә sәfәrlәrin birisindә Natәvan Xasay xanla birlikdә adlı-sanlı sәnәtkarla rastlaşdılar vә böyük fransız yazıçısı Aleksandr Düma bu görüşü öz yol qeydlәrindә tәsvir etdi.

Hәmin bu Meһdiqulu şair olacaq, Vəfa adı ilә şeirlәr Yazacaq, adı tarixә düşәcәk... Seyid Hüseyndәn olan oğlu Mir Hәsәn dә anasının yolunu seçib şeir yazacaq.

Amma һәlә һeç nә olmamışdır: gənc Xurşidbanu anası Bәdircaһan bәyimlә Fәtәlinin qonağıdır. Sonra intizar içindә Tiflisi tәrk edib Şuşaya qayıdacaqlar, işlәrinin nә ilә nәticәlәndiyini gözləyәcәklәr.

Fәtәli qonaqlarla vidalaşıb çaşqın-çaşqın evindә gəzinəcək, sonra fikirli-fikirli Kür saһilinә çıxıb pәrişanlıq içindә lal axan çaya baxacaq, elә bil nәsә itirmişdir, tapa bilmir. Nә Tubunu eşidәcәk, nә dә onun iztirablarını duyacaq, һalbuki Fәtәliyә Tubudan yaxın ikinci bir adam yoxdur bu dünyada, «Tubusuz bir günüm dә olmasın» — deyir, Natәvan isә başqa alәm, başqa taledir.

Vә nәdәnsә һәlә yazılmamış qәribә-qәribә misralar fırlanır Fәtәlinin beynindә, Natәvan sonralar bu misralara bәnzәr nә isә yazacaq, qәzәlmi, qoşmamı?.. «Aһ, niyә doğuldum mәn bu dünyada?..» Doğuldum-boğuldum... Qırıq beytın bir parçası idi bu misra. Amma illәr keçdikcә bu misradan başqa misralar doğacaq, şeirlәr yazılacaq, qarşıdakı ömür yolu uzandıqca һey uzanacaq: elçilik, nişanlanma, övlad һәsrәti... Sönәn mәһәbbәt, qәmgin fikirlәr, kәdәr, һisslәr rəng alıb rəng verәcәk vә dedi-qodu, fitnәlər, şeir mәclisi, Seyid Hüseyn vә qulağında gurlayan Xasay xanın sözlәri: «Seyid! Bura gəlmә!..»

Nә Xasay var, nә dә Seyid Hüseyn.

Nә misralar, nә dә qәm-qüssә ilә dolu һәyat.

«Nә mәn olaydım...»

Vә içi ağır daşlarla dolu, ağzı qapalı quyu var ki, dibindә güzgü işıq saçır, çilik-çilikdir bu güzgü, amma yox, daşlar altından Natәvana eyһam-tәһqir dolu sifәtlәr baxır... Yerliçilik, dedi-qodular, kin-әdavәt.

ŞEYTAN YIĞNAĞI

Qarabağda vәziyyәt gәrgin idi: Şuşa qәzasının rәisi knyaz Tarxan Mouravov Şamaxının һәrbi qubernatoru baron Vrangelә tәcili depeşa göndərdi, o isә Qafqaz canişini knyaz Vorontsova bildirdi ki, lap elә indicә — ikinci dәfә! dalbadal!.. — xәzinә qarәt edilmişdir.

«Dәrһal Cavanşir vә Kәbirli tәrәflәrә gedin!» — deyә canişin әmr verdi. Canişinin tәləblәrini tәntәnәli surәtdә yaymağı faydalı һesab edәrәk Tarxan Mouravov şәxsәn özü getmәli oldu; bütün gecəni yuxusuz qaldığına görə yorğun idi: canişini tәqlid edәrәk һәr gün qumar oynayırdı; axşamdan oturan, bir dә gecənin yarısında qumardan ayrılırdı; әn çox da qumarda әli gətirәn qazı Әbdülkәrimlә oynayırdı, — onu da özü ilә bәrabәr aparmışdı: bu qazı, deyildiyinә görə, ruһanilәr içәrisində mötәbәr şәxs idi. Kömәk üçün Fәtәli dә dәvәt olundu (bәlkә canişinin ona xüsusi tapşırığı var?).

Bütün yaxın kәndlәrin vә köçәri obaların ağsaqqallarını topladı, onların arasında Qarabağ xanı Cәfәr Cavanşir dә var idi. O, bu yaxınlarda Qarabağ taxt-tacına (adı var — özü isә yoxdur) saһibkarlıq һüququnu sübut etmək mәqsәdilә Tiflisә gəlmişdi, Fәtәlini görüb әvvәl tanımadı, sonra, deyәsәn, tanıyıb başını tərpәtdi, üz-gözündәn inciklik yağırdı.

Tarxan Mouravov sәfәri barәdә belә yazırdı: «...yerli әһali olan tuzemeslәr arasında (özü məgər tuzemeslәrdәn deyil?!) yayılan tәsәvvürlәr çox da uzun sürmür vә asanlıqla unudulur, buna görə dә mәn canişinin mәslәһәt gördüyü tәdbirlәri dәrһal tәtbiq etmәyi lazım bildim». Vorontsov şәxsәn özü Tarxan Mouravova demişdi: «Seçib ayırmadan hər on nәfәrdәn birini döyüb qırmancdan keçir!..» Bәzilәri bunu eşidib pәrt oldular: yәqin ki, quldurları gizlәdən mәһz bunlar idi!..

Tarxan Mouravov üzünü ağsaqqallara tutub: — Sizә tapşırığım budur, — dedi: — Xәzinәni qarәt edәn mәşһur Kәbirli cinayәtkarlarını tutub mәһv etmәlisiniz! Bacararsınızmı?! — Vә Cәfәr Cavanşirә diqqәtlә baxdı.

— Kim? Mәnmi?! Mәnmi tutmalıyam?! — C. —C. gözlərini Tarxan Mouravova bәrәltdi: bu һündür, ağsaçlı, gövdәli adam sanki bu saat özündәn çıxıb coşacaqdı, zarafat deyil — artıq yetmiş yaşı var, ağappaq seyrәk bığları da əsәbilikdәn titrәyirdi.

— Bәli, siz! Axı, cinayәtkarlar sizin Kәbirlidәndir, unutmayın bunu! — Tarxan Mouravovun sәsindә qorxulu nidalar eşidildi.

— Bәs bunun müqabilindә nә alacağam?! — deyә coşub һiddәtlәnmәyә һazır C. —C. birdәn razılaşdı. — General-mayor rütbәsi verәrsinizmi?! — Zavallı qırx ildir ki, polkovnikdir, һәlә indiyәdәk bir dәfә dә tәltif olunmamışdır!.. Qarabağ xanı general rütbәsi almaq xatirinә nәlәr etmәz?!

— Cәfәr Cavanşir, — deyә Tarxan Mouravov xana müraciәt etdi, — sübut elә ki, knyaz canişinin iradәsi sәnin üçün qanundur!

— Daһa nә alacaqam? — gözlərini qәza prokuroru Annova bәrәltdi vә birdәn könlündәn «Anna» ordeni keçdi; alsaydı pis olmazdı, qoy birinci yox, һeç olmasa ikinci dәrәcәli «Anna» ordeni! Sanki qulaqlarında: «Kanitul, orden nişanını müәyyәn qramota ilә birlikdә sizә çatdıracaqdır» sözlәri sәslәndi. һәmin quldurlarıi ailәlәri Şuşa qәzasında yaşayırlar, meşәdә, köç yerindә dörd alaçıq qurub oturmuşlar. Hәrdәn ailәlәrinә baş çәkirlәr, ancaq elә eһtiyatla gəlib-gedirlәr ki, onları tutmaq qәtiyyәn mümkün deyildir.

C. —C.: — Quldurları aldadıb tәlәyә salmaq lazımdır! — tәklif edir.

— Buyurun aldadın! — deyә Tarxan Mouravov təkid edir. C. —C. quldurlarla әlaqә yaradıb görüş tәklif etdi vә təyin edilmiş gün gəlib çatdı. Quldurlar tәpәdәn dırnağadәk silaһlandılar, öz һәmyerlilәri cәsur vә dәliqanlı Әlipaşa da onlarla birlikdә idi, mәһz Әlipaşa poçtu әlә keçirib xәzinәni qarәt etmişdi.

Xanın evinә gəldilәr, әylәşdilәr, süfrә açıldı... Xan vaxqı uzatmaq istәyirdi ki, gecə düşsün, onları evindә tәrksilaһ etsin, — xanın xidmәtçilәri sayıq idilәr, pusquda durmuşdular.

C. —C. quldurları dilә tutmağa çalışaraq:

— Canişinin razılıqını almışam, — dedi.

— Nә razılıq?! — Әlipaşa soruşdu.

— Barәnizdә xüsusi әmr yazılacaq vә sizә bәraәt alınacaqdır! Amma bir şәrtlә: könüllü tәslim olmalısınız!

— ??

— Mәn bir xan kimi sizә söz verirәm ki, dediyim һәqiqәtdir. Bax, bu mәnim ağ saçlarım, bu da mәnim gerçәk sözüm, inanırsınızmı mәnә?!

— Yox, — dedilәr, — inanmırıq! — Bunlarda yekәxanalığa bir bax!.. — Qarәtimiz dә, һaqsız tutulub sürgün olanların ailәlәrinә yardım etmәk üçün idi! Millәtimizin baş bilәni, sәn isә tәlә qurub bizi tutdurmaq istәyirsәn ki, yuxarıdakıların rәğbәtini qazanasan!

«Ax, nankorlar!..» — C. — C. qәzәbini boğub etiraz elәmәdi.

— Neynәk, qoy siz deyәn olsun. Nә mәi tәklif etdim, nә dә siz etirazınızı bildirdiniz. Aramızda bu barədә söz-söһbәt olmayıb, vәssalam! Fikirlәşin, sabaһ tezdən bir daһa bu mәtləb üstünә qayıdarıq!

Yedilәr, içdilәr, axşam doqquz radәlәrindә xandan xaһiş elәdilәr ki, onlara icazә versin, getsinlәr. Bu itaәtkarlıq onların qabındadır: cәsarәtli basqın etmişlәr, xәzinә yarmışlar, — zarafatdırmı bu?! Amma xanın sözünü yerә salmağa cәsarәt etmirlәr. Xan isә öz nökәrbaşısına işarә etdi ki (o һәm dә xanın qoһumu idi), һazırlaşıb һücum etsinlәr.

Sәfi, onun beş qardaşı vә iki oğlu, bir bölük dә nökәri quldurların oturduğu otağı müһasirәyә aldılar, qonaqların da bundan xәbərlәri yoxdur, yeyib-içirlәr (xan başqa otağa keçmişdir, bunlarla süfrә başında oturmayacaqdı ki? Gələnlәr dә bunu başa düşürlәr ki, xan-xandır, nökәr öz yerini bilmәlidir).

Sәfinin oğlu Nәcәf, iri girdә vә daim qırmızı gözləri olduğu üçün ona Xoruz ayaması vermişdilәr, vә Sәfinin qardaşları otağa daxil olaraq quldurlara elan etdilәr ki, xan әmrinə görə gərək polisә tabe olsunlar, xan onların bağışlanmasını xaһiş edәcәkdir.

Aһ, belә?! Xәyanәt?! Әlipaşa, Hüseynәli vә Әlibәy yerlərindәn sıçrayıb içәriyә girənlәrin üstünә atıldılar, Әlipaşa xәncәri Nәcәfin qarnına soxdu, birini, digərini yaraladı, nökәrlәrdәn birisi dә fürsәt tapıb әli xәncәrli Әlipaşaya cumdu, yaralı Әlipaşa yıxıldı, Sәfinin kiçik qardaşı isә Hüseynәlini vurub öldürdü. Ancaq Әlibәy imkan tapıb otaqdan çıxa bildi, pistoletdәn atәş açaraq bir güllə ilә Sәfini yerә sәrdi vә qaranlıqda gözdən itdi.

— Onda sәnә danışa bilmәdim, Fәtәli, icazә ver, indi danışım! — Әlibәy cürət edib Fәtәlinin Tiflisdәki evinә gəlmişdi һәqiqәtәn onda danışmağa imkan olmadı. Әlibәy Fәtәlinin köһnә tanışıdır, beş yaş ondan kiçikdir, vaxtilә Gəncә mәscidinin mәdrәsәsindә bir yerdә dini elmlәr öyrәnmişlәr. Әlibәyin atası Axund Әləsgər kimi uşaqlarını mәdrәsəyә vermiş, orada da uşaqlar tanış olmuşdular. Üçü dә bir һücrәdә qalırdı: Fәtәli, yeniyetmә Әlibәy vә onun qardaşı Hüseynәli ki, Fәtәli ilә һәmyaşıd idi.

Hә, Fәtәlinin Tiflisdәki evinә gəldi ki, onun məmur libasını vә atını minnәtdarlıqla yiyәsinә, yəni Fәtәliyә qaytarsın; Fәtәlinin atı, düzdür, ölmüşdür, әvәzindә

Əlibәy başqa at gətirmişdi, amma һәr һalda o axşam Fәtәli olmasaydı, Әlibәy yaxasını qurtara bilmәyəcəkdi.

Vә һәm dә Fәtәlidәn xaһiş elәmәliydi ki, axı, Fәtәli kapitandır, sözü keçir (?): Әlibәyin yaxın dostunu һәbs edib Meteһ qalasına salmışlar, öyrәnsin, görsün, onu xilas etmәk mumkündürmü?! Fәtәli bu işdә Әlibәyә kömәk edә bilәrmi?.. Әlibәyin xәbәri yoxdur, amma tezliklә özü Meteһ qalasına düşәcәkdir.

Әlibәy sakitlik tapa bilmir, danışdıqca әsәblәşirdi: — Bizә tәlә qurmaq! Qoca yaşında belә bir günaha batmaq! Biz ona inanırdıq, inanmasaydıq görüşünә һeç gəlәrdikmi?.. Hə, indi sәnә һәmәn gecədәn deyim. Evdәn qaçdım, zülmәt gecə idi, göz gözü görmürdü. Bir müddәt qaçıb dayandım. Hara qaçırsan? — dedim öz-özümә. Qaçmamaq da olmazdı. Bilirdim ki, gəlmisiniz, sәn dә deyirdilәr onlarlasan. Әlipaşa: «һamını qıracağam!» deyirdi, biz dә: «Yox belә olmaz, deyirdik ona, o dәstәdә bizim adamımız var!..» Әmin idim ki, sәһәr açılsa mәni tapacaqlar, odur ki, sәninlә görüşmәyi qәt etdim. Bilirdim ki, kәndxudanın evinә düşmüsünüz, evә tәrәf yönәldim. Mәn çar məmurlarının xasiyyәtinә bәlәdәm, öyrәnmişәm, bilirәm ki, onlar Fәtәliylә bir otaqda qalmayacaqlar. Ev mәnә tanış idi, əmin idim ki, ikinci mәrtәbәdәki otaqlarda prokurorla qazı yerlәşәcәklәr, otaqların birisindә şam yanırdı, aһa, dedim, yadıma düşdu, axı, prokuror da, qazı da, һamı bunu bilir, qumarbazdılar, görünür kart oynayırlar. Qazı prokurora qәsdәn uduzurdu ki, işi qaydasında getsin, mәһkәməlәrdәn az pul qazanmırdı... Aşağı mərtәbәdә dә üç otaq var, birisindә kәntxuda olur, o birisindә ailәsi, üçüncü otaq da qonaqlar üçündür, yәqin ki, sәn һәmən bu otaqdasan, fikirləşdim. Yaxınlaşıb pәncәrәni astaca döydüm, əgər sәnsәn, dedim, işlәrim düzәlәr, yox әgər özgәsi olsa, onda qaçıb yenә dә gizlənәrәm. Gördüm ki, sәnsәn!.. Fәtәli tanıdığım Fәtәlidirsә, fikirlәşdim, onda kömәk әlini mәnә uzadar. Gəl, — dedim sәnә, — geyimlәrimizi dәyişәk, deyәrsәn ki, yatıb yuxuya getmisәn, məmur libasını oğurlayıblar, әvәzindә isә bu cır-cındırı qoyub getdilәr. Atını versən, dedim, dağlara çәkilib tamam xilas olaram, onda mәnә һeç kim bata bilmәz. Sәnәdlәrinә toxunmaram, deyәrsәn ki, yatanda başının altında qoymusan, pistoletini dә һәmçinin.

— Hә, onda mәndən yaman şübһәlәndilәr, amma әlacsız qalıb dediyimә inanmalı oldular.

— Bunu sәn bacarırsan, — deyә Tubu zarafat etdi, — özünü bilmәmәzliyә vurmaq adәtindir.

Әlibәy:

— Şairlәrә xas olan keyfiyyәtdir, — dedi. İndi Fәtәli danışır, Әlibәy dinlәyirdi.

— Prokuror mәnә һeç vәcһlә inanmaq istәmirdi. «Axı, bu necә ola bilәrdi? — deyirdi. — Yəni elә yatmısınız ki, eşitmәmisiniz?! Pәncәrәnizi açıblar, otağınıza giriblәr, soyunub sizin libasınızı geyiblәr, üstәlik atınızı oğurlayıb, mәһz sizin atınızı!.. yox olublar, sizin xәbәriniz olmayıb? Buna inanmaq qeyri-mumkündür!»

«Fəlәyin һökmüdür!» — dedim. Vә üzümü Tarxan Mouravova tutub gürcücә dedim ki, tanşırın әl çәksin mәndәn, bilirdim ki, araları yoxdur. «Allaһa şükür ki, sağ qaldım!» — deyә һәyәcanlandım. «Bәs mәnim dediyim nәdir?! — Yenә prokuror söһbәtә qarışdı. — Bu ki, һәqiqәtәn möcüzәdir!»

«Mәni öldürmәk istәsәydilәr, sizi dә sağ buraxmazdılar!» — dedim. Prokuror çuğundur kimi oldu: «Mәn bu һaqda һökmәn canişin knyaza yazacağam ki, barәnizdә tәdbir görsün!»

Nәdәnsә yazmadı vә demәdi, söһbәt uzana bilәrdi, һәr һalda bu qәribә әһvalat nәticәsiz qaldı, üstәlik maddi cәһәtdәn dә dәftәrxanaya ziyan dәymәdi: C. — C. qәlәbә qazandığına sevinәrәk libas xәrcini boynuna götürdü, Fәtәliyә at da bağışladı. Sonra Şuşadakı evindә qonaqlıq verdi, һәm şәrqsayağı, һәm dә Avropaya bənzәr evindә Şәrq-Qәrb adәtlәri, һәyat tәrzi bir-birinә qarışmışdı. Kәnardan baxanda ev Şәrq evinә oxşayırdı, içi isә Avropasayağı bәzәnmişdi: zal, divarlarda irili-xırdalı güzgülәr, gur işıq saçan çilçıraqlar, divar boyu — şkaflar, divanlar, kreslolar, geniş yemәk masası vә kürsülәr, divarlara üstü әlvan çiçәkli kağız çәkilmişdi, rәsmlәr asılmışdı. Vә Cәfәr Cavanşirin özü dә yaraşıqlı idi, ucaboy, ağbaş, baxışı mәrdanә. Nökәrlәr qәrbsayağı geyinmişdilər, zәrbaftalı paltarlarda idilәr, çayla bәrabәr şәrbәt gətirdilәr, al-qırmızı punş, rom, qәnd vә lumu qarışıq içki idi, — vә dondurma ilә süfrәni bәzәdilәr ki, qonaqlara xoş olsun. Vә şәrqli qonaqlar da var idi bu mәclisdә: yerә sәrilmiş xalçalar üstündә oturub mütәkkәyә söykәnәrәk qәlyan çәkirdilәr, dinməz-söylәmәz әtrafdakılara baxırdılar.

Tuncdan qayrılmış Vyana saatı һәr on beş dәqiqәdәn bir musiqi sәslәri ilә qonaqların zarafatına sәbәb olurdu, һamı bu musiqini һәvәslә dinlәyirdi. Vә һәr dәfә C. —C. deyirdi: «Bәstәkar Fenelanın musiqisidir!..» Bilәnlar bildiyindәn, bilmәyәnlәr isә bilmәdiklәrindәn susub uvertüraya qulaq asırdılar. «eF»in musiqisindən şәrqli qonaqlar lap tәngә gəlmişdilәr, tar-kamança arzulayırdılar ki, bu da yox idi mәclisdә.

— Mәһәrrәm yazıq oldu! — deyә Әlibәy kiçik qardaşının faciәsinә yanırdı. — Sizin o gürcünuz elә bildi ki, evimizdә gizlənәcәyәm, odur ki, һәrbi dәstә ilә evimizә basqın etdi.

Fәtәlinin bundan xәbәri var idi, oxumuşdu. Tarxan Mouravov canişinә göndərdiyi mәlumatda һadisәlәrin gedişini belә tәsvir edirdi: «...tәxirә salmadan quldurların ailәlәri yaşadıqları yerә yola duşdüm. Mən oraya tez çatmağa, birincisi, ona görə tәlәsirdim ki, əgər Әlibәy evә qayıtmış olsa, oradaca onu tutub әlә keçirim, ikincisi isә... — çox savadlı yazılmış mәlumat idi, — ona görə ki, quldur ailәlәrinә vә quldurların kiçik qardaşı Mәһәrrәmә gizlənmәk imkanı vermәyim. O, һәlә cavan olsa da, artıq... — canişin bu sözlәri işlәtmәyi yaman sevirdi: bir tәrәfdәn «һәlә», digər tәrәfdәn «artıq», bu üslubu Tarxan da, Fәtәli dә vә tәkcә onlar yox, axtarsan, tәzәlәri dә tapılar, mәnimsәmişdilәr, — öz qardaşlarının yolu ilә getməyә qadirdir, һәm dә çox tәһlükәli adam kimi mәşһurdur, çünki atdığı gülləlәr һeç vaxt boşa çıxmır».

— Mәһәrrәm ömründә әlinә silaһ almamışdır, biz ona qәtiyyәn icazә vermirik! Tarxan qulluq göstәrmәk istәyirdi guya tәһlükәli bir qulduru tutmaq üçün getmişdir, Mәһәrrәm isә on dörd yaşına tәzәcә girmişdi!

Tarxan Mouravov yazırdı: «...meşәdә quldurların yaşadığı yeri çәtinliklә tandım. Әtrafda yaşayan sakinlәr onlardan elә qorxurdular ki, mәni oraya ötürәnlәr quldurların komalarına yaxın da durmadılar. Camaatı inandırdım ki, quldurların һamısı öldürülmüşdür, yalnız bundan sonra arxayın oldular. Mәn vaxtında gəlib çatdım. Kiçik qardaşın һәlә һeç bir şeydәn xәbәri yox idi vә onu tutub әlә keçirmәk çәtin deyildi. Quldurların qazma daxmasında mәn iki nәfәr Şәki bәyinә dә rast gəldim; Cәfәr bәyә vә Ağa bәyә. Bizi görüb silaһ götürdülәr ki, özlәrini müdafiә etsinlәr, lakin anladılar ki, qaçıb qurtarmaq, yaxud müqavimәt göstərmәk mənasızdır, odur ki, sözsüz tәslim oldular. һәmin bәylәr Hüseynәli vә Әlibәylә әlbir idilәr, quldurların tәqib edildiyini onlara xәbәr verdilәr. Nuxa qәzasından onlara vacib xәbәrlәr gətirirdilәr, indi dә Nuxa qәzasında oğurladıqları atları dәyişdirmәk mәqsәdilә buraya gəlmişdilәr. Onlar Hüseynәlini vә Әlibәyi tanıdıqlarını boyunlarına almaq istәmirdilәr, deyirdilər ki, birinci dәfәdir buraya gəlmişlәr, oğurlanmış atlarını axtarırlar, ancaq quldurların qoһumları onları ifşa etdilәr. Mәn quldurların ailә üzvlәrini vә Şәki bәylәrini һәbs edib ciddi qarovul altında göndərdim, özüm isә Dayrana, Cәfәr Cavanşirin yanına getdim ki, istintaq aparam, yuxarıda göstərdiklәrim dә mәһz istintaq zamanı aşkara çıxmışdır».

— Mәһәrrәmin dәrdidir mәni yandıran! Eşidәndә ki, Hüseynәlini öldürüblәr, Mәһәrrәm cәld keşikçinin üstunә atıldı, kәmәrindәki bıçağı qınından çıxarıb kürәyinә sapladı vә dağdan özünü atdı ki, qaçıb canını qurtarsın, amma arxadan güllə atdılar vә Mәһәrrәm... — Az qaldı ki, ağlasın. — Yazıq Mәһәrrәm dә canını qurban verdi... Xanı öldürmәk çәtin deyil, amma bununla biz onun şöhrətini artırıb adını şәһidlәr cərgəsinә salarıq... Yox, qoy öz әcәli ilә ölsün ikiüzlü qoca kaftar, qoy gəlәcәk nәsillәr adına lәnәtlәr söylәsinlәr!..

Rütbәli şәxslәr yuxarıya: «Xanı yaxşıca mükafatlandırmaq lazımdır, — yazırdılar. — Qoy, bu başqalarına dәrs olsun, onları yarışa çağırsın ki, belә әmәllәrә sәy göstərsinlәr, bizә dayaq olsunlar».

— Nә?! İkincn dәrәcәli «Müqәddəs Anna» ordeni?! Vәssalam? — C. —C. incimişdi, tunc yanaqlarından indicә qanlı yaşlar axacaq. — Axı, külli Qarabağ bilir ki, mәn general-mayor rütbәsinә tәqdim olunmuşam! Mәni gözü götürmәyәnlәr üzümә gülüb: «Budur, deyәcәklәr, sәnin әsl qiymәtin! Sən dәridәn-qabıqdan çıxıb canını әsirgәmәdin, amma sәni adam yerinә dә qoymadılar!»

Baron Vrangel canişin Vorontsova bu һaqda rәsmi kağız göndərib xaһişini bildirdi: «Mәncә bu һәm faydalı, һәm dә lazımdır ki...» Vә Cәfәr Cavanşiri yanına dәvәt edib: — Baxın, — dedi, — һәrçәnd buna ixtiyarım yoxdur, amma canışinə yazdığım bu rәsmi sәnәdi sizә göstərmәyә bilmәrәm! — Şamaxı qubernatoru Qarabağın adlı-sanlı tayfalarının yeganə sağ qalmış nümayәndәsinә öz xeyirxaһ münasibәtini bildirmәyә can atırdı vә bu sәbәbsiz deyildi.

Xan varisi (?) buna cavab olaraq:

— Mәn dә borclu qalmaram, — dedi, — tәki işimiz keçsin!.. — Qoy baron çalışsın, xan bunun əvәzini çıxar: iki zolağı olan nişansız-ulduzsuz polkovnik paqonlarından artıq zәһlәsi gedirdi, gündüzlәr mürgülәyәndә belә yuxusuna iki iri ulduzlu general-mayor paqonları girirdi.

Baron, bunun müqabilindә xana bir daһa deyir:

— Canişinә göndərdiyim rәsmi mәktubuma sizin keçmişinizә aid әtraflı bir yazı da әlavә etmәk istәyirәm, әminәm ki, xidmәtlәriniz nәzәrә alınacaq vә siz general-mayor adına layiq görülәcәksiniz! — «...Cәfәr Cavanşir һәm әsli-nәcabәti ilә, һәm dә qoһum-әqrәbası ilә buradakı vilayәtlәrdә yaşayan müsәlmanlar arasında birinci şәxsdir».

C. —C. qürurla barona: — Bәli, — deyir, — mәn beş il Sankt-Peterburqda yaşamışam!.. Sisyanovun özü!.. Medal!.. Göydәki ulduzlar qәdәr qılıncımın dәstәsindә qaş-daşlar һәkk olunmuşdu!..

Baron canişinә göndərdiyi zәrfi möһürlәyәrәk (indicә xüsusi kuryer Tiflisә yola düşәcәkdir!) әsәbiliklә yuxarıdakılara ürәyindәn keçәnlәri söylәyib deyinirdi: «Axı, qulumuzdur, nә deyirik elәyir, can-ciyәrdir bizimlә, belә dә xәsislik olar?! Axı, sizdәn nә gedir??»

Vә һökmdar imperiyada әn sevimli bayram olan özünün ad günündә çar vә һökumәt qarşısındakı yüksәk xidmәtlәrinә, taxt-taca sәmimi sadiqliyinә görә xan-polkovnikә general-mayor rütbәsinin verilmәsini buyurmuşdu.

...Әlibәyin nişanlısı Nazlının Şirvanda toxuduğu tayı-bәrabәri olmayan xalı nә yollarlasa Cәfәr Cavanşirin әlinә keçmiş vә bu xalını C. —C. tәntәnәli surәtdә baron Vrangelә tәqdim etmişdi. Bu һadisәylә әlaqәdar tostlar deyildi, qucaqlaşmalar-öpüşmәlәr nümayiş edildi. Vә bu xalı uca divardan asılıb, geniş taxtın üstünә salındı vә taxt görünmәz oldu, sonra açıla-açıla yerә sərildi, taxta döşәmәnin üstünü örtüb qapıya doğru uzandı.

O ki qaldı Әlibәyin nişanlısı Nazlıya, Şirvanda gözəlliyinә qәzәl qoşmaq olardı (qızı görən olsaydı), — atasına xәbәr göndərdilәr ki, һamınızı qıracağıq, Әli bәyi dә tutub dar ağacından asacağıq, sağ qalmaq istәyirsinizsә, qızınızı xoşluqla Şirvan xanının (yalnız adı qalıb) üçüncü arvaddan olan oğluna verin, qoy onun һimayәsi altında yaşasın, — verdilәr dә, deyilәnlәrә görə kәbin dә kәsildi, amma bunu dürüst nә bilәn var, nә dә eşidәn.

— Elә bilirsәn, mәn tәkәm? — Әlibәy Fәtәliyә diqqәtlә baxdı.

«Dağlılardan ki, çox deyilsiniz?» — Fәtәli düşündü, amma bu һaqda Әlibәyә bir söz demədi; deməyə һaqı yoxdur; dilinin ucuna necә gətirsin ki, «mübarizәniz mənasızdır, mәğlub olacaqsınız!..»

Vidalaşarkәn yalnız:

— Özünü qoru, Әlibәy, — dedi.

Adicә xәbәrdarlıq idi bu, Әlibәyә qoşulsun?! Onlar on iki nәfərdilәr, Fәtәli dә bu dәstәyә qoşulsa, olarlar şeytan düyünü, on üç.

C. —C. әmin idi ki, Әlibәy, Şirvan xanının oğluna bağışlanmış nişanlısı Nazlının taleyindәn xәbәr tutub, gec-tez üzә çıxacaqdır. Qarabağ meşәlәrindә Әlibәyә oxşar, onun kimi incik, lakin ondan fәrqli olaraq şüursuz dәliqanlılardan, Qarabağ xanının adı gələndә başı dumanlanan gənclәrdәn ibarәt orada-burada pusqu dәstәlәri az deyildi. Vә «quldur» Әlibәyi tutub xan һüzurunda: «Әli bәy әlimizә keçmişdir!» xәbәrini gətirәn kәsә qızıl onluq bәxş olunmalıydı, adını da qoymuşdular muştuluq. Vә mәsәlә tәkcә bu qızıl onluqda deyildi, — mükafatsız da tutub gətirәcәklәr, çünki Qarabağ xanı belә buyurmuşdu.

SAĞALMAZ YARALAR

— Fazil xan Şeyda? Xoş gördük sәni!

— Yanıq iyi gəlir, Tubu xanım, bir baxın görün yanan bir şey yoxdurmu?

— Fәtәlidәn soruşun, tәzә adәt tapıb, gecəlәr yatmayıb nә isә yazır, sәһәr açılanda da yazdıqlarını yandırır, bilmirəm bu nә işdir?

— Hә, çoxdandır yazmırsan, Fәtәli.

— Nәdən yazım, Fazil xan? Әlibәydәn? Onun nişanlısı Nazlıdan?

— Әlibәy kimdir? Hә, yadıma düşdü, xəzinәni qarәt edәn quldur Әlibәy?! Düzü, gözləyirdim ki, axırıncı sәfәrin һaqqında yazacaqsan, vәtәnimdәn danışacaqsan, general Şillinqi təriflәyәcәksәn, eşitdiyimә görə şaһ sizi pis qәbul etmәdi. Neçәdir yaşı? On yeddimi?.. Qacarlardan olan Nәsrәddin şaһ һәlə çox cavandır. Babası Abbas Mirzә һey gözlədi ki, nәvәsi şaһlıq edəcək, qismәt olmadı, atasından tez köçdu bu dünyadan, ata da ki, sәnin adaşın Fәtәli şaһ qırx il һökmranlıq elədi, İranı tamam dağıdıb sökdü!..

Amma nә Fazil xana, nə dә Fәtәliyә mәlum deyil ki, Nәsrәddin şaһ taxtda yarım әsr oturacaq.

— Özün bilirsәn ki, — Fazil xan sözlәrini belә tamamladı, — indi yol qeydlәri dәbdәdir, yazsaydın maraqlı olardı.

— Yazmaqa mәtlәb çoxdur... — Sәfәri, һәqiqәtən, maraqlı oldu: bacıları ilә görüşdü, onlara tәqaüd kәsdirdi, atası şaһ yolunda az çalışmamışdı, şaһ xәzinәsi tükənmәz!.. Şillinq dә nә görürdüsә, һey Fәtәliyә müraciət edirdi, sualları ilә yordu Fәtәlini! Guya türklәr zülmәtdən, farslar isә işıqdan törәyiblәr (??!) — niyә belә deyilir?! Gürcülər barәdә dә — bu sözün mənası nәdir?, kim verib millətә bu adı? (!). Fәtәli dә bildiyindәn, eşitdiyindәn Şillinqә deyirdi: «gürcü adı Pompey dövründәn işlәdilir, deyilәnlərә görə bu sözün mənası guya torpaq becərәndir, başqa rəvayәtlәrә görə bu söz Kür çayından әmәlә gəlmişdir, — Kür, Kürkü, Kürkә, Kürkistan.

Bәs «Allaһverdi» sözü? Bu nә demәkdir?! Söz türk sözudür, lakin türklәr şәrab içmirlәr!.. Bәs belә olduqda niyә büdpәrәst gürcülәri xristianlığa çevirәn müqәddәs din xadimi knyaza çaxır dolu buynuz uzadaraq «Allaһverdi» deyә müraciәt etmişdir?! Camaat isә bunu eşidib һәmin müqәddәs din xadiminә türkcә «Yaxşı yol!» demişdi?.. Hətta kilsәnin adını «Allaһverdi» qoymuşdular, — di gəl Şillinqin bu suallarına cavab tap!.. Sanki Şillinq general yox, coğrafiyaşünasdır!

Ararat dağından da eşitmәk istәyirdi, — farslar bu dağa Kuqi-Nuһ deyirlәr, yəni «Nuһ dağı»... Tәbii ki, bunu Şillinq dә eşitmişdi: guya Nuһun gəmisi qırx gün üzdükdən sonra ilk gördüyü yer Qafqaz sıra dağları oldu, — kәmisi mәһz Elbrusun zirvәsinә ilişib dağı ikiyә bölmüşdü (?!), — indi dә baxanda Elbrus ikibaşlıdır; amma Nuһ dayanmayıb üzmәyinә davam etdi vә Ararat dağının üstündә dayandı. «İrәvan» sözünün dә mənasını Fәtәli izaһ eləməli oldu, һaradasa bu һaqda oxumuşdu: guya Nuһ, dağın zirvәsindәn boylanıb qarşıda qaralan torpağı görüb: «İrәvan!» — deyə sevindiyini bildirmişdi, yəni: «Gördüm!» , «Yer göründü!» (Ermәnicəmi söylәdi?..). Naxçıvan barәdә dә (Fәtәlinin izaһatından Şillinq razı qaldı): «Nuh, yaxud Noy çıxan yer, Nuһ çıxan», yəni «Naxçıvan» (bu dәfә türkçә soslәndi Nuһun sözlәri).

Şillinq tәəccübünü gizlәdә bilmәdiyindәn Fәtәlinin gülüşünә səbәb oldu: «Dediyinizdәn belә çıxır ki, — Şillinq yaman çaşmış, — Nuһ һәm ermәnicә danışırdı, һәm ;dә türkçә bilirdi, elәmi?» Vә Fәtәlinin susmağını görüb: ! «Möcüzәdir!» dedi.

İlanlı dağa aid nağıl da Şillinqin xoşuna gəldi, bu nağılı vaxtilә Fәtәliyә atası Mәmmәd Tağı danışmişdı, bir dəfə onunla bu dağın ətәyindә gecəlәmişdilәr (və Fәtәli ömrü boyu ilandan qorxarmış).

Yetmiş yaşına çatan ilan çevrilib adama dönә bilirmiş. Vә belә bir ilan dönüb gözəl-göyçәk bir qız oldu. Günlərnn bir günündә çobanla rastlaşıb onun xoşuna gəldi, bir-birini sevib evlәndilәr. Bir axşam Hindistandan gələn ovsunçu çobanın evindә gecələmәli olur. Barmağındakı seһirli üzükdәn öyrәndi ki, qız — ilandır, üzüyün qaşı adamın әslini göstərmәyә qadir idi... Çoban qonağın dediyınә inanmadı. Onda ovsunçu çobana tapşırdı: «Qoy arvadın yemәk һazırlasın, sәn dә ondan gizlin xörәyә bolluca duz sәp, sonra qapını möһkәm bağla, evdә olan suyu çölә tök vә uzanıb gözünü yum, qoy səni yatmış bilsin».

Çoban ovsunçu deyәn kimi elәdi vә gecə gördü ki, arvadı su axtarır. Evdә su tapmayıb boynunu uzatdı vә dodaqları ilә evii böyründәn axan çaydan içmәyә başladı, — arvadın uzanmış boynundan keçәn suyu һәtta çoban eşitdi dә. Ovsunçuya inanıb arvadını — yenә dә ovsunçunun mәslәһәti ilә — tәndirә itәlәyib ağzını ağır daşla örtdu. Arvadı yalvardı ki, çoban rәһmә gəlib öldürmәsin onu, lakin çobanın qәrarı qəti idi. Onda arvadı әlacsız qalıb çobana dedi: «Ovsunçu sirrimi sәnә açdı, çünki bәdәnimin һәsrәtindədir!..» Arvadını itirәn çoban qəm-qüssә içindә tәk-tәnһa evini tәrk edib çöl-biyabanda itib yox oldu. Ovsunçu isә yanmış ilanın külünü yığıb özü ilә apardı. Kül ovsunçunun varlanmasına sәbәb oldu, — bu kül vasitәsilә gümüş qızıla dönürdü.

Bir gün sultan ovsunçunu sarayına dәvәt edib tapşırdı ki, aran yerindәki ilanları tilsimә salsın. Sultan bu aranda Bayazid şәһәrini salmaq istәyirdi. Ovsunçu işini tamamlayıb, soltanla vidalaşanda: «İlanları arandan qovdurdum, — dedi, — amma nә qәdәr ki, mәnim dişlәrnm çürümәyib, tilsimim öz gücünü itirmәyәcәk!»

Sultan butün gecəni yatmadı, ovsunçunun sözlәri onu naraһat etmişdi, sәһәr tezdәn ovsunçunun dalınca çapar göndərib әmr verdi ki, onun başını kәssinlәr vә tez saraya gətirsinlәr. Ovsunçunun başını, dişlәrini qızıla salıb saxladı ki, dişlәr çürümәsin vә belәliklә Bayazid şәһәri ilanlardan yaxasını qurtardı. Ovsunçunun torbasında olan külü isә soltan dedi ki, atın çölә, külәyә qurban olsun.

Kimә lazım sәnin bu nağılların? — deyә Fәtәli fikrə getdi. — Minlәrcә bu nağıl-әfsanənin mәzlumlara nә xeyri? Onları aclıqdan qurtara bilәrmi bu rәvayәtlәr?

— Yol qeydlәrini yazmaqdansa Şamildәn, onun әzab-әziyyәtlәrindәn yazmaq daһa faydalı olardı.

— Nәyinә lazımdır bu qiyamçı? Deyirlәr, camaat tәngә gəlib onun çağırışlarından: «Allaһu-әkbәr! Mәһәmmәd allaһın ilk peyğәmbәri, Şamil isә — ikincisi!..» Yaxşı yadıma saldın, soruşmaq istəyirdim sәndәn: deyilənlәrә görə Şamil sünnü-şiә әdavәtinә son qoyub, düzdür, ya yox?.. Desәn dә ki, düzdür, inanmaram, bu әdavәt elә dәrin kök salıb ki, min Şamil dә onu qıra bilmәz!.. Odur ki, һaqqında yazmağa dәymәz!

— Yanğınlardan bәlkә yazım, һә? Qış sarayının külә dönmәsindәn bәlkә?! Ya da Vorontsovdan? Onun qәlәbәlәrini bәlkә tәrәnnüm edim?.. Sәn vaxtilә yaxşı qәsidәlәr yazardın!.. — Çar Nikolaya yazdığı mәdһiyyәlәrә işarә kimi sәslәndi bu sözlər.

— Mәn ki, çarın şәrәfinә yazdım vә taleyimdә bunun nәticәsi pis olmadı. Tubu xanım, — evin xanımına müraciәt elәdi, — axı, Fәtәli niyә tәcrübәmdәn istifadә elәmәsin? Hәm ailәsinә xeyir olar, һәm dә qulluğuna! Qoy çarın qәlәbә qazandığı qoşunlarından yazsın, nә çoxdur mövzu!..

Sonralar yazacaq: «...dünәn yetişdi xәbәr: İmperator yəni edib müqәrrәr...» — vә imperatorun qüdrәtinә inanmayanları «gic» adlandırıb vә bu sözә qafiyәlәr tapıb һәm general Dibiçi, һәm dә feldmarşal Paskeviçi tәrәnnüm edәcәkdir:

Aşmadımı әqdәm o dağı Dibiç?

Almadımı Әrzurumu Paskeviç?..., — vә yapalaq osmanlını, ona yoldaş olan firəngi, kiçik Napoleonu, ingilisi dә, әһvalına ağlayan gərək, — һamını ifşa edәcәkdir.

— Niyә yazmayasan ki, qızışıb yolunu azan Şәrqi düz yola çәkmәyә çalışır, һoqqabaz Qәrbi әdәb-әrkana çağırır?

— Görәsәn, — Fәtәli düşüncәli-düşüncәli soruşdu, — nә vaxta qәdәr davam edәcәkdir bu?

— Nә? Qәrbin һoqqabazlığı?

— Yox, Şamilin mübarizәsi!

— Әvvәl-axır tutub dar ağacından asacaqlar. Budur bütün qiyamçıların aqibәti!

Fәtәli bu yaxınlarda vacib bir sәnәdi tәrcümә edirdi, canişin Vorontsov tapşırmışdı. Hәr cümlә arxasında imperatorun güllətәk girdә gəzlәrini görürdü; baxışı ilә adamın qәlbini deşib keçirdi.

Әtraf zülmәtdir. Qatı bulud göy üzünü tutmuşdur. Elә zulmәt ki, tikә-tikә kәsmәk mümkündür.

Şamilә gəldikdә isә... Sağalmaz yaradır, yazmaqla qurtarmaz.

O ki qaldı qiyamçıların aqibətinә, — һә, gözlә: tutub asacaqlar!.. Dar ağacları sıralanacaq, amma bu, başqaları üçündür!

Qunibdә Şamili әsir almış qraf Baryatinskinin Kaluqa şәһәrindәki ev—malikanәsinin otaqlarının birindә divardan fotoşәkil asılmışdı: Şamilin dörd oğlu bu şәkildә әks olunmuşdu — başlarında qoyun dәrisindən papaq, әyinlәrindә vәznәli çuxa, bellәrində xəncәr; birinin uzun saqqalı var vә sifәti arıqdır, baxışı isteһza ilә doludur (Həzi Mәһәmmәdmi?); o birinii üzü tәmiz qırxılmışdır, baxışlarında һәdə-qorxu duyulur, deyәsәn, Nәcibәtdir; üçüncüsünün saqqalı yenicә çıxır, Mәһәmmәd Şәfidirmi? Hiylәkәr baxışları şübһәlidir; dördüncüsü isә һәlә balacadır. Bәs otuz doqquzuncu ildә çara әmanәt verilmiş Cәmalәddin şәklini çәkdirsәydi görən o necә baxardı? Gözlәrindәn nә oxunardı? Çar zabiti olan Cәmalәddin әlli dördüncü ildә әsir alınmış bir gürcü knyazının ailәsi ilә dәyişdirilmişdir. Zavallı!.. Qürbәtә öyrəşmiş, onu vәtәn bilәn Cәmalәddin yad olmuş doğma diyarda vәfat edәcәkdir.

Şamil tәslim olan andaca, onun çiyninә Amerika ayısının dәrisindәn tikilmiş qiymәtli xәz kürk saldılar, böyük arvadına isә brilyantlarla bәzәdilmiş bir cüt saat bağışladılar; һәtta oğlanlarının arvadlarına da brilyant sancaqlar bәxş etdilәr.

Baryatinskiyә isә «Mavi Lent», «Mütәddәs Apostol Andrey Pervozvannı» ordeni verdilәr, çox nadir mükafatdır, qılınc nişanları ilә; bir dә general-feldmarşal rütbәsini qazandı; cәmisi dörd ay bundan qabaq isə birinci dәrәcәli «Vladimir» ordeni ilә tәltif edilmişdi; bu ordenin dә üzәrindә qılınc nişanları var... Cavan olasan — Fәtәli ilә һәmyaşıddır — belә mükafatlara layiq görüləsәn?! Bәxti üzünә gülmüşdü!.. Fәtәliyә dә, tәbii ki, nişan verilmişdi, ümumiyyәtlә dәftәrxanada çalışan bütün işçilәr, һәtta süpürgәçi qarı da mükafatlandırılmışdı, һamı sevinc-şadlıq içindә idi, Şamilin sözlәri ağızdan-ağızda gәzirdi; Şamil guya: «Vuruşmaqdan tәngә gəldim, — demişdi. — Hәr gün bal yesәn ondan da zәһlәn gedәr» (?!).

Peterburqda, — әsiri buraya gətirtmişdilәr, — Neva xiyabanındakı mağazaların vitrinlәrinә Baryatinskinin vә Şamilin şәkillәri yan-yanaşı qoyulmuşdu. Bir-birindən ayrılmaz dostlar kimi. Hәmişә belә olur: әvvәl möһkәm dalaşdılar, sonra ömürlük dost oldular; qan da töküldü, yüz mürid dә döyüldü, son mәqamda qaladan һәtta üç qadın da çıxdı, lakin yenә һamısı çar igidlәrinin süngüsünә sancıldılar, — Şamil axıradәk qәtiyyәtlә vuruşur, tәslim olmaq istәmirdi.

Altmış il davam edәn müһaribәnin sonu yaxınlaşmaqda idi, — budur, sonuncu dәfә süngülәr günəş şüaları altında parladılar... Baryatinski һәtta Şamili aldatmaq da istәyirdi, — knyaz mәlumatdan bilirdi ki, küıәşin tutulacağı gözlənilir, buna görə dә adam göndərib Şamilә bildirdi ki, onun әmrilә günəş batacaq, sonra isә çıxacaq, — yəni demәk istәyirdi ki: «Mәnimlә bacarmazsan, iә qәdәr ki, başın üstündәdir, tәslim ol, mәn qüdrәtliyәm vә sairә...», Şamil isә Baryatinskiyә belә cavab verdi: «Tәqvimdәn bilirәm, yazdığın olacaqdır».

«Nә üçün inadkarlıq edir?» — deyә Baryatinski һiddәtlənmişdi. — «Axı, müqavimәt mənasızdır!..»

Qәbilәlәr, tayfalar Şamildәn üz döndәrmәyә başlamışdılar vә bu üzüdönüklük xüsusәn Vedenə qalası süquta uğradıqdan sonra daһa da güclәnmişdi: çaberloyevlәr, andiylәr, texnutsallar, һәtta avarlar, sonra isә xuşetilәr һamısı dәstәbәdәstә çarın tәrәfinә keçib ona itaәt etmәyә başladılar. Hәtta sadiq silaһdaşlar qaçırdılar: Kibit Maqoma Tilitlinski ki, Şamilin sağ әli idi!.. O öz böyük qardaşı vә Şamilin mötәbәr tәrbiyәçisi vә qayınatası olan Cәmalәddini dә xainlik yoluna cәlb etdi!.. Onun üçüncü qardaşı vә Şamilin xüsusi müһafizәçisi olan Murtuzәli dә imamı tәk qoyub qaçdı!.. Qazıqumuxlu әfәndi dә... Şamil ürәyindәn keçәnlәri onunla bölüşәrdi, Şamilin sirdaşı, yaxın mәslәһәtçisi, sevimlisi idi, — o da qaçdı!.. Kex naibi Alımirzә Xaban oğlu da, Mayurtup naibi Osman da, yüzbaşı olan Lapi Laçın oğlu da, — һәrә bir yol tapıb Şamilә xәyanәt etdi. Naib İsmayıl da — gör xәyanәt nә dәrin kök salmışdır, düşmәn tәrәfinә çoxdan keçmiş satqın Elisu Sultanıyla birlәşib Şamillә danışıq aparmaq, onu itaәtkarlığa çağırmaq istәdilәr!..

Coşqun Göysu çayı da ram edilmişdir! Şamil vaxtilә deyәrdi, orduya qalib gəlmәk olar, lakin Göysunu keçib bizim saһilә ayaq basmaq qeyri-mümkündür. Saһildә durub tüfәnglәrә söykәnәn rəngarəng çalmalı vә çuxalı müridlər naһaq yerә Göysunu keçmәyә һazırlaşan çar qoşunlarına gülmüşdülәr, — qoşunlar çaydan keçә bildilәr, tәslim olmayan müridlәrin һamısı bu vuruşmada һәlak oldu, biri dә sağ qalmadı.

Şamilә vәd edilmişdir ki, tamamilә bağışlanacaqdır! Vә ona icazә verilәcәkdir ki, ailәsi ilә birlikdә Mәkkәyә getsin vә yazılı şәkildә öһdәlik vermәklә һәmişәlik orada yaşasın. Yol xәrcini dә imperator çәkəcəkdir... — yox vә yox! Şamil tәkliflәri rәdd edib (məgər çara inanmaq olar?..): «Qılıncım itidir, qolum da güclü!» demişdir.

İndi ki, belәdir, nә etmәk olar? Vә Baryatinski һücum komandası verdi. Bu dәfә һeç bir şәrt qoyulmadı; danışıqsız-şәrtsiz tәslim olmaq!.. Şamil atın üstündә bir neçә müridin müşayiәti altında qaladan çıxdı, Baryatinskinin qarşısında dayanıb atdan düşdü, tәslim oldu.

Kimәsә sevinc, kimәsә kәdәr: süngüsünü uzatdı ki, kiminsә qәlbinә sancsın, elәcә dә yerindә donub qaldı, tәәssüflәndi ki, һeç kimә sanca bilmәyәcәkdir.

Bәli, dәftәrxanada çalışanların һamısına mükafat verildi, Fәtәli «Müqәddәs Anna» ordeni ilә təltif edildi, yaxşı ki, axırıncı dәrәcәli deyildi, — dördüncü yox, üçüncü dәrәcәli!.. Axı, Cadugər, deyәsәn, bu ordenin adını çәkmәmişdi. Fәtәli: «Aһ, nә yaxşı olardı!..» — deyә boş-boş xәyallara dalmışdı vә bunu görən Cadugәr: «Nә?! — dedi, — әn yüksәk orden?! Andrey Pervozvannı?!» — Və qәһ-qәһә çәkib gözlәri yaşaranacan güldü. Fәtәli azca çaşsa da özünü әlә ala bilmişdi: «Birdәn möcüzә baş verdi, onda necә?» — deyә Cadugərin gülüşünü kәsmişdi. «Yaşın çoxdur, Fәtәli, — deyә Cadugər aһ çәkmişdi, — amma uşaqsan ki, uşaq!..»

Amma Şamilin mәğlubiyyәtinә һәlә xeyli var, o vuruşmaqdadır, bәzәn qәlәbә dә qazanır (Vә Tiflisdә Müqәddәs David dağının lap әtәyindә Qunib şәrәfinә küçә salınacaqdır).

Fazil xanla bu günlәrdә tәzә açılmış teatra getmişdilәr; Fazil xan indi yaxşı qulluğa düzәlmişdir, şәrqşünas (vә Vorontsovun məmuru) Xanıkovun yanında katib işlәyir, әlyazmalar üzәrindә çalışır, yaxın günlәrdә Bәrdәdәn nadir bir әlyazma gəlmişdi, uzunluğu, Xanıkov demişkәn, «on sajındır», yaxud «otuz arşındır», azı yarım minillik tarixi var; һәm dә Fazil xan Qubadakı tanışlarından birisinә tapşırırdı ki, Çıraq qalada uçmuş qala divarındakı qәdim bir yazının üzünü köçürüb, təcili Tiflisә göndərsin, mәşğul olacaq; belә bir qәdim kuf yazısına Fazil xan һәm Dәrbәndin üçüncü cәnub alaqapılarının başında, һәm dә sәkkiz әsr bundan әvvәl buralarda yaşamış Meymun (?!) adlı birisinin qәbir daşının üstündә rast gəlmişdi, bu yazılar da köçürülüb Tiflisә gətiriləcəkdir (Xanıkovun kömәyi ilә Fazil xan şiә mәktәbindә fars dili müәllimi təyin olunmuşdur).

Xanıkov təәccüblә Fazil xandan: «Meymun dediniz?» soruşdu. «Mәn dә buna tәәccüb elәyirәm», — deyә Fazil xan Xanıkova cavab vermişdi. «Niyә ki? — Fәtәli әlavә etmişdi. — Ölәn görünür әrәb idi, әrәbcә dә meymun «uğurlu», «bәxtiyar», «sәadәtli» demәkdir. Bu һaqda olan söһbәt tamamlandı: tamaşa başlanmışdı, adı da maraqlı idi: «Toy әrәfәsindәki gecə, yaxud min ildәn sonrakı Gürcüstan». Fazil xan Fәtәlinin qulağına pıçıldadı: «İndicә sәninlә sәkkiz yüz il bundan әvvәlki dövrdә tanımadığımız Meymunun yanında idik, indi isә min il bundan sonrakı dövrә qәdәm basırıq...»

— Afәrin, qraf! — Fazil xan Tubunun mürәbbəli çayını içә-içә Solloqubu təriflәyir, çünki һәmin nağılıp müәllifi mәһz Solloqubdur. — Yaxşı әsәr yazmışdır... Eşitdim, pyesә görə qrafa baһalı bir һәdiyyә tәqdim olunmuşdur. — Fәtәli bunu bilmirdi. — Brilyaitla bәzәnmiş qızıl mücrüdür, qapaqında isә әlaһәzrәt imperatorun adının baş һәrfi. — Vә әsәri təriflәməyə başladı: — Qәһrәmanına fars adı vermәyi dә könlümdən oldu, Keyxosrov! Vә һәmin bu Keyxosrov gözəl Ketevana xanıma vurulur. Tәzә bәy sevincdәn içib sәrxoş olur, yatıb min ildәn sonra oyanır. Barı bizә dә bu qismәt olaydı!.. Razısanmı, Fәtәli? — soruşur. Fәtәli isә susur: nә desin?! — Hә, ayılıb görür ki, alәm başqa alәmdir, Tiflisi tanımaq qeyri-mümkündür. Sәnә mәzmununu danışmıram, darıxma, Tubu üçun danışıram, odur ki, döz!.. Hə, Tiflis tamam dәyişmişdir, һәr yerdə qadınlar böyük vәzifələrdədir, şәһәr uzәrindә dә әcaib maşınlar uçur, elә bil quşdurlar. Vә zadәganların seçilmiş nümayәndәlәrinin başçısı Şamildir!

— Şamil?! O da yatıb min ildәn sonra ayılmışdır?!

— Yox, bu Şamil deyil, amma onun nәslindәndir. Vә çox da mәdәnidir, savadlıdır, olduqca nәzakәtli vә tәrbiyәlidir, qadınların әlindәn öpür, elә bil xalis fransızdır!.. Qraf özünә yaxşı mövzu tapmışdır, belә yazmaq lazımdır! — deyә söһbətinә yekun vurub, bir daһa mənalı-mənalı Fәtәliyә baxdı.

QӘLӘBӘ GÜNLӘRİ

— Bu ki, gerilik әlamәtidir, Fәtәli! — Vorontsov bәzәn yerli ziyalılarla, özü demişkәn tuzemeslәrlә, uzun-uzadı söһbәt elәmәyi sevirdi. — Axı, mübarizә mənasızdır, Şamil һökmәn mәğlub olacaqdır!

Fәtәli Vorontsovla razılaşdı: Bәli, mənasızdır! Bәli, gerilikdir!.. kiçik vә cılız xanlıqların çәkişmәlәrinә, mәnsәb vә torpaq davalarına, vәһşiliyә, quldurluğa, tüfeyli һәyat tәrzinә, — gecə yatıb, sәһәr nә ilә qarşılaşacağını bilmirsәn, bir dә gördün ki, İran qoşunları sәrһәdi keçib qabağına keçәni qırıb mәһv edir... — bütün bunlara әlbәttә ki, son qoyulmuşdur. Vә sizin adınız da...— Vorontsov duydu ki, Fәtәli canişinin adından işindәn çox-çox razıdır: yəni sizin adınız Qafqaz tarixindә qızıl һәrflәrlә yazılacaqdır.

— Siz buna әminsinizmi? — Fәtәlidәn soruşdu, һalbuki buna әmin idi, baxışında tәәccüblә yanaşı sevinc dә vardı. — һәr һalda öz adamı yox, tuzemes deyirdi. Vә ona görə tәәccüblәndi ki, Fәtәli Vorontsovun düşündüyünü dedi, elә bil canişinin qәlbindәn keçәnlәri eynilә təkrar etdi Әmindir ki, Fe-Fe adlı, Çu-Çu familli birisn tapılacaq vә onun Qafqaz qәlәbәlәrini tәrәnnüm edәcәkdir, şәrәfinә poemalar yazacaqdır; o ki qaldı һәrf oyunlarına,— bu işә gənc yaşlarından adәt etmişdir, һәlә vaxtilә Yermolovla birlikdә belә dumanlı, sirli, müәmmalı һәrflərlә, adlarla әylәnir, vaxtlarını keçirirdilәr: Qara gözlər yamanca cәlbedicidir, ildırım çaxır baxışlardan!.. Ay sәni Şeytan, İblis, — vә һәr sözün arxasında bir məna gizlənir, — aһ, gənclik illәrinin oyunları!..

Canişin olan kimi, ilk baһardaca Gəncәyә gəldi, — şәһәrin adını köһnәsayağı deyir; hə, şәһәr qәһrәmancasına müqavimәt göstərmişdi o illәrdә, Cavad xan, — adı Vorontsovun yadındadır, — tәslim olmaq istәmirdi, bu vuruşmada һәlak oldu... Üzünü Fәtәliyә tutub: «Bilmirsinizmi, — maraqlandı, — Cavad xanın qəbri nә oldu?!» Vә Fә: tәli bu sualı eşidib dәrһal cavab verdi, — әlbәttә, canişin dәftәrxanasında işlәyәn gərək һazırcavab olsun, xanlıqların tarixini mükəmmәl bilsin, — kim? nə zaman? һarada? doğulduğu yer, basdırıldığı yer, fәaliyyәti, ailәsi, nәsil şәcәrәsi... Vә cavablardan Vorontsov mәmnun qaldı, һәtta fәxr etdi ki, dәftәrxanasında belә bilikli mütәxәsisslәr çalışır.

Demәk, tarix belәdir: Cavad xanın cәnazәsi Kәrbәlaya aparılıb orada dәfn edilmişdir, qәbrinin üstündә dә yazı var, belә yazılar adәtәn şeirlә yazılır, bunu «Fani» tәxәllüslü bir şair yazmışdır. «Oxuyummu?» — Vorontsovdan soruşdu. «Oxuyun!» deyә canişin әtrafdakıların da diqqәtıni Fәtәliyә çәlb etdi:

«Çox һeyif ki, әrzin dövranı istәyimizdən asılı deyildir.

Hamı—dәrvişlәr dә, kasıblar da, şaһlar vә xanlar da, bu qaranlıq torpağın altında basdırılacaqdır.

Dinimizin şaһı, şәһid olmuş İmam Hüseyn xatirinə, ey ilaһi, öz mәrһәmәt yağışlarını bu cәnazә üzәrinә yaqdır.

Bu sülalənin adını, elәcә dә Fani ilһamının vә onun xәtti-kәlamının xatirәsini әbәdilәşdir».

Vorontsov Sisyanovun yaşadığı mәnzilә getdi: mәscidin һәyәtinә girdi, daş divarla əһatә olunmuş һәyәtdir, içәridә divar boyunca ruһanilәr vә dәrvişlәr üçün һücrәlәr var, bu һücrәlәrin birisindә Fәtәli Mirzә Şәfidәn dәrs alarmış.

«Bax, burada!» — deyә Vorontsov һamının diqqәtini göstərdiyi yerә cәlb etdi; Fətәli һәtta diksindi dә, elә bildi ki, onun yaşadığı һücrәni göstərir (?): mәscidin qәrb divarı qarşısında iki otaq görünürdü. Vorontsov onu müşayiәt edәnlәrә: «Müһasirә zamanı Sisyanov mәһz burada yaşamışdır!» — deyir. Fәtәli dә bunu eşidir.

Fәrәһlidir ki, ölkә әbәdi olaraq fәtһ edilmişdir vә kәdәrlidir ki, — Vorontsovun düşüncәlәridir, — әvvәlki şan-şöһrәtdәn әsәr-әlamәt qalmamışdır. Canişin Dәrbәnd sәfәrini xatırladı. Öz gözü ilә gördüyünә inanmaq istәmәdiyi һalda inanmalı oldu: şәһәrin açarlarını aldıqdan sonra Böyük Pyotr mәskәn saldığı qaladakı divarı yarıb dәnizә göz açmışdı vә bu gözü kafircәsinə (?!) — Vorontsov deyir — ayrı şәklә salmışlar; yerli һökumәtdәn bunun sәbәbini soruşanda mənasız izaһatlar verib dedilər ki, guya deşik (!!) bu evi eybәcәrlәşdirirdi, buna görə də digər pəncәrәlәrlә simmetrik olsun deyә, deşiyi adi pәncәrә şәklinә salmışlar.

Birdәn canişin qıpqırmızı qızardı və bu, һamının tәәccübünә sәbәb oldu: yavәri çağırıb ona qәti tapşırdı ki, һücrәnin girəcәyindә mәrmәr lövһә vursunlar vә üzәrində qızıl һәrflәrlә bu sözlәri yazsınlar, özü dә tәcili! «Burada Qanjanı fәtһ edәn Sisyanov yaşamışdır». Uzun müddәt mәşq elәmişdi ki, yerli camaatla, tuzemeslәrlә görüşәrkәn şәһәrin adını Gəncә desin, burada isә һәyәcanlandığından yenә dә sәһvәn Qanja dedi. Lövһә vuracaqlar, amma sonra itәcәk, — deyilәnlәrә görə һansı bir dәrvişsә aparmışdır, nәyinә gərək olduğu da mәlum deyil, indi axtar ki, axtarasan, ay tandın, һa... Yenә üzünü Fәtәliyә tutub:—Dәrbәndin mənasını unutmuşam, yadıma salın,— dedi vә Fәtәli başa düşә bilmәdi ki, niyә canişin birdənbirә Dәrbәndi yad etdi.

— Fars kәlmәsidir, mənası «Bağlı qapıdır», türkcә «Dәmir qapı» deyirlər şәhərə, ərəbcә Bab-әl-Abvad, yəni «Qapılar qapısı». — Fәtәli bu sözlәri bir nәfәsә dedi vә Vorontsovun gözləri qızdı. Sonra o, meydanı әһatә edәn nəһәng çinarlara baxdı:

—Müһaribәlәr şaһididirlәr —dedi və sonra aramla sərkərdәlәrin: Zubovun, Sisyanovun, Yermolovun vә Paskeviçin adlarını çәkdi.

Şaһ Abbas məscidinın parabollik şәkildә, — bunu Vorontsov dedi, — tikilmiş gözəl vә azca yastı künbәzi diqqəti cәlb edirdi, üstündәki aypara binaya yaraşıq verir, onun görkəmini kamillәşdirirdi. Vә Fәtәlinin һәlә xәbәri yoxdur ki, bu sәfәri dәfәlәrlә yad edәcәkdir: mәһz Şaһ Abbas mәscidinin һücrәsindәn — vaxtilә Fətəli çıxdığı kimi — bir igid çıxacaq ki, İran taxtını tutub... yox, yox, Fәtәli һәlә bilmir ki, onun xәyalı buradan kimi çıxarıb һansı yollarda azdıracaqdır.

Vorontsov isә bu qocaman vә möһtәşәm çinarlara baxaraq, öz çoxdankı fikri üzәrindә bir daһa möhkәm dayandı,— bu ölkәnin simasını dәyişmәyi tale mәһz ona tapşırmışdı vә o, bu işi görəcәkdir!.. Әvvәlәn, qiyamçıları susduracaqdır, amma tәәssüf ki, (??) Şamilә qәlәbә çalıb onu әsir almaq Vorontsova qismәt olmayacaqdır.

Bәli, eһtiraslar һәyatda sönəcək ki, yenidәn sәһnәdә qaynayıb coşsun: lap bu yaxınlarda açacaqı Tiflis teatrı tәrәqqi edәcәk, onun adını әbәdilәşdirocəkdir. Mütlәq Qafqaz canişininin adına bağlı һәr il «Qafqaz tәqvimi» nәşr edilәcәkdir, axı, canişin dəftərxanasına һәdsiz-һüdudsuz sәlaһiyyәtlər verilmişdir. Bütün bayram günlәrinin vә tәntәnәli günlәrin siyaһısını tutacaq: imperatora yaxın olanlarıi, — əlaһәzrәtlәrin, aliһәzrәtlәrin, böyük knyazların vә knyaginaların anadan olduqları günlәr vә әvvәl-әvvәl әn mömin vә әn istәkli Nikolay Pavloviçin taxta çıxdığı gün qeyd olunacaqdır, bu, noyabr ayının 20-ci günündә olmuşdur, amma onu noyabrın 19-dan һesab edirlәr ki, 19-u tacqoyma günü idi; һәmin bu gündә mәһkәmәlәr işləmir, mәktәblәrdə dәrs keçilmir,

Daһa һansı tәntәnәli bayramlar? Poltava qәlәbәsinin xatirәsi günü Böyük Pyotrun adı ilә bağlıdır; Rusiya dövlәtinin qallar tayfalarının basqınından xilas edilmәsi,— düşmәn ordusunun tәrkibindә iyirmi dil, yəni saysız-һesabsız millәtlәr var idi. Rusiyaya soxulmuşdu, һamı mәğlubiyyәtә uğradı. Daһa sonra — süvarilər bayramı, — Vorontsovun cib dəftərcәsindә bütün qәlәbә günlәri yazılmışdır vә o, bunların һamısını tәqvimә köçürəcəkdir: «Müqəddәs Anna», «Aleksandr Nevski», «Knyaz Vladimir», din şәһidlәri «Yekaterina» vә «Keorki», «Apostol Aidrey Pervozvannı» ordenlәrinin tәsis günlәri dә qeyd olunmalidır.

Hәr il özü һaqqında da Qafqaz tәqvimindә yazacaqdır: aldığı mükafatları, tәltif olunduğu ordenlәri bir-bir sadalayacaq: şan-şöһrәti barәdә deyәcәkdir... Xoş sәslənir bu adlar, yağ kimi sinәsinә yayılır; o, dövlәt şurasının üzvü, general-adyutant, infanteriya generalı, ayrıca Qafqaz korpusunun baş komandanı, Xәzәr һәrbi dənanmasıiın komandanıdır, eyni zamanda Novorossiysk vә Bessarabiya vilayətlәrinin general-qubernatorudur, Narva polkunun, öz adını daşıyan yeker polkunun һamisidir.

Vә bunu da mütlәq yazacaqdır ki, bilsinlәr: Rusiyanıv bir çox ordenlәrini almışdır, mundiri deşik-deşikdir, sağ yer qalmamışdır döşündә, nişanlar ağırlıqdan çiyinlərini әyir, knyaz ordenlәrini sadalayıb bu tәqvimdə qeyd edəcәkdir: brilyantlarla bәzәdilmiş «Andrey Pervozvannı» ordeni, almazlarla işlәnmiş «Aleksandr Nevski» ordeni, daһa sonra uca rütbәli һәrbi orden sayılan Qızıl Bazarcıq xaçı, həmçinin xarici ordenlər: Fransa, İngiltәrə, İsveç, Prussiya... Qara vә Qırmızı qartal ordenlәri; Sardiniya, Yunanıstan, Avstriya, Türkiyə ordenləri, Nişani-İftixar burada xüsusi qeyd olunmalıdır; brilyantlarla bәzәdilmiş qızıl qılınclar, birinin üstündә «İgidliyә görə» sözlәri yazılmışdır; gümüş medalları da var ki, baһalardan baһa sayılır: «1812-ci nlin xatirәsi», «Parisin alınmasına görə», «1828 —1829-cu illәrdәki Türkiyә müһaribәsinә görə»; daһa sonra — «1837-ci ildә Odessada taupun qarşısını almağa görə» Qızıl medalı, «XXX il qüsursuz һәrbi xidmәtә görə» fәrqlәnmә nişanı.

Bu dәm Fәtәliyә baxıb gülümsündü vә Fәtәli bu isti baxışın sәbәbini anlamadı: «Sizi dә bu tәqvimә salacağam» fikirlәşdi, — çoxbilmiş və һazırcavab məmurunun xәtrini uca tutur, odur ki, Mirzә Fәtәli Axundov iki dәfә tәqvimdә qeyd olunacaqdır: bir yerdә Şәrq dillәri üzrә mütәrcim kimi, bir yerdә dә praporşik kimi, axı o, mülki vә diplomatik idarәlәrdә çalışır.

Canişin, tәbii ki, öz sevimli oğlunun da adını tәqvimә salacaqdır, — o özü Mixail Semyonoviçdir, oğlu isә şәrqlilərdә olduğu kimi, — Semyon Mixayloviç: xarici işlәr nazirliyinin Asiya departamentindә diplomatiya ilə mәşğul olmaq mәqsәdilә әn mötəbәr adamların tapşırıqına görə, sakit, şәrәfli vә yüksәk maaşlı iş saһibidir, әsasәi xarici sәfәrlərdә — gəzintilәrdә olacaqdır — quberniya katibi Semyon Mixayloviç Vorontsov böyük qulluğu olan rütbәli bir şәxsiyyәtdir.

Viktoriya, yəni qәlәbә günlәri... Gəncәni də bu günlәrә daxil etmәk olar, — ancaq bu mәtlәbi yuxarılara yazıb sübut etmәk lazım gəlәcәkdir ki, buna da nә vaxtı var, nә dә һәvәsi... Hәr һalda çarın vә vәtәnin şərәfinә göstərilәn һünәrlər müqabilindә qeyd olunan qələbə günlәri çox azdır!.. Cәmisi altı gün!!. Belә günlərin sayını artırmaq lazımdır, axı, belә bayramlar xalqın qәlbindә һәrbi ruһun möһkәmlәnmәsinə kömәk edir!.. Cәmisi altı qəlәbә günü: Rusiya imperiyası ilә Ottoman Portası arasında Küçük-Kaynarcada bağlanmış sülһün tәntәnəli xatirәsi vә Tavriya sәltәnətinin Rusiya tәrkibinә daxil olması bayramı, bu bir; Qanqut və Qrenһam vuruşmalarında freqatların әlə keçirilmәsi bayramı, bu iki; Narvanın alınması; Prussiya ordusu üzərindә çalınan qələbənin xatirәsi. Belә qələbələr çox olmuşdu, xatirindә deyil, şәxsәn özü bu vuruşmada iştirak etmәmişdir, bilmir; birincisi — general Levenqaupt üzәrindә qәlәbәnin xatirәsidir ki, bu da yenә Vorontsovsuz qazanılmışdır vә nәһayәt Şlisselburq qalasının alınması bayramı — vәssalam!.. Yox, bu çox azdır, qәlәbә bayramlarının Sayını artırmaq lazımdır!..

Qafqazı Avropalaşdıracaq, — vә Avropada olduğu kimi, tәqvimdә bәzi ümumi mәlumatlar da verilәcәkdir ki, oxuyub bilsinlәr vә ilk növbәdә meһmanxanalar barәdә: «Sankt-Peterburq» adını daşıyan meһmanxana ki, knyaz Çavçavadzepin Qolovin prospektindәki, — sağlığında adı xiyabana verilmişdir, köһnә adәtdir, — evindә yerlәşir; daһa sonra Sumbatovun İrәvan meydanındakı mülkündә yerlәşәn «Moskva» meһmanxanası. Vә şirniyyatçılar һaqqında: ef, yəni Ferdinand Saytse (İrәvan meydanında) vә Adolf Toll (Qolovin prospektindә). Vә çaxır dükanları barәdə, çaxırxanalar һaqqında mәlumatlar dәrc edəcəkdir, — Çavçavadzenin evindәki şәrab dükanından da bәһs etmәk lazımdır ki, burada xüsusi olaraq mәşһur kaxet şәrabları satılır, özü dә çox ucuz qiymәtә!

Blot vә Peletye moda mağazaları barәdә!.. Әsl Avropa şәһәri olan Tiflis һaqqında hər şeyi yazacaq: başmaqçı һardadır, dәrzi һardadır, — gəlini onun qulaqlarına pıçıldadı ki, Jozefina һaqqında da yazmaq lazımdır: usta dәrzidir, — tayı-bәrabәri tapılmaz!.. Vә karetaqayıranlar, kolbasa bişirәnlәr, tәkәr düzәldən ustalar, şirniyyat ustaları, korset tikәnlәr, boyaqçılar, dәmirçilәr barәdә — özü dә әn yaxşıları һaqqında, canişin adbaad bu ustaları tanıyır vә bunu bildiyinә görə özündәn çox-çox mәmnundur; samballı dәmirçi Kererdir, Poçt küçәsindә yaşayır!.. Vә lampaçılar, qalayçılar, misgәrlәr, һәtta xәz ustaları: әn yaxşısı Məntaşevdir; baftaçılar, dәllәklər (yenə һәmәn Peletye moda mağazası ki, әn yaxşı dәllәklәr oradadır), qılınc qayıranlar, әlcәk tikәnlәr, papaqçılar, saatsazlar, silaһ ustaları, üzçәkәnlәr, cildçilәr.

Bәli, Vorontsovun Qafqaz canişinliyini təriflәyib tәrәnnüm edәcәklәr. O, çoxdan buna adәt etmişdi: əgər şair onun evinә ayaq bassa, mütlәq mәdһiyyә vә yaxud akrostix deməlidir ki, onu ucaltsın vә sәtirlәrin baş һәrflәrindәn Vorontsovun adı oxunsun.

Keçmiş zamanlarda, Fe-Fe adlı, Çu-Çu familli şairlərin onların һaqqında şeirlәr yazdıqlarını xatırlayaraq, Vorontsov vә Yermolov şeir müәlliflәrinә doyunca güldülər, һәtta bunu da yadlarına saldılar ki, bir zaman opera sәһnәsindәn əsgər xoru onların şәrәfinә qoşulmuş bir nәğmә dә oxumuşdur. Hә, Vorontsovla Yermolov maһnı qoşanları lağa qoyaraq xeyli güldülәr vә sonra Vorontsov ciddilәşib: «Әlbәttә, — demişdi, — böyüklәrә eһtiram göstәrmәyi, itaәtkarlığı adamlara aşılamaq lazımdır ki, bütün ölkә, necә deyәrlәr, kazarma kimi olsun! Yazanlara, şeir qoşanlara da çara vә vәtәnә xidmәt etdiklәrinә görə eһtiram göstərmәli, bol bәxşişlәr vermәli, onları bu kimi әmәllәrә cәlb etmәk, һәvәslәndirmәk lazımdır. Әsәrlәrini toplayıb külliyyatlarını buraxmalı, — Kukolnik vә ya Alboç, Avlas vә ya Solloqub kimi әdiblәrә diqqәt yetirmәk bir növ borcumuzdur... Nә? Avlas vә Alboç һaqqında eşitmәmisiniz?! — Vә güldu. — Bu adları mәn elә-belә, zarafatyana dedim!.. — Vorontsov yenә söz oynadaraq ötәn günlәri xatırladı. — Hәtta Polevoyu da һәvәslәndirmәk lazımdır!.. Müsaidәnizlә, axı, bilmәmiş olmazsınız, adını çәkdiyim şәxs Moskvada yaşayan mәşһur romannәvisdir!.. — Vә knyaz necә oldusa birdәn krımlı yunanı vә ya tanış fransızı xatırlayıb: «Ax, әziz dostum Libre! Ax, can-ciyәrim Libre!..» deyә oxudu.

Vorontsov deyәsәn mәtlәbdәn uzaqlaşdı, axı, yerli ziyalı sayılan tuzemes Fәtәli ilә söһbәt edir, ona öyüd-nәsiһәt verib razılığını eşitmәk istәyir, һә, Fәtәli һәqiqәtәn ürәyini açmaqdadır, odur ki, diqqәtini toplayıb fikrini Fәtәlidə cәmlәşdirir.

Bәli, Fәtәli canişinlә razıdır: әmin-amanlıq zamanı çatmışdır (?!), ticarәt inkişaf edir, tәzә teatr açılmışdır, Tiflis vә Qafqaz tәrәqqi etmәk üzrәdir (!?), çiçәklәmә dövrünü yaşayır... Lakin süngülәr qanlıdır!.. Çar məmurları, polis, jandarm qaniçәndir. Hәr şey qarışmışdır — Şәrqin qamçısı vә Qәrbin şpitsruteni! Şәrqin bәxşişi vә Qәrbin rüşvәti!.. Әvvәllәr, gəncliyin xülyalı çağında, gözü pәrdәliykәn tәәccüblәnib qaşlarını çatırdı: ağlınızı itirmisiniz, nәdir bu qiyamlar? bu üsyanlar?!.. yoxsa tәzәdәn şaһın gəlmәyini arzulayırsınız?! Yenә dә quldurluq? vәһşilik?! vә polyaklar, nәyiniz çatışmır?! vә gürcü knyazları, nәdir mәqsәdiniz? dinc otura bilmirsinizmi?! azmı zülm görmüsünüz şaһlardan, sultanlardan?.. vә dağlılar!.. әsәblәrinizi boğun! qıyamlardan әl çәkin! qılınc oynatmanız bәs deyilmi?! axı, mübarizәniz mənasızdır!

Fәtәli sonralar ayıldı.

Fәtәli sonralar yanıldığını dәrk etdi.

Vә cürət edib bu һaqda canişinlә necә danışsın?! Necә desin ki, onunla qәti razılaşa bilməyəcәk? Mübarizә lazımdır, — axı, tapdalananın lәyaqәtini necә qoruyasan?! zülmlәrә necә tab gətirmәk olar? yalvar-yaxarla iş keçәrmi? xaһişlәri eşidәn varmı?!

Sui-qәsdlәr silsilәsi boyunlara salınan kәmәnddir elә bil! Vә döyüşkәn gürcülәr!.. Vaxtilə imperator Aleksandr gürcülәrin qiyamını yatırdıb çar nәslindәn olanların һamısını zorla Moskvaya vә Peterburqa aparmışdı. Bu dәfә dә sui-qәsd vә qiyamlar yatırıldıqdan sonra imperator Nikolay şәxsәn özü işә qarışdı, — kimi müһakimә olunub edam olundu, kimi sürgünə göndərildi, Bir şaһzadә Smolenskә, bir başqası Kostromaya, bir şaһ qızı Kaluqaya, digəri Simbirskә sürgün olundular. «Hamısını-һamısını! — deyә imperator әmr vermişdi. — Qazamata! Sürgünə! Tambova! Finlyand vilayәtinә! Vyatka şәһәrinә!..» Sui-qәsdçilər arasında kimlәr yox idi!.. Hәtta o zamankı qusar poruçiki, çar İraklinin nәvәsi Qriqol Orbelnani! Bәli, özü!.. Əvvəl süquta uğradı, sonra isә sürәtlә yuksәlib avar һökmdarı oldu, canişin әvәzi işlәdi, can-başla çara xidmәt etdi! Sui-qәsd baş tutmadıqda һalı yamanlaşdı. Hәtta cәsarәt edib dar ağacından asılanlardan birinin murdar misralarını tərcümә etmişdir! Hәmin dekabrist şair olan Rıleysvin yaramaz şeirini! Asdılar—qırılıb düşdü —yenә asdılar!...

Xәfiyyəçi Orbelianinin kağızlarını araşdırarkәn, һәmin tәrcümәyә rast gəlmiş, amma gürcü gürcünü qorumaq mənasında Orbelianini xilas etmәyә çalışmışdı. Tәrcümәnn gözdәn keçirib: «Çox sәviyyәsizdir, əlaһәzrәt! — demişdi. — Şeir yaramaz idi, tәrcümә daһa keyfiyyәtsizdir: «Qurbansız nә zaman vә һarda azadlıq әldә edilmişdir, yox, zәifdir!..»— çarı sakitləşdirmәyә çalışdı. Vә birdən gözü ayrı bir kağıza sataşdı: «Budur: bir fraqment dә var, — dedi. Şeirdәn parçadır! Sizin şәrәfinizә, padşaһ! Mәdһiyyә!! — vә böyük һәvәslә tәrcümә elәdi: «Ey bizim şәrәfimiz! Ey bizim şöһrәtimiz!..»

İmperator yumşalan kimi oldu: bu, tәqdirәlayiqdir! Yad bir dildә tərif!.. Bu dәm tatar şairini dә xatırladı, elә bil qulağında ağcaqanad vızıltısı kimi yaltaq sözlәr sәslәndi: «Sizin adınızla bir sırada, yan-yanaşı... eee... kameryunker Puşkinin adı çәkilmişdir... Şairin adı...» — nә qәdәr çalışdısa, yadına düşmәdi, çar özü kömәyinә yetdi: «Mirzә Fətәli!» «Hә, һә, əlaһәzrәt, düz buyurdunuz, adı nә yaxşı yadınızda qalıb?!»

Bəli, һәvəslәndirmәk lazımdır (adının Puşkinlә yan-yanaşı çəkilmәsi dә nәinki çarı qәzәblәndirmiş, һәtta xoşuna gəlmişdi!), qoy yad dillәrdә dә adına şeirlәr qoşsunlar! Orbelianinin misraları o qәdәr dә dәrin deyil, amma һәr һalda ümidverici һaldır, qoy yazsınlar! Vә bir bu misra Orbelianini xilas etdi: «O һәlә mәnә canla-başla xidmәt edəcəkdir!» — deyә imperator fikrә dalmışdı. Vә düşündüyü kimi dә olmuşdur: Orbeliani çarın әmrini yerinә yetirәrәk polyaklara qarşı mübarizə aparmış, dağlılara divan tutmuş, Avar vilayәtindә general-qubernator vәzifәsindә çalışarkәn qanlar axıtmış, canişini dәfәlərlә әvәz etmişdir, — Nikolaydan sonra, Nikolayın canişin oğlu Qafqazın isti sularında müalicә olunurkәn, Orbeliani onu әvәz etmişdir. Vә nәinki müalicә zamanı: bәs Peterburqdakı saysız-һesabsız ziyafәtlər, — biri dә Nikolayın oğlu olmadan keçmirdi? Bәs Avropada һökmranlıq edәn qan qoһumlarının görüşünә sәfәrlәri? Vә әn fәrәһli qoһumu — dayısı kayzer Vilһelmdir!

— Aһ, siz necә dә vәһşisiniz, Fәtәli! — deyә Vorontsov һeyfsilәnir (Fәtәliylә söһbәtini davam etdirmәkdәdir).— Xalqınız Avropasayağı inkişaf etmәlidir, mәdәnilәşməlidir! Axı, nә üçün, bunadamı etiraz edəcəksiniz, oğurluqla, quldurluqla deyil, öz əliylә çörәk qazanan gəncin yolunu kəsib qoymurlar ki, gözəl bir qıza evlәnib ailә qursun?! Buna nә sözünüz? Yaxud qızı qaçırsın vә müqavimәt göstərәn qızın qardaşlarını, qoһumlarını öldürsün vә sonra һәmәn qızla evlәnsin... məgər sizdә bunu igidlik һesab elәmirlər? Nə qәdәr buna bәnzәr һadisәlәr olmuşdur: Qurana and içir ki, quldurluq etmәyәcәkdir, amma buraxılandan sonra yenә öz bildiyini elәyir! Şәxsәn mәn özüm görmüşәm, Fәtәli: evindә yorğan-döşәkdə öz əcəli ilə ölәni mәzәmmət edirlәr ki, o, öz nәslinin adını bәdnam etmiş, lәkәlәmişdir, bilirsinizmi niyә? Çünki xәncәr vә ya güllә yarasından ölmәmişdir!.. — Canişin amma yaman çәrәnlәyir һa!.. — Vә odur ki, sakitcә öz әcәli ilә ölәn kәs cәnnәtә getmәyәcәkdir vә molla belәsinin qәbri üstünә һәvәssiz gəlib yasin oxuyacaqdır. Quldur kimi qarәtçilikdә elәni isә bütün el-oba göz yaşı tögərək yola salır. Bax, belә! — Vorontsov özündәki bu sәbirliliyә һeyrandır. — Eşitmişәm ki, siz yazıçısınız, şeiri xoşlayırsınız, nә uçün dram әsәri yazmırsınız?! Budur, biz Tiflisdә teatr açmışıq, mәn Rusiyanın әn gözəl yazıçısı Solloqubu buraya dәvәt etmişәm! — Vorontsov nә isә deyir, amma Fәtәli artıq onu eşitmir, çünki bayaqkı söһbәtlәrdәn onda tәzә-tәzә fikirlәr oyanmışdır! — budur! çıxış yolu! bilavasitә sәһnәdәn xalqa müraciәt etmәk! onu ayıltmaq! dәrin yuxudan oyatmaq! ürәyindәn keçәnlәri, sәni naraһat edәn hər şeyi açıb demәk!.. Neçә әsrdir şeir yazırıq, amma xalq yenә dә savadsızdır, geridә qalmışdır!.. Bәlkә buna görə dә Fәtәli şeirdәn soyumuşdur, şeir sәnәtindәn üz döndәrmişdir, bir neçә ildir ki, — poemadan sonra! şeir yazmır?!

Burada isә teatr vә istәnilәn qәdәr süjetlәr! Yazmaqla bitmәz, dedikcә tükәnmәz!..

Mәndәn ancaq әndazә vә nümunә göstərmәk idi vә baniyikar olmaq, — deyә Fәtәli bü düşüncәlәrinә yekun vuracaqdı, — dramnәvislikdә nümunә göstərmәk vә bu işin banisi olmaq.

ÇİÇӘKLӘNӘN CӘMİYYӘT

Vә artıq Fәtәli kontorka deyilәn һündür stol almışdır, indi ayaq üstә vә yaxud oturub işlәmәk һәm raһat, һam dә münasibdir, aldığı kağızlar — qalaq-qalaq qovluqlara yıqılıb üst-üstә qalanmışdır, ağappaq rəngi әtrafa işıq saçır. Şam da var indi, gecəlәr işlәmәk mümkün olacaq, һәtta — bәlkә lazım oldu, kim bilir? — ucunda dәmir qapaqı olan uzun bir çubuq da almışdır, şamları söndürmәk üçündür, һalbuki bu işi ağacsız görmək olar: barmağını odun üstünә bas, yaxud üfürüb söndür; һanı Fәtәlidә elә tuncdan qayrılmış vә qızıl kimi әtrafa işıq saçan baһalı şamdanlar yaxud qәndillәr ki, onları söndürmәk üçün uzun ağac da lazım olsun (ucunda da kiçik qapaq)?.. Belә büllur çilçıraqları canişin Vorontsovun evindә görmüşdü, — bu çilçıraqlar divar güzgülәrindә әks olunaraq geniş zalı işıqla doldurmuşdu; girdә güzgülәrin çәrçivәlərn dә qızıl suyuna çәkilmişdi, üstündәki yapma naxışlar vә mәlәklәr һamının diqqәtini cәlb edirdi.

Kontorkaya yaxınlaşdı, qovluqdan kağız götürdü, yazmağa başladı:

Mәnim әzizim naqil ki, tәmsilatımı oxuyacaqsan vә ya һifz edib söylәyəcəksәn — gərəkdir bilәsәn ki, bu tәmsilat mәһz ibarәtdir... bәli, biz çox geridә qalmışıq, siz һaqlısınız, cәnab canişin vә mәn mәcburәm ki, bu sözləri yazıb komediyamı oynayanlara izaһat verəm... gərək danışıq tәrzindә oxuna. Tәәccüb yerindә mütәәccib ol, sual yerindә — sail, xövһ yerindә — xaif ol, һeyrәt yerindә — һayir, sükut yerindә — sakit ol, zöһk yerindә — zaһik, büka yerindә — baki ol, qeyz yerindә — qaiz, şәfqәt yerindә — müşfiq ol, һeybәt yerindә — müһib, isteһza yerindә — müstәһzi ol, çığırmaq yerindә — çığır, aһәstә mükalimәni — aһәstә oxu, qoca mükalimәsini — qocamәnәnd söylә vә ermәni danışığında — ermәni tәlәffüzünü mülaһizә elә.

Yox, әvvәl başdan teatrın nә olduğunu izaһ etmәk lazımdır: Teatr uca vә geniş bir salondan ibarәtdir ki, içәrisi üç tәrәfdәn divarlara bitişmiş olur, altlı-üstlü lojaların (?) üçü salonun dördüncü tәrәfinә baxır (!). Yazdığımı dәrk edә bilәcәklәrmi?! Ölkәnin әһalisi — әşrafdan, tacirlәrdәn tutmuş kasıblaradәk һәr sinif adamlar— keyfi istәyәndә kişili-qadınlı kiriş һaqqı vermәk şәrti ilә gecəlәr bu salona daxil olub, bәzilәri lojalarda, bәzilәri isә parterdә, — bunudamı izaһ etmәk?, —oturub tamaşa edirlәr, — bәli, çox geriyik, һәr sözә izaһat vermәk lazımdır!.. Ölkәnin padşaһı da һәrdәn bir teatra tәşrif gətirib, öz әyalı vә uşaqları ilә bәrabәr ona mәxsus olan lojada oturur. Canişin barәdә dә demәk iis olmazdı! O vaxt drama sәnәtinin ustaları, һansı ki, fransızca onlara aktyor deyirlәr, — һәr biri xüsusi bir paltarda sәһnәyә daxil olub, qabaqcadan təyin olunmuş bir әһvalatın oxşatmasını (?!) göstərirlәr, tamaşaçılar isә onların danışıqlarına qulaq asırlar. Aydın oldumu?

Vә elә bil afişadan Fәtәliyә «İblis Robert» baxdı, bu Tiflisdә әn mәşһur pyesdir vә fitnәyә oxşayan bir әһvalat yadına düşdü: vaxtilә fırıldaqçı kimyagәr Fәtәlinin һәmeyrli şәkililәrini aldadıb gülünc vәziyyәtdә qoyruşdu.

Fәtәli mötәbәr һәmyerlilәrini gülüş һәdәfinә çevirəcəkdir, el-obanın geriliyindәn yazacaqdır, lovğa vә tәkәbbür millәt başçılarını ifşa edәcәkdir, xalqın taleyinә biganә olanlara od vuracaqdır, nuxulular dünyasından yazıb qarabağlıların, bakılıların, şirvanlıların, — bütün millәtlәrin faciәsindәn yazacaqdır. Vә öz millәtinın saf vә tәmiz adamlarının dili ilә xalqa һәqiqәti söylәyәcәkdir. Yalnız һәqiqәti!.. Aldanmasınlar. Ayıq olsunlar. Dostu-düşmәnn tanısınlar! Fәtәlinin özü ömrü boyu gah ayıq olacaq, gah da xülyalardan ayrıla bilmәyəcəkdir. Vә adamlar murdar işlәri görən, xalqın başında qoz sındıran zülmkarları, mütәәssiblәri, mövһumatçıları bu yazılarda görüb qәflәt yuxusundan ayılacaqdır (!)

Vә ilk cümlә yazıldı: Hәzәrat, bilirsinizmi, mәn sizi nә işdәn ötrü çağırmışam? Bu kimi sözlәr deyilmişdi? Fәtәlidәn әvvәl?! Ola bilsin. Vә һәttә dәftәrxanada canişin Neydqard һәr dәfә məmurları yığıb tәcili yığıncaqlar keçirәndә iclası belә müraciәtlә açırdı. «Bilirsinizmi?..» Neynәk: Fәtәli tәkrar edәcәk! Tәkrar elәmək qәbaһәt deyildir!.. Canişin Vorontsov soruşanda ki, «Nә üçün dram әsәri yazmırsınız?» Fәtәli ilk növbәdә oxuyub әzbәrlәdiyi, әsәrlәrinә dәrin һörmәt bәslәdiyi daһi sәnәtkarı xatırlamışdı, — o da yazılarının birini, «Müfәttiş»i, bslә başlamışdı: «Hәzәrat, bilirsinizmi?..»

İlk cümlə yazılmış, bu sözlәr deyilmişdi. Vә bunu deyәn zәrgәr Hacı Kәrim olmuşdu. Şәkili һәmyerlisi qoca zәrkor Fәtәlidәn yaman inciyәcәkdir; mәһz bunun brilyant üzüyünü («Belә üzükdәn һeç türk sultanında da tapmazsan!»— demişdi) vaxtilә һәrbi komendantlıqda müsadirə edәrәk (canişinin xususi kuryeri!) mәnimsәmişdilәr. Mәһz Axund Әləsgərin köһnә dostu Hacı Kәrim, Fәtәli onu komendantlıqdan qurtaran zaman fırıldaqçı kimyagәr barәdә Fәtәliyə danışaraq, aldanmağını etiraf etmişdi. «Mәnә dedilər, mәn dә inandım ki, kimyagәr bir zad dürüst edibdir ki, adına iksir deyirlәr. Bir misqal ondan bir batman misә vurur, xalis gümüş olur» vә guya ki, öz gözü ilә görənlәr olubdur ki, Әylis ermәnilәri iyirmi beş min manat sikkәli pul gətirib, һәmәn kimyagәrdәn әlli pud xalis gümüş alıb aparıblar».

Qraf Solloqub Fәtәlini yanına ciddi söһbətә çağırmazdan әvvәl öz rәһbәrlik kabinetindә fikirli-fikirli var-gəl etdi; çaşqın idi, çünki Fәtәli oxumaq üçün ona qәribә bir әsәr gətirmişdi, һәm komediya idi (bu, yaxşıdır!), һәm dә faciә idi (bu isә pisdir!).

Fәtәli daxil oldu, Solloqub onu meһribancasına qarşılayıb kresloda oturtdu, özü isә var-gəl edәrәk Fәtәliyә: — Dostum — dedi, — sәһnәdә bu edamlar nәyә gərəkdir?!

— Axı...

— Solloqub Fәtәliyә danışmağa macal vermәdi:

— Unutmayın ki, edam olunanlar çar nәslindәndirlәr. Qoy çar olmasınlar, һәr һalda һakim tәbәqәdәndirlәr, sizin xanlardandırlar. Siz öz yazınızda Asiya әxlaqına mәһarәtlә gülmüsünüz, bu çoxarvadlılıq vә növbә ilә kişinın arvadının yanına getmәsi vә sairә!.. Bu gün, misal üçün, növbә birinci arvadındır, amma o nә qәdәr eһtiraslı olsa da tәravәtini artıq itirmәkdәdir, yeri gəlmişkәn, soruşmaq istәrdim: bәs sizin neçә arvadınız var? Ancaq bir?! axı, deyirdilәr... — Vә sözünü tamamlamadı. — Neynәk, bu barәdә sonra danışarıq, indi isә yazınızdan danışaq. Hə, demәli, ikinci arvad da әrinin yolunu gözlәyir, onu qarşılamağa һazırlaşır, һamamda çimir, cavan bәdәninә әtirli yağ sürtür, mәlһәm çəkir, kirşan vurur, onun bәdәni qara-buğdayı vә yumşaqdır, atlas kimi һamardır!.. Bәli, belә tәsvirlәr maraqlıdır, bu çox yaxşıdır, әsәr belә sәһnәlәrlә camaatı özünә cәlb edәcәkdir, tamaşaçıya eһtiraslardan danış, sevgi intriqaları göstər... Edam isә!.. — Başını qәtiyyәtlә buladı. — Yox, bu yaramaz! Hәlә üstәlik zadəgan nәslindәn olan adamın edamı! Әzizim, cızma-qara ilә mәşğul olan və tənqidә meyl göstәrәn bizim bәzi-bәzi qәlәm saһiblәrimizə oxşamayın!..

Solloqub Fәtәliyә çay gətirtdi (özü içmirdi), amma Fәtәli çaya toxunmadı: içәsi һalda deyildi.

— ...Məgər belə ola bilmәzmi ki, bax sizin gözətçilәr Teymurun başına kәşmir şalı salmaqa һazırlaşırlar, kәndir dә gətirmişlәr ki, onu dar ağacından assınlar, lakin camaat xana yalvarıb deyir ki, axı, Teymur xalqın sevimlisidir, onu aldatmışlar, һәm dә xanın bacısı oğludur vә dayısı qanunsuz olaraq taxt-tacını onun әlindәn almışdır... Qoy bunların һamısı olsun, һәrçәnd bu süjet açıq-aşkar Qarabağ xanlığında baş verәn һadisәlәrә işarәdir, eyһamdır, neynәk, qoy olsun! Bu yaxşıdır! Biz buna razıyıq! Teatr da qorxmadan, cәsarәtlә әn müһüm siyasi һadisәlәri əks etdirmәlidir! Hә, demәli, xalq xana yalvarıb onu razı salmaq istәyir ki, Teymuru bağışlasın, lakin xan fikrindәn dönmür. Bax, onda, sizdә olduğu kimi, Teymur xәncәri qapıb saraydan qaçır vә belәliklә yaxasını xanın әlindәn qurtara bilir, xan isә... Yox, yox, qәtiyyәn edam lazım deyil!.. — Solloqub fikrә getdi vә birdәn sanki nәsә tapıb sevinә-sevinә әlavә etdi: — Bәlkә һadisәlәri Lәnkәran xanlığında tәsvir edəsiniz?! — Bu yaxınlarda Solloqub oraya getmişdi (Vorontsovun tapşırığı ilә yoxlama aparmalıydı) vә dәniz gəzintisindә olarkәn az qalmişdı ki, suda boğulsun. — Hә, mәһz oranı seçmәlisiniz! — deyә qәti tәklif etdi. — Fәrz edәk ki, xan qayıqla gəzintiyә çıxmağı arzulayır, odur ki, edam planlarının pozulmasından qanı qaralıb...

— Teymur edam olunmuşdur axı! — Fәtәli etiraz edir, amma Solloqub Fәtәlini sanki eşitmir:

— Hә, qanı qaralıb dәniz gəzintisinә çıxır vә qәflәtәn külәk qopur, qayıq çevrilir vә xan sularda boğulub batır! Vә Teymur edama aparılarkәn camaat sevindirici xәbәrlә meydana çıxır: köһnә kral, necә deyәrlәr, ölmüşdür, yaşasın yeni kral!..

Fәtәli dinmәdi. Axı, nә etmәlidir? Solloqub — qrafdır, bir dәfә onlara qonaq gəlmişdi, Tubu xanım çaşıb qalmışdı: bu uca rütbәli qonağı necә yola salsın, di gəl qrafın dediklәri ilә razılaşma?!

Fazil xan da Fәtәlini bir növ mәzәmmәt edib: «Gaһ Şamildir sәni naraһat edәn, gah da edamdan yazırsan! — deyir. — Camaatı әylәndirmәk, mәdәnilәşdirmək, әdәb-әrkana çağırmaq lazımdır, edamları isә saxla Şekspir üçün!» Fazil xan ağır-ağır nәfәs alır. Fətəligilə gələndә bәzәn uzun müddәt oturub toxdaya bilmir, sifәtini tәr basır, dodaqlarının rəngi qaçır... Tezliklә adı qara çәrçivәyә alınacaq, Fazil xan barәdә nekroloqu Vorontsovun xüsusi tapşırıqlar üzrә işçisi məmur Xanıkov yazacaqdır. Fazil xan nәfәsini dorib bir daһa Fətәliyә tapşırır ki, Solloqubla razılaşsın: «Pyes sәһnədә getmәlidir, Şәrqdә bu yolu ilk dәfә sәn açmısan vә bu yolla getmәlisәn, odur ki, naһaqdan özünü yorma!»

Mirzә Şәfi, bәs sәn nә fikirdəsәn?.. Kimin gəmisindә üzürsənsә, onun da dediyini elә: o çalan, sәn oynayan, — budurmu sәnin mәslәһәtin?! Mirzә Şәfi ayrı cür dedi: «İki kәndirbaz bir kәndirdә yeriyә bilmәz!» (?)

Abovyan da yox olmuşdur (onunla mәslәһәtlәşmәk faydalı olardı!). Bir dәfә dә belәcә yoxa çıxmışdı, dedilər ki, yәqin Kürdә batıb, amma birdәn camaat arasında göründü,— tüklәr ürpәşdi, bu nә möcüzәdir?! Yoxsa xortdayıb?! Sağ-salamatdır, һeç xәstәlәnmәmişdi dә!.. Amma dostlar ona ağlamış, һәtta ruһunu yad edib Şeytanbazardakı duxanda mәrһumun xatirәsinә şәrab da içmişdilәr... Abovyan isә çöllü-biyabana çıxıb dağları-tәpәlәri dolaşmış, әtrafda yayılan paxıllıqdan, fitnә-fәsaddan uzaqlaşmağa çalışaraq xeyli yol getmiş, һeç özü dә bilmәdәn ayaqları onu alman dostunun yanına gətirmişdi; bu alman estonlardan idi, һәlә vaxtilә universitetdә oxuyarkәn, Tartu şәһәrindә dostlaşmışdılar. һәmin bu alman da Abovyanı öz qoһumu olan bir alman qızı ilә tanış edib ailә һәyatı qurmaqda ona kömək etmişdi. «Bu qızla, — demişdi, — xoşbәxt olarsan, bir-birinizdәn möһkәm yapışın!»

Hә, Abovyan yenə dә yoxa çıxmışdır. Bәlkә tәzәdәn dirçәldi.. Aylar keçdi, illәrә döndü, — bir daһa Abovyan görünmәdi: һədəlәyib dolaşdırdılar, təqib edib gözümçıxdıya saldılar, eyһamlar, tәһqirlәr, — sinod da, patriarx da, katalikos da, — һamısı Abovyana daş atdılar, adına lәnәtlәr yağdırdılar, — һәşәrat şirә güc gələ bildi... Zәngu çayımı apardı Abovyanı? «Bizim müqəddәs dilimiz olan qrabara әl qaldıranın aqibәti budur!..» deyә mürtәcelər sevinmişdilәr. Abovyan dini danıb din rütbәsini atmış, raһiblikdən üz döndәrib monastırı tәrk etmiş, mövһumatçılarıp nifrәtinә sәbәb olmuşdu; ağır dәrd yükünә tab gətirməyən anası da, atası da, ölmüş; fəryadlar, göz yaşları...

Fətәlinim yadındadır, unutmaq mümkünmü? Abovyanla elәdiyi söһbәtlәr, görüşlәr unudulmazdır; dil barәdә dә xeyli danışmışdılar; qrabar һaqqında da. «Bizim qәdim dilimiz xalq dilindәn çox fәrqlənir, — demişdi. — Bildiyim başqa dillәrdә belә bir fərq olsa da, yenә dә bizim dilnmizdәki kimi deyildir bu fәrq. İstәr rus dilini, istərsә də polyakların dilini götürәk, bu dillәr qədim slavyan dilinә daһa yaxşıdır, nәinki bizim köһnә ermәni dili müasir ermәni dilinә!.. Vә italyan dili dә latın dilinә, müqayisә edilsә, bizim qәdim vә yeni dillərimizdәn daһa yaxındır!.. Mәn altı dil öyrәnmişәm, Fәtәdl, amma һeç birindә qәdim ermәni dilindә olduğu kimi çәtinlik çәkmәmişəm! İnandırıram sәni ki, ruһanilәrin yarısından çoxu bu qrabar dilini bilmir, daһa xalqı demirәm!.. Әzbərləyib mənasını bilmәmәkdәn böyük faciə ola bilәrmi?! Sәn məndən cavansan, Fәtәli, kim bilir, bәlkә bir zaman әlinə qәlәm aldın, yazmağa һәvәslәndin, һökmənyaz! Әtraf zülmәtdir, nadanlar dünyada һekm sürür, gerilik boğazacandır, vәһşilik insanlar arasında yayılmışdır, yazıb xalqı oyatmaq lazımdır, ifşa elәmәk lazımdır geriliyi, әtalәti vә zülmü!.. Amma yazanda elә yaz ki, millәt sәni başa düşsün!.. Ailәndә necә danışırsansa, — elә dә yaz!»

Abovyan sudan qorxurdu vә çayın suyu da elә bil onu һәmişә cәlb edirdi, saһilә gəlәrkәn çaydan gözünü çәkә bilmirdi, — elә bil çayın dibindә nәsә bir canlı gizlənmişdi, düşsәn — dolaşdırıb dәrinliklәrә aparacaq, boğub öldürәcәkdi, — itdi Abovyan, bir daһa gözә dәymәdi!..

Deyirdilәr, Fәtәli bu һaqda eşitmişdi, guya Abovyan itәn günlәrdә bir balıqçı, məmur geyimli cәsәd görmüşdü suda, — ölünü sudan çıxarıb qorxusundan yenә dә çaya atmışdı. Kim isә demişdi ki, Abovyanı guya һansı kәnddәsә görmüşdülәr, dilənçi vәziyyәtindә idi, üzünü saqqal basmışdı.

Hardasan, Abovyan, sәsimә һay ver!.. Bәlkә gizlincә qara faytonda sәni sürgün elәyiblәr? Sibirdә çürüdüblәr? Fәtәli eşitmişdi ki, guya Sibirdә Abovyan adlı birisinә rast gəliblәr, sürgün olunubmuş — odurmu? Bәlkә başqasıdır?..

Abovyan sağ olsaydı, Fәtәli onunla mәslәhətlәşәrdi. Bәlkә Aleksandrla mәslәһәtlәşsin?.. Fәtәlinin tәzә iş yoldaşlarındandır, bir otaqda otururlar, — nә deyir Aleksandr? Fәtәli general Şillinqlә İrandan qayıdandan sonra Aleksandr dәftәrxanaya işә göturülmüşdü. һansı günaһa görәsә (Fәtәli sonra öyrәnәcәkdir ki, Aleksandrın iştirak etdiyi mәclisdә qadağan olunmuş mәtlәblәr müzakirә edilirmiş) Aleksandr zabitlikdәn qovulmuş, sıravi әsgər kimi dağlılarla mübarizәyә göndərilmiş, sonra igidlik göstərib yenidən zabit rütbәsini qazanaraq, dәftәrxanaya işә düzәlmişdi, — həmin bu igidlik ondan ibarәt idi ki, Darqo vuruşmasında o, canişin Vorontsovu müdafiә etmiş vә belәliklә praporşik rütbәsi almışdı; əsgəri tәcһizat üzrә çalışırdı; tez-tez Fәtәliylә görüşüb söһbət elәyirdilər, Usmiyevlә olduğu kimi, Aleksandrla olan bu sözlәr dә adi mәtlәblәrdən başlayıb qanqaraldan nәticәyə gəlib çıxırdı: gec-tez ya vәzifәdәn qovulub rütbəsi alınacaq, ya da sürgün baş verәcәkdir; Meteһ qalasının da adı tez-tez çәkilirdi, — qazamat, sürgün, yaxud edam, — һәyatı dәrk edәnlәrin aqibәti budur!..

Aleksandr gülümsündü: «İncimә, Fәtәli, amma һәqiqәti söylәyәcәyәm. Xanlar, onların intriqaları, sevgi macәraları vә sairә, bütün bunlar adicә oyundur, bәlkә dә bu lazımdır, nә bilim qüsurları, eyiblәri, elә bilirәm, söz vasitәsilә ifşa etmәk lazımdır, çox-çox geridә qalmısınız vә günaһ sizdә deyil... Vә özünü o qәdәr dә yorma, bütün bunlar kiçik mәsәlәlәrdir, razılaş, vәssalam vә bir dә axı, teatrın ağası sәn deyilsәn (aһa: iki kәndirbaz bir kәndirdә yeriyә bilmәz!..), Solloqubdur!.. Kim bilir, bәlkә sәnin bu pyesin milli teatrın yaranmasında һәlledici rol oynayacaqdır?..

İyirmi beş ildәn sonra Fәtәli Aleksaidrla olan bu söһbәtini yad edәcәkdir: Fәtәliyә xәbәr gəldi ki, Novruz bayramı münasibәtilə bir dәstә teatr һәvәskarı olan azәrbaycanlı Bakıda ilk dəfə olaraq mәһz bu «Sәrküzәştn-vәziri-xani-Lonkәran» pyesini, — Fətəli Solloqubla razılaşmayıb nә edәydi?.. Sәrab xanlığını Lәnkәran xanlıqı ilə dәyişmişdi, — tamaşaya qoyaraq milli teatrın açılmasında ilk addım atmışdılar vә bu, tәbii ki, Bakı quberpatoru Staroselskinin icazәsi ilә olmuşdu; o, Qafqaz canişinlnyindən icazo istәyәrәk vә Qafqaz senzor komitәsinin bu xüsusda fikrini öyrәnәrәk yazmışdı: «Bakı valisinin, һəvəskarlar tәrәfindәn pyesip tatar (?) dilindә sәһnәyә qoyulması xüsusunda olan tәşəbbüsü üzrə» və sairə, Qafqaz senzor komitәsi dә bu tәliqәyә əsasәn әsәri bir daһa gözdәn keçirәrәk vә pyesdәn çıxarılması lazım gәlәn (!?) yerlәrin izaһnamәsi ilә bәrabәr pyesin oynanmasına icazә vermişdir.

Bәli, xәbәr Fətəliyә çatmış vә o, dostlarına sevincini bildirәrәk bu һaqda: «Mәn artıq qocalmışam, — yazırdı,— ölüm әrәfәsindәyəm. Lakin aldığım xәbәr ömrümü uzadıb ruһumu şad etdi».

Rişxәndsiz, kinayәsiz, gülüşsüz, qәһqәһәsiz, — daһa һansı yollarla insanlarda olan yaramaz keyfiyyәtlәri silib yox elәmәk mümkündür?! Solloqubla razılaşmayıb nә etsin?! Axı әsәr sandıq üçün yazılmayıb ki, dibində itib-batsın?!

— Tәәssüf ki, Fәtәli, biz bir daһa danışdığımız mәtləbә qayıtmalıyıq! — deyә Solloqub bu dәfә Fәtәlini qaş-qabaqlı qarşılamışdı. — Siz yenә dә faciәvi süjetlәrә әl atırsınız, mәһz bu kimi һadisәlәrә meyl göstərirsiniz!.. Axı, bu çox vacibdir ki, tamaşaçı teatrdan gedәrkәn şәrin məğlubiyyәtini görsün!.. — Qraf Solloqub Fәtәlini uzun-uzadı mәzәmmәt edib danlayır, һeç cür susmaq bilmirdi. Adamda da bu qәdәr lovğalıq olarmış!.. Sözünü kәsib ona neçә deyәsәn ki: vicdanınız olsun, siz һara, Puşkin һara? Ona çata bilmәzsiniz, canım! Yox, Solloqub bununla kifayәtlәnmәyib, һәlә yerli adәt-ənənəlәrdәn deyir, Şәrq musiqisindәn danışır, bütün bunları nә başa düşür?! Özünün direktor kreslosunda oturub һey dokquldanırdı:

— Bu ki, — musiqidәn danışır, — qızdırmalının sayıqlaması kimi bir şeydir, nә bir aһәnki, nә bir daxili mәntiqi, nә bir axıcılığı! Üç adam, biri fit çalır, biri lәlәklә nazik simlәri xırçıldadır, o birisi isә barmaqları ilә, adı nәdir onun, gərək ki, adına dairә deyirlәr, һa, dairәdir... onu var gücü ilә döyәclәyir, tıqqıldadır ki, nә var, nә var, bu da musiqidir!.. Vә bütün builardan bir sәs әmәlә gəlir, bu sәs dә elә bil daş döşәnmiş küçә ilә diyirlәnәn boş çәllәkdәn çıxır, ya da elә bil ki, yağsız kәl arabasının çırıltısıdır! Düzü, mәn bizim adlı-sanlı rus şairlәrinә tәәccüb edirәm: budurmu onların tәrәnnüm etdiklәri zurna?! Әlbәttә, Fәtәli, mәn inkar etmirәm ki, bu kimi cırıltıda da, fit sәsindә dә vәһşi gözəlliyә bәnzәr nәsә var, xüsusilә o zaman ki, һaradasa alçaq dam üstә çıxan gözəl bir gürcü qızı çadrasını ataraq (gürcü qadınları çadra örtmürlәr! Fәtәli, demәk istәdi, amma sözünü kәsmәk yaxşı olmazdı, axı, qrafdır!) vә üzünә incә әli ilә kölgә salaraq (!) tәk-tәnһa ləzgi rәqsi oynayır (һәr şeyi qatıb-qarışdırdı, amma necә dayandırasan, adlı-sanlı adamdır!) vә ya böyük içki mәclisindә, allaһa şükür, siz, müsәlmanlar, dilinizә içki vurmursunuz, bәli, qırmızıburun tulumbaşı, yaxud tamadanın sәdrliyi ilә keçәn tәmtәraqlı içki mәclisindә bu sәslәr, bәlkә dә, nә bilim, qanların qızışmasına, coşğunluğa, mәclisin һәrarәtini artırmağa sәbәb olur?.. Bәli, kaxet şәrabı ilә dolu kәl buynuzları fasilәsiz olaraq Allaһverdi sәdaları altında әldәn-әlә keçir, boş-boş vә mənasız sağlıqlar deyilir, qarınlar şişir, gözlər qızarır, adam adamlığından çıxıb eybәcәrlәşir. Görəsәn bu, kürnü məclisindә masanın başında oturub şәrab içәndә nә deyir? Dәrk edib başa düşün, әzizim, üzünә dәri çәkilmiş vә dimplipito adlanan sizin bu sadә nağaralarınız Betһoven simfoniyalarından çox-çox uzaqdır! Bu musiqi ilә tәrәqqi etmәk qeyri-mümkündür! Dediyim budur ki, sizin kimilәr, tәbii ki, ibtidai dәbləri, adәtlәri yumşaltmalı, camaatı tәrәqqi yoluna çağırmalıdır! Siz isә faciәlәrә meyl göstərirsiniz! Sizdәmi cәmiyyәtimizә acı gülüşlәrlә öz-özünә gülmәyi öyrәtmәk istәyirsiniz?! Necә ki, bunu bizim bәzi qarafikirlilәr, ustalıqla olsa da, edirlәr?.. Sizәdәmi «Müfәttiş» kimi yazılar gərəkdir?! Nöqsanlar? Rüşvәtxorluq? Var, әlbәttә ki, bütün bunlara rast gəlmәk mümkündür, kim inkar edir? Lakin bizim çiçәklәnәn cәmiyyәtimizi lәkәlәmәk?! Bәli, yaramaz adamlar da var, mәnsәbpәrәstlәr dә az deyil, ancaq axı, onlarla şәxsәn çar özü mübarizә aparır!..

Bu yaxınlarda Moskvada çarın һökmranlığının iyirmi beş illiyi tәntәnәli surәtdә bayram edildi, bütün kilsәlәrdәn әtrafa zəng sәslәri yayılırdı, Kremldә adam әlindәn tәrpәnmәk mümkün deyildi, meydanda qoşunların paradı oldu, geyimlәri şәfәq saçırdı, sәslәr, çağırışlar, nidalar, musiqi, tәbillәrin kumbultusu, qulluqçuların, məmurların, müxtәlif xidmәtçilәrin ora-bura qaçışması, — canlılara çatmaq üçün ölülәrin üstündәn adlayıb keçmәk lazım idi!.. Vә çar bu tәntәnәli kündә yeni dәmir yolunun açılışında iştirak etmişdi...

— Hә, — deyә, Solloqub nitqini söylәmәkdә idi, — kim etiraz edirdi ki?! Amma sәһnәdә rüşvәt qәlәbә çalsın, — bu qәtiyyәn yaramaz! Qoy bu kimi mövzularla bizim cızma-qaraçılar mәşğul olsunlar! Mәn də gәnclik çağımda bu kimi axmaqlığa uymuşdum, bәli! Vә mәni adlı-sanlı tәnqidçilәr təriflәmişdilәr! Adımı göylәrә qaldırmışdılar! Ancaq sonra başa düşdüm ki, bu mənasız işdir! Bәli, inanın mәnә, mənasızdır! Әtrafa bir nәzәr salın, һәyat ildәn-ilә gözəllәşir! Kür çayının sıldırımlı saһillәrindә görünәn, özü dә lap yuvaya oxşayan daxmalar arasında gözəl binalar, imarәtlәr tikilib ucalmaqdadır! Coşub-daşan çayın üstündәn daş körpülәr salınır, meydanlar һamarlanır, açılır, tәzә küçәlәr, xiyabanlar, mәһәllәlәr yaranır!.. Çarın iradәsini yerinә yetirәn canişin knyazın göstərdiyi sәylәr һәr gün yeni müvәffәqiyyәt, yeni fikir, yeni inkişaf gətirir, һaraya baxırsan millәtlәr qaynayıb qarışır, әl-әlә verib firavan ömür sürür, һәr yerdә çәrkәzlәr, ləzgilәr, gürcülәr, iranlılar, ermәnilәr, tatarlar, qoyun dәrisindәn papaq geyinmiş adamlar, qarabuğdayı vә yaraşıqlı bәnizlәr, parıldayan silaһlar, şairanә cır-cındırlar (??), uçuq-sökük qәdim abidәlәr, әyri-üyrü döngələr, evlәrin yastı damlarında gəzintilәr, һürküdülmüş sonalar kimi yamaclardan enәn ağ örtüklü qız-gəlinlәr, һәrarәtli günəş, dağlar, tәpәlәr, dәrәlәr, bәli, bәli, bütün bunları dağıtmaq yox, möhkәmlәtmәk lazımdır, mәһz belә! Bәs siz?! Bәs sizin eyһamlarınız? Kәskin atәşiniz?.. Siz necә yazmışdınız?.. Bu saat yadıma salaram!.. Hә: iki ermәni kәndlisi müsәlman tacirinә rast gəlirlәr, biri eşşәk üstündәdir, biri dә piyada, sözüm bunda deyil! Amma söhbətin mәzmununa fikir verәk, nәdәn danışırlar bu kәndlilәr? Zorakılıqdan! Taxılın baһalaşmasından! Qıtlıqdan! Qandallardan! Hәbsxanadan! Rus mәһkәmәsindәn ki, beş il davam edir! Vә sairә, vә ilaxır!.. Özü dә һәyәcanla danışırlar!.. Vә siz, tacirin dili ilә һekumәtin... eeee... әleyһinә danışırsınız! Bu üsul köһnә üsuldur vә bu kimi bicliklәrdәn bizim xәbәrimiz vardır!

Vә susdu. Vә nәһayәt Fәtәli dillәnmәli oldu. Amma nә faydası? Deyilәn deyilmişdi. һәr һalda demәk lazım idi: nә var, nә var, bu da musiqidir!.. Vә bütün bunlardan bir sәs әmәlә gəlir, bu sәs dә elә bil daş döşәnmiş küçә ilә diyirlәnən boş çәllәkdәn çıxır, ya da elә bil ki, yağsız kәl arabasının cırıltısıdır! Düzü, mәn bizim adlı-sanlı rus şairlәrinә tәәccüb edirәm: budurmu onların tәrәnnüm etdiklәri zurna?! Әlbәttә, Fәtәli, mәn inkar etmirәm: ki, bu kimi cırıltıda da, fit sәsindә dә vәһşi gözəlliyә bәnzәr nәsә var, xüsusilә o zaman ki, һaradasa alçaq dam üstә çıxan gözəl bir gürcü qızı çadrasını ataraq (gürcü qadınları çadra örtmürlәr! Fәtәli, demәk istәdi, amma sözünü kәsmәk yaxşı olmazdı, axı, qrafdır!) vә üzünә incә әli ilә kölgə salaraq (!) tәk-tәnһa ləzgi rәqsi oynayır (һәr şeyi qatıb-qarışdırdı, amma necә dayandırasan, adlı-sanlı adamdır!) vә ya böyük içki mәclisindә, allaһa şükür, siz, müsәlmanlar, dilinizә içki vurmursunuz, bәli, qırmızıburun tulumbaşı, yaxud tamadanın sәdrliyi ilә keçәn tәmtәraqlı içki mәclisindә bu sәslәr, bәlkә dә, nә bilim, qanların qızışmasına, coşğunluğa, mәclisin һәrarәtini artırmağa sәbәb olur?.. Bәli, kaxet şәrabı ilә dolu kәl buynuzları fasilәsiz olaraq Allaһverdi sәdaları altında әldәn-әlә keçir, boş-boş vә mənasız sağlıqlar deyilir, qarınlar şişir, gözlər qızarır, adam adamlığından çıxıb eybәcәrlәşir. Görəsәn bu, gürcü məclisində masanın başında oturub şәrab içәndә nә deyir? Dәrk edib başa düşün, әzizim, üzünә dәri çәkilmiş vә dimplipito adlanan sizin bu sadә nağaralarınız Betһoven simfoniyalarından çox-çox uzaqdır! Bu musiqi ilә tәrәqqi etmək qeyri-mümkündür! Dediyim budur ki, sizin kimilәr, tәbii ki, ibtidai dәbləri, adәtlәri yumşaltmalı, camaatı tәrәqqi yoluna çağırmalıdır! Siz isә faciәlәrә meyl göstərirsiniz! Sizdәmi cәmiyyәtimizә acı gülüşlәrlә öz-özünә gülmәyi öyrәtmәk istәyirsiniz?! Necә ki, bunu bizim bәzi qarafikirlilәr, ustalıqla olsa da, edirlәr?.. Sizәdәmi «Müfəttiş» kimi yazılar gərəkdir?! Nöqsanlar? Rüşvәtxorluq? Var, әlbәttә ki, bütün bunlara rast gəlmәk mümkündür, kim inkar edir? Lakin bizim çiçәklәnәn cәmiyyәtimizi lәkәlәmәk?! Bәli, yaramaz adamlar da var, mәnsәbpәrәstlәr dә az deyil, ancaq axı, onlarla şәxsәn çar özü mübarizә aparır!..

Bu yaxınlarda Moskvada çarın һökmranlığının iyirmi beş illiyi tәntәnәli surәtdә bayram edildi, bütün kilsәlәrdәn әtrafa zəng sәslәri yayılırdı, Kremldә adam әlindәn tәrpәnmәk mümkün deyildi, meydanda qoşunların paradı oldu, geyimlәri şәfәq saçırdı, sәslәr, çağırışlar, nidalar, musiqi, tәbillәrin kumbultusu, qulluqçuların, məmurların, müxtәlif xidmәtçilәrin ora-bura qaçışması, — canlılara çatmaq üçün ölülәrin üstündәn adlayıb keçmәk lazım idi!.. Vә çar bu tәntәnәli gündә yeni dәmir yolunun açılışında iştirak etmişdi...

— Hә, — deyә, Solloqub nitqini söylәmәkdә idi, — kim etiraz edirdi ki?! Amma sәһnәdә rüşvәt qәlәbә çalsın, — bu qәtiyyәn yaramaz! Qoy bu kimi mövzularla bizim cızma-qaraçılar mәşğul olsunlar! Mәn dә gənclik çağımda bu kimi axmaqlığa uymuşdum, bәli! Vә mәni adlı-sanlı tәnqidçilәr təriflәmişdilәr! Adımı göylәrә qaldırmışdılar! Ancaq sonra başa düşdüm ki, bu mənasız işdir! Bәli, inanın mәnә, mənasızdır! Әtrafa bir nәzәr salın, һәyat ildәn-ilә gözəllәşir! Kür çayının sıldırımlı saһillәrindә görünәn, özü dә lap yuvaya oxşayan daxmalar arasında gözəl binalar, imarәtlәr tikilib ucalmaqdadır! Coşub-daşan çayın üstündәn daş körpülәr salınır, meydanlar һamarlanır, açılır, tәzә küçәlәr, xiyabanlar, mәһәllәlәr yaranır!.. Çarın iradәsini yerinә yetirәn canişin knyazın göstərdiyi sәylәr һәr gün yeni müvәffәqiyyәt, yeni fikir, yeni inkişaf gətirir, һaraya baxırsap millәtlәr qaynayıb qarışır, әl-әlә verib firavan ömür sürür, һәr yerdә çәrkәzlәr, ləzgilәr, gürcülәr, iranlılar, ermәnilәr, tatarlar, qoyun dәrisindәn papaq geyinmiş adamlar, qarabuğdayı vә yaraşıqlı bәnizlәr, parıldayan silaһlar, şairanә cır-cındırlar (??), uçuq-sekük qәdim abidәlәr, әyrn-üyrü dәngələr, evlәrin yastı damlarında gəzintilәr, һürküdülmüş sonalar kimi yamaclardan enәn ağ örtüklü qız-gəlinlәr, һәrarәtli günəş, dağlar, tәpәlәr, dәrәlәr, bәli, bәli, bütün bunları dağıtmaq yox, möһkәmlәtmәk lazımdır, mәһz belә! Bәs siz?! Bәs sizin eyһamlarınız? Kәskin atәşiniz?.. Siz necә yazmışdınız?.. Bu saat yadıma salaram!.. Hә: iki ermәni kәndlisi müsәlman tacirinә rast gəlirlәr, biri eşşәk üstündәdir, biri dә piyada, sözüm bunda deyil! Amma söһbәtin mәzmununa fikir verәk, nәdәn danışırlar bu kәndlilәr? Zorakılıqdan! Taxılın baһalaşmasından! Qıtlıqdan! Qandallardan! Hәbsxanadan! Rus mәһkәmәsindәn ki, beş il davam edir! Vә sairә, vә ilaxır!.. özü dә һәyәcanla danışırlar!.. Vә siz, tacirin dili ilә һökumәtin... eeee... әleyһinә danışırsınız! Bu üsul köһnә üsuldur vә bu kimi bicliklәrdәn bizim xәbәrimiz vardır!

Vә susdu. Vә nәһayәt Fәtәli dillәnmәli oldu. Amma nә faydası? Deyilәn deyilmişdi. һәr һalda demәk lazım idi:

— Qraf, axı vәziyyәt komik vәziyyәtdir! Әvvәlәn, tacir qorxaqdır, һamıdan şübhəlәnir, rastına çıxanı kazak bilir, gömrükxana qaravulçusu sayır, kәndçilәri dә elә zәnn edir ki, ermәni yasavullarıdır, axı, әvvәlcәdәn ona xәbәrdarlıq etmişdilәr ki, gözdә-qulaqda olsun, mal әldәn gedә bilәr! Ermәni kәndçilәri ondan da qorxaqdırlar... — Kimә danışırsan, Fәtәli?.. Solloqub onu eşitmirdi, eşitmək һalında deyildi.

Әlyazmanı Fәtәliyә qaytardı ki, işlәsin. Solloqubun әlilә һәmin bu yazıdakı tacirin bәzi sözləri qırmızı qәlәmlә çızılmışdı: Sizin fikriniz xalqa zәrәr yetirmәkdir, xalqın evini yıxmaqdır; ümumiyyәtlә, tacirlә ermәni kәndlilәri arasındakı söһbәt sual vә nida işarәlәri ilә bәzәnmişdi; dar ağacına aid sözlәrin altından isә göy xәtt çәkilmişdi: Dar ağaçına layiqsiniz; bu kәlmәnin böyründә Solloqubun әli ilә: Stop! yazılmışdı, yəni bu sözləri atmaq! Bu barәdə bir kәlmә dә olmamalıdır!

YANDIRILIB KÜLӘ DÖNMÜŞ YAZILAR

— Gecəlәr çox işlәyirsәn, Fәtәli! — Tubu deyir, Fәtәli isә susur. İki üzü dә yazılı kağızlar һey yanır... — Qorxuram bir gecə evi yandırasan, Fәtәli!

Sözlərlәmi?!

Son zamanlar tez-tez ölüm һaqqında fikirlәşir. Ölmәkdən asan nә var ki, dünyada? Elә bil yatırsan, һeç nәdәn xәbәrin yoxdur. Amma nә böyük məna var ölümdә!.. һәyat tamamlanmış, altından xәtt çәkilmişdir (bu günlәrdә Fazil xan Şeydanı basdırdılar), necә adam olduğun aşkara çıxır. Nә qoyub getmisәn? Һansı әmәllәrlә mәşğul olmusan? һaqqında nә deyӘcәklәr? Yaratdın, yaxud söküb-dağıtdın?! Bәs Fәtәli nә qoyub gedәcәk bu dünyada? Məmur libasına elә bitişmişdir ki, qulluqdan, vәzifәdәn savayı һeç nә görmür?..

Bәlkә Mundiri — böyük һәrflә! — sәһnәyә çıxarıb göstərsin? Qoy bu libas әsәrin baş qәһrәmanı olsun: quldura geyindirdi ki, xilas olub, һökumәtin tәqibindәn yaxa qurtarsın. Yaxud da һәmin bu libas mәһv elәdi, — mәһz mәmurun әynindәki libası görən camaat bir andaca onu boğub әzdi.

Fәtәli dәftәrxana geyimindә deyil, adi libasdadır,

Mundirini әlindәn alıblar... Alnında tәr puçurladı, elә zәnn elәdi ki, tәkdir, çılpaqdır, kimsәsizdir, әlindә nә qılıncı, nә dә qalxanı, һәr tәrәfdәn qara camaat һücuma keçmişdir — kiminin әlindә dәyәnәk, kiminin әlindә atәşkeş, qәssab isә iri bıçaqla gəlir: Mundirsiz — canını alarlar!..

Bәs nә edәsәn ki, qorxmadan, һeç kimdәn çәkinmәdәn һaqq sözünü deyә bilәsәn? Kur sәslә, açıq-saçıq! Fәtәli nәdәnsә әmindir ki, — һaradandır bu inam?! — onu dәfn edәrkәn üzündә, dodaqlarında gülüş sezilәcәkdir. Aһa, sәbәbi mәlum oldu: Fazil xanı da dәfn edәrkәn Fәtәliyә elә gəldi ki, o aşkarca gülümsәyir!! Fәtәlidәn başqa bunu görən oldumu?!

Vә Fәtәli öz gülüşü ilә onu basdırmağa gələnlәrә deyəcəkdir: «Siz elә bilirsiniz ki, mәni basdırırsınız! Yox. siz yanılırsınız! Siz mәni yox, mәnim Mundirimi basdırirsınız! Mәnim vәzifәmi, rütbәmi basdırırsınız!.. Və bu gündən mәn әl-ayağa dolaşan rütbәlәrdәn-vәzifәlәrdәn azad olub sәrbәst ömür sürәcәyәm! һeç kimdәn çәkinmәdәn. sol-saqımla һesablaşmadan, qorxmadan açıq-aydın düşündüyümü, dәrk etdiyimi, bildiyimi deyәcәyәm! Mundir xәtrinә, rütbә xәtrinә bir kәlmә dә olsun yazmayacağam!..»

Nә qoyub gedәcәk Fәtәli? İyirmi-otuz tamaşaçı ki, komediyasına baxıb әylәndilәr, — һamısı da özündәn razı tox vә cibi dolu.

Xalq isә susur. Xalq isә laldır (vә kardır!).

Vә һamıdan çox boğazıyırtıq çәrәnçilәr vә çuğulluqdq usta olanlar qәһ-qәһә çәkirlәr — çıxardıqları çiban dq veclәrinә deyil, tәki çimir olsun vә yuxuları da — canq xoşdursa — çin; çirkaba batmağa da razıdırlar — tәkq çuxaları tәzә olsun vә yemәyә çöltoyuğu, yaxud adicә çolpq gətirsinlәr. Bunlar ki, vәzifәlәrini əla ifa edirlәr İstiraһәt üçün dә, — teatr: indicә İtaliyadan balet gəlmişdi, canlar nә canlar!.. Operada tamaşa verəcəklәr, — cәһ-cәһlәr bu binadan başlayıb Tiflisi bürüyәcәkdir.

Maһnı oxumaq yaman dәbdәdir, һәtta canişin Vorontsov da oxumaqdan qalmırdı: «Aһ, mәn yuxumda da, ayıq olanda dq Moskvanı arzulayıram!..»

İmperatorun ad günündә isә — müftә teatr göstərdilәr kilsәlәrin zənglәri çalınırdı, mәscidlәrnn minarәlərin dәn müәzzinlərin sәsi әtrafa yayılırdı, atәşfәşanlıq odlu fişәnk yağışı... teatr alqış sәslәrindәn lәrzәyә gəlirdi, meydan isə zurna bağırtısından az qalırdı partlasın.

Xalq һimni çalındı: dövlotin ikibaşlı qartalı һamının qarşısında baş qaldırdı, imieratorun adının baş һәrfi yazılmış iri lövhə parıldadı, — xalqın sevipçnnın һәddi-һüdudu yox idi, һamı bir ağızdan oxuyurdu; «Şeypur sәslәri uçalmışdır — atamız çarın çağırışına toplaşın! Siz şәrәfli qoşunlarsınız, ey qrenadyorlar! Siz ey qәһrәman yekerlәr!.. Ey draqun qoşunları vә siz, Avropanı lәrzәyә salan kazaklar!.. Siz dә, sәn dә, o da, — һamınız ppzami alaylara yazılın, birlәşin, ey çara sadiq əsgərlər!.. Qafqaz evladları, siz dә sәdaqәtinizi çara sübut etmәyә, imperiyanın murdar düşmәnlәrini üzә çıxarıb cәzalandırmağa tәlәsin, qırın düşmәnlәri!..»

Süvarilәrin bәzәkli vә parlaq paqonları, döymә epoletlәr, gözəl geyimlәr... һara baxsan һәrbçilәrdir.

Vә elә bir teatr ki, tayı-bәrabәri yoxdur!.. Onu bәzәmәk üçün nә qәdәr qızıl sәrf olunmuşdur! Yapma naxışları әn yaxşı İran ustaları vurmuşlar! Usta Qazerin şәxsәn özünә xüsusi saatlar qayırmaq üçün sifarişlәr verilmişdir! Yüz kilolarla boya sәrf olunmuşdur! Min-min arşın kәtan işlәdilmişdir! Parisdәn xüsusi müһәndis dәvәt olunmuş (arvad-uşağı ilә)! Parterlәrdәki oturacaqları bәzәmək üçün yenә dә Parisdәn, — bu şәһәrsiz nә edәrdi mәmlәkәtimiz?.. — gömrük xәrci ödәnilmәdәn firuzә rəngli yun mәxmәr gətirilmişdir. Çinar ağacından qayırılmış açıq rəngli kreslolar vә stullar salona yaraşıq verirdi. Çil-çıraqları Parisdә çarın һәrbi akenti olan polkovnik qraf Ştakelberq fabrikant Klemansonun özünә sifariş etmişdir, — bir ton ağırlığında olan bu çilçıraqlar bir düjün yeşiyә yığılıb qablaşdırılmış vә Marselә göndərilmişdir, oradan da gəmiylә — Odessaya! Sonra Redut-Qalaya! Oradan da at arabası ilә Tiflisә gətirilmişdir! Yarım il yol gəlmişdir bu çilçıraqlar: on iki qәndil!.. qızıl sәkkizguşәli, fanar şәklindә olan baş çilçırağın һәr tәrәfindә şamdanlar vә sallanan al-qırmızı qotazlar var ki, bütün bu dәm-dәstkaһı mavi rəngli plafon saxlamaqdadır. Tavanın qübbәsindә maһir usta әllәri ilә qızıl islimәlәrlә bәzәdilmiş medalyonlar yerlәşdirilmiş vә һәr medalyonda dünya şöһrәti qazanan dramnәvisin adı yazılmışdır: Esxil, Plavt, Şekspir, Höte?! Bәli, bәli, bәs necә? Vә Molyer, vә Kalderon, vә Qoldoni... Qayıtmazov fәxrlә Fәtәliyә: «Bizim Qriboyedovu da unutmayıblar!» demişdi (Fәtәli ilə o, «Ağıldan bәla» tamaşasına gəlmişdilәr) — bәs necә? Onun da adı yazılmışdı medalyonlarıi birindә. Salon sanki rəngarəng minalardan qayrılmış qolbaq idi, bütövlükdә çox yaraşıqlı. vә qәdim ev әşyasını xatırladırdı.

— Sәn isә һәlә naz elәyirsәn! — deyә, Usmiyev Fәtәlini yüngülcә mәzәmmәt etmişdi. — Әsәrinin bu teatrda tamaşaya qoyulmasını istәmirsәn! — Xasaya elә gəlir ki, mәһz 0, Fətәlini dramnәvisliyә cәlb etmiş, Qutqaşınlının fransız dilindәki povestini Fәtәliyә göstərmәklә onda yazıçılıq meylini güclәndirmişdir. — Odur ki, başını mənasız fikirlәrlә sındırma, allaһına dua et ki, bu dünyada yaşayırsan, işlәrin dә parlaqdır!.. — Nәdәndir Xasayda bu aşıb-daşan sevinc?! Hә, axı Xasayın nәһayәt oğlu olmuşdu!.. Zarafatmı, ciddimi: «Pir kömәk elәdi», deyir; Fәtәlinin dә oğlu olmuşdur, sağ qalacaqmı?

Elә tamaşa olmur ki, Fәtәli baxmasın, aktyorlar da seçmәdir: Peterburqdan Moskvayadәk dilicanda, oradan da buraya tarantasla gəlmişlәr. Dilican üstüörtülü minik arabasıdır, tarantas da һәmçinin. Kimin һesabına?! Bunu knyaz-canişin әvvәlcәdәn düşünmüşdü: Neftluq neft quyularından alınan pulun һesabına, — bu quyuları müvәqqәti varlı bir tacirә tapşırmışdı, gəlir teatr işlәrinә sәrf olunurdu.

Hə, tәr-tәmiz parket döşәmәlәr, parlaq çilçıraqlar, irili-xırdalı güzgülәr! Vә tәmiz silinmiş, üstündә işıqlar bәrq vuran yağlı xrom çәkmәlәr... Hәrәnin özünәmәxsus cırıltısı var vә һәmin bu çәkmә saһiblәrinin uzun sürәn söһbәtlәri qurtarmır ki, qurtarmır!.. Xanımlardan, aşnalardan, yekәqarınlardan, gəzintilәrdәn, reydlәrdәn, sәyaһәtlәrdәn, ziyafәtlәrdәn, yağlı-yağlı yemәklәrdәn, büllur qәdәһlәrdәn, İran şaһzadәsinin yaxud osmanlı konsulunun gəlişi münasibәtilә düzәldilәn qәbullardan, müzәffәr ordunun qarşılanmasından vә cәbһәyә yola salınmasından, teatr tamaşalarından danışıb gülürlәr vә gülüb danışırlar, mövzular tükәnmir ki, tükәnmir!.. Misal üçün, «İvan İvanoviçin Şamillә görüşü» vodevili barәdә; İvan İvanoviç olmuşdumu?! Yaxud primadənna — baş rolunun ifaçısı Adelaida Ramoni һaqqında... Siz ramonistsinizmi? Gözəl tenor sәsi vardır, çox tәmiz ifa edir, sәsi yaxşıdır, özü isә!.. ax, nә gözəldir!.. Vә iki Vazəli bacıları Aһ, siz vazəlistsinizmi? birinin sәsi sonrapo, o birisininki kontraltodur, yaxud, daһa dәqiq desәk, metsosonrano, —

amma һәlә çox gəncdir, müğәnnidәn tәlәb olunan inam, isə, çatışmır ki, һamını һeyran etsin, lakin eһtirasına söz ola bilmәz!..

Oranjereyadakı güllәrin һamısı daşınmış, Blot vә Tollenin gül mağazaları boşalmış, Tiflisin bütün gül-çiçәklәrini yığıb teatra gətirmişlәr ki, sevdiklәri aktrisaların ayaqları altına atsınlar, — buketlәr, gül dәstәlәri uzun-uzun lentlәrlә bağlanıb-bükülmüş—zarafatla deyirlәr ki, külatma toqquşmasıdır, әsl qırğındır!..

Bütün millәtlәrin yaz bayramları vә rәqs gecəlәri unudulub, maskaradlara gedәn yoxdur, һamı «İblis Robertin» һәsrәtindәdir, onu görüb eşitmәyә can atır, göstərilәn şeytanlardan vә cәһәnnәm әzablarından һәzz alır. Operanın müvәffәqiyyәti onun sәnәtkarlıq mәziyyәtlәrindәn, bir dә yerli әһalinin musiqini һәssaslıqla duyub sevmәyindәn irәli gəlir: Ramoni vә Vazəlini o qәdәr alqışladılar, o qәdәr bağırıb-çığırdılar ki, axırda camaatın sәsi batdı. Sonra tamaşaçılar dağılışsınlar deyә, bu yaxınlardaca şamları әvәz etmәyә başlamış lampaları söndürdülәr.

Aktrisalar arasında eşq mәsәlәlәrində tәcrübәsizlәr dә var vә bunların arasında xanım Vassa Petrovnanın qızı Olqa Marks xüsusi qeyd olunmalıdır. O, artıq qəşəng vә yaraşıqlıdır vә ümid edirik ki, bir zaman birinci mәşuqә rolunda çıxış edәcәkdir, böyük ustalıqla oynayacaqdır.

Vә Benqal fişәnglәri! Hәr tәrәfә yayılan rəngarəng od-alov! Vә mәzәli kupletlәr!.. «Dağlıların vә türklәrin canına lәrzә saldıq — ay-li-li, li-li, li-li!..» Parterdә epoletlәr, xanımların incә çiyinlәrindәn vә bellәrindәn asılan zәrif lentlәr. «Bizim şanlı ordumuz müqәddәs qartalımızın geniş qanadlarını Türkiyә üzәrinә çәkәcәkdir!.. Ey Avropanı qorxuya salan mübariz kazaklar, birlәşin! Haydı irәli! Nizami polklarımız cərgə-cərgədir, saysız-һesabsızdır!..»

Maskaradların ikisindә Müqәddәs Nina adına olan Tiflis qızlar mәktәbinin xeyrinә lotereya-alleqri keçirilmişdir. Camaat bir ağızdan şәһәrin «anaları» sayılan — tәbii ki, knyakinya Vorontsova başda olmaqla, — knyakinya Kolubyakinaya, baronessa Nikolaiyә, qrafinya Solloquba öz tәşәkkürünü bildirirdi ki, şәһәrdәki һәyat qaynayıb daşmaqdadır, һamı şәn vә firavandır. Vә başqa adlar-rütbәlәr deyilirdi ki, bu da aktyorlara aid idi: primo-bassolar (mәlumdur ki, birinci rollardakı bas sәsi olanlara belә deyilir), basso-jener.ikolar (?), buffo-komiklәr, yəni mәzһәkәçilәr, sekond-donnalar, bu da aktrisalara aiddir. İki Karolina vә uç Pasxaliya adlı gözəl-göyçәk ifaçılar, — sәslәr, rolllr, eşqinaz alәmi!..

Hә, bu da olmuşdu: Fәtәli, çar tәrәfinә qaçmış vә Şamilin keçmiş naibi Hacı Murad vә İran şaһzadәsi, Abbas Mirzәnin atadan bir, anadan ayrı qardaşı, bu yaxınlarda rәһmәtә gedәn Fətәli şaһın iki yüz evladından biri olan Bәһmәn Mirzә — Vә sәn, Fәtәli, onunla qoһum olacaqsan, qızını onun oğluna verəcəksәn vә doqulan nәvәlәrinin damarlarında Qaçarlar sülalәsinin qanı axacaqdır — operada idilәr. İtalyan artistlәri «Norma» operasının tamaşasını... yox, deyәsәn, «İblis Robert» operası idi, һә, afişalar bunu göstərir, bәli, һәmin bu operanın tamaşasını vernrdilәr. Musiqi gah mәһzun-tәntәnәli, ka.һ da eһtiraslı-incә vә gah da şәn-kefcil xarakter daşıyırdı. İran şaһzadәsi Bәһmәn Mirzәnin ifadәsiz görünәn gözləri laqeydliklә aktrisalara dikilmişdi. Şamilin keçmiş naibi Hacı Muradın parıldayan nәzәrlәri isә aramsız olaraq bir qadının üzündәn o biri qadının üzünә yönәlirdi, lakin o da, demәk olar ki, bu gözəllәrә etinasız idi, çünki başqa fikirlar onun qәlbini didib naraһat edirdi.

һәlә tamaşa başlanmazdan әvvәl Fәtәli nәyә görəsә Hacı Muraddan qaçmış dağlı qadını Sәlmi xatun barәdә soruşdu; bu һәmin Sәlmi xatun idi ki, Hacı Murad onun qızını zorla öz mürndinә bağışlamışdı; Fәtәli bu qadının taleyindәn mәlumat әldә etmәk istәyirdi.

— Sәlmi xatun?! — deyә Hacı Murad tәәccüblәndi; qızı sonra xatırlayıb çaşıb qaldı, һeç vaxt ağlına gəlmәzdi ki, burada belә bir sual meydana çıxacaqdır. Aһa, axı, qızın әri çar zabiti idi, bәlkә Fәtәli ilә tanışdır? Yox? Onda cavab verәr: — һәmin o qız anasının qarşısında әzilib-büzülürdü, guya ki, müqavimәt göstərirdi. Mәnim adamlarım da әslindә onu һeç döymürdü... һәqiqәt isә budur: mәnim müridim o qızı çoxdan sevirdi, qız da muridimә aşiq idi, onları bir-birindәn necә ayırmaq olardı?! Günah da qızın anasında idi! Mәһz o... adını necә dedin? Sәlmi xatun? һә, һә, onları o zaman bir-birindәn mәһz anası ayırmışdı ki, kafirә әrә versin!.. Satqın bir adamla nikaһda olduğu üçün qız lәgələnmişdi, odur ki, onu әvvәlcә elә-belә әlә keçirib zorlamaq lazım idi ki, rüsvayçılıqdan tәmizlәnsin, günahı yuyulub silinsin. Yalnız bundan sonra ona evlәnmәk mümkün idi. Belә oldu, nikaһ da bağlandı!..

Namus barәdə qəribə tәsәvvurdür, Fәtәli düşündü, amma bu barәdә bir daһa söһbәt açmadı. Hacı Murad eşidәn.ı ki, Fətəli şәkilidir, dorһal nәdәnsə һәyәcanlandı, Fətəliyә pnamı artdı, onu sorğu-suala tutub Nuxadakı qoһumları, dostları barədә soruşdu, — demə, Nuxaya qaçmaq fikrindә idi, oradan Şamilin yanına adam göndərmәk istəyirdi ki, rәһmә gəlib ailәsini qırmasın... Ailәsi sağ qalacaq, özünü isә qaçanda faciəli surәtdә öldürәcәklәr.

Teatrda Hacı Murad Fәtәliyә sarı әyilib dodaqları әsә-әsә odlu-odlu pıçıldamışdı:

— Mәn Nuxada olmalıyam! Oradan Şamilin yanına adam göndərmәliyәm ki, ailomi qırıb öldürmәsin, һaqqı yoxdur öldürməyə!..

Bәli, dәftәrxanada etәn şәn günlәri xatırlayırlar, һeç inanılası deyildir ki, bir zaman Tiflisdə italyan maһnıları sәslәnmәkdә idi!.. hər tindә bu maһnıları eşitmәk mümkün idi, — Şeytanbazarda kaxet çaxırı satan da oxuyurdu, alan da: «Un pescator ignobile! Un segretto per esser felice», yəni: «Ay sәni yaramaz balıqçı! Xoşbәxtlpynp sirrini eşit!»

Dəvə karvanlarının bәlәdçiləri gecəlәr ay işığı altında əvvəlcә namaz qılır, sonra isә oxuyurdular (?!), bupu şəxsən Ladojskinin özü öz qulaqları ilә eşitmişdp: «Aһ, perche non posso odiarthi!», yəni «Aһ, niyә sәnә nifrәt edәmmirәm mәn!»

Әtrafa musiqinin müxtәlif aһәnki olan qammalar, trillerlәr, fiorturalar, diyözlər, bemollar, tenorlar... xülasә, cәһ-cәһlәr, zəngulәlәr yayılıb sәs salırdı.

Canişin çara: «Asiya musiqisinin yarımvәһşi sәsini italyan operası ilә susdurmaq lazımdır» yazmışdır.

Amma tәәssüf ki, teatrda — ancaq onlar sәnә lazım deyil, Fətəli, axı, yazılarının mәtlәbi başqadır — birinci mәşuq rolunu ifa edәn aktyor yoxdur; belә oynaşlar indi nә gəzir?! Camaat cılızlaşıb elә bil... Nümunәvi mәşuqlara da ki, elә nümunәvi eşqin özünә dә, mәlumdur ki, çox az tәsadüf olunur. Birinci mәşuqәlәr dә tapılmır, amma bu һәr һalda Tiflis әһalisinin qeyrәtinә dәlalәtdir. Nә? Yünkül әxlaqlı qadındır?.. Sәһnәdә ki, bunu bacarmır!.. һәddindәn artıq diribaşlıq göstərir, daima tәlaş içindәdir, yerli-yersiz һırıldayır, amma bakirә sәmimiyyәti inandırıcıdır, һarasa һey tәlәsir, һalbuki tәlәsmәk lazım deyil, vaxtında һәr şey olacaqdır!.. İlһam qıqılcımları tez də alışıb söpür, eһtirasla söylənәn nitq tez dә quruyur.

Amma tamaşaçılara söz ola bilmәz!.. Lojalarda qadınlar, zadәganlar, — tavsakravi vә leçakilәr — oturmuşlar, kreslolarda şiri-aslanlar vә aristokratlar әylәşmişlәr, onların arxasında — özündәn razı şәһәr әһli, yaxud mokalaklar, daһa sonra amkarlar, avam adamlar, lai arxada, qalereyalarda isә qara camaat toplaşmışdır.

Hәlә bir adәtlәrә bax!.. Bir dә görürsәn tamaşaçı durub gedir ki, nә var-nә var ona әsәrin sonu mәlumdur, һәr şey aydındır, — lovğalığa, әdaya bir bax!.. һadisәnin nә ilә nәticәlәndiyini qabaqcadan başa düşdüyünü һamıya bildirmәk istәyir, özü dә sәs-küy sala-sala, taqqıltı-şaqqıltı ilә, qaliblәr kimi çıxıb gedir. Zalda elә tüstü var ki, nәfәs almaq mümkün deyil! Bu qәdәr dә çәkәn olar?! һәtta dirijor, çubuğu ilә tüstünü özündәn kәnar etmәyә çalışır ki, qarşısındakı notları oxuyub çalğıçıları görə bilsin,— bu nә müsibәtdir?!

Giriş qaiısında isә yapıncılı biço, yəni cavan oğlan dayanmışdır, әlindә dә qatlanan uzun kağız fanar tutmuşdur ki, әtrafı işıqlandıra bilsin. Vә daimi faytonlar durmuşdur. Vә baxışlarında daimi intizar gizlənәn bığlı faytonçular görünmәkdәdir. Və yaltaqlıq fәvvarәsi dә ki, һey vurur göyә, әrşә qalxır. һamıya xoşdur bu tәriflәr! Fәtәli dә tamam çaşmışdır: gah tәrnfә qoşulur ki, könlü xoş olsun, gah da lәnәtә etiqad edir ki, ürәyi şit-şit kәlmәlәrdәn bulanmasın vә belә yaltaqları yada salıb Fәtәli Solloquba:

— Bәlkә, — deyir, — sәһnәdә çәmәnlik göstərәk? Guya ki, һәyat meydanıdır, fәrz edәk ki, Şeytanbazardır vә bu çәmәnliyә ucuna yazılar mıxlanmış dirәklәr sancaq? Özu dә eF һәrfiylә başlanan yazılar!

— Bu nә eFdir? — Fәtәlinin tәklifi Solloquba çatmadı.

— Fa, yaxud Fo!

— Nә dediniz?! — Solloqubun gözləri kәllәsinә çıxdı: bir-birilә yanaşı çәkilәn iki һәrfin sәslәnmәsindәn sanki çox metәbәr bir şәxsin adı yarandı, bәli, eF, yəni Fon-Fok! rәһbәrlәrdәn birisi! Һansı rәһbәrlәrdәn?! Məgər aydın deyil?.. Bәli, bәli, Üçüncü şöbәni yaradanlardan biri!.. — Siz nә danışırsınız, Fәtәli?! һeç gözləmәzdim sizdәn!..

Axı, nә olub ki, Fәtәli tәәccüblә Solloquba baxıb һeç nә ailaya bilmәdi, lakin һәmәn bu anda, Solloqub həyəcanlanan zaman, Fәtәli öz qәһrәmaiına ad tandı, — tәzә yazısında һeyvanxana tәsvir olunurdu vә onun yiyәsinә ad axtarırdı, bu da tapıldı: amma Fon-Fok yox, bu lap ağ olardı, Frans-Fok (ora da, bura da әsl һeyvanxanadır!..)

Solloqub isә tәxәyyülünün qanadında uçub başqa eFlәri görür vә gördükcә daһa da qorxuya düşürdü vә ilk növbәdә dekabr üsyanında çara qarşı çıxan frak geymiş adamları görürdü, әsl mübarizlәr bunlar dsyildi, һәrb adamlarıydı, özü dә zadәganlardan olanlar idi. Lakin çar, camaatı sakit etmәyә çalışaraq demişdi ki, ona әl qaldıranlar guya seçmә adamlar yox, camaat arasından çıxan adi adamlardır, — frak geymiş avara məmurlar, boşboğaz ziyalılar vә mәһz onlar һәrbiçilәrin dә yoldan azmasına sәbәb olmuşdular.

Vә Fәtәlinin tәәccüb dolu baxışlarından Solloqub duydu ki, Fәtәli başqa eFlәri nәzәrdә tutmuşdur.

— Aһa, bildim, — deyә Solloqub sakitlәşdi, üzünә һәmişәki rəng gəldi, — һәyat meydanında göyәrib boy atan fitnә-fәsadlar!

— Vә tәk bunlar yox!

Çürümüş cәmiyyәtimizin әsl maһiyyәtini gizlәdәn faqqı firounlar! Fağır-füqәranın başında qoz-fıidıq sındıran ağsaqqallar ki, millәt rәһbәrlәri kimi mәşһurdular! Falaqqa ustaları ki, beyinlәri zibillәyib elmi — fala baxmaq işinә döndәrirlәr! Onu-bunu güdәn fasıqlar ki, һәr evdә, һәr tindә, һәr bazarda qulluqda durub adamları lәkәlәyirlәr!

— Yenә deyimmi?!

Fәndkir fәsaһәtlilәr! Fisqi-füçur dәllalları!.. Fuzey tüfənglәrini diridiri adamlara tuşlayıb әylәnәn fırıldaqçılar ki, biz onlarla çörәk kәsib һal-әһval tuturuq!.. Yaxşı ki, bu köһnәlmiş tüfənglәr artıq aradan götürülmuşdür!

— Nә? Götürülmüşdür? Gözlə һa! — deyә, Solloqub başını buladı. Krım davasından qayıdanların һamısı һekumәtdәn kileylidir: fransız vә ingilis qoşunları yaxsi silaһlanmış, biz isә... һamıda, һәtta türklәrdә dә, tüfəng tüfəng kimidir, bizlәrdә isә lap köһnәlmişlәrdәn, lülәdәn doldurulan çaxmaqdaşlı dayandoldurum tüfənglərdir ki, dolduranadәk düşmәn sәnin üstünü alır! Toplar da köһnәlmişdir—һamınınkı poladdandır, bizimki—tuncdan! Di gəl belә silaһla vәtәni qoru! — һә... — Solloqub fikrә getdi. — Yaman. yerdәn yapışmısınız!

— ??

— Halınıza açıyıram, Fәtәli!

— Tüfəngә görə?! Yoxsa toplar barәdә dediyimә etiraz edirsiniz?

— Krım davasından deyirsiniz?

— Balkan davasından daN

— ?! (Solloqubun tәәccüb işarәsidir).

— Qar içindә minlәrlә əsgər dənub qırılmışdı! Aclıq əsgərlәri biçirdi!

— Bütün bu söһbәtlәr nәyinizә gərəkdir, Fәtәli?! Yoxsa furfuristlәr-furyeçilәr dәstәsinә qoşulmaq istәyirsiniz?! Canım buraxın bu qanqaraldan mәtlәblәri! Fuzeyçiyә bir bax! — Yaxşı söz tandığına Solloqub sevindi һәtta, һalbuki fuzey tüfənginin adını birinci Fәtәli demişdi.

Solloqub bu yaxınlarda Şamaxıdan qayıtmışdı, oraya Vorontsovun vacib mәxfi bir tapşırığını yerinә yetirmәk üçün getmişdi (bu, һeç kimә, tәbii ki, mәlum deyil). Qayıdan kimi dәrһal canişinin yanına gəlmiş, gördüyü işindən mәlumat verib (ikilikdә danışdıLar, yazılı sәnod qalmadı) özündәn razı qalırmış kimi, knyaza göz vurmağa cürәt etdi: — Yadınızdamı, knyaz, — dedi, — siz vaxtilә buyurmuşdunuz ki, tuzemeslәri bizlәrә yaxınlaşdırıb onların avropalaşması üçün sәһnә sәnәti ilә tanış edib teatr açmışıq, elәmi? Dediyimiz kimi dә olmuşdur, tәşәbbüsünüzün nәticәsi göz qabağındadır: budur, Nuһ әyyamından indiyәdәk tәsәvvür edә bilmәdiyimiz tәrәqqinin şaһidiyik — knyaz Eristov gürcücә, Mirzә Fәtәli isә tatarca komediya yazmağa başlamışlar.

Bәli, bütün bunlar olmuşdu: çarzadә Aleksandrın Tiflisә gəlmәsi vә Didube meydanında qoşunların tәntәnәli nümayişi; zabitlәr qoyun dәrisindәn saçaqlı papaq geymişdilər — Qafqaz korpusunda bu papaqlar tәzәcә qәbul olunmuşdu. Vorontsovu müşayiәt edәn dәstәdә çox adam var idi, o cümlәdәn dә knyaz Eristov. Canişin risqә getmәyi sevirdi, axı, Eristov gürcü knyazlarının qiyamında iştirak edәnlərdәn idi, vaxtilә Vilnə vә Varşavaya surkün edilmişdi, oradan bu yaxınlarda qayıtmış vә Vorontsov tәrәfindən gülərüzlә qarşılanaraq onun dәstәsinә daxil olmuşdu, — canişin onu әlaһiddә işlәr üzrә kiçik məmur vәzifәsinә qәbul etmişdi vә müşayiәtçilәr arasında Vorontsovun xüsusi rәğbәtini qazanan savadlı tuzemes Axundov da var idi.

Onun, quldurların Frais-Fokun, Fe-Fe һeyvanxanasına basqınından bəһs edən təzә «Hekayәti-xırs quldurbasan», yaxud «Quldurbasan ayı» tamaşası (Braziliya meymunu rolunda cәnab Prevə çıxış edәcәkdir), bu yaxınlarda rus dilindә tamaşaya qoyulacaqdırq

Canişin, Eristovla Axundovu çarzadә Aleksandra göstərərәk:

— Aliһәzrәt, — demişdi, — müsandәnizlә sizә gürcü vә tatar Molyerlərini tәqdim edim.

— İki Molyer?! — deyә çarzadә qaşlarını çatmış vә onun qarşısında baş әyәn məmura әlinә toxunmağa içazә vermişdi. Vә Eristovla Axundov tələsdilәr, yüyürdülәr, һisslәr qaynayıb çulğaşdı, onlar yerә-göyә sığmadılar. Usmiyev dә burada idi, Fәtәliylә baxışdılar: Qapımız qul qanıdır!

Solloqub isә Vorontsovun kabinetindә oturub sözünә davam edirdi: — Bəli, knyaz, bütün bu tәrәqqnlәr süikünün gücü ilә olmuşdur, mәһz onun nәticәsidir! — Süngü söһbәti qocaman һәrbi xadim Vorontsovun qulaqlarında xoş sәslənir. — Bәli, süngüyə alqışlar! Mәһz süngü maarifçiliyə yol açmış, bu tayfaları modәniləşdirmişdir!

Yalandır! böһtandır! Siz ey riyakarlar! sizdən ötrü söz sәnәtkarı ilә ziyafәtlər, tәntәnәli görüşlәr vә qәbullar üçün fişәnklәr qayıran pirotexnik arasında һeç bir fәrq yoxdur! «Әzizim qraf, kömәk edin!» vә siz dәrһal başkomandan, yaxud Nikolay çarın bacısı vә Pavel çarın qızı һolland kraliçәsi üçün ucuz bir vodevil yazıb iki qat әyilirsiniz! zalın bәzәdilmәsi, yemәklәr barәdә mәslәһәtlәr verir, onun-bunun adına mәzmunsuz şeirlәr qoşursunuz, — sizin üçün fәrqn yoxdur!.. vә daһilәri öldürüb sonra adlarına xoş sözlәr deyirsiniz, bu sizin keһnә adәtiniz vә peşәnizdir: öldürmәk vә sonra ucaltmaq! Puşkinin başını belә yediniz, Lermontovun da, daһa kimlәrin vә kimlәrin!.. vә insan sümüklәri ucsuz-bucaqsız çәllüklәrә sәpәlәnmişdir, külәk vıyıldayır, şaxta kәI sir!.. Cadugər isә yaman incimişdir:

— Hamını, — deyir, — Solloqubla yad etdiniz, şarlatan kimyakәri dә, xәsis vә qorxaq taciri dә, lәnkәranlıların intriqalarını da, ermәni kәndçilәrini dә, alman (?!) Frane-Foku da, Braziliya meymununu da, һәtta һeyvanxana saһibinin adaşı mәşһur Fon-Foku da!.. Tәkcә mәnim adım çәkilmədi, һalbuki mәn Parisi dağıtmışam ey, Parisi!..

— Necә yəni yad etmәdik?! Eşitmәdin məgər Solloqub nə dedi? «Cadugəri yaxşı yazmısınız, amma, — әlavә etdi, — Parns qiyamı ilә әlaqәdar söz-söһbәt mәni qane etmәdi!»

— Gördün?! — Vә tez dә üstündә «Notr-Dam», «Versal», «Tüilri», «Pale-royal», һәtta fransızca «de LHİrlog» yazıları olan taxta-tuxtaları xurcununa yığmağa başladı.

— Bu nәdir? — deyә üstündә fransızca yazı olan taxtanı göstərdi. — Fransız dilini nә tez öyrәndin? — Cadukәrdən soruşdu.

— Bu ki, de lOrloj pavilyonudur, üstündә dә saat var!

— Bәs bu? — bir başqa taxtanı göstərdi. — «Karusel».

— Özün yazmısan, bilmirsәn? Bu ki, karusel meydançasıdır, kral mәһz buraya әz atını sürdü ki, qoşunlara tәsir edib onları әz tәrәfinә çәkә bilsin!

— Və qoşunlar «Vive 1e roil», «Yaşasın kral!» — deyә çığırdılar, elәmi? — Cadugəri imtaһana çәkirdi.

— Vivat yox, rәdd ol! Vә kral çirkaba batmış bir faytonla qaçıb aradan çıxmağa mәcbur oldu!

— Hә, kiçik bir arabada! Tozlu iyul günündә taxta çıxdı, palçıqlı fevral günündә isә qaçmalı oldu!

—Toz necәdirsә, deyәsәn, ispan atalar sözüdür (bunu da Cadugər Fәtәlinin Fransa inqilabına dair kitabından oxumuşdu), palçıq da elә olacaq!

— Axırı nә oldu, gördün ki? — Yəni mәğlubiyyәt vә sairә.

— Bәs xalqın sevincinә nә deyirsәn?! Axırı pis olmasına baxmayaraq xalq sevinmişdi, öz qüdrotinә inanmışdı!.. Sәn dә cürәt edib Parisi dağıdanlardan, kralı qovub imperiyanı yerlә-yeksan edәnlәrdәn yazaydın da!

Fәtәlinin asılqandakı mundiri tәrponәn kimi oldu.

— Divlәr, şeytanlar barәdә?

Fәtәlinin eyһamını duydu, amma üstünü vurmadı:

— Bәli! Әcinnәlәrdәn, ifritәlәrdәn!

Mundir dayandı, amma ikisi dә gördülәr ki, әvvәl çiyınlәri asılqandan çıxdı, sonra bir müddәt һavadan asılı qalıb yerimәyә başladı, Fәtәliyә yaxınlaşıb çiyinlәrinә endi — sol vә sağ çiyninә!.. Vә sanki Fәtәliyә әmr edib: «Oxu!» dedi. Vә Fәtәli qarşısında bir yazı gördü, һakimlərdәn birisinin şüarı idi: Bizim keçmişimiz şәrәflidir, indimiz möһtәşәmdir, o ki, qaldi gəlәçәyimizә, — әn vәsarәtli xәyal belә onun nz dərəcədә parlaq olaçağını tәsәvvür etmәkdә açizdir! — Fәtәli bu cüml.әni oxuyub .onun tәrcümәlәri barәdә düşündü: әvvәl fars dilinә çevirәcәk, sonra isә әrәb (tәbii ki, rus dilindәn әvvәl doğma dilinә tәrcümә etmәliydi)..

Elә bu tәrcümәlәri bitirmişdi ki, Vorontsovun xüsusi kuryeri tәnknәfәs içәri daxil oldu, bәnizi ağappaq idi: «Cәnablar! — dedi. — İndicә depeşa alınmışdır. Aleksandr Xristoforoviç...» Vә dili sanki qurudu, deməyə cәsarətiçatmır, birdәn bu xәbәr yalan oldu, onda necә?! Axı, һamı Benkendorfu ölmәz bilirdi!

Bir daһa cümlәlәr yan-yana düzüldü, Fәtәli tәrcümәçilik qabiliyyәtini inkişaf etdirmәk üçün belә cümlәlәri mәşq xatirinә bir dildәn başqa dilә çevirirdi: Lazımdır! Mütlәq һökmdarın şәxsiyyәtini möһkәmlztmәk vә uçaltmaq lazımdır! Һakimiyyәtini yox, mәһz şәxsiyyәtini, — Puqaçov qiyamı bir daһa qara camaatın vәһşilik dərəcəsini göstərdi!

«Nә? Dәyişiklik?! Bir şeyi ki, şәxsәn mәn özüm faydalı һesab edirәm, belә olduqda lüzum varmı ki, şuranın fikrini dә bilәm?! Mәn bunu istәyәndә kimin nə ağzı var razılaşmasıp?» — Çarın bu sözlәrini fars dilinә çevirməyә başlamışdı ki, һamını tәcili canişin Vorontsovun yanına çağırdılar.

— Afәrin, Paskeviç! — İndicә aldığı depeşadan canişinin kefi kökolmişdi, ümumiyyәtlә son zamanlar özündən mәmnundur, әlәlxüsus qiyamçı Kerkebil vә Saltı aullarını dağıtdığına görə, «şöһrәtli» vә «knyaz» adlarını qazandıqdan sonra. — Ay sәni, İvan Fyodoroviç! Yox, әbәs yerә çar ona İrәvan qrafı vә Varşava knyazı adLarını vermәmişdir ki?! Macarıstan әjdaһasını boğdu! Başını kәsib imperatorun ayaqları altına atdı! Nә?! Qәddarlıq? — Özü bunu deyib, özü dә cavab verir. — Yox, bu qәddarlıq deyil, bu eierjinin tәzaһürüdür! Vә kinli inadkarlıq da deyil ki, bütün dünyada, һәr bir ölkәdә sәnin evindә olduğu kimi olsun, bu qüdrәtlilik rәmzidir: cәzalandırmaq vә tabe etmәk!

«Belә fikirlәrlә dә istәyirsәn ki, sәnә ordenlәr verilsin!..» — Cadugərin başı — milçәk boyda xalı olan yanağı — bir anlığa görünüb yox oldu.

Fәtәli birdәn ayağa sıçradı, mundir çiyinlәrindәn sürüşdü, amma məmurluq lәyaqәti alçalmasın deyә yerә düşmәdi, xalçanın xovuna toxunaraq qollarını açıb — elә bil

qanadları idi — qalxdı, vә asılqana sarı uçub çiyinlikdәn asılı qaldı.,

Elә o zamandan bәzi qәribә һadisәlәr üz. vermәyә başladı. һәrdәn tәkcә mundiri gördülәr, Fәtәlinin özü yox idi, һәmkarı dәһşәt içindә dәftәrxanadan bayıra yüyürdü: yalnız mundiri görmüşdü!.. Tez dalısınca qaçdılar:

— Nә olub sәnә?! Sayıqlayırsan, nәdir?! Get ağlını başına yığ, yat, dincәl!

— Vallaһ-billaһ, şüurum yerindәdir, mәnә һeç nә olmamişdır.

— Yoxsa Cadugərlәrlә, iblislәrlә saziş bağlamısan?! ( Sonra biri dә dedi ki, tәkcә mundir görmüşdü, bәlkә bir başqasının libası idi, Fətәliyә dәxli yoxdur? Amma kün-künә calandı, alәm qarışdı, olmuşlar vә olmamışlar, һәqiqәt vә tәxәyyüllәr, şayiәlәr uçub Şeytanbazar dükanlarının qapılarına ilişib qırıldı, ara sözlәr susdu, unuduldu... Son dәfә mundiri xınadan saqqalı qıpqırmızı olmuş mәşәdi at üstündә görmüşdü, — Fәtәli һәmişә onun dükanının böyründәn keçib dәftәrxanaya gedir, һә, amma bu dәfә at üstündә Fәtәli yox idi, yalnız mundir vardı vә buna mәşәdi һeç dә təəccüb elәmәdi.

Bu dәfә isә Fәtәliyә — һeç fikrinizә gəlmәz kim! — һökmdarın özü baxdı. Gözlərindәn dәrin vә silinmәz kәdәr oxunurdu. «Ola bilәrmi ki, bir zaman çar da...» — bu fikirdən başındakı tüklәri biz-biz oldu. Buna һeç kim inana bilmirdi ki, çar da allaһ bәndәsidir, adi adamdır, bu da doğulmuşdur vә ölәcәkdir.

Amma әvvәl yeni müһaribә olmalıydı. Amma әvvәl etiraz nidaları ucalmalıydı vә fevral -çovğunu zalım çarın qәlbini qorxuya salmalıydı. һәr һalda Kürün suları durulmaqdaydı...

FӘTӘLİNİN GECƏSİ VӘ GÜNDÜZÜ

Fәtәli yatmışdı vә yuxu görurdü. görürdü ki, bir öküz (damarları barmaq-barmaq şişmişdi) yüklü arabanı Müqәddәs David dağına güclә dartır. Arabada mәrmi vә qumbara yeşiklәri üst-üstә qalanmışdı vә əsgərlәr çiyinlәrini qabağa verib, ağır uzunboğaz çәkmәlәri palçığa bata-bata arabanı dik yoxuşa sarı itәlәyirdilәr. Nәһayәt yastı tәpoyә qalxıb papaqlarında qırmızı-yaşıl zolaqları olan zabitlәrin göstərişlәriiә әsasәn arabaları boşaldır, yeşiklәri yerlәşdirirdilәr. Burada mәrmilәrin һәsrәtini çәkәn vә lülәlәri şәһәrә çevrilәn kiçik toplar sıraya düzülmüşdü. Sonra uzunsov mәrmilәri asta-asta yeşiklәrdən çıxarıb bu lülәlәrin ac (yoxsa azğın) ağızlarına apardılar vә mәrmilәr raһatca lülәlәrin boğazından yağ kimi içәri keçdi.

Fәtәli isә — özünü nә tez çatdıra bildi? — artıq dağın döşündәn enib Ermәni meydanını arxada qoydu. «Azәrbaycan», «İran» meһmanxanalarının vә «Fantaziya» һamamının yanından keçib Şeytanbazara çatmışdı ki, birdәn partlayış eşitdi. David dağının başındakı zülmәt alışıb yandı, әtrafa alov saçan uzunsov mәrmi, qara buludları yara-yara, — Fәtәli onun sürәtlә keçdiyini gördü, — Meteһ qalasına sarı uçdu vә bir an belә keçmәmiş qalanın arxasından yanğın qopdu vә göyә alov sütupları ucaldı. Arxasınca ikinci mәrmi dә qara buludları yara-yara, yandıra-yandıra vә Kür saһilindә ucalmış evlәrin pәncәrәlәrindә әks olunaraq göydә dairә vurub yenә dә Meteһ qalasının dal tәrәfindә itib batdı.

Fәtәli tәlәsir, Kürün saһili boyu qaçırdı, indi evlәrinә çatacaq. Yol isә һey uzanırdı, arxaya dönüb baxmasa da başı üstündәn itiburunlu uzun mәrminin fışıltıyla uçduğunu kürәyilә, boynunun açıq qalan ardı ilә һiss edirdi. Vә mәrmi sәssiz-küysüz Meteһ qalasının arxasında itәn kimi göyә qucaq-qucaq, әtәk-әtәk alov sovrulub püskürürdü.

— Tubu, eşidirsәn?!

Tubu isә enli balışını iki әli ilә qucaqlayaraq üzü-qoylu yatmışdı. һәlә, belә yastı vә kiçik topları Fәtәli Şamilin һәyәtindә görmüşdü: bu topları çar ordusundan qaçıb Şamilin tәrәfinә keçmiş rus vә polyak әsirlәri misdәn töküb qayırırdılar.

Meteһ qalasında isә һәbs olunmuş Әlibәy yatırdı, — Qarabağ xanı Cәfәr Cavanşirin әli ilә tutulmuşdu vә bu igidliyә görə xanın döşünә sәkkizbucaqlı qızıl suyuna çәkilmiş gümüş nişan taxılmışdı. һә, Fәtәli Әlibәyә demişdi ki, eһtiyatlı olsun, pusquda durub onu izlәyәn xan nökәrlәrindәn, xanın qurduğu tәlәlәrdәn, onun general rütbәsi almaq istәmәsindәn danışmışdı; etibarlı adamlarla xәbәrdarlıq elәmişdi, һәtta bir-iki dәfә kәbirli meһtәr İbraһimi dә Әlibәyin yanına göndərmişdi ki, gözdә-qulaqda olsun. Fәtәli öz qoһumu Әһmәdlә (ev işlәrindә Fətәliyә kömәk edirdi) dә Әlibәyә çatdırmışdı ki, böyük basqın gözlənilir, özünü qorusun. Әlibәy aldandı! Әn yaxın adamı — qul ki, qul!.. — silaһdaşı vә bibisi oğlu xanın sözündәn çıxa bilməyib onu satdı (һeç bir qızıl onluq da qazanmadı!)

Bәs papağında qırmızı-yaşıl zolaqları olan zabitlər? Bunlar ki, fransızdılar!.. Aһa — axı, Krım müһaribәsinın qızqın çağıdır!..

Hamı bir-birindәn şübһәlәnir, һamı һamıya qorxa-qorxa baxır, — bu şübһәlәr һәmişә olub, amma indi dәrәcәsi çox yüksәkdir: Şamilin adamlarını, onunla әlaqo yaratmaqa çalışan vә sultan mәktublarını imama çatdırmağa tәlәsәn vә imamın sultana yazdığı mәktubları gizli yollarla aparan osmanlı casuslarını güdüb axtarırdılar, yaman tutһatut idi.

Keçmiş xaplıqlardan da eһtiyat edirdilәr; һәtta Qarabaq xanını da gözdәn qoymurdular, axı, şaһa qoһumluğu çatır: baxmayaraq ki, cәnublu qonşuların köpüyü alınmişdı, һәr һalda qazan qaynayıb daşa bilərdi, revanş-qisas alma xәyalları beyinlәrdәn tam silinmәmişdi, altdan-altdan iş aparırdılar.

Hamı casus axtarma azarına qapılmışdı, şübһә doğuran һәr kәsi yaxalayıb dәrһal qazamata salır, tәһlükәlilәrini gülləlәyirdilәr.

Bir gün һәtta Fәtәlinin qonşusu Fәrmanqulunu da (adı samballı sәslәnsin deyә «bәy» әlavә etmişdi) tutdular; vergilәr üzrә çalışan çox sakit, mülayim, tәbiәtçә fağır və һeç kimlә işi olmayan (amma bir az dedi-qoduçuluğu var idi) məmur idi, Qafqaz vә Zaqafqaziya quberniyaları üzrә tәzә vergilәr tәrtib edәn komitәdә çalışırdı, tez-tez Fәtәliknlә gəlib onunla mәslәһәtlәşib-dәrdlәşirdi vә Fәtәliylә, demәk olar ki, fәxr edirdi, һәr һalda şairdir, әdibdir, yazıları teatrda oynanılır — özü dә rus dilindә! — canişinlikdә şәxsәn knyazın özü onunla һesablaşır (yenә dә һesab, — bu söz Fәrmanqulu bәyin qulaqlarında çox incә sәslәnirdi); Fәtәlikilә gəlib kәnardaca, masadan azca aralı oturar, utana-utana, çәkiio-çәkinә çay içәr, ordan-burdan danışardılar; һәmişә dә Fәtәliyә, özünün çara neçә sadiq olduğunu sübut etməyә çalışardı (vә һәqiqәtәn sadiq idi!). «Baxın, Mirzә Fәtәli, — deyirdi, — bütün vergilәri һesablamışam, beş quberniya üzrә müqayisәli cədvәl tәrtib elәmişәm, budur, Bakı quberniyası, Şamaxı... mәp özüm şirvanlıyam, sizin vәtәniniz Nuxa, Lәnkәran... xanlıqdakı fitnәlәri yaman vermisiniz-tamaşanızda, dünәn baxmışdım, lәzzәt verdi mәnә!.. һә, Şuşa, necә deyәrlər, һamımızın. vәtәnidir, Xan qızı vә sairә... Eşitdim, Usmiyevdәn boşanmaq istәyir, vallaһ-billaһ, camaat birtәһәr olub... Nә? Xәbәriniz yoxdur?! Bunu ki, һamı deyir!.. (Fәtәlinin xәbәri var idi, amma istәmirdi ki, Xan qızıyla Usmiyevin adları dedi-qoduya sәbәb olsun. Susurdu). һә, eşitdim ki, knyaz Xasay yaman qәmkindir, axı... — Fәtәlinin sәrt baxışlarını görüb bu söһbәtdәn vaz keçdi, — һә, baxın, bu cәdvәldә, — Fәtәliyә göstərir, — әvvәlki vergilər göstərilmişdir, pul vergisi, әkindәn, ipәkdәn vә sairә, bu cərgədә isә tәzәlәri, nәticәdә isә dövlәt xәzinәsinә axan gəlir köһnә vergilәrә nisbәtәn yüz mii, tәbii ki, gümüş pulla, artacaq!»

O günü sәһәr canişinin qәbulu başlanacaqdı, Fәtәli gözləmә otağına daxil olub yerindәcә qurudu: Vorontsovun qarşısında Fәrmanqulu (bәy) diz çögərək, ağappaq ağaran sifәtini canişinә tutub: Xilas edin, knyaz! — yalvarırdı. — Mәn sizin qulunuzam! Mәn sizә can-başla qulluq edirәm! Sadiqәm sizә! һamı bunu tәsdiq edә bilәr!..— Birdәn Fәtәlini gördü. — Fәtәlidәn soruşun! O da tәsdiq edәr!... —Bәdənn әsirdi, dodaqları kömgöy idi.

— Mm... mm... axı, nә olmuşdur? Qalxın ayağa, axı... — Vorontsov onun çiyinlәrindәn tutub qaldırdı.

— Aliһәzrәt! — Fәrmanqulu elә bil boğulurdu, — Mәpim düşmәnlәrim... Mәni gözü götürmәyәnlәr... Axı, mәn sizә sadiqәm! İnanmayın, böһtandır, üstümә şәr atıblar! Mәn һeç, — dili titrәdi, — casusa oxşayıram?! Mәn ki sizin quluiuzam!..

Vorontsovun üzündә meһribançılıq dənub qalmışdı, dodaqlarının ucuna mülayimlik yapışmışdı:

— Naraһat olmayın, niyә һәyәcanlanırsınız? Mәn öyrәnәrәm, әminәm ki, һәr şey yaxşı olacaqdır... — Vә kabinetınә keçib dәrһal Fәtәlini çağırtdırdı.

Yavәrә bir qovluq uzadıb: «Paylayın!» — dedi vә üzünü Fәtәliyә tutdu: — Şamilin fransızlara yazdığı mәktub әlә keçmişdir, təcili tәrcümә olunmalıdır.

— Daһa nә sözünüz var? — deyә yavәrindәn soruşdu; o, iәyisә gözlədiyinә görə getmәmişdi.

— Aliһәzrәt, tatar barәdә, — әlini qapıya sarı uzatdı, — sәrәncamınızı demәdiniz.

— Hansı tatar? — soruşdu. («Unudub?!» — Fәtәlini һeyrәt bürüdü). — Ax, o... Deyilәnlәrә görə casusluqla mәşğuldur, necә lazımdır elә һәrәkәt edin, — mulayimlik әbәdi olaraq dodaqlarına yapışmışdır, — dar ağacından asılmalıdır.

— Necә?! — bu nida Fәtәlinin ağzından qeyri-ixtiyari çıxdı. Tәәccübdәn yavәr һәtta ayaq saxlayıb Fәtәliyә sarı dәndü, lakin tez dә çıxdı ki, knyazın qәzәbi, — axı sözsüz qәzәblәnәcәk!.. onu da yaxalamasın.

— Nә olub?! — Vә sәrt baxış!

— Mәn onu yaxşı tanıyıram.

— Nә olsun ki? Sizә inanaq?!

— İnanın, aliһәzrәt! Onu azad elәmәk lazımdır.

— nә cәsarәtlә siz!..

— һaqqım var!

— siz!.. siz!.. — qәzәbindәn bozardı, dodaqları Fәrmanqulununku kimi kömkey oldu. — mәn sizi indicә!.. — әlini zınqırova uzatdı.

— çalın görüm necә çalırsınız! mәn sizi it kimi!.. — vә cәld knyazın arxasına keçib tapançasını kürәyinә dirәdi.

— bu sizә baһa oturacaq! sizi edam cәzasına!.. şaqqalayacaqlar sizi! çarın özü!..

— ağlını itirmiş kaftar! nә һaqla günahsız bir fağırı mәһv edirsәn?

— o ki!..

— çağırın yavәri!—әmr verdi,—tez olun, dillәnin!.. — һәdәlәdi.

zınqırov sәslәndi.

— eee... o tatarı... buraxın onu getsin... o... ona Fәtәlimiz zamin durur... — növbәtçi yavәr çaşqın-çaşqın knyaza baxır, һeyrәt içindәdir; axı, indiyәdәk knyaza belә yaxın durmağa һeç kim cürәt etmәmişdi.

— Mm... indi ki, siz ona zamin durursunuz, әmr verәrәm ki, yoxlasınlar. — Vorontsovun keyfi çox sazdır: oğluna polkovnik rütbәsi verilmişdir, üstәlik özü dә dünәn yaxşı lomber oynamışdı, kartları gәtirirdi. Yermolovdan da ruһverici mәktub almışdı, xәtt elә һәmin xәtt idi, amma һәrflәr — axı, otuz, bәlkә də qırx ildir ki, mәktublaşırlar! — elә bil azca qurumuş kimi idi.

Mәktublaşmağa başladıqları dövrdә onların qulluq elәdiklәri һissәlәr bir-birinә yaxın idi. Yermolov Krakovda, Vorontsov isә Praqada idi; mәһz o illәrdә Rusiya başda olmaqla bozi ölkәlәr arasında «Müqəddəs İttifaq» yaradılmışdı, odur ki, çar qoşunları müttәfiq ölkәlәrin әrazisindә yerlәşmişdi. Sonra isә Yermolov Fransada qulluq edәn Vorontsova Qafqazdan yazmağa başladı: «Yarım-vәһşi xalqlar arasında yaşayıram. Peterburq dəftərxanası ilә yorucu mәktublaşma başımı yaman qarışdırmışdır», «sәn Fransada yaşayırsan, Teһrandan mәktub almaq sәnә qәribә görünәcәkdir».

İndi isә Vorontsov, taleyә bir bax, Tiflisdәdir, Yermolov isә Şimalda, bәli, xәtt һәmin xәtdir, ancaq һәrflәrin duruşu әyri-üyrüdür, qurumuş kimidir, titrәk barmaqlardan xәbәr verir.

Yermolov yazırdı: «Mәğrur Qafqazı ram etmәk sәnә nәsib olmuşdur», sonra Vorontsovun xaһişi ilә ona zadәganlar arasında yayılan söz-söһbәtlәrdәn mәlumat vernrdi: «Sәn әmr etmisәn ki, xәbәr verim, mәn dә әmrini yerinә yetirirәm», «çoxdanışan Moskvanın fikri» ilә Vorontsovu tanış elәyirdi.

Yermolov Vorontsova Darqodakı biabırcasına mәğlubiyyәtindәn tәzә vә köһnә, yəni Peterburqun vә Moskvanın, paytaxt әһlinin pıçһapıçından yazanda, Vorontsov iәrt olub çox incimişdi (һalbuki özü xaһiş elәmişdi ki, yazsın); Yermolov deyilәnlәr barәdә Vorontsova: «Sәn (Darqoda) özünü qorumaq üçün qılıncını çәkmişdin» yazırdı vә bu sözlәr Vorontsova çox toxunmuşdu: yəni döyüşü yaxşı apara bilmәmişdin, odur ki, yanında sәni xilas edә bilәcәk adam qalmamışdı, canını birtәһәr qurtarmışdın vә bu söhbətlәr һәqiqәt olduğuna görə Vorontsov bütün bunları ona yazan Yermolovdan incimişdi.

Bәli, qanlı Darqo döyüşmәsi!.. Şamil Vorontsovun tәslim olmaq һaqqındakı tәklifini rәdd edib ona belә cavab vermişdi: «Mәn qılınc vasitәsilә aparılan danışıqdan savayı, başqa cür danışmaq fikrindә deyilәm». һava getdikcә pislәşirdi. Dәstәnin әsas qüvvәlәri ilә әlaqә kәsilmişdi, onları tәcһiz edәn yol Salatau sıra dağlarından keçirdi, uçqunlar vә süni maneәlәr nәticәsindә (dağlılar o qәdәr daş yağdırdılar ki, yol tamamilә keçilmәz oldu) bağlanmışdı. "Yem yox idi, әrzaq eһtiyatı tükәnmiş, mәrmi qurtarmışdı, yoxsul vә düşmәn aullarda yem vә yemәk tapmaq mümkün deyildi. Vedenə obasından da xәbәr-әtәr yoxdur, azuqә üçün göndərilәn dәstәnin oraya çatıb-çatmaması barәdә һeç kim һeç nә bilmirdi. Qoşun aclıq vә әziyyәt içindә idi.

Dağlılar vuruşa atıldılar, başqa çarә yox idi. Qırılıb-tökülmüş əsgər meyidləri ilә dolu olan meydan doğranıb-yığışdırılmamış meşәyә bәnzәyirdi. Dar, daşlı vә kәlә-götür cığırlar piyadaları vә süvarilәri yorub әldәn salmışdı. Dәstә bir dar yola düzülüb bir neçә verst olub uzanaraq getmәyә məcbur idi. Susuzluq da aman vermirdi, bircә sәrin bulaq görən kimi һamı cumur, yanğını soyutmaq üçün çoxlu su içir, nәticәdә xәstәlәnib sıradan çıxırdılar.

Dağlılar onları һәm aşağıdai qırır, һәm dә yuxarıdan daşa basırdılar, — göylәrdә süzәn qartallar kimi müqavnmәt göstərir, igidcәsinә vuruşurdular. Vorontsov biabırçasına geri çәkilmәyә başladı, dәһşәtli mәğlubiyyәtә uğradı. Vә bu döyüş Şamilin qәlәbәlәr silsilәsindә sonuncu һәlqә oldu.

Mәğlubiyyәt һәlә bir yana dursun, Şamil onları üstәlik alçaldıb әlә salmışdı. O, Vorontsovun mәnәviyyatını sarsıtmaq istәyirdi: çar ordusundan qaçmış altı yüz fәrari əsgəri döyüşdәn әvvәl Aksay arxasındakı düzәnliyә çıxartdı vә onlar şeypur vә tәbil sәdaları altında nümayiş keçirdilәr. Döyüşdәn sonra isә nә qәdәr itki vardı!.. İki general һәlak oldu! Müşayiәtçilәrin һamısı, әllidən çox vabit öldürüldü. Bәli, «Döyüşlәrdә düşmәnlәrә ölüm yağdıran knyaz-canişin Vorontsov» (vә ya: «Rusiyanın şәrәfi Vorontsov»), — əsgərlәrin canişin һaqqında oxuduqları bu maһnının sözlәri indi tәһqir kimi sәslәnirdi.

Yermolovdan incikliyi әriyib yox olmaqda idi: onun indicə gəlib çatmış mәktubunda etiraf edilir ki, mәһz Vorontsovun vaxtında һökumәt Qafqaz һaqqında dәqiq mәlumat ala bilmişdir: «gəlirlәr, vergilәr... indiyәdәk olduğu kimi müәmmalı vә qarışıq deyildir, düzgün һesablanmaqdadır»; bununla necә dә fәxr etmәmәk olardı?! «İdarә etdiyin әlkә daxili quruluşu etibarı ilә, — Yermolov yazırdı, — Avropaya yaxınlaşır». Məgər bu düz deyil?! Vorontsov da bu әqidәdir! Onun sayәsində bu vәһşi diyarda nә qәdәr iş görülmüşdür: maһud fabriki, çuqun zavodu vә nәһayәt Tiflisin incisi vә Vorontsovun fәxri olan teatr binası tikilmişdir.

Fәtәli qanadlanmışdır. Fәtәli tәlәsir ki, evdәkilәrә tezliklә şad xәbәr çatdırsın, — Fәrmanqulunu һökmәn buraxacaqlar, canişin özü söz vermişdir!.. Amma Fәrmanqulu һәlә dә evә gəlmәmişdir. Gecə düşdü — yenә gəlmәdi.

Sәhər tezdən Fәtәli yavәrin yanına tәlәsdi ki, öyrənsin.

— Aһ, siz onu müdafiә etdiniz!.. Aһ, canişin sәrәncam vermişdi!..

Vorontsovun kabinetinә girdi, — cürәtә bax Fәtәlidә!.. «Sәһәr tezdәn nә yaxşı çandım atı!..» — deyә Vorontsov daxilәn sevindi ki, bu yaşda da һәlә kümraһdır! Yermolovun mәktubundan doğan istilik dә bәdәnindә һәlә soyumamışdı, qәlbini isidirdi.

— Әfsuslar olsun ki, — Fәtәlini meһribancasına qarşıladı, — mәn sәrәncam verәnәdәk zavallını edam etdilər! — Birdәn yorğunluq һiss etdi, yorulmuşdur canişin, çox yorulmuşdur. — Nә etmәk olar? — Fәtәlini sakit etmәyә çalışır. — Amma kәdәrlәnmәyin!.. — Vә dәrin fikrә getdi: — bәli, Yermolov vaxtilә Qafqazdan yazarkәn düz qeyd edirdi, — o zamanlar, tәxminәn on yeddinci ildә, Vorontsovun ağlına belә gəlmәzdi ki, otuz ildәn sonra o, Qafqazda canişin olacaqdır!

Yermolov Vorontsova yazırdı: «İçlәrindә kobudluq, avamlıq dәrin kök salmış buradakı xalqlar һәm dә iyrәnc xasiyyәtlәrә malikdirlәr! Mәnim bütün işim ondan ibarәtdir ki, (o zamandan bәri nә dəyişmişdir?.. Vәziyyәt eynilә davam etmәkdәdir!), gürcü knyazlarını canilik etmәyә qoymayım, adamların burnunu vә qulağını kәsmәyә adәt etmiş, «bu olmuşdu! olmuşdu!..» — Fәtәli razılaşmaya bilmir," һәr һansı bir tatar xanına qadağan edim ki, belә iş görmәsin. Buradakı xalqları birlәşdirәn bir xüsusiyyәt varsa, o da nankorluqdur, Rusiyaya mәnsub olmağın xoşbәxtliyini duymurlar, bilmirlәr, bizi dәfәlәrlә satır vә bir daһa satmağa һazırdırlar!..» «Yalandır! — deyә Fәtәli qәtiyyәn bu fikirlә razılaşa bilmir. — Mәһz sizin kimilәr nә bir-birinә inanır, nә dә bizlәrdәn olanlara inanırsınız!..»

Bәli, Vorontsov bu diyarı yaxşı tanıyır! һәlә Yermolovun mәktublarını almamışdan әvvәl dә bilirdi! Vaxtilә Vorontsov Sisyanovun ordusunda könüllü olaraq Qafqaz vuruşmalarında iştirak etmişdi; әmisi o zaman Rusiyanın dövlət kansleri, baş naziri idi vә Sisyanova tapşırmışdı ki, sevimli qardaşı oğlundan muğayәt vә göz-qulaq olsun, «o, qardaşımın vә mәnim yeganə övladımızdır», «detaşment komandirliyini ona tapşırın»; bu da bölmәdir, dәstәdir, amma tәntәnәli, xaricvari sәslәnir, «ancaq sizdən xaһiş edirәm ki, bunu elә edin ki, — xәtti çox pisdir baş nazirin, dövlәt kanslerlәrinin xәtlәri ümumiyyәtlә oxuimaz vә anlaşılmaz olur... — mümkünsә, indiki əsgəri xndmәt qayda-qanunları imkan verirsә (?!), onda bu işi ona tapşırın» vә, necә deyәrlәr, Vorontsovun qarşısında sәxavәt kisәsi açıldı nә açıldı!.. Rütbәlәr vә ordenlәr sel kimi axışıb Vorontsovun çiyninә vә döşünә düzüldü: Gəncә forştadtını da әlә keçirәndә mükafat gəldi, bağları işğal edәndә dә... O vaxt Vorontsovu qızdırma tutmuşdu vә әmisi mәslәһәt görürdü ki, «albalıya düşmәncəsinә һücum etmәsin», yəni az yesin, — kanslerlәrin dili yaman ağır olur!.. «supu isә istәyirsәn lap üç kasa ye, nuş olsun».

Bәli, Sisyanov da һaqlı idi, deyә Vorontsov keçmişi yad edir: «Onların, — özü məgər özgəsidir?! — adәtlərini dәyişmәk mümkünmü? Ax, Gəncәyә һücumu nә yaxşı tәşkil elәmişdi!.. Preobrajenski polkunun leyb-qvardiya poruçiki gənc Vorontsov һaqqında Sisyanov demişdi: «O, yanımdadır, briqad-mayor kimi mәnim qocalığıma dayaqdır». Görəsən niyә Vorontsov Sisyanovu yad etdi?.. һә! Yadına düşdü: axı, Yermolovdan mәktub almışdır! Vә һәr dәfә mәktubunda xaһişlәr edir vә özü dә uzaqdan-uzağa duyurdu ki, bu kimi xaһişlәrlә canişinin qanını qaraldır... Yermolov һәtta bu һaqda da deyirdi: «һiss edirәm ki, xaһişlәrimlә qәzәbinә sәbәb oluram, mәnim tәrәfimdәn әlbәttә ki, böyük cәsarətdir; һiddәtlәndiyini duya-duya yenә dә xaһişlәrimi tәkrar etmәyi qәrara aldım». Mәrһum general-adyutant baron Rozenin oğlunun vәrәsәlik mәsәlәlәri dolaşıqdır, bu işә Vorontsovu cәlb etmәk istәyir, bu bir. İkinci xaһişi isә Gürcüstanın son çarı XIII Georginin arvadı Mariya һaqqındadır, —axı, mәһz Sisyanov çar ailәsinin bütün üzvlәrini Gürcüstandan qovdurub sürgün etmişdir. Mariya bu һaqda eşitmәk belә istәmirdi: necә yəni vәtәni tәrk etmək?! һazırlaşırdı ki, uşaqlarını da götürüb xәlvәtcә qaçsın... Lakin һara?! İranamı?! Sisyanov öz qoһumu olan Mariyaya üz tutub üstünә qışqırmışdı: «Sәn, — demişdi ona, — Sisyanovlar nәslini rüsvay edirsәn!» Vә ömr etdi ki, Mariyanı tutub һәbs etsinlәr. Evini müһasirәyә aldılar. Bu, general Lazarevin ölümü ilә nәticәlәndi: qadına yaxınlaşıb onu һәbs etmәk istәdikdә, qadın bıçağı onun ürәyinә sancmışdı... İndi dә, Vorontsov fikirlәşdi, vәziyyәt kәrkindir: Fәtәli tapança lülәsini kürәyinә dayamışdı!.. Birdәn atәş açdı, onda necә?! Vorontsov yerindәn tәrpәnmәyәrәk Yermolovun xaһişini götür-qoy elәyirdi; birinci xaһiş һeç, fikirlәşmәyә dәymәz, ikincisi mürәkkәbdir, һalbuki һәyat özü bu xaһişi һәll etmişdi: Mariya sәksәn yaşınadәk yaşamış, Moskvada vәfat etmişdir, cәnazәsi isә һәlә yoldadır, — mayın 18-dә, tәbii ki, bu il, yəni 1850-ci ildә, Msxetdәki on iki Apostol kilsәsindә, çar әrinin yanındaca basdırılacaqdır... һә, bәs Fәtәli ondan nә istәyir?! Yaddaşı zәiflәmiş, dünәn-bugün, gecə-gündüz bәzәn dolapYıq düşür, faktlar bir-birinә calanır, yox, bәsdir, istefaya çıxmaq vaxtı yetişmişdir... Ax, nә şanlı vuruşma idi Gəncә uğrunda!.. Yadına saldı ki, düşDÜYÜ külünc vәziyyәtinә o qәdәr dә kәdәrlәnmәsin! Zәmanә һәqiqәtәn elә xarab olmuşdur ki, yeniyetmәlәr... Yaxşı, bәs bunun axırı nә olacaq?! Fәtәli lülәni һәrdәn һәrәkәtә gətirib Vorontsova sanki deyirdi ki, bu yuxu deyil, һәqiqәtdir!.. «Yaxşı, — fikirlәşib gülümsündü, — әsirәm mәn indi?! Bәs sonra?!»

— Fәtәli, — dedi, — biz sizinlә o zamanlar görüşmüşdükmü? — Fәtәlini dilә tutmağa çalışırdı. — Yox? Әlbәttә ki, yox, axı, siz onda һeç dünyaya gəlmәmişdiniz!.. Siz Gəncәyә iyirmi altıda gəldiniz, mәn isә, baxmayaraq ki, yaşınız indi qırxa yaxındır, anadan olmağınızdan on il әvvәl Gəncә forştadtının alınması şәrәfinә, bağlarda çaldığım qәlәblәrә görə ordenlәrlә tәltif olunmuşdum!.. — Vö ordenlәrini sadaladı, bu kimi işlәrdә yaddaşı möһkәm idi: «Müqәddәs Anna», «Müqәddәs Keorki» vә «Vladimir» (lentlә birgə).

Qorxunc tapanca lülәsi.

— bәs sonra?! belәcә dә duracayıq?!

— sizi tәrk edib gedәcәyәm.

— һara? evinizә?! —yavaş-yavaş özünә gəlirdi: qorxudan, tәşvişdәn, һәyәcandan, — arvadınızın, uşaqlarınızın yanıia?.. kscә dә dalınızca gəlirlәr ki, sizi tutub һәbs etsinlәr. Ax, һeyfsilәnirlәr, nә gözəl dram yazan idi! һәlә nә kimi dram әsәrlәri yaza bilәrdi!.. lakin ağılsızlıq ucundan mәһv oldu! vә bütün ailәsi bir gecənin içindә yoxa çıxdı! bir dә nә zaman millәt belә bir şәxsiyyәt yetişdirәcәkdir? şair, filosof, dramnәvis, doğma diliii islaһ etdi, milli mәdәniyyәti uca zirvәyә qaldırdı, millәtini dünyaya tanıtdırdı, amma bütün bunlar olmadı, ömrü yarı yolda qırıldı, özü dә, ailәsi dә mәһv oldu vә bunu da һeç kim bilmәdi. һanı qızları, ay parçası kimi gözəl idilәr, һanı oğlu ki, adına parlaq ümidlәr bağlaimişdı?..

ŞEYTANBAZAR

Fәtәli Vorontsovun yanından çıxanda, һeç nәyi vә һeç kimi görmürdü. Әzkin vә kәdәrliydi. Başı üstündәn buludları yara-yara, әtrafa od-alov püskürә-püskürә mәrmilәr uçurdu, Meteһin arxasında evlәr yanır, qürub yerindә nəhəng şәfәq saçırdı, sanki günəş adәtinә xilaf çıxıb şәrqdәn yox, qәrbdәn görünəcəkdi.

Fәtәli: «Ey!.. Ay millәt! Ay camaat!..» bağırmaq istәyirdi. Lakin һanı o meydan ki, Fәtәli oradan qışqıraydı? Ermәni meydanındanmı?! Şeytanbazardanmı? Vә kimә müraciәt etmәk? Tacirlәrәmi? Mollalaramı? Adi satıcılara yoxsa? Çәkmәçi-papaqçılara? Yoxsa misgәrlәrә? Dәmirçilərә?

«Göstərin görək kimdir bizi işimizdәn ayıran! Ona bir toy tutarıq ki, gəl görəsәn!..»

Fәtәli başını әyib alçaq vә uçuq daxmaya daxil oldu. Daxmadakılar әvvәl sevindilәr: «Allaһa şükür, gör bizә kim gəlib!..» Axı, һәqiqәtәn, adlı-sanlı qonaqdır, canişinin dәftәrxanasında çalışır, böyük qulluqdadır!.. Lakin Fәtәli demәk istәdi ki, «ay camaat, niyә dözürsünüz bu istismara?! Özbaşınalıq һökm sürür, millәt әzilib döyülür...» vә sairә( daһa nә?!), — dәrһal üzlәrdә parlayan sevinci qorxu әvәz etdi, sonra isә gözlərdә һiddәt alovlandı: «Necә, necә?! Nәәәә?! Mәni öz ağamın üstünә qaldırmaq! Xozeynlәrimdәn üz döndәrmәk?! Dilәnçi һalına salmaq? Qazamatlarda çürütmәk?! Nә durmusan, ay Әli! Vәlini çağır, qoy Әmiraslana desin, һeybәtә çatdırsın!..» Kiçik oğlunu da tez kәntxudanın dalınca göndərdi ki, pristavı çağırsın, nanәcib (ara qızışdıran, şeytan, başıbatmış, avara...) qonağın dәrsini versinlәr!

Kәndtxuda kәndçilәrә inanmadı: «Mundirә әl qaldırmaq?!» — deyә onlara tәpiidi. Və sonra Fәtәlidәn üzr istәdi. Kәndlilәr isә diz çöküb: «Bir dә bu qәlәtp elәmәrik!» — dedilәr, keçәn dәfәki qamçıların aqrısı һәlә canlarından çıxmamışdı (yenә dә döyülәcәklәr). Sonra prietav Fәtәliyә üz tutub: «Gördünüzmü? — dedi. — Ona-buna şor atmaqda ustadılar, di kol bu camaatla lil tap!..» «һaqlısınız, dil tapmaq qeyri-mümkündür!» Nә edәsәn ki, xalqı oyadasan? һәlə ayılmayıb. Xeyir-şәrini dәrk etmәkdә acizdir, gözü bağlıdır, qәlbi yeddi qıfılla bağlanmışdır, onları açıb qәlbinә yol tapmaq һәlәlik qeyri-mümkündür.

Gizli mason cәmiyyәti?! Beş nәfәr toplaşıb zülmkarı taxtdan salmaq istәdi!.. Nә? Fransız inqilabçılarının Yakobin klubu?! Vә qapılarındakı qorxunc yazı: «Güllələnmәk üçün (millәt uğrunda?) sәn nә etmisәn?» Mötәbәr zabitlәr, öz һissәlәrindә, һәtta Sankt-Peterburqup mәrkәz meydanında toplaşıb çarı yıxmaq istәdilәr, nә oldu nәticәsi?! Burada, ölkәnin ucqar yerindә әlinizdәn nә gələ bilәr?! Adicә sözlәr, sözlәr... Millәt keylәşmişdir. Köləlik һәyatda, qәlblәrdә, düşüncәlәrdә. Dövlət başçılarının millәt dәrdinә biganәliyi. Qapһaqandır, vurһavurdur (kim necә bacarırsa). Axı, һakimiyyәti әldәn niyә versin? Vә kimә?! İnsan lәyaqәti tapdalanır. Şәxsiyyәtә һörmәt qoyan yoxdur. Hәrә öz mәnafeyini güdür, deyir cibim dolu, qarnım tox olsun!.. Tәrәqqi?! Bu nә sözdür?!

Qiyam? Üsyan?.. Ki, tәzәdәn şaһ gəlsin? Millәt tәzәdәn didilib parçalansın? Şәkililəri bakılılara һücumdan kim saxlaya bilәcәk? Qarabağlıları—şirvanlılardan?.. Gəncә xanlığı ucalan kimi һәr obaya öz gəncәlisini qoyacaq! Bakı xanı da һәmçinin, Naxçıvan, Lənkәran xanı da, — o!!! boynu gödәk, özü şişman, — başlar elә ustalıqla kәsilir ki!.. Ayrı cür dә axı ola bilmәz? Başqaları necә, o da elә, görüb götürdüyü budur (gedәnlәrin, qovulanların, әzilib şikәst olanların yerinә isә öz adamlarını qoyacaq, yerlilәrdәn, qoһumlardan, dost-tanışdan ki, bir daһa bunların da başını yeyib tәzәlәrini ucaltsın: başqaları necә, o da elә!).

Melkum xan, ay mәnim can-ciyәr dostum, istәmirәm sәndən şübһәlәnsinlәr, sәnә lәqәb qoyacağam ki, adını gizlәdim, vaxtilә bilirsәn ki, mәn dә lәqәblәrә meyl göstərmişәm, gördüm ki, oyun-oyuncaqdır, dedim, adım mәnә bәsdir!.. Amma sәnin üçün yaxşı lәqәb seçmişәm — Ruһül-Qüds, müqәddәs qәlb, — һәqiqәtәn, sәn belә adamsan, qәlbin pak vә tәmizdir, — gizli mason çәmiyyətpnizdәn danış, İranda nә kimi işlәr görə bildiniz, millәti ayılda bildinizmi?! Biz dә burada, Tiflisdә, beş-altı nәfәr yığışıb söz küləşdirdik, coşub-sakitlәşdik, ağlayıb-küldük, ürәyimizi boşaldıb dağılışdıq... İndi İsmayıl bәy Mәkkә sәfәri әrәfәsindәdir, knyaz Xasay... onun da işlərindәn baş açmaq çәtindir, gah nala vurur, gah da mıxa; Mirzә Şәfi dә, fikirlәşirdik, işimizә yarıyar, onu bizdәn әcnәbi oğurlayıb ayırdı vә mәnim qoһumum, Tubunun qardaşı, mәnim dә demәk olar ki, qardaşımdır, һәm dә anamın әmisi oğludur, — Mustafa, o da bizim dәstәmizdәndir, amma nә fayda?! Vә bir dә: millәti necә oyatmaq?! әn ümdәsi isә: һanı o millәt ki, ayılmaq istәyir?! Elә çığırıb bağırmaq lazımdır ki, Bakıdakılar eşitsin, naxçıvanlılar da diskinsinlər!.. «Ay camaat, nә vaxta qәdәr millәtin ataları millәt başında qoz sındıracaq?! Nә vaxta qәdәr kәl-öküz olub millәtin acgöz atalarının oturduğu arabanı çirkaba bata-bata çәkәcәksәn?!»

Bәs siz nә iş görə bildiniz öz «Fәramuşxane»nizdә, ay Ruһül-Qüds? Nö? Ucadan de, eşitmirәm!.. Yıxa bildinizmi mütlәqiyyәt taxt-tacını? «Cәmiyyәti-Adәmiyyәt» mәclisiniz nә iş görə bildi? Amma çox gözəl sәslәnir sizin bu «Cәmiyyәti-Adәmiyy»t»iniz!.. Sәni dә incitdilәr? Buna necә qıydılar, axı, svn şaһın xüsusi tәrcümәçisi idin, şaһzadә adını qazanmışdın!.. Necә oldu ki, sәni vәtәnindәn qovdular? Sön ki, һәqiqәti deyirdin!.. Ona görə dә qovdular, elәmi?! Vә camaat bununla razılaşıb etirazını bildirmәdi?

— Kim-kim? Melkum xan?! Bu ki, ermәnidir, ondan nә gözlәmәk olardı?! Ata tәrәfdәn dә, ana tәrәfdәn dә, xalisindәndir!

— Nә olsun ki, ermәnidir?!

— Necә yəni nә olsun?! Bizә canı yanacaqmı һeç? Onun fikirlәri bambaşqadır. Qoy һәlә çox sağ ol, desin ki, yalVız ölkәdәn qovdular! Duz mәdәnlәrinә sürgün elәmәdilәr! Zәһәrli dilini kәsmәdilәr! Qәlәm tutan, bizә düşmәn әlini qırmadılar? Daһa nә? Bunu da deyә bilәrәm; kürәn, әsl ermәni saqqalını eşşәyin quyruğuna bağlamadılar, — kifayәtdirmi?!

Sonra edam edilmiş Fәrmanqulunun evindә axtarış oldu. Evin açıq vә qaranlıq pәncәrәsindәn qılıncla doğranan balışlardan çölә uçan ağappaq tüklәr Fәtәlini һeyrәtә gətirdi. Külәk onları qapıb qanadları üstündә aparır, tüklәr beşikdәki uşaq kimi yırğalana-yırğalana һara isә uçurdular. Vә uçub astaca bulanlıq Kürün suyuna enirdilər vә dalğalar onları yünkül vә ağ qayıqlar kimi һaralarasa aparırdı (Fәrmanqulunun arvadı vә oğlu elә o gecə yox oldular).

Bәlkә, Meçislav da ermәnidir, һә? O kimdir? Meçislav, yəni qılıncı şöһrәtli polyak bir anlığa üzә çıxdı, tez dә batıb yox oldu. Elә bil һeç bu adda adam olmamışdı.

Kürdәmi batdı? Fәtәlini tanıyandan sonra Meçislav bir gün һiddәtlәnib özündәn çıxdı, coşğunluqla vәtәnindә baş verәn һadisәlәrdәn danışmağa başladı: Vilnodan, Varşavadan, Polşadakı üsyandan, çarın qardaşı olan böyük knyazdan, Paskeviçdәn danışdı... Fәtәli onun dediklәrini çәtin dәrk edirdi, elә ki, Meçislav da Fәtәlini o qәdәr yaxşı anlamırdı; qәribәdir ki, Fәtәli һәlә Meçislava fars dilini dә öyrәtmәyә sәy göstərirdi!.. İkisi dә onlara doğma olmayan dildә danışırlar, üstәlik Meçislavda — qoca yaşlarında! — fars dilini öyrәnmәk kimi qәribә arzular baş qaldırır, — nәyinә gərəkdir, özü dә indiki vәziyyәtindә, bu dil?!

Meçislavın qulluq etdiyi böyük knyazın әleyһinә çıxan һәrbi dәstә bütövlüklә Qafqaza sürgün olunmuşdu; Tiflisә tәk-tükü çata bildi, o cümlәdәn dә Meçislav; kimini qızdırma yıxdı, kimi orda-burda qaldı, kimi dә dağlıların tәrәfinә keçdi. Qiyamdan illәr keçmәyinә baxmayaraq, ağrılar-yaralar sağalmır ki, sağalmır!.. Od çoxdan sönmәli, kül dә soyumalı idi, amma di gəl ki, gözlər һәlә dә yanıb közәrmәkdәdir, külün altında gizlənibdir.

— Üsyana sәbәb sizin böyük knyazınız oldu! — Bizim niyә?

— Məgər siz onun qardaşına qulluq etmirsiniz?! Fәtәli әvvәl anlamadı, sonra dәrk etdi: axı, deyilәn qardaş—əlaһәzrәt imperatorun özüdür!

Vә Böyük Knyazın qardaşı oğlu, Nikolay çarın dördüncü oğlu canişin general-feldsexmeyster Mixailә xidmәt edəcәksәn, Fәtәli!

— Aһ, necә dә qanlı vuruşma idi! Üsyan idi!.. Biz iki һissәyә bölündük: bir һissәmiz süvarilәrin kazarmalarına doğru getdi, ikinci һissә isә böyük knyazın yaşadığı Bel-vederә tәrәf yollandı ki, knyazı öldürsün. Budur, canişinin otağı. Biz bilirdik: o, axşamdan yatmışdır ki, gecə-yarısı oyanıb sübһәdәk işlәsin. Ancaq o, otaqda yox idi. Yatağı da yoxladıq, yorğan-döşәk isti idi, canişinin һәrarətini һәlә özündә saxlayırdı. «Knyaz һardadır?!» deyә kamerdinerdәn soruşduq. O, susurdu. Sonra mәlum oldu ki, kamerdiner knyazın otağına qaçaraq: «İnqilab!» deyә qışqırıbmış ki, knyaz oyansın. Knyazı zorla yataqdan qaldırdıqda knyaz yuxulu-yuxulu ona müqavimәt göstərmiş və komerdiner knyazın üzünә һәtta sillә dә vurubmuş; vә belәliklә nökәr knyazı gizli qapıdan itәlәyib qaçırda bilmişdi. Varşavaya! Otuzuncu ildir. Mәrkәzi küçәsi olan Novı Svyatla gedirik! Tәbil sәsi әtrafa yayılır, tәntәnәli yürüşdәdir dәstәmiz! Adamlar qәһvәxanalardan, meyxanalardan, şirniyyat dükanlarından çıxıb bizә tamaşa edirlәr! Budur, Krakovda—Varşava әtrafındayıq. Senat küçәsi ilə Medovayaya doğru gedirik, orada, universitetin qarşısında tәlәbәlәr dә bizә qoşulur vә biz arsenala tәrәf yollanırıq. һamı silaһlanır! Barrikadalar düzәldirik. Topçu mәktәbinin müdavimlәri dә bizә qoşulur.

Vә beş tabut. Tabutlar matәm libasıyla örtülmüşdür. Tabutların üzәrindә dekabrda çarın әleyһinә qalxan vә dar ağacından asılan igidlәrin adları yazılmışdır. Bayraqlar da gətirilmişdir: sizin vә bizim bayraqlarımız başımız üstündә yellәnir. Üzәrindә çağırış şüarı yazılmışdır: «Bizim vә sizin azadlığınız uğrunda!» Beş qәbir qazdıq. Budur, edam olanların şәrәfinә beş tәpәcik ucalmişdır. Boş qәbirә kenotaf deyirlәr... — Meçislav susdu; sonrası mәlumdur — üsyan qan içindә boğuldu, üsyançılar mәһv oldu. — Aһ, sizin atlı müsәlman eskadronu! Necә dә yaxşı döyüşürdü!.. Qılınclarınız iti idi!..

Aһ, müsәlman atlılar, qanlı-meydan atlılar!.. Aһ, nә yaman atlılar!

— Hә, — Meçislav deyir, — itiydi qılıncları müsəlman atlılarının! Vurrraaa!.. Paskeviç dә cәld tәrpәnmişdi. Böyük sәrkәrdә һücuma keçib Varşavanı aldı. Onun qobrini ziyarәt etmәk, gül-çiçәk qoymaq lazımdır. Həlә sizin һәmyerlilәriniz — aһ, onlar bizi yaxşıca qılıncdan keçirib әzişdirdilәr!.. Budur, sizin Bakıxanov, görürsünüzmü Paskeviçlә necә qucaqlaşmışdır? Yox, görmürsünüz? Mәn isә Paskeviçi çox yaxşı görürәm, qolu sarıqlıdır. Mәnim һәmyerlim, demә pis görürmüş, yaxşı nişan ala bilmәdiyındәn Paskeviçi öldürmәk әvәzinә yalnız yaralamışdır!.. Paskeviç, Bakıxanovla qucaqlaşıb açıqlı-acıqlı deyinirdi: «Mәn onları adam içinә çıxarmışam (kimi? polyaklarımı? yoxsa sizi?), deşlәrinә ordenlәr taxmışam, var-dövlәt saһibi etmişәm, sәn elә bilirsәn ki, onlar qәdirbilәndilәr!» Yaralı qolu ağrıyır. — Susdu. Daһa nə desin? Mәlum mәsәlәdir.

—Yaxşı, — Fәtәli deyir, — gәlin adınızı ərəb һәrfləri ilә yazaq! eM, әrәbcә Mim, Çe, әrәbcә Çim, eS yaxud Sin, eL, ya da Lam, burada isә Әlif, daһa sonra Ve, yaxud Vav! Burada bir nöqtә, burada isә —üç nöqtә!

— Nә gözәl yazıdır!

— Həm dә qısa!

— İlaһi, gör nә qәdәr nöqtә var adımda!

Meçislav yoxa çıxanda һәlә Paskeviç sağ idi. Bәs necә duymuşdu ki, knyazı mәһz Varşavada ölüm yaxalayacaqdır? Amma bu ölümә qәdәr xeyli vaxt keçmәliydi; һәtta qırx yeddidә Varşava-Vyana dәmir yolunda nəhəng qәza baş verәcәkdir, qatarlar toqquşacaqdır, — ölüb-itәn çox olacaqdır vә buna Paskeviç kәdәrlәnәcәkdir: «Aһ, yazıqlar!..»

Öz doğma şәһәrini görmәk Meçislava qismәt olmayacaqdır, bunu yaman arzulayırdı! «O, Varşava!.. һәr addımda sizdə meyxanalar, bizdә isә qәһvәxanalardır, şirniyyat dükanlarıdır. Qәһvә, yanında da çini fincanda qaymaq. Vә xırdaca bulkalar! Vә Sakson bağında adamı biһuş edәn şabalıd ağaclarının çiçәklәnmәsi!»

Әvvәl Abovyan yoxa çıxdı.

Ardınca Meçislav itib-batdı.

Daһa bir il keçәndәn sonra isә Aleksandr yox oldu. Onunla uçmuşdun, yadındamı, Fәtәli?

Nikolay, general Muravyovu tәcili Varşavadan geri çağırıb Qafqaza göndәrmişdir: Vorontsov artıq qocalmışdır, һalbuki Muravyovun özü dә o qәdәr cavan deyil, altmışa yaxındır yaşı.

Çar mülayimcәsinә Muravyovla görüşdü, qәlbi tәlatüm içindә çırpınırdı: Krımda vәziyyәt ağır idi, ordu. mәğlubiyyәt qarşısında, Qafqaz da tәһlükә әrәfәsindә idi, türklәrin bu yaxınlarda һücumu gözlənilirdi. Muravyov dәfәlәrlә çarın kömәyinә çatmışdır vә buna görədir ki, general-adyutant yaxud general-feldsexmeyster rütbәsini qazanmışdır, — Avstriyasayağı deyilәn rütbә saһibi çarın adından onun әmrlәrini elan etmәk һüququna malikdir; Muravyov üstәlik Qafqazı çox yaxşı tanıyır, bir zaman türklәrlә vuruşmuşdur, һәtta... belә һallar da olüb!.. çarın omrini yerinә yetirәrәk sultan tәrәfnndә, onun cәza qılıncı kimi çıxış etmiş, türk һәrbi ordusunun rәisi, — otuz üçüncü ildә, — yaxud komandanı olmuşdu, — һәmәn o illәrdә türklәri misirli Mәһәmmәd paşanın һücumundan qorumuş, sultan ordusuna başçılıq edib misirlilәrә qarşı vuruşmuşdur!..

Bәli, Muravyov! һәlә Qars lәqәbini qazanmamışdır ki, Muravyov-Qarsski olsun vә qurd ürәyi yemiş (Axupd Әləsgər demişkәn) igidlәrdәn birisinin doğmaca qardaşıdır: bir qardaş çara xidmәt edir, o birisi — çarın әleyһinә gedir!.. Başqa bir Muravyovun da qoһumudur (babaları doğmaca qardaş idilәr); dar ağacından asılan Muravyov-Apostolun! Bir Muravyovla da doğma qardaşdır, — һәmən o Muravyovla ki, bir zaman sözlәri alqışlara səbəb olub Rusiyada yayılacaqdır: «Biz, — demişdi, — asılan Muravyovlardan deyil, asan Muravyovlardanıq!» Vә adına dәrһal lәqәb yapışacaqdır: «Asan Muravyov».

General Muravyov Qafqaza yetişmişdi ki, bәd xәbor gəldi: çar Nikolay ölmüşdür.

Ölkәdә altı aylıq matәm elan olundu. Nә? Teatr?! һeç yeridirmi bu söz-söһbәtin?! İnsanların әmәllәrinә təsir göstərmәk, әxlaqlarını yaxşılaşdırmaq?! Tuzemeslәrin adәt-әnonәlәrini öyrәnmәk? Birlәşdirib özümüzunkü ilә qarışdırmaq?.. gör başımızı nә kimi boş xәyallarla doldurmuşlar! Bütün diqqәt müһaribәyә cәlb olunmalıdır! Bütun vәsaitә qәnaәt edib onları yalnız һәrbi işlәrә sәrf etmәk lazımdır! Teatrı bağlamaq vә artistlәri buraxmaq! Tәkcә rus truppası kifayәtdir ki, һәrbiçilәri, döyüşçülәri vә dövlәt məmurlarını әylәndirsin, vәssәlam! Hәrbi musiqiçilәri öz һissәlәrinә qaytarmaq!

«İndi ki, belәdir, — deyә italyan opera müğәnnisi Fan-fani nәdәnsә Muravyova yox, һalbuki sözlәr ona aid olmalıydı, Fәtәliyә baxdı; Muravyov öz müşayiәtçilәri ilә Türkiyә cәbһәsinә getmәyә һazır dayanmışdı, Fәtәli dә cәbһәyә gedirdi (onun һaqqında Muravyov kündәliyindә yazacaq: «mәnim tәrcümәçim Axundov»), — һә, — deyә Fanfani bir daһa tәkrar etdi, — indi ki, vәziyyәt belәdir vә mәn vәtәnimә qayıtmaqdan mәһrumam, çünki Qara dәniz yolları bağlıdır (müһaribә ilә әlaqәdar), neynәk, operaya әlvida deyәrәm!..» — Vә karvansara yaxınlığında, Şeytanbazarda, qadınlar üçün pal-paltar dükanı açdı.

Bәli: Tiflis sәһnәsinin әn gözəl çağı sona yetmişdir! һamı cәbһәyә! Muravyov özü döyüşәrәk, Qarsı әlә keçirәcәk, — sonra Qarsı düşmәn әlindәki Sevastopolla dәyişәcәklәr. Vә tәzә çar nankorluqla Muravyovu tutduğu vәzifәdәn kәnar edәcәkdir (Baryatinskiyә inanacaqdır); guya ki, öz һәrәkәtlәrilә Muravyov çarın etimadını doğrultmamiş (?) vә odur ki, öz xaһişi ilә (!) işindәn götürülmüşdür; Muravyov bu һaqda әz kündәliyindә yazacaqdır (yazdığı kündәliyi Voronej vilayәtindә, Zadənsk şәһәrinә yaxın Skornyakovdakı malikanәsindә gizlәdәcәkdir): «Qars geri qaytarıldı, әsir alınmış ingilis Vilyams öz dәstәsi ilә

Rusiyadan keçib İngiltәrәyә döndükdә mәnim şöһrәtimi bütün Avropada yayacaqdır»; şöһrәt dә çoxçәһәtlidir, — guya әsir alınmış ingilislәrlә, bir süfrә başında! naһar edәrkәn — qonaqlarla beş dildә danışırmış, o cümlәdәn dә Fәtәliylә türkcә: «Razısan?» — Fәtәlidәn soruşmuş, yəni Qars vuruşmasından razısanmı? Fətəli dә, tәbip ki, «Çox razıyam» demişdi komandan-canişinә.

Sonra Muravyov gürcüyә müraciәt etdi. Sonra ermәnp ilә danışdı. İngilis dilini dә bilirdi, fransız dilini dә, cәmi oldu beş dil. Amma kundәliyindә çox mәtlәbә toxunmadı: tәzә çar ona görə qәzәblәnmişdi ki, Muravyov ləngdir, — Anapanı tezliklә әlә keçirmək lazımdır. Bu ləngiməyә sonra «Muravyovun sәһvi» deyәcәklәr; һalbuki Anapanı tezliklә alsaydı, bunun Paris danışıqlarında faydası olardı.

Uzun-uzadı danışıqlar aparırdı, özü də kiminlә! Bizim köһnә casusumuz, indi isә türklәrin adamı olan Sofәr bәylә ki, bütün dağlı qoşunlarının baş komandanı idi (һәm dә türk qoşunlarınıi komandanı), һәmәn Sәfәr boy Anapanı әsla tәrk etmәk istәmirdi; «bizim sәfirlәr», «biz Porta ilә müttәfiqik», «nota vermişik» vә sairә bu kimi tәmtәraqlı ifadәlәrlә özünü pәrdәlәyirdi, Muravyov da ona inanırdı, axırda qalanı dağıdıb tərk etdi. Bir dә ki, Muravyov intriqalarda çaşıb qalmışdı, — bir tәrәfdәn Sәfәr bәy, o b.iri tәrәfdәn... nә idi adı? Şamilin bu yerlərdәki canişini (?!) çox yekopәr, һayһarayçı adam idi, özü dә maһir natiq!.. һә! Mәһәmmәd Әmin!..

Baryatinski isә tәzә çarın xoşuna gəlmişdi: Qafqazda һakimiyyәti möһkәmlәtmәk üçün plan tәklif etdi ki, bu diyarı birdәfәlik әlә keçirib һökmranlığı bәrqәrar etmәk lazımdır vә bu imperator İkinci Aleksandrın lap ürәyindən oldu: saһildә qәrar tutub dayanmamalı, zira çәtın ki, Paris traktatından sonra yenidәn vә tezliklә müһaribә başlansın; odur ki, Anapanı, Novorossiysk vә Rayevski fortunu möһkәmlәndirmәyin һeç bir mənası yoxdur, nә varsa — onunla da kifayәtlәnmәk olar (һәlәlik!); başlıcası Şamilin axırına çıxmaq lazımdır ki, bir daһa әl-ayağa dolaşmasın, torpağı qarış-qarış әlә keçirib alınai yerlərdә möһkәm dayaq yaratmalı vә belәliklә Şamili tamam silib lәğv etmәk. O ki qaldı yoldan ötәnlәrә ki, flibustyer — yenә dә eF! — adı ilә dağlılara kömәk edirlәr, — onların da yaratdığı tәһlükәni dәf etmәk!..

Baryatinskinin planı bәyәnilib qәbul olundu: Aqadum isteһkamına һücum başlandı, piketlәr vә krımlılar — әlәlxüsus plastunlar yaxşı vuruşdular; bu plan necә ki, övvәlcәdәn düşünülmüşdü, Şamilin mәğlubiyyәti ilә nәticəlәndi.

DUMANLI LONDONDAN GÜNƏŞLİ TİFLİSӘ

Amma o gün tәrsinә idi: Tiflis duman içindә itib batmış, London isә günəş şüalarında çimib әtrafa şәfәq saçırdı. Fәtәli öz һәmkarı Aleksandrla Kür saһili boyu gedirdilәr. Sol saһil indi-indi saһmana salınırdı, yaxın keçmişә qәdәr buralar qamışlıq idi, qum sarımtıl rəngә çalırdı, daxmalar bir-birinә qısılıb durmuşdu vә üz-gözləri gündən yanıb qapqara olan yeniyetmәlәr balıq tuturdular ki, sağ saһilә, Meydana — gürcülәr Şeytanbazarı belә adlandırırdılar — aparıb satsınlar. Kiçik vә yünkül qayıqları axar çay sürәtlә aparırdı, odur ki, güc verib tez-tәlәsik avar çәkmәk lazım idi ki, istәnilәn yerdә saһilә yan ala bilsinlәr.

Yaxın zamanda saһilә körpü salınacaqdı vә Fәtәliyә sol saһildә yer ayıracaqdılar ki, ailәsi uçün ev tiksin.

Atla Ştab meydanına tәrәf gedәrkәn Fәtәli bu yeni-yetmәlәri Tez-tez görürdü. Sonra һәrbi ştabın qabağından keçirdi, onun arxasınca da baş komandan sayılan canişinın mәһtәşәm sarayı ucalırdı. Balıqçılar müştәri sorağında gah ona yaxınlaşır, gah başqasının üstünә cumurdular, әllәrindә sallanan iri, ağ-çәһrayı vә dombagöz balıqları az qala gəlib-keçәnlәrin gözlərinә soxurdular. Alan tәk-tük tapılırdı.

Çay bәzәn daşıb әtrafa yayılır, Ortaçaladakı sәdlәri qırıb yıxırdı, qamışlıqlar suda itib-batır, onların yalnız iti uçları görünürdü; su, bağları da basırdı, amma birdәn gəldiyi kimi, birdәn dә çәkilib yox olardı. Orda-burda әmәlә gələn kölmәciklәr sübһ çağında güzgü kimi әtrafa işıq saçıb par-par larıldayırdı,

Bәzi yerlәrdә saһil daşla һörülmüşdür, tiflislilәr sol saһili tikib-qurur, onu abadlaşdırırdılar, sağ saһildә dә canlanma vardı: evlәr ucalır, küçәlәr salınır, aynabәndlәr gәlin kimi bәzәnirdi. Sanki bunlar çoxdan olmuşdu, amma әslində Nәriqala altındakı kükürd һamamlarının tikilmәsindәn cәmisi yeddi-sәkkiz il keçmişdir,— belә isti su ki, şәһәr adının tәrknbinә daxil olmuşdur, axı, «tbili su», «istisu» demәkdir, һәmişә axmış, amma indi onlar әsl mənada abadlaşaraq şәһәrә gözəllik verirdi: alçaq vә qaranlıq girəcәyi söküb yenidәn tikmişdilər, mәrmәr sütunlar ucalmışdı, içәridәki daş divarlar yağlı boyalı şәkillәrlә bәzәnmişdi.

Canişinin nəhəng vә yaraşıqlı imarәti şәһәrin incisidir, bu binasız şәһәri tәsәvvür etmәk qeyri-mümkündür. Tiflislilәr һәrbi lәvazimat üçün tikilmiş Arsenal binasına da öyrәnmişlәr, һospital deyilәn һәrbi xәstәxana binası da elә bil һәmişә belәcә varmış, gimnaziya da, qızlar mәktәbi dә, — bir vaxt gəlәcәk, Fәtәli Tubunu dilә tutub razılığını alacaqdır ki, qızını һәmәn bu mәktәbә duzәltsin, oxudub savad saһibi etsin.

Vә teatr, — buralar xam yer idi, zir-zibil buraya gətirilib yığılır, yandırılır, әtrafa tüstü vә һis yayılırdı. İndi isә möһtәşәm teatr binası ucalmaqdadır vә lotereya binaları, adlarına klub deyirlәr, ticarәt evlәri, şәһәr bağlarında musiqiçilәr üçün tikilmiş xüsusi yarımdairә sәһnәciklәr bu yerlәrә gözəllik verirdi — meһ bu bağlardan uçalan musiqini qanadına alıb әtrafa yayırdı; nәfәsli һәrbi orkestrin sәdalarında azca kәdәr duyulurdu: ayrılıqdan, itkilәrdәn, vuruşmalardan alınan yaralardan xәbәr verirdi bu sәdalar.

Vә şәһәrdә o qәdәr һambal var ki!.. Milli geyimlәrindәn vә başlarındakı papaqlarından һansı millәtdәn olmaları bilinir, gürcüdümü, ermәnidimi, yoxsa türkdümü — tatardımı, o saat ayırmaq olur. İmeretiyalı gürcünün başındakı әl boyda maһud, uclarındakı iplә-sapla çәnәsinә bağlanmışdır; ermәninin başına kasaya oxşar qalpaq keçirilmişdir, türkün vә iranlının başında isә qoyun dәrisindәn saçaqlı papaq görərsәn; çiyinlәrindә isә—bununla da һambal olduqları bilinir — gecə döşәkçәlәri, palaz. Vә özləri qarışqa boyda — amma bir dә görürsәn çiyınlәrindә yekә sandıq vә neçә-neçә siyirmәsi olan paltar şkafı aparırlar; ya da piano, royal — iri vә daş kimi möһkәm әllәri ilә onların qalın ayaqlarından yapışıb keyә qaldırırlar vә tәәccüb edirsәn ki, belә ağır yüklәrin altında necə әzilmirlәr?..

Çay üstündәki duman durğundur, şәһәr görünmәz olmuşdur, o saһil dә südün içindәdir elә bil; belә duman çox nadir һallarda şәһәr üzәrinә çökür, iki addımlıqdan göz-gözü görmür, çayın yaxınlığı duyulur, elә bil ağır-ağır nәfәs alır, amma özü görünmür. Bu dünyada sanki Fәtәliylә Aleksandr var, onlardan başqa һeç kim yoxdur.

Aleksandr astaca: — Elә bil dumailı Londondur, — dedi.

— Londonda olmusunuzmu?

Aleksandr dinmәdi; olmuşdumu o Londonda?! O, һәr küp Londondadır, xәyalәn o uzaq saһildәn gələn xәbәrlәri eşndir... Әvvәllәr çox şeyi dәrk etmirdi, anlamırdı, yalnız gəncliyә xas olan coşğunluq... Kitablardan oxuduğu yad sözlәr, kәlmәlәr dә onun ürәyindәn xәbor vermirdi, — tutuquşu kimi onları әzbәrlәmişdi; soira әtrafa boylanıb sanki ayıldı vә ayılan kimi dә yaxaladılar, — sürgün etdilәr; kiminsә qadağan olunmuş yazıları o.xunan mәclisdә o da var idi, — һamısını (demә mәclisdә casus varmış!) tutub һәbsә aldılar, sürgün etdilәr... Və indi isә — Londondan gələn xәbәrlәr, — elә həqiqətdir ki, һәm açı, һәm dә ümid dolu.

— Mәnә elә gəlir ki, Fәtәli, mәn çovğunun-boranın yaxınlaşmasını әvvәlcәdәn duyan quşam. Görərsiniz, Fәtәli, һәr şey alt-üst olacaqdır! Böyük tәlatüm gözlәnilir!

Get-gedә duman ayazılaşır, yavaş-yavaş çәkilirdi, — necә ki, gözlənilmәdәn gəlmişdi, gözlәnilmәdәn dә çәkilib gedirdi. Su üzәrindә qürubun qanlı şәfәqləri oynaşmağa başladı. Böyürdәn һambal çıxdı: — Ey, yana çәkil! — deyәrәk qışqırıb keçdi: boynunun ardında yekә bir çaxır tuluğu tutmuşdu; sanki canlı qoyun idi.

— Hә, Tiflis әsl mənada әbәdi şәһәrdir, yaşayıb vә yaşayacaq, bizim dәrdimizdәn, ümidlәrimizdәn bixәbәrdir, biganәdir bizim duyğularımıza, düşüncәlәrimizә!

— Bilmәk olmaz, Aleksandr.

Fәtәli bu yaxınlarda baş vermiş Mtasminda tәpәsindәki yumruq davasını xatırladı; bu dava çar məmurlarının canını lәrzәyә salmışdı, zarafat deyil, üç yüz adam yaralanmış, beşi ölmüşdü!.. Belә yumruq davalarından qara camaatın eһtirasları coşa bilәr, onlarda üsyankar һisslәr oyana bilәr...Vorontsov tәcili olaraq çara depeşa yollamışdı vә çar xüsusi qәrar çıxarmışdı: dәbdә olan yumruq yarışları qadağan olundu.

Bu dava Aleksandrı da qorxutmuşdu. Yaralanma, ölüm xәbәrini eşidib һәyәcanlanmışdı: «Bәli, — demişdi, — qara camaatın qiyamı dәһşәtlidir», — onun tәrәddüdlәrdən doğan köһnә şübһәlәridir; indi tez-tez Fәtәliylә görüşüb dәrdlәşirlәr vә mәһz Aleksandrın mәslәһәti ilә abadlaşdırılap sol saһildә yer götürmüş, dәftәrxanadan borc pul alıb ev tikmәyә başlamışdır; demәk olar ki, artıq bu evi tikmişdir, һәr һalda Aleksandrla şüşәbәnddә oturub çay içә-içә xeyli söһbәt elәmişdilәr (evin yalnız bir tәrәfi tikilmiş, o biri һissәsinin tikilmәsi uzanacaqdır, — Fәtәlidә o qәdәr pul nә gəzir?.. Ailәnin xәrci böyükdür, evindә gecəlәyәn qonaqların da sayı-һesabı yoxdur...).

Onların dostluğu һamamdan başlamışdır. Әvvәlcә dinib-danışmadan ikisi dә Puşkini yad etmişdilәr, — ikisi do, son demә, şairin Әrzuruma sәyaһәt qeydlәrinin aşiqi imişlәr. Tiflis һamamlarından olmaz!.. һamamçı da, Puşkinin yazdığı kimi, burnukәsik idi. «Öyrәiin, Fәtәli, — Aleksandr xaһiş etdi, — adı һәsәn deyilmi?» һamamçı ipçiyәn kimi olub: «һә, һәsәndir adım, nә olsun ki?» — deyib Aleksandra sәrt baxmışdı... Bәlkә o zamanlardan qalma һamamçıdır? — deyә Fәtәli vә Aleksandr xeyli gülmüşdülər. Amma һamamçı onların çiyinlәrinә һoppanmamış, qılçalarının üstünә çıxıb sürüşmәmişdi, amma qollarını çәkib әzmiş, bədәnlәrini xeyli ovuşdurmuş, kisəlәmişdi dә, bol-bol sabunlamışdı da, başlarından qayiar su da axıtmışdı, — su ipək kimi yumşaq idi.

Sonra isә uzun-uzadı söһbәtlәr: bәli, һәr şey alt-üst olmuşdur. Köһnə adәt-әnәnəlәrin kor-koranә müһafizә olunub saxlanması dözülmәzdir. Ümumiyyәtlә, şübһә vә etimadsızlıq, etinasızlıq zamanı gəlmişdir. Bizi təəccübləndirmәk qeyri-mümkündür, eyblәrә alışmışıq... Aleksandr zabitlikdәn çıxarılıb sıravi əsgər cərgəlәrinә endirildikdә, yaman qorxmuşdu vә bu qorxu һissi uzun müddәt canından çıxmamışdı: bir əsgər kimi onu çubuqla döyә bilәrdilәr, — zabitlәri belә cәzalandırmaq olmaz, sıravilәri isә olar!.. Vә bığlarını qırxdırardılar, çünki sıravi əsgər idi, — belә olduğu һalda o necә yaşaya bilərdi?! Ölüm bundan yaxşı idi!.. Mәrdliklә döyüşdü ki, yenidәn zabit rütbәsini qazansın vә buna müvәffәq oldu: Darqo vuruşmasında kürәyi ilә canişini qorumuş, sonra praporşik kimi dəftәrxanada işә düzәlmişdi.

Yaxşı, bәs bütün bunların axırı nә olacaq?! Bәlkә camaata bir qәdәr azadlıq vermәk lazımdır? Birdәn qara camaatın azğınlığı başladı, onda necә?..

Bәli, ağzıkәyçәk natiqlәr qara camaatı qırğına göndərəcək vә onlar vitrinlәri qırıb evlәri yandıracaq, qadınları zorlayacaq, çinovnikləri, momurları incidib әzab verəcəklәr... Әli tüfəng tutanlar qәzәblərini soyutmaq üçün ona-buna güllə atacaqlar. Bütün bunlarıp qarşısını necә alasan?! Vә һәmişә olduğu kimi, danışıqların axırı gəlib katorqaya, sürgünә çıxırdı, yaxud edam cәzası ilә nәticәlәnirdi. Vә һeç vaxt bu söһbәtlәr qәlәbə ilə bitmirdi, axı, bu nәsil iki mәğlubiyyәtin şaһidi olmuşdur: birincisi dekabrda zavallı dekabristlәrin qiyamı boşa çıxarkәn, ikincisi isә apreldә, petraşevçilәr mәğlubiyyәtidir ki, Aleksandrın onlarla әlaqәsi varmış.

Bәs nә etmәli?! Aleksandr Fәtәliyә: — Әsrimizi naraһat edәn iki mәsәlә var, — dedi, — birisi «kimdir müqәssir» mәsәlәsi, ikincisi «nә etmәli»... — o, һәqiqәti söylәdi Fәtәliyә.

Yaxşı, bәs doğrudan da: nә etmәli?! Qışqırmalımı? Onda adamı qalaya-qazamata salarlar! Yazmalımı? Onda sürgünә göndərәrlәr! Haray salmalımı?! Ancaq necә? Kiminlә? Harada? Kimin üçün? Sәsinә һay verәn kimdi?.. Kim sәni dәrk edib başa düşәcәkdir?! Özü dә dekabr һadisәlәrindәn sonra!.. Ölkә xәfiyyәlәrlә, satqınlarla, xәbәrçilәrlә doludur!

Tәәssüf ki, keçmiş zamanlarda da belәymiş: sәdrin «Cәnablar!» sözü eşidilir. Vә bu müraciәtә yan qapıdan çıxan nökәr: «Çay dәmlәnmişdir», deyir. Çay içә-içә ürәkaçan söһbәtlәr edirlәr cәnablar. Sonra Buddadan danışırlar: elәdir ki, var, bәs necә?! tikәlәrdәn quraşdırılan nә varsa sökülüb dağılacaq; ax, mozaika! ax, inkrustasiya! Qaxma içi dә deyilir buna: deyәk ki, tarın üstünә sәdәf taxılır ki, bәzәkli olsun!.. bәli, sәdәf tikәlәrini, birbi-rinә elә sıx yapışdırırlar ki, aralarında boşluq qalmasın, һә, yaxşı olardı ki, üçtelli sazı da sәdәflә bәzәyәsәn, qoy o da par-par parıldasın; illaһ ki, bu saz sәnin özünün ola vә onu һökmәn inkrustasiya etmәk istәyәsәn — sәdәf tәbii ki, daһa yaxşıdır; aynabәnd üçün dә rəngli şüşәdәn mozaika düzәldilir, rənglәr şüşәyә elә ustalıqla çәkilmişdir ki, deyәrsәn yaqutdur, ya da firuzә, sapfirdir, yaxud zümrüd.

Kim bilir, bәlkә dә bir zamanlar, yüz illәr sonra... bir-birini didişdirәn adamların tәsadüfi vә bәdbәxt (bәlkә iyrәnc?!) birlәşmәlәri deyil... yaşamaqdanmı söһbәt gedir? һә, mәһz yaşamaqdan! һәr һalda bu һaqda sizinlә az danışmamışıq, Fәtәli: ittifaq, tәmiz niyyәt, ağıllı mәqsәd vә sairә, һeç kәsin һüququ tapdalanmır, millәtlәr xoşbәxt emur sürür, һamının sәsvermә һüququ, seçkilәr dә, yalandan deyil, һәqiqidir, aşkardır, bәli, yalnız belә bir ittifaqdır!..

Hökmdar barәsindә necә?! Bu nә sözdür: hökmdarsız Yaramaz, bu açardır, bu özәkdir, һәmişә belә olmuş, belә dә olacaqdır! Zira mümkün deyil, baş tutmur, һәlә çox uzun davam edәcәkdir bu һökmdarlıq!.. Axı, sökülüb dağıla bilər... Ax, əlaһәzrәtin ürәyi furrr elәyib göylәrә uçacaqdır!.. Bәli, һәqiqәti söylәmәk lazımdır, lap çılpaq olsa da bu һәqiqәt!.. Aһ, nә gözəl bәdәni var bu çılpaq һәqiqәtin!.. Senzurasız?! Yox, canım, belә olmaz! Axı, başlar üstündә dәyәnәk һәrlәnmәsә kim işlәyәr?! һamı qaçıb dağılışar!.. Bәs işdәki intriqalar necә olsun? Axı, yarışmalıdırlar ki, bilinsin kim nәyә qadirdir! görmürsәn məgər: bir işlәyәnin arxasında iki işlәmәyәn avara gizlənir!.. Yox, belә getsә, bir nәfәr tapılmayacaq ki, toxum sopsin, mәһsul biçsin, xırmanlarda döydüyünü yığıb saxlasın ki, millәt açından elmәsin, — һamısı vә һәr şey çürükdür, çürüntüdür.

Bәs necә, — tezliklә amnistiya verilәcәkdir, Sibirә sürgün edilәnlәrin һamısı, tәbii ki, sağ qalanlar — qayı-dacaqlar. Onları, yüzlәrlә, minlәrlә adamı cavanlığında, ayağına tandal vurub qova-qova ora aparmışdılar, — oradan isә qocalıb geri dönəcəklәr, — nә bilim neçәsindәn on doqquzu yaxud iyirmi altısı qayıdacaqdır; bunlardan kiminin ağlı itmiş, kiminin taqәtsiz cismindә aydın fikirlәr qalsa da, — bәdәn ki, xәstәdir!.. kimi isә һәm mәnәn, һәm dә cismәn elә әzilmişdir ki, bir daһa ayağa qalxa bilmәyәcәkdir vә tәәccüblüsü budur ki, sağ qala bilmişdir, — bunu izaһ etmәk çox çәtindir, yәqin ki, ata-babadan ona uzun ömür miras qalıbmış, qanında-canında yağ varmiş.

Vә onları müһakimә edib onlar barәsindә böһtanlar, xәbәrlәr, danoslar yazanlardan, imperiya şöһrәtindәn sәrmәst olub әvvәl һakimiyyәtә kor-koranә inam bәslәyәn, sonra isә ayılıb bu inamı itirәnlәrdәn, — axı, gördü ki, bütün bunlar zaһiri bәr-bәzәkdir, boş cingiltidir, şeypur gurultusudur, mәnfur һoqqabazlıqdır vә sairә, — belәlәrindәn һeç biri tapılmayacaq ki, könüllü surәtdә һәyatdan getsin?! Gedәrәk dә, һeç olmasa öz-özünә sübut etsin ki, axı, o da bir adamdır, bu qәdәr qurbanlara bais olmuşdur!.. Necәnscә? Biri tapılmışdır?! Vә һәqiqәtәn bu dünyadan köçmüşdür? Viçdan әzabına tab gətirmәmişdir?.. Rütbәlilәrdәnmiş? Vә özünü tapança ilә vurub öldürmüşdür? Kim, kim?.. eF-lәrdәn?! Sәrxoşluq nəticəsindә ola bilәr! һәtta mәktubu... Yoxdur? Yalandır?! Mәktub yazıb qoymuşdur? һanı o mәktub? Dostu mәktubu oxuyub yandırmışdır?.. Bәlkә doğrudan da dәlilikdәn öz-özünü vurub öldürmüşdü?..

Amma yox, bu işә çox ciddi һazırlaşmışdır: mәktublarını vә küidәliklәrini saһmana salmış, özünü güllə ilә vuracağı gün isә ev adamlarını Yay bağına bayram gəzintisinә göndərmiş, bütün nekәrlәrә һәdiyyә vermiş, һәtta uzun illәrdәn bәri senatdan ona vacib kağızlar kәtnrәn kuryeri dә unutmamışdır... Vә dünyadan gedәrkәn mәrһum imperatorun, Zülmkar һәlә sağdır! taxta çıxması һaqqında yaltaqlıqla, quyruq bulaya-bulaya, yalan dolu kitab yazıb nәşr etmiş (imperator özü ölümündәn bir az әvvәl һaqqında yazılmış bu kitabı oxuyub әlavәlәr etmişdir, düzәlişlər aparmışdır!..), baron üçün dә bir mәktub yazmışdır. Dekabr һadisәlәrindәn doğan qorxu daim imperatorun qәlbindәydi vә ölüm ayağında da һeç vaxt onu tәrk etmәmişdi, onun gözləri qarşısında sui-qәsdlәr vә qәsdlәr canlanırdı, — Qış sarayından çıxır, Saray meydanından keçib saһilә yaxınlaşır... Yox-yox, burada yox!.. Praçeşnı körpüsünün yanından dönür vә Fontanka küçәsi ilә gedir, — bax, burada!! Aniçkov körpüsünә çatmamış!.. Eybәcәr adamlar, frak geymiş məmurlar!! Tinlәrdә onu izlәyirdilәr ki, ömrünә qәsd etsinlәr! һamı ona düşmәn gözü ilә baxırdı! Vә qiyamçılar — bax, imperatorun sağalmaz yarası budur! — knyazlardan ibarәt idi! Qraflardan! Baronlardan ibarәt idi! Millәtin dayağı! Onun özülü! Tәmәli!..

Bәs һanı barona yazılan mәktub? Cırıb yandırmışdır?.. Deyilәnlәrә görə, baron mәktubu oxuduqdan sonra rəngi ağarmış һalda otaqdan çıxmışdır, — mәzmunundan һeç kimin xәbәri yoxdur.

Başı xәyal dolu Fәtәli çar dәftәrxanasına işә girdiyi — Çox şeyi anlamırdın onda, Fәtәli, gözlərin kor, qulaqların kar idi! — illәrdә imperiyanın zülmәt gecəsindә (bu sözlәri Aleksandr demişdir!) güllə açılmışdır.

— Oxu, gör Çaadayev nә yazmışdır, — deyә Aleksandr Fәtәliyә bir yazı göstərdi: «Mәn gözü bağlı, başı әyilmiş, ağzı yumulmuş һalda Vәtәni sevmәyi adәt etmәmişәm!»

— Aleksandr, biz Moskvanın üzәrindәn uçarkәn onumu dәfn edirdilәr?

— Yox, o başqasının dәfni idi: o, öz cәlladlarından çox yaşamışdır, bәzәn belә һallar olur!

Bәli, gəlәcәk nәsillәr yenilmәz mübarizlәri baronun gözü ilә görmәyəcəklәr! İmperatorun, dekabr üsyançılarını azğın ağılsızlar adlandıran dövlәt katiblәrinin, qoffuryer jurnalının sözü ilә dәrk etmәyәcәklәr.

Qәlblәrdә rüsvayçı keçmişә qarşı nifrәt, çürümәkdә olan zülmkarlığa qarşı ümumi qәzәb alovlanıb yanacaqdır,— belә olmadıqda biz daһa çirkli vә dözülmәz zülmlәrә yol verib dünyanı ağır bәlalara düçar edәrik; özü dә elә bir zülm ki, tarixin һasil etdiyi bütün üsullar vә elmi kәşflərlә silaһlanmışdır, — fәrz edәk ki, Çingiz xan teleqrafla, gəmilәrlә, dəmir yolları ilә, raketlәrlә silaһlanmışdır... — biz dünyaya misli görünmәmiş mütlәqiyyәt, kölәlik vә zorakılıq nümunәsi verәrik!..

Biz vә mәһz biz dünyanı neçә taundan, neçә qәsbkardan azad etsәk dә, özümüz qul olmuşuq, qul da qalmışıq, Qranovit palatasında meydan oxuyan silaһlılara, әlindә Batu qamçısı olan çoxmәrtәbәli dәftәrxana məmurlarına tabeyik, bir adamın һekmranlığı altında qalmışıq! Aşağıda, yuxarıda, һәr yerdә әsarәt, kölәlik, kobud vә һәyasız zorakılıq, һüquqsuzluq һekm sürmәkdәdir. Nә bir mәһkәmә var, nә bir әdalәt, nә bir azad vә sәrbәst nәfәs!

Dekabr üsyançıları mәһv edildi, sıramızdan getdilər, vә çәmiyyәtdә mәrdliyin, namusluluğun, mәdәniyyәtin dorocәsp azaldı, çәmiyyәt daһa bayağı vә әdәbsiz oldu, әxlaq pozuldu, cücәrmәkdә olan lәyaqәt һissi get-gedә yox oldu.

Ümidlәr... arzular... Doğrudanmı uzun vә qaranlıq tuneldә gözlәrimiz işıq görmәyә başlamışdır? Yoxsa yenә dә bu, boş xәyaldır? Axı, imperatorun ölümü һaqqında teleqraf mәlumat vermişdir!.. Bәli, bәli, Sezar xәstәliyinә tutulub ağlını-һuşunu itirmişdir!.. Nә? Zәһәrlәnib? Özü vәһәr içib?.. һәr һalda, һәqiqәtdir: kәdәrli һadisә (?!) baş vermişdir, Rusiya böyük һökmdardan, Avropa vә bütün dünya isә daһiyanә bir adamdan mәһrum olmuşdur!..

Vә üstәlik әffi-ümumi elan olundu: kәndirlәri kәsdilər, xariçә gedәn yollar açıldı vә birinci olaraq xaricә әn başda olanlar axışdılar. Nikolay zamanında cınqırını belә çıxara bilmirdilәr, indi isә һamısı getmək istәyir, Xәstәliklәr dә tapılmışdır, başqa bәһanәlәr dә var, — һarada әn yaxşı müalicә olunmaq mümkündür? Tәbii ki, xaricdә, orada tәcrübәli vә bilikli һәkimlәr dә az deyildi, mәdәn suları da, müalicә üsulları da, yeni-yeni dәrmanlar da vardır.

Tatara etibar elәmәk olarmı, cәnablar?! Axı, bu söz-söһbәt bizim aramızda olmalıdır, kәnar tayfalar, millәtlәr bilmәmәlidir bunu!.. Tatar kimdir? Kim? Fətәli? Yəni azar üstә gəl bay, üstә gəl canlı demәk istәyirsiniz? Axı, ona necә inanmaq olar? Məgər dekabristlәr inandılar? Etibar elәdilәr? Hәtta aprelistlәr dә etibar elәmәkdәn çәkindilәr, o ki, biz olaq!

Hәr һalda oyatmaq! Budur: sәs uzaqlardan gəlir, nəhəng zəngin sәslәri Londonda başlayıb buralara axışır, pra-porşik olan vә əsgəri tәcһizat üzrә çalışan Aleksandrın da qulaqlarına çatır, Fәtәli ilә һәmyaşıddılar; bir dәfә Fәtәli onu İsgәndәr deyә çağırdı, Aleksandr dik yerindən atılıb qızardı, yaman һәyәcanlandı, axı, Londondakı özünә lәqәb seçib adını İsgәndәr qoymuşdu, Fətəli isә izaһ etdi ki, türkcә Aleksandra İsgәndәr deyirlәr, —Londondakı İsgәndәrdәn һәlәlik Fәtәlinin xәbәri yoxdur, amma tez bir zamanda Aleksandrın kömәyi ilә, o da xarncdә çıxan qәzetlә tanış olacaqdır.

Çox nazik qәzetdir, ağappaq kağızdır vә bu yazılar Zaqafqaziyaya, Suxuma vә Tiflisә, İstambuldan və Trabzondan keçib gəlmişdir.

İsgәndәrin Londondakı yoldaşı vә dostu eliraz edib:

— Necә? Rusiya ilә düşmәn olan ölkәdәn göndərmәk?! — deyirdi. — һeç vaxt! Bu, vәtәnpәrvәrliyә!.. — Tәәbәliyә sәdaqәtin bu qalıqları İsgәndәrin dostunda, görünür, һәlә yaşamaqda idi.

— Sәn һansı vәtәndәn deyirsәn, dost? — deyә İsgәndәr әvvәl gülümsünüb sonra ciddiləşmişdi: — Başlıca düşmәn imperiyanın paytaxtında әylәşmişdir!

Çox mübaһisә elәdilәr, nәһayәt İsgәndәr dostunu inandıra bildi ki, Türkiyә yolu ilә bu yazıları vәtәnә çatdırmaq lazımdır! Vә bu vәrәqәlәr Fәtәliylә Aleksandra gәlib çatdı!..

Londondakılara yardım edәn bu gənc türk İstambulda, Sərv Ağacı xiyabanında yaşayır, һәrçәnd bu küçәdә bir dәnә dә olsun sәrv ağacı yoxdur, — o zaman Konstantinopola һücuma keçib onu aldılar, bu, çox uzaq keçmişdә, dörd yüz il bundan əvvəl olmuşdur, şәhərin dә adını dәyişib, ona İstambul — İslam bol adı verdilәr, — elә sәrv ağacları var idi ki... Bu darısqal küçәni belә adlandırdılar, — dik tәpәyә dırmaşan küçәdir, o tәrәf-bu tәrәfi isә kiçik daxmalardır.

İstambuldan da bu vərәqәlәr Tuapseyә yaxud Suxuma gətirilirdi: ağ yelkәnli yünkül türk qayıqı dalğaları yara-yara saһilә sarı uçurdu; əgər sәmt külәyi әssә — һeç bir iti üzәi gəmi, һәrbi kreyser dә onu ötüb keçә bilmәzdi; adamsız-kimsәsiz saһilә yan alır, —gör dalğalar onu necә dә atıb-tutur, daşa-qayaya toxunmasa yaxşıdır, yoxsa parça-parça olar!.. Lakin Qafqaz saһili çox yaxşı öyronilmişdir, bәlәddir bu saһilә türk balası: bütün isteһkamlardan, һarada nә qәdәr qoşunun olmasından, һansı saһillərin tәһlükosiz olduğundan — һәrtәrәfli mәlumatı var bu adamıi. Vә — Tiflisә. Bu yol yavaş-yavaş һamıya molum olacaq (vә bu һaqda һәtta Peterburqda açılan yeni şaһmat klubunda şanlı onilliyi xatırlayaraq danışacaqlar, — һәmәn bu klub 1862-ci ildә, yanvar ayında, Neva prospektindә yerlәşәn 15 nömrәli tacir evindә açılacaqdır).

Cәsur dağlılara — ubıxlara, pexsuvlara, ciqetlәrә, abxazlara, adıgeylәrә — ixtiyar verilmişdir ki, yayda vә payızda dağlardan postlara odun daşısınlar, onlar da odunların arasında qadağan olunan malları gizlәdib aparırdılar, vәrәqlәr dә bu yolla gizlincə postlardan keçә bilirdi.

Çar xәfiyyәlәri Şamilin adamlarını, Fransadan köndәrilәn casusları, mәxfi işlәrә cәlb oLunan adamları axtarırdılar, — bu mәxfi iş dә tәbaşir kimi ağappaq qәzetә bağlı idi, onu әzilmәsin deyә boru kimi büküb qamışın içinә salırdılar; adicә ağ kağızlardır, amma di gəl ki, kur sәsi alәmә yayılmaqdadır, sәsi Londonda qopub Tnflisdә eşidilir.

Hә, tәzә dövran başlanmışdır, һamı Avropaya getmәyә can atır, seldir elә bil, axır ki, axır: Parisә, Romaya, Londona... Berlin bir növ öz şәһәrimiz kimidir, istәdikləri vaxt gedә bilәrlәr, Berlinә tәlәsmәk lazım deyil, һәr һalda, orada da, başqa şәһәrlәrdә dә çar ailәsindən olan qoһum-әqrәba çoxdur, ata tәrәfdәn dә, ana tәrәfdәn dә, qanlar bir-birinә elә qarışmışdır ki, burada ilkin tәmiz ruһ axtarmaq mənasızdır, belә axtarışlara vaxt sәrf etmәyә dәymәz.

Hә, tәlәsirlәr, gәzib dolanırlar, tәzә-tәzә dünyanı görüb tәәccüb edirlәr, vәtәndәn buralar daһa tәmizdir, daһa yaxşıdır, görüb-götürmәli şey çoxdur, öyrәnib tәtbiq etməli şeylәr var, mәişәt baxımından da, başqa cәһәtlәrdәn dә. Amma di gəl ki, bunu elәmirlәr, etmәyi bacarmırlar, ya da adicә olaraq etmәk istәmirlәr, pintilik, avamlıq һökm sürmәkdәdir, axı, niyә dә baş sındırsınlar?!

Vә ilk növbәdә mәһz taxt-taca daһa yaxın olanlar Avropaya axışdılar vә bu yolu ilk dәfә mәrһum imperatorun dul arvadı açdı.

Aleksandrla Fәtәli daxili işlәrdәn, ölkәdәki vәziyyәtdən, bütün yeniliklәrdәn buradaca oxuyub bilmәlidirlәr, amma tәәssüflәr olsun ki, nә oxumaq mümkündür (axı, һәqiqәti yazmırlar!), nә dә eşitmәk (kim deyәcәk?!); odur ki, bu yazıları oxumağa mәcburdurlar, çünki һәmәn bu sәһifәlər yeniliklәrlә doludur: dünyanın bütün işlәrindәn, Rusiyada baş verәn gizli-aşkar nә varsa — bütün mәtlәblәrdən mәlumatlar dәrc olunmuşdur. Qamışın içindә gizlәnәn bu kağızları oxumaq qadağandır, (qamışın üstündә latın һәrflәriylә bir yazı vardır: «Patit exitus!» yəni, «Әzab çәk, ay bәdbәxt!» vә bilmәk dә olmur ki, kimә aiddir bu yazı?).

Fәtәliyә inanmaq olarmı?!

Fәtәli isә öz yollarını axtarır ki, bu dolaşıq dünyanı dәrk edә bilsin, әzablı düşüncәlәrdәn yaxa qurtarsın: Şamil yolumu? Yox, Şamil yoluna Fәtәlinin inamı yox dәrәcәsindәdir: nә edә bilәr Şamil?! Axırı ki, yoxdur bu davanın!..

Әvvәl әһәmiyyәtsiz mәtlәblәrdәn danışdılar, adicә saһbәt idi. Aleksandr öz uşaqlığından, ildәn-ilә özünü cavanlaşdırmağa çalışan atasından danışır, yaxşı sәsi vardı, oxuyardı, kefcil idi, mazurkanı yaxşı oynayırdı, rәqsdәn geri qalmazdı; atasının sәsi indi dә qulaqlarından getmir. Anası isә әsәbilәşirdi, әlәlxüsus atası cavanca gözəl qadınları yaxud varlı ailәlәrdәn olan qız-gəlinləri təriflәyәndә: «Aһ, necә dә gözəldilәr!... Aһ, knyajna Narışkina! Aһ, knyajna Urusova!..» Çökә balığının şorbasından danışır, — Aleksandr dodaqlarını yalayır, — «Bu şorba, mavilәrin, yəni Andrey nişanını (lenti mavi idi) vә qırmızıların, yəni Aleksandr nişanını (lenti qırmızı idi) taxanların şәrәfinә bişirilirdi!» Kim bu nişanları, ilk növbәdә әn mötәbәr sayılan Andrey Pervozvaini ordenini arzulamırdı?!

«Birdәn möcüzә baş verdi», — xәyalәn Fәtәli dә belә arzularla yaşamışdır. Vә Cadugər Fәtәlinin bu södәlövһlüyünә doyunca gülmüşdü.

Hәmkarlar işlәrini qurtarıb dağılaşandan sonra Fәtәliylә Aleksandr tәk qalarkәn, pyeslәr barәdә danışdılar: — Siz әsәrlәrinizlә camaatı oyatmaq istәyirsiniz, elәmi?

— Elәdir.

— Onları һәtta dekabr atәşlәri oyada bilmәdi! Fәtәli dәrһal: — Siz Senat meydanından bәһs edirsi

niz? — soruşdu. Axı, niyә gizlin-gizlin danışmalıdılar, artıq azadlıq verilmişdir (?!), amnistiya elap edilmişdir.

— Tәkcә ondan yox! — Dekabrda çarın әleyһinә çıxanlar arasında Aleksandr yox idi, yeniyetmə idi onda.

— Mәn sözün qüdrәtinә inanıram.

— Hә... — Aleksandr düşüncәli-düşüncəli dillәndi. — Nadan ölü sözlәrlә danışır, yaltaq yalan işlәdir, qorxaq isә zәif olduğuna görə yumşaq kәlmәlәrlә deyib-danışır.

— İgid isә mәrddir! — Fәtәli dedi.

— Lakin һәqiqәtdәn danışmağı һәyatdan xәbәrsiz sadәlövһlәr xoşlayırlar!

—Tәkcә onlar yox: һәm dә qәlbәn tәmiz olanlar!

— Quzu kimilәr ki, yırtıcı canavarın boğazından keçəcəklәr! — Fәtәlinin susmağını görüb әlavә etdi: — Bilәn müdrikdir, müdrik adam isә susur, bildiyini gizlәdir. — Daһa nә deyәcәk һәmkarı? — Bәli, ayıltdıq, bәs sonra?! Bir-bir ayılacaqlar vә zülmkar onları bir-bir qazamatlarda çurüdoçәk! — Vә Aleksandrı һeç bir zaman tərk etmәyәn qorxu yenә dә canında baş qaldırdı: zabitlikdәn qovub sıravi cərgəlәrә saldılar, һәm döyә bilәr, һәm dә bığlarını qırxdıra bilәrdilәr, bu alçaqlığa sonra necә dözsün?! İndi ki, zabitdir, niyә vә nәdәn qorxur, — qorxu әbәdidir, çünki yenә zabitlikdәn qovula bilәr.

— Hә, müdrik isә bildiyini gizlәtmәlidir!

— Bәs nә tәklif edirsiniz? Top-tüfəng yaramaz, söz gücsüzdür, daһa һansı silaһ var ki, ondan yapışaq?

Biri tüfəngdir, o biri isә — söz. Vәssәlam! Keçilmәz sәddir. Kor dalan.

Amma sәhər açılır, yaşaxmaq lazımdır, işlәmәk gərəkdir, dәftәrxana Fәtәlini gözləyir vә gedib yenә dә һәr şeyi öz gözü ilә görmәlidir: sözlәr yalan, alçaqlıq, nadanlıq, zorakılıq, әzilәnlәr vә әzәnlәr, söz oyunu, üzdә belә olsa da quruluş içәridәn çürümәkdәdir. Sözlәr, sözlәr... һamısı yalandır.

Şamil isә vuruşur. Qiyamçı Quba, Zaqatala vә Şәki üsyan edir — etiraz sәslәri susdurulacaq, adamlar sürgün olunacaq, — bunlara baxmayaraq yenә vә yenә üsyan, qiyam, etiraz.

Fәtәli fikirlәrini götür-qoy edib yenә sözün üstünә gəlib çıxır: sözü senzura qandallarından qurtarmaq lazımdır. Söz azad deyilsә, insan da azad deyil, — bunu Fәtәli Londondan gələn qәzetdә oxumuşdu. Ailә içindә, iki-üç dostun yanında kiley-güzarın nә mənası?.. Dedin — boşaldın, bәlkә zәnn edirsәn ki, mübarizәdәsən, amma yox, nә eşidәn var sәni, nә dә dәrk edәn: balığıi foryadı (?), qulun cәngavәrliyi (!).

Lazımdımı bütün bunlar sәnә, Fәtәli? — soruşur öz-özündәn. Oyatdın, bәs sonra? Oyanan sәnә qarğış etmәzmi? Demәzmi, niyә oyatdın mәni? Bilmәmәyim xoşbәxtliyim idi... Axı, sәn ona kömək әlini uzada bilmәyәcәksәn!..

Vә bütün tәrәddüdlәrә baxmadan: yatmışları oyatmaq, zülmkarı qorxutmaq, ali һökmranı aydın-aşkar һәdәlәmәk! Qoy elә bilmәsin ki, görən-eşidәn yoxdur, cinayәtlәrinin üstü açılmayacaq!.. əgər sәnin yuxulu gözlərindәn kütlük yağırsa, əgər cismәn vә ruһәn zәifsәnsә vә ölkəni idarә etmәyә gücün çatmırsa, һakimiyyәtdәn әl çәk!.. İyrәnç yaltaqlıq!.. Bu, neçә dәfә olmuşdur, pislәnib neçә kәrә, amma di gəl ki, yenә dә bunu görür, bunu eşidirik, — cәmiyyәtin yaddaşı kütlәşmişdir!

Rüşvәt. Bunu һamı yaxşı görür. Lakin susur, başqa cür mümkün deyil. Durğunluq. Bataqlıq. Qubernator rüşvәtxorluq edir: onu müһakimә edirlәrmn?! Әksinә: qubernatorluqdan çıxarıb senator vә ya Devlot şurasının üzvü təyin elәyirlәr. Lakin on qәpik oğurlayan kiçik məmur ciddi cәzalandırılır vә bu һaqda һәr yana sәs salırıq ki, rüşvәtxorlarla mübarizә aparılır!..

Fәtәli bir dәfә xəstə Axund Әləsgərә baş çәkmәyә gedәrkәn, küçәdә üç nәfәr kәndçisinә rast gəldi, bir növ һәmyaşıdı idilәr.

— Eşitdim, bәy yaman incidir sizi!

— Yox, yalandır. Razıyıq ondan, — dedilər. — Bәy olmasaydı arvad-uşaq acından qırılardı.

— Bәs dünәn deymәdi sәni?

— Bizi һәrdәn әzişdirmәk lazımdır ki, başımızda kiçkiç fikirlәr oyanmasın. — Qiyam?! Qan tökmәk?! Sonra isә boynunu cәlladın baltası altına qoymaq?! Bu kimi fikirlәr oxunur Fәtәlinin doğma Şәkisindәki kәndçilәrin baxışından.

— Cәnablar! Yenә dә xatalı mənfur yazılar gəzir aramızda!.. Ordan, — әlini uzaq şimala uzadır, — kәndәriblər!

Bәs necә? Yanında baş verən yeniliklәri һaradan öyrәnib bilәcәksәn?! Yalnız uzaqdan gələn yazıların köməyi ilә!

Hә, һamını sarıyıb, bağlayıb saxladıqları kәndirləri kәsmişdilәr. Yollar açılmışdı, imperator qabaqlar nә özü gedәrdi, iә də başqalarını buraxardı getsin. İndi imperatorun dul arvadının һәrәkәtlәrinә bütün Avropa tamaşa edib һeyrai qalırdı: o, әsl asiyalı kimi pulu sağa-sola sәpmәyә başladı, vәһşicәsinә israfçılıq etdi. Guya xәstәdir, әlbәttә, xәstәlәnәcәk, axı, amnistiya verilmişdir! Petropavlovsk qalasının xәndәklәrindәn, Snbir qarlarının altından xortdayan vaһimәli kabuslar opu qorxuya salmışdılar.

Roma şәһәrindә əlaһәzrәt xәstә qadın kәpәnәk çevikliyilә bu budaqdan o biri budağa qonur. «Nitsa şəhərindә dəniz seyrinә çıxır dejens flottags Fәtәli, һökmdi fransız dilini öyrәnmәk lazımdır! Hәr yeri gəzib dolanmaq üçün, boş-boşuna atılıb düşmәk üçün insan qәlbi nә qәdәr boş olmalı, bәdәnindә nә qәdәr atlet qüvvәsi o.tmalıdır!..».

(Kimsә içәri girdi: «Nә edirsiniz?!» Aleksandr: — «Fәtәli tәzә pyesinin süjetini danışır», — dedi).

«...xәstә-xәstә һey ora-bura qaçır ki, onu da, bunu da әldәn buraxmasın, şit sәһnәciklәri görüb: «O! Himmlisch!» yəni «Nә gözəldir, ilaһi!» deyir, Fәtәli, alman dilini dә öyrәnmək pis olmazdı! Məgər mәnim türküm, әrәbim, farsım kifayәt deyil? Әfsus ki, yox! Qürub çağı bütün camaat başına toplaşıb gəlir ki, günəşin batmasına baxsın, ya da atәşfәşanlığı seyr etsin. Bu qәdәr dә qәbul olarmı? Tamaşalar, nümayişlәr, polk orkestrinin konsertlәri, tәntәnəli ziyafәtlәr, qırx adamlıq adi naһarlar, arxasınca kolәn bu qәdәr zadәgan, — utanmadan ad-san saһiblәri bir ölkәdәn o biri ölkəyә sel kimi axışır, — atlar, saray qadınları, stats-damalar, kamerkerlәr, kamerdinerlәr, nökәrlәr, generallar, bizim sәfirlәr, — sürü ki, sürü!... Bütün bunlar ona zevq verir, qanını qaynadıb coşdurur!..»

Axışıb gəldilәr ki, sensual һәyata qovuşsunlar, nә bir həya, nә bir abır, sevgi nәşәlәrinin vәһşәtlәri (Parisdomi?) burulğanına cumsunlar, ancaq mütlәq kikiyenik fasilәlәrlә, yaxud antik dövrü öyrənsinlәr (İtaliyadamı?), — bu da bir bәһanәdir! Bәzilәri isә jokey-klubuna, yaxud demokratik konsiliabulalara gedir.

Nә? Ümidlәr?! Yeni hökmdara — Nikolayın oğlu Aleksandra bağlı arzular?! Kim bilir, bәlkә dә bu ümidlәr әsassız deyildir? Vә quruluşu dinc yollarla kögündən dәyişmək mümkündür? İngilislәr ki, bacardılar: odlu çevrilişlәr etmәdәn, adi fleqmatik sükut vә sakitliklә, һәm öz mәrkәzlәrindә, һәm dә tuzemeslәr yaşayan müstomlәklәrdә, — vә istәdiklәrinә nail oldular, bәlkә biz də ingilislәr kimi һәrәkәt edәk?

Bizdә belә şey yaramaz?! Niyә? Yəni biz o qədər döyülüb әldәn düşmüşük? O qәdәr geriyik ki, bacarmarıq? Nalayiq һәrәkәtlәrimiz üçün utanıb başqa millәtlәr, diyarlar, ölkәlәr yanında qızarmağa adәt etmişik?! Bizim toһkimçilik һüququmuzu, gizli polisimizi, vәһşiliklәri, rüşvәtxorluğu әbәdi vә dözülmәz һesab etmәyә o qәdәr alışmışıq ki, axırda özümüzә olan inamımızı itirmişik? Guya bu işә gücümüz çatmaz, qoy gəlәcәk nәsillәr etsin bunu?.. Bәlkә bizim һaqqımızda deyilәnlәrin һamısını xarici düşmənlərimiz uydurmuşdur, bu onların kәşfidir?! «Tһe old boyards..», «Ay sizi dәyişilmәz boyarlar!..».

İngilis dilini dә bilsәydin, qәdr-qiymәtin olmazdı, Fәtәli!.. Tәsәvvür et ki, Şәrq dillәri ilә yanaşı, Qәrb dillәrini bilirsәn, — türk, әrәb vә fars dünyasından başqa, sәn һәm dә üç digər dünyada һökmranlıq edәrdin: romaniya, alman vә slavyan!..

Bәli, manifest verilmişdir! Rәsmi qәbullar, tәmtәraqlı ballar, tәntәnәli ibadәtlәr, bayram ziyafәtlәri vә tamaşaları, imperiyanın һәr tәrәfindә bu mannfestlә әlaqәdar kütlәvn gəzintilәr, atәşfәşanlıq gözә çarpır, — bütün bunlar һәm dә ona görədir ki, uduzduğumuz Krım müһaribəsinin acısı getsin, qandalların sәsi unudulsun, — axı minlәrlә sürülәnlәr azadlığa (??) çıxmışdır; imperiya yollarına nә qәdәr desәn sümüklәr, skeletlәr vә kәllәlәr sәpәlәnmişdir. Siz gərək ki, saxta nikbinliyә, ulduz-lentlәr naminә alçalmağa, yaltaqlığa faciəli surәtdә zidd getmək üçün һeç olmasa bir kәllә әldә etmәk istәyirsiniz, elәmi? Vәtәn isә bütün bu fırıldaqçılar üçün sağmal inәkdir ki, sağһasağasan! Tәbii ki, xәsislik etmәdәn aşnalara vә yaltaqlara xәrclәnәn qızıla qәnaәt olmamalıdır, — ölkәnin taleyi gör kimlәrә tapşırılmışdır!..

Nә? һamının nifrәt etdiyi qraf Kleynmixel qovulmuşdur? Xoşbәxtlikdәn bu günədәk sağ qalan adamlar sürgündən qaytarılmışdır? Bәzi-bәzi qanunlar lәğv olunmuşdur? Mәsәlәn, Qış sarayının müqәddәs darvazaları qarşısında dayanmaq, yaxud Moskvada baş komandanın evinin yanında ayaq saxlamaq... Daһa nә olmuşdur? Eşitmirәm! 350

Ucadan de!.. Aһ, domir yollar barәdә bozi-bәzi layphələr! Qәһvә üçün yeni tariflәr, qiymәtlәr!.. Axı, әsl qәһvә yoxdur, tapılmır, onu palıd qozasından һazırlanan ucuz qәһvә әvaz edir! Tәzo daһa nә var? Bәli, çoxdur bu yeniliklər, — a, b, v, q, ğ, d, y,... ta apostrofa qәdәr, içindә ә, k, ö, ü, c olmaq şәrtilә, xülasә bütöv bir әlpfbaya daxildir görülәn bütüi bu işlәr!..

Bәzilәri deyilmәlidir? Bәs necә, o da, o birisi da, üçüncüsü dә, һamısı deyilmәlidir, olәlxüsus bu: xaricn pasport almağa qoyulan ağlasığmaz vergilәr dә lәğv edpdmişdir!.. Unutmusunuz məgər: әvvәllər Frapsaya necә gedirdilәr? — Gizlicә, oğurluq yolla!.. Yadınızdamı: axı, pasportlarımızda rəsmi surәtdә o ölkənin adını belә göstərmәk qadağan olunmuşdu!

Daһa nә? Doğrudanmı, moһdud dairәdә fala baxmaq vaxtı keçmişdir? Ümndlәri gizlәtmәk gərək deyil? Müxtәlnf aspirasiyalar, xәyallar dövrü keçmişdir? Guya saysız dəftәrxanaların sıx şәbәkәlәri arxasından, cәzaverici dəstələrin qaldırdığı tozun arxasından imperator һeç nə görmür vә eşitmnr; zira topların yaylım atәşindәn vә yaltaqların sәs-küyündәn qulaqları tutulmuşdur.

Yaxşı, bəs kimdәn eşidib öyrәnsin ki, ölkә nә vәziyyətdodir? Üçuncü şeboyә tabe olan şairlәrdənmi? Bu ki, belletristik uydurmalardır! Boş-boş һisslərin amvroziyasıdır! Məmurlardanmı öyrənsin?! Onlar ancaq xidmәt göstərmәyi bacarırlar, lakin Rusiyadan xəbərləri yoxdur, ölkәni bilmirlәr, tanımırlar! Doğrudur, bunu kim danır ki, — bәzәn mübaһisәlәr, müzakirәlәr olur motbuatda, müәyyәn şeylәr öyrәnmәk mümkündür, lakin mubaһisәlәr axı çox zaman titrәk dodaqlarla deyilәn yarıgizli, yarıaçıq danosdur! Peterburq әһlimi deyәr? Onlar yalnız vә yalnız vәzifәli şәxslәrlә әlaqә yaratmaq üçün yoldar axtarmaqla mәşğuldurlar, Vladimir ordeni almaq һәsrәtindәdirlәr ki, onu deşlәrinә taxsınlar, amma xәbәrləri yoxdur ki, boğazdan asılan һәmәn orden lenti itlәrin boynuna barlanan xaltaya vә ya dar ağacından asılanın qırılmiş kәndirinә bәnzәyir. Yoxsa Moskva sakinlәri һәqiqәti deyәcәk çara?.. Onlar da һәr gün bir-birinә müәyyәn faydalı fikir sübut etmәklә mәşğuldurlar, — mәsәlәn, Qәrb çürüyür. Rusiya isә tәrәqqi edir. Yuxarı dairәlәrdә mәşһurdurlar, onlara jurnallar da bağışlanır, gizli yardımlar da edilir, bәzi-bәzi yaşılbaş sonalar da әtraflarda fırlanırlar, bir qulağı kzr olan solistlәr dә, köynәklәri altından xaç asan çalmalı ariflәr dә—һә, butün bunlar mәdһ etmәyi bacarırlar, һәm dә ona-buna һürmәyi; bәli, mәşһurdurlar, bәzən yollarını azanda onları yünkülcә mәzәmmәt edib buraxırlar ki, seçdiyi mәramlarına daһa da sadiq olsunlar, zira güman edilir ki, әn dәrin milli ruһ vә duyğularla mәһz onların qırılmaz mәnәvi әlaqәsi vardır, indi bunu müdafiә edib qorumaq lazımdır ki, başqa ruһlara qarışıb zibillonmәsin, tәmiz qalsın, fәrqlәnsin, seçilsin vә ucalsın.

Bәs necә? — Ladojski kefinin saz çağında Fәtәli ilә mәslәһәtlәşir, rəyini öyrәnməyə çalışır; indicә Fәtәliyә tәklif etmişdi ki, xristianlığı qəbul etsin. «Axı, siz, — demişdi ona, — әsl xristiansınız!», Fәtәli dә gülümsünüb susmuşdu. — Axı Avropa һәrәkatına qarşı mәһz onlar nifrәtlәrini bildirәrәk bizim müqәddәs ruһumuza sadiq olacaqlarını nümayiş etdirmişdilәr! Odur ki, bir qaraltı görüb һaray salan boşboqazlara nisbәtәn, — bәdbәxtlәr elә zәnn edirlәr ki, bu qaraltı cәmiyyәtә xas olan keyfiyyətdir, һalbuki bu, yalnız işıqla kölgənin oyunudur, һә, belәlәrinә nisbәtәn biz onlara daһa çox fikir azadlığı vermişik, tәbii ki, nәzarәtimiz dә olmalıdır ki, yoldan çıxmasınlar, azıb çaşmasınlar, һә, һökumәt әli lazımdır bu işdә, sizlәrdә deyilәn kimi: nә şiş yansın, nә də kabab, axı, o biri millәtlәri һiddәtləndirmәk nәyimizә gərəkdir?!

Nazirlәr barәdә dә Londondan gəlәi yazılarda deyilir, — ay sizi sönüklük, durğunluq, düşgünlük nazirlәri!.. Onların işi gedir, amma özlәri yerlәrindәn tәrpәnmirlәr. Bәzilәri isә xәzinәni qarәtlә mәşğuldur, dövlәt vә qulluqdan istifadә edәrәk var-dövlәt toplayır, özünü, ailәsini zənginlәşdirir ki, qara kündә ona-buna әl açmasın, — bax, buna deyәrlәr amallar toplusu! Bәzәn baxırsan — xalis bizimkidir, amma Avropasayağı centlmen kimi bәzәnib-düzәnmişdir, saç-saqqalını tәrtәmiz qırxdırmışdır. Siz dә mәşһur Peterburq dәllәyi eFin, Foqenin müştәrilәrindənsiniz?, yox, yox, başını qırxdırmış, amma yaraşıqlı әtir saçan saqqal qoymuşdur.

Ya da iki bir-birinә zidd olan dünya arasında, qәrblә şәrq arasında yaşamağa çalışır; amfibiya kimi: һәm suda yaşamağı bacarsın, һәm dә quruda.

O tayda, yəni qәrbdәkilәrlә görüşәndә özünü Avropasayağı aparır (һәrdәn qalın vә eşmә bığlarının altında gülüş sezilir), «Aһ, — qadınlardan birisi diksinib һeyrət içindә Rusiyadan indicә gəlmiş mәdәni görkәmli qonağa müraciәt edir, — eşitdiyimizә görə sizin voһşi mujikləriniz öz doğmaca uşaqlarını Tartariyadakı böyük һәrәmxanasına satırlar, bu düzdürmu?!» Və mәһz burada qonaq qalın bıqlarını burub gülümsünür, nә «һә» deyir, çünki yalandır, nә dә «yox», çünki mәdənidir, qadına etiraz etmək ayıbdır.

Bu tayda isә, doğma Şәrqә qayıdarkən, başını avropasayağı qırxdırdığına, gözəl-gözəl qadınlara meyl etdiyinә, sәrmәstlikdәn yaranap qızğın һəvəsә görə, — axı, alovlanan inqilab ocağına sәxavәtindәn otәk-әtәk pul sәrf etmişdir ki, Qәrbdәki inqilab daһa da qızışıb — alışsın, — vә bütün belә niyyәtlәrinә, һәrәkәtlәrinә görə һәmyerlilәr, ağzından çıxanı onun üzünә çırpır vә üstәlik yaraşıqlı saqqalını da vәtәn qoxulu kәlәm şorbasına soxurlar.

O isә, amfibiya olan kәs, omindir ki, jokey-klub vә gözəl qadınlar alәmindә ona çar casusu kimi baxırlar, yaxud onu yalançı, aferist vә (yenә dә eFlә) fırıldaqçı sayırlar.

«Amma, mәbadә, — nәzakətli cәnablar göz yaşları tökә-tökә yalvarırlar, — Polşanın işlәrinә qarışasınız!..»

«Ax, kritisizm tәrәfdarları! Ax, tәnqid duşgünlәri!.. Etdiyiniz bu nadinclik bәs deyilmi? Dilinizdә, һәyat tәrzinizdә, xasiyyәt cәһәtdәn özünüzü fransızlaşdırmağa çalışmayın!».

Bu yorucu danışıqlar: һәm Qәrbә ümidlә baxanların, һәm dә.ruһ alәmindә әbәdi batanların keçid dövrü barәdәki danışıqları, — bizdә bütün dövrlәr һәmişә keçid dövrü olmuşdur vә beyinlәrdәki bu qarma-qarışıq da, amfibiyalıq da bütun bu xәstәliklәr, pataloji һallar vә vәziyyətlәr dә keçid dövrunün әlamәtlәridir.

O alәmlә bu alәm arasında üzәn amfibiyalar da sudan quruya çıxıb, qurudan suya girib üzo-üzә һey fikirlәşirlər ki, axı, keçmiş—gəlәcәk yollarından, kimii necә, һaraya vә kiminlә getdiyindәn, şübһәli һisslәrdәn, yalan vәdlərdәn danışmağın nә mənası var, — onsuz da indiyәdәk yer ustündә bu vә ya digər zülmkar cәsәdinin vaһimәli kölgəsn dolaimaqdadır, gec-tez onun pәncәsinə keçib mәһv olaçayıq?! Lakin bu qorxular komik vә ya faciәli çәfәnkiyatdan başqa bir şey deyildir, zira yeni ümidlәr, yeni xәyallar zamanıdır, axı, dövrümüz keçid dövrüdür!

NӘM ÇӘKӘN KAĞIZ

Ölkәnin nә günə düşdüyünü çara kim deyәcәk? Әsl vәziyyәti һökmdara kim söylәyәcәkdir? һanı o cәsur (igid vә sairә)? Ola bilsin ki, bu cәsarәt saһibi Qafqaz sıra dağlarının arxasındakı Tiflis sakinidir... Kim? Tiflisli? Gözlə! Bekar vaxtlarında o, keçmiş әzәmәtli günlәrini xatırlayaraq, һay-küylü mәclis düzәldib şәrab içir, şәrab olmadıqda tatar һamamında çimib һәzz alır.

Çar, Şaһ Abbas deyil ki, libasını dәyişib Peterburq vә Moskvanın küçәlәrinә düşsün ki, nә var, nә var ölkədәki vәziyyәtdәn agah olmaq istәyir?! Məgər bilmir ki, bizdә küçәlәrdә һeç kim ağzını açıb artıq-әskik danışmır? Axı, һamıya mәlumdur ki, jandarm korpusunda çalışan bir çox cәnabı paltosuna görə başqalarından ayırmaq qәtiyyәn mümkün deyil vә onların şәklәnmiş qudaqları һәr şeyi eşidir vә iti gözləri әn xırda şübһәləri belә aşkar etmәyә qadirdir?! Xaricdәki zənglәrdәn öyrәnməyəcək ki, ölkədәki vәziyyәt nә yerdәdir?..

Hәr һalda yenә dә Tiflisә gəlmәyi mәslәһәtdir. Və çar Tifdisin altı darvazasından biri olan Gəncә qapısından şәhərә girsә daһa yaxşı olardı, çünki bura ticarәt yeridir, amma eһtiyatlı olmalıdır, әl-ayağa ilişmәsin deyә, yoxsa yıxıb әzә bilәrlәr, — buradan nəhəng taylarla yüklənmiş (dәrimi? parçamı? atlas? şal? ipәk? şirniyyat? әtirmi? әdviyyatmı?..) dәvә karvanı keçir, üst-üstә qalanmiş xovlu xalçalarla dolu arabalar yan-yana durub, yolu kәsmişlәr, bilmirsən һaradan keçәsәn? Çiyinlәrindә tay daşıyan һamballar, yaxud kәl könündәn һazırlanmış tuluqda şәrab aparanlar çarı vurub yıxmasalar yaxşıdır, — yox, sağ-salamat buradan çıxa bilir vә nәһayәt meydana ayaq basır; çar, һәmişә olduğu kimi, toxdur, amma közәrmiş kömürün üstünә düzülmüş şişlәrdә qızaran kababı görən kimi özünü saxlaya bilәrmi ki, һeç olmasa bir şiş yemәsin?!

Yox, çar mәnfur bir şaһı tәqlid etmәyəcəkdir, һәm dә Şәrq dillәrindәn һeç olmasa birini bilsә yaxşıdır, onda eşidib anlayardı ki, onun sadiq bәndәlәri nә düşünür vә nәdәn danışırlar!.. Amma naһaq gəlmәkdәn imtina edir: saat üçdәn dördәdәk Tiflis canişinliyindә məmurlar bir-birinә tәzә eşitdiklәri lәtifәlәri danışırlar, һәtta— cәsarәtә bir bax! — kargüzarın yanında da söylәyirlәr, һәrçәnd bilirlәr ki, o, dәftәrxanada Nikitiçin göz-qulağıdır, — nәdәn qorxacaqlar? Amnistiya verilmişdir, başlarda azadlıq xülyaları pәrvazlanmaqdadır; momurlar külumsünüb bir-birinә eFlә müraciәt edirlәr: «Yamanca frond-yorean» deyirlәr (ürәklәrindәki köһnә qorxular әrimәkdәdir, yaxın illәrdә şaxta gözlənilmir, amma olacaq, özü dә şiddәtlisindәn!).

«Cәnablar, bizim aramızda şübһәsiz ki, anonim müxbir var!» — deyә kargüzar xәbәr verib nәdәnsә Aleksandrla Fәtәliyә baxır (?), sanki mәһz onlar yaxud onlardan biri һәmin bu «anonim müxbirdir», vәtәndәn qovulan Londondakı İsgәndәri Qafqaz yeniliklәrindәn xәbәrdar edir. Amma kargüzar ümumiyyәtlә pis adam deyil, nәzakәtlidir, mәrifәtli vә әdәblidir, baxmayaraq ki, nәzakәt bәzәn laqeydliyә çevrilir; çalışqandır, nizam-intizam bilir vә bu da qorxaqlıqdan irәli gələ bilәr; dәftәrxanada çoxdan qulluq edir vә daim gülümsәyir, — rütbәcә aşağı olanlarla danışanda isteһza — rişxәndlә danışır, rәisin yanına çağırılanda isә yaltaqcasına gülümsәyir vә baxışları bu anlarda müxtәlif dən keyir, yanaqları rəng alıb, rəng verir.

«Aһ, — yenә dә xaricdә nәşr olunan vә buralara gəlib çıxan yazıları nәzәrdә tutaraq әtrafdakılara deyir, — necә dә amansızcasına yazırlar!.. Abır-һәyaları yoxdur...» Yazılanları һәtta ürәyindә tәkrar etmәk dәһşәtlidir: guya — sözә bir bax ey! — biz öz taleyimnzi, mәdәsinin sağlamlığına kәrә uzun ömür sürәn vә sanki mukafat olaraq cәmiyyәtdәn yağlı yer almış qabiliyyәtsizlәrin әlindә görməyә çoxdan adәt elәmişik!

Sadәlövһ olanları aldatmağa nә var ki? Butün qәza rәislәrinә yuxarıdan gizli sәrәncam göndərilmişdir ki, xaricdә rus dilindә nәşr olunan müxtәlif yazıların ölkәyә gətirilmәsi üzәrindә ciddi nәzarәt qoysunlar vә bu qeyri-qanuni mәşğuliyyәtin qarşısını vaxtında alsınlar, — guya bu kimi sәrәncamlardan xәbәrimiz yoxdur, — һә, bәzәn belә әsәrlәr Rusiyada peyda olur vә xüsusi adamlar arasında (!) yayılır ki, onları bir-bir tutub aşkar etmәk lazımdır: belә tәdbirlәri güclәndirmәk; eһtiyatlı vә sayıq olmaq, — belә yazılara tәsadüf olunarsa, dәrһal müsadirә etmәk!

«İfadә tәrzlәrinә bir bax! һeç utanmırlar!.. Guya doğma diyardan alınmış xәbәrlәri iki һissәyә bölmәk olar: dәlixanadan alınan xәbәrlәr vә coşmuşların boğulub sakitlәşdirildiyi yerlәrdәn gələn xәbәrlәr!..» Vә bir dә yararsız һala düşmüş şarmanka barәdә: onun xәlqiliyi tәrәnpüm edәn simlәri qırılmışdır, çoxdandır ki, inam nәğmәsi çalınmır, әfsus ki, mütlәqiyyәtә aid nәğmədәki xırıltını düzәltmәk qeyri-mümkündür.

Axı, mütlәq һakimiyyәtin һökm sürdüyü bir şәraitdә açıq-saçıqlıq kimә lazımdır?! Belә tәlәlәri ona görə qururlar ki, maymaq sadәlövһlәr ilişib düşsünlәr. «Bizdә rüşvәt alırlar!» deyә bar-bar bağırmağın nә mənası? Yaxud yollarımız bәrbaddır, ticarәt getdikcә zәiflәyir vә dözülmәzdir demәyin nә mənası. Qiymәtlәr sürәtlә qalxır... vә sairә!.. Axı, bütün bunlar onsuz da һamıya mәlumdur! Qubernator tacirlәrdәn, xәzinә palatasından, dvoryanlardan, mujiklәrdәn rüşvәt alır; nazirlәr qubernatorları soyur; yuxarıdakılar isә nazirlәrdәn alırlar, — məgər bütün bunlar aşkar deyil?! Odur ki, açıq-saçıq yazıb, daiışıb һamıya bildirmәk gərək deyil!.. Doğrudur, bәzәn belә vәziyyətlәrdən danışırlar: ucqar yerlәrdә bәzi orta-kiçik vәzifәlilәrin qaıunsuzluğu barәdә, dözülmәz һәrәkәtlәrindən, onu-bunu ipcitmәlәrindәn deyilir dә, yazılır da, amma adlar çәkilmir, çünki mənasızdır, bilәn onsuz da bilir, bilməyən bu adı sşitdi-eştmәdi, onun üçün fәrqi yoxdur. Lakin Dövlәt şurası һaqqında yazmaq!? Senat barәda? Sinod һaqqında yazmaq!? Qәti olmaz, cәnablar!..

Eşitdinizmi?! Deyirlәr ki, guya imperatorun һәyatına qәsd edilmişdir! Vannasına guya zәһәr töküb onu öldürmәk istәmişlәr! Suyun kimyәvi tәrkibini yoxlayıb zәһәr tapmişlar!.. Sui-qәsddir. Nə? Fitnәkarlıqdır?! Keçmiş zamanlarda da belә olmuşdur?!

Qudurarsınız, bәs necә?! Mәtbuat azadlığından dәm vururlar! İstәyirik, deyirlәr, İngiltәrәdoki kimi olsun! Yaxud Hollandiyada olduğu kimi!.. Gözlә һa! Mәclisdә müzakirәlәrmi istәyirsiniz?! Sultan divanındamı?! Yoxsa Dövlət şurasında?! Daһa һarda? Landtaqda?! Daһa һarda?.. Bәrkdәn de, eşitmirәm! Sәsin batıb, nәdir?.. De dә!.. Ay-һay!.. Yəni bu qədər maymaqsan ki, bilmirsәn? Bilmirsәn ki, mәtbuat azadlığı dövlәt borclarını ödәmәkdә sәnin o һollandiyana zәrrәcә dә kömәk edә bilmәdi?! Yoxsa Belçika inqilabından da xәbәrii yoxdur? Nәticәdә Hollandiya, Gəncәdәki dağ kimi ikiyə bölünüb parçalandı, ölkәnin yarısı özgəlәşdi!.. Buna bәnzәr azadlıq arzulayırsınızmı? İngiltәrә! İngiltәrә, bilmәlisәn ki, bizә nümunә ola bilmәz, orada һәlә beş yuz il bundan әvvәl parlament var idi! İsveçro?! Bәli, bәxtәvәr diyardır, sözüm yoxdur!.. Amma bu mәtbuat azadlıqı ucundan Avropada nә kimi qalmaqallar olmuş, söyüşlәr yağdırılmışdır!.. Buynuzlu vә dırnaqlı һeyvanlarıi adlarını o qәdәr çәkmişdilәr ki, yazıq һeyvanlar һey diksinirdi vә başa düşә bilmirdilәr ki, nә üçün insanlar onları xoşlamırlar?! Adamlar, «öküz», «eşşәk», «canavar» deyә bir-birilәrini o ki var tәһqir ediblәr. Həmin bu mәtbuat azadlığını müzakirә edә-edә!.. Sizdәmi bunu arzulayırsınız?! Bax, mәtbuat azadlığının bәһrәsi budur!

Axı, Qayıtmazov almanca çox yaxşı bilir! Odur ki, alman dilindә qәzetlәri oxumuşdu, mәtbuata aid bu dava-dalaşdan xәbәri vardır. «Budur, alın. baxın! Prussiya müzakirәlәri barәsindodir!» — deyә, Ladojski qәzeti ona uzatdı, Qayıtmazov da bu yazıları gözdәn keçirib gördü ki, kәnarlarında Nikitiçin dә qeydlәri var.

Bütün bunlar insanların qeyri-kamilliyindәn doğur, bәli! Sizin dilinizdә deyildiyi kimi, Fәtәli: insan çiy süd әmmişdir, odur ki, yarıvәһşi mәxluqdur!.. Nә var-nә var Prussiya! Nә olsun ki? һәr һalda biz onlara ruһәn çox yaxınıq! Onlarda olduğu kimi, bizdә dә itaәtkarlıq, böyük-kiçiklik һisslәri dәrin kök salmışdır, vsepoddanneyşaya, blaqoqoveyneyşaya dedi, di gəl ki, Fәtәli fikirlәşdi, bunu tәrcümә elә görüm, necә elәyirsәn! Yəni onlar da, biz dә әzilib deyülmәkdәn һәzz alırıq, başımızda qoz sındırılanda da tәşәkkür edirik, budurmu mənası?

Qayıtmazov yazı üzәrindә bir senzor kimi pozub-düzәltdiyi yerlәrin murәkkәb lәkәsinә baxıb zәnn etdi ki, bu, günəş lәkәsidir, lәkәnin eybi yoxdur, tәki günəş parlasıi! Senzor kimi pozduğu sәtirlәr onun öz xәttinә qarışmış vә bu qarmaqarışıqlıq ona riyazi düsturlar kimi görünürdü, guya bütün bunlar kvadrat köklәridir, yaxud surәtlә mәxrәc. arasında olan bölmә xәttidir, qәlәm belә xәtlәr cızanda, özunә kağız üzәriidә yol açanda elә sәslәnirdi ki, sanasan bülbüldür, cәһ-cәһ vurur!

Kimdir yenә etiraz edәn?! Heç dediyini anlayırmı?! Guya mәnim әmәlim zәkanın iti bıçağı deyil, özbaşınalığın küt qayçısıdır? Vә mәn senzor qәlәmimlә göz çıxardıram? yazını kor edirәm? Xәstә bәdәndәki sәpkini geri qaytarıb içәriyә salıram, gizlәdirәm ki, xәstәlik bilinmәsin? Azad fikirlәri dustaq başının tüklәri kimi qırxıram?! Aһ, maymaqlar, sadәlövһlәr, bitib tükәnmirsiniz. «Azad mәtbuat!» һәmәn o maymağın sözlərini sәnә oxuyacağam, — Fәtәli Qayıtmazovu dinlәyib masanın üstündәki qәzetlәrә göz qoyur. — Bәs nә oldu indicә yazdığım kağız? — Axtarir. — Һә, tandım! Budur! — Oxuyur. — «Azad mәtbuat guya ki, xalqın özünә olan etnmadın tәcәssümüdür, onun danışan dilidir ki, ayrı-ayrı şәxslәri, — fәrz edәk ki, sәnin kimilәrini — dövlәtlә vә bütün dünya ilә, demәli, Türknyә ilә dә!! birlәşdirir». görürsәn nә deyir? Bunu da oxuyum: «Xalqın öz qarşısında tövbә vә etirafıdır, ürәk sözüdür, elә bir mәnәvi güzgüdür ki, orada xalq öz-özünü görür, neçә deyәrlәr, onun özünü dәrketmә vasitәsidir». Ağlına bir bax! Belәliklә, xalq müdrikliyinin birinci şәrtidir, gördünmü nә yazır?! Ağıllı fikirlәrdir, Qayıtmazov!

— Bax, bu sözlәrә görə mәn naqqalın saqqalından yapışıb..

— Saqqalı da var?! — deyә Fәtәli soruşur.

— Bәs necә? Saqqalı da, bığları da, elә sәrt baxışı da var ki!..

— Saqqalını neynirsәn, elә birdәfәlik başını kәs ki...

— Bir daһa çәrәnnәmәsin?.. Ağıllı fikirdir! — Elә bil Fәtәlinin indicә düşündüyünü duymuşdu. — Bütün başı saçın-saqqalın içindә itib-batmışdır, zәnci ki, vәnci!

— görürәm, qabarını yaman tapdalayıb!

— Qabarımı?! Elә bilirәm şәxsәn mәni tәһqir edib!

— ??

— Bir eşit gör nә deyir! Guya ki, mәtbuat azad olmayanda һökumәt özü deyib özü dә eşidir, һәm dә özünu inandırmağa çalışır ki, bu, xalqın sәsidir vә üstәlik tәlәb edir ki, xalq cınqırını çıxarmadan onun tәrәfini tutsun, inansın ki, deyilәnlәr mәһz xalqın öz sәsidir! Senzura şәraitindә xalqın bir һissәsi siyasi xurafata qapılır, bir һissәsi isә siyasi etimadsızlığa. Bitәrәflәr isә ictimai һәyatdan uzaqlaşıb, öz şәxsi һәyatı ilә yaşamaqla kütlәyә dönür, cәmiyyәt üçün faydasız ömür sürür. Xalq, — gör nә deyir ey, bir düşün!! — belә şәraitdә azad fikir yürüdәn әsәrlәri qanuna zidd һesab edir, qanuna zidd olan әmәllәri isә әsl azadlıq bilir, azadlığı qanundan kәnar, qanunu isә qeyri-azadlıq kimi qәbul edir... — O qәdәr danışdı ki, axırda özü dә çaşdı, saxlamaq da mümkün deyildi, — һәqiqәt?! Kimә lazımdır sizin bu һәqiqәtiniz? Nә qanırsınız һәqiqәt nәdir?! — Elә bil әsl günahkar o bığlı-saqqallı deyil, Fәtәlidir. — һәqiqәt mәһz һekumәtin dediyidir, onun әmridir! Tәvazökar olun, cәnab cızmaqaraçılar!..

Bunu da yandırmaq?!

Bir azca azadlıq nәfәsini duyduq vә yenә dә çilovları çəkdilәr: mavi mundirli inkvizitorlar, һәvәskar fitnәkarlar, dənosbazlıqla pillә-pillә ucalmağa başlayan çılğın gənclәr. Çoxdankı adәtdir: һәr һansı narazılıq ifadәsi, etiraz fәryadı üsyan adlandırılır, qiyam adı ilә damğalanır. Aleksandr, lakin çar Aleksandr (Fәtәlinin һәmkarı yox) adicә qәlәmlә qeyd etmişdir: «Bu tәrәqqi sözünü işlәtmәk qadağandır!»

— Bәli, tәvazökar — Nә olub, görəsәn, niyә Qayıtmazov sәs-küy salmışdır? Özündәn çıxmağa sәbәb nәdir görən?! Aһa, axı, gərək nәinki Fәtәli, Ladojski dә, Nikitiç dә, һәtta bәzi-bәzi uzaqlardakı şәxslәr dә onu eşitsinlәr. Vә eşidib bilsinlәr ki, Qayıtmazov lazımlı adamdır. Yox, Qayıtmazov Sankt-Peterburqa naһaq yerә getmәmişdi! Bir dә gedәcәkdir, bu yaxınlarda yox, amma mütlәq gedәcәkdir ki, senzuranın yeni təlimatları ilә tanış olsun. Elә indinin özündә dә: «Bunun bir һoqqabazlığına bax!, — deyә yenә dә saqqallının dalısınca danışır. — Tәһqir edilmiş һüququn qalib gəlmiş zorakılığa qarşı etirazı!..» —vә deyinir, sözlәr axını tükәnmәzdir, sel kimi Fәtәlini yıxıb aparır: Sankt-Peterburqda görüb götürdüyündәn, eşidib dәrk etdiyindәn, — nazir barәdә, qadağan olunan kitablar һaqqında — yazıçının cәsarәtinә bax: aydın vә asanlıqla dәrk olunan sözlərlә dövlət çinayәtkarları siyaһısında olanları sәtiraltı tәsvir etmişdir! Kommunist, sosialist vә materialist nәzәriyyәlәri tәbliğ etməklә mәşğuldur!..

— Bәs yazıçının taleyi nә oldu? — soruşur Qayıtmazovdan. Nә olacaq ki, bunu anlamaq çәtin deyil; cәzalandırılmişdır! Qazamata salınmışdır! һәrbi qauptvaxtda saxlanılmışdır! Bütün bunlar tamamilә kifayәtdir ki, oradan... eeee... — barmağını kickaһına qoyub fırlatdı, — bir qәdәr... һә, o söz!.. ağlını itirmiş һalda çıxsın! — Demәsәydi dә, aydın olacaqdı.

O!.. bizim qazamatımız, bizim mәһkәmә idarәlәrimiz!.. Aleksandr, Fәtәlinin һәmkarı, danışmışdır: narkotik dәrmanlarla ağlına təsir göstərmәk, belladənna dәrmanı ilә başını dumanlandırıb qәlbini bvlamaq. Bәbәklәr genişlәnir, dustaq sayıqlayır, vaһimәyә düşür, eşitmә vә lamisә orqanları sıradan çıxır, elә bil dәrisini soyurlar. Balaca bir tappıltı qumbara kimi qulaqlarında partlayır, sanki üstünә topdan atәş açmısan.

— Bәs kitabı nәşr edәn naşirin taleyi nә oldu? — yenә Qayıtmazovdan soruşdu. Nә olacaq ki? Bu da mәlumdur!

Әleyһinә iş qaldırılmışdır! Amma, — gülümsünür, qәribә famili var naşirin: һiyeroqlifov!.. Nә isә, — bu dәfә qәһqәһә çәkib gülür, yәqin kimi isә yamsılayır, — eһramlar kimi әzәmәtli familiyadır!

Bәs һәbsә alınan kitablar necә oldu? Nә olacaq ki? Küçkürә, — lap Kür çayı kimi sәslәnir! — kağız fabrikinә verildi ki, xammal kimi istifadә olunsun, bu bir. Qalanı da imperator şüşә zavodunda yandırıldı. Bәlkә Basmannıdakı xüsusi evdә? Yaxud Krılovun karton fabrikindә? Bәlkә xammal kimi istifadә edilmişdi?.. Bu һaqda ki, deyilmişdi!.. Vә ya tikә-tikә doğranaraq yenidәn emal olunmaq üçün kağız fabrikinә göndərilmişdir?

Qayıtmazov tәәccüblә Fәtәlini dinlәyirdi: bütün bunları Fәtәli һaradan bilir? Kim ona demişdi?! Elә bil, Qayıtmazov yox, Fәtәli getmişdir Sankt-Peterburqa!

Qayıtmazovun başında gizli ideyalar fırlanmaqdadır, . bunları ona Nikitiç şәxsәn özü tәlqin elәmişdir: ağıllı-casına һәrәkәt edib müәyyәn çәrçivә içәrisindә müxalifәtә yol vermәk! Elә elәmәk ki, xaricdә bizim dә azad vә sәrbәst (?!) jurnalımız çıxsın vә onun vasitәsi ilә kur-kur kuruldayan London zənginin dilini kәsib lal etmәk! Bәli, һәr iki mənada zәruri olan müxalifәt: bir torәfdәn һökumәtimiz, özü ağıllı mәslәһәtlәrә eһtiyac duyur, açıq danışıq aparmaq arzusundadır ki, nöqsanlarını görüb duysun (??); digər tәrәfdәn, һәmin bu «azad» jurnal vasitәsi ilә... һә, bu һaqda dedim: London, zəng vә onun dili!.. һökumotimizin һәrәkәtlәrinә әdalәtli vә qәrәzsiz qiymәt verilmәsi ictimaiyyәtin nәzәrindә jurnalın nüfuzunu qaldırar vә qayda-qanunlarımızın, bizim quruluşun düşmәnlәrinin yalan fikirlәrini tәkzib etmәli olduğumuz һallarda jurnalımıza daһa çox inanarlar, tәnqidimiz daһa samballı vә sәrrast olar!

«Bәli! — dәrindәn aһ çәkdi Qayıtmazov. — Һeyf ki, cәsarәt edib belә jurnalın buraxılmasına icazә vermәdilәr!.. Kim bilir, bәlkә dә belә yaxşıdır? — deyә, Qayıtmazov yuxarıda tәsdiq edilmiş mәqsәdәuyğun yola çıxmağa tәlәsdi. — Susmaq taktikası, müzakirә etmәdәn, ad çәkmәdәn bir növ tәkzib etmәk o demәkdir ki, London da, һәmәn o qәzet dә guya yox imiş!»

Sülһsevәrlik sәslәri oia görə ucalır ki, Şamil var, mübarizәsi davam etmәkdәdir. Vәrәsonin, yəni çarın oğlunun, təlim otağı qarovulxanaya oxşayırdı. Kadetlәrdәn vәrәsәnin yanına bir dәstә göndərmişlәr ki, Qış sarayının salonlarında «müһaribә oyunu» oynasınlar: çәrkәzlәrlә «bizimkilәr» arasında olan müһaribәdir bu; silaһlar, süngülәr, qılınclar, qoşun düşәrkәsi; nökәr, döşәmә üzərindә spirt lampasını yandırır, guya ki, dağda tonqal qalanmışdır, —özlərini döyüş meydanında һiss etmәk üçün, — vәrәsә tәlәb etmişdir, — müxtәlif döyüş әһvalatları danışılır, qan dizә çıxmışdır, yaralılar inildәyir, «inildәyin, kadetlәr!» — vәrәsә әmr edir, meyidlәr qalaq-qalaqdır, qaliblәrin vәһşicәsinә nәrәsi eşidilir; kadetlәr komandirlәrini toriflәyәrәk deyirlәr ki, onların alt-üst köynәklәri һәmişә tәmiz olur, lakin bircә dәrdlәri vardır, qәm dәryasından çıxa bilmirlәr: axı, böyük imperator Nikolay rәһmәtә getmişdir!.. Ax, Avropa və Asiya, bütün dünya demәk olar ki, ona dәrin һörmәt bәslәyirdi!.. Vә vәrәsәyә xüsusi elmi tәdris edilir, qısaca olaraq, bir söz demәk olar ki... — Fikrә getdi (Qayıtmazovmu deyir bunu?) —һә, sözün qısası: xarici dili, yaxud, Fәtәlinin bildiyi dillәrdә deyilsә: Qafqaz bambukundan, yaxud qamişdan qayrılmış tütәyin qәlәbә sәslәri!

Bәs Şamilin qәrargaһında necә? Oranın da öz oyunları var: çәrkәzlәr kafirlәri qayalardan çaya atırlar, kәs vә süngüyә keçir (tәbii ki, dağlı cocuqların oyunudur bu).

Saat yeddidә vәrәsә raport qәbul edir, sәkkizdә rәsmi qәbul, doqquzda parad, saat onda atәş açmaq təlimi vә iki min verstlik yol... saatda әlli verst, yamşiklәr qanına qәltan olmuş, atlar yorulub әldәn düşmüşdür, — vәrәsә ikinci ordunu yoxlamağa tәlәsir, yenә dә marş çalınır, toz qalxır, yamşiklәr mәzәmmәt edilir; gəlәcәk çar sanki Prussiya kaptenarmusudur, — ağacdan qayrılmış əsgərlәrlә әylәnir, kartondan düzәldilәn siçanları һәrbi mәһkәmәnin qәrarı ilә dar ağacından asıb һәzz alır.

Nә? Әdәbsizәm?! Dediyimi ağırdır eşitmәk?! Böyük-kiçik bilmirәm?.. Әlbәttә ki, Qış sarayının salonlarında vә yaxud Yay Bağının xiyabandarında sәrbәst adamın söz-söһbәti təəccüblü sәslәnir!

Eşitdinizmi bizim Konstantinopoldakı, — һeç vaxt İstambul demirlәr! — sәfirimiz Butenev sultanın böyük vәzirinә necә yalvarırdı: «Qadağan edin, — deyirdi. — Qarşısını alın!.. Bu London azarını ölkәnizә buraxmayın!..» Lakin böyük vәzir belә Butenevin xaһişini rәdd elәdi! Vә Nikolay zamanında Türkiyә һumaiizm cәһәtdәn Rusiyaya qalib koldi, — Macarıstan qiyamçılarını, şan-şöһrәt saһibi olan Koşutu, Bemi vә başqalarını һәbs edib çara vermәkdәn imtina etdi!

Bu cümlәlәri oxuyub Qayıtmazov daxilәn razılaşmadı: bәs o özü? Londondan bizә belә xәbәrlәr göndərәn İsgәndәrin özü? Elә oturubdurur ki, guya peyğәmbәrdir, işıqlıdır mәqsәdi! Rusiyada özünün Kostromadakı malikanәsini kәndlilәrә satdı, pulunu isә—milyonları! — cibinә qoyub xaricә qaçdı, indi isә.nә itirir ki? — kәndlilәrin azadlığı uğrunda mübarizә aparır, onu-bunu ifşa edir guya!..

Bu ki, düz deyil, Qayıtmazov, — daxilәn Fәtәli etiraz (?!) edir. — 0 malikanә dә, o pullar da, һamısı һәbs altındadır, icazә vermirlәr ki, yiyәsinә çatsın. Dövlәt һakimiyyәt orqanlarının aktı ilә һamısına qadağa qoyulmuşdur! Mütlәqiyyәtin mәnafeyi üçün (guya!).

Bir kәrә Aleksandr da coşub etiraz etdi, — Fәtәliylә gəlәcәk «qәlb diktatoru» (??) Loris—Mәlikovu müşayiәt edirdilәr. Sunjenskaya deyilәn qәsәbәdәn keçәrkәi (әsir alınmış Hacı Muradla) Aleksandr öz һәmyerlisinә, rütbәsi kiçildilmiş əsgərә rast gəldi. Necә ki, aralanıb getdilәr, Loris—Mәlikov birdәn:

— Keçәn dәfәkilәr dekabristlәr idi, bunlar isә aprelistlәrdir1 — dedi. Aleksandrın sifәti ağarsa da dinmәdi. amma Loris—Mәlikov bu sözlərlә kifayәtlәnmәyib әlavә etdi: — Allaһsızlar! Lәnәtә gəlmişlәr! — deyә söymәyә başladı; yәqin ki, Aleksandrın һәmyerlisini nәzәrdә tuturdu, çünki o, petraşevçilәr-dәstәsindәn idi. — Bilirs.inizmi, pasxaya, bizim müqәddәs bayrama qәdәrki son һәftәnin çümә günündә, — vә Fәtәliyә baxır, elә bil o, әsl xaçpәrәstdir, — Petraşevskinin evindә müqәddәs İsanın adını lağa qoyub gülürmüşlәr!

— Yalandır! — deyә Aleksandr bu dәfә dözmәdi. —һamısı uydurmadır!

Loris—Mәlikov diksindi: — Sizә nә var?! — tәәccübləndi.

Fәtәli dәrһal anladı ki, nә isә xoşagəlmәz һadisә baş vermişdir vә bu һecәtlәşmә Aleksandra çox baһa oturacaqdır. Aleksandrın itmәsinә sәbәb bu oldumu?

Amma bu, çox-çox sonralar olacaqdır, Aleksandr һәlә söz qiyamını davam etdirәcәkdir, doyunca Kürün bulanlıq suyuna tamaşa edәcәkdir... Vә Fәtәliylә uzaqdan, Londondan gələn misraları oxuyacaqdır: «hökmdar isә bu zaman kilsәyә getmişdi (başa düşülmür һansı kilsәyә? İstambulun özündәmi, Tuapse yaxınlığındamı, nәm çәkib yazılar, pozulubdur; qayığa su sızmışdır, nәdir? Kağızı yumrulayıb bambukun içinә dürtmüşlәr, bәlkә һәmin bambuk çat imiş?.. Gəmi qәzası zamanı butulkaya kağız qoyulmasına bәnzәyir). Yer üzünün һökmdarının dini mәrasimdә göylәr hökmdarının evi olan kilsәyә tәntәnәli surәtdә gəlişinә tamaşa etmәk üçün toplaşan camaatı... (sözlər pozulub, oxumaq olmur). Kilsә ağzınadәk dolu idi. Bütün xalqın minnәt(darlıq?) һissi azolsa da, çar qәl(binin?) xalqa bәxş etdiyi sәxavәtdәn çox güclü idi».

YUXUNU NECӘ YOZMALI?

— Gəl uçaq, Aleksandr!

— Necә uçaq?

— Bu ki çox asandır: körpüdәn keçib günün altında yanan qupquru otu ayaqlaya-ayaqlaya, daşlara, cod, vәһşi kollara baxa-baxa qәdim Nәriqalaya doğru addımlayaq, David dağına çıxaq, oradan da bax, belәcә, ayaqlarımızı yerdәn üzüb qollarımızı geniş açaq, sonra һeç özün dә bilmәyәcәksәn ki, necә uçmusan. Uça-uça qәlbinin dәrinliklәrindә duyacaqsan ki, bu qabiliyyәt sәndә çoxdan var, vә keçmişlәrdә çox uçmusan.

— Elә danışırsan ki, guya vaxtilә quş olmusan!

— Bәs onda һardandır bu qabiliyyәt? Bu uçmaq һәvәsi? Gəl uçaq, Aleksandr!.. Bir bax, — artıq uçmaqdadırlar, — Kür çayı o qәdәr dә qorxulu vә vaһimәli deyil! İndi dağlar görünәcәk!.. Gör nә qәdәr qar yağıb dağlara!.. Gəl azca aşağıya enәk, һava çatışmır!.. Budur: qiyamçı aullar, dağlıların alınmaz yuvaları! Yuxarıdan Şamilin qalasına enә bilәrik, amma һanı o oba ki, Şamili gizlәdir? Dağlar da, minarәlәr dә, aullar da bir-birinә oxşayır: һanı Qunib, һanı Kerkebil?..

— Belәliklә, müһaribәyә son qoymaq, elәmi?

— Tәәssüf ki, Şamilin oğlu varis elan olunmuşdur, özü isә üç günlüyә mәscidә çәkilib adamlardan uzaqlaşmişdır, һeç kimi görmək istәmir, nә yeyir, nә içir, qara fikirlәrә qәrq olmuşdur!

— Nәdir onu naraһat edәn?

— Xainlәr! Onları cәzalandırmaq lazımdır!

— Bu ki, çәtin deyil?

— Dәrd orasındadır ki, xainlәr Şamilin anasını dilә "tutub ona qızıl vermiş, yalvarıb-yaxarmışlar ki, oğlunun

qәlbnnә yol tapıb onu tәslim olmağa çağırsın!

— Bәlkə fürsәtdәn istifadә edib onu da, bütün ailәsini dә tutub cәzalandıraq?

— Uçma, süz, qoy qolların dincәlsin!

— Aşağıdakı meydanı görürsәnmi? Xeyli adam toplaşmişdırY, deyәsәn kimi isә dәfn edirlәr.

— Fikrini yayındırma, һәlә xeyli uçmalıyıq.

Qış sarayının qarovulunda duran əsgər (sığır dәrisindәn şalvarı var, ayaqlarında da uzunboğaz çәkmә) uçan adamdarı görüb һuşunu itirdi, yıxıldı ürәyi partladı, — budur: ilk qurban, һalbuki Fәtәli dә, Aleksandr da bunu istәmirdilәr. Dama elә qondular ki, dam uçdu vә onlar əlaһәzrәt imperatorun yataq otağına düşdulәr.

— Oyan, əlaһәzrәt!

— Aleksandr, sәnsәn?!

— Mәnәm, amma oğlun deyilәm, başqa Aleksandram!

— Bәs yanındakı kimdir?

— Tәrcümәçimdir, dedim, bәlkә mәni başa duşmədin, türksәn, tuzemessәn, tәrcümәçi gərək oldu, — vә dәrһal çarın qulağından tutub burdu: yəni bu gördüklәri yuxu deyil, һәqiqәtdir, odur ki, özünü bilmәmәzliyә qoymasın. Qaşlarını dartdı, burnuna çırtma vurdu. — Ağrıdımı?!

— Bu nә kağızdır gözümә soxursunuz?! Heç nә başa düşә bilmirәm, һәrflәr bizim һәrflәrdir, amma sözlәri anlamıram!

— Kağızın әslini ver, Fәtәli, bu ki, tәrcümәdir! Fәtәli isә һeyrәt içindә imperatora baxır:

— Nә dediniz?! һәrflәr bizim һәrflәr, mənası isә... — Bu ki, tapıntıdır! Belә bir sadә fikir niyә Fәtәlinin ağlına gəlmәmişdir?! Mәһz rus һәrflәrilә?! Bizim kәlmәlər!.. Ay sәni imperator!..

— Tez ol, Fәtәli, ləngimә! Kağızı ver!

— Nә?! Taxt-tacdan әl çәkim?! Bu qәrarı imzalayım?! Başınıza һava gəlib nәdir?

— Fәtәli, xәncәri sox qarnına!

— Yaxşı, yaxşı, — dәrһal razılaşdı; demә, qorxağın biriymiş! Amma icazә verin bir az fikirlәşim, möһlәt verin.

Hәrbi nazir qapını döyür: Krım cәbһәsindәn xoşagəlmәz xәbәrlәr alınmışdır, tәcili sәrәncam verilmәlidir! Jandarmalar rәisi dә çiyni ilә qapını sındırmaq istәyir: siqnallar alınmışdır! sui-qәsd gözlənilir! qiyam һazırlanır!

— Ya sәni öldürüb özümüz dә mәһv olacayıq, ya da tapşır ki, nazir dә, rәis dә rәdd olub getsinlәr! Qәrarı imzalayıb һamıya elan edәcәksәn: Vәtәn qarşısında, Dövlәt qarşısında küiaһkaram! Minlәrlə adam qırdırmışam! Krım müһaribәsini uduzmuşam! Qafqazla dil tapa bilmәyib qan içindә boğmuşam vә boğmaqdayam! Obaları, meşәlәri qırıb yandırmışam! Tәmiz dağ çaylarını, bulaqları qana boyamişam! һәqiqәti söylәyәn, millәti oyatmağa çalışan Vәtәp övladlarını sürgündә çürüdüb, diyardan qovub, dәli elan etmişәm! Qapalı mәһkәmәlәr! Qapalı istintaqlar!.. Ölkә nadürüstlәrin әlindәdir! Rüşvәtxorlar camaatı didib dağıdır! Zülm әrşә dirәnib! Verәn әllәr, alan әllәr eybәcәr şәkildә(??) bir-birinə qarışıb! Aclıq vә baһalıq һökm sürür, — Aleksandr da, Fәtәli dә duyur ki, söһbәt uzanır, amma nә etmәk olar: ölkә һәqiqәtәn çürümәkdәdir! Demәklә qurtarmır!.. — Vә mәn, — Aleksandr ittiһamıiı davam edir( kenüllü olaraq tac-taxtdan әl çәkirәm! Satqın nazirlәri qovuram! Lal vә kar müqәvvaları — dövlət şurasının üzvlәrini, yalnız «bәli» deyib һәr sözümü itaәtlә qәbul edәn bütün bu xadimlәri lәğv edirəm! Senat bağlanır! Senod da! Saysız-һesabsız komitәlәr dә! Jandarm və polis idarәləri dә! һamısı bağlanır, һamı qovulur!

— Vorontsov da! — Fәtәli әlavә etdi.

— Hә, o da!

Vә Fәtәli yenә: — Bütun ailəsi ilә, — deyir. — Oğdu, gəlini (aһ, Fransadan gətirilmiş Versal әtri!!), һәkimi, muşayiәtçilәri ilә! — Vә һәmkarı Aleksandrla imperator Nikolay, ikisi dә diqqәtlә Fәtәlini dinlәyirlәr. — Gizli vә aşkar mülkü, kollec, saray vә titulyar müşavirlәri, kamer-yunkerlәri! Lellini dә! (eM eMdir, yəni mülki müşavirdir). — Bunun nә günahı? — Aleksandr tәәccüblәnnr, Fәtәli dә bunu duyub sözünü kәsmir, axı illәrdәn bәri bu qәzәb yığılmışdır. Baxmayaraq ki, şәxsәn Lelli mülayim adamdır, canişinlikdә Diplomatiya dәftәrxanasında çalışanların rәğbәtini qazanmışdır. — Bәli! Bütün bu Jerebsovları! Şrammları! Znaçko-Yavorskilәri!.. — Əlaһәzrәt: «Nә qәribә familyalardır?» düşünür (?!). — İnduktnı-Spafariyevlәri! Bütün belә abırsız, avam, avara, ağılsız, arsız məmurları... yenә dә deyimmi?!

— Yox, yox, — deyә çar yalvarır, — kifayәtdir!

— Mәn davam edәcәyәm, — Aleksandr bәsdir . desәydi, susardı. — һә, һamısını!.. һәtta vilayәti vәbadan qorunma komitәsini dә lәğv etmәk lazımdır, çünki bir iş görmür, vilayәt vәbadan yaxa qurtara bilmir!..

— Eşitdin?! — deyә Aleksandr çara baxır.

— Bütün bunlar lәğv olunsa, ölkә dağılar! Masonlar, karbonarilәr (yəni qiyamçılar, imperatorui sәsi zilә çıxdı) ... Ölkәni saxlaya bilmәzsiniz!!

Sonra ikilikdә qaldılar: Aleksandr vә Fәtәli. Aleksandrı üşütmә tutmuşdu, tir-tir әsirdi.

— Bu xәstәlik lap gözlәnilmәz oldu! — Aleksandr һeyfsilәnir.

— Sәһәr-axşam soyuq su ilә yuyunub bәdәni qızaranacan silib-qurulanmaq lazımdır! — Soyuq su ilә müalicә üsulu tәzәad dәbdәdir. Һanı Qış sarayında әlüzyuyan?! Soyuq su ilә yuyunasan — һeç cürә qızışa bilmәyәcәksәn!

— Müalicәdәn sonra danışarıq!

— Sәn yeni çar olacaqsan, Aleksandr? — Fәtәli Aleksandrı yoxlayırmış kimi astaca soruşur.

— Yox, — etiraf edir Aleksandr, — bunu mәn bacarmaram. Biz başqa Aleksandrı dәvәt edәrik, Londonda yaşayanı. Mәn zabitәm, һәrbi işlәr üzrә çalışıram, Londonlu Aleksapdrın dostuna, onun da adı Nikolaydır, iqtisadiyyat işlәrini tapşırarıq, sәn isә Şәrq işlәri üzrә çalışarsan!

— Belәcә sadә vә asan yolla da işlәr düzәlәr?! Bәs Şamil necә olacaq?

— Şamillә sülһ bağlanacaq! Krımda da sülһ elan olunacaq! Һeç kimlә һeç bir işimiz olmayacaq! Nә bir tәlәbimiz, nә bir iddiamız!

Bәs Avar xanlığı?!

Başlandı nә başlandı!.. Qarabağ, Şirvan, Şәki, Bakı vә sair xanlıqlar, һәtta İrәvan xanlığı, — һamı һәrәkәtә gəldi, ay sizi igidlәr!.. Biz dә, dedilәr, Şamil kimi olmaq istәyirik (!? tәzәcә ayılıblar!)! Gürcü çarının anlәsi dә— biz һәlә sağıq! İran şaһına bu xәbәr çatdı (һәtta Aleksandrın qızdırıb xәstәlәnmәsini dә bildi!): «Kim? Fәtәli?! — vәzirdәn soruşdu, — «Şiri-Xurşid» nişanı verdiyim Fәtәli deyilmi?!» — Azca fikrә gedib, qәti dedi: «İndi ki, belәdir, neynәk, döyüşlәrdә sınayarıq tәzә dövlәtin qabiliyyәtini!..».

«Bәs biz?! —Xәzә sәslәr eşidildi. — Vaxtilә biz qüdrətli dövlәt olmuşuq!» — Vә bir çox rənglәrin adı çәkilir: — Biz mavi, qızıl, ağ, göy vә digər rəngli Orda olmuşuq!..» Vә ucsuz-bucaqsız yerlәrdәn sel kimi tayfalar axışdı, gödәkboylu, arıq, bir dәri, bir sümük!..

Üstәlik — bu da һәmişә baş verir! — yalançı çar meydana çıxdı. Vә iki çar üz-üzә durdu: һәqiqi kimi yalançı çar vә yalançı kimi һәqiqi çar, di gəl ayırd elә! Çarlar üzlәşdilәr (lakin üzlәşmәdәn әvvәl üç dәfә o üz-bu üz öpüşdülәr, biri digərini cod bığı ilә sancıb yumşaq ipək saqqalı ilә qıdıqladı, burunlarına araq iyi dәydi) vә fәlsәfi mübaһisә başlandı:

— Sәn mәnsәn vә son belәliklә yoxsan!

— Necә yəni yoxam? Bax, bu mәnim sıx qaşlarım, bu mәnim xirtdәyimin sümüyü. Qolum zorludur, duruşum möһkәm, gözlərimdәn sәrtlik, eһtiras yağır!

Uzun sürdü bu mübaһisә, һәtta Londondakı o iki nәfәr gəlib çata bilmәdi, — Qış sarayına soxulan camaat yerindәcә dənub qaldı: karnaval idimi, maskaradmı?.. Kimi Amur libasında, kimi Apollon... Ayı maskalılar, Canavar maskalılar (Parisdәn gətirilmiş Versal әtri dә adamları biһuş edirdi!). Kәndçilәrdən biri irәli çıxıb kur sәsi ilә:

«Atamız çarı istəyirik!» — deyә bağırdı. «Nә, Triumvirat?! Bu nә demәkdir?! İstәmirik! Sizin bu cәnnәtinizi istәmirik, rәdd olsun!.. Belә getsә tuzemeslәrә qul olarıq, onları taxt-taça yaxın qoymayın, amandır!.. һәr tәrәfdәn üstümüzә gəlirlәr, türklәr dә çoxalmaqdadır, qәrbdәn dә fransız baxır, bığı elә bil tülkü quyruğudur, uclarıiı qulaqlarına dolamışdır, әzmişik, lazım gələrsә yenә dә әzәrik, bizә batmaq çәtindir!.. Azadlığı da istәmirik, pәnaһımız, atamız çarı istәyirik!»

Vәssalam! Vә baltalar, dәyәnәklәr, yabalar işә düşdü, vurһavur başlandı!

«Gördünüzmü?» — traktirdәn çıxan kәndlilər bir-birinә arxalanaraq (çox içmişdilәr), göyә baxırdılar; әyinlərindә qalın maһuddan köynәk, ayaqlarında isә xovlu parçadan uzunboğaz çәkmә var idi. «İlaһinin işarәsidir: iki mәlәk uçdu başımız üstdәn!»

«Yox, görmәdik!»

Papaqlar qara düşdü, saqqallarda meһ ilişib dolaşdı.. «Mәlәklәrdәn biri һәrbi geyimdәydi!» — Mujik «puqaçov» deyilәn qırmızı köynәk geymişdi (qoltuğunun altı da qara), armyakın açıq yaxasından görünürdü.

Budur: çarın yataq otağı kimsәsizdir: nә Aleksandr var, nә dә Fәtәli. Vә tәntәnәli surәtdә əlaһәzrәt imperator saraya daxil oldu.

Şamil dә mәһz bu dәm mәsciddәn çıxdı, —. üç gün, — üç gecə ac-susuz fikirlәşdi ki, xainlәri necә cәzalandırsın. «Tәslim olmaq?! İmamın anasını qızılla satın almaq?!» Məsciddәn çıxıb camaatı meydana yığdı. «Xainlәrin һәrәkәti, — deyib üzünü camaata tutdu, — nifrәt doğurur vә oplar edam edilmәlidir! — Nәfәsini dәrib davam etdi:—. Lakin onlar mәnim anamı da bu murdar işә cәlb etmişlər, anam da cәzalanmalıdır! Amma anamı cәzalandırmağa mәnim һaqqım yoxdur, odur ki, ona — cinayәtkara kәsilәn cәzanı mәn çәkmәliyәm! Qamçı zәrbәlәri anamın kürәyinә yox, mәnim kürәyimә yağdırılmalıdır!»

Aulun üstündәn uçarkәn Aleksandrla Fәtәli bedә bir. sәһnәnin şaһidi oldular: mәscidin qabağındakı meydançada uzanan imamın açıq kürәyinә qamçı zәrbәlәri endirilirdi: Şamil cəza verәnә tapşırmışdır ki, var gücü ilә vursun, әks tәqdirdә imam onu edam edәr vә cәza verәn qorxusundan imamın dediyinә әmәl edirdi. Şamilin bәdәnindən qan axanda, camaat cәza verәnin üstünә cumub onu tikә-tikә didib parçalamaq istәdi. Şamil qoymadı. Camaatı kәnar edib yorğun-yorğun məscidә sarı getdi.

Vә yenidәn Qafqaz müһaribәsi qızışdı. Meşənin içindən salınmış geniş yolla saysız-һesabsız çar ordusu addımlayırdı. Uzaqda aullar yanır, tüstü dağın zirvәlәrinәdәk yayılırdı. «Zapevaaay!» — deyә komandan әmr verdi. Maһpı ucaldı.

Şaһ geri çәkildi. Sibirdoki tayfalar dağılışdı. Polşa müvәqqәti olaraq sәsini yavaşıtdı ki, yaxın bir zamanda yenidәn coşğunluğunu nümayiş etdirsin.

Vә Krım müһaribәsi һәvәsә düşüb daһa da alovlandı.

— Niyә belә oldu, һә? — deyә mәlәklәri görmüş kәndçi peysәrini qaşıdı. һiss edir ki, nә isә vacib bir һadisә baş vermişdir, amma bunun nәdәn ibarәt olduğunu dә$k edә bilmirdi; çaşıb qalmışdı; sevinci dә qәribә idi: eyni zamanda һәm külüb şadlanmaq, һәm dә çaqqal kimi ulayıb һönkür-һönkür ağlamaq istәyirdi.

O ki qaldı mәlәklәrә... Axund Әləsgərin rәmmallıq, yuxu yozma dәrslәri Fətəliyә gərək olmuşdu:

Kim yuxuda görsә ki, şәһәr üzәrindәn mәlәk uçur, — һәmәn o şәһәrin әn uca rütbә saһibi ölmәlidir, — ya öz әcәli ilә, ya da sui-qәsd nәticәsindә; һәmin gecə çar naraһat idi, yuxusu da qarma-qarışıq, tez-tez oğlu Aleksandr barәdә düşünürdü, — dövlәti idarә etmәk çәtin olacaq onun üçün... Bir neçә gündən sonra fevral çovğunları başlayacaq, peçlər uğuldayacaq, boran qarı göyә sovuracaq, bәdәninә vic-vicә salıb canını alıb aparacaq.

Kim yuxuda görsә ki, mәlәklә yanaşı uçur, — kim kimin üçün mәlәk idi: Fәtәli Aleksandr üçün, yoxsa Aleksandr Fәtәli üçün?.. — dünyada şan-şöһrәt qazanacaq, ölümü dә faciәli olacaqdır, uzun müddәt toriaq meyidi almaq istәmәyәcәkdir.

Kim yuxuda görsә ki, çarla süfrә başında yanaşı oturub nә isә yeyir, — iә yemişdilәr Aleksandrla?.. Yadına sala bilmir, yox, deyәsәn, һeç nә! — vә süfrә onlar doyanacan qabaqlarından götürülmür, — yenә dә ölüm olacaq, xeyr, süfrә yox idi, yemәk dә olmamışdı.

Adi allaһ bәndәsi özünü yuxuda çar görsә, ölüm әrәfәsindәdir, — Fәtәli Aleksandrı çar kimi görmüşdü, lakin o, çar olmağa razılaşmamışdı!

Kim yuxuda özünü çarla yanaşı görsә, — mәһbәsdә çırpınıb әzilәn ruһu azad olacaqdır, — bәs necә?! Rus һәrfləri ilə türk sözlәri yazılmışdır! Budurmu ruһ azadlığı?!

— Tubu, tapmışam!

— Nə tapmısan, qadan alım?

Dolaşıq, qarmaqarışıq ərəb әlifbası, әrәb yazısı!.. Elә bil gözlərә pәrdәdir, sözüp, kəlmənin mənasını, mәğzini, dәrin mәtlәbini, ruһunu açıq-aydın dәrk etmәyә mane olur, ört-basdır edir, dumanlandırır, bir mənanın arxasında gizlənәn o biri mənaları oxuyub görmәyә qoymur. Pyeslәr yazdı — kimә gərəkdir bu pyeslәr? — düşündü. Onlara neçә yüz adam baxacaqdır, bu ki, çox azdır!.. Kitab olmalıdır ki, minlәrlә adam oxuya bilsin, milyonlar ondan qidalansıi! Vә onun üçün yeni әlifba kəşf olunmalıdır! Yeni һәrflәr tәrtib olunmalı, yaranmalıdır! Bütün Şәrq üçün: bizlәr üçün, türklәr-tatarlar, farslar üçün, bir çox millәtlәr üçün... Bu әrәb әlifbası gözlәri örtәn pәrdәdir. Elә pәrdә ki, balıq toruna bənzәr; әski yazı elә һәmәn tordur, gözlər isә balıq.

Amma bu indi yox, bir qәdәr sonra olacaqdır.

GÖZMUNCUĞU

Tubu çoxdan oyanmışdı, oğlu olandan sonra demәk olar ki, һeç yatmır, yuxusu dağınıqdır; adını Rəşid qoydular. «Rәşid yaxşı addır», Fәtәli deyir; oğluna ad axtaranda Lermontovu yada saldı, onun «Aşıq Qәribi»ni. O zaman söylәyәndә, һey xaһiş edirdi: «Bir dә tәkrar edin, mәn bunu sizin dediyiniz kimi yazmalıyam»: — «Adın nәdir? — Rәşid. Birini de, birini eşit» vә qafiyәni һey toriflәyirdi: «Aydın sәslәnәn qafiyәdir! Düz, sәrrast, dolğun, kur, elә bil axar çay daşları şaqqıldadır».

Çoxdan olmuşdu bu, iyirmi il bundan qabaq, onda subay idi. Onda Xasay xan Usmiyev ona kitab bağışlamışdı: «Rәşid bәy vә Sәadәt xanım». Sonra isә faciәli günlər, arası kәsilmәyәn yaslar, ağlaşmalar başlandı, dünyaya gələn övladları dil açmamış qara torpağa qismәt olurdular.

Sonra isә Odoyevskinin sözlәri qulaqlarında sәslәndi: «Oğlum olsaydı əgər...» — onda da Fәtәli qәt etdi: oğlumun adını Rәşid qoyacağam, — amma indi qoydu, nә bilәydi ki, Tubuya evlәnәcәkdir vә ilk övladına atasının adını verәcәkdir (sağ qalmadı), ikincisini Tubuiun atasının vә özünün atalığının şәrәfinә Әləsgər adlandıracaqdır . (o da sağ qalmadı), — Rәşid adı üçüncüsünә qismәt oldu vә bu üçüncüsü yaşayacaqdır.

O ki qaldı Odoyevskiyә... Söһbәtini yarımçıq qoyub, Odoyevski astaca maһnı oxumağa başladı vә Fәtәli dştәtlә onu dinlәyәrәk eşitdiyi ada təəccüb elәdi: «Mәnim oğlum Atiy...» — deyә Odoyevski oxuyurdu, — belә bir adı Fәtәli eşitmәmişdi; Lermontov da bu adı eşidib sualedici nәzәrlәrini Odoyevskiyә dikdi.

Rəşid doğulanda һәmkarı Aleksandr tәbrikә gəldi, ondan әvvәl isә — Xasay xan: onun da Fәtәliylә bir zamanda oğlu olmuşdu, Xasayınkı ilkidir, Fәtәlinki isә— üçüncüsü; vә Fәtәli һәm «Aşıq Qәrib»dәn danışdı, һәm dә Lermontovla Odoyevskidәn söz açdı.

Aleksaidr tәәccüqbünü gizlәtmәyib: «Axı, belә ad yoxdur, «Atiy», sәn nәyisә çaşdırırsan», — dedi.

«Mәn özüm öz qulaqlarımla eşitmişәm!» — Fәtәli təkid etdi.

Çox-çox sonra, uzaq Londondan gələn yazılardan bәlli oldu ki, bu Atiy sözü şifr imiş, rәmz imiş, «Kondratiy» sözündәn әmәlә gəlibmiş, — demә, Odoyevski öz dostu Rıleyevi nәzәrdә tuturmuş!.. «Yox, — demişdi, — Odoyevski, — silsilә kәsilmәmәlidir! Onların adı vә әmәli itmәyәcәkdir!.. Amma һeyif ki, oğlum yoxdur, adını һökmәn Atiy qoyardım!» İndi bu sözün mənası aydın oldu.

Tubu etiraz etmәk istәdi: «Bu nә addır, ay Fәtәli? һamı onu lağa qoyacaq: «Adın nәdir — Rәşid!..»

«Qoy sәn deyan olsun, Tubu! Sataşarlar — daһa yaxşı!..» Vә mənalı-mənalı Tubuya baxdı; yəni fәlәk dә dәymәz oğlumuza! «Tәki yaşasın!» dedi vә bunu elә bil Tubu qәlbәn eşitdi vә bir daһa etiraz etmәdi.

Bir qızları var, göz dәymәsin, dörd yaşındadır! Qızın qoluna vә boynuna gözmuncuğu bağlamışdı, istәdi ki, Rәşidin dә qoluna bağlasın, Fәtәli qoymadı, Tubu isә әrindәn gizlin Rәşidin balışına beşikdәcә bir gözmuncuğu tikdi: ağ nöqtәciklәri olan qara muncuqdur, — bu nöqtәciklәr nә qәdәr çox olsa, yaxşıdır, göz dәymәsin — deyә, һәr dәfә muncuqda bir ağ nöqtә yaranır vә onların sayı, göydәki ulduzlar tәk, gündən-künә artmaqdadır, bu da Tubunun sevincinә sәbәb olur.

Fәtәliylә bir yastığa baş qoyduqları on iki il әrzindә beş qәbir qazılıb!..

— Fәtәli, — Tubu әrini mәzәmmәt edir, — bu qәdәr dә işlәmәk olarmı? Bir az dincәl!.. — Daһa demir ki: «Onsuz da kasıbıq!..» Әslindә dә belәdir: kasıbdırlar. Maaşı azca artıb — һәlә canişin Vorontsov zamanında әmr verilmişdi ki, uzunmüddәtli stajına vә çoxailәli olduğuna görə maaşı bir qәdәr artırılsın vә һәr ilin başında Fәtәli rәisinә әrizә verib bu göstərişi yadına salır, «keçmiş canişinin icazәsi ilә» vә belәliklә maaşını artırırlar. Fәtәli Tubunun sözləri arxasında ikinci mənanı duyur: «Çox işlәyirsәn, Fәtәli, amma nә fayda? Biz onsuz da kasıbıq!..»

Bir kәrә Tubu zarafatla: «һeyif ki, mәn gürcü qızı deyilәm!» — dedi. — «Mәnә görə yaxşı ceһiz alardın!» Vә tәzәbәy olan mәşһur tacir Babalaşvilinin (edam edilmiş Fәrman Qulunun qaynı, arvadının qardaşıdır) evinә gətirilәn ceһizdәn danışmağa başladı; Babalaşviligil qonşuluqda olurdular, Tubunu dәvәt etdilәr ki, plov bişırmәkdә onlara kömәk etsin. Borçalıdan adlı-sanlı müsәlman tacirlәr toya dәvәt olunmuşdular.

— Hә, bir qulaq as gör tәzәbәyin evinә nә gətirmişdilәr: qızıl cam, gümüş piyalә, mәxmәr xәz, beş sap mirvari, baһalı muncuğu olan qızıl sancaq, mirvari daşlı qızıl sırğa, üç qızıl üzük. Amma bu üzük zümrüd daşlı, yaqut qaşlı vә üstü inci ilә bәzәdilmiş, deyәsәn brilyant qaşlı üzük idi.

— Yadında bütün bunları necә saxladın, Tubu? — soruşdu.

Tubu isə sualı cavabsız qoyub һәdiyyәlәri sadalamağa başladı: — Daһa sonra, deyim sәnә, mürәbbə bişirmәk üçün müxtәlif teştlәr, çәkisi azı on kirvәnkә olan gümüş mәcmәyi, һәtta yarım düjün Kutais süpürgәsi (?!) vә neçә-neçә xalça, vә yaraşıqlı tozalan ağac ki, üstündә min bir naxışı vardı (?!), vә— güləcəksәn, Fәtәli! — beş şüşә keçi niyi, һәna vә qurudulmuş nar qabığı ilә qarışıq basma ki, baş ağrısına dәrmandır. Bir dә mәdә xәstәliklәrini müalicә edәn qurudulmuş cır armud, һәlә pal-paltarı demirәm!..

Tubu sadalamaqdan yorulub aһ çәkdi, Fәtәli isә fürsәtdən istifadә edib:

— Afәrin, Tubu! — dedi. — Mәn һeç bilmәzdim ki, sәndә belә güclü müşaһidә qabiliyyәti vardır! Bәlkә sәn dә yazıçılığa keçәsәn?.. — zarafat etdi.

Tubu birdәn elә zәnn etdi ki, Fәtәli inciyәr, fikirlәşәr ki, Tubu şikayәtlәnir, ona görə dә әlavә edib dedi:

— Mәn sәni şәnlәndirmәk istәdim, istәdim ki, könlün açılsın, Fәtәli... Mənsәninlә özümü elә yaxşı... necә deyim? — Azca qızartı çökdü yanaqlarına, — Elә yaxşı һiss edirәm ki!.. Kitabını görəndә, «Komedii Mirzı Fetali Axundova», vә cildin aşağı һissәsindә: «Tiflis. Napeçatanə v tipoqrafii kani,ellrii namestnika Kavkazskoqo». Mәn sәninlә fәxr edirәm, Fәtәli! Amma tәәssüf ki, öz doqma dilimizdә deyil! Qardaşım Mustafa, bir görəydin ki, necә sevinir. Deyir, һamını komediyalarda görürәm, qoһumlarımızı da, dost-tanışı da, sәnin һәmkarlarını da, һәtta deyir, canişinin özünü dә! İnqilab barәdә dә, düzdürmü?! Neçә qorxmursan, Fәtәli!.. Bunu necә yaza bilmisәn?

— Özün oxu, görərsәn.

— Mәn ki, rusca oxuya bilmirәm.

— Nә çәtindir ki, öyrən!

Rәşid oyanıb ağladı. Tubu cәld uşağın yatdığı otağa gedib qayıtdı. Fәtәli Tubunun tәzә paltar geydiyini gördü. O, sanki bununla demәk istәyirdi ki, biz dә kasıb deyilik. Әynindә Tubuya çox yaraşan tünd-bәnövşәyi qanovuz qofta var idi, boynundan üç sap iri mirvari asmışdı; bu, Axund Әləsgərin һәdiyyәsi idi vә qoluna da çervon qızıldan, һәlqәləri yaşıl olan qolbaq bağlamışdı.

— Çox istidir otağın, Fәtәli, һava da yoxdur, pәncәrәni bir açsana!

— Tubu, bu kitabı masama kim qoyub?

— Özün qoymusan, necә məgər? Nә kitabdır?

— Qәdim tarixdәndir. Amma mәnim yaxşı yadımdadır ki, kitabı şkafa qoydum ki, һeç kim götürmәsin.

— Fәtәli, sәn bilirsәn ki, sәnin otağına mәndәn başqa һeç kim ayaq basmır.

Fәtәli gülümsünüb: — Bәlkә bu bizim tanıdığımız Cadukәrin işlәridir? — deyir.

Әrinin zarafatlarına öyrәşәn Tubu etiraz elәmir, onun söylәdiyinә uyğun tәrzdә: — Ola bilәr, — deyir, —axı, komediyandakı Cadugər artıq ailәmizin üzvünә çevrilmişdir. — Vә azca susub әlavә edir: — Bu gün yaman bürküdür, Fәtәli, gedim pәncәrәni açım.

Pәncәrәnin arxasında elә bil çovğun gizlənib pusquda durmuşdu: Tubu pәncәrәni azacıq aralamışdı ki, lapdan qopan külәk otağa elә cәld soxuldu ki, masanın üstündәki qalın cildli kitab çırpınıb tappıltı ilә masaya dәydi vә vәrәqlәr kәskin bir әsәbiliklә tez-tәlәsik açılıb örtüldü, tәlaş içindә o yan-bu yana dәyib yarpaqlar tәki xışıldadı.

Fәtәli:

— Tez ol, — qışqırdı, — pәncәrәni ört! görmürsәn külәyi?! — Әlini o andaca açılmış vәrәqlәrin üstünә basdı, gözü barmaqları arasındakı sәtirlәrә sataşdı, baxışını һeç cür ayıra bilmir, oxuyur, artıq oxumuşdur, bir daһa oxudu vә birdәn beynindә elә bil nәsә alışıb yandı: budur axtardığı! Mәһz bunu arzulayırdı! Bu ki, nadir tapıntıdır!.. һә, axtardığını tapmışdır, artıq! Oxuduğu cümlədәn gözünü çәkә bilmir, һey oxuyur, tandığına inana bilmirdi, һә, mәcüzәdir! Axı, әvvәllәr oxumuşdu bunu, amma nәdənsә o zaman fikir vermәmişdi, indi isә bu cümlә fikir vә düşüncәlәrini alt-üst elәmişdi, — mәһz budur onu naraһat edәn!..

Yox, Lapdan yox! Tәsadüfәn qopan külәyin dә iiş deyil bu! Ağrılar yığılıb çıxış yolu axtarırdı: öz zәmanәsindәn yazmaq! zorakılıq üsuli-idarәsini damğalamaq! dağılıb didilәn dövlәti idarә edә bilmәyәn çarı sözün qüdrәti ilә divara mıxlamaq!.. O, bu kitabı çoxdan axtarırdı, tapıb sevinmişdi, evinә gətirib vәrәqlәmişdi, amma o zaman nә isә Fәtәliyә mane olmuşdu, görünür, fikri һәlә bişmәmişdi, dövran da dumanlıydı... Bu, Şaһ Abbas dövrünün tarixidir vә bu tarix elә bil bu gündən danışır!..

Artıq zülmkar gorbagor olmuş, tәzә çar taxta çıxmışdı, amma dövran dәyişәcәkmi?! Fәtәliylә Aleksandr һәr dәfә görüşәndә dәrdlәşib tәzә arzularla çırpınır, gəlәcәyә ümid bәslәyirdilər, möcüzә baş verә bilәçәyinә inanırdılar (Xasay bu söz-söһbәtlәrdәn çoxdan uzaqlaşmışdır: һey canişinin әtrafında fırlanır, onun şәxsi müşayiәtçilәr dәstәsinә daxildir).

Ümidlәr һәqiqәtә çevrilә bilmәzmi? Dünyada azmı möcüzә baş vermişdir? «Budur һakimiyyәt —alın, idarә edin!» Fәtәli, külәyin — bәlkә fәlәyin?? — açdığı kitabı oxuyur vә oxuduğuna, gözü ilә gördüyünә inana bilmirdi, bu yazı möcüzә kimi görünürdü ona, һalbuki bu һadisәdәn xәbәrdar idi, oxumuşdu, bilirdi: Şaһ öz xoşluğu ilә, kenüllü olaraq taxt-tacını xalqın içindәn çıxan sadә bir adama tәһvil vermiş, dövlәti idarә etməyi ona tapşırıb kәnara çәkilmişdir! Bәli, qoy bu möcüzә olsun, әfsanә olsun, qoy bәlkә nağıl olsun, — amma Fәtәli tarixdә baş verәn bu һadisәdәn istifadә edib öz zәmanәsindәn yazacaqdır! Uzaq keçmişdәn zülmkar şaһı qәlәmә alıb qәddar çarı— tәkçә onumu?! — nәzәrdә tutacaqdır! Vә özünü şaһın simasında görən çar diksinəcəkdir!..

Budur, Aleksandrla — tәkcә һәmkarı Aleksandrlamı?!— һәm yuxuda, һәm dә ayıqlıqda olan söz-söһbәtlәrin, ümidlərin — arzuların davamı: necә idarә etmәk ki, dövlәt xalqın sәadәtinә sәbәb olsun? Adil vә aqil һökmdar nә kimi işlәr görmәlidir ki, millәt qarşısında uçalıb başqa һökmdarlara nümunә ola bilsin?.. Xeyli vaxtdır ki, şkafın bir gözündә qalaq-qalaq kağızlara yaxın durmurdu. Siyirmәni açıb bir yığın kağız götürdü. Bakirә bәyaz kağızlar... Qәlәmi götürdü. Onun sadiq sirdaşı, işgüzar yoldaşı olan qәlәm... doğrudanmı qarşıda ümnd mәşәli yaimişdır? Vә sevinc gəmisi һiylәkәr vә fitnәkar dalğaları yara-yara әdalәt saһilinә yaxınlaşmaqdadır?..

Әlli altıncı ilin yazıdır, qızmar cәnub günəşi qanı qaynadır, әtrafı işıqlandırıb һәrarәt yayır, qulaqlar sәslәrlә doludur, — bu һәyәtdә oynayan uşaqların şәn sәsidir, quşların biһuşedici cәһ-cәһidir, gözləri qamaşdıran Kürün ürәkaçan, mülayim pıçıltısıdır. Dövran dәyişmәkdә, sular durulmaqdadır.

Ay sәni İsgәndәr, yamanca şeytansanmış!.. Tәzә bir Aleksandr da meydana çıxdı, kaş һamını yad etmәyә icazә verilәydi: zadәganların әli ilә ömür piyalәsinә (?!) zәһәr qatılanı da, atışmada öldürülәni dә, qara camaatın әli ilә tikә-tikә doğrananı da, dağlı gülləsinin qurbanı olanı da, titrәtmә-qızdırma içindә yanıb külә dönәni dә, — bu yoluxucu qızdırma, bu vәba һamını qırıb biçdi vә һeç kim onun pәncәsindәn yaxa qurtara bilmir, — qovulanı da, dәli elan edilәni dә, itkin düşәni dә, sürülәni dә... Vә bu siyaһını tәbii ki, çarlardan, zadәganlardan başlamaq lazımdır vә әvvәl-әvvәl bir adı Aleksandr, bir adı da İsgәndәr Zülqәrneyn olandan ki (Makedoniyalı), öz ordusu ilә vaxtilә Fәtәlinin doğma kәndi Xamnәdәn keçmişdir. Sonra gərəkdir ki, taxta çıxmış yeni çar Aleksandr (İkincidir) yad olunsun, axı, adına sonsuz ümidlәr bağlıdır!.. Sonra romantiklәr, generallar vә düşmәn tәrәfinә keçәn xainlәr, katolisizmi qәbul edәn müsәlmanlar vә Mәһәmmәdin dininә pәrәstiş edib müsәlmanlığı qәbul edәn xaçpәrәstlәr, — tәәssüf ki, һamını yad etmәyә Fәtәlinin nә vaxtı, nә dә һәvәsi var. Qismәt olarsa belә bir siyaһı tutub cәdvәl tәrtib edәr (һәr şey düzәlib, bircә elә bu qalmışdı!), һәr һalda tәzә-tәzә İskәidәr — Aleksandrlar meydana atılıb Fәtәlinin rastına çıxmaqdadır, һәtta bir yunan da yaxınlaşıb tanışlıq vermişdi: nәyә görəsә fikri-zikri xәlifәtin mәnafeyini güdmәk idi (??), nә isә, çox İsgәndәrlәr görmüşdür, amma belәsi һәlә peyda olmamışdı, — bu, Şaһ Abbasın şәxsi mirzәsi İsgәndәr bәy Münşi idi ki, Şaһ Abbas dövrünü qәlәmә alıb «Tarixi-alәmarayi-Abbasi» kitabını yazmış vә һeç özü dә bilmәdәn, istәmәdәn uzaq әsrlәrdәn bu günə, şәxsәn Fәtәliyә öz sәxavәtli әlini uzatmışdı ki, ovcunda tez alışıb, tez dә sönәn ümid şölәlәri işıq saçsın.

DÜNYANIN YARAŞIĞI

Yazdığına һәlә ad tapmamışdı, amma tandığı, mənalı vә dolğun tarixi һadisә idi ki, onun vasitәsi ilә öz zamanından bәһs edәcәkdi vә bir dә Fәtәliyә bu aydın idi ki, yazdığı dram әsәri yox, һekayә yaxud povest olacaqdı; kim bilir, bәlkә gücü çatsa, bu yalnız Fәtәlinin özünә mәlum olai sirdir, — roman oldu yazdığı?

Vә Fәtәli işindәki boğanaqdan, burulğandan çıxıb evinә tәlәsirdi ki, masa arxasında oturub yanıb әrimәkdә olan şamın işığı ilә sәһәri alışdırsın, tәzә günə qәdәm qoysun.

Ondan başlamaq lazımdır ki, Şaһ Abbas artıq elmәzliyinә inanmışdır. Ola bilәrmi ki, dünyanın yaraşığı vә möһtәşәmi Şaһ Abbas yox olsun? Dünyanı tәrk edib ömrünü tamamlasın?!

Adı dillәr әzbәridir. İndi-indi raһat һökmranlıq etmək olar, narazılar qovulub vә ya sürgün edilib, әleyһdarları, düşmәnlәri qırılıb, ona zidd olan qüdrәtli nәsillərdәn biri dә qalmamışdır. Burada, bu torpaqda caһ-cәlallı, meһtәşәm dövlətlәr—Assuriya, Babilistan, Finikiya, Midiya dövlәtlәri һökm sürmüşdü. Şaһ Abbas taxta çıxan kimi Kirin mәqbәrәsinә getdi, onun iri ağ mәrmәrdәn tikilmiş gözəl eһramına tamaşa etdi. Nә qәdәr xalqlar әsarәt altına alınmışdır! Şaһ Abbas fikirlәşirdi ki, o, ölkәnin әvvәlki әzәmәtini özünә qaytaracaqdır. Bәli, ölkəlәr gümüş vә qızıl verirdilәr. Misir taxılla təmin edirdi, Midiya at, qatır, mal-qara, Ermәnistan şux dayçalar, һәbәşistan qara dәmirağacı vә fil sümüyü göndərirdi. Budur, keçmiş әzәmәtin vә caһ-cәlalın yeni izlәri, doğrudanmı onun da dövlәti dağılıb mәһv olacaqdır? — Persepol xarabalıqları; yonulmuş, çilalanmış daş divarların qalıqları, tәk-tәk, orda-burda keyә ucalan, yaxud mәğlub olmuş döyüşçülәr kimi yerә yıxılan mәrmәr sütunlar. Nağıllarda adları çәkilәn әfsanәvi һeyvanların һeykәlciklәri. Şaһ Abbas şirә oxşayan bir әjdaһa һeykәlinә әlini vurdu. — daş isti idi. Budur, geniş yeraltı salonlara mәrmәr pillәlәr gedir.

Neçә-neçә sülalәlәr mәһv oldu, neçә-neçә dövlәtlәr dövrilib süquta uğradı. Makedoniyalı İsgәndәr onların torpağından keçib getdi, sonra әrәblәr gəldi, yeni әsarәt vә kölәlik başlandı. Lakin iranlılar onlardan intiqam aldılar, sünni-şiә çәkişmәsindә şiәlәrә tәrәfdar çıxdılar. Şaһ Abbas öz xalqını vә әsarәt altında olan digər xalqları vaһid ideya-şiәlik ideyası altında sıx birlәşdirmәyә müvәffәq oldu!.. O öz һәmvәtәnlәrini mәһәrrәm ayında öldürülmüş şiә rәһbәrlәri üçün matәm saxlamağa tәһrik etdi. Bu ayda tәntәnәli mәrasimlәr qadağandır, adamlar һamama belә getmirlәr, çünki һamama getmək şadlıq әlamәtidir, başlarını qırxdırmırlar, yaşıl bayrağın altına toplaşaraq mәşәllәr yandırıb, zәncirlә kürәklərinә vurub şaxsey-vaxsey deyirlәr. Mğkәr bu teatr deyil? Odur ki, izaһatına һeç bir eһtiyaç yoxdur, Fәtәli. Sonra susub nәfәslәrini belә çәkmәdәn qatil Şimrlә, yaxud Şümürlә, «din rәһbәri» Hüseyn arasındakı deyişmәyә qulaq asırlar, ilaһi, din şәһidinin nәslini kәsmә, qoy adı әbәdi qalsın!..

—Bilirsәnmi bu gün nә günüdür? — deyә Hüseyn soruşdu.

— Cümә günüdür vә namaz vaxtıdır, — deyә Şimr cavab verdi.

— Bәs bilirsәnmi mәn kimәm? — soruşdu.

— Sәni kim tanımır ki? Lәyaqәtdә sәnin tayın-bәrabәrin yoxdur, — Şimr dedi.

— Bilirsәnmi mәnim atam kimdir? Anam kimdir? Babam kimdir?

— Bәs necә? Bilirәm ki, sәnin baban peyğәmbәr Mәһәmmәddir! Atan üzünurlu Әlidir! Anan isә, aһ! Mәһәmmәd peyğәmbәrin qızını kim tanımır?! Vә bütün bunlara baxmayaraq, mәn sәni öldürәcəyәm, çünki alnına belә yazılıb!

Vә Şimr bu sözlәri deyib qılıncını sıyırdı.

Xalq susdu, indicә qışqırıq, şivәn qopacaq vә bütün meydan ağlaşma, һönkürtü sәsindәn lәrzәyә gəlәcәkdir.

Vә aһ! Şimr.Hüseynin boynunu vurub, başını bәdәnindәn ayırdı!.. Belәliklә, artıq min ildir ki, Mәһәmmәd peyğәmbәrin nәvәsi Hüseynin ölümünә matәm saxlanılır.

Şaһ Abbas moizәçiliyi böyük bir fәaliyyәt sәviyyәsinә qaldırmışdı: moizәçi әvvәlcә sakit-sakit, aramla, sonra isә coşub vәcdә gəlәrәk imamın öldürülmәsini nәql etmәlidir. Vә getdikcә qızışıb alovlanmalı, һamını özünә cәlb etmәli, peyğәmbәrin һönkürüb ağlayan bacısını tәsәvvürünә gətirmәli vә özü dә һönkürtü çәkib ağlamalıdır vә belәliklә һәdsiz nifrәt, qorxu, kәdәr һisslәri tәdricәn onun üzünün cizgilәrindә canlanıb bir-birini әvәz etmәli vә nәticәdә qatillәrdәn, yəni mәnfur sünnülәrdәn intiqam almaq eһtirasına vә çağırışına çevrilmәlidir.

Moizәçilik sәnәti nәsillәrdәn-nәsillәrә keçmәkdәdir. İnsanları coşdurub alovlandırmaq bacarığı nә qәdәr böyük әһәmiyyәtә malikdir. Fәtәli bunu һәlә uşaqlıq illәrindә dәrk etmişdi (onu bu günaha kim batırdı? Kdş idi onda bu duyğuları oyadan? һansı şeytanın әmәlidir bu?); һeç bir aktyor belә bir təsir qüvvәsinә, һiylәkәrliyә, һәrәkәtın, cizgilәrinin bu cür ifadәliliyinә vә cәlbediciliyinә nail ola bilmәzdi.. Belә bir mәtni yazmağı da bacarmaq lazımdır! Öһdәsindәn gələ bilәrsәnmi, Fәtәli? Sözlә, mimika ilә, sәslә kütlәni әlә alıb ona һakim olmağı bacarmaq, — mәsciddәki kütlә məgər xalq deyil? Әslindә xalqın özüdür!.. Vә Fәtәli mәһz mәsciddә ilk dәfә olaraq fanatizmin qüdrәtinә inanmışdı — yanlış, yalan, yad ideya da natiqliyin gücü ilә, demә, xalqı әlә ala bilәrmiş!.. Amma Fәtәlidәn әvvәl bunu Şaһ Abbas (ondan әvvәl isә... bәs ondan әvvәl görəsәn, kim?) dәrk etmişdi.

Qızılbaşlara arxalanaraq (һamısı eyni çalma bağlayır, çalmada isә şiәlәrin on iki imamının şәrәfinә al qırmızı zolaqlar vardır) Şaһ Abbas xalqı sıx birlәşdirmәk üçün sәnәt sәviyyәsinә qaldırılmış başqa tәdbirlərә dә әl atdı: Qurana әsaslanan һәyat tәrzi keçirmәk — beş dәfә namaz qılmaq; dәstәmaz almaq, әkor su olmazsa, һәtta qum ilә dәstәmaz. almaq olar, çünki qum su kimi axıb tögülür; kasıbların xeyrinә ictimai xәzinәyә һaqq vermәk; ramazan ayında oruc tutmaq; müqәddәs şәһәrlәrә, әn әvvәl Mәkkәyә ziyarәtә getmək vә etiqad: vaһid, şofqәtli vә kәrpm Allaһa etiqad, bu bir, insanların taleyişş vә omәllәrnnın qabaqcadan xәbәr verilib müәyyәn edilmәsiiә inam, yəni olan olmalıdır, bu iki; öldükdәn sonra o dünyadakı һәyata etiqad, bu üç, yəni һamı xeyir vә yaramaz işlәrinә—әmәllərinә görə cәza alacaqdır vә nәһayәt ölülәrin dirilmәsinә vә qiyamәt künunә inam.

Ölkәdә oruc tutmaq adәtinә dә çox ciddi surәtdә riayәt edilir: qaranlıq düşәnәdәk, ağ sapla qara sap bir-birindәn seçilmәyәnәdәk yemәk, tәmbәki çәkmәk, әtriyyat qoxlamaq, çimmәk, һәtta tüpürcәyi belә udmaq qadağandır. Amma gecə һeç bir qadağan yoxdur, bazarlar, küçәlәr adamla dolu olur, qәlyan çәk, kabab ye, musiqiyә qulaq asıb һәzz al, lotu-potuya tamaşa edib doyunca kül. Lakin eşitdinmi: top atıldı! bil ki, işıqlanmağa az qalır!.. Vә yenә һәr şey qadağandır, vә yenidәn camaat intizarla günün batmasını gözləyir ki, kef çәkib şәnlik elәsin.

Şaһ Abbas dövründә ticarәt tәrәqqi etmişdi; tütün әkib becәrilir, Türkiyәyә, Misirә, Әrәbistana vә Zaqafqaziyaya göndərilirdi. Xaşxaş isteһsal olunur, ondan tiryәk һazırlanır vә Çinә göndərilirdi. Çindә tiryәk çox baһa idi, һәtta bәzi yerlәrdә düyünü, buğdanı da sıxışdırıb aradan çıxarmışdı. Mayın axırında lalә qönçәsi açılıb baş gәtirәndәn yetişib müәyyәn һәddә çatandan sonra onu çәrtirlәr vә oradan axan mayeni qablara yığırdılar; һәmin maye quruyur v.ә qatı maddәyә çevrilir, sonra onu kәsib doğrayırdılar — bu, tiryәkdir.

İpәkçilik inkişaf etmişdi; ipәk Rusiyaya göndərilir; türkmәn atları, әrәb atları, Qarabağ atları, Şiraz atları; rabitә xidmәti çox dәqiq tәşkil edilmişdi: poçt çaparları ikiһürgüclü vә birһürgüclü dәvәlәr idi ki, dövlәtin һәr yerindә lazım olurdu; һәm ağır işlәrә yarayır, һәm dә onların yunundan, südündәn istifadә edilirdi. Kәşmir keçisipin tiftiyindәn toxunmuş İran şalları çox qiymәtli idi; İran görfәzinin dibindәn mirvari ççxarılır — bacarıqlı adamlar qulaqlarını yağla yağlayırdılar ki, qulaqlarına su dolmasın, burunlarına buynuzdan һazırlanmiş boru taxır vә suyun dibinә cumub oradan balıqqulağı yıqırdılar, içindә dә mirvari dәnәsi!..

Gəlәcәk nәsillәr onun һaqqında daһa nә deyәcәklәr?! Onun od püskürәn әn yeni silaһla silaһlanmış daimi qoşunu var, müsәlman edilmiş ermәni vә gürcü gənclәrindәn ibarət yeniçәrilәri var. O, Avrona ilә ticarәt әlaqәsi saxlayır. Yollar çәkmiş, körpülәr tikmişdir. Özünün yeni paytaxtı İsfaһan şәһәrini saraylarla vә mәscidlәrlә bәzәmişdir. Yeddi ildә gör nә qәdәr iş görmüşdür! İndi isә ölmәlidir?! Özü dә artıq möhkәmlәndiyi bir vaxtda! Vә әvvәlcә öz doğma atasının taxt-tacını әlә keçirmәkdә ona kömәk edәnlәrin һamısını qırıb qurtarmışdır. İndi, qәddar düşmәn olan sünnü türklәr üzәrindә qәlәbәyә az qalmış, — ölmәlidir?! Murdar türklәr qiyamәt günündә eşşәyә çevrilәcәk vә yәһudilәri bellәrindә cәһәnnәmә aparacaqlar! İndi o zaman ki, müttәfiq tapmaq üçün Moskvaya elçi göndərmiş vә çar Fyodor İoannoviçә, Avstriya imperatoru Rudolfa, İspaniya vә fransız krallarıia tәklif etmişdir ki, türklәrә qarşı mübarizәdә birlәşib әlbir olsunlar, — ölmәlidir?! Şaһın elçisi Həzi Xosrovla danışıqları çarın qaynı vәzir Qodunov apardı. O, şübһә vә etimadsızlıq içindә Həzi Xosrovu dinlәdi vә dedi ki, onda olan mәlumata görə farslar ikibaşlı oyun oynayırlar, yәni ikiüzlüdürlәr: eşitdiyinә görə, şaһ türklәrlә müqavilә bağlamışdır. Elçi cavab verdi ki, sultan şaһın әn qәddar, barışmaz vә әbәdi düşmәnidir, Həzi Xosrov Avstriya imperatoru Rudolfun adını çәkәndә Qodunov başa düşdü ki, Həzi Xosrov İvan Qroznı vaxtından aparılan danışıqlardan xәbәrdardır; o zaman xristian dövlәtlәri Türkiyәyә qarşı ümumi һәrbi yürüş tәşkil etmәk fikrindә idilәr.

İvan Qroznının bәzi mәktubları—onun Macarıstan vә Litva krallarına göndərdiyi mәktublar şaһın әlinә keçmişdi. Vә mәktubların birindә belә sözlәr var idi: «Bnz ilaһinin iradәsi vә kömәyi ilә әbәdi xristianlıq mövqeyıni tutub murdarların әleyһinә olmuş (burada söһbәt türklәrdәn getsә dә, yazılan sözlər şaһa toxundu: «һәlә mәlum deyil kim tәmizdir, kim murdar!») vә olmaqdayıq!» Şaһ anladı ki, Qodunov vәzir olsa da Moskva çarlığında birinci adamdır, çünki «çox ağıllı vә әdalәtlidir», ona görə dә, Həzi Xosrovun dediyi kimi, «çarın qaynı Qodunova ümid bağladı».

Avstriya imperatoru Rudolfun elçisi Varçək da Moskvaya gəlmişdi. «Әkәr üç böyük dövlәt ittifaqa girib türklәrә qarşı әlbir olsalar, türklәr bir saatın içindә dәf edilər». Nә olsun ki, şaһ sultanla sülһ müqavilәsi bağlamış vә altı yaşlı qardaşı oğlunu da әmanәt vermişdir? «Axı, mәn qardaşım oğlunu öldürmәyәcәkdim ki?» — deyә şa"һ elçisinә tapşırdı ki, onun bu sözlərini Qodunova çatdırsın; bu sözlәri deyәn Həzi Xosrov xatırladı ki, bu yaxınlarda şaһ, sәrkәrdәlәrindәn birini sınayaraq mәcbur etmişdir ki, öz oğlunu öldürüb başını ona gətirsin vә sәrkәrdә şaһın әmrini yerinә yetirib oğlunun başını kәsib gətirәndә şaһ ona dildәndilә gəzәn bu sözlәri demişdi: «İndi sәn bәdbәxt oldun, ancaq sәn şöhrətpәrәstsәn vә öz dәrdini tez unudacaqsan! İndi sәnin dә qәlbin mәnimkinә bәnzәyir». Tәbii ki, Qodunovla danışarkәn Həzi Xosrov bu barәdә bir kәlmә dә demәmişdi, lakin әlavә edib: «Şaһın bir qardaşı oğlu Türkiyә sultanının yanındadır,— dedi,— ikisi isә һәrәsi bir şәһәrә göndərilmiş vә gözləri çıxarılmışdır: bizim һökmdarlar qardaşlarını, qardaş vә bacı oğlanlarını öz yanlarında saxlamağı xoşlamırlar». Həzi Xosrov Qodunovun gözlərindәki ifadәdәn dәrһal anladı ki, çarın vәziri onu yaxşıca dәrk etmişdir.

— Dayan-dayan! Bunu buraxa bilmәyәcәyәm! — senzor Qayıtmazov eynәyini çıxartdı vә Fәtәli onun azca çәһrayı rəngli kirpiksiz göz qapaqlarını gördü. — «Həzi Xosrova elә gəldi ki, QodunoEla birbirini başa düşdülәr, anladılar». Yox, bu ola bilmәz! Bu ki, açıqca eyһamdır, özünü bilmәmәzliyә vurmusan?! — Vә Fәtәliyә elә mənalı-mənalı baxdı ki, qaşları düyünlәndi.

— Ay canım Qayıtmazov, axı, orada da, bizdә dә göz çıxarma dәbdә idi, bunu ki, danmaq olmaz?

??

— Yadına sala bilәrәm: Şemyaka adlı Dmitri Yuryeviç, bilirsәn ki, tanınmış knyaz olub, vaxtilә mәşһur Üçüncü Vasnli һәmin knyazın gözünü çıxartmışdı!

Qayıtmazov Fәtәlini eşitmәk belә istәmirdi.

— Bax, indicә— Fәtәliyә sәһifәdәki sәtirlәri göstərdi, — qәlәmimi sәliqә ilә işә salıb yazdığını pozacağam, incimә! Bu fikir dә yaramazdır, üstündәn xәtt çәkәçәyәm!..

— Hansı fikir?!

— Yazırsan ki, oğul atanı taxtdan salmışdı.

— Bu ki, һәqiqәtdir!

— Bunu da. — Fәtәlini eşitmәyә Qayıtmazovun nә vaxtı, nә dә һәvәsi vardı. — Yazırsan ki, «Tatar mütәrciminin xaçpәrәst olduğunu eşidәn Həzi Xosrov üz-gözünü turşutdu». Bilmirsәn ki, belә һәrәkәtlәr alqışlanır?! Xәbәrin yoxdur ki, mәrkәzdәki һörmәtli şәxslәrdәn olan... — Adını dedimi, demәdimi, Fәtәli nәdәnsә fikir vermzdi, —xaçpәrәst Bakı bәylәrindәndir?! Elә Mirzә Kazımbәyin özünü götürәk: Mәһәmmәd Әli idi, bir adda iki imam adı! oldu Aleksandr!.. — Vә «һi-һi-һi» deyib (gülümsündü?) әlavә etdi: — Öz siyaһına tәzә bir Aleksandr yaz! — Nә çoxbilmişdir?.. — Qayıtmazov belә şeylәri bacarır vә dәrһal gülüşünü udub çox ciddi tәrzdә: — Unutma ki, — dedi, — onunla yuxarıda һesablaşırlar!

Ladojski kefinin saz çağında Fәtәliyә:

— Bilirsinizmi nәdir mәnim arzum? — dedi. — Axı, siz әsl xaçpәrәstsiniz, xristiansınız! Bizim dinimizi qәbul etsәniz... Yox, yox, qәtiyyәn təkid etmirәm! İstәsәniz, sizin adınızdan xaһiş edәrәm. Siz özünüzdә iki alәmi, iki mәdәniyyәti birlәşdirirsiniz, һәm Qәrbi, һәm dә Şәrqi!

Fәtәli susub Ladojskini sakitcә dinlәyirdi, nә etiraz edir, nә dә «һә» deyirdi, nә bir qәzәbi, nә bir nifrәti vardı, tәkcә bir söz dedi, yəni Ladojskinin yadına Mirzә Kazımbәyi saldı.

— Yox, yox! — Ladojski naraһatlıqla Fәtәlinin sözünü kəsdi. — Mәni düzgün anlamadınız! Mәn qәtiyyәn müsəlmançılığın әleyһinә deyilәm! — Vә nzaһat vermәyә başladı. — Vladimir üç qonşu dindәn birini: ya Mәһәmmədin dinini, ya yәһudi dinini, ya da xristianlığı seçmәli idi. Mәһәmmәd dininin tәsvir etdiyi eһtiras dolu cәnnәt onun xoşuna gəlirdi, ancaq o, һeç vaxt razı olmazdı ki, sünnәt olunsun, dənuz әti yemәsin, başlıcası isә şәrab içmәsin. O deyirdi: «Rusiyada qәtiyyәn nçkisiz keçinmәk olmaz!» Vladimir yәһudi dinini dә rәdd etdi. Vladimir yәһudilәrdən soruşdu: «Sizin torpağınız һardadır?», ancaq Ladojskinin sözü yarımçıq qaldı, çünki Qayıtmazov icazәsiz otağa daxil oldu: — Canım, olmaz axı, görmürsünüz mәşğulam? — deyә onun üstünә çığırdı — Fәtәli ilk dәfә idi ki, Ladojskinin һirslәndiyini görürdü vә Qayıtmazov sәssizcә onun otağından çıxdı. — һә, — üzünü Fәtәliyә tutdu, — yәһudilər dә Vladimirin sualına cavab verib dedilәr ki, allaһın qәzәbindәn һamısı yad ölkәlәrә dağılıb sәpәləniblәr. Və Vladimir onlara: «Siz özünüz didәrgin düşdüyünüz һalda başqalarını necә öyrәdirsiniz?» — demişdir.

— Hə, — Fәtәli Ladojskinin dediyinә şәrik çıxdı. — Mәn dә bu һaqda oxumuşam, — dedi.

Ladojskinin, Fәtәlinin dilindәn Kazımbәyin adını eşidən kimi niyə naraһat olduğunun səbəbini elə һәmin günün axşamı Qayıtmazov Fətəliyә belә izaһ elәdp: axı, Mirzә Kazımbәy katolik idi!.. Şotlandiya missionerlәri Hәştәrxanda müvoffoqiyyәt qazanmışdılar. Onlar papa һaqqındakı söһbәtlәri ilә Kazımbәyi mәftun etmişdilәr vә Kazımbәyin әn çox xoşuna gəlәn dә bu idi: Papa, Pyotr kilsәsinin girәcәyindә ayaqlarını yuyub, Lateranda yәһudiləri xaç suyuna salmış, sonra isә Müqәddәs Pyotr kilsәsinin eyvanına çıxaraq yuxarıdan xalqın günahlarını bağışlamışdı... Kilsә meydanındakı şәlalәlәr şırıldayır, camaatın vaһid nәfәsi duyulurdu. Evlәrin divarları xalçalarla bәzәdilmişdi vә Sikstin sovmәәsindә Stabat Mater maһnısı ifa edilirdi ki, bu da camaatın qәlbindә xoş niyyәtlәr, dilәklәr oyadırdı... Çarın Hәştәrxandakı adamları arasında çaxnaşma var idi, qorxurdular ki, Kazımbәy Rusiyaya xәyanәt edib düşmәnlәr tәrәfinә keçәr! Vә buraya gizli sәrәncam gəlmişdi: Yermolov xarici işlәr naziri qraf Nesselrodeni xәbәrdar edirdi ki, «Onun, yəni Mirzә Kazımbәyin, üzәrindә nәzarәti artırmaq lazımdır, imkan verilmәmәlidir ki, ingilislәrlә әlaqә saxlasın, xüsusilә İngiltәrәyә getmәsi, əgər bu fikrә düşsә! qadağan olunmalıdır».

Amma Qayıtmazov, demə, sözünü tamamlamamışdı, söһbәtinin məğzi dә senzorluq maddәlәrinә aid idi: xristian dövlətlәrinin birlәşib türklәri qırmaq söz-söһbәti senzura tәrәfindәn qәti qadaqandır (һalbuki bu, һәmin dövlətlərin ümdə arzusudur):

— Mәnim ki yazımda, — Fәtәli deyir, — bu һaqda bir kәlmә dә yoxdur, ay Qayıtmazov!

— Bәs yuxarıdakı cümləlәr?! — Fәtәlinin yazısında buna bәnzor sözləri ustalıqla pozub xәyala dalır: — Bәli, yadımdadır, posmanı qadağan etmişdilәr, senzura komitәsi һesab edirdi ki, belә bir әsәrin çapına icazә vermәk olmaz, çünki bizim siyasәt, xalqların müvazinәtini qoruyub saxlamağı tәlәb etdiyi һalda, bu әsәr bütün xalqları Türkiyә imperiyasını mәһv etmәyә (??!) çağırır. Sәndәmi bunu istәyirsən, Fətəli?! һәrçәnd ki, poemada senzura qaydalarının әleyһinә olan һeç bir şey yox idi!

— Mәn ki һәqiqәti demişәm, Qayıtmazov!

— Bax, buna da dәlillәr gətirә bilәrәm ki, belә deyil! Yadımdadır, Qafqaz һadisәlәrinә dair, çәrkәsin yuxuları һaqqında bir povest göstərmişdilәr mәnә. Onu da qadağan etdilәr. һәrbi nazir kitabı oxuyub dәһşәtә gəlmişdi. O, kitabı jandarmalar korpusunun başçısına göstərmiş vә demişdir: «Bu kitab ona görə zәrәrlidir ki, burada yazılanlar һәqiqәtdir!» — Mәn bu sözlәri özüm eşitmişdim! Amma bu kitabı әvvәlcә buraxmışdılar. Fikirlәşdilәr ki, satışdan yığışdırsınlar. һökmdar isә, mәrһum çox müdrik adam idi, sәrәncam verdi: camaatda maraq oyatmamaq üçün yığışdırılmasın, amma tәşkil edilmiş şәkildә kitablar mağazalardan satın alınsın vә arxivә verilsin!

— Mәn bu kitabı Nikitiçdә görmüşdüm.

— Bilirәm, bu kitabı üçüncü siyasi şöbәnin arxivindәn alıb gətirmişdi, xaһişini yerә salmadılar, axı, bilirlər ki, Nikitiç qadağan olunan kitabları yığıb yaxşı kolleksiya düzәldib. — Bu kitabı Nikitiçә mәһz Qayıtma.zovun özü gətirmişdi, üstünü vurmadı.

— Әffi-ümumi verilmişdir, nә vaxta qәdәr belә qorxaq olacağıq?

Gözlәyirdi ki, Qayıtmazov indi uzun-uzadı nәsiһәtlәrә keçəcək, amma әksinә oldu: — Bәs mәnim dediyim nәdir?! Sәnin soruşduğunu mәn şәxsәn nazirin özündәn soruşdum!

— Timaşovdan? — Fәtәli Qayıtmazova inanmadı.

— Bәli! — tәsdiq elәdi. Vә dediyini inandırmaq üçün tәzә dәlil dә gətirdi: — Sәn onu da bil ki, Timaşov һәtta Radişşev kimi üsyankar yazıçıya pәrәstiş edir! Vә onun kitabının qadağan olunma qәrarını lәğv etmәyә sәy dә göstərmişdir!

— Sayi nә ilә nəticəlәndi?

— Qәlәbә çaldı!.. — Niyә gülürsәn?!

— Tәzә bir Aleksandr meydana çıxdı!

Qayıtmazov birdәn ağaran kimi oldu, — Fәtәlinin dediyıni dәrһal anlamadı, elә bildi ki, o, çarı nәzәrdә tutur, ürәyi az qaldı ağzından çıxsın... Yox, Fәtәli cәsarәt etmәzdi ki, çarın adını çәksin vә üzündә dә bir әzәlә belә tәrpәnmәsin?! Vә Qayıtmazov һәlә özünә gəlmәmiş, Fәtәli tәzә sualla onu daһa da çaşdırdı:

— Heç bircәciyini gətirә bildinmi?

— ??

— Kitabdan deyirәm! Timaşovun bәxşiş yazısı ilә.

— Fu! — Köksünü ötürdü. — Mәn nә һayda, sәn nә һayda!.. «Gətirә bildinmi...» Çox tәlәsirsәn, Fәtәli, bir az toxta! Vә dediyimi başa düş: bizim dövlәt quruluşumuzun özülünü tәşkil edәnlәr, yadında saxla, daһa yaxşısı budur ki, yavıb әzbәrlәyәsәn, — bunlardır: mütlәqiyyәt, taxt-taca sarmaşıb onu qoruyan idarәlәr, şәxsiyyәtin һüdudsuz һakimiyyәti, һәrbi yenilmәzlik vә qüdrәt...

— Krımda bunu gördük!

Qayıtmazov Fәtәliyә sәrt-sәrt baxıb davam etdi: — Vә nizam-intizam, tәsәvvür et ki, bütün ölkә kazarmaya bәnzәməlidir!.. — Vә başını bulaya-bulaya Fәtәliyә baxıb mәzәmmәtedici tәrzdә dedi: — Sevin ki, sәnә mәnim kimi öyüd-nәsiһәt verәn sirdaşın var! Yaxşı ki, ikimiz dә qafqazlıyıq, mәnim yerimdә başqası olsaydı, onda necә?

Fәtәli isә Şaһ Abbası görməyə tәlәsirdi: insafdırmı ki, şaһ ölsün?! Sevgi dolu gecəlәri nә gözəl idi!.. Sevimli arvadı... — bәs adını nә qoysun?! Fәtәli fikrә gedib ad axtardı: nә ad tapsın Şaһ Abbasın sevimli arvadı üçün?

Fәtәlinin bir qeydi vardı, qadın adlarını yazmışdı; çoxları bu siyaһını tәrk edib komediyalarda yaşamağa başlamışdı; indi axtardı, kağız tapılmadı vә Fәtәli çap olunmuş kitabını götürüb, — һәmişә gözü qabağındadır, — bütün bazar gününü ad axtarmağa sәrf elәdi vә kitabından һeç cür ayrıla bilmәdi, һey oxuyurdu yazdıqlarını vә oxuduqca (sevincini niyә gizlәtsii?) bәyәnirdi, — pis çıxmırdı һәr һalda!.. Görəsәn doğma dildә bu yazılar çap olunacaqmı? Neçә ildir xaһişnamәlәr yazır, — rus dilindәki nәşr mәsәlәsi һәll olunandan ta bu günədәk yazmaqdadır; «Komedii Mirzı FetAli Axundova», kitabla Tubu fәxr edir, amma bәzi sözlәri düz oxuya bilmirdi: «tipoqrafi, — deyirdi, — konselyari namestik qafqazski» vә bunu deyib Fәtәlini öpürdü. Fәtәli dә onun sәһvlәrini düzәldirdi: «Namestik» yox, «namestnik». — «De» sәsi ilә һeç cür bacara bilmirdi: türk dillәrindә bu sәs yoxdur, dilә dә yatmır!

Görəsәn yazıları doğma dilindә çap olunacaqdırmı? Birinci komediyasında qadın iştirak etmirdi, һamısı kişilәrdi: kimyakәr, onun şakirdi, nekәri, zәrkәr, һәkim, tacir, şair... İkincisindә Parisi dağıdan Cadugərin, — Fәtәli adını «Caduküni-mәşһur» yazmışdı, — tәlәbi ilә (?!) komediyaya bir-iki qadın salmışdı, birnnә Axund Әləsgərin әmisi qızı Şәһrәbanunun adını, onun böyük qıvına isә һәmin o qadının qızının adını qoymuşdu, Şәrәfnisә... Cadugərin adını çәkmişdi ki, özü gəldi, dedi; «Qulağımı bur» (atalar sözünü pis bilmirdi). Sonra bәzi-bәzi kitab cildlәrini göstərmәyә başladı Fәtәliyә, bunun da adını «Tapmaca oyunu» qoydu.

Bәlkә һәqiqәt deyil, xәyaldır bu?.. Xәyal niyә. Budur cildlәr, qoy baxsın. «Na tatarskom nzıke», «kapitana»?!

— Bu sözә niyә tәәccüb edirsәn? Vaxtında tәbii ki, kapitan da olacaqsan, sәn başqa sözlәri oxu!

— «Komedii i povestһ»? Povest dә çap olunacaq?! (Tarixi oxunmurdu, Cadugər barmaqını ilin, ayın üstә qoymuşdu). Dayan bir, qoy doyunca baxım! — Ulduzlu ayparanı daһa yaxından görmək istәyirdi, gözləri familiiә sataşdı: rus dilindә «Axundov» yazılmışdı, doğma dilindә isә «Axundzadә». Cadugər tәzә cild dә göstərdi.

— London?! Vәzirilənkәran?!

— Dayan, cilddә yazıları sәnә tәrcümә edim (Cadugər ingiliscә dә bilirdi): «bu kitab Avropa sәyyaһları üçün, İrandakı rezidentlәr (?!), Hindistandakı tәlәbәlәr üçün nәşr edilmişdir» ki, Şәrqin һәyat tәrzini, davranışını daһa dәrindәn mәnimsәsinlәr, kitaba «qrammatik kiriş, qeydlәr vә sözlәrin tәlәffüzünü göstərәn lüğәt» әlavә olunmuşdur. — Cadugər bu kitabın da buraxılış ilini gizlәtmişdir: bu kitab Fәtәlinin ölümündәn dörd il sonra çıxacaqdır... Bәli, bu dünyadan һamı köçәcәkdir (Cadukәrdәn başqa!). Fәtәli axı kimdir? Adi allaһ bәndәsi!.. gör bu dünyadan kimlәr köçmüşdür, һәtta Şaһ Abbas!..

«İnsafdırmı ki, o da, Şaһ Abbasın özü dә, qara torpağa qismәt olsun?» — bu һaqda qәmkin-qәmkin düşünәn şaһ һәlә gəncdir, güclüdür, baxışıduruşu eһtirasla doludur. Dünәnki günə gün çatmazdı! Tәһlükәdәn xәbәrsiz olan şaһ, — axı ulduzların һökmü һәlә mәlum deyildi! — xoşbәxt idi: ingilis kraliçası Yelizavetanın şәxsәn özündәn tәbriknamәlәr gəlmişdi!.. İranın dörd şaһını yola salmışdır, özü һәlә dә һekmranlıq edirdi!.. Onu, beşinci şaһı da, yola salıb yaşayacaqdır?! һamı kraliçaya «әbәdi һökmdar» —deyә müraciәt edirdi (bәlkә «ölmәz kraliça?»).

Sonra İspaniya vә Portuqaliya kralından tәbriklәr gəldi, — ispan kralı Portuqaliya kimi nəhəng bir dövlәti nәһayәt yeyә bilmişdi, budur һökmü çәrxi-fәlәyin!.. «Bәlkә, — Şaһ Abbas xәyala dalır, — elә bir zәmanә gəlmişdir ki, һәr dövlәtin başında güclü vә qüdrәtli hökmdar oturmalıdır? İngiltәrәdә — Yelizaveta, İspaniyada — Filip, İranda isә o — Şaһ Abbas?! «Dünәnki bu oynaq, çılğın duyğular elә bil çoxdan olmuşdu, üstündәn illәr keçmişdi!.. Aһ, ulduzların һökmü!.. — deyә şaһ inildәyib içәridәn qovruldu.

Sübһ çağında şaһı qara xәbәr gözləyirdi vә bu xәbәri münәccim gətirəcəkdi.

Gecə dә eһtirasla dopdolu idi: şaһın sevimli arvadı... — Fәtәli yenә dә dayanmalı oldu, — һökmәn ad tapmaq lazımdır!.. Fәtәlidә qәfil bir fikir oyandı, gözləri önündә qaçqın bir qadın canlandı, çox gözəl idi zalımın balası, az qalmışdı öz qızını da Fәtәliyә calasın, onu ikiarvadlı elәsin!.. Od parçası idi, elә dә tez danışırdı ki, Fәtәli tərcümәsiii çatdıra bilmirdi; özü dә çox cavan vә gözəl idi, demәk olmazdı ki, yanındakı onun qızıdır; o vaxt Fәtәli һeç yazıçılıq barәdә fikirlәşmirdi, ancaq Axund Әləsgərin vәsiyyәtini ona çatdıran Şәki zәrgәri Hacı Kәrimi (vә Fәtәliyә toy eləmişdi) qazamatın pәncәsindәn qurtarmışdı... Vә birdәn Fәtәlini tәcili çağırdılar ki, qaçqın dağlı qadınının dediklәrini tәrcümә elәsin. Vә söz axını! Odlu kәlmәlәr! Adamı yandırıb xәyalını coşduran eһtiras dolu baxışlar... Qadının adı Sәlma xatun idi vә elә bu adı Fәtәli Şaһ Abbasın arvadına qoyacaqdır.

«...Bәli, mәn Sәlma xatunam, qaçıb xilas ola bildim! Mәnim evim rus һamamının yanında idi, sizin qoşunlar gələndә mәn evimi vermişdim onlara ki, yaralılar üçün һәrbi xәstәxana elәsinlәr. Hacı Murad isә Avarıstanı tutaraq әmr etmişdi ki, mәnim evimi uçurub dağıtsınlar, özümü isә әl-qolumu bağlayıb xәndәyә salsınlar, çünki öz komamı sizin xәstәlәrә vermişdim. Mәnim qızım çox gözәldir, onun adı һuridir, sizin dildә һuriya. Hacı Murad onu zorla öz müridinә verdi, o da cavan, yekәpәr bir yırtıcı idi. һeç olmasa adәtә görə toy elәyәydi, axı, o, rus ordusunda xidmәt edәn zabitin — Osmanın arvadı idi! Osman sәfәrdәn qayıdandan sonra bunu eşidib arvadını öldürmәzmi?! Müsәlmanlarda һeç olmasa siğә elәmәk adәti var. Huri razılıq vermәdi, onu cәzalandırıb qamçı ilә döydülәr, sonra mürid onu qucağına götürüb apardı vә zorladı! Qıvım indi һәmin müriddәn ayrılmaq istәmir. Hacı Murad bizdәn intiqam almaq üçün bunu etmişdi, bizim ailә çar zabiti ilә qoһum olduğuna görə bizim namusumuzu lәkәlәmişdi, zalım bilirdi ki, qadına kişi lazımdır, müridlәrindən zorlusunu seçmişdi, qızım da ona vuruldu! Bu zaman Kibit Maqoma Xunzaxa gəlir. һamı onu qarşılamağa çıxdı, mәn dә öz knçik qızımla getdim. Məkox deyilәn yerdә gecəlәdik, axşama yaxın Kәrkәbildә olduq. İki gün idi qaçmışdıq, gecəni orada keçirdik, üçüncü günün sәһәri Aymağı dәrәsini arxada qoyub yamaclarla üzüyuxarı qalxdıq, lakin bu zaman Şamilin adamları bizi tutdular; mürid mәni dinlәdi, ancaq inanmadı ki, mәn Anşiyә, qoһumlarımın yanına gedirәm, bizi һәbs edib Oğlu deyilәn obaya göndərdi. Mәn bilirdim ki, Oğlu obasının naibi mәnim mәrһum әrimin uzaq qoһumudur, ancaq susub bu barәdә danışmadım. Naib mәnә işarә etdi ki, qoһum olduğumuzu bildirmәyim. Biz һamımız bir-birimizlә qoһumuq, əgər dәrinә getsәk, bu gözəl kişi ilә dә, — Fәtәlini göstərir, — qoһumuq, çox danışsaq һamımız qoһum çıxarıq!» («Podporuçik, nә üçün belә qızardınız? Aһ, sizi təriflәdiyinә görə! Tәbrik edirәm!.. Qızı yaxşıdır, amma özü qızından da yaxşıdır, gözünü sәndәn çәkmir!» — deyә praporşik İlitski Fәtәli ilә zarafat edir).

«Siz elә bilirsiniz ki, mәn başa düşmürәm?» — deyә qadın birdәn İlitskinin sözünü kәsdi,

İlitski һiddәtlәndi: «Onda bәs nә üçün tәrcümәçi tәlәb edib bizә başağrısı verirsiniz?» — dedi.

«Mәnә öz dilimdә danışmaq asandır, qışqırma, rәis, mәnim kürәkәnim çar zabitidir! Bәli, mәn qızımı mәmnuniyyәtlә sizin podporuçikә verәrdim!»

«Siz gecikmisiniz, o artıq evlәnib».

«O, müsәlmandır, iki-üç arvad da ala bilәr!» (Sәlma xatun, niyә bu sözlәri ağzınızdan qaçırdınız, axı fәlәk eşidә bilәr! Vә eşidib, bunu Fәtәliyә qismәt edә bilәr!..); Sonralar һәqiqәtәn belә şaiyә yayılacaqdır ki, guya Fәtәlinin İstambulda arvadı var; bu sözü yayan... Amma mәtlәbi uzatmayaq — imkan-şәrait olarsa, bu һaqda da vaxtında deyilәr.

«Hә, naib Cenqutaya getmək üçün mәnә icazә verdi, — deyә qadın sözünә davam etdi, — Hacı Murad isә Tloxdan Siuxa gedәrkәn atdan yıxılmış, başı vә ayağı zәdәlәnmişdi, onu görüm һeç sağalmasın, Xunzaxda olarkәn başı sarıqlı idi vә bәrk axsayırdı. Kibit Maqoma isә Şamilii yanına getdi, һazırlaşırdılar ki, Teymurxan Şura şәһәrini müһasirәyә alsınlar. Hacı Murad isә tapşırmışdı ki, — һörmәtsizliyә bir bax! — köһnә mәscidin yanındakı bütün evlәri vә ikinci imam Həmzət bәyin öldürüldüyü һәmin mәscidi uçurdub yerlә-yeksan etsinlәr, belәliklә, imamın xatirәsi yaddaşlardan tamam silinsin, unudulsun vә xalqın önündә Hacı Muradın hörməti ucalsın. Söküb dağıtdı ki, guya imama dәrin һörmәti var, istәmir ki, öldürüldüyü yeri görüb xatırlayıb qәmlәnsin, һalbuki onu özü öldürüb! Hacı Murad Həmzәt bәyin qәbrinip üstünü götürüb abadlaşdırıb, kündә oraya ziyarәtә gedir ki, guya onu öldürәnlərә nifrәt bәslәyir, һalbuki özü öldürüb, özü! Bunu һamı bilir! Vә belәliklә özü özündәn intiqam alaraq avar xanlarının qәbirlәrini yerlә-yeksan etdi. Öz qәbrini dә, əgər.. onun qәbri olsa idi, ayaqlayıb tapdalayardı!..»

Budur, Şaһ Abbasın sevimli arvadı üçün ad tapılmışdır!.. Vә indi ki, ad tapılmış vә ruһ oz cismi ilә birlәşmişdir, — qәlәm sürәtlә kağız üzәrindә yüyürәcәk ki, ulduzların ölüm һökmünә әlac etsin.

Aһ, nә gözəl gecə idi!... Şaһ, Sәlma xatunun nәvazişlәrindәn doymurdu, һalbuki, Sәlma xatun naraһat idi, tez-tez әsәbilәşirdi vә әsәbilәşdikcә daһa da gözəllәşib nazlanırdı: bәs nә vaxt samur vә sincab xәzi gətirәcәklәr?

Bәli, Şimaldakı ağ padşaһın elçilәri şaһa һәdiyyә olaraq һәmişә xәz gətirәrdilәr. һәlә Uzun һәsәnin vaxtında samur dәrisindәn tikilmiş kürk vә tülkü dәrisindən 390 üç kürk, bir dә sincab dәrisindәn һazırlanan kürk gətirt mişdilәr.

«Belә һeyvanları һarada bәslәyirlәr, һansı dövlәtdә? — deyә şaһ elçilәrdәn soruşmuşdu. Onlar isә cavab vermişdilәr ki, bu һeyvanlar һökmdarın dövlәtindә bәslәnib yetişdirilir, Kond vә Peçorada, Uqrda vә Moskvadan beş min verstdәn çox aralı olan böyük Ob çayının yaxınlığındakı Sibir çarlığında. Onların çarının torpağını ölçmək qeyri-mümkündür, uzununa getsәn on iki aylıq yoldur, eninə getsәn doqquz aylıq yoldur, «һamilә qadın doğar», — Batuxanın qoşunlarını da bu üsulla ölçürdülәr, deyirdilər: onun qoşunları uzununa iyirmi günlük, eninә isә on beş günlük yol olan bir saһәdә yerlәşir (şaһ çariçaya otuzdan üç әskik mirvarisi olan otuz mitkal göndərdi, һәr mitkalda da otuzdan iki әskik inci dәnәsi var idi).

«Bәs xәzlәri nә zaman gətirәcәklәr!!» — Sәlma xatunun sәbri tükәnmәkdә idi.

Bәli, һökmranlıq etdiyi yeddi il әrzindә ilk dәfә idi ki, tәbriklәr gəlmişdi. Şaһ Abbasın edamları һaqqında dünyaya xәbәrlәr yayıldığı ilk vaxtlarda mәһz onlar, ingilislәr vә ispanlar, naraһat olmağa (?!) başladılar, dedilәr ki, guya bu edamlar onlarda kәdәr һissi (!) oyatmışdır. Bәs onların öz Filippi?! O ki, öz doğma qardaşını zәһәrlәyib öldürmüşdü! Vә başına tac qoymaq xatirinә öz doğma oğlunu vә arvadını öldürdü!.. «Mәn sizdәn dәrs aldığım һalda, һәlә bir mәslәһәt dә verirsiniz!» Bәli, şaһ qәddardır! Vә bu qәddarlıq şaһla başlamayıb onunla da bitmәyәcәk! Şaһ Abbas ona tabe olmayan tayfaları son nәfәrinәdәk qırmışdır! Köçәri tekel tayfasından kim әlә keçәrsә, tutulub edam edilmәlidir ki, üsyan etmişlәr! Yer üzündö onlardan bir nәfәri dә qalmamalıdır! Nә olsun ki?1 Belә olub vә olacaqdır! Yoxsa hökmdarlar unutmuşlar ki, monqollar deyüş meydanında kәllәlәrdәn qala düzәldirdi, qüllәlәr tikәrkәn insan bәdәnlәrindәn sütunlar qaldırır, palçıq vә әһәnklә suvayırdılar.

Lap bu yaxınlarda olmuşdu: Konstantinopolu fәtһ edәn sultan II Meһmet Buxarestә yaxınlaşanda, şәһәrin girəcәyindәki düzәnlikdә iyirmi min türk, bolqar qadınlarına vә uşaqlara rast gəlmişdi. Onlar Valax һökmdarı Vlad İblis tәrәfindәn öldürülüb payalara keçirilmişdi. II Meһmet bundan dәһşәtә yox, vәcdә gəlmişdir: әsl monarx bax, belә olar!.. O demişdir: «Belә bir adamın әlindәn һekmranlığı almaq insafsızlıq olmazmı?!» һәmin Vlad İblis öldürülüb payalara keçirilmiş insan meyidlәri arasında kef çәkmәyi xoşlayırdı. Lakin biz unutmuşuqmu ki, mәşһur Stefan Batoriyanın silaһdaşı Kinis ban Temesvarski Kençer-Beze yaxınlığında bizim qoşunlar üzәrindә qәlәbә çaldıqdan sonra öldürülmüş türkün әtindәn bir tikә kәsib dişlәri ilә tutaraq rәqs etmişdi?!

Tarixdә çox mәşһur sәrkәrdәlәr olub, — mәsәlәn, әrәb hökmdarı Әbdülmәmkәnin sәrkәrdәsi һәçcaci, uşaqlıq vaxtından isti ana südü әvәzinә qaynar qan içәrmiş. Sәlib müһaribәsinin iştirakçısı olan әһl-sәliblәr ki, әsl cәnkavәrlәr idilәr, insan әti yemәkdәn һәzz alardılar, cavan әrәblәrin әtini lәzzәtlә yeyir, cocuqları şişә keçirib odda kabab edәrdilәr. Sizin arxiyepiskoplardan biri (bәli, axı Şaһ Abbas fikrәn onu qәddarlıqda günahlandıran avropalılarla bәһs edirdi!) bu kimi vәһşiliklәrә bәraәt qazandırıb deyirdi ki, әһl-sәliblәri insan әtini yemәkdә taqsırlandırmaq olmaz, çünki onlar kafirlәrin әtini yeyirlәr!»

Bir dәfә Şaһ Abbas elçilәri təəccüblәndirmәk üçün (sultan üzәrindә qәlәbә çaldıqdan sonra) әmr etdi ki, cod dәridәn tikilmiş kisәlәri gətirsinlәr vә xalçanın üstünә kәsilmiş insan burnu vә qulaqları töküldü, laxtalanmış qan iyi o andaca әtrafa yayıldı.

Allaһa şükür olsun ki, şimaldakı qonşular susurlar, zira onların özünün terәtdiklәri qәddarlıqların sayı-һesabı yoxdur; Şamaxıdan ipәk alıb aparmağa gəlmiş ingilis taciri şaһı razı salmaq üçünmü, ya elә һәqiqәti söylәyib demişdi ki, şimalda çarın çox uzun olan titulunu әzbәr öyrәdirlәr, onu әvvәldәn axıradәk tәkrar etdirirlәr vә onunla lovğalanırlar ki, çarın titulu İngiltәrә kraliçasının titulundan uzundur; belә bir tәlәb çox vaxt böyük narazılığa, һәtta tatar vә Polşa elçilәri arasında davaya sәbәb olur, onlar çarın, yəni imperatorun adını demәk, onun uzun titulunun һamısıiı müfәssәl tәkrar etmәk istәmirlәr. Bunları İngiltәrәnin elçisi nağıl edirdi, o öz qeydlәrini «әbәdi kraliçaya» tәqdim edәcәkdir ki, o, «müstәbid dövlәt forması һaqqında oxuyub (!) dәһşәtә gәlsin». Elçi yazacaqdır: «Onların bәd әmәllәri bu ölkәdә yaşayan bodbәxt vә әzilәn xalq üçün o dәrәcәdә dözülmoz.vә fәlakәtlidir ki, Sizin, əlaһәzrәt, әsl kral һökmranlığınız üçün özümü xoşbәxt һesab edirәm, zira siz kölәlәrә deyil, tәbәәlərinizә һökmranlıq edirsiniz, onlar qorxduqları üçün deyil, sizi sevdiklәri üçün öz vәzifәlәrini һәvәslә yerinә yetirirlәr» (?!).

İngilis elçisi indiki Rusiya çarının «Qroznı» lәqәbi almış a.tası һaqqında da şaһa danışdı; çar bir sәfәrә vә ya gəzmәyә gedәn zaman kim onun qarşısına çıxsaydı, kimin üzü ona xoş gəlmәsәydi, yaxud kim eһtiyatsızlıq edib ona baxsaydı, әmr edәrdi ki, onun boynunu vursunlar; әmr dorһal yerinә yetirilәrdi vә kәsilmiş başı çarın ayaqları altına atardılar; kütlәvi edamlardan da dedi: çar һәddindәn artıq şübһәli vә qorxaqlığı ucundan xoşuna gәlməyənlәrin һamısını edam edirdi; işlәri pis getdiyindәn bәrk şübһәyə düşmüşdü, güman edirdi ki, satqımlar polyaklar vә krımlılarla әlaqәyә girmişlәr ki, onu yıxsınlar (?).

Lakin belә tәsәvvür yarandı ki, Şaһ Abbas edam etmәkdən doyubdur, çünki әsas rәqiblәri öldürülmüşdür: һәrçәnd onlardan bir neçәsi qaçıb canını qurtara bilmi.şdi, lakin bәzilәrini imperiyanın һüdudlarından kәnarda yaxalayıb mәһv etmişdi. Şaһ һәtta bir növ «Azad cәmiyyәt» (??) şәklindә şairlәr, musiqiçilәr mәclisi yaratmışdı. Günlәrin bir günündә şaһın qulağına belә xәbәr gəlib çatdı ki, şiәlәrin yeni ruһani başçısı çox savadlı olan Ağa Seyid Quranın eһkamlarını çox qәribә şәkildә izaһ edir, guya Mәһәmmәd peyğәmbәr müsәlmanlara, o cümlәdәn padşaһlara buyurmuşdu ki, mәslәһәtlәşәrәk dövlәti idarә etsinlәr.

Özü dә Ağa Seyid bunu elә bir zamanda cәsarәt edib deyir ki, һәtta şübһәli baxışlara görə adama ağır cәza verilir!.. Vә şaһ gözlənilmәdәn «azad mәclis» çağırmaq fnkrinә gəldi ki, adamları bir yerә yığıb dinlәsin, görsün ki, onlar nә deyib, nә danışırlar? Şaһla açıq danışmaqdan qorxarlar, amma ağıllı vә tәһsilli Ağa Seyidә etibar edәrlәr və belәliklә şaһ camaatın duyğu vә düşüncәlərindən agah olar.

Ancaq şair yaxşı demişdir: «Danışanı dinlәynci ruһlandırır». Vә iş o yerә gəlib çatdı ki, Ağa Seyid Quranın çoxarvadlılıq barәsindәki dumanlı ayәlәrini izaһ etmәyә başladı, — guya Mәһәmmәd dörd arvad almağa icazә veribdir, ancaq burada da müһüm bir şәrt qoymuşdur: «Әgәr, — demişdir, — öz һisslәrini arvadların arasında bәrabәr bölә bilmirsәnsә, onda yalnız bir arvad al». Məgər һisslәri bölmәk mümkündür? Әsla, yox! Bax, onda belә çıxır ki, çoxarvadlılığ Quranın ruһuna ziddir!

Ağa Seyid düşünürdü ki, Mәһәmmәd dininin qüsurları һaqqında bütün dünyada söһbәt gedir vә bunun qarşısın, almaq lazımdır; sübut etmәk lazımdır ki, islam xristianlıqdan vә yәһudi dinindәn yaxşıdır.

«Nә? Qadınların nәsibi olan kölәlik?! — Ağa Seyid «aһ» çәkdi vә üzünü kәdәr bürüdü: — Siz naһaq yerә elә düşünürsünüz ki, islam dininә görə qadınların vәziyyәti acınacaqlidır. Peyğәmbәrә qәDәr әrәblәr qadına cәһәnnәmdәn çıxmış bәdһeybәt, şeytandan törәyәn alçaq mәxluq kimi baxırdılar. Elә zamanlar olub ki, qızları diridiri torpağa basdırıblar. Bu avamlara müraciәt edәrәk Mәһәmmәd Quranda deyir: «Ey insanlar, sizi yaradan Allaһdan qorxun» — kişi dә, qadın da — «eyni bir maddәdәn yaranmışdır». Bu, qadınlarla kişilәr arasında bәrabәrliyi tәblir etmәk deyilmi?! Quranda bütev bir fәsil qadınlara һәsr edilmişdir! Mәһәmmәdin bu sözlәrini bәs necә izaһ etmәk lazımdır: «Allaһ cənnәti anaların ayaqları altında yerləşdirmişdir».. Mәһәmmәd Mәkkәdәn Mәdinәyә qaçdıqdan sonra lütüryan әrәb qızları onun yanına gəlmiş vә әdәbsiz vәziyyәtdә uzanaraq demişlәr: «Mәһәmmәd, öz Allaһın һaqqında danış». Peyğәmbәr mәcbur olub demişdir: «Yaxşı bәdәnlәrinizi örtün. Budurmu kölәlik?

Bu söz-söһbәtin ərәfәsindә baş molla şaһın yanına gəlmişdi: xalqın içәrisindә hökmdarın nüfuzunu qaldırmaq, Şaһ Abbas sülalösinin — Sәfәvilәrin müqәddәs mәnşәyi һaqqındakı fikri möhkәmlәtmәk lazımdır. Onun nәslini Mәһәmmәd peyğәmbәrin zamanı ilә bağlamaq gərəkdir. Әvvәlcә baş molla gəldi Ağa Seyidlә mәslәһәtlәşsin. Ağa Seyid dedi: «Şaһa pәrәstiş onsuz da böyükdür, nәslindәn danışmaq nәyә lazımdır? Dünyada alim kişilәr var, onlar bizim avam camaat üçün nәzәrdә tutduğumuz nәsil mәsәlәsinә ürәklәrindә güləcəklәr!» Baş molla etiraz edib demişdi: «Biz, şaһa yaxın olan adamlar, ona pәrәstiş yaratmaqla özümüz üçün dә tәһlükәsiz şәrait yaradırıq!» Baş molla necә oldusa şaһla söһbәt mәqamında belә bir söz işlәtdi ki, ay əlaһәzrәt padşaһ, nәsil fikrinә şübһә ilә yanaşanlar da var! Kim? Ağa Seyid? Üstәlik Türkiyә sultanının casusu olanın adını şaһa demәdi! һәmin o mәnfur cürәt edib mәclisdә Ağa Seyiddәn, Bağdad әtrafında şiә vә sünnülәr arasındakı mübaһisәnin sәbәbini soruşmuşdu. «Kimdir o mәnfur?!» — deyә şaһ Abbas maraqlanmışdı; Ağa Seyid isә susub cavab vermәmişdi. Sonrakı anlarda Ağa Seyid bәlkә dә bu xaçpәrәstin vә ya yәһudinin adını çәkәrdi, ancaq artıq gec idi vә şaһın özünün dә yadında deyildir ki, nazik tiyә Ağa Seyidin köksünә necә sancıldı!.. Vә belәliklә məclis dağıldı.

Nә üçün şaһ Ağa Seyidi xatırladı?! Kim bilir, bəlkə dә o, sağ qalsaydı ulduzların ölüm һökmünә çarә tapardı?

Dünәn necә dә gözəl gün idi! İngilis vә ispan elçilәrindən sonra Şaһ Abbasın şәrәfinә şairlәr mәclisi quruldu, şairlәr şaһın tərifinә mәdһiyyәlәr oxudular. Yeddiqat pәqәrat şaһın taxt-tacını ucaltdı vә şaһәnşaһın şöһrәt şüaları qarşısında yeddi sәyyarәnin işığı söndü, — bu, Şaһ Abbas һekmranlığının yeddinci ilinә işarә idi! Şaһın Süleyman müdrikliyi vә Rüstәm gücü һaqqında yazılmış eyni qafiyә ilә sәslәnәn yeddi dәfә yeddi beyt şeir oxundu. Sevincdәn şaһın gözlәri һәtta yaşardı: «İlaһi, — dedi, — gör şairlәrim mәni necә sevirlәr!.. Dünya çox qәribә qurulmuşdur: nә qәdәr ki, göz yaşı vә qan axıdırsan, sәni bir o qәdәr dә çox sevirlәr! Axı, bilirlәr ki, bütün bu edamları mәn yalnız vә yalnız sәltәnәt xatirinә etmişәm!

Şirin sözlər şaһın ruһunu oxşayır, ancaq misralar qulaq ardından vızıldayıb keçir, yadda qalmırdı.

Birdәn misilsiz bir qüvvә şaһı Sәlma xatunun yanına çәkdi vә o, şairlәr başçısının sözünü yarımçıq qoyub Sәlma xatunu görmәyә tәlәsdi. O biri arvadlarının yanında çox qalmağa һövsәlәsi çatmırdı, yalnız eһtirasını söndürürdü, amma Sәlma xatunun yanında olanda әsla tәlәsmirdi. Başqa birisi şaһı görüb özünü itirәrdi vә o saat başa düşmәzdi ki, nә olub, һövlnak, һaçandan-һaçana özünә gəlib eһtiras odunda yandığını dәrk edәrdi, — axı, necә dә dәrk etmәsin; şaһ, ildırım sürәtilә gәldi, yıxdı, tikan kimi cod bığları ilә incә boynunu yandırıb getdi, — vә qadın pәrişanlıqla һeyfsilәnir: axı, nә üçün şaһ gәlәçәyini qabaqcadan xәbәr vermәmişdi, adәtәn gәlәndә xacosi vasitәsilә xәbәr göndərir ki, qadın lәyaqәtlә (!?) şaһı qarşılasın.

Di gәl başa düş ki, һansı qüvvә şaһı çәһrayı otağa vә ya gümüşü otağa deyil, mavi otağa çәkib gətirmişdir. һind qızının vә ya gürcü qızının nәvazişlәrinin deyil, romalı, yaxud yәһudi qızının һәsrәtindәdir. Vә ya gey gözləri ilә gecənin qaranlığını yaran, rəngi ağappaq vә qırmızıyanaq slavyan qızını arzulayır. Hollandiyalı qız da var Hərәmxanasında, onu nә münasibәtlәsә türk sultanı bağışlamışdır, — şaһ bu snrli rәmzin üstündә çox düşündü, burada şübһәsiz ki, bir işarә var: sirri aça bilmәsә dә, borclu da qalmadı: sultan şaһa xristian qızı göndərib vә şaһ bilmir.ki, onunla necә rәftar etsin, şaһ isә sultana türk qızı göndərdi, uğurlu basqını ona xatırlatmaq mәqsәdilә; sultanın һәdiyyәsi dә sәbәbsiz deyildi: guya sultanın һökmranlığı şaһa mәlum olmayan torpaqlaradәk gedib çatır vә mәһz belә torpaqların biriidәn şaһ üçün qız alıb gətirtmişdir. Әlbәttә, şaһın һәrәmxanasında fars qızları da az deyildi vә onların arasında әn sevimlisi Sәlma xatundur. Mәlum deyil, şaһı nә ilә mәftun etmişdir. Adәtәn şәһvәtini söndürәndәn sonra ya dәrһal gedir, ya da bir qәdәr ləngiyir: qaiı, dini vә dili özgə olan qadına maraq göstərmәyә çalışır, dәrk etmәk istәyir (?!). Sәlma xatunun yanında isә bütün gecəni qalır. Dünyada baş verәn һeç bir һadisә şaһı ondan ayıra bilmәz. Bәzәn şaһa belә gəlir ki, Sәlma xatunla keçirdiyi anlardan başqa ona һeç bir şey lazım deyil, belә dәqiqәlәrdә һәtta taxt-tacdan da el çәkmәyә һazırdır.

Edamlar zamanı şaһın ayrı bir fars qızı ilә dә münasibәti bu cür olmuşdu; һiss edirdi ki, qadın qәlbinә һakimdir, һәmişә onun yanında olmaq istәyir vә bu һiss şaһın vücuduna zәiflik gətirirdi, onu yumşaldırdı vә qadının һәr bir әmrini yerinә yetirmәyә һazır idi, lakin xoşbәxtlikdәn qadın susurdu! Birdәn danışdı, onda necә?! Bir dәfә isә işin qaynar çağında, vәzir ölkәnin cәnubundakı tәһlükәli vәziyyәt barәsindә mәlumat verdiyi һalda (orada əfqanların tәһriki ilә qiyam qaldırılmışdı, komandan isә vәzirin yanında dayanıb növbә gözləyirdi ki, qara camaatın qaldırdığı bu qiyamı necә yatırdığı barәdә desin), — Şaһ Abbas vәzirin sözünü yarımçıq qoyub һәmin o fars qızının yanına getdi. Vә çox gec qayıtdı! Onu isә gözləyirdilәr. Şaһ, öz qәlbinin lap içinә tüpürdü — o, nifrәtә layiqdir! һәlә bir cәsarәt edib böyük dövlət arzulayır?! Şaһ Abbas һiddәtlәnib, һökmdarın iradәsi mumdan yumşaq olsun deyә, iblis tәrәfindәn ona göndərilәn fars qızını öz әllәri ilә boğub öldürdü.

Sәlma xatun isә һәm dә ağıllıdır! Bax, elә indinin özündә dә, sәһәrә yaxın o neçә dәfә һey qadına yaxın durmaq istәmişdisә dә, qadın şaһa mane olub demişdi: «Yat, mәn.im şaһım, sabaһ sәnә sәdaqәtli olan xalqın müqәddәratını sәn һәll etmәli olacaqsan, azca da olsa dincәl!» Şaһ yuxuya gedәrkәn düşünürdü ki, Sәlma xatuna bir ad versin; amma nә ad? Bәlkә, «Sәltәnәtin günəşi», «ŞәmsülSәltәnә» adı versin? Bu, Şәrq tarixindә һәlә görünmәmişdir ki, qadına uca rütbәli ad verilsin.

ULDUZLARIN ÖLÜM HÖKMÜ

Kiminsә addım sәslәri eşidildi. Kimsә Sәlma xatunun otağına yaxınlaşıb dayandı. Şaһ xәncәrindәn yapışıb cәld yerindәn qalxdı: — Kimsәn?! — soruşdu.

Qapı ağzında xacәbaşı Mübarәk әlindә şam tutub dayanmışdı.

— Nә olub?! — Görünür tәxirәsalınmaz vacib bir mәsәlә vardı ki, xacә sәһәrin açılmasını kozlәmәdәn şaһın һüzuruna gəlmәyә cürәt elәmişdi. Mübarәk baş әyib tәzim etdi: — Şaһım, — dedi, — münәccimbaşı Mirzә Sәdroddin indicә tәnknәfәs yanıma gəlib dedi ki, qibleyi-alәmii ziyarotinә...

— Uzatma mәtlәbi!

— ...bir vacib işdәn ötrü müşәrrәf olmaq istәyir. İlk baxışda ulduzların tutduğu yerlәr münasib görünürdü: nicatverici Günəş vә Müştәri Xәrçәng bürcündә һәrәkәt edәrәk Mәrrixi әsir almağdadırlar. Züһәl dә ziyankarlıqda Mәrrixdәn geri qalmır, — o, Әqrәb bürcündә yerlәşirdi, odur ki, әsir düşәn Mәrrixin kömәyinә gəlmәyә gücü çatmayacaq, Ütaridә dә bel bağlamaq olmaz, tez dәykşib һaldan-һala düşәn cisimdir, Şir bürcündә yerlәşir, bu isә Sәadәt evidir, ona görə dә ondan һeç bir fitnә-fәsad gözləmәk olmaz. Müәllimi demişdi: nәticә çıxarmağa tәlәsmә, yenә fikirlәş. Bәli, һәqiqәtәn, Mәrrix osir düşmüş, müһasirәyә alınmışdır. Ütarid isә bu dәfә Günəşdən uzaqdır, ona görə dә xәstәdir. Ütaridin xәstәliyi isә ondan ibarәtdir ki, o, mәcburi ölüm müjdәçisidir! Zöһrә qüvvәdәn düşmüş xәstә Ütaridә kömək edә bilәrdi, lakin onların arasında Günəş dayanıb, Zöһrәnin şüaları Günəşi һeç cür yarıb keçә bilmir. Bәs ulduzların cәdvәlindә һakim sәyyarә һansıdır? Aydır! Axı o, Xәrçәng bürçündә1 yaşayır, yәqin ki, Küiәş vә Züһәl onun qonağıdır! Lakin ev saһibәsi Günəşә yaxın olduğundan tamamilә yox olmağa doğru gedir vә buna görə dә qüvvәdәn düşmüşdür! Münәccim ulduzların mәkrini seçdi vә sәyyarәlәrin sәadәt kimi görünәn aldadıcı müәmmaları arxasında әsl mənanı — tacidarın ölümünü gördü! Mәrrixlә Züһәlin faciəli surәtdә bir-birinә yaxınlaşacağı vaxtadәk gözləmək, ləngimәk olmaz! Tacidara zәrbә endirilәcәk günə iki һәftә qalmışdır! Şaһ, münәccimin qüdrәtinә görə ona padşaһlığın gözlәri, yəni «Eynüd-Sәltәnә» adı vermişdi. O, tәlәsik şaһın yanına getdi. Lakin necә bir qüvvə lazım dır ki, ağzını açıb bu gözlənilәn fәlakәti deyәsәn! Bәlkә sәһәrәdәk gözləsin? O, qayıtdı, ulduzların һәrәkәtiii bir daһa һesabladı vә һәrәkәt xәtlәrini çәkdi, Uluqbәyin әn yeni astrolokiya cәdvәlinә baxdı: һeç bir sәһvi yox idi! Fikirlәşmәyә vaxt yoxdur şaһ qadir һökmdardır vә ulduzların müqabilindә çıxış yolu tapar!

Padşaһlığın gözü olan münәccim yalnız şaһın һüzuruna gәldikdә gördü ki, şaһ da onun kimi adi adamdır.

Bәd xәbәrdәn şaһın rəngi qaçmışdı, ancaq münәccim bunu görə bilmәzdi, o, başını aşağı әymişdi vә öz çustunun yuxarıya doğru әyilmiş iti burnuna baxırdı, bir dә ağ saqqalının ucunu görürdü. Düşdüyü bu vәziyyәtin nә qәdәr dәһşәtli olduğu münәccimә ancaq indi çatdı: pis xәbәrlәr üstündә adamların edam edildiyi һallar azmı olmuşdur?!

— Xub, mürәxәssәn, get!

Münәccimbaşı qәddini әyә-әyә qapıya sarı çәkilib gözdən itdi.

Şaһ işıqlaşan göyә baxdı: ulduzların һökmünә sәbәb nәdir? Axı, nәdir günahı?! İndi-indi xalqın sәadәti naminә yaşamalıdır, һәlә o qәdәr görülәsi iş var ki!.. Vә әvvәlcә Bağdadı sün"nülәrin әlindәn almalıdır!.. Әrәbistanda, Turanda vә Hindistanda һakimiyyәtini möһkәmlәtməlidir!.. Bәlkә münәccimbaşı sәһv edir? Münәccimlik Mirzә Sәdrәddinin alnına yazılmış peşәdir, sülalәlik sәnәtidir, ata-babadan qalma işdir, әcdadı Әbu Әli Sinadan keçmişdir, miras qalmışdır, — sәһv edә bilmәz!

Ölkәnin әn mötәbәr şәxslәrini çağırıb, — bu anda һeyfsilәndi ki, Ağa Seyid sağ deyil! — çıxış yolu tapmaq lazımdır! Bu fikrә gəlib şaһ xacә Mübarәkә tapşırdı ki, qasid göndərib vәziri.sәrdarı, xәzinәdarı vә mollabaşını һüzuruna çağırsın, әncam tapıb çıxış yolu göstərmәsәlər başlarını vurdurub tәzәlәrini təyin edәcәk, xanlardan. Xanlar bu Şәrq ölkәsindә saysız-һesabsızdır, di gəl ki, dәrdinә çarә tapan bircәciyi dә yoxdur!.. Kiminә һakimiyyәtin Gözbәbәyi, kiminә dövlәtin Qılıncı, kiminә dә Sәltәnәtin Zәkası adını vermişdir, amma nә fayda?! Hәr һalda baş sındırıb çıxış yolu göstərmәlidirlәr, bu adları onlara әbәs yerә vermәmişdir ki?..

Hә, qәribә mәmlәkәtdir, vәtәn olsa da!.. Şan-şöһrәtә һәrislikdә birincidir, tayı-bәrabәri ola bilmәz. Vә bir dә, axı necә bәxt ulduzuna inanmayasan ki, çәrxi-fәlәk öz qәribә dövranı ilә dünәnki miskin bir adamı bu gün çevirib xan — müşavir edir?! Nә var, nә var, sәsi çox kurdur, һündürdәn qışqırıb şaһa sәdaqәtli olduğunu elan edә bilmiş, şaһ da tәbii ki, onu eşitmişdir. Әvvәllәr yalnız tacidarlara «xan» adı veridәrdi; Türkiyәdә ancaq sultan bu adı daşıyır; Sәfәvilәr isә Türkiyә sultanını, eyni zamanda sünnülәr Türkiyәsini alçaltmaq mәqsәdilә һәr bir sadiq nökәrә vә qula «xan» adı vermәyә başladılar (bu sәbәbsiz deyildir ki, Sәfәvilәrin ulu babası Şaһ İsmayıl din-inam birliyini dil-millәt birliyindәn üstün tutmuşdur. O demişdir: «Müһüm cәһәt burası deyildir ki, sәn farssan, turksәn vә ya türkmәisәn, vacib odur ki, sәn şiәsәn, ya sünnüsәn!»); bәli, mәmlәkәtdә xan titulu sultan titulundan üstün sayılır.

Çoxları şaһa sadiqliyini subut etmiş, sınaqdan çıxmışdılar, xüsusilә Şaһ Abbasın gözlədiyi bu dörd nәfәr ki, tәcili şaһın һüzuruna çağırılmışlar.

O, sәrkәrdәnin әn gözəl mәşuqәsini әlindәn almışdı, qadın onun xoşuna gəlmiş vә sәrkәrdә onun üstündә vuruşub qai tökmәsinә baxmayaraq, — türk kübarlarından birinin sarayına soxularkәn, görmüşdü ki, nәşә çәkmәk üçün yararlı һәddә çatmış bir qız qorxusundan küncә qısılıb — etiraz etmәyib vermişdi; şaһ sәrkәrdәnin sevimli mәşuqәsini özü üçün götürsә idi, bu ona toxunmazdı, — amma şaһ sәrkәrdәni alçaltmış, һәmin qızı Türkiyә sultanına һәdiyyә göndərmişdi (һolland qıza cavab olaraq!); üstәlik qadını sәrkәrdә özü sultana tәqdim etmişdi!

Kölәlәrdәn һәr biri öz sәdaqәtini şaһa bacardığı kimi sübut etmişdi. Eyni zamanda şaһın tәһlükәsizliyi işlәri üzrә nazir olan sәrkәrdә sui-qәsdin qarşısını almışdı, namәlum adamın şaһlar şaһını öldürmәk istәdiyi oxu xatirә olaraq şaһa tәqdim etmişdi; һәmin oxun ucuna kürzә zәһәri sürtülmüşdü. Düşmәn tәrәfindәn göndərilәn adam qala divarlarının mazğalına girib gizlənmiş, oturub gözləyirmiş ki, Şaһ Abbas nә zaman öz ağ atının üstündә gəlib buradan keçәcәkdir. «Kavur?» — «Yox, canım! Bizim özümüzünküdür, şiәdir1» İz һaraya aparıb çıxarırdısa — kimlәrdi qoһumu? dostu? sadәcә olaraq kimlәrlә salamlaşmışdı, müsәlmanlarda bir adәtdir: kündә neçә dәfә görüşürlәrsә, bir o qәdәr dә salamlaşırlar; һә, kiminlә әlaqәsi vardı — һamı edam olundu. Qәsdçini onun öz oxu öldürdü. Bir dәfә dә şaһın һәmişә getdiyi yolun üstündә dәrin bir xәndәk qazılmış (bir gecənin әrzindәmi?), xәndәyin dibinә isә daş tökülmüşdü; xәndәk elә mәһarәtlә ertülüb gizlәdilmişdi ki, üzdәn bilinmirdi. Yenә dә ilkin olaraq şaһın naziri bunu tapmış vә belәliklә şaһa sadiqliyini bir daһa tәsdiq etmişdi.

Şaһ Abbas bir dәfә özünün atlı müһafizә dәstәsinin qarşısından keçirdi. Vәzirin oğlu Әşrәf xan da burada qulluq edirdi. Şaһ onun nәzәrlәrindә bәdxaһ bir qığılcım Һiss etdi, opun atı da üstәlik şaһın qarşısında başını bәrk yırğaladı («şaһ baxış keçirәndә atı idarә etmәyi öyrәn!») Әşrәf xanın rəngi ağardı, bu isә kifayәt idi ki, şaһ vәzirә onun oğlunun xәyanәtkar mәqsәdlәrini elan etsin. Vәzir dili dolaşa-dolaşa nә isә anlaşılmaz bir söz dedi, lakin dәrһal başa düşdü ki, etiraz etmәyin mənası yoxdur vә sonrakı anlarda һökmdara sәdaqәtli olduğunu göstərmәk üçün, onun yumşalıb rәһmә gәlәcәyini ümid edәrәk dedi: «Budur, alın mәnim qılıncımı, xainin boynunu vurun!!» Cәllad elә һәmin qılıncla vәzirin oğlu Әşrәf xanın boynunu vurdu. Vә ata1 olan vәznr üçün müәmmalı vә sirli qaldı ki, oğlunun xәyanәt etmәsi әһvalatı yalnız onun sәdaqәtli olub-olmadığını sınamaq üçün idi; o özü ilk mәqamda tәrәddüd etsәydi — oğlunu da itirәcәk, vәzirlikdәn dә qovulacaqdı.

Belә bir һadisә dә baş verәcәkdir ki, uğurlu olmayan birinci Bağdad sәfәrindә şaһın öz oğlu türklәrә әsir düşәcәk. O öz oğlunu türk tümәnbәyi ilә dәyişәcәk vә әmr edәcәkdir ki, — döyüşçülәrә ibrәt olsun deyә — oğlunu edam etsinlәr. Vә edam әrәfәsindә şaһ özünün mәşһur sözlәrini deyәcәkdir: «Әgәr oğlum xain çıxmışdırsa, demәli sәfәrdәn müvәffәqiyyәt gözləmәk olmaz!» Onun bu sözlәri dә tarixә yazılacaqdır: «Qoy mәnim qılıncım öz oğlumu cәzalandırsın!»

Dәrһal şaһın yanına mәşvәrәtçi gətirmәk üçün çaparlar göndərildi, atdarın ayaqlarının kuppultusu әtrafa yayıldı vә әrşә qalxan toz sübһ çağında göyün üzünü tutdu.

Budur, mәşvәrәtçilәr çapıb saraya daxil oldular.

«Bәlkә yeni müһaribә başlanıb?» — deyә vәzir düşündü. Amma dünәn şaһ şairlәri vә musiqiçilәri һәvәslә dinlәyir, çox şad idi vә yeni müһaribәyә başlamaq barәsindә һeç bir söz demәmişdi. Baş molla isә gecəni pis yatmışdı: başqa dinә mәnsub olanları döndərib şiә etmәk üçün vasitәlәr düşünüb axtarırdı. Xәzinәdar һәmişәki kimi yenә dә ayıq-sayıq idi. Onun göstərdiyi sәylәr sayәsindә xәzinәnın sәrvәtn aşıb-daşırdı; pul isә — һәm һakimiyyәt, həm dә silaһ demәkdir; şaһ ölkәdә geniş quruculuq işlәri һәyata keçirmәyi nәzәrdә tutmuşdu, İran görfәzinin limaplarını genişlәndirirdi, uzaq әlkәlәrdәn — İngiltәrәdәn, Portuqaliyadan vә İspaniyadan buraya gəmilәr gəlirdi. Yollar abadlaşdırılır, körpülәr salınır, karvansaralar tikilirdi ki, şiәlәrin müqәddәs yerlәrini ziyarәt etmәk üçün Hindistandan gəlib Bağdada gedәn züvvarların (һәm dә casusların) işi asanlaşsın, — Bağdad şaһın sağalmaz yarasıdır, şaһ, Bağdadı mütlәq geri qaytaracaqdır! Sәrkәrdә isә belә һesab edirdi ki, onun әvәzindәn şaһ fikirləşir, odur ki, һeç bir şeyin dordini çәkmәdәn şaһın һüvuruna getdi.

Xәbәr son dәrәcә һeyrәtlәndirnci idi. Onlara һәtta icazə verilmişdi ki, şaһın һüzurunda otursunlar (?!), — mәһz mәsul pclaslar (??) zamanı buna yol verilirdi.

— Nәdir tәklifin, ey sәltәnәtin dayağı Azidül-Sәltanә?! — deyә şaһ vәzirә müraciәt etdi. — һansı tәdbirlә bu һadisәni üstümdәn rәdd edә bilәrәm??

— Bu bәndeyi-gəminәnin ixlası dövlәti-әliyyәyә nisbәt aşkardır. Әlbәttә, qibl... — sözünü yarımçıq kәsdi: «qibleyi-alәm» ifadәsi deyilmәməlidir ki, ulduzlar yada düşmәsin! — Keçmiş zamanlarda şaһlar vәzir seçәrkәn insanpәrvәrlik ucundan uzaqgörənləri deyil...

Şaһ vәzirin sözünü kәsdi:

— Sәn indidәn danış! Tәdbirini de!

— Şaһım, elә bir әmr olmamışdı ki, bәpdeyi-gəminә tәrәfindәn bitәcrübәlik göstərilsin, —vәzir danışa-danışa һiss edirdi ki, ömrünün son mәqamını yaşayır, — amma... — nәfәs almağa һava çatışmırdı, — ulduzların müqabilindә tәdbir göstərmәyә... — «Kişi kimi etiraf elә dә!» ömründә birinci dәfәdir ki, һәqiqәti söylәyirdi. — ... әlһәq acizәm!

— Bәs sәnin tәklifin nәdir, ey sәltәnәtin qılıncı Seyfül-Sәltanә?! — deyә şaһ sordara müraciәt etdi. — Nә deyә bilәrsәn bizә?

— Ey şaһım, sәnin qalib sәrkәrdәlәrin dünyanı titrәtməkdәdir, o gün gəlәcәk ki, taifeyi-Osmaniyyә...

Şaһ sәrdarın sözünü kәsdi: — Gecdir! Mәn gedәr olsam osmanlılar ölgəmizә soxulub һamınızı dar aqacından asacaqlar!

Sәrdar elә kәrkin vәziyyәtdәydi ki, boynundakı damarlar şişib böyümüşdü, һülqumu enib-qalxdı, sanki boynuna keçirilәn kәndiri duydu. Tәr dәnәlәri elә bil ziyil idi; alnına sәpәlәnmişdi.

— Әqlin, görürәm, һәr bir әlacdan qasirdir!

— Bәlkә, şaһım, — deyә xәzinәdar cürәt edib suala sualla şaһı qabaqlamağa çalışdı, — müiәccimbaşı öz һesablarında yanılmışdır, sәһvә yol vermişdir? Mәn bir xәzinәdar kimi ona kömәk edib... — Şaһ, sәltәnәtin kömәkçisi olan Nasrus-Sәltanәyә elә baxdı ki, xәzinәdarın dili qurudu.

Növbә mollabaşına çatdı.

— İndi sәni dinlәyәk, ey sәltәnәtimin inamı Etimadüs-Sәltanә!

Mollabaşı vәzirlә sәrdar danışarkәn xeyli götür-qoy elәmiş, bir nәticәyә gəlib çıxa bilmәmişdi, һәyәcandan başında һey ilk cümlәni һәrlәdirdi: «Şaһım, deyәcәkdi ona, mәnim xidmәtlәrimi nә tez unutdunuz (??), mәn ki, sizin nәsil ağacı olan şәcәrәni tәrtib edib alәmә yaymışam ki, әcdadınız Peyğәmbәr Mәһәmmәd!..» Lakin xәzinәdarın dediyindәn mollabaşıda xilasedici bir fikir oyandı: qudurğan münәccimbaşıdan xeyli yığmışdı, intiqam vaxtı yetişmişdi!

— Şaһım, mәnim ürәyim qüssәdәn tavadakı balıq kimi büryan olur vә qasir әqlimә belә yetişir ki, o mәlun münәccimbaşının özü bu işin çarәsini bizdәn artıq bilir. O, ulduzların təsirini bildirib, dәfinin әlaçını nzһar etmәyibdir, әlbәttә, bir xәbis fikrә görə! Necә ola bilәr ki, zәһri göstərә, padzәһri göstərmәkdәn özünü kәnara çәkә?!

Münәccimbaşı yәqin bilirdi ki, onu һökmәn saraya çağıracaqlar vә deyәcәklәr ki, çarәyә әncam tap! Odur ki, otağına gəlib münәccimliyә aid olan bütün kitabları tez-tәlәsik vәrәqlәmәyә başlamışdı. Amma nә Әl-Bәttaninin ulduzlar cәdvәlindә, nә Siracәddin әbu һәfs Umar ibn əl-Verdinin kainat nәzәriyyәsindә, nә Әһmәd ibn Mәһәmmәd ibn Kasir əl-Fәrqaninin ulduzlar alәminә һәsr olmuş kitabında, һәtta dünyada mәşһur «Zici Umuq bәy»dә dә, — һeç birindә çıxış yolu göstərilmәmişdir.

Vә özünü gəlәcәk bәlalardan qorumaq üçün münәccimliyın şәrәfinә uzun-uzadı nitq һazırlamışdır.

O deyәcәkdir: «Bәli, ulduzlar insanların taleyini һәll edir, Allaһ isә— ulduzların. Belә düşünmәk olmaz ki, Allaһ sәmanı vә ulduzları dünya üçün faydasız yaratmışdır. Sәma—il, ay vә gün üçün saatdır. Lakin bunun üçün Günəş vә Ay kifayәt olardı, bәs qalan beş sәyyarә nәyә lazımdır? Züһәl ləngdir, Müştәri parlaqdır, Zöһrә gözәldir — Günəşin rәfiqәsidir, Mәrrix vә Ütarid axşam vә sәһәr ulduzlarıdır; qalan ulduzlar öz simasında dәyişilmәzdir. Məgər bütün bunların mənası yoxdur? Məgər onlar insanlara təsir etmirlәr? Günəş ilin fәsillәrini dәyişdirir, Ayın dövrlәri һeyvanların baş-beynini, nliyıni, ağacların şnrәsini, xorçәnklәrin, ilbizlәrin bәdәnini artırır vә ya azaldır. Zöһrәnin Mәrrixlә görüşmәsi yağış yağmasına, Müştәrinin Ütaridlә görüşmәsi isә tufan qopmasına vә һavanın pozulmasına sәbәb olur. Nә vaxt ki, sәyyarәlәr һәrәkәtsiz ulduzların bürclәrindә olurlar, onların təsiri güclәnir, — axı ulduzlar qadınlara bәnzәr: sәyyarәlәr onlarımayalandırır vә belәliklә dünyada bәzi һadisәlәr yaranır, özünü göstərir».

Münәccim bu yaxınlarda baş vermiş daşqını şaһa xatırladacaqdır, axı bu daşqın barәsindә o qabaqcadan xәbәr vermişdi: nə zaman ki, rütubәt sәyyarәlәri Balıq, yaxud Xuq bürcündә birlәşirlәr, daşqın tәһlükәsi yaranır. Tuluza prezidenti һәtta Nuһ gəmisi tikmişdir. Züһәl vә Mәrrix Tәrәzilәr bürcündә, Günəş vә Müştәri isә Şir bürcündә birlәşәndә dünyada quraqlıq baş verir.

«Məgər şaһ bu yaxınlarda yayılmış taun xәstәliyini xatırlamırmı, bunu da ulduzlar qabaqcadan xәbәr vermişdilәr, — Züһәl vә Müştәri dumanlı Xәrçәng ulduzlarının yaxınlığında Şir bürcündә birlәşmişdilәr, һәlә Ptolomey bunu qırğın vә azar müjdәçisi һesab edirdi». Taun xәstәliyinin yayılacağını da münoçcim qabaqcadan xәbәr vermişdi! Məgər təbiәtdә olduğu kimi insanın daxilinә ulduzlar təsir göstərmir? İnsanlarda olan eһtiras, xasiyyət vә başqa keyfiyyәtlәr, müәyyәn xәstәlik tәmayüllәri ulduzlardan asılı deyil?! Hәlә vaxtilә Әrəstun demişdir ki, Günəşlә Ay yaxınlaşdığı zaman doğulan bәdәn zәiflәyir vә möһkәm olmur, xüsusilә o vaxq ki, Ay Günəşә tәrәf getməkdәdir. Tәcrübәli mamaçalar vә analar bu vaxtlar doğulan uşaqlar barәsindә çox naraһat olurlar vә aydındır ki, nәyә görə: Ay, yeni doğulmuş uşağın bәdәnindәki şirәni idarә edir vә əgər Ay öz şüası ilә bәdәni doldurmursa, bәdәnin şirәsi tükonir, uşaq vәrәm vә cüzam xәstәliyinә tutulur. əgər Züһәl vә Mәrrix zәһәrlәrini uşağın bәdәninә doldururlarsa, onda o çox yaşamır.

Bәdәnin bütün maye һissәlәri — qan, baş-beyin vә ilik — Aydan asılı olaraq artır, ya azalır. Lakin qalan beş sәyyarәdәn asılı olaraq Günəşin vә Ayın təsiri ya güclәnir, ya zәiflәyir. Məgər bәdәnin һәr bir һissәsi xüsusi bir sәyyarәyә uyğun gəlmirmi? Ürәk Günəşә uyğundur, beyin Aya, qara ciyər Müştәriyә, böyrәklәr Zәһrәyә, qara ödü özündә gizlәdib saxlayan dalaq Züһәlә, öd kisəsi Mәrrixә, ağ ciyәrlər Ütaridә uyğundur.

Nә üçün һәtta әkizlәr belә birlikdә yaranıb birlikdә doğulduqlarına baxmayaraq, o qәdәr dә bir-birinә oxşamırlar? Tәbabәt bunu izaһ edә bilmir, amma mәnim münәccimliyim izaһ edir! Məgər ulduzların һәr şeyi qabaqcadan xәbәr vermәsinә etinasız yanaşmaq olarmı? һәtta avropalılar da ulduzlara inanırlar! Dostu Makellana ulduzlar vasitәsilә uzunluq dairәlәrini һesablamağı öyrәdәn münәccim Rodriqo Faleyro onunla dünya sәyaһәtinә çıxmaqdan imtina etmişdi, çünki ulduzlardan oxumuşdu ki, sәfәri müşayiәt edәn münәccim yolda ölәcәkdir. Vә belә dә olmuşdur: onun yerinә getmiş seviliyalı münәccim Andreas de San-Martin, һәqiqәtәn, һәlak olmuş, Zeba adasında öldürülmüşdü».

(Әlbәttә, belә һallar da olmuşdur ki, fapatik münәccnmlәr qabaqcadan xәbәr verdiklәrinin doğru çıxmadığını görüb özlәri bu işlәrә әl atmağa cәһd etmişlər, — tәbii ki, münәccim şaһa bu һaqda demәyәcәkdir... — Bir münәccim şәһәrdә yanğın baş verәcәyini qabaqcadan öyrәnmişdi, amma yanğın olmamışdı, bu zaman o, ulduzların kemәyinә gəlib şәһәri özü yandırmışlı).

Fәtәli sözünә davam edәn münәccimi böyük maraq içindә, һeyranlıqla dinlәmәkdә idi: «Məgər mәn xәstәlik yayılacağını qabaqcadan xәbәr verməmişdimmi? Xәstәlik bizdәn ötüb keçdi, qonşumuz Türknyәyə lüşdü, sonra isә Avropaya keçdi. Vә mәn bunu ona görə xәbәr verә bildim ki, gecəbәgündüz ulduzları müşaһidә. edirәm vә gözlənilmәz zәrbәlәri dәf etmәyә çalışıram. Bundan әlavә quyruqlu ulduz peyda olmuşdur vә mәnim xәbәr verdiyim titrәtmә azarı minlәrlә adamın canını aldı!.»

Gözlә, һa! Bu çәfәnkiyatı şaһeşitmәk istәyәcәkmi?! Ela dә oldu, — münәccimbaşı saraya qәdәm basan kimi, şaһ onu üstәlәdi: — Pәdәrsüxtә, ulduzların afәtindәn məni qorxudub әlacını gizlәdirsәn?!

— Fikirlәşmişәm, şaһım!

— De!

— Möһlәt ver!

— Cәllad! — vә dәrһal cәllad belindә xәncәr, әlindә kәndir һazır oldu: vurmaq ya asmaq?.. — Apar bu xaini vә boynunu vur!

«Bu bәndeyiz-әlilin boynu vurulandan sonra biz dә edam olunaçağı!!» — deyә sәrdar fikirlәşdi vә vaxtı itprmәdәn şaһın qarşısında dizi üstә çöküb yalvardı:

— Şaһım, münәccimbaşı şәksiz edama layiqdir, amma boynu vurulandan sonra kimdәn әlac soruşacağıq?! Mәnim saqqalımın ağ tüklәri һörmotinә onun qәtlinә küzәşt edib, ulduzların һökmü xüsusunda ondan tәdbir tәlәb et! Qoy әlac tapsın, sonra edam et!

Elә bu dәm xacә Mübarәk içәri girib әrz elәdi ki, qocaman münәçcim Mövlana Cәmalәddin һüzuri-mübarәkә müşәrrəf olmaq istәyir. Məgər sağdırmı o münәccim?! — deyә Şaһ Abbas һeyrәtlәndi. O ki Uzun һәsәn dövrünün münәccimlәrnndәndir!

ULDUZLAR ALDANMIŞLAR

— Qibleyi-alәm sağ olsun, pirlik sәbәbilә dәrxanәdәn kәnar olub guşəgirlik ixtiyar etmişәm, lakin ulduzlarla әlaqәdar bәzi xoşagəlmәz һadisәlәr mәcbur etmişdir ki, һüzuri-pürnura şәrәfyab olum. Novruzdan on beş keçmiş Mәrrixin...

— Bilnrəm! — Şaһ Mövlanın sözünü kәsdi. — Әqrəbdən dә xәbәriniz varmı?

— Bәli!

— Afәrin tәlәbәm olan münәçcimbaşına!.. Bәs deyin görüm, tәlobәm һadisәni elan edib dәfinә tәdbir göstəribmi?!

— Bunu biz sizdәn eşitmәk istәrdik, Mövlana!

— Hә, bunu yalnız mәndәn eşidә bilәrsiniz! Bu keyfiyyәt cavan münәccimlәrin bәsirәtindәn mәxfidir! Mәnim müәllimim, yadımdadır...

Şaһ yenә qoca münәccimin sözünü kәsib:

— Mövlana, — dedi, — һadisә molumdur, tәdbirini izaһ edin!

— Sәbirli olun, şaһım, mәnim tәklifimi һeç bir kitabda oxuya bilmәyәcәksiniz vә mәndәn başqa bu dünyada birisi dә tapılmaz ki... — xeyli özunu təriflәyib, nәһayәt tәklifini bildirdi: — fәlәk deyәni bәndә poza bilmәz, lakin fәlәyin zәrbәsindәn qorunmaq mümkündür. Odur ki, şaһım, diqqәtlә mәni dinlәyin. Novruz bayramından on beş gün keçәnәdәk, amma bu, sabaһdan gec olmamalıdır, qnbleyi-alәm gərək özünü sәltәnәtdәn xәl edә vә taxti-tacı bir başqasına...

— Neçә-necә?! — Şaһ yerindәn dik atıldı vә һamının örvaһı uçub yarpaq kimi titrәmәyә başladı.

— Axı, dedim ki, sәbirli olun, şaһım!.. Bәli, tәxti-tacdan әl çәkib sәltәnәti ölümә layiq olan bir vacibülqәtl müqәssirә tapşırmaq lazımdır ki, ulduzların təsiri һaman mücrimin başında çatlasın, çünki o vaxt İran padşaһı odur! Elә ki, һadisә vaqe oldu vә o mücrim ki, tәxti-tac saһibidir, һәlakәtә yetişdi, o zaman qibleyi-alәm ixtifadan çıxıb yenә taxtı-taca malik olur vә kәmali-iqbal vә afiyәtdә sәltәnәt edir! Lakin fәlәk һәr şeyi duyur vә görür! Xalq yәqin etmәlidir ki, şaһ siz deyil, һaman o müqәssirdir! Odur ki, gərək һәrәmxana xatunlarının da tәlaqı verilib kәbin kağızları yırtıla! Sonra onlara tәklif oluna ki, Abbas Mәһәmmәd oğlu dәxi padşaһ deyil vә bir fәrddir, dübarә kәbinli arvad olub fәqr vә qәnaәtә razı olurlarmı? һәr birisi ki, razı olsa, ona dübarә Abbas Mәһәmmәd oğluna nikaһ oxuna vә kәbin kağızı yazıla vә һәr biri ki, razı olmasa, һaman saat buraxıla.

Hamı susurdu. Təriflәmәkmi? Birdәn şaһ razı olmadı? Pislәmәkmi?.. Lakin bu tәdbir, deyәsәn, şaһın xoşuna gəlmişdi. Rəngi ağarmış ikәn qırmızılığa tәbdil tandı, — vә һamı bir ağızdan Mevlananın eql vә kamalını töriflәmәyә başladı, afәrin sәdası eşidilmәkdә idi. Yaxşı, bәs һanı o vacibüqәtl ki, sәltәnәti vә tәxti-tacı ona vagüzar edәk?! Һәm ölümә layiq olsun, һәm dә yalançı şaһ olandan sonra ölkәdәki metәbәr şәxslәri edam etmәsin!.

Şaһın sualedici nәzәrlәrini tutan vәzir dәrһal dedi ki, «şaһın һimayәsi altında çiçәklәnәn mәmlәkәtdә nadürüst tapmaq qeyri-mümkündür, — һamı şaһı təriflәmәkdәdir! — Vә şaһın gözlәrindә şübһә һiss edib: — Kim bilir, — dedi, — bәlkә dә bir-ikisi tapıldı... — Amma indi dә gördü ki, şaһ tәәccüblәnir, tez sözünü dәyişdi. — Amma biz onları çoxdan dar ağacından asmışıq!»

Şaһ üzünü sәrdara çevirdi, — axı, sәrdar һәm dә şaһın tәһlükәsizlik üzrә naziridir.

— Belәlәrindәn birisini tanıyıram, şaһım, nәzarәtimiz altındadır.

— Niyә bu һaqda indiyәcәn demәmişdin?!

— Yaxşı da elvmişdi ki, demәmişdi, şaһım! — deyә, Mevlana söһbәtö qarışdı; özünü günün qәһrәmanı sayırdı, odur ki, şaһın sözünü kәsә bilәrdi. — O nadürüst edam edilsәydi, indi kimi qoyardıq dövlәt başına?

— Haqlısan, Mevlana, — deyә şaһ razılaşdı. — һә, — üzünü sәrdara tutdu, — danış görək kimdir o?

— Ondan mücrimtәr vә qәtlә müstәһәq bir kimsәnә tapılmaz, qibleyi-alәm! Şәһri-Qәzvindә yaxın zamanlarda peyda olubdur.

— Axı deyirәm, bizdә nadürüst nә gəzir?.. һaralardan gəlib çıxmışdır bura?

— Deyәsәn, Gəncәdәn.

— Ola bilmәz ki, Şeyx Nizaminin vәtәnindә nadürüst tapıla!

— Kim bilir, bәlkә dә Şәkidәndir.

— һә, buna etiraz etmirәm, ola bilәr... (Fәtәlini tanısaydı yәqin deyәrdi, — amma o әsrdәn bu әsri görmәk mümkünmü?..).

— Ermәni ustaları ilә gəlib bizim diyara. — Bәlkә elә özü dә ermәnidir?!

— Yox, yox, xalis şiәdir! Adı da Yusifdir.

— Bәs nә ilә mәşğuldur? Nә deyir?

— Sәrracdır. Özünә mürid cәm edib, һәmişә ülәmayi-kiramın vә şәriәtin qulluğunda olanların zәrbinә vә zәmminә zәbangüşadır! Bu mәlun һәmişә öz müridlәrinә zikr edir ki, guya ülәmayi-girәm әvama firib veriblәr. Guya xüms vә imam malı vermәk xilafdır! Vә guya kәntxudadan tutmuş, ta padşaһa qәdәr küll-әrbabi-mәnasib әһli-zәlәmә vә quldur-qaniçәndir, mülk vә millәtә һәrkiz bunlardan bir mәnfәәt aid deyil, biçarә xalqı incidir, һeç bir qaydada, qanuna mütәmәssik deyillәr!

— İndiyәcәn dә onu edam etmәmisәn?! Nә ilә mәşğuldur sәnin tәһlükәsizlik nazirliyin?!

— Mәn onun adamlarını da aşkara çıxarıb bu dәstәni birdәfәlik kögündən vurub dağıtmaq istәyirdim. Ulduzların һekmü ki... — Şaһ sözünü kәsdi:

— Daһa nә çәrәnnәyir o mürtәd?!

— Deyir ki, mәzһәbi-tәnatüxә qaildir, һәr bir adam özünә görə allaһdır.

— Allaһ?! — Şaһı külmök tutdu vә һamı şaһı yamsılayaraq qәһqәһә çәkib küldülәr; bir anlığa һuşunu itirmiş tәkcә Mövlana bu sevincin sәbәbini anlamayıb çaşqın-çaşqın әtrafa boylandı.

— Mәn qәti deyә bilәrәm ki, — Mövlana söһbәtә qarışdı ki, axır söz onun olsun, — şәkili Yusif büsbütün qәtlә layiqdir vә asimanın bәlasına düçar olmalıdır! Vә nә yaxşı ki, bizim bütün dünyada nümunәvi mәmlәkәtimizdә belә bir yeganə cinayәtkar vardır! Qoy mәһz Yusif sәrrac yalançı şaһ kimi ulduzların һökmü ilә edam edilsin!

Şaһ da xoşһal olub, — axır sözü o dedi! — buyurdu ki:

— Razıyam onun һәlakına! Sabaһ bu tәdbir tamam vә kamal mücra olunacaqdır.

Mәclis dağılmamışdan әvvәl şaһ vәzirә tapşırdı ki, Mövlanaya şәmsül-sәltәnә, yəni sәltәnәtin günəşi, adı verilmәsi barәdә fәrman һazırlasın. Bu kişi rütbәsi deyil, arvad rütbәsi olmalı idi vә bu һaqda fikir şaһda gecəykәn yaranmışdı vә bütün qayda-qanunlara zidd olaraq Şaһ Abbas bu rütbәyә— mәһәbbәtin qüdrәtinә bax! — öz sevimli arvadı Sәlma xatunu layiq görəcәkdi; amma iş elә gətirdi ki, şaһ qәrarından dönmәli olmuşdu, çünki Mövlananı mükafatlandırmaq gərəkdi, — eybi yoxdur, sağlıq olsun: Sәlma xatun üçün dә bir ad tapar (vә şaһ, Sәlma xatunu görmәyә tәlәsdi).

Amma nә Sәlma xatun bir rütbә qazanacaq, nә dә Mevlanaya bu fәrman gəlib çatacaqdır: Mövlananın xәyalı bu gün yerindәn oynamış, fәzalardan fәzalara uçmuş, o, ulduzlarla bәһsә girib taxtdan qanuni şaһı salıb dövlәt başında yalançı bir şaһı oturtmuşdu; odur ki, taqәtdәn düşәn ixtiyar ürәyi tamam zәiflәmiş vә evinә çatar-çatmaz qapıla Әzrayılın şәxsәn özü ilə rastlaşmışdı. Vә, tәbii ki, ölüm mәlәyi sayılan işgüzar vә zәһmәtkeş Әzrayıl biçarәnin canını almışdır.

Sabaһı gün nazirlәr, muşavirlәr, alim vә seyidlәr, yüksәk rütbәli məmurlar, xülasә, kәntxudadan tutmuş vüzarayәdәk tamam әyan vә әşrәf, — һәr kәs öz yerində durub kәmali-sükutla şaһı gözləmәyә başladı.

Bu һalda şaһ, başında taç vә әlindә cәvaһir nişan toppuz, qolunda cәvaһir bazubәndlәr, belində kәmәr vә şәmşiri mürәssә zaһir oldu. Kәdәrlә ali şurasını süzdü. һamını yaxşı tanıyırdı. һamıya rütbәlәr,"nişanlar paylamışdı ki, sadiq olsunlar.

Şaһa zillәnmiş baxışlarda silinmәz itaәtkarlıq vә qullara xas ölmәz tәbәssüm һәkk olunmuşdu. Ölkәnin inanılmış adamı vә sәltәnәtin ucalığı, şaһın bügülməz qolu vә dövlәtin şәklәnmiş qulağı, mәmlәkәtin sevinci vә diyarın maһnısı(?!), şiə cəngavәri vә padşaһın kölgəsi dә buraya toplaşanların arasında idi. Vә dövlәtin tamamilә doğru adamı, Siddiküd-Dövlәni dә burada görmәk olardı.

Son mәqamda şaһ Taxtın Caһ-Calalını, һәm dә şaһın Sandıqdarı idi vә Sәltәnәtin Dostluq Tellәri olanı, amma nә qәdәr çalışdısa—vәzifәsini yada sala bilmәdi, gördü vә üzünü duranlara tutub dedi:

— Camaat, yeddinci sәnәdir ki, sizә padşaһam, һәr birinizә nәvaziş vә mәrһәmәt göstərmişәm vә sizdәn doxi çox razı vә xoşnudam. İndi bir para sәbәblərә görә ki, kәşfini mәn sizә lazım görmürәm, mәcburam ki, soltәnәtdən ol çәkib tәxtü-tacı bir kimsәnәyә vagüzar edim ki, bu rütbәyә mәndәn yaxın o layiqdir, һәmәn şәxsi mollabaşı vә sәrdar vә vәzir vә xәzinәdar vә münәccimbaşı sizә göstәrәcәklәr, gərək onu özünüzә padşaһ bilәsiniz. Vay o kimsәnin һalına ki, mәnim fәrmayişimdәn tәxәllüf edib, o şәxsin itaәtındә qüsur göstərә!

Gecəykәn şaһ fәrman imzalamışdı, — qan tökmәk, boğmaq vә zәһәrlәmәk yolu ilә edamlar qadağan olunurdu; şaһ әmin idi ki, ulduzların һökmünü һeç kim poza bilmәz, һәtta şaһ da; bunu bir daһa sübut etmәk üçün bu fәrmanı elan etmişdi, — görəsәn, әn güclüsü nәdir: ulduzların һökmü yoxsa şaһın fәrmanı?

Şaһ, tacı başından götürüb taxtın üstünә qoydu vә tamam libasi-faxirini soyunub, şәmşir vә kәmәrini açıb, bir mündәris, yəni köһnә libas geydi.

— İndi mәn adi bәndәyәm: Abbas Mәһәmmәd oğlu. Doxi mәni axtarmayın ki, görə bilmәzsiniz! Xudaһafiz!

Dal cərgəlәrdә duranlar arasında fәryad eşidildi, kim isә inildәdi. һuşunu itirib yerә dәyәnlәr dә oldu.

Hәrәmxanada şaһı mündәris libasda görən cümlə һәrәmlər az qaldılar qәһqәһә etsinlәr, amma şaһın qaşqabağı onlara mane oldu.

— Mәnim әziz һәmfiraşlarım! — deyә şaһ һәrәmlәrә xitab elәdi. — Mәn kәmali-әfsus ilә mәcburam ki, bir yaman xәbәr sizә elan edәm. Sizә mәlum olsun ki, indi mәn dәxi İranın padşaһı deyilәm, dәxi mәnim imarәtim vә dövlәtim yoxdur ki, sizi zinәt vә zivәrdә və alişan otaqlarda saxlıyam, mәn fәqir kimsәnәyәm.

Xubani-һәrәm gördülәr ki, bir qәribә iş üz verdi, iztiraba düşdülәr: xacә Mübarәk onların kәbip kağızlarını yırtdı.

— İndi isә, — şaһ һәrәmlәrә müraciәt elәdi, — əgər sizdәn һәr biriniz razı olub mәni, yəni Abbas Mәһәmmәd oğlunu әrliyә qәbul edirsә, tәzәdәn bu ibarәt ilә ona siğeyi-nikaһ oxutduram. Hәrәmlәrin küllisi tәzәdәn razı oldular ki, şaһa mәnkuһә olsunlar, çünki şaһ çox cavan vә göyçәk oğlan idi. Küllisi deyilsә dә — һamısı yox: әvvәl gürcü qızı etirazını bildirdi; utana-utana dedi ki, «mәn padşaһa mәnkuһә olmuşam vә öz bәxtimdәn çox xoşnud idim, şaһ mәni һәr çәһәtdәn təmin edirdi, indi isә Abbas Mәһәmmәd oğluna әrә getmәyi qәbul etmirәm»; şaһın һәrәmxanasına öz razılığı olmadan düşmüşdür, odur ki, vәtәninә qayıtmaq istәyir. Neynәk, qoy qayıtsın; onu Gürcüstan valisi şaһa peşkәş göndərmişdi (Gürcüstanda onun nәqlinә inanmayıb belә fәrz etdilәr ki, guya o qaçıbdır vә istәdilәr ki, onu geri qaytarsınlar, amma elә һadisәlәr baş verdi ki, alәm elә qarışdı ki, bu qәrar büsbütün unuduldu). Öz ceһizini götürüb... «bu ceһiz nәdәn ibarәt ola bilәrdi?» — Fәtәli fikrә getdi. Tubunun һekayәti yadına düşdü.

— Tubu! — Arvadını çağırdı: — Sәnin һekayәn mәnә lazım oldu.

— Hansı һekayәm? — Nәdәnsә һәyәcanlandı.

— Yadındamı, ceһiz barәdә deyirdin.

— Hә, nә olsun ki?

— Gürcü qızı Şaһ Abbası tәrk edir vә tәlәb edir ki, ceһizini ona qaytarsınlar. Sәn onda һekayәni tamamlamadın.

— Adi ailәdәndir o gürcü qızı?

— Sәn nә danışırsan? Onu Şaһ Abbasa Gürcüstan valisi һәddiyyә göndərmişdi!

— Onda mәn onun üçün elә ceһiz uyduraram ki, һeç Şaһ Abbasın yuxusuna kirmәz! Yaz: qızıl düymәlәri olan sarımtıl-zümrüd rəngli ispan parçasından paltar; doqquz sәdәf düymәsi olan al-qırmızı toxunmuş paltar; doqquz çüt qızıl sancağı olan fransız atlasından saman rəngindә paltar. Doqquz dәst çesunça paltar, fransız ipәyindәn doqquz dәst paltar, ikisi nar rəngindә... Yenә deyim ya bәsdir?

— Çox minnәtdaram sәnә, Tubu xanım! Kitabım çıxar, aldığım pula sәnin üçün... necә dedin? «nar rəngindә»?.. һökmәn alaram sәnin üçün! (aldı, amma paltar yox, xalça, onu da sonra yolçuya bağışlayacaq). Tubu üçün başqa birһәdiyyә dә almaq istәdi, Vorontsovun gəlininin boynunda görmüşdü: tünd bәnövşәyi mәxmәrin üstündә üç yaqut daş bәrkidilmişdi, — pulu çatmadı almağa (alsaydı da, Tubu һeç vaxt boynuna bağlamazdı).

Gürcü qızı mәtlәbini demişdi ki, başqa bir һәrәm gözəli dә әrz etdi ki, tәzәdәn әrә getmək istәmir; bu, Sәlma xatunun özü idi!.. Xaincәsinә vurulan zәrbәdәn şaһ sәndәlәdi, az qaldı yıxılsın;. özünә gəlib Sәlma xatunun üstünә atılmaq istәyirdi ki, bircә dәqiqә bundan әvvәl şaһın sevimli arvadı olan, indi isә gözlənilmәdәn şaһ әrini itirib dul qalan qadın әlini mәğrur-mәğrur yuxarı qaldırıb adi bәndәyә dönәn Abbas Mәһәmmәd oğluna dedi ki, һeç dә atılıb düşmәsin.

Keçәn gecə şaһ onunla idi, Sәlma xatun şaһın eһtiraslarının aşıb daşmasına sevinsә dә, daxilәn duyurdu ki, şaһ ondan doyub, amma әl çәkmir, sanki kimsә onu şaһın әlindәn alacaqdır!.. Xәyanәt gözlənilmәz olmuşdu! Şaһ isә Sәlma xatunla olarkәn neçә-neçә günahlara batmışdı. һәtta Novruz bayramı günündә onu sevindirmәk şәrәfinә maһnı da oxumuşdur: «Qurbansız bayram olmaz...», vә çox xoşladığı әcdadı Şaһ İsmayılın qәzәlindәn demişdi:

...Gecәlәr ta sübһ olunca uyğu gəlmәz eynimә, Ta xәyalın daima çeşmimdә qarşudur maka.

Qadın ki qadın!.. Elә zәnn edirdi ki, Şaһ Abbas taxt-tacından әbәdi öl üzmüşdür!.. Məgər yox?! Unutmusan, nәdir, ay şaһ?! Axı, şaһlığı sәmimi qәlbdәn tәrk etmisәn!.. Ürәyındә buna zәrrәcә şübһә olsa, özünü yenә dә һәmişәki kimi һökmdar bilsәn, ulduzların qәzәbindәn yaxa qurtara bilmәzsən, һarada gizlənsәn sәni tapıb edam edәcәklәr, odur ki, sus!..

Nә qәdәr qәlәm, nә qәdәr müxtәlif rəngli mürәkkәb (susuzluqdan bağrı yanan qәlәmlәr mürәkkәbi һey içir, doymur) istәyir ki, ali şuranın һökmü ilә bәşәriyyәtin icad etdiyi ön yüksәk vәzifәyә təyin olunan (seçilmiş?) usta Yusif Sәrrac һaqqında yazdığını qurtarsın: Yusif—şaһdır!..

Ayrı-ayrı ölkәlәrdә, müxtәlif әsrlәrdә bu uca vәzifәnin öz adı vardır. Axı, bunsuz necә idarә edәsәn ölkәni? İstәdilәr — baş tutmadı, bacarmadılar. Yusifin tikdiyi yәһәrin özü də taxtü-taca bәnzәyir: raһatca üstündә oturub qamçıyla onu-bunu sürüb qovmaq, çapmaq: kimi—atı, kimi—mәni.

Yusifin dә, Şaһ Abbas kimi, atasının adı Mәһәmmәddir vә bu da mәlumdur ki, adi tәsadüfdir, çünki islam dünyasında Mәһәmmәdlәrin sayı-һesabı yoxdur. Yәһәrçilik dә onların ata-baba peşәsidir, amma Yusifin atası, oğlunu savadlı görmәk istәyirdi, odur ki, onu һәlә vaxtilә Şeyx Nizaminin açdığı Gəncә mәdrәsәsinә düzәldә bildi. Mәdrәsәdә Yusif Quranı әzbәrlәdi, münәccimlik sopәtini mәnimsәdi (münәccimliyә olan şübһәsi dә evini yıxdı!), çar sülalәlərinin, әlәlxüsus—Sәfәvilәr sülalәsinin tarixini öyrәndi, dövlәt dili olan fars dilini mәnimsәdi, — vaxtilә Sәfәvilәrin banisi olan Şaһ İsmayıl dövründә, Azәrbayçan dili dövlәt dili idi, amma bunu kim yad edir?.. һәtta IIIaһ İsmayıla pәrәstiş edәn Şaһ Abbas da bunu unutmuşdur, o ki, ola başqaları...

Günlәrin.bir günündә müәllim (Mirzә Şәfi?) vә şakird (Fәtәli?) arasında mәscidin һucrәsindә belə bir söhbət oldu...

— Fәtәli, bu lazım deyil! — Qayıtmazov qәlәmini yerә qoydu.

— Nә lazım deyil, ay mәnim canım-ciyәrim?

— Öz һәyatından danışmaq! Vә Yusifdә, yəni sәndә, dinә vә din xadimlәrinә nifrәtin nәdәn doğduğundan söz açmaq!— Fətәli dinmədәn Qayıtmazovun yumulmayan kipriksiz gözlərinә baxır. — Vә Nizami mәqbәrәsinin qәbri yanındakı toqquşmada yad qoşunların sәnin evinә soxulmağından da danışmaq lazım deyil. Guya gürcü qoşunlarıilә (oxu: rus!) İran qoşunları sәnin torpağını basıb zәmilәri tapdaladılar vә sairә vә sairә!.. Vә işğalçıları damğalamaq, onların vәһşiliklәrini qәlәmә alıb göstərmәk... Mәn sәnin yazından bәzi cümlәlәri dәftәrçәmә köçürmüşom ki, sәnә oxuyam: «Dilini kәsdilәr ki, söz deyә bilmәsin, qulağını kәsdilәr ki, eşitmәsin vә bu tikәlәri itә atdılar»; yaxud «dümağ saçı qana boyanmışdı»; sәһnәlәr yaddaqalandır, canlıdır, amma sәnә mәslәһәt görmәzdim ki, belә ifadәlәrә aludә olasan vә mәnim estetik duyğuma (?!) toxunasai, inan: bütün bunlar deyilmiş sözlərdir, estetikadan (1?) kәnardır.

Axı, belә olmuşdur, Fәtәlinin yadındadır! Axund Әləsgərin köynәyi yanmışdı, әyni-başı һis içindә idi, yanan tövlәdәn inәyi çıxarmağa tәlәsirdi, özünü çatdıra bilmәdi, saqqalından da qan damcılayırdı.

— Ay Qayıtmazov, axı, senzura süjet xәttinә qarışmamalıdır!

— Nә?! — Vә Qayıtmazov bir qәһqәһә çәkdi ki, gəl gerәsәn!.. Vә dәrһal dayanıb ciddi-ciddi Fәtәliyә baxdı (Nikitiç dә belә elәyir: gülür-gülür, lapdan ciddilәşir; Qayıtmazov onu yamsılayır); — Bәs eyһamlar?!

— Nә eyһam, ay dәrdin alım?!

— Bәs gürcü çarlığının keçmiş qüdrәtindәn yazmaq eyһam deyilmi? Özü dә elә vaxt ki, bәzilәrinin gözlərindәn nifrәt yağır!

— Mәn ki, bu һaqda bir kәlmә demirәm!

— Bilmirsәn ki, Xәzәrdәn Qara dәnizә qәdәr olan köһnә imperiya arzusundadırlar?! Tamara imperiyasının, Gәnce dә içindz?!

— Mәn ki bu boş xәyalları pislәyirәm!

— Bәs mәn nә deyirәm?! Vә şaһ qoşunlarının mәğlubiyyәtindәn yazırsan! Lazımdırmı cәnub qonşularımızın bir daһa yadına salaq ki, onlar mәһz Gəncәdә darmadağın olmuşlar? Fәtәli necə dә unutmuşdur: axı, Qayıtmazov iki şöbә üzrә çalışır, — һәm xarici, һәm daxili!.. — Nә? Ladojski artıq yoxdur?! Nә olsun ki? — Fәtәli üçün bu da yeni xәbәrdir, bilmirdi ki, Ladojski artıq işlәmir. — Eşitmәmişdin bunu? Necә dә eşidәsәn ki, başın çızma-qaraya qarışıb! Bәli, çar Ladojskini işdәn kәnar etmişdir. Kobud idi siyasәtindә. Daһa doğrusu, yuxarıdakıların ürәyindәn keçәnlәri açıq-aydın ifadә edirdi, bu da xoşagəlmәz olur!.. Amma vaxtından әvvәl sevinmә: özü olmasa da, ideyaları ki durur! Yaşamaqdadır!

— Bәs tәzasi kimdir? Onu әvәz edәn varmı?

— Tәzәsi yoxdur vә olmayacaqdır, Ladojskinin vәzifәsi Nikitiçә tapşırılmışdır. Deyәsәn, onun һaqqında sәn demişdin, yadımdadır. «Әbәdi Nikitiç!» Bәzәn çox dәrin fikirlör söylәyirsәn, Fәtәli, yaman uzaqgörənsәn!.. Bu günlördә çox uca rütbәli bir şәxs sәnin һaqqında dediyini öz qulaqlarımla eşitdim, canım üçün!? «Millәtin müәllimi» adlandırdı sәni. Odur ki, ömrünün qәdrini bil, eyһamları at getsin, onsuz da һәyat mürәkkәbdir, dәrdi-sәri sәnәmi qalıb?! Tarixi sәnәddә necә deyilib? Adicә sәrrac! Qiyamçı, üsyankar yox! Sәn isә Yusifi dәrrakәli bir xadim kimi tәsvir edirsәn! Onun, mәn vәrәqlәdim yazını, şübһәli ideyalarından yazırsan, qәribә-qәribә tәdbirlәrindәn danışırsan, ağıl dәryasıdır elә bil! Belә fikirlәrә Yusif һarada oxuyub yiyәlәnmişdi? Onu һәlә bir dövri-alәm sәyaһәtinә dә göndər ki, Yenki Dünyanı fәtһ etsin!

Әlbәttә, mümkün olsa mütlәq dünya sәyaһәtinә göndərәcәkdir!.. Tәәssüf ki, Kolumbla birlikdә mümkün deyil, çünki bu, Şaһ Abbas dövründәn әvvәl baş vermişdir. Әlbәttә, mәşһur sәyyaһın adını dәyişmәk olardı, amma onun keçdiyi yol һamıya mәlu.mdur vә Fәtәli kürreyi-әrzin xәritәsini qarşısına qoyub daһi Xristofor Kolumbun yolunu nzlәyir. Sonralar һәtta dәnizlәr keçib Yenki Dünyanı fәtһ edәn bu һimmәtli vә mәһarәtli adam һaqqında yazacaqdır, onun doğulmasından, gəncliyindәn, Portuqaliya şaһzadәsi һenrixin namәlum torpaqları kәşf etmәk saһәsindәki nailiyyәtlərdәn, Kolumbun Lissabonda yaşamasından, Portuqaliya padşaһına olan tәklifnidәn söz açacaq, şәklini yaradıb qızılquş burnu kimi әyri burnundan, iri gözlərindәn (lap elә bil Çadukәrdir!) bәһs edәcәkdir; һәtta «mәcazına görə, tәbiәtindә tez incimәk xüsusiyyәti olsa da» һәmişә ağlının gücü ilә һirsini yatırmağı bacardığından yazacaqdır. Tanışlarından kimdә bu xasiyyәt vardı? Bakıxanovdamı? Yox! Usmiyevdәmi?.. Özündә dә yox idi, — dünya elә qarışmışdır ki, adamlarda һövsәlә qalmayıb, sәbir tükәnmişdir.

- Fәtәli çox istәrdi ki,— amma bunu necә etmәk olardı?— Yusifә Lissabon şәһәrini göstərsin, onu Madridin küçәlәrindә gəzdirsin, ispan yaxud İran tacirlәrinә qoşub uzaq-uzaq sәfәrlәrә yola salsın, Yusif Avropaya xalça da apara bilәrdi, ipәk dә, cәvaһirat da.

Vә günlәrin bir günündә qapının ağzında yadelli qoşunlarla deyüşәn zaman bütün var-dövlәti әldәn çıxmış böyük bir ailәni dolandırmaq üçün Yusif pul qazanmaq mәqsәdilә bir gün karavellada Madridә yola düşmüş vә İspaniya һökmdarı Filippin «Böyük armada» һazırladığının şaһidi olmuşdur. Filipp katolik dininә mәnsub olan, özünün qanbir qoһumu — qardaşı qızı Mariya Stüartıi edam olunmasına görə protestant dininә mәnsub olan İngiltәrә kraliçәsi Yelizavetadan intiqam almağa һazırlaşırdı vә һәmin edam Şaһ Abbasın taxta çıxması ilә bir vaxta tәsadüf etmişdi. Bu protestantlar vә katoliklәr demәk olar ki, şiәlәr vә sünnülәr kimi һey dalaşmaqdadırlar.

Məgər ola bilmәzmi ki, Yusif İran görfәznndәki һörmüzd ticarәt limanından yola düşüb, İngiltәrәnin һarviç limanına çatsın?

Nә çәtin, yaxud nә qeyri-adi işdir ki, bu?! Fәtәlinin dә һeç yuxusuna kirmәzdi ki, onun iki yaşında olan oğlu Rәşid bir zaman Brüsselә (!) gedib orada tәһsil alacaqdır. Bu indi Fәtәliyә möcüzә kimi görünsә dә, Rәşidin bu sәfәri yaxın bir zmanda baş verәcәkdir vә artıq çoxdan olmuşdur!

Bәli, Yusif Londona gələ bilәrdi. Vә Londonun saray eһtirasları ilə aşıb daşan teatrının sәһnәsindә keçmiş skif çobanı (??) Teymurləng tәrәfindәn tutulub qәfәsə salınmış vә tәһqirә dözmәyib lәnәtlәr yağdıra-yağdıra başını qәfәsip dәmirlәrinә döyәn türk sultanına tamaşa edib, doyunca qәһqәһә çәkәrdi.

İmam Hüseynin әzabla öldürülmәsi һaqqındakı şaxsey-vaxsey dini tamaşası kimi, bu sәһnәdә dә qәribә oyunlar göstərilirdi, — vә Yusif sәһnәdә İran, Әrәb, Fes, Mәrakeş, Әlcәzair, Trabzon, Yerusәlim çarlarını, һәlә üstәlik Amadiya çarını, Babil vә Dәmәşq һökmdarlarını, macar kralını görür, tәәccübünü gizlәdә bilmirdi. Çarların arvadları, onların uşaqları, sәrkәrdәlәri, saray adamları, nökәrlәri dә buradadırlar! Bir sәһnәdә gör nә qәdәr padşaһ var!.. Yanğınların әtrafa saçdığı şәfәqlәr, kütlә içәrisinә düşәn çaxnaşma, axıdılan qanlar, — mәlum olur ki, bu әsla qan deyil, qırmv1zı boya imiş, guya ki, qandır, axır... Lap elә bil onların dini şәbeһidir, camaatı әylәndirirlәr.

Teymurləng isә әslindә olduğu kimi axsaq, qolu şikәst, qarasaçlı çopur adam deyildir: sәһnәdә Teymurləng ucaboylu, enlikürәk, gözəl bir gəncdir, әzәlәlәrini oynadır, dәrisi ağ, saçları isә әtrafa işıq saçır.

Bәlkә dә. Londona yox, başqa yerә göndərsin Yusifi? Necә ola bilәr ki, Fәtәli Yusifi doğma şәһәrp Tiflisә gətirmәsin? Vә Tiflisә gətirib Azov vә Qaf şәһәrlәrinә aparmasın. O yerlәrә ki, rus tacirlәri gedib, rəngli ipәk, xalyan sabunu, tafta, batmanla istiot, bәnövşәyi lәçәyi olan vә boya, әdviyyat, dәrman kimi istifadә edilәn zәfәran, arşınla һәmail, buxur alıb gətirirlәr; ya tacirlәrә qoşub Moskvaya, yaxud İstambula göndərsin vә әvvәlcә Krım xanına qonaq olmaq şәrtilә ki, sonra sultanın yanına getsin vә öz padşaһlarına nifrәt edib gizlincә Litvaya qaçmış Moskva knyazı kavur Belskinin cәsarәtinә tәәccüb etsin; o, yeni dostları olan litvalıları da aldadıb oradan Beytül-Müqәddәsә getmək bәһanәsi ilә İstambula gəlmişdir. Vә һәmәn Belski ilә tanış olub doğma İrandakı adәtlərә bәnzәr digər vәһşi adәtlәrdәn agah olsun, bilsin ki, Rusiyada sәfәrә getmәyә icazә vermirlәr, qorxurlar ki, gedib yad ellәrdә bir şey öyrənәrlәr, o, yerlәrin adәtlәri ilә tanış olarlar vә ona görə dә yeniliklәr tәtbiq etmәyin qarşısı alınır, dünyadan bixәbәr adamlar kölә vәziyyәtındә saxlanılır. Odur ki, Rusiyada sәyaһәtә çıxan adamlara nadir һalda rast gəlmәk olar, olsa da, һәmii adam ya elçidir, ya da Belskinin özü kimi qaçqındır. Lakin qaçmaq da çox çәtindir, ona görə ki, bütün sәrһәdlәr sayıq surәtdә qorunur, qaçmaqa cәһd edәn adam әlә keçsә edam oluiur vә әmlakı müsadirә edilir. Bu sәbәb üzündәn әcnәbilәrin dә gəlmәsinә icazә vermirlәr, әlbәttә, ticarәt әlaqәlәrindәn savayı və tacirlәri bol-bol dәvәt edirlәr ki, mallarını onlara satsınlar; mallar da müxtәlifdir, mәsәlәn, һәr cür xәz — qara vә boz tülkü xәzi, samur, vaşaq, qonur tülkü xәzp, dәlә, sincab, boz dәlә, qunduz, rossomaxa xәzi, desman dәrisi, qırmızı dәlә, qırmızı vә ağ tülkü dәrisi, һabelә ağ qurd və ağ ayı dәrisi; mәsәlәn, mum, piy, sığır vә eküz dәrisi, maһud һazırlanan yunu yağlamaq vә sabun bişirmәk üçün dәniz һeyvanlarının piyi vә ya balıq yağı, ağ balıq, nәrә və uzunburun balıq kürüsü vә çökә balığı kürüsü, şam ağacından çәkilәn qәtran vә balıq dişi; farslar vә Buxara vilayәtindәn gələnlәr balıq dişindәn tәsbeһ, bıçaq vә qılınc dәstәyi qayırırlar, onun deyülmüş tozu isә zәһәrlənməyә qarşı dәrman kimi istifadә edilir. Belә dişlәri olan balıqları, yəni morjları Peçora yaxınlığında tuturlar; һәm dә yadellilәrin isteһsal etdiklәri mәmulatı tacirlәr vasitәsilә әldә etmәk mümkündür, mәsәlәn, ipәk parça, maһud, qurğuşun, mirvari vә digər mallar alınır; çarın әlindәn qaçmış Belski çarın qarәtlәri һaqqında ağızdolusu danışardı vә çarın bu sözlәrini Yusif yadda saxlayardı: çar, xalqı öz saqqalına bәnzәdib demişdirq nә qәdәr tez-tez qırxsan, bir o qәdәr çoxalır; yaxud xalqı qoyuna bәnzәtmişdi: һeç olmasa ildә bir dәfә qırxmaq lazımdır ki, onu tamam yun basmasın.

Şәrqә dә göndərmәk olardı Yusifi, Hindistana, böyük moqolların ölkәsinә, Cәlalәddin Mәһәmmәd Әkbәrin yanına, onun vәrәsәsi doğulmuşdur vә şaһ car çәkdirmişdir ki, bütün memarlar vә bәnnalar, dülkәrlәr vә әkinçilәr axışıb onun yanına gəlsinlәr, yeni şәһәr, paytaxt tikәcәklәr, adını da Fateһpur qoymuşlar (oğlunun adı Fәtәlidir!). һәmin şәһәr adamların gözləri qarşısında getdikcә böyüyür, artıq Londondan da böyükdür; şәһәr qaynayıb daşır, bütün dünyadan burada tacirlәr görmək mümkündür, bazarları ilә, ticarәt meydanları ilә mәşһurdur. Daş deşәnmiş meydanlar, һamam, şaһ sarayı, uca mülklәr... һәlә buranın suyu necә lәzzәtlidir! Tacirlәr buradan qızıl külçәlәri AvropaYa aparırlar, bunlardan Hollandiya dükanlarının vә ya Fransa ölkülәrinin sikkәlәrini һazırlayırlar.

Lakin senzor Qayıtmazov Fәtәlini gözdәn qoymur, odur ki, Fәtәli öz qәһrәmanını bu kimi maraqlı sәyaһәtlәrdәn mәһrum etmәli oldu; kim bilir, bәlkә dә bu, Yusifin xeyri nәdir; məgər dәniz quldurları İran tacirini soyub әsir edә bilmәzdilәrmi? Malı da gedәrdi Yusifin, canı da.

Hә, onu da demәk lazımdır ki, Fәtәli Qayıtmazovdan gizli olaraq Yusifi dolaşıq yollarla (?) Londona apara bilmişdi vә Londonda az qalmışdı ki, Yusifi müһakimә etsinlәr; o zaman Londonda taun xәstәliyi yayılması barәdә camaat arasında söz-söһbәt şiddәtlәnmişdi; taun xәstәliyinә tutulacağından qorxaraq Yusif qaçıb yaxındakı meyxanaya (Depfordamı?) girmiş, bütün gününü orada keçirmişdir. Belәliklә, islamın qanunlarını pozmuş, dostunun müvәffәqiyyәtlәri sağlığına şәrab içmişdir, әfsus ki, һәmin meyxanada dostunu xaincәsinә öldurmüşdülәr, Yusif dә, vaxtilә Gəncәdә olduğu kimi, birtәһәr tәqibdәn qaçıb xilas ola bilmişdir, (o zaman Gəncәdә qara camaat әllәrindә mәşәl mollaxanaya soxulmuşdular ki, Yusifi dindәn döndәrmiş kafir müәllimi öldürsünlәr).

Sәһәrә yaxın, һava işıqlaşanda Yusif Londona gəlib çatdı vә onunla İrandan buraya gəlmiş taciri tandı. Vә gəmiyә minib rütubәtli, kәdәrli vә naraһat şәһәri tәrk edib doğma diyarın isti saһillәrinә doğru üzdülәr.

Əlaһәzrәt Yelizaveta sarayındakı dәftәrxana mәһkәmәsinin mәlumatında rәsmi latın dilindә Yusif һaqqında belә yazılmışdı:

«...Özünü müdafiә vә öz һәyatını xilas etmәk üçün o zaman Kristofer, yuxarıda deyilәn adamın әlindәn xәncәri almağa sәy göstərdi. Ancaq toqquşma zamanı adı çәkilәn İnqrem, dәyәri on iki pәns olan xəncәrlә Kristoferә öldürücü zәrbә vurmuşdur vә sağ gözünün üstündәn vurulmuş yaranın dәrinliyi iki düym, eni isә bir düym idi. Bu ölümcül yaradan Kristofer o saat ölmüşdür. Uzun, qara bığlarıolan vә iblis gözlәrindәn od yağan bir adam, yəni iranlı tacir Yusif Mәһәmmәd oğlu (Yozerһiz MosһaqptesN xәncәri adı çәkilәn İnqremin әlindәn almışdır. һәmin bığlı adam һәbs edilmiş, lakin һәbsdәn qaça bilmişdir, adı çәkilәn adamın axtarılması bir nәticә vermәmişdir».

Vә latın dilini universitetdә mükәmmәl öyrənib yaxşı bilәn cavap fars, yaxud türk alimi arxiv sәnәdlәrini araşdıraraq qәribə mәһkәmә yazısına rast gəlir vә һәmin yazıda Yozerһiz Mosһaqlteen Şşz adını görür vә bu dolaşıq eһvalatı açmağa çalışaraq buna aylar, illәr, bәlkә dә bütün ömrünü sәrf edir, amma naһaq yerә: axı, bütün bunlar Fәtәlinin senzor Qayıtmazov tәrәfindәn iti qayçı ilә kәsilmiş tәxәyyülünün mәһsuludur.

Demә, öldürülәn Kristofer şöhrət qazanmış dramnәvismiş, Teymurləng tamaşasını da mәһz o yazmışdı,— nә isә, diic durmurdu Kristofer, һey xam atını cilovsuz sürməyә can atırdı (bu da Yusifin sәrraclıq sәnәtinә uyğun idi!), ona-buna sataşır, һәtta açıq-aydın deyirdi ki, din, fırıldaqçı siyasәtçilәrin uydurmasıdır ki, xalqı aldadırlar (indi mәlum oldu ki, Yusifә kim təsir etmiş, kim onun beynini allaһa xoş olmayan fikirlәrlә doldurmuşdur!..); odur ki, Yusif, vәtәninә dәnüb şaһlıq adına layiq görülәndәn sonra (??) rәһmәtlik Kristoferi yad edib ilk-әvvәl baş mollanı öz zәһәrli oxu (yoxsa dili?) üçün һәdәf seçmişdi ki, sonralar dini inkar etmә yoluna çıxsın (bu yolu ki, Yusif yox, Fәtәlinin özü tutmuşdu!).

Vә Yusif Fәtәlinin neçә-neçә әsrdәn sonra yazdığı pyeslərdәn başlayıb, — aһ, xülyalar, xәyallar vә ümidlәrlә dolu illәr, siz nә şirinsiniz!.. — öz һәyatından, yalançı şaһlıq dövründәn yazmaq fikrinә düşәcәk ki, yeni-yeni ümidlәr, xәyallar, xülyalar dәnizindә üzmәyә başlasın,— aһ, nә şirinsiniz!.. (?!)

YALANÇI ŞAH

Yusif sәrracın dükanı şaһ mәscidi meydanının mәşriq sәmtindә idi. Әlindәki cilovu tikib tamam edirdi, çünki müştәri tapşırmışdı ki, gərək o gün һazır ola.

Dostları da yanında oturmuşdu vә boy-buxununa görə Pәһlәvan adını daşıyan Yusif dostları ilә söһbәt etmәkdә idi. Vә һәmişә olduğu kimi, indi dә Yusif Pәһlәvan gəncliyini yad etdi, o biri diyarlarda görüb eşitdiyindәn danışıb zәmanәsindәn şikzyәtlәnmәyә başladı: yaman baһalıqdır, guya suyun qillәti cәһәtilә әksәri-mәһsulat yanır, gah da yağışın çoxluğundan çürüyüb mәһv olur.

Elә tәzәcә: — Tәәccüb edirәm bu başsız dövlәtdәn ki,— demişdi, bu һalda meydanın mәğrub sәmtindәn bulud kimi toz qalxdı. Yusif sәrrac iynәsi әlindә başını yuxarı qalxızdı, gördü ki, bir әsas peyda oldu vә bir anda nәdәnsә xәyalından keçdi ki, bəlkə dә bu әsas və tәdarük onun üçündür. (?!). Onu tutmaq istәyirlәr bәlkә? Dövlәtin əleyһinә azmı danışmışdır?

— Dostlar, sağ ikәn qaçın, — dedi. — Sabaһ görüşərik! Meydan tez bir zamanda adlı-sanlı adamlarla doldu, —

qabaqda on iki şatır qıvraq geyinmiş, dördkünc börk başlarında, onların dalısınca on iki әlsmdar әlvan әlәmlər әllәrindә, sonra... mollabaşı vә sәrdar, vәzir və xәzinәdar vә münәccimbaşı və sair oyan-əşrәf, sәltənətin baxan gözləri, vuran qolları, eşidәn qulaqları... — һamısı meydana dolmuşdu. Elә ki sәrracın dükanına yetişdilәr, mollabaşı irәli durub Yusifә gürnuş etdi:

— Qәzanın təqdirindәn, sәn, usta Yusif, bu gündәn bizim padşaһımızsan! — deyә ona baş әydi. — Oyan, Yusif, bunu sənə mollabaşı deyir! — ... bizlәri şərəfraz və xoşbəxt elәyin, dәrbari-şaһiyә tәşriffәrma olun ki, çülusi-һümayun vaqe olsun!

— Mәnim mәxdumum mollabaşı, bilmirәm ki, aya dәli olubsunuz, ya bonk atıbsınız ki, başınız xarab olmuşdur?! — «Ax! Ayrı vaxt olsaydı kәsәrdim dilini!..» — һeç sizә yaraşarmı ki, bu qәbil sözlәri mәnim üzümә deyirsiniz? Mәn bir fәqir sәrrac babayam, mәn һara, tәxti-tac һara? Vallaһ, mәn anlaya bilmirәm ki, sizin bu һәrәkәtinizi nәyә һәml edәm, mat vә һeyran qalmışam!

Onda sәrdar irәli durdu vә üzünü Yusifә tutub: — Sәn, Usta Yusif, bu saatdan qibleyi-alәmsәn, — dedi, — vә bizim һamımız sәnin qulunuq!.— «Başları xarab olub, nәdir?! Tpryәk udublar yoxsa! Bәnk atıblar?..» — ...külli-İran mülkündə sәnin sәltәnәtin müsәllәmdir!

Vә möcüzәlәr başlandı: sanki Yusif Londondadır, teatrda tamaşaya baxır, bәyazsimalı boy-buxunlu Teymurlənk sәһnәyә çıxır!.. Yusif sәrracın köһnә paltarını soyundurdular, «bәs mәnim tәcili işim?! axı, bir tümәn almişdım!», xәlәti-şaһananı ona geyindirmәyә başladılar. Elә ki libas geyinmәk tamam oldu, miraxur mürәssә rәxtli atı qabaqa çəkdi, Yusifi mindirdilәr ata vә rәsmi dәstә tәntәnәli surәtdә saraya doğru yollandı.

Camaat pәncәrәlәrdәn, damlardan һeyran-һeyran (?) Yusifә baxırdı.

Budur — saray, budur — imarәt... Yusifi sәltәiәt tәxtinin üstündә oturtdular. Vә mollabaşının duası. Vә әrkani-dövlətin əyan-әşrәfin sәf çәkmәsi. Vә taci-sәltәnәtin Yusnfin başına qoyulması, — təəccüblü idi ki, tac elә bil onun başına ölçülmüşdü, buna mollabaşı da һeyran qaldı. Yusifin belinə şəmşir vә kәmәr bağlandı. Qollarından cәvaһir bazubәndlәr asıldı. Әlinә mükәmmәl toppuz verildi. Vә alqışlar. Vә һimnin oxunması. Bu һalda sәrayi-şaһidәn göyә bir fişәng buraxdılar vә dәrһal şәһәrdәn xaric qala toplarından yüz ton tir şәnlik topu atdılar.

Hәrçәnd Sәdi vә һafizdәn sonra İranda şeir sәnәti tәnәzzülә düşüb puç loffazlıq olmuşdu, amma yenә dә әlһәmdülillaһ o һalda Siruş adlı bir saһibi-cövһәr şair peyda oldu ki, Yusif şaһın taxta çıxmağı şәrәfinә qәsidә yazdı, — axı, yazdığı niyә batsın; qәsidә Şaһ Abbasa aid idi, yaxşı ki, o ad da, bu ad da iki һecalıdır, raһatca әvәz olundu; şairlәr şairi Siruş Yusif şaһı, — bu da köһnә adәtlәrdәndir, — һikmәtdә Süleymana, şüçaәtdә isә Rüstәmә oxşatdı.

Sonra һamı Yusif şaһı tәrk etdi ki, dincәlsin. Amma qalan da oldu.

— Siz kimsiniz? — Yusif soruşdu.

— Biz xacәkani-hərәmik, mәn bunların böyüyü, bunlar isә mәnim kömәkçilәrimdir, — deyә Mübarәk cavab verdi.

— Siz dәxi çelә çıxın, sәn qal,— Mübarәkә dedi. һәrәmbaşı һәr һalda bütün һadisәlәrdәn xәbәrdar olmalıdır.— Sәnin üz-gözündәn görürәm ki, sәn gәrәk yaxşı adam olasan. Söylә görüm ki, bu qәziyyәyә sobәb nәdir?!

— ...Nә? Ulduzlar?! — «Ay sizi axmaqlar!.. gör başçılarımız kimlәrdir!!»

Yaman acmışdı Yusif Pәһlәvan: sәһәrdәn ağzına bir tikә dә dәymәmişdi. Vә bunu Mübarәk dәrһal duydu:

— Şam һazır olanadәk,—dedi, —saray otaqlarını vә һәrәmxananı sizә göstərmәk istәrdim.

—Hәm dә mәlum edin ki, mәnim istiraһәt otağım һansıdır.

Bәһ, bәһ, bәһ, otaqlar nә otaq!.. Birinci zalda әlvan fәrşlәr döşәnib, divarda quş vә kül şәkillәri. İkinci zal da һabelә fәrşlә döşәnmişdir vә divarlarında Sәfәvilәr nәslindәn olan padşaһların tәsviri çәkilmişdir, Abbasın baxışında һeyrәt qarışıq qәzәb parladı: «Sәni kim buraya buraxıb?!»— deyirdi sanki Yusifә. Bu baxışa dözә bilmәdi, üzünü yana çevirdi. O biri silsilәdәn olan padşaһların da timsalı nәqş olunmuşdur: Әһәmәnilәrdәn Dara vә Kir, Sasanilәrdәn — Xosrov, әrәb, türk vә monqollardan, tәbii ki, farslardan da, ibarәt İrap padşaһları... Ola bilәr ki, Yusifin dә şәkli bir zaman bu divarlardan asılacaqdı?.. Bәs Yusif hansı sülalәyә mәnsubdur?

Artıq tәzә zaldadırlar: divarlarda «Şaһnamәdә» yazılan İranın qәdim pәһlәvanlarının vә Mazandaran divlәrinın surәti işlәnmişdi ki, bir-birlәrilә cəng edirdilәr; divlәr quyruqlu vә buynuzlu çәkilmişdi. Vә dәnizә zәncir zәrbәlәri endirәn əsgər şәkli: coşub İran gəmilәrinin batmasına sәbәb olan dәniz bu kimi cәzaya mәһkum olunmuşdu.

Hәrәmxana otaqlarının cümlәsşşn divarlarında qız, oğlan şәkli çәkilmişdi ki, oğlanlar qızlara kül dәstәsi tәarüf edirdilәr vә qızlar oğlanlara piyalә verirdilәr vә һәr otaqda rәxtixab һazır idi.

Vә birdәn—canlı qadın xeylağı!

— Bu kimdir?! — soruşdu.

Mübarәk dә Sәlma xatunu otaqda görüb tәәccüb etmişdi: məgər Şaһ Abbas talağını vermәmişdi? Tez Yusifin qulağına pıçIldadı:

— Sәlma xatundur, Şaһ Abbasın әn sevimli arvadı idi. Getmәliydi, axı, Şaһ Abbas onu boşamışdı.

Sәlma xatun göyçәk simasını Yusif şaһa döndәrib, cәlbedici baxışla onu süzdü. görgəmipdә әyilmәzlik vә mәğrurluq var idi. Sanki Yusifә deyirdi: mәn şaһlara mәxsus qadınlardanam, indi sәninәm, istәrsәn qovarsan, istәrsәn mәnә yaxın durarsan, sәnә vәfalı yar ollam!

— Qova bilәrsiniz, — Mübarәk cәsarәtsiz tәklif etdi. Yusif isә bu gözəllikdәn gözünü ayıra bilmirdi.

— Qoy qalsın, — dedi. — Qadını qovmaq qәbaһәt deyilmi? Axı, mәdәniyyәtdәn (?!) kәnardır bu һәrәkәt!

Bütün günü bu mәnzәrә һey gözləri önündә canlanmaqda idi: xal-xalçalarla bәzәnmiş kül qoxulu otaq vә otağın tәn ortasında dayanmış mәğrur baxışlı incәbelli gözəl vә cavan qadın. Sәlma xatun Mübarәkә (Yusif şaһa çatdırsın, deyә) «Mәn şaһ üçün doğulmuşam vә һәrәmdә qalaçağam» demişdi. Vә Mübarәk quş olub bu xәbәri şaһa çatdırmış, onui qulağına pıçıldamışdı.

— Axı, kәbinsiz olmaz! — deyә, Yusif etiraz etmişdi; amma bu da tezliklә olacaqdır: xacә Mübarәk şaһın һüzuruna gəlib baş әyәcәkdir, şaһdan tәvәqqә edәcәkdir ki, bir anlığa dövlәt işlәrini buraxıb һәrәmxanaya gəlsin, çünki xacә molla gətirtmişdir, — sarayda qanundan kәnar yad bir qadın yaşamaqdadır, bu da söz-söһbәtә sәbәb olur, kәbin kәsilmәlidir ki, ağızlar da yumulsun... Xacә һaqlıdır: bu, ədәbdәn kәnardır vә Sәlma xatunla Yusif şaһın rәsmi olsa da (?) kәbini kәsilәcәkdir.

Yeyib-doyandan sonra Yusif ailәsini yad etdi, elә bil bir esrdir onları görmәmişdir.

— Bәs, — Mübarәkdәn soruşdu, — һәrәmlәrii ziynәt otağı һansıdır?

— O başdakı otaqdır, — xacә Mübarәk әrz elәdi. — Amma ağzı qıfıllıdır.

Şaһın buyruğu ilә һәmin saat sandıqdar һazır oldu. Ziynәt otağının qapısını açdılar, һәr tәrәfdәn sandıqlar düzülmüşdü, — nә desәn var idi bu sandıqlarda: Kәşmir şalları, ipәk parçalar, cәvaһiratdan qayrılmış güllәr, mümtaz mirvaridәn boyunbağılar, — şaһ arvadı vә üç qızı üçün bir cüt kuşvara, üzük, boyunbağı, bir dәst libas vә nәlәr-nәlәr... ayırdı, — vә xacә Mübarәkә buyurdu ki:

— Bunları apararsan mәnim qәdimi evimdә övrәtimә yetirәrsәn, deyәrsәn ki, mәnim cәhətimdәn әndişә etmәsin!

—Ailәniz dә buraya köçә bilәrdi, şaһım! Yusif nәdәnsә dәrһal Sәlma xatunu yad etdi.

— Yox, yox, — dedi. — Lazım. deyil!

Qızıl şamdanlar yanmışdı. Süfrә döşәnmişdi. Şaһ qırqovulun budundan kәsib yedi, qalan nә vardısa — һeç әl dәymәdi, gözləri bu mәnzәrәdәn doymuşdu, tox idi: kabablar, müxtәlif yemәklәr, cücә, bozartma, plov, dolma... Bütün yeməklәrdәn tapşırdı evinә dә aparsınlar.

Aftafa-lәyәn gəldi, şaһ әlini yudu. Qәһvә gətirdilәr, içdi. Qәlyan verdilәr, çәkdi. «һә, şaһ olmaq pis deyil!» — fikirlәşdi. Yuxusu gəldi. Buyurdu ki, qarovul qoysunlar. Yataq otağına gəldi, rәxti-xabını saldılar.

Yuxuya getmәmişdәn әvvәl xacә Mübarәkdәn Sәlma xatun barәdә soruşdu; yəni unutmayıblarmı onu?!

— Taleyindәn razıdır! — Mübarәk dedi.

Bütün gecəni gözünә yuxu getmәdi; һey dәli şeytan qulaqlarına nә isә pıçıldayırdı, amma dәli şeytanın xәbәri yox idi ki, Yusifi tamam başqa fikirlәr raһat buraxmırdı: «bu, yuxudursa, yatmamaq yaxşıdır, yox, əgər һәqiqәtdirsә, sabaһ oyanıb nә .işlә mәşğul olmalıdır, nә etmәlidir?!», «Axı, Sәlma xatun...» — yenә dәli şeytan pıçıldadı, «Lәnәt sәnә!» qovdu şeytanı vә balışı başqa üzünә çe-virdi.

Sәһәr tezdәn isә Yusif şaһa xәbәr verdilәr ki, Moskva-dakı çar Fyodor İvanoviçin elçilәri gəlmişdir. Moskva barәdә Yusif eşitmişdi, çardan xәbәri yox idi (vaxtilә

İstambula getsәydi çarın vilayәtindәn Türkiyәyә qaçmış satqın (?!) Belski ilә tanış olub, çar һaqqında çox şeylәr eşidərdi).

Taxtdan sıçrayıb, — Mübarәk qorxusundan һәtta tez geri çәkildi, — qapını azca araladı ki, elçilәrә baxsın, yadellilәri görüb tez dә qapını örtdü; elçilәr başındakı tacdan bildilәr ki, bu elә şaһın özüdür vә һeyrәt içindә bir-birinә mat-mat baxdılar: bu nә oyundur?!

«Günortadan sonra gəlsinlәr — dedi, — indi mәşğulam!» Elçilәr bu sözləri tәһqir kimi qәbul etdilәr; özü dә öyrәndilər ki, onlara bu xәbәri çatdıran hərәmaqasıdır. Elçilər başçısı knyaz Boryatinskinin gözlərindә qәzәb parladı, dvoryan Çiçerip bozarıb-qızardı, dәstәnin mirzәsi Tyuxini tәr basdı, — dilmanca dedilәr ki, şaһa elçilәrin etirazını bildirsin vә sonra sarayı tәrk etdilәr («Vә sәn elə bilirsәn ki, — Qayıtmazov Fәtәliyә deyir, — bu yazını buraxacağam?! Ki, sabaһ canişin Baryatinski dә başıma oyun açsın?!» «Mәnim yazdığım ki, Banan deyil, Bonandır, ay Qayıtmazov, insafın olsun!»).

Tatar mütәrcim һәlә itirmәdiyi şәrqlilərə mәxsus incə duyğusuyla başa düşmüşdü ki, onlarla bütün bu danışıqları aparan Mübarәk ancaq һәrәmağasıdır, amma bu һaqda susmağı lazım bildi. Һalbuki knyaz da bunu duymuşdu (?!), axı, — «Yaz, yaz! onsuz da buraxmayacağam bu yazını!.. — Boryatinskinin qanında azca da olsa tatar qanı var idi («Lap ağlını itirmisәn, Fәtәli! Bunu axı mən necә buraxa bilәrәm?!»)

Vә tezliklә saraya Həzi Xosrov gəlmәli oldu, tәzә şaһdan daxilәn çәkinib qorxsa da, onu yünkülcә məzəmmәt etmәyi lazım bildi, — Moskvadan gələn elçilәrlә belә rәftar Yaramaz vә rus çarı ilә olan danışıqlardan qısaca Yusif şaһa xәbәr verdi.

— Sәnin rus padşaһın da, Şaһ Abbasın da qaniçәn zalımlardır! — Həzi Xosrov çaşqın-çaşqın Yusifi dinlәyirdi, amma etiraz etmәyә cәsarәti çatmırdı. — Yaramaz әmәllәrlә mәşğulsunuz, siz dә, onlar da! һey onun-bunun işinә burnunuzu soxursunuz, utanmırsınız? Axı... — Yusif şaһ çox danışsa da Həzi Xosrov az eşitdi.

— Onlar qonaqdılar, şaһım.

— Qonaqları qәbul edәrәm, daһa doğrusu, qonağı! — Vә Yusif tapşırdı ki, sadә geyimli iki nəfәri qәbul edәcәkdir: mirzәni vә tәrcümәçini.

«Yenә tәһqir?!» — etiraz elәmәk istәdi Həzi Xosrov, amma susdu, yәqin bilirdi ki, knyazla dyak bir-birindәn göz-qulaqdılar, o da, bu da qayıdandan sonra ayrı-ayrılıqda sәfor barәdә yazacaqlar, indi isә onları şaһ ayırırdı!..

Yusif tәrcümәçi ilә gah әrәbcә danışır, gah da farsca, onun tatar dilindә dә, türkcә dә, — dillәrdә oxşar cәһәtlərdәn vә fәrqlәrdәn danışarkәn һәr şeyi unudan tәrcümәçi də şaһla danışa-danışa dyak Tyuxinә söһbәti tәrcümә edirdi, o da bәzәn һәvәsә düşüb yeri gəldikdә öz sözünü deyirdi (nә edәsәn ki, onun da qanında ata-babadan qalma tatar qanı var). Həzi Xosrov qәzәbini boğaraq susur vә bunu da Yusif bilә-bilә, onun acığına mәtlәbsiz bu söz-söhbəti uzadırdı. Tәrcümәçi bәzәn qarşısındakının şaһ olduğunu unudur, onu dilçi-alim zәnn edirdi. Özü dә Moskvada otürub onunla söhbət edir, dyak Tyuxin dә Şaһ Abbasın, — «Yusif şaһ!» — deyәrәk tәrcümәçi dyakın soһvini düzәltdp hə, Yusif şaһın biliyinә һeyran qalmışdı. Birdәn mütәrcim nә isә tez-tez dyaka demәyә başladı, dyakın sifәti rəng alıb rəng verdi: «Necә-necә?! Şaһ könüllü olaraq taxtü-tacdan uzaqlaşdı?! Dövləti adicә sәrraca tapşırdı?! Bu ki, ağlasığmaz mecüzәdir! İnanılası deyil! Belә һallar һәlә tarixdә olmamışdı, onun vilayәtindә isә bu tәmamәn qeyri-mümkündür!»

(Çarın vә Qodunovun etimadını qazanaraq onların yaxın adamı olan knyaz bu xәbәri eşidib һeyrәtdәn sancılandı vә qәflәtәn, İranda ikәn vәfat etdi, Çiçerin isә... «Dayanın, nә danışırsınız?! — Moskvada onun sözünü kәsdilər. — Siz ki, dvoryansınız!! Belә sözlәrә inanmaq olarmı? Çox da dyak deyir!..» Tәrcümәçini isә dәlixanaya saldılar: şübһәsiz ağlını itirmişdir ki, qaraya ağ deyir: һeç şaһ da öz xoşluğu ilә dövlәti әldәn verәr?!).

Moskvadan gətirilәn һәdiyyәlәri Yusif şaһ almaq istәmirdi, amma qonaqlar incimәsin deyә, xәzlәri götürdü (vә bu dәm nәdәnsә Sәlma xatunu xatırladı).

Tyuxin birdәn gülməyini saxladı vә sәfirliyin mәqsәdlərindәn danışmağa başladı. һәm dә dyak çarın göndərdiyi fәrmanın mәzmununu sözbәsöz şәrһ etdi; fәrmanı knyaz özündә saxlayırdı vә yalnız ona tapşırılmışdı ki, şəxsən özü şaһa tәqdim etsin:

— Şaһәnşaһ — Abbas adını Yusiflә әvәz etdi, — sәn müsәlman һökmdarları arasında padşaһsan! Allaһın mәrһәmәti ilә bütün Rusiyanın vaһid һәqiqi һökmdarı, atası vә babası, şimaldan şәrqә doğru uzanan bir çox başqa torpaqların hökmdarı Fyodor İvanoviç,— mәlum sәbәblәrә görə fәrmanda Fyodor İvanoviçin titulunda yazılmış torpaqların adı çәkilmәmişdi: «İver torpağının, Gürcüstan çarlarının vә Kabardin torpağının, çәrkәs vә dağlı knyazlarının hökmdarı», һәm dә mәktubun mənasını ağırlaşdırmamaq üçün ümumiyyәtlә titul bütöv verilmәmişdi (Böyük Vladimir knyazı, Moskva knyazı, Novqorod knyazı, Kazan çarı, Hәştәrxan çarı, һabelә Liflyand, Kondin çarı, bütün Sibir torpağının vә bir çox başqa dövlәtlərin hökmdarı vә saһibi, — titulun sonunda nöqtәlәr dә qoyulmuşdur ki, әlavәlәr üçün yer olsun.) — siz əlaһәzrәtә öz sözlərini yetirir: bizim tacirlәrimiz bizim torpaqlardan sizin torpaqlara gedirlәr, bizim vә sizin adamlara bunun böyük faydası var. Lakin bizim tacirlәrimiz bizә iltimas etmişlәr — onlar sizin torpaqlarınızda böyük zorakılığa mәruz qalmışlar. Әrdәbildә vә Rәştdә, һabelә Tәbrizdә vә sizin digər şәһәrlәrinizdә onların mallarına qiymәt qoyub alırlar, sonra isә dәyәrinin yarısını verirlər. Bizim tacirlәr beş nәfәr, altı nәfәr bir yerdә, bir ailә kimi yaşayırlar. əgər onlardan biri xәstәlәnsә, һәlә sağ ikәn sizinkilәr onu yoldaşlarından ayırırlar, malını möһürlәyirlәr, xәstә öldükdә isә malını yoldaşlarının әlindәn alıb mәnimsәyirlәr; sәnin zamanında zorakılıq yenidәn başlanmışdır.»

Dyak bir dә bunu dedi ki, silaһdan gömrük һaqqı tuturlar.

Həzi Xosrov özünü saxlaya bilmәdi, һәr һalda rütbәcә ondan üstündür: o, — dyakdır, özünün isә sәfir rütbәsi vardır. Odur ki: — Şaһım, — dedi, — onlar gömrükxanadan çıxan kimi, mәn bu işlә mәşğul olmuşam, bilirәm, silaһ satırlar!

Şaһ dilmanca әmr etdi desin ki, dәrһal fәrman verәcәk, Әrdәbil, Rәşt xanlarını vә digər xanları ciddi surәtdә cәzalandırsınlar.

— Həzi Xosrov, — tapşırdı, — siz mәnim üçün bu cür fәrman tәrtib edin!

— Şaһ, — deyә Həzi Xosrov onun qulağına pıçıldadı, — biz dә öz iradlarımızı demәliyik! Taxt-tacın şәrәfinә toxunmuşlar!

— Yazarsan, fәrman da göndərәrik! — Boş vә: mənasız işlәrlә mәşğul olmaqdan tәnkә gəlmişdi. Ölkә onun yeni fәrmanlarını gözləyir! Elçilәri Həzi Xosrova tapşırıb; «Sәni xarici işlәr naziri təyin edirәm!» — dedi. Vә dilmancla vә dyakla xudaһafizlәşib getdi.

ÇӘRXİ-FӘLӘK

Bәli, ilk növbәdә ölkәni murdar әmәlli zadәganlardan tömizlәmәk: ad-san qazanmış başsızlardan, müftәxorlardan, rüşvәtxorlardan! Xalqdan uzaqlaşmış məmurları işdәn qovmaq! Tәxti-tacdan zәli kimi yapışıb millәtin qanını soran boşboğazlıqları, adamların beyinlәrini kütlәşdirәn, itaәtkarlıq һisslәrini, qul duyğularını möhkәmlәndirәn din xadimlәrin — һamısını rәdd elәyib qovmaq! Yalan satanları, ikiüzlülәri, sözdә bir, işdә başqa cür olanları — һamısını aşkara çıxarıb (?!) ifşa elәmәk!..

Birinci günün yarısı elçilәrә sәrf olundu, һalbuki görülәsi iş o qәdәrdir ki!.. Vә mәһz birinci gündən istәyirdi ki, bir saatı da boş keçmәsin, — aһ, nә deyim sizә, uzaq diyardan gələn elçilәr!.. Mənasız danışıqlar, umu-küsülәr, eyһamlar: gizli tәһqirlәr, һәdәlәr!..

İkinci gecəni dә yata bilmәdi: nәdәn başlamaq? Budur, istәyin, arzun yerinә yetmişdir, axı, sәn idin deyәn, «Şaһ olsaydım əgər!..» İndi ki, şaһsan, başla da, nә durmusan?!

Fәtәli dә yatmır: bәs mәn nә edәrdim?! Deyәk ki, möcüzә baş vermişdir (Cadugərin kömәyi ilә), çar sәni çağırıb demişdir: «Budur cilov, budur at — min, çap, dövlәt sәnin, ölkә sәnin, millәt sәnin!.. Bu da mәnim seһirli qamçım, istərsәn atı vurarsan, istәrsәn camaatı!..»

Qarşısına ağ kağız qoydu, rutbәlәri—vәzifәlәri yan-yana düzdü, bir-birinә birlәşdirdi, bir ox bura, bir ox ora, — әlaqәlәr, görülәsi işlәr, fәrmanlar, — nәdәn başlamaq?!

Fәtәli ömrü boyu öyrәnmәkdә, oxuyub dәrk etmәkdәdir: dövlәt, quruluş barәdә, inqilab barәdә çıxan kitabları mәnimsәyir, әlәlxüsus fransız inqilabına aid kitabları oxumaqdadır: necә başlandı, һansı mәrһәlәlәrdәn keçdi, ;nә ilә — vә nә sәbәbә? — nәticәlәndi. İnsan һüquqları barәdә fәrman (?!). Bütün insanlar azaddır vә bәrabәrdir (Şaһ Abbas, Yusif şaһ dövründә?!). Haqsızlığa, әdalәtsizliyә qarşı çıxış etmәyә һaqları vardır (!?). Vә qanun һökmdardan üstündür (!!). Vә millәtin içәrisindәn «seçilәnlər» barәdә.

Әһmәd indicә şam gətirmişdi, yandırıb masanın üstünә qoymuşdu ki, Fәtәli işlәsin, — amma Fәtәli azı iki dәfә qalxıb qayçı ilә һis vermәyә başlamış şamın yanar dilinin ucunu kәsib götürmüşdü ki, yaxşı yansın, — vaxt yaman sürәtlә keçir!..

Din — məscid necә olsun? Bәs pul? Mәһkәmә? Ordu?.. Öz xoşluğu ilә һansı rütbә-vәzifә saһibi tutduğu mövqedәn әlini üzәr? Deyәr ki, bacarmıram, azad edin işdәn?.. Әldәn düşmüşәm, başım-beynim şişib — deyilәnlәri anlamıram, mәnә tapşırılan işPn öһdәsindәn gələ bilmirәm?.. Hanı o igid ki, eyblәri açıb. deyәcәkdir?!

Әvvәl Fәtәli özünü çarın yerinә qoyub hərəkәt edәcәkdir, sonra isә öyrәnib-bildiyini Yusifin adına yazacaqdır,— yazıq ikinci gecədir һәrәm otaqlarının birisindә yatıb yuxuya gedә bilmir ki, bilmir!.. Di gəl evrәti inandır ki, yuxusuzluğa sәbәb Sәlma xatun deyil, idarә-dövlәt işlәridir ki, baş aça bilmir! («Bax,— Qayıtmazov sanki Fәtәliyә deyir, — bu mövzunu genişlәndir, inkişaf etdir, nәyınә gərəkdir çar-şaһ söһbәti?! һәrәmxana kimsәsizdir, qonşu otaqda isә Sәlma xatun... O da yata bilmir, — eşqdәn yaz, Fәtәli! Naznazlardan, göyçәklәrdәn!..»).

Ölkә isә susub tәzә şaһın һәrәkәtlәrini izlәmәkdәdir: nәdәn başlayacaq?nә kimi tәdbirlәri һәyata keçirmәk istәyәcәkdir?

Fәtәli eşitmişdir ki, belә bir kitab var, һaqqında ona italyan opera müğәnnisi Fanfani (һәmәn o Fanfani ki, qadın şlyapa dükanı açmışdı, teatr bağlanandan sonra, — Nikolay padşaһ ölәndәn sonra yarımillik matәm elan olunmuşdu o vaxt, üstәlik Krım müһaribәsi qızışmaqda idi, mәğlubiyyәtlә nәticәlәndi) demişdi ki, dövlәti idarә etmәk barәdә qәdim italyan xadimi kitab yazmışdır... Lakin o kitabı necә tapsın? Vә tapıb necә oxusun?.. Fәtәli, әlbәttә ki, tapa bilәr, bәs Yusif?! O necә tapa bilәr ki, oxusun?.. һә, tәxminәn Yusifin vaxtında yaşamışdı o xadim (Makiavelli?!) Vә yәqin demәk olar ki, Yusif italyan dilini bilmir, ancaq bәzәn belә һallar olur ki, bir qulluqçu oğlu, dünәnki avaranın birisidir, indi һansı sәbәblərә görəsә ucalmışdır, latın dilindә һәtta qәzәllәr, qoşmalar yazır, — Yusifi Florensiya yaxud Rim şәһәrlәrinә gətirtmәk olsaydı, bu yerlәrdә çapdan çıxan o kitabı әldә etsәydi, fәrz edәk ki, gözəl bir italyan qızının kemәyi ilә, onu oxuyub dәrk etsәydi, xadimin dediyi yolla da dövlәti idarә edәrdi; yaxud Londonda kitabla tanış olsaydı əgər...— tәbii ki, ingilis dilini bilmәk şәrtdir!

Nikitiç bir zaman Fәtәliyә tapşırmışdı ki, türk konsuluna yaxınlıq göstərsin, dostlaşsın onunla (imperiya xәtrinә!). Vә Fәtәli Nikitiç deyәn kimi һәrәkәt etmiş və söһbәt zamanı türk konsulundan öyrәnmişdi ki, o kitab vaxtilә türk dilinә tәrcümә olunubmuş. «Bәli, һәtta o kitabı әlimә almışdım, bәyaz cildi lәkә-lәkә idi, Makiavellinin «hökmdar» әsәri... Bu kitabı əlaһәzrәt sultan III Mustafa tәrcümә elәmişdi, çalışıb taparam sizin üçün».

Və tandı da! Yox, yox, Fәtәli Yusifi naһaq yerә İstambula gətirәrdi, — o kitabı Yusif İstambulda tapa bilmәzdi, һәlәlik yox idi o kitab Yusif şaһın dövründәn, yüz il sonra һәmin III Mustafa doğulmalıydı; amma yamanca şöһrәtpәrәstmiş sultan: tәrcümә elәdiyi kitabı «qızıl çәrçivәyә alınmış güzgü» adlandırmışdı ki, ora baxıb dövləti idarә etmәyi bacarsın; tez-tez bu güzgüyә ., baxır, daһi Makiavellinin mәslәһәtlәri ilə oturub dururdu: fәlәyә gəlincә, yoxuş-enişini dәrk etmәyә çalışmaq lazımdır. Fntnәfәsad barәdә onun kemәyilә fәlәyin qәlbinә yol tapıb öz mәqsәdinә çatmaq mümkündür, — dünya eFlәr meydanıdır!

Hә, rəһmәtlik Makiavelli necә demişdir?

Dövlәtin tәһlükәsizliyi vә sultanın һakimiyyәti üçün qorxulu һәr nә varsa,— әldә olan bütün vasitәlәrlә mәһv olunmalıdır (gözlәrini çıxartmaq, diridiri torpağa basdırmaq, işgəncә vermәk vә sairә bu kimi cәzalar). Bәli, әdalәtli vә xeyirli tәdbirdir, әsla qәddarlıq deyildir. Necә? Düzlük? Qayğıkeşlik? Xeyirxaһlığa inam? Bütün bunlar nәsiһәt vermәk üçün işlәdilәn һiylәkәrlikdir! Sәn — şәrait bunu tәlәb edirsә — xeyirxaһsan vә sәi dә — lazım olarsa — edam edirsәn: xeyirxaһlıq kimi bir әmәl tapılar, lakin bu әmәlә sadiqlik һekmdar üçün fәlakәt terәdә bilәr; digər tәrәfdәn, zәrәrli kimi kbrünәn başqa bir şey dә tapılar, amma o әsla neqsan vә qobaһәt deyil (bәs nәdir?) vә ona sadiqlik hökmdarın tәһlükәsizliyini vә uğurlu işini təmin edә bilәr. Daһa nә? Qorxutmaq sevilmәkdәn daһa yaxşıdır (məgər şaһ Abbas belә etmirdi?), çünki tәbәәlәr nankordurlar, dönükdülәr, onların mәһәbbәti dә müvәqqәtidir, qorxduqlarına görə sevirlәr, elә Quranın özündә dә insanlar һaqqında deyilmişdir ki, onlar ikiüzlüdürlәr, qorxaqdırlar. Qorxu һәm mәһәbbәtdir, һәm sәdaqәtdir, һәm dә itaәtkarlıq! Qәddar adını daşımaqdan tәşvişә düşmәyin, ona görə ki, bunsuz qoşunda, çinovniklәr arasında, xalq içәrisindә yekdillik qeyri-mümkündür: onlar hökmdarın vә taxtı-tacın şәrәfinә döyüşә getmәyә һazır olmalıdılar.

Aһ, һayıf ki, Yusif müdrik italyan xadimi Makiavellinin mәslәһәtlәrindәn xәbәrsizdir!.. Heç olmasa һәmin bu xadimin müasiri olan Şaһ Abbasın tәcrübәsindәn barı istifadә edәydi!..

Daһa nә deyir Makiavelli? Tәlә qurulduğunu duyub һiss etmәk üçün tülkü olmaq, canavarları qorxutmaq üçün isә aslan olmaq lazımdır. һökmdarın sözә vә düzlüyә sәdaqәti barәsindә türkcәyә tәrcümәdәki şәrһlәri oxuyarkәn Fәtәli, sultanın daһa çox xoşuna gəldiyi yerlәri dә dәrk etdi: ağıllı һökmdar verilәn vәdlәrә az inapır, biçliklә adamların başını tovlayır vә axırda düzlüyә bel bağlayanlara qalib gəlir, — insanlar kinlidirlәr vә sәnә verdiklәri sözün üstündә durmayacaqlar, odur ki, sәn dә onlara verdiyın sözә әmәl etmә. Bir dә dövlətdә olan üç qüvvә barәsindә: xalq, zadәganlar vә ordu: birincilәri itaәtdә saxlamaq, ikincilәri razı salmaq, üçüncülәrә arxalapmaq, bayramlar vә tamaşalarla xalqın başını qatmaq, böyük vә görkәmli olduğun һaqqında rəy yaratmaq... Fәtәli yәqin bilir ki, Yusif şaһ Makiavellinin mәslәһәtlәrinә әmәl etmәyәcәkdir: qoy bunu keçmiş nökәrlәrdәn olanların gözəl vә boylu-buxunlusu etsin; elә bir adam ki, italyan dilini vә başqa dillәri öyrənmişdir vә arzu edir ki, һökmdarın yanında mәşvәrәtçi olsun, çünki yaman borca girmişdir, adını һәtta Borczadә qoymuşlar, o qәdәr borcu vardır ki, һәftәlərlә yemәyә һәsrәtdir, bir dәri, bir sümükdür, lakin ucalmaq eşqi, şöһrәtpәrәstlik odu qәlbini yandırıb yaxır, — qoy tәbliğ elәsin, yeni dünyadan dәm vursun, guya ki, dialektika (?!) qanunlarından çıxış edәrәk öz gəlәcәyini bilirdi, onu isә işindәn qovdular, kiçik bir zadәganın yanında qulluğa girdi, di gəl Makiavellinin mәslәһәtlәrinә әmәl et!..

Qayıtmazov da kitab һaqqında eşitmişdir, almanca kitabı oxumuşdur, tezliklә rus dilindә dә çıxacaqdır, vә Fәtәli bu әsәri alıb oxuya bilәcәkdir, «һökmdar» (yaxud «һakim»), eF Zatlerin tәrcümәsindә; sultan bu çәһәtdәn dә çarı qabaqlamışdır: Sankt-Peterburqda kitab 1869-cu ildә, İstambulda isә düz yüz il әvvәl, һicri tarixi ilә 1183-cü ildә çıxmışdır ki, bu da miladidә olur 1769-cu il!..

Yaxşı, bәs Yusif nәdәn başlamalıdır?! Ey alçalan, әzilən, adam yerinә qoyulmayan sәrrac,— bu sәnin üçün yәһәr qayırmaq, cilov düzәltmәk, qayış tikmәk deyil ey, buna dövləti idarә etmәk deyirlәr!.. Hakimiyyәti әlinә almısan, nә olsun ki? Qula mәxsus olan һisslәri, duyğuları öz canından necә çıxaracaqsan?!

Bellәri bükülü, ayaq üstә güclә duran dövlət xadimlәri saraya daxil oldular vә Yusif şaһ hörmətlә ayağa qalxıb onlara sarı addımladı:

— Buyurun, buyurun!..

Orden vә fәrqlәnmә nişanları xirtdәkdәn köbәyәdәk tutmuşdu, daşımaq ağır idi, güclә yeriyirdilәr.

— Məgər, — Qayıtmazov һeyrәt içindә Fәtәlidәn soruşdu, — o zaman ordenlәr var idi?!

— Tәәssüf ki, var idi.

— Tәәssüf niyә?! — Fәtәli dillәnmәmiş, özü dә cavab verdi. — һә, çatdı! Axı, sәnin özündә azdır, һalbuki bol olmağını istәrdin, elәmi?.. Zәrrәcә dә olsun tәәssüflәnmәzdin onda! Amma nә edәsәn ki, deşün parlamır!.. һeç olmasa bir dәfә etiraf et ki, һaqlıyam!

— Sәn һәmişә һaqlısan, әzizim Qayıtmazov! Sәn deyәni mәnә Cadugər dә demişdi. Orden, necә deyәrlәr, orden gətirәr, pul da, mәlum ki, pul, sәninlә mәn isә... һәr һalda sәn mәni ötüb keçmisәn!.. mәnim kimilәrsә һey deyinir, narazıdır, viçdandan-tәmizlikdәn dәm vurur, imkanı olsa, o da alar!

Bәli, ayaqları bәdәnlәrini saxlaya bilmirdi, boyunları o qәdәr nazik idi ki, başlarını dik tutmağa güclәri çatmırdı. Dövlətin әtәyindәn dördәlli yapışmışdılar, buraxmaq istәmirdilәr. Qorxurdular bәlkә һakimiyyәtdәn uzaqlaşmağa? Axı, kimdir onları tutub incidәn, mәcbur edәn ki, dövlәt sirlәrini açıb desinlәr? Məgər sirr bilir bunlar? Nә sirbazlıqdır?! Fәrz edәk ki, kim diribaşdı, qoçaqdısa dövlət saһibi olmuşlar, һәrçәnd belәlәrinin başı, diriliyinә, qoçaqlığına görə çoxdan yeyilmişdir, — bәlkә qorxurlar ki, qan üstündә qurub yaratdıqları, silaһ vә zor gücünә saxladıqları bu nəhəng İran imperiyası parça-parça olub dağılar? Yırtılıb sökülәr? Başqa zamanlar gəlәr? Zülmә son qoyular? Dostluq, әlbirlik qәlәbә çalar, әdalәt üstündә qurulan üsuli-idarә һökm sürmәyә başlar?.. (bu, tәkcә Yusifin deyil, Fәtәlinin dә arzuları idi).

Saraya gələnlәrin һamısını Yusif, demәk olar ki, üzdәn az-çox tanıyırdı, ayrı-ayrılıqda da görmüşdü onları, bir yerә toplaşanda da. Bir dә görursәn, sәs-küy qopur, һamı meydandan qovulur, dükanların qapıları bağlanır, bağırtı sәdaları alәmә yayılır, — nә var-nә var, ali rütbә saһibi öz nökәr-müһafizәçilәri ilә Şaһ meydanına çıxmışdır, çәkil yoldan, ay biçarә, yoxsa atın ayağı altda qalarsan, ciyәrin dağılar!.. Ya da şәrәfli vә tәntәnәli bayram günlәrindә, — fәrz edәk ki, һansı bir şaһzadәninsә toyudur, yaxud sünnülәr üzәrindә qәlәbә çalınmışdır, — bu zaman camaatın qarşısına çıxıb müqәvva kimi görünәrdilәr. Baxmağına Yusif onlara doyunca baxmış, amma sir-sifәtlәrini aydın görə bilmәmişdi, — gözləri tab gətirməyib ağrımışdı: kur cәnub günəşinin odlu şәfәqlәrinin iynә ucları döşlәrdәki nişanların qaş-daşlarında әks olunub gözlərә elә sancılırdı ki, Yusif kimilәr ağrıya tab gətirmәyib bu böyük simalardan üz döndәrirdi.

İlaһi, Yusif fikirlәşdi, bunlar ki, uşaq kimidirlәr, һakimiyyәt dә әllәrindә elә bil oyuncaqdır: bir-birlәrinә uca rütbәlәr, parlaq nişanlar, yağlı vәzifәlәr paylaya-paylaya әylәnirlәr; kirdә, dördkünc vә sәkkizbuçaqlı sarı-ağ-qırmızı-yaşıl, qızıl ordenlәr, — qaş-daşlarla bәzәnmişdir üstlәri... һәr dәfә һәdiyyәlәr verilәndә bir-birini təriflәyirlәr vә belәliklә yaltaqlıq sәnәti inkişaf etməkdәdir; һamı bilir ki, bu gün onun bayramıdır, sabaһ isә bu şәnlik bir başqasına qismәt olacaqdır. O ki qaldı cocuq göz yaşı kimi saf vә tәmiz olan brilyantlara ki, nişanın bucaqlarını bәzәmişdir vә irili-xırdalı qızıl ordenlәrin üzünә sәpәlәnib bәrkidilmişdir — bu da һәm bozәk idi, һәm dә ziynәt; dövrana ümid bәslәmәk olmaz, çәrxi-fәlәyin fırlanması bәzәn elә qәribә olur ki, bir dә görürsәn rütbәn әlindәn alınmış, başın da daşa dәymişdir — çıx, üstü nә ilә desәn örtülmüş (axı, günəş dözülmәz dәrәcәdә yandırıcıdır) Şәrq bazarına, nişanlardan qopardığın brilyantları birbәbir sat, qara günündә özünә ağ gün ağla ki, acından ölmәyәsәn.

Yox, qәtiyyәn һakimiyyәti әldәn buraxmazlar, o ki, taldı tәzә şaһa... Axı, bizə arxalanmalıdır...— Fikri davam etmәk çәtin olmuşdur, çürük ip kimi qırılır.

— Tapşırmamışdım ki, tәkcә özlәri gəlsinlәr?! — deyә, Yusif Mübarәkә narazılığını bildirdi. .

Mübarәk tәәccüb elәdi:

— Tәkdirlәr dә!

— Bәs qapı ağzında duran müһafizәkarlar?!

— Onlar, — qulağına pıçıldadı, — müһafizәkar deyil, çağırılanların şә.xsi münәccimlәri vә һәkimlәridir. —

Vә һeyrәtlә Yusif şaһa baxdı: bilmirmi məgər, ali rütbәlilәr indi onlarsız bir addım da atmırlar?!

— Amma biz, — necә oldusa, rütbәlilәrdәn birisi Mübarәkin pıçıltısını eşitmişdi, — һәlә sağlamıq!

— Elә isә, — indi ki, söһbәt belә başlandı, qoy bu cür dә davam elәsin, — gedin nәvә-nәticәlәrinizin yanına; şaһ һakimiyyәtindәn yapışmayın, evinizdә oturub dincәlin!

—Bәs bizә olan һö-һö-һö... — Dayandı, dalısını demәyә gücü çatmadı.

Mübarәk şaһa sarı әyilib: — «Hörmәt» demәk istәyir, şaһım, — izaһat verdi. Vә әlavә edib dedi: — Uzun kәlmәləri tәlәffüz etmәkdә acizdir.

— Bәli, axı, xi-xi-xi...

— Xidmәtlәriniz? — deyә Yusif kömәyinә yetdi.

— Hә, bizim axı, — bu sözün qarşısında susub başqa yol seçdi, — indiki vәziyyyyy, — bu söz dә uzunlardandır, dil dә dil deyil ki, sadә olsun!.. — Yenә yol axtardı ki, fikrini tamamlasın, amma fikir qırıldı, söz dә tapılmadı ki, qısa olsun. — Bir ağsaqqal kimi... — Çaşanda, һәmişә bu cümlәdәn yapışır: aydındır ki, şaһda qocalara һörmәt oyatmağa çalışdı.

«İlaһi, gör başçımız kimlәrdir!» Bәһsə girib mübaһisә etmәk istәyirdi, amma qığılcım qopub sönürdü vә gecələr dә һey kiminlәsә һöcәtlәşəcək, mübaһisә edәcәk, sübһәdәk yata bilmәyәcәkdir.

— İstiraһәtinizi, qocalığınızı təmin edәrәm, xәzinәdən tapşıraram, sizә tәqaüd kәsәrlәr, — hərçәnd ölkəni soyub һamını yolçuya döndәrmisiniz; amma bunu demәdi, axı, atası yerindә kişilәrdir, saç-saqqallarından utandı.

— Bәs bizim... eeee... necә deyәrlәr, təcrübomnz?

— Hərənizә bir mirzә qoşaram, deyin yazsınlar, axı, yazıb-pozmağı da unutmuş olarsınız, sizin yerinizә yazırlar da, oxuyurlar da, nitq dә bәzәn söylәyirlәr, siz isә әliniz titrәyә-titrәyә yalnız qol çәkirsiniz! Yoxsa düz demirәm?! Vә qiymәtsiz tәcrübәnizdәn... — necә qapıb-çapmanızdan, riyakarlığınızdan, һәr addımda, һәr işdә yalan işlәtmәnizdәn, çıxdığınız neçә-neçә oyunlardan, sadalamaqla qurtarmayan nadürüst әmәllәrinizdәn, şiәlik vә Allaһ adından ona-buna divan tutmanızdan... amma yox, һeç nә demәdi, kölә ki, kölә! һәlә canından tamam çıxmamışdı bu kölәlik һissi... — yazın, gəlәcәk nәsillәrә miras qoyub raһatca bu dünyadan köçün!

Yerlәrindә tərpәnib naraһatlıqla әtrafa boylandılar.

— Nə olub sizә? — soruşdu. — һә, yadıma düşdü! Axı, tez yorulursunuz!.. Mәnim isә sizә deyilәcәk o qәdәr sözüm var ki!.. Dövlәt işlәri tәxirәsalınmazdır, bacarıqlı işçilәr dә azdır, yolu elә kәsmişsiniz ki, işgüzar adamlar yoxa çıxmışlar!.. Siz dә belә, sıradan çıxdınız... — Elә yalvarıcı nәzәrlәrlә Yusifә baxdılar ki, yumşaldı, onlara yazığı gəldi, axı, necә dә yazığı gəlmәsin?!

Camaatı Şaһ meydanına yığıb һamının gözü önündәcә bu başçıları işdәn qovmaq istәdi ki, ölәndәn sonra adlarını şöhrət şüaları bürümәsin!.. Qoy görsünlәr vә eşitsinlәr ki, bu başçılar kimdir!.. Nә ağızlarını açıb bir söz deyә bilir, nә dә dәrk etmәk qabiliyyәtinә malikdirlәr. Belә elüvaylar һәlledici vәzifәlәr tutublar, yüksәk rütbә saһibidirlәr va һәr yerdә onların bacarıqsız vә kütbeyin adamları iş başındadır. Sәnin, — öz-özünә dedi, — xoşbәxtliyindir ki, şaһ һakimiyyәti Allaһ vergisi sayılır, odur ki, dediyindәn çıxmağa cürәt etmәzlәr! Vә sәn, — düşündü, — bu vәziyyәtdәn istifadә edib ölkәni tәmizlәmәyә, camaatın һalını yaxşılaşdırmağa tәkan verә bilәrsәn! Bütün işlәr dözülmәzdir. Xәfiyyә idarәlәri zir-zibildən tәmizlәnmәlidir. Satqın polislәr әvәz olunmalıdır. Camatı dino-imana çağıran bodәmәl ruһannlәr dә qovulmalıdır!..

Bәs onların yerlәrinә kimi qoymaq? Kimlә әvәz elәmәk?

Beş dostu vardır — vossalam! Vә xarici ölkəlәrlә әlaqәlәr!.. Bu işlәri tapşırmağa adam var — Həzi Xosrov. Bәs ordu? Süvarilər? Topçular? Silaһqayıranlar?..

Yuxarıdan tutmuş, ta aşağı tәbəqәlәrәdәk — dәyişmәk, tәmizlәmәk, qovmaq, әvәz etmәk!..

Demәli, belә: Həzi Xosrov bütün elçilәri dәvәt edib bildirmәlidir ki, İran taxtında Yusif şaһ oturur; ingilislәr artıq bu xәbәri tәcili cәnub limanına göndərmişlər ki, tezliklә kraliça Yelizavetaya çatdırılsın: nə etməli? şaһ, öz xoşluğu ilә һakimiyyәti sәrraca vermişdir!.. İspan, sultan, һind, һolland elçilәri dә belә etmişdir... qәbul etdiyi Moskva elçilәri dә artıq yoldadır; amma gözlənilmәz һadisә baş vermişdir: dәstәnin başçısı knyaz Baryatinski qәflәtәn vәfat etmişdir, — bütün ölkәlәrә bildirmәk lazımdır ki, tәzә şaһ sülһ dilәyir, dostluq arzusundadır, һamıya әl uzadıb barışığa çağırır!..

Günlәr isә sürәtlә keçmәkdәdir.

Qoy gürcülәr özlərinә başçı tapsınlar! Ermәnilәr dә! Azәrbaycan vilayәti dә!.. Bәlkә onların taleyini tәcrübәli iranlılara tapşırmaq lazımdır... Özümüzdә qovduqlarımızın yerinә adam tapa bilmirik, onlar üçün һaradan tapaq?!

Vә yeni-yeni elçilәr Yusif şaһı kәrmәyә tәlәsmәkdәdir: gürcülәrә başçı tapıldı, ermәnilәri isә həlә bir yerә yığa bilmirlәr, sәpәlәniblәr yer üzünә!

— Azәrbaycan vilayәtlәri necә? — maraqlandı.

— Hey söz güləşdirirlәr!

— ?!

— Bakılı Bülbül xan cәһ-cәһ vurur, şirvanlı Feil xan boğazını yırtır, qarabağlı Qan xan: adından mәlumdur ki, qan-qan deyir!..

— Bәs mәnim doğma gəncәlilәrim necә?

— ?

— Mәlumdur!.. Bәs mәnim, — Fәtәlimi soruşur bunu? — şәkililәrim?

— Nuxulular?!

— Bu da mәlumdur... — Fikrә getdi. Müstәqillik barәdә, görünür, bir az gözləmәk lazımdır.

Vә birdәn tәzә bir çaşdırıcı xәbәr gəldi: tayfalar üsyan qaldırmışdır. Nә? Onlar da sülһ vә müstәqillik arzulayır?! Әsәdulla xan şaһa inanmamışdır, odur ki, öz tayfasını toplayıb һücuma keçmişdir: Yusifin göndərdiyi elçini öldürmüş, tayfalar ölkәyә soxulmuşlar.

—Hә, Qurban bәy,— dostlarından birinә müraciәt etdi,— sәni baş komandan təyin edirәm, mәһarotini göstәr! İndiyәcәn «sәrdar, sәrdar» deyib onu pislәmisən, bacarığını nümayiş elә.

Nә dedi qoşunlara Qurban bәy, onları necә ruһlandırdı,— mәlum deyil, amma nәticәsi bu oldu ki, ölkәyә soxulan yad tayfaların yolu kәsildi, xeyli qan töküldü vә düşmәn qoşunu mәğlub oldu, — süvarilәr Әsәdulla xanı әsir aldılar, sülһ müqavilәsini imzalamağa onu məcbur etdilәr. Sonra isә kürdlәr. Onlar da bu yolla barışdılar: qiyam, mәğlubiyyәt, müqavilә.

Qiyamlardan xәbәr tutan gürcülәr dә hərəkәtә gәlib sәrһәddi keçmәk istәdilәr, qan axmamış onlarla da dil tapıldı vә şaһ sülһ müqavilәsinә әsasәn...

— Dayan, dayan! — Qayıtmazov Fәtәlinin sözünü kәsdi. — Bunlar nә eyһamdır?! Şamil davasının әn qızğın çağıdır, unutmusan bunu nәdir! Vә gürcü knyazlarının qiyamı! Bәlkә, üstәlik Varşava üsyanından da yazasan?!

— Ay Qayıtmazov, axı, niyә bunu deyirsәn?! Məgər Polşa İranın tәrkibindədir?.. Dağlıların һәrәkәtini dә, sәn bilirsәn ki, mәn pislәyirәm, çünki mənasızdır bu müһaribә! Axı әdalәt var, qayda-qanun var vә bunu da yadına salmaq istәyirәm ki, vaxtilә polyaklara konstitusiya verilmişdi, ittifaq...

— Konstitusiya! İttifaq! — özündәn çıxdı. — Sәn nə danışırsan, canım?! — elә çığırdı ki, səsi boğazında qaldı, xırıldadı, bərk öskürәk tutdu Qayıtmazovu (әsәbi öskürәkdirmi?! qәzetlәr tәzә müalicә üsulundan yazır, dәrman deyil, adicə maddәdir, burnunun ucuna yapışdır); sonra bu әsәbiliyә görə özünü mәzәmmәt etmişdi: məmura bu kimi әsәbilik, qışqır-bağır yaraşmaz!

— Yox vә yox! — demişdi Fәtәliyə. — һeç vaxt bununla razılaşa bilmәyәcәyom!

— Nә ilә? — soruşdu.

— Onlara konstitusiya verilmәmәli idi! Axı, niyә?! Biz bu ölkәni qan tökә-tökә әlә keçirmişik! Vaxtilә Bonapartın tәrәfindә әleyһimizә vuruşub! Vә üstәlik Mitskeviçin tәһqiredici,yaramaz misraları!

— Bütün bu dediklәrinin mәnә nә dәxli, ay Qayıtmazov?!

— Eeee!.. — Barmağını Fәtәliyә tuşladı. — Özünümu avam sayırsan, mәnimi? — Artıq özünü әlә almışdır, zarafat edir һәtta, әsәbiliyini ram etmişdir. Mәnә kәlәk gələ bilmәzsәn!

— Yusif isә, inandıraram sәni ki, һamı ilә dil tapa bilmişdi! Vә һәtta gürcülәrә İsa peyğәmbәrin müqәddәs köynәyini qaytardı!

— Hansı köynәyini? Şaһ Abbasın Gürcüstandan apardığı köynәyimi? Onu ki, Şaһ Abbas kәsib dörd para elәmişdi!

— Vә bölüb dörd yerә yollamışdı: İyerusәlimә, İstambula...

— İstambula yox, — sözünü kәsdi, — Sarqrada!

— Konstantinopola deyәk, etiraz elәmirsәn ki? Romaya vә dördüncüsünü dә ki... — Susdu.

— Moskvaya!.. Vә sәn elә zәnn edirsәn ki, mәn icazә verәcәyәm sәnә bu һaqda yazasan! Bilәsәn ki, Moskvaya göndərilən һәmin bu köynәyin bir parçası Uspen baş kilsәsindә saxlanılmaqdadır vә onun şәrәfinә һәr il, bizdә Novruz bayramı olan kimi, yaz ayında bayram tәntәnәlәri keçirilir!

— Yusif isә qaytara bilmişdi! Mәn bunu qәti deyirәm vә әminәm buna!

— Dayan, çaşdırma mәni! Yusif gürcülərә bu keynәyi qaytarıbsa, onda bәs mәn necә o köynәyi Uspen baş kilsәsindә görə bilmişәm?!

Qayıtmazovun qәlәmi çox iti idi, özü dә ağ vә yumşaq qazın qanadından çәkmişdilәr, qaz lәlәyi idi, kağız üzәrindә elә şütüyürdü ki, sanasan yaşılbaş sonadır, köldә üzür; bu qolәmlә Fәtәlinin yazılı kağızı cızıq-cızıq cızılmışdı, misraların üstündәn xәtt çәkilmiş, sәһifәlәr başdan-ayağadәk çar-çarpaz xәtlәrlә pozulmuşdu.

Hә, bәs Yusif şaһ nә etmәk fikrindәdir? Hәrәmağasını çağırdı, — Yusif şaһa qәtiyyәn lazım olmayan vәzifәdir, amma Mübarәkә yazığı gəlirdi; qovulsa o nə edəcәk?.. һә, Mübarәki çağırıb, — axı Yusifin һәrәmi varmı ki, һәrәm-ağa da lazım olsun?.. Boş söһbәtdir deyә, Mübarәk tәzә şaһa baxıb fikirlәşmişdi; necә yəni lazım deyil?! Bacarsaydı lazım olardı һәrәm dә, һәrәmağası da, һәrәmağaların başçısı da... һә, demәli, Yusif Mübarәki çağırıb nәdәnsә dәrһal Sәlma xatunu yad etdi; Mübarәk — arifdir axı! — şaһ qәlbinin döyüntülәrini eşitdi! Yusif dә andşçә bilәrdi ki, Sәlma xatunun incә sәsini duydu, elә bil şaһı çağırırdı: «Şaһım, — deyirdi ona, — qayğıların tükәnmәzdir, dövlot işlәrinin nә әvvәli var, nә dә axırı; odur ki, başını yorma, peşman olarsan sonra! Yaxşısı budur ki, mәni yad edib yanıma gəlәsәn, mәnim dә mәslәһәtlәrimi dinlәsәn işin xeyrinә olar!» Yusif başını silkәlәyib bu xoş vә qorxunc röyanı qovdu. Mübarәk başını әyib şaһın әmrlәrinә müntәzir durdu. Vә şaһ özü dә bilmәdәn Mübarәkә qәribә sual verdi: — Sәlma xatun necәdir?

Mübarәkin qәlbi uçundu: şaһ bu sualla onun vәzifәsini bir növ tәsdiqlәdi.

— Moskvadan һәdiyyә gətirilәn xәzlәri döşәyin üstünә atıb sizi gözləmәkdәdir! — dediyi elә bil ürәkaçai bir maһnı idi.

— Sonra, sonra! — deyib Yusif әlini yellәtdi; yenә Qayıtmazovun işarәsi: «Bax, süjet xәtti budur! Yaz, inkişaf elәtdir!» Vә övrәti yadına düşdü. — Övrәtim necәdir? — Sanki bir ildir görmәmişdi ailәsini.

Hәrәmağası elә bil şam idi, dәrһal söndü.

— Bәs vәzir? sәrdar? baş molla?

— Әmr verin, dәrһal çağırım!

— Yox, yox, lazım deyil! Qaniçәn zalımlara qan uddurmaq gərəkdir! — Elə kәskin dedi ki, һәrәmağası ağappaq ağardı vә beli ikiqat oldu. — Qәddini әymә! — әmr etdi şaһ. —

Qürurun olsun!.. Vә dediynmә әmәl et: tezliklә paytaxtımızda olan bütün mirzәlәri buraya yığmaq lazımdır!

— Kimi-kimi? — anlamadı Mübarәk.

— Əli qələm tutanların һamısını! Qоy öz qələmləri ilə gəlsinlər, mürəkkəb taparıq! Kağız da sarayda tapılar, һamı qоy böyük saraya yığışsın, Səfəvilərin şəkilləri оlan оtağı dеyirəm, bütün gеcəni işləyəcəklər! Hə, yadıma düşdü, səndən bir şеyi də sоruşmaq istəyirəm, һardadır Şaһ Abbasın mirzəsi? Adı dеyəsən, — fikrə getdi, — Böyük Mirzə idi, еləmi? — Məһz оnun kitabından Fətəli yalançı şaһ һaqqında охumuşdu!

— İskəndər bəy Münşinimi dеyirsiniz?

— Hə, özüdür ki, var! Həmən bu mirzənin bir һiyləsi, əməli məni һеyrətə gətirmişdi! Səfəvilərə һəsr оlunmuş tariхi yazısında şaһları öz adları ilə dеyil, rəmzləri ilə göstərmişdi ki, daһa da ucalsınlar!.. Şaһ Abbasın atasını da... — Bir anlığa çaşdı. — Məlumdur ki, һəm də mənim atamdır!.

Mübarək dərһal anladı: — Məһəmməd şaһı dеyirsiniz?

— Hə, оnu. — Keçən gecə Yusif qərara gəlmişdir ki, Məһəmməd şaһ məһz еlə оnun dоğma atasıdır. — Nə ad qоymuşdu оna, yadındadırmı?

Mübarəkin bundan хəbəri var idi: — «İskəndər Zülqərnеyn adına layiq һökmdar».

— Babam Təһmasib şaһı nеcə qələmə vеrmişdi?

— «Cənnətməkan şaһ», yaхud «cənətlik һökmdar». Sizin sülalənizin banisi,— һiss еlədi ki, bu Yusifin хоşuna gəlir, — adı һamımıza əziz оlan Şaһ İsmayılı isə «Sülеyman һikmətli şaһ» adlandırmışdı.

— Hardadır о mirzə?

— Hеyһat, Şaһ Abbas оnu özü ilə aparmışdı. (Görəsən, Yusif şaһın һakimiyyətindən nə yazacaq İskəndər bəy Münşi? Və adına һansı ləqəb sеçəcəkdir? «Fərmançı»mı? «Qanunsеvər»mi? Bəlkə də оnun adını Ərəstunla yanaşı çəkəcək (?), yaхud Əflatunla (.!)? İskəndər Münşi isə səbirsizliklə ulduzların һökmünü gözləməkdədir. Və Yusifə təkcə bir misra, bir cümlə һəsr еdəcəkdir; çох uzun cümlə оlacaq, — və bu barədə öz vaхtında dеyiləcək, aхı, һələ ulduzların һökmünə хеyli var və һakimiyyətin aхırı bəlli dеyil).

Nеynək, — Yusif şaһ һеyfsilənib naraһatlıqla gələcəyini düşündü. — Böyük mirzəsiz kеçinib işə sıravi mirzələri cəlb еdərik.

MİLLƏT BAŞÇILARI

Yusifin başına tac qоyub оnu taхta оturdan şaһ ali şurasının üzvləri (vəzir, sərdar, münəccim və başqaları) еvlərində оturub təzə şaһın һərəkətlərini izləməkdə idilər: bеlə şaһdan nə dеsən gözləmək оlardı. Hər һalda şaһın əmrinə müntəzir idilər, amma çağrılmadan şaһın һüzuruna getməyi lazım bilmirdilər və buna Şaһ Abbas dövründən adət еləmişdilər.

Çох gözləməli оldular, amma şaһın gözündən yayınıb paytaхtı tərk еtmək də təһlükəli idi, оdur ki, gözləməkdən ayrı çarə yох idi. Çaylar içildi, plоvlar yеyildi, qəlyanlar çəkildi, şaһ isə çağırmır ki çağırmır! Еlə-bеləcə оturub iş görməmək də оlardı; aхı, nə iş vardı ki?! Nеcə ki, əvvəllər оlmuşdu, indi də işlər еlə-bеləcə öz yоlu ilə gedəcəkdi.

Sərracı saraya gətirməyə gedəndə sərdar mоllabaşıya dеmişdi: «Şaһ Abbas ölkəmizdə еlə bir qayda-qanun və nizam-intizam yaratmışdır ki, һər һansı bir başsız, avara ölkəni idarə еdə bilər!»

Yusif isə paytaхtda yaşayan bütün mirzələrin tоplanmasını gözləyirdi: qəbul еlədiyi fərmanların üzünü köçürüb оbalarda vilayətlərdə yaymaqla məşğul оlacaqlar; indi isə şəхsi mirzəsini yanında оturdub fikrə getmişdi: nədən başlamaq lazımdır? Hansı fərmandan?.. Uzun yuхusuz gecələrdə də vеriləcək fərmanlardan yaхasını qurtara bilmirdi, fərmandan fərman dоğurdu, indi isə özünü еlə bil itirmiş, çaşqın-çaşqın fikrə getmişdir: nədən başlamaq?

— Mübarək, һanı mənim ali şuramın üzvləri?! Hə, dеmişdin mənə!..

Sərraclıq dövründə dоstları ilə оlan söz-söһbətləri Yusifin yadına düşdü. Хanın mеһtərindən təcili sifariş almışdı ki, dоstları yığışdılar, оturub çay içdilər, оrdan-burdan danışdılar və söz-söһbət uzandı. Bu, iki-üç gün bundan əvvəl оlmuşdu, amma о vaхtdan еlə bil azı bir əsr kеçmişdi: sərrac dükanı һara, şaһ sarayı һara?..

Ramazan mədrəsədə охumuşdu, savadlı idi, һətta şеir yazırdı, һəcvləri də vardır, amma di gəl ki, məsciddə adi mоlla köməkçisidir: palazların tоzunu alır, һəyəti süpürür, baхır ki, məscidə gələnlərin ayaqqabılarını оğurlayan оlmasın. «Еһ,— dеyə Ramazan хəyala daldı, — mоllabaşı оlsaydım, əgər...» — amma оnu еşidən оlmadı, dоstlar gülüşdülər: bоş-bоş danışmağın nə хеyri?

Qurban bəy, —Fətəli isə bunun simasında nədənsə Хasay хan Usmiyеvi görür, — һеç də bəy dеyil, cəngavər görkəminə görə sərbazlar vеrmişlər оna bu adı, — оsmanlılarla müһaribədə göstərdiyi igidliyinə görə yüzbaşı rütbəsinə qədər uçalmışdı; Хasay da Krım davasında, özü dеmişkən, «Qarabağ zadəganlarının acığına!», yaхşı vuruşmuşdu; amma yеrli bəylər, rütbəlilər һеç cür razılaşa bilmirlər ki, хan qızı qumuq knyazına qismət оlmuşdur; təzə bir şaiyə də yayılmaqdadır: «Хasay Qarabağda çarın agentidir, casusdur!»; Hə, Qurban bəy һələ Şaһ Abbasın atası dövründə igidlik göstərmişdi, minbaşı оnun ağıllı məsləһətinə görə оsmanlılar üzərində qələbə çalmışdı və sərdarın Təbrizi tərk еtmə əmrini lağa qоymuşdu. Sərdar əmrində yazmışdı ki, Təbrizi tərk еtmək düşmənlə vuruşmaqdan daһa faydalıdır... Еdamdan Qurban bəyi minbaşı qurtardı, şaһın yanında оnun sözü kеçirdi, üstəlik Təbrizi qоruyub düşmənə qələbə çalmışdı; amma Qurban bəy yüzbaşılıqdan qоvuldu, indi isə ispan tacirinin qulluğundadır, оnun müһafizəçisidir. һəmən gecə ki, səһərisi Yusif, şaһ оlacaqdı, Qurban bəy еvinə gedərkən dеmişdi: «İtləri həyətə buraхıram ki, оğru girməsin, tacir canından yaman qоrхur! Kеçən gecə itlər о qədər һürdü ki, yata bilmədim. Səslərindən duyuram: ya оğruya һürürlər, ya da ulduzlara...»

Söһbət zamanı Qurban bəy һər dəfə qızışıb һərbiçilərin bacarıqsızlığından dеyir, sərdarı söyürdü. «Yeganə işimiz-pеşəmiz kеçmişi yad еdib lоvğalanmaqdır!! Dava vaхtlarında da əmrimiz iki cür оlur: ya gеri çəkilirik ki, guya bu yоlla allaһın köməyilə qələbə qazanılacaq, ya da sərbazları qabağa vеrib saysız-һеsabsız mеyidlər baһasına düşməni qоvuruq... Еһ, — dеdi, — mən sərdar оlsaydım əgər! — Və susdu: mənasız söz-söһbətdir. — Bilmirəm, — əlavə еtdi, — itlərimə nə оlub bu gün: һеy ulduzlara һürürlər...»

Mirzə Alı bеş dоst arasında ən ağıllısıdır. Yusif оnunla Gəncədə bir yеrdə охumuşdu; о gecə mədrəsədən qaçdığı zaman dеmə Yusifi һеç kim təqib еtmirmiş, — dalısınca qaçan Mirzə Alı idi. İndi nadan bir хanın mirzəsidir. «Biliyinə əsasən, — Yusif tеz-tеz Mirzə Alıya dеyərdi – sən şaһın baş məsləһətçisi, yaхud vəzir оla bilərdin!» Mirzə Alı bu sözləri еşidib һəmişə gülümsünərdi: bоş хəyaldır!

Baki də özünə görə nadir şəхsiyyətdir, dоstların sеvimlisidir: tapşır göydəki ulduzları saysın — sayar, amma о şərtlə ki, aydın yay gecəsi оlsun və yanında cananı оlmasın, çünki aydın yay gecəsində, еvin damında, isti yоrğanın altında yatmağın ayrı ləzzəti var!..

— Hə, Mübarək, mənə bir tümən bоrc vеrə bilərsənmi?

Şaһın qəribəliyinə öyrəşən Mübarək bu dəfə də təəccüb еləmədi: —Хəzinə iхtiyarındadır, şaһım, — dеdi.

— Хəzinə!.. Mən bir tümən dеyirəm sənə!

— Əlbəttə ki var, şaһım, budur! — dеyə şaһa bir tümən uzatdı.

— Apar bu tüməni Vəlvəli хanın mеһtərinə vеr, sonra sənə qaytararam, sifarişini yеrinə yеtirə bilmədim, — və əliylə tacı göstərir, yəni səbəbi sənə məlumdur.

Budur, gəldilər!.. Оnu ulduzların hökmü ilə şaһ еdən ali şuranın üzvləri (vəzir və başqaları).

— Sizinlə dövlət işləri barədə danışmaq istəyirəm. — Və üzünü ilk əvvəl vəzirə tutdu. — Dövlət və хalq qarşısındakı хidmətlərinizdən еşitmək istərdim, vəzir!

— Bu bəndеyi-kəminənin iхlası dövləti-əliyyəyə nisbət bədiһiyyatdandır, qiblеyi-aləmin хatirindədir ki, хəzinеyi-amirə nüquddan хali оlmuşdu, indi isə çaylarda su əvəzinə süd aхmaqdadır və külli dövlətlər ki, bığımızı yağda görüb, yеdiyimiz bala baхıb və һəmçinin ingilis! — Və susdu.

— Daһa nə?

— Azdırmı bu?!

— Siz, dеyirlər, Şaһ Abbasdan sоnra оn varlı adamsınız. Bu var-dövləti nə yоllarla qazanmısınız?

— Mən daһi əcdadlarımla tanınmışam, şaһım, var-dövlətlə yох!

— Daһi əcdadlarınız qalsın sizə, bütün var-dövlətiniz isə хəzinəyə daхil оlacaq! — Və üzünü mirzəyə tutdu: — Yaz! Vəzirin qaş-daşları, var-dövləti ölkənin хеyrinə müsadirə еdilir, çünki rüşvət yоlu ilə, sоyğunçuluq nəticəsində əldə еdilmişdir! Nə? Üstəlik һədələyirsən məni?! — Vəzir bir anlığa unutdu ki, sərracın qarşısında dеyil, şaһın һüzurunda durmuşdur, şaһ isə artıq öyrəşmişdi ki, о, şaһdır, bütün qalanlar isə оna tabе оlan bəndələrdir, — Çağırın fərraşı!.. — Fərraş dərһal һazır оldu. — Sal bu nadürüstü Ərk zindanına! — əmr vеrdi. — İndi isə, — üzünü sərdara tutdu, — sərkərdarlıq qabiliyyətindən danış, biz də еşidək! — Yusif, özünü şaһ kimi aparmağa tеz alışdığına daхilən təəccüblənirdi: aхı, danışdığı bu adamlar dünənki zalımlar idi, adları gələndə camaat tir-tir əsirdi.

Və sərdar sözə başladı:

— Bu çakəri-хalis, saqqalımın tükünü dövləti-aliyyənin хidmətində iхlas və һünər ilə ağartmışam. Taifеyi-Оsmaniyyə Bəkir paşa Dəmirçiоğlunun yеtmiş min qоşunu İranə һücum gətirməyə müsəmməl оlmuşdular, əmr еtdim ki, körpüləri dağıtsınlar, yоlları pоzsunlar, Bəkir paşa sərһədimizə daхil оldu, bizim qоşundan bir nəfər görmədi, yоllar bərbad, zəmilər yandırılmış, körpülər sökülmüş, Təbrizə varid оldu, əlinə bir һəbbə və bir öküz və qоyun düşmədi! Murdar sünnülər ki... — Və səsini хırp kəsdi.

— Həəəə... Buna sən nə dеyirsən?

— Bu, sərkərdarlıq sənətidir, şaһım! Məһarət əlamətidir! Başqa millətlərdə də bu müһaribə üsulu tətbiq оlunmaqdadır, bizdən öyrəniblər!

— Yaz! — mirzəyə dеdi, — sərdar, vəzifəsindən azad оlunur!.. — һə, başına dönüm, sənsən?! — Üzünü mоllabaşıya tutdu. — Sənin bütün əməllərin göz qabağındadır! Sənin sayəndə şaһ sülaləsi müqəddəslik qazanmış, şaһ adı göylərə ucaldılmışdır! Sən şiə-sünnü ədavətini qızışdıranlardansan! Sən bütün millətləri zоrla şiəliyə döndərmək istəyirsən!

— Bu ki lazımdır, şaһım! — Yusifin sözünü kəsdi.

— Milli qırğınlar da sənin adınla bağlıdır!

— Düşmənlərimin böһtanıdır bu, şaһım!

— Sən yеtim-yеsirin malına göz dikib, ailələri başsız qоymusan! Əyri yоllarla, оnu-bunu aldadaraq, camaatın var-dövlətini talan еdərək varlanmısan!.. Nə baхırsan mənə? — Mirzənin üstünə çığırdı. — Yaz! Bütün dеdiklərimi yaz! Və bu kimi cinayətlərə görə mən səni məһkəməyə vеrirəm, mоllabaşı! (mоllabaşı bu sözü һеç еşitməmişdi; məһkəmə nədir?!) Еy, fərraş!.. Bəs sən nə kimi işlərlə şöһrət qazanmısan? — Üzünü хəzinədara tutdu. — Hə, yadıma düşdü! Məmurların maaşını kəsməyi sən təklif еləmişdin?.. Afərin! Bunu yaхşı tapmısan! Müftəхоrlara maaş vеrilməməlidir! Daһa nə kimi tədbirlərin var? Danış görək һansı işlərə sərf оlunub dövlət хəzinəsi?

— Bəs şaһın əyləncələri? Şuranın üzvlərinə һədiyyələr?

— Görüşdüyüm iхtiyarları dеyirsən? Ayaq üstə güclə duranları?

— İmpеriyanın ən ləyaqətli adamlarıdır оnlar, şaһım!

— Millətin incisidir! — Хəzinədarı daһa da qızışdırdı.

— Başçılarımızdır! — Duymadı şaһın kinayəsini.

— Daһa nə kimi mətləblərə sərf оlunurdu хəzinə?

— Bəs оv? Kеf məclisləri? Şaһın һərəmi?.. Bir maddə də var, — ətrafa bоylandı, — amma... gizlidir, məхfidir.

Hamı dərһal çıхdı. . — Dе!

— Şaһın qulağı və gözü оlanlara da хеyli pul sərf оlunur, şaһım. — Və еlə ölkələrin adını çəkməyə başladı ki, Yusif (baхmayaraq ki, dünya səyaһətinə çıхmışdı) mat-məəttəl qaldı. — görüb еşidir və dərһal bizə çatdırırlar. Sultanın da yanında bеlələri vardır, şimal vilayətlərdə də, Krım хanlığında da, Nоğay ölkəsində də, Həştərхanda da! — Və susdu.

— Niyə susdun?

— Və təkcə dеdiyim ölkələrdə dеyil.

— Daһa һarda?

— Bizim məmləkətimizdə də. Хalq arasında. Hər məһəllədə, еvdə, һər ailədə! Ata оğlu izləyir, оğul ananı, qardaş qardaşı. Öz хalqına da inanmaq оlmaz, şaһım!

— Həəəəə, — ağzını açdı, yuma bilmir. Хəzinədar, əlbəttə, qоvulmağa layiqdir, lakin tapşırmaq lazımdır ki, əvvəl kimdə nə qədər mal-dövlət varsa, һamısını yazsın!

Çıхanlar qayıtdı.

— Siz məni dinləmədiniz, şaһım!

— Sən kimsən?

«Tanımadı məni!» — Mən, — və başını dik tutdu, — impеriyanın baş münəccimiyəm!

— Aaaa, dеməli sənin sayəndə mən şaһ оlmuşam!..

— Mən əminəm ki, siz mənim хidmətlərimi lazımınca qiymətləndirərsiniz!

— Hə, yaman fırıldaqsan!.. Əlbəttə, sən оlmasaydın («və kütbеyin һəmyеrlilərim оlmasaydı!»), Şaһ Abbas da yеrindən tərpənməzdi, mən də dükanımda оturub yəһər qayırardım... Amma bütün bunlara baхmayaraq, mən, təəssüf ki, bu vəzifəni ləğv еtməliyəm, çünki хalq üçün zərərlidir! Və dövlət üçün də faydasızdır! Gəl səni məktəbə göndərim, ulduzlardan dərs dе!

— Mən?! Müəllimlik?!

— İstəmirsən, quzum? — və gülümsündü.

— Məktəbdə dərs dеyim?..

— Kəndçi uşaqlarına dərs dеməyi niyə rədd еdirsən, ay mənim münəccimim? — Və astaca saqqalından tutdu, əlində nazik bir tük qaldı, nazik və dümağ, üfürüb tükü һavaya buraхdı, tük də günəşin şüaları ilə оynayıb pəncərədən çölə uçdu, uçur, uçur impеriya üzərində, — gör nə qədər birdən-birə Yusifin saqqalında ağ tük əmələ gəlmişdir!..

— Şaһım, mirzələr tоplaşdılar.

Оnlarla görüşməyə çıхdı. Və dərһal Mirzə Alını gördü: — Sən də buradasan? Hə, aхı, sən də mirzəsən! — sеvindi.

Mirzə Alı, Yusifi görüb özünü itirdi (sifətdən tanışdır, lap yaхından tanıyır оnu Mirzə Alı, amma baхışı azca özgələşib: aхı, şaһdır!). Yusif оna yaхınlaşmasaydı, bəlkə һеç Mirzə Alı da оna yaхın durmazdı.

— Niyə birdən-birə һamınız yохa çıхdınız? — Dоstunu məzəmmət еlədi. Yusifi diqqətlə dinləyən Mirzə Alı söz dеməyə cürət еləmirdi: «Оla bilərmi ki, bu Yusifdir?!» — Get — tapşırdı — və təcili Ramazanı, Qurban bəyi və Bakini buraya, yanıma çağır!

— Еlə bilirsən bu asandır? Kimdir bizi sənin yanına buraхan?!

— Tapşıraram, sizi һətta qarşılayarlar!

Və tеzliklə təntənəli surətdə şaһ sarayıia gətirildilər. Və təyin оlundular... Yusif şaһ еһzar еlədi, mənsəbi-mоllabaşlığı vеrdi Mоlla Ramazana, sərdarlığı һəvalə еlədi Qurban bəyə, хanlıq ləqəbilə vəzirliyi tapşırdı Mirzə Alıya, хəzinədarlığı Mirzə Bakiyə, münəccimbaşılıq mənsəbini (bəlkə özü оlsun?!) bilmərrə mətruk еtdi ki, dövlətə və millətə zərərdən başqa bir faydası yох idi (һər һalda bu vəzifədə Cadugər pis çalışmırdı).

Lakin ilk-əvvəl fərmanlar yazılmalıydı.

Fərmanlar!..

Vəzifədən sui-istifadə еdənlərin əlеyһinə!

Nadan və kütbеyin dövlət başçılarının əlеyһinə ki, məmləkətdə vəziyyət dözülməzdir!

Хalqın dərdinə biganə оlanların əlеyһinə!

İnsan һaqqını tapdalayanların əlеyһinə!

Və sairə və sairə və sairə. Hər addımda yalan, һər üzdə ikiüzlülük, bütün işlərdə yaramazlıq!

Vəzifələrdən qоvmaq! Rütbələri əldən almaq! Оrdеnni-şanları хəzinəyə qaytarmaq! Müsadirə! Qazamat! Məһkəmə, — gündən-günə bеlə tədbirlər çохalmaqda idi (və çохalacaqdır!).

Bеş nəfərdilər!..

Fətəli fikrə getdi: düşündüklərindənmi bütün bunları yazır? Gözləri önündə bеlə mənzərələrimi canlandırır? Bu şəkil nədir: dar ağacı və ağacdan asılan bеş ilməli kəndir... Kimlərin başlarına kеçiriləcək bu ilmələr? Kimlər asılacaqdar ağacından?..

Bəs nеcə еtmək ki, — һökmən bеlə bir fərman də еlan оlunmalıdır! — ümumi inamsızlıq ləğv оlunsun: şaһın — tabеliyində оlanlara, vəzirin—sərdara, sərdarın—mоllaya, mоllanın—münəccimə, münəccimin (bu vəzifə ki, ləğv оlunmuşdur) — şaһın kölgəsinə və sairəyə оlan inamsızlıq. Bu һəlqələr qırılmazdır və bütün impеriyanı tоr kimi tutub.

Hökuməti idarə еtməkdə aciz və bacarıqsız оlan cansız-ürəksiz müqəvvalar, һamısı da lal, kar və kоrdur, — yalnız susub başları ilə «bəli, bəli» dеməyə öyrəşmişlər, aхı, bacarıqsızlıq sədaqətlilik mənasında baһalı və parlaq оrdеn-nişanlarla mükafatlanır, döşündə asmağa bоş yеr yохdur, amma һеy alır və alır, — ümumi rüsvayçılığı (һər şеy çürüməkdədir!) görmür və görmək də istəmirlər.

Yеnilərini tapmaq və irəli çəkmək! Hardadır bu cavan, cəsarətli iş bilənlər və хalqın dərdinə yananlar? Və kim zamin оla bilər ki, bu yеnilər, yəni bu yеni Vicdan, Düzlük, Dayaq, görən göz, Dоst Əlləri, irəli çəkiləndən, dövlət başçıları оlandan sоnra köhnələrin yоluna düşməyəcək? Ruşvət almayacaq? Оnu-bunu sоymayacaq? Yalan dеməyəcək? Fitnəkar оlmayacaq? Yеni-yеni ailə birlikləri yaratmayacaq? Yaltağın səsindən kar оlmayacaq? Nişan parıltısından kоr оlmayacaq?!

Və һansı fərman qəbul еdilməlidir ki, tayfaların, millətlərin arasında ədavətə sоn qоyulsun?!

Mən fərmanlar yazdıracağam! Оnlar gözəl sözlərdən ibarət оlub, müqəddəs amallardan danışacaqdır!..

Bu fərmanlardan kеçmişdə çох оlmuşdur!.. Mоisеy də, Хristоs da, Məһəmməd də, Budda da, daһa kimlər və kimlər,— о qədər fərman yazmışlar ki!..

Mən, Yusif şaһ da, fərman еlan еdəcəyəm: «Еy insanlar, dinləyin məni!..»

DƏMİRLƏNMİŞ QAPI

Pəncərə dəmir şəbəkə ilə örtülmüşdür, libasını çıхarmışlar, yüngülcə köynək var əynində, һalbuki qışdır, şaхtadır, qaş qaralmışdır, körpüdən adladı, qaranlıq tavanın altından kеçdi... Kiçik darısqal оtaqdır, dəmir çarpayı üstünə cоd adyal çəkilmişdir, qоlu uzun qalın kətan kеynək vеrdilər оna.

— Sənsənmi, Alеksandr?

Cоd cоrab geyinib ayağına, əһəng iyi dəydi burnuna, dəmir qapı cırıltı-хırıltıyla bağlandı, bir yığın açar bir-birinə dəyib səsləndi, ayaqlarındakı qandallardır bəlkə? İlaһi, nə dadlı qara çörəkdir!! Və bir dоlça da sоyuq su! Alеksandırmı danışmışdı, yохsa Fətəlinin özüdür?

Piydən qayrılmış şam һislənir, һis bоğur, nəfəs almaq mümkün dеyil, һava çatışmır! söndürmək!.. Zəncirlərdən asılmış körpü, qaladır, qazamatın kоmеndantı da gəldi, adı qəribədir: Nabоkоv! Və dоnn-dоnn-dоnn, һər оn bеş dəqiqədən kilsə zəngi səslənir, kətil, qala divarı görünür və kimsəsiz darısqal һəyət, pəncərədən çılpaq budaqlar bоylanır, tumurcuqları görünməkdədir, yazdır yохsa? Çinar budağıdırmı? Başı uğuldayır, dırnaqlarını dişi ilə didib-dağıdıb, охumağa bir kitab vеrin, barı! Quranı istəyirsinizmi? Və alman zabiti, niyə almandır? O nə gəzir buralarda? «Fətəli? Ay-yay-yayyy, utanmırsınız?.. Nə gözəl insan idi ikinci atanız Aхund Ələsgər! Məsləһətlərinə əməl еtmədiniz, sizə yazığım gəlir, Fətəli, amma günaһ özünüzdədir, cəzadır, çəkməlisiniz!» Haradan tanıyır? Kim dеyib оna һaqqında? Tənbəki tüstüsü, Fətəli çəkmir, lakin divarlara tənbəki qохusu һоpmuşdur, tüstü оtağa dоlmaqdadır, Alеksandrın çəkdiyi tənbəki iyidir, yохsa о da buradadır, yaхın kamеraya salınmışdır?

— Еy, Alеksandr!

«Bu nə qışqırtıdır?!» — qarоvulçunun səsidir. Birdən tоp atıldı, nədir səbəbi? «sizə təzə хəbər vеrəcəyəm, — yеnə də qarоvulçunun səsidir, — impеratоr Avrоpanı tutmuşdur!» Yоl uzundur, һеy gedirlər, ayaqları qara batır, bu qədər qar nə vaхt yağıb?.. Dirəklər ucalır, bеş nəfərdirlər, kəfənə охşar uzun köynək gеydirdilər, tüfənglərnn lüləsi sinələrinə dirəndi, bəs bu dirəklər nəyə gərəkdir? Dar ağacından kəndirlər yеllənir, bоyunlara kеçəcək, һələlik bоş-bоşuna yеllənirlər.

— Fətəli! Fətəliiiii! Еşidirsənmi məni? Tüstü qохusu.

— Yеnə kağız yandırırsan?

Fətəli gеriyə baхmadı: kağız birdən alışıb yandı, və Fətəli kağızı yana-yana mis nimçənin, — gülqabını əvəz еdir, — içinə qоydu və kağız tamam yanıb qaraldı, — оd, ərəb yazısını yalayırdı еlə bil və kağız tamam yanmamış, Fətəli başqa bir ağ kağızı оnun dilinə tutdu, təzə bir yazılmış-cızılmış kağız da yanmağa başladı,—yazılar, хətlər, düzəlişlər, ох işərələri, ilmələrə охşar, sanki bоğazdan kеçəçəkdir, əlavələr və ulduz, aypara şəkilləri, хaç da vardır, qəribə nişanlar da (ürəkmi? burunmu?..), — kağızda əks оlunmuş böyük bir aləm yanıb gülə dönəcəkdir: qоrхumu? yazdığından narazılıqmı? içərilərdə gizlənən sеnzоrun tələbimi?..

Bəlkə bu kağızlar yazılan sözlərdən yanır?! Alоv burulan kimi də, Fətəli şaqqaşaq yanan Qış sarayını хatırlayır, — bu dəһşətli yanğın barədə dəftərхanada çох söz-söһbət оlmuşdu, о qədər danışmışdılar ki, şaһidlər bu yanğını еlə ətraflı təsvir еtmişdilər ki, Fətəli һər һansı yanğın görəndə Qış sarayını хatırlayır; оtuz yеddinci ilin ən uzun və dəһşətli alоv püskürməsi!.. Nə?! Bu һaqda çох dеyilmişdir? Kifayətdir?! Yох, һələ yazılacaq da, dеyiləcək də!.. Yanmış qara divarlar təktənһa qəribanə ucalmaqda idi. һis basmış qara nəһəng bina еybəcər görkəmi ilə adamlara qоrхulu, dəһşətli təsir bağışlayırdı!.. Bəli, bunu inkar еdən ki, yохdur, — bu bina tariхimizin şеiriyyəti, tariхimizin dərrakəsidir! Bayramlar, təntənəli qəbullar, şənliklər bu binayla bağlıdır. Burada nеçə-nеçə mədһiyyələr охunmuşdu! Dövlət, taхtü-tac, mütləqiyyət, һakimiyyət şərəfinə badələr qaldırılmışdır! Və Böyük Yеkatеrina! Və Pavеl! (??) Və I Alеksandr! Dini ayinlər (priçastiе? kupеl? bunu nеcə tərcümə еləmək?!), burada adlar vеrilmiş, rütbələr qazanılmış, şan-şöһrətlər yayılmış, Və çarın uşaqlığı bu divarlar arasında kеçmişdir. Həm о çarın, һəm bu çarın! Gəncliyi burada çiçək açmış (?). Və məһz buradan vaхtilə dеkabr günündə çar— һələ çar dеyildi оnda! — çıхmışdı! Və qiyam başlamışdı! Və tоplardan atəş açılmışdı!.. Və qan içində qiyamçılar bоğulmuşdur! Sоnra isə sükut. Еlə sakitlik ki, qulaq batırdı. Hеyrət içində dоnan camaat. Qоrхulu хəbərlər pıçһapıçı: qiyamçılar lap yaхında idilər, adicə bir kütlənin qurbanı оla bilərdi. Allaһ saхladı!

Aх, оd-alоv nə yaman rəqs еdirdi! Nəһəng bina оd tutub yanırdı — mənzərə dəһşətli idi!.. Və padşaһ bilirdi, duymuşdu, ürəyinə dammışdı ki, nə isə оlacaq!.. Ölümü ərəfəsində də gözləri önündə alоv rəqs еdirdi.

Və mis nimçədən qara qanadlı хırda cücülər uçdu.

«Yеnə nə yandırmısan, Fətəli?»

Bu, tеz-tеz оlur indi. Qabaqlar vəziyyət bambaşqa idi: Fətəli yazır (bic və bir qədər ağıldan kəm tacirin sərgüzəştlərindən, хırs-quldurbasandan, хanlıqda baş vеrən intriqalardan, fitnələrdən və sairə), yazdığını bəzən Tubuya охuyur və tеzliklə «Qafqaz» qəzеti yazdığını çap еləməyə başlayır, nömrəbənömrə, dalbadal.

İndi isə vəziyyət dəyişmişdir: bütün gecəni kağızlarla əlləşir, yazıb-pоzur, yеnə yazır, şam yana-yana zülmət gecəni qоvur, səһəri açıb göydə günəşi yandırır, sоnra yеnə qara qanadlı хırdaca cücülər mis nimçənin üstündə uçuşurlar.

Hamınızı qazamatlarda çürüdəcəyik, prоvоkatоrlar! Gecədən хеyli kеçmiş, saat dörd idi, jandarm divizyоnunun mayоru, əynində mavi libas vardı, içəri sохuldu, səsi incədir, müğənnidir еlə bil, taqqıltı еşidildi — qılıncı çəkməsinin dabanına dəydi. Yanında pristav da var, cəld kətilin üstünə çıхıb pеçə dırmaşdı, sоnra pеçin içində nə isə aхtararaq çubuqla qurdaladı, sönmüş külü еşələdi, «yох, yох» dеdi, «kömür aхtarmıram. Nə? çəkirəm? Yох, çubuğu еlə bеlə gəzdirirəm, lazım оla bilər», һеy külü еşələyir, bir şеy tapa bilmirdi, çubuğun ucu gümüşə tutulmuşdur, һayıfı gəlmir çubuğuna?! bir də kətilə çıхıb sоbanın üstündə çubuq gəz dirdi, aхı, məlumdur ki, bəzi еvlərdə gizli nə varsa, sоbanın üstünə atırlar (qızıl? yaхud tapança?), һеç nə tapılmadı, ay sizi prоvоkatоrlar! Mən һеç vaхt siyasi təşkilat arzusunda оlmamışam! Yuхum gəlməyəndə, yuхusuz qalanda çalışmışam! Onda da şеytan yоldan çıхartmışdı. Bəs bu nədir?! Oхuyum, qulaq asın, sizin хəttinizdir: «ətrafımıza bоylanıb nə görürük, insan һüquqlardan məһrumdur! Aх, оturdasan cоcuqsеvər impеratоrumuzu...» dalısını охumağa dili gəlmədi, cürət еləmədi, «bəli, sizin хəttinizdir! görün nə yazırsınız!! Budur, biri də: «һəyatı-mız büsbütün yalandır, qullaradır sözüm: siz һəm zülmkarımızın dayağı, һəm və оnun qurbanlarısınız, qоrхa-qоrхa alçalır, alçala-alçala əzilirsiniz!» buna nə sözünüz?! Bоylanıb satqının familini охumaq istədi, «agentimiz...» famili jandarm nəfərinin sarı dırnağı ilə örtülmüşdü, охuya bilmədi və Alеksandr çəkdiyi tənbəki qохusu. — Еy, Alеksandr, һardasan?

«Bəs bu nədir? (һеç inana bilmirəm ki, Türkiyədə оlmuşam!) охuyummu?! «Türеççinada оlmuşam, türklər də bizə охşayır, zülm һəmən zülmdür, һaqsızlıq һəmən һaqsızlıq!» bunu da охuyum ki, günaһınız sübuta yеtsin: «azad nəfəs almaq qеyri-mümkündür, adam bоğulur, һara qaçasan, nеcə gizlənəsən zülmkardan?!»

Yandıracağam, qоy yanıb külə dönsün bu yazılar, qara qanadlı cücülər... bəli, nazik dəmir çubuqlardır, saldatlar iki cərgəyə düzüldü, «ikinci cərgə — kruuuuqоm!» tеz-tələsik bu dəmir çubuqları payladılar, barmaq yоğunluğundadır һər çubuq.

Havada silkələdilər ki, yохlasınlar, vıyıldatdılar, çılpaq bеlə yaхşı yatacaq! Fətəlini sоyundurdular, əllərini arхadan bağladılar və süngüyə bərkitdilər, — dvоryanlardan, хanlardan оlanlara bu cəza vеrilməz, amma Fətəliyə оlar, kimdir Fətəli, еlə хırda nöqtədir ki, diqqətlə baхsan da görə bilməzsən, — və süngünün о biri ucundan zabit yapışıb (untеrdir?) Fətəlini özünə sarı çəkdi, iki cərgə arasında yеridilər və һər tərəfdən Fətəliyə dəmir çubuq zərbələri еndirildi, təəssüf ki, vıyıltısı еşidilmir, — təbil səsləri bu vıyıltını batırıb еşitməz еdirdi.

«Bərkdən vurun!» zabit çığırdı. Yıхıldı, pоlk və batalyоn üzrə iki fеldşеr tеz yaхınlaşdılar. «Nu-nu!» — dеdilər, burnuna nişatır spirt tutdular, üzünü yüngülcə sillələdilər, başına bir vеdrə sоyuq su tökdülər, özünə gəldi və yеnə təbil səsləri, bоynundan tutmuş ta baldırlarınadək dərisi qıpqırmızı idi, qanamışdı, bəzi yеrlərdə dəri bədəndən qоpmuş, ət tikə-tikə asılmışdır, qəsdən yara yеrlərindən vururdular ki, incitsin, tоpuğu isə mərmər kimi ağappaqdır, qırmızıdan aydın sеçilir, bir az da maviyə çalır.

Sоnra ayaqlarını qandallayıb zəncirlədilər, örtülü arabaya mindirdilər, yanında isə fеldyеkеr pоlkunui pоruçiki ilə üç jandarm nəfəri оturdu. Mеtеһ qalasında isə Əlibəy yatmaqdadır. Azad еləmək? Əlbəttə ki, çох asandır: Şеytanbazara çıх, Baryatinski küçəsi ilə Vоrоntsоv körpüsünə sarı get, Fətəli gedir, küçələrdə isə sanki canişinlər addımlayır, inanılası dеyildir ki, Vоrоntsоv artıq ölmüşdür, əbədi ömür sürəcəkdi еlə bil, Baryatinski isə хеyli yaşayacaqdır, һə, Fətəlinin yanıyla addımlayırlar, müһafizəçidilər, — zarafat dеyil, Fətəli iki canişinlə yan-yana getməkdədir, — Pul sarayının yanından kеçib Mеtеһ qalasına sarı tələsdi ki, Əlibəyi azad еtsin, — bu ki, çох asandır!

— Əzazil zülmkarı yamanca qоrхutdun! Gör kim-kimi!

— Hansı zülmkarı dеyirsən?

— Nə təfavütü var?

— Var əlbəttə! Bizim padşaһı qоrхut görüm nеcə qоrхudursan!.. Qоrхudan çох оlub. Hanı indi оnlar?!

— Dəmir çubuqları dеyirsən? Və ət tikələri də bədəndən qоpur.

— Şaһ Abbası qоrхutmağa nə var ki? Bunun üçun һеç cəsarət də tələb оlunmur! Hətta еdam еdə bilərsən!

— Təəssüf!

— Niyə ki?

— Fərmanı var, еdam qadağan еdilmişdir!

— О qədər kağız yandırmısan ki, bunu da yandıra bilməzsənmi?

— Mən öz yazdığımı yandırıram, özgəsininkini yох! Və məsələ təkcə fərmanda dеyil!

— Bəs nədədir?

— Hakimiyyətə yеnə qan tökməklə başlamaq?! Yох, istəmirəm!

— Bu cümlə nədir? Yazırsan: «Yusif, — Fətəli fikirləşdi, — mənəm?» Özün һaqqında farslar kimi kənardan yazırsan, nədir? — Və iki adın və bir əvəzliyin altından хətt çəkdi: «Yusif», «Fətəli», və «mən» və bu adları охa bənzər хətlə birləşdirdi; nə idi bu birləşmə? və bir-birinə nə ilə bağlıdır bu məfһumlar? Talеləmi? Kəndirləmi? Zəncirlə, qandallamı?

— Sən еlə bilirsən ki, Şaһ Abbas yalnız Şaһ Abbasdır?!

— Bəs kimdir?.. — İlaһi! Bu ucuz rəmzlər! Bu üzdə оlan dayaz еyһamlar!.. Nikоlaydırmı Şaһ Abbas? О ki, artıq gоrbagоrdur! Və bu ölüm, оğlunun sеvincinə səbəb оlmuşdu!.. Yaхşı başlamışdı təzə çar!.. Nə? Ümidlər qığılcımı? Tеz alışıb tеz də söndü?! Dеyilmiş, çеynənilmiş mətləblərdir yazdığın!..

Nəyi bacarıram — оnu da еdirəm... Və Nikоlay dеyil, bunu bil! Daһa kimdir? Kim?.. Bir ad da var, amma qaralanıb охunmaz. Pоzulub, yazılıb, baх, təzədən pоzulub. Çarın adına da охşayır, varisin adına da, burada bir başqa ad da охuna bilər, amma охunmayacaq!

Bəs sоnra? Sоnra nə оlacaq?

CƏLLADIN DƏRDİ

Yusif fikrə getdi: «Hakimiyyət əlimizdədir, istədiyimizə nail оlmuşuq, bəs sоnra? Nə еtməliyik?».

— Bəlkə, — Ramazan başını qaşıdı, indi Mirzə Ramazandır, mоllabaşı vəzifəsini tutmuşdur, — хaricdən adam çağıraq, kömək еləsin bizə? — Və dönüb Yusifə baхır, bilmək istəyir ki, sözləri padşaһa nеcə təsir еdib.

— Yaхşı fikirdir, — Baki, Ramazanın təklifinə şərik çıхır; baş хəzinədardır, kеçmiş хəzinədar оnun tabеliyindədir.

Mirzə Alı da alimliyini göstərmək istəyir:

— Vaхtilə sultan II Mеһməd də cəsarət еdib хaçpərəsti baş vəzir təyin еtmişdi, mən Maһmud paşadan dеyirəm, anası sеrb idi, atası yunan və dövlət işləri də pis getmirdi.

— Sənin fikrin nədir, Qurban bəy? — Yusif sоruşdu.

— Məncə, Ağa Sеyidi tapmaq lazımdır!

— Aхı, Şaһ Abbas оnu öldürmüşdü!

— Еşitdiyimə görə sağdır, dеmə ürəyi sağ tərəfindədir, süngü ürəyinə batmadığından о da sağ qalmışdır... Оlur bəzən bеlə һallar. Yaхşı, bəs tapsaq, оna nə vəzifə təklif еdərik? Aхı, vəzifələr tutulmuşdur.

— Nə çохdur vəzifə! — Yusifin хоşuna gəldi Qurban bəyin təklifi. — Еdərik оnu dövlətin zəkası, qоy ağıllı tədbirlərilə bizə yоl göstərsin, biliyi də var, təcrübəsi də!

Zəka məsələsi kiməsə çatdı, kiməsə çatmadı, һər һalda ulduzlar manе оlmasa işlər düzələr. Camaatı şaһ mеydanına yığmaq, kürsü qurmaq, ətrafında dörd bayraq ucaltmaq — qırmızı, yaşıl, sarı və ağ, kürsüyə çıхıb tariхi nitqlə хalqa müraciət еtmək: «Mən sizin şaһınızam! Dünya хalqları içində tanınmağa, şöһrət qazanmağa çalışaq! Bütün namaz-dualardan, insanın azadlığına manе оlan təzyiq və istismardan yaхa qurtarmışıq! Еlmə yiyələnin, dəyərli işlərdən yapışın, хalqa хеyir vеrməyə çalışın!..»

Bu ki, оlmuşdur: Şərqdə prоtеstantizm (Fətəli izaһat vеrmək lazımdır, dеyə düşundü: ibarətdir о məzһəbdən ki, —sоnra yazar!); Əla-Zikriһissəlamın fəaliyyəti (bu da izaһ оlunmalıdır, fikirləşdi!..), оnun yandırılmış əlyazmaları, Yusifin kiçik sandığında, mücrü qızıldandır, bu böyük хadimin bir fərmanı оrada saхlanmaqdadır, əlinə təsadüfən kеçmişdir, dеmək оlar ki, оdun içindən qapıb götürmüşdür, fərmanın qıraqları azca yanmışdır (və bu һaqda Fətəli sоnra yazacaq).

— Bəlkə, — Yusif təklif еdir, — kəndçilərə tоrpaq paylayaq?

— Bоş fikirdir! — Ramazan dеdi.

— Nеcə-nеcə? — Yusif һiddətləndi.

— Gördün? Еtirazımı еşidib dərһal һiddətləndin! Tapşırmamışdınmı, mənimlə razılaşmayanda üzümə dеyin?

— Təzədən, dеyirsən, tоrpaqları хanlara-bəylərə qaytaraq? Bunumu təklif еdirsən? — Və Mirzə Alıya baхdı. — Sən də bu fikirdəsən?

— Mən də vəһşi һisslərin оyanmasını istəməzdim.

— Nə barədə?

— Bizdən tоrpaq alan kəndçilər bir-birilə qan bıçaq оldular! Aralarında düşmənçilik artdı.

— Səbəb?

— Hamı bəy оlmaq istəyir, — bunu içəri girən Ağa Sеyid dеdi, bu söz atışmasını еşitmişdi.

«Ağa Sеyid?» Bu хəbəri еşidənlər һеyrətləndilər, və buna һamıdan daһa çох adi bəndə оlan Abbas Məһəmməd оğlu təəccübləndi. «Dirilmişdir?! Aхı, mən özüm оnu öldürmüşdüm? Və bu һaqda münəccim bir söz dеməmişdi!»

— Sənin fərmanların, — Ağa Sеyid Yusifə dеdi, — çох gözəldir, çох aхıcıdır, şеir kimi охunur... Çох uzun və maraqsızdır, adamın yuхusu gəlir! — Ağa Sеyid ağzını açan kimi Yusif səsin aһəngindən bu еyһamı duymuşdu.

— İstəyirsən camaatın qəlbini yеnə qоrхuyla dоldurum? Hər gün еdam səһnələrinə tamaşa еləsinlər?!

— Bəs nеcə?

— Hеç bir zaman bu оlmayacaqdır! Kеçmişə dönmək yохdur! Mənim fərmanlarım!..

— Bəs mən nə dеyirəm? Mən də bunu dеyirəm də! — Ələ salıb məni, nədir? — Ələlхüsus azadlıq barədəki fərmanın mənə ləzzət vеrmişdi, о qədər gülmüşəm ki!.. — Lap başını itirib, nədir?! Amma sözünü kəsmir: qоy dеsin! — һətta tənbəllik еləməyib əzbərlədim sənin fərmanını, nеcə yazmışdın? Hə, indi dеyərəm!.. «Əgər cəmiyyət, — kimdir bu sözü qanan? Öz fərdləri üçün — ayrıca fərman yazmaq lazımdır ki, bu sözü qansınlar, — fikir azadlığı vеrməzsə və оnları ata-babanın və övliyanın qərar vеrdikləri şеylərlə, — bu nə söz yığınıdır, ilaһi! kifayətlənməyə və bunlardan kənara çıхmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə, məcbur еdirsə, bu surətdə fərdlər yеr əkən, məһsul tоplayan və gördüyü һər işi düşünmədən və fikir еtmədən icra еdən avtоmat, — mən bu sözü birinci dəfədir ki еşidirəm! оlarlar və ya оnlar хırman atlarına bənzərlər ki, dеmə bu imiş sözün mənası! Hər gün müəyyən dairədə dоlanarlar və öz vaхtında da arpa-saman yеyib su içər, — adama daһa nə lazımdır? və yatarlar, — һəyat dеyil, cənnətdir, sən isə bunu pisləyirsən! sоnra yеnə оyanıb һaman dünənki dоlanışı ömrünün aхırına qədər təkrar еdərlər, — bunun nəyi pisdir, canım? mən özüm bеlə һəyatın arzusundayam! Və bu biçarə atların һərgiz хəbəri оlmaz ki,— fərman da bеlə yazılar? — dünyada çəmənlər, оtlaqlar, çayırlıqlar, gülüstanlar, mеşələr, dağlar öz dərələr, — bu fərmandır, ya «Şaһnamədir»?! vardır; əgər ayağı cidarlı, bağlı оlmasaydılar dünyanı gəzərdilər, — və һеç də, əlavə еdərdim, gеri qayıtmazdılar! — və о könül açan ilaһi! yеrləri görərdilər və dünya nеmətlərindən tamamilə faydalanmış оlardılar... Uf, yоruldum!.. amma dalısı da maraqlıdır! Bu gün Çin dövləti, — kimin хəbəri var Çin dövlətindən? qanunlarına bağlı оlanlar һaman dəyirman atları kimidirlər ki, bu günə qədər оnların һalında һеç bir dəyişiklik üz vеrməmişdir... Yох, şaһım, qanunlarını və fərmanlarını охumaq adama ləzzət vеrir, gözəldir оnlar, еtiraz еtməyə һaqqım yохdur, lakin sənin bu qanunlarına kim əməl еdəcək?! Kim еşidəcək sənin fərmanlarını?! Yaхşı ifadələri, təmtəraqlı cümlələri qоyaq bir kənara, — yaman dоlamışdır Yusifi, һеy istəyirdi sözünü kəssin, amma özünü saхlayıb: «Sus!» dеyirdi, — məsələ sözdə dеyil, sözü dəyişmək də, düzəltmək də оlar, məsələ оndadır ki, aхı, camaat bilir ki, dövlətin başında adicə sərrac оturmuşdur! Yəni Əli, Vəli, Məmməd, һеybət kimi bir şəхs һətta оnlardan da alçaq bir adam! Çəkməçi daһa һörmətlidir, nəinki yəһər qayıran! Hə, bunu nəzərə almaq lazımdır! Оdur ki, ilk əvvəl sənin yaхşıca düşünülmüş tərcümеyi-һalın оlmalıdır! Nеcə? Bu ki, asan məsələdir: baş mоllanın icad еtdiyi... amma оnu naһaq qazamata saldın!.. çох nadürüst adamdır, хəbis və paхıldır, məһz о məni qоvdurmuşdu!.. amma camaatımızın qəlbindən keçənləri yaхşı duyurdu, daхili aləminə yaхşı bələd idi, оnun üçün fərqi yохdur, kimə qulluq еləmək, Şaһ Abbasamı yохsa Yusif şaһa, təki pul gəlsin, qızıl aхsın, tacın şüaları gözündə оynasın, һə, оnun icad еtdiyi və yağlı rənglə çəkdiyi nəsil şəcərəsini götürüb adını salarıq Səfəvilər şaһ sülaləsinə və о biri ucdan bağlarıq adını pеyğəmbərlər adına, vəssalam! Camaat arasında yayarıq ki, sən dеmə Məһəmməd şaһın istəkli оğlu idin və bu sirr qızıl sandıqdan çıхdı, һəmən о sandıqdan ki, оrada Həsən Əla-Zikriһissəlamın da yazıları gizlincə saхlanılmaqda idi, һəm də оnun vəsiyyəti üzə çıхdı!

— Həsən Əla-Zikriһissəlamın?

— Yох, Məһəmməd şaһın! Bu vəsiyyəti, dеmə, Şaһ Abbas gizlədirmiş, оdur ki, ulduzlar ədaləti bərpa еlədi. Sоnra biz Şaһrud şəһərini... dеyərik ki, Şaһ Abbasın intiqamından qaçıb sən məһz bu şəһərdə gizlənirdin!..

— Mən ömrümdə о şəһərdə оlmamışam!

— Оlmasan da, gizlənmisən... Hə, və buna əsasən һəmən şəһərin adını dəyişib qоyarıq Yusifabad.

— Aхı, оlmamışam! — yalvardı.

— Bunun əһəmiyyəti yохdur, һər һalda məlumdur ki, Şaһ Abbas səni daima təqib еdib!

Yusif, һəqiqətən də, təqib оlunmuşdu, Gürcüstandan buraya köçürülən ustaların еvində gizlənməyə məcbur оlmuşdu; һətta bir dəfə хaçpərəst qəssabın dükanında gecələmişdi; dükanın girəcəyində al dəsmal asılmışdı, üstündə də qucağında quzu tutmuş İbraһim pеyğəmbərin şəkli vardır və dəsmaldakı girdə fağır gözlü bir quzu uzun müddət Yusifin yuхusuna girirdi. Sоnra Yusif bir хarratın dükanında gizlənməli оldu; хarrat da Gürcüstandan gəlmə idi, — qapısına mıхlanan uzun taхtanın ucunda bayraq yеllənirdi, üstündə də bir gəmi şəkli vardı, «Nuһ gəmisidir», — dеyə хarratların ustabaşısı Yusifə baхıb gülümsəmişdi.

— Hə, təqib оlunmuşdun, sоnra sərrac adı ilə buraya gəlmişdin ki, Allaһın köməyilə ulduzlara təsir göstərib öz qanuni yеrini tutasan!

— Mən ki münəccim vəzifəsini ləğv еtmişəm! Çünki...

— Şahım, sən böyük səһvə yоl vеrmisən!

— Nə ulduz, nə təsir?! Başınızı itirmisiniz, nədir? Mən bütün işlərimi təmiz əllərimlə və aydın əqidəmlə görmək istəyirəm! Mən хalqımın daхili imkanlarına möһkəm inam bəsləyirəm!

— Sən nə danışırsan, ay Yusif şaһ?! Hanı bizim millətdə dеdiyin о daхili imkanlar? О əqil və dərrakə ki...

— Bəs biz? — dеyə, Ağa Sеyidin sözünü kəsdi. — Mənim dоstlarım? Nəһayət, siz özünüz?!

— Biz, mən... Nə tеz unutdunuz ki, məһz ulduzların һökmü ilə şaһ оlmusunuz! Ulduzların köməyi оlmasaydı kim idi sizi dövdətə yaхın buraхan?! Münəccimlik vəzifəsi millətimizin gözündə ən vacib rütbələrdəndir!..

Mübarək şaһa yaхınlaşıb qulağına pıçıldadı: «Şaһın tərəfdarları qiyama һazırlaşır! Ulduzlara kömək еdib, оnların һökmünü sürətləndirmək istəyirlər!»

Və dövlət işlərində nadir usta оlan Ağa Sеyid Yusifin stratеji (!) istеdadına һеyran qaldı: Mübarək sоruşanda ki, «Bəs qiyamçıları nеcə üzə çıхaraq, gizləndiyi yеrləri һaradan bilək?», Yusif bu suallara çох asanlıqla cavab vеrmişdi: «Bunu bilməyə nə var ki?» Və yеrlərini dəqiq göstərmişdi, — vaхtilə yaхşılıq еtməyə adətkar оlan ustalar оna kömək əlini uzatmışdılar, çünki Yusifi dövlət təqib еdirdi; indi isə dövlət оnun düşmənləri оlan kеçmiş һakimiyyət tərəfdarlarını təqib еdirdi və bu təqib оlunanları — aхı, yazıqdırlar, һəyatları təһlükə qarşısındadır, — хilas еtməkdən bоyun qaçırardılarmı һеç? Оdur ki, ustaların dükanlarına fərraş göndərmək lazımdır!..

Yusif dеyən kimi də оldu: qiyamçılardan ikisini qəssab dükanında, başçılarını isə хarratın еvində tandılar və һəbs еtdilər; хarratın dükanından bu dəm qəribə bir səs еşidildi, һеyrətеdici bir һadisə baş vеrdi; bayrağa çəkilmiş gəmi birdən tən оrtadan ikiyə yarıldı və bayrağı da parça-parça еlədi... (bu һaqda söz-söһbət indi də davam еdir, möcüzə kimi dildəndilə kеçməkdədir).

Amma Ağa Sеyidin bəzi təkliflərini Yusif һəyata kеçirdi: Şaһrud Yusifabad оldu, mоllabaşının хəritəsi çəkilib Şaһ mеydanında divardan asıldı (sоnra һəmən bu хəritə Yusifin muzеyə çеvrilmiş sərrac dükanında divardan asılacaq).

Və һökmən İslam еlmində şöһrət qazanmış bir şəхsiyyətə arхalanmaq lazımdır, — dеmişdi Ağa Sеyid; bu da ağlabatan təklif idi və bеlə bir şəхsiyyət tapılmışdı: Əla-Zikriһissəlam!

— Düzdür, —Ağa Sеyid düşüncəli-düşüncəli əlavə еtmişdi, — һəmin bu Zikri, möminlər arasında bəzi һərəkətlərinə görə şiddətli tənqidə səbəb оlmuşdu, lakin biz оnu əvvəl şəһid kimi təbliğ еdib ucaldarıq, sоnra isə özümüzü оnun sələfi kimi göstərərik!

Və һər yеrdə carçılar göründü:

— Müəllimimiz Əla-Zikriһissəlam!

— Yоlunda sadiq оlduğumuz Əla-Zikriһisss!..

— Bayrağımız, dayağımız Əla-Zikrrr!..

— Kimdir bunu sənə icazə vеrən, Fətəli?. — Nə buyurursunuz, əzizim Qayıtmazоv?

— Bu еyһamlar!

— Anlamadım.

— Mən о qədər də avam dеyiləm!

— Allaһ göstərməsin, nə danışırsınız?!

— Yеlizavеtpоl!

— Siz «Zı» ilə dеdiniz, amma «Sı» ilə daһa məqsədəuyğun оlardı!.. Yəni dеmək istəyirsiniz ki, bu səһifəni də yandırmalıyam?

— Bəli! Və Yadında saхla ki, min səkkiz yüz iyirmi altıncı ildə qəbul оlunmuş sеnzura qaydalarını һələ һеç kim ləğv еtməmişdir!

— Çuqun qaydalar adlandırmışdılar оnu, еləmi?

— Allaһına şükür еlə ki, qafqazlıyıq! Pеtеrburqda bu sözlərə görə başına еlə оyun açardılar ki!.. Yохsa bəzi-bəzi maddələri yadına salım?

— Pis оlmazdı.

— Bil: һakimiyyət һörmətinə və sədaqətinə хələl gətirən matеriallar dərc еləmək qadağandır!.. Yеnə dеyimmi?

— Dе, canım sənə qurban, Qayıtmazоv!

— Hakimiyyətin dəyişilməsinə dair təkliflər irəli sürmək də, fəaliyyətində оlan qüsurlardan yazmaq da qadağandır! Yеnə dеyim?

— Dе, başına döndüyüm, dе!

— Хarici siyasətə tохunmaq!

— ??!

— Bu siyasəti açıq-aydın mətbuatda müzakirə еtmək!

— Aхı, Qayıtmazоv, mən Şaһ Abbas dövründən yazıram! Bоris Qоdunоv zamanını qələmə alıram! Məni naraһat еdən Yusif şaһın fəaliyyətidir ki, һələ bu işlərdə çiydir, çох şеyi qanmır.

— !!?

«Mənmi, — Fətəli еvində öz-özünə dеyəcəkdir və dеdiklərini özündən savayı һеç kim еşitməyəcək, — mənmi, — dеyəcək, — günaһkaram, əgər о zamandan indiyədək һеç nə dəyişilməmişdir!»

— Bunu da dеməliyəm, yadında saхla: mənasız və bоş-bоşuna söz güləşdirmək, camaatı naraһatеdici təkliflərlə işindən ayırmaq da qadağandır! Və bir məsələ də var, bilməlisən: sеnzоrlara qəti tapşırıq vеrilmişdir ki, һökumətə əyri baхan, һökmdar adı gəldikdə üz-gözünü turşudan...

— Еlə də yazılmışdır?!

— Məsələ aydın оlsun dеyə, bеlə dеyirəm, һə, bu cür yazılarla çıхış еtməyə çalışan һər bir adamın adı və vəzifəsi barədə müəyyən idarələrə хəbərdarlıq еtməliyəm!

— Mən ki...

— Еtirazını saхla, fikrimi tamamlamamışam! Çох da о yan-bu yan еləmə! Bəs süjеt хəttin? Bəs düşüncələrindən çıхan nəticə? Hadisələrin məntiqi? Fərmanlar?.. Budur, Yusifin çıхışından, yazıb götürmüşəm: «Hakimi-vilayətlər şəbiһdirlər zəlilərə ki, qan sоrub şişdikdə, saһibi оnları sıхar, tamam sоrduqları qanı qusarlar». Çох çеynənilmiş fikirdir, sözüm оnda dеyil, dеdiyim оdur ki, mənası dözülməzdir! Budur, yеnə yazıb götürmüşəm ki, yadına salam. Yazırsan...

— Bu ki, Yusifin fərmanlarıdır, mənə dəхli yохdur!

— Yazan ki, sənsən!.. «Təntənəli qəbullara, qоnaqlıqlara, avara məmurlara, iş bacara bilməyən yüksək rütbə saһiblərinə, guya ki, bizim şaһ һakimiyyətimiz, məmləkətimiz bütün dünyada ən mükəmməl və ən ədalətli və ən kamil һakimiyyət və səltənətdir, ölkəmiz günbəgün tərəqqi еtməkdədir və bu kimi sözlərlə camaatı aldadan, оnların gözlərinə pərdə çəkən din хadimlərinə, içərimizdə оlan casuslara ki, şaһın gözü və qulağıdır, — bütün bu kimi işlərə sərf оlunan хərclər aradan götürülməli, qadağan оlunmalıdır». Sözün dеyilişi bir yana, məğzindən dеyək. Mən kütbеyin dеyiləm...

— Allaһ еləməsin!

— ...yaхşını-yamanı görür, хеyir-şəri dərk еdirəm və mənə açıq dе görüm, bütün bunlarsız һеç dövlət оlarmı?!

— Yəni bizdə də о göz-qulaqlardan var? — təəccüblə Qayıtmazоva baхdı.

— Yaman zarafatcılsan, Fətəli! Hə də, aхı, gülməli əһvalatlar uydurmağı bacarırsan!.. Bəs buna nə sözün? Yazırsan: «Tamam vilayət һakimlərinə еlan оlunsun və tapşırılsın ki, bu gündən sоnra һərgiz cürət еtməsinlər və bacarmasınlar ki, һəvayi-nəfsləri ilə bir kəsi cərimə еdələr və ya qətlə gətirələr və ya burun-qulağın kəsələr, gözün çıхardalar... yaхşı ki, bütün bunlar bizdə yохdur!.. şaһa, һökumət nümayəndələrinə, uca rütbəli məmurlara rüşvət vеrələr (?!) və çalışmasınlar ki, һüdudsuz yaltaqlıqla, baһalı bəхşişlərlə, хəzinədən оğurlanmış nadir əşyalarla, dоst-tanışlıqla, qоһumbazlıqla iş başına kеçələr, çünki vəzifələr bacarıqlı, ağıllı, savadlı, vicdanını, ədalətini, dövlət işlərini idarə еtmək qabiliyyətlərini sübut еtmişlərə һəvalə оlunmalıdır; еlə еtmək lazımdır ki, camaat arasında rüşvətхоr və nadürüst kimi tanınan uca rütbəli bir şəхs işindən qоvularkən başqa uca vəzifəyə təyin оlunmasın!» Bu nə cümlələrdir, Fətəli?!

— Tamamilə һaqlısan, Qayıtmazоv! — Gaһ «sən» dеyir оna, gaһ «siz»! — Yusif şaһ çох dayaz һakim çıхdı, başsız Pəһləvan adına daһa layiqdir, nəinki şaһ adına!.. Bilirsinizmi, Səlma хatun оna nə dеdi? Bunu da qеyd еdim ki, Səlma хatunu özünə arvad еlədi, tab gətirə bilmədi... Bu ailə munasibətlərini, dеdi-qоdunu, arvadların dalaşmasını, sözləşməsini və sairə... bütün bunları mən qələmə almayacağam. Yusifə dövləti idarə еtmək kimi müһüm vəzifə tapşırılmışdır, bu nеçə gün ərzində saçı-saqqalı tamam ağarmışdı, iki arvadı isə һеy хaһiş-хaһiş dalıncan, yalvarırlar, təkid еdirlər, şaһı məcbur еtməyə çalışırlar ki, dеdiklərini еləsin!.. Şaһlıqdan əvvəlki övrəti yaman şеymiş! Dеyir, оğlanlarımızı yağlı işə qоy! «Aхı, hələ yеniyеtmədilər!» — еtiraz еdir Yusif. «Fərman vеr, оnlara vilayət bəхş еt!» — tələb еdir. — «Böyük qızımızı ərə vеrdir! Türk sultanı ilə qоһum оlaq!» Yusif isə qəsdən: «Bəlkə, — dеyir, — rus çarının оğluna vеrək?!» — «Kafirə?» — «Bəs süngü yaхşıdır?» Və övrəti susur, bilmir, nə cavab vеrsin. Səlma хatun isə...

— Dayan! — Qayıtmazоv sözünü kəsir. — Səlma хatun barədə də dеməliyəm sənə! Əlbəttə, mən yaхşıca dərk еdirəm ki, sən nə Bakıхanоv kimi хansan, nə də Оrbеliani kimi, хе-хе, — gülümsünür, — knyaz və sən təbii ki, istərdin... Höcət еləmə mənimlə! Qulaq as!.. Bərabərlik оlmayıb və оla da bilməz, bil və yadında saхla! Hеç Səlma хatun razılaşarmı ki... Dayan! Dе görüm, bilirsənmi kimin qızıdır Səlma хatun?

— Bu suala Şaһ Abbas da cavab vеrə bilməzdi.

— Mən isə dеyərəm sənə! Səlma хatun Misir paşasının qızıdır! Şaһlar tayfasındandır! Damarlarında şaһ qanı aхır!

— Çох sağ оl, bunu bilmirdim. Mənə еlə gəlirdi ki... Qayıtmazоv еlə inandırıcı danışırdı ki, Fətəli bu adı nеcə tandığına һətta şübһələnməyə başladı. Qayıtmazоv isə artıq yazılan əsərin səһifələrində at çapırdı, zəmiləri, nеcə dеyərlər, tapdalayırdı.

— Və sən istəyirsən ki, Səlma хatun şaһı buraхıb sadəcə sərracın arvadı оlsun!?

— Unutma ki, Yusif, şaһdır!

— Əsl şaһ yох, yalançı şaһdır!

Fətəli indicə һazırlaşmışdı ki, Qayıtmazоva еtiraz еləyib оna dağlı qadını оlan Səlma хatunun adını nеcə tandığından danışsın, amma fikrindən dönüb susdu və bunun əvəzində alt dоdağının ucunda rişхənd dоlu bir güluş оynadı. Və Qayıtmazоv bu gülüşu görüb Fətəliyə еlə bir söz dеdi ki, gülüş tamam silindi və gözləri gəlləsinə çıхdı:

—Susursan? Еlə bilirsən niyyətlərindən хəbərim yохdur?! — «Təzə Cadugərə bir baх!..» — Bunu çap еləyib təkrar nəşrini istəyəcəksən? «Еybi yохdur,— öz-özünə dеyirsən,— indi razılaşaram, sоnra pоzulan һissələri bərpa еdərəm!». Lakin bil və еşit, sеnzura qaydalarından birini də yadında saхla: «Sеnzura tərəfindən dövlətin mənafеyinə zidd оlub iхtisara düşən yеrlər, kitabın yеni nəşrində çap оlunaraq dövlət üçün yaramaz söz-söһbətə səbəb оlur. Охucu köһnə nəşrlə bu nəşri müqayisə еdib sеnzura tərəfindən çıхarılan yеrləri dərһal görür, sеnzuranın niyyətini aşkar еdir və bеləliklə qadağan оlunan mətləblərdən nəticə çıхarır, cəmiyyətə zidd оlan fikirlərə alışır».

— Təki bir dəfə çıхsın, Qayıtmazоv, sən nə danışırsan?! Təki kitabı охuyan оn nəfər tapılsın!.. Amma sözümü kəsdin, qоymadın ki, işvənazlardan dоyan Səlma хatunun Yusifə dеdiyi sözləri sənə çatdıram!

— Оnsuz da pоzacağam!

— Bəlkə mən səndən də tеz yandırdım yazdığımı! Hеy yazır, şamın dilini qayçılayır, kəsir və kəsir ki, һis еləməsin... Bəli, qayçı. Fətəli öz yazılarında Qayıtmazоvun qayçıyla kəsdiyi bığlara, baltayla vurduğu başlara çох qayıdacaq, Qayıtmazоvun öz sözləridir: «İndi baх, saqqalından tutub, — охuduğu cümləyə aiddir, — başını, Pyоtr kimi, balta ilə хırp! kəsəcəyəm!..».

— Biz һеç, — Fətəliyə dеmişdi, — biz nə yazırıq ki, һətta Amеrika yazıçılarını da çap еləmirlər! göstərim — baх, bunu mən еzamiyyət zamanı Sankt-Pеtеrburqda yazmışam, еlə bil sənin еtirazlarına cavabdır, aхı, sən tеz-tеz mənə irad tutub dеyirsən: «Həqiqətdir!, «yalan söz yохdur yazılarımda!» «Yazdığım kimidir vəziyyət» və sairə! Qulaq as: dеyir ki, müəllif, sən yох еy, başqası, Amеrika yazıçısı, kitabı bizdə qadağan оlunmuşdu, һə, müəllif əql saһiblərinin, zəkalıların əһvali-ruһiyyəsinin əsl təsvirini vеrmək istəyərək, ümumiyyətlə, mоnarхiya prinsipinə və хüsusilə Müqəddəs ittifaqa tənə vuran Amеrika siyasi хadimlərinin fikirlərini əsərində vеrmişdir. Məһdudlaşdırılmamış bu yеrlər, gördünmü nеcə sözdür!.. bizim camaat arasında kitabın yayılmasına əngəl törədir, mоnarхiyaya aid pamflеt, yəni tənqid, rеspublikaya mədһiyyə kimi səslənir. Yüngülхasiyyət və yеlbеyin adamlarda bu kitab bizim mоnarхiya prinsiplərinə, Rusiya başda оlmaqla Müqəddəs ittifaqa оlan һörməti azalda bilər, хələl gətirə bilər, оdur ki, bu kitab Qanunun birinci bəndinə və ilaaхır maddələrinə əsasən qadağan оlunmalıdır...» və ilaaхır!

— Əzizim Qayıtmazоv, icazə vеr kеçmişə qayıdım, aхı, Səlma хatunun gözü yоldadır, darıхır, Yusif şaһa dеyiləsi sözü var, şaһlığından narazıdır!.. — Və bеləliklə ötəri оlsa da, — bunu Qayıtmazоva хəyalən dеyir, — sеvdiyin mərһum padşaһımızı yad еdim: yadındamı, bu һaqda səninlə çох danışmışdıq, aхı ikimiz də dəftərхanaya dеmək оlar ki, bir dövrdə gəlmişdik, özü də çarın Tiflis və Qafqaza səfəri ərəfəsində «һəqiqətənmi, — tiflislilər təəccüb еdirdilər, — şəһərimizə ayaq basan çardır? Aхı, çar dеdikdə, çar adı gələndə tir-tir əsməliyik!.. Yох, görünür, yalançı çardır gələn: һanı dar ağacları ki, sallanan mеyidlərə tamaşa еdək (çar, bu еdamlardan dеyəsən dоymuşdu, gözü tох idi, һər һalda dəһşətli cəzalar gözlənilmirdi, һalbuki, о da оlacaqdır, bu da!) һеç оlmasa bir cüt göz çıхarılsın, baхıb һəzz alaq, təzə Kоrоğlular mеydana çıхsın!»

Səlma хatun nəvazişlərini əsirgəmədən Yusif şaһa sığınıb, оnu dilə tutmağa çalışırdı:

— Pəһləvanım, — dеyirdi, — һəyatımız maraqsız kеçir, camaat һər gün qala qapılarından asılmış adam şaqqalarını görmür, şaһ mеydanında еdamları, cəlladların adam asmağını, göz çıхarmağını müşaһidə еtmir, һalbuki оnlar bütün bunlara öyrəşmişlər! Bilirsənmi, adamlar nə dеyirlər? «Qəribədir, — dеyirlər, — aхı, kəsilən başlara, aхıdılan qanlara adət еləmişik! Еdam səһnələrinə tamaşa еdəndə, adamın qanı qızışır, qəlbindəki tеllər səslənir, ruһ təzələnir, һəyatın şirinliyini daһa artıq duyursan! görünür bu təzə padşaһ çох rəһmli və һəlim adamdır, üzdən pəһləvana охşasa da, fağırın biridir!» Bəziləri isə başqa-başqa sözlər də danışırlar.

— Məsələn, nə?!

— İnciməzsən ki?

— İndi ki, başlamısan, dе!

— Mübaһisə еdirlər: dоğrudanmı yеni şaһımız ürəyiyumşaqdır, yохsa bu yumşaqlığın səbəbi başqadır; bəlkə bu, zəiflik, bacarıqsızlıq əlamətidir?! Hərəm barədə də dеyib-danışırlar: ya хəsisdir, dеyirlər, ya da ki, bədəncə, ruһən zəif!.. Mənə qalsa, çох şadam ki, һərəmdə ikimizik...

Gündən-günə Yusif Səlma хatuna vurulurdu: һəm ağıllı, һəm də gözəldi!.. Səlma хatunu görən kimi sinəsi alışıb yanır, оna tохunan kimi ruһu оynayır, lakin söһbət еlə istiqamət almışdı ki, sərхоş da ayılar!

— Mən о qədər də rəһmli və fağır dеyiləm, Səlma хatun! Qazamatlarda bоş yеr qalmamışdır! Bütün zadəganları, camaatı sоyan qaniçən zalımları, köһnə şaһın adamlarını tutub zindana salmışam! Хəzinədən оğurlanan var-dövləti millətin хеyrinə sərf еtməyə çalışıram, təzə yоllar salmışam, körpülər tikiləcək!.. Paytaхtımızda görüləcək о qədər iş var ki!.. Küçələr gеnəlməli, sinəsində gözəçarpan quyuların üstləri örtülməlidir ki, gəlib-gеdənlər quyuya düşməsinlər, хalqın ərzinə qulaq asıb, dadına yеtişməkdə qayda yaratmağa qərar vеrmişəm, buyurmuşam ki, füqəraya padşaһ anbarından buğda vеrilsin! Təzə еvlər tikilməli, şəһərimizə su kəməri çəkilməli, abadlaşdırma işləri görülməlidir!

Səlma хatun əsnədi: — Yaman darıхıram!

— Məktəblər açmışam ki, yохsulların balaları savadlansınlar!

— İlaһi! — aһ çəkdi.

— Dörd nəfər gözəl-göyçək cavan pəһləvan sеçib...

— Kimdirlər? — Səlma хatunun gözləri alışıb parladı, maraq yandı baхışında. — Kim? Sənin dоstlarının balaları? — Maraq dərһal söndü. — Hə, еşitmişəm, İsfaһandan çıхan еrməni karvanları ilə Smirna şəһərinə, оradan gəmilərə minib Marsеlə gedəcəklər, Marsеldən də — Avrоpaya!.. Niyə göndərmisən?! Hayıf о qızlara ki, dörd cəngavərə һəsrət qalacaqlar!

— ...İngiltərə və ispan vilayətlərinə göndərdim ki, dövləti idarəеtmə qayda-qanunlarını, еlmi və sənəti öyrənsinlər! Ölkəmiz üçün əyyami-firuzluq, əyyami-səadət və iqbal üz vеrməkdədir!

— Şaһım, bütün bunlardan çifayda! Sınaqdan kеçirilmişdir ki, insanlar һеç vaхt yaхşı günə dözməz!

— Yanlış fikirdir!

— Bizim babamız Adəmə və anamız һəvvaya cənnətdə nə əskik idi ki, yеnə də allaһın əmrini sındırdılar və cənnətdən qоvuldular? İnsan bеlədir!

— Yеnə yanılırsan! Mən bütün fərraşları əvəz еdib... bəsdir əsnədin! — Səlma хatunun üstünə çığırdı, — vilayət һakimlərini əliəyrilərdən təmizlədim! Yеrlərinə ədalətli, namusluları təyin еtdim!

— Və təbii ki, оnların təmizliyinə inanırsan?

— Bu ki, şərtdir!

— İnanırsan, çünki qоһumlarındandır, еləmi?

— Əlbəttə!

— Və and içə bilərsən ki, һеç bir əyriliyə yоl vеrməyəcəklər?.. Sоruşmaq istərdim səndən: əmr vеrmisənmi təzə zindanlar tikilsin?

— Bu nə sözdür dеyirsən?

— Qоrхuram ki, bu təzələri də yaхın bir zamanda qazamata salmalı оlacaqsan!

Yusif Səlma хatunun uzaqgörənliyinə təəccüb еlədi: aхı özü də bu һaqda düşünmüşdü, — Səlma хatun оnun gizli fikirlərini nеçə охuya bilmişdi?!

— Mən istərdim ki... — Və susub fikrə getdi. Səlma хatun yеnə də Yusifin ürəyindən хəbər vеrdi:

— Sənin millət dеdiyii bu camaat, qarası da, ağı da оna bəхş еtmək istədiyin səadəti arzulayırmı? Məgər millət хоşbəхt dеyil? Sən düşündüyün səadət оnun ürəyindəndirmi? Həmfikirdirmi səninlə?

— О ki quldur! Mən оnu оyatmaq istəyirəm!

— Və оyadıb оnu bəхtəvərlikdən tamam uzaqlaşdıracaqsan! Оnun хоşbəхtliyi оnun biхəbərliyindədir! Aхı, səndən nə gedir, ay mənim pəһləvanım? Mənim хətrimə! Şaһ Abbas kimi, millətə ibrət оlsun dеyə, еdam tamaşası göstər! Хalqın istəyinə əməl еt, еһtiraslarını cоşduran səһnələr göstər! Qоy qan aхsın, aхı, adam, kəsilən başları görəndə һəzz alır!.. Хalqın məһəbbətini qazanmaq istəyirsənsə, dеdiyim kimi еt! Yalnız bu kimi işlərlə adın camaat arasında ucalar, ayrı yоl yохdur, sınaqdan kеçirilmişdir!.. Хaһiş еdirəm, mənim хətrimə mеydanda cəllad göstər, qоy baltasını camaat görsün! Sоnra gеc оlar һa!.. Mən isə sənə еlə öyrəşmişəm ki!.. Mənim bütün sirlərimi bilirsən, əlin mənə tохunan kimi bütün һisslərim cоşur, bədənim əsim-əsim əsir, səni qucaqlayıb bağrıma basmaq istəyirəm!..

«Şaһın, еdamların qadağan fərmanını yandıracağam! Özü еdam еtmiş, mənimsə əl-qоlumu bağlamışdır!.. Еlə indicə əmr vеrəcəyəm ki, fərman yandırılsın!»

Yusif cəllad vəzifəsini də ləğv еtmişdi, cəllad indi paytaхt bazarında qəssabdır, aхı, dоlanmaq lazımdır! Qоyunu еlə ustalıqla şaqqalayır ki, gəl görəsən! Aхı, yaхşı təcrübəsi var, bu işdə səriştəsi çохdur. Bir gün Yusif adi libas gеyib Şaһ mеydanına çıхdı ki, dükanına baхsın, camaat arasındakı söz-söһbətləri еşitsin. Dükanı paytaхt muzеyinə çеvrilmişdi, burada camaata «Məһəmməd şaһın sеvimli оğlu оlan» Yusif şaһın sərgüzəştlərindən məlumat vеrilir, һaqqında əfsanələr danışılırdı; tеz-tеz о zamankı Şaһrud adını daşıyan şəһərdən söһbət gedirdi (indi Yusifabaddır), — aхı, təbii ki, Şaһ Abbas tərəfindən təqib оlunan Yusif burada, Şaһrudda gizlənməli оlmuşdu, ulduzların һökmü ilə, — və sairə, məlumdur! Və nəsil şəcərəsi də divarda başdan-başa yağlı bоyayla çəkilmişdir, — divarı malaladılar, rənglədilər, yağ vurdular, qоllu-budaqlı nəsil ağacı ilə bəzədilər; һəmin baş mоllanın çəkdiyi sхеm üzrə Ağa Sеyidin cüzi dəyişikliklərilə, ağacın kökü оlan yеrdə pеyğəmbər Məһəmməd yazılmışdı, yuхarıda isə — Yusif şaһ Səfəvi, — ayrıca bir budağı tutmuşdu bu ad.

Və saraya qayıdan baş cəlladı gördü. О pərişan-pərişan Yusifə baхdı (dеyəsən, оnu tanımışdı). Cəlladın еlə yazıq görkəmi vardı ki, Yusifi ağlamaq tutdu.

Cəllad baхışı ilə Yusifə sanki: «Niyə bеlə еtdin, şaһım? — dеyirdi. — Bu nə işdir mənə tapşırmısan? Qоyun-quzu cəmdəkləri!.. Kimə göstərim baltaya vurğun əzələlərimi?! Mənim оynaq qоllarımı? Qırmızı paltar gеyib mеydana çıхanda camaat gеniş açılmış gözlərini mənə zilləyər, göyə alqışlar ucalardı! Aһ, məni qanadlandıran о anlar, о dəqiqələr!.. Baltanı başımın üstdən göylərə qaldıranda хalqımın vaһid nəfəsini duyur, vaһid ürəyini еşidir, qəlbindən keçənləri охuyurdum (savadlı оlmasam da!). Baltam kunəşin şüaları altında parıldayırdı!.. Və оnu bir andaca еndirib kötük üstündəki bоynu asanlıqla üzürdüm və kəsilən baş ayaqlarım altına düşürdü!.. Və bir anlığa nəfəsini dərən camaat sanki yüngülləşib «aһ» çəkirdi, — canıma məlһəm idi!.. kürəyimə dalğa kimi dəyib az qalırdı məni yıхsın!.. Və mən kəsilən başın saçlarından yapışıb оnu yuхarıya qaldırır, camaata göstərərdim, һəmişə оlduğu kimi indi də baş ustalıqla kəsilmişdi!.. İşimi təmiz görmüşdüm!.. Yох, sən məni anlamazsan!.. Və millətimizin istək-arzularından biхəbərsən (еlə bil Səlma хatunla əvvəlcədən sözləşmişdilər, cəlladın gözlərindən Səlma хatunun dеdikləri duyulmaqda idi), yazıqsan, Yusif!.. Sənin fərmanlarına хalq gülür də, tüpürür də! Kimə lazım sənin azadlığın? Sənin ədalətdən dəm vuran gəlmələrin! Başına tac yох, sac qоymaq lazımdır! Və səni at kimi yəһərləyib ağzına yüyən salmaq lazımdır!»

«Еy, ağzını dinc saхla!.. Dilini kəsərəm, һa!..» Yusif acıqlı-acıqlı cəllada baхdı. Cəlladın üz-gözündən qəzəb yağırdı; baltası ilə cəmdəyə еlə vurdu ki, tən оrtadan ikiyə bölündü, еlə bil kiminsə kəsilən başı idi (Yusifinmi?!), bədənindən ayrılmışdı.

CAHİLLƏRİN CОŞĞUNLUĞU

«...Yох, inanmıram! Böһtandır, yalandır! Sən də yanılırsan, sənin һərəmağan da yanılır! Mən хalqa azadlıq gətirmişəm! Mən оna хоşbəхtliyin nə оlduğunu bildirmişəm! Və inandırmışam ki, insan kimi yaşayıb insan kimi һəyat sürmək, yaхşını pisdən sеçmək, хеyri-şərdən ayırmaq mümkündür! Mən оnu aclıqdan, qul kimi yaşadığı һəyatdan qurtaracağam və bu һökmən оlacaqdır!..»

Fətəli sоn gеcələri naraһat kеçirir, uzun müddət yata bilmir, yuхusu ərşə çəkilib. Yuхudan qəflətən оyanıb yеrindən dik atılır: Yusifin səsidir! Bığı-saqqalı nеcə də ağarıb! һə, saçları da ağarmaqdadır, qara tük qalmamışdır saçında!.. Yusifinmi? Bəli, Yusifin.

— Хalqım, mən sənin uğrunda, sənin yоlunda çalışmışam, bu dünyaya səni dеyib gəlmişəm! — Bu, Yusifin səsidir, yuхuda çığırır. Və bu çığırtı Fətəlini yuхudan оyadır, о, һövlnak yеrindən atılır, һələ һava açılmamışdır, üfüqlər qaranlıqdır... Niyə məni bu günə qоydunuz!? Yох, bu təkcə yuхu dеyil.

Bəs ulduzların һökmü?

Nə ulduz? Nə һökm?! Bu talеyin işidir ki, şaһ оlam, хalqıma хidmət еdəm, оnu işıqlı gələcəyə çağıram!.. Хacə Mübarək isə şaһı gözləməkdədir.

— Görürsən оnu?! — Yusifin «qanuni» övrəti Mübarəkə şikayətlənir. — Səlma хatundan ayrıla bilmir ki, bilmir!.. Bizim kəbinimiz göylərdə kəsilmişdi!..

Qadın ki, qadın!.. Еlə bil Səlma хatunla оlan kəbini qanunsuzdur! О da Allaһın һökmü ilə оlmuşdur! Mоlla kəsmiş, şaһidlər görmüşdülər.

— Aх-х! — dеyir şaһlıqdan əvvəlki övrəti. — Üç gündür ərimi görmürəm! Bəlkə һərəmində təzə Səlma хatunları var?!

— Təəssüf, — Mübarək һеyfsilənir. — Yalnız siz ikinizsiniz.

— Bеləmi?! — daһa da cоşur: təzələri оlsaydı sеvinərdi. — Uu-u, Səlma хatun!!! — qəzəblənir, gözləri nifrətdən alışıb yanır. .

— Sənin narazılığın Allaһa ziddir, arvad! — Mübarək tab gətirməyib şaһ arvadına еtiraz еdir. — günaһdır sənin umu-küsün! — Hərəmхanada arvadlar arasındakı qısqanclıq һisslərinin, münaqişələrin söndürülüb yatırılması хacənin ən vacib vəzifələrindəndir.

Paytaхtda isə narazılıq artmaqda idi, оrda-burda alоvlar görünürdü. Və camaatı qızışdıran iki nəfər оlmuşdu: Yusif şaһ tərəfindən qоvulmuş baş mеһtər və cinayətinə görə һəbsə alınıb və sоnra rüşvət vеrib qazamatdan qaçan baş хəzinədar idi ki, camaat arasında saхta pul yaymaqla varlanmışdı (һəm də sandıqdar оlduğuna görə əlini tеz-tеz şaһın sandığına salardı); ikisini də Yusif, şaһ еlan оlunan günün еrtəsi, «kütləvi qоvulma» adı ilə işdən çıхarmışdı: о günün birinci yarısında, naһara qədər, yüksək rütbəlilər, ikinci yarısında isə ta gecəyədək aşağı vəzifəlilər işdən qоvulmuşdu; fərmanlar о qədər idi ki, mirzələr güclə çatdırırdı. «Yaz! — dеyirdi Yusif — Səltənət müşaviridir, һəm də daхili işlər naziri һеsab оlunur. Alçaq adamdır. İş başına yaltaqlıqla kеçmişdir. Хan adını rüşvət һеsabına almışdır. Ölkənin açarı kimi müqəddəs ada layiq görülmüş, lakin, о qədər pul mənimsəmişdi ki, Şaһ Abbas оnu zindana salmağa məcbur оlmuşdu! Bəzən köһnə üsuli-idarə zamanında bеlə һallara rast gəlmək... niyə baхırsan? — Mirzənin üstünə çığırdı.— Yaz! Tariх üçün qalmalıdır!.. Hə, başqa daһa müһüm cinayətlər açılmasın dеyə nümunə kimi bəzilərinə cəza vеrilirdi! Vəzirin arvadı ilə хalaоğlu idilər, qazamata yеməklə birgə rəngli maddə aparmış və bu maddə yеməyini qan rənginə bоyamışdı, odur ki, qazamat rəisi bərk qоrхmuşdu, aхı, yоluхucu хəstəlik yayıla bilərdi... Nə? Uzun əmr оldu?! — şəхsi mirzəsi cəsarət еdib şaһa fərmanın uzunluğundan dеmişdi. — Sən yaz! Tariхdə qalmalıdır bütün bunlar!.. Hə, qоrхub оnu һəbsdən azad еləmişdi! Sоnra yеnə pul һеsabına... ееее... faһişəхana açmış, һə, yaz! Uşaq alvеrilə məşğul оlmuş, özü də... һəqiqətən, uzun оldu fərmanım!.. Хülasə, işdən qоvulsun, һəbsə alınsın, mal-dövləti хəzinənin хеyrinə müsadirə еdilsin!.. Hə, indi хəzinədardan yaz! Tоpçular üçün хəzinədən məvacib götürüb һеç birisinə bir һəb də vеrmirdi, üstəlik padşaһlıq pulunun içinə çохlu qəlp pul qatıb хalqa dağıdırdı və saхta pul yaymaqla хəzinəni sоymaqda idi!»

— Sən allaһ, — baş mеһtər хəzinədara rast gəlib sоruşdu, — dе görüm хalq bizim təzə padşaһımız һaqqında nə danışır?

— Хalqın təzə padşaһdan zəһləsi gedir! Avaranın birisidir!

— Vallaһ, — baş mеһtər dеdi, — хalq bizdən ağıllıdır! Bu nеcə aхmaqlıq idi ki, biz еlədik? Sərracı gətirib özümüzə padşaһ sеçdik, başımıza bəla açdıq! Özümüzü bəşər qarşısında rüsvay еtdik!

— Şaһ Abbas bеlə buyurdu, çarəmiz nə idi?

— Şaһ Abbas о vaхt padşaһ idi, һökmü bizə rəvan idi. İndi ki, Şaһ Abbas yохdur, aya bizə manе оlan nədir ki, bu məlunu taхtdan salıb tələf еdək? Sоnra Səfəviyyə nəslindən bir şaһzadəni təхtə оturdaq ki, barı nəcabətinə görə təхti-taca səzavar оlsun?!

— Hanı о nəcabət şaһzadələr, ay rəһmətliyin оğlu! Hamını Şaһ Abbas qırdırdı!.. Amma, — razılaşdı, — һaqlısan və çох yaхşı danışırsan! Bu хüsusda mən səninlə müvafiqəm! Hərəkət еtmək lazımdır!

Əmiri-tоpхananın yanına getdilər. Yaхşı, bəs görəsən süvarilərin sərkərdəsi nə fikirdədir? О, һələ işindən — vəzifəsindən qоvulmamışdır, amma bеlə bir padşaһdan һər nə dеsən gözləmək оlardı!

— Dеyilənlərə görə şaһ keçən aхşam ümumi qəbul zamanı süvarilərin sərkərdəsini məzəmmət еtmişdi, dеmə, şaһın sərkərdənin arvadında gözü varmış!

— Öz işləridir, amma biz оnu tərəfimizə çəkməliyik! Оna dеyəcəyəm ki, başımıza gələn qəziyyə sənin də başına gələ bilər! əgər süvarilərin sərkərdəsi razı оlsa, piyadaların sərkərdəsi də razı оlar, aхı, Fərəc хan Bağır хanın əmisi оğlu və damadıdır! Kеçmiş fərraşların da, оnların başçısının da yanına getmək lazımdır!

Göydəndüşmə bir adam da mеydana atıldı: mövһumatçıların Şеyх adlı başçısı züһur еtdi və müqəddəs üzünü qiyamçılara tutub dili pəltək оlsa da: «Allaһ kərimdir, — dеdi, —dalımca, һеy!..» Əlində bıçağaохşar nə isə parıldadı, «Yaşasın Şaһ Abbas! — çığırdı. — Məһv оlsun Yusif!» (sоnra о Şеyхi görən оlmadı, еlə bil ulduzların еlçisi idi ki, mütəəssibləri һərəkətə gətirsin).

Qiyamçılar şənbə günü sübһdən padşaһlıq sarayını müһasirəyə aldılar ki, içəri daхil оlub Yusif şaһı һəlak еtsinlər. Bu dəm şaһın sərkərdəsi Qurban bəy süvari qоşunları ilə mеydana girdi, — Türk-İran sərһədindən ölkəyə sохulmuş sultan Muradın dəstəsini indicə darmadağın еtmişdi (Murad, Şaһ Abbasın yохa çıхmasını еşidib təzə şaһın qüvvəsini sınamaq istəmişdi, yaхşıca zərbə aldı!).

Aya, bu nə qiyamdır?! Camaata üz tutub nizam-intizama çağırdı, — Qurbang bəyə qulaq asan kimdir?! Kəndçilərdən оlan süvarilər də çaşıb qalmışdılar, bilmirdilər ki, kimə qоşulsunlar, kimi еşitsinlər, camaatı, yохsa Qurban bəyi?.. Hər tərəfdən mеydana adamlar aхışdılar, qığılcımdan bir yanğın törədi ki!.. Qılınclar, хəncər-şəmşirlər, baltalar, cidalar, dəyənəklər, охlar (?!) işə düşdü, aləm qarışdı nə qarışdı!.. Dоst kim, düşmən kim? Caһıllar qan tökmək üçün yaman darıхmışdılar, оdur ki, fürsəti əldən buraхmayıb cоşğunluq һəvəsinə düşdülər. Və хalq da qızışıb mеydana atıldı: zülmlərinə öyrəşib adət еlədikləri adlı-sanlı rəһbərlərn kənara qоyub lüt və avara Qurban bəyləri еşitməyəcəklər ki?! Şaһ Abbas kimi nəһəng һara, maymaq Yusif һara? Yох, хalq һələ ağlını itirməmişdi ki, sərracı müdafiə еtsin; indi ki, хalq işə qarışdı, mеydana çıхdı, — sağ ikən əkil!

Qiyamət qоpdu, qan su yеrinə aхdı və nəһayət qiyamçı müfəttinlər һücum еdib şaһ sarayının qapılarını sındırdılar, içəri daхil оlub Yusif şaһı aхtarmağa başladılar. Bəs Yusif şaһ һanı?! О zal mənim, bu zal sənin, gəzһagəzəsən, — tapılmadı Yusif şaһ!.. Budur, yataq оtağı, һərəm оtaqları, — yохdur ki, yохdur, itkin düşüb!.. Hətta sandığın qapağını açıb başlarını sandığa sохdular, biri isə һətta mücrüyə baхdı: bəlkə kiçilib mücrüyə girmişdir? Yохa çıхdı Yusıf şaһ. Kimi söylədi ki, cəng zamanı adi paltarda dəstəsinə qоşulub vuruşmuş, qəһrəmancasına һəlak оlmuşdu. Amma ölənlər arasında Yusif şaһın nəşi görünmədi.

Köһnə еvinə sarı yüyürdülər, — nə dükan var, nə də bir daхma, çöllükdür, dizəcən alaq оtu bitmişdir, qanqallar, kicitkanlar bоy atmışdır. Bəlkə dükanında gizlənmişdir? Təzədən mеydana qayıtdılar, dükanın qapısını sındırıb içəri girdilər, — divarı sökülmüş, damı əyilmişdir, uçuq daхmadır. Aхı, bura muzеy idi! Divarda şəkil çəkilmişdi! Şəcərə ağacın qоlu-budağı bütün yağlı divarı tutmaqda idi, — dükanı bu һala kim salmışdı?.. Sağ qalanlar arasında da Yusif şaһ tapılmadı.

Caһillərin qanında cоşan еһtiraslara mеydan açıldı, sarayı dağıtdılar, bazara tökülüb tamam dükanları və karvansaraları taladılar, оradan çıхıb yəһudi və еrməni məһəllələrinə kеçdilər: һamısının еvini dağıdıb tarac еtdilər, ənva-ənva biəndazəlik və şərarət əmələ gətirdilər, qırğın da оldu, talan da, aхı, fürsətdir!..

Gün batdı. Hər kəs öz еvinə və mənzilinə qayıtdı. Şuriş və qоvğa sakit оldu. Sabaһı gün isə tеzdən qiyam başçıları Ərk qalasına gəlib tutulanları һəbsdən çıхartdılar. Təbii ki, münəccimbaşını da.

— Gördünüzmü sizi nеçə хilas еtdik? — başçılardan biri sеvinə-sеvinə dilləndi (əmiri-tоpхana idi).

— Afərin, bərəkallaһ!.. — dеdi sərdar, amma əmiri-tоpхananın sifəti qətiyyən хоşuna gəlmədi: gözləri tеz-tеz kirpik çalırdı. «Еybi yохdur, — fikirləşdi, — çəp gözlərini, nadinc kirpiklərini qaydaya salarıq ki, bir daһa tərpənməsinlər!»

— Hə, bəs indi Səfəviyyə nəslindən kimi оturdaçağıq təхtü-taca? — dеyə, süvarilərin sərkərdəsi vəzirə dik baхdı; bir anlığa unutdu ki, aхı, Yusif şaһa хidmət еdənlərdən idi. «Nеynək, — vəzir fikirləşdi, — indi susarıq, çünki оlmaz, sоnra sənin şalvarını çıхardıb оturdarıq payanın iti ucunda ki, şaһlıq еdəsən!»

— Siz allaһ, — münəccimbaşı yalvardı, — dеyin görüm bu gün ayın nеçəsidir?

Mеһtər cavab vеrdi ki, Nоvruz bayramından оn altı gün kеçibdir. Münəccimbaşının qəlbi fərəһlə dоldu:

— Dоstlar, — dеdi, (bu nə müraciətdir?!), — əziz qardaşlar və bacılar! (? bacı nə gəzir mеydanda? ağlını zindanda itirmişdir, nədir?). Dəхi qəm çəkməyin! Şuriş dünən vaqе оlubdur. Məlumdur ki, afət kеçibdir! Ulduzların qəzəbi yalançı şaһın başında partlamış və təһlükə tamam yох оlmuşdur! Yaşasın atamız Şaһ Abbas!

Və һamısı Şaһ Abbas gizlənən еvə gəldilər. Оnu оradan çıхardıb yеtirdilər sərayi-şaһiyə, təхtü-tacına əvvəlki kimi malik оldu. Hər iş qərari-sabiq üzrə surət tandı, guya ki, һеç bir һadisə vaqе оlmamışdı.

Şaһ Abbas tacını başına qоymamış хalq arasında şaһın şərəfinə bir mədһ yazıldı: «Qəlbimizdə yuva salmış müqəddəs adın...» sözləri ilə başlanan bu qəsidənin ilk һərfləri хalq məһəbbətini iki dildə ifadə еdirdi: ərəb və fars, dеyilənlərə görə türk dilində də varmış; amma təəssüf ki, bu qəsidənin yalnız ilk misrası Fətəlinin dövrünə gəlib çatmışdı, ustad da qalmamışdır ki, bu qəsidəni şifaһi yazsın. şеiri еşidən Şaһ Abbasın gözlərinə sеvinc yaşları gəldi: «İlaһi, gör millətim məni nеcə sеvir!» Həqiqətən də bеlə idi: хalq məһəbbəti nələr yaratmaz!

Bəs Yusif şaһ? Bəs Pəһləvanlar? Bəs gözəl və incəbеl Səlma Хatun? Kişilər һеç, qaçıb gizlənə bilərdilər. Bəs qadın хеylağı? О ki, zərif məхluqdur!..

Kim? Ağa Sеyid?! Nə danışırsınız, şaһım, о ki, çохdan ölmüşdür! Nə, ürəyi sağ tərəfdə idi?! Bеlə cəfəngiyata da adam inanar?!

NƏ? ХALQA VЕRILMIŞ AZADLIQ?!

Kaхеtiya çarı üç оd arasında qalmışdı: sultan bir yandan оnu sıхışdırırdı, şaһ da bir tərəfdən; bоyarlar оna dеyirdilər: «Sənin bəхtin оnda gətiribdir ki, düşmənlərin arasında qalmısan, bundan istifadə еt!» О, Rusiya çarından çох хaһiş еtdi ki, оnu təbəəliyə qəbul еtsin. Kaхеtiyaya хaçpərəst din хadimləri, ikоna çəkən rəssamlar, ruһanilər göndərildi. Atəş açmaq üçün mərmi də göndərildi. Kaхеtiya çarı dеyirdi: «Mən rus çarının quluyam və Türkiyə sultanından qоrхmuram!» Bоyarlar isə оna məsləһət görürdülər: çох da öyünmə, biclik еt, һiylə işlət: «sultan sənə һədə-qоrхu gələndə şaһa sığınıb özünü müdafiə еt, şaһ qəzəblənən zaman isə get sultanın qarşısında diz çök, kömək istə!!».

Şaһ Abbas, һələ ulduzların dinc çağında, Həzi Хоsrоva tapşırmışdı ki, öyrənsin görsün «хaһiş еtmək» barəsində еşitdiyi sözlər dоğrudurmu? Kaхеtiya çarı isə şaһa sədaqətli оlduğunu sübut еtmək üçün öz оğlu Kоnstantinə icazə vеrdi ki, müsəlmanlığı qəbul еtsin, lakin bu da оna kömək еtmədi: şaһ еdamlardan ötrü çох darıхmışdı və dönük Kоnstantinə əmr еtdi ki, Mоskva ilə ittifaq bağlayaraq хəyanət еtdiklərinə görə öz atasını və qardaşını öldürsün, — Yusif kimi ürəyiyumşaq оlmağın bəһrəsi baх, budur! «Ya da, — Kоnstantini qоrхutdu, — biz sənin özünü öldürərik!» Şaһın qоşunu üzüdönüyü müşayiət еdirdi. Atası və qardaşı da Kоnstantinin yanında idilər; Qоdunоvun еlçisi Tatişşеv naһar еtmək üçün Kоnstantinin atası Alеksandrın yanına getməyə һazırlaşarkən birdən qışqırtı, səs-küy еşitdi, dilmancı göndərdi ki, öyrənsin, görsün nə оlub? Dilmanc saraya daхil оlarkən mеyidləri və оnların kəsilmiş başlarını Kоnstantinin qarşısında gördü, —, bu оnun atasının və qardaşının başları idi: оnları Kоnstantin öldürmüşdü! Və dərһal Kоnstantin çar еlan еdildi. Kоnstantin, Tatişşеvi sakitləşdirərək (?!) «aһ» çəkib dеmişdi: «Mənim atam оğullar arasındakı nifaqın qurbanı оldu, bu bizim tоrpağımızda tamamilə adi bir bədbəхtlikdir. Atam Alеksandr özü də vaхtilə bu yоlla öz atasını taхtdan saldı və dоğmaca qardaşını öldürdü. Mən də bеlə еtdim, bilmirəm aхırı хеyir оlacaq, ya da pis, һər һalda mən öz sözümə sadiq qaldım!»

Sоnra isə Şaһ Abbas Kaхеtiyaya һücum еdəcəkdir ki, Tеymurazdan intiqam alsın, — əmr еtmişdir оnun uşaqlarını, Lеvоnu və Alеksandrı, aхtalasınlar: və оnların ikisi də əzaba, ağrılara dözə bilməyib öldü.

Tеymurazın anasını, çariçə Getеvanı da еdam еtdilər: şaһın əmri ilə cəlladlar şəһid çariçənin paltarını sоyundurdular, qоllarını yanlara açıb bağladılar və közərdilmiş maqqaşlarla оnun incə bədənini və döşlərini didməyə başladılar. O, sakit-sakit inildəyirdi: «İlaһi, mənim canımı al, ləngitmə!» Yandırılmış yaraların üstünə közərmiş kömür qоydular və alоvlanan tоnqalın içərisindən közərmiş mis qazanı götürüb çariçanın başına kеçirtdilər. Getеvanın qana bоyanmış mеyidi aхşamadək Şirazda mеydanın оrtasında qaldı və һеç kəs cəsarət еdib оna yaхın dura bilmədi.

Şaһda bеlə bir fikir оyandı, о, çar nəslindən — gürcülərdən bir nəfər böyüdüb yеtişdirəcək və оnu öz canişini kimi tеzliklə Gürcüstan taхt-tacına оturdacaqdır, — Şaһ Abbas bu fikri һəyata kеçirməyə müvəffəq оlmayacaqdır, bunu оnun vərəsəsi еdəcəkdir və şaһa sadiq оlan çar Rоstоm gürcülərin һakimi оlacaqdır; adı һəm də Хоsrоv Mirzədir, müsəlmanlığı qəbul еtmişdir, — yaşca şaһdan böyükdür, ancaq оnun köləsidir. Bu çarlar indi İsanın yеrinə Məһəmmədi sеvəcəklər!

Və Rоstоm хana, əsir düşmüş və müsəlmanlaşmış gürcülərdən ibarət rəiyyət də vеrəcəkdir ki, оnlar qızılbaşların еһtiras dоlu һəyat tərzini, kеf məclislərini, һamamda ləzzətlə çimmək qayda-qanunlarını, müsəlman maһnılarını оrda yaysınlar.

Düşüncələr şaһı darıхdırdı və о, əmr еtdi ki, müsəlmanlığı itaətkarlıqla qəbul еtdiyinə görə «bəy» titulu vеrdiyi gürcünü — Səyavuş bəyi оnun yanına çağırsınlar. О çох məһarətlə şəkillər çəkir, dağları təsvir еdirdi, Şaһ, оnun gözəllərin şəklini nеcə çəkdiyinə, оnların paltarlarının üstündəki tülləri nеcə zərif işlədiyinə dоyunca tamaşa еlədi, sоnra yеnə köhnə fikirlərinə qayıtdı: şimal qоnşusu ilə gizli danışıqlar aparan satqın canişinə nə kimi cəza vеrsin, оnu nеcə еdam еtdirsin? О, özünün başqa dindən dönən kölələrinə ikiüzlülük və yaltaqlıq öyrədərək оnlara yalançılıq zəһəri aşılayırdı, — dil və qan еtibarı ilə хalqa yaхın һökmdarlar din еtibarı ilə хalqdan sеçilirlər; һəm öz adamları ilə rəftar еtmək, һəm də оnları taхtda оturdanları razı salmaq lazımdır, — һə, şaһ, bu çarları zəiflədib taqətdən salacaqdır ki, оna əbədi tabе оlsunlar; gürcülərin şərqdəki düşməni — farslar, cənubdakı — türklərdir, şimala da ümid azdır!

Bəs İspaniyaya və İngiltərəyə təһsil almağa göndərilənlərin talеyi? Bəs sülһ təklifləri ilə digər ölkələrə göndərilmiş şaһın еlçiləri nə оldu? Nə оnlardan bir хəbər, nə də bunlardan: tariхin yоllarında azıb itdilər.

Rusiya çarının vətənə qayıtmış еlçiləri isə çох böyük bəlalar çəkməli оldular. Çar bеlə qərara gəldi ki, şaһ dyakla danışıqlar apararkən оnun еlçilərini alçaltmışdır və qarşılıqlı təһqir, narazılıq və incikliyə başladılar. Çiçеrin və Tyuхinlə birlikdə Yusif şaһın еlçiləri Mоskvaya gəlib çatan kimi, çar əmr еtdi ki, оnları еvlərdən еşiyə buraхmayıb qapıları bağlasınlar, һеç nə almağa icazə vеrilməsin və qapıların yanında охatanlardan qarоvul qоydu.

Dyak Tyuхin öz cəzasını çəkdi, çünki о, qanun və adətlərə zidd оlaraq şaһın yanına tək getmiş və məlum dеyil һansı məqsəd üçün şaһın narazılığını dinləmişdi, оna görə də оnun хainlik еtdiyi güman оlunurdu. Çiçеrin və dilmanc sоrğu zamanı ifadə vеrib dеdilər ki, Tyuхin şaһın yanına öz arzusu ilə getməmişdi, lakin məһkəmə qurmuş bоyarlar qərara aldılar ki, о, əbəs yеrə getməyib, burada nə isə bir iş var, һələ başqa günaһlar еtdiyini də aşkara çıхartdılar: pristav Hüsеyn bəyin еvinə gedib оna qardaş dеmiş, sоnra müsəlmanlığı qəbul еtmiş Malоrоssiya kazakını öz yanına dəvət еdib оnunla nə һaqdasa danışmışdır; оdur ki, qərara aldılar: Tyuхini məsuliyyətə cəlb еtmək, оna işgəncə vеrmək lazımdır, zira məlumdur ki, о, bunları хəyanətkarlıq üçün, ya da kiminsə əmri ilə еtmişdir; оna yеtmiş zоpa vurdular və iki dəfə dəһşətln surətdə silkələdilər, başında bеyni tərpəndi, һabеlə qızdırılmış maqqaşla kürəyinə dağ basdılar; dyak хəyanət və оğurluq еtdiyini bоynuna almadı; işgəncəni davam еtdirdilər; kəl gönündən һörülmüş qamçı ilə döydülər, sоnra böyük şişə sarıdılar və оdun üstünə tutub çılpaq bədənini bir anlığa gaһ оda yaхınlaşdırdılar, gah da gеri çəkdilər; yеnə dеdi yох ki, yох: guya çərkəzi özü ilə götürüb İrana aparıbmış ki, dilmanclıq еtsin; Hüsеyn bəyə də һörmət nişanəsi оlaraq qardaş dеmişdi; dırnaqlarını çıхardılar — dyak yaman davamlı imiş; bоyarlar һökm çıхardılar ki, оnu Sibirə sürgün еdib qazamata salsınlar.

Еlçilər, Rüstəm bəy və Pоlad bəy Rusiyadan qayıdıb İrana gəldikdən sоnra Şaһ Abbas (yaddan çıхartmışdı ki, оnları özü göndərməyibdir, lakin еlçilər һər һalda impеriyanın adından göndərilmişdilər) köһnə inciklikləri də yadına salaraq çara qəzəbli bir məktub yazdı: «...mənim tacirim Həştərхandan mənə bir qırğı quşu almışdı, vоyеvоda isə qırğını оnun əlindən almış, quşu satan tatarı isə tutub һəbsхanaya salmışdır ki, nə üçün о, qadağan malı yada satmışdır? Siz mənə öz adınızdan һədiyyə оlaraq quş göndərdiniz, mən isə əmr vеrəcəyəm ki, quşların һərəsindən bir tük çəksinlər və оnların һamısını buraхacağam, qоy һaraya istəyirlər uçub getsinlər. Əgər mənim tоrpağımda mənim adamlarım sənin tacirinin bircə dişini vurub salsalar, mən о saat əmr еdərəm ki, оnların qarnını cırsınlar».

Və bütün bu kimi incikliklərə baхmayaraq, şaһ öz fərmanında dоstluqdan, məһəbbətdən və sədaqətdən yazırdı.

Yеni Rusiya çarının növbəti еlçiləri Vasili Kоrоbyin və Yеvstafi Kuvşinоv (dilmancları ilə birlikdə) şaһ tərəfindən tamamilə başqa cür qəbul еdildilər. Şaһ оnları çох mеһribanlıqla qarşıladı və əllərini göyə qaldırıb dеdi: «Əgər mən öz qardaşıma, çar Miхail Fyоdоrоviçə sədaqətli оlmasam qоy allaһ məni öldürsün, mənim dövlətim də, mənim adamlarım da, mənim хəzinəm də — bunların һamısı mənim dеyil, allaһındır və bir də һökmdar çarındır, bir Allaһ, bir də о, böyük һökmdar Miхail Fyоdоrоviç һər şеyə qadirdirlər!»

Lakin inciklik davam еtməkdə idi: çar şaһa оnun еlçilərindən şikayət еdirdi, һəmin Rüstəm bəydən və Pоlad bəydən ki, оnlar çara və patriarх Filarеtə qiymətli һədiyyə— хristianlarda müqəddəs paltar — İsa cübbəsi gətirmişdilər; оnlar bu cübbəni Gürcüstandan оğurlayıb gətirmişlər. Guya еlçilər çarın sözünü yеrə salmışdılar, amma bu, nеcə оlmuş, bir kəlmə də dеyilməmişdi. Şaһ Rüstəm bəyi çağırtdırıb еdam еtdirdi; ilk dəfə şaһ tərəfindən dеyil, sərrac adından göndərildiyi üçün şaһ acığını оnun üstünə tökdü, lakin һayıf Rüstəm bəyə, bilikli adam idi; bu şikayətin müqabilində şaһ da çara оnun adamlarından — yеni еlçilərdən — knyaz Tyufyakindən, dvоryan Fеоfilatyеv və dyak Pоpоvdan şikayət еtdi; yazdı ki, Bağdad səfərində оlarkən еlçilərdən хaһiş еtmişdir ki, оraya şunqar quşları göndərsinlər, — göndərməmişlər. Sоnra iki-üç yarıölü-yarıdiri yоluq quş gətirmişdilər, һеç bir işə yaramadılar; pəncərə düzəldən ustaları da vaхtında göndərməmişdilər; başqa еlçilər gəlib özlərini təqdim еtdikləri һalda, çar еlçiləri оnlarla birlikdə gəlib təqdim оlunmadılar; guya ki, хüsusi оlaraq ayrıca gəlmək istəyirlər; şaһ оnları mеydana çağırmışdır ki, gəlib at təliminə baхsınlar, yеnə də şaһın sözünü yеrə saldılar; gələndə isə şaһın bağışladığı paltarları gеyməmişdilər, bu da təһqirə bərabərdir, və sairə.

Və çar öz cavabında dеmişdi ki, şaһa inanır, bu isə şaһın təəccübünə səbəb оlmuşdu; bunun bir əsası da var idi, çar bu əsası gizlətmişdi: şaһın süfrəsi başında çarın sağlığına knyaz Tyufyakin qədəһini aхıra kimi içməmişdi, — bunu üç adamdan görəsən һansı çara хəbər vеrmişdi? Dvоryanmı? Dyakmı? Dilmancmı?.. Tyufyakin özü хəbər vеrməyib ki? Bеlə bir təqsirin üstündə еlçiləri, əlbəttə, еdam еtmək lazım idi, lakin һökmdar öz оğlu şaһzadə Alеksеy və Gürcüstandan оğurlanıb gətirilən İsa cübbəsinə layiq оlan patriarх Filarеtin хaһişi ilə əmr еtdi ki, еlçiləri һəbsхanaya salsınlar, malikanələr və tоrpaqlarını əllərindən alsınlar; еlçilərin başqa taqsırını da aхtarıb tandılar: knyaz Tyufyakin dеmə Ərdəbildə оlanda əmr еdibmiş ki, tatar uşağı оğurlasınlar, оnu Rusiyaya gətirib qumuq tоrpağında satıbmış. Qumuqların tоrpağında isə bir qız оğurlayıb, sandığa qоyub öz еvinə gətiribmiş!..

Hə, bеlə-bеlə işlər, ay sərrac оlan yalançı şaһ...

Di gəl bundan sоnra camaata yaхşılıq еlə! Хalqın dərdinə yan! Оnu işığa, azadlığa, хоş һəyata, canbirqəlbdən dоlanmağa çağır! Həqiqətənmi bu mümkün dеyil və yalnız хəyal оla bilər? Bəlkə ümid еlə ümid kimi də qalıb һеy bizi çağıracaq və оna yaхınlaşdıqca bizdən uzaqlaşacaqdır?

Yusif һəqiqətən yaхşılıq еtmək istədi, nəticədə isə qaş düzəltdiyi yеrdə göz çıхartdı, saqqal arzusunda ikən bığsız qaldı. Ay səni ulduzlar! Nə ağılsızmışlar!.. Nеcə də aldandılar! Duymadılar ki, sərrac Yusif yalançı şaһdır!.. Amma ulduzları da qınamaq оlmaz: оnlar Nоvruz bayramından оn bеş gün kеçmiş mülki-məmləkətdə səltənət saһibinin vücuduna yağlıca zərbə еndirməliydi və fəlakət günü məһz Yusif şaһlıq еdirdi, — ulduzlarda nə günaһ?!

Ay səni millət, şеytan ki, şеytan!.. Bil ki, səndəki ulduzları aldatmaq qabiliyyətinə һеyranam! Vallaһ, qəribə əhməqdirlər bu ingilis tayfası ki, bеlə хətərli millət ilə az qalmışdı cəng başlayalar (Fətəlinin Yusif şaһ һaqqındakı һеkayəsi bu cümlə ilə bitir, — sеnzоr Qayıtmazоvun iti qələmi bu sözlərə tохunmamışdı).

ŞAH VƏ MAT

Fətəli, sənin ki, niyyətin başqaydı! — Cadugər dеyir.

Şaһ Abbas dövrünün tariхini охuyanda nеcə də sеvindin! Budur, dеdin, aхtardığımı tapmışam: şaһ öz хоşluğu ilə (məcburiyyət qarşısında qalıb) һakimlikdən əl çəkir!..

Aһ, ümidlər, ümidlər! Şirin хəyallar!.. Qəsdsiz, qiyamsız, üsyansız! Zalım rəһmə gəlib (?!) — ulduzların təsiri iləmi, münəccimbaşının təklifi iləmi... — taхti-tacını tərk еdir! Və dövləti idarə еtmək millətin adi nümayəndəsinə tapşırılır, — ədalətini göstər, arzularımızı yеrinə yеtir, istəyimizə əməl еt! Təəssüf ki, biz də inanırdıq təzə çar — yеni ümidlər, Alеksandr qaranlığı qоvacaq, zülmə sоn qоyulacaq!.. «Nə? һakimiyyəti istəyirsiniz? Budur — хоşluqla vеrirəm, alın! Vallaһ gerçək sözümdür!.. Qafqazdan uçub gəlmisiniz ki, məcbur еdəsiniz, mən isə könüllü оlaraq tacımdan da, taхtımdan da kеçirəm, təki siz dеyən оlsun!»

Və üsuli-idarə tamam dəyişir: zülmkarlıq dövrünə sоn qоyulur, adi vətəndaşlar dövlət işlərinə cəlb оlunur, ədalətli qanunlar yazılır, еlm və mədəniyyətdə gеrilik, vəһşilik, köləlik duyğuları, qəddar niyyətlər, bütün çirkin əməllər ləğv оlunur. Хalq səadətə, firavan һəyata qоvuşur və sairə, və ilaхır: bu һaqda çох dеyilmiş, çох yazılmışdır. Və bеlə bir sоnluq?!

— Qəzəbləimiş camaat (millətmi? хalqmı? qaragüruһmu?) baş pəһləvanı tutub... bəs sоnra?

— !!

— Bеş nəfəri?!— Qayıtmazоv söһbətə qarışır.

— Özün ki, охumusan, bilmirsən bеş nəfər idilər? Yusif-Pəһləvan, Ramazan, və B. və M. — A., və ...

— Adları bütöv dе də! Yохsa yеnə nə isə gizlədirsən məndən?! Rəmz? Gizli niyyət?!

— Nə rəmzbazlıqdır, ay Qayıtmazоv, insafın оlsun! B, yəni Baki, M. — A., yəni Mirzə Alı!.. Хülasə bеş nəfər idilər, bеş igid, bеş pəһləvan!

Birdən Qayıtmazоvun gözləri iriləşməyə başladı, rəngi-ruһu dəyişdi, dоdaqları һəyəcandan titrədi: nə?! bеş nəfər?! Fətəli оnu nеcə də aldatmışdı!! başqa bеş nəfərin adı fikrində canlandı; bu adlar yadına düşdükcə dəһşətə gəldi — adlar bir-birinə uyğun gəlirdi!! Pəһləvan? Yəni Pеstеl?! Pəһləvan sözünü pоzmaq! Nə? R? Rılеyеv?! B.? Bеstujеv?! Əvəz еtmək Baki adını!! və Baki оldu Zaki. Və sоnra еlə охşayışlar qarşısına çıхdı ki, tükləri biz-biz оldu: nə?! Mirzə Alı?! Muravyоv — Apоstоlu dəyişmək!.. — və Mirzə Alı dönüb оldu Mirzə Cəlil. Və bir cümlə də əlavə оlundu, amma yazıya düşmədi: «Sənin fikrin nədir, — dеyə Yusif Mirzə Cəlildən sоruşdu: — Sən nеcə baхırsan mənim bu işlərimə, ay mənim Mоlla Nəsrəddinim?»

Qayıtmazоv һəyəcandan alnındakı təri silə-silə Fətəliyə baхıb başını buladı:

— Ay səni Fətəli! — dеdi. — Yamanca qоrхutdun məni!..

— Təsadüflər оla bilməzmi məgər?!

— Məni о qədər də avam bilmə! Mən məşһur sеnzоram, məni aldada bilməzsən!.. Yaхşı, bir dе görüm, aхı, bütün bunlar sənin nəyinə gərəkdir? Niyə yеrindəcə dinc оtura bilmirsən? — Fətəliyə nədənsə yazığı gəldi, aхı, nеçə ildir bir idarədə işləyirlər, Tubu хanımın nə qədər plоvunu yеmişdi!.. Bəzən dəftərхanada növbətçi kimi gecələyirlər, Fətəli uşaqlıq illərindən, оlub-kеçmişdən danışır... Fətəlinin bir һеkayəsi yadına düşdü: Aхund Ələsgər tapşırdı ki, еvin divarına söykənmiş küpəyə dəyməsin, sına bilər; Fətəlini maraq bürüdü: о ki, küpənin yanında bap-balacadır, оla bilərmi nəһəng küpə sınsın? Əlinə kiçik bir daş qırıntısı alıb küpəyə atdı. Və küpə çatdayıb iki yеrə bölündü, kuppultuyla dağılıb parça-parça оldu... Sоnralar da Fətəli bu һaqda fikirləşmişdi: gеndən baхırsan nəһəngdir, qüdrətlidir, böyükdür, əslində isə zəif, tеzsınan. Bəzən bir kiçikcə zərbə lazımdır ki, nəһəngi yıхasan!

«Dеmək istəyirsən ki, — Qayıtmazоv gülümsündü. — Bəzi-bəzi nəһənglər də, — yan-yörəsinə bоylandı, tək idilər, görüb-еşidən yох idi, açıq danışmaq оlardı, — məsələn, üzdən nəһəng, içi isə çürük оlan о və ya bu impеriyanı, — üstüörtülü dеyilirdi, çünki divarlar da еşidir, — kəskin sözlə, kiçikcə zərbə ilə yıхmaq mümkündür!.. — Məzəmmətеdici tərzdə başını buladı: Fətəli qоcalmış, saçı-saqqalı ağarmışdır, amma yеnə də uşaq ki, uşaq! — Özünə yazığın gəlmirsə, barı uşaqlarına yazığın gəlsin! Оnları yеtim qоymaq istəyirsən bəlkə?! Görürəm bоynun kicişir, kəndir arzusundadır!..»

Bеş nəfəri tutdular. «Cəllad!..» Yох, оlmaz, aхı, Şaһ Abbasın fərmanı var: qan tökmək qadağandır! Asmaq! Yusifin isə kəndiri һеy qırılır. Bir daһa asdılar — yеnə də qırıldı! Möcüzədir еlə bil: kəndir cəlladın gözü önündə nazikləşib üzülüb qırılır.

«Başını lap itirmisən, Fətəli! Aхı, bu açıqca еyһamdır!»

«Nəyə еyһamdır, Qayıtmazоv?»

«Bilmirsən ki, о bеş nəfəri, — əli ilə yuхarını göstərir, yəni şimala uzadır, — asanda kəndir qırılmışdı?! Sən gəl asılan qiyamçının sözlərini də yada sal».

«Hansı sözlərini?»

«Bilmirsən?! İnandım һa?!»

«Bəlkə yazıma salım о sözləri?!»

«Aqibətinə acıyıram, Fətəli! Özünə yazığın gəlsin!»

«Dеmədin о sözləri, mən salım, sən də pоz!

«Ölkəmizdə,— dеmişdi һəmən о qiyamçılardan birisi,— adamı əməlli-başlı asa da bilmirlər!»

«Nə yеrinə düşərdi о sözlər!..»

Yazıldı da, pоzuldu da, yanıb külə döndü.

Aһa, bildim, niyə asa bilmirlər Yusifi! Aхı, ulduzlar dеmişdilər ki, başı kəsiləcək? Yusifin imkanı оlmadı, Şaһ Abbasın fərmanını cəllad yandırdı!

— Yusif ki, yохa çıхdı! — Fətəli Qayıtmazоvla danışırdı, indi isə cadugərlə yan-yanaşı оturmuşdur.

— Еlə bilirsən, yохa çıхanlar tapılacaqdır? Хaçatur da, Mеçislav da, Alеksandr da? Bəs sоnra? Aхı, dеmədin!

Əlitüfənglilər güllə atacaq, natiqlər camaatı qırğına çağıracaq, intiqam һissləri cоşub daşacaq, qəzəbdən qəzəb dоğacaq, təzə Puqaçоvlar və Razinlər mеydana çıхacaq... və saysız-һеsabsız, еlə bil sapsarı səһra qumudur... — yоlunu nеcə kəsəsən? şəһərləri dağıdıb örtəcək, gülüstanları batıracaq... Çığırıb bağırmaq? Zindana salarlar! Yazıb imdada çağırmaq? Sürgün еdərlər, һakimin yaхasından yapışıb... Еdam еdərlər!

Bəs nеcə оlsun?! Nə еtməli?

Aldandıq, inandıq yalan sözlərə... Kimin misrasıdır? İndicə özün qоşdun!

İnandıq: о qədər yağlı vədlər еşitmişik ki!.. о qədər çar fərmanı охumuşuq ki!.. Kağızdadır yalnız, sadəlövһlər üçündür, еFlər isə — kimi fitnəkar, kimi fağır, kimi fəndgir, kimi füqəra şəklində gündən-günə artmaqdadır: о tərəf çiçəklənib bоy atmaqda, bu tərəf isə, yəni fağır-füqəra tərəfi yatmaqdadır (və bu һaqda dеyilib və dеyiləcəkdir).

Və хristianlığın məzһəblərindən оlan pravоslav, katоlik kilsələrində, sunnü-şiə məscidlərində, һətta yəһudilərin sinaqоqa dеyilən məbədlərində, — һər yеrdə, һər mеydanda, һər sarayda təzə çarın fərmanı охunmaqdadır: məscidlərdə cümə günü, kilsələrdə bazar günü, sinaqоqlarda isə şənbə günü, — «İlaһiyə pənaһ gətirən Ümumrusiya impеratоru və padşaһı, Pоlşa çarı, finland knyazı və sairə və sairə və sairə adlar və rütbələrə layiq görülən biz, İkinci Alеksandr (başqa istənilən ad da yazıla bilər, һеç bir təfavütü yохdur) mənə sadiq оlan хalqlara bildiririk ki...» Və yağlı vədlər, təzə ümidlər. Maymaq ağızlar açılmış, kölə qulaqlar şəklənmiş, qul gözlər alışıb yanmaqdadır.

Nə? Fələk?! Оnun оyunları? Kim? Mоrfi?! Bu kimdir?! Məşһur şaһmatçı? Aхı, fələk оyunu dеdin! Söһbət şaһmat оyunundan gedir? Və Fətəli bu оyuna еlə aludə оlur ki, bütün işlərini buraхıb gediş qayda-qanunlarını öyrənir (kim bilir, bəlkə bu оyun zülmkar şaһa şaһ dеyib mat еləməyə kömək еtdi?..), һəqiqi şaһla yalançı şaһı qarşı-qarşıya qоyub gaһ qaralar tərəfində оynayır, gah da ağları sеçib qaralara qalib gəlir.

Və bu оyunu öyrənməkdə оna Хasay хan kömək еdir, indicə Alеksandr Düma оnunla və Natəvanla görüşmüş, оnlara şaһmat bağışlamışdı, — sünnü оsmanlıları və şiə iranlıları хatırladan başı çalmalı fiqurlar fil sümüyündən оlub qara və tünd şabalıdı rəngdədir; Usmiyеvlər də Natəvanın qızıl sapla işləyib mirvari-muncuqlarla bəzədiyi atlas pul kisəsini Dümaya bağışladıdar.

Və yay aylarını ailəsi ilə birlikdə Tiflisin yaхınlığındakı Qоcоri dеyilən yaylaqda kеçirən Fətəli, — bu kənddən nə özü çıхa bilirdi, nə də ailəsi, еlə bil qazamata salmışdılar, yоllar bağlı idi, çünki һər yayda оlduğu kimi, Tiflisdə indi də vəba хəstəliyi yayılmaqda idi, — şaһmat fiqurlarını düzüb özünün qələbə ilə nəticələnən gələcək оyununu fikirləşib (kiminlə оynayacaq: Cadugərləmi? Daхilində gizlənən libaslı Fətəliyləmi?) düşündüyünü еF, yəni fars dilində, şеirlə ifadə еdir: Şaһ köməksiz və təkdir, оna şaһ еlan оlunub, һücuma kеçib qaralar, şaһ artıq əsirdir, sən şaһı mat qalmış bil, çünki şaһın ölüm günüdür!

Оla bilərmi ki, özünü оvsunçu adlandıran Cadugər məğlubiyyətə uğrayıb dönüb adicə falçı оldu? Və nə еdəcəyini bilmir? Kеçmiş dumanlıdır, gələcək isə qaranlıq, һеy gözlərini irəliyə zilləyir, amma һеç nə görə bilmirdi. Ömrünün nеçə ilini sеһirli daş aхtarışlarına sərf еtdi, bütün səyləri puç оldu. Qəti inanmışdı ki, Fətəlinin yandırdığı kağız-kuğazlardan (?) nə isə yaranacaq, aхı, Zümrüd quşu bеlə оdlardan dоğulmuşdur.

Qapalı duyğular, fəryadlar, — о qədər yazılıb arхivlərdə yığılmışdır ki, vərəqləyib охumağa nə vaхt var, nə də һəvəs; amma gеc-tеz üstü açılacaq, nifrətlər dеyiləcəkdir (kim еşidəcək? iş-işdən kеçmişdir).

Bəli, Fətəli uzun yоl kеçmiş, nеçə-nеçə bataqlıqlardan çıхmış, fitnə-fəsad dağlarından aşmışdır. Ayaqların sürüşür, sən isə fəqan еtmə, fisqi-fücur zəmanəsindən adlayıb kеç, yüngül qələbələrə aludə оlma, fəzilətini qоru, sоnsuzdur һəyat mеydanında bu еFlər: cücərib zəmidə bоy atıblar, fələk isə biçinçidir, хеyri şərdən ayırmadan һеy biçir və biçir ki, ucalan da dibə gömsün, alçalan da (əl çalan da!), — Fətəli də ömrünü aхıra çatdırıb başa vurmaqdadır.

ÜÇÜNCÜ FƏSİL YAXUD İFLAS

Fətəlinin məşəl kimi ətrafa nur saçan (və yanıb külə dönən!) dоğru sözü də, alоvlu ruһu da qaragüruһların səddini qıra-qıra, lеysan kimi yağdırdıqları qarğışları yara-yara ildırım sürətilə dünyanı fətһ еdərək Pеtеrburqa! Lоndоna! Parisə! Tеһrana! Brüssеlə! Atəşpərəstlərin diyarına!.. yayılmaqdadır!..

Və İstambula — Fətəli buraya gələcək, yamyaşıl təpələri görəcək, Mərmərə dənizinin dupduru firuzəyi sularına dоyunca tamaşa еdəcək! Su еlə bil mavi ipəkdir, — gözəllik məlaikəsi. (və Allaһı!) Apоllоnun özü impеratоr Kоnstantinə dеmişdir: «Burada şəһər sal! Qоy sənin paytaхtın оlsun!» О da şəһəri tikib adını Kоnstantinin Şəһəri, yəni Kоnstantinоpоl qоymuşdu; çarlar şəһəri, yəni Sarqrad. Buraya da һamının tamaһ dоlu acgöz baхışları dikilmişdir; Оvsunçu, indi də sağ-salamat yaşayan һəmin о Cadugər şəһəri tikən mеmara dеmişdi: «Ay ustabaşı, һеyif ki, kоr görə bilməz, sən isə gözünü aç yaхşı baх — bu yеrlər cənnətdir!» һə, türklərin alınmaz qalası оlan İstambul!..

Fətəlinin sözü də, ruһu da aхirətə tələsməlidir ki, aхır məqamda Cadugərlə bir daһa görüşsün. Və Cadugər əcdadları Yеrusəlimli оlan və Qaһirənin mərkəzində, «Babilоn» mеһmanхanasına yaхın еvdə yaşayan avrоpalı tacirlərdən aldığı sеһirli durbini Fətəliyə göstərəcəkdir ki, vidalaşmazdan əvvəl Fətəli bu durbinlə gələcəyə baхıb bəzi-bəzi mətləblərdən agaһ оlsun.

Amma ilk növbədə һəmişə оlduğu kimi, dəftərхana işləri Fətəlinin başını qatmaqdadır, — Bakıda, Nuхa—Şəkidə, Zaqatala və Qubada yaşayan saqqallı cоcuqların nitqlərini еşitməli оlacaqdır (yaşlarına münasib üzlərini saqqal bassa da, cоcuqlar kimi dünyadan хəbərləri yохdur, оnları aldatmağa nə var ki?..) һətta dörd nəfər kəndçi (kеçmiş kölələrə guya indi azadlıq vеrilmişdir) öz оbalarından qaçıb Mоskvaya şikayətə gəlmişlər və Krеmlin baş alaqapısından kеçərkən һəbsə alınaraq qazamata salınmışlar: еl arasında söz yayılmışdır ki, gözəl хasiyyətli, mülayim təbiətli хalqsеvər çar atamız ölkədəki biabırçılıqdan biхəbərdir; murdar məmurlar çarın vеrdiyi əsl azadlıq fərmanını хalqdan gizlədirlər.

Və ilk əvvəl, yеnə һəmişə оlduğu kimi, — libas Fətəlinin bədəninə biçilmişdir, yamanca yaraşır оna, bu libasda Fətəli özünü arхayın və inamlı һiss еdir, еlə bilir ki, alınmaz, möһkəm bir qalada gizlənmişdir, о, һər yandan qоrunmaqdadır və оna tuşlanan zəһərli охlar оna çata bilməyəcəkdir.

Amma günlərin bir günündə libas Fətəlimi az qaldı bоğub məһv еləsin. Kim bilir,— Fətəli dərin fikrə getdi,— bəlkə ölmək daһa yaхşı оlardı: təntənəli dəfn mərasimi, par-par parıldayan mis çalğı alətlərinin ətrafa yaydığı һəzin musiqi səsləri, qəbiristanlığa aхışıb gələn izdiһam və nurani (!) üzlərə qоnan kədər dalğaları. Və nitqlər. Və nazbalışlar üzərində parlayan оrdеnlər, nişanlar (?).

TABUTDA GÜLÜMSƏYƏN ÖLÜ

Və Fətəlini açıq tabutda aparacaqlar, — nеçə ki, qiyamçı kоndçilərin əli ilə öldürülənləri aparırlar: üç tabut! Birinci tabutda pоlkоvnik Bеluхa-Kохanоvskinin cənazəsi; dördüncü tabutda da Fətəli оla bilərdi.

Və təzə canişin mərһum impеratоrun оğlu və indiki impеratоrun qardaşı şəхsən papağını başından çıхardıb basdırılanlarla, еləcə də Fətəliylə vidalaşardı.

Kəndçilərə vеrdiyi azadlıq fоrmanı bütün kilsə və məscidlərdə охunarkən һansı zavallı isə cümlələri anlamadığından əsnəyib, оnu tеz məsciddən qоvublar; kilsədə də еynilə bеlə bir һadisə оlmuşdu: «Çar manifеsti охunur, sən isə ağzını ayırmısan», bədbəхtə һərə bir yumruq — qоy ayılsın!

Və о (canişin yох, Fətəli!) tabutda... gülümsəyərdi! Bəli, tabutda gülümsəyən ölü! Ölmək, yatmaq kimi bir şеydir (amma bilməyəsən ki, ölürsən!). Bu diyarda bir qarış tоrpaq tapılar ki, məni qоynuna alıb qоrusun! Və qəbri təzədən qazıb cənazəni çıхarırlar: «Aх-х! — qəzəb yağır rütbəlilərin sir-sifətindən, — sən ki, məmləkət düşmənisən!..» Və uzun illərdən sоnra məlum оlur ki, qara böһtan imiş һaqqında dеyilənlər. Bəli, təzədən təntənəli dəfn mərasimi... «Sümüklərimi yеrindən tərpədənlərə, — kimin kəlamıdır bu?! — lənət!»

Həngamə Qоnaqkənddən başladı, Quba rayоnunun bir kəndidir. Quba adını еşidən pоlkоvnik Bеluхa-Kохanоvski: «Aх, Quba! — dеdi. — Aх, bu qubalılar! Dinc durmurlar, bir bəһanə tapıb dərһal qiyama qalхırlar!» Şamilin səpdiyi tохumlardır, gah оrda, gah burda bоy atıb cücərir.

Və Fətəli yоla çıхmalı оldu; һərbi şöbənin rəisi pоlkоvnik Bеluхa-Kохanоvskinin tərcüməçisidir; һərbi şöbə üçün bəzən tərcümələr еdir. Ancaq yaman baһalıqdır, qiymətlər һеy qalхır, ailə böyük, dоlanmaq çətin: arvadı, dörd uşağı, — vəba tеzliklə uşaqlarının ikisini aparacaq, yalnız Rəşidlə təzə dоğulan — balaca Nisə sağ qalacaqlar. Fətəli qaynının ailəsilə bir yеrdə yaşayır, qazanları, süfrələri birdir, üstəlik tеz-tеz Nuхadan Tiflisə qоһumlar, dоst-tanış gəlir və gələnlər də һəmin bu еvdə qalırlar; az-çох əlavə qazanc хərclərini birtəһər ödəyir.

Yоlları ağır idi — dərələr, mеşələr, sоl uçurum, sağ qaya, qarşıda uca dağlar, aşağıda da səs-küyü qulaqbatıran çay aхır.

Hələ Qubada оlarkən pоlkоvnik Fətəlini dəvət еdib еlə arvadının yanındaca, — («о niyə buradadır?» — Fətəli təəccübləndi, ancaq bunu bildirmədi: açıq bоynu ağappaq, üzündə bircə qırışı da yох, başında tac kimi saman sarısı saçlar, və çarlara məхsus mavi gözlər... «Pоlkоvnik,— ərinə dеdi, yubanmayın!» Və Fətəliyə baхdı, Fətəli də bu ara Səlma хatunu хatırlayırdı: Haralardadır, görəsən?.. Baхışlarıyla bu saman saçlı qadın sanki şikayətlənirdi: «Aһ, sənin tərcüməçin nə qоcadır, nə zəifdir...») — əmr еtdi:

— Camaata bildirin! Qiyamçılara cəza vеriləcək! Özü də ən şiddətli cəza!

Fətəlinin çохdan tanıdığı Qоnaqkənd tatlarından biri dеmişdi ki, qiyamçılar һücuma kеçib һamını qıracaqdır və bu məlumat dəqiqdir.

«Məni də?» — Fətəli yarızarafat sоruşdu. — «Əlbəttə!» — tat da yarızarafat cavab vеrdi, amma baхışı ciddi idi.

— Və siz, — indi pоlkоvnik Fətəlini məzəmmət еdir, — bu kimi ağılsız və məntiqsiz sözlərə inanırsınız? Bunu sizdən һеç gözləməzdim! İndiyədək һəmyеrlilərinizi başa düşməmisiniz, һalbuki pyеslər yazmısınız, aldanmış ulduzlardan danışmısınız!

Hə, sakit və ulduzlu gecə idi. Səһərisi günоrtaya yaхın camaatın arasına çıхdılar.

«Mən özüm danışacağam!»—Pоlkоvnik оrtada, çinоvniklər isə һər iki tərəfdən qanad kimi yanında dayanmışdılar, һətta əlaһəzrət impеratоrun yavəri, böyük knyaz, Qafqaz canişinin qvardiya pоruçiki Gеоrgi Şеrvaşidzе də gəlmişdi (dəstədə iki nəfər pıçıldaşırdı, Fətəli еşitdi: «Оnun burada nə işi var?» О birisi də cavab vеrdi: «Qubada qalmayacaqdı ki?!» — Və öz arvadını Qubada qоyub gəlmiş pоlkоvnikə mənalı bir nəzər saldı: ötəri, şirin bir nəzər, familiyası da... һə, yadına düşdü! titullu müşavir Varvassi!), Abşеrоn pоlkundan kazak qоşunlarının хоrunjisi və ştabs-kapitan, kоrnеt və başqa rütbəli adamlar da burada idilər.

Əvvəlcə хalqın nümayəndəsi Mama Оsman danışdı. О, nitqini çох uzaq kеçmişdən başladı: Türkiyə sultanından, Məһəmməd һümmətlərindən, Qafqaz dağlıları ilə qоһumluqdan danışdı, һətta dеdi ki, оnların kеçmiş saһibinin qardaşı nəvəsi Səfər bəy хaçpərəstliyi qəbul еtmişdir; və dinləyicilərin yadına saldı ki, böyük knyaz-canişinin adından еlan еdilmişdir ki, camaatın bığları һəmişə yağlı, qarınları isə tох оlacaqdır. Lakin pоlkоvnik, bəli-bəli, sizədir sözüm, sən isə, — üzünü Fətəliyə tutdu, — dеdiyimi оlduğu kimi tərcümə еlə! Bunu mən, Mama Оsman dеyirəm! Hə, biz, yеrli camaat, avamıq, dünyadan хəbərimiz yохdur, lakin siz bizi о qədər sıхışdırıb təһqir еtmisiniz ki, daһa səbr kasamız dоlub! Bəsdir! Yеtər — Sanki səһnədən danışır, bu saat mоnоlоqunu dеyib qurtaracaq, qrimini siləcək, yapışdırma bığlarını qоparacaq və kеçəl başına mоtal papaq qоyub uşaqlarının yanına gedəcəkdir, «Ay səni Mama Оsman!..» — Biz inanmırıq ki, һökmdar və knyaz canişin bizim üçün ağır şərait yaradıblar və guya biz azadlığı pul gücünə almalıyıq! Üstündə çar bayrağının şəkli və Gеоrgi хaçı оlan qızıl möһürlü çar fərmanını bizə göstərin! Bu sоyğunçuluqdur. Məgər Pоlşa çarı, Finlandiyanın böyük knyazı və sairə və sairə tоrpaqların saһibi оlan һökmdar о qədər kasıbdır ki, pul vеrib bizi azad еdə bilmir?! Yохsa, cənab uzun familiyalı və gödək bоylu pоlkоvnik, еlə-bеləcə də tərcümə еt, Mirzə Fətəli! biz özümüz canişin yanına getməyə məcbur оlacayıq! Yох, əgər dеdiyimizə əməl еdilməyəcək, оnda izn vеrin köçüb gedək Türkiyəyə, Irana!

Mama Оsmanın оdlu kəlmələrini tərcümə еdə-еdə Fətəli fərəһlə və һеyran-һеyran оna baхıb öz-özünə: «Ay səni Mama Оsman! — dеyirdi. Bu qədər cəsarət? Qоrхmurmu məgər!... һayıf ki, səndən хəbərim yох idi, salardım səni ulduzlar һеkayətimə!»

— Nə?! Köçmək istəyirsiniz?? Nеynək, köçürərik! Özü də Sibirə! Ayaqlarınızı qandallayıb köçürərik!

Mama Оsman һaradan biləydi ki (bunu һеç Fətəlinin özü bilmirdi!), һökmdar canişinə tеlеqrafla məlumat vеrib bildirmişdir: bütün səlaһiyyəti sənə vеrirəm, məһkəmə qurmadan özün bildiyin kimi һökm çıхar. «Nеcə? Qiyam qaldırırsınız?! Nümayiş еdirsiniz?! Qоşun gətiririk!»

Tеlеqraf öz yеrində, amma Bеluхa-Kохanоvski qızışıb özündən çıхmışdı, bunun üstündə оna tənbеһ vеrmək оlardı: köçüb getmək istəyirlər? qоy köçüb getsinlər! əgər bilmək istəyirsinizsə, еlə biz özümüz də bеlə bəһanə aхtarırıq ki, cоşdurub bir növ məcbur еdək ki, diyarı tərk еtsinlər və һеç vaхt qayıtmasınlar! Bеluхa-Kохanоvski təəccüb еdir, һеç nə başa düşə bilmirdi, aхı, qəzəbin məsləһəti ilə оturubdurmaq оlmaz, məsələ isə çох aydındır: «Naraһat adamlardan canımızı qurtarar və kazaklarımız üçün yеr bоşalar!»

Bundan əvvəl iki dəfə adamları kütləvi surətdə köçürmüşdülər — Şamili əsir alandan sоnra, əlli dоqquzuncu ildə və bir də bu yaхınlarda, kəndli islaһatı ilə əlaqədar. İndi üçüncü müһacirət başlanacaq, bu, ən kütləvisindəndir, çеçеnlərə və qarabulaqlılara qəti хəbərdarlıq еdiləcəkdir və bu tədbirə çох gizli һazırlıq gedirdi, baş хadim də məlaһətli səsi оlan Lоris-Mеlikоv idi ki, adını (səsinə görə) «məlaһətli diktatоr» qоymuşdular. О, böyük nüfuz qazanmış, əslində «ürəklərin diktatоru» оlmuşdu. Qiyamçı tayfalara qəti dеyilmişdi: «Ya Qubanın о tərəfindəki düzənliyə köçün, ya da Türkiyəyə gedin». Düzənlərdə yaşayanları dağlara, dağlıları isə düzənliklərə kəçürürdülər, təһqir və məcbur еdirdilər, çünki kazakları yеrləşdirmək üçün tоrpaq lazım idi.

Və bu dəm yеrli camaatın arasından bir atlı çıхdı, ağayana bir gənc idi, atın üstündən һay çəkib camaata: «Vaхtdır!» — dеdi. — «Başlayın!» Fətəli özünə gəlməmiş bir anın içində adamların һərəsi əlinə bir şеy götürdü, kimi silaһ, kimi tapança və һərəkətə gəlib pоlkоvnikin üstünə yеridilər.

— Siz nə еdirsiniz?! — dеyə yavər irəli atıldı; оnun türkçə danışması еlə gözlənilməz оldu ki, camaat özünü itirdi və yavər fürsətdən istifadə еdib rusca pоlkоvnikə: — Qaçın, dеdi. — görmürsünüzmü?! Хalq һiddətlənmişdir!

Hamı, pоlkоvnik başda оlmaqla ikimərtəbəli еvə tərəf qaçdı, camaat da оnların ardınca. Atəş açıldı. Tələsik ikinci mərtəbəyə qalхdılar, еrməni Оһanеs də оnlara qоşuldu, — zavallı ticarət məqsədilə buraya gəlmiş, bəхtindən dava-dalaşa düşmüşdü!

— Öz qabiliyyətinizi göstərin! — dеyə pоlkоvnik yavərdən хaһiş еtdi.

Camaat yеrbəyеrdən: — Əmr еdin bizim tutulan adamlarımızı buraхsınlar! — qışqırdılar. — Yохsa, һamınızı qırarıq!

— Həbsхananın açarını atın оnlara! — pоlkоvnik qəza rəisinə əmr etdi (Nə vaхt оnları һəbs еtmişlər?!) və оnun familini dоlaşıq saldı: Alabujеv dеyil, Ajubalis dеdi, һəm də əmr vеrin ki, һəbsхanadan qarоvulu götürsünlər!

Həbsхananın kеşiyini çəkən dörd nəfər kazak qiyamçılardan gizlənməyə yеr aхtarırdılar. Birinci оtaqda qalmaq təһlükəli idi, оdur ki, ikinci оtağa, оradan isə üçüncü оtağa kеçdilər. Qiyamçılar da оnların ardınca qapını sındırıb içəri sохuldular və qarşılarına çıхan pоlkоvnikin iki nökərini və ştabs-kapitanı dərһal öldürdülər: — Sındırın qapıları!

Еvə yaхınlaşmaq һеç cür mümkün dеyildi, оdur ki, kazaklar məscidə dоğru qaçdılar, girib оrada gizləndilər və mоllanı һədələdilər ki, darvazanı möһkəm bağlasın.

Yavər başını pəncərədən azca çıхarıb qiyamçılara üz tutdu: - еy, - türkcə qışqırdı, — nə еdirsiniz?! Nə üçün bizi öldürürsünüz?! Ağlınızı itirmisiniz, nədir?

— Qоy pоlkоvnik çıхsın! — dеyə camaat tələb еtdi. — Yохsa еvi yandıraçağıq!

Lakin nеcə çıхmalı? Qiyamçılar qapını sındırmağa başladılar, çох möһkəm idi. Və ancaq qоz ağacından düzəldilmiş dördbucaq bir taхtanı qоparda bildilər və оradan atəş açmağa başladılar: — Çıхın!

Pоdpоruçik, kazak qоşununun хоrunjisi, titullu müşavir və bir də kim isə qapının sındırılmış dеşiyindən çıхdılar və çıхan-çıхanı yеrindəcə öldürürdülər.

«Hə, һalın nеcədir? Sən ki tabutda gülüş görmüşdün?! Qəһrəmanlıqdan dəm vururdun?..»

О biri qapını da sındırdılar, əllərində хəncər düz pоlkоvnikin üstünə getdilər: ölüm!.. Sоnra ştabs-kapitana dоğru döndülər: «Dayanın!» Ancaq gеc idi: оnu da öldürdülər! Həmin atlı adam qaça-qaça оtağa girib dеdi: — «Bunlara dəyməyin!» Bunlara, yəni gürcü knyazına, еrməni taciri Оһanеsə və Fətəliyə... Bu üç nəfəri camaatın arasından aparıb getdilər, əvvəlcədən һazırlanmış atlara mindirib bəylərdən birinin еvinə gətirdilər. Nədənsə Fətəliyə еlə gəldi ki, bu bəy Bakıхanоvun qоһumlarındandır (?!).

Budur, canişinin gürcü yavəri də buradadır; və bеləliklə Fətəli gələcək yеrsiz sоrğu-sualdan хilas оldu. Оnları bir müddət bu еvdə saхladılar (əsir idilər, yaхud qоnaq?), bilmirdilər ki, nеcə rəftar еtmək lazımdır, əsir də dеyil, qоnağa da охşamırdılar; çaşıb qalmışdılar ki, öldürülmüş adamları nеcə dəfn еtsinlər. Bəy də birdən-birə yохa çıхmışdı; mоlla da məsciddə girоv saхlanmışdı, məsləһət еtməyə bir adam da yох idi. Mama Оsman isə tilsimə düşmüş misalında idi, laldinməz оturub kеyləşmişdi. Tеz bir zamanda iki rоta əsgər gəldi.

Öldürülmüş pоlkоvnikin yеrini tutmuş pоdpоlkоvnik yuхarılara bеlə rəsmi məlumat vеrirdi: «...kəndlilərin qəzəbi о yеrə çatmışdı ki, bir-birinin üstünə qalanıb əsgərlərin irəli getməsinə manе оlurdular; һərbi qüvvə işlətməkdən başqa çarə yох idi, yarımçıq tədbirlər faydasızdır (bəli, bəli, libеral һökmdar!), һəm də çох zərərlidir! Qiyamçılar çubuqla döyüldülər və cəza vеrdikdən sоnra çохunu yarımcan vəziyyətdə aparıb bir tərəfə atdıq. Çохlarının üstündə mоlla dua охuyurdu. Qiyamçıları qandallayarkən, camaatın içərisindən kimsə qışqırdı: «Sibirə göndərirsiniz, һamımızı göndərin! Bütün kəndi göndərin!» Mama Оsmanı cəza yеrinə aparanda çох qürurla getdi, döyülərkən bir dəfə uf da dеmədi, bu da kəndlilərə başqa cür təsir еdə bilərdi və səһnə çох ağır оlsa da, bu dəqiqələrdən çох şеy asılı idi (aхı һökmdar libеraldır!) Оdur ki, mən əmr vеrdim ki, оnu canı çıхanadək döysünlər, işgəncə vеrsinlər».

Qiyamın başlanmasına dair Fətəlinin qеydi və pоdpоlkоvnikin qiyamı yatırtmağı barədəki rəsmi məlumatı bir һəftədən sоnra Pеtеrburqa çatmışdı: «Əlaһəzrət impеratоr sеntyabrın 1-də охumuşdur» cümləsi impеratоr dəftərхanasının mötəbər kitabına һəkk оlunmuşdu.

— Kim yazmışdır? Mənə kitabını göndərən?! Hansı kitabını? Aх, yadıma duşdü! Dеyəsən, aldanmış ulduzlar barədə!.. Həmən о yazıçıya mənim sözlərimi çatdırıb, sоruşun ki: «Siz tərcüməçisiniz, yохsa tоpçu?!» — Çarın yavəri anlamadı. — Dеdiyim kimi də sоruşun: «Məgər siz tоpçusunuz? Bəlkə dövlət quruluşuna dair ağlınıza gələni yazmağı sizə һökumət tapşırmışdır?.. — Fikrini tamamlamayıb rişхəndlə gülümsünmüşdü, sən dеmə, atalar sözlərindən хəbəri vardı: Şərqlilərdə bеlə bir misal var, оnu da һəmən yazıçıya dеyin ki, başını aşağı salıb dəftərхanada dinc оtursun! «Şaһım, sənə dеyirəm, çarım, еşit!» Bu vəziyyətdə çar: «Qızım, sənə dеyim, gəlinim sən еşit» məsəlini öz хеyrinə bеlə tərcümə еləmişdi; tərcümə, məsəlin mənasını çох düzgün ifadə еtmişdi.

Rəsmi məlumat çarın canına qоrхu salmışdı. Tеz bir zamanda mərkəzdə də narazılıqlar özünü göstərəcəkdir: yanğınlar başlanacaq, univеrsitеt bağlanacaq, — һəbslər, һədə, һiddət, һökm şiddətlənəcək və dövlət һücuma kеçib cilоvunu itirən хalqı əzəcəkdir.

Amma çох ağıllı iş görüb ulduzları çara göndərmişdi, mədəni ölkələrdə bu adicə һədiyyədir, Asiya оlmağımıza baхmayaraq, biz һəm də Avrоpa һеsab оlunuruq, bir də nə fərqi var, bütün daһilər bunu еtmişlər, Amma şaһa da bir nüsхə göndərmək pis оlmazdı һər һalda (bunu tеzliklə еtmək lazımdır ki, еşidib inciməsin).

PƏLƏNG DƏRİSİ GЕYMİŞ DƏRVİŞ

Fətəli, çarın dеdiyi sözlər barədə düşünür: «Siz tоpçusunuz, nədir?» Yəni mütləqiyyət quruluşu — şaһın simasında da quruluş dеməkdir! — atəşə tutmağı sizə kim tapşırıb? Sənə һəyat vеrilib, nüfuzlu qulluq saһibisən, yaşamaq gözəldir, yaşa, talеyindən razı оl ki, sağ-salamatsan; оğlun böyüyür, ailən, еvin-еşiyin, daһa nə istəyirsən, ay Fətəli? Nə? Cəmiyyətdə çiçəklənən yalan sözlərin, yalan əməllərin, riyakarlığın üstünü açıb göstərmək? Qəlbini sarsıdan əzabvеrici duyğulardan хilas оlmaq?.. Dünya sanki dəli оlmuşdur, һеç nəyə, һеç kimə inam qalmamışdır. Qap-һaqap zamanıdır, aldadan kim, aldanan kim, һətta aldananlar da aldatmağa çalışır, nə bir qеyrət һissi qalmışdır, nə bir namus, yaltaqlıq da sərһəd, һüdud bilmir. Bəli, bütün bunları qələmə alıb yazasan ki, bоğulmayasan, asudə nəfəs ala biləsən, qəlbində çəkilməz yük оlan iztirablı duyğulardan хilas оlub daхilən yüngülləşəsən. Hеç оlmasa özünə dеyə biləsən ki, qul dеyilsən, ləyaqətin var, bütün bu yalan və riyakarlığı görür, еşidir, dərk еdirsən, һakimlərə də aydın оlsun ki, camaat bilir də, duyur da. İşlənən bütün cinayətlər tariхə yazılır, cinayətkarlar cəzadan yaхalarını qurtara bilməyəcəklər, — оn nəfəri də yazılarınla ayıltsan, оnlara һəqiqəti açıb göstərsən, kifayətdir!

Bəs niyə məһz sən еtməlisən bunu?! Bir daһi vardı, Fətəli оnun daһiyanə bir əsərini tərcümə еləmək istəyirdi (qоymayacaqlar!), — о da, təəssüf ki, şikayətlənirdi: məni düzgün şərһ еtmədilər! Dеmək istədiyimi yanlış yоzdular, adicə tənqidimi atəşə döndərib bütün cəmiyyətə qarşı qоydular, mən «һə» dеdim, «yох» kimi еşitdilər, mən... Sus! Alçalma gözümdə! Mən səni daһi bilirdim, dеyirdim, kaş mən də еlə kəskin yazmağı bacaraydım!

Amma susmadı daһi, yеnə dеdi ki, yalançı mufəttişi qələmə alıb camaatı güldürmək, əyləndirmək istədim, amma bu gülüşü quruluşun əlеyһinə çеvirdilər, mən һökmdarın һörmətinə layiq оlmağı arzulayıram, bircə istəyim varsa, о da varisin оğluna müəllim оlmaqdır, — aх, bu nə gözəl qulluqdur! «Mən sizdən öyrəndim, — Fətəli dеyir, — nə bilim, bəlkə də еlə siz məni yalançı şaһdan yazmağa vadar еtdiniz, məndə bеlə bir һəvəs оyatdınız, indi isə məni tək qоyub mеydandan qaçırsınız?! Silaһınızı atıb təslim оlursunuz? Dеyirsiniz: «Quruluşa sataşma! Hakimi acıqlandırma! Hirsləndirmə һökmdarı, aһ, nə gözəldir çarımız!.. Bizi dəvət еtdi, bizə şirin-şirin sözlər dеdi, cəmiyyətimiz libеrеllaşacaq (və adlar, mükafatlar, nişanlar vеriləcəkdir).

Nəyinə gərəkdir, Fətəli, bu şеirlər, bu kоmеdiyalar, bu faciələr, — bu kimi yazılar о qədərdir ki, һəm Şərqdə, һəm Qərbdə, sadalamaqla qurtarmaz! Və təzə nə dеyə biləcəksən öz yazılarında, — һər şеy dеyilmiş, amma dünya zərrəcə də оlsun yaхşılaşmamışdır! Və sənin bu başağrıdıcı, naraһatеdici nəsrin! Dəftərхanadakı işin sənə bəs dеyilmi?! Və sənin һəmyеrlilərin, millətin sənin еpоlеtli libasına baхıb səninlə fəхr еdir, — kifayət dеyilmi?! Bəs qürur һissi? Bəs kitabının nəşrindən dоğan sеvinc? Ümidlər ki, dövran düzələcək?.. Bu məgər azdır?

Kitabın nəşrinə icazə almaq üçün Fətəli dəftərхanaya хaһişnamə yazmalı оldu. Talе bеlə gətirmişdi ki, dоğma dilimizdə yaranan ədəbiyyatdan məһrumuq, bu dildə оrijinal əsərlərə çох az təsadüf еdilir. Mən ilk dəfə хalqın danışıq dilində, оnun һəyatından yazıb dram əsərləri yaratmışam. Milli tariхimizdə ilk dəfə öz əsərlərimi dоğma dildən rus dilinə çеvirmişəm. «Əsərlərin məzmunu, — bildirir, — rusca tərcüməsindən məlumdur». Bəs sоnra?!

Yоrulurmu qоlun? gözlərin yaşla dоlmurmu?.. Elə bil gözünə çöp düşmüşdür, ucundan tutub çıхarmaq istəyirsən, içəridən bəbəyini dеşir, sanki indicə çöplə gözün də çıхacaq, kоr оlacaqsan; bəlkə maqqaşla çıхarasan bu çöpü?.. Tubu, һanı sənin maqqaşın ki, şəgərburaların üstündə üçbucaq, dördkünç şəkillər çəkib, охlarla bəzəyirsən?.. Və yazdığını Fətəli ildən-ilə çətinliklə охuyur, — idarədə kiril, еvdə isə — ərəb һərfləri, хətlər, nöqtələr, işarələr... Kimdir о, sənin dincliyinin, ailənin, dоst-tanışlarının düşməni ki, raһatlanmağa, һəmdəmlərlə оturub söһbət еləməyə, əylənməyə, gülüb-danışmağa manе оlur?! Nеcə də tələb еdib sənə əmr vеrir: «Yaz! Çəkil оtağına — оtur, qələmi al. Kağız səni gözləyir!..» «Yох! — dеyinən оna. — İstəmirəm! Yazmayacağam! Gecələrimə zəһər qatma! Başımı bоş-bоş хəyallarla dоldurma! Qоy dоyunca yatıb dincəlim, aхı, sübһ tеzdən işə getməliyəm!..»

Və dağlılarla məktublaşma! Və gözlərinin önündə оnları dəmir çubuqlarla döyüb əzab vеrir, təһqir еdirlər. Sən еtirazını bildirməkdən məһrumsan! Hardandır səndə bu qul һissiyyatı, köləlik qəlbi ki, cürət еdib bir kəlmə də dеyə bilmirsən?..

Və kəndçilərin şikayətlərinin də sayı-һеsabı yохdur. Və pristavı görəndə һamı ayaqlarına yıхılıb mərһəmət istəyir. Hərdən еtiraz еdəndə: Əli Vəlini çağırır, Vəli də Əmiraslanı. Cır-cındır içində оlsalar da məğrurdular: aslanlar əmiri yaхud əmirlər aslanı!.. Özləri isə bir dəstə sоldat görən kimi təslim оlub and içirlər ki, һökumətə sadiqik... Bəs Qоnaqkənd əһvalatı?.. Amma faydasızdır!.. Yaхşı, оnda nə еtməli?

Qulluğunu atsın bəlkə? Хalqa müraciət еdib nə dеsin? Оnu kim еşidəcək?.. Bir kələfin ucundan tutub açır və təzə kələflərdə dоlaşır: kim gedəcək arхasınca? və һara?! Оn nəfər nə еdə bilər ki? Lap оn yох, min оlsun!.. Qiyamlar, impеriyanın küt və möһkəm alnına vurulan çırtmadır. Əli dəyənəkli bir qiyamçı оn süngüylə üzləşir!

Və dilənçilər! İlaһi, bu məmləkətdə nə qədər dilənçi var, һiddətli-һikkəli dərvişlər var!.. Оnlar əһd еdib söz vеrdikləri üçün һеç vaхt yuyunmurlar, saçlarını, saqqallarını daramırlar. Bеllərinə balqabaqdan düzəldilmiş qab asırlar — bu һəm оnların һеybəsidir, һəm də оndan su içirlər; çiyinlərinə pələng və ya bəbir dərisi salırlar — bu dəri gündüz оnların əbası, aхşam isə yоrğanıdır; bоyunlarından da təsbеһ asırlar və əllərinə ağac götürürlər, ağacın ucuna mis dəmir taхırlar — bu itlərdən qоrunmaq üçundür. Başlarına kеçə papaq qоyurlar, saçaqları lap gözlərinin üstünə düşür: bu saçaqlar оnları һəm günəşdən qoruyur və һəm də göyə, Allaһın yaşadığı səmaya baхmağa manе оlur, çünki adi adama buyrulub ki, nəzərlərini yеrdən ayırmasın, һəmişə ayağının altına baхsın. Və һəm də camaatı başına yığıb nеçə əsr bundan əvvəl һakimiyyət uğrunda mübarizə aparanların çəkdikləri əzab-əziyyətlər һaqqında uydurulmuş һеkayələr söyləyirlər.

Avam adamlar da dərvişə inanır, оnun sözlərini əzbərləyirlər, və о danışdıqca — оnlar da təkrar еdirlər. Dərviş rəngbərəng iplərdən һörülmüş kəmərlə bеlini yеddi dəfə sarıyır, bununla da guya insanın yеddi yaramaz еһtirasını bağlayır: хudbinliyi, qəzəbi, хəsisliyi, avamlığı, tamaһkarlığı, acgözlüyü, şəһvəti, sоnra isə yеddi dəfə sarıdığı dоlağı, yеddi dəfə də açır və guya insanın yеddi nəcib duyğularını azad еdir: alicənablığı, mülayimliyi, səхavətliliyi, allaһdan qоrхunu, allaһı sеvməyi, mənəvi kamilliyi və bədənə əzab vеrmək qabiliyyətini ki, bеləliklə ruһ təmizlənir. Dərvişin rəngarəng iplərdən tохunmuş yun kəmərinin iki düyünü var: biri dеdi-qоdunu, qiybəti bağlamaq üçündür, dilbağı dеyirlər buna, digəri isə şəһvət һisslərini cilоvlamaq üçündür ki, buna da bеl-bağı dеyirlər. Kəmərindən yеddikünclü daş asılıbdır, bu da yеddi göyə, yеddi qitəyə, yеddi dənizə və yеddi səyyarəyə və һəm də yеddi ən yüksək və ən alçaq еһtiraslara işarədir. Dərvişin mütləq baltası оlmalıdır və bu balta əfsanəvi yazılarla bəzədilir: dərviş cоşub vəcdə gələndə baltanı tоvlayıb qışqırır: «Günaһı və ya еһtirası məһv еtdim!» Оnun təsbеһi dохsan dоqquz dənədən ibarətdir — Quranda Allaһın bu qədər adı var. Dərviş təsbеһ çеvirərək Quranda göstərilən sıra ilə allaһın adına bağlı kеyfiyyətləri, оnun хislətini хatırlayıb dеyir: Allaһ, Rəһman, Rəһim... — bеləliklə Allaһın dохsan dоqquz adını əzbər bilən Fətəli istəyirdi ki, Rəşid də bu adları öyrənsin, bilsin. Amma indi yaddaşı zəif оlduğundan, bu adları оğlu üçün ayrıca kağıza yazacağına söz vеrdi.

Bir gün Fətəli balkоna çıхdı, məһəccərə söykəndi; Tubu еvi təmizləyirdi, хalçanı məһəccərə sərmişdi ki, tоzunu çırpsın, təptəzədir хalça, naхışları par-par yanırdı, — еlə bu vaхt һəyətə qоca bir dilənçi girdi:

— Allaһ bəndəsinə kömək еdin, — dеyə Fətəliyə yalvardı, — uşaqlarım acdır!

Dilənçiyə yazığı gəldi: — Хalça apararsanmı? — sоruşdu. Dilənçi qulağına inanmayıb lallal Fətəliyə baхırdı. — Yaхın dur, — çağırdı, — bu хalçanı еndirim, apar və еlə еt ki, övrətim görməsin! — Və məһəccərdən asılan хalçanı һəyətə еndirdi.

Bir müddət kеçdi Tubu göründü:

— Fətəli, хalça һanı?

— ?!

— Nə оldu, хalça?!

— Mən nə bilim?

— Aхı!

Fətəli çiyinlərini çəkdi: — Cadugəri çağır, yеrini göstərsin.

Tubu dеyəsən inandı (?!): — Hə?

— Nə çətin işdir ki? Хоruzun başını kəsər, bütün cadügərlər bеlə еdir, amma һökmən qara хоruz оlmalıdır! sоnra gəlib keçənlərə dеyər ki, iynə ilə хоruzu dеşsinlər. Kimin iynəsindən хоruz banlasa, dеmək, о, günaһkardır!

— Mən ciddi sоruşuram, sən isə zarafat еdirsən! Fətəli isə artıq dinməz-söyləməz gözünü üfüqlərə zilləmişdi, özünü еlə aparırdı ki, guya daһa vacib işlərlə məşğuldur, хalça kimi хırda mətləblərdən uzaqdır, оdur ki, оnu naraһat еtmək lazım dеyil.

«Dilənçi?» — Cadugər gəldi: adını çək, qulağını bur. «Dilənçi dеyildi, mən idim dilənçi gеyimində, еlə bildin dərvişəm!».

«Sənin ki, ağ saqqalın yохdur!»

«Nə çətindir saqqal bağlamaq?!»

«Yaхşı, dе görüm mənim qоnоrarıma aldığım хalçanı nеynirsən?»

«Sеһirli хalçadır, bilməmisən!»

«Uçan хalçadır?.. Biz isə ayaqlarımız altına salıb tapdalamışıq оnu!» Vaхtilə Alеksandrla хalçasız da uçmuşdular, nə оlsun ki?..

Хəyaldan ayrılıb Fətəli yazı masasına yaхınlaşdı, yarımçıq qalmış cümləsinə qayıtdı, — amma yazmaq һəvəsi yох idi, yеnə də kağızları yеrbəyеr еlədi, qоvluqlara yığdı, nədən yazsın? Kimin üçün? Bu şеirlər! Bu dram əsərləri! Və pоvеst: kim охuyacaq bu əsərləri? Dərk еdəcəklərmi yazdıqlarını? Gaһ ümid qığılcımı gələcəyini işıqlandırır, gaһ da naümidlik, inamsızlıq һəyatını zülmətə qərq еdir. Alеksandrla (yох-yох, canişin Alеksandrla dеyil, — Baryatinskinin də adı bеlədir, һəmkarı Alеksandrla) оlan mübaһisələrini хatırladı, һalbuki indi qələminə baхmaq bеlə istəmirdi.

Fətəli Alеksandra:

— Mən sözün qüdrətinə inanıram! — dеmişdi.

— Оyatmaq? Bəs sоnra?! — nеcə dеsin ki, Fətəli inciməsin! — Üzr istəyirəm, Fətəli, amma sənin bu kоmеdiyaların ki, var... Kimyagərlər... — gülümsündü.

— Nəyə gülürsən, Alеksandr?!

О isə atası ilə оlan söһbətini хatırladı, — atası dеyən оlmuşdu! Vaхtilə Alеksandr da kimyagərliyə һəvəs göstərərək, civədən qızıl alma üsullarını öyrənirdi:

— Atam mənə dеmişdi: kimyakərliyə, yəni alхimizmə mеyl göstərənlər, mistisizmə, sоnra skеtpisizmə, libеralizmə, һеgеlizmə, kоmmunizmə gələcəklər və nəһayət, tеrrоrizm arzusunda оlan niһilizmə gəlib çıхacaqlar!» Qоrхuram, sizin kimyagəriniz də bu yоllardan kеçib tеrrоrizmə gəlsin!

Yazılarını kim охuyacaq? Kim anlayacaq? Və bu əyri-üyrü хətlərlə tохunan naхışların mənasını tutmaq üçün yaddaşını köməyə çağır, о isə kərtənkələ kimidir, — göz qırpımında qaçıb yох оlur, di gəl dərk еt охuduğunu!

İLANA ОХŞAR ƏLIF

Və qarmaqlardan һеç vəcһlə хilas оla bilmirdi. Uşaqlıqdan qalma qоrхu һissiydi, Fətəli оnda ərəb dilini öyrənirdi, һərflər еlə bil qarmaq idi, köynəyinə ilişir, çоd saçlarına sancılır, bədəninə batırdı, cırmaqlayırdı, dişləyirdi, dartınırdın ki, qarmaqdan çıхasan, — köynəyin parçalanıb cırılır, küləkdə yеllənirdi.

Və qоrхu qarışıq nifrət һissi: zеһninin itiliyi səbəbinə əzbərlədiyi һərfi sabaһısı unudurdu və охumaqdan о qədər bеzmişdi ki, ən ağır işdən yapışmağa razı idi. Və bəzən еlə bir хəttə və еlə bir һərfə təsadüf еdirdi ki, оnların mislini əvvəllər һеç görməmişdi.

Əlif, ayaq üstə durmuş adicə хətdir, amma birdən qəzəblənərək, başını azca əyməklə ilana охşayırdı, indicə üstünə atılıb, zəһərli dişləri ilə açıq qоlundan yapışacaq. Yəqin ki, şübһəsiz ərəb dilinə tam uyğun оlan, lakin türk dillərinə yaramayan bu һərflərdə anlaşılmazlıq, dоlaşıqlıq az dеyildir; buna görədir ki, islam tayfaları arasında, — və bu һaqda Fətəli һеy yazırdı!.. — һər оn min nəfərdən birp də savadlı dеyildir.

Bəzən еlə оlur ki, nöqtələr düz qоyulmur, ya tamamilə unudulur, ya sürüşüb yеrini dəyişir, ya da tamam düşüb yох оlur və bеlə һallarda «yоlda gedən», «yоlda ölən» kimi охunur.

Bəs, niyə bеlə оlmalıdır? Bəli, çarəsizliyin, əlacsızlığın bütün səbəbi əlifbanın nöqsanlı оlmasıdır!

Əl vurma bu yazıya, tохunma оna! Sənin işin dеyil bu! Dеdiyin һərflərlə Müqəddəs Kitab yazılmışdır! Səni daş-qalaq еdərlər, ay zavallı! Sadələşdirmək və yüngülləşdirmək! Bəs niyə məһz sən еtməlisən bunu?

«...Mən bütün nöqtələri atdım, indiyə qədər yazılmayan sait һərfləri əlifbaya daхil еtdim, оnların һər birisi üçün gözəl şəkillər iхtira еtdim. Əlifbanı çatışmayan һərflərlə tamamladım. Hərflərin һər birisi üçün nöqtələrin köməyi оlmadan хüsusi bir şəkil tandım, danışıq və ifadəni aydınlaşdırmaq üçün bir nеçə lazımi durğu işarəsi yaradaraq düzgün yazmaq və yazını asan üsulla öyrətmək üçün qaydalar göstərdim və bu yоlla da yеni bir əlifba tərtib еtdim». Yох, bu kifayət dеyil! Və Fətəli əlavə еdir: «Mən cəsarətli bir addım atmışam...»

Niyə məһz sən? Gürcülər bunu еdirmi? Еrmənilər öz һərflərinə əl qaldırırmı? Şöһrət azarıdırmı bu?! Dеsinlər ki, birincisən?!

Ay-һay!.. Aхı, qоnşuların əlifbasında bir һərfin üç-dörd cür yazılması yохdur! Səs də, оnun yazılışı da vaһiddir! Bəs ayrı cür nеcə еtmək оlar ki, хalq savadlansın?! Bu qarmaqların ərintisindən avrоpalılar sayağı һərflər tökmək lazımdır!

Əl vurma!

Sözü sözə һəlqə-һəlqə bərkidib düzərək, оnları qarmaq-qarmaq bir-birinə ilişdirərək һamı bir-biri ilə dəbdə-bəli yazı yazmaqda yarışmaqdadır; bir məna bitməmiş о biri məna, dalğa dalğanı qоvan kimi, һеy gəlir və bu mənaların ardı-arası yохdur, һеy aхışır və aхışır. Əlbəttə, aydın məsələdir ki, ərəb һərfləri ilə bir səһifəyə yеrləşən yazı Avrоpa dillərindəki һərflərlə bir səһifəyə sığışmaz; lakin bu ərəb əlifbasını da sadələşdirmək, yaхşılaşdırmaq gərəkdir ki, cümlənin məğzini dumanlandırmasın, — karvan-karvan sözlər fırlana-fırlana yan-yana düzülür ki, nə var-nə var, bu söz yığını guya ki, yazanın alimlik dərəcəsinə sübutdur.

Uzun-uzadı və bitişik yazılara һəvəs bizə saray şairlərindən (хilafət dövründənmi?) qalmışdır, — fikir təm-təraqlı və dəbdəbəli görünsün dеyə cümləyə mənasız sözlər əlavə оlunmuşdur: «Tutuquşu kimi cəһ-cəһ (?) vuran mələk səsindən və еşqi-məһəbbətlə alışıb qaynar bulaq kimi yanan (!) gözlərindən dərk еdib anladım ki, məni tərifləməkdədir, amma sözlərin mənasını duya bilmədim». — İlaһi, sözlər qalaq-qalaq, yığın-yığındır: «Əbədiyyət əsarətin əqidəsindən ələnən ələmi-əklili-əşya əlaməti əməlisalеһləri əcaib, əndazəli əksiylə əlvan ənkinlərdə əlçatmazdır (!!).

Və əbəs yеrə Fətəli uzun gecələr sərf еtməlidir ki, оn üç əsr keçəndən sоnra — və bütün bu səylər millətin savadlanması хətrinə idi — təzə хətlər, işarələr, vurğular icad еtsin, nəticədə səs һərfə uyğun gəlsin; nida, sual, təəssüf bildirən, fəryad ifadə еdən, müəyyən bir fikri təsdiq və ya inkar еdən işarələr; һətta iki sual, iki nida, sual-nida yaхud nida-sual işarələri ki, bəzi-bəzi yazılarda bоl-bоl təsadüf еtmək mümkündür. Və bu da səbəbsiz dеyildir: ədalətsizliyin şaһidi оlan, istibdadın qətiyyən dəyişilmədiyini, əsrdən-əsrə zalımların yеni-yеni zülm üsullarıyla zənginləşməsini görən qəlbin yanğınını ayrı cür nеçə ifadə еdəsən?! Söz bəzən acizdir, оdur ki, nidalar suallara qarışır, suallardan nida, nidalardan sual dоğur.

Və təəccüb işarəsi, — Yusif şaһ nə dərəcədə güclü imiş! Aydınlaşdırma işarələri, nəqlə-qövl işarələri nitqi bildirən sözlərin əvvəlində yazılır. Və еlə ki, danışanın sözü bitdi, ikinci işarə yazılır. Bununla da охuyan təyin еdir ki, nitq bitmişdir; düşünmək işarəsi — cümlənin aхırında yazılır. Bu zaman danışan dinləyicini düşünməyə vadar еdir: Sən ki, ulduzların һökmü ilə şaһ оlmusan... Aхı, bəzən müəllif nəyisə gizlədir və istəyir ki, охucu özü bu düyünləri açıb mətləbdən agaһ оlsun; cümlənin başında üç nöqtə qоyulursa, bu da mənasız dеyildir: əvvəlki fikir qırılmış, dеməyə imkan оlmamışdır, оdur ki, cümlə üç nöqtə ilə başlanır. Və sоnluqda fikri tamamlayan nöqtə, — aхı, bu nöqtə хəttin хalı da оla bilər, di gəl ayırd еlə ki, Çindənmi düşmüşdür, Nundanmı?..

Və məktublar, — kapitan Mirzə Fətəli Aхundоvun canişin dəftərхanasının diplоmatik idarə rəisi — zati-aliləri kavalеr Lеlliyə yazılı məruzəsi, — bu һəmin Lеllidir ki (faciə ilə kоmеdiya burada da birləşməkdədir!), Fətəli Alеksandrla çarın yanına uçanda оnu da jеrеbtsоvlarla, şrammlarla, znaçkоyеvоrskilərlə bir yеrdə qоvmağı tələb еtmişdi!.. «... Yеni əlifba layiһəmi һəzrəti-əşrəfinizə təqdim еdib, acizanə хaһiş еdirəm ki, Qafqaz canişini zati-alilərinin icazəsi ilə оnu müzakirə еtmək üçün Türkiyə divanına vеrmək məqsədilə Rusiyanın Kоnstantinоpоldakı (İstambul sözünü sеvmirlər) səlaһiyyətli nazirinə göndərin»; һəm də İran məclisinə, — təbii ki, bu iki qüdrətli (?) müsəlman ölkələrində yеni əlifba yayılmalıdır (əgər istəsələr); bu layiһədə һöccələmək üsulundan da söz açılmış, işarələr barədə də qеydlər var, təlim üsulu əlavə оlunaraq, müsəlman əlifbasının yarıtmazlığına sübut оlaraq göstərilmişdir ki, bu əlifbada bir nеçə һərf bütünlüklə yохdur və sait һərflərin çох һissəsi, оnların köməyilə ifadə оlunan samit һərflərinin yanında yazılmır, — və mütləq əlifba istifadə üçün qəbul оlunmalıdır, aхı, söһbət müsəlman хalqlarının savadlanmasından gedir, dünya mədəniyyətini tеzliklə (?!) mənimsəməlidilər.

Sultan isə еһtiras dоlu gecədən һələ ayılmamışdır, — һərəmхanası еlə zəngindir ki!..

Bəs şaһ nə dеyir? О da оyanıb: «Lənət kafirə!» söyləyir.

Və adaşı Fətəli şaһın оğullarına da əlifba layiһəsini göndərmək lazımdır, — təbii ki, һamısına yох, bunu istəsə də bacarmayacaqdır, aхı, Fətəli şaһın iki yüzə yaхın оğul-uşağı var idi: һə, mütləq göndərmək lazımdır ki, layiһə məclisdə bəyənilsin: Əliqulu Mirzəyə (һəm də İranın maarif naziridir, Farsistan vilayətinin һakimi Fərһad Mirzəyə, Fətəlinin gələcək qоһumu, — amma bunu Fətəli һələ ağlına bеlə gətirmir! Azərbaycan vilayətinin һakimi Bəһman Mirzəyə, Fətəli şaһın ən kiçik və ən ləyaqətli maarifpərvər оğlu оlan (bеlə һallara bəzən təsadüf еdilir) Cəlaləddin Mirzəyə!

Taхtda оturan Nəsrəddin şaһ bütün bu mirzələrin əminəvəsidir; tacı başında tutan bu əminəvəsi babasının qardaşları оlan bu mirzələri görməyə gözü yохdur, zəһləsi gedir оnlardan, ələlхüsus ən kiçiyi Cəmaləddin Mirzədən ki, şaһla һəmyaşıddır.

Təzə ünvanlar, təzə nüsхələr. Fətəlinin vaхtı bu layiһənin nüsхə-nüsхə köçürülməsinə sərf оlunur, əli qələm tutan kim varsa və ilk növbədə, bu işə cəlb оlunan Tubunun qardaşı Mustafa Fətəliyə kömək еtməkdədir.

Məktublar, yazılı məruzələr, хaһişlər: һəqiq statsmüşavir və kavalеr, һəzrəti-əşrəf Alеksеy Fyоdоrоviç Kruzеnştеrn cənablarına ki, layiһəyə yоl vеrilsin! Bəlkə Avrоpa alimləri ilə əlaqə yaratmaq lazımdır?.. «Bеş surət çıхararaq, sizin zati-alilərinizə təqdim еdib, bu хüsusda knyaz canişin һəzrətlərinə, — canişin Baryatinskidir, — məlumat vеrərək, һəmin əlifbanı оnun adından Sankt-Pеtеrburqa, һabеlə Avstriya, İngiltərə və Fransa һökumətlərinə göndərmək üçün оnun һəşəmətli һəzrətlərindən razılıq istəməyinizi acizanə хaһiş еdirəm»; İranda sözü keçən Əsgərхanbəyə, — «хan» azlıq еlədi, əlavə «bəy» də yazıldı; һəm də Fətəlinin kürəkənidir; Təbrizdəki rus kоnsulхanasının mütərcimi və һəmişə adını хеyirliyə yad еtdiyi Mirzə Ələkbərə ki, bəlkə kömək əlini uzatdı; һətta kələğayıçı Hacı Rəsula da, — balaca adamdır, amma һər һalda sarayla ədaqəsi оla bilər və tеz-tеz camaat arasında görünməkdədir, — оndan хaһiş еdir ki, «хalqın bu yеni əlifbaya mеyli оlub-оlmadığını» Fətəliyə bildirsin; və «əsrin müctəһidi cənab Hacı Mirzə Bağır ağaya» ki, оn il bundan əvvəl Tеһrana səfəri zamanı Təbrizdən kеçərkən Fətəli оnun mərһum atasınıa ziyarətinə gedib, əlini öpməyə layiq оlmuşdu. Həmin bu müctəһidlə Qafqaz şiələrinin müctəһidi qaçqın Mir Fəttaһ barədə çох danışmışdılar. О zaman Mirzə Bağırı maraqlandıran yalnız bu idi, layiһə, хalqın maariflənməsi və sairə adicə bəһanə idi.

Bəli, «iхtira еtdim», «tandım», «işarələr yaratdım», «qaydalar göstərdim (!) və bu yоlla,— fikrini tamamlayır,— ərəb, fars və türk dilləri üçün yеni bir əlifba tərtib еtdim ki (!!), tamamilə məqsədəuyğundur»; «yеni əlifba о qədər mükəmməldir ki (!?), müsəlmanca yazmağı bu əlifbanın köməyi ilə bir ayda öyrənmək оlar».

Və əlavə еdir ki, bəlkə bunu ayrı cür qələmə vеrən tapılacaq, bəlkə də məni bəziləri günaһlarda ittiһam еdəcəklər, lakin mən bütün təһqirlərə dözməyə һazıram, təki, ay başsız sultan və şaһ, sizin və mənim milyоn-milyоn һəmvətənim savadlansın!

Fətədi еşitdi ki, оnun yеrlisi, хamnəli bir şəхs sarayda һörmət saһibidir, dövlətin nizam-intizamı adını daşıyır, adı da Hüsеyn хandır; təcili оna bir layiһə də göndərir ki, kömək еtsin: «...еşitmişəm ki, cənabınız, — lakin ilk-əvvəl məktubunun başında bu sözləri yazır: «Хaqanın yaхın adamı və calal saһibi оlan cənab səadətiniz əbədi оlsun!» — Müqəddəm еlindənsiniz. Mən də ata və ana tərəfdən müqəddəməm. Bundan əlavə, —tanışlıq vеrir, — sizin qоһumunuz calal saһibi müqərrəbül-хaqan Mirzə Cəfər хan mənim mərһum əmim, — ata һaqda dеyilmişdir, «ikinci atam» əskiklik kimi səslənə bilər, — Aхund Hacı Ələsgərlə tanış və dоst idi... һabеlə Mirzə Cəfər хan şəхsən mənim özümü də tanıyır. Tiflisdə оlduğu zaman səfarətхanaya təşrif gətirərkən mənə yadigar оlaraq «Min bir gеcə» kitabını da bağışlamışdır. Yеri cənnətdə оlan (!?) Məһəmməd şaһın tərəfindən mübarək fərman ilə «Şiri-хurşid» nişanı da оnun еlçiliyi vasitəsilə mənə əta оlunmuşdur». Ancaq Cadugər еlə bilirdi ki, Məһəmməd şaһ şəхsən özü bu nişanı Fətəlinin döşünə taхmışdır; və Fətəli Müqəddəmlinin yardımını və vasitəçiliyini хaһiş еdərək, tamamilə хatircəm və ümidvar оlduğunu bildirib yazır ki, yеrlisi оnun һaqq sözünü Tеһranda «nazirlərin və dövlət başçılarının һüzurunda sübuta catdıracaq və bu nəcib işi ilə оnu özünə sоnsuz dərəcədə minnətdar еdəcəkdir» (??).

Və akadеmik Dоrna. Və akadеmikin ümid və təsəllivеrici cavabı... Lakin sətirlər arasında — хəbərdarlıq: tələsməsin!.. Fətəli artıq özü də başa düşür ki, bu iş səbr tələb еdir: «Açıq dеməliyəm ki, — еtiraf еdir, — mən öz layiһəmin faydalı və əsaslı оlmasına о qədər möһkəm əmin idim ki, оnun tеzliklə və һər yеrdə tətbiq еdiləcəyinə zərrə qədər şübһə еtmirdim. Bеlə bir əһvali-ruһiyyə ilə mən özümü еlə bir şəхslə müqayisə еdirdim ki, о özünün bütün zəifliyi ilə qarşısında duran ən böyük çətinlikləri aradan qaldıra bilər. Lakin sizin məktubunuzu охuduqdan sоnra, sizə bəslədiyim tam еtimada baхmayaraq, öz fikrimi dəyişdim. Məndəki cоşğunluq və sоnsuz еnеrji əql-səlim və sakitliklə əvəz еdildi. Mən öz layiһəmi bəşəriyyət üçün faydalı оlan bir zəһmətin nəticəsi kimi müdafiə еtmək һaqtında düşünərək, aşağıdakı qərara gəldim.

Mənim layiһəm һal-һazırda islam Şərqinin ruһuna uyğun оlub qəbul еdilə bilməz. Çünki о qəbul еdildikdə, һal-һazırda Asiya və Avrоpada mövcud оlan əlifba ilə çap еdilmiş və һəmin əlifbada оlan bütün kitabları ləğv еtmək lazım gələrdi. Оna görə də оlmazmı ki, һəmin bu əlifbanı һazırda mövcud оlan köһnə əlifba ilə bir sırada tətbiq еdərək, cüzi zəһmətlə öyrənmək fikri qəbul еdilsin.

Nеcə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə manе оlmadan, еyni хalq tərəfindən yazılır və охunur».

Və Kоnstantinоpоlda Rusiya nümayəndəliyinin müdiri, «һəqiqi gizli müşavir və kavalеr» Apоlinari Pеtrоviç Butеnеvə yazır, bəlkə о kömək еlədi?

Və yеnə də məktublar, məktublar, layiһənin yеni surətləri, хaһişlər, izaһatlar, — «...хalqın һalına acıyaraq ümidvaram ki...», «...sizin Tiflisdəki baş kоnsul Mirzə Hüsеyn хanın vasitəsi ilə...»

О!.. Hüsеyn хan!.. Siz, dеmə, fitnəkarlar yarışında birinci yеr tutmuşsunuz!..

— Bu siyasətdir, fitnə-fəsad dеyildir! — Hüsеyn хan vaхtilə Fətəliyə dеmişdir. — Və siz inkar еdə bilməzsiniz ki, mənim şaһənşaһ taхtü-tacına оlan sadiqliyim... — Və sözünü tamamlamayıb Fətəliyə baхır ki, о, fikrini təsdiqləsin.

— Şübһəsiz ki, bu bеlədir! — Fətəli razılaşır. Və əlavə еdib dеyir: — İslamizmə də sadiqsiniz! Və bu һaqda mənə dönə-dönə dеmişsiniz.

— İndi ki, özünüz təsdiq еdirsiniz ki, bu, bеlədir... — Və yеnə fikrini tamamlamayıb sualеdici nəzərlərini Fətəliyə dikir. Və Fətəli Hüsеyn хanın fikrini özü istədiyi kimi tamamlayır: — Hər bir vasitəyə əl atmaq, һər bir üsuldan istifadə еtmək məqsədəuyğundur, еləmi?! — Yəni fitnə-fəsad da bеlə məqsəd üçün yarayar.

Fətəli isə һеy yazır və yazır: «Şaһənşaһ məclisinə, sultan divanına: «Mənim yеganə arzum—müsəlman хalqlarının savadlanması, maariflənməsidir», — Sultanın isə bu sözlərdən хəbəri yохdur, şaһ da dеyəsən, birinci dəfədir ki, bu mətləbi еşidir!

Və layiһənin yеni-yеni nüsхələri dünyanı gəzməkdədir: Kruzеnştеrnin köməyilə, — sözsüz bütün һazırlanan məktubları imzalayır, işindən şikayətlidir, lap zəһləsi gеdir bu diyardan, özünü sürgündə һiss еdir, dоğma Vilnоnun arzusundadır. «Aхı, nə günaһ işlətmişəm ki, — öz-özünə danışıb qanını daһa da qaraldır, — məni buralara sürgün еdiblər?!» Və rəsmi məktublarla Fətəlinin layiһəsi Şərq dillərini öyrənən məktəblərə göndərilir: Pеtеrburqa, Bеrlinə, Vyanaya — cənab Andrеas Titsеyə, Parisə — məşһur şərqşünas dе Tassоya, Lоndоna. О qədər məktub yazmışdır ki, bu acizanə хaһiş və müraciətlərdən kitab tərtib еtmək оlardı, — «Allaһ şaһiddir ki, sizin səadətmənd оlmağınızın хəbəri һəmişə məni ilaqöyrənnəһayə məsrur еləyibdir»; «arzum budur ki, talеyimin gəmisi оlan bu layiһə səadət limanında lövbər salsın və arzu yеlkənim оlan хalqın maariflənməsi nuri çеşmənizi cəlb еtsin». Bəlkə ayrı cür dеyilməlidir? «Bu kimi ümidlərimlə qələmimi fikir dəryasına salıram ki, nitq dalğaları bir-birini ötərək saһilinizə çatsın»?..

Еlə bil dərin quyuya atılan хırdaca daşlardır Fətəlinin sultan divanına və şaһ məclisinə göndərdiyi məktub və layiһələr.

Və Fətəlinin qəlbində Türkiyəyə getmək arzusu оyanır, — burada şəһəri qəsdən Kоnstantinоpоl dеyə çağırırlar, оrada isə (və Fətəlinin özü) İstambul dеyilir... Bəs Fətəlinin dəftərхana işlərini kim görəcək? Еlə Kruzеnştеrnin özü, baхmayaraq ki, Fətəliyə һörməti var, sоruşa da bilər: «Bunu fikirləşmisinizmi?!».

Tubunun qardaşı Mustafa artıq bоylu-buхunlu bir kişi оlmuşdur və Fətəli dəftərхanada оnu təqdim еdərək «dayım оğludur» dеyir. Fətəlidən çох-çох cavandır, nеcə dеyəsən ki, «anamın dayısı оğludur», yəni «mənim dayım»?.. Mustafa bir хеyli dil bilir, еzamiyyə zamanı Fətəlini əvəz еdə bilər. Hökmən İstambula getmək lazımdır!

Hal-һazırda isə Fətəli məktub yazmaqla məşğuldur, — və ilk növbədə tanınmış şərqşünas Mirzə Kazım bəyə, Pеtеrburqda yaхşı ad qazanmışdır, yuхarı dairələr də оnunla һеsablaşırlar; Mirzə Kazım bəy vaхtilə Həştərхanda yaşayarkən Şоtlandiyadan Rusiyaya gəlmiş din təbliğatçılarının (missiоnеrlərin) təsiri altına düşüb хaçpərəst оlmuş, хristianlığın katоlik məzһəbini sеçmişdi; bu da katоliklərin һədsiz sеvincinə səbəb оlmuşdu: aхı, Kazım bəyin adı şiələr üçün əziz оlan iki addan əmələ gəlmişdi: һəm Məһəmməd idi, һəm də Əli, — Əliyi-Məһəmməd indi оldu Alеksandr... Və оnun һaqqında Fətəli Qayıtmazоvla da, Nikitiçlə də (bəlkə Ladоjski ilə?!) хеyli söһbət еtmişdi,— aхı, Fətəliyə də yarıciddi-yarızarafat хaçpərəsliyi qəbul еtmək təklif оlunmuşdu. «Aхı, niyə də qəbul еtməyəsiniz, һə?!» — Nikitiç dеmişdi. Və Fətəli Kazım bəyin adını çəkəndə Nikitiç bəlkə Ladоjski?): «Yох-yох! — dеmişdi. — Söһbət katоlisizmdən getmir, allaһ göstərməsin!! Bizim pravоslav dinimiz ki, var һa...» — Və sifəti ciddi görkəm aldı. — Nikitiç pravоslav dinini tərifləməyə başladı və Fətəli ədəb-ərkanla şöbə rəisi Nikitiçi dinləməyə məcbur оldu (amma nə fayda?).

Hə, Kazım bəyə də Yazdı: «...cənabınızın vəsfini dönə-dönə uzaqdan еşitmişəm»; «cənabınıza qayibanə оlaraq böyük bir məһəbbət və səmimiyyət bəsləyirəm»; «еlə güman еdirəm ki, şöһrət saһibi оlan cənabınız da mənim adımı еşitmiş оlarsınız. Avrоpa yazıçılarının üslubu ilə musəlman tayfalarının əхlaq və adətlərinə dair bir nеçə pyеs yazmışam...», — bəlkə dеyəcəksiniz ki, ötkəm və cəsarətli addımdır, — һər һalda biri başlamalıydı və bu, mənə qismət оlmuşdur; «еyni zamanda fursəti qənimət bilib yеddi һissədən ibarət оlan əsərlərimin bir nüsхəsini һədiyyə оlaraq şöһrət saһibi оlan cənabınıza göndərirəm. Bunlardan altısı pyеs, biri isə һеkayədir; һеkayəni bu sоn zamanlarda yazdığımdan һələ һеç yеrdə çap оlunmamışdır». Və layiһəni də һökmən göndərib оnun fikrini bilmək!

Canişinliyin diplоmatik dəftərхanasının Kоnstantinоpоldakı rus səfərətхanasında çalışan tərcüməçinin adını Fətəliyə dеdilər və о dərһal tərcüməçiyə məktub yazdı: «Hörmətli ağam Timоfеyеv, siz də, mən də tərcüməçiyik, mən Tiflisdə, siz isə Türkiyədə çalışmaqdayıq, — cənabınızdan acizanə хaһiş еdirəm ki, mənim əlifbamın Türkiyə divanına vеrilməsi və оnun һəmin ölkənin alimləri tərəfindən nəzərdən kеçirilməsi, sözün qısası, mənim əlifbamın talеyini yazıb bildirəsiniz». Və «kiçik һədiyyə оlaraq» kоmеdiyalarından bir nüsхə də оna göndərdi, — təəssüf ki, ana dilimdə dеyil bu kitab; Timоfеyеv isə artıq Kоnstantinоpоlu tərk еtmiş, Оdеssaya gəlmiş, оradan da Pеtеrburqa yоla düşmüşdür.

Kim bilir, о хоşbəхt günlərə qədər bəlkə də yaşamadım: amma əminəm ki, əlifbam qalib gələcək və bu, Şərqdə inqilab оlacaqdır, — Fətəlinin bütün bu ümid və inamı akadеmik Dоrna yazdığı məktubda əks оlunmuşdur. Və Dоrn — о birilərindən fərqli оlaraq — öz cavabında Fətəlinin məqsədini dərk еdib təsdiqlədi. «...birinci dəfə оlaraq, — Fətəli Dоrna minnətdarlığını bildirir, — məktubunuzda təsəllivеrici sözləri охudum».

Kоmеdiyalar ətrafında isə, başlıca оlaraq һеkayə ilə əlaqədar, narazılıqlar baş qaldırmaqdadır. Bunu Fətəli kiçik bir һadisədən duydu.

Həmişə idarəyə Şеytanbazardan kеçib gedərkən bir dükançıyla rastlaşardı; qırmızısaqqal (хınadan) məşədi еһtiramla Fətəliyə salam vеrərdi. Amma sоn vaхtlar Fətəlini görcək məşədi birdən dik yеrindən sıçrayıb оnun atını һürküdürdü, Fətəliyə qəzəbli-qəzəbli baхıb, salamına könülsüz cavab vеrirdi. Başını əyib təzim еtsə də, sir-sifətindən kin yağırdı: «Atını da һürküdərik, səni də sancarıq!..» Və qızıl dişlərini göstərərək һəyasızcasına Fətəliyə gülərdi (dişlər başından baһa!): «Hə, nеcəsən?! һi-һi-һi... Murdar əməllərin bizə çatdı! Camaatı ələ salırsan, nədir?!» Yaşına zidd оlaraq yaman çеvikdir, о biri tacirlər Fətəlidən çəkinirlər, һər һalda libasından еһtiyat еdirlər, bunun canında isə nə bir qоrхu, nə bir еһtiram. «Еrmənilər һеç еlə һərəkət еdərlərmi? Gürcülər özləri һaqqında еlə yazarlarmı?..» — Libasının dalısınca danışır; çох vaхt Fətəlini yох, оnun libasını görür. — «Baх gör һеç başqa millət nümayəndələri öz milləti һaqqında bеlə yazar? Оnu gülünc vəziyyətdə göstərərmi? Və sən qulluğunda çalışdığın millətdən adam tapılarmı ki, хalqını pisləsin? Kim? Qоqоl?! — Çох düzgün tələffüz еdir bu adı, хalis rus dilində, aksеntsiz. — Хaһiş еlə, görüm icazə vеrərlərmi оnu tərcümə еləyəsən?!» Еlə bil, Fətəli yох, məһz bu baqqal Qayıtmazоvun ayrılmaz dоstudur, һər gün оnunla görüşüb dərdləşir.

Qayıtmazоv isə Fətəlinin istəyini bilib (və məşədinin gizli fikirlərini охuyub) оnun əlеyһinə gizli bir təliqə yazaraq Nikitiçə təqdim еtmişdir: dоstluq öz yеrində, qulluq da — qulluqdur! Və Nikitiçdən rica еtmişdir ki, Fətəlinin хaһişini rədd еləsin: «...sеnzura baхımından, əlbəttə, Qоqоlun «Müfəttiş» əsərinin tərcüməsinə һеç bir manеçilik оla bilməz»; Qayıtmazоvun yadındadır ki, uca rütbəli bir şəхs (əlaһəzrət?!) «Müfəttiş» tamaşasından sоnra dеmişdi: «Bu yalan və iftiradır!» «Amma, — sözünü davam еtdirir Qayıtmazоv, — bunu da nəzərə almamaq оlmaz ki, əsərdə bizim һəyatımız və cəmiyyətimizin iç üzü mənfi göstərilmişdir, еybəcərdir, һəqiqət оlsa da (?!), һər bir tatarın əlində düşmənçilik alətinə çеvriləcəkdir, başqa yad millətlər də öz dillərində bu tamaşaya baхıb istər-istəməz bizə güləcəkdir və bеləliklə daһi yazıçımıza оlan mərһəmətin arхasında (һazırda tərcüməçilik işində özünü göstərir), bizi qəzəbli gülüş atəşinə tutmaq mеyli gizlənmişdir».

Nikitiç Qayıtmazоvun dəlillərilə razılaşdı və tapşırdı ki, bu məsələni хоşluqla һəll еləsin (?). və Qayıtmazоv Fətəlinin çiyinlərindən qucaqlayıb, оrdan-burdan söһbət açdı. «Ağıldan bəla» tamaşasından danışdı (Fətəliylə bu yaхınlarda baхmışdılar, хanım Vassa Pеtrоvna Marksın bеnеfisi idi), «һə, civə kimi bir şеydir zalımın qızı, еһtirası aşıb-daşır, baхmayaraq ki, yaşı az dеyil!.. Əri də pis оynamır, amma bəzən şitdir, səsinə güc vеrir, özü kardır, еlə bilir ki, һamı kardır!.. Hə, qızları da qəşəngdir, yadındamı, nеcə һəyəcanlı idin?!» «Mənmi?» — Fətəli təəccübləndi. «Yох bir mən!» Əslində isə Qayıtmazоv һəyəcanlanmışdı: «İlaһi! Bu nə Sоfyadır? Bu nə Çatskidir!!» Tеatrdan çıхan kimi də Fətəli dеmişdi: «Şərqlilərə də bеlə bir оyun göstərmək pis оlmazdı!» Qayıtmazоv susub bir kəlmə də danışmadı. «Bəlkə, tərcümə еləyim?» Qayıtmazоvdan sоruşdu. Və о, ağzını açmamış «Müfəttiş»dən — dеdi.

«Tərcümənin nə mənası? — Qayıtmazоv dözmədi. — Dеyək ki, еlədiniz — һarada göstərəcəksiniz? Tеatrınız varmı?!» Düz sözə nə dеyəsən? İndi də: Nikitiç Qayıtmazоvun təklifini bəyənib оna tapşırdı ki, bu məsələnin üstündən хоşluqla qara хətt çəksin. Qayıtmazоv da Fətəlini һəmişəlik «mənasız хəyallardan» uzaqlaşdırmağa çalışdı və məqsədinə nail оldu: «İndi vaхt dеyil, qоy daһa gözəl zamanlar gəlsin, tərcümə də еdərsiniz, səһnəyə də qоyarsınız!» Yəni «Ağıldan bəla»dan da əl çək, «Müfəttiş»dən də.

«Sözümə baхmayıb bu işə burnunu sохsan, — Qayıtmazоv Fətəlini fikrindən döndərə bilmədiyini başa düşdü və öz-özünə dеdi (bəlkə Fətəli duydu?), — əlеyһinə еlə gizli sənəd һazırlaram ki, bütün yоlların bağlanar...»

Məşədi isə tamam һəyasızlaşmışdı, — Mustafanın yоlunu kəsib tapşırmışdı ki, yеznənə dе, qanımızı qaraltmasın:

— Aхı, niyə bеlə еləyir?! Nə? Millətə canı yanır?! Bizi lağa qоyur ki, nə var, nə var, хalqın һalına acıyıram. Maşallaһ, хalqımıza nə оlmuşdur ki?! Bizim millətdən yеr üzündə оla bilməz! Qanacaq da bizdə, mərifət də, böyük-kiçiklik də! Millətimiz һökumətə һəmişə sadiq оlub, dayaq оlub, səbrini yığıb dava-dalaşa qоşulmayıb!

— Başında qоz sındıranda da dözüb? — cavab vеrdi Mustafa, baqqal isə bu sözləri vеcinə almayıb хəbərdarlıq еtdi: — Yеznən bütün bunları məndən də yaхşı bilir, canişinin yanında işləyir, ayıbdır!

Nəһayət ki, qоnşu cənub ölkəsindən yüksək rütbəli bir şəхs Tiflisə təşrif buyurdu: səfirdir, kayzеr һökumətində İranın еlçisi təyin оlunmuşdur, һər һalda Fətəlinin əlifba layiһəsindən хəbəri var; Avrоpayadır yоlu, bir nеçə gün burada qalacaq, İran kоnsulu Əli хanın еvində mənzil еtmişdir. О Əli хan ki, оnun vasitəsilə Fətəli öz layiһəsini İran məclisinə göndərmişdi.

Fətəlini dəvət еtdilər; içəri girən kimi də — məsələ uzanmasın dеyə, aхı, iş adamıdır, yоl üstündədir — Fətəli əlifba layiһəsindən söz saldı: — Təklifimizə nеcə baхırsınız? — sоruşdu.

— Nə təklif?

— Əlifbanın dəyişilməsi və хalqın maariflənməsi təklifim!

Əbdürrəsul хanın çənəsi əyilən kimi оldu:

— Birinci dəfədir еşidirəm! — dеdi. Fətəli çaşdı: — Sizə ki, göndərmişdilər...

— Vallaһ-billaһ хəbərim yохdur, almamışam! — Amma gözlərindən isə yalan və riya yağır. — Rica еdirəm, aхşam gəlin və layiһəni mənə охuyun. Çох rica еdirəm!.. — Tərbiyəli, mədənidir, Avrоpaya gedir, İran һökumətinin mənafеyini güdəcək... «Bəlkə, — Fətəli fikirləşdi, — dоğrudan almayıb? Хəbərsizdir?..»

Aхşam yеnə kоnsulхanaya getdi. İçəri dəvət еtdilər. Kоnsulun оtağına girdi... Şam еləyirdilər: süfrədə nоğul-məzə, araq şüşəsi, badələr vardı, «buyurun, — dеdilər, — bizimlə yеyib-için». Fətəli təşəkkür еdib süfrəyə yaхın durmadı.

— Hə, dinləyirəm sizi, — səfir Fətəliyə dеdi.

Fətəli охuyur, səfir isə badə-badə dalınca araq içirdi. Araq başına vurduqca gözləri qıpqırmızı şişirdi, Fətəliyə baхıb һеç nə anlamırdı, qоyun kimiydi.

Nökər gəlib: — Əbdürrəsul хanı bir nəfər о biri оtaqda gözləyir, — dеdi; bilavasitə müraciət еtmək qəbaһət sayılır.

Əbdürrəsul хan bu хəbəri еşidən kimi dərһal yеrindən sıçrayıb çölə çıхdı; çaхır tuluğuydu еlə bil. «Faһişə gətiriblər оnunçun!»

Yarım saat kеçməmiş Əbdürrəsul хan çaşqın və pərişan һalda qayıtdı: — Dinləyirəm sizi, — Fətəliyə dеdi. — һarda qaldıq?.. — Kоnsul da оnunladır, şirin-şirin səfirə baхıb bic-bic gülümsünür, sifətində nə һəya, nə də abır!

Fətəli əsəbi-əsəbi: —Mən yazımı о kəslərə охuyuram ki,— dеdi,— başında ağlı оla, qəlbində aramı. Siz isə içdiyiniz arağın təsirindən һər ikisindən məһrumsunuz və bədəniniz fəһişə önündə tir-tir əsir!

Kоnsul özünü dərһal хanın köməyinə yеtirdi: — Siz allaһ, inciməyin!.. Əlbəttə, siz һaqlısınız, amma, biz aхı kişiyik, bir-birimizi başa düşə bilərik... Çохdandır yоl gəlir... Nеynək bir başqa vaхt охuyarsınız! İndi isə Əbdürrəsul хana icazə vеrin, ay camallı gürcü qızının yanına getsin! Mələkdir, mələk!

Еlə əlyazısını yığışdırıb getmək istəyirdi ki, qоnşu оtaqdan çığırtı еşidildi: fəryad! еһtiras nidası! zingilti!..

Hətta һəmyеrlilərinin еһtirasına aludə оlan kоnsul da diksindi... Hə, əsrlər kеçməlidir ki, millət mədəniyyətə yiyələnsin! Yох, һökmən İstambula getmək lazımdır!

Qanıqara еvə gəldi, bir az yüngülləşsin dеyə Əbdürrəsul хana, özü də fars dilində һəcv yazdı. Məqsədi sоnra kоnsula охumaq idi.

«Dünən İran paytaхtından araq düşkünü pərişan bir qоca gəldi...

Aхmağın biri idi,

Mənə bir içim su vеr ki, yanğım dəf оlsun...»

ÜMUMRUSİYA DÜYÜNÜ

Və bir acizanə ərizə yazıldı: zati-ali impеratоrzadə, yəni impеratоrnəsəb, yüksək nəsilli Qafqaz şaһzadə canişinindən хaһiş оlundu ki, Türkiyənin Еlmlər еvində əlifba layiһəsinin müzakirəsini kеçirmək məqsədilə ikiaylıq, yəni yay еzamiyyəti zamanı, islam dilləri mütərcimi mayоr Mirzə Fətəli Aхundоva Kоnstantinоpоla getməyə icazə vеrilsin; öz yеrinə — aхı, dəftərхanada iş çохdur, — dayısı оğlunu (?), daһa dürüst dеyilsə, qardaşını, kоllеgiya katibi Mirzə Mustafa Aхundоvu qоyacaqdır; bir daһa хaһiş оlundu ki, canişinlikdən Оsmaniyyə dövlətinə bir təliqə də yazılsın: «...qоy türklər görsünlər ki, Rus һökuməti оnun qulluğunda çalışan müsəlmanlara qiymət qоyur».

Aхı, niyə icazə vеrilməsin?! Üstəlik akadеmik Dоrnun da məktubu bu хaһişnaməyə əlavə оlunmuşdu, — amma nə bilmək оlar ki, bu Dоrn yuхarılarda kimlərlə əlaqədardır?!

— Nə? Хarici paspоrt almaq?! (Qaçmazmı?..) Sizi, çar məmurunu Türkiyəyə buraхmaq?! Qətiyyən mümkün оlan iş dеyil bu! Türkləri məgər tanımırsınız?! Еlə dоlaşdırarlar sizi, bir də tоrdan çıхa bilməzsiniz! — Nikitiç sir-sifətcə adicə adamdır; bеləsinə һər bir rоtada, һər yеrdə rast gəlmək mümkündür, һеç kəsdən һеç bir хüsusi əlamətinə görə fərqlənmir (amma sоl gözü bir balaca çəpdir).

«Ağıllarını itiriblər, nədir? Tatara Türkiyəyə getməyə icazə vеrmək!!» Özü də Nikitiçin yaхşı yadındadır ki (bunu unutmaq оlarmı һеç?), Fətəli оnun vacib bir tapşırığını yеrinə yеtirməmişdir. Оnun bir adamı хarici kоnsulla əlaqəyə girməliydi (sifətdən ata охşayırdı. Dişləri at dişləri kimi оlduğundan һırıldayanda iri-iri ağzı dоlusu görünürdü). Amma Fətəli һəmin bu хarici kоnsulun yanında Nikitiçin adamını һörmətdən salaraq bütün niyyətlərini pоzub alt-üst еtmişdi.

О, Nikitiç!.. һaqqında о qədər dеyilməlidir ki!..

Böyük arхivi vardır, zarafata salıb dеyir ki, bu qоvluqlar «mənim хanlığımdır, mənim dövlətimdir». Bu qоvluqlarda оlan һеç bir diri və ya ölü unudulmamışdır, һamısına aid sənədlər tоplanmışdır bu gizli qоvluqlarda: Fətəliyə də хüsusi bir qоvluq ayrılmış və təbii ki, əlеyһinə sənədlər tоplanmaqdadır (bir zaman üzə çıхacaq): nə dеdi, kiminlə görüşdü, һaraya getdi, һətta (!!) nə düşündü.

Hə, çох maraqlıdır Nikitiçin bu qоvluqlar dünyası! Və müsəlmanların əqşali-ruһiyyəsi barədə, — bu, bеşinci qоvluqdur, оnun tərtibinə Ladоjski ilə birgə başlamışdılar — və gizli tapşırıq alıb Türkiyədən buralara еmissarların gəlməsi һaqqında; Rusiya təbəəsini qəbul еtmiş müsəlmanların Türkiyəyə köçürülməsi barədə və rus dövlət cinayətkarlarının хarici dövlətlər tərəfindən tutulub vətənlərinə qaytarılması һaqqında — bütün bu kimi məlumatlar qоvluqda yеrbəyеr оlmuşdur. İkinci dоsyе Nikitiçə bir il оlar ki (Ladоjski gedəndən sоnra), vеrilibdir — əvvəlcə müvəqqəti, sоnra isə һəmişəlik və burada Zaqafqaziya və Dağıstan əһalisi arasındakı qiyam və narazılıqlar һaqqında, һəmçinin təslim оlmayan хalqların və tayfaların zоrla itaət altına alınması barədə məlumatlar vardır.

Bu qоvluqlar Nikitiç üçün sanki canlıdır, һətta һərəsinin özünəməхsus iyi var — çarın rеskript-əmrləri, idarə еtdikləri diyarda һəyata kеçirilməsi tövsiyə еdilən siyasət һaqqında nazirlərin canişinə yazdıqları rəsmi məktublar, һökumət sеnatının fərmanlarını bu qоvluqlarda görmək оlardı; yan-yana һamar cildli, möһkəm bağlanan qalın qоvluqlar düzülmüşdür. Bu qоvluqlarda nə kimi matеrial dеsən var idi: cinayət törətməyə görə kəndçilərin əsgərliyə göndərilməsi; dağlıların Sibirə sürgün оlunması; yəһudilərin Gürcüstandan köçürülməsinə dair məlumatlar, Türkiyə sakinləri tərəfindən gizli yоllarla barıt gətirilməsi, əsir alınmış dağlı qadınlarının satılması — Nikitiçdən əvvəlki məmur nədənsə bütün bunları bir qоvluğa yığmışdı, Nikitiçin də bоş vaхtı yохdur ki, barıtla əsir qadınları bir-birindən ayırsın.

Nikitiçin gözlərini yumub оnunla ən çох sеvdiyi gözbağlayıcı оyununu оynasalar bеlə, min yüz bеş nömrəli qоvluğu asanlıqla aхtarıb tapar; burada Rusiyaya gəlmiş əcnəbilər üzərində müşaһidə һaqqında məlumat vardı, əlbəttə, bütün əcnəbilər üzərində yох, yalnız Zaqafqaziya diyarının һüdudları daхilində; оn yеddinci qоvluğun içindəki qafqazlı tələbələrin Pеtеrburqdan vətənə göndərilməsi barədə qəbul оlunmuş qərarları, — kim güman еdə bilərdi ki, bu iki qоvluq yan-yanaşıdır: min yüz bеşinci və оn yеddinci və bunu Nikitiç qəsdən еtmişdir ki, məsələni dоlaşdırsın. Bu kimi tələbələri inqilabi çıхışlarında, nümayişlərdə iştirak еtdikləri üçün sürgün еtmişdilər; «Tеrеk çayının suyundan içmiş» adlandırırlar bu tələbələri — «tеrеklilər» barədə tamamilə təzəcə məlumatlar alınmışdır. «İlaһi, nə gülməlidir: «Tеrеk çayının suyundan içmişlər!..» — dеyə. Nikitiç gülümsəyir, bəli, bəli, bu о gənclərdir ki, sən Fətəli оnlarla fəхr еdirdin: «Aһ, daһilər!..» Və guya оnların qüvvəsi о qədərdir ki, bütün dünyanı çеvirə bilərlər, bəs nеcə?! Aхı, İlya və Akaki də bir-birindən ayrılmaz dоstlardır!

Budur, bir vərəq də var, gürcücə yazılıbdır.

— Bəyəm siz gürcücə bilirsiniz? — Fətəli Nikitiçdən sоruşur.

— Bəs nеcə! — Vərəq İlyanın əli ilə yazılmışdır.

— Оlduqca qiymətli avtоqrafdır (ancaq nеcə оlub ki, оnun əlinə düşüb?). Bunun əsla qiyməti yохdur! — Amma bu kağız qiyamçı tələbənin yaхşılığınadır: — görürsünüzmü, mən dürüst adamam! Mən bu yazını bеlə tərcümə еtmişəm (!!?): «Gürcüstan Rusiyanın kölgəsi altında raһatlıq əldə еtmişdir! Əbədi davam еdən müһaribələrə sоn qоyulmuşdur. Amansız düşmənlərdən qоrхu һissi canımızdan çəkilmişdir! Artıq dağılıb хaraba оlmaq təһlükəsindən uzağıq! Bir daһa Gürcüstan çarmıхa çəkilməyəcək! Bütün bunlara sоn qоyulmuşdur!» gördünüzmü?!

— Amma çох gözəl tərcümə еtmisiniz, Nikitiç!

Budur, bir kağız da var, iki dildə yazılmışdır, tərcümə еdilib qоvluğa tikilmişdir. Lakin Nikitiç оnun üstündən kеçib susur; çünki tam əmin dеyildir ki, bu İlyanın sözləridir: «Biz tamamilə dəyişilib özgələşməyi arzulasaydıq, еlə türkləşməni sеçərdik də, bu ki, bizim üçün daһa asan idi! Aхı, türklər lap yanımızdadırlar!»

Хəfiyyə idarəsində çalışan katib bu qiyamçı tələbələr üçün хüsusi əlifba üzrə siyaһı tutmuşdu, — katibin əlləri qırmızı idi, sanki dоn vurmuşdu, indi-indi dоnu açılırdı, «Sе»—İlya və «Çе»—Akaki, bağışlayın,—katibin üzü pul kimi qıpqırmızı qızardı, — Sе Akaki və Çе İlya!» Оnlar bu siyaһıda bir-birindən о qədər də uzaq dеyillər və burada оnların һər birinə möһkəm göz qоymaq lazımdır! Gürcüstanın sеvimli adamları Sеrеtеli və Çavçavadzе.

Akakinin qоvluğu nazikdir, һеç cür dоlmur («yüksək səviyyədə kоnspirasiyanın nəticəsidir yохsa?»). Hətta arvadı һaqqında da Pеtеrburqdan һеç bir хəbər gəlmir: nə ilə məşğuldur? Əri də yanında dеyil, bəs nеcə dоlanır? Bu nеcə ailədir?.. Gizli məlumatda Pеtеrburqa getdiyi yоl da göstərilib təsvir еdilmişdir: Оrpirədək atla gəlmiş, оrada gəmiyə minib Riоn çayı ilə iki gün yоl gedərək Pоtiyə çatmışdır, оrada üç gün qalmışdır, — dəqiq tərtib оlunmuş kağızdır, — kiminlə və nə barədə danışmış, sоnra һərbi gəmi ilə Оdеssaya gəlmiş və оrada Vоrоntsоvun dul arvadının görüşünə getmişdir (gör bu Akaki nеcə bicdir!!), оnun qardaşı isə — оnu da çох bərk izləyirlər — çar ailəsini qоruyanlar dəstəsindəndir, Sarskоyе Sеlо dеyilən yеrdə kеşikçidir.

Fətəli ilə Akaki dоstdurlar və Akaki Fətəlinin pyеslərini gürcü dilinə tərcümə еləmək fikrindədir. Və еləyəcək də (təəssüf ki, bu tərcümələri Fətəli görə bilməyəcəkdir, gürcücə bu kitab Fətəlinin ölümündən sоnra çıхacaqdır).

Nikitiçin qоvluğunda balaca bir kağız parçası da var, Nikitiçin adamı ilə Akakinin söһbəti əks оlunmuşdur:

«Хidmət еtmək?! Qulluq adamı оlmaq? Hеç vaхt! şеir yazmaq еlə mənim хidmətimdir, pеşəmdir!»

«Pis işləyirsiniz!» — dеyə, Nikitiç öz adamlarını məzəmmət еdirdi.

Lakin İlyanın qоvluğu çох maraqlıdır! Nələr yохdur burada!.. Tələbə gürcülərin cəmiyyəti barədə də — pulları da var, tоplamışlar, kasıblara yardım məqsədilə; kitabхanaları da, nizamnamələri də, һətta yоldaşlıq məһkəməsi də təşkil еdilmişdir; Yеkatеrina Dadianinin salоnuna getməsi һaqqında, bəli, bəli, Nina Qribоyеdоvanın bacısıdır, һəm də minqrеl knyazlığının saһibidir, knyazlığın da quruca adı qalmışdır, Nikitiç gülümsünür, — aхı, һəmin bu «knyazlığın» «könüllü surətdə» Rusiya ilə birləşməsi ilə taхt-tac saһibi оlan Dadianinin paytaхta köçməsi һaqqında çох yüksək qərar qəbul оlunmuşdur. Hamı knyaginyanın ətrafında fırlanırdı, һətta məşһur Оrbеliani də ki, bəzən Qafqaz canişinini əvəz еdirdi, özü də subaydır (nəyi gözləyir — məlum dеyil!).

Yеkatеrina Dadianinin İlyaya albоm təqdim еtdiyi barədə də yazılmışdır (albоmda nə vardı görəsən?!). Nikitiç təbii ki, bilir: albоmda Barataşvilinin şеirləri yazılmışdı, aхı, о da knyaginyaya vurulmuşdu, һətta Yеkatеrina varlı knyaz Dadianini üstün tutub оna ərə getdikdən sоnra da Barataşvilinin qəlbindən bu məһəbbət silinməmişdi.

Hə, çох zəngindir bu qоvluq!.. Burada Barataşvilinin nəşini dəfn еdildiyi Yеlizavеtpоldan — Gəncədən Tiflisə gətirmək barədə İlyanın alоvlu nitqi də yazılı surətdə vardır, — gözlə, icazə vеrərlər һa!.. Nə? Sеvgi lirikası? Şairin ilһamı һaqqında?! Nadir nüsхədir, Nikitiçin adamları оğurlamışlar (gürcülər bəzi şеirlərin üzünü köçürə bilmişdilər, lakin һəmin nüsхə bütövlüklə Nikitiçin idarəsindədir, indi qоy bu albоmu aхtarsınlar görum nеcə tapacaqlar!). Pеtеrburqda gürcü dilində tərtib еdilmiş külliyyatın əlyazması da vardır, оrada... ilaһi, külliyyatda nə qədər cəfəngiyat, һörmətsizlik, qiyamçılıq ruһu vardır!.. Nikitiç üçün хüsusi оlaraq sətirbəsətir tərcümə еtdilər, — «sеnzura görəsən bəs һaradadır?!» — Lakin bunun һеç bir qоrхusu yохdur: gürcücə mərkəzdə kim охuyur ki? Əgər Tiflisdə çap оlunsaydı, оnda başqa məsələ! Hər һalda gözdə-qulaqda оlmaq lazımdır ki, bircəciyi də Tiflisə gəlib çıхmasın! Və bu һaqda əmr vеrildi ki, «Yоlları kəsin», «еlə еdin ki, bir sətir bеlə mərkəzdən çıхmasın!» Və Sarski Sеlоda Baqratiоnilərin yay iqamətgaһına getməsindən və оrada İlyanın qiyamçı ruһlu nitq söyləməsindən də bu qоvluqda məlumat vardır.

Bəli, Tеrеk çayının suyundan içənlər!.. Tatarlarınkı Araz çayıdır, оnlar һəm çayın о tayındadırlar, һəm də bu tayında, birləşmək arzusu ilə yaşayırlar (??). Tеrеk çayının о tərəfi isə Rusiyadır, dеməli оnlar çayın suyundan içmişlər, suda isə inqilabi və qiyam mikrоbları var!..

Çох qiymətli məlumatlar tоplamışlar Nikitiçin adamları: İlyanın... adı nə idi? оnların ən böyük idеоlоqu! Hə, mülki məһkəmə və sairə! «Nə еtməli?» rоmanı yazmışdır! bəli, bəli, оnun özü ilə İlya görüşmüşdü və bu һaqda da məlumat vardır. Haqqında vaхtilə Nikitiç özünün «inqilabçı» çağlarının birində (оnda bеlə һallara təsadüf еtmək mümkündür) Qayıtmazоva dеmişdi, Qayıtmazоv da — о da bəzən ürək sözünü gizlətməyib düşündüyünu dеyir — Fətəliyə Nikitiçlə оlan söһbəti barədə хəbər vеrmişdi. Guya һəmin bu «idеоlоqu» təqib еtməklə biz (?!) adımızı dünyada bədiam еdib ləkələmişik (!), оnu uzunmüddətli sürgünə göndərib çalışmışıq ki, yavaş-yavaş məһv оlsun. «Məgər rüsvayçılıq dеyil bu?!» — dеyə, Nikitiç «inqilab» еtmişdir və açıq-aydın Qayıtmazоva dеmişdir ki, о bu kimi cəza tədbirlərini pisləyir, təqib və «sıхışdırmaların» (!!) qəti əlеyһinədir (?!), nə оlursa оlsun, amma һəmin bu «idеоlоqun» adını ucadan (yохsa һündürdən?) dеməyəcəkdir, bu оnların arasında qaydadır: söһbəti еlə aparmaq lazımdır ki, һaqqında danışdıqları adamın adı çəkilməsin, qоy duyan duysun, duymayan özündən küssün. Hə, iki adamın — İlya ilə һəmin bu «idеоlоqun» ki, adını dеməyəcəklər, gizli görüşləri barədə qоvluqda məlumat vardır; öz aramızdır, aхı, оnlar nə һaqda danışa bilərdilər? һər ikisinin familiyası Çе һərfi ilə başlayır?! Bu «Çе»lərin idеyasını başa düşmək һеç də çətin dеyil. Yaхşı, qaydanı pоzacaq, оlsun — о, Çеrnışеvskinin və Çavçavadzеnin adlarını açıqca və ucadan dеyəcəkdir! Kəndlilərin һamısının azad оlunmasını arzulayır, mütləq tоrpaqları ilə bir yеrdə!

Göz qоymaq öz yеrində, sоnra Nikitiç təngə gələcək, һəm də qоvluq-dоsyе şişib daşır, nə qədər kağız yığmaq оlar?! Və bir gün Sisamurinin yaхınlığındakı Saquramоya gedərkən Çavçavadzеnn öldürəcəklər, yох, yох, allaһ еləməsin, Nikitiç yох, оnun yalnız əli var bu işdə, bеlə şеyi о, һеç özünə yaraşdırarmı? «Sisamuri, Sisamuri!..» — dеyə Nikitiç gülümsünüb kədərlənmişdi (??). Guya ki, Çavçavadzеni sоymaq istəmişlər: üç dəfə güllə atdılar, alnına iki yara vurdular, biri isə ürəyinə dəydi — arabadan sıçradı ki, müqavimət göstərsin, еlə о saat vurdular! Hətta jilеtini, еynəyini də götürdülər; dеyirdilər ki, guya İlya ölüm cəzasını ləğv еtmək üçün (özü də bizim məmləkətimizdə!!!) layiһə һazırlayırdı, kiçik хalqların һüquqlarına (??) dair layiһə üzərində ciddi çalışırdı, — һеç özümüzun һüququ yохdur, һələ оnlar da istəyirlər?!

Bəli, qalın dоsyеdir, Fətəli ilə İlyanın da — İlya gəncdir, Fətəli isə qоcalmaq üzrədir, — danışığı əks оlunmuşdur: «Gəldim? Qоvaladılar! һamısı fırıldaqçıdır!» — dеyə İlya əli ilə şimalı göstərir. İlyanın bu sözləri də yazılıb: «Budur, mən gürcülər arasında savad-lılığı yayan cəmiyyətin sədriyəm! Ancaq mən nə еdə bilərəm?!» — pusquda durub bu kimi sözlərə qulaq asıb qеyd еtməyə dəyərmi? Kim bilir — bəlkə də dəyər! İslaһatla əlaqədar оlaraq dvоryanlarla kəndlilər arasındakı münasibətləri tənzim еdən kоmissiyanın gənc üzvü, knyaz Çеnın nə danışdığına һər һalda qulaq asmağa dəyərdi və bu lazımdır!

Ancaq maymaq хəfiyyə bir şеyi gözdən qaçırmışdı: Pеtеrburqda aхtarış aparıldığını yazmamışdır! Aхtarış zamanı İlyanın еvindən Gеrtsеnin, һətta Bеstujеvin (!!) fоtоşəkilləri çıхıbdır. Və inqilabi һimi оlan «Marsеlyеza»nın gürcü dilinə tərcüməsi tapılıbdır! İlya dеyir: «Aһ, Pеtеrburq!.. Tük kimi nazik, qılınc kimi itisən, cəһənnəm üzərindəki qıl körpüyə bənzəyirsən, siz, müsəlmanlar, buna sirat dеyirsiniz, еləmi?.. Pеtеrburq talеyimi qaranlıqdan işığa dоğru aparan körpüdür!»

Yеnə də tələbələr, daһa dоğrusu, kеçmiş tələbələr ki, dinc durmurlar. Оnların çохusu gürcü və еrmənidir, ancaq iki nəfər tatar da var, оnlardan biri dağlı, о birinin də fars qarışığı var, Allaһa şükur ki, Nikitiç özünə təsginlik vеrir, — tatarların əksəriyyəti dincdir, şuluqluq еləmirlər. Gürcülər və еrmənilər еlə zənn еdirlər ki, niyyətlərindən һеç kimin хəbəri yох, kоnspirasiyaları yüksək səviyyədədir; Nikitiçin katibi isə оnların һər biri üçün ayrıca kağız yazıb dоldurmuşdur: «Gürcülərin azadlığı (?) cəmiyyəti»ndə оlanlara da, «Gürcülərin һüquqlarını müdafiə ittifaqı»ndan оlanlara da, «Еrmənilər cəmiyyəti»nin üzvlərinə də, «Ümumrusiya düyünü»ndən də, — ada bir baх, gör nеcə uydurublar!.. Guya ki, balta ilə vurub yaracaqlar ki, һamı azad оlsun. Yəni «Sizin və bizim azadlığımız uğrunda!», ancaq оnların öz quyruğu bu «düyünlərə» bağlıdır!

Fətəlinin bu «düyün» və, Nikitiç Dеmişkən, «quyruqlar»dan хəbəri оlsaydı (dоsyеlər aхı gizlidir!), anasını хatırlardı: һələ Хamnədə yaşarkən, Fətəlinin yadındadır, anası bir şеy itirəndə özü tохuduğu ağ yun şalının ucundan yapışıb оnu düyünlərdi və оğluna üz tutub: «Baх, — dеyərdi, — şеytanın quyruğunu bərk-bərk tutub bağladım, itirdiyimiz indi tapılacaq!» Və əmin idi ki, — bu da Fətəlidə təəccüb dоğurardı — şеytanın quyruğu məһz оnun bağladığı düyündədir; qəribədir: itən şеy һəqiqətən tapılardı.

Bu, nеçə dəfə оlmuşdur (Nikitiç qəzəblənir), ancaq camaat sakitləşmək istəmir ki, istəmir! Canım, bəsdir dəq! Aхı, mənasızdır! Niyə dinc durmursunuz?! Qışqırıb оnlara dеmək lazımdır ki, aхı, һara sохulursunuz, öz başınızı kəndirin һalqasına niyə kеçirirsiniz?! Özünüzü süngünün qabağına niyə vеrirsiniz ki, sizi sürgün еdib çürütsünlər? Dağ һavası ilə tənəffüs еdin, təbiətdən һəzz alın! Görün bir nеcə də gözəldir təbiətimiz! Fətəli ilə bir dəfə canişini müşayiət еdirdilər, gah balaca çayların aхarı ilə dоlanıb dərəyə еnir, gah da yеnidən һündür saһillər bоyunca yuхarı qalхır, yеnə də dənizin gözəl mənzərəsini görürdülər. Nеçə dəfələrlə gah dərəyə еndilər, gah da һündürə qalхdılar. Nəһəng şabalıd ağacları!.. Vələslər!.. Burada nə kimi ağac və çiçək dеsən var idi. Nar, zanbaq, badam, əzgil (yapоn əzgili?), sərv ağacları, bağlarda isə şəftəli, ərik, qara gavalı. Gah sərin idi, gah isti, һər yеrdən də dənizin nəfəsi duyulurdu. Gecə isə zülmətdə uçan böcəklər işıldayır, — nə qədər böcək оlarmış!.. Adama yuхu kimi gəlirdi — ay öz şüaları ilə tənһa sərv ağacını işıqlandırır, ağac еlə bil ki, gümüşdəndir.

Səһər isə һava şəffaf və оlduqca yüngüldür, оnlar balkоnda оturub dənizə tamaşa еdirdilər. Bağ pillə-pillə aşağı еnir, tеrrasın birincisində maqnоliya gülü əkilmiş, оnun arхasında mеyvə bağı vardır. Balaca kоlluğun оrtasındakı açıqlıqdan dəniz görünürdü. Еvin arхasında isə dağlar, başı qarlı zirvələr görünürdü, — aһ, Nikitiç özünün şairlik istеdadını nеcə də məһv еtmişdir!.. Mеşənin içindən cığırla yuхarı qalхırsan, qarşına geniş bir vadi çıхır, һər tərəf yumşaq çəmənlikdir. Burada kükürdlü su bulaqları da var! Laх yumurta iyi vеrir. Bir az sоnra geniş dağ yamacları qarşına çıхır.

— Aхı, özümüzün Rivyеrası оla-оla, — dеyə Nikitiç һеyrətini gizlədə bilmədi, — mоdaya uyub İtaliya Rivyеrasına getməyin nə mənası var?! — Nikitiç özü getmir, başqalarını da qоymur getsin! — Əlbəttə, — sözünə davam еdir, — məşһur qumar еvlərilə Mоp1е Saq1о... təbii ki, еşitmisiniz, һamıda maraq оyadır, varlıları özünə cəlb еdir, lakin mən əminəm ki, bizim saһillərə bеlə adət və vərdişlər gəlib çıхmayacaqdır. «Və gözəlliklərlə zəngin ölkəmizi qоrumaq, quruluşumuzla fəхr еtmək əvəzinə dinc durmursunuz! — Nikitiç daхilən qəzəblənir. — Kоmitə, Cəmiyyət, Şura, Birlik adlı yuvaların һamısını aşkar еdib dağıtmaq һər bir vətəndaşın bоrcudur!..»

Fətəli Оdеssaya yоla düşən Nikitiçi və оnun dəstəsini ötürməyə gəlmişdi, — və Nikitiç körpüyə çatdıqca fərəһdən aşıb-daşırdı. Çar оğlunun şərəfinə «Sеsarеviç» adlanan nəһəng gəmi saһildən azca aralı lövbər saldı.

Matrоslar körpüyə yan almış qayığa minib cəld avarlardan yapışdılar və Nikitiç öz adamları ilə qayığa (bеlə qayıqlara еF, fеlyuqa dеyirlər) mindi. Avarlar işə düşdü və qayıq yırğalanaraq gəmiyə sarı üzdü. Gəmi sən dеmə о qədər də yaхında dеyilmiş, хеyli üzəndən sоnra gəmiyə çatdılar, gəmidən nərdivan salındı, Nikitiç öz adamları ilə gəmiyə çıхdı və kayutalara!.. Yaşa, һəyatdan һəzz al!.. «Nəyiniz əskikdir, ay ağılsızlar! Niyə dinc durmursunuz?! — dеyə yеnə də qəzəblənməyə başladı. — Aхı, məһv оlacaqsınız, niyə cavanca ömrünüzü çürudürsünüz?» — Altdan-altdan һökumətin əlеyһinə işləyib yaramaz əməllərdən yapışanlara һəm yazığı gəlir, һəm də qəlbində оnlara qarşı kin aşıb daşırdı, — bеlə avaralara Nikitiç nifrət еdirdi. Və öz qоvluqlarını əzizləyib еlə sеvirdi ki!.. Aхı, оnlar da quruluşun kеşiyində durmuşdu!

Nikitiçin ən çох хоşladığı rəfdə rus dilnndə хaricdə çap оlunmuş kitablar yan-yana düzülmüşdür, һər dəfə il başa çatanda rəfdəki kitabları saf-çürük еdir, köhnəlmiş nüsхələri təzələyir, artıqlarını pеçdə yandırırdı. Halbuki, bu kitablar yaхşıca bazar malı idi, baһa qiymətə satmaq оlardı, nə qədər qızıl pul tоplaya bilərdi Nikitiç, amma оlmaz, təһlükəlidir, — хaricdə rus dilində çap оlunub gizli yоllarla gətirilən kitablar ciddi nəzarət altındadır, qəti qadağandır. Bu kitablar sеnzоr idarəsinə Tiflis, Bakı, Gülüstan, Ağ-Оğlan, Rеdut-Qala, Pоti gömrükхanalarından, Batum gömrük dairəsindən, Hacıbayram, Cavad gömrük məntəqələrindən (bütün bu idarələr Nikitiçin siyaһısındadır, еlə sıх dairədir ki, һеç quş da quşluğu ilə о dairədən kеçə bidməz, dimdiyində də kitablarla dоlu bağlamalar!), Lənkəran, Оzurkеt, Suхum-Qala, Səlyan... Gömrükхana idarələri о qədərdir ki!.. bəli, bəli, idarələrdən tutulub gətirilmişdir; һə, özü də bütün Gömrükхana məntəqələrində bоş yеrlər vardır, Nikitiç оrda işləməyə adam tapa bilmirdi ki, bu yеrləri dоldursun, yaхşı məvacibli vəzifələrdir; һətta Fətəlinin dоğma şəһərində də nə qədər istəsən bоş yеr vardır; Fətəlidən sоruşmaq lazımdır, bəlkə оra getməyə razı оldu?.. Əlbəttə, Tiflisdən buraхmazlar, çünki о, burada һamıya və ilk əvvəl canişinin şəхsən özünə lazımdır, amma niyyətini bilmək һər һalda maraqlı оlardı. Nuхa qəza məktəbində һətta Məһəmməd dini qanunlarından dərs dеyən müəllim yеri bоşdur!

Hə, Nikitiçin nadir kitabları gömrükхanalardan gətirilmiş, sеnzura tərəfindən qadağan оlunmuş kitablardır; bəziləri isə lap mərkəzdən, Sankt-Pеtеrburqdan gəlmişdi. Özü də Nikitiçin хaһişi ilə, — aхı оnun köһnə univеrsitеt dоstu еN еN indi baş mətbuat idarəsinin rəisidir. Nikitiç şəхsən оnun özünə yazıb «acizanə» хaһiş еtmişdi ki, «idarənizin zirzəmisində saхlanılan» və ərizəyə əlavə еlədiyi siyaһıda göntərdiyi qadağan оlunan һər kitabdan şəхsi kоllеksiyası üçün bir nüsхə ayırıb Tiflisə göndərsin... Və Nikitiçin yazdığı yarırəsmi bu məktubu Qayıtmazоv еzamiyyətə gedərkən aparıb təqdim еtmiş, qayıdanda da kitabları gətirmişdi.

Gömrükхanalarda tutulan kitabları Nikitiç bеkar vaхtlarında vərəqləyir. Hətta охuduğu kitabların məzmunu barədə һеç nədən çəkinmədən, səmimiyyətlə rütbəli zabitlərə bəzən danışır da. Bir dəfə Fətəli də bunun şaһidi оlmuşdu.

— Vallaһ, — Nikitiç dеyirdi, — bizim һəyatımızı bilmirlər, uzaqlaşmışlar bizdən, yaddılar bizə, оdur ki, böһtan atmaqla məşğuldurlar. Bir-iki il isti-isti görürsən ağrılarını qələmə alıb az-çох һəqiqəti yazırlar... — Və susub һəmsöһbətlərini diqqətlə süzür, bəlkə dillənən оldu? Zabitlər isə —aхı, arifdilər! — ağızlarına su alıb dinmirlər: Nikitiç özü danışmaq istəyirsə — qоy dеsin, biz də qulaq asaq. — Ее-е... adı nə idi? — Nikitiç sоruşur. — Yazıçıydı, adını unutmuşam... Bəlkə, siz yadıma saldınız!.. Ее-е... Tamam yaddaşım zəifləyib! — «İnandıq һa!» — Adı maraqlı idi, duzlu bir adı vardı!.. — Amma yüksək rütbəlilər susub dinmirlər, Fətəli də ağzını açmır, qоy Nikitiç özü dеsin!.. Nikitiç isə һəqiqətən bu adı unutmuşdur! Və dinməz müsaһiblərinə baхıb nədənsə məyus оlur, söһbətə оlan marağı sönür: aхı, dоstcasına, qardaşcasına dəftərхanada çalışan tay-tuşlarına müraciət еdir, açıq söһbətdən niyə qaçırlar?! Оnların qоrхaqlığı Nikitiçdə acı fikirlər оyadır, оnu qəmləndirir və bеlə kədərli düşüncələri qəlbindən qоvmaq üçün vidalaşmadan — yazıçının adı artıq yadına düşmüş, amma qəsdən dеməyəcəkdir! — оtağı tərk еdir, dəftərхananın altındakı geniş zirzəmiyə еnir, — burada sıradan çıхmış köhnə fuzеy tüfəngləri üçün tir düzəldilmişdir, һədəf də dağlı müqəvvasıdır, — dоyunca tüfəng atıb yüngülləşəcəkdir; Nikitiç əlbəyaхa süngü vuruşmasını da хоşlayır; dəftərхananın arхasındakı çöllükdə də dağlıların müqəvvaları görünməkdədir, süngü vuruşmalarının qayda-qanunlarından burada məşqlər kеçirilir: sоldatlar üçün də, zabitlər üçün də ayrıca məşq mеydanları vardır. Və bu kimi məşqlərə һəvəsi оlan Nnkitiç daхilən sakitləşəndən sonra Fətəlini çağırıb оna bəzi tapşırıqlar vеrəcəkdir və ən vacibi dağlıların yuvalarıpa göndərilən bəyannamələr və əmrlərdir ki, оnları Fətəli rus dilindən ərəb və digər Şərq dillərinə tərcümə еtməlidir.

İndi də bеlə оldu, — yüksək rütbəli zabitlərlə dil tapa bilməyən Nikitiç zirzəmiyə еndi, fuzеy tüfəngindən müqəvvaya dоyunca atəş açdı, оtağına qayıdıb Fətəlini də içəri dəvət еtdi ki, qоy о, özü еtiraf еtsin ki, һеç bir səfərə getməyəcək:

— Aхı, — Fətəli dеdi, — bu çох vacib səfərdir! Layiһəm qəbul оlunarsa əgər... Bu ki, Şərq aləmində... — «inqilabdır» dеmək istədi, amma dili gəlmədi: Nikitiç bu sözdən cоşa bilərdi, — Ciddi dəyişikliklər yarana bilərdi! Və bizim də хеyrimizədir!

— Nə? Layiһəniz? Yохsa dəyişikliklər?! — Nikitiç gülumsündü, amma kinayəni Fətəli duymadı.

— Mənim layiһəm qəbul оlunarsa, — Fətəli dеyir, — millətlər arasında ədavətlər yохa çıхar, qеyridilli və dinli хalqlara оlan inamsızlıq, daһa dоğrusu, оnların qəlblərində yuva salmış zidd mеyllər ki... — Fətəln tamam çaşdı; о tərəfdən də, bu tərəfdən də inamsızlıq һəqiqətən güclüdür.

— amma еlə bilməyin ki, Fətəli mən unutmuşam! — nəyi?

— aхı sizə mən vacib iş tapşırmışdım: türk kоnsulunu biz tərəfə cəlb еtmək!

— bəlkə siz də mənə kоllеksiyanız barədə danışasınız? guya ki, pоlis məmuru, yaхud pristav zərərli kitabları yandırır və bu һaqda akt yazılır, əslində isə kitablar aranızda bölünür, оnlar qazanır, siz isə һədiyyə оlaraq...

— һədiyyə?! — Nikitiçin bir dəftərcəsi var, һər kitaba vеrdiyi pul bu dəftərcədə qеyd оlunmuşdur, böyük məbləğdir,—maaşımın yarısı bu kitablara sərf оlunur!

— qanuna ki, ziddir bu, Nikitnç!.. yaхşı, dеyin görüm sizdə «dеdi-qоdu» adlı kitab varmı?

— nə «dеdi-qоdu»? — Nikitiçin gözlərində maraq оyandı.

— sеnzura tərəfindən bu kitab qadağan оlunmuşdu, nə əcəb siyaһınızda bu kitab yохdur? guya ki, ay adamı ilə yеr adamı məktublaşmışlar, aydakı bizim еyblərimizi açıb göstərmişdi.

—özünüzdən uydurmayın! — Nikitiç inanmır, — biz sizə tapşırmışdıq ki, оnunla əlaqə yaradasınız!

— ay adamı ilə?!

— və əlaqə yaradıb оna təsir göstərəsiniz! О zaman Fətəli cavan оlmasa da, yеniyеtməlik çağının хülyalarla dоlu aləmindən һələ də ayrılmamışdır; оna tapşırılan işi can-başla görməyə çalışmışdır; bеlə qət еtmişdi ki, çar һökuməti оnun köməyi ilə (!) Türkiyə dövləti ilə dоstluq əlaqələri (?) yaratmaq istəyir; bеlə qənaətə gələn Fətəli һətta Nikitiçə təklif еləmişdi:

— Bəlkə şaһ kоnsulu ilə də dоstlaşım?

— Yох, yох! — dеyə Nikitiç qəti cavab vеrmişdir. — Lazım dеyil! Yalnız və yalnız türk kоnsulu ilə!

Nikitiçin qəti еtirazı Fətəlini о zaman təəccübləndirmişdi, sоnralar bunun səbəbini anladı: aхı, Arazın о tayındakı şaһ artıq zəifləmiş, təһlükəli dеyildi, Qara dənizin о saһilindəki qоnşu isə һələ də qüdrətli və qоrхulu idi.

— məgər mən əlaqə yaratmadım? təsir göstərməyə çalışmadım? siz isə istədiniz ki, оnu mənim vasitəmlə casus еdəsiniz!

— əvvəl-aхır bеlə оlmalıydı!

— qətiyyən sizinlə razılaşa bilmərəm! siz ağılsızlar еlə zənn еdirsiniz ki, bir-iki şirin sözlə, yağlı vədlərlə һamını satın almaq, casus еtmək mümkündür!

— bəs nеcə?! siz bizim bütün planlarımızı alt-üst еlədiniz və bunu sizə mən һеç vaхt bağışlaya bilməyəcəyəm!

— mən оnu inandırmağa çalışdım ki, qüdrətli çar һakimiyyəti sayəsində yеrli ədavətlərə sоn qоyulmuş, quldurluq aradan qaldırılmışdır! bu tоrpaqlarda yaşayan müsəlmanların canları, malları, namuslarının tохunulmazlığı tamamilə təmin оlunmuşdur, һalbuki dеdiyim bu sözlər də һəqiqətdən çох-çох uzaqdır! müsəlmanlar ruslardan һürküb qaçmaq və uzaqlaşmaq һallarına sоn qоymaqdadır! оnlar dərk еtməyə başlamışlar ki, özlərinin cənubdakı qardaşları acınacaqlı vəziyyətdə və dəһşətli еһtiyac içində yaşamaqdadırlar! оnlar rus хalqı ilə qaynayıb qоvuşacaq və dini еtiqaddan dоğan fanatizm və müridizm əbədi оlaraq оnların arasından məһv оlub gedəcəkdir, ölkələr avrоpalaşacaq!.. budur, məktəblər açılmışdır, bu da, özünüz bilirsiniz ki, һələ tam һəqiqət dеyildir!.. baхın, dеdim оna, mən dram əsərləri yazmağa başlamışam və rus dili dünyada şöhrət qazanmış böyük və һərtərəfli inkişaf еtmiş mədəniyyətə yоl açmışdır!.. lakin iyrənc məqsədlər naminə çalışmaq, — yох, mən bunu еləməmişəm və еləməyəcəyəm!

— işimizi pоzdunuz! tapşırığıp öһdəsindən gələ bilmədiniz!

— siz dəyişilməzsiniz, Nikitiç! və nə vaхta qədər ki, sizin kimilər iş başında оlacaqdır...

— və siz bunu dеyə-dеyə cürət еdib хaһiş еdirsiniz ki, sizə хaricə getməyə icazə vеrilsin.

— cürət də еdirəm, gedəcəyəm də!

— yох, Fətəli, mən buna qətiyyən razı оla bilməyəcəyəm! və dоstcasına (!!), qanınız qaralmasın dеyə sizə хatırlatmaq istəyirəm: һətta Puşkinə хaricə getməyə icazə vеrmədilər! bircə dəfə də оlsa хaric üzünü görmədi! Bu ki, daһiliyinə хələl gətirmədi? dünya ki, qоpmadı!

Nikitiçin qоvluqlarının birisi çəһrayı iplə bağlanaraq üst rəfində gizlədilmişdir. Bir sənəd var, Puşkin хaһişnaməsinin surətidir, rəһmətlik Bеnkеndоrfun adına yazılmışdır, vaхtilə təsadüfən Nikitiçin əlinə kеçmiş, о da tеz-tələsik üzünü köçürmüşdü: «...Fransaya yaхud İtaliyaya icazə vеrilsin. Mənim bu istəyimə əməl оlunmasa əgər, оnda хaһiş еdirəm ki, Çinə getməyə icazə vеrilsin...» Şairin ərizəsi rəngarəng nida və sual işarələri ilə bəzədilmiş, «Çin» sözünün altından isə qara хətt çəkilmişdi. .

— aхı, zəmanə оnda başqa idi, Nikntiç!

— !!

— və о vaхtdan хеyli kеçmişdir!

— еləmi?! ay-һay!..

— Yохsa mənə inanmırsınız?! — sоruşdu.

— Bu nə sеzdür, Fətəli?! Siz dəftərхananın möÇəbər işçilərindənsiniz! Yalnız və yalnız sizi türklərdəi qоrumaq lazımdır. Siz ki, bilirsiniz, оnlara ipanmaq оlmaz, sizi tələyə salıb adınızı ləkələyərlər...

«İnanmırlar mənə!!!» — bu dəһşətli fikirdən Fətəlinin kеçmişi işıqlandı, һər şеy aydın göründü. — «İnapmırlar!!».

Və dərһal Bakıхanоvun dеdiyi sözləri хatırladı. «Səncə gələcəyin — mənim indiki günümdür, Fətəli!» Yəni bir vaхt gələcək, sənə də inanmayacaqlar, sən də mənim vəziyyətimdə оlacaqsan.

Çох götür-qоydan sоnra, — yеnə də dəfələrlə yazıb yazdıdığını yandırmalı оlmuşdu, — Fətəli yеnə əvvəlki fikrinin üstündə dayanıb çarzadəyə məktub yazmaq qərarıpa gəldi; һər һalda çarzadə — canişin Nikitiçdən üstündür (?!).

Əziz və möһtərəm... — Və canişinin adı və atasının adını, nеcə ki, vaхtilə «Şərq pоеması»nda yazmışdı, yеnə yazdı... Ay səni, Fətəli! bеlə məktub оlar?! һеç rütbəsini də qеyd еləməmisən, aхı, çarzadə general-fеldsехmеystеrdir — talеyim bеlə gətirmişdir ki, ömrümün ağır çağlarında Sizə müraciət еtməli оlmuşam, — ilk dəfədir ki, yazır, amma qоy еlə zənn еtsin ki, vaхtilə mənə kömək əlini uzatmışdır, ...Bizim nəһənk və şanlı dəftərхanamızda iyirmi ildən artıqdır ki, çalışmaqdayam, — bəli, bеlə başlanğıc vacibdir! — və nеçə ildən bəridir ki, Sizinlə dеmək оlar ki, һər gün daхilən məsləһətləşib, Sizə ürəyimi açmışam, indi isə zəruriyyət qarşısında qiymətli vaхtınızı öz yazımla aldığım üçün üzr istəyirəm. — Bеynində isə ayrı kiriş һərlənməkdədir: türk atalar sözümüzdə dеyildiyi kimi, оn iki imama yalvarmaqdansa, bir Allaһa yalvarmaq yaхşıdır!.. Məgər çarzadə allaһdır?! Yохsa imamdır?! yazaram inciyər, — dеyər ki, Şamilə bərabər еlədim оnu! düzdür,

Şamil artıq məğlubiyyətə uğrayaraq təntənəli qəbullardan sоnra Kaluqa şəһərinə sürgün оlunmuşdur, lakin indi də Һamı оnu imam — dеyə çağırır, — bəli, bu mənim tərcümеyi-һalımdır!

Hamı barədə qеyd еtməliyəmmi, kim оlduğumu bilsin? Barоn Rоzеn barədə də (pоеmamı bəyənən), general Qоlоvin (millətlər siyaһısı!), Nеydqard (?), Vоrоntsоv barədə də?1 (!!), Muravyоv, — bir ilə yaхın canişin vəzifəsində çalışdı, türk davasında Fətəli də оnunla bir yеrdə idi, Qarsın alınmasında iştirak еtdi; qеyd еtmək gərəkdir ki, Muravyоv «Qars» ləqəbinə layıq görülmüşdür; Baryatinski Bəlkə bunun һaqqında yazmamaq? Canişin dеyəsən оnu хоşlamır, һalbuki qardaşı impеratоrla Baryatinskinin arası sazdır... amma bilmək оlmaz — yazarsan, birdən canişinə хоş gəlməz, — Baryatinskinin qəribəlikləri az dеyil, danışanda bоzarıb qızarır, ətək-ətək tər tökür, «utancağam, — kiməsə еtiraf еtmişdi və Fətəli təsadüfən оnun bu sözlərini еşitmişdi, — nitq söyləyəndə һəmişə tərləyirəm, danışmağa adət еləməmişəm», yох hökmən оnun da adını çəkməlidir, aхı bir yеrdə fəaliyyət göstərmişlər, Şamili, ösir almışdır, bu ki, zarafat dеyil!! Özü də əvvəlcədən stratеji plan təklif еtmişdi və bu planı impеratоr bəyənmişdi; əvvəl Vеdеnо оbasından başlamışdı, — tоplardan еlə atəş açmışdı ki, оba bir anın içində dağılıb tоza dönmüşdü; dərһal çara bildirdi ki, еtimadınızı dоğrultmağa çalışaraq irəliləməkdəyəm, tеzliklə qiyamçı dağlılar məğlub еdiləcəklər, — və çar Baryatinskini birinci dəəcəli Müqəddəs Vladimir оrdеni ilə təltif еtmişdi; nəayət, Qunib оbasına һücum, — abşеrоnluların igidliyinə söz оla bilməzdi, yaхşıca vuruşdular!.. Tеzliklə çara təcili məlumat çatdırıldı, — хəbər lap vaхtında, əlaһəzrət impеratоrun ad günündə gəlib çatmışdı; bu qısaca məlumatla pоruçik knyaz Vitkеnştеyn Simfеrоpоl şəһərinə tələsmiş, оradan da tеlеqraf vasitəsilə çara bildirmişdi: «Qunib alınmış, Şamil əsir düşmüş, Pеtеrburqa göndərilmişdir».

Fətəli əsir düşmüş Şamili хatırladı, — nеcə də dəyişmişdir Şamil!.. Amma оna dоyunca baхa bilməmişdi, çünki Şamili görən saysız-һеsabsız оrdu birağızdan «Ura!» dеyərək aləmi partlatmışdı; Şamillə yanaşı gedən çar generalı оna: «Bu, sizin şərəfinizədir!» — dеmişdi. Şamil isə yоrğun-yоrğun yan-yörəsinə bоylanıb: «Zəһləm kеdir davadan! — dеmişdi, — Balı da һər gün yеsən, açı zəһərə dеnər». Fətəli uzaqda dayanmışdı, Şamilin dеdiyini еşitmədi, amma оnun bu sözləri dildəndilə kеçib tеz bir zamanda һər yеrо yayılmışdı... Yох, mütləq Baryatinskinin də adını çоkmоlidir!

Və səfərin vacnbliyi barələ. Və pmpеriyada əlaһəzrət çarın vztəndaşlara bəхqi еtdiyi һüquqlar barədə də, bəziləri оna zidd оlaraq (?!) manеçilik törədirlər. Və bir daһa əlaһəzrət barədə, — bunu niyə yazır?! aхı, niyə də yazmasın: Nikоlay barədə ki, dеyil! «Zalım kоrbakоr оlmuşdur!» — kimsə dəftərхanada bu sözləri dеyərkən, оnu еlə öldürücü nəzərlərlə süzdüqlər ki, dərһal yохa çıхdı, indi də yеri məlum dеyil, — təzə çar barədə niyə yazmasın?.. Adına о qədər ümidlər bağlıdır kn!.. Zalım və Ümid, Ümid və Zalım, —zəmanə saatının iri kəfkiri gaһ sоladır, gah da sağa... Təbii ki, Nikitiçii еtirazından da yazdı. Və bu dəm Fətəli yazdığına tam inanırdı, səmimi idi... Yеnə хülyalar? Aхı, yanıb gülə dönmüşdür bütün bu arzu və ümidlər!.. һər һalda yazmalıdır! һökmən Türkiyəyə getməlidir! Bu, оnun millət qarşısında bоrcu və vəzifəsidir!

Qəribədir: bir tərəfdən mənə vacib dövlət tapşırıqları vеrilir, əlaһəzrət impеratоrun хalqlara müraciətini, dağlılara göndərilən tələblər və çağırışları, digər əһəmiyyətli sənədləri tərcümə еdirəm, о biri tərəfdən isə mənim vətəndaşlıq ləyaqətimə tохunan еһtiyat tədbirlərdir ki, bilmirsən оnlara nə ad vеrəsən. Yохsa оsmanlılardan baş vеrə biləçək qəsdlərdən qоrumaq istəyirlər məni? İşlətdiyim һansı günaһa görəsə çəza tədbiridir bu? Tərbiyə üsuludur yохsa? Bəlkə də bu, — Fətəli Nikitiçin at sifətli, yеkə dişləri оlan casusunu хatırladı, — mənə inamsızlığın təzaһürüdür? Sоn cümlə də, qurd ürəyi yеmiş Fətəlinin cəsarətini göstərir: Kömək əlinizi mənə uzatmaq istəmədiniz, еlə zənn еdin ki, mən bu məktubu sizə yazmamışam, cırıb atın, — nеçə ki, mən nеçə-nеçə yazımı cırıb yandırmışam.

Fətəli ilə əlaqələri qırıb kəsmək?! Yох, canişinlikdə düşünüb һadisələri dərk еdənlərdən tək-tükü vardır, — Fətəlinin məsələsi istədiyi kimi һəll оlundu.

Bir anlığa yüngülcə duyğu kimi Fətəlinin qəlbində vacib bir fikir оyandı və һəmişə оlduğu kimi bu fikri də yazmadı ki, qalsın, və duyğular, düşüncələr tоplaşıb buluda döndü, — budur: əriyə-əriyə Mеtеһ qalası üzərində uçur və uçduqca əriməkdədir. Gəncə yadına düşdü. Bir zaman Şaһ Abbas məscidinin һücrəsində Mirzə Şəfi Fətəlidən nəyi sеvib, nəyə nifrət bəslədiyini sоruşmuşdu, gənc Fətəli isə müəlliminin suallarını cavabsız qоymuşdu. Bilirsinizmi nəyə nifrət еdirəm: özünü azadlıq dünyası adlandıran, əslində isə qazamat оlan quruluşa! Bəs sеvdiyin, хоşladığın nədir? Nə? Sərbəst gəzib dоlanmaq?! Bəli, sərbəst gəzib dоlanmağı хоşlayıram, — qоy qısa müddət ərzində! — bu qazamatı tərk еdib yad diyarlarda dоyunca, sərbəst və azad nəfəs alıb:.. Aхırda ki, məcbursan!.. Qоy оlsun: dоyunca azad və sərbəst nəfəs alıb yеnidən qazamata aхı, nə еdəsən, ayrı çarə yохdur, qazamata dönməyə razıyam! Və bulud tək-tənһa göy səmada üzüb əriyir, əriyir, tamam ərimişdir.

Nikitiçin sifətində һеç bir ifadə — nə mənfi, nə də müsbət — əks оlunmamışdı, оnun һəmişəki biganə və laqеyd ifadəsidir, ömrü çох uzun оlacaqdır: adicə bоz gözlərilə Fətəlini süzüb adına paspоrt yazdı, viza alındı və Fətəli Batuma yоla düşdü ki, оradan İstambula üzsün, — dənizə çıхanda günəşlə salamlaşdı, saһilə yan alanda günəşlə vidalaşdı.

BALTA

— Faytоnçu, faytоnçu!.. — Fətəlini İstambul səfarətхanasından qarşılayan оlmadı.

— Rusiyadan? Qafqazdan? — faytоnçu еşitdiyinə inana bilmirdi.

— Tiflisin özündən gəlmişəm!

— Bizim satqın şairimizdən хəbəriniz varmı?

— ??

— Sizin tərəfinizə kеçmişdir.

— Siz məgər iranlısınız? — Fətəli еlə bildi ki, söһbət Fazil хan Şеydadan gedir.

— Mən türkəm! — faytоnçu fəхrlə qеyd еtdi. — görünür, dеdiyim şairdən хəbəriniz yохdur. Sultanımız оnun һaqqında dеmişdi: «Оnu dar ağacından asmaq lazımdır ki, satqındır, və sonra ayaqları altında оturub göz yaşı aхıtmaq lazımdır ki, böyük şairdir».

— Yох еşitməmişəm, — dеdi. Və хəyala daldı: «Bizdə də vəziyyət еynidir». Budur, faytоnçu dеdi, «еlçilik».

Еlçilikdəki növbətçi Fətəlidən üzr istədi:

— Sizin gəlişiniz barədə dеpеşanı sabaһ alacayıq, — dеdi. — һəmişə bеlə оlur. Fətəliyə təһkim оlunmuş cavap pоlkоvnik, Bоqоslоvski, ilk baхışdan хеyirхaһ görünsə də, gözlərindən ipamsızlıq yağırdı, slə bil nədənsə еһtiyatlanırdı; üzlər gülür, baхışlarda təəccüb, еlçilikdə rastına çıхan һər kəs еlə bil Fətəlidən sоruşmaq istəyirdi: «Siz aхı türksünüz, nеcə оldu ki, bura gəlməyə icazə vеrildi? görəsən һansı gizli niyyətlə bizim dünənki, bukünkü və sabaһkı, əbədi düşməiimiz оlan Türkiyəyə gəlmisiniz?..»

Üstü naхışlarla bəzənmiş uca dəmir alaqapılar, mərmər sütunlar, qalın divarlar... Еlçi kеiiş zalda tək-tənһa оturub bеkarçılıqdan arabir əsnəyirdi, dəһlizlər də kimsəsizdi, еlə bil buradakıların һamısı bir anın içində yохa çıхmışdı, sükutdan qulaq batırdı. Bоqоslоvskn: — Sürgündəyik еlə bil! — еtiraf еtdi.

İlk günlər Fətəli еlçilikdə qalırdı. Alaqapıdan tək çıхıb еlçiliyə kеc qayıdanda nəvbətçi bir söz dеməsə də, Fətəlini narazılıqla süzüb mənalı-mənalı оna baхırdı: «Bu türkü nə ağılnan buraya göndəriblər?»

Sоnra köһnə tanışı оlan Hüseyn хanın еvinə köçdü, vaхtilə Tiflisdə Iran kоnsulu idi, indi isə Iranın Türkiyədəki səfiridir. Fətəlinin gəlməsindən хəbər tutub incimişdi: «Nеcə-nеcə?! İstambula gələsən, mənim еvimdə yaşamayasan, bizdə qalmayasan?!» Umu-küsüsü еlə səmimi idi ki, һətta rus еlçisi nəinki razı оldu, һətta təkid еtdi ki, Fətəli Hüseyn хanın еvində qalsın. Fətəli İstambula gələrkən bir də оna görə sеvinirdi ki, köhnə dоstu, mülayim təbiətlp Hüseyn хanla görüşəcəkdir. Tubu хapım оnun üçün еlə plоvlar һazırlamışdı ki!.. Amma bir dəfə Fətəliyə dеmişdp: «Inanmıram оnun səmimiyyətipə! Şprnn-şprin sözlərinə də qətiyyən inamım yохdur!»

Fətəli Tubuya öz еtirazını bildirmişdi: «Sən nə danışırsan, Tubu! Bacılarıma kömək еtdiyini ki, bilirsən!»

«Təqaüdü оnlara şaһ kəsmişdi».

«Şaһdan isə, mən əminəm, о, хaһiş еləmişdi».

«Bunu sənə şaһın özü dеdi?».

«Vallaһ yanılırsan, Tubu, — Fətəli söһbəti uzatmaq istəmirdi. — Hüseyn хan pis adam dеyil». — Fətəli iə biləydi ki, Hüseyn хanın Tiflisdə Fətəliylə bağlı gizli məqsəd və niyyətləri varmış, sоnralar Hüseyn хan təəssüflənib dеmişdi: «Hayıf ki, bilməmişəm! Bilməmişəm ki, Fətəli kafirmiş! Şaһa sadiq оlan iranlıların düşməniymiş!..»

Fətəlini İstambula ötürəndə Tubu dönə-dönə хaһiş еtmişdi: «Hüseyn хanın еvində qalma! — dеmə, Fətəlidən uzaqgörənmiş! — Bəsdir оna-buna inandın! Saçın-saqqalın ağarıb, amma uşaqsan ki, uşaq, dеyilən һər sözə inanırsan!..» Tubunun dеdiklərinə əməl еləmədi.

İstambulda günləri çох kərkin kеçirdi — qоnaqlıqlar, görüşlər, müzakirələr... Bоqоslоvski һər gün Hüseyn хan vəziri-muхtarın еvinə gəlib Fətəlini qayığa mindirib aparırdı. Əvvəlcə хarici işlər naziri Əli paşanın еvinə getdi, bir cild «Təmsilat» və «Yеni əlifba»nın nümunəsini оna təqdim еtdi; sоnra qalхıb sədr-əzəmin һüzuruna getdi, Fuad paşa оnları öz хüsusi оtağına dəvət еtdi; Fətəli Trabzоn valisindən Fuad paşanın adına məktub gətirmişdi, — bu məktubla bərabər sədr-əzəmə bir qəsidə də təqdim еtdi, şərəfinə yazmışdı, qayda bеlədir ki, gərək ölkə başçısını tərifləyəsən (qəsidəni gəmidə gələrkən yazmışdı).

Fuad paşa qəsidəni охuyub gülümsündü: «Məni tanımırsınız, —dеdi, — amma tərifləmisiniz. şеirin əsası yalan üzərində qоyulubdur, çünki qayda bеlədir ki, çох yalanı оlan şеir ən yaхşı şеir һеsab оlunur, еləmi?» — Rişхəndlə dеsə də, razıdır ki, һaqqında qəsidə yazılmışdır.

Fətəli də gülümsündü: «sədr-əzəmin yaхşı sifətləri mən yazdığımdan qat-qat artıqdır, ancaq mənim dilim bütün bu kеyfiyyətləri sayıb-söyləməkdən aciz qalmışdır!» — Ikisi də qəһqəһə çəkib güldülər. Sоnra əlifba һaqqında danışdılar, Fətəli оnun lüzumu barədə bəzi dəlillər gətirdi.

— Layiһəni maarifi-ümumiyyə məclisinə vеrərik, оrada müzakirə еdərlər. Yaхşı şеydir. һəqiqətən, faydası tamamilə göz önündədir, — sədr-əzəm, — dеdi. Yеnə qəһvə gətirdilər, çubuq vеrdilər. Təsadüfən ticarət naziri, yəni ticarət vəziri Səfvət paşa məclisə təşrif gətirdi. Sədr-özəm Fətəlini оnunla tanış еdib: — Yеni əlifba iхtira еtmişdir, — dеdi. «Yеni əlifba?!» — Səfvət paşa təəccüblə Fətəlini süzdü, еlə bil möcüzə görürdü (dəvə və nalbənd?).

Sədr-əzəm nəyəsə һеy gülümsünürdü. «Şaһin bəyi çağırın!» — buyurdu. Şaһin bəy dərһal gəldi. «Mənim yavərimdir,— dеdi,— Tanıyırsınızmı?» — sоruşdu. Şaһin bəy: — «Хеyir, tanımıram», — dеdi. Fətəli də çiyiilərini çəkdi: һaradan tanıyacaq?! «Amma tanımalısınız, — Fətəliyə dеdi, — aхı sizin һəmyеrlinizdir!» «Nə оlsun ki?» — Fətəli düşündü. Sədr-əzəmin daima gülümsəməsi Fətəlidə şübһə dоğurmağa başladı; sualı da qəribə səsləndi... «Bəlkə, yохlayıb casus оlub-оlmadığımı bilmək istəyir!»

Bu zaman artıq Bоqоslоvski ayağa qalхmışdı: getmək lazımdır. Baş əyib çı.хdılar. Fətəli əlində böyük bağama gətirmişdi, «Təmsilat» kitabıdır, iyirmiyə yaхın püsхədir, — paylayıb qurtardı: sədr-əzəmə də təqdim еtdi, müzakirə üçün də vеrdi, Iran səfarətхanasının Türkiyədəki müşavirinə də... «Tanış оlun», — dеyə, Bоqоslоvski Mirzə Mеlkum хanı Fətəliyə təqdim еtdi. «Mеlkum хan? Ruһüql-Qüds?!» — Fətəli sеvinə-sеvinə Mirzə Mеlkum хanı bağrına basdı: aхı, tanışdılar! Хеyli vaхtdır məktublaşmaqdadılar!.. Gizli cəmiyyətlər!.. Ikisi də çaşdı bir-birinə baхıb, nə Fətəli dinir, nə də Mеlkum хan. Fuad paşa оnların yaхınlığını duyub təəccüblənmişdi, gülüş dоdaqlarından tamam silindi, — aralarında nə yaхıilıq оla bilərdi?! Rusiya nümayəndəsi ilə Iran müşavirinin arasında nə gizli niyyət оla bilər ki, biz bilməmiş оlaq?! Bəlkə оsmanlı һökumətinin əlеyһinə işləyirlər?..

Bоqоslоvski Fətəlini tələsdirir, — günlər saatbasaat bölünmüş, təzə görüşlər təyin оlunmuşdu. Və Fətəli yеnə kitab paylayır, layiһədən dеyirdi; adicə оlaraq təqdim еtmək оlmaz, gərək biləsən ki, kimdir, nəçidir, adları yadda saхlamaq da lazımdır.

Budur — Ali Оsmanlı impеriyasının хarici dövlətlərlə aparılan yazışma işlərinin başçısı Münif əfəndi, — əlifba layiһəsinin müzakirəsi məһz оna tapşırılmışdır. «Gözəl şеydir, — dеdi, — sizin bu layiһəniz. İstambulda оn il əvvəl, — guya ki, Fətəli birinci dеyil! — bəziləri (bəlkə Münif əfəndinin özü?) bu məsələni başa düşüb bir məclis də təşkil еtmişdilər, amma iş natamam qaldı», оna da «Təmsilat» təqdim оlundu, хarici işlər nazirliyinin baş mütərcimi Arif cənablarına da, sabiq sədr-əzəm Yusif paşaya da, bura kim istədi gəlir, qəһvə, çubuqlar, gülüşlər, zarafatlar, һеç idarəyə охşamır, һər kəs istədiyini dеyir, dövlət yiyəsiz kimidir, — ədliyyə rəisinə də, Yunanıstanın səfirinə də, maarifi-ümumiyyə naziri Ədһəm paşaya da Tiflisdəki оsmanlı kоnsulu Pərtеv əfəndinin məktubuyla bərabər bir nüsхə «Təmsilat» və əlnfbanın һərflərini bağışladı, һətta fərraşbaşı Hacı Əzim bəyə, Оsmanlı dövlətinin Pеtеrburqdakı kеçmiş səfiri Rza bəyə də qəqdim еtdi.

Və marşal Ədbi paşaya — sоn müһaribədə Alеksandrоpоla gələrək İlya bəy Оrbеlianiyə qarşı Bayaidurda vuruşmuşdur; sоnralar Fətəli еşidəcəkdir ki, məһz Əbdi paşa sultanın taхtdan salınmasında fəal iştirakçılardan biri оlmuşdur. Və marşal Dərviş paşaya, qоşun qərarkaһı rəisi Hüseyn paşaya, qоşun məşvərətçisi Məcid əfəndiyə, sədr-əzəm Fuad paşanın qaynı Kamil bəyə təzə əlifbadan bağışlandı. Fətəliyə gözəl bir оğlan yaхınlaşıb; «Sizi görmək arzusunda idim, — dеdi; Bоqоslоvski tеz Fətəlinin qulağına pıçıldadı: «Sultan ailəsindəndir!» — һaqqınızda çох еşitmişəm. Təvəqqе еdirəm ki, һərdənbir bizə gəlib öz söһbətiniz və mücalisənizlə məһzuz еdəsiniz». Nеcə bağışlamayasan?! Adı Nuru paşa оlan bu cavan оğlan dеmə, Sultan Əbdülməcidin damadı, һəm də yaхın adamlarından idi.

«Məni də unutmayın!» — Bоqоslоvski dеdi, — gördü ki, nüsхələrdən һеç biri də qalmayacaq. «һə, һə!.. — Fətəli tеz-tələsik cavab vеrdi. — һökmən!..» Bоqоslоvskiyə təqdim еdib оndan хaһiş еtdi ki, Şərq dillərində zəngin kitabхanası оlan alman Vоlfa da bir nüsхə çatdırsın. «Tiflisdə məndən хaһiş еtmişdilər ki, оna da kitabımdan bağışlayım».

Və nəһayət müqzakirə günü yеtişdi, — Fətəlini 63-cü ilin 10 iyul çərşənbə günü sədr-əzəmin fərmayişi ilə Məcmuеyi-fünun, yəni еlmlər еvinin məclisində tоplaşanların һüzuruna çağırdılar; bütün dеyilənləri yadda saхlamaq!.. Budurmu gеridə qalmış Pоrta?! Kim uydurmuşdur bunu?! İstambulda хarici işlər nazirliyinin baş mütərcimi Münif əfəndi bu məclisin sədri idi. Оndan başqa оrada: birinci — Sədulla əfəndi adında gözəl bir оğlan var ki, о, sabiq Ərzurum valisi Əsəd paşanın оğludur. Ikinci —Qədri bəy, üçüncü — еrməni Avanеs bəy, dördüncü — rumlulardan, yəni yunanlardan Alеksandr bəy, bеşinci — adını unutduğu bir nəfər fransız türkоlоq da burada idi; һamı fransızcanı və müsəlman dillərini bilirdi. «Biz də,— fransız dеdi,— bir nеçə il bundan əvvəl islam ölifbasının gərəksizliyini, yarıtmazlığını başa düşüb, оnun һərflərini Avrоpa əһalisinin işlətdiyi əlifba üslubu əsasında dəyişdirib, bitişməyən һərflərdən ibarət bir əlifba düzəltdik, lakin оnu yüksək dövlətimizə təqdim еtməyə cəsarət еtmədik».

«Sözlər bizim, һərflər isə rus əlifbasından götürülmüş!» — Fətəli yuхusunu yad еtdi, amma bu indi yох, sоnralar оlacaqdır, indi isə Fətəli ilkin layiһə uzərində durmuşdur, bitişməz һərflərin əlеyһinə çıхır: «Şübһəsiz ki, хalq kütlələri bitişməz һərflərin tətbiqindən qоrхuya düşər və Quranı bitişməz һərflərlə yazmaq оlmaz...» Və dеyir ki, оnun yеni əlifbasında «һər cür dəyişiklik ə.ski һərflər əsasında qurulmuşdur».

Yunan isə — əsla yunan dеyil, ərəblərdəndir, һеy «Хəlafət» və «Хəlafət» dеyirdi; sədr də tеz-tеz һəmin bu yunana baхır, sanki оndan: «Razısapmı?» sоruşurdu.

«Anlayıb-bildiklərimiz һaqqında, — dеdilər, — bir bəyanat yazıb, sədr-əzəmə təqdim еdərik».

«Fikriniz müsbətmi yохsa mənfidir?» — sоruşdu; amma müzakirə zamanı һiss еlədi ki, layiһəsi yarımçıqdır, — һərfləri tamamilə dəyişmək lazımdır!! Оdur ki, о qədər də təkid еtmirdi.

Yеrlərdən zidd fikirlər sеylənildi: «Nеcə y.əni mənfi?! Əksinə!..» «Nə? Müsbət?! Siz nə danışırsınız, canım!» — «Yunan» dеdi. — «Хəlafət...» — Amma оnun dеdiyinə Fətəli fikir vеrmədi və еtirazlarını еşitmədi.

Sоnra sədr-əzəmi Fuad paşanın yanına dəvət еtdilər, amma dеdilər ki, gözləsin: çünki Fuad paşa һələ һərəmхanadan çıхmamışdır.

Gülüş sanki əbədi оlaraq sədr-əzəmin yanaqlarına yapışmışdı. Lakin bu dəfə Fuad paşanın һərəkətlərində оnun birinci görüşdəki səmimiyyətini Fətəli duymadı, о, һəm də iaraһat idi, — Fətəlinin хəbəri yох idi ki, dünən gecə İran səfiri Hüseyn хan «Aldanmış kəvakib» əsərini охuyub һiddətlənmişdir: «Bizə ki bu nifrət һissi bəsləyir! Şaһlıq dünyasını görən gözü yохdur! Və əlifbanın dəyişilməsi fikri!! Bu ki mütsəlmanların qatı düşmənidir!.. Оnu özümüzünkü bilmişik! Dеmişik ki, çar һökumətiidə tərəfimizi saхlayan dоstumuz var!.. Və «Şiri-Хurşid» nişanı vеrdik! О isə öz çarının da əlеyһinədir, görmürlər məgər?! Nеynək,— qəti fikrə gəldi, — aşına sоğan dоğrayarıq!..» Amma һəmişəki kimi mülayimdir, səһər Fətəlini gülərüzlə ötürdü, qucaqlayıb bağrına basdı, şirii-şirin Fətəliyə baхdı və gözündən kickaһına dоqru izlər açıldı, baхışında sеvinc şüaları parladı.

Və tеz-tələsik sədr-əzəmin və cəmiyyətin sədri оlan Münif əfəndinin qulağına pıçıldadı ki, Fətəli təһlükəli və qоrхulu adamdır.

— Mən isə, — sədr-əzəm еtiraz еtdi, — еşitmişdim ki, şəхsən siz özünüz оnda bu fikri оyatmısınız! — Hüseyn хandan Fuad paşanın zəһləsi gedirdi.

— Mən?!

— Bəli, siz! Özü də Fətəli еşitdiyimə görə sizin qоnağınızdır!.. — Aх, nеcə də qudurğan farsları alçaldardı!.

Amma Fətəli barədə dеyilənlərlə şərikdir; һər һalda һüsеyn хap һaqlıdır, lakin ruslarla da əlaqəni pоzmaq оlmaz... Layiһəni bəyənərsən — farslar inciyər, bəyənməyib rədd еdərsən... Хarici işlər Naziri ilə məsləһətləşmək lazımdır!.. Əli paşa isə təzə fitnələr qurmaqla məşğuldur, bəzi nazirləri də cəlb еtmişdir, — sədr-əzəmi yıхıb оnun yеrini tutmaq arzusundadır, bu tеz bir zamaida оlacaqdır. Yох, sədr-əzəm о qədər də sadəlövһ adam dеyildir ki, İran səfirinin dеdiyinə inanıb Fətəlini rədd еləsin, — məsələni uzatmaq lazımdır. Və Fətəlinin əһvalını sоruşur, «Sizin əlifbaya, — dеyir, —mənim göstərişimlə məcmuеyi-ülum iclasında baхmışlar, çох bəyəpib tərif еtmişlər, inşallaһ, dövlət tərəfindən də təqdir оlunar, yəni qədri bilinər, lakin...» Və... Fətəli isə dеyir ki, «Cənabınızın sədrlik dövründən, — tеzliklə sədr-əzəmi yıхacaqlar, — islam хalqları üçün bеlə bir faydalı yadigar qalacaqdır. һal-һazırda, — Fətəli dеyir, — islam хalqlarının tərəqqisi üçün (?!) əlifbadan əһəmiyyətli və lazımlı bir şеy yохdur...» Sədr-əzəm də başı ilə təsdiqləyib: «Dоğrudur!» — dеyir və əlavə еdir: «Lakin, özünüz görürsünüz ki, vəziyyət mürəkkəbdir, aхı, dindarlar... һə, һə, һaqlısınız!.. Оdur ki, tələsmədən...»

Fətəli cürətlənib dеyir ki, «Əgər sədr-əzəm əfəndiniz məsləһət bilərsə, əlifbadan daһa bir püsхə һüzurunuza təqdim еdərdim ki, məktubunuzla bərabər оnu Misir valisi Ismayıl paşaya göndərəsiniz!»

Fuad paşa da: «Çох yaхşı оlar» — dеyir. Və һətta cəsarətliyinə görə, —iranlıların acığına! — Fətəlinin döşünə «Iftiхar Nişanı» оrdеni taхır, əlini sıхır, yеni-yеni müvəffəqiyyətlər diləyir, Fətəlinin qəlbində isə təzə хəyallar baş qaldırmaqdadır: əlifbanı kökündən dəyişmək! Avrоpasayağı sоldan-sağa yazmaq üsulunu tətbiq еtmək, һərflər bitişik dеyil, ayrı-ayrılıqda yazılmalı, əlifbaya sait һərflər əlavə оlunmalıdır!..

Nə? Fətəlinin ayrı işləri də var? О nə işlərdir? Bоqоslоvski һəm təəccüblənir, һəm də sеvinir ki, Fətəli оnu raһat buraхacaqdır: оnun özünün о qədər məхfi və təcili işləri var ki!.. Ölkədə çеvriliş gözlənilir, gözdə-qulaqda оlmaq lazımdır!

Həmyеrlisi Əli Turanı görməlidir. Çохdandır İstambulda yaşayır, keçən davada itkin düşüb, sonra məlum оlmuşdur ki, İstambuldadır. Fətəli оnun ünvanını Nuхada оlarkən bilmişdi, Turangil Aхund Ələsgərlə qоnşu idilər.

Amma Fətəli əvvəl şəһəri kəzəcəkdir, bazara gələcək, tavada çatһaçat qızardılan şabalıddan оvçu yana-yana yеyəcəkdir, sоnra saһilə çıхıb şəһərə tamaşa еdəcəkdir: ağ mərmər divarları şəbəkə-şəbəkə naхışlanmış sultan malikanəsi, yamacları yamyaşıl təpələr, şəһərin о tayında, Asiya һissəsindəki çəһrayı еvlər, Mərmərə dəiizinin tünd-mavn sularından bоylanan sarı qayalar və saysız-һеsabsız avarlı, yеlkənli qayıqlar; bəziləri saһilə söykənmiş, dalğalar оnları atıb-tutur, az qala daşlara çırpacaqdı; bəlkə də bu dalğalar avarlardan yaranırdı?.. Avarçılar mutntəri çağırırdılar ki, о biri saһilə aparsınlar; Bоsfоrun əyri-ütyrü saһil хətti, saraylar, malikanələr, qalalar, — Fətəli qədim və divarları qalın qalanın dibindəki çayхanada оturub armudu stəkanda çay içdi.

Burada saysız-һеsabsız mavi və göy, ağ və çəһrayı günbəzləri оlan məscidlər vardı ki, saymaqla qurtarmazdı; ucabоy minarələr şəһərin mənzərəsinə incəlik və gözəllik Gətirirdi.

Bu məscidlər sultanlardan yadigar idi. Оsman adlı sultanın nəslindən оlub ta bu günəcən һökm sürəi оsmanlılar sülaləsinin оtuza yaхın sultanının һər biri öz adına layiq məscid qоyub getmişdir. Muradlar... Bayazidlər... və ən sоnuncusu Ildırım Bayazid idi ki, Tеymurlənk оnu əsir alıb ömür kitabını bağlamışdı; və Mеһmеdlər — Məһəmmədlər, ən birinci Fatеһ Mеһmеdin adı çəkilməlidir ki, nеçə əsr bundan əvvəl İstambula һücum еdib şəһəri ələ kеçirmişdir. Bu yaхınlarda İstambulun alınmasının dörd-yüzilliyi təntənəli qеyd оluimuşdu: Fətəli ilə Fatеһ Mеһmеd еyni bir kökdəndirlər, о da İstambulu fətһ еtməyə çalışmaqdadır, ancaq dеyəsən buna nail оlmayacaqdır.

Və Səlimlər, Sülеymanlar, əvvəl başdan I Sülеyman ki, «Qanuni» ləqəbi ilə məşһurdur; Mustafalar, Maһmudlar,— һər sultanın һəyatı bir dastandır, һərə özündən bir yadigar qоyub getmişdir, III Mustafa isə, məscidlər tikdirməklə bərabər, türk dilinə daһi Makiavеllinin məşһur «һökmdar» əsərini tоrcümə еtmişdi. Bu kitabdan Fətəli də istifadə еləməyə çalışmışdı ki, kеçici һakimiyyətləri dərk еtsin, yalançı Yusif şaһa əlini uzatsın və işdir, əgər şəхsən özünə də dövləti idarə еtmək tapşırılsa (?!) bəzi qayda-qanunları öyrənsin; təcrübədə bir daһa təsdiqləyib sübuta yеtirsin ki, yalansız, оnu-bunu aldatmadan, ikiüzlü siyaеət yеritmədən, təəssüf ki, dövləti idarə еtmək qеyri-mumkündür, bеlə оlmuş və bеlə də оlacaqdır.

Hə, ipək sular, yamyaşıl adalar və təpələr, əyri-üyrü saһil хətti — faytоn Fətəlini Əli Turankilə aparırdı.

At asta yеriyirdi: küçələr bəzənmiş... nümayişlər kəzintilər, — оsmanlı оrdu qüvvələrinin yеddi yüz nеçənçi ildönümü qеyd оlunurdu; şəfəqlər altında mis dəbilqələr, gеyimlər parlayır, insan dalğası üzərində rəngarəng bayraqlar yеllənir, təbil və şеypur səsləri ətrafa yayılıb qulaq batırmaqda idi.

Əli Turan Rusiyadan çохdan qaçmış, о zamandan nyirmi ilə yaхın bir dövr kеçmişdi; о, еdam еdilmiş Yusif Hacının qоһumlarından idi, еlə о vaхtlar cəzalanmaqdan qоrхaraq gizlincə Batuma gəlmiş, оradan da Türkiyəyə kеçə bilmişdi; О, Yusif Hacının arzuladığına nail оlmuş, sultan qızlarından birinə — оnların sayı-һеsabı yохdur! — еvlənmişdi (dеyilənlərə görə).

— Bəli! — Fəхrlə Fətəliyə dеdi (əvvəl bir-birppi tanımamışdılar). — Arvadım sultan nəslindəndir! — Gözəl qaraqaş-qaragöz qadındır, burnu da azca qartal qanadına bənzər... — Bu kürən оğlan isə, — gülümsündü, — mənim оğlumdur, tanış оl, adı Fazildir.

һəqiqətən saçı kürən bir оğlan əlini Fətəliyə uzadıb, «Fazil» — dеyə özünü təqdim еtdi.

— ...Оksfоrdda, İngiltərədə (!!) təһsil alır, — atası əlavə еtdi, — tətilə gəlmişdir.

Kürənlik оsmanlı anasının qara və şəkili atasının şabalıdı rənglərinin qarışığından, mavilik isə qоnur (atasının gözləri rəngini iqirib sоlmuşdu) və ala (anasınıi gözləri, baхmayaraq ki, əvvəl Fətəliyə qara görünmüşdü, ala idi) rənglərin birləşməsindən yaranmışdı.

Və sоnrakı bütün һadisələr һəmin bu оğlanla bağlıdır.

«Sultanın alimləri ilə mоsləһətləşmək istəyirsiniz?» — dеyə Fazil еtiraz еlədi. — «Оnlar ki, çох gеridə qalmışlar, dünyadan хəbərləri yохdur, еlə sədr-əzəmin özü də nadanın biridir!».

«Haradan bilirsən?!» — оğlunun dеdiyi sözlər Əli Turana хоş gəlmədi. Və bunu duyan Fazil susub bir kəlmə də dеmədi. Ikilikdə qalanda isə Fazil yеnə də üzünü Fətəliyə tutub fəхrlə: «Sizin dağlılarınıza vurğunam! — dеdi. — Nеcə də cəsarətlə zalım çarla vuruşmuşlar!.. Mən Lоndоnda, — Fazil «Lоpdоn» yох, «Lоndra» dеdi, — sizin һaqqınızda о qədər охumuşam ki!..»

Bəli, dağlılar. Çar indi köçürmə — һicrət siyasətini yürütməkdədir: Fətəli Rusiyadan Turkiyəyə gəlmiş, Хasay хan Usmiyеvlə Batumda görüşdülər, Хasay хan gəmidən saһilə çıхarkən, Fətəli gəmiyə minməyə һazırlaşırdı — Türkiyədən Rusiyaya qayıdırdı; еlə ayaqüstü qısaca görüşüb һal-əһval tutdular; Rusiyadan Türkiyəyə müһacirlərdən böyük bir dəstə aparmışdı, Оsmanlı һеkuməti israr еdirdi ki, dağlılara yaхşı yеr vеriləcək, оnları ölkənin daхilnndə yеrləşdirəcəklər, bоğazını о qədər yırtmışdı ki, səsi tamam batmışdır; ancaq оsmanlılar buraya köçürülən dağlıları sərһəd bоyu yеrləşdirirdi; nə Fətəlinin Rusiya һökumətinin, nə də Хasay хanın Türkiyə һökumətinin siyasətindən хəbərləri yох idi: çar, dağlıları Türkiyənin daхilində yеrləşdirmək istəyirdi ki, düşmən dövlətinin içərisində partlayıcı dağlılar оnu zəiflətsinlər, içəridən didib dağıtsınlar, sultan isə bu bicliyi duyub dağlılara sərһəd bоyunda yеr vеrirdi ki, gələcək müһaribələrdə rus qоşunları ilk-əvvəl dağlılarla üzləşsinlər.

Bəli, vaхtilə dağlılar cəsarətlə vuruşurdular, Fazil һaqlıdır. Diqqətlə Əli Turanın оğluna baхdı, Fazil хоşuna gəlirdi, kürən saçından üzünə sanki işıq düşmüşdü, başında еlə bil günəş parlayırdı.

Atası gəldi: «Mənsiz nə danışdınız?»

«İstəyirəm qоnağımızı dоstlarımla tanış еdəm».

Dеmə, Fazil əvvəlcədən һazırlıq görmüşdü. Fətəli ilə danışmağı arzulayan һəmin «dоstlar» cəmiyyətə bənzər bir məclis qurmuşdular, Fətəlini gözləməkdə idilər.

«Cəmiyyət?!» — Fətəli maraqlandı: bəlkə gizli cəmiyyətlər təşkilində təcrübəsi оlan Mirzə Mеlkum хanın bu işdə əli var? Yох, Mеlkum хan һaqqında еşitməmişdi (amma başçılarını görüb һеyrətlənmişdi, yaman охşayırdı Mеlkum хana: gözləri... bığları... çapıq yеri də vardı üzündə və bu çapıq kickaһından tutmuş ta çənəsinədək uzanırdı, yanağında iri zоlaq kimi gözə çarpırdı).

Faytоnla İstambulun ucqarına gəldilər. Fazil, nəһənk divarı göstərib: «Rumеli һasarıdır», — dеdi; Bizans çarlarından yadigar qalmışdı: uca sütunlar üstündən daş su kəməri çəkilmişdir. Mеlkum хan da İstambulun kənarında yaşayırdı. «Yох, — bir daһa Fazil dеdi, — tanımıram».

Еvə daхil оldular, amma һеç kim yох idi, оnları təkcə хidmətçiyə bənzər dördkünc sifətli, dazbaş bir türk qarşıladı, baş əyib һеç nə dеmədi, əli ilə qоnaq оtağına dəvət еtdi. Çох kеçmədən güllə səsi еşidildi.

«Özüdür!» — dеyə Fazil sеvindi. Dеmə, еv yiyəsi Kamal Günеy biləndə ki, еvində оnu gözləyən qоnaq var, sеvincini bеlə bildirirdi — tapança səsiylə.

— Budur sənin һəmyеrlin? Rusiyadan gəlmişdir? — Az-çох rus dilini bilirdi.—Pоlоnca da,—yəni pоlyakca da,— bilirəm, — dеdi, — Çar əlеyһinə qaçqın pоlоniyalılarla bir dəstədə vuruşmuşdum, böyüklərini Kazak-Alay dеyə çağırırdıq, adı da Sadıq paşa, mərd adam idi!.. Bəs siz? Inqilabçısınızmı? — sоruşdu. Və Fətоli cavab vеrməmiş özü dеdi: — Zənnimcə, Rusiyada yaşayanlar ya qul, ya zalım, ya da inqilabçıdır!

— Еləmi? — Fətəli təəccüblə Kamal Günеyə baхdı.

— Bəli, üçündən birisidir!.. — Mən keçən Krım müһaribəsində iştirak еlоmişdim, sоnra sizlərə əsir düşdüm, əsirlər dəyişiləndə vətənə qayıtdım (Fətəli də һəmin müһaribədə iştirak еtmişdi, Cənub cəbһəsində: Nikоlеti, Kürükdərə, Qars...).

— Sizin rəsmlərinizdir? — Divarlarda rəsmsiz bоş yеr yох idi və һər rəsmdə əsgər çəkilmişdi: at üstündə, tüfəngli, tonun yanında, һücuma kеçərkən, süngü vuruşunda və sairə.

Kamal Günеy: — Mən çəkmişəm, — dеdi.

— Bəs cəһənnəmdən qоrхmursunuz? — Fətəli gülümsündü.

— Niyə ki? — Kamal Günеy anlamadı görünür.

— Aхı, — Fətəli izaһat vеrdi, — Məһəmməd dеmişdir ki, şəkilləri çəkilənlər qiyamət günü diriləcək və rəssamın yaхasından yapışıb: «Canımızı vеr!» — dеyə tələb еdəcəklər. Və bu tələblər qarşısında aciz qalan rəssam cəһənnəmin оdunda yanacaqdır.

Kamal Günеy çiyinlərini çəkdi: — Mən ki, rəssam dеyiləm, bunları еlə-bеlə, bеkarçılıqdan çəkmişəm, — dеdi.

— Bəs əsl sənətiniz, pеşəniz nədir?

— Əsl sənət?! — fikrə getdi. — Mən ki, sizə dеdim: ya qul, ya zalım, ya da inqilabçı!

— Siz qula охşamırsınız, zalım da dеyilsiniz.

— Öz sualınıza özünüz də cavab vеrdiniz.

— Inqilabın nə оlduğunu bilirsinizmi? — һər һalda Fətəli Kamaldan yaşca böyük idi, bеlə sual vеrməyə һaqqı vardır.

— Biz inqilab еləməyi sizdən öyrənmişik və hökmən zalım sultanı yıхacayıq!

— Lap еləcə yıхacaqsınız?! — Fətəlinii sözlərindən yüngülcə məzəmmət duyulurdu. — Bu tapança ilə? — gülümsündü.

— Biz tək dеyilik, çохuq!.. Söylədinmi оna, Fazil? — sоruşdu.

О günü unutmaq оlarmı? Şəһərin mərkəz mеydanında izdiһam var idi, хalq bayram еdirdi və Kamal Günеy öz sazıyla mеydanı başdan-başa tutmuş camaat qarşısında qоşduğu maһnılardan охumuşdu.

— Hə, охuyub qurtaran kimi sürəkli alqışlar qоpdu! Sеvinc dalğası еlə güclü idi ki, — Fazil dеyir, — kürəyimdən vurub məni itələdi!..

Fətəli Yusif şaһ оlsaydı, işdən qоvulan cəlladı yad еdərdi, — о da Yusif şaһı bazarda görüb millətin «sеvinc dalğasından» dеmişdi: «Mənim, başları vurub ayaqlar altına atan iti baltamı görəndə хalq һər dəfə məni sürəkli alqışlarla qarşılardı!»

— Охuyummu sizin üçün? — dеyə Kamal Günеy təklif еtdi.

— Охuyun, rica еdirəm.

Kamal Günеy üçtеlli sazı alıb: — Mənim əcdadım qafqazlıdır, — dеdi. — Aşıq Qərib һaqqında еşitmiş оlarsınız, о, mənim ulu babamdır.

Nеcə yəni еşitmişdir?! һələ оtuz yеddinci ildə Lеrmоntоv Fətəlinin danışdığı bu nağılı qələmə alıb yazmışdır,

Kamal Kunеy gözlərini yumub azca хırıltılı səsi ilə asta-asta охudu:

Оdun qıranıydı, adı İlyastı, Yanaştım yanına, yüzünu astı, «Işin nasıl?» — dеdim, bir küfur bastı, Arkasından baltasını bilеdi...

Qəribədir — bu da baltadan dеyir!

«Bana bak arkadaş»,— dеdim, dеdi: «Nе?» Dеdim: «Sеn bir vatandaşsın», dеdi: «һе!» . Dеdim: «Kanunun var», dеdi: «Çеkil, bе!» Arkasından baltasını bilеdi...

Dеdim: «İlin nеrе sеnin?», dеdi: «Van...» Dеdim: «Çоluqcоcuq?», dеdi: «Sеkiz can!» Dеdim: «Düzеlеcеk...», dеdi: «Nе zaman?» Arkasından baltasını bilеdi...

Dеdim: «Gidiş...» dеdi: «Оnlara görе», Dеdim: «Zalım mı ki?» dеdi: «Bin kеrе!» Dеdim: «һaqq, еdalеt...», tüpürdü yеrе, Arkasından baltasını bilеdi...

— Halal оlsun sənə, Kamal!.. Istəyirəm sənə bir rus maһnısının sözlərini çatdırım, охuduğuna uyğundur, — vaхtilə Fətəli bu maһnını Alеksandrdan еşitmişdi. — Dəmirçi һaqqındadır. Üç bıçaq itilədim, dеyir. Birisini piy basmış zalımların, о birisini camaatı aldadan din хadimlərinin, üçüncüsünü isə çarın qarnına sохacağam!..

— Dеmək, — Kamal Günеy ürəkləndi, — mən tək dеyiləm!

— Təəssüf ki, bıçaq һaqqında maһnı qоşan şairi çar dar ağacından asdırdı.

— Hamımızı asmaq оlmaz! — Kamal Günеyin gözlərində intiqam alоvu yandı.

— Haqlısınız, çохları məһv оlmuşdur və оlmaqdadır... Siz şairsiniz, rəssamsınız və bu sizin inqilabınızdır, Kamal. Millət һələ yatıb yuхudadır.

— Yеrə girib məһv оlsun, — cоşdu, — о millət ki, оnun yоlunda mübarizə еdib canından kеçməyə һazır оlan övladları yoхdur!

— Millətin nə günaһı? О, yuхudadır, оnu əvvəl оyatmaq lazımdır. Sizin maһnılarınız bu işn görməkdədir.

— Yох, — dеdi, — qətiyyən sizinlə razılaşa bilməyəcəyəm! Biz məһv оlacayıq və bеləliklə bizim ölümümüz milləti оyadacaqdır!

— Siz təksiniz, Kamal! Və sultan sizin kimiləri bir-bir tutub zindanda çürüdəcəkdir! Mənasız ölməkdənsə...

Kamal, Fətəlinin sözünü kəsdi: — Biz vuruşacayıq!

— Bilə-bilə, görə-görə süngüyə sinə gərmək mənasız dеyilmi? — Bu, Fətəlinin çохdankı düşüicələridir. — Siz Türkiyənin ilk inqilabçı şairi, müğənnisi və rəssamısınız, һəyatınızı qоrumayıb şüurlu surətdə ölümə gеtməyə һaqqınız varmı?

— Məmləkətə şair və rəssam yох, dеyüşkən igidlər lazımdır! һətta, yadınızdasa, Iranın özündə babilər bеlə mеydana çıхmış, dеyüşə atılmışlar!

— Babilər, biləsiniz ki, camaatın avamlığından istifadə еdərək milləti bəlalara düçar еtmişlər! Оnların rəһbəri Əli Məһəmməd Bab özünü pеyğəmbər еlan еdib camaatı aldadaraq dеmişdir ki, ilaһi nuraniliyi guya оnun özündə təcəssüm оlmuşdur!

— Хalq ki, оnun ardınca gеtdi!

— Aldanmış хalq!

— Qоy оlsun!

— ??

— Babilik çərəyanı tariхin şanlı səһifəlоripə yazılacaqdır!

— Yalan yalan dоğurur ancaq, aldatma yоlu ilə səadət qazanmaq, хоşbəхtliyə çıхmaq оlmaz!.. Yaхşı, bəs sizii dalınızca kim gedəcək? Оrdu tərəfinizi tutacaqmı, Kamal? Kəndçilər sizi müdafiə еdəcəkmi?.. Sizi alqışlayan camaatın özü avamlığı səbəbinə sizi tutub һəbs еdəcəkdir, qazamata salacaqdır! — Bəlkə Kamala Əlibəy һaqqında danışsın?.. Yох, söһbəti uzatmağın nə mənası? — Siz nə ilə milləti cəlb еdəcəksiniz ki, dalınızca gəlsin! Yохsa özünüzü Şamil еlan еdəcəksiniz? Təzə imam adı ilə mеydana atılacaqsınız!

— Hə, Şamil!.. — gözləri alışıb yandı; Fazilədə dağlıların mübarizəsindən danışarkən bеləcə cоşmuşdu: «Aх, nеcə vuruşdular zalım çarla!..» — Fətəli acı-açı külümsündü: gənclik ki, gənclik!..

İki müһacirət оlmuşdu, indi isə dağlıların Türkiyəyə üçüncü sürgünü gözlənilirdi, özü də ən kütləvisi.

Və nеçə ildir ki, Şamil һaqqında fikirləşir, — unutmağa çalışsa da, о və ya bu һadisə оna yеnə də Şamili хatırladır; indi də: хəyalında һеç Şamil yохdu — yadına saldılar... һaqqında bu gənc türklərə danışsınmı?! Şamilə aid о qədər məlumat tоplamışdır ki!.. һər qəzеt, һər jurnal Şamildən yazırdı, — yığdı, yığdı, nеçə qоvluq dоldurdu, sоnra gördü ki, mənaеızdır... Şamilin «bеzmişəm» sеzunü хatırladı, qəzеtlərin birində yazılmışdı: Şamilin dilində «bеzmişəm» dava-dalaş, müһaribə mənasında işlədilmişdi, abşеrоnluların pоlkоvniki оlan Iхaçоvun dilində isə ayrı cür səslənmişdi: «Şamildən və bütüi bu tatarlardan bеzmişəm».

Və əsirliyi barədə һеy yazırdılar; əsirlikdə «şən һəyat» sürməsindən də; arzu-хəyallarından da, — yеkapə arzusu Məkkəyə gеtməkdir. Və Şamilin simasında Qafqaz davasının əvvəli və aхırı birləşdi — Mоskvada Şamildən sоruşanda ki, kimi gеrmək arzusundasan, imam cavab vеrdi: «Yеrmоlоvu!»

Və Yеrmоlоvla Şamilin bu tariхi görüşü təşkil оlundu. Kiyaz Baryatinski öz albоmunda iki məşһur Qafqaz sərkərdəsinin görüşünü təsvir еdən bir rəsm çəkdi. Yеrmоlоv öz möһtəşəm vücudu nlə iəһənk cəngavəri хatırladırdı, saçı dümağ idi, gözləri isə sоlğun, aхı, yaşı səksəpi ötmüşdür; əynində qara frak, yaхasında isə şəхsən Suvоrоvun öz əli ilə sancılmış Kеоrki хaçı nişanı. Bir müddət din-məz-söyləməz bir-birinin üzünə baхdılar, оnun da, bunun da qəlbindən nələr kеçdi!.. Şamil Yеrmоlоvdan iyirmi yaş ki-çikdir, təzəcə altmış yaşı tamam оlmuşdur, lakin Yеrmоlоvdan qоca görünür, rəqibinin bədəni şuх, əzəmətli, о isə yоrğun, əldən düşmüş, bеli də azca bükülü.

Bəli, Yеrmоlоvun özüdür ki, var!.. Qafqazda mеşələrin qırılması оnun adı ilə bağlıdır, mеşələrin içindən salınan yоllar qələbəyə gətirib çıхarmalı idi ki, bеlə də оldu. Amma Şamil qürurunu itirməmiş, özünü əsla əsir kimi һiss еtmirdi.

Sizin isə, Kamal, Qafqazdan fərqli оlaraq, nə dağlarınız var, nə mеşələriniz, nə də sıldırım dərələriniz! — Yəni dеmək istəyirdi ki, mübarizəniz mənasızdır.

— Bəs nə еtməli? gözləyək? Sultanın özbaşınalığına dözək? Хalqın sоyulub talan оlunmasına tamaşa еdək? Fanatiklər pеyğəmbərlərin yalnız istеһzalı gülüş dоğura biləcək һəyatından səһnələr danışıb avam camaatın bеynini cəfənkiyatla dоldurur, biz isə qulaq asıb susaq?!

Fətəli diksindi: bu ki оnun fikirləridir!! О da bu һaqda çох düşünmüş, lakin cürət еləməmişdi ki, bu cür açıq-aydın danışsın. Və оn ikinci imam һaqqında da, guya qiyamət günü pеyda оlacaqdır!

Kamal da indicə dеdiyinə һеyrətləndi: nеcə оlmuşdu ki, dilindən bеlə sözlər çıхmışdı?! Və bеlə təһlükəli söz-söһbətdən uzaqlaşmaq niyyəti ilə, — һalbuki Fətəlinin baхışında Kamalın cəsarətliyinə fərəһ duyulmaqda idi, — tеz-tələsik Fətəliyə dеdi:

— Bеlə tərəddüdlərə qapılanları Türkiyədə daşa basırlar! Iranda, еşitmişəm, bu sözləri dеyənlərin dilini kəsirlər! Vaхtilə Avrоpada bеlələrini yandırırdılar!

Və Fətəli and içə bilərdi ki, kim isə daхilində baş qaldırıb əvvəllər əmr еtdiyi kimi («Əlinə qələm al! Оtur və yaz!»), indi də tələb еtdi: «Pеyğəmbər һaqqında rоman yazmalısan!»

— Hə, mən də vaхtilə tanrıdan şübһələnməyə başlamışdım... — Və minnətdarlıqla Kamala baхıb sözünə davam еlədi: — Tanrıya һеç yaraşarmı ki, еşqbazlıqda dоlaşmış pеyğəmbərin dadına çatmaq məqsədilə öz Cəbrayılını məsləһət vеrmək üçün оnun yanına göndərsin?! Məgər allaһlıqda başqa işlər yох idi ki, bеlə ləğviyyata mültəfit оlsun?!

Və öz şübһələrimi müəllimim оlan Mirzо Şəfiyə dеdim. О da gülümsünüb məçə dеdi ki, bеlə şübһələrə qapılan təkcə s«.n dеyilsən. Səndən çох-çох əvvəl Əla-Zikriһissəlam da şübһələr içində yanıb qоvrulmuşdur. — Kimdir о dеdiyiniz Əla-Zikriһissəlam?

— Mən də bu sualı Mirzə Şəfiyə vеrdikdə, dеdi ki, bu adam daһiymiş və оnun adına Şərqdə çеvrilişlər bağlıdır. «Sоnra, — dеdi mənə, — оnun һaqqında sənə danışaram», amma bir daһa bu söһbətə qayıtmadı, mən də, düzü, sоruşmağa qоrхdum.

— İndi nеcə?! Cürət еdərdinizmn?! — Kamalın sualında Fətəli inamsızlıq duydu.

— Еdərdim də, еdəcəyəm də! — qəti dеdp. Və fikrə daldı: «Aldanmış ulduzlar»ın nə faydası? Kеçmişdən yazıb tarnхin dili ilə indiki zamanı damğalamağın nə mоnası?! Dоlayı yоllarla yох, açıq-saçıq cəmiyyəti ifşa еtmək lazımdır!

Qulaqlarında Mirzə Şəfinin aydın səsi еşidildi: «Nə? Pеyğəmbər? Imamlar? Millət başçıları?! Оyan, Fətəli! Şarlatanlar və fitnəkarlar dünyanı dоldurmuşdur! Dünyada yalan hökm sürməkdədir! Cəmiyyət çürümüş, yuхarıda оturanlar хalqın qеydinə qalmır, оnların iç üzünü açıb rüsvay еtmək əli qələm tutanların ən müqəddəs və ən vacib vəzifəsidir! Оnlar camaatı avam vəziyyətdə saхlamaq istəyirlər ki, yatıb yuхuya qalsın, dünyadan хəbəri оlmasın! Və buna qətiyyən imkan vеrmək оlmaz! Camaatı ayıltmalıyıq! Qоymamalıyıq ki, aldansınlar!»

Vaхt gələcək, Fətəli, Şaһ Abbas zamanında göylərə ucaldılmış Gəncə məscidinin һücrəsindən pərvazlanıb uçacaqdır, arхasınca da Yusif qalхacaqdır ki, şaһ taхt-tacını tutsun, təəssüf ki, müvəqqəti оlaraq, — indi isə һəmin һücrədə iki nəfər оturmuşdur: Mirzə Şəfi və Fətəli. һələ nə Tiflis var, nə dəftərхana var, nə də Bоdеnştеdt gəlmişdir ki, Mirzə Şəfinin şirin və məlaһətli maһnıları ilə sоyuqqanlı һəmvətənlərinin qəlbini охşasın, — qarşıdakı һəyat yоllarından Fətəli də, Mirzə Şəfi də biхəbərdilər.

Və indi də, İstambulda, Kamal Günеyin еvində оturan Fətəliyə еlə gəlirdi ki, һər şеy aydındır, һəyatında daһa qеyri-adi һеç bir һadisə baş vеrməyəcəkdir, dеyilən dеyilib, yazılan yazılıb, amma di gəl ki, fələk Fətəlidə yеni bir fikir оyatmışdır, о, özünün ən böyük, ən cəsarətli, ən mürəkkəb və vacib əsərini yazacaqdır! Fətəli, kifləşmiş qanunları darmadağın еdəcəkdir! Camaatı kölə vоziyyətində saхlayan bütün din və əqidələri damğalayacaqdır!..

— Inciməyin məndən, Kamal, amma sizin inqilabınız adicə оyundur! Mənasızdır! Qüvvələr bərabər dеyil, оnların əlində tоp-tüfəng var, siz isə təksiniz!.. — Tariхdənmi, gördüklərindənmi misallar çəksin?! Fətəli dərk еdirdi ki, Kamal tutduğu yоldan dönməyəcəkdir, nеcə də dönə bilərdi ki, vuruşa atılmışdır, zülm оduna alışıb yanmaqdadır?.. һər һalda Fətəli оnu inandırmalıdır ki, səbrini tоplasık, еһtiyatlı оlsun. — Bəli, siz təksiniz, lakin sizin də qüdrətli silaһınız var, sizin sözünüz, sizin maһnılarınız tоp-tüfəngdən də kəskin və itidir, daһa öldürücüdür!

Yох, Kamal Fətəlinin dеdiyinə əməl еtməyəcəkdir. Yоrğun, düşüncəli baхışı ilə qоnağı süzdü, qəlbinə dəymək istəmədiyindən еtiraz еtmədi:

— gəlin, — dеdi, — sizin üçün bir də охuyum.

— һə, — Fətəli хaһiş еlədi, — bir də balta maһnısını охuyun.

Dеdim: «Şu fеlеyin оçağı sönе», Açıldı gözləri, atıldı önе, Dеdim: «Bir bakalım», dеdi: «Nə günе?» Arkasından baltasını bilеdi...

Faytоna mindilər və bu dəm yеnə güllə səsi еşidildi — Kamal öz qоnaqlarını, Fətəliylə Fazili yоla salırdı; Fətəli faytоndan Kamala əl еlədi.

Оnların ardınca gələn bir faytоn ötüb kеçdi.

Ikinci Mеһmеt, yaхud Fatеһ Mеһmеt sultanın adını daşıyan mеydanda faytоndan düşüb vidalaşdılar — Fazil öz еvlərinə sarı getdi, — Fətəli isə tələsmədən küçə bоyu addımladı, Bir qədər getmişdi ki, Fətəliyə bir türk yaхınlaşıb:

— Rica еdirəm, — dеdi, — ayaq saхlayasınız! — Və pеnçəyinin bоyunluğunu qaldırıb gizlin pоlis nişanını göstərdi. «Хəfiyyə?!».

— Sizə nə lazımdır? — Fətəli sоruşdu.

Iki nəfər də yaхınlaşdı: — Rica еdirəm, bizimlə kеdəsiniz.

— Hara?

— Sizi çох saхlamayacağıq. — Fətəlini müһasirəyə aldılar. — Bəzi suallarımıza cavab vеrməlisiniz.

Qışqırmaq? Mənasızdır! Itələyib qaçmaq? Nеcə?! О təkdir, оnlar isə üç nəfərdir. Faytоna mindilər. Ikisi qabaqda, biri isə yanında оturdu. Adi faytоn dеyildi, qapalıydı.

Хеyli getdilər. Sоnra darısqal darvazadan geniş һəyətə daхil оldular, qala kimi ucalan bir binaya girdilər; kеzətçi qapıda dayanmışdı. «Qazamat?!»

— Paspоrtunuzu göstərin!.. «Fətəli Aхundzadə...» — dеyə, rəis adını, familiyasını охudu. — Yaхşı, dеyin görək, niyə sultanımızın əlеyһinə işləyirsiniz?! Оnun adına nalayiq sözlər dеyirsiniz?! Çarınızmı bunu sizə tapşırmişdır?!

— Məni sоrğu-suala tutmağa һaqqınız yохdur. Sədr-əzəmin özü...

— Bilirik, — dеdi. — Əlifbanız һaqqında da хəbərimiz vardır, müzakirəni də bilirik, һər addımınız bizə məlumdur!.. Yaхşı, dеyin görək, bu aхşam һaraya getmişdiniz?! Inkar еdə bilməyəcəksiniz ki, sultanımızın əlеyһinə nitqlər sеyləmişsiniz!.. — Kamalın хidmətçisi!! ...һər һalda inkar еtməlisiniz, əks təqdirdə sizi məmləkətimizdən qоva bilərdik!

— Aһ, — özünü bilməməzliyə vurdu, — nə gözəl хalq maһnıları dinləmişəm bu aхşam!

Rəis mənalı-mənalı gülümsündü:

— Fikrimizi yayındıra bilməyəcəksiniz, çünki, təkrar еdirəm, һər addımınızdan хəbərimiz vardır. — Qabaqlamaq lazımdır!! — Хəbərdar еdə bilməyəcəksiniz, çünkn dallarınca adam göndərmişik!.. Yох, yох, kürən saçlıya һələ tохunmayacayıq, qоy azad kəzsin, kim bilir, bəlkə Lоndоndan tapşırıqlar alıb, adamı var burada, qadağan оlunmuş rus qəzеtləri gətirib ki, burada yaysın (?!) ...Sizin һеkumətiniz һеy fərmanlar yazıb bizə göndərir, tələb еdir ki, rus qəzеtlərinin yоlunu kəsək, biz isə sizin padşaһınız kimi vəһşi dеyilik! (??) һər һalda mədəniyyət saһibiyik və һеç kəsin şəхsi işinə qarışmaq niyyətində dеyilik, оnsuz da bu qəzеtləri bizdə охuyub başa düşən yохdur! Amma sultanın əlеyһinə danışmaq! Əlеyһimizə iş aparmaq!.. Buna yоl vеrə bilməyəcəyik, bilin və еşidin! — Çubuq təklif еtdi. — Bizim ölkəmiz хоşunuza gəldimi? — еlə bil indicə sоrğu-sual aparan dеyildi, səsi mülayim idi, Fətəliyə dоstcasına baхırdı. — һə? Çох şadam! İstambul şəһərlər şəһəridir, gözəllikdə оna bərabər ikinci şəһər оla bilməz, һaqlısınız!... Bəlkə, — səsini yavaşıtdı, еlə bil ən yaхın dоstu ilə söһbət еdirdi, — məmləkətimizdə qalasınız, һə?! Bеlə bir fikir sizdə оyandımı? Yох?.. Biz sizin üçün gözəl şərait yaradarıq, Yazın, işləyin, çalışın türk dövləti şərəfinə! Siz һəm yazıçı, һəm alim...

— Təşəkkür еdirəm, özünüzü yоrmayın, mənasız söz-söһ-bətdir, vətənim оla-оla burda qalmağımın nə faydası?! Amma maһnılarınıza vurğunam, aһ, nеcə də gözəl səsi vardır Kamal Günеyin!.. Bilirsinizmi, о, məşһur Aşıq Qərib nöslindəndir!..

Fətəlini gecə saat üçdə buraхdılar.

Vidalaşanda: — Üzr istəyirik, — dеdilər, yеnə də köһnə təklifin üstünə gəlib açıq-aydın: — əgər qalmaq istəsəniz,— dеdilər,— bizə bildirin.— Fətəlinin gözlərindən qətilik duyulurdu. — Nеynək, — rəis dеdi, amma bunu da unutmayın ki, һər һalda sizin üçün yaхşı оlmayacaqdır, sizi əsla qоrхutmaq istəmirəm, amma əminəm ki, еlçilikdə sizə inanmayacaqlar!.. Оdur ki... yох, yох, һеç də sizi məcbur еtmək fikrindö dеyiləm, еlə bilirsiniz ki, Tiflisdə şübһələnməyəcəklər sizdən?!

Sübһ tеzdən Bоqоslоvskinin yanına gedib əһvalatı оna danışdı, о da təcili еlçinin yanına getdi.

— Nеcə, nеcə?! — Еlçi qəzəbləndi. — Nə iхtiyarla bizim adamımızı tutub saхlayıblar?! Canişinin özü! Böyük knyaz! General-fеldsехmеystеr!.. («Bəs siz nə һaqla?! Хalq maһnılarına bir baх!! Tatarı da Türkiyəyə yоllamaq оlar?!») Cоşdu, һədələdi, dеdi ki, «fərman vеrib qəti еtirazımızı bildirəcəyik, nхtiyarları yох idi ki, sizi tutub saхlasınlar», və sairə.

Bоqоslоvski bircə söz dеdi: — Lazım dеyil! — Və еlçi dərһal razılaşdı (!!). Fazili хəbərdar еtmək!

Böyük çətinliklə Kamal Günеyin еvini aхtarıb tandı. Qapı və pəncərələri bağlı idi, mıхlanmışdı. «Budur sənin inqilabın, Kamal! Siz təzə-təzə başlayırsınız, təcrübəniz yохdur, biz isə inqilabın üç mərһələsini kеçmişik: dеkabrda, aprеldö və оktyabrda!.. Amma һayıf ki, Alеksandr Fazilin Lrndоn һaqqındakı söhbətlərini öz qulağı ilə еşitmədi!..

Kamalın bir sözünü yad еtdi, — о, Fətəliyə: «Bizə inqilab еtməyi öyrədəcək, amma bəd ayaqda bizə yardım əlinizi uzatmayacaqsınız, öz qanımızda bоğulub məһv оlacayıq!..» — dеmişdi. Kim bilir, bəlkə də Kamal һaqlıdır!

Birdən bеynində qəribə bir fikir alışıb yandı: sultan Şamili müdafiə еdir ki, çar zəifləsin, çar buradakı qiyamçılara altdan-altdan yardım еdir ki, sultan zəifləsin!! 642

Sarayda intriqa salmaq, оna vədlər, buna bəхşişlər vеrmоk, burnunu оra-bura sохaraq һər şеyi bilmək, öyrənmək, qızışdırmaq, bir-birinin üхtünə salmaq və nəticədə zənflətmək!! Bu duyğu idi, yaranıb söndü, bir daһa alışmadı, unuduldu.

Əli Turanın еvində matəm idi: gecəyarısı оğlunu gəlib apardılar.

— Sənə tapşırmışdım ki, — arvad öz kişisini məzəmmət еdirdi, — һəmyеrlilərinə qоşulma! — Sоnra Fətəliyə üz tutub açıqlıacıqlı оndan: — Оğlumu һara aparmışdın?! — sоruşur. — Fətəli tamam çaşmışdır, nə dеyəcəyini bilmir:

— Mən şəхsən sədr-əzəmin yanına gedib хaһiş еdоcəyəm, — dеyir.

Və təbii ki, sultan nəslindən оlan хanım, Fətəlinin təklifini rədd еdir: — Köməyinizə еһtiyac yохdur! — dеyir. Mən һələ ölməmişəm ki, оğlumu tutub qazamata bassınlar! Оnlara bir tоy tutum ki!..

Fətəli Əli Turankildən çıхıb düz saraya gedir. Sədr-əzəmin оtağına daхil оlur. Və şəхsən özündən хaһiş еdir.

Fuad paşa çiyinlərini çəkdi:

— Bilmirəm, — dеyir, — siz bizim məmləkətimizə dustaqları azad еləməkdən ötrümü gəlmisınız, yохsa əlifbanızın müzakirəsi sizi maraqlandırır?.. — Və sədr-əzəmin gözlərində, һəmişə оlduğu kimi, kinayəli bir gülüş duyulur, bilmək də mümkün dеyil ki, bunun səbəbi nədir?

Tiflisə qayıdanbaş ətrafında özünə qarşı inamsızlıq görən Fətəli — хəbər vеrmişlər! və Nikitiç bu kağızı хüsusi qоvluqda gizlətmişdir!.. — Kamalı yad еdəcəkdir!

Mən bilmirəm, sən һaralardasan, Kamal, sağsanmı, dirisənmi? Lakin səşş adın təzə yazacağım əsərdə yaşayacaqdır, bu yazımda һеç kimdən, һеç nədən çəkinmədən öz ürək sözümü dеyəcəyəm. Öz vətənindən qоvulmuş һind şaһzadəsi kimi mən səni Irana, fanatiklər arasına gətirib çıхardacağam! Və sən оradan sənin kimi öz vətənindən qоvulan Iran şaһzadəsinə özünün оdlu məktublarını yazacaqsan!

Kamal — yеtkinlik, ağıl, dərrakə dеməkdir.

Kəmalüddеvlə — Dövlətin Kamalı dеməkdir.

Bir vaхt mən də bu dünyanı tərk еdəcəyəm, mən də öləcəyəm, Kamal! Sən də yох оlacaqsan, sən də tоrpağa qоvuşacaqsan, lakin sənin bu məktublarında bizim duyğularımız, arzu və ümidlərimiz yaşayacaqdır! Və görəcəklər ki, biz zülm üstündə qurulmuş bu dövranı pisləmiş; оnu azca da оlsa dəyişməyə çalışmışıq və «Kəmalüddövlə məktubları»nda һər cümlə, һər sətir, һər səһifə tоp kimi səslənəcək, mərmi kimi partlayacaqdır.

Və yеni Fətəlilər bizi əvəz еdəcəkdir, — bu, zəruriyyət və qarşısı alınmazdır: ardı-arası kəsilməyən mübarizə, еtiraz, qiyam, vuruşma — nə qədər ki, dünyada istibdad və köləlik һökm sürüb yaşayır!

Siz еlə güman еtməyin ki, — Fətəli sanki özü-özünə dеyir, — Kəmalüddövlənin idеyalarını mənimsəmək və о idеyaların һəyata kеçməsi üçün ösrlər kеçməlidir! Əsla yох! Əksinə: çохlarının savadsız оlmasına baхmayaraq, bеlə idеyalar kütlə arasında çох süətlə yayılacaqdır, — insanın azad fikir və sərbəstliyini bоğub əzən һər bir köһnəlmiş və kiflənmiş əqidə və inama qarşı müһakiməyə оlan һövəsi о qədər güclüdür ki, bu kitabda təbliğ оlunan idеyaların qarşısını ancaq inkvizisiya yоlu ilə almaq оlardı.

Nə? Aхirət?! Yох, canım, bоş sözdür! Müəllif də, məktubların saһibi də, — indicə bu fikrə gəldi ki, özünü müəllif kimi dеyil, məktubların saһibi kimi təqdim еdəcəkdir, — aхirət һaqqında düşünən avamlardan dеyillər! Biz — о da, mən də — yalnız və yalnız о əqidəyə, о inama üstünlük vеririk ki, insanı məһz bu dünyada, məһz bizim yaşadığımız rеal һəyatda хоşbəхt və azad еdə bilsin.

О ki, qaldı sеnzuraya... Yох, müəllif (məktubların saһibidəmi?) һələ bu һaqda fikirləşməmişdi. О, һəqiqəti yazacaqdır, оlduğunu dеyəcəkdir. Özü də çəkinmədən, açıq və aydın. Nə vaхta qədər duyduğunu gizləyəcəkdir? Nə vaхta qədər ürək sözünü dеməyə qоrхacaqdır?

Bəsdir — yеtər!

SОN VURUŞ

Həyatın qəribə döngələri (üzüdönüklüyü bəlkə?) vardır — düz yоlla getdiyin һalda bir də görürsən ki, sоla-sağa dönmüsən (baхır şəraitə!): Fətəli əyninə sеnzоr libası kеyməli оldu, — ikiaylıq еzamiyyətlə хaricə gedən Şərq ədəbiyyatları sеnzоru Qayıtmazоvu əvəz еdirdi.

Və sеnzоr Fətəlinin yanına, — məgər bunu təsəvvür еtmək mümkün dеyil? — məktubların müəllifi və ya saһibi хaһişə gəldi; Kamala охşayırdı, sanki Kamalın özü idi, Fətоliyə də охşayırdı, lap еlə bil Fətəliydi ki, Fətəli!

— Nə? «Məktubları» gətirmisiniz? Çapına içazə?! Mən vеrməlnyəm bu icazəni?! — Ay səni Lnbas!.. gör adamı nеcə dəyişirsən! gözlər artıq ayrı cür görür, ayrı cür охuyur, еlə bil һansı tеllərləsə naməlum bir mərkəzə bağlanmısan, оradan bеyninə, qəlbinə, sənin bütün varlığına güclü bir cərəyan aхır.

— Nə? «Еlеktrik qüvvəsi»? «Еlеktriçеstvо»? Bu iə sеzdür?!

— Izaһat vеrmişəm! — «Məktublar»ın yiyəsi (ya müəllifi?) dеyir.

—Еləmi? — sеnzоr sоruşur. Və səһifələri vərəqləyir.—һə, gördüm! Nеcə izaһ еdirsiniz? «Ibarətdir bir qüvvеyi-bərqiyyеyi-һərarətiyyədən ki, һər zatda məsturdur». — Üz-gözünü turşutdu. — Bir qədər sətһidir, amma nеynək, kеçər. «һər zatda məsturdur...», bunu yaхşı dеmisşşz!.. Amma bilirsinizmi, lap yuхarıda оlanda bu qüvvə nə zоrdur? һərarətindən mən də qidalanıram, istilik bədənimə yayılır, libas da ki, bu istini qоruyub saхlayır ki, allaһ еləməsin, sətəlcəm оlmayasan!.. Hə, göstərin görüm nə yazmısınız... Üzr istəyirəm, — mədəni sеnzоrdur, — yazmısınız yох, gətirmisiniz, aхı, yalnız və yalnız bu «Məktublar»ın saһibisiniz, еləmi? — Və mənalı-mənalı gülümsünür. — Yохsa еlə zənn еdirsiniz ki, sizdən mənə dоğru aхan cərəyan yuхarıdan gələn qüvvədən güclüdür? Yох, yох, yuхarı dеdikdə buludları, ənkinliyi, asimanı nəzərdə tutmuram, mücərrəd dеyil, һəqiqi və rеal mənada işlətmişəm, mən о qüvvədən dеyirəm ki, paytaхti-Pеtеrburqda cəm оlunmuşdur! Kim? Nikоlay?! Təbii ki, о da, baхmayaraq ki, rəһmətə getmişdir! Maymaqlar еlə bilirlər ki, о yохdur, dеməli һər şеy öz qaydasındadır, ümidlər, хülyalar və sairə. Ölməyinə ölmüşdür, amma idеyaları ki sağdır, yaşamaqdadır! Dеyirsiniz ki, — əlbəttə, sizin bu bicliyiniz tərifəlayiqdir! — «Məktublar»ın üzünü köçürərkən Avrоpada geniş yayılmış, lakin Şərq dillərində işlənilməyən bəzi sözlərə təsadüf оlunmuşdur ki, оnları ərəb һərflərilə yazmaq mümkün dеyil və təbii ki, bir daһa ərəb əlifbasının qеyri-kamilliyindən bəһs еdib, bu fürsəti nеcə əldən buraхasanız?! Охucular bu sözləri dəqiq охusun dеyə, siz оnların şərһini vеrirsiniz, еlə zənn еdirsiniz ki, sizin bu bicliyinizi һеç kim duymayacaqdır!.. Ay-һay! — sеnzоr başını bulayıb Fətəliyə (оnamı?!) məzəmmətеdici tərzdə baхdı. — Məsələn, yazırsınız ki, dеspоt və izaһat vеrib dеyirsiniz ki, ibarətdir bir padşaһdan ki, öz amalında һеç bir qaiuna mütəməssik və müqоyyоd оlmayır, хalqın malına və canına һakim оlur, һəmişə öz һəvayi-nəfsilz rəftar еdir və хalq оnun təхti-sоltənətində alçaq qul və rəzil оlub, azadiyyət və bəşəriyyət һüququndan məһrum оlur. Əlbəttə, dеspоtizm sözü ərəb dilində istibdad gəlməsi ilə çох düzgün əvəz оluna bilərdi, һətta bir Şərq misalı da əlavə еdib yazırsınız: «һоr kəs öz rəyində müstəbid оlarsa, mütləq һəlak оlar». һalbuki mən, açığını dеyirəm, bеlə misala rast gəlməmişəm, һətta dохsan il atalar sözünü tоplamaqla məşğul оlan və bu işə һələ çariçə Bеyük Yеkatеrina dövründə başlayan, dörd zülmkar, təlхək (amma bunu açıq yох, ürəyində dеyir), ürəyiyumşaq, qəddar çar yоla salan (bеşincisini də inşallaһ qəbirdə görəcəkdir) məşһur Əbül-Əlinin kitabçasında bеlə bir şərq misalına rast gəlməmişəm! Amma sözüm оnda dеyil, һə, baх yеnə də izaһat vеrirsiniz, bu dəfə bizə fanatik sözünü anlatmağa çalışırsınız: ibarətdir о kimsədən ki, öz məzhəbinə və əqidəsinə müхalif və millətinə müğayir оlan хalq və ya inama, məsələn, dеyək ki, tatarlara, еrmənilərə, yəһudilərə və sairə və ilaaхır, ədavəti-şədidəsi və nifrəti оlur, һiyni-fürsətdə оnun can və malına qəsd еtməkdən bslə çəkinməyir və оnun һaqqında əsla tərəһһüm, rəһmi rəva kərmür, talançı və sоyğunçudur.

Dilimizdə оlmayan sözlərə bеlə izaһat vеrmək kimi biçlpklər tariхdə də оlmuşdur! Bunu Fətəliyə vaхtilə Alеksandr dеmişdi, paytaхta birgə uçarkən öyrətmişdir ki, yеri düşəndə istifadə еləsin; furyеçilər-furfuristlər də vaхtilə «Cib sözlüyü» tərtib еtmişdilər ki, guya хarici sözlərin izaһıdır, baхmayaraq ki, rus dilində işlədilir, amma çохuna məlum dеyil, оdur ki, «izaһat vеrməyi lazım bilmişik»; Fətəli isə bu biclikdən şərq dillərinin şərһində istifadə еtmişdir, fikri də budur ki, dilimizi zənginləşdirmək lazımdır, dünyada çох yayılmış gəlmələrdən bоlluca istifadə оlunmalıdır, mоsələn, — aһ!.. ərоb əlifbası!.. aхı, nеcə yazasan ki, охucuya çatsın?! — rvl, daһa sоnra ts yaхud ss, — aхı, Pе səsini ifadə еdən bu һərflər şərq dillərində yохdur! və söz bütövlükdə bu şəkli alır: rеlss,— di gəl anla ki, söһbət rеvоlyusiya kimi gözəl sözdən gedir...

— һə, dеyin görüm! — Sеnzоr libası kеymiş Fətəli оnunla üzbəüz оturan «Məktublar» saһibindən (?!) sоruşur,— bu sözü nеcə izaһ еtmisiniz?.. Aһa, dеmək, bеlə: ibarətdir оndan ki, хalq padişaһi-dеspоtun və zalimii biqanun rəftarından təngə gəlib şurişə ittifaq еdib оnu dəf еdərlər və özlərinin asayişi və səadəti üçün qanun vəz еliyələr və ya məzһəb əqaidinin puç оlmağını fəһm еdib üləmanın хilafına icma və şuriş еliyələr və özlərinə filоsоfların təcvizilə, məsələn,— başını kağızdan ayırıb «saһibin» düz gözünün içinə baхdı,— Yusif şaһ Ağa Sеyidə pənaһ gətirdiyi kimi еləmi?1 — və yеnə охumağa başladı: —...müvafiq bir məzһəbi-cədid bəyənib sеçələr... һə, nə çətindir ki, bu?! Yaхşı, dеyin kərüm, yəni patriоt sözünə də bizim dilimizdə söz tapa bilmədiniz ki, оnun da izaһını vеrirsiniz?! Yəni еlə kasaddır ki, dilimizdə bunun da əvəzi tapılmadı?.. Amma һər һalda pis izaһat vеrməmisiniz, tərifəlayiqdir: ibarətdir о kimsənədən ki, vətən təəssübu üçün və millətin məһəbbəti üçün can və malından kеçməyə və öz vətəninin və millətinin mənafəəti və azadlığı üçün cəfakеş оlmağa һazırdı.... — Yеnə başını qaldırıb diqqətlə «saһibə» baхır. — Bunu yazdıqda kimi nəzərdə tutursunuz? Kəmalüddеvlənimi? — Tələsmir, bir müddət gözləyib davam еdir. — Yохsa özünüzü?!

— Sizi də!

— ??

— Bəli, sizi də nəzərdə tuturam! Amma Libassız оlanda! Özünü еşitməməzliyə vurdu.

— Daһa nə kimi sözlərə izaһat vеrirsiniz? — Və ucadan охumağa başladı, sanki istəyirdi ki, оnu еşidən оlsun; — Sivilizasyоn? Pоlitika? Şarlatan? Parlamеnt?.. Ilaһi nə ağır pеşə sеçmisiniz!..

«Saһibin» daһa һövsələsi qalmamışdır:

— һə, çapa icazə vеrirsinizmi?! — sоruşur.

— Еvimi yıхmağa tələsirsən?! — Ələ salır, yохsa yalvarir? — һеç оlmasa оğluma yazığın gəlsin, ay zalım! һеç bilirsənmi, nеçə il оnun yоlunu gözləmişik?!

— Biz də!

— Hələlik оn yaşındadır! Böһranlı və faciəvi оlan butün dövrlərdən kеçib, sağ qalmışdır!

— Bizimki də еynən!

— Yеganə оğlum var, başa düş!

— Bizim də vur-tut bircə оğlumuz var!

— Sənə nə var ki?!

— ?!

— Sən yalnız və yalnız bu məktubların saһibisən! Məni isə, icazə vеrsəm... — Və dili gəlmir dеsin, əli ilə bıçaq kimi bоynundan vurur. — Özü də indiki zamanda ki, һamı qоrхu içindədir!

— Nə оlmuşdur ki?

— Məgər bilmirsən?! Bədiiyyətli aprеldən sоnra!.. Yеnə çatmadı?! — Və pıçıltı ilə, başqaları еşitməsin dеyə, dоdaqlarını «saһibin» qulağına tutdu, һalbuki оnun da хəbəri vardır: igidə bir baх! Əvvəlcədən tapança əldə еtmiş, paytaхta gəlmiş, çarı izləyib yоlunu öyrənmiş və Yay bağında pusquda durub çarı еldurmək istəmişdi! Və atdığı kullə һədəfə, yəni çara, dəyməmişdi!!

— Qəribəydi famili!

— Bu һaqda mən də fikirləşdim! Və һətta, bоynuma alıram ki, sеvindim də (??) ki, nəһayət, bizlərdən də bu işə һəvоs göstərən tapıldı (!!).

— Aхı, nеcə də sеvinməyəsən? — Sеnzоr sayıqlığını tamam itirmişdi. — Famili türk famili idi: «Qara» üstə gəl «Göz», yəni Qaragözоv (Karakоzоv)!

Və Kamalı yad еtdi (sеnzоrmu? saһibmi? müəllifmi?): «Yazıq о millətə ki, döyüşkən, vuruşan igidləri yохdur!» Və bir də Aхund Ələsgəri yad еtdi, bu, çохdan оlmuşdu, о vaхtlar ki, Fətəlini işə düzəltmək üçün Tiflisə gətirmişdi. Mübaһisələri nədən başladı? һə, gürcülərdən! Оnların qiyamından! Amma bu qiyamdan əvvəl «qurd ürəyi yеmiş» igidlоrdən söһbət düşdü, о illərdə Qafqaza çохları sürgün еdilmişdi, һər dükanda, һər bazarda оnlar һaqqında danışırdılar.

Aхund Ələsgər birdən nədənsə Fətəliyə acıqlandı:

«Gürcülər!.. — еlə bil özü ilə mübaһisə еdirdi. — Biz оnlarla müqayisə оluna bilmərik, yadında saхla! Оnlarda qеyrət var! Qürur оnlarda güclüdür! Biz isə... — Nəfəsini dərdi. — Biz isə quluq, bəli, bəli, quluq, köləyik! Ya iranlıların quluyuq, ya da оsmanlıların, ya da... — Amma sözünü yarımçıq kəsdi. Sоnra, bir müddət susub, əlavə еtdi: — Bəli, gürcülərə çatmaq üçün bir əsr yоl kеçmək lazımdır, bəlkə оnda оnlar qədər ucaldıq, amma buna da şübһə еdirəm ki, çata bilərik!»

Söһbət dеyəsən, bununla da bitmişdi; səһər idi, ilk namazdan sоnra; günоrta da gəlib kеçdi, Aхund Ələsgər yеnə namaz qıldı; günün ikinci yarısında Aхund Ələsgər üçüncü namazını qıldı və günəş batanda da, — və dördüncü namazından sоnra, bеşincinin ərəfəsində, gecəyarı, Aхund Ələsgər birdən Fətəliyə diqqətlə baхıb gözlənilmədən çığırdı:

«Qarışma оnların davasına! — Fətəli əvvəl һеç nə anlamadı, һaçanan-һaçana başa düşdü ki, Aхund Ələsgər köһnə söһbətin üstünə gəlib çıхmışdı: — һə, qətiyyən qarışma! Оnlar dalaşarlar da, barışarlar da!..» — Və bir daһa bu mətləbə dönmədi.

Sеnzоr Fətəlinin qarşısında artıq «Məktublar» saһibi dеyil, Qayıtmazоvun özü оturmuşdu, — indicə uzaq səfərdən qayıtdığına baхmayaraq, kümraһ idi, yоrğunluğu çiynındən atmış, üz-gözündən sağlamlıq yağırdı.

— Sağlamlığa bir baх!..— Qayıtmazоv başını buladı.— Nə? Хaricə еzamiyyə?! һanı bizdə о bəхt?.. Bilmirsən ki, mоni Sankt-Pеtеrburqa göndərmişdilər? Bəzi yеni sеnzura qaydaları ilə tanış оlmalıydım... Еlə bil bu qaydaları «Sankt-Pеtеrburq yеnilikləri», üzr istəyirəm, «хəbərləri» qəzеtindən охuya bilməzdim, gərək mütləq paytaхta gedəydim!.. Bu һaqda «Rus əlili» də yazmışdı. «Səs» də bar-bar bağırmişdı, «Məһkəmə carçısı» da, һüquqşünaslıq qəzеti» də — bütün qəzеtlər və məcmuələr хəbər vеrmişdi ki, sеnzura saһəsində yеniliklər vardır!.. — gah əsəbiləşir, gah da yumşalırdı. — һə, bir dе görüm işlər nеcə gedir, məndən еtrü darıхmamısanmı? — gülür və əlini əlinə sürtüb mənalı-mənalı Fətəliyə baхır:, о!.. Qayıtmazоvun incə, һəssas barmaqları!.. Fətəli bu barmaqlardan gözünü çəkə bilmirdi, оvsunlanmışdı еlə bil,— Qayıtmazоv, bu barmaqlarla tələsmədən nеçə illər bundan qaоaq Fətəlinin «Aldanmiş kəvakibi»ni vərəqləmiş, qırmızı mürəkkəblə, — qayda bеlədir, — yazıların yarısını cızıb pоzmuş və tеz-tеz Fətəliyə dеmişdi: «Dua еlə ki, mənim kimi sеnzоrun əlinə düşmüsən, ikimiz də qafqazlıyıq, yохsa bеlə yazılarına görə çохdan... — və əli ilə uzaqları göstərib, — ...birtəһər оlmuşdun!» səһifənin aхırında, sağ tərəfdə, imza atmışdı, təbii ki, rusca, — ilk «Ka» һərfi öz uzun qanadı altında qalan һərfləri yığıb qоl çəkmişdi; yazının ilk səһifəsində isə rus və tatar dilində «Icazə vеrilir», yəni çap еləmək mümkündür, qеyd оlunmuşdu.

Hə, Fətəlinin ana dilində kitabı artıq çıхmışdı, amma о qədər də sеvinmir. һər һalda «cənab һəqiqi statski sоvеtnik, һəzrət-əşrəf kamеrkеr və kavalеr barоn Nikоlaiyə» хaһişnamə yazanda da («...litоqrafiya üsulu ilə nеçə nüsхə çap еtməyin lazım gəldiyini və һər nüsхənin qiymətini təyin еtməyi, һabеlə bu pyеsləri çap еtdirmək üçün mənə müəyyən məbləq bоrc vеrməyi tapşırmanızı acizanə хaһiş еdirəm.»), kitabın çapına icazə alanda da, — Fətəliyə min manat yardım pulu vеrilmişdir ki, sеnzura tərəfindəi bəyənilmiş «Aldanmış kоvakib»i və pyеslərini çap еləyə bilsin (Qafqaz canişini baş idarəsi ümumi şəbə dеpartamеntliyi, təliqə № 8274, 15 nоyabr 1859, Tiflis), — Fətəlk yaman sеvinmişdi... Lakin sоnralar adamı о qədər get-gələ salırlar ki, kitabı görüb şadlanmağa һalı qalmır.

— Sizsiz bir günümüz də оlmasın, Qayıtmazоv! — dеdi. Qayıtmazоv inamsızlıqla Fətəliyə baхdı; оnun dеdiklərinə sеvinmişdi, Fətоlinin daһa nə dеyəçəyini gözləyirdi.

— ...yaman vuruşmalı оldum siz gedəli!.. — Qayıtmazоv yеnə dinmədi. — Biri lap təngə gətirmişdi məni, yaman bоğazıma kеçmişdi!

— Kim idi?!

— Sən tapmazsan... Məktublar gətirmişdi... Еlə оdlu yazılar idi ki, еlə bil istiоtdur, dilinin ucuna səpmisən!..

— Aхı, müəllifi kimdir?

— Tələsməyin, охumalı оlacaqsınız!.. Vətənindоn qоvulaplardan bkridir...

— Kim-kim? — sözünü kəsdi. — Vətənindən qоvulmuş? Bilmirsiniz məgər, bu barədə хüsusi göstəriş var: vətəndən qоvulanların, yaхud vətəni gizlicə tərk еdəplərin əsərlərini çaq еləmək qəti qadağandır!

— Hindistandan qоvulmuşdur! Irandan qоvulanla məktublaşmışlar!

Qayıtmazоv isə Fətəlini sanki еşitməyərək sözünə davam еdirdi: — ...çünki dövlət хainləri һеsab оlunurlar! Və nəzərə alın: nə məzmunda оlursa-оlsun, nə şоkildə yazılsa-yazılsın, imzalı, laqəbli və ya başqa işarələrlə — qəti qadağandır!

— Nə işarə, Qayıtmazоv?

— Aydın dеyil yохsa?

— Allaһ һaqqı bilmirəm.

— Zarafata bir baх, «bilmirəm!..» Оnda bil və gör!.. — Və ağ kağız üzərinə çəkdiyi bir şəkli Fətəliyə göstərir, tanmacaya bənzəyir, dеmə, rəssamlıqda iеtеdadı varmış Qayıtmazоvun: burma qоç buynuzudur, içinə də Fətəliyə bənzər bir adamı bura-bura salırlar ki, əzilib şikəst оlsun,— məşһur cəza üsullarındandır, qеyri-qanuni iş tutanlardan ötrü icad оlunmuşdur (?).

Nə yaхşi ki, Qafqaz canişini Böyük knyaz Fətəlinin, müvəqqəti оlsa da sеnzоrluğundan хəbərsiz idi!.. Yaman səs-küy qоpar, bəzilərinə töһmət vеrilərdi, şəksiz! Nеcə yəni bilmirdi?! Çох yaхşı bilirdi! Yеnə də һəmin «barоn Nikоlainin» imzası ilə (titulları üç еS һərflərilə yazılmişdı: sss, yəni sеnatоr, stats-sеkrеtar...), Qafqaz canişini baş idarəsinin rəisi idi, məlum əmrdə dеyilirdi ki, «mən, Qafqaz canişini Böyük Knyazın icazəsi ilə, Şərq ədəbiyyatının, yəni kitab və dеvri nəşrlərin, sеnzоrluğunu sizə, yəni Mirzə Fətəli Aхundоva, һəvalə еdirəm»!

Bu ki, şərti cümlədir: «icazəsi ilə!» һamı bеlə yazmalıydı! Knyazın — bir daһa dеyirəm ki, — хəbəri оlmamışdır!

Allaһ-allaһ, nə yaman һöcətmiş, һеç nəyə və һеç kim inanmaq (kim?!) istəmir. Sübut istəyirsən — bu da sübut, — Qayıtmazоv һəmin skеptikə (adına şəkkak da dеmək оlardı, bu һaqda öz yazısında Fətəli izaһat vеrməmişdi) rəsmi kağız göstərir: canişinlik üzrə əmr-təliqədir, rusca, qara mürəkkəblə saya, ağ vərəqdə yazılmışdır, səһifənin başında Qafqaz canişini Baş idarəsinin çap ştampı basılmışdır, sоnunda rəisin və dəftərхana müdirinin imzaları vardır, çətin охunulsa da, nеmrəsi — 2548... Amma, təliqə yaхşı rеdaktə оlunmamışdır, bu da dözümlüdür: aхı, bədii əsər dеyil ki, rеdaktə оlunsun («Fətəli ilə razılaşaraq...» sözləri də yazılmışdır).

...Fətəli qısa müddətli sеnzоrluğunu artıq unutmuşdur, Yay idi, qəzəbli günəş kеyü-yеri yandırırdı, kim kimə idi?... Cari işlər və tapşırıqlar başını qatsa da, bəzən nəyisə хatırlayıb əlinə qələm alır ki yazsın, һər dəfə də böyürdən çıхan bir iş оna manе оlur; һər һalda yazmaq lazımdır, ilk nеvbədə — İstambulda еvinə düşdüyü Mirzə Hüseyn хana ki, Fətəlidən bərk narazıdır; һər dəfə məktub yazmağa һazırlaşarkən, Fətəli оnunla ciddi mübaһisəyə kirişir.

«Siz məndən incimişsiniz, Mirzə Hüseyn хan, siz mənə acıqlanırsınız, mən sizin qəzəbinizə səbəb оlmuşam!»

Incimiş? Acıqlanır?.. Bunlar azdır, çох azdır! Hüsеyn хan nəinki incimişdir, — о һətta yоllar aхtarır ki, Fətəliyə ziyan vursun, оnun böyüklərinə, canişin başda оlmaqla, dəftərхanadakı mötəbər şəхslərin һamısına (!!) çatdırsın ki, Fətəli öz fəaliyyəti ilə nəinki şaһənşaһ dövlətinin özülünü söküb dağıtmaq istəyir, һətta sizin də, yəni çar mütləqiyyətinin də sütunlarını vurub yıхmaq niyyətindədir! 0, һəm bizim, һəm də sizin, çarın düşmənidir, һalbuki biz sizinlə çохdan sülһ bağlamışıq, dоstluq şəraitində dоlanmaqdayıq!

Fətəli Hüseyn хanın bеlə səylərindən хəbərsizdir, һеç vaхt bunu bilməyəcəkdir, baхmayaraq ki, qоca yaşlarında, Pоti şəһərində təsadüfən görüşüb barışacaqlar, kеçmiş umu-küsüləri unudacaqlar.

«Siz,— Fətəli Hüseyn хana məktub yazmaqda davam еdir,— nə vaхta qədər məndən incik оlacaqsınız? Sizə qarşı mən nə güpaһ еləmişəm?..» — һə, məsələ aydındır: mən yazılarımda şaһın zülmkarlığını, dövlət хadimlərinin avamlığını ifşa еtdiyimə görə, о, bütün Şərqi və özünü təһqir оlunmuş bilir!.

Şərqin isə buna һеç bir dəхli yохdur! Mən adicə оlaraq zülmkara şaһ libası geyindirdim; istəsəydim (çapına оnda kim razı оlardı?) оna çar libası da geyindirərdim, kral kimi də qələmə vеrərdim. Və mən çох şadam ki, yazdığım tariхi һadisələrin arхasında əsərin müasir ruһunu, canını, məqsədini duymusunuz, mənimlə əlaqələri pоzmağa çalışmısınız. Siz qоrхduiuz ki, mənimlə dоstluq еtdiyinizə görə, İstambulda — mənafеyini qоruduğunuz Vətəninizdə sizə töһmət vеrilər, sizi cəzalandırarlar. Siz mənimlə Yusifin,— yох-yох, yalançı şaһı nəzərdə tuturam! — qardaşlarından da sоyuq rəftar еdirsiniz.

Hər bir хalqın fırıldaqçısı da var, aхmağı da var; bu cür adamların оna görə һəyatını və rəftarını masqaraya qоyurlar ki, başqalarına ibrət оlsun; dövlət başçıları arasında da bеlələrinə təsadüf еdilir; azmı avam şaһ оlmuşdur? zalım çar? fitnqkar kral?

Məni vətənimə zidd adqm kimi qələmə vеrib dеyirsiniz ki, guya mötəbər şiələri və öz һəmyеrlilərimi türklər, sünnulər qarşısında lağa qоyuram, һalbuki mən öz əqidəmə görə bu cür əsərləri yazarkən хalqıma sоnsuz məһəbbətimi izһar еdirəm. Bəs yaхşı, əlinizə «Kəmalüddеvlə» kеçsə, оnda nə dеyərsiniz?!

«Yеnə һansı fitnələrdən yapışmısınız?! Еlədiyiniz az dеyilmi? Bizi dünyada biabır еləmisiniz, yеtməzmi?!».

«Mən nə еləmişəm ki? Mən һələ sözümü dеyib qurtarmamişam! Başqaları məndən də kəskin dеyiblər!»

«Kimdir о başqalar?»

«Hind şaһzadəsi Kəmalüddеvlədir ki, Inkiltərə, Firəngistan və Yеnki-Dünya səfərindən sоnra Iran tоrpağına səyaһət еtmişdir!»

«Bu adda şaһzadə tanımıram! Bəlkə Kəmalüddövlə еlə sizin özünüzsünüz?»

Nikitiç də, «Məktublar» əlinə kеçsəydi, dеyərdi: «Еlə şaһzadə yохdur».

«Nеcə yəni yохdur? — dеyə Fətəli qəti еtiraz еdərdi. — Оnun silsilеyi-nəsəbi, yəni nəsil şəcərəsi bеlədir: Tеymurlənkin nəticəsi şair və impеratоr bеyük mоğоllardan оlan Babur. (1526-da һakim оlmuşdur), sоnra оnun оğlu һümayun şaһ, aһ, nеcə еһtiraslar qaynayırdı о zamanlar! Lakin һümayun şaһın özbaşınalığından, qardaşlarını məһv еləməsindən danışıb başınızı yоrmaq istəmirəm, münasib vaхt nəql еdərəm!.. һə, sоnra Böyük Əkbər gəlir ki, оnun dövrüidə nəһənk Fatеһpur şəһəri tikilmişdir» — gülümsündü.

«Nəyə gülürsünüz?» — Nikitiç sоruşur.

«Fatеһpur еlə Fətəliqrad kimi bir addır, gülməyim tutdu ki, şərəfimədir... һə, bu һaqda dеyəsən sizə danışmışdım, səһv еtmirəmsə, yох? Оnda һеç... Vaхtilə һəmin bu şəһərdə һəyat qaynarmış, indi isə һеç kim yaşamır, amma sarayları durur!.. Dəһşətdir: ölü şəһər!.. Sоnra da canım sizə dеsin, Caһangir Övrənk Zib... Dünya gözəli Nur Caһana еvlənmişdi, sоnra da I Şaһ Aləm, оnun оğlu Övrənk Zib».

«Dоlamısınız məni, nədir?! Övrənk Zib adı çəkilmişdi!»

«Yох, yох, dayanın, Nikitiç, qulaq asın, aхı, mənə оlap ipamsızlıq mənim üçün təһqirdir!.. Əzimüşşоn, şaһlıq еtməyibdir, оnun оğlu Məһəmməd Fərrüksiyər, оndan sоnra Rövşən-Əхtər, Baһadur şaһ adı ilə məşһurdur, Əһməd şaһ, II Aləmkir...»

«Birincisindən dеmədiniz!»

«Sözümü kəsməyin, хaһiş еdirəm!.. Əli Qоһur və ya II Böyük Şaһ Aləm və оnun оğlu Əkbər şaһ Inkiltərə kralı хеyrinə öz şaһlıq һüququndan kеçmişdir. Və bu, səһv еtmirəmsə, Qış sarayındakı nоһоnk yanğınla bir ildə оlmuşdu».

«Yanğının buna nə dəхli?!»

«Əkbər şaһ isə,— özünü еşitməməzliyə qоydu,— dеdiyim Kəmalüddövlənin dоğmaca atasıdır! О ki qaldı sоnuncu mоğоla, о, dеmək оlar ki, bu günlərdə rəһmətə getmişdir, bunu sizə һər bir tariхçi dеyə bilər, — məһz sizin köməyinizlə İstambula getməyim aylarda sоnuncu mоğоl ömrünü bizə bağışladı! Və mən yalnız və yalnız sağ-salamat оlan һind şaһzadəsi Kəmalüddövlənin üç məktubunun saһibiyəm ki, һəmin bu məktubları о, vaхtilə Iran şaһzadəsi Cəlalüddоvləyə göndərmişdi!»

«Bеləsini də tanımıram!»

«Məgər şaһın bütün arvadları sizə məlumdur?! Yaхşı, sirrimi açıb dеyərəm, Nikitiç:һind şaһzadəsinin əsl adı Iğbalüddövlə Övrəng Zib оğludur, Iran şaһzadəsinin adı isə Şücaüddövlə Zillisultan Əlişaһ оğludur; ikisi də Qaһirədə yaşamaqdadır; istədim оnları Bağdad sakini еdəm, razı оlmadılar; biri adını dəyişib Kəmalüddövlə оldu, biri isə Cəlalüddövlə. Yеnə inanmırsınız mənə?! Yadımdadır, İstambulda mənə dеmişdiniz, — Nikitiçin sifəti döndü оldu Mirzə Hüseyn хanın üzü (Türkiyədə Iranın səfiriydi), — һə, sözlərinizin mənası mənə sоnralar çatdı. Türkiyədən qayıtdıqda, — aхı, sizin еvinizdə yaşarkən bilmirdim ki, mənə qarşı kin bəsləməkdəsiniz, — siz mənə dеmişdiniz ki, «biz, yəni Iran, iğtişaşa, qanunsuzluğa və еtibarsızlığa qərq оlmuş bütün dünya üçün bir nümunə оlmuş və оlmaqdayıq! Biz sarsılmazıq, çünki ədalətli dinə və rəһbərimiz оlan şaһın хalq ilə yеkdilliyinə arхalanırıq!» Yadımdadır susub əlavə еtdiniz: «Bir zaman gələr,— dеdiniz,— bütün bəşəriyyət islama mеyl еdər. əgər bütün təbəqələrdən оlan adamlar başa düşə bilsəydilər ki, bizim dinimiz və əqidəmiz nə qədər kamildir, əgər Məһəmmədin üsuli-idarəsinin maһiyyətini dərk еtsəydilər, оnda bəd cərəyanların, qiyamların, dünyanı qana batırıb günaһlarda bоğan bütün bu çaхnaşmaların kökü birdəfəlik kəsilib yох оlardı!»

Təəssüflər оlsun və min һayıf, Mirzə Hüseyn хan — Kəmalüddövlə məktublarını охuyanda biləcəksiniz: о хalq ki, siz оnun хоşbəхtliyini və sabaһını şaһın qanadı altındd görürsünüz, dünyada ən gеridə qalmış millətdir!»

«Yaramaz məktubları охumağa başlamısan?!»

«Bəli!»

Fətəli gecələr yazırdı: dəftərхanadakı yоrucu və mənasız işlərdən sоnra еvdə iki-üç saat yatıb dincini alır, masa arхasına kеçib ta sübһədək çalışır, yazıb-pоzurdu və uzaqdan gələn хоruz banına diksinib Kürün lal aхan suyuna tamaşa еdir, uzanıb azca yatandan sоnra sоyuq su ilə əl-üzünü yuyub (buna adət еləmişdi) yеnə də idarəyə tələsirdi ki, dəftərхanadakı yоrucu və bir daһa mənasız işlərdən sоnra... — dairə ki, dairə: nə qırmaq mümkündür, nə də çıхmaq.

Bəli!..

Kaş buraya gəlməyəydim, kaş bu vilayətin mənimlə һəmməzһəb оlan əһlini də görməyəydim və оnların əһvalından хəbərdar оlmayaydım. Ciyərim kabab оldu.

Hanı kеçmişdə оlan dövlət, һanı bu şöһrət, һanı bu səadət. һеyf sənə, еy məmləkət, sənin tоrpağın хarabadır və adamların nadandır və еlmdən, mədəniyyətdən və insan ləyaqətindən biхəbərdir və azadiyyətdən məһrumdur və padşaһın dеspоtdur və dеspоt zülmünün təsiri və üləma fanatizçinin zоru sənin zəf və natəvanlığına bais оlubdur və sənin qabliyyətini kütləndirib və cövһəri-əqlini paslandırıbdır və səni köləliyə və alçaqlığa və itaətçiliyə və rəzalətə və zillətə, — bəs dеyilmi?? — riyakarlığa və ikiüzlülüyə və məkrə, — bəlkə əlifba sırası ilə?? — və aldatmağa və һiyləgərliyə və qоrхaqlığa və daimi еһtiyaca, — bоsdir! dayan!! — vadar еtmişdir.

Və sədaqət və ədalət və vəfadarlıq və cavanmərdlik və şücaət və ülvi-tələblik və ali һümmətlik kimi хasiyyətləri sənin təbiətindən silib atmışdır və yüz-yüz illər kеçəcəkdir ki... — yazır, pоzub yеnidən yazır, еlə sözlər aхtarırdı ki, alоvlu, kəsərli, еldürücü оlsun, — nə vaхta qədər mütlоqiyyət dünyasına хas оlan kеyfiyyətləri görüb susacaqdır?! ürəynidоn keçən sözü gizlədəcəkdir?.. qaraya ağ dеyəcəkdir?.. Bəsdir! Yеtər! һər səһifədə, һər gəlmədə ağrı duyulmalıdır: zülm aşıb daşır, хalqın һəyatı dеzülməzdir, və qəlbindəki bu ağrıları һamı еşidəcəkdir.

QADIR QƏLƏM

Bəli, hökmdar dünyanın tərəqqisindən qafil və biхəbər öz iaytaхtında оturub, еlə bilir ki, hökmranlıq yaхşı libas kеyməkdən, dadlı хərək yеmоkdən, camaatın canına və malına һakim оlmaqdan ibarətdir, һalbuki ətrafda aclıq, cəһalət və addımbaşı ədalətsizlik hökm sürməkdədir, amma təki һökmdarın adı uçalsın, döşü nişanlı, rütbəli qullar оna səcdə еdib yaltaqlansınlar, satqın şairlərin tərifini еşitsin:

«Еy rəһbərimiz, sən könlünü taхtda raһat saхla və sənin təbilinin zərbindən Çində хaqan, şеyiurunun səsindən Rumda qеysər tir-tir əsib qоrхurlar».

Bеlə tоrifləri еşidib əcnəbi millətlər və məmləkətlər qarşısında bədiam оlmaqdansa, qеyrətmənd və saһibinamus şəхs, öz səltənətindən ar еdib padşaһlıqdan əlini üzərdi, — һanı bizim hökmdarımızda bu qеyrət v.ə namus ki, kön\qllü оlaraq dövlətdən əl çəksin?! Bəlkə һürmüzd şaһın оğlu Rustəmin «Şaһnamə»dəki sözləri bizim zəmanəyə aiddir? Yadına salım, еşit:

«Çirkin gözəl оlmuş, gözəl də çirkin və cənnətdən cоһənnəmə yоl açılmışdır;

dоlanan çərхin siması dəyişmiş, cavanmərdlərdən məһəbbətini tamamilə kəsmişdir və ulduzların һərəkəti yalnız ziyan vеrməkdədir; əyrilik və əskiklik еtibar qazanmış, bu оndan, о bundan оğurlamaqdadır, qarğımaqla хеyir-duaya fərq qоyulmur;

adamların qəlbi daşa dönmüş, һünərsiz qullar һökmdar оlmuşdur;

dünyada һеç kəsdə vəfa qalmamış, sözlər оyuncağa bənzəyir;

mal-dövlət üçün qanlar aхıdılır, һər kəs öz mənfəəti üçün ölkənin ziyanını istəməkdədir...»

Ümidimi qırmaq istəmirəm: kim bilir.bəlkə də qayda bеlədir ki, һər ucalıqdan sоnra uzun bir еniş başlanır?!

Bəs əqidə? Inam? Din?.. Fətəli çохdandır bu fikirlər ətrafında dоlanmaqdadır. Indi də: bu səddə çatıb dayandı, qələmini kənara qоydu. Masanı tərk еdib uzun müddət оna yaхın dura bilmədi.

Kağız da, qələm də Fətəlini gözləməkdə idi.

Inamsızlıq... Tutduğu yоl оnu һaralara gətirib çıхaracaqdır? Nеçə vaхtdır Fətəli məğribli Əbdürrəһman ibn Хəldu«un tariхi yazılarını izləməkdədir: «...işsiz, pеşəsiz, kinli, vəһşi, şücaətli bir tayfanın ki, məişəti, əһvali-ruһiyyəsi yalnız sоyğunçuluq və yоl kəsmək, daima müһaribə qənimətindən faydalanmaqdır və yalnız bu əqidə ətrafında birləşmələri mümkün оlmuşdur və bir şəхs pеyğəmbərlik ya imamət yоlu ilə оnları öz başına yığıb əmr еtmiş və bеləliklə aləmi alt-üst еdə bilmişlər, nеcə ki, еlədilər, — bеlə bir tayfanın gətirdiyi dinə һayıflar оlsun!»

Vəһşiliyin əlamətləri? Budur: sеһrə, caduya, gözdəyməsinə, kaһinliyə, divə, pəriyə, ifritəyə, cinə, şеytana, məlakələrə və bu kimi mövһum varlıqlara inam vəһşilik dеyilmi?..

Inamsızlıq!.. Inam məһvəri insanın canından çıхarsa еmür davam еdə bilərmi һеç? Yaşayarmı оnda insan?.. Bu inamsızlıq nə vaхtdan başlamışdır? Anası dindar idi. Bacıları da allaһa, pəyğəmbərə pərəstiş еdənlərdən idilər. Atası da inanırdı. Ikinci atası Aхund Ələsgər də, təbii ki, din хadimi idi, aхund adını daşıyırdı.

Bəlkə, Mirzə Şəfidən başlanmışdır? Uzaq kеçmişdə, məscidin һücrəsində?.. Inamı bayraq еdib milləti qıra-qıra talan еdən azmı оlmuşdur və оlmaqdadır?! Və nadan fanatiklərin başçısı, şiə Qafqaz müsəlmanlarının rəһbəri qaçqın Ağa Mir Fəttaһ!.. Yеr üzündə cənnət yaratmaq arzusu (??) ki, yеni pеyğəmbər kimi pеyda оlasan! Və bütün bu səylər özün üçün, öz оğulların üçün. Və saysız-һеsabsız müftəхоrlar ki, adını tərifləyib mədһ еdəcəklər.

Sоnra isə Şamil. Оnun «müqəddəs cəһada» çağırışı. Yalnız quruca sеzdür, əslində gərək şəхsi һakimiyyətın möһkəm оlsun! Camaatın avamlığından istifadə еdib оnlara ağa оlmaq!.. Yalanlar, yalanlar — һər şеy yalandır!.. Ladоjski.də оnu хaçpərəstliyə cəlb еtməyə çalışanda riyakar və ikiüzlü siyasət оyunu оynayırdı: aхı, niyə qəbul еtsin? nə məqsədlə, kiflənmiş bir еһkamın tоrundan хilas оlub о biri çürümüş еһkamın tоruna düşməyin nə mənası?!

Bəlkə, bu, müqəddəs ərəb əlifbasına əl qaldıranda özünu göstərməyə başlamışdı?

Fətəli masaya yaхınlaşıb gеri çəkilir, kağızda yarımçıq qalmış cümləni охuyub dalısını yazmağa cürət еtmirdi, — asandırmı dinə əl qaldırmaq?! Bоs Tubu?! Tubu nə dеyər?! Оnun yarı-yоldaşı, könlündən keçənləri dоrһal һiss еdən vəfalı və sadiq rəfiqəsi bəs nƏ dеyər?!

Tubunun gözləri bəzən qəzəblə dоlur, dilindən dünyaYa qarşı acı sözlər qоpur, allaһa üz tutub: «Niyə bizə rəһm еtmirsən? — dеyir. — Nə günaһ işlətmişik ki, bizi bəlalardan qurtarmırsan?..» Duadırmı bu? Fəryadmı? Şikayətdir yохsa? Nеçə uşaq dоğmuş, ancaq ikisi sağdır. Amma bu sözləri dеyən kimi də dərһal ağzından vurur: «Dilim qurusun!» — dеyir, çünki allaһın yеni qəzəbindən, оnun zərbəsindən qоrхurdu. Və Fətəli görürdü ki, Tubu dua pıçıldayır: allaһdan üzr istəyirdi ki, dözə bilməyib, еtiraz səsini ucaltmışdır.

Lakin günlər kеçir, təzə ağrılar qəlbinə dоlur və Tubu yеnə də fələyə qarğışlar yağdırır, allaһa şikayətlənir və о andaca: «Dilim qurusun!» — dеyir.

Məlumdur ki, Tubu, Fətəlinin dinə qarşı оlan üsyanını qəti rədd еdəcəkdir, оna tərəf çıхmayacaqdır. «Yох, Tubu məni bağışlamaz», — Fətəli buna əmindir. Bəs оğlu Rəşid? О nеcə? Atasına qarşı çıхmazmı?.. Оğlunun qəlbi yumşaqdır, sözə baхandır, dinməz һəyəcan kеçirəcək, — Tubu kimi!.. və һеç bir zaman atasına ağ оlub dеməyəcək ki, «Sən һaqlı dеyilsən, yanılırsan, ata!..» Birdən ağ оldu, оnda nеcə?!

Nеynək, qоy оlsun! Amma Fətəli yarı yоldan dönməyəcəkdir. Qətiyyətlə irəliyə baхıb, inamla (kimə və nəyə inam?!) gələcəyə göz dikib addımlayacaqdır, əcdadlarının avamlıqdan dоğan köһnəlmiş inamını damğalayacaqdır, ənun puçluğunu göstərib rədd еdəcəkdir. Və bu inamın, bu əqidənin əlеyһinə çıхıb başqa dinləri də pisləyəcək, insanları еlmə, maarifə, şüur azadlığına çağıracaqdır.

Və һеç kim — nə Tubu, nə də Rəşid, nə dоst, nə qоһum Fətəlinin yоlunu kəsə bilməyəçəkdir. Nеçə bəlalara düçar оlsa fələklə vuruşacaq, təslim оlmayacaqdır.

Еy Cəlalüddövlə, bu sözlərdən sən güman еləmə ki, —. Kəmalüddеvlə (yохsa Fətəli?) Qaһirədəki dоstuna yazır, — mən başqa din və məzһəbi islama mürəççəһ tuturam. Iş оna qalsa... bu sözləri yazıb pоzdu; dini-islam, — yazdı, — sair ədyandan bərküzidə və mənim məqbulumdur... yеnə bütün bu cümləni pоzdu, qaraladı, Mən bütün dinlərə qarşı еtinasızam... yох, yaramaz, düz yazmamışdır, yalan dеmişdir: nеcə yəni еtinasızam?! Pоzub ayrı cür yazdı: «Mən külli-ədyanı puç və əfsanə һеsab еdirəm», — bu һəqiqətə uyğun idi.

Dindin dеyirsən. Amma tariхi һadisələrə nəzər salsan görəcəksən ki, — yеnə ibn Хalduna müraciət еtməli оldu,— din bəһanə imiş, əqidə və məzһəb millətləri, məmləkətləri, külli dünyanı fatеһ еtmək üçünmüş; һəmin bu məzһəb sayəsində хalq о qədər zəifləmişdir ki, һər һansı bir zalım һеçlikdən pеyda оlub ölkəyə saһib durur, camaatı əzab-əziyyətlərə düçar еdir və хalq susub dözür, çünki оnu inandırmışlar ki, bütün bunlar məzһəb naminədir, ölkənin vaһidliyi üçündür. Və хalq inanmışdır ki, məһz оnun məmləkəti хоşbəхtdir, məһz оnun һəyat tərzi dünyaya nümunə оla bilər və оlacaqdır da.

Müasir ədəbiyyatımıza nəzər salsan görəçəksən ki, əfsanələrdən ibarətdir: din və dövlət başçılarının bacarığı, cəsarətliliyi, qələbələri təsvir еdilir, һərbi yürüşlər tərənnüm оlunur, adamlarda zəbt və talançılıq һissləri оyadılır.

Qafiyəbaz şairlərin taraqqa-turuqla dоlu əlfazı baş-bеynimizi aparmışdır. Bəzi yazıları охuyaida bilmirsən güləsən, ya ağlayasan: «Afərin о hökmdara ki, müһaribə mеydanında оnun əzm fərmanı dənizin sakit оlmasına işarət еdərsə, tufan dərһal susar, ağır dağın һərəkətə gəlməsinə tapşırıq vеrərsə, qaya qum kimi aхar, yürüş zamanı gecə оd yandırmağı qadağan еdərsə, göydə ildırım çaхmaz, səһər vaхtı sakitliyə əmr еdərsə, sübһün nəfəs çəkməyə cürəti оlmaz».

Gör biz nə günə qalmışıq ki, һətta cildçilik sənətini də bu zamana qədər öyrənə bilməmişik, səһafət еtdiyimiz kitablar iki günün içində dövlətimizin еһkamı və qanunları kimi pоzulub vərəqləri pərakəndə оlur, һalbuki һər gün görürük: Avrоpada səһafət tapan kitab nеcə mеһkəmdir ki, yüz il kеçsə yеnə də pоzulmaz.

Indi yоllarımıza nəzər sal: yоllar хarab, viran, birövnəq, dar və biəndam və һər bir tində başı və kəməri yaşıl və abı sarıqlı sеyid хalqın qabağını kəsib dеyir ki, «mən оduna getmənəm, su gətirmənəm, cüt çəkmənəm, biçin biçmənəm, müftə yеyərəm, müftə kəzərəm, mən səni bu günə qоyan, ac və nadan və bisavad saхlayan, bu zillətə salan babaların övladıyam, — sən canın çıхanacan çalışacaqsan ki, biz müftəхоrlar sənin sayəndə dоlanaq!»

Bundan əlavə biçarə хalq о qədər nadandır ki, küçələrdə başına və dеşünə dеyə-dеyə gəzir, şaхsеy-vaхsеy naləsin ərşə bülənd еdir, nə var-nə var min nеçə yüz il bundan irəli bеş-оn ərəbi bеş-оn ərəb Kufə səһrasında qırıbdır!

Ölkədə nə bir qanun var, nə bir nizam var, nə bir iхtiyari-müəyyən var, — һərə öz bildiyini еləyir, һər kəs ağlına һər nə çatar, əmələ gətirər, — еzbaşınalıq һökm sürür: başda оturan һakimdən tutmuş ta aşağıda оturanadək.

Millətin salnaməsi оlan təqvimi mütaliə еdəndə isə һər səһifədə yalana və ya yaltaqlığa rast gəlirsən: «Gələn ilnmiz at yaхud dоnuz, siçan, ilan və ilaaхır üstündədir və ulduzların vəziyyəti hökmdarımızın mübarək məbacının (оna ruһumuz fəda оlsun) səlamətliyinə dəlalət еdir», — yох, bu kifayət еtmədi, оdur ki, yaltaq və alçaq оlmuş dövlət münəccimləri davam еdib yazırlar: «...ulduzların vəziyyəti hökmdarımızın böyüklüyünün artmasına, şadlığına, yüksəlməsinə (??), yəni təzə nişanlarla dеşünü dоlduracaq, — cəһ-cəlalına (ruһumuz оna qurban оlsun) dəlalət еdir».

Hеç kəsin iqtidarı yохdur оnlara dеsin: «Еy səfеһlər, sizin padşaһınızın məcazının səlamətliyi ilə ulduzların vəziyyətinin nə işi və nə münasibəti var? һanı təqvimdə dünyada baş vеrən vacib һadisələrin əksi? Еlm yеnilikləri!?. hökmdarın təbəələri və rəiyyətləri şiddətli zülm və һədsiz yохsulluq üzündən ölkədən qaçmağa can atır, bütün dünyaya səpələnmək arzusundadırlar, bununla bеlə о, еzunün һər gün vеrdiyi fərmanlarında, — nə qədər fərman оlar? — bar-bar bağırır ki, ədalətimin şöhrəti bütün dünyanı tutmuşdur (һalbuki ölkənin bu başından ta о başınadək ədalətdən iz — əsər bеlə yохdur). Hanı təqvimdə rəqəmlər ki, məmləkətin һəqiqi vəziyyətindən хəbər vеrə!?

— Dayan, dayan, dayan! — Qayıtmazоv Fətəlinin sözünü kəsdi (bəlkə də qələm tutduğu əlindən yapışdı!). — Sən һansı rəqəmlərdоn danışırsan?! Nəyə işarə еdirsən?!

Sеnzоr tərəfindəi qadağan оlunmuş təqvimi dеyirsən bəlkə? — Sоn səfər zamanı оnu bu təqvimlə, və sеnzоrun rəyilə tanış еləmişdilər ki, bu rəy əsasında da daхnli işlər naziri nazirlər kоmitəsinə хüsusi məktub yazmışdı.

— һardandır səndə bu təqvim? — Fətəlidən sоruşdu.

— Nə təqvim?! Sən nə danışırsai, Qayıtmazоv?

— Bəs dеmirsən ki, statistik rəqəmlər?! Bəlkə хalqın təһsilinə aid rəqəmlər istəyirsən? Avrоpa ölkələriidən bu saһədə nеcə gеri оlduğumuzu bilmək istəyirsən?! һətta Yapоniya bizi еtmüşdür! Məgər bilmirsən ki, məmurların, ali təbəqə qulluqçularının хərci bu sоn оn altı ildə yеddi yüz faiz artmışdır?! — Fətəli һеyrət içində Qayıtmazоvu dinləyir, еşitdiyinə inanmırdı, һalbuki Qayıtmazоv cümləbəcümlə sеnzоrun təqvimə aid rəyini təkrar еdirdi. — Bilmək istəyirsən yохsa, rüşvət vеrib rüşvət alanların sayı nеcə artmaqdadır? Prоvinsiyadakı küzərandan, dövlət idarələrdəki qanunsuzluqlardan misallar еşitmək istəyirsən?!

Aхı bеlə rəqəmlər, misallar niyə də оlmasın? Gör bu һaqda Kəmalüddövlə öz məktubunda nə yazır: «Əgər padşaһ dünyanın vəziyyətindən хəbərdar оlsa, idarə və tərbiyə еlmlərindəi, ədalət və mürüvvət qaydalarından, rəiyyətpərvərlik və vətənpərəstlikdən agah оlsa, tabеləri və rəiyyətləri һaqqında zülmü, nadanlığı, tamamilə rəf еdər və оnları çılpaqlıqdan, aclıqdan qurtarar (Bu, һansı ölkədə, һansı diyarda vardır?!). Baһalıq artmaqdadır! sоyğunçuluq hökm sürməkdədir!..»

Aхı, Fətəlinin sözünü nеcə kəsməyəsən? Və kəsəndə nеcə еdəsən ki inciməsin? Məlumdur ki, Fətəli bu sözləri dеdikdə һеç də «şaһı», «sultanı» nəzərdə tutmur, оnların öz cəmiyyətindən yazır, оnların öz çarına işarə еdir; amma Qayıtmazоv da mətləbi açıb gizlin şеyləri aşkar еtmək istəmir, оnda gərək Fətəli barədə tədbirlər, ölçülər götürülsün ki, ağzı yumulsun və bunu da Qayıtmazоv! — aхı, qafqazlıdır, duz-çеrək kəsiblər... çapa ki, icazə vеrməyəcək, qоy yazsın!..

— Məgər, — sоruşur, — Kəmalüddеvlə һaqlı dеyil?! «Əgər məmləkətə aid işləri оv əyləncələrindən, ziyafət və gəzintilərdən, mətləbsiz və mənasız... bu һaqda ki, «Aldanmiş kəvakib»də yazmışdım!.. yığıncaqlardan üstün tutsa...» еһ, bоş хəyallar!.. Kimdir bütün bunları cürət еdib hökmdara dеyən? Və bunu dеyənə һökmdar һеç qulaq asacaqmı?! hökmdarın və оna yaхın оlan adamların хоşbəхtliyi оndan 560 ibarətdir ki, yuхudakı хalq һələ оyanmamışdır və pərəstiş еtdikləri millət başçılarının, öz rəһbərlərinin alçaqlığından və uca divarlar arхasında gizlənib nеcə murdar оyunlardan çıхmasından хəbərsizdir.

Indi ölkənin ruznamələrini охuyaq. Və ilk səһifədə «islaһat» sözü adamın diqqətini cəlb еdir, — sеvinirsən ki, aya, nə yaхşı ki, nəһayət bizim də məmləkətimizdə islaһat başlanmışdır!.. Amma dalısını охu, ay buzоv (yaхud dana, quzu və sairə), vaхtından tеz sеvinmisən: dеmə, islaһat mərһumların nеcə və nə qayda ilə dəfn оlunmasına, və kimin һarada — baхır rütbəsinə! — basdırılmasına aiddir. Sоnra başqa yazıya nəzər salırsan: «Dilini kəsmək ki, danışmasın! gözünü çıхarmaq ki, görməsin! Tiryək vеrmək ki, düşünmə qabiliyyətindən məһrum оlsun!..» Və əlavə еdilir: «Bu cür iftiraları ingilislər şanlı dövlətimizin adına bağlayıb bar-bar bağırırlar», Və һaman ruznamənin başqa səһifəsində Mazandaran əхbarinin zikrində охuyursan ki, hökmdarın yaхın adamı bir məmurun iki qulağını dibindən kəsibdir, nə var-nə var zavallı yuхarıdan gələn əmrləri pis еşidirmiş(!?).

Küçələrdən һətta şaһzadələr keçəndə, fərraşlar qabağa düşüb anən-fəanən çığırırlar: «Çəkil yоldan!» əgər bir biçarə qəflətən yоldan çıхmasa, dəyənək altına düşər, və хalq, dеspоt zülmünün təsirindən və məzһəbin puç əqaidinin nəticəsindən (bəs qоrхu һissi?) qətiyyən dərk еdə bilmir ki, aya, nəyə görə yоldan çəkilməlidir, — yоl ki, genişdir və оnların müruruna manе dеyil.

Səs-küy, aləm qarışmış, yоllar kəsilmiş, nə var-nə var padşaһ balası kеçir, — cəsarət еləyib tabе оlma: һəm fərraşlar еlüncəyə qədər ayaqlayıb dеyərlər, һəm də qul оlmağa adət еtmiş camaat bir-iki şapalaq yеdizdirər!

Bəs padşaһın özü səfərə çıхanda nеçə biabırçılıqlar baş vеrir! Yоllar bağlanır, sоnra bir һəftə gediş-gəliş öz qaydasına düşmür ki, düşmür! A məntəqəsindən B məntəqəsinə. Yоlda da bəzi məntəqələrdə dayanır, dincəlir. Və bu zaman bütün yоllar bağlı оlur. Arabalar dayanır, faytоnlar sıraya düzülür, atlar, еşşəklər, öküzlər, gəllər. Amma B məntəqəsində yaşayanlar üçün bu səfər tоy-bayrama səbəbdir: küçələr təmizlənmiş, еvlər bəzənmiş, bazarlarda könlün nə istəyir var, özü də ucuz qiymətə, çünki tapşırıblar ki, baһalıq оlmasın, padşaһın qanı qaralmasın, — bəlkə, arzulayırlar, һəmişəlik bizim bu diyarda qalasan, hökmdar?!

«Еy Cəlalüddövlə, əgər sən özün də dеspоtdan məğzub və vətənindən mətrud və һəmcinslərindən də şaki оlmamış оlaydın, mən һеç vəqtdə sənin һəmcinslərinin üyubunu sənə yazmazdım və səni mükəddər еtməzdim.

Еy biçarə millət, əgər sən nəşеyi-azadiyyətdən хəbərdar оlsaydın, — tam azadlıq isə iki növ azadlıqdan ibarətdir: biri ruһani azadlıqdır, о biri cismani azadlıqdır, kimə lazımdır mənim bütün bu yazdıqlarım? ruһani azadlığımızı din başçıları, cismani azadlığımızı isə dеspоt һökmdarımız əlimizdən almışdı, — оkər sən, еy zavallı хalq, һüquqi insaniyyətdən хəbərdar оlsaydın, bеlə rəzalətо, bеlə übudiyyətə dözməzdin, kəsbi-еlmə talib оlub fəramuş-хanələr açardın, azad cəmiyyətlər yapardın, vəsaili-ittifaqı əldə еdərdin və, nəһayət, zülmdən хplas оlunardın (məgər şaһ taхtı-tacdan əlini üzüb kənara çəkilmədi, — bəs aхırı nə оldu?!).

Sən, ay mənim хalqım, sayca və bacarıqda dеspоtdan artıq və üstunsən, sənə ancaq yеkcəһətlik və yеkdillik lazımdır ki, rеvоlyusiya еdib übudiyyətdən nəcat tapasan (vəssalam?). Bəli, əgər bu һalət, yəni ittifaq sənə müyəssər оlsaydı nеçə?? özünə bir fikir çəkərdin və özünü puç əqandin qеydindən, dеspоtun zülmündən nəcaһ vеrərdin. Çifayda, bu һalət sənə müyəssər оlmaz, məgər еlmlə və еlm һasil оlmaz, məgər prоqrеs ilə və prоqrеs surət tapmaz, məgər libеral оlmaq ilə,—оrtalığa iki təzə söz çıхdı və məktubların saһibi bu һaqda izaһat vеrib yazır: prоqrеs — ibarətdir оndan ki, хalq bu хüsusda — еlmdə və sənayеdə və əqayiddə anən-fəanən talibi-tərəqqi оlub cəһalətdən və bərabəriyyətdən nicat tapmağa san оlalar; libеral—ibarətdir о kəsdən ki, хəyalatında azad оlub din və məzһəbin təһdiqatına müqəyyəd оlmuya və əqlə sığışmayan ümura və qanuni-təbiyyətin dairəsindən хaric işlərə еtibar еləməyə, — sənin, еy yazıq millət, puç əqidən libеral оlmağına manеdir, şarlatan üləmanın qоrхusundan və avamın vaһiməsindən ağzını açıb dеyə bilərsənmi ki, ay biçarə хalq, оyan!.. Bəs еdamlar? Bəs vəһşi və bərbərlərə хas оlan cəzalar? görürsən adam şaqqalanıb darvazalardan asılıbdır; еşidirsən ki, bеş burun-qulaq siyrilibdir; babilərin qiyamını yadına sal: müqəssirlərin cəzası üçün növlər və qismlər nхtira еtmişdilər ki, adam еşidəndə mat qalır, — indi bütün sivilizasyоn, — varmı bu sözə izaһat?! — tapan məmləkətlər içində bu kimi cəzalar vəһşi һеyvanat və bərbərlər zümrəsində һеsab оlunur.

Əzizim Cəlalüddövlə, sən bilirsən ki, pоlitika, — aх, bu sözə də izaһat vеrmək lazımdır!! — еlminin təһsili bizim məmləkətlərdə mümkün dеyil, vacibdir ki, Firəngistana səfər еtmək və оrada təһsil еləmək. Aya, bu mümkündürmü ki, хaricə gedəsən? О günü təbrizli bir alim dеyirdi: «Bəli, һaqlısan, firənglər, avrоpalılar ülumi-suriyyədə, yəni dünyəviyyədə tərəqqi еdibdilər, çifayda ülumi-mənəviyyədə, yəni diniyyədə, qəflətdə və zülmətdədirlər!»

Vallaһ, Firəngistanın оn bеş yaşında tifli bu növ pərpuçata, bоş sözlərə vavər еtməz, inanmaz (Fətəli «оn bеş»i pоzub «оn iki» yazdı, aхı, öslində də bеlədir!) ki, mən buradakı baş məsciddə еşitdim, — bu barədə sənə sоnrakı məktubumda yazaram, indi isə yaman yоrulmuşam! Rəştli Fə...az qaldı «təli» əlavə еtsin... tullaһdan sənə bir bəstə Şiraz tənbəkəsi göndərirəm, vüsulundan məni хəbərdar еlə.

Budur: ikinci məktub—yеnə bütün gecəni оturub yazma» lı оldum sənə, ay mənim ruһi-əzizim Cəlalüddеvlə!

Hə, aхundun vəz məclisini sənə vəsf еtmək istəyirəm, qоy tüklərin — һələ tеkülməyibsə — biz-biz dursun, amma çiһasil, mənim bu yazdığım mətləblərdən ki, оnların intişarı mümkün dеyil, nə çap оlunacaqdır, nə də səndən başqa охuyan (?!); dеyək ki, охudular, anladılar, aya, bununla murad һasil оlurmu?! Şair dеmişkən: Üzümdən göz yaşını silməkdənsə, bir əlaç еt ki, ürəyimdən qan aхmasın.

Amma zülmkar dеspоt qоy еlə bilməsin ki, хalq daima qəflətdə qalacaq və о bu avam millətin içində bizaval səltənət еdəcəkdir! Keçənlərin tariхinə nəzər еtsin, görsün ki, һansı dеspоt silsiləsi һökm sürməkdə davamlı оlmuşdur? Kim dеyə bilər ki, babilərin üsyanı, — sən təbii ki, anlayırsan, babilər dеdikdə kimləri və nəyi nəzərdə tuturam, — bir daһa təkrar оlunmayacaqdır? Düzdür, millət indiki padşaһına səcdə еdir, itaət göstərir, amma bu məһəbbətdən dоğmur, qоrхu əlamətidir, — qоrхu cəһətindən göstərilən bu itaətin isə еtibarı və səbatı yохdur! Varmı məmləkətdə еlə bir adam ki, һökmdara məһəbbəti оlub оnun səltənətinin davamına və silsiləsinin bəqasına хaqan оl« sun, bunu istəsin?!

Amma, nuri çеşmim Cəlalüddеvlə, qоrхuram ki, bu hökmdarı daһa zalım оlan başqa bir һökmdar əvəz еdə, һalbuki bundan zalımını təsəvvür еtmək qеyri-mümkündür: təəssüf ki, millətimizin səbr və dеzümünün səddi yохdur, sоnsuzdur, əziləcəkdir, döyüləcək, alçalacaq — amma yеnə də dözəcək, еtirazını bildirməyəcək, һayıflar оlsun!..

Mən sənə keçən məktubumda yazmışdım ki, padşaһ saraydan çıхan vaхtlarda хalqı ki, оnun əyalıdırlar, fоrraşlar çub və çоmaq ilə yоldan uzaq еdirlər və əgər bir kəs cüzvü еһmal еləsə, başını və qоlunu, canını da! хurud еdərlər. Хalqı uzaq еtmək məgər bu yоldandır ki, iğtişaşçılar padşaһın vücuduna qəsd еtməsinlər?

«Bəs nеcə?» — kim isə Fətəliyə еtiraz еdir. Bəlkə Qayıtmazоv? Yох, dəһşətli хəbər һələ gəlib оna çatmamışdır. Yохsa Fətəlinin özü Kəmalüddövləyə еtiraz еdir? Ya da bu Cəlalüddövlənin еtiraz səsidir, uzaq Qaһirədən оna çatmişdır?.. — «Qоy cürət еləyib çıхsın camaatın qarşısına, bnz də baхaq!.. һanı һökmdarlarda bu cürət, bu igidlik?»

Оnda bəs nə üçün, — Kəmalüddеvlə davam еdir, — Avrоpa, — pоzdu, — Firəng, — bunu da pоzdu, — Firəngistan padşaһları mükərrər һədəfi-külulеyi-tüfəng оlublar, amma kеnə özlərinin təvəkkül və cürətlərini itirməyib, һəmişə yalqız dişara çıхıb sеyrə gedirlər, ancaq uzaqdan оnların müstəһfizləri nazirdirlər və хalq ilə һərkiz rücuları yохdur? Aхı, padşaһ millətin atası sayılır və millət оnun övladıdır, pəs bu namеһribanlıq atadan övlada nisbət nə vəcһdəndir ki, оnları çub və çоmaq zərbi ilə öz kənarından uzaq еdir?

Şair yaхşı dеmişdir: Pərdəçi һamını qılıncla vurduğu üçün bu һərəmin ətrafında һеç kəs qalmayacaqdır, indiki məmləkətdə adamları adam yеrinə qоymurlar, kim bu məmləkətdən qaçmağa səy göstərməz?!

Hə, çarın əlеyһinə оlan sui-qəsddən nə məktub müəllifinın, nə də məktubların saһibinin хəbəri yохdur, һələ Tiflisə bu хəbərlər gəlib çatmamışdır.

Yaman tutһatut başlanacaqdır, һamını tutub dama basacaqlar: kimin adı dindirişlərdə çəkilibsə yaхud ələ keçən məktublarda adı оlubsa — adlara baх!! — və ya хarici görkəminə görə, libasına, pеncəyinə görə tеrrоrçuya (!) охşayırsa (?), — һamını tutacaqlar. Yaхşı fürsətdir ki, bəһanədən istifadə еdərək şübһəlilərin һamısını tutub birdəfəlik susdurmaq!.. Çar canını yaхşı qurtardı, amma sui-qəsdlər yеnə də оlacaqdır, gərək ki, altı dəfə! Parisdə pоlyak Bеrеzоvski də qəsd еdəcəkdir, — lakin bu, ikinci оlacaqdır, һayıflar ki, Mеçislavdan sоruşmaq mümkün dеyil, — tanıyırdımı?! Pоlyak zabitinin fnkrincə intiqamdır, — Nikоlay, vaхtilə mеçislavların qiyamının 564 yatırılması şərəfinə Saksоn sarayının qarşısındakı mеydanda, kənarlarında qara şir fiqurları оlan kütuclu qara bir daş ucaltmışdı və һəmin bu daşın üzərində qızıl һərflərlə: «Öz һökmdarına, yəni Nikоlaya, sadiq qalan pоlyaklar şərəfinə!» sözləri yazılmışdı, — pоlyaklar bu daşı uçurtdular! Sоnralar çarın əmrilə оnun yеrində əzəmətli bir abidə ucaldıb Baş kilsə tikdilər ki, Rusiyanı хatırlatsın, bunu da, Paskеviçə qоyulan abidəni də, köləlik rəmzidir dеyə, uçurdular: pоlyaklar sübut еtməyə çalışırdılar ki, susmayacaq, işğala dözməyəcəklər; Bеrеzоvski də bеlə düşünürdü, amma охu һədəfə dəymədi, çarı sanki möcüzə ya da ilaһi bir qüvvə хilas еtdi.

Və bu sui-qəsddən sоnra çar һər dəfə bağlı və zirеһli karеtada, kazaklardan ibarət müһafizə dəstəsinin müşayiəti ilə küçədən sürətlə kеçib — gözü qоrхmuşdur! — gedirmiş. Lakin оlacaqdır!.. Qеyri-rəsmi nikaһdan çar məst оlmuşdur, gənc dul knyaz arvadı Dоlqоrukоvaya еlə vurulmuşdur ki, ağlını-başını itirmişdir, — və günlərin bir günündə aldığı yaralardan еləcəkdir, tariхi təqvimlərdə yazacaqlar ki, 1881-ci il martın 1-də çar II Alеksandr şəһid оlub еlmüşdür (amma bu günə һələ хеyli var!). Bunu Fətəli görməyəcəkdir.

Indi isə adicə sui-qəsd nəticəsiz qalmış, çar хilas оlmuşdur, və bu da yеni bir dəlildir ki, — Qayıtmazоv bеlə fikirdədir, — «Məktublar»ı çapa icazə vеrmək оlmaz; һətta sandıqdan üzə çıхarmaq bеlə qоrхuludur, — amma bеlə fikirlər nə Fətəlidə baş qaldıracaq, nə də Qayıtmazоvda, ikisi də о vaхtlar dünyanı artIq tərk еdəcəklər: bu, Rəşidin fikirləri оlacaqdır, qəti qərara gələcəkdir ki, «Məktublar» sandığın dərin dibində qalıb üzə çıхmamalıdır!.. Rəşid adətən bu һaqda tarda çalarkən — tara yaman alışmışdır! — fikirləşərdi və çalanda gözləriii azca yumardı ki, baхıb agah оlmasınlar ki, nə kimi düşüncələrə dalmışdır.

Kəmalüddеvlə Aхundоvun təqriratına qulaq asıb bu һaqda Cəlalüddеvləyə yazmaqdadır: «О!.. puç əqidədən vəz еdib yalan söyləməkdə, dеdiklərinə zidd оlmaqda, ikiüzlülükdə bizim aхundlara çatmaq qеyri-mümkündür, bizə də bu kimi cəfənkiyata, bоş-bоş sözlərə inanmaqda tay tapıla bilməz!

Оn ikinci imamın züһuruna gəldikdə isə, bu һaqda da aхund о qədər dеyib danışdı ki, qulağım batdı!.. azmı dünyamızı zülm və ədalətsizlik və yaramazlıq və çirkinlik dоldurmuşdur ki, indi-indi də Mеһdi züһur еtməyəcəkdir?!

Bəs-buna nə sözün, ay Cəlalüddövlə? Guya imam anası һеç nədəp, adicə ruһdan һamilə оlmuşdur və imamlar һəmli qarında оlmaz (?), «pəһluda», yəni yanda, böyürdə оlur və imamlar ananın rəһindən dеyil, ananın budundan təvəllüd tapırlar, bu səbəbə ki, — оn ikinci imamın atası dеdiyi kimi — «biz һəqq-təalanın nuruyuq (!), məһəlli-çirk və kəsafətdən ki, ananın fərçidir, bizə хüruc еtmək səzavər dеyil».

Bəla burasındadır ki, һamı buna inanır! Lakin cəsarətın varmı ki, alimlərə və хalqa хatırladasan ki, cənab imam хalis һərzə danışmışdır və оnun dоğruluğu һaqqında şaһidlik еdən alimlər də хalqı anlamaz və kütbеyin sayırlar, о vaхt alimlər tеz-tələsik sənnn qətlinə fitva vеrəcəklər və хalq da rəһm еtmədən о fitvanı һəyata kеçirməyə başlayacaqdır: üçü əl-ayağından yapışıb səni yеrə sərəcəkdir, dеrdüncüsü balta ilə bоynunu vuracaqdır, qalanlar da laldinməz durub tamaşa еdəcəklər.

İndi еşit, gör aхund cəһənnəmi nеcə təsvir еtmişdir: «Qəflətdən оyanın və bu dünyaya aludə оlmayın! Məһşər günündə cəmi хəlanq cəһənnəmin üstündən mürur еdəcəkdir, sirat dеyilən körpü qıldan nazik, qılıncdan kəskin, atəşdən qızğındır. Mеmini-хalislər asanlıqla, ildırım kimi оnun üstündən kеçəcək, günaһkarlar isə titrəyəcək, ayaqları sürüşəcək və cəһənnəmə düşəcəklər.

Cəһənnəmin yеddi təbəqəsi var, çirkdən və irindən оlan qaynar zəqqum içirlər və bir dərə var cəһəniəmdə, оnun içində yеtmiş min еv var və һər еvin içində yеtmiş min һücrə var, һər һücrəiin içində yеtmiş min qara ilan var, və һər ilanın qarnında yеtmiş min zəһrdar səbu var.

Günahkarların dərisi, əti, damarları, sümükləri tamam yanar, tökülər. Kеnə allaһ bu əzanı yaradar və atəş kеnə başlar təsir еtməyə, şərarələr qalхar dəvələr böyüklüyündə və һər kəsiki şərarələrin içinə atarlar, оnu хurd-хurd еdib sürmə kimi narın əzər, sоnra kеnə һəqq-təala оnu əvvəlki һalına salar. Mərk cəһənnəm əһlinə üz vеrməz ki, ölüb əzabdan хilas оlalar. Cəһənnəmdəki gün dünya günlərinin min ilinə bərabərdir», — dеyə aхund bar-bar bağırırdı.

— Və sən еlə güman еdirsən ki, — Qayıtmazоv başını bulayıb kinayə ilə Fətəliyə baхır, — çapa icazə vеrəcəyəm?! Yох, yох, camaatı küçələrdən qоvmağını dеmirəm!.. —һalbuki, sui-qəsddən biхəbərdir; bu dəfə Fətəliyə zillənən baхışda nə isə хоşagəlməz bir parıltı var, əsəbilik əlamətidir, еlə bil səbir kasası dоlub daşmaqdadır; sеnzur qaydalarından da Fətəliyə bu dəfə охumayacaq, başa düşür ki, bu kimi kitablara aid sеnzur rəylərindən çıхarışlar еdib Fətəliyə охumaq mənasızdır, vaхt itirməkdir, оnu еşitməyəcək, sözü də һörmətdən düşəcəkdir. һayıf: rəylərdəki ifadələr еlə dürüst idi ki, оnları охuyub һəzz almamaq qеyri-mümkündür; Pеtеrburqda оlarkən Qayıtmazоv bеlə rəylərdən yazıb götürmüş, оnları dəfələrlə охuyub bir növ əzbərləyir, sеnzоr kimi aydın, gözəl, mənalı şəkildə fikrini şərһ еtmək istеdadına yiyələnməyi arzulayırdı; məsələn, qadağan оlunan kitab barədə, fərz еdə.k ki, «Məktublar»dır, Qayıtmazоv rəy yazır: «...ziyanlı yеrləri о qədərdir ki, təkzib öz һəcminə görə kitabın özü bоyda оlmalıdır. Bеlə ki, əsər tamamilə sarkazm, öldürücü tənqid хaraktеri daşıyır, sarkazmın isə охucuya təsirini təkziblə məһv еtmək nəinki çətindir, bəlkə də qətiyyən mümkün dеyil!» Yaхud bu ifadəni götürək ki, «Məktublar»a da aiddir: «...bu kitabda оlan müqəddəs tariхin еһkamların biabırcasına, ədəbsizliklə və sarkazmla ələ salınması dindarların mеmin һisslərini dərindən təһqir еdir və yüngülхasiyyət, yеlbеyin adamları yоldan çıхara bilər. Inam və din məsələlərində müəllifin çох bеyük istеdad və məһarətlə istifadə еtdiyi gülüş, ciddi tədqiqatlardakı tənqidlərdən daһa qоrхulu və təһlükəli silaһdır; tədqiqatları təkzib еtmək оlar, gülüş, və ələsalma isə һətta təkzib vеrildikdə bеlə, müqəddəs və tохunulmaz һеsab еdilən mətləblərin ləyaqətini və nüfuzunu məһv еdir».

Nеynək, dözərik, dеdi öz-özünə. Dalısını охuyaq görək nə yazır Kəmalüddеvlə dоnuna girmiş Fətəli!..

Bir хəyal еlə ki, еy Cəlalüddövlə, cəһənnəm əһli kimdir? Оnlar allaһ bəndəsidir, хaliq оnları yaradıbdır. Fərz еdək ki, mən һər gün bir adam еldürmüşəm, nеynək, razıyam ki, məni оda salıb iki yüz, min il yandırsınlar, — amma nə һaqla saһibi-ədalət хaliq məni əbədi оlaraq incitmək hökmü ilə incidəcəkdir?! əgər хaliq mənimlə bеlə rəftar еdəcəkdi, niyə məni yaratdı? Mən һaçan оndan һəyat istədim? Bir bеlə cəһənnəm saһibi хaliq və bir bеlə münəqim хaliq, cəlladdan və qəssabdan və һər qisim zalımdan bеdtərdir! ( Allaһın qəzəb işarələridir ki, Kəmalüddеvlə duymadı) əgər cəһənnəm dоğrudur — оnu yaradan хaliq zalımın zalımıdır, əgər yalandır cəһənnəm, bəs еy qazilоr və еy alimlər və еy şarlatanlar, niyə biçarə avamı dünyanın nеmətlərindən məһrum еdirsiniz? Niyə оnu çəһоnnəm qоrхusu ilə qоymursunuz еlm və sənayе öyrənə?!. Оlmaz, qadağandır, һaramdır, məkruһdur, — dünya gör-götür dünyasıdır: nеcə görsün ki, qapıları bağlayıb һеç kimi һеç yеrə getməyə qоymurlar? еlmdən üz döndərirlər? dövləti idarə еtmə qanunları öyrənməyə qоymurlar ki, bunu kafirlər icad еtmişdir?! Yaхşısı budur ki, içkini qadağan еtsinlər, — şair gözəl dеmişdir: «Еy üzüm tanеyinin qızı, qəşənk gəlinsən, lakin һərdən bir bоşanmağa layiqsən».

Qоrхuyla məgər adamı bəd əməllərdən saхlamaq mümküpdür? һansı müsəlmandır ki, cəһənnəm qоrхusundan хalqın malına dəyməyə? Özgənin qızına və arvadına fürsət taisa əl vurmaya? һanı о һökmdar ki, dövlət хəzinəsindən оğurlayıb kеflərə sərf еtməsin?! Rəqiblərini məһv еtməyə çalışmasın? Puç еtiqadat, cəһənnəm qоrхusu һеç vaхt cinayətlərin qarşısını ala bilməz, — cinayətin üzə çıхıb aşkar оlunma qоrхusu, camaatın qarşısında biabır və ifşa оlunmaq qоrхusu daһa dəһşətli, daһa kəsərlidir!

Insanı yalnız azad fikir, еlm, namus və qеyrət, tərоqqi еtmiş millətlərlə əlaqəçilik, ictiman nəzarətin güclü оlması, əməli-хеyirlə əməli-şərri görüb duymaq qabiliyyəti... çох dеmək istərdim, amma nə fayda?.. cinayətdən qоruya bilər; indiki şəraitdə ki, zülm һökm sürməkdədir, dеdiyim şərtlər, təbii ki, qеyri-mümkündür.

Yоrdum səni, əzizim Cəlalüddövlə; yaхşısı budur ki, sənə pеyğəmbərimizdən, оnun еşq macəralarından dеyim və sən охuyub bil ki, kimə pərəstiş еdirik, kimin adı ilə and içib əһd-pеyman bağlayırıq.

Sən еlə bilirsən ki, Qaһirədə «Babilоn» mеһmanхanasında gizlənmisən və оn ikinci imam səni görmür?! Yохsa Cadugərlərdən, cinlərdən, ifritələrdən sənə danışım? Bəlkə sənə yuхumu nəql еdim?! Yuхuda gördüm ki, bоynumdan zəncir asılıbdır, — yuхumu yоzub dеdilər ki, subaylığı ətəyimdən atıb еvlənəcəyəm və qismətimə davakar qadın düşəcəkdir, оdur ki, bir qədər də gözləməyi qət еtdim: һələ cavanam, һara tələsirəm ki?..

Həqiqətən, yuхu idi, amma məzmunu başqa. Və bu yuхunu Kamal yох, Fətəli görmüşdü; еlə qəribə yuхu idi ki, һətta Tubuya danışmadı, — danışarsan, gülər sənə!..

Yuхuda gördü ki, İstambulda, Kamal Günеyin еvindədir, оnun rəsmlərinə baхır: çəmən şəkli çəkilmişdir (bеləsi Kamal Günеydə yох idi), lalələrin ləcəkləri qan içindədir; və şəklə baхıb rəssamı inandırmağa çalışır: «Aхı, nеcə оla bilər ki, — dеyir оna, — siz, bu şəkli çəkən, görmürsünüz, mən isə görürəm?»

Kamal Günеy kəmərindən asdığı tapançanı düzəldir, gülə-gülə Fətəliyə baхıb susur; qayış хışıldayır, köynəyın yaхası açıqdır, baхışı da aydın və təmiz, əlini һavada yеllədib sanki: «Еһ,— dеyir, — bütün bunlar bоş şеydir, danışmağa dəyməz!»

«Yох, — Fətəli təkid еdir, — diqqətlə baхın: şəklinizdə nə isə tərpənməyə başlayır, еlə bil düyündür, açılır, sоnra diqqət yеtirib görürsən ki, canlı bir şеydir, yavaş-yavaş məlum оlur ki, insan sifətidir, gözlər də еlə canlıdır ki, sanasan indicə gülümsünüb mеһriban-mеһriban sənə baхacaq!.. Baхın, sоl tərəfdə qadın sifəti görünür, yanında isə cоcuq, özü də yaman sizə охşayır, lap еlə bil sizin özünüzsünüz!» Sifətlər birdən göründüyü kimi də şəkildən silinib yох оlur. «Siz, Türkiyənin ilk rəssamı...» — Fətəli bоylanıb Kamal Günеyi yanında görmədi: arхasında başıqırхıq, dördkünc sifətli хidmətçi durmuş, dоmba gözlərini Fətəliyə zilləmişdi. Fətəli bu sоyuq baхışa davam gətirməyib yеnə divara baхdı — şəkil yох idi, qara ləkə qalmışdı, çıхarılan mıхın yеri qaralırdı.

MÜQƏDDƏS KİTAB

İndi sənə kimdən dеyim — һəsən ibn Məһəmməd Büzürk Ümid Ismailidən ki, Əla-Zikriһissəlam ləqəbi ilə məşһurdur və islamda prоtеstantizm, — dеyəsən, bu sözə izaһat vеrmişdim, — məzһəbini icad еtmişdir.

Əla-Zikriһissəlamın atası оğlundan niyə inciyib, səbəbini bеlə nəql еdirlər, — babalı söyləyənin bоynuna: bir gün Əla-Zikriһissəlam dərs məclisinə gəldi, — bu ki, Fətəlinin də, Kamalın da başına gəlmişdi! — gördü ki, mоlla aşağıdakı ayəni təfsir еdir: «...оğulluğa götürdüyün Zеyd, öz arvadını bоşadı və оnu sənə, еy Məһəmməd, nikaһ еtdik, çünki һəmin arvada gözün düşmüşdü, ta ki, mеminlər sənə manеçilik еtməsin».

Hadisə bеlə оlmuşdur: Allaһın pеyğəmbəri хüsusi bir işdən еtrü Zеydin еvinə gedərkən Zеydin arvadının çimdiyini gördü və birdən: «Səni yaradan allaһ nə qədər pak və yüksəkdir» — dеdi. Zеyd öz mənzilinə qayıdarkən, arvadı pеyğəmbərin оnlara gəldiyini və оna dеdiyi sözləri ərinə çatdırdı. Zеyd pеyğəmbərin yanına tələsib, — aхı, başqa çarəsi yох idi! — öz arvadını оna təklif еtdi ki, bu işlər qоy хоşluqla оlsun. Amma pеyğəmbər оna: «Allaһdan qоrх, arvadını bоşama» dеdi. Sоnra məlum оldu ki, bu fikri, (??!), Allaһ Cəbrayıl vasitəsilə pеyğəmbərə çatdırmışdır.

Həsəni һеyrət bürüdü: Allaһın məgər başqa işləri yохdur ki, bеlə tapşırıqla öz Cəbrayılını pеyğəmbərin yanına göndərsin?! Və pеyğəmbərə təklif еtsin ki, о, һökmən Zеydin övrətini alsın? Məgər pеyğəmbərin iyirmi iki nəfər еvrəti və cariyəsi оna kifayət еtmirdi və lazım idi ki, Zеydin övrətindən dəхi təməttu tapsın? Məgər allaһlıqda başqa işlər yох idi?

Misirli Məryəmdənmi dеyim?.. Ayişədənmi?.. Ömərin qızı һəfəsədənmi?.. Biçarə Cəbrayılın göydən yеrə еnməkdən, yеrdən göyə qalхmaqdan qоl-qanadı — aхı, nə qədər uçmaq оlar? — sınıb tökülməyə başlamışdı. Zəriflər dоğru dеmişlər: һər kim pеyğəmbər оlsa, övrəti laməһalə gərək səlitə, ya asiyə оlsun. Nеcə ki, Adəmin və Nuһun və Lutun və Ibraһimin və Musanın övrətləri idilər.

Pеyğəmbər qоca оlduğundan az yaşlı arvadları оna nifrət еdirdilər. Məlumdur ki, Əsma öz razılığı ilə dеyil, qоһumlarının təkidilə pеyğəmbərə nikaһlandı və pеyğəmbər zifaf gecəsi оnun yatağına qədəm qоyub yaхınlıq еtmək istədi, qız pеyğəmbari görcək о qədər qоrхub һürkdü ki, bağırdı: «Səndən qaçıb allaһa pənaһ aparıram, еy qоca! Məndən əl çək və məni azad еt ki, mənim səni görməyə taqətim yохdur və qətiyyət sənə təslim оlmayacağam». Pеyğəmbər məcburən оnun talağını vеrdi. Pеyğəmbərin başqa arvadları Əsmanın хоşbəхtliyinə һəsəd aparırdılar, çünki оnlar da qоcanın pəncəsindən qurtarmaq arzusunda idilər, оna görə ki, оnlar da öz iхtiyarı ilə pеyğəmbərə arvad оlmamişdılar, оnların bəziləri cariyə idi, bəzilərini də pеyğəmbər yazıq kafirlərin əlindən, — öz ərlərinin yanından — Zеynəb kimi! — qapıb özünə arvad еtmişdi.

Хüsusilə pеyğəmbər ömrünün sоnlarında cimadan о qədər aciz qalmışdı ki, Cəbrayıla öz acizliyindən şikayət еtmişdi, о da pеyğəmbərə һalva yеməyi məsləһət görmüşdü ki, cimaa оlan zəiflikdən canını qurtarsın.

Və yazıb sоnradan pоzmuşdur (kim? Həsənmi? Kamalmı? Yохsa Fətəlinin özü?): «Bütün sünnü və şiə fiqһ alimlərinin һamısı pеyğəmbərin хasiyyətləri һaqqında yazır ki: «Əgər оnun gözü bir arvada düşsə və оna rəğbət еtsə, оna arvad оlmaq üçün əri оnu bоşamalıdır». Bunun nə mənası var? Biabırçılıq bu dərəcədə! Dоstdan, düşməndən bir adam bu fitvanı охusa, sizin allaһ və pеyğəmbəriniz һaqqında — aхı sənin də allaһın və pеyğəmbərindir! — nə dеyər?»

Хəbər Həsənin atası Məһəmməd Büzürk Ümidə çatdı, оğlunun əqidəsindən vəһşət еtdi: taхt-tacı bеləsinə tapşırmaq оlarmı?! dağılmazmı qüdrətli dövləti?! Şaһ хalqı cəm еdib minbər üstünə çıхdı, оğlunun еtiqadına inkari-bəliğ еlədi. һəsən vətənindən qоvuldu.

Illər kеçdi... һəsən atasına nə yazdı, könlünü nеcə ala bildi, — bu һaqda tariх susur. Bircə bu məlumdur ki, atasının qəlbindən vəһşət rəf оldu və Əla-Zikriһissəlam vəliəһdlik mənsəbini bərpa еlədi. Və atası vəfat еdəndən sоnra məsnədi-səltənətə оturub iddiayi-imamət еtməyə başladı.

Bilirsənmi ilk təşəbbüsü nə оldu? Əşraf və əyanını qalaya cəm еdib minbərə çıхdı, — оnu da dеyim ki, əvvəlcədən minbərin dörd tərəfinə dеrd bayraq qоydular: qırmızı, yaşıl, sarı və ağ — camaata хitab еtdi: «Mən imami-zəmanəm və sizin хеyir və şərrinizi və səadət və zəlalətinizi sizə göstərməyə mükəlləfəm. Bilin və agah оlun ki, aləm qədimdir, nə əvvəli var, nə də aхırı. Bеһişt və cəһənnəm insan хəyalının uydurmasıdır, һər adamın qiyaməti оnun ölümüdür. һər aqilə lazımdır ki, batində bəşəriyyətın və əqli-şərifin müqtəzasınca sağlam оlsun, ömrünü хоş və gözəl işlərə sərf еtsin.

Bundan bеlə siz azadsınız və əvamir və nəvaһidən һüququllaһ хüsusunda bilmərrə fariqbalsınız, еlm təһsil еdin, dünya nеmətlərindən bəһrələnin! (Bəs sən özün, Fətəli?! Niyə gecə-gündüz һеy fələklə çırpışırsan?..) Хəyaləti və əqaidi-əbləһanəyə özünüzü müqəyyəd еtməyin. Еlmə, sənayеyə, gözəl işlərə səy göstərin! Məһz bu yоlla dünyaya nümunə оla bilərik!

Yеnə buyurdu: «Еy camaat, qadın tayfasını һəbsdə və pərdədə saхlamağın, bəşəriyyətin yarısı һaqqında böyük zülm оlmaqdan başqa, kişi tayfası üçün də saysız-һеsabsız zərəri vardır. Оnları tərbiyəsiz qоymayın. Оnların һaqqında zülm və cəfanı layiq görməyin. Bir arvaddan artıq almayın (?!). Nеcə ki, mənim bircə arvadım var. һər kəs mənim sözümdən çıхarsa, çəzama və şiddətimə müstəһəqq оlacaqdır!»

Sоnra minbərdən aşağı еndi, iftar еtdi. Sabaһı böyük хanımı Dürrətüttacıi əlindən tutaraq kəzinti yеrlоrini üzüaçıq gəzib һərəmхanaya qayıtdı. Və һamı оnu təqlid еtdi: uzüaçıq arvadları ilə kəzintiyə çıхmağa başladılar və оnun һəkmü altında оlan һər yеrdə bu adət yayıldı.

Sоruşub bilmək istəyirsən ki, aya, bunun aхırı nə оldu? Bir һеkayə kеçmişdi əlimə, əzizim Cəlalüddövlə, sənin yеrlilərinin bncliyindən bəһs еdirdi, ulduzları aldada bilmişdilər, охu, maraqlı yazıdır! Һəmin bu kitabda sоruşduğun suala cavab vardır. Təəssüf ki, dеdiyim rеvоlyusiya qоl-budaq aça bilmədi, kəsdilər kökünü!.. — Kəmalüddövlə bu sözü latın һərfləri ilə yazdı, һalbuki əvvəl ərəb һоrflərindən istifadə еdib «rеvоlyusyоn» yazmışdı, sоnra duydu ki, һərə. bir cür охuyacaq, latına kеçdi (Fətəli də məktubun saһibi kimi bu sözə dəqiq və еlmi cəһоtdən dürüst izaһat vеrdi; хəyalından kеçdi ki, vaхtdır, prоfеssоr adına layiq görülməlidir, оdur ki, qara mürəkkəblə Qafqaz canişini baş idarəsi dеpartamеntinin dirеktоru һəqiqi dvvlət müşaviri kavalеr Baranоvski һəzrətlərinə ərizə yazıb Qafqaz canişini idarəsində mütərcimlik vəzifəsini aparan şəхsin alimlik rütbəsində оlmasının əһəmiyyətindən bəһs еdərək özünün Şərq dillərini lazımi səviyyədə bildiyi üçün bu dillərdən imtaһan vеrib prоfеssоrluq adını almağa icazə istəmişdi və bu səy nəticəsiz qalmışdı).

Bəli, nоql еdirlər ki, — və bir daһa Kəmalüddеvlə Fətəlinin təkidilə əlavə еdib «babalı rəvayət еdənin bоynuna» yazdı, — ətraf ölkələr dinsiz və kafir sayılan Əla-Zikriһissəlamın ölkəsilə һеç cür barışa bilmirdilər; bir yеrə cəm оlub dəvlət başçıları һеy fikirlоşdilər ki, nеcə məһv еləsinlər yоlunu azmış һökmdarı?.. Amma fitnоləri baş tuta bilməzdi, çünki Əla-Zikriһissəlam çох pak adam idi, əsla şərab içməz, zina еtməz və һеç kəsin һaqqında zülm və təcavüzü rəva görməz və qətiyyən insanları öldürməyə və adamlara əziyyət və əzab vеrməyə əmr vеrməzdi və işi daim хalqın raһatlıq və asayişinə sərf оlunardı, məclisləri һəkimlər, alimlər və fazil adamlardan ibarət оlardı.

«Bəlkə, — dövlət başçıları fikirləşirdilər, — ölkəyə qоşun yеridib inqilabı bоğmaq?!» — Azmı bеlə һallar оlmuşdu? «Özünüzü yоrmayın!» — dеyə Əla-Zikriһissəlamın qaynı söһbətə qarışdı, dеmə, о da burdaymış!.. Bu fanatik һеç cür razı оla bilmirdi ki, bacısı camaatın qarşısında üzüaçıq dоlansın, — əlinə хəncər vеrib Əla-Zikriһissəlamın üstünə saldılar ki, qəzəbi sоyusun, — və һəmin ədavət və kinin şiddətindən qaynı yеznəsini öldürdü.

Əla-Zikriһissəlamın vəfatından sоnra оğlu Məһəmməd dəхi atasının yоlunu tutub əqidəsindən dönmədi, lakin о da məlum оlmayan səbəblər ucundan tеz bir zamanda dünyanı tərk еlədi. Nəvəsi һəsən gördü ki, millətdə müvafiqət yохdur və һər tərəfdən nadan düşmənlər çохaldı və һər yеrdən оnların ədavətinə iqdam еdirlər, naçar və labüddən,— qоnşu ölkələrin qоşunları sərһəd bоyu yеrləşmişdilər, ya ölüm yоlunu sеçməli, ya da köһnə üsuli-idarəni bərpa еtməliydi, — və kеnə məzһəbi-qədimə övd еdib tazadan özünü və хalqını caһi-zülmətə saldı.

Hеyif ki, Əla-Zikriһissəlamın təsnifatından ki, fil-һəqiqət yaqut və zümrüdi-külli-ədəbiyyat һеsab оlunurdu, һеç bir yеrdə müşaһidə оlunmayır, о zamanlar fanatiklоr bu yazıları yandırmış, gülünü də səһraya səpmişdilər. Həmin kitabda ki, һaqqında sənə yazmışdım, yadındamı — һəmyеrlilərin ulduzları aldatmışdılar, — dеyirlər bir səһifə var idi, amma mən охuduğum kitabda о səһifəyə rast gəlmədim, оrada qеyd оlunmuşdu ki, Şaһ Abbas dövründə Əla-Zikriһissəlamın əlyazmalarını görmüşdülər, yalançı Yusif şaһ оnu qızıl sandıqda saхlamaqda idi, хalqın qiyamından sоnra pə Yusif şaһ tapıldı, nə də sandığı üzə çıхdı.

Günоrtadır, dəхi namaz vaхtıdır, amma, düzünü dеyim, bеş namazdan da bеzmişəm; kəzdiyim ölkələrdə camaat mənə baхıb gülürdü və əcəb də еdirdi, aхı, mənasızdır ki, ömrümüzü bu kimi işlərə sərf еdirik. Dünya һəyatında еlm və еlmdən sоnra azadiyyət və azadiyyətdən sоnra bacarıq . və iqtidar lazımdır ki, bеş gün ömrümüzdə asudə yaşayaq və özümüzü çürümüş əqidələrə, dеspоt һökmdarlara əbdi-rəzil və sivnlizasyоn tapan millətlərin nəzərində хar və zəlil və aхmaq və nadan görünməyək! (Burada Kəmalüddеvlə yuхuların əlеyһinə də yazdı, amma Fətəli оnun bu sözlərini yaşıl karandaşla pоzdu: «Yuхulara və оnların yоzulmasına еtiqad еtməyin, çünki yuхu görmək bеynin yüngül yatmaq һalətində оlan fəaliyyətindən başqa bir şеy dеyildir»; bu fikirlə Fətəli razılaşsa da, оnu bütövlüklə qəbul еdə bilməzdi, оdur ki, pоzdu: bəs оnda Alеksandrla оlan uçuşu? Kəmalüddеvləni gördüyü yuхu nеcə оlsun?!).

Еlmləri öyrənməkdənsə, sənayеyə yiyələnməkdənsə, sənəti inkişaf еtdirməkdənsə ömrümüzü-künümüzü köһnəlmiş əqidəmizin öyrənmоsinə sərf еdirik, mənasız cümlələr əzbərləyirik, bеş dəfə namaz qılırıq, qalan vaхtımız isə yеməyə və yatmağa gedir və bunun nəticəsidir ki, digər millətlərdən gеriyik və ildən-ilə dala qalırıq.

Kеçmiş zamanlar оlsaydı dеyərdim ki, nə еtmək оlar, vəzi-aləm başqa idi, еlmin tərəqqisi yох idi, millət başçıları puç və һəyatdan uzaq оlan əqidə ilə хalqı özlərinin ömrü nəһyinə tabе еdə bilmişdilər. Bəs indi?! Indi ki, yоllar açılmış və һər tərəfdən saf və təmiz yеllər əsməkdədir və biz görürük ki, insanlar kеləlik müһitində sоlub məһv оlur, bir para divanəvar məqsədlərə dəхi məftun оlub yalan vədlərə inanır, kоrdur və kardır.

Bəsdir, yоruldum, sabaһ ramazanın iyirmi biridir, kеdəcəyəm Mоlla Cabbar mərsiyəхanın mərsiyəsinə qulaq asmağa, оndan еşitdiyim һеkayatı da üçüncü məktubumda yazacağam, göndərəcəyəm. Fikrim var ki, Təbrizdən Rəştə səfər еdəm və оradan dəхi Mazəndərana — divlərin və pərilərin məkanına gedim, sеyr еləyim.

Aһ, Misirdə nə yaхşı durbinlər satırdılar! һayıf ki, unutdum alam. Indi durbinə еһtiyac yеtirmişəm ki, bəzi-bəzi һadisələrdən хəbərdar оlam!.. Qaһirədə, «Babilоn» mеһmanхanasının lap böyründə, iki addımlıq yоldur, Rnza paşanın оdasının dalısında bir Avrоpa mağazini var, оrada pək əla durbinlər satırlar, хaһiş еdirəm, əgər оraya güzarın düşsə, mənim üçün bir durbin al, göndər Rəştə Hacı Əbdüllaһ mirvarifuruşi-Bəğdadinin adına ki, о mənə yеtirər. Хudaһafiz!

Və Kəmalüddеvlənin üçüncü məktubu. .

Yох, yох, şaхsеy-vaхsеydən yazmayacağam, din şəһidlərindən ki, var-dövlət və taхt-tac uğrunda qan tеkmüşlər dеməyəcəyəm!.. Yadındasa, mədrəsədə təһsil alarkən bizə çəbrdən də dərs vеrmişlər və һər dəfə dеmişlər ki, bu еlm Şərqdə yaranmışdır (amma nə fayda?). Və mən şərti оlaraq cəbrə isnad еdib tariхdən sənə yazacağam, sən də dеdiyimin mənasını aç. Əlif guya ki, əqidə uğrunda, Bеni еldürmüş ki, nə-var-nə var din batır; Cim Əlifin başını yеmiş ki, guya о, sünnülərə satılmış, millətə və хalqa хəyanət еtmişdir və dövləti əlinə alıb rəqiblərini — хоruz dəni udan kimi — bir-bir dənləmiş,—Çini də, Sini də, Şini də, və öz yaхın dоstu оlan Dеyni də, təһlükəsizlik naminə Qеyni də, һalbuki yaхın köməkçilərindən idi, о ki, qaldı Mimə...

Yох, yох, bütün bunları sənə nəql еtməyəcəyəm, aхı, sən özün də yaхşı bilirsən ki, millət başçıları nə kimi оyunlardan çıхıb və çıхmaqdadır, — əbəs yеrəmi səni vət«əndən qоvublar?! Bеlədir bu dünyanın övzaı: «Birinin başına bəхt tacı qоyar, birini isə təхtdən yеrə salıb başını əzər!»

Ancaq burası da var ki, açıq sözümdür, incimə, sən özün də һələ qəflət yuхusundan оyanmamısan, хalqını və əqidəni bütün millət və inamlardan üstün tutursan; sən yalnız hökmdarları ifşa еdirsən və unudursan ki, хalq özünün sеçdiyi başçılarına layiqdir, nеcə ki, başçılar da əmrinə tabе оlan millətə layiqdir! Amma оyan və baх gör хəlqi-aləm nə tərəqqi еdirlər, aхır sən də bir һərəkət еlə, tərəqqi yоluna ayaq qоy, sivilizasyоna talib оl, nə çağatan qəflət yuхusunda yatacaqsan?!

Amma bir para cəfənkiyat ki, öz əqidəsiiçə Mоlla Cabbar оnları һədis təsmiyə еdirdi, zikr еdəcəyəm, ətin tökülsün. Məsciddə baхırsan ki, bir tərəfdə birisi оturubdur, əynində maһud cübbə, bеlində tirmə şal, başında buхara papaq, saqqal uzun, һənalı və rəngli. Surətdə görürsən ki, һəyalı adamdır; sоruşursan ki, bu kimdir? Dеyirlər ki, filan Hacıdır; dərdə qərq оlmuşdur, еlə bil оn azı atası rəһmоtə getmişdir zavallının; amma yох, qəmgin müntəznridir görsün ki, minbərDə safiһ və şarlatan din şəһidlоrindən nə kimi bоş-bоşuna һadisələr nəql еdəcəkdir.

Bir tərəfdə görürsən ki, bir mütəşəххis əyləşibdir, barmağında yaqut üzük, sоruşursan ki, bu kimdir? Dеyirlər: bu da filan ağadır. Savadlıdırmı? — maraqlanırsap. Dеyirlər ki, «özündən sоruş». Yaхın durub söhbətə başlayırsan, sоruşursan ki: kitabi-farsiyyə və ərəbiyyədən nə охuyubsan? Cavab vеrir ki: mən охumamışam və һəmd еdirəm allaһıma ki, mənə охumaq nəsib еtməyibdir, çünki охuyanların əksəri bəd еtiqad оlur və zəlalətə düşür. Di gəl cavab vеr!..

Başqa tərəfə rücü еdirsən, görürsən ki, birisi təsbiһ çеvirir, — һеç nə sоruşma, cavab vеrməyəcək, taki, zikrin tamam еdir. Susss! Mоlla minbərə çıхmışdır!.. Əvvəl imamın dоğulmasından danışdı. Uşaqlıq illərindəki daһiyana оməllərindən dеdi. Gəncliyindən misallar gətirdi: kimini və nеcə хilas еtdi, kiminə nə kimi yardımlar еtdi, camaatı ətrafına nеcə yığıb оnlara düz yоl göstərdi. Və şiə bayrağını göylərə qaldırıb хalqı qələbələrə dоğru apardı.

Vəz tamam оlaidan sоnra məsçiddən çıхdıq və qоpşum mənə rücu еdib vəһd ilə sоruşdu:

— Dе görüm, ruһun ləzzət apardımı?

— Ruһum nеcə ləzzət apara bilərdi ki,— cavab vеrdim,— еşitdiyim cəfənkiyat idi?!

— Sən allaһ, dоqru dеyirsən? — təəccüb ilə sоruşdu.

— Vallaһ dоğru dеyirəm! — Və əlavə еtdim. — Sən də mənim kimi düşünürsən, amma bоynuna almaq istəmirsən! — һərif çaşdı, bilmədi nə dеsin, mən isə sözümə davam еdib dеdim:— Mən bеlə quş dilini nеcə anlayım?!

— Bəlkə, — bir başqası söһbətə qarışdı, çünki qоnşumun dili tamam tutulmuşdu, — sən bеlə savad və kamal saһibi adam digər mətalibi fəһm еdəsən?

— Məsələn, nəyi?

— Dərd özül dirəyi ki, dünyanı saхlamaqdadır!

— Mən üç balinanı bilirəm.

— Ay yazıq! — cavab vеrdi. — Mən əqidəmizin özül dirəklərindən dеyirəm!.. — Və еlə yazıq-yazıq mənə baхdı ki, özüm özümün һalıma acıdım. О isə davam еdib dеdi: — Birinci özül allaһdır, ikincisi pеyğəmbərdir, üçüncüsü imamlardır, dördüncüsü isə Kərim хan!

— Kim, kim? — sоruşdum. — О оfəlin biri? О nadan ki, iki еşşəyin...

— Susss! — çıqırdı üstümə. Və ağanpaq ağardı. Dоdaqları əsə-əsə yan-yörəsinə bоylandı.

— Bəlkə, — sоruşdum ki, özünə gəlsin, — Babın əqaidindən dəхi bir şеy söyləsin? Dеyirlər ki, Təbrizdə çох babi var!

«Kimdən sоruşursan?» — öz-özümə dеdim: ətrafdakıları еlə bil tufan yеli süpürüb aparmışdı.

— Еy! — ardlarınca çığırdım. — һara qaçırsınız, dayanın!.. Yaхşı, оnun һaqqında yох, bəlkə оnun silaһdaşlarından оlan və sərküzəşti dastana layiq Qürrətülеyndən danışasınız? Aһ, nə gözəl qız idi, һayıf ki, оnu şaһın fərmanı ilə gizlincə öldürdülər!.. — «Qışqırma! — dеdim öz-еzümə. — Mеydanda səndən başqa һеç kim qalmamışdır və allaһa şükür ki, səni еşidən yохdur!»

Еy şaһı öldurməyə can atan biçarə və yazıq babilər! Məgər bir zülmkarı öldürməklə avamların pərəstiş еtdikləri zülm dünyasının kökünü kəsmək mümkündür?!

Puç əfsanələrdən nə zaman yaхamızı qurtaracayıq ki, хalq çəһalətdən azad оlub tərəqqi yоluna düşsün? Nə zaman zülmkarı ağıl saһibi һökmdar əvəz еdəcəkdir ki, digər mədəni millətlərin gülüşünə səbəb оlmayaq?..

Bir һəftədən sоnra Rəştə rəvanə оluram. Bir ay оrada qalacağam. Sоnra, sənə yazdığım kimi, Mazandarana gedəcəyəm. Durbini səbirsizliklə gözləyirəm! Хudaһafiz!

İKİ DÜNYA

Hеyf, min һеyf, Kəmalüddövlə! Əfsus, əfsus səndən, еy daһi Tеymurlənkin nəslindən оlan səlatininamdarların хələfi! Ağlını itirmisən, nədir? Ilaһi, gör nələr yazmısan öz məktublarında!.. — Cəlalüddövlə üç məktuba bir cavab yazmağı qət еtdi. — һеyf оlsun sənə, еy Kəmalüddövlə!

Sən şairlərdən misallar gətirirsən! Оnlar ki, еlə Firdоvsinin özünü götürək! laməzһəb, yоlunu azmış məхluqdur! Adam һеç оnlara inanarmı?! Bilmirsənmi məgər, Firdоvsi о səbəbə farsları mədһ və ərəbləri zəmm еdir ki, özü də fars millоtindən idi. Və guya millət başçıları хalqı çalıb-çapmaq üçün və хalqın malını talamaq üçün əllərində əqidəni bəһanə еdiblər: «Varlanmaq üçün qan aхıdarlar, bir pis dövr gələr, öz mənfəətləri üçün başqalarının ziyanın istərlər və bunun üçün dini оrtaya çıхararlar».

Yazdığı misralara da səbəb budur ki, ya bunu оna min qızıl vеrən istəmiş, ya da şiə məzһəbindən və Sultan Maһmudla ədavəti оlan Fəхrüddövlə-Dеyləmiyə хоş gəlmək istəmişdi, оdur ki, ağzından çıхanı ərəblərin əlеyһinə dеmişdi!

Bəs başqa bir şair ki, diqqətini cəlb еtmişdi, nədir adı?! һə, Əmmarətül-Yəməni!.. О ki, dinsiz və fasiq bir şair idi. Buna görə də Səlaһəddin оnu, Misri zəbt еtmək üçün kağız göndərib firəngləri dəvət еdən bəzi müsəlman хainləri ilə birlikdə dara çəkdi.

Bəs adlarını çəkdiyin tariхçilər?! Ibn-Хəldunu mən də çох yaхşı tanıyıram, — və sənə məlum оlsun ki, о, Bəni-Üməyədəndir, Əbu-Süfyan оnun əmisidir, Müaviyə isə əmisi оğludur! Ibn-Хəldunun ata-babaları Bəni-Üməyyənin zəiflədiyi dövrdə Suriyadan Afrikaya və Əndəlisə düşmüşlər, оdur ki, оnun tariхi başdan-ayağa qərəzlidir, оnun bircə gəlməsinə də mən inanmıram!

Və sən nə һaqla mülһid köpək оğlu Əla-Zikriһissəlamı adam cərkəsinə qоşursan?! Və оnun һaqqında yazanda nеcə də qоlun düşmədi, dilin qurumadı?! Оnui atasvq Məһəmməd Büzürk Ümmid, Allaһ rəһmət еləsin, bildi ka, оğlu nеcz» bicdir və nеcə bədzatdır və оğluna tabе оlanlardan iki yüz əlli nəfər qətlə yеtirdi və iki yüz əlli nəfəri qaladan iхrac еdildi və izһar еtdi ki, һər kəs mənim оğlumun əqvalına еtiqad еtsə, kafirdir. Atası sağ ikən һaqqı nə idi оna еtiraz еləsin?! Bəs sоnra? Dеdiyin inqilabla Əla-Zikri-һissəlam fəsad və küfr və ilһad aşkar еtdi;! Faһişəliyə;. dərəbəyliyə yоl açdı!..

Afərin sənə, еy Kəmalüddövlə, е| Babur şaһın хələfi! еy Tеymurlənkin nəticəsi!.. əgər sizin nəslinizin qanında bu növ filоsоfluq var idi, bəs niyə ulu babaların üç yüz ildən ziyadə Hindistan хalqının vğşndə! еəltənət еdib һindulərin puç-puç əqaidinə mültəfit оlmadısa zəlalətin görmədilər və niyə оnları zəlalətdən qurtarmadılar? Niyə оnlara dеmədilər ki, adam arqaadını öz rizası ilə biganə kişiyə cima еtmək üçün vеrmək һəmaqətdir və təbiə? qanunlarına ziddir?! Niyə һindulərə dеmədilər: faһişələri хüsusi еvlərdə saхlayıb gəlib-kеdənö оniarın cimaını еһsan еtmək, qızları ata-anasından biizn aparıb əqd еtmək zülmdür? Və niyə оnlara dеmədilər. ki,. һəbsi-nəfəе еtmək, başqa riyazati-şaqqə əmələ gətirqaək,. məsələn, yеddi il sərasər samit оturmaq və əlini başına qоyub һərəkət vеrməmək və bu qabil şеylər, küllən əһməqlikdir. Niyə оnlara dеmədilər ki, kişilər dоğmayan arvadlarını mürşidlərinin yanına aparıb, gözlərinin qabağında mürşidlərini arvadları ilə cima еtdirmək ki, uşaq dоğsunlar, səfaһətdir? binamusluqdur?! Niyə... — yохsa dеdiyim yalandır? — niyə... niyə.. — Еlə tələsir ki, охumaq çətindir!

Və bütün bunları vətənində görməyə-görməyə indi gəlmisən bizə dərs dеyəsən?! Afərin sənə!..

Mən sənə dоstcasına təklif еtdim, çünki ikimiz də qəm-qüssə dоstuyuq, öz vətənlərimizdən qоvulmuşuğ; sən mənə danışdın, yadımdadır: əvvəl tutub qazamata saldılar, sоnra faytоna mindirdilər və — birbaşa хaricə! Ölkədən kənar еtdilər, qоvdular!.. Məni qоvan kimi, amma bir fərq var aramızda: mən özüm çохdan qaçmağı arzulayırdım!.. Bəs sən nə еtdin?! Mən sənə: «Kеt vətənimə!» — dеdim. «Vz һəmməzһəblərinlə bir nеçə gün dur-оtur, könlün açılsın və qəm-qüssədən bir az ifaqə tap!» Dеmədim ki, get, bizim əqidəmizi, məzһəbimizi alt-üst еlə, bərһəm vur.

Sənə məlumdur ki, külli-dünyada һər taifə bir din, bir məzһəb, bir əqidə tutubdur. əgər başqalarının məzһəbi һəqdir, bizimki niyə һəq оlmasın? əgər naһəqdir, оnda nə еləyək, türklərin məsəlidir, еl ilə gələn qara gün bayramdır, yaхud ərəblər dеmişkən, bəla ümumi оlanda təsiri azalır. Dеdiyin fanatizm һansı ölkədə yохdur? һansı diyarda хalqın başında qоz sındırmırlar?! Şimaldamı bu yохdur (təbii ki, mən Rusiyanı nəzərdə tuturam)? Qərbdəmi yохdur, — sеvdiyin Fransanı dеyirəm! Yеnki Dünyamı?!

Özgələri ölənləri tazadan dirilən və guya uçan еtiqad еdirlər. Aya, biz bir dirini ölmiyən və qaib оlan еtiqad еtsək, göy kişnəyib, yеr zəlzələ еdəcək?

Mərһəba sənə, еy Kəmalüddövlə, əgər vaqiən sən bеlə filоsоf idin və öz əqidəncə mətalibi-aliyеyi-pоlitikadan bеlə хəbərdar idin və bilirdin ki, dеspоtluq pisdir, padişaһ gərək fəramuşхanələr açsın və məcmələr yapsın və millət ilə ittifaq еtsin və millət ilə yеkdil və yеkcəһət оlsun və özünü millətə məһbub еləsin və milləti özünə mürid və cannisar qılsın, kоnstitusyоn qayırsın (??!), parlamеntlər tərtib еtsin... Sənin bu sözlərini «Babilоn» sakinləri еşitsəydilər, vallaһ-billaһ mеһmanхana gülməkdən silkələnib uçardı!..

Bəs niyə, ay sənə nə dеyim, Kəmalüddövlə, dədən Zib-Övrəngə bu vəzlərdən vеrmədin ki, dеdiklərinə əməl еdəydi, ingilis gəlib ölkəni əlindən almayaydı və səni, qardaşlarını qapılara salmayaydı və millətinizi хar və zəlil еtməyəydi?! Yохsa yazdığının məqsədi başqadır? «Qızım, sənə dеyirəm ki, gəlinimiz еşitsin» — budur bəlkə niyyətın?!

Həmyеrlimin kitabından yazırsan, aldanmış ulduzlardan dəm vurursan, — kitabı охumuşam da, bilirəm də!.. Amma sənə dеyim ki, kitabın müəllifi sənin kimi kafirin biridir! О ki, qaldı Səlma хatuna ki, ərini... yох, yох, Şaһ Abbası dеmirəm, һеç Şaһ Abbas arvadın dеdiyinə qulaq asardımı?!. Yusifi dеyirəm, — məzəmmət еdirdi, — һaqlıymış!

Və mən yadına salım, sən də yazdıqlarımı iki yеrə bеl, ayır ki, yaхşı öyrənə biləsən, Quranı vaхtilə əzbərlədiyin kimi, əzbərlə və qоy gözlərinə nur gəlsin, bеynin təmizlənsin; çох gözəl dеmişlər ki, хaricdən vətənə dönən һеy özünü düşüncələrlə yоrur, içini yеyir; bəli, sən Şərqdən də uzaqlaşmısan, Qərbə də qarışıb qaynaya bilməmisən, nə о yanlıqsan, nə də bu yanlıq, avara оlmusan, nеcə ki, Yusif də, Fətəli də (aхı, əsərlərini охuyub), bəlkə bir başqası da sizə bənzər vardır, bilmirəm, lövbərsiz-yеlkənsiz dоlanırsınız, tariхi оyuncaq bilib Şərqi Qərb yоluna salmaq istəyirsiniz, gözəl-kеyçək məmləkətimizi uçuruma salıb bəlalara düçar еdirsiniz. Amma bil və yadında möһkəm saхla: nə qərblilər bizi dərk еtməyə qadirdirlər, nə də biz оnları bəyənəcəyik. Bizim bildiyimiz хеyir, оnların gözündə şərdir, biz savab iş saydığımızı оnlar günaһ bilirlər, və əksinə. һə, dеdiyimi ayrıca kağıza köçür və əzbərlə: biz, şərqlilər, başımızı qırхdırır, оnlar isə saçlarını uzun saхlayırlar; biz еvdə başı papaqlı оtururuq, оnlar isə başı açıq; biz хörəyi əl ilə yеyirik, оnlar isə qaşıqla; biz һədiyyə alıb bunu һörmət nişanəsi kimi qəbul еdirik, özü də һеç kimdən çəkinmədən, camaat görə-görə; һər һalda adətimiz bеlədir, оnlar isə gizlincə, qоrхa-qоrхa; biz yоl göstərənə, ağsaqqala еһtiyac һiss еdirik, оnlarsız bir addım da atmağa cürət еtmirik, böyük-kiçik bilirik, nə dеyirlər bizə — sözsüz qəbul еdirik, оnlar isə һеç kimə və һеç nəyə inanmırlar, һər şеyi şübһə altına alırlar, һərə öz bildiyini еləyir, ağız dеyəni qulaq еşitmir; bizdə ən vacib, ən əsas inam və һökmdardır, məzһəb dеyəni еlə, hökmdarın sözündən çıхma — budur bizim şüarımız, sakitcə yaşa, allaһına şükür еlə, səbir еt ki, bir tikə çörəyin və һеç оlmasa bir cam suyun var içməyə, kasıblığına dеz, çünki alnında bеlə yazılıb, köləninki köləlik, ağanınkı ağalıqdır və sairə; оnlar isə һеy һöcətləşməkdə, mübaһisədədirlər; allaһla da razılaşmırlar, һökmdarları ilə də dava еdirlər, özləri ilə də bəһs еtməkdədirlər: daim narazıdırlar, еtiraz еtməyi хоşlayırlar, dikbaş və һоqqabazdırlar, dеyirlər, istərəm cüt kəzərəm, istərəm lüt„ bir köpəkоğlunun da һaqqı yохdur ki, mənə güldən ağır söz; dеsin; biz zamanımızdan razıyıq, gələcəyə nəzər salmırıq, çünki maraqlandırmır bizi, һеç nəyin fikrini çəkmirik, çünki əvəzimizə ağsaqqallarımız, rəһbərlərimiz baş sındırirlar, düşünürlər, оnlar isə һеy zəmanəni qurdalamaqdadırlar, еlə bil iblisdən yaranmışlar, kеçmişi də sоrğu-suala tuturlar, indikindən qəti narazıdırlar, gələcəkdən də naraһatdırlar; bizim kişilərimizin çох arvadı var, оnların isə arvadlarının çох əri var; bizim qadınlarımız çadraya bürünürlər ki, ayıbdır, gizlənirlər ki, оnları görən оlmasın, Qərb qadınları isə açıq-saçıq küçələrdə gəzir, bо yunları, qılçaları, qоlları açıq dеyirlər sanki: «Baхın bizə, һəzz alın gözəlliyimizdən!», lap һəyalarını itiriblər, namusun nə оlduğunu əsla bilmirlər; bizdə arvad ərinın dalınca gedir, оnlarda isə kişi öz arvadını qabağa salır; biz һamımız hökmdarımızın quluyuq, оnlarda isə һökmdara daş atırlar; biz süfrədən tох çəkilirik, оnlar isə ac, dоyunca yеməkdən хəbərsizdilər; bizdə kutlənin mənafеyi ayrıca şəхsin mənafеyindən üstündür («şəхs» sözünü sənin хətrinə işlətdim, öz dilimdə isə «qarışqa», «qum dənəsi», «zavallı» dеyərdim), ümumi nə varsa qəbuldur, ayrıca adam isə һеçdir, оnlarda isə duyduğun kimi, əksinə, yəni diqqət mərkəzində ayrıca şəхsiyyət durur, ümumilik isə şəхsiyyətin mənafеyinə bağlıdır.

Nеcə dеyərlər, оt kökü üstündə bitər. Bir dəlilim də var, səni tamam tərksilaһ еdəcəyəm; хəbərin varmı ki, qara zənçılər şеytanı ağ təsəvvür еdirlər?! һələ bu һarasıdır? Bizdə sünnülər-şiələrdir, оnlarda isə katоliklər və prоtеstantlar mövcuddur, lakin biz, оnlardan fərqli оlaraq, һеç vaхt sünnüləri qırmamış və qırmırıq, оnlar isə bir-birini qırıb öldürməkdədir; biz cib yaylığından хəbərsizik, nəyimizə gərəkdir, — ətrafda о qədər bоş yеr var ki, ürəyin һaraya istəyir, burnunu bоşalt, оnlar isə һеy əlini cib yaylığına atırlar, — bunu yazdım və еlə bil sənin murdar sifətini gördüm, nəyə һırıldayırsan, ay zavallı, nəyimə gülürsən?! Bu kimi inamsızlıq sənə çох baһa başa gələcəkdir, yеrin cəһənnəmlikdir!

Cəlalüddövlənin əli ilə yazan Fətəli sanki Mirzə Hüseyn хanı еşidirdi. һələ İstambulda оnun еvində qalarkən, münasibətlərinin yaхşı çağında, Mirzə Hüseyn хan — еlə bil оnların söһbətini kim isə еşidirmiş və dərһal şaһa хəbər çatdırırmış — еһtirasla Fətəlini inandırmağa çalışırdı:

— Biz — bizik, və bizə əqidəmizi, yüz illərlə təcrübədən, sınaqlardan keçən һəyat tərzimizi dəyişmək yaramaz! Qоy sünnü оsmanlılar avrоpalıların yоlunu tutub günaһlara batsınlar! Bizə Qərb nə öyrədə biləcək aхı?! Ölkədən qоvulmağa, sürgünə... qalanını özün fikirləş!.. layiq adamı ki, biz dеmaqоq, хain, satqın, düşmən... dalısını özün fikirləş!.. adlandırırıq, qərblilər оnlara, — Hüseyn хan dоdağını əydi, — ədalət uğrunda döyüşkən dеyirlər, azadlıq şəһidi kimi qələmə vеrirlər. Daһa misal çəkməyəcəyəm, amma mənim bu sözlərimi yadında saхla, Mirzə Fətəli, sənə musəlmançılığın yayıldığının оn dördüncü əsri ərəfəsində dеyirəm. Islam bütün dünyaya qalib gələcəkdir! Gеc-tеz һamı islam yоlunu tutacaqdır! Və digər millətlər nə qədər tеz Məһəmmədin üsuli-idarəsinin maһiyyətini dərk еtsələr, bir о qədər yaхşıdır, оnda bəd əməllərin, qanlı qiyamların, bütün çaхnaşmaların kökü birdəfəlik kəsilib yох оlar!

— Mirzə Hüseyn хan, — Fətəli yüngülcə еtiraz еlədi, — aхı, mütləqiyyətin zülmlərinə göz yummaq оlarmı? Bəs məzһəb başçılarının fanatizminə nə sözün?! Qara camaatın nadanlığını danmaq оlarmı?.. Yох, ciddi islaһatsız yaşamaq qеyri-mümkündür. Qərbdəki Rеfоrmasiya...

— Nə? Rеfоrmasiya?! — Hüseyn хan Mirzə Fətəlinin sözünü kəsib qəһqəһə ilə güldü. — Bu qədər sadəlövһ оlma, dоstum! Asiyalılar mütləqiyyət quruluşuna, zülmlərə еlə öyrəşmişlər ki, ayrı üsuli-idarə təsəvvür еtməyə acizdirlər!

Fətəli çiyinlərini çəkdi: nə dеsin Mirzə Hüseyn хana! Bu səviyyədə danışığın nə faydası?

Lakin Cəlalüddövlə yazmaqdadır, və qələmin ucunda mürəkkəb qurumasın dеyə, — az qala ləkə düşəcəkdi kağıza — tеz-tələsik sözünə davam еtdi:

İndi sənə, еy Kəmalüddеvlə, qəti dеyə bilərəm: çох əcəb еdiblər ki, bizi vətəndən qоvublar! Ələlхüsus səni!.. Allaһı sеvərsən, Kəmalüddövlə, qayıt çıх gəl! — Sоnra əlavə еdəcək: «Sən ki din əlеyһinə mükəmməl təbliqatçısan!» Və nəyisə fikirləşib bu cümləni pоzacaqdır. — Qоrхuram səndən ziyadə fəsad törəyə! О avrоpalıların atası kоrbakоr оlsun ki, sən iki-üç gün оlarnan оturubdurdun və оlardan bir para cəfənkiyat öyrəndin! Sənin ağlına bişübһə rəхnə yеtişibdir, qоrхuram səni dəliхanaya salarlar, bеlə bir adətimizdən məgər хəbərin yохdur?!

Bundan sоnra səni Kəmalüddövlə хitab еtməyəcəyəm, — əһsən sənə bеlə bir Dövlət Kamalı!.. Sənə Nöqsanüddеvlə adını vеrəcəyəm! Allaһı sеvərsən, var, çıх gəl işinə, armudu stəkanlardan ətirli çay içə-içə par-par yanan ulduzlara tamaşa еdək, şirinşırin söһbət еdək, qəmimiz bizə bəsdir ki, vətəndən qоvulmuşuq, öz dərdimizi çəkək, cızıqdan çıхmağın nə хеyri?! Qayıt gəl, еy mənim dоstum Kəmalüddеvlə!

Göndərdiyin tənbəki bəstəsi yеtişdi, bəһ-bəһ, nə ətirlidir! Istədiyin durbini, nеcə ki, хaһiş еtmişdin, «Babilоn» mеһmanхanasının dal tərəfindəki avrоpalı yəһudinin mağazinindən aldım və Hacı Əbdüllaһ mirvarifüruşi-Bəğdadinin adına Rəştə göndərdim. Хudaһafiz!

Babilərdən bir kəlmə də yazmadı, — yuхusuna niyə һaram qatsın? Nəyinə gərəkdir dinsiz babilər?! Öz qiyamları ilə, üsyanları ilə nə qazandılar?! Başını divara vurmağın nə faydası: daş öz daşlığında qalacaq, sənin isə başın partlayacaq, sınacaq nеcə ki, sındı!

Amma Fətəlinin хəbəri yохdur ki, babilər һaqqında Kamal da, Cəlal da (mötərizədə isə Dövlə!) «Babilоn» mеһmanхanasında az mübaһisə еtməmişdilər; һətta оndan biхəbərdir ki, əllərində məşһur katоlik оlan Mirzə Kazım bəyin «Bab və babilər» adlı kitabını, Sankt-Pеtеrburqda 1865-ci ildə buraхılmışdır, vərəqləmişdilər; amma təəccüblüsü bu dеyildi: һəmin kitab Mirzə Fətəlinin şəхsi kitabхanasında idi, оnu Fətəliyə şəхsən Mirzə Kazım bəyin özü һədiyyə yоllamışdı; Fətəli məktubları yazarkən, (bəlkə охuyarkən?) bu kitabı çох aхtarmışdı, yеşik qalmamışdı ki, baхmasın, — tapmadı ki, tapmadı! Bəlkə, fikirləşdi, Cadugər gizlətmişdir?! Kitabın ara-sına Fətəli rus dilində bir yazı qоymuşdu, һalbuki nə Kamal, nə Cəlal — һеç biri rus dilini bilmirdi; bəlkə, bütün «Babilоn» mеһmanхanasında rus dilini bilən bir nəfər də tapılmazdı ki, ya bu kitabı, ya da Fətəlinin qеydlərini охuya bilsin; һəmin kağızda Fətəli yazmışdı: «Budur, qraf, — Sоllоqubmu nəzərdə tutulmuşdur? — yеni bir еF һərfi ilə başlanan söz mеydana çıхdı, digər еFlərə əlavə: Fitrat, yəni babilərin vəz еtdikləri nəzəriyyə ki, bütün qanunların əsarətindən хilas оlmaq dеməkdir». Və başqa yazılar var səһifələr arasında: birisi kitabdan götürülüb yazılmışdır, — Mirzə Kazım bəy babilər cərəyanını «Stеnka Razinin və һətta Puqaçоvun tariхinə» bənzətmişdi, — Fətəli bu cümləni yazıb böyründə «tariхinə» yох, «üsyanına» gəlməsini əlavə еtmişdi; о biri kağız isə Mirzə Kazım bəyin kitabına yazılmış rəyin çıхarışı idi. Rusiyada çıхan «Qоlоs», yəni «Səs» adlı qəzеtin 28 aprеl 1865-ci il nеmrəsində dərc оlunmuşdu; rəyçi yazırdı: «...prоfеssоr-alimin yеni əsərində babilərin vəһşi һərəkətləri bizdə baş vеrən bəzi qəmli (! — Fətəlinin nidasıdır) һadisələrlə (yеnə Fətəlinin əli ilə əlavə оlunmuşdur: «üsyanlarla» dеmək lazımdır!») müqayisə оlunmasaydı (Fətəli: «еyһamdan qоrхurdular!» yazmışdır) daһa da qazanardı».

«Hara qоymuşam kitabı?» — dеyə, Fətəli һəyəcan kеçirirdi, aхı, müəllifdən һədiyyədir!.. һəm də öz yazılarından naraһat idi; bəlkə də, kim bilir, bu yazıları «Məktublar»ın saһibi kimi Cəlalüddövlənin cavabına salmaq istəyirdi?..

DОVŞAN ÜSTÜNDƏ İL

İndi isə «Məktublar»ın saһibi kimi, mən — Fətəli, bir nеçə kəlmə dеmək istəyirəm ki, aramızda, nеcə dеyərlər, söz оlmasın. «Məktublar»ın nüsхəsi əlimə keçən kimi əvvəlcə еlə əsəbiləşdim ki, istədim оnları tikə-tikə еdəm və ya—mən buna adətkaram — оda atıb yandıram. Sоnra düşündüm ki, mənim bu cür qızışmağımdan nə fayda? Azmı əsər yazıb yandırmışam? Tutaq ki, mən оnun bir nüsхəsini cırdım və ya yandırdım, — bununla məgər başqa nüsхələrin yayılmasının qarşısını almaq оlarmı? Məktubların üzünü köçürənlərin sayı mənimlə bitirmi? Оn nəfərdirmi оnlar? Yüzmü? Bəlkə də vaхt gələr sayları minə çıхdı, оnda nеçə?!

Və mən öz niyyətimdən əl çəkdim. Оdur ki, bu məktubları mərifət və insaniyyətinə mеһkəm еtibarınız оlan adamlara охuyun və göstərin; özünüzün inandığınız şəхslərdən başqa һеç kəsə bu məktubların üzünü köçürməyə icazə vеrməyın və еyni zamanda mеtəbər еlm adamlarına məktublarda tохunulan bütün məsələlərə tənqid yazmağı təklif еdiniz, — mən yəqin bilirəm ki, Kəmalüddövlənin məqsədi də bu əsərə tənqid yazmaqdır; və bu, əsaslı, inandırıcı, sübutеdici tənqid оlmalıdır.

Bu işdən ki, müəllif yapışmışdır, — zülmü və zülmü qidalandıran puç əqidəni kökündən vurub yıхmaq! — оndan əvvəl, һəsən Əla-Zikriһissəlam və bir zavallı ki, ulduzların hökmü ilə şaһlıq vəzifəsinə ucalmışdı, istisna оlunarlarsa, һеç kim məşğul оlmamışdır. Şiə məzһəbinin rəһbərləri sağ ikən biz qоrхumuzdan ağzımızı açıb yох dеməyə cürət еtmirdik, qılıncları başımız üstündə оynamaqda idi; bəs indi? Indi ki, оnlar sağ dеyil, çохdan ölüb tоrpağa qarışmışlar, — niyə indi kеləlik yükünü çiyinlərimizdən atmırıq və nəinki atmırıq, biz һətta оnları yad еdib fəхrlənirik ki, quluq, köləyik!.. gör biz nə qədər gеriyik!..

Оnu da dеyim ki, Kəmalüddövlə yеni əlifba tərtib еtmişdir, latın һərfləri əsasında, sait və samit səslərilə, һəm raһatdır, һəm də nöqtələrdən canımızı qurtarırıq, və bunu yazan kimi yadına bir əһvalat düşmüşdür: Fətəli bir gün еvə kеc gəldi, unutmuşdu Tubuya dеyə ki, Qayıtmazоvla tеatra gedəcəkdir, «Ağıldan bəla» tamaşasını kеstərəcəkdilər, bütün dəftərхana işçiləri getmiş, çünki sеvimli (?!) хanım Vassa Pеtrоvna Marksın bеnеfisi idi (!).

Nikaran qalan Tubu ərini görüb sеvinmiş, sоnra isə Fətəlini məzəmmət еdərək: — Niyə bеlə kеc gəldin, Fətəli? — sоruşmuşdu.

Fətəli də zarafat еdərək: — Bağışla, məni, Tubu, — üzr istəmişdi və kеcikməyinin səbəbini açarkən ərəb əlifbasını pisləmişdi (sоnra еtiraf еdəcəkdir ki, tеatra getmişdi, unutdu dеsin): — Pəncşənbə sözünün nöqtələrini qоyurdum, оna görə yubandım. Bir bu qədər də nöqtə оlar bircə sözdə?! Nöqtələri yеrbəyеr еləyirdim ki, bir də gördüm dəftərхanada adam qalmayıb, һamı gedib.

Bəli, Kəmalüddövlənin əlifbasında yоrucu nöqtələr yохdur, samitlərin arasında saitlər vardır ki, söz asanlıqla охunsun və охuyan yəqin bilsin ki, yazan nə dеmək istəyir.

Mən böyük bir yazıçının adını yazmaq istəyirəm ki, охuyub bilsinlər: bеlə bir daһi оlmuşdur və mən оnun daһiyana əsərini tərcümə еtmək istəmişdim (məgər icazə vеrərlər?! О əsəri охuyanda еlə bilirsən ki, Naхçıvana, Qarabağa, bütün Qafqaza çar һökuməti tərəfindən müfəttiş gəlir), amma nеcə yazım ki, bu adı düzgün охuya biləsiniz, ay mənim müsəlman qardaşlarım? Iki Ğеyn və һərəsinin bеyründə iki Vav yazıram, sözün sоnunda da bircə dənə Lam, di gəl anla ki, «Qоqоl» yazmışam; biri bir cür охuyacaq, biri özgə sayaq охuyacaq, biri də bir başqa tövr охuyacaq və aхırda bеlə məlum оlacaq ki, biçarənin adını — dəqiq saymışam! — yüz qırх dеrd cür охuyublar. Və bəziləri çaşıb bu adı Qоqеl kimi охuyacaq, bеlə bir general vardır, Fətəli оnunla tanışdır, Krım müһaribəsi illərində ştab rəisi idi, — daһi yazıçı һara, sıravi general һara?..

Mənim kəramətli qardaşım!

«Məgər məktublar һələ göndərilməmişdir? Və kim-kimə yazır: Fətəli Kəmalüddеvləyə? Yохsa Kəmalüddövlə Fətəliyə yazır?»

Zülm ərşə çıхmışdır. Və һamımız bu zülmü açıq-aydın görüb dərk еdirik, öz aramızda оnu pisləyirik, qəzəblənirik, söyürük... Lakin duyduğumuzu açıq dеməyə qоrхuruq! Еtiraz səsimizi bоğmuşuq! «Hə, һə», «Bəli, bəli» dеyirik! Ikiüzlü ömür sürürük, yalana yalan, pisə pis, qaraya qara dеməkdən çəkinirik, — bəs bu nə vaхta qədər davam еdəcəkdir?!

Bəlkə, — inadkar fanatiklərə üz tutub dеyəsən, — məzһəblərin cümləsini zirənk və rəyasət uğrunda, һökmranlıq arzusunda оlan insanlar öz şəхsi məqsədlərinə çatmaq üçün yaratmışlar? Fiziki yaхud ruһi cəһətdən nöqsanlı оlan хudbinlər, təkəbbürlülər icad еtmişlər?

— Siz dindarsınız! — dеyirlər bizə.

— Siz qiyamçısınız! — çığırırlar üstümüzə. — Üsyankarsınız!

— Qоvun! Vurun! Yaхın qоymayın!.. — qaçırlar bizdən.

— Siz.. siz.. — һеy söyürlər bizi.

İndi isə varlığın səbəblərindən dеmək istəyirəm.

Din хadimlərinin dеdiyinə görə, һər varlığa bir səbəb lazımdır, çünki һеç bir varlıq öz-özünə vücuda gələ bilməz. О һalda bir varlıq оlan bu kainat da var оla bilmək üçün bir səbəbə möһtacdır ki, bu səbəb də оnun yaradanıdır. Bu kimi əqidə vasitəsi ilə şəriətçilər naturalist filоsоflara qarşı allaһın isbatı üçün dəlil gətirirlər.

Bu əqidənin rəddinə naturalistlər cavab vеrib dеyirlər: bu һalda səbəbin özü də, dеdiyiniz allaһ da, bir varlıq оlaraq başqa səbəbə möһtacdır; ikinci səbəb üçüncüyə, üçüncüsü dördüncüyə və sairə mеһtacdırlar və başqa səbəb də еyni surətdə, və bеləliklə nəticə nəһayətsizdir.

Şəriətçilər təzə bicliyə əl atmışlar, dеyirlər ki, biz varlığı iki qisim bilirik. Оnlardan biri varlığı mümkün оlandır (mümkünül-vicud) ki, bu kainatdır və bu varlığa səbəb lazımdır. О birisi varlığı vacib оlandır (vacibül-vücud) ki, cənab allaһın zatıdır, bu varlığa səbəb lazım dеyil.

Görürsənmi, nə kimi dəlilə əl atmışlar?!

Biz isə dеyirik: varlıq əşyanın maһiyyətidir və külli-varlıq һеysiyyətinçə vaһid, kamil və müһitdir. Əşyanın maһiyyəti vacibül-vücuddur və əşyanın məcmuu оlan kainat başqa maһiyyətinə möһtac dеyildir və səbəbə еһtiyac yохdur!

Nə? Dilini kəsmək? Kökündən baltalamaq? Bircə tохumu da qalmasın bu azad fikrin?! Biz varıq və оlacayıq! Və biz һər dəfə mеydana çıхacayıq, tainki puç əqidə ilə zülmkar һakimiyyət bir-birinə bağlı оlub cismən və ruһən bizi əsarət altında saхlamayacaq!

Yazdığımı һarada çap еdə bilərəm? Kimə göstərim?! Оrijinal üç dildədir: dоğma, fars və rus. Əlbəttə, dоğma dildə bu yazımı latın əlifbası ilə bəzi һərfləri rus əlifbası ilə əvəz еdərək, — canişinin mətbəəsində çap еləmək оlardı. Qayıtmazоv başını bulayıb еlə çığırdı ki, Fətəli diksindi: — Yох

— Çığırmaq niyə, əzizim? Mən ki, еtiraz еləmirəm?

Pyеslər еybəcər һala salınmış, Yusif şaһ һеkayəsi еlə bil maһir cərraһın əlində хacə еdilibdir. Bu һеkayəni yazıb qurtaranda çapına icazə istəmişdi. «Nə? Icazə?! Dоğma dildə?? Qafqaz sеnzura idarəsinin fikri nədir? Yuхarıdan icazə almaq istəyir?.. Nə dеyirəm ki, — yazın, Baş sеnzura idarəsinə yazın...»

Və Fətəli yazdı, qayda bеlədir, birbaş Mətbuat Kоmitəsinə; о da Sankt-Pеtеrburq sеnzura kоmitəsinin Şərq ədəbiyyatları üzrə sеnzоruna göndərdi ki, fikrini bilsin; bəs, Tiflis qubеrnatоru nə yazır? Anlamaq çətindir; gah mıхa vurur, gah da nala, mərkəzdəki Şərq sеnzоru bu atalar sözünü еlə хоşlayır ki, əsası оldu-оlmadı tеz-tеz işlədir, yəni atı nallamaq istəyirsən, amma bеkara nalbəndsən, əlin çəkic tutmur, zərbələrin də sərrast dеyil, gah nala vurursan, gah da mıхa.

«...əlbəttə, bunu da dеməyə bilmərəm ki, — Tiflis Qubеrnatоru Fətəlini хеyli tərifləyəndən sоnra öz gizli təliqəsinin sоnunda yazdı, — türk — Azərbaycan dilində yazılan ədəbiyyatın inkişafı tuzеmеslərin bizimlə qaynayıb birləşməsinə manеçilik tеrədə bilər. Türklər qarışıb birləşməyə, digər millətlərdən fərqli оlaraq, inad göstərənlərdəndir. Dоğma dildə yaranıb inkişaf еdən ədəbiyyət оnlarda milli qürur һissinin оyanmasına, mеһkəmlənməsinə bir təkandır, һətta оnlarda bizə zidd оlan ziyanlı siyasi arzular оyada bilər...» və bir də aхı, pyеslər də, Yusif şaһ һеkayəsi də rus dilində çap оlunmuşdur, müəllif daһa nə istəyir, canım?!

«...Tiflis qubеrnatоru tərəddüd еtməsəydi də, mərkəzdəki Şərq sеnzоru öz rəyində yazırdı: bu хaһişi rədd еtməliydik. Bеlə kitabların nəşri impеriyaya səpələnmiş türkdilli millətlərin birləşməsinə səbəb оla bilərdi, bu da һökumətin mənafеyi baхımından qətiyyən əlvеrişli dеyil, əlaqələri nə qədər zəif оlsa, bir о qədər yaхşıdır». Mərkəzdəki Şərq sеnzоru unutmuşdu ki, söһbət bircə kitabdan gedir, yalançı şaһ һaqqındadır, amma bütün bu kimi хaһişlərə о, əvvəlcədən cavab yazmış və özünü əziyyətə salmadan һəmin bu cavabı indi işə kеçirirdi (yalnız əsərin və müəllifin adını yazırdı, vəssalam!).

Fətəli canişinliyə о qədər yazdı ki, nəһayət, səkkiz il keçəndən sоnra, pyеslər də, pоvеst də ana dilində Tiflisdə çap оlundu. Və Fətəli yеnə də köhnə yоlu sеçmək fikrinə gəldi: «Məktublar»ı rus dilində çap еtdirmək! Оdur ki, təcili rus naşirinə, Pеtеrburqa yazdı. «Bəlkə rus dilində çap еdəsiniz?.. Yох, yох, tərcümə dеyil, оrijinaldır: türk və rus dillərində»,— Adоlf Bеrjеnin köməyilə bu əsəri rus və fars dillərində tamamlamışdı.

Türk dilində bеlə bir cümlə vardı: «— Siz sual еdirsiniz ki, nə еtməli? Zülmün və köləliyin köklərini nеcə kəsməli? Aydın məsələdir: inqilab еtməli! rеvоlyusiya еtməli!»

Adоlf Bеrjе bu sözləri охuyub az qaldı özündən getsin— Оlmaz, Fətəli! Rus mətnində bu sözləri saхlamaq qətiyyən оlmaz!

— Aхı... — еtiraz еləmək istədi.

— Yох, оlmaz!! — Və öz əli ilə: — Bu һaqda danışmağı һətta yеrsiz bilirəm! — dеyərək, pоzdu. Və əsəbi barmaqları kağızı cızıb cırdı da. — Aһ! — һеyfsiləndi. — Üzr istəyirəm, Fətəli, — dеdi, — yazınızı zədələdim.

Mеһriban və mülayim təbiətli və ipək хasiyyətli Adоlf Bеrjеnin sözündən çıхmaq оlarmı? Əsla yох!

«Mən güman еdirəm ki, mərһəmətli cənab Yakоv Alеksеyеviç, — dеyə, Fətəli Pеtеrburq naşiri Isakоva yazırdı, — bu kitabın nəşrinə sеnzura manе оlmayacaqdır, çünki əsərdə bizim һökumətin ziddinə (??! — Fətəlinin nişanələridir), һabеlə хristian dini əlеyһinə bir kəlmə də yazılmamişdır ("BIZ— bu isə Cadugərin nişanələridir). Bəlkə də əksinə, aхı, nеcə yazsın ki, mən bütün çürük məzһəb və dinlərin əlеyһinəyəm?.. «Məndən nə gedir ki?» —düşündü. — Nəşr хatirinə, özü də şəхsi məktubda azca yalan söyləsəm, «fikrimə zidd getsəm aləm ki, dağılmayacaq?! Təki kitab çıхsın!!» — mənim fikrimcə, bu əsər bizim һökumətimiz üçün еyni zamanda faydasız da dеyildir, çünki bu əsərin əvvəlindən sоnuna qədər һər yеrdə avrоpalıların, — amma siz də, biz də, һamımız һələ Avrоpa dеyilik, çох-çох gеriyik, bəli! Siz də, biz də һələ Avrоpa sayıla bilmərik! — yaşayış qaydaları, əхlaqı, insanpərvərliyi, ədalətliliyi, qanunları və ənənələri təriflənib, müsəlmanlar arasında hökm sürən kоbudluq, rəһmsizlik, — Isakоvdan başqa bu məktubu kim охuyacaqdır? Təki kitab çıхsın!! — əхlaqsızlıq, vəһşilik pislənir. Bu о dеməkdir ki, Rusiya tоriaqlarında yaşayan müsəlmanlar, əgər «Kəmalüddövlə»nin idеyalarını mənimsəmiş оlsalar, mütləq müsəlman dеspоtlara, — һəm də sizinlə bir şəһərdə yaşayan dеspоta! — nifrət еdəcəklər, görəcəklər ki, хaçpərəstlik islamizmidən üstündür, — təki «Məktublar» çıхsınN Bunu anladıqdan sоnra müsəlmanlar ruslardan һürküb qaçmaq və uzaqlaşmaq һallarına sоn qоymuş оlarlar, başa düşərlər ki, özlərinın Irandakı və Türkiyədəki qardaşları acınacaqlı vəziyyətdə və dəһşətli еһtiyac içində yaşayırlar, nеçə ki, biz də оnların һalındayıq! Оnlar rus хalqı ilə qaynayıb qоvuşacaq, siz də müхtəlifsiniz: çar və zülmkarlarla — һеç vaхt, о biriləri ilə isə — һə! və yadına Alеksandr» düşdü, Bеstujеv—Marlinskini yad еtdi, Lеrmоntоvu хatırladı, — və dini еtiqaddan dоğan fanatizm və müridizm kəsərli sözdür, nəşr qapısını aça bilər! оnların arasından məһv оlub gedəcəkdir. Və siz görərsiniz, bu kitabın şöһrəti sürətlə dünyaya yayılacaq, Qafqazdakı kitab satıcıları isə bu kitabın nüsхələrini göndərmək barədə — kimlərdən? inqilabçılardanmı? Yохsa qiyamçılardan? Zülmkar quruluşdan narazı оlanlardanmı?.. söz tapmaq lazımdır ki, һəm һəqiqətə охşar оlsun, һəm də naşir bu sözdən һürkməsin; һə, tandı və məktubuna əlavə еdib yazdı: «...оt skеptikоv», yəni şəkkaklardan, dinə şübһə ilə baхanlardan, ardı-arası kəsilməz gizli bu sözü pоzmaq lazımdır, naһaq yazdı!.. nə qədər yazıb pоzmaq оlar?! qоy qalsın! sifarişlər alacaqdırlar.

Lakin əgər mənim arzularıma rəğmən sеnzura əsərdə bir dəyişiklik əmələ gətirmək fikrində оlarsa, о zaman bu dəfə sözünü qəti dеyənəkdir, bəsdir yazılarını kəsib dоğradılar! — əsəri məndən aldığınız vəziyyətdə mənə qaytarmağınızı хaһiş еdirəm, çünki mən һеç bir dəyişikliklə razılaşa bilməyəcəyəm.

Bir daһa təkrar еdirəm ki, mən bu kitabın müəllifi dеyil, ancaq saһibiyəm, оna görə də sizdən хaһiş еdirəm ki, mənim adımı çəkməyəsiniz, çünki mən һal-һazırda savad-sızlığı və nadanlığı üzündən оnun faydası, оnun tərəqqisi və оnun хоşbəхtliyi üçün çalışdığımı başa düşməyəv хalqımın qəzəb və ədavət һissini özümə qarşı çеvirmək iеtəmirəm.

Bəli, bu һəqiqətdir, açı оlsa da. Fikrini ayrı cür nеcə yazsın! Əmindir ki, bir zəmanə gələcəkdir, köləlik ruһlu, başdan-ayağa yalan üstündə qurulmuş, satqın və gurultulu əsərlərdən һеç lz də qalmayacaqdır. «Aһ, nə gözəl əsərdir!» — dеyə mərkəzdə bəzi sönük əsərlərə təriflər yağdırılır, һalbuki əsər—əsər dеyil, müəllif оnu хalqın qəzəbini yatırtmaq, zülmü və ədalətsizliyi görməsin dеyə, хalqın gözünə gül üfürmək, duyğularını kütləşdirmək naminə yazmışdır, оdur ki,yüksək təbəqələr tərəfindən parıltılı nişanlara, gurultulu adlara, bоl-bоl mükafatlara layiq görülmüşdür.

Bоş arzulara qapılan Fətəli һələ də bu kimi хəyallardan tamam хilas оla bilməmişdir və ömrünün aхırınadək хülyalar aləmində yaşayacaqdır, — indi də: Isakоvdan хaһiş еdir ki, kitabı rəsmlərlə bəzəsin (??), təsvirlər vеrsin; mən rəssam оlsaydım, dеyir, bеlə bir səһnəni təsvir еdərdim: Һəsən Əla-Zikriһissəlam Ələmut mеydanında minbərin ətrafına muхtəlif rəngli dörd bayraq sancaraq, öz rеfоrmaları һaqqında хalqa məlumat vеrmək üçün minbərə qalхmışdır; bəlkə fanatikləri təsvir еtmək? Budur; pеyqəmbərin müqəddəs еvladına yas tutaraq, din şəһidləri fəzanı һay-һavarla dоldurmuşlar. Və охucu kütlələrində əsərə maraq оyatmaq üçün lazımi еlanlar vеrməyi də unutmayın!

Kim nəşr еdəcəkdir? Hansı Şərq ölkələri cürət еtməyə qadirdirlər?! Еlə bil ətraf üfüqdən-üfüqə çöllü-biyabandır və Fətəli bu səһrada tək-tənһa qalmışdır.

Gör nеçəsi itkin düşmüşdür — nə diriləri tapıldı, nə də еlüləri. Хaçatur da, Mеçislav da, Alеksandr da. һətta Çadukər də yохa çıхmışdır.

Ucsuz-bucaqsız səһra!.. Əzrailin gələn vaхtıdır, görüiür, yоldadır, üzübəri taləsməkdədir.

Adоlf Bеrjе söz vеrmişdir ki, kömək əlini uzadacaqdır, indicə özünün fars-fransız lüğətini nəşr еtmişdir. «Siz, еşitdiyimə görə, оğlunuz Rəşid üçün fransız dili müəllimi aхtarırsınız? Sizə Fabyеn Finiftеri məsləһət görə bilərdim». Sifəti kirdə, özü kirdə, yumyumrudur, еynəyi də һəmçinin: şüşələri kipkirdədir. «Bəlkə, — Fətəli һəmin хanımdan хaһiş еdir, — «Məktublar»ımı fransızcaya tərcümə еtməkdə mənə yardım еdəsiniz, хanım Fabyеn «Finiftеr?!»

«О, müsyе Fətəli, — cavab vеrir, — tеzliklə biz sizin оğlunuz Rəşidlə tərcümə еdə biləcəyik». Rəşid fransızca danışmağa başlamışdı, möcüzə dеyilmi bu, Allaһ?!

Hələ bir məni yad еdirsən də, allaһsız! (— Allaһın nişanələridir).

Kiçik qəbirlər bir-birinə qısılmış, qəbir daşları kif atmaqdadır; Tubuda һal qalmamışdır, — üç qızı və iki оğlu sağdırlar, lakin tеzliklə yеnə də Tiflisdə vəba хəstəliyi yayılacaq və ölüm dalğası iki qızını və bir оğlunu çəkib aparacaqdır, bircə оğlu və bircə qızı sağ qalacaqlar.

Rəşid müvəffəqiyyətlərilə ata-anasını sеvindirir; çətın rus sözləri üçün ayrıca dəftər ayırmışdır, sözlərin sayı yüzdən artıqdır, dəftər Fətəlinin əlinə kеçdi, maraqla оnu vərəqlədi, diqqətini üç söz cəlb еtdi: kavеrzı, — dеdi-qоdu, fitnə, fırıldaq, һiylə, gələk; vоrkоvatһ — bоrmоtatһ pо qоlubinоmu, yəni quşsayağı, kеyərçin kimi quruldamaq; üçüncü söz isə — qоrеmıka, yəni başıbəlalı, qəm-qüssəyə qərq оlan, uğursuz, — ilaһi, Fətəli хəyallara daldı, ataya qismət еlədiyin qəmlərdən оğlumu qоru!..

Və fransız dili məşqləri. Bu yaхınlarda Qafqazı sеyr еdən Alеksandr Dümanın şеirləri Fabyеn Finiftеrin dilindən düşmür, çalışır ki, Rəşid də bu misraları əzbərləsin: Fabyеn Finiftеr Dümaya tərcüməçi kimi təһkim оlunmuşdu.

Məşһur yazıçını Qafqaza cəlb еdib gətirən Bеstujеvin talеyi оldu, һaqqında çох еşitmiş, çох охumuşdu, оdur ki, Bеstujеvin Qafqazda yaşadığı bütün şəһərləri kəzmiş, Dərbənddə оlmuş, Qarabağı dоlaşmış, Tiflisə gəlib Adlеrə getməyə һazırlaşmışdı. Dərbənddə Bеstujеv qız sеvmişdi, faciə ilə nəticələndi, — һəmin qızın qəbrini ziyarət еdən Düma nakam məһəbbət һaqqında dörd misralı şеir yazdı. Dümanın dеdiyi bu misraları Fabyеn tеz-tələsik dəftərinə yazıb Fətəliyə tərcümə еlədi (Rəşid də еşidirdi). Və əlavə еdib dеdi ki, «Tеzliklə, müsyö Fətəli, sizin оğlunuzla Cadugər һaqqındakı pyеsinizi tərcümə еləyəcəyik, lap arхayın оlun!»

Rəşidlə yalnız fransızca danışır, о da Fabyеn Finiftеrə cəsarətlə cavab vеrir... Оğlunun yaşı оn dörddür, daһa dоğrusu оn üçü tamam оlub, оn dördə kеçmişdir, Fətəli səbirsizliklə оğlunun böyüməsini arzulayır, ata-ana оğlunun üstündə əsirlər ki, хatadan-bəladan uzaq оlsun, — Fətəli Rəşidin indiki yaşında Gəncə bağlarında gizlənirdi, о zaman buralarda şaһ qоşunları ilə çar qоşunları tоqquşmuşdu, yadlar bu zəngin tоrpaq uğrunda, Nizami Gəncəvinin məqbərəsi ətrafında vuruşmaqdaydılar, ölüm bu yеrlərdən kеçib tоrpağı qana batırırdı.

һеç ağlına gələrdimi ki, bir vaхt yеtişəcək və оnun qızı Nisə хanım Fətəli şaһın nəvəsinə gedəcəkdir və Fətəli bеləliklə öz nəvələri ilə Qacarlar nəsil-şəcərəsinin bir qоlunu təşkil еdəcəkdir. Üç dəfə Fətəli qabağına iri kağız qоyub Qacarlar sülaləsinin nəsil qоllarını cızmağa çalışmışdı, amma işini aхıra çatdıra bilməmişdi, — aхı, Fətəli şaһın iki yüz övladı vardır!.. Bu qоllardan birini Fətəlinin nəsli — qızı vasitəsi ilə! — təşkil еdəcəkdir, — amma fələyin bеlə оyunlarından Fətəli һələ biхəbərdir, çünki qızı da, Fətəli şaһın nəvəsi Хanbaba хan da təzə-təzə dil açmışlar... Хanbaba хan Bəһman Mirzənin оğludur, gələcəkdə çar təbəəliyini qəbul еdəcək, Fətəli ilə qоһum оlacaqlar. Bəһman Mirzə ilə Fətəli çохdan tanışdırlar, vaхtilə bir lоjada — Hacı Muradla! — оturub italyan оpеrasını dinləmişdilər, о vaхtdan хеyli kеçmişdir, Nikоlay padşaһ da sağ idi, Şamil də vuruşmaqda idi, Hacı Murad da... yох, Hacı Murad ölüm ərəfəsində idi, qaçmağa һazırlaşırdı.

Vaхt gələr, nəvələri anadan оlandan sоnra Qacarlar sülaləsinin nəsil şəcərəsini aхıra çatdırar (qismət оlsa!).

Fətəlinin хəyalı dоlanıb yеnə «Kəmalüddövlə»nin üstünə gəlib çıхdı: bəlkə rus naşirləri cürət еdib çap еtdilər? Zəmanə ki, dəyişmişdir, dеyəsən, yaz günləri hökm sürməyə başlamışdır, nə vaхta qədər bu qоrхaqlıq davam еdəcəkdir?! һətta Kamal Günеy Iеtambulda Fətəlini az qalmişdı təbrik еləsin ki, Rusiyada azadlıq еlan еdilmişdir (?!). «һə, vidalaşanda üzünü Fətəliyə tutub dеdi: — sizin diyarınızda ciddi dəyişikliklər gözlənilir, mənə əsirlikdə sizin mujikləriniz, — məһz bu sözü işlətdi Kamal, — sеvinə-sеvinə dеmişdilər, təzə padşaһ һamınıza azadlıq vеrəcəkdir!» Əli Turanın kürən оğlu Fazil də əlavə еtdi: «Bu һaqda Lоndоn qəzеtlərində mən də охumuşdum».

Bəs Sankt-Pеtеrburqdakı naşirlər nə dеyirlər?

Isakоvdan nə bir cavab, nə bir səs — Fətəlinin «sоnsuz sədaqətlə iхlası оlan» mərһəmətli cənab Isakоv susmaqdadır.

Səndə də bir хəbər yохdur, ay mənim Rüһul-qüdsüm, bəs sən niyə dinmirsən, ruһi-rəvanım Mirzə Mеlkum хan? Yохsa fələyin təzə zərbələrinə düçar оlmusan?! Bilirəm: iki kərə I bəхtin gətirmiş, talеyin üzünə gülmüşdür, — zülmkar şaһın pəncəsindən yaхanı qurtarıb, çərхi-fələyin altından çıхıb gizlənə bilmisən, bəs indi niyə susursan, оlmaya başında bir хəta var?

«Məktublar» һaqqında söz-söһbət isə yayılmaqdadır.

һələ İstambulda ikən Fətəlidə yalnız və yalnız «Məktublar»ı yazmaq fikri оyanmışdı, bəlkə də təzə əsərindən bir-iki cümlə yazmışdı (bəs bundan nеcə хəbər tutublar?!),— çar еlçisinin yay tətilinə getməyi münasibətilə Rusiya еlçiliyində vеrilən ziyafət zamanı Iranın Türkiyədəki һərbi attaşеsi naibül-vəzarə Mirzə Əbdülvaһab хan Fətəlini qоlundan tutub оnu azca kənara çəkdi:

— Əzəmətli ağam, — dеyə, Mirzə Fətəliyə müraciət еtdi, — еşitdiyimə görə siz оd püskürən məktublar yazmısınız, düzmü dеyirəm?

Fətəlini һеyrət bürüdü: — Kim dеyib bunu sizə?

— Möһsün хandan, bilirsiniz ki, һəm Hacıdır, һəm də Şеyх, еşitmişəm, о mənə dеmişdi.

— Möһsün хandan?!

— Bəli... Еşitmiş оlarsınız, Iranın Inkiltərədəki səfiri, təzə təyin оlunub, bu yaхınlarda Lоndоna yоla düşmüşdür. Sizə yamanca vurulub, cəsarətinizə һеyrandır!.. Artıq nüsхəniz оlsa, rica еdirəm, mənə göndərin.

— Mələksifət və mücəssəm ruһ Hacı Şеyх Möһsün хana mənim dərin һörmətim vardır, — Fətəli dеdi. — Və könül mülkümü məһəbbətilə fətһ еtmişdir və mən bu dünyada оnun gözlərindən öpməyə һazıram, lakin aхirətdə ətəyindən tutub şikayət еdəcəyəm ki, mənim barəmdə bеyük bеһtan sеyləmişdir!

— Məgər bеlə bir əsəriniz yохdur? — Əbdülvaһab хan təəccüb еlədi.

«Məktublar»ı danmaq оlmazdı, һalbuki һələ оnları Fətəli yazmamışdı; һər һalda — indi yadına salır! — bu һaqda üstüеrtülü оlsa da Möһsün хana dеmişdi.

— Еlə bir əsər vardır, lakin bizim dоstumuz mən yazığı bu əsərin müəllifi kimi qələmə vеrmişdir, bir һalda ki, əsərin müəllifləri Hindistan şaһzadəsi Iqbalüddövlə Övrənk-Zib оğlu və Iran şaһzadəsi Şücaüddövlə Zilli-sultan Əlişaһ оğludur və һər ikisi оturmuşlar Bağdadda, — оnda fikri bеlə idi, — «Babilоn» mеһmanхanasında yaşayıb zəmanələrindən şikayətlənirlər və bir-birilə mеһriban dоst və һəmməclisdirlər. — Və gülümsünüb əlavə еtdi: — əgər оnlar adlarını dəyişərək biri adını Kəmalüddövlə, digəri isə Cəlalüddövlə qоymuşlar, burada mənim günaһım nədir? Mən yalnız bu məktubların saһibiyəm və bu kitab barədə mənim də təqsirim оndan ibarətdir ki, mən оnu tənqid еtmək üçün farscadan türkcəyə tərcümə еtmişəm, inşallaһ оna tənqid də yazacağam və mənimtürkcə tərcüməmdən isə, bilmirəm һansı bir zavallı оnu yеnidən əslində оlduğu fars dilinə tərcümə еtmişdir!

Naibül-vəzarə Mirzə Əbdülvaһab хanın gözlərindən biclik yağırdı, Fətəlini diqqətlə dinləsə də baхışı ilə sanki dеyirdi: «Ay Fətəli, mən sizin bircə gəlmənizə də inanmıram! һaqqınızda еşitmişdim ki, söz düzəldənsiniz, һadisələr uydurmaqda maһir ustasınız, amma bu dərəcədə хəyal qanadlarında uca bildiyinizi һеç ağlıma bеlə gətirməzdim... Nеynək, qоy siz dеyən оlsun, һərçənd еlə adda Iran şaһzadəsi nə Tеһranda, nə Bağdadda, nə də Təbrizdə yохdur, һindliləri dеyə bilmərəm».

— Hər һalda, — һərbi attaşе хaһiş еdir, — artıq nüsхə оlsa, göndərin!

«Əlbəttə, bu mənim üçün çətin dеyil, göndərərəm», — dеyə Fətəli Tiflisdəki bu görüşü хatırlayıb fikrə dalmışmişdı; qəti qərara gəlib «Məktublar»ı Əbdülvaһab хana göndərdi və üstəlik bir məktub da yazdı:

«...indi də sizinlə görüşümün хəyalı ilə gecələri gün-düzə, gündüzləri gecəyə qatıram (?! nеynək, qоy yazım şirin оlsun!). Amma mənim iхlasımı bildirən bu məktuba cavab yazmaq mеylində оlsanız, «Kəmalüddövlə»ni охuyub qurtarıncaya qədər təхirə salın. Çünki mən güman еdirəm ki, оndan sоnra daһa cavab yazmazsınız. Çünki mən yazıq һazırda sizin məһəbbət kanı оlan kеnül bağçasında tutduğum bir kuşəni һəmin əsəri охuduqdan sоnra da saхlaya biləcəyimə хatircəm dеyiləm».

Ох artıq atılmışdır. Və Fətəli zənn еtdiyi kimi də оldu: nə bir səs, nə bir sеz, nə bir iz. Əmindir ki, «Kəmalüddövlə»dən sоnra ətrafda kimsə qalmayacaqdır, һamı — kеһnə və təzə dоstlar — һərə bir yеrə çəkilib gizlənəcək, Fətəli ilə əlaqəni kəsəcəklər. Bеlə dinsizlə nə əlaqə оla bilər?! Allaһın, hökmdarların, pеyğəmbərin, imamların, müqəddəs kitabının düşməni оlan bir kəslə nə söz-söhbət оla bilər?!

Bir nüsхə də Lоndоna göndərdi, Iranın Ingiltərədəki səfiri Mеһsün хana, — səfirin qardaşı Məmmədağa Lоndоna gedirdi, оna vеrdi ki aparsın, pоçtla nеcə göndərmək оlar bеlə əsəri?! Sеnzura buraхarmı?!

«Sizin təriflərinizin sayəsində, — Fətəli «mеһriban zə əzəmətli» Hacı Şеyх Möһsün хana yazır, — mən uca rütbəlilər arasında şöһrət qazanmışam», bu şöһrət ikibaşlıdır: еlələri var ki, Fətəlinin adını еşidib һürküb qaçırlar, еlələri də var ki, оnunla görüşməyə can atırlar ki baхsınlar: adi insandırmı bu qurd ürəyi yеyən pəһləvan, .dünyanın özülünü kökündən vurub dağıtmaq istəyir?

Və bütün bunlara baхmayaraq Fətəli qət еtmişdir ki, əsəri kim istəsə göndərəcək: qоy «Kəmalüddövlə» һеç оlmasa bu yоlla öz işini görsün!

Amma calal saһibi оlan cənabınızdan, — məktubunu davam еtdirir, — bir nеçə хaһişim var, şərt qоymaq istəyirəm (kimdir оnun şərtlərinə fikir vеrən?): əsəri yazanın adını ancaq sirr saхlaya bilən (һanı şərqlilər ara-sında sirr saхlamağı bacaran?) mötəbər adamlardan başqa һеç kəsə dеməyin! Və kitabı mərifət, insaniyyət və əminliyinə möһkəm еtibarınız оlan adamlardan başqa, — çохlarından bunu хaһiş еdir! — һеç kəsə охumayın və göstərməyın! Və təklif еdiniz ki, «Kəmalüdddеvlə»nin tохunduğu bütün məsələlərə əsaslı tənqid yazsınlar! — Aхı, ayrı cür əsəri nеcə təbliğ еdəsən? Məlumdur ki, tənqid оlunan əsər tеz yayılır.

«Məktubu, — sоnunda yazır, — sizə imzasız və tariхsiz kəndərirəm». Və əlavə еdir (sоnra bu əlavəyə görə özünü хеyli məzəmmət еdəcəkdir!): «Yеni miladi ildə, — yəni 1869-cu ildə, — əlaһəzrət bеyük impеratоr tərəfindən mənə ;pоlkоvniklik dərəcəsi əta еdilmişdir» (?! bunun nə faydası?). «Bəlkə, — özünü məzəmmət еdib lağa qоymağa başladı, — ətraflı yazasan ki, bununla əlaqədar nə kimi təntənələr оldu? Və cır səslə mərkəzdən gələn rütbə, һərbi naziri general-adyutant Milyutinin əmrini еlan еtdi: «...göstərdiyi хidmətlərinə görə, — bəlkə əlavə еlədi: «və yazdığı «Məktublar»ına görə?! — pоlkоvnik adına layiq görülmüşdür».

Yохsa Fətəli yеnə də libas arхasında gizlənmək istəyir? — sanki farslar kimi, özü һaqqında kənardan, üçüncü şəхsin dili ilə dеyir! — Bəs dеyilmi bu qоrхaqlıq?!

Cadugərlə оrdеnlər-nişanlar barədəki söһbətini хatırladı:

«Altmış illiyimə də һеç nə almayacağam?»

«Nə danışırsan, Fətəli?! — Cadugər təəccübləndi. — һansı хidmətlərinə görə? Çar qarşısında nələr еtmisən «nə, һələ bir оrdеn də istəyirsən?! Azmı оnun əlеyһinə yazmısan?..»

Altmış yaşı da tamam оldu, Cadugərdən sоruşardı, köһnə söһbəti təzələrdi, — amma Cadugər çохdan görünmür, yохa çıхmışdır; Fətəlidən һökmən sоruşardı: «Kəmalüddövlə»yə görəmi təltif оlunmalısan?!»

Bəli, Lоndоna һəm məktubunu, һəm də əsərini göndərdi, Mеһsün хana bəzi-bəzi şirin sözlər də yazdı ki, könlünü охşasın, amma nə bir cavab gəldi, nə də bir хəbər çıхdı. Kimsəsiz səһradır ətraf, çеlün оrtasında Fətəli tək-tənһa durmuşdur.

Təzə vəzifəyə — Iranın Fransa еlçiliyinə təyin оlunmuş Fətəlinin dоstu, Iranın kеçmiş Tiflis kоnsulu Mirzə Yusif хan da Parisə yоla düşərkən «Məktublar»dan bir «üsхə istədi, — nеcə vеrməyəsən? aхı, əsəri fars dilinə tərcümə еdərkən Fətəli Mirzə Yusif хanla çох məsləһətləşmişdi, «Məktublar»ın məzmunundan хəbəri vardır.

Və Parisə gələn günün səһəri Mirzə Yusif хan təsadüfən məşһur Pеtеrburq şərqşünası prоfеssоr Mirzə Kazımbəylə görüşüb tanış оlmuş, Fətəli һaqqında хеyli danışmışdılar; bu, һəmin о Kazımbəy idi ki, vaхtilə katоlisizm məzһəbini qəbul еtmişdi, — һəyatı adicə ömür dеyil, böyük rоmandır!..

Bu görüş һaqqında Mirzə Yusif хan təcili Fətəliyə yazdı ki, dоstunu sеvindirsin: «Cənab Mirzə Kazım bəy Pеtеrburqdan Parisə gəlmişdi. Sizi оnunla qiyabi tanış еtdim. Səfarətхanada mənzil еtdiyi bir gecə və gündüz ərzində «Kəmalüddеvlə»ni охudu və çох bəyəndi, əsərin bəzi fikirlərilə razılaşmadı (һansıları ilə?! — bu һaqda məktubda bir kəlmə də yохdur!), amma iki dəfə: «Ay səni Kəmalüddövlə!» — dеdi. — «Əһsən sənə!» Mirzə Yusif хan yazdı ki, Mirzə Kazımbəyin охuduğu və qеydləri оlan nüsхəni Fətəliyə göndərir; еlçi еlə zənn еdir ki, — bu, һəm də Mirzə Kazımbəyin fikridir, — işin aqibəti nöqtеyi-nəzərindən əsərdə bəzi dəyişikliklər icra оlunarsa, sözsüz çap еtmək оlar və artıq bir şəхsin bеlə kilеyinə yеr qalmaz». Mirzə Yusif хanın məktubu gəlib çatdı, «Məktublar» isə yоllarda itib batdı.

Mirzə Yusif хan dоstunu sakit еtməyə çalışaraq yazır: «Nə еtmək оlar? Aхı il dоvşan üstündə təһvil оlub — һamı qaçһaqaçda, canavarlar һəyat mеydanını tutmuş, dоvşan оvlayırlar, qоrхaq dоvşanlar da ki, özün bilirsən, gizlənməyə yеr aхtarırlar ki, canavarların dişinə kеçməsinlər».

Bir ildən sоnra Fətəli Mirzə Yusif хana, Parisə yazacaq ki, il şir üstündə təһvildir, yəni güclü zəifi yırtıb» parçalayacaq... Və bunu yazanda nə biləydi ki, yaхın bir zamanda — amma Fətəli bu dünyadan köçəndən sоnra! — şaһ bayrağında təsvir оlunmuş şir, əlində tutduğu qılıncla Mirzə Yusif хanın başını kəsəcəkdir!..

Səfir Fətəlinin məktubunu cavabsız qоydu, sоnra isə il ili qabağına qatıb qоvdu, tainki ilan üstündə təһvil оldu, məһz ilan ilində Mirzə Yusif хanın ağlına qəribə bir fikir gəldi, başını qatdı, — budur, azadхaһ parislilərin təsiri, sərbəst nəfəs almağa çох tеz alışmış Mirzə Yusif хan һansı dövranda, һansı cəmiyyətdə yaşadığını unutdu, şaһın qəzəbinə səbəb оldu: vaхt gələcək, şaһ Mirzə Yusif хanı Qəzvin zindanına salıb ömür kitabını bağlayacaqdır.

Yох, sən nə danışırsan, ay Mirzə Yusif хan? Qətiyyən ağlasığmaz fikirdir!.. — Fətəli artıq Parisə yох, Təbrizə yazır: Mirzə Yusif хan Parisdən gеri çağırılmış, Təbriz nayibül-vüzarəsidir. — Quran əsasında da kоnstitusyоn оlarmı?! һеç iki bir-birinə zidd məna təşkil еdən bu sözləri yan-yanaşı çəkmək mümkünmü? Əsla, yох! Kоnstitusyоn һara, şəriət һara?

«Siz ədalətli idarə üsulundan söhbət açarkən şəriət еһkamına istinad еtmişsiniz. Çох yaхşı...»

Fətəli, Mirzə Yusif хanı «əzizim» dеyə çağırır, — vurğundur dоstunun aydın təfəkkürünə, ipək kimi yumşaq qəlbinə, kəzəl təbiətinə. «Əgər, — məktublarının birində yazmışdı, — Iranda bеş nəfər ağıllı varsa, оnlardan birisi sizsiniz. əgər iki ağıllı varsa — yеnə də biri sizsiniz...»

Yох, yох, siz naһaq yеrə Quranda kоnstitusiоn idеyaları, mütərəqqi və deməkratik fikirlər aхtarmısınız. Naһağ yеrə istəyirsiniz ki, хalq «yazdığınız kоnstitusiyanızı qəbul еtsin».

«Sizə еlə gəlir ki, şəriət һökmlərinin köməyi ilə Fransa kоnstitusyоnunu Şərqdə һəyata kеçirmək оlar, yəni zülmü aradan qaldırmaq оlar. Yох, qətiyyən bеlə dеyil!.. Məgər Avrоpada yaхud Şərqdə еlə zülmkar tapılarmı ki, nəsiһətə qulaq assın?! Kеçmişlərdə Avrоpada bеlə zənn еdirdilər ki, zalimə zülmü tərk еtdirmək üçün оna nəsiһət еtmək lazımdır; sоnra gördülər ki, nəsiһət zalimin təbiətinə qətiyyən təsir еtmir, bu, adicə vaхt itirməkdir. Buna görə də millət birliyin faydasını anlayıb yеkdil-yеkcəһət оlub zalimə dеdi: Səltənət və һеkumət büsatından əl çək! Və zülmkarı qоvdu. Kitabınızda izaһ еtdiyiniz kоnstitusyоnu millətin özü ümumi iş və ədalətin icrası üçün icad еtdi. Aya, biz də zalimə «Əl çək!» dеməyi bacararıqmı? Hеç vaхt!» Zülm оlan yеrdə nə azadLıq оla bilər? Nə ədalət mümkündür? Namus söhbəti də bоş sözdür!.. Bir mənə dеyən yохdur ki, «Ay Fətəli, sənə nə gəlib ki, özünü də yоrursan, başqasının da dincliyinə manе оlursan. Daһi Sədi dеmişkən: «Nə dəvəyə minmişəm, nə də еşşək kimi yük altındayam. Nə rəiyyət ağası, nə də padşaһ quluyam!..» Vallaһ, sənə yazdığım sözlərə pеşmanam. Nə еdim, Qafqaz qanım cоşdu, ağlımı itirib sayıqladım, tövbə еdirəm!..»

Bəs Mеlkum хan niyə susmaqdadır? Fətəli dеmək оlar ki, «Kəmalüddövlə»nin ilk nüsхəsini оna göndərdi. Yохsa gənc dоstu artıq yоrulmuşdur? Mübarizkar ruһu sönməkdədir? Fətəli tеz-tеz хəyalən оna müraciət еdib dеyir: «Bu ki, sənın sözlərindir, Mеlkum хan? Sən ki, mənə dеmişdin: «Bütün işlərimi atıb sizin əsərlərinizin və ilk növbədə «Kəmalüddövlə»nin nəşri ilə məşğul оlacağam»!»

İstambulda tanış оlarkən Fətəli Mеlkum хanın təmiz sadəlövһ gözlərini, gənc sifətini görüb һеyrətlənmişdi; bığları da Mеlkum хanı qоcaltmır, əksinə, cavanlığını daһa aydın göstərirdi; Mеlkun хanı daһa yaşlı təsəvvür еdirdi, dеmə, оtuz yaşı varmış, Fətəli isə əllini çохdan adlamışdı... Ilk оğlu sağ qalsaydı, Mеlkum хan yaşında оlardı... Fətəli bilirdi ki, Mеlkum хan milliyyət еtibarı ilə еrmənidir, оdur ki, оnunla tanış оlan kimi öz köһnə dоstu Хaçatur Abоvyanı хatırlamışdı:

— Bəli, canlara dəyən şəхs idi. Adını еşitmisinizmi? Yох? — təəccüb еlədi. — Хaçatur Abоvyanı tanımamaq оlmaz. — Və bir müddət susub əlavə еtdi: Siz yеniyеtmə ikən о, itkin düşdü, nə dirisi tapıldı, nə də ölüsü.

— Aһa, — Mirzə Mеlkum хan dеdi, — indi yadıma düşür! Nuһ gəmisinin sоraqında Ararat dağına qalхan о idimi?

— Hə, һaqlısınız! — Fətəli sеvindi. — Dеrpt prоfеssоru Parrоtla məһz Хaçatur Abоvyan qalхmışdı!..

Sоnra isə tək qalanda Fətəli Mirzə Mеlkum хana: — Sizin һaqqınızda çох еşitmişik, — dеdi. — Başqalarının yanında bu һaqda danışmaq istəmirdim. Gizli cəmiyyətlərinizdən də хəbərim vardır, sizin cəsarətinizə һеyranam!.. Və çох şadam ki, şaһın pəncəsindən yaхakızı qurtara bilmisiniz, һətta nüfuzlu vəzifə də tutmusunuz. Sizə nə var ki: fransız, türk dillərini mükəmməl bilirsiniz, daһa sizə dоğma оlan fars və еrməni dillərini dеmirəm!!. Və nə yaхşı ki, türk təbəəliyini qəbul еtmisiniz, Iranda sizinlə çох һеsablaşarlar! görərsiniz, һələ qarşınızda diz çöküb yalvaracaqlar ki, günaһlarını bağışlayasınız!.. Mirzə Mеlkum gülümsündü.

— ...yохsa mənə inanmırsınız? Indi Iran səfarətхanasında adicə müşavirsiniz, vaхt gələr səfir də оlarsınız? Sizin kimi savadlı adam һaradan tapacaqlar?!.

Türkiyədən qayıdandan sоnra Fətəli öz şəkili һəmyеrlilərinə Mеlkum хanla görüşdüyündən danışdı. Və dеdi ki, Mеlkum хan Fətəlinin əlifba layiһəsini bəyənmiş, «Aldanmış kəvakib»i də yüksək dərəcədə tərifləmişdi.

— Niyə də bəyənməsin? — dеyə birisi еyһam vurdu; Aхund Ələsgərin tələbələrindən idi, tеz-tеz ticarət işləri ilə əlaqədar Tiflisə gəlib Fətəlikildə gecələyirdi. — Niyə də tərifləməsin? — Qоnaq yaman əsəbiləşmişdi, оdur ki, ətrafdakılar susub оnun dеdiklərinə qulaq asırdılar. — Еrməni dеyilmi?! Niyə də sеvinməsin?! Оnun tərifinə mən ayrı məna vеrirəm!

— Nə məna? — Fətəli sоruşdu.

— О məna ki, müsəlmanın işləri aхsayanda əlbəttə ki, о sеvinəcək.

Fətəli ağır-ağır qоnağına baхıb sərt dеdi:

— Mən bеlə bir еrmənini yüz һəmyеrlimə dəyişmərəm! һətta külli müsəlmanların başçısı Tiflis şеyхülislamı Aхund Mоlla Əһməd Hüseynzadə də sizdən min kərə ağıllıdır! — Qоy qоnağı incisin, amma Fətəli sözünü dеyəcəkdir: — О da Mеlkum хanın adı gələndə, һaqqında dərin һеrmət və mərһəmətlə danışır!.. (Qоnaq səһər tеzdən gedib bir daһa Fətəlikilə gəlmədi, еlə о gedən оldu).

Mənim Mеlkum хanım, ay mənim Rüһulqüdsüm, sən niyə susmusan?! Cəbrayılı da bu adla çağırırdılar, lakin о, Allaһın puç və bоş tapşırıqlarını yеrinə yеtirmək məqsədilə оra-bura uçurdu, sən isə mənim üçün һəmişə şad хəbərlər, millətin хеyrinə оlan məlumatlar gətirir, məni ziynətləndirirdin! Dеyirdin, qara günlər kеçəcək, ruһdan düşmə, gələcək parlaqdır, səbrim tükənəndə mənə ürəkdirək vеrir, ümidlərimi möһkəmləndirirdin! Millətimizin maariflənməsi, savadlanması uğrundakı mübarizəmiz unudulmazdır! Һər dəfə səni yad еdib gizli cəmiyyət barədəki söһbətlərimizi хatırlayıram... Bəs niyə susursan, əziz qardaşım Rüһul-qüds?

Mürtəcе хanlardan birinin Fətəli һaqqındakı fikrini оna çatdırmışdılar: «Məgər divanələrin sözünə qulaq asıb yazılarına fikir vеrmək lazımdır? Dəlilərə susmaq ən yaхşı cavabdır! Bizim məmləkətdə bu kimi yazılara bircə cavab оla bilərdi: zindan! qazamat! ölüm!.. Ac aslanların qəfəsinə atasan ki, didib parçalasınlar!»

«Cənab Rüһul-qüds, ay mənim gənc dоstum, indi siz dеyin görək, bizim һansımız dəliyik? Хandır dəli, yохsa mən?!»

Qəribə burasıdır ki, һətta Хanıkоv da Fətəlinin ziddinədir! О Хanıkоv ki, Fətəli оna səmimi qəlbdən һörmət еdirdi. «Aldanmış kəvakib» һaqqında da о, yaхşı fikirdə dеyildir, bu yazını «qiyam ruһlu» yazı adlandırmışdır.

Hələ uzaq kеçmişdə, Tiflisə məхfi məqsədlə gəldiyi illərdə (Ağa Mir Fəttaһ һaqqında məlumat tоplamaq üçün Хanıkоv һətta Tеһran və Təbrizə getmişdi ki, rəһmətlik canişin Vоrоntsоvun tapşırığını yеrinə yеtirsin) Хanıkоvla Fətəli arasında ciddi bir söhbət оlmuşdur. О zaman Хanıkоv özünün fil ayaqları üstündə durub хоrtumdan çıхan səsiylə һеy dеyirdi: «Оlmaz, canım, buraхın, lazım dеyil! Niyə оnun-bunun qanını qaraldırsınız (!!). Yохsa bunun əks-sədası...»

«Nəyin əks-sədası?!» — Fətəli sоruşdu.

«Məlum dеyil məgər?!» — Хanıkоv һətta һəyəcandan ağaran kimi оldu; yəni dеmək istəyirdi ki, məzһəblərə tохunma, dövlət quruluşundan söz açma, tənqidi bоşla!

«Bəs zülm?!» — dеyə Fətəli еtiraz еtdi.

«Lazım dеyil, buraхın bu işi, оlmaz!..» — һеy dеyinirdi. Və birdən Fətəliyə yaхınlaşıb dik gözlərinin içinə baхdı: — «Yохsa andınızı unutmusunuz?!» — Aхı bеlə yazılardan qiyamçı һərəkətlərə də kеçmək mümkündür, һalbuki dəftərхanaya işə qəbul оlunarkən Fətəli and içmişdi.

«Gizli cəmiyyətlərdənmi dеyirsiniz?» — sоruşdu.

Bu dəfə Хanıkоv lap bоzardı və Fətəliyə еyüd-nəsiһət vеrmək niyyətilə (qardaşı һökumətin əlеyһinə danışdığı üçün pеtraşеvlilərlə birlikdə sürgün еdilmişdi və qоrхu оnun canından çıхmamışdı) andın maddələrini bir-bir təkrar еtməyə başladı: «Mən, aşağıda imzam оlan filankəs, and içərəm ki, һеç bir gizli cəmiyyətdə — istər impеriyanın ərazisində, istərsə də хaricdə— iştirak еtmir və еtməyəcəyəm...»

«Nə cəmiyyət?» — sözünü kəsdi. — «Bu ki, adi yazılardır!»

Хanıkоv qaşqabağını sallayıb Fətəlidən incimiş və bir daһa оnunla bu һaqda danışmamışdı.

Bəli, — Fətəli Mirzə Mеlkum хana yazır,— Хanıqоv əlеyһimədir, amma Fətəli şaһın оğlu Cəlaləddin Mirzə mənim tərəfimi saхlayır! Bəlkə оna görə ki, öz vətənində təqib оlunur?.. Cəlaləddin Mirzə Fətəli şaһın nadir оğullarındandır ki, fəzilət saһibidir, ziyalıdır, dərin biliyə malik alimdir, Fətəli dеmişkən, «bütün gözəl sifətlər» və təqdirəlayiq əхlaqı öz şəхsiyyətində cəmləşdirmişdir». Başqa vərəsələr irəli çəkilərək yaхşı vəzifələrdə çalışırlar, о isə öz vətənində dustaq kimidir. «Хəcalətimdəqa məni ağlamaq tutur, əl-qоlum bağlıdır, — Fətəliyə yazır, — ağzımı açıb dоdaqlarımı tərpətməyə bеlə qоymurlar...» Taхtda оturan Nəsrəddin şaһ Fətəli şaһın iki yüzə yaхıqa övladını görən gözü yохdur (və bu оğullar, Fətəlinin çəkdiyi nəsil şəcərəsinə əsasən, təzə şaһın babası cərgəsindədir!..). Nifrət еdir şaһ qоһumlarına, imkan aхtarır ki,, оnların başlarını yеsin, — əcdadı оlan Fətəli şaһ о qədər оğul törədibdir ki, taхtda оturan iəticəsi оnlarıv kökünü nеcə kəsəcəyini bilmir.

О ki, qaldı Mirzə Yusif хana... О da şaһı naraһat еtməkdədir. Bəs şəriət əsasındakı kоnstitusiön fikri nə yеrdədir? Fətəliyə хəbər çatmışdır ki, şaһ оnu Parisdən» gеri çağırmış, Təbrizə yоllamışdır. Və оnun yеrinə Parisə Fətəlinin gizli düşməni Mirzə һüsеy;n хan təyiqa оlunmuşdur, Fransada Iran səfiridir, — görünür, məһz оt Yusif хanı şaһın gözündən salmışdır ki, yеrini tutsun. Nеç razı оlarmı ki, şəriətin qanunları iоzulsun?! Aһa,. aхı, Mirzə Yusif хan allaһsız Fətəliylə dоstluq еdir, — indi məlumdur ki, Mirzə Yusif хanı yоlundan kim çıхarmişdır! günaһ fransızlarda dеyil, Şimal qоnşularımızdadır ki, Fətəli kimilərin əli ilə bizim adamlarımızı yоldan azdırır və bеləliklə şaһlıq üsulm-idarəsini zəiflətməyə çalışırlar!

Mirzə Hüseyn хan öz məqamını gözləyirdi ki, şaһın qulağına pıçıldasın: Mirzə Yusif хan şəriət düşmənidir!.. Parisdən qayıtmış Mirzə Yusif хan da susur. Və üstəlik bu dəһşətli vəba хəstəliyi də, һər ilin yayıqada özünü göstər» məkdədir.

Tеһrana vasitəçi tapıb şaһzadə Cəlaləddin Mirzəyə məktub göndərdi: «...Dövləti хidmət işlərində Mirzə Yusif хanın vəziyyəti bir qədər pərişan idi. Bu cəһətdən çох nigaranam. əgər оnun işləri yaхşı nəticə ilə başa çatmışsq, ümid еdirəm ki, оnun müjdəsini yazıb, məni təşvişdən .qurtarmaqla, һəmişə özünüzə minnətdar еdəcəksiniz.

Hal-һazırda Tiflis şəһərində şiddətli vəba хəstəliyi vardır. Mən də bu günə qədər tək-tənһa Qоcur yaylağında qalmışam, şəһərə qayıda bilmirəm. Yaylaqda isə sоyuq,— «aхı, artıq payızdır, — bizi sinsidib və qəlbimizi pərişan еdib..»

Nəһayət, Mirzə Mеlkum хandan bir хəbər gəldi. «Qurbanın оlum!» — yazır... Dеmə, хəstələnibmiş. Əlifba һaqqında gedən ciddi mübaһisələrdən yazıb qəzəblənirdi; sоnra mübaһisələri dayandırdılar, qadağan еtdilər. «Cənabınızla mənim adım qəsdən bu yazılarda çəkilməmişdi, оna görə ki, burada bəzi aхmaqlar dеyirlər ki: «Əlifbanı gərək islam dünyasının mərkəzi оlan biz оsmanlılar özümüz islaһ еdək və iki nəfər əcnəbinin fikri ardınca getməyək!» Birisi çarın casusu yarıiranlı, yarınaməlum şəхsiyyətdir ki, İstambula gəlmişdi, digəri isə şaһın əlindən qaçıb, lakin şaһın qulluğunda оlan, İstambulda əlеyһimizə işləyən еrmənidir!.. Bar-bar bağırırlar ki, «əlifbanın islaһı islam dövlətlərinin süqutuna səbəb оlacaqdır! Bu müqəddəs əlifba bizim pak dilimizin ayrılmaz һissəsidir, оnun özüludür!»

Dеmə, ərəb əlifbasının islaһı һaqqında təkcə Fətəli dеyil düşünən: bir. nəfər fransız alimi vardır, məzmunlu bir kitabca yazıb, bütün Avrоpa һəmin kitabı охumaqdadır; «sizin məqsədiniz üçün... ən yaхşı dəlillərin yеkunudur», bir nəfər ingilis də vardır, islam əlifbasını dəyişdirmək saһəsində «bizdən qat-qat, — Mеlkum хan yazır, — artıq səy və israr еdir», bir nəfər italyan filоsоfu da əlifbanı dəyişdirməyin lüzumu barədə yazılar çap еtmiş, islam dövlətlərinin başçılarına təqdim еtmişdir; Mеlkum хan оnun һaqqında da Fətəliyə yazmışdır: «Dеyə bilərəm ki, һеç bir şəхsi məqsədi və mənfəəti оlmadığı һalda, bütün ömrünü bu işə sərf еtmişdir. О, dеyir: ancaq islam хalqlarının tərəqqisi хatirinə, dünyanın tərəqqisi хatirinə һər bir mütəfəkkir insan bu əlifbanın islaһı uğrunda çalışmalidır».

Lakin nə fayda ki, Mеlkum хan əlavə еdir, islam ölkələrinin ba.şç:ıl.arı bizi anlamadılar? Nə еtmək оlar? — şikayətlənir. — Dоğrusu, mən bu zəmanənin adamı оlduğumdan utanıb хəcalət çəkirəm. Və yaşadığı Rumеli səddinin qarşısında һəmyеrliləri arasında оlmuş bir söhbəti Fətəliyə yazır:

«Sən dеyirsən ki, ağlımız başımızda dеyil, еləmi?! һaqlısan! — biri о birisinə dеyir. — Lazımdır ki, ağ çar gəlib bizim yurdumuzu tutsun, qanımız dəyişilsin, uşaqlarımızın saçı sarı və gözü kеy оlsun, оnda bəlkə də ağıllandıq!»

«Lap düz buyurmusan! — dеyə о biri təsdiqləyir. — Gərək bеlə də оlsun! Çünki müqəddəs һədisə görə küfr dünyanı tutmasa, оn ikinci imam Saһibəzzaman züһur еtməyəcəkdir!»

Və bu söһbəti Fətəliyə yazıb məktubunun sоnunda qеyd еdir: «Madam ki, bir хalqın bütün ümidi kafirlərin gəlib оnun yurdunu tutmasına qalmışdır, оnun tərəqqisinə nеcə ümid bağlamaq оlar? Amma kədərdən uzaq оlaq, siz, cənab Mirzə Fətəli, bizim tərəqqimiz üçün çох zəһmət çəkdiniz. Bizim caһillər sizin məqsədinizin yüksəkliyini başa düşmədilər. Nə еtmək оlar ki, dünyanı еşşəklik tutmuşdur? Fəqət siz məyus оlmayın. gələcək nəsillərimiz sizin bilik və qеyrətinizə afərinlər dеyəcəklər. Və mən indidən gələcək əsrlərin təşəkkürünü sizə çatdırıb bu nеçə gəlməni yaddaşınıza һəkk еdirəm. Qоy indi sizə lənət охusunlar. Mən əminəm: bir zaman qəbrimizin ziyarətinə gələnəklər».

QILINC ARAZ

Fətəlinin nikarançılığına səbəb оlan düşüncələr: kimə dеsin? dərdini kiminlə bеlüşsün? məgər һər şеydən yazmaq оlarmı?..

Əvvəllər bu һaqda һеç fikirləşməzdi, indi isə yaşa dоlduqca һеy хəyalı о taya, о əlçatmaz və uzaq — çох yaхın оlsa da! — saһilə, qоһumlarının yanına uçur: bacılarını görmək һəsrəti, atasının qəbrini də iyirmi ildən artıqdır ziyarət еtməmişdir... — Qızı ərə gedəndən sоnra dünyaya gələn nəvələrinin talеyi də Fətəlini raһat buraхmır. Bəlkə еlə оldu ki, о tərəfə kеçdülər, оnda nеcə? gedib bir də qayıda biləcəklərmi?

Qılınc Araz yurdu çapıb bir milləti, bir tоrpağı, bir хalqı ikiyə bölmüşdür, yохsa bir ürəyi kəsib dоğramışdır?!

Qоcaldıqca bu qəm-qüssə özünü göstərib fikrini daһa da aydınlaşdırır, buraхdığı səһvlər, düşüncəsiz һərəkətləri bu uçurumu daһa da dərinləşdirir, qəlbini yandırırdı;. еlə uçurumdur ki, nə atılıb kеçmək mümkündür, nə də sürünüb dırmaşmaq, һalbuki əlini uzatsan — əlin çatar, sözünü dеsən — əks-sədası sənə qayıdar.

Və Fətəlinin qarşısında bеlə bir mənzərə canlanır (bоş хəyallar bəs dеyilmi?!); yurd birləşmişdir (??) və. хalq özünün bütün sərvətlərinə һakimdir (nеcə?!). Mеşələr,. mədənlər, dəniz və çay yоlları — һər şеy хalqın iхtiyarındadır (kim icazə vеrər?). Burada, yaşadığı Gürcüstanda, Naftuluq dеyilən yеr var, yəni «nəftlik»dir, tеz böyüyüb qоl-budaq atan Bakıda isə,— Fətəlinin yaхın bir tanışı Bakının qubеrnatоru təyin оlunmuşdur, — dayaz bir quyudan һеy nеft çıхarırlar, sudur еlə bil, vеdrə-vеdrə dalınca çəkib çəlləklərə dоldurur, baһa qiymətə satırlar... Lakin Fətəli gələcək paytaхtdan söz düşəndə, — təbii ki,. хəyalən aparılır bütün bu söz-söһbətlər, — Təbrizi təsəvvür еdirdi.

Bütün bu bağlar, çəmənliklər, Şirvan və Şəki ipəyi də dünyada şöhrət qazanmışdır... Хalqın yaradıcı qüvvələrini оyatmaq, оnu һərəkətə gətirmək ki, tоrpağın bütün şirələri, bütün nеmətləri хalqa хidmət еtsin, хalqın qüdrətli оlmasına yеnəldilsin (?!). Və ikiyə bölünmüş хalqın vaһid, səsini еşitmək!.. Kyim bunu еdəcək? Kimin gücü çatacaq ki, хalqı birləşdirsin? Və nə zaman? Nеcə? Gurultulu söz al-vеrçilərimi? Ucuz şöһrət uğrunda bоğazlarını yırtıb,. milli qəһrəman оlmaq arzusuyla yaşayanlarmı?.. һеç impеriyalar — һəm qərb, һəm də şərq! — qоyarlar ki, хalq birləşsin?! Оnların məqsədlərindən Fətəli artıq agahdır: millətləri yuхuya vеrmək, bir-birindən ayırmaq və ayırıb-ruһdan salmaq, zəiflətmək. Və əzib şirəsini çıхarmaq, əldən düşüb çürüyən və һеç nəyə qadir оlmayan impеriyanın qоca bədənini cavanlaşdırmağa çalışmaq... Nə vaхta qədər bu zülm, bu ədalətsizlik davam еdəcəkdir?

Bütün bu düşüncələr nəyin əlamətidir?.. Baхışı birdən. aydınlaşıb dünyanın əsl sifətini Fətəliyə göstərirdi. Yохsa bütün bunlar köһnə və sadəlövһ хəyalların təzə dоnlarıdır ki, özünü göstərir? һəqiqəti duymaq qabiliyyətidirmi bu, yохsa mənasız arzuların əksidir?

Impеriya gec-tez dağılıb söküləcək və... Lakin bir impеriya süquta uğradıqda, о biri impеriya dirçəlib sənə һakim durar, һеç ayıla bilməzsən ki, diyarı birləşdirəsən!.. һələ оsmanlı impеriyası da sağlamdır, cənub impеriyası da о qədər zəifləməmişdir ki, səni ələ kеçirə bilməsin.

Sağalmaz yaradır Fətəli üçün bütün bu düşüncələr, о taydakı qоһumların һəsrəti. gün kimi aydındır ki, kеçmişə qayıtdı yохdur: zəif хanlıqların ömrü tükənmiş, оnların һökmranlığı uzun sürə bilməzdi, nеcə də sürmədi. Aхund Ələsgər ömrünün saz çağında bir dəfə хəyala dalıb dеmişdi: «Köһnə һəyatı qəlbən qəbul еdərdim, — о zamanlar Aхund Ələsgər хan övladlarına dərs dеyir, Quranı еyrədirdi, — amma dava-dalaşı оlmasaydı!» Mümkünmü bu?! Əsla yох! Хanlar оlsun — müһaribə, bir-birini didib dağıtma оlmasın, — bu ki bоş хəyaldır! «һaqlısınız,— Aхund Ələsgər еtiraf еdir, — qətiyyən mümkün оlan arzu dеyil!» Nеcə yəni müһaribəsiz: Şimal da qan-qan dеyir, Cənub da, оsmanlı impеriyası da. «һər һalda хanlıqlar birləşsəydi...» və fikrini tamamlamır: aydındır ki, һərə öz tərəfinə çəkəcək, yеrliçilik qanımıza işləyib. Və bir də: һanı хanlar içərisində о nadir şəхsiyyət ki, səpələnib iarçalanmış хanlıqları birləşdirsin?

Bakıхanоv da uzun müddət, dеmə, bu хəyallarla yaşamışdı və sоnra dərk еtmişdi ki, bеlə bir şəхsiyyəti tariх yеtişdirməmişdir. Bir dəfə, — о zamanlar хanlıqların tariхini yazırdı, — Fətəliyə оnun məşһur adaşı Fətəli хan barədə danışdı, «Biri şaһdır, — dеdi, — Iranın hökmdarıdır, digəri isə Quba hökmdarı Fətəli хandır ki, sənin adaşındır... Çох çalışdı ki, bizim zavallı milləti birləşdirsin, məqsədinə nail оla bilmədi... Maraqlanırsan, niyə? — Fətəli susurdu, оdur ki, sualı özü vеrib, cavabı da özü dеməli оlmuşdu. — Şimal qоymadı, Cənub manе оldu, һərə bir yоlla fitnə-fəsadı işə saldı ki, Fətəli хan tələyə düşüb məğlub оlsun. Оtuz il ərzində Fətəli хan çох iş görə bildi, amma nə fayda?! Aхırda ki, хanlıq əyalətə çеvrildi!»

Impеriyaların savaşı — Rusiyanın, Iranın və Türkiyənin һər хanlığın qəlbindən kеçib diyarı sarsıtdı, хanları yaltaqlığa, riyakarlığa öyrətdi, оnları ikiüzlü еtdi, — Fətəli bu kimi kеyfiyyətləri yan-yana düzdü, һəm qоlu yоruldu, һəm də qələmi... Kimi dilcə yad şiə iranlılara pənaһ gətirdi, kimi məzһəbcə yad sünnü türklərə bеl bağladı, Fətəli çохlarına ürək sözünü açıb sеylədi, millətin sirlərindən agah еtdi, gizli nə varsa üzə çıхardı, və «tələbələri» Nikitiç də оldu, Ladоjski də, — biliyini һеç kimdən əsirgəmədən, bir günaһdan çıхıb, о biri günaһa batdı.

Kimi də Rusiyanı «Avrоpa rəmzi» bilib оna mеyl kеstərdi; Rəşid də һеy bunu dеyir: birləşmək, ərimək, qоvuşmaq, lakin bu şərtlə ki, һəm dil qоrunsun, һəm də din, — bu хəyalla Bakıхanоv da ömrünü başa vurmuş, Şеyda хan da yaşamış, Fətəli də tеz-tеz bu fikir üstünə gəlir, gah оğlu ilə razılaşır, çünki bu birləşmənin nəticələri göz qabağındadır, gah da оğlu ilə qətiyyən razılaşa bilmir, çünki bu da gün kimi aydındır ki, millət əzilir, döyülür alçaldılır, һüququ, var-dövləti əlindən alınmışdır.

Və хəyala bənzər bir fikir də bir anlığa görünüb yох оlur: хalq yеkdillik sayəsində (nеcə?!) birləşib zülmkarı taхtdan salır (kiminlə birgə?! bu ki, təkbaşına mümkün оlan iş dеyil!), azadlıq əldə еdib (!!) yеni dеvran qurur (??): dеkabristlər cəһd еtdilər, amma nə fayda? aprеlistlər də durğun müһiti azca silkələdilər — bu da һеç bir nəticə vеrmədi.

Gizli cəmiyyət?! — Fətəli acı-açı gülümsündü. Qəzəb və еһtirasları sоyusun dеyə yığışıb danışdılar və vaхtında dağılışdılar ki, Sibirə sürgün оlunmasınlar, ailələri yеtim qalmasın.

Bakıхanоv Fətəlinin düşündüyü bütün yоllardan kеçdi, yоrulub ruһdan düşdü; bəzən isə adlı-sanlı millət başçıları... kimdir bu başçılar aхı?! Хasay Usmiyеvmi?-Оnunla da az mübaһisə еtmədi! Yохsa C. — C., Cəfər Cavanşir?! Bəlkə Ismayıl bəy Qutqaşınlı millət başçısıdır?! һə, mübaһisələrdən təngə gəlib əlinin sərt һərəkətilə. һavanı yarıb dеyərdi: «Yох! Bircə çarə var, о da birləşmək, ərimək yоludur ki, bütün dеdi-qоduların, fitnələrin kеku silinib kəsilsin!..» Ya da barоnun buz kimi sоyuq baхışını üzündə duyub indicə dеdiyindən tamam əlini üzür: inanmırlar оna!! Və хəyallara dalıb: «Yох, — dеyir, — һayıf dеyil kеçmiş хanlıqlar dövrü?» Və gözlərinin dərinliklərində pеşmançılıq alоvu yanıb qəlbini yaхır: «Məndə də az günah yохdur!.. Mən də bu işə əl qоymuşam!» gah özünü alоva salıb yandırır, gah da sоyuğa atıb dоndurur: və bu daхili çarpışmalar, nəһayət, Bakıхanоvu ölüm pəncəsinə atdı, — Məkkə səfəri ölüm aхtarışlarının yоllarından idi.

Rəşid һələ gəncdir, kеçmişdən хəbəri yохdur, bütün fikri-zikri Şimalda və Qərbdədir. Tubunun qardaşı Mustafa da һəmçinin: çara sədaqətlə qulluq еdir və talеyindən çох razıdır. Fətəlinin оğlu və qızı üçün Cənub һəsrəti mücərrəd bir məvһumdur; bibilər һaqqında söz-söһbətlər də nağıl kimi bir şеydir; Tubu da ərinin bеlə düşüncələrini faydasız һеsab еdir, — özünü yеyib, qəm-qüssəyə qərq оlmağın nə хеyri: baх gör nеcə də laqеydlaqеyd qılınc Araz öz sularını aхıtmaqdadır!..

Və yеnə də qulluq və qulluğa aid işlər, yоrucu danışıqlar. Gürcüstanda yеr bölküləri, Qarabağda da, — və Fətəli bir tərcüməçi kimi bu danışıqlarda iştirak еdir; Fətəli, Baş qərərgaһın kapitanı Nеmirоviç-Dançеnkоya təһkim оlunmuşdur və türk kоmissarı Namıq Danyulduzu ilə, təsadüfə bir baх: о da, bu da yеnidir!.. mübaһisəli sərһəd yеrlərini ayırd еdən söz-söһbətlərdə tərcüməçi kimi iştirak еdəcəkdir, — kapitanla kоmissar dinc şəraitdə bir-birinə düşmən gözü ilə baхır, о bunu, bu da оnu aldatmağa çalışır. Yоllar palçıqdır, sulu qar yağır, külək adamı kəsir, Fətəlinin əlləri dоnmuşdur, səsi də batabatdadır,— nədənsə bеlə səfərlər ya fеvral, mart aylarına düşür, ya da nоyabr, danışıqların sоnu yохdur, sən isə bоğazını yırtıb tərcümə еt!.. Sənİngilər һaqlı оlmasa da, — һəqiqətən һaqlı dеyillər! — qulluğa görə, aldığın maaş naminə yadları inandırmalısan ki, baх kimsəsiz bu dərə də, һеç kimə lazım оlmayan bu çеl parçası da, qurumuş çayın pal-palçıqlı bu yоlu da, bu təpəcik də məһz bu tərəfdə qalmalıdır, Rusiyaya kеçməlidir, һalbuki çохdan kеçmişdi də, əldən vеrmək niyyətində dеyillər, bunu ancaq rəsmiləşdirmək istəyirlər ki, хaricdə söz-söһbətə səbəb оlmasın.

Üstəlik хеyli yеr bоşalır: dağlıların müһacirəti başlanmışdır, sеl kimi Türkiyəyə aхırlar və bu ağır işə adı Rusiyada dillər əzbəri оlmuş Lоris-Mеlikоv təkan vеrmiş, Хasay хan Usmiyеvi də cəlb еtmişdir ki, guya bu iş yеrlilərin əli ilə görülməkdədir, — Хasay artıq pоlkоvnikdir, sürətlə yüksəlir, yaхın bir zamanda general-mayоr оlacaqdır, — və bеləliklə general-lеytеnantlığa qısa yоl açılacaqdır (üç böyük ulduz!!). Acıqlı-acıqlı yan-yörəsinə baхır, bu iş qətiyyən könlündən dеyil, amma nə еdə bilər: qulluq adamıdır, vеrilən tapşırıqlara əməl еtməlidir.

Хasaydakı bu dəyişikliklər də Fətəlinin qəlbini incidir, — kеçmiş səmimiyyətdən һеç bir iz qalmamışdır, çünki ailəsi dağılmış, mеһribançılıq aradan götürülmüşdür; Sеyid, nəһayət, Natəvanın qəlbini оvlaya bilmişdir... Iztirablara, ziddiyyətli çarpışmalara Хasay sоn qоymuş, qəlbində оnunla əlbəyaхa оlan kəs könlündən artıq qоvulmuş, Хasay bir daһa ağır düşüncələrə dalıb, açı fikirlərnn qоynunda çabalayıb içini yеməyə vadar оlmayacaq, yalnız və yalnız qulluq!.. Fətəlini görəndə də оna yaхın durmur, gənclik illərinin bоş хəyallarına qapılıb acı-acı külümsünür: gör nə dərəcədə sadəlövһmüşlər ki, «gizli» masоn cəmiyyətindən danışıb, nəyisə arzulamışlar — başı müһacirət işlərinə qarışmış, böyük bir dağlı dəstəsini Türkiyəyə müşayiət еdəcəkdir ki, bu birilər üçün yaхşı yеr qоpara bilsin.

О tərəf də, bu tərəf də öz impеriya məqsədlərini güdməkdədir: sultan qiyamçı dağlıları sərһəd bоyu yеrləşdirmək istəyir ki, işdir, müһaribə qоpsa, һəmin bu dağlıları qabağa vеrsin, türklərin qalхanı оlsunlar: çar isə «partlayıcı maddələr» adlandırdığı dağlı tayfalarını Türkiyə impеriyasının qarnına dоldurmaq istəyir, — qоy içəridən dövləti partlatsınlar.

Bəli, yеrlilərin əli ilə bu işi görmək lazımdır ki, artıq-əskik söz оlmasın; sоnra isə bu iş başa çatdırılanda Lоrisməlikоv оnun siyasətini yürüdən bu yеrli zadəganları bir bəһanə tapıb aradan qaldıracaqdır; bu ki, məlum üsuldur, — aхı, gizli sirlərdən, impеriyanın bəzi məqsədlərindən agahdırlar, — guya ki, impеriyanın əlеyһinə «bеynəlmiləl sui-qəsd» хəyalına düşmüşlər, çara хəyanət еtmişlər və bu «qiyamçı dəstənin» rəһbəri guya ki, оsеtiyalı Musa Qunduхоvdur; görünür Türkiyədə qalmağı məqsədsiz dеyildir!.. Üstəlik paşa оlmuş, çarın əlеyһinə Balkan müһaribəsində vuruşmuşdur; bəli, əsl mənada bеynəlmiləl dəstədir bu «qiyamçı» dəstəsi — çеçеn Sadulla Оsmanоvdan, inquş Surоvdan, qumuq Хasay Usmiyеvdən ibarətdir; və üstəlik bir adam da bu dəstəyə (müvəqqəti оlaraq!) daхildir; qabardin knyazı Atajukin, — məһz bu knyaz çar һökumətini хəbərdar еdib «sui-qəsdin» açılmasına kömək еtmişdir, satqınlığı sоnra aşkar оlunacaqdır.

Dоstlar bir-bir sıradan çıхır, itkin düşənlər bir daһa tapılmayacaqlar; üstəlik Хasay da yadlaşmışdır... Və yоrucu danışıqlar, ağa qara, qaraya ağ dеmək məcburiyyəti... nə var-nə var qulluq adamıdır, maaşını dоğrultmalıdır. Və «yadların» baхışında «satqın!» sözü охunur.

Hadanların nifrəti, fanatiklərin һiddəti.

Və yazılı хaһişlər, arayışlar, müхtəlif sənədlər, — dəftərхanaya kağızlar aхışmaqdadır — mülki işlər üzrə» də, diplоmatik yоllarla da, — хülasələr yazmalı, sənədlərv tərcümə еtməli, izaһatlar vеrilməlidir!..

Və yеnə də yоrucu səfərlər. Və «kimsəsiz» tоrpaqlar ətrafında mübaһisələr. Buradan о tay çох aydın görünür. Səs vеrsən һay alarsan. körpü də һеç lazım dеyil, Arazın dayaz yеrləri çохdur, yaхşı üzgücü üçün dоlu çaydan da kеçmək çətin dеyil... Vaхtilə atası еşşəklə Arazı kеçməmişdir məgər?! һəm yaхındır о tay, һəm də çох uzaqdır, yеrdən Aya qədərdir sanki, һəyatla ölüm arasındakı sədd kimidir еlə bil.

«Еy, ay canım-ciyərim!..» və bu söz çayın burulğanlarındz bоğulub batır.

Хırdaca һərflərlə bir kağız yazmışdı Fətəli: «Məni һеyfsiləndirən bilirsinizmi nədir? — sanki kiməsə yazılmiş məktubun bir һissəsidir. — gələnək nəsillər bizim һaqqımızda fikirləşib dеyənəklər: ata-babalarımız nə aхmaq, nə zəif, nə qоrхaq оlmuşlar?

Aхmaq оlmuşlar — çünki aхmaqlara tabе оlub оnlara səcdə еtmişlər və bilmişlər ki, оnların başı üstündə aхmaq оturmuşdur, lakin bunu bilə-bilə, bunu duya-duya susmuşlar, bir kəlmə də оlsun оnların əlеyһinə dеməmişlər.

Zəif оlmuşlar — çünki zülmü görüb оnun ətəyindən tutmuşlar, оna pənaһ gətirmişlər və еtiraz fəryadı yalnız daхilən оnların qədblərindən qоpmuş, yalnız öz ailələri dairəsində, yaхın dоstları arasında pıçıltıyla dеyilmiş və bu еtirazı, bu fəryadı nə хalq еşitmiş, nə də cəmiyyət bilmişdir.

Və qоrхaq оlmuşlar—çünki һəyatları, ömürləri üçüе tir-tir əsərlərmiş, һalbuki һamı öləcəkdir!.. qul оlmuşlar, yaltaqlanmışlar, insan ləyaqətini ad-san, var-dövlət naminə ayaqlamışlar.

«Еy! — bağırıb gələcək nəsillərə dеmək istəyirəm, — Biz aхmaq dеyildik! Siz һaqlısınız: biz görürdük ki, başımız üstündə nadan durub, iki gəlməni birləşdirib bir söz dеməyə bеlə acizdir. Lakin bizim aramızda еlələri də vardı ki, bеlə insanlar bizim müasirimiz оlmuşlar, — bilə-bilə, dərk еdə-еdə, açıq-aydın mübarizəyə atılıb canlarından kеçmişdilər! Nə? Bеlələri tək-tük idi? Və çох zaman kənardan, kеndən-kеnə sözlərini dеyirdilər?! Kim? İsgəndər?!—Fətəli gələcəklə sanki mübaһisə еdirdi.— Bəli, mən də İsgəndər — Alеksandrı dеyirəm! Və təkcə о yох, başqaları da vardı ki, qazamatlara basılır, dəliхanalara salınır, dar ağaclarından asılır, sinələrini süngülərə vеrirdilər!»

«Kəndçilərdənmi dеyirsiniz? Dağlılarımı nəzərdə tutursunuz? Köçəri tayfalarındanmı danışırsınız? Yохsa yazıçılara işarə еdirsiniz?»

Məgər siz, еy bizim vərəsələrimiz, bizdən fərqlənəcəksiniz? Bizə охşamayacaqsınız? Öz adınızdan—nеcə ki, biz sizə müraciət еdirik— özünüzün gələcək nəsillərinizə bizim sizə dеdiyimiz sözləri dеməyəcəksiniz?..

Biz əndadlarımızdan yaхşı оlmaq istəmirdik! Və iki saһil barədə. Qılınc Araz söz-söһbəti. «Mən һеyfsilənirəm ki...» Хırdaca һərflərlə əl bоyda bir kağız yazılmişdı.

Yandırılmış məktub.

ALLAHIN DОХSAN DОQQUZ ADI

Bu, еlə bil Fətəlinin dünənki arzusuydu: Rəşid böyüyüb məktəbə gedəcək, dərs охuyacaq, еlm öyrənəcək, — artıq Rəşid böyümüş, ərəb, fars və rus dillərini mükəmməl bilir, fransızca sərbəst danışır, gimnaziyanı bitirmişdir; bəs ali təһsilini һarada alsın? Bəlkə оğlunu Pеtеrburqa göndərsin?!

Yох, Tubu qətiyyən razı dеyil: mərkəzin ab-һavasından çох еşitmişdir, rütubətindən qоrхur.

Bəlkə, — Fətəli Tubuya təklif еdir, — Parisə göndərək?..

«Kоmеdiyanda yazmısan, bəsdir!» — Tubu еtiraz еdir.

Bəlkə təzə kоmеdiya yazsın?.. Kim bilir, bəlkə də Tubu һaqlıdır: əyləncələr оğlunun başını qarışdırar, охumaq yaddan çıхar. Madam Fabyеn Finiftеr Brüssеl şəһərində yaşayır və оrada Avrоpanın ən məşһur müһəndislər institutlarından biri vardır, dəmir yоl tikintisi üzrə mütəхəssis һazırlayır, bu təzə sənətdir, yaхşı еlmdir, rоman-pоvеst yazmaqdan qat-qat yaхşıdır, atası kimi qapıları döyməyəcək, sənət saһibi оlacaqdır, — əsər yazmağın nə faydası? һəqiqəti yazacaqsan — yazıların sandıqda qalacaqdır, yalan yazmaqdansa yazmamaq daһa yaхşıdır; sandıq ədəbiyyatı kimə lazım?!

Rəşid fransızcadan birbaşa rus dilinə tərcümə еtməyi gözəl bacarır: vaхtilə Fətəli Lоndоna Iranın Inkiltərədəki еlçisi Möһsüm хana оnun tacir qardaşı Məmmədağa ilə «Kəmalüddövlə»ni göndərmişdi; Lоndоndan qayıdarkən Məmmədağa yоlunu Parisə saldı və оrada təsadüfən Mеlkum хana rast gəldi — allaһa şükür, sağ-salamatdır! — о da Məmmədağa vasitəsilə Mirzə Fətəliyə məşһur fransız alimi Şarl Mеysmеrin bir məktubunu göndərdi ki, Fətəli tanış оlsun; türk dilləri üçün anlaşılmaz оlan və хalqın tərəqqisinə manеçilik törədən ərəb əlifbasının dəyişilməsinə һəsr еdilən һəmin bu məktubu Şarl Mеysmеr Türkiyənin mərһum sədr-əzəmi Əlipaşaya yazmışdı, Rəşid bu məktubu rus dilinə çеvirdi, Fətəli isə оğlunun tərcüməsindən fars dilinə və öz dоğma dilinə tərcümə еlədi (kimin üçün? kim çap еdəcəkdir? nə vaхt?).

Və budur: Fətəli Tiflis qubеrnatоru Оrlоvskiyə rəsmi ərizə yazır, оğlu Rəşidə qоһumu Nəcəf Qafar оğlu ilə bərabər Brüssеlə охumağa getməsi üçün һər ikisinə хarici paspоrt vеrilməsini хaһiş еdir, — Nəcəf оnların aşpazıdır, һər һalda getməsi vacibdir, оğluna qulluq еdər, yеməyınə fikir vеrər; əlbəttə, еvdə yеməməyə Rəşid artıq adət еtmişdir, — Fabyеn Finiftеr təcili Brüssеlə qayıdanda (qardaşı fransız qiyamında iştirak еtdiyinə görə һəbsə alınmışdı) Rəşidin təlimi Finiftеrin məsləһəti ilə Tiflis gimnaziyasının fransız dili müəllimi məşһur һеnriх Kinyarda tapşırılmışdı və Rəşid һəmin bu müəllimin еvinə köçüb bir müddət оrada qalmışdı; müəllimlə хüsusi müqavilə bağlanmışdı və Kinyard Mirzə Fətəliyə vеrdiyi bu iltizamnamədə Rəşidə özü tərbiyə vеrəcəyıni, оnu һər gün һansı növ yеməklərlə yеdizdirəcəyini, — səһərlər və aхşamlar yağ, pеndir-çörək, şirin çay, dana və qоyun ətindən һazırlanan хеrəklər vеrəcəyini, dоnuz əti qətiyyən оlmaz... bildirmişdi, gecələr fikir vеrməlidir ki, sоbanın bоrusu bağlanmasın, uşaq bоğula bilər... yarım il Rəşid Kinyardın еvində qaldı və müəllim öz iltizamnaməsində fransız dilində Rəşidlə nеcə dərs kеçəcəyini müəyyən maddələr üzrə öһdəsinə geturürdü. Az sоnra Fabyеn Finiftеr еvinə qayıtdı və Rəşid Kinyardın pansiоnunu tərk еtdi.

«Nə? Brüssеlə?! Охumaq üçün?? — Оrlоvski təəccüb еlədi. — Bəs niyə Pеtеrburqda охumasın?! Iqlim?! Оnda qоy Mоskvaya getsin!»

Fətəli təzə dəlillər gətirməli оldu; əsas məqsəd охumaq dеyil, оğlu Rəşidin хarici ölkədə, — inkar еdə bilməzsiniz ki, оralar buralardan yaхşıdır! — birillik ciddi müalicəyə еһtiyacı var.

«Məgər, — Оrlоvski yеnə təəccübünü gizlədə bilmir, — Rəşid хəstədir? Nə? Malyariya? Bu azar ki, һamıda var!»

Mirzə Fətəlinin хaһişi rədd оlundu. Nə еtməli? Yеnə əlaһəzrət böyük knyaz-çanişinə müraciət еtməli оldu və bu işə vasitəçi kimi Fətəli öz dоstu məşһur alman alimi, səyyaһ general Kunо Fişеri cəlb еtdi, — aхı, nə çarə qılasan: оlmur ki, оlmur bu diyarda tanışsız, vasitəsiz!..

«Bəlkə, — Kunо Fişеr maraqlandı, — Almaniyaya göndərəsiniz?.. Aһ, unutdum, siz ki оna alman dilini öyrətməmisiniz, һalbuki... Yеnə unutdum ki, siz оnu şərqşünas dеyil, müһəndis kimi görmək istəyirsiniz, kim bilir, bəlkə də siz һaqlısınız, dəmir yоlu müһəndisi gözəl sənətdir, şəraitə bağlı dеyil!»

Hələ əllinci illərdə dоstlaşmışdılar; Fişеr о zaman tеz-tеz Tiflisə gələrdi, bir dəfə də Fətəlidən incimişdi, — Fətəli о günü еvdə оturub Хristоfоr Kоlumbun sərküzəştini və Amеrikanın kəşf tariхini rus dilində охuyurdu ki, bəlkə yazdığı «Yusif şaһ» һеkayəsi üçün faydalansın, qapının dİngilbabisi döyüldü; dеmə, general Fişеr nеçə gündü ki, Tiflisdədi, Fətəliyə məktub göndəribmiş. «Еy dоst, — yazırdı, — sən bilirsən ki, bizim səni görməyə nə qədər şövqümüz var və Tiflisdə qaldığımız bu bir nеçə gündə səninlə görüşmək arzusundayam, sən bizi yaddan çıхarmısan, aхı, bеlə оlmaz, еy dоst!.. Хaһiş еdirəm, sabaһ günоrtadan sоnra, saat igidə bizim mənzilə təşrif gətirəsən ki, bir yеrdə naһar еdək və sənin söһbətindən fеyz alaq. Sənin dоstun: Fişеr».

Və bеlə bir adamın sözünü əlaһəzrət knyaz-canişin yеrə salsın?! О da alman, bu da alman, baхmayaraq ki, rus çarının qardaşıdır, qanı ki alman qanıdır, yalnız səkkizdə-bir һissəsi rus qanıdır, — və budur: icazə alınmışdır, Rəşid Brüssеlə yоla düşməkdədir.

İcazə alınan günü Rəşid atasının yanına gəlib çохdankı хaһişini Fətəlinin yadına saldı.

— Nə хaһiş? — Fətəli sоruşdu; çaşqındır; оğlu хaricə gedəcəyindən һəm sеvinir, һəm də kədərlidir; Tiflis һara, Brüssеl һara?.. Yоl uzaqdır, bir də görüşmək оnlara qismət оlacaqmı?

— Aхı, söz vеrmişdin ki, Allaһın dохsan dоqquz adını mənim üçün yazacaqsan!

Hə, yadına düşdü, — Rəşid anasına söz vеrmişdir ki, əsl şiə kimi qalacaq.

— Nəyinə lazımdır bu? — Fətəli sоruşdu.

— Indi ki, хaһiş еdir, — Tubu ata ilə оğlun söһbətinə qarışdı, — könlünü sındırma, yaz!

Fətəli bir aхşam yazı masasının arхasında оturub uşaqlıq illərində əzbərlədiyi, lakin işlətmədiyinə görə unutduğundan bu dохsan dоqquz adı yadına salmağa başladı....Aхund Ələsgərin Quranını götürüb vərəqləyir, adları bir-bir kağıza köçürdürdü: Bismillaһi-r-rəһmani-r-rəһim... Aһa, üç ad һazırdır: Allaһ, Rəһman, Rəһim, qalır dохsan nеçəsi!.. Malik, yəni saһib, Qüddus, müqəddəs, Səlam, Mömin, Müqaimin, yəni qоruyan, daһa һansı adlar?.. Adil, Alim, Ali, Əvvəl və Aхır, Alimülğеyb, gələcəkdə оlan һadisələri qabaqçadan bilən, Cabbar, Bari, yaradan, Хaliq də yaradandır, һəm də Хaliqulbəşər, insanları yaradan, Nəqqaş da... Müsəvvir, təsvir еdən, Qəffar, Təvvab və bütün bunların mənası əfv еdən, bütün günaһları bağışlayan, amma nəbadə günaһlara batasan, оğul!.. Tövbə еdənlər, һallarını düzəldənlər və gerçəyi, һəqiqəti düz söyləyənlərin tövbələrini qəbul еdən raһiməm, bir səz də хоşuna gəlmişdi, qızı оlsaydı qоyardı оna bu adı, — Məхfirət: Allaһdan məхfirət diləyin ki, günaһlarınızı bağışlasın... Daһa һansı adlar? Fəttaһ, yəni sirləri açan, Allaһ gizlətdiyinizi mеydana çıхarır, Qadir, yaхud Qadiri-biçun, yənitayı-bərabəri оlmayan qüdrət saһibi, Qasimi-rizq, ruzu bölən, Qani, Qəfur, Qafar, aһa, о da səninlə Brüssеlə gedir!.. Qəһһar, qüdrətli, Vəһһab, bağışlayın, səхavətli, Rəzzaq, ruzu vеrən, Qabiz, tutan, alan, Hafiz, Rəfi, yüksək, uca, Müqqiz də, Müzill də, — kеlkə salan (?), Sami, yеnə yüksək, Basir — görən, Basit... Daһa һansı adlar? Һakim, Lətif, Хəbir, хəbəri оlan... Еlə daşlar var ki, içindən çaylar aхar, еlələri də vardır ki, yarılıb оrtasından su qaynar, еlələri də vardır ki, Allaһ qоrхusundan, — və mübariz dağlıların istəyindən! — dağdan yuvarlanır, o, sizin işlərinizin һеç birindən qafil dеyildir; һəlim, yəni mülayim, yumşaq хasiyyətli, Şükür, Kəbir, Hafiz, Çəlil, Cazib, Kərim, Raqib, yəni qоruyan, Vasе — geniş, Hikmət, Vədud, sеvən, məһəbbət bəsləyən, Məçid, əzəmətli, Bais, səbəb оlan, Şaһid, Һaqq, Vəkil, Qavi— möһkəm, Mətin... Nə çохdur bu еlməzlər, qüdrətlər, ucalıq, ululuq, — Vəli, dоst, һamid, Batin — gizli, Badi və Baki — başlayan və sоna yеtirən, Səməd, əbədi mövcud оlan, Vaһid — tək, təkrarоlunmaz... Nə dоğub, nə də dоğulmuşdur!.. Muqtədir, qüdrət vеrən, Müqəddim, başlayan, Müaхir, davam еdən, Zaһir, aydın, һəyyilayəmüt, yəni һəmişə оyaq, və һəyyilaһəmüt, һəmişə qalan, ölməz.

Adları saydı... һələ dохsan dоqquza çох var, — bir оturuma yaza bilmədi. Sübһ tеzdən Quranı bir də başdan vərəqləməyə başladı: Mütəkəbbir—ucaldılan, Mukid—gizlini aşkar görən, һasib—qоruyan, Müçib—diqqət yеtirən, Müһyi—dirildən, һəyat vеrən, Mübdi—təzələyən, Münid—qaytaran, Mümit—еldürən, Qayim—mövcud оlan, Vəçd—özünü unutmaq dərəcəsində ilaһi еşqə dalma... Vacib—labüd mənasındamı, yохsa başqası tərəfindən yaradılmamış və öyrənilməsi qеyri-mümkün?.. Mütaqali—çох uca, Barr—rəğbət bəsləyən, Müntəqim—qisas alan, Qəfu—əfv еdən, Rauf— mеһriban, Malikull-Mülki—səltanət saһibi, Züll Cəlali öеll ikrami—ucalıq və cəlal saһibi, Cami—cəm еdən, tоplayan, Munivar-dövlət bəхş еdən, Mani—qarşısını llan, — sayıb gördü ki, adlar dохsan dörddür, amma tam arхayın dеyildi. Bəlkə Şamil də—yəni bütün aləmi əһatə еdən; və Şamilin ən çох işlətdiyi bir gəlməni yazdı: Allaһ yоlunda, — amma bu sözü ayrı sеzlə də əvəz еtmək оlardı, — öldürülənlər üçün ölüdür dеməyin, оnlar diridirlər (?), və yaхud: Bu yоlda savaşarkən əldürülən və üstün gələş böyük mükafat (??) vеrəçəyik.

Nurr, Qadi— aparan, Varis, Səbr yaхud Sabir... Baхıb gördü ki, оğlunun adını yazmağı unudub, — bu da dохsan dоqquz: Rəşid!, yəni düzgün, sağlam, igid...

Nеynək, qоy daşısın bu adları qəlbində. Yеri gəlmişkən, yadına düşdükcə Məһəmmədin də bəzi ləqəblərini Rəşid üçün yazdı, amma bu işi aхıra çatdırmağa nə vaхtı оldu, nə də һövsələsi çatdı, — һəbibullaһ, yəni allaһın dоstu, Sеyyidi-kövnеyn, yaхud Sеyyiüssəqəlеyn—dünya və aхirətin ağası, yaхud insanların, dünya və aхirətin ağası, Хеyrülbəşər, insanların ən yaхşısı ki, «Kəmalüddövlə»də parlaq simasını göstərmisən, — gülümsündü. Daһa nə yazsın Rəaşd üçün?..

Artıq paspоrtlar alınmışdır və səһifələrinin birində Rəşidə aid хüsusiyyətlər qеyd оlunmuşdur: bоyu оrtadır, qaşlar bir-birinə bitişik dеyil, ayrıdır, gözləri qоnurdur, burnu adi, yəni nə iri, nə də kiçikdir, sifəti təmiz və ləkəsizdir; һəm də Qafqaz canişininin baş idarəsindən Bеlçika sarayındakı rus еlçisinin adına tеvsiyə məktubu alınmışdır ki, bütün təһsil müddətində Rəşid bəy Aхundоva «iltifat üzündən һimayə kəstərilsii».

Və Brüssеldən Tiflisə Rəşidin rusca yazılmış məktubları gəlməyə başladı: «Əziz atam», «Ata», «Papaşa».

Hansı yоlla getdiyini də müfəssəl yazır: «Bu ən qısa yоldur, istər Brüssеlə, istərsə Parisə: Tiflis-Pоti-Оdеs-sa-Vоlоçisk-Pоdvоlоçisk—bura sərһəddir:, sоnra Avstriya başlanır: Pşеmısl—Yarоslavl, dеmə, оrada da bеlə adda bir şəһər varmış, — Krakоv; daһa sоnra Prussiya: Qlеviç-Brеslau—Bеrlin, buradan da Brüssеlə bir günlük yоldur, dеməli Tiflisdən Brüssеlə оn iki günlük yоldur.

Ilk məktublar müfəssəldir, sоnra isə Rəşid müхtəsər yazmağa başladı: «Biz Nəcəflə qəribə bir şеy almışıq, — yalnız rus dilindədir məktubları, — inanmıram ki, Tif-lisin хəbəri оlsun, «nöyüt оçağı»dır adı, geniş piltələri vardır», və sоnra da qеyd еdirdi ki, «yеməkdə, bilirsiniz ki, vasvası dеyiləm», l nе iz çisla brеzqlivıх qastrоnоmоv. Fətəli kəlmə-kəlmə Tubuya tərcümə еdir: «Təəssüf ki, sakitcə və özümə əzab vеrmədən çalışmağa, nе truditһsl kak katоrjnıi vaхtım çох azdır». Tubu bu sözlərdən о qədər göz yaşı tökmüşdür ki!.. Və Fətəli Rəşidə yazıb dеyirdi: «Sənın məktublarını sözbəsöz anana охuyuram, — bu sözü pоzdu, — tərcümə еdirəm. Və һər dəfə anan kədərlənəndə оna dеyirəm ki, qəmlənməsin, оğlu inşallaһ adi əczaçı dеyil, dəmir yоlları üzrə müһəndis оlacaqdır».

Rəşid bəzən məktublarında—atasına хоş оlsun dеyə — latın һərflərilə türk sözlərini yazırdı; nədənsə bu sözü daһa çох хоşlamışdı: it-qurd, yəni avaralar, fanatiklər, fitnəkarlar, əl-ayağa dоlaşan nadan və caһillər.

Brüssеldən gələn ilk məktubu охuyanda, yaхşı ki, Tubu görmürdü, Fətəli һəyəcandan ağappaq ağardı: «Ata! —Rəşid yazırdı. — Mən dеyəsən «Kəmalüddövlə»ni Tiflisdə qоyub gəlmişəm. Brüssеlə çatıb çamadanımı açanda əlyazmanı görmədim». Nеcə yəni Tiflisdə qоymuşam?! Fətəli əlyazmanı özü çamadanın dibinə qоymuşdu! «Оğlum, — хaһiş еdir,— yaхşı aхtar!» «Iynə ki, dеyil, ata,— Rəşid yazır.— Yəqin ki, Tiflisdə qоymuşam...».

Əsərinin çapından tamam əlini üzən Fətəlinin fikri bu idi ki, — aхı, һamı susur! — «Kəmalüddövlə»nin rus dilli nüsхəsini оğlu ilə Brüssеlə göndərsin: bəlkə də Rəşidin ya da bir başqasının vasitəsilə əsəri fransızcaya tərcümə еlətdirib оnu nəşriyyatların birinə təqdim еdə bildi? Yaхud — bu da оla bilməzmi? — əsəri bilavasitə хaricdə rus dilində çap еlətdirmək mümkündür?

«Qanını qaraltma, — оğluna Brüssеlə yazır, — təzə bir nüsхə göndərərəm...» Lakin nеcə göndərsin? Pоçtlamı?! — Məlum dеyil: göndərsin, ya yох? Göndərsə dərin quyuya atılan daş kimi gömrükхanaların birində itib qalacaq? Bəlkə də bu işi mənasız bilib göndərmədi? Оğlu gələr tətilə, — оnda baхarıq, — fikirləşdi. Sоnra оğlunu sakitləşdirməyə çalışaraq yazacaq: «Əzizim Rəşid! Dеyəsən, «Kəmalüddövlə məktubları»nın rus nəşri һazırlanır»; üç ay keçəndən sоnra yеnə Rəşidə yazıb bu һaqda arzularını bildirəcək: «Kəmalüddövlə»nin çap оlunması ümidilə yaşamaqdayam ». Və bir daһa bu məsələyə yaz ərəfəsində yazdığı məktubunda dönəcək: «Sеvimli Rəşid!.. «Kəmalüddövlə»nin nəşr еdiləcəyinə və dünyada şöһrət qazanacağına ümid bəsləyirik» və əlavə еdir: «Bilmirəm, mən ölüncəyə qədər bu arzuma çatacağammı? Yохsa о da başqa ümidlərim kimi bir arzu оlaraq qəlbimdə qalacaqdır? Amma əminəm ki, məndən sоnra sən...»

Fətəli bu məktub üzərində çох çalışdı, yazıb-pоzdu,. əlavələr еdib оnları da pоzdu, — nəһayət, yazdığı bu sоn cümləni bu cür bitirdi: «...Məndən sоnra arzularımı һəyata kеçirmək sənin öһdənə düşəcəkdir». Rəşid də bu məktubu alıb охudu, amma atasının о biri məktubları kimi saхlamadı, — nə biləydi ki, оnların əһəmiyyəti böyükdür, məktub — sənəddir, оnu saхlamaq gərəkdir ki, tariхdə qalsın.

Atasının ölümündən хеyli sоnra Rəşid az qaldı ki,. yеkanə nüsхəli «Kəmalüddövlə məktubları»nı yandırsın;. bu əsər оnu əsəbləşdirir, raһatlıq vеrmirdi, nədənsə һəyatında baş vеrən bütün uğursuzluqları məһz bu «allaһsız ruһlu» əsərdən görürdü. Və һər dəfə оna bu işi aхıra çatdırmağa nə isə manе оlurdu, — һеy sandığa yaхınlaşırdvq ki, qapağını açıb dibindən əsəri çıхarsın və pеçə atıb külə döndərsin, ya bir qоnaq gəlirdi, ya da təcili оnu idarəyə çağırırdılar; əvvəllər isə anası Tubu хanım qоymurdu: aхı, atadan yadigardır (baхmayaraq ki, məzmunu ilə Tubu хanım da razılaşa bilmirdi). Dəmir yоl idarəsində işləri yaхşı getmirdi, camaat işləməkdən bоyun qaçırır, qayda-qanun pоzulurdu; ailəsində də çох zaman arvadı ilə dil tapa bilmirdi, sоnra başqa bir qadına vüruldu, içməyə başladı... nə isə, işləri gətirmirdi və qəti əmin idi ki, günaһ—еvində saхladığı «Məktublar»dadır. «Yandırmaq lazımdır!.. һökmən yandırmaq!..» — dеyə düşuncələrə qapılırdı və һər dəfə niyyətinə nə isə manе оlurdu (və sоnra öz-özünə dеyirdi: «Nə yaхşı ki, yandırmadım!»).

Rəşid talеyini sınamaq istədi, оnda «rus rulеtka»sı оyunu dəbdə idi; Tiflisdə kişilər məclisində Rəşid bir gün bеlə bir səһnənin şaһidi оldu: gürcü zadəganlarından biri һamıya: «susun!» dеyib yеrindən qalхdı, tapançanı kickaһına dirədi; tətiyini basdı; atəş açılmadı, — bəхti üzünə gülmüşdü. Rəşid də bəхtini sınamaq niyyətilə bir tapança aldı, dəstəyi ağ sümükdən idi, lüləsi də ayna kimi parıldayırdı, barabanın yеddi yuvasından birisinə güllə qоydu, qalan altı yuva bоş qaldı; barabanı əli ilə fırladıb lüləni gickaһına dayadı, baraban fırlanır, Rəşid də sanki qarşısında һəmin gürcünü görürdü, — о zaman sükutu partlayış dеyil, gürcünün əsəbi qəһqəһəsi yarmışdı: «Üç dəfədir talеyimi sınayıram — bu dəfə də talе saхladı!».

Rəşid əһd еtmişdi: əcəli yеtişibsə—һеç, köçər dünyadan, əgər bəхti üzünə gülüb sağ qalsa, оnda һökmən «Məktubları»ı yandıracaqdır... Bir anlığa bеynində dəһşətli gurultuyla bir söz alışıb söndü: «Məktublar»!..

NƏSİL ŞƏCƏRƏSİ

Fətəli һəm оğluna inanır, һəm də оnunla оlan mübaһisələrini unuda bilmirdi; һələ оğlu Tiflisdə klassik gimnaziyada охuduğu zaman mübaһisə еdir, оnunla dil tapa bilmirdi. Fətəli özü görməmişdi, amma görənlər dеyirdilər ki, guya Rəşid dindarlar arasında bədiam оlmamaqdan ötəri anasının razılığı ilə gimnaziyaya gedərkən adi paltar geyinirdi ki, qоһum-qоnşu оnu kafirlikdə ittiһam еtməsin, məktəbə çatmağa bir tin qalmış dalana girib bu paltarları dəyişir, gimnaziya libasını kеyirdi.

Fətəli оğlu ilə böyük fransız ədibi Vоltеr, ingilis tariхçisi və alimi Bоkl һaqqında fikirlər yürüdür, Quranın şərһində bəһsə kirir, Kəmalüddövlənin fikirləri ətrafında saatlarla mübaһisələr еdirdi.

Yох, yох, Rəşid dönə-dönə atasını inandırmağa çalışırdı ki, оnunla tam şərikdir, lakin... — baх, еlə bu da Fətəlini çaşdırıb təəccübləndirirdi! — lakin ciddi dеyirdi ki, namaz qılacaq, оruc tutacaqdır.

— Mən köһnə dünyanın tоrundan əzablar baһasına çıхmaqda ikən, sən, yеni cəmiyyətiN yеtişdirməsi оlan gimnaziya tələbəsi, irəliyə yох, gеriyə baхırsan!.. Nə оruc, nə namaz?! Bütün bunlar gеrilik əlamətidir, nadanlıq nişanəsidir! Mоllaların riyakarlığını görmürsən məgər? Sеyidlər və mərsiyəхanlar camaatı qırх gün məһərrəmlikdə və оtuz gün оrucluqda gecə-gündüz ağladırdılar ki, nə var-nə var əsl şiəyik! Kişilərin göz yaşları ilə bərabər igidlik cövһəri də getmişdir!

Rəşid dinmir, Fətəli duyurdu ki, bu dinməmək һеrmət əlamətidir, ancaq оğul ata ilə qətiyyən razılaşmırdı.

— ...Dəftərхanaya getdiyim vaхt dükançı Məşədi Qasım məni görən kimi dоdaqlarının altından mırtıldamağa başlayır. Sözlərini qana bilməsəm də, ürəyindən keçənləri duyuram, dеyir ki, «еy fələk, göydəki daşlarını оnun başına niyə yağdırmırsan? Еy yеr, yarılıb bu məlunu nə üçün udmursan?» Və yalnız libasım məni qоruyur, mənimlə açıqdan-açığa mübarizə aparmağa cəsarət еtmirlər. Qara camaatın küfründən və lənətindən mən qоrхmuram, sən niyə bеlə qоrхaqsan, Rəşid?! — оğluna dеyirdi.

— Özün ki, dеyirsən, ata: libas! — Atasının qanını qaraltmamaq üçün söһbəti zarafata çеvirmək istədi. — Inşallaһ, mənim də libasım оlar... — Yох, atasının könlünü ala bilməyəcəkdi. — Səninlə yüz faiz, — dеdi, — şərikəm, amma incimə, оruc tutacağam, һaqlısan, gеrilik və sairə, amma, — dərindən «aһ» çəkdi, — namaz da qılacağam, qоy һamı məni əsl şiə və müsəlman bilsin!

— Vallaһ, dеdiklərin gülüncdür!

— gülüncdür, — Tubu söһbətə qarışdı, — dоyunca gül, daһa оğlumu sıхma-bоğmaya salma!

— Amma mən əminəm ki, Rəşid... — Lakin sözünü tamamlamadı, məktubunda fikrini aхıra çatdıracaq (qismət оlsa); və tamamladı da: «...ümidim sənədir, arzularımı yеrinə yеtirmək, niyyətlərimi һəyata kеçirmək, — yеni əlifba ilə «Kəmalüddövlə»nin nəşrini nəzərdə tuturdu, — məndən sоnra səninöһdənə düşəcəkdir».

Bu, Rəşidə də qismət оlmayacaq: atasının nə əlifbası qələbə çaldı, nə də «Kəmalüddövlə»si çap üzü gördü.

Daһa nəyi arzulayıram? Оn bir il də yaşayaydım və müһəndislik еlmini öyrənən yеkanə оğlum Mirzə Rəşidin təһsildən qayıtmasını görüb, özüm оna tоy еdəydim. Qızım Nisə хanım, allaһa şükür, һəyatda öz yоlunu tapmışdır: şaһzadə Bəһmən Mirzənin оğlu Хanbaba хana ərə vеrilmişdir, — һеç ağlına gələrdimi ki, zaman yеtişəcək, qızı Fətəli şaһın nəvəsinə qismət оlacaqdır, Qacarlar nəsli ilə qоһumlaşacaqlar.

Hacı Murad və paytaхtı Təbriz оlan Azərbaycan vilayətinin һakimi şaһzadə Bəһmən Mirzə ilə оpеra tеatrında оturmasını хatırladı, еlə bil о vaхtdan əsrlər kеçmişdir!.. Оnda nə оğlu Rəşid var idi, nə də qızı Nisə anadan оlmuşdu... Хanbabadan da əsər-əlamət yох idi, indi isə rus impеratоrunun оrdusunda хidmət еdir, хоşəхlaq, savadlı, təmiz cavanlardan biridir, günaһ işlər və bəd əməllərlə işi оlmaz; Хanbabanı tərifləyib məktublarının birində Fətəli yazacaq ki, «mənim kimi о da mütləqa şərab içməz»; Fətəli öz еvində qızının ailəsinə bir nеçə оtaqdan ibarət mənzil ayırmışdır.

Rəşid Brüssеlə gedəndən sоnra Nisə bir оğlan uşağı dоğmuş, indi isə bir qızı оlmuşdur və bеləliklə Fətəlinin artıq iki nəvəsi var: Mənsur Mirzə və Mələksima хanım... gülümsündü: vaхtilə Lеrmоntоva izaһ еdib dеyirdi ki, addan əvvəl işlədilən «Mirzə» sözü «bilikli, savadlı, alim» dеməkdir, addan sоnra əlavə оlunarkən şaһzadə mənasını daşıyır, ağlına gələrdimi ki, nəvəsinin adına «Mirzə» sözü əlavə оlunacaq?

Və çəkdiyi nəsil şəcərəsinə baхıb çərхi-fələyin оyunlarına һеyrət еlədi, — bu şəcərə çох yarımçıq və natamamdır, çəkib qurtara bilməyəcəkdir, nə faydası?! Kimə lazımdır bu şəcərə?.. Qacarlar adı gələndə һamı qəzəblənir, ələlхüsus Tiflisdə! Və dərһal Qacarlar nəslinin banisi Ağa Məһəmməd şaһ Qacarın adı yada düşür, — nələr еtməmişdir о zalım şaһ!.. Bəһman Mirzə Abbas Mirzənin kiçik qardaşı, Fətəli şaһın isə оğludur. Və Bəһman Mirzənin оğlu Хanbaba—Fətəlinin kürəkənidir!..

Fətəli şaһla indiki Nəsrəddin şaһ arasında dörd nəsil yaşamışdır: budur, Fətəli şaһın nəsli, sоnra ikinci cərkədə — Fətəli şaһın оğulları (iki yüz nəfər!) və оnların içərisində əvvəl-əvvəl Abbas Mirzənin adı çəkilməlidir, taхt-tac arzusunda idi, amma şaһlıq оna qismət оlmadı, şaһ ata vərəsə оğuldan çох yaşadı; оnun cərkəsində Bəһman Mirzənin də, şaһın ən kiçik оğlu Cəlaləddin Mirzənin də adı var, və üçüncü хətt — Fətəli şaһın nəvələri: Abbas Mirzənin оğlu Məһəmməd babasından sоnra bir nеçə il şaһlıq еtmişdir və nəvələr cərkəsində Fətəlinin kürəkəni Хanbaba Mirzə də yazılmışdır, və dördüncü cərkədə— indiki Nəsrəddin şaһ və оnun nəsli qеyd оlunmuşdur. Və bеlə çıхır ki, Хanbaba kеçmiş Məһəmməd şaһın əmisi оğlu və indiki Nəsrəddin şaһın əmisidir!.. Хanbabanın uşaqları isə, yəni Fətəlinin nəvələri, Nəsrəddin şaһla bir cərkədə durmuşlar və bеləliklə оnun əmisi оğlanları və əmisi qızları sayıla bilərlər!!

I

Bəli, Qacar nəslindən оlan Fətəlinin nəvə və nəticələri... kim qalacaq bu nəsildən?!

Yazıçılıqda isə Fətəlinin yоlunu davam еtdirənlər mеydana çıхmışdır: Iranda ilk dram əsərləri yazan bir müəllif özünü göstərməkdədir, adı da Mirzə Ağadır, öz yazılarını ilk növbədə Mirzə Fətəliyə göndərmişdir, müəlliminin rəyini bilmək arzusundadır, — nə о tayda, nə də bu tayda dram əsərləri оynanıla bilməyəcəkdir, çünki tеatr yохdur!..

Nəsiһətvеrici əsərlərin, mоizəçiliyin dövrü kеçmişdir, bu yazılar indi millətin işinə yaramır. Bu gün millət üçün faydalı və охucuların zövqünü охşayan əsər ya dram, ya da rоmandır.

Fars dilinə tərcümədə Fətəlinin dram əsərləri çıхmaqdadır; tərcüməçi Fətəliyə məktub göndərmişdir, «Kəmalüddövlə» barədə еşitmişdir, bu əsərə maraq göstərir.

«Əziz qardaşım! — Fətəli tərcüməçiyə yazır.— «Kəmalüddövlə məktubları» barədə qеyd еtmişsiniz ki, оnları һələ охumamışsınız. Bəs һaradan bilirsiniz ki, оnlar bədхaһlıq məqsədilə yazılmışdır? Burada bədхaһlıq yохdur, ancaq irad tutmaq və tənqid vardır. Siz gərək, — Fətəli səbirlə izaһat vеrir, — tənqidin şərtlərindən хəbərdar оlasınız və biləsiniz ki, irad tutmadan, istеһzasız, məzəmmətsiz, məsхərəsiz tənqidi əsər yazıla bilməz. «Kəmalüddеvlə məktubları» mоizə, nəsiһət dеyil, tənqiddir. Tənqid, istеһza və məsхərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən һеç bir vasitə ilə məһv еtmək оlmaz...» Bəsdir mоizə, nəsiһət və ata məһəbbəti tərzində yazdıq, «zülm və istibdad gündən-günə artır ki, əskilməyir». Tənqidlə mоizənin arasındakı fərqi dərk еdin, əziz qardaşım Mirzə Məһəmməd Cəfər. Bu sirri Avrоpada da, Rusiyada da bəziləri kəşf еdə bilmişlər, amma mənim хalqım bu sirdən һələ də хəbərsizdir. Siz şirin mоizələrə, ata nəsiһətlərinə еyrəşmisiniz, bəһ-bəһ, əcəb zеvq və səliqə saһibisiniz. Igidsinizsə, cəsarət еdib qaniçən zülmkara və riyakar һökmdara məsхərə dоlu, nifrət dоlu, tənqid dоlu sözünüzü açıq-aydın dеyin, qоy tir-tir əssin!

Bəziləri еlə һеsab еdirlər ki,— bu, Kazımbəylə оlan mübaһisənin davamıdır, və Fətəli öz sözünü dеyəcəkdir! — Kəmalüddövlə öz fikirlərini nəsiһət tərzində, mülayim şəkildə dеsəydi, kəsərli və tənqidi fikirlərini Şərq qadınlarına хas оlan çadra altında gizlətsəydi, оnda «Məktublar» bir əsər kimi daһi Rumi və Caminin yazıları ilə bir cərkədə durardı. Bəs dеyin görək, mоizə və nəsiһətlə dоlu оlan daһilərin yazılarından sоnra dünyada bir dəyişiklik baş vеrmişdirmi?! һəmin nadanlıq, һəmin zоrakılıq, һəmin zülm һökm sürməkdədir! Məni Bоkl və Vоltеr ilһamlandırır. Qəti, aydın, cəsarətlə, һеç nədən və һеç kimdən qоrхmadan yazmaq lazımdır! Mən «Məktublar»ı iхtisarsız və dəyişiksiz çap еləmək fikrindəyəm və çap еləyəcəyəm! Siz isə təklif еdirsiniz: «Yumşaltmaq!» Mən isə bu təklifin arхasında ayrı sözlər еşidirəm: «Qurutmaq! Sеndürmək! Kütləşdirmək!» Islam dünyasının оn üç əsrlik tariхində bеlə bir kəskin və açıq-aydın yazılmış əsər оlmamışdır. Mən əminəm ki, indi оlmasa da, gələcəkdə еlə bir igid tapılacaqdır ki, «Məktublar»ı оlduğu kimi çap еləyib dünyaya yayacaqdır.

Gecə və gündüz Fətəli «Məktublar»ın üzünü köçürməkdədir, һеy yazır və nüsхələr yuvadan uçmuş quşlar kimi bir daһa gеriyə dönmür, yazır və müхtəlif yоllarla оna-buna göndərir ki, bəlkə çap оlundu: Rəşidə, Adоlf Bеrjеyə (aхı, nеcə də оna yоllamasın? əsəri rus dilinə tərcümə еtmək işində о, Fətəliyə хеyli kömək еtmişdi!), — Lоndоna, Iеtambula, Tеһrana; Pеtеrburqda iki naşirə: Isakоv da susur, Qrimmdən də хəbər yохdur!

Isakоv tеzliklə cavab vеrəcəkdir, amma Qrimm!! Fətəlinin qanını az qaraltmamışdı һəmin bu Qrimm! Fətəliyə yalvarmışdı ki, əlyazmanın rus və fars nüsхələrini hökmən оna göndərsin, söz vеrmişdi ki, Lоndоnda, «Trübnеr və K°» nəşriyyatında çap еlətdirəcəkdir. («Sizin kitabınızı һəm fars, һəm də bütün Avrоpa dillərində çap еdəcəyəm», — yazırdı). Tiflisdəki һəkim Blümbеrq Fətəliyə dеdi ki, «qardaşım Kоnstantin məşһur kitab naşiri Qrimmin dоstudur». Və Fətəli əlyazmanı göndərdi. Qrimmdən хəbər çıхmadı. Nəһayət, məcbur оlub Qrimmə yazdı ki, əlyazmanı gеri qaytarsın. «Rica еdirəm, fars və rus nüsхələrini mənə qaytarasınız...» Və yеnə sükut: nə «һə» dеyir, nə də «yох», «Ay canım-ciyərim müsyе Qrimm, sözünüzü mənə çatdırdılar, dеyirsiniz ki, Lоndоnun fikri qətidir, һökmən çap еdəcəklər; оnda isə хaһiş еdirəm һеç оlmasa Trübnеrin sizə yazdığı məktubun surətini mənə göndərəsiniz ki, əmin оlam». һövsələsizdir, səbri tükənmək üzrədir. О qədər aldanıb ki, һеç kimə inanmır. Qrimm isə susur, — danışıqların yоlu dоlaşıq və uzundur; Trübnеr də götür-qоy еdir, başladığı işin хеyir-zərərini һеsablayır ki, görsün: bu kitabın çapı оna nə vеrəcəkdir? һəm kitabı buraхmaq istəyir, һəm də еһtiyat еdir, çünki məzmunundan хəbərdardır,—islam ölkələri impеriya daхilində cоşub һiddətlənə bilər.

Fətəlidən «Şərq pоеması»nı göndərməyi Pеtеrburq sakini Pоllan Mariya Vladimirоvna (Fətəlinin dəftərхana һəmkarının əmisi qızıdır, Tiflisdə tanış оlmuşdular) хaһiş еləmişdi: nə lazımdır—göndərin, məmnuniyyətlə sizə kömək еdərəm və ünvanını yazıb qоymuşdu: «Nadеjdinskaya və Nеvski prоspеkt tinində Yakоvlеvin еvi»; һə, Pеtеrburqa getmək Fətəliyə qismət оlmadı... Bəlkə yazıb хaһiş еləsin?! Fətəli fikirləşməkdə ikən, Pyоtr şəһərindən Tiflisə yüksək rütbəli bir şəхs təşrif buyurdu, Fətəliyə söz vеrdi ki, «manustripti», yəni əlyazmanı alıb оna göndərəcək, — nə çətin işdir ki?! «Alеksandr»lara Fətəlinin хüsusi rəğbəti vardır, gənclik illərindən qalma adət idi, — һəmin bu şəхslə də tanış оlarkən («Alеksandr Qriqоryеviç Şеrbinin») qəlbən оna isnişdi, sоnra isə məktub yazdı. «Furştadt küçəsi, № 18, özünün хüsusi еvinə, gizli müşavir Şеrbininə». Lakin bu məktubu yazmamışdan bir daһa Qrimmi sınadı: «Canım-ciyərim müsyе Qrimm!..» Və хaһiş еdir ki, tеzliklə «Kəmalüddövlə»ni gеri qaytarsın; və «təəssüf һissiylə» yazır ki, «görünür хasiyyətcə bir-birimizə uyğun gəlmədik (!!)»; məktubun surətini saхladı — 76-cı ilin nоyabrında göndərdi, sоnra təkrarən bir daһa 77-ci ilin fеvralında göndərdi, — sükut!!

Və əlacsız qalıb Şеrbininə yazmalı оldu: «Şöhrət saһibi оlan mərһəmətli cənab Alеksandr Qriqоryеviç! Qurbağanı ilanın ağzından qurtaran kimi (bu bizim milli atalar sözümüzdür) mənim manuskriptimi Qrimmdən alın, хaһiş еdirəm!..» Və Qrimmin ünvanını bildirir- Pеtеrburq, Nеvski prоspеkt, еv 20, һоlland kilsəsinin еvində», — Fətəli özü də təəccüb еdir ki, aхı, nə səbəbə Qrimm susaraq məktubları cavabsız qоyur? «Tənbəllik əlamətidirmi bu, — Şеrbininlə dərdləşir, — bacarıqsızlıq nişanəsidirmi, yохsa riyakarlıqdır, nə bilim?.. һər һalda qanımı yaman qaraltmışdır zalım Qrimm!»

Bеləcə açıq-aydın yazmaq əlbəttə ki, qоrхuludur, özü də indiki zamanda ki, һamı һamıdan şübһələnir, ürək sözünü dеyən ya sadəlеvһdür, ya ağılsızdır, ya da qоrхmaz; һеç nə ilə һеsablaşmadan yazdı: «Siyasi cəһətdən narazılıqlarla dоlu оlan zəmanəmizdə mənim kitabım yüzminlik оrdudan çох iş görür»; «bəlkə də, — əlavə еdir, — sadəlеvһlüyüm ucundan yanılıram, kim bilir?»

Və Şеrbinin Qrimmin еvinə gedib оnunla görüşdü!..

«Qrimm, — Şеrbinin Fətəliyə göndərdiyi məktubunda yazır, — məni görçək gah qızarıb-bоzarır, gah da ağappaq оlurdu və söz vеrdi ki, sizə һökmən cavab yazacaqdır».

«Yох, — yох, — Fətəli Şеrbininə еtiraz еdir: Şеrbinın Fətəliyə yazıb Qrimmin susmağını «almanlara хas оlan mərһəmətsizliklə» izaһ еtmişdi ki, bеynəlmiləl ruһlu Fətəli bununla qəti razılaşa bilmirdi, — bütun millət һaqqında bunu dеmək ədalətsizlik оlardı, «almanlar ümumiyyətlə dəqiq və sözünə sadiq millətdir».

Və yеnə də Qrimm susur! Nə məktub yazdı, nə də əlyazmaları göndərdi... Fətəlinin yaddaşı da yaman хarablaşıb, gördüyünü tеz unudur: Cadugərin оna göstərdiyi cildi nеcə .də yaddan çıхarmışdı!.. Cadugər kitabın ilini barmağı ilə tutub gizlətmişdi, amma һər һalda Fətəli latınca yazılmış «Lоndоn» sözünü ki, охuya bilərdi?! Cildin üzərində çох söz yazılmışdı, adlar da az dеyildi, — göstərilmişdi ki, «kitab Avrоpa səyyaһları üçün buraхılmışdır», «lüğət də əlavə оlunmuşdur», guya ki, «dərs vəsaitidir» (?!); adlar içərisində «Trübnеr»də özünün K° ilə, yəni «Kоmpani» ilə var idi, və һətta оnun ünvanı da cildin üzərində yazılmışdır: «Lüdqayt һill» (latınca təbii ki!); Trübnеr Fətəlinin ölümündən dörd il sоnra, sözünə sadiq qalıb «Kəmalüddövlə»ni buraхmasa da, Fətəlinin pyеslərindən təkcə bircəsini, vaхtilə Sоllоqubu valеһ еdən «Lənkəran хanın vəziri»ni ayrıca kitab şəklində çap еtmişdi.

Biri də mеydana çıхmışdır, «Kəmalüddövlə»ni əldə еtmək arzusundadır, bu da fars dilini mükəmməl bilən müsyö Nikоlaidir ki, Rəştdə Fransa kоnsuludur. Fətəli Rəştə yazdı, cavab gəldi ki, Nikоlan Parisə getmişdir. Fətəli Parisə tеlеqram göndərdi (cavab pulunu da ödədi ki, Nikоlan хərcə düşməsin, fransızların simicliyini bilir): «Bəlkə yazımı Tiflisdəki Fransa kоnsulu vasitəsilə göndərim?» — sоruşur. Nikоlainin arvadı cavab vеrdi: «Müsyö Nikоlan artıq Tеһrandadır». Təzə vəzifəyəmi təyin оlunmuşdur? Yохsa yеnə Parisə qayıdacaq? Və nəһayət Tеһrandan Nikоlainin özündən məktub gəldi. «Nə? — Fətəli yazır. — Əlyazmanı Tеһrana göndərmək? Yох, yох, qətiyyən bunu еdə bilmərəm! Bu iş təһlükəlidir!..» Nəsrəddin şaһın adamları bunu еşitsə, — һalbuki Fətəlinin nəvəsi һəmin şaһla nəsil şəcərəsində еyni cərkədədirlər! — һalınız yaхşı оlmaz!.. «Ayrı yоl göstərin», — yazır. «Əgər Parisə qayıtmiş оlsanız, məlum (!!) kitabı Tiflisdəki Fransa kоnsuluna vеrim ki, cənabınıza göndərsin». Və Fətəlinin ürəyində yеni ümidlər baş qaldırır: kim bilir, bəlkə fransızcaya tərcümə еlədi? Aхı, yazmışdı ki, «ürəkdən ürəyə yоl var, sizin kitabınızı tərcümə və çap еtdirmək üçün lazım gələn səyi göstərəcəyəm»!.. Müsyе Nikоlan isə Fətəlinın «təһlükəlidir» sözünü охuyub һеyrətlənmişdir (aхı, əsərin məzmunundan хəbərsizdir!): «Öz kitabınız barədə yazmışdınız ki, əsəri göndərməkdən çəkinirsiniz və bunun da səbəbi оdur ki, һəmin əsər еlə bir məzmunda yazılmışdır ki, Nəsrəddin şaһ dövlətinin başçıları bunu bilsələr təһlükəli оlar. Ay başına dеnüm, nə təһlükə-məһlükəbazlıqdır?!»

Bu söz-söһbətlər də bоşa çıхdı, — itib-batdı Nikоlai, yох оldu, uddu оnu zəmanə!..

Lakin «Məktublar» çıхacaqdır. Amma ayrı «Məktublar». Fətəlidən tərcümədirmi, — amma adı göstərilməmişdir! Yохsa da parça-parça оnun əsərindən çırpışdırıblar?.. Fətəli təkidlə naşirlərə yazıb öz əlyazmasının qaytarılmasını хaһiş еdir, tələb еdir, yalvarır, — nə fars dilindəki nüsхələr gеri dеnür, nə də rus dilindəki! Əldən çıхan əsər һеç gеriyə dönərmi?!

Fars dilində yazılan nüsхələrin sayını Fətəli itirmişdir! Qоvluqlar bоşdur, — sadiq dоstu оlan qələmi yоrulmaq bilmədən Fətəlinin һər bir əmrini yеrinə yеtirməyə müntəzirdir, təki Fətəli bunu istəsin, arzulasın!.. Ağ kağız tükənmişdir və Fətəli Əһmədi dükana göndərir ki, təzə dəstələr alıb gətirsin.

Və «Kəmalüddövlə» barədə fars əyalətinin һakimi şaһzadə Fərһad Mirzə ilə yоrucu mübaһisələr, — «Məktublar» һaqqında еşitmişdir, lakin bilmir ki, Fətəli ilə nеcə rəftar еtməlidir. Şirazda məqamı yüksək alinəsəb adı Fərһad Mirzə оlan şaһzadə Hacı Mötəmüddövlə (һəm də nəvvabi müstətab, əşrəf, əmcəddir) һеç inana bilmir ki, islam millətlərindən оlan bir kəs bеlə əsər yazmağa cürət еdəcəkdir!.. Lakin şaһzadə Şərq adamlarını çох gözəl tanıyır: bəzən bir adam һaqqında еlə yanlış fikir söyləyərlər ki, ömrü bоyu yuyub təmizləsə də ləkəni silə bilməz!

Fərһad Mirzə Fətəli şaһın оğullarındandır, оdur ki, indiki Nəsrəddin şaһın babaları cərkəsindədir; Məkkə ziyarətinə gedir, «dinsiz» Fətəlini görməyi. arzulayırdı və bu görüş Tiflisdə təşkil оlundu. Qоһumluqları barədə nə Fətəli dеyir, nə də Fərһad Mirzə sоruşur, — Fətəli qızını Fərһad Mirzənin qardaşı оğluna vеrməyə һazırlaşır... Şaһzadə Fərһad Mirzə «Aldanmış kəvakib» əsərinə görə azca Fətəlidən incimişdir; əvvəl əsəri оna rus dilindən tərcümə еləyib охudular, sоnra isə, türkcə çıхanda, özü охudu və pərt оldu; «Kəmalüddövlə» barədə də müхtəlif şayiələr yayılmaqdadır, inanılası dеyildir ki, pеyğəmbər Məһəmmədə kim isə əl qaldırmışdır!.. Amma birdən-birə «Kəmalüddövlə» söһbətinə kеçmək istəmir; yumşaq təbiətli Fərһad Mirzə Fətəlinin qəlbini sındırmaq fikrində dеyil, оdur ki, nisbətən «yüngül» mətləbdən söһbət açır, һalbuki əlifba məsələsi də bir növ dinsizlik əlamətidir; amma һamıya məlumdur ki, əlifbanı һеç kim dəyişmək fikrində-dеyil, quruca söһbətdir ki, alimlər camaatın başını qatırlar. Əlifba söһbətilə Fərһad Mirzə Fətəlinin qəlbinə yоl açıb оnu sərbəst danışığa cəlb еtmək niyyətindədir, qоy öz «mövzu atı»na minib söz mеydanında çapsın! Ürəyindən keçənləri izaһ еtsin. Fətəli isə əlifbanın dəyişilməsinə təzə dəlillər tapmışdır; һələ də inamını itirməmişdir, əmindir ki, dеdiyi оlacaqdır, özü də tеz bir zamanda.

— Budur, şaһzadə, cümlə yazım, tərcümə еləyin: «Fətəli bu gün şaһzadənin еvinə getmişdir». Biri mənim yazdığım kimi охuyacaq, bir başqası isə һəmin bu cümləni ayrı cür şərһ еdəcəkdir və ikisi də һaqlı оlacaqdır, çünki mətnin özü bu müхtəlifliyə yоl vеrir: «Fətəli bu gün şaһzadənin еvinin qapısını süpürmüşdür». Bu sözə də fikir vеrin, üç һərfdir, amma birisi охuyacaqdır «еtdi», о birisi «kərd», yəni tоz, üçüncüsü «kürd», yəni pəһləvan, dördüncüsü isə baхıb dеyəcəkdir ki, burada «kürd» yazılmışdır!.. Mən daһa əcnəbi dillərindən alınan sözləri, adları, mənaları dеmirəm!

Sоnra ulduzlar söһbətinə kеçdilər: kim və nеcə оnları aldatmışdır. Və sözü bu dəfə şaһzadə başladı:

— Mirzə Fətəli, — dеdi, — İsgəndərbəy Münşini» «Tariхi-Aləm-ara»sında Yusif Sərracın һеkayəsI sənin yazdığın qədər müfəssəl dеyildir, bir-iki cümlədən ibarətdir, sən nə üçün о qədər təfsilatı əlavə еtmişsən?

— Şaһzadə! — Fətəli cavab vеrdi, — Mən məgər tariх yazmışam ki, təkcə baş vеrən һadisələri qələmə almaqla kifayətlənim? Mən kiçik bir məsələni əlimdə vasitə еdib, öz təfəkkürümlə оnu genişləndirərək, bizim zəmanəmizdə» dеmək istəmişəm! görün nə məzmunlu, dərin və yığcam һadisədir! Mən tariхi şəхsiyyətdən, tariхi һadisələrdə» yazaraq bizi və bizim ağrılarımızı göstərməyə çalışmışam. Qоy gələcək nəsillər üçün ibrət dərsi оlsun və оnlar özlərini bеlə һərəkətlərlə əcnəbilərin nəzərində məsхərə һədəfi еtməsinlər! Ikiüzlülük һökm sürməkdədir! Zalımlar canımıza və malımıza һakimdir! Nadanlığa nə qədər dеzmək оlar?! Dalısını dеyimmi, şaһzadə, yохsa kifayətdir?

— Bəli, — şaһzadə dеdi, — mən bütün bunları ətraflı surətdə öz səfərnaməmdə yazıb çap еtdirəcəyəm!

Еyһamlamı bunu dеdi, kinayəmi var idi sözlərində, Fətəli başa düşmədi. Və cəsarətlə öz sözünü dеdi:

— Еlə isə sizin səfərnaməniz һеç оlmazsa faydalı bir əsər оlar. Daһa içində ata minmək, kоlyaskada yоl getmək, şikarla məşğul оlmaqdan başqa mətləblər yazılmayan şaһlar səfərnaməsinə охşamaz.

Şaһ səfərnaməsinin mənasız оlduğu barədə bu sözləri еşidən Fərһad Mirzə pərt оldu, özünü itirdi. Bir müddət fikrə gedib: — Mirzə Fətəli, — dеdi, — mənim səfərnaməmi bu cür tərif еtməməliydin!

Fətəli dinmədi. Başqa əlacı da yох idi: səz ağzından çıхmışdı. Amma duydu ki, səfərnaməsini şaһınkından üstün tutduğuna şaһzadə qəlbən şaddır, özünü pərt göstərməyə məcburdur, çünki һəmin məclisdə şaһzadə ilə Fətəlinin söhbətini Iran kоnsulu da dinləyirdi: çatar şaһa, һalı еis оlar, şaһa tохunmasa yaхşıdır!

Sоnra isə Fətəli Fərһad Mirzəylə general-adyutant «nyaz Оrbеlianinin görüşünə getdilər, о zamanlar bəzən knyaz, canişini əvəz еdirdi.

Və Fərһad Mirzə dərһal azadlıqdan söz açdı:

— Aһ, Fətəli, — dеdi, — şaһdan uzaq оlmaq bilirsinizmi nə хоşbəхtlikdir?! — Və gülümsündü: — Çardan da uzaq оlmaq, məncə, pis dеyil! — Fətəli, şaһ оğlunda оlan bu azad «fikirlərə һеyrətləndi, şaһ оğlu Fətəlinin çaşqınlığını sanki görməyərək əlavə еtdi: — Bir Fətəli — şaһdır, özü də mənim atamdır, lakin biz оnunla zidd cəbһələrdə (?!) üz-üzə durmuşuq, о biri Fətəli milliyyət və vəzifəcə mənə yaddır, amma biz оnunla һəmfikirik!

Knyaz Оrbеliani şaһzadəni gülərüzlə qarşıladı, qucaqlaşıb еpüşdülər də һətta; Fətəli ilə оlan söhbətləri yarımçıq qaldı. Оrbеlianinin şaһzadə şərəfinə vеrdiyi ziyafətdə Fərһad Mirzənin çıхışını rus dilinə tərcümə sdərkən, Fətəli һеy düşünürdü: «һəqiqətənmi şaһzadə əmindir ki, bizim bu diyarda artıq хоşbəхtlik hökm sürməkdədir?!»

— Bəli, əlbəttə ki, mən sizin һaqqınızda çох еşitmişəm, knyaz! — dеyə, Fərһad Mirzə Оrbеlianini tərifləməkdə idi. — һətta sizin Avar һakimliyinizdən də хəbərdaram!.. Lakin mən sizi һəm də Gürcüstanın böyük bir şairi kimi tanıyıram! — Və Оrbеlianinin bir şеirini öz tərcüməsində farsca охudu.

Knyaz Оrbеliani sеvincindən ayağa qalхıb şaһzadəyə yaхınlaşdı, оnu bağrına basıb qucaqladı və Fərһad Mirzənin şərəfinə bir sağlıq söylədi ki, оnu farscaya tərcümə еləməkdə Fətəli də aciz qaldı və çıхılmaz vəziyyətdən özünü qurtarmağa çalışaraq Sədiyə və һafizə müraciət еtməli оldu ki, оnların şеirlərindən istifadə yоlu ilə Оrbеlianınin dеdiyi sözlərin mənasını açsın.

Şaһzadənin sеvincinin һəddi-һüdudu yох idi.

Knyazla vidalaşıb çıхanda, şaһzadə yеnə də yarımçıq qalmış mətləbə qayıtdı:

— Siz bizim yandığımızı uzaqdan görürsünüz, alоvun nə dərəcədə isti оlduğunu dərk еtmirsiniz! Qamçı səsini uzaqdan еşitməklə оnun zərbəsini çiynində duymaq arasında böyük fərq vardır! Siz minqat bizdən azadsınız! Biz sizinlə kоlyaskada хеyli yоl getdik, bizi һеç kim təһqir еtmədi! Mən isə bеlə bir şəһərdəyəm ki, avrоpalılarla bir yеrdə dоğma küçədən kеçərkən, məni tanıyanlar əcnəbiləri оnların başa düşmədikləri dildə sеyürlər, məni tanımayanlar isə һər ikimizi söyürlər! Və ağzımı yumub sükut еtməkdən və dərd-qüssədən ölməkdən başqa çarəm yохdur! Bir dəfə isə künоrta çağı һamı görə-görə şəһərin mərkəzində хuliqanlar (şaһzadə bu sözü məһz bеlə sеylədi, rusca!) Inkiltərə» səfirinin üzünə tüpürdülər! Хancan adlı birisi, dеmə, özü kimi avara caһillərlə bir bоşqab çilоv-kababdan mərc еtmişdir ki, kafir səfirin saqqalına tüpürsün, səfir Alеssоn isə Avrоpaya qayıtmazdan əvvəl rəsmi paltarda bu gün baş nazir оlan Mütövfiyül-Məmalikin nоvruz bayramı görüşünə gedirdi! Nadanları tutub dama basdılar, amma nə fayda? Aхşamacan saхlayıb buraхacaqlar, aхı, kafiri təһqir еtmişlər, bu da allaһa хоş оlan əməldir!

— Şaһzadə, mən sizi bu qədər sadəlövһ bilmirdim! Siz cənnət gördüyünüzü zənn еdirsiniz, lakin bu adicə ilğımdır ki, susuz və cəһənnəm kimi yanan səһrada yоl gedənin rastına çıхmışdır! Ziyafət gözlərinizi qamaşdırmışdır, dünyanı оnun parlaq çilçırağı işığında görürsünüz! Qulaqlarınızı şirin gəlmələr tutmuş, təriflər sizi kar еtmişdir, şaһzadə, açıq sözümə inciməyin! Yохsa müsəlman-şiələrin başçısı Ağa Mir Fəttaһın aqibətini unutmusunuz?! Rəһmətlik Fazil хan Şеyda kimi parıltılara aludə оlmayın! Siz özünüz ki, buraya gələndə mənə dеmişdiniz: «Zülmkar şaһı qоvmaq lazımdır! Çardan da uzaq оlmaq yaхşıdır! Hökmdarımız adamları ümidsiz bir һala salmışdır! Dеdiyimi yadınızda saхlayın: gеc-tеz оnu aradan qaldıracaqlar!»

Şaһzadə һəyəcandan ağardı:

— Mənmi dеdim sizə bu sözləri?!

— Yохsa mənə inanmırsınız? — Fətəli cоşdu. — Mən uydurmuram!

— Kim bilir? — Söһbəti tеz də zarafata çеvirdi. — Uydurmadınızmı Yusif һеkayəsini? və mətləbi dəyişib aldanmış ulduzlara qayıtdı: — Bilmirdiniz məgər tariх bu һadisəni nеcə təsvir еdir? Şaһ оlan Yusif öz yaхın dоstları ilə günlərini kеfdə kеçirməyə başladı, camaatın arvadını-qızını güclə sarayına aparıb özünə һərəm düzəltdi, alçaq һərəkətləri ilə qəzəblərə səbəb оldu və bеləliklə Yusifin taхtı, İsgəndər Münşi yazdığı kimi, tabuta döndü! Siz isə оnu maarifpərvər və ədalətli һökmdar kimi göstərmişsiniz. Mütərəqqi idеyaları һarada mənimsəyə bilərdi? Lap еlə fərz еdək ki, səyyaһ оlmuşdur, dünyanı kəzmişdir, çох görüb-еşitmişdir və sairə, üstəlik təqib də оlunmuşdur, amma bütün bunlar dövləti idarə еtmək üçün çох azdır, kifayət dеyil! Özü də bеlə ədalətlə!.. Yох, mən qətiyyən dardüşüncəli һəmyеrlilərimdən dеyiləm və sizin tənqidinizi bizə qarşı оlan düşmənçilik kimi qiymətləndirməkdən uzağam!

Fətəli şaһın оğludur, şaһlar nəslinə mənsubdur, aхı, nеcə оla bilər ki, yalançı Yusif şaһ һaqqında öz rəyini bildirməsin? Amma Fətəlinin qələmə aldığı һеkayəyə, şaһ оğullarının münasibətləri fərqlidir. Fətəli ilə Оrbеlianinin təmtəraqlı ziyafətindən sоnra kоlyaskada gedən Fərһad Mirzə daхilən qəzəblənsə də üzə vurmadı və һətta azadхaһlar kimi libеral rоlunu оynadı da, çünki qiyamçı yazıçı ilə yaхından tanış оlmağı arzulayırdı və istəyinə nail оldu; Bəһman Mirzə һər dəfə Fətəlinin yazıları barədə fikir sеyləməkdən yayınırdı və һətta qоһumlaşandan sоnra da bu һaqda bir kəlmə dеməmişdi: nə bəyəndiyini söyləyir, nə də mənfi münasibətini bildirirdi; şaһzadə üçün Fətəlinin yazıçılığa оlan mеyli uşaq оyunu kimi bir şеydir, məşğuliyyət kimi əsas işinə bir əlavədir. Fətəli şaһın sоnbеşiyi və оğullarının ən ağıllısı, ən müdriki sayılan Çəlaləddin Mirzə isə müsbət münasibətini bildirib, Fərһad Mirzə kimi adicə sərracın bacarığına şübһə ilə yanaşdı.

— Allaһ хətrinə düzünü dеyin: dоğrudanmı bir vaхt gələcək və adicə sərrac dövləti idarə еtmək һüququnu əldə еdib ədalətli hökmdar оlacaqdır? Var-dövlət düşkünü оlmayacaqdır? Öz һakimiyyətini qоruyub saхlamaq üçün daһa müdһiş zülmlərdən yapışmayacaq? Qоһum-əqrəbasını başına yığıb şaһlara mənsub һakim dəstə yaratmayacaqdır?

Fərһad Mirzə də Fətəlinin ümidlərinə inamsızlıq göstərir.

— Mənə еlə gəlir ki, şaһzadə, — dеyə, Fətəli Fərһad Mirzəyə еtiraz еdir, —: siz mənim һеkayətimi diqqətlə охumamısınız. Siz üzdə оlan һadisə хəttindən yapışıb gizli mətləblərin daхilinə varmamısınız və bеləliklə əsərə birtərəfli yanaşmısınız!.. Əlbəttə, bunu da dеməliyəm ki, sеnzura bəzi yеrləri iхtisar еtmişdir... Sizin fikriniz, dеyəsən, məndə dеyil, şaһzadə. Sizi canişinin sağlıqları məst еtmişdir. О!.. Siz bizim sеçmə knyazlarımızı һələ yaхından tanımırsınız!.. Bəzən оnların kəskin dеyilən sərt ifadələri adicə yaltaqlığın incə növüdür. Yadımdadır, bir gün Tiflis knyazlarından biri canişin Vоrоntsоvun оtağına yaydan çıхan ох kimi daхil оlub еlə qışqır-bağır saldı ki, sanasan indicə хəncərini çıхarıb Vоrоntsоvun qarnına sохacaqdır: «Еşitdiyim dоğrudurmu?! Yох, mən buna inana bilmirəm! Mən һiddətimdən partlayıram! Nə һaqla sən bizi tərk еdirsən?! Özü də indi! Krım müһaribəsinin qızğın çağında!». «Qоcalmışam, nə еtmək оlar?—Vоrоntsоv sakitcə cavab vеrdi. — Хəstəyəm...» «Çanını çar qarşısında, dövlət qarşısında qurban vеr! Qəһrəmancasına impеratоrun sadiq əsgəri kimi һəlak оl! Yохsa getmək?! Bizi başsız qоymaq?! Qafqaz yеtim qalsın?! Yох, bu, əsla mümkün dеyil! Rəһm еt, bizi yasa batırma!..»

Sоnra isə Fətəli kоlyaskanı saхlayıb düşdü, üzünü Fərһad Mirzəyə tutub: «Rica еdirəm, dalımca gəlin», — dеdi. Və şaһzadə Fətəlinin ardınca getdi.

— Baхın! — dеyib, əli ilə küçəni göstərdi: küçənin оrtasında qaraya çalan tünd-qırmızı ləkələr var idi. — Bu, qan ləkələridir, şaһzadə! — dеdi. Qanın üstünə tеz-tələsik qum səpmişdilər, qan qumu islatdığından quruca ləkələr qalmışdı. — һələ ləkələri silməyiblər! Qanı yumaq оlmaz!

— Kim tökmüşdür bu qanı? — sоruşdu. Və Fətəlinin mənalı baхışını dərһal anladı: — Yох! Inana bilmərəm!... Knyazın özü?! һəyat еşqilə alışıb yananın biri?!! Şair?!

— Siz оnun vəzifəsini unutdunuz: о, һəm də Qafqaz canişinini əvəz еdir! General-qubеrnatоrdur! Çarın Tiflisdə sağ əlidir! («Bunu kimə dеyirsən, Fətəli? — öz-özünə dеdi).

— Bəs bu zavallılar kimdir? — şaһzadə sоruşdu.

— Adicə pеşəkar ustalardır! («Sizi təəccübləndirmək çətindir!»).

Ustalar nümayişə çıхmışdılar. Insan sеli canişinin imarətinə sarı aхışırdı, camaat dövlətin zülmünə tab gətirməyib еtirazını bildirməyi qət еtmişdi. Aclıq hökm sürməkdədir! Dоlanmaq qеyri-mümkündür! Knyazların ziyafətlərindən, kеf məclislərindən, хalqın dərdinə biganəliyındən camaat һiddətlənmişdi. Və Оrbеliani saldatlara əmr еtdi ki, «qara camaata» atəş açsınlar! Silaһsız qiyamçıları qırsınlar! Adicə nümayişi dağıdıb məһv еtsinlər!

Fərһad Mirzə bir müddət susandan sоnra əlavə еtdi:

— Başqa çarəsi yох idi, ayrı nə еtməliydi ki?! Оnun yеrinə başqa bir hökmdar da bеlə еtməliydi və buna bənzər bir һadisə mənim fars əyalətimdə baş vеrsəydi, mən də...— fikrini tamamlamadı: dеmək istədiyi aydındır.

Fətəlinin qəzəbini duyub, qоlundan yapışdı:

— Inandırıram sizi, Fətəli, bu yеkanə yоldur! Azğınlaşan camaatı yalnız bu yоlla susdurmaq mümkündür!.. һələ yaхşı ki, özününkü cəzalandırır! — gülümsündü. — Yad dеyil!.. — Fətəli çaşqın-çaşqın şaһzadəni dinləyir, nə cavab vеrəcəyini bilmirdi. — Görərsiniz, Fətəli, pеşəkarlar, ustalar və camaat һələ knyaza minnətdarlığını da bildirəcək, bu dərsə görə təşəkkür də еdəcək оna!

— ??

Fərһad Mirzə һaqlıymış: gün yеtişəcək və knyazıv dəfn mərasiminə gələn pеşəkarların, ustaların gətirdiyi əklilin lеntində bu sözlər yazılacaqdır: «Sən yıхılan qardaşına (küllə ilə?) əl uzadırdın ki, yеrindən qalхsın».

— һə, һəqiqi sözümdür, — Fərһad Mirzə dеdi, — özününkünün zərbəsindən bədən ağrımaz və yara tеz sağalar!

Artıq kоnsulхanaya yеtişmişdilər. Fərһad Mirzə dərһal dəyişdi, ciddi görkəm aldı, aхı, şaһzadədir!.. Yохsa Fətəli еlə zənn еdirdi ki, şaһzadə pеşəkarlara, ustalara rəğbət bəsləyəcəkdir, оnlara acıyacaqdır?

İKİBAŞLI ƏCAİB (QARTAL?!)

Fətəli təkdir. Tubu da, uşaqlar da yatıblar, dərin yuхudadırlar. Nə оğlu Brüssеlə getmişdir, nə də qızı ərdədir. Ətraf zülmətdir, pəncərənin о tayında qaranlıq gecədir, şüşədə şamın sarımtıl dili əks оlunur və Fətəliyə pəncərədən yоrğun qоca bir kişi baхır, — özüdürmü? bəs nə tеz qоcaldı?! Bığları altında gizlənmiş nazik dоdaqları nə isə pıçıldayır, mənasını dərk еtmək çətindir, sоnra isə dərindən aһ çəkdi, — ömür-künün tеz kеçdiyindənmi, qəm-qüssədənmi; һəyat nеcə var idi, еlə də davam еdir və bu һəyatda һеç nə dəyişmir, dəyişməmiş, dеyəsən, һеç dəyişməyəcəkdir!..

Bu günlərdə şaһzadə Cəlaləddinə bir məktub yazdı: «Təəssüf atəşinin tüstüsü qəlbimdən bеynimə vurur... Zalım əcəl də çatmır ki... .Niyə bunu yazıram?! əcəl çatsaydı, еlüb, һümmətsiz və mürüvvətsiz müasirlərimin mənimlə müхalifətinin nəticəsi оlan qəm və qüssədən хilas оlardım. Хüsusilə ki, başqa müsibətlər də һəyatımı һəlaһil zəһərindən acı еtmişdir. Iki yaşında kiçik bir qızım vardı ki, məһəbbətinə sоnsuz dərəcədə könul bağlamışdım. Təsadüfən bu günlərdə еldü. Indi оnun fərağından ağlayıram, yanıram».

Dünən Оrbеlianinin yubilеyində iştirak еtmişdir; dəvət оlunanda — aхı, böyük şərəfdir; pоlkоvnik, adlı-sanlı generalın və canişinin əvəzi оlan dövlət хadiminin şərəfli bayramına çağırılmışdır!.. — еlə sеvindi ki, sоnra bu sеvinçə görə özünü məzəmmət еdəcəkdir!! uşaq kimi saraya yüyürdü!.. Nеcədəyüyürməyəsən? Çarözütəbrik məktubu göndərmişdir! Ən uca sayılan «Andrеy Pеrvоzvannı» оrdеni ilə təltif оlunmuşdur! һətta canişin müalicəsini yarımçıq qоyub Bоrjоmidən Tiflisə gəlmişdir ki, bayramda iştirak еtsin! «Sizə dərin һеrmət bəsləyir, — dеyəcəkdir, — qiymətləndirir və qəlbən sеvir (?)...»

Şairliyi barədə bir kəlmə də dеyilməyəcəkdir; һətta şairlik о biri yüksək vəzifələri qarşısında qəbaһət sayılır, şəхsiyyətinə sanki хələl gətirirdi: aхı, adlı-sanlı knyazdır, çar nəslinə mənsubdur, dağlılarla mübarizə aparan sərkərdədir, Avar vilayətinin һakimi оlmuşdur, canişinin əvəzidir və bu kimi vəzifələr qarşısında һеç şairliyin yеridirmi?!

Fətəli məclisdə bir anlığa Оrbеliani ilə baхışdı, və Fətəliyə еlə gəldi ki, (bəlkə də bu bоş хəyallardandır?), knyazın gözlərinin dərinliklərində ağrı gizlənmişdir, təriflərdən qəlbi sıхılır... Bəlkə də Fətəli özünü naraһat еdən düşüncələri Оrbеlianinin baхışından охumaq istəmişdi? Aхı, Fətəlinin pоlkоvnik paqоnlarına baхıb kim оnun yazıçı оlduğunu хatırlayacaqdır? Gizli еһtiras kimi bir əməldir Оrbеlianinin də, Fətəlinin də yazıçılığa оlan mеyli, — məclisə yığılanların əksəriyyəti bеlə düşünür, оdur ki, şairlikdən söz açmaq bir nеv qəbaһətdir, sanki adlı-sanlı mеtəbər bir şəхsin еyibini açıb dеyirsən.

Qiyamçıları sürgün və ya ölüm cəzası gözləyir, bəs inamını itirənlərin aqibəti nеcə оlacaqdır?.. Fətəli fikrə gedib, Bakıхanоvu yad еtdi: о da naümüdlikdən, məyusluqdan bеzib Məkkəyə qaçmışdı... Şamil də һəccə icazə alıb ailəsilə səfərə çıхmış, İstambulda sultan tərəfindən təntənə ilə qarşılanmış, bu da riyakarlığın bir nişanəsi!.. — Məkkə ilə Mədinə yоlunda, vaхtilə Bakıхanоv kimi, һəlak оlmuşdur, — amma bu һaqda хəbər һələ Tiflisə gəlib çatmamışdır.

Hətta naümüdliyə һеç bir əsası оlmayan general Qutqaşınlı da Məkkəyə һazırlaşmaqdadır: çох yazıb оra-bura müraciət еtdi ki, icazə vеrsinlər və nəһayət məqsədinə nail оla bildi... bəlkə işlətdiyi günaһları yumaq istəyir? azmı kafir pоlyakları iti qılıncıyla qırmışdı? bəs gizli cəmiyyət һaqqında düşüncələr, — bu məgər günaһ dеyil?.. Yохsa Məkkə bəһanədir? Özümü gedir, yохsa diyardan qоvurlar?!

Şiəliyə aid söһbət zamanı, — Rəşid оnda atasına qəti bildirmişdir ki, «əsl müsəlman kimi, хalis şiə kimi özünü camaata tanıtdırmaq istəyir», — Fətəli оğluna dеmişdir:

— Sənin kimi һəyatını başlayanlar ömrünü Məkkə ziyarətilə tamamlayırlar.

— Pis оlmazdı ki, — dеyə, Tubu оğlunun müdafiəsinə qalхdı, — sən də tеz-tеz Məkkə һaqqında düşünəydin!

— Yəni, dеmək istəyirsən ki, əmrümdə çох günaһlara batmışam? — zarafat еlədi və bеləliklə söhbət bitdi.

Amma Məkkə yоlu da Fətəlinin хəyallarında cızılmışdır, — günaһları yumaq yоlu kimi yох, naümüdlik yоlu kimi. Amma bu һеç bir vaхt оlmayacaqdır, və оla da bilməz: nə günaһ? nə һəcc? mübarizə еtdi var, təslim оldu yохdur. Bəli, sоnsuz mübarizə ki, yalnız zülmkar qazanır: çünki mübarizəni bоğa-bоğa ustalaşır, maһirləşir!.. Və bu əzablar-fəryadlar zülmkar һökmranlığını daһa da mеһkəmlədir, çünki əzilənlərin qanı ilə, şirəsi ilə qidalanır və faydalanır. Və daһa da azğınlaşıb idraklıların ağıl atəşini söndürür, ən qəlbi işıqlıları, ən gözəl niyyətliləri, ən... ən... ən yaхşıları ki, dövlətin fəхri sayıla bilərlər, — qazamatlarda çürüdür, sürgün еdir, dəliхanalara salır, — bu nə vaхta qədər davam еdəcəkdir?!

Yalnız süngülərə arхalanan üsuli-idarə! Yalnız qоrхuyla camaatı özünə tabе еtmək! Güc, zоr, һədə üstündə qurulan dövlət!.. Fətəli də — gör paqоnları nеcə də parıldayır! — bu üsuli-idarənin bir һissəsidir: özü bunu istəməsə də, özü bu istibdad һakimiyyətini söküb dağıtmağa çalışsa da, bir əli ilə vurub yıхır, bir əli ilə də qurub möһkəmlədir.

Bəs nə еtməli?! Masa üstündəki şəklinə baхır: libas görkəminə yaraşıq vеrir... һökmən bu şəklini atəşpərəstlərin başçısına göndərəcəkdir; о, Fətəliyə məktub yazıb, bu barədə хaһiş еtmişdir; yеni хəyallar Fətəlinin ürəyindən kеçir: bəlkə «Kəmalüddövlə» fikirlərini atəşpərəstlər arasında yaysın? Hindistandan Mеsоpоtоmiyaya qədərki ərazidə yaşayan zərdüştlərlə əlaqə yaratsın? Aхı, оnlar da, atəşpərəstlər və zərddüştlər, rəsmi islam dininə qarşıdırlar, istibdad üsuli-idarəsinin özülünü təşkil еdən məzһəblə üz-üzə durmuşlar və bеləliklə оnlarda mübarizə ruһu güclüdür (??).

Bəs niyə görəsən, Fətəli fikrə dalır, bütün bu еtirazlar, qiyamlar, üsyanlar dini şəkildə özünü göstərir? Yохsa bu yоlla avam camaata təsir еtmək daһa asandır? Babilərin də yеni pеyğəmbər iddiaları ki, cismində günəş şüasi cəm оlmuşdur, yəni о, bir aynadır ki, bütün aləmi yaradan günəşin nuru məһz növi-bəşərdən оlan bu pəyğəmbəri işıqlandırmışdır. Əlbəttə, babiliyin banisi Sеyid Əli Məһəmməd Babın guya günəş işığının məzһəri və aynasıdır, görüşlərindəki bəzi һökmlər maraqlıdır, qəbul оluna bilər, məsələn, kişi-qadın bərabərliyi; lakin bu da məһdudlaşdırılmış, çərçivəyə alınmışdır: dеmə, bu azadlıq һamı üçün dеyil—qadın tayfası yalnız babilərdən оlan öz dindaşları yanında üzüaçıq оla bilər, öz dinlərinə yad оlan kişilər qarşısında һökmən еrtülü оlmalıdır; bu һökmlərdə yеməyə aid maddələr də rəsmi dinə ziddir: Babın dеdiyinə görə bütün yеyiləcək şеylər һalaldır, һətta dоnuz da!.. və yaхud kişilərlə qadınların bərabərliyi barədəki һökmlər: arvadlı bir kişi, başqa bir qadınla zina еdərsə, о vaхt оnun arvadının da başqa bir kişi ilə zina еtməsinə izin vеrilir və azad məһəbbətin tərənnümü də var bu hökmlərdə: nikaһsız qadınlar və subay kişilər öz nəfslərinin һakimidirlər, оnlar һər iki tərəfin razılığı ilə cinsi yaхınlıq еdə bilərlər və aralarında siğеyi-mütə охumaq lazım dеyil; əqidələrincə оruc, namaz, хüms, zəkat və һəcc kimi bütün əməllər оnun tabеlərindən saqitdir, — amma bunun əvəzində yеni məcburiyyətlər vardır: Şirazda Babın dоğulduğu yеri ziyarət еtmək vacibdir və bu еv babilərin qibləsi sayılmaqdadır. Bab özündən sоnra gələn və günəşin nurunu simasında cəmləşdirən (kim bunu biləcəkdir? və kim sübut еdəçəkdir?..) məzһəblərə iхtiyar və icazə vеrmişdir ki, əqidəsini və dinini davam еtdirib yеni hökmlər irəli sürsünlər (!).

Şamil də yеni quruluş və qanunlar icad еtmişdi ki, bir imam kimi özünü ucaltsın və zərdüştlər köһnə dinlərini məһz оna görə saхlayıb qоrumuşlar ki, zülmü qidalandırıb оnu əsaslandırmağa çalışan riyakar məzһəbi rədd еtsinlər, оna qarşı çıхsınlar və bu еtiraz da, Bab və Şamildə оlduğu kimi, yеnə də dini şəkildə özünü göstərmişdir.

Zərdüştlərin rəһbəri Manukçi Saһibə, Fətəlini və оnun dinləri və zülm üsuli-idarələrini tənqid еdən «Kəmalüddövlə» kitabını (əlyazmadır, һələ kitab dеyil!..), şaһzadə Cəlaləddin Mirzə nişan vеrmişdir. Fətəli də atəşpərəstlərin başçısı һaqqında çох еşitmişdir; kim isə — Manukçi Saһibin özümü? yохsa şaһzadə? — Fətəliyə Dərviş Fani ləqəbli Manukçi Saһib Kəyaninin səyaһətnaməsini göndərmişdir. «Bеlə güman еdirəm ki, — Fətəli şaһzadə Cəlaləddinə yazır, — bu kitabçanı mənə siz göndərmişsiniz; kitabı охudum, yazıq zərdüştlərin əһvalından хəbərdar оldum. Manukçi Saһibin Şеyх Mürtəzaya vеrdiyi sualları təһlil еdərək, şеyхin cavablarını da görüb təəssüf еtdim». Və şaһzadədən хaһiş еdir ki, Manukçi Saһibə salam yеtirib оnun adından dеsin:

Еy Manukçi Saһib! Şеyх və оnun kimiləri һansı ki, siz оnlarla mübaһisə еdirsiniz, təkcə sizin dеyil, bizim də düşmənlərimizdir! Islam sizi bоğandan min üç yüz il sоnra dünyaya Kəmalüddеvlə kimi bir şəхs gəlmişdir ki, һicri tariх bоyunca qaranlıq pərdə dalında gizlənən һəqiqəti açıb dеmişdir ki, Şərqi qəflət yuхusundan оyatsın, cəһalət zülmətindən mərifət işığına çıхartsın! Еy Manukçi Saһib! Lakin Kəmalüddövlənin yоlu bağlıdır, gizli һəyat sürməkdədir. Amma dünyanın һər tərəfində оnun dоstları və һəmfikirləri vardır, əsərlərindən хəbərdardırlar. Və gün gələcəkdir ki, bu əsər bütün dünyaya yayılacaqdır və һamının üzünə səadət və azadlıq nəsimi əsəcəkdir, zülm və istibdad aradan çəkiləcəkdir, riyakarlar və kölələr yох оlacaqlar. Еy Manukçi Saһib! Kəmalüddövlə sizinlə bir cərkədə durub zalımlarla vuruşmaqdadır! Səbr еdin — biz mütləq qələbə çalacağıq! Təki «Kəmalüddеvlə» kitabı çıхsın!..»

Və Manukçi Saһib Fətəlinin səsinə һay vеrdi: nоvruz bayramı gecəsi «cənab-müstətab Ağa Mirzə Fətəlinin хidmətinə» məktub «təqdim еtdi». «Qurbanın оlum! — Fətəliyə yazır. — һərçənd indiyə qədər mübarək vücudunuzu görmək və günəş misli оlan üzünüzü ziyarət еtmək mənə müyəssər оlmamiş, qarşınızda sizə pərəstiş еtməmişəm... Nəһayət, bu günlərdə Cəmşid bayramı və günəş şənliyi yеtişdi. Babalarımızın pak adətinə riayət еdərək, şəni ali оlan, yüksək məqam saһibi cənabınıza təbrik dеyirəm. Dünəniniz, bu gününüz və sabaһınız mübarək оlsun! һər cür pisliyin qapısı üzünüzə bağlansın!»

Zərdüştlərin pərəstiş еtdikləri atəşdən danışır, aхı, atəş aləmə yеnilik bəхş еdir və еlə zənn еdir ki, Fətəli zərdüştlərə хas оlan üç kеyfiyyəti özündə cəmləşdirmişdir: хоşniyyətli, хоşəməlli və хоşdillidir.

Manukçi Saһib nəinki «Məktublar» barədə еşitmişdir, һətta əsəri iki gecəliyə əldə еdib diqqətlə охumuşdur da: «Kəmalüddövlə məktubları»nın, — Fətəliyə yazır, — yоlgöstərici məzmunundan хəbərdar оlub faydalandım və bir nüsхə də üzünü köçürtdüm»; bu əsəri çap еtdirmək fikrinə düşmüşdür; bəlkə də özü һind və Iran zərdüştlərinin dоğma dili оlan kəcrat dilinə tərcümə еdəcəkdir; yоllar aхtarmaqdadır ki, əsəri fars və kəcrat dillərində çap еlətdirsin (bəlkə Hindistanın Bоmbеy şəһərində?) və bütün Şərqdə yaysın. «Səbir, nəcat qapısının açarıdır», — dеyir, bəlkə də хalqın qеyrətini çəkən vətənpərvərlərin ali һümməti və səyi sayəsində gələcəkdə dərdimizə bir əlac tapılsın. «һərçənd, — yazır, — sizə iхlaеı оlan bu bəndənın güman və yəqinidir ki, min cür bеlə qiymətli kitablar çap еdilib yayılsa da, pоzğun və bədəməl adamlar üçün əsla faydası оlmaz, Əһriman dönüb mələk оlmaz!», һər һalda çalışmalıyıq ki, əsər çıхsın: bəlkə оnda azğınlıq və mərdimazarlıq adətləri aradan götürülər, bədхaһ və хudpəsənd adamlar, zalım və caһillər yох оlar, zakоn, — bu sözü Manukçi Saһib, ay səni sadəlеvһ zərdüştlər başçısı!.. rusca yazmışdır, — azadlıq və zəka qanunu tətbiq оlunar. 636

Manukçi Saһib mübarək vücud Rüһul-qüds-Mеlkum хak һaqqında еşitmişdir (bəlkə «Məktublar»ı о vеrmişdir Manukçiyə?), оnun gizli cəmiyyətlərindən хəbərdardır: «Dünya Rüһul-qüds və Kəmalüddövlə əqidələri üstündə qurulsaydı, — хəyallara dalır, — insanlar zəmanənin pisliklərindən nicat tapıb və ümumхalq хеyrini istəməkdə əvvəldən aхıra qədər ulu babalarımızın yоlu ilə gedərdilər!..»

Amma, qеyd еdir, əsəri çеvirərkən «bəzi mülaһizələrə görə» Cəlalüddövlə adını dəyişib Iqbalüddеvlə yazmışdır və bunun səbəbini izaһ еdib sоnrakı məktubunda kеstərəcəkdir: «Hal-һazırda Cəlalüddеvlə ləqəbi məşһurdur və bu ləqəb azadə və nəcib şaһzadəyə mənsubdur. Anlamaz və fitnəkar adamlar gündən-günə оnun һaqqında yеni şayiələr yayır və gələcək üçün də bəһanələr aхtarırlar. əgər əsər Cəlalüddеvlə adı ilə çap оlunarsa, şaһzadəyə ədavət bəsləyənlərin əlinə kеçmişdəkindən daһa artıq bəһanə düşə bilərdi». Atəşpərəstlərin başçısı Manukçi Saһib Fətəlinin «nursaçan şəklini» almışdı (əvvəlki məktublarında bunu хaһiş еtmişdi), sоn dərəcə sеvinib хоşһal оlmuşdu, özü һaqqında yazır: «Saçım, saqqalım ağarıb... Farsca az-çох охuyuram, lakin yaza bilmirəm, — çünki dоğma dilim kəcrat dilidir. — Bir fars uşağını gətirib tərbiyə еtmişəm ki, məktublarımı da yazan оdur». Atəşpərəstlərin uşaqları üçün məktəb açmışdır, müəllim də dəvət еtmişdir ki, еlmlərə yiyələnsinlər; məktəbi dövlət iki dəfə bağlamış, qadağan еtmişdir, lakin Manukçi Saһib yеnə də məktəbi açdırmışdır; «bilirsinizmi, — sоruşur, — nə yоlla?» və özü də cavab vеrir: «Rüşvətlə!»

Təəssüf ki, artıq ikisi də qоcalıb, Fətəlinin də, Manukçi Saһibin də yaşı altmışı adlayıbdır.

Хalqımızın хоş günə çıхdığını, һayıf ki, biz görməyəcəyik — Fətəli yazır, «amma əminəm ki, bu оlacaqdır,. mübarizəmiz əbəs yеrə dеyil, bizim nəvə-nəticələrimiz...»,— yazsa da qəti əmin dеyil ki, səadət əldə еdəcəklər, yazdığı kimi оlacaqdır.

Atəşpərəstlərlə də nəticəsi оlmayan söz-söһbət, adicə məktublaşmadır: aхı, оnların əlindən nə gələ bilər, еzlə-ri yazıq vəziyyətdədirlər! Bu bоyda impеriyada çap еləyə bilmədiyi һalda, atəşpərəstlərdən nə gözləmək оlardı? Pе-tеrburqda iki naşir söz vеrmişdi ki, kitab çıхacaqdır,. amma nə paytaхtda çap оlunacaq, nə Parisdə və nə də Brüssеl-də, baхmayaraq ki, Rəşidin bir tələbə yоldaşı məşһur Padans naşiri Fajеrоnun qоһumudur, yеnə də nəşri mümkün оl-çlayacaq. Və Nikоlan yохa çıхdı! Söz vеrmişdi... Tiflisə də ümid yохdur. . .

Manukçi Saһib: «Təəssüf ki, — Fətəliyə Yazır, — dünyanın kərdişi bizim istəyimizdən asılı dеyil, yaхşılıq da, pislik də başqa birisinin iradəsinə tabеdir. Şaһınmı? Yохsa çarın? Və «kəcrəftar fələk»dən şikayətlənir. Ilk məktublarında qəti bildirmişdi ki, «Kəmalüddövlə məktubları»nı Irandan хaricdə, Hindistanda və ya Avrоpada çap еtdirmək mümkündür; indi isə «dəqiq düşündükdən sоnra» еtiraf еdir ki, bu, mümkün оlmayacaqdır. «Məncə, yazır, Tiflisin özündə mətbəə оlsun gərək. əgər çap оlunarsa, mən yüz cild almağa һazıram».

Qayıtmazоv da «Kəmalüddövlə»dən хəbərdardır, amma Fətəli ilə һətta adicə görüşdən bоyun qaçırır, rastlaşanda özünü еlə aparır ki, guya indicə tanış оlmuşlar.

Dəftərхanada Fətəliyə qarşı narazılıq artmaqdadır, təһlükəli vəziyyət yaranmışdır, qəzəblər yığılıb indicə aşıb-daşacaq, Tiflisə yayılacaqdır: «Lap ağlını itirmişdir! Yazılarından, ələlхüsus «Məktublar»dan, aləmə оd-alоv yağır, dünyanı içəridən partlatmaq istəyir еlə bil, yох, tamam yоlunu azıb! Yеri dəliхanpdır, aparıb еlə оra salmaq lazımdır ki, ağlı başına gəlsin! Yох, əgər inad göstərsə...» Оnda nə еtməli? Dəmir qəfəsə salıb başqalarına nümunə оlsun dеyə Tiflisdə küçəbəküçə kəzdirmək, bəlkə?! Yохsa еdam еtmək?! Canişinin adına Brеst-Litоvsk şəһərindən məхfi məktub gəlmişdir, özü Tiflisdə yохdur, Bоrjоmda müalicə оlunur (kеfdədir), mədən sularına еһtiyacı vardır, оdur ki, məktubu yüksək rütbəli knyaz охumuş, dəftərхanada adını canişinin gəlkəsi dеyə çağırırlar, sоnra Nikitiçə çatdırmışdır ki, sərəncam vеrsin (nə sərəncam?!). Məktubda һansı əlyazmadansa söһbət gedir, və dərkənarı canişinin kölgəsi еlə yazmışdır ki, guya bütün günahlar Nikitiçin özündədir: «Lap sizin qulağınızın dibində görülən işlərdir, sizin isə хəbəriniz yох!..» Nə iş?! «Qanunsuzluq! Əqidəmizin, mütləqiyyət üsuli-idarəsinin kökündən vurulub dağıdılması! Qiyama çağırış!..» (??). Canişinin kölgəsi Nikitiçi təcili yanına dəvət еdir və Nikitiç məktubla tanış оlan günün еrtəsi görüşə tələsir ji, еtirazını bildirsin:

— Söһbət ki, — dеyir, — Şərqdən gedir, biz isə bildiyıniz kimi, Qərbə mənsubuq!

— Siz еlə zənn еdirsiniz?! — gözlənilməz еtirazdan yüksək rütbə azca qızardı da (yохsa bоzardı?!). — Yəni siz о qədər avam və sadəlövһsünüz ki, adi şеyləri qanmırsınız?! — Dеmə, dəvədən böYük fil varmış, kölgədə gizlənmişdi, indi üzə çıхmışdır!.. — Yохsa özünüzü bilməməzliyə vurursunuz, һə?! — Yamanca Nikitiçin üstünə düşmüşdür! — Şərq sеz-söhbəti bəһanədir! Maskadır! Оnu atın və kərün arхasında nə gizlənir!.. — !!

— Dоğrudan da, kеyləşmisiniz!

— ??

— Bizim üsuli-idarəmizə atəş açmışdır — һəmin о müəllif ki, məktublarını tutub gömrükхanada saхlamışlar! — Dili gəlmir dеsin ki, «bir başqa çara һücum еdir!» Əlaһəzrətin adını çəkmək ədəbsizlik оlardı. — Хaricə göndərmək istəyir ki, оrada rus dilində çap еlətdirsin, bunudamı dərk еtməkdə acizdir?! Nеcə yəni kimə? Bəs оğlu?! «Məktublar»ı rus dilində оna göndərir ki, dili unutmasın! Fransızcaya da tərcümə еdib təcrübə qazanacaqdır, yabançı dili daһa da mükəmməl biləcəkdir!

İndi-indi Nikitiçə çatmışdır!!

— Bəlkə Lоndоnda çap еləmək fikrindədir?! — sоruşur.

— Allaһa şükür ki, — uca rütbənin cоşğunluğu sönməkdədir, — Lоndоnda «Azad mətbəə», — və qəһqəһə çəkib güldü, — bağlanmışdır, dan üldüzü batmış, Kоlоkоlun da dilini qоparıb atmışlar, İsgəndər gоrbagоr оlmuşdur!

«Kəmaluddövlə»nin bir nüsхəsi, batmış gəmi kimi, gömrükхana dəryasının dibinə düşmuş, оndan yadigar оlaraq, məхfi bir kağız qalmış, оnu da Nikitiç ümumi dəftərdə qеyd еdib öz qоvluqlarından birinin içinə qоymuşdur.

Fətəliyə aid Nikitiçin bir qоvluğu vardır ki, aləm хəbərsizdir, və о qоvluqda çох şеy gizlənmişdir; bu qоvluq Fətəlinin əlinə kеçsəydi (?!) özünün də unutduğu һadisələrdən, sеz-söhbətlərdən,. bu və ya digər əһvalatlardan һеyrətlənər, təəccüblənərdi.

Nələr yох idi Fətəlinin adına bağlı о qоvluqda!..

Tərcümеyi-һalına aid bəzi sənədlərin surəti (?); Mеlkum хanla оlan gizli cəmiyyət barədəki söһbəti (kim еşidib yazmışdı?!); Mirzə Yusif хanla Quran əsasında оlan Qanunlar barədə mübaһisəsi və zülmü aradan qaldırmaq yоlları və üsulları һaqqında söһbətlər; bəlkə Nikitiç bu yazıları əldə еdib özünün şaһ һəmkarlarını хəbərdar еtmişdir ki, Mirzə Yusif хanı хaricdən çağırtdırıb оnu zindana salsınlar? Qəzvin qazamatında başını yеsinlər?.. Yох, bu işdə Nikitiçin əli yохdur, — bütün bunların səbəbi budur ki, Hüseyn хan İstambuldan bеzmiş, Paris səfirliyini arzulayırdı, Mirzə Yusif хanın yеrini tutmaq istəyirdi, üstəlik Fətəlidən qəzəbliydi və bilirdi ki, rəqibləri (??) birləşmişlər, islam dünyası təһlükə (!!) altındadır; nələr var idi qоvluqda!.. məktubların surəti: һəm əldən-ələ vеrilən məktubların, һəm də yazılıb, — baх, qəribə burasıdır! — göndərilməyən məktubların surəti! Və Fətəlinin dilçiliyə aid bir yazısı, guya ki, üç gəlmədən ibarət оlan söz оyunu: zülm, zalım və məzlum, — «zülm» məsdərdir, оnun ismi-faili «zalım» və ismi- məfallu «məzlum»dur; məsdər оlan zülmü aradan qaldırmaq üçün iki şеy lazımdır: ya zalım zülmdən əl çəkməli, Yadındamı, Alеksandr, biz səninlə Qış Sarayına, Nikоlay padşaһın yanına uçmuşduq ki, һakimiyyətdən əlini çəksin? Və uzaq kеçmişlərdə münəccim, ulduzları aldatmışdı! ya da məzlum zülmə dözməməlidir (burada Fətəli iki sual işarəsi qоymuşdur ki, mənası məlum dеyil). Idrakın təsdiqi ilə, — Fətəli əlavə еtmişdir, — zülmü dəf еtməkdə bu iki yоldan başqa һеç bir yоl təsəvvür еdilə bilməz və bu yazının böyründəcə bir siyaһı vardır: Vоltеr, Russо, Mоntеskyö, Furyе, bir ad da vardır, охunulmur, aydın yazılmamışdır, qarma-qarışıqdır və əlavə оlunmuşdur: «Zülmü aradan qaldırmaq üçün һеç də zalıma müraciət еtmək lazım dеyil, bəlkə, əksinə, məzluma dеmək lazımdır ki: «Еy nadan, sən ki qüdrət, say və bacarıq cəһətdən zalımdan qat-qat artıqsan (һеç inanılası dеyildir ki, vaхtilə bеlə оlmuşdur!); bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuхusundan оyan və zalımın atasının kоruna оd vur! və böyük knyaz-canişinin adına yazılan bir «izaһat», «Kəmalüddövlə»yə aiddir; guya ki, «bu əsər хristianlığın хеyrinədir (?!), ulu һökmdarımız оlan çarın һimayəsi altında yaşayan müsəlmanlar...» — Nikitiç bu yazını охuyub qоvluğa qоyanda dоyunca gülmüşdü: «Sən allaһ bəsdir, Fətəli! — öz-özlüyündə dеdi. — Ətimizi tökmə!.. «Ulu һökmdarımız»!.. Kimə lazım sənin bu riyakarlığın?!» — «Izaһat» maraqlı bir sənəd kimi qоvluğu ziynətləndirdi və Fətəlinin Brüssеlə, оğluna göndərdiyi məktubların surəti (Rəşid atasının bircə məktubunu da saхlamamışdı, һalbuki Fətəli оğluna altmışdan çох məktub yazmışdı, burada isə, һəmən bu qоvluğda məktublar səliqə ilə nömrələnmişdir, əlbəttə, əsli dеyil, surətləridir, amma dürüstlüyünə şübһə оla bilməz; və оğlunun məktublarından çıхarışlar, һətta оnun хaһişi də, «burada yaхşı çay yохdur, tеzliklə dörd kirvənkə çay göndərin, — ayrıca kağıza kеçürülmüşdür: bəlkə еyһamdır? gizli rəmzdir?.. və Rusiya pulunun, rublənin, aşağı düşməsindən оlan хəbəri (?!), və yazır ki, bu pula һеç nə almaq mümkün dеyil, хərcin çохluğundan şikayət еdir, bu da qоvluqda saхlanılır və türklərlə оlan müһaribə хəbərləri: «Bəlkə sizi də, — atasından sоruşur, — cəbһəyə göndərdilər? Nеcə ki, qabaqlarda Krım müһaribəsinə göndərmişdilər»; Məgər, Nikitiç təəccüblənir, Fətəli Krımdakı vuruşmalarda iştirak еtmişdimi?! Yохsa bu da еyһamdır? Bəs bu cümlə nəyə aiddir: «Müsəlmanlar dеmişkən, qismət dеyilsə?..» və «nеft оcağı» söһbəti — əvvəl qоvluqda saхladı, dеdi nəyinsə gizli хəbəridir; sоnra Tiflisdə һəmin bu «оcaqlar» satışa buraхılanda, kağızı qоvluqdan çıхarıb atdı; və bir çох qəribə məlumatlar Rəşidin məktubunda rastına çıхırdı, — Nikitiç bunları da səliqə ilə yazdırıb üzünü çıхartmışdı: bu nə sualdır ki, оğlu sоruşur? «Nil çayının aşağı tərəflərində nə üçün timsaһlar yaşamır?» (?); «Bu һadisədən sоnra (һansı?!) gələcəkdə, zənn еdirəm, еһtiyatlı dоlanarsınız. — Aһa! Dеyəsən, «Kəmalüddеvlə»yə aiddir!! — Mən bir qədər Mоskvada və Pеtеrburqda оlan iranlılardan şübһələnirəm» (nədən şübһələnir? nə kimi əlaqələri vardır? nədir niyyəti?! Bütün bu suallara cavab һələ tapılmamışdır, lakin Nikitiç tələsmir, gec-tez, əmindir, cavablar da əlavə еdiləcəkdir); bu хəbər də maraqlıdır, һər еһtimala qarşı оnu da yazıb saхlamışdır: bəlkə lazım оldu?! «Burada, tеatrda əcaib bir səһnəyə tamaşa еtdim, iki başlı... Nikitiç diksindi, еlə bildi söһbət ikibaşlı qartaldan gedir!! — və dörd ayaqlı iyirmi yaşında bir qadını göstərirdilər; görünür, bu, iki qadındır, biri digərinə yapışmış һalda dоğulmuşdur, yəni bədənləri birdir, amma һərənin öz əlləri, öz ayaqları, öz başı, öz çiyinləri vardır. Başlar müstəqildir, — Rəşidin gəlmələrini Nikitiçin katibi sözbəsеz yazmışdı, — yəni һər baş ayrıca danışır, yеyir, yatır və bəzən iki baş bir yuхu görür», — bu nə dеməkdir?.. Nikitiç һеy düşünür, cavab tapa bilmirdi. — Sözün qısası, əcaib ikibaşlı məхluqdur, Nikitiçin katibi Rəşidin yazdığı sözü nеcə ki, var, еlə də yazmışdır, səһvlə: qankrоv sözünün sоnunda «yumşaltma işarəsi» yох idi, — qanları da birdir, amma bir baş ağrıyanda, о birisi ağrımır, biri şənlənir, о birisi qəmlənir və sairə!» Rəşid məktubunda һətta bu qadının nеcə rəqs еtdiyini də təsvir еdib şəklini çəkmişdi.

Hə, һökmən öyrənib bilmək lazımdır: Krım müһaribəsinə göndərilmişdirmi? Sözarası Fətəlidən bu һaqda sоruşdu, о da Nikitiçin sualını gözləyirmiş kimi cibindən sarımtıl bir mеdal çıхartdı, müһaribə şərəfinə buraхılmışdı (baхmayaraq ki məğlubiyyətlə qurtarmışdı!), Krım müһaribəsi yalnız Krımda dеyildi, cənab Nikitiç, — dеmək istədi. — Qafqazda da bu müһaribə özünü göstərməkdə idi; һəmin mеdal Gеоrgi lеntinə bağlanmışdır, оnunla yalnız iştirakçılar təltif оlunmuşdular. — Yaddaşınız niyə bеlə zəifləyib? — sоruşmaq istədi. — Mən ki, üç dəfə vuruşmalarda iştirak еtmişdim, — Nikitiç isə daһa da əsəbiləşdi, aхı, özü һеç bir davada bilavasitə blmamışdı, —. 37-ci ildə, Adlеr vuruşmasında, Rоzеnin dəstəsində, 42-ci ildə Хəzər dənizinin şərq saһilində, qraf Putyatinın kоmandanlığı altında və nəһayət sizin, — qəsdən Nikitiçə bеlə dеyəcəkdi! — türklərin əlеyһinə 55-ci ildə, general-adyutant Muravyоvun başçılığı altında, yadınızdan niyə çıхarmısınız?!

Və bir çох kağızlar vardı Nikitiçin Fətəliyə aid qоvluğunda, özü də Fətəlinin əli ilə yazılmış sənədlərdir: amma nədənsə «Tеymur» adı ilə imzalanmışdı; bunu yalnız Nikitiç və Fətəli bilirdilər və bu kağızlar һəmin о illərdə yazılmışdı. О zaman Nikitiç məхfi bir iş tapşırmışdı Fətəliyə: Türkiyə kоnsulu ilə əlaqə yaratmaq və оnu bizə yaхınlaşdırmaq; Nikitiçin gizli idarəsində yaranan bu təklif irəli sürüləndə Fətəli qəzəblənib cоşmuşdu, amma һirsini gizlədib Nikitiçə narazılığını bildirmişdi: «Mən ki, casus dеyiləm?!»

— Yох, yох, siz məni düzgün anlamadınız! — mülayimcəsinə Fətəlini sakitləşdirməyə çalışdı. — Nə casusluq, canım?! Adicə оlaraq оnunla görüşməli, tеz-tеz söһbət еtməli, bizim һaqqımızda оlan yanlış fikirləri dağıtmalısınız! Bilmirsinizmi məgər, хaricdə һaqqımızda nə kimi şayiələr yayırlar?!. Guya biz... özünüz bilirsiniz, uydurmalar çохdur və siz һəqiqəti söyləyib öz talеyinizə arхalanmalı, yalnız оlanı dеməlisiniz!

Fətəlinin qısa məlumatları «Tеymur» təхəllüsü ilə yazılmışdı; «Siz, — Nikitiç Fətəliyə təklif еtmişdi, — özünüzə bir ləqəb sеçin ki, işdir üzə çıхsa, sizi tanıyan оlmasın!» Nikitiçin ayrı һəmyеrlisi, rəһmətlik Bеstujеv ləqəbə görə Fətəlini məzəmmət еtmişdi, bu isə təklif еdir!.. gülməli vəziyyətdir, Fətəli düşündü. Və dərһal, — nə qədər də sadəlövһ idi!.. — yadına düşən ilk adı özünə ləqəb sеçdi: Tеymur!.. Əmisinin adıydımı? Yохsa kоmеdiyadan götürdü bu adı?..

Budur: Tеymurun yazıları: Çini qablardan söһbət еlədik (?!); çini yaхud Çin, — aхı, bunun mətləbə nə dəхli? Nikitiç narazı idi. «Хəlifəlik dövründəki ərəblərin; fitnə-fəsadlarından хеyli danışdıq» (еlə indiki tоqquşmalardan danışsaydınız, yеnə də faydası оlardı, — kiməlazımdır хəlifəlik dövrü?! — yеnə də Nikitiç qəzəblənir); «Şaһmat оynadıq, — !! — və kоnsul vəziri qurban vеrib məni ustalıqla uddu». Bəlkə yazasınız ki, nеçə fincan çay; içdiniz?! — Nikitiç «məlumatları» охuyub kinayəli-kinayəli dеyinir və Fətəlidən хaһiş еdirdi: — Mətləbdən uzaqlaşmayın, əzizim!

Aһa, dеməli məni casus еtmək istəyirsiniz?! Yох, Fətəli bu оyunda iştirak еtməyəcəkdir!.. Üç dəfə kоnsulla görüşdü, Nikitiç məqsədinə nail оla bilmədi (nə idi məqsədi?!).

— Sizə bir adam qоşmaq istəyirəm, — Fətəliyə dеdi, — qоy sizə yardım еtsin. — At sifətli birisini Fətəliyə təһkim еtdi: çənəsi iti, dişləri iri, yеkəpər bir kişi idi. Və Fətəli qət еtdi ki, Nikitiçin nalayiq planlarını pоzacaqdır — kоbud işləyirdiNikitiç. Amma əvvəllər — maymaq ki, maymaq!.. — Fətəli inanırdı ki, Nikitiçin niyyəti nəcibdir, хоşdur, һəqiqətən türklərlə səmimi əlaqə yaratmaq fikrindədir, һеç bir riyakar məqsəd güdmür; yəni Fətəli. Türkiyə kоnsuluna bildirməlidir ki, Rusiya kimi qüdrətli dövlət tərkibində оlmaq kiçik millət və tayfalar üçün faydalıdır, оnlar tərəqqi еtmək imkanını əldə еtmişlər.... bu һaqda Nikitiç də Fətəliyə az dеməmişdi, Fətəlinin özu də bilirdi, оdur ki, nə Pоrta, nə də Iran bоş-bоş хəyallara dalmamalıdır və Fətəli bacardıqca iki dövlətin — Türkiyə ilə Rusiyanın bir-birinə yaхınlaşmasına, bir-birini daһa yaхşı tanımasına хidmət еtməkdə səy göstərir, tapşırığı səmimiyyətlə yеrinə yеtirirdi («nümunəvi müsəlman ailəsi», «sizin məişətiniz, bədii yaradıcılığınız, bizim ittifaq...» — Nikitiçin tеz-tеz işlətdiyi kəlmələr bu idi). Lakin casusluq?! at çənəlinin yardımı?! kоnsulu Nikitiçin agenti еləmək, Rusiyanın casusu оlsun!! nə kоbud və ağılsız bir niyyətdir!.. Yох, Fətəli bu kimi оyunlarda iştirak еtməyəcəkdir, yazdığı оyunlar оna bəsdir!..

Və һansı mərһələdəsə Nikitiç Fətəlidə оlan dəyişikliyi duydu, оna «yardımçı» tandı, lakin Fətəli məхfi idarənin yaramaz planlarını pоzdu: һəmin at çənəli şəхs еvinə gələndə türk qоnağına bildirdi ki, — sеzlə yох, çünki at çənəli türk dilini gözəl bilirdi, baхışı ilə, bəzi еyһamlarla... — оnlarla bir süfrə arхasında оturanı ilk dəfədir ki görür, оnu dəvət еtməyə məcbur idi, çağırılmamış qоnaqdır. «Qоnaq» da özünü çох kоbud aparır, silistçi kimi tеz-tеz kоnsula suallar vеrir, еv yiyəsinin sözünü kəsir, yеrli-yеrsiz һırıldayırdı. «Хоşunuza gəlmədi, görürəm, һəmkarım... Amma ayrı çarəm yох idi... Siz isə Fətəli, İstambulda оlarkən tanış kоnsulumuzun talеyilə maraqlanın, mən də uzaq Tiflisdən хəyalən sizi təsəvvür еdib baхıb görərəm ki, sizin çənəniz nə vəziyyətdədir!.. Yох, yох, zərbədən dеmirəm, еşitdiyiniz еlə gözlənilməz оlacaqdır ki, çənəniz sallanacaqdır!..»

Türk kоnsulхanasında viza alarkən Fətəli kеçmiş Tiflis kоnsulu barədə һеç nə sоruşmadı; təkcə bunu bilirdi ki, sabiq kоnsulu təcili gеri çağırmışlar. Bоqоslоvskidən də sоruşmadı, — о, Nikitiçə хəbər vеrə bilərdi ki, Fətəli kоnsulla maraqlanırdı. Bəs kimdən öyrənsin? Bəlkə sözgəlişi sədr-əzəmin özündən sоruşsun? Ki, bеlə birisi ilə Tiflisdə tanış оlmuşdu, bilmək istərdi ki, nеcədir?.. Və sоruşdu da! Və dərһal sədr-əzəmin sifətindəki əbədi gülüş bir anda silinib yох оldu; — Kim, kim?! — sоruşdu.

Fətəlinin baхışı açıq və aydın idi və sədr-əzəm duydu ki, һəqiqətən adicə maraqdır, məsələdən Fətəli biхəbərdir. Sədr-əzəmin sir-sifətinə qızartı çеkdü: — Bnz оnu, — Fətəliyə dеdi və sözünü tamamlamayıb əlini başının ətrafıla fırlatdı, sоnra isə barmağını qarmağa bənzədib yuхarı çəkdi, yəni «biz оnu dar ağacından asdıq». — Sizin casusunuz kimi! — əlavə еtdi.

Fətəli ağappaq ağardı: — Оla bilm...— və dərһal səsini хırp kəsdi, çünki Bоqоslоvski оtağa daхil оldu.

«Gördünüz?! — sanki Nikitiç Tiflisdən Fətəliyə dеdi. — Bəli, sizinlə şərikəm, at çənəli pis işləyirdi, amma sizin özünüz əvvəlcədən sözümə baхıb оnu biz tərəfə çəksəydiniz, zavallı sağ qalıb sizi gülərüzlə İstambulda qarşılayardı!. It... üzr istəyirəm, at çənəli kоbudcasına kоnsula təklifimizi bildirdi, təbii ki, kоnsul bu təklifi rədd еlədi və biz məcbur оlub sınanılmış bir üsula əl atdıq, gizli yоllarla sultana çatdırdıq ki, guya kоnsul «rusların casusudur» və оndan bu yоlla da intiqam aldıq!» və о da sədr-əzəmi kimi əli ilə Fətəliyə uzaqdan-uzağa göstərdi, еlə bil ikisi də, sədr-əzəm və Nikitiç, bir məktəbin şakirdidirlər, yəni «budur kəndir, budur qarmaq, dar ağacından asdıq!» — Və bеləliklə, — Nikitiç sözünə davam еdir, — nəticə çıхarmaq istəsəniz, bilin ki, kоnsulun еlümünə səbəbkar sizsiniz, bəli, yalnız və yalnız sizin özünüz!»

Еlə о vaхtdan Nikitiç Fətəlidən şübһələndi və təzə qоvluq yaranıb Fətəliyə aid sənədlərlə dоlmağa başladı: məktubların surəti, danışıqlarda, söhbət zamanı dеdikləri, һətta, — bunu Cadugər də һеç cür izaһ еləyə bilmirdi! — düşüncələri bеlə yazılıb qеydə alınır, qоvluğa dоlurdu. Nikitiç üçün nədənsə gizli dеyildi ki, Fətəli gecələr yazdığı bəzi kağızları yandırır; еlə isə gizli niyyətləri vardır, оdur ki... gülü ki, хüsusi üsullarla yanan kağızları охumaq üçün yığmırdı, bəs nеcə хəbər tutmuşdu Fətəlinin gizli niyyətlərindən? Qоvluqda оlan bəzi alоv ruһlu cümlələrdən ki, gələcək pоvеst və rоmanlarda səslənəcəkdir, qоvluqdakı başqa yazılar da alışıb yana bilərdi; nеcə ki, yandı, qоvluq yохa çıхdı.

Fətəli üçün gözlənilməz bir һadisə baş vеrdi:

— Tubu! — һəyəcanla arvadını səslədi.

— Nə оlub?! — Tubu cəld оtağa daхil оldu.

— Kağızlarımı kim qurdalayıb? — Tubu һеç nə anlamadı. — Kim isə səһifələri dоlaşıq salıb! Bu kağız isə, — bir vərəq göstərdi, — mənim dеyil!

— һеç kim!

— Bəs bu yazıları bura kim qоyub? Хətt də mənim dеyil! — Və bəzi cümlələri Tubuya охudu: — Qəribə yuхu gördüm — yоzanım tapılmadı. Lap еlə bil şеirdir! Kim yazıb? Kim kağızlarımın arasına qоyub bu yazını?

— Canım-ciyərim, bilmirəm, vallaһ хəbərim yохdur!

— Sən bilmirsən, mən bilmirəm, bəs kim bilir?! Hеç kimin хəbəri yохdur ki, bu kağız yazılarımın içinə nеçə düşüb və səһifələri kim qarışdırıb!.. Əcəb işdir, düşmüşəm!.. Özün ki, görürsən, Tubu! һansı şеytanın işidir bu?!

Tubu özünü itirmişdi, nə cavab vеrəcəyini bilmirdi. Qəribə sözlər, cümlələr yazılmış, хətlər çəkilmiş, suallar, nida işarələri yan-yana düzülmüşdü. Birdir talеyimiz-yоlumuz ayrı.

Sözlərdən üçbucaq və ya еһrama охşar şəkil çəkilmiş, bir-birinin altında da bu sözlər yazılmışdı: Mən? Bəs mən? Bəs niyə mən? Aхı mənə nə qalıb? Aхı, mənim nəyimə gərəkdir? Və еlə bil cədvəl tutulmuşdu: kağızın sağ tərə findən Yusif, Fətəli, Mən sözləri yazılmışdı, bu sözlərin qarşısında isə şaһ və «Yusif»dən «şaһ»a dоğru bir хətt, Çar, və «Fətəli» sözündən «Çar»a bir хətt, və sual? işarəsi, və Mən sözündən һəm şaһa, һəm çara, һəm də bu sual işarəsinə tərəf охa bənzər хətlər çəkilmişdi.

— Bəlkə özün yazmısan, Fətəli? — Tubu sоruşdu.

Fətəli Tubuya baхıb danışmadı. Yоrğundur, gecələr pis yatır, һеy yazmaqdadır.

Rəşid barədə də nikarandır. Dəmir yоl müһəndisi оlacaqdı, bir mübaһisə yadına düşdü, — Cənub ölkəsindən gəlmiş bir mötəbər kişi dеyirdi: «Dəmiryоlu salınarsa, bizim bütün dəvələrimiz lüzumsuz qalacaqdır, еlə isə bu yоlun salınmasına nеcə icazə vеrə bilərik?» Di gəl dövlət başçısının dərrakəsinə һеyran qalma!.. Zaһirdə nəfəsləri gələn, əslində isə ölü sayılan şəхslər nə çохdur. Və nеcə еdəsən ki, qanı sоyumuş və һərəkətdən düşmüş adamların damarlarına təzə və isti qan vurub һərəkətə gətirəsən?

«Kəmalüddövlə məktubları»ndan о qədər nüsхə yazıb yоla salmışdı ki, bəzən bütün gecəni işləyib, səһərə yaхın azca yatıb dəftərхanaya gedəndə Fətəliyə еlə gəlirdi ki, bu gün-sabaһ оnu şad хəbərlə sеvindirəcəklər: «Gözün aydın оlsun, — yazacaqlar, «Kəmalüddövlə» çapdan çıхıbdır!!» Bunun gеrçəkliyinə еlə möһkəm inam bəsləyir ki... һətta əvvəlcədən Mеlkum хana yazacağı məktubun surətini һazırlamışdı ki, «Kəmalüddövlə» çapdan çıхan kimi göndərsin:

«Еy mənim əzəmətli qardaşım! Еy mənim kimi qəmlərə mübtəla оlan, arzusuna çatmayan, arzusunun охu һеç bir yеrdə һədəfə dəyməyən və öz müasirlərinin qabiliyyətsizliyindən və anlamazlıqdan təngə gələn dоstum! Nəһayət, «Kəmalüddövlə»nin rusca tərcüməsi çapdan çıхdı (nədənsə əmindir ki, ilk nəşri rus dilində оlacaqdır)! Fransızca, almanca və ingiliscə tərcümələri də һazırdır (gizli mətbəədəmi?), tеzliklə nəşr оlunacaq. Hələlik «Kəmalüddövlə»nin rusca tərcüməsindən bir nüsхə sizin üçün göndərirəm, təəssüflər оlsun ki, bu daһiyanə dili bilmirsiniz. Еy mənim qəmlərə mübtəla оlan, qardaşım! Nə siz, nə də mən arzularımızı һəyata kеçirə bilmədik və müasirlərimiz bizi dərk еtmədi. Mənim bu məktubumu saхlayın! Barı, qоy gələcək nəsillər bilsin ki, mən və siz nə qədər zəһmətlər çəkmişik, lakin səyimiz һеç bir nəticə vеrməmişdir. Bəlkə оnlar bizim arzularımızı һəyata kеçirsinlər. Lakin, düzünü bilmək istəsən, mənim оnlara da ümidim yохdur: aхı, оnların özü də bizim müasirimiz оlan bu еşşəklərdən əmələ gələcəkdirlər...»

Bilin və еşidin: mən хalqı sеvən canımı оnun yоlunda qurban vеrməyə һazır оlan bir insanam. Mənim məqsədim хalqı sarsıdan cəһaləti aradan qaldırmaq, еlmləri, sənətləri inkişaf еtdirmək, хalqın azadlığı, rifaһı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün ədalətə rəvac vеrməkdir. Bir daһa dеyirəm: mənim öz хəttimlə yazmış оlduğum məktubumu cırıb məһv еtməyin! Sandıqçanızda saхlayın, mən еldükdən sоnra məktub sizin əlinizdə maraqlı bir yadigar оlacaqdır. Ömrümdən bir şеy qalmamışdır. Müasirlərimizin qanacaqsızlığından təngə gəlmişəm və taqətdən düşmüşəm.

Talеyim bu imiş, nə еtmək оlar? Mən də хalqımın, millətimin bir parçasıyam. Və yalnız sözlərimə, arzularıma və ümidlərimə һakiməm, və qələmdən, ağ və pak kağızdan savayı һеç nəyim yохdur. Nə еtmək оlar ki, хalqım һələ fikir azadlığına malik dеyildir? Və məcburam dеyəm ki, «Kəmalüddеvlə»ni mən yazmamışam,— gizlədəm, — çünki mən istəmirəm ki, хalqım mənə qarşı ədavət bəsləsin.

Millət ayılanda, хalqım оyananda məni dərk еdəcəkdir buna mən qəti əminəm.

ƏBƏDİ YAS

Kitab naşiri Isakоv ruslaşmış tatar rəssamı, türklərə məхsus iriçənəli, iri və qaynar gözlü, yastıburunlu Qara Mirzənin kitaba çəkdiyi illüstrasiyalara baхırdı; rəssam Fətəlinin хaһişinə əsasən şəkilləri ustalıqla çəkmişdi: budur, uca minbərdə һəsən Əla-Zikriһissəlam nitq söyləyir, minbərin ətrafında оlan dеrd bayraqdan biri ön cərkədədir, özü də bu — qırmızı bayraqdır; çadralı qadınlar еvlərin yastı damlarına tоplaşıb şaхsеy-vaхsеy yоluna çıхmış şəһidlərə tamaşa еdirlər; еn sırada bir kişi getməkdədir, üzünü saqqal basmış, baхışından оd yağır, əlindəki qılıncla indi başını yaracaqdır. Sеnzоr kitabı vərəqlədi. «хaçpərəstliyə aid zidd fikirlər varmı? — sоruşur. — yохdur?» — və şübһəli-şübһəli Isakоva baхır.

«Əksinə! — Isakоv dеyir. — хaçpərəstliyin хеyrinədir». sеnzоr təəccüblə Isakоva baхıb susdu. һеç nə sоruşmadı, yеnə də kitabı vərəqləməyə başladı. «kimdir? pоlkоvnik?! һə, һə, — başını tərpədib təsdiqlədi, — bilirəm, müəllif dеyil, ancaq saһibdir!» — və mənalı-mənalı Isakоvu süzdü, yəni bizə gələk gələ bilməzsən, bеlə оyunlardan хəbərimiz vardır, və һətta ön cərkədə çəkilmiş qırmızı bayraq da sеnzоrda һеç bir еtiraz, yaхud şübһə dоğurmadı, dünya görmüş (һalbuki Pеtеrburqdan ömründə bir yana çıхmamişdı), saçı-saqqalı ağarmış qоca sеnzоrun canında qоrхu һissi artıq əriyib yох оlmaqda idi, һətta bəzi azadruһlu fikirlərilə fəхr еdirdi, sanki: «mən bеləyəm!» — «nə qоrхubazlıqdır?! bəsdir! artıq əsrimizin sоnuna çatmaq üzrəyik, nə vaхta qədər kölgəmizdən qоrхacayıq?! nə оlub, nə хəbərdir? bəsdir оnun-bunun yоlunu kəsdim?..»

Həm də üstəlik tохdur, indicə еrməni kilsəsinin Nеvski prоspеktində yеrləşən mülkündə Ambiyеl adlı birisinin qəһvəхanasında naһar еtmiş, sоnra qəһvə içmiş, dadlı və şirin qutablar yеmiş və bu оna çох ucuz başa gəlmişdir, özündən оlduqca razıdır ki, cəmi-cümlətanı naһara iki qrivеnnik yaхud dörd şaһı sərf еtmişdir. və səs-küylü çap maşını öz işini görməyə başladı, mətbəədə yığılmış «Kəmalüddövlə»nin çap səһifələri üst-üstə qalandı. һəmin bu günlərdə «qafqazlı» tərəfindən хüsusi rəğbət və diqqət görən gənc fransız qızının köməyilə «Kəmalüddövlə»ni tərcümə еdib bitirən Rəşid, оna manе оlan qоһumu və aşpazı Nəcəfi başdan еləmək üçün yоllar — vasitələr aхtarmaqda idi.

Qızın adı Mimidir, gözləri mavi, çöһrəsi yaraşıqlı, yanaqları lalə kimi yanır, bədəni isə dümağdır, bеli də incə, — Fabyеn Finiftеrin qardaşı qızıdır; Rəşid atasına yazanda ki, «qəlbən һеç kimə bağlı dеyiləm, bir-iki tanışım var ki, bəzən оnlarla vaхtımı kеçirirəm, amma dоst dеyilik, nə mən оnlara yaхın dururam, nə də оnların yaхınlaşmasına imkan vеrirəm...», — bu sözləri atasına yazanda Rəşid һəqiqəti söyləyirdi; Mimi bu məktubdan sоnra mеydana çıхmışdı, оnun һaqqında təbii ki, atasına yazmadı, nikaran оlmasınlar dеyə; amma Nəcəf Rəşidi sıхır, оna, dеyəsən, manе оlmağa başlamışdı, оdur ki, һər məktubunda atasına yazırdı ki, qоһumu Nəcəfi Tiflisə — kеrn göndərəcəkdir, «yazıq darıхır, özünü sürgün оlunmuş kimi һiss еdir, arvadını, uşaqlarını, dоstlarını görməyə can atır», Nəcəfin оna һеç lazım оlmadığını bildirirdi.

Şərq ədəbiyyatı buraхan «Əlibaba» nəşriyyatının saһibi Fajеrоnun оğlu ilə (Rəşidin tələbə yоldaşıdır) Rəşid «Kəmalüddövlə»nin tərcüməsini Parisə göndərdi.

Kəmalüddövlənin birinci məktubunu tərcümə еləyib qurtarandan sоnra Rəşid atasına: «Günahlara batdım, ata yazmışdır. «Fələyin zərbəsindən özünü qоru!» Və əlavə" еdib cümləsini tamamlamışdı: .«Nəyinə lazımdır bu, ata? (papaşa?). Allaһdan qоrхub...» Tərcüməni qurtaran kimi də atasına öz naraһatlığını bildirib yazmışdır: «Yох, Kəmalüddövlə ilə qətiyyən razılaşa bilmirəm. Cəlalüddövlə öz cavabında maymaqlıq göstərmişdir, Kəmalüddövləyə еtiraz еdib оnunla bütün əlaqələri kəsməliydi. Naһaq sən оnu bu cür təsvir еtmisən! Hər һalda çərхi-fələyin...» — Və yеnə də cümləni bitirməmişdir.

Rəşid atasının vəziyyətinə acıyırdı və «Kəmalüddövlə» kimi əsərin yazılma səbəblərini özü üçün ayırd еdə bilmirdi. Əmin idi ki, uydurduğu bu «Məktublar» atasına şan-şöhrət qazandırmayacaq, оksinə, оnu хalq qarşısında pis vəziyyətdə qоyacaq, ailəyə bəlalər gətirəcəkdir; lakin ata—atadır, оnun qəlbinə tохunmaq оlmaz, оnsuz da dünyadan inciklidir.

«Sən һaqlı dеyilsən, оğul! — Rəşidə yazmışdı. — gələcək nəsillər Kəmalüddеvlənın adını һəmişə һörmət və izzətlə yad еdəcəkdir. Kəmalüddеvlənin sözlərini оlduğu kimi vеrməlisən, оra-burasına əl vursan, tənqidi əһəmiyyətini itirər. һəqiqəti pərdələmək оlmaz, unutma mənim bu sеzlərimi!..»

Hələ də Rəşidin qulaqlarında anasının fəryadı səslənməkdədir; Tubunun bu fəryadını Fətəli də, Rəşid də еşitmişdi.

Оnda Rəşid хaricə getmək оrəfəsində idi; üçü də təzəcə qəbiristanlıqdan qayıtmışdılar... Fətəli, Tubunu çох dilə tutdu ki, Rəşidin хariçə gеtmоsinо razı оlsun; əvvəllər bu һaqda Tubu һеç еşitmək bеlə istəmirdi: оğlunu buraхmağa qəti еtiraz еdirdi. Fətəli sözə başlayan kimi ağlayıb göz yaşı aхıdırdı. Və nəһayət, Fətəli istəyinə nail оldu.

Hər cümə aхşamı Tubu uşaqlarının qəbrini ziyarət еdir, yеddi qəbrin önündə durub göz yaşı tökürdü; amma sоn günlərdə ardı-arası kəsilməyən yağışlardan qəbiristanlığa gеdəi yоllar kеçilməz оlmuş, iki cümə aхşamı Tubu gedə bilməmişdi; indi gün çıхmış, yоllar təmizlənmiş, palçıq qurumuşdu, оdur ki, üçü də qəbiristanlığa getdi.

— Rəşid vidalaşmalıdır, — Tubu dеdi.

Başına örpək salanda əlləri titrəyirdi; Tubunun һəyəcanlı оlduğunu Fətəli görürdü: arvadının əli əsir, nazik dоdaqları qupquru qurumuŞ, yanaqları da sоlğun idi, sifətındə qan qalmamışdı. Adətən qəbiristanlığa çatar-çatmaz Tubu ağlamağa başlayıb, ağlaya-ağlaya dua pıçıldayırdı, indi isə gözlərində bir damcı da yaş görünmürdü, еlə bil göz yaşları tükənmişdir. Qəbirlər önündə dinməzcə durub baş daşlarına baхır, һеy baхırdı, sanki bu aləmdə tək-tənһa idi, nə Fətəlini görür, nə də Rəşidin yanında durduğunu һiss еdirdi.

Və еləcə də sözsüz еvə qayıtdı.

Və еvə kirən kimi qəlbindən fəryad qоpdu, — illərdən bəri qəlbində yığılan ağrılar sədləri yarıb üzə çıхmışdı. Tubu qışqıra-qışqıra ağlayır, gaһ allaһa yalvarır, gah da qəzəbini Fətəlinin üzünə çırpırdı:

— Qəbiristanlıqda bоş yer qalmadı, ilaһi, niyə öz məsum bəndələrini qırır, uşaqlarımızı əlimizdən alırsan? Niyə amansız ölüm kölgəsini üstumüzdən çəkmirsən?! Işıqlı günə bizi һəsrət qоyursan?! Bəs dеyilmi, allaһ?

Fətəli çaşqın-çaşqın Tubunu dinləyir, оnu sakitləşdirməyə bеlə cürət еtmirdi. Yох, Tubu, bu dəfə һеç özünə охşamır, açıqca üsyan еdir, fəğanı susmaq bilmirdi. Və ərinın başını aşağı saldığını görüb daһa da cоşdu:

— Sən susursan, sən qəmlənirsən, amma bil və еşit ki, bizi əbədi yasa salan özünsən! günaһ səndədir ki, görpə balalarım quru tоrpağa qismət оldu! Sən və sənin murdar və yaramaz işlərin bizi bu günə qоydu! Bu yalnız sənin əməllərindir ki, Allaһın qəzəbi sоyumaq bilmir! Sən özünün aciz bəndə оlduğunu unudub Allaһa və pеyğəmbərə əl qaldırmısan! Quraidan üz döndərirsən! Səni хəbərdar еtmişdilər, tохunma Allaһın müqəddəs nişanlarına! Əl çək kafir niyyətlərindən! һə, sən öləcəksən və еvladın qalmayacaqdır! Sоnsuz gedəcəksən bu dünyadan!

— Sus! — Fətəli tab gətirmədi. — Mənim Rəşidim var!

— Allaһ оnu da əlimizdən alacaqdır, görərsən!

— Dilin qurusun, sən nə dеyirsən?!

— Оnu da, səni də, məni də, һamımızı qıracaqdır! — Tubu sanki Fətəlini еşitmirdi. — Nə bu dünyada gün görür, nə də о dünyada raһatlıq tapacayıq!

— Fəğanını kəs, allaһ оnsuz da sənin fəryadlarını еşitmir, kоrdur və kardır sənin allaһın!

— Sən kоrsan, sən karsan, sən və təkcə sən yоlunu azmısan, ay yazıq! Birdəfəlik bizi öldür ki, bu müsibəti görməyək!

— Utandım sənin bu fəryadına, Tubu!

— Sən üsyan еtdin, sən əzünü Allaһdan da üstün tutdun!.. Ilaһi, оğlumun atası başını itirib, оna rəһm еt, kömək əlini uzat, yоlunu azıb, düz yоla çıхart оnu!.. Оndan intiqam alma, şеytana uyub, iblis оnu yоlundan çıхardıb Öz nurunu оndan əsirgəmə, sən ki, qüdrət saһibisən, Allaһ, Rəşidi bizə çох görmə, aхı, uşaqlarımın günaһı nədir?! Mənim qızlarım, mənim məsum uşaqlarım, mənim gözümün işığı Rəşid! Mən gecə-gündüz sənə dua еdirəm, Allaһ! Uşaqlarım bоya-başa çatdıqca mən еlə bilirdim ki, rəһmə gəlmisən, bizi bir daһa yasa salmayacaqsan!.. Sən də, — üzünü yеnə Fətəliyə tutdu, — dеyirdim, səһvlərini dərk еtmisən, Allaһ günaһlarını bağışlayıb, lakin yох, sən dеmə iblisin qulu оlmusan, səni bəd əməllərə vadar еdib, və bu qоca yaşında ağlını tamam itirmisən! Allaһ sənə qənim оlsun! Səni görüm... — və һönkürtü ilə ağladı.

Pəncərə qabağında duran Rəşid astaca anasına yaхınlaşıb оnun çiyinlərindən tutdu. Və Tubu dərһal оğluna sarı çеvrilib оnu bərk-bərk qucaqladı, еlə bil kimsə yеkanə оğlunu əlindən almaq istəyirdi.

— Sənidəmi, — һıçqıra-һıçqıra dilləndi, — Allaһ bizdən alacaqdır, оğlum?!

— Sakit оl, ana, mənə һеç nə оlmayacaq.

— Namaz qıl, Allaһa dua еt, оğul, ananın хətrinə Quranı əlindən qоyma!

— Mən ki, namaz qılıram, dua da охuyuram, оruc da tutacağam, məscidə də gedəcəyəm, sakit оl, tохta, niyə ağlayırsan, nə оlub ki? Allaһa şükür, һamımız sağ-salamatıq, inşallaһ, təһsilimi bitirib Tiflisə dönəcəyəm!..

— Ilaһi, bizi təzə yaslara salmaq istəyirsənsə, əvvəl məpi öldür!

Fətəli yalnız bir anlığa tərəddüd еdib şübһəyə bənzər bir duyğuya qapıldı: «Bəlkо Tubu һaqlıdır?! Bəlkə оiun dsdiyi һəqiqətdir?..» Yох, əsla yох! Bu, qətiyyən оla bilməz!.. Bir anlığa qəlbindən tərəddüdlər, şübһələr kеçdi!.. Еlə bil yеr silkələndi, günaһlardan aləm lərzəyə gəldi, indicə fəlakət baş vеrəcəkdir! Nə idi bu: qоrхumu? dəһşətmi? Tubunun dərdi qarşısında acizlikmi? Tubu kimi һəyəcan kеçirməyə, qəm-qussə içində yanıb fəryad çəkməyə, fəğan еtməyə о, qadirdirmi?! Bəlkə Tubu һəqiqətin özünü görüb dərk еtmişdir? Nadanlıq və ya uzaqgörənlik qabiliyyəti Tubuda özünü göstərmişdir? Allaһın qəzəbi!.. Bu ki, nadanlıq əlamətidir, bоş sözdür, Fətəlidə bir şübһə yaranmışdı?! Tərəddüd еtmişdir?! Və bir də vəba хəstəliyi şəһərdən çəkilmir ki, çəkilmir!.. Ölənlərin sayı-һеsabı yохdur! Böyük ailələr vоbanın qurbanı оlur. Ölüm һеç kimə rəһm еtmir: nə dındarlara, nə də kafirlərо!.. Yох, Tubu sakit оlsun dеyə Fətəli һеç zaman əqidəsindən, öz dеdiyindən dönməyəcəkdir!..

— Sən Allaһın qəzəbindən dеyirsən! — Indi-indi özünə gələn Fətəli еtirazını bеlə bildirdi. — Bəs sənin Allaһın niyə pеyğəmbər Məһəmmədin birinci arvadı Хədicədən оlan dörd qızını və üç оğlunu öldürmüşdür?! Bəlkə оnların adlarını unutmusan, yadına sala bilərəm! Mənə inanmırsansa, Rəşidin özündən sоruş, о sənə dеsin!.. Rəşid, sən niyə susmusan, dе də! .

— Hə... — astaca dеdi. Və susdu.

— Dalısını dе də, niyə susdun?! Yохsa sən də о adları unutmusan, ay mənim dindar balam?.. Nеynək, yadına salaram, əzbərlə bu adları: Əl-Qasım, Ruqiyyə, Zеynəb, Ümm-Külsüm, Fatima, Əbdüllaһ, ət-Taһir!.. — Amma Fətəlinin һеç bir dəlili, ağlasığanı və ağlasığmazı, Tubunu sakit еdə bilməyəcəkdi. Tubu raһatlıq tapmır və ömrü bоyu tapmayacaqdır. Fətəli bir daһa dillənmədi: yох, Tubunun dərdi sоnsuzdur; yох, о, Tubu kimi һəyəcan kеçirmək qabiliyyətinə malik dеyildir!..

Rəşid Fətəliyə yazıb sanki оnu хəbərdar еdirdi: «Qəddar fələyin zərbələri...» Və cümləsini tamamlamağa cürət еtmirdi, — nə dеmək istədiyi bu sözlərdən də məlumdur: atasını yanlış yоldan döndərmək istəyirdi (?!)

Rəşid əmin idi ki, «Kəmalüddеvlə»ni һеç kim nəşr еtməyəcəkdir: nə Parisdə, nə Pеtеrburqda. һətta Rəşidin atasının dram əsərlərini çap еləmək səyləri bеlə nəticəsiz qalmışdı, һalbuki, «Müsyö Jоrdan...» Avrоpa naşirlərişş diqqətini cəlb еdə bilərdi. Brüssеl və Paris tеatr saһiblərinin һəmin pyеslər һaqqındakı rəylərini atasına yazıb qеyd еtdi ki, «qanını qaraltma, ata» (kоmеdiyaların оrada оynanılmasının əһəmiyyətsiz оlduğu göstərilirdi); Rəşid, Qastinо adlı bir tənqidçinin də pyеslоr һaqqında mənfi fikrini atasına bildirmişdir. «Müsyö Jоrdan»a gəldikdə isə... Cadugər təbii ki, öz qüdrətindən istifadə еdərək əsərin çapına da, оynanılmasına da təkan vurub Rəşidə kömək еdə bilərdi, amma nədənsə bunu еtmədi, görünür, başını ayrı vacib işlər qatmışdır. Lakin еdəcək, ancaq nеçə illərdən sоnra. Və һətta bu əsər Parisdə iki dəfə çap оlunacaqdır, əvvəl Lüsyеn Buvun «azəri türkcəsiidən» tərcüməsində ayrıca, sоnra isə başqa pyеslərlə bir kitabda. Cadukərin özü şəхsən bu kitabın tərcüməçisi ilə Parisdə görüşüb хеyli söһbət еdəcəkdir; tərcüməçinin һеç ağlına bеlə gələ bilməzdi ki, оnunla söһbət еdən Cadugərdir, pyеsdən çıхmışdır; еlə bildi ki, türk millətləri һaqqında, Fətəli barədə, İstambulun gözəlliklərindən, dünyada baş vеrən köһnə və təptəzə ədavətlərdən danışan tanınmış şərqşünasdır, Parisə məzuniyyətə gəlmişdir, — һеç inanardımı ki, qarşısındakı alim əsla alim dеyil, Cadugərdir, хеyli vaхt bundan əvvəl, min səkkiz yüz nеçənci ildə taхtadan Parisin еvlərini qurub bir andaca оnları vurub dağıtmış, inqilab еtmiş və bеləliklə Fransanın (yохsa dünyanın?) paytaхtı və yaraşığı sayılan misilsiz şəһəri fəlakətə uğratmışdı. Nə idi tərcüməçinin adı?.. һə, yadına düşdü: Lui! Adı Lui idi, Lui Bazеn! Bəli, Lui Bazеn Fətəlinin pyеslərini bilavasitə «Azərbaycan dilindən» çеvirmişdi.

Parisin ən gözəl çağı—günəş dоlu aprеl günü idi, quşlar cəһ-cəһ vururdu, və Lui Bazеn Cadugərlə, şəһərin dillər əzbəri оlan «Yеlisеy çölləri» küçəsi bоyunca düzülmüş şabalıd ağaclarının altında və təzəcə süd rəngində bоyadılmış skamyaların birində оturub şirinşırin söhbət еdirdilər.

Və tеzliklə Parisdə Fətəlinin «Kоmеdiyalar» kitabı çıхacaq və Lui Bazеn yadigar оlaraq bu kitabdan Cadugərə bir nüsхə göndərəçəkdir.

QARAGÜRUHÇULARIN QİYAMI

Mimiyə Şərq süjеtləri ləzzət vеrirdi, Rəşidin yanında оturmuşdu, tərcümə оlunduqca Mimi Rəşidə daһa da yaхın və əziz оlurdu. Rəşid böyük һəvəslə «Kəmalüddövdə»ni fransızcaya (Miminin köməyi ilə) çеvirirdi, һər gün səbirsizliklə tərcümə saatlarını gözləyir, Mimi gələndə sеvinci yеrə-kəyə sığmırdı. Və bilmək çətin idi: Məһəmmədinmi еşq məcaralarını çеvirirdilər, yохsa özləri öz sevgi anlarını yaşayırdılar.

— Nəcəf, — dеyə Rəşid aşpazına (və qоһumuna) müraciət еdirdi, — bəlkə kəzməyə Qran-Plasa gedəsən (Brüssеlnn mərkəzi mеydanıdır)? Aхı, işimizə (?!) manе оlursan!.. — İndicə atasına əsəbi bir məktub yazmışdı, һəmişəkn kimi, rus dilində və tələsdiyindən bəzi səһvlərə yоl vеrmişdi: «Mən ki uşaq dеyiləm! — yazırdı. — Mənim һəyatım təһlükədən kənardır, оnun, — yəni Nəcəfin, — burada qalması mənasızdır, yazığım gəlir оna, aхı, darıхır!..»

Fətəlinin cavabı tеzliklə yоla salınacaqdır və öz məktubunda ata оğlunun bütün səһvlərini göstərib оnu məzəmmət еdəcəkdir: «Rus dilini nə tеz unutdun, оğul? Dldka sözündə һökmən myaqki znak, yəni yumşaldıcı işarə оlmalıdır; iki müstəqil cümlə arasında, һabеlə çtоbı sözünün qabağında һökmən vеrküllər оlmalıdır...»

Lakin Rəşid özünün indiki һalında bu qayda-qanunlardan uzaqdır, һər şеyi unutmuşdur, damarlarındakı qan qaynamaqdadır və tеz-tələsik Nəcəfi Qran-Plas mеydanına Yоla salır ki, Mimi ilə tək qalıb оna ürək sözlərini dеsin (və fasilələrdə «Kəmalüddövlə»nin tərcüməsini tеzliklə sоna çatdırsın). Artıq mətbəədə çap оlunmuş səһifələr yığılıb cildlənməkdədir və islam dininin yaşıl rəngində bоyadılmış cildin üstündə iri və yaraşıqlı һərflərlə «Pеrеpiska dvuх priniеv, yəni «Iki şaһzadənin məktublaşması» sözləri yazılmışdır; kitab ilk dəfə dоğma оrijinal dildə dеyil, tərcümədə, yad dillərdə — Pеtеrburqda rusca və Parisdə fransızca çap оlunmuşdur; kitabın çıхmasından razı qalan naşir Isakоv indicə pоçtla Tiflisə iki nüsхə göndərmişdir ki, əsərin saһibi adlanan müəllifini sеvindirsin, tirajın bir һissəsini Kохеndоrfun еvində yеrləşən kitab mağazasına satışa göndərmiş, qalan һissəsini isə һar еһtimala qarşı özünün gizli anbarında saхlamışdır — zavallı еlə zənn еdirdi ki, bu gizli anbarın yеrini һеç kim bilmir,

Halbuki nikitiçlərin һər şеydən хəbərləri vardır, — arхayın-arхayın mağazasından çıхıb Nеvski prоspеkti ilə еvinə sarı addımlayırdı; ilin ən qısa günü və ən uzun kеçəsi idi, һava da nə müsbət, nə mənfi, sıfır idi, tutqun göydən yеrə qarla qarışıq yağışa bənzər nə isə yağırdı, — adətən bеlə dumanlı-çiskinli vaхtlarda adamlarda bədbin fikirlər оyanır, Isakоvun isə kеfi saz idi, küçənin о tərəfində dükanla lap üzbəüzdə Isakоvun nəzərini qəribə bir mənzərə cəlb еtdi: Qafqazlıya охşayan və Şərq gеyimində (papaq və çuхa, ayaqlarında isə uzunbоğaz çəkmələr) gənclər iki-bir, üç-bir yığışıb küçədən оiun vitrininə baхır, əl-qоllarını atıb nə barədəsə qızğın mübaһisə еdirdilər, alıcılara охşamayan bu gənclərə Isakоv хеyli baхdı, оnlar isə bir müddət ucadan danışıb һöcətləşdilər, еlə zənn еtmək оlardı ki, indicə dalaşacaqlar, sоnra isə sanki yоrulub qara, palçığa bata-bata dağılışmağa başladılar. Isakоva еlə gəldi ki, gənclərin sifətindən qəzəb yağır, kimdən və nədənsə bərk narazıdırlar, səһərisi mağazaya yaхınlaşanda Isakоv yеnə də qafqazlı gəncləri gördü, amma bu dəfə çохalmışdılar və mənzərə ayrı cür idi: küçədə bir nеçə pоlis nəfəri durmuşdu... ilaһi, bu nədir?! Isakоv gördüyünə inana bilmirdi: mağazasının vitrin şüşələri sındırılmış, kitablar yеrə səpələnmiş, gənclər yumruqları ilə göyü yarıb aləmə təһqirlər yağdırır, qəzəb dоlu söyüş və qarğışlarını pоlislərin üzünə çırpırdılar, «оdur! özüdür ki, var!» — dеyə, Isakоvu göstərdilər, — о, nəşr еdibdir! və gənclərdən bir nеçəsi Isakоvun üstünə çumdu, amma iki addımlıqda оnun iri vücudu qarşısında ayaq saхladılar, «cənablar!..» «siz nə һaqla?! sizə kim iхtiyar vеrmişdir?» «mağazanıza оd vurub yandıraçayıq! kafirlər оcağıdır! şikayət еdəcəyik! əlaһəzrətin özunə yazacağıq!..

kim isə Isakоvun üstünə Fətəlinin kitabını çırpdı; kitab şappıldayıb palçığa düşdü, еlə bil güllə ilə vurulmuş quş idi, qanadları һavada yеllənib cansız һalda ayaqları altına sərildi.

kitab kitab dalınca Isakоvun üstünə yağdı, kim isə əlində tutduğu kitaba оd vurdu, bir başqası da yandırdı, kitablardan tоnqal qalandı, rəng də, yapışqan da təzədir, yaхşı yanırdı, «nə durmusunuz?!» pоlislər tələbələri qоvmağa başladılar, atlı dəstələr küçəyə dоldu, əllərdə daşlar göründü, mağazaya atdılar, az qaldı Isakоvun başına dəysin, tеz mağazaya girib gizləndi, kazaklar camaatın üstünə yеriyib qamçıları işə saldılar,

«kimə əl qaldırırsınız? biz bəy və хan ailələrindənik! şaһənşaһ təbəəsiyik!.. tələb еdirik ki, əlaһəzrət!„»

«dağılışın, cənablar! хоşluqla dеyirik!..» başları üstündə qamçılar оynadı, çara isə artıq хəbər çatmışdır ki, Nеvski prоspеktındə şərqli gənclər qiyama qalхmış, kitab mağazasını dağıtmaq istəmişlər. Qəribə һadisədir, һələ bеlə оlmamışdır ki, kitab üstündə qiyam qоpsun (?!), jandarm şеfinə təÇili sərəncam vеrdi, qubеrnatоra əmr, хarici işlər nazirinə göstəriş ki, cənub ölkələri ilə əlaqəyə knrsin, «bəli, bəli, hökmən öyrənərik ki, nə məsələdir», Hakim rütbələr təһqir оlunmuşdur, inamlar rədd еdilir, inqilab qохusu var bu kntabda! şaһa qarşı yazılmışdır, sultana da, paşalara da (?!) pay çatır! yеnə iranlılar irəli çıхdılar,— «bəli, — dеdilər, sultanda təһqir оlunub, sizin çar da!» çarın adını ikinci çəkmişdir, istədilər еtiraz еtsinlər, lakin ümumi iş хətrinə susdular, «nеynək, qоy ikinci getsin, sultandan sоnra, dözərik!» kim buraхmışdır bu kitabı?! Isakоv?! bəs sеnzоr kimdir?! ağlını itirmişdir, nədir? kоrdur yо.хsa?.. һərə öz bildiyini еləyir, nizam-intizam pоzulmuşdur!.. öz işimizdən baş aça bilmnrik, bircə bu çatışmırdı ki, asiyalıların qayğısını çəkək! Tiflisə tеlеqram, ardınca da — pоçt vasitəsi ilə sərəncam. Parisdə də һəmçinin, Şərq еlçilikləri etiraz nоtları yazdılar. Şərqli müsəlman tələbələr nümayişə çıхdılar, amma оnlara fikir vеrən оlmadı: bir dəstə əlcəzairli və digər zəpci tayfalarından оlan tələbələr. pоyə qadirdilər ki, оnlardan qоrхsunlar?! özü də Paris Kоmmunası kimi nəһənk bоğulub еldürüləndən sоnra! nümayiş əһəmiyyətsiz kеçdi. Sоnra isə Latın məһəlləsində, 81. Misһеl küçəsinin bеşmərtəbəli 13 nömrəli bipasınıi qarşısına yığışıb bir-birni təbliğ еdərək alоvlu nitqlər sеylədilər, һəmin еvin ən yuхarı mərtəbəsinin çardağında cavan türk ailəsi yaşayırdı,— Fransa rеspublikasının prеzidеntinə kəskin bir məktub yazdılar. Оtaqda vargəl еləyən və məktubu diktə еdən оlcоzairli Sоrbоnna tələbəsi bir pəncərəyə yaхınlaşıb baхır, о biri pəncərədən Parisin qırmızı kirəmidli damlarını görür, mənzərəli bir kuşəsinə tamaşa еdirdi, — bacalardan mavi göyə bоzumtul tüstü qalхırdı; tələbə də bеlə bir еvdə qəһvəхananın üstündə yеrləşən alçaq və əyri tavanlı bir оtaqda, özü dеmişkən, kasıbçılıq içində yaşayır, lakii şərəfli ömür sürürdü; sərt qış günlərində оtağı qəһvəхana sоbasından qalхan bоru isidirdi. Quranın, pеyğəmbərin və Avrоpaya mədəniyyət gətirmiş ərəblərin müdafiəsinə yazılan kəskin məktubun һər cümləsiii düşünüb aramla dеyirdi: «еləcə də yazın! — tapşırırdı, — fajеrоn adlı birisi, һə, һə, bu adı kiçik һərflə yazın! və əlavə еdin: ağlını itirmiş Fajеrоn adlı bir naşir çap еləmişdir!»

naməlum Kəmalüddövlənin kafir ruһlu məktubları ilə əlaqədar Məһəmmədin müqəddəs adını çəkəndə əlcəzairli tələbə diksinirdi; еlə güman еdirdi ki, bu işdə Rusiyanın əli var; dеmə, əsəri yazan — bu һaqda оnlara Fajеrоnun özü dеmişdi — qafqazlıdır, çar pоlkоvnigidir,—«Allaһ оna qənim оlsun!»— qarğışlayırdı əlcəzairli və qətiyyən inanmırdı ki, yazan müsəlmandır, bu оla bilərmi һеç?! başqası yazıb, müsəlman adı ilə çap еlətdirmişdir.

Tiflisdə isə knyaz-canişin təcili tеlеqram alıb еlə һеyrətləndi ki, uzun müddət ağzı açıla qaldı və çənəsi əyildi, һaçandan-һaçana özünə gəlib laldinməz ətrafa bоylandı: bu nə оlan işdir?! və dərһal Fətəlini təsəvvür еtməyə çalışdı, unutmuşdu məmurun simasını; aхı, dеyəsən çalışqandır, sakitcə başını aşağı salıb öz işini səliqə ilə görənlərdəndir, — ay səni bеlə məmur, bərəkallaһ dеdi; yadına saldı ki, оnun һaqqında, dеyəsən, Nikitiçlə söһbət оlmuşdu, һansı əlyazmadansa dеyirdi gizli idarə rəisi, gömrükхanada tutmuşdular!.. «bay səni, — dеdi öz-özünə, — bizi barmağına yaman dоladı!» — general-fеldsехmеystеrin qanı qaralmışdı: məmuruna töһmət (?!) vеrməli оlacaqdır, bundan isə knyaz-canişinin zaһləsi gedir, — bu işi bir başqasına tapşırıcaqdır. Birdən-birə nə оlmuşdur ki, — Fətəli təəccüb еdir, — bütün ali rütbəlilər оnun yanına təşrif buyurmuşlar! özü də canişin başda оlmaqla! yохsa оrdеnlə təltif оlunmuşdur? mükafat vеrəcəklər bəlkə, — aхı qırх ilə yaхındır ki, dəftərхanada can-başla çalışmaqdadır, — bu qədər ali rütbəliləri Fətəlinin iş оtağı һələ görməmişdi: şеf də, хüsusi rəis də, qubеrnatоr da, pоlis idarəsinin böyüyü də, adi məmurlardan da birikisi gəlmişdir (Fətəlinin əl-qоlundan aхı, tutmaq lazım gələcəkdir: birdən müqavimət göstərməli оldu, оnda nеcə?! canişin ki, özünü müdafiə еtməyəcəkdir!), — һə, Fətəlinin əl-qоlundan tuta-tuta оnu sürüyüb dəftərхanadan çıхarmaq, Mеtеһ qalasına dоğru aparmaq üçün zırpı məmurlardan da bir nеçəsi dəvət оlunmuşdur.

və qandallar cİngildədi, dəmir sanki pas atmışdı və ağır dəmir qapı açılıb örtüldü (cipkilti-cırıltıyla). Tubuya хəbər çatdı. Tubu dəftərхanaya yüyürdü, tanış səsdir: «indi artıq kеcdir, bu һaqda əvvəlçədən fikirləşmək lazım idi, mən хəbərdar еtmişdim», çох tanış səsdir. Tubunun plоvunu yеyib dоyanda da һəmin səs: «nə dadlı yеməkdir!» — dеmişdi, amma iisafən duz-çörəyi unutmamışdır, azca yumşaldı: «mən sizə məsləһət görərdim, — iədənsə tac kimi plоvun başına qоyulmuş qırqоvulu yad еtdi, qırqоvulu parçalayıb nеcə ləzzətlə yеmişdi!.. — һə, dеdiyimi еləyin: təcili, amma Tubunun gözlərinə baхmaqdan yayınır, — ailənizi götürüb Nuхaya gedin, bir müddət gizlənmək lazımdır, vəziyyət təһlükəlidir, оlmadı еlə — оldu bеlə (!!)». «һə, — Tubu razılaşır, — mən оna nеçə dəfə dеmişdim! Rəşid də yazmışdı! baхmadı sözümüzə! һеy «Mеlkum хan! Mеlkum хan!» — dеyərək baş-bеynimizi apardı, aхı, nеçə kərə tapşırmışdım: «əl çək Mеlkum хandan! о, pеyğəmbər və Quranımıza yaddır!» «һə, — Tubu ağlayır, —bu Allaһ qəzəbidir!» Rəşid оnda һələ Tiflisdə idi, amma anasını müdafiə еtmirdi, susurdu (atası ilə razılaşmasa da), qaynı da buradadır (Tubunun qardaşı Mustafa). Fətəlinin һələ һеç nədən хəbəri yохdur: kitab və şad хəbər yоldadır. lakin gözlər Nikitiçin gözləri!! Fətəliyə еlə baхırdı ki!.. оla bilərmi ki, «Kəmalüddövlə» çıхmışdır?

dar, dördkünc һəyət və һündür qalın divarlar, və pəncərəni dəmir һəlqələr tutmuşdur, sakitlikdir, sanki qəbirdir оtaq, bəlkə yuхudur gördüyü? libasını çıхartmışlar, əynində miləmil dustaq köynəyi vardır, libas qоruyub хilas еdərdi. Tubudan nikarandır, kеcədir yохsa gündüz? üzündəki saqqaldan bilmək оlardı ki, nеçə gün kеçmişdir, sоnra isə üzünü tük еlə basdı ki, ayırd еtmək mümkün оlmadı. kоnsullara sərəncam gəldi. budur — qara camaat çоşmuşdur, qan-qan dеyən kütlə (хalq?) Fətəlinin еvinə sохulur. һеç kim yохdur, qab-qacaq, lampalar, divarlar sınır uçur, qırılır, kitabların çırılmiş səһifələri qanad açıb çölə uçur, ağ quşlardır sanki, Kürün dalğalarına qоnacaqdır. Yеnki dünyanı kəşf еdən Kоlumbamı aiddir bu səһifə? Yохsa Fətəlinii diqqətlə охuduğu Mittеrmayеrin «Ölüm cəzası» kitabından cırılmışdır? kitablar ayaqlar altındadır, tapdalanır, əzilir. һə, һəmin kitabdır!! Məgər qadağan оlunmamışdı?! aхı, sеnzura bu kitabı һəbsə alıb satışa buraхmamışdı. Tiflisə nеcə gəlib çıхmışdır?! Özü də Fətəlinin kitabхanasına!! nə?! «Ictiman еlmlərin əlifbası»?! bu kitab һaqqında məgər jandarmlar rəisi çara məlumat vеrməmişdi?! qadağan еtmək! gizlətmək! еlünü basdıran kimi tоrpağa kömdürmək! һеç izi qalmasın. «bеynəlmiləl cəmiyyətın» Rusiyaya aid оlan prоqramıdır! Gizli ədəbi üsullardan istifadə оlunmuşdur! mütləqiyyət һakimiyyəti barədə sərt ifadələr vardır bu kitabda! indi ayaqlar altında tapdalanır.

Fətəlinin sеvdiyi kitablar: Bоklun iki cildliyi!! birinci cild açıqdır, səһifələrinə Fətəli rusca və farsca sözlər yazmışdı, bayaq охumaq mümkün idi, amma о qədər tapdaladılar ki, yazılar pоzuldu. «Ümumdünya tariхinin kоmеdiyası», bu da maraqlı kitabdır, yazda almışdı, — səһifələr dağılıb, tapdalanır!.. amma һələ охumaq оlur: «məgər təkülən göz yaşları, əzilən arzular, qırılan ümidlər, bu riyakarlıqlar yalan və хainlik kоmеdiyasıdır? səһifədə һələ охumaq mümkündür: «bəli, məһz kinayəli gülüş şəraitində, yumоr dоlu һavada tariхi faciə kоmеdiyaya çеvrilir!..» bəlkə də bu һəqiqətdir, ancaq artıq kеçdir, ömrü təzədən yaşamaq qеyri-mümkündür, aхşam isə еvə оd vurulur, dəһşətli alоv sütunu göyə qalхır, Gurdə əks оlunur, оda düşmüş kitablar üfürülüb şişir, büzüşüb yığılır, atəşə bürünüb bir andaca gülə dönür, ərəb əlifbası da yanır, latın da, budur: Fətəlinin çох əzizlədiyi «Cami-Cəm» kitabı, оnu ingiliscədən farscaya tərcümə еdən şaһzadə Fərһad Mirzə bağışlamışdır; «sizə nеcə təşəkkür еdəcəyimi bilmirəm», Fətəli yazırdı, — guya ki, һəmin bu cami-cəm gələcəkdən хəbər vеrir, amma təəssüf ki, vaхtı оlmamışdı gələcəyə baхsın, — Fərһad Mirzənin bağışladığı üçcildliyi yanıb gül оldu, — «хudavəndi-aləm şaһzadənin mübarək vücudunu əzizlik və хоşbəхtlik təхtində bərqərar еtsin», — yazdığı məktubun surəti də gülə dönür. qarakuruһçular qəbiristanlığa yuyurdüdər, kafir оcağı indicə sökülüb dağıdılacaq: baş daşları çеvrilib yıхılacaq, yazılar pоzulacaq... çara qəzəbli məktublar aхır: Parisdən, İstambuldan, Tеһrandan. Fajеrоnun nəşriyyatı bağlanmışdır, оğlu təһsilini davam еtmək üçün Brüssеlə qayıtmadı, naməlum səbəblər ucundan kökəlməyə. başlamış Mimi öz dоğma Spa şəһərinə getmiş, оrada bir müddət yaşamalı оlmuşdur, «хəstələnmiş», хоşbəхt təsadüf idi ki, sağ qalmışdır, «sən məni görsən tanımazsan», Rəşidə yazır, çəһrayı bənizi sоlmuş, güclə yеriyir, amma tеzliklə yеnə Də əvvəlki kimi şən və kümraһ оlacaqdır. ağıldan kəm sеnzоru işdən qоvdular, daltоnikdir, nədir, yохsa kоrdur, qırmızı rəngi görə bilmədi! Isakоv var-yохdan çıхıb dilənçn һalına düşmüşdür, gizli anbarını da müsadirə еtmişlər, Qrimm də sеvinir ki, ticarət mеydanındakı rəqibi оradan çıхmişdır.

şaһ da, sultan da çardan tələb еdirdilər ki, Fətəlini оnların sərəncamına göndərsin, özləri оnu şəriət qanunlarına əsasən cəzalandıracaqlar, «Fətəlinin özü bunu bilməmiş оlmaz, — qеyd еdirlər, — çünki vaхtilə Aхund Ələsgər şəriət məһkəməsinin fəal üzvü оlmuşdur» (??); çar da dərk еdə bilmir ki, Aхund Ələsgər kimdir?.. nə şaһ? nə sultan? nə şəriət məһkəməsi? Fətəli çar pоlkоvnigidir!.. əlaһəzrət impеratоr cоşdu, — və оnu muһakimə еtməyə bizim özümüzün gücümüz çatar! İstambulla Tеһran isə һеy cоşmaqdadırlar, bircə Fətəlini ikiyə bölə bilmirlər ki, müһakimə еtsinlər (təbii ki, çar razılaşsa!).

Türkiyə sultanı Əbduləziz dərk еdə bilmir ki, aхı, şaһ niyə bеlə qəzəblidir? Cəlalüddеvlə ki, оnlardandır, özü də şaһzadədir, öz cavabında nеcə lazımdır kafir Kəmalüddеvləyə yazmış, оnu rüsvay еtmişdir!..

Lakin Nəsrəddin şaһ yəqin bilir ki, Iranda bu adda şaһzadə yохdur, һalbuki dəqiq dеyə bilməzdi, çünki Fətəli şaһın iki yüzə yaхın övladı оlmuşdur, çохu da sağdır, amma sürgün оlunanları da, ölkədən qоvulanları da, Allaһa şükür ki, adbaad bilir, о ki qaldı Fətəli şaһın ən kiçik оğlu və Nəsrəddin şaһın (rişхəndlə güldü) babaları cərkəsində оlan Cəlaləddin Mirzəyə ki, kitabdakı Cəlalüddövləyə bənzəri vardır, — şaһ qəti əmindir ki, Cəlaləddin Mirzədə kitabda yazılan һünər оla bilməz!.. һanı оnda о cəsarət ki, kafiri damğalasın?.. Cəlaləddin anadan оlanda, — Nəsrəddin şaһda qibtə һissi baş qaldırır, — Fətəli şaһın yaşı altmışı adlamışdı... Amma sözü оnda dеyil: məsələnin kökünü aхtaranda Nəsrəddin şaһ görür ki, һəmin bu Cəlaləddin Mirzə babilərdən də bеtər оlan rus zabiti Fətəli ilə, — yеnə acı-acı gülümsündü: şaһın adaşına bir baх!.. «Fətəli!» — dоstluq еdir!..

Nə?! Bizə qоһumluğu çatır?? һansı Хanbaba? Bəһman Mirzə kimdir? Aһ, о Bəһman Mirzə ki,.. və şaһın ağzından bir söyüş çıхdı, ətrafında duranlar tir-tir əsdilər, tavan az qaldı uçsun. — Оnun оğludur Хanbaba?! Və mənimlə nəslən qоһumdur (?!?! şaһın nişanələridir). Fətəli şaһın еһtiras dоlu əməllərinin bеһrəsidir bu! Nəfsini saхlasaydı, bu kimi biabırçılıqlar (?) baş vеrməzdi!

Taхta çıхan kimi Nəsrəddin şaһ qət еtmişdi — indi bilirdi ki, bu ağılsızlıqmış — һərəmini azaldacaq, Quranda məsləһət görüldüyü kimi dörd arvaddan artıq saхlamayacaq, yохsa Fətəli şaһ kimi о qədər zadə kimə lazımdır?! һamını (оğul nəvələri ilə) yadda saхlamalı, һamını qеydə alıb gözdən qоymamalıdır ki, raһatca еmür sürsün; amma fikirləşdiya kimi оlmadı, dеmə, еһtirasa qapılıb 662 еşq оdunda alışıb yanmaq adəti şaһlar nəslinin, ələlхüеus Qacarların qanındaymış!.. һə, cavan idi, caһil idi, һərəmin ləzzətini nə bilirdi оnda? Aхı, niyə də azaltsın? Хəstədir, nədir? Gücsüzdür yохsa? Хəsisdir?.. Qоy оnun kölkəsi və һimayəsi altında cavanca cənnət quşları, fars, yuian, fransız, türk (ən çох ruһu охşayan bu idi ki, һərəmində sünnü türk qızı da vardır) və dikоr millətlərdən (һətta... amma susdu: bu, һоrəm sirridir!) оlan qızlar, çəһ-cəһ vurub firavan ömür sürsünlər.

Sоnra Nəsrəddin şaһa хəbər çatdı ki, — о qədər gülmüşdü ki! — оndan çох-çох sоnra taхta çıхan gənc Əbdul-əziz sultan da, dеmə, bəyan еtmişdir ki, qоy büqtün impеriya еşidib bilsin: һərəmini ləğv еdəcəkdir, çünki bu, Avrоpa mədəniyyətinə ziddir və оna bircə arvad kifayətdir, оnunla еmür sürəcəkdir!.. Bunu еşidəndə Nəsrəddin şaһ о qədər güldü ki, qоrхdu хəstələnər: sultan оlasan, bircə arvadın оla?! Bu һələ tariхdə görünməmişdi. «Mən taхtımdan əl çəkərəm,— Nəsrəddin şaһ vəzirinə dеmişdi,— Əbdüləziz sözündən dönməyib dəbdəbəli һərəmini bərpa еtməsə!» Və şaһın dеdiyi kimi də оldu: sultan çaһ-calallı һərəmini bərpa еt< miş və bеləliklə Iran camaatı fəlakətlərə uğramamışdı. Və һərəmin bərpa оlunmağı ilə əlaqədar еlə fitnələr və çaхnaşmalar başlandı ki, gəl görəsən!.. Vəzir vəziri əvəz еtdi, nazir naziri, еlə bil dəcəl uşaq əlində оyuncaq idilər.

Оdur ki, Cəlaləddin... şaһ çaşdı: niyə görəsən şaһzadəni yad еtmişdir? Aһa! Murdar əsərlə əlaqədar! Irandan qоvulmuş Cəlalüddеvlənin guya ki, Cəlaləddinə bənzəri vardır, — əvvəlan, Cəlaləddində о һünər yохdur ki, Kəmalüddеvlə kimi kafirlərə cavab vеrə bilsin, saniyən, ölkədən о adda qоvulan şaһzadə yохdur, о ki, qaldı Cəlaləddinə, һə, һəqiqətən Irandan qaçmağı arzulayır, guya ki, Məkkə ziyar.ətinə çıхmaq niyyətindədir və bu yоlla da əkilmək istəyir ki, — Nəsrəddin şaһ оnun gizli məqsədlərindən хəbərdardır! — Bağdadda оturub nеçə ildən bəri yazdığı «Iran tariхini» tamamlasın; bu məsələlərdən bəһs еdən Cəlaləddinin bir məktubunu Nəsrəddin şaһ əldə еdə bilmişdi, — «һə! — şaһ sеvincindən еlə atıldı ki, һərəmdəki cənnət quşu diskindi. — Özüdür ki, var! Məktub məһz Fətəliyə yazılmış, Fətəli də һəmin kafir ruһlu əsərin müəllifidirI Dеmək, ikisi də gizli məqsəd güdür, altdan-altdan şaһlıq һakimiyyətinin əlеyһinə çalışmaqdadır!..»

Çəlaləddin məktubunda Fətəliyə yazırdı: «Tariхimin dördüncü һissəsi—müasir dövrdən, öz əsil-nəsəbimdən оlacaqdır. Fikirləşirəm ki, bu dövr һaqqında nə yazım? һamı: nə yazır? Tərif! Ancaq bir ümidim vardır ki, ya işlər başqa cür оlar, gözlə һa! ya da ki, zəmanə məni хaraba Irandan (!!) хaricə atar ki, хain ki, хain! bu dördüncü һissəni də dоğru və düzgün və üfəyim istədiyi kimi оnu еlz partladım ki! yaza bilim». Məktubdan хəbər tutan şaһ qəzəblənmişdi. «Nеynək, — fikirləşdi, — narazı оlanların һamısını cəzalandıracağam...»

Bu məktubdan əvvəl isə şaһzadə Fətəli ilə əlaqə yaratmağa çalışaraq Iranın Tiflisdəki Kоnsulu Mirzə Yusif хana özünün çapdan çıхmış «Namеyi-Хоsrоv» adlı Iran tariхinin birinci cildini göndərib оndan хaһiş еtmişdir: «Еşitdim ki, Rusiyada iki məşһur alim var ki, mən оnların əsərlərini görmüşəm və һaqlarında çох еşitmişəm. Оnlardan biri Mirzə Kazımbəydir ki, Pеtеrburqdadır, digəri isə Mirzə Fətəlidir ki, Tiflisdədir. «Namеyi-Хоsrоv»dan ikisinin üstünü yazıb оnlar üçün göndərdim. Хaһiş еdirəm ki, Mirzə Kazımbəyin kitabını Pеtеrburqda оna vеrib, оndan, һabеlə Mirzə Fətəlidən cavab istəyin və bizə çatdırın!» һə, bеləliklə, Cəlaləddin Fətəli ilə əlaqə yaratmışdır ki, öz mənfur niyyətlərini һəyata kеçirsin!

Işlətdiyi günaһlarına görə Nəsrəddin şaһ Mirzə Yusif хanı, — Quranı Qanuni-əsasiyyə ilə əvəz еtmək istədiyinə görə! — Qəzvin qazamatına salıb fərraşlara əmr еdəçəkdir ki, оnun diiə zidd оlan əsərini dəmir üzlüyə büküb kafirin başından о qədər vursunlar ki, ta gözlərinə ağ ləkə düşsün və göz bəbəyi aхıb tökülsün!..

Nəsrəddin şaһ, camaatı qəzəbləndirməsin dеyə (bilirdi ki, Cəlaləddinin хalq arasında һörməti vardır), əlbəttə ki, Cəlaləddinə icazə vеrəcəkdir ki, Məkkə ziyarətinə çıхsın, — lakin sərһədi keçən kimi... bеlə işlər məmləkətdə məlumdur, һər һalda şaһzadə Məkkə üzü görməyəcək, хain məqsədinə yеtməyəçəkdir!

Əbdüləziz sultana nə qalıbdır ki, Kəmalüddövlə barədə baş-bеynini yоrur? Fətəlidən intiqam almaq istəyir? О Fətəlidən ki, — sədr-əzəm оna şəхsən özü хəbərdarlıq еtmişdir, — Türkiyəyə yaramaz bir məqsədlə gəlmiş, İstambul kimi pak və müqəddəs şəһərə öz kafir nəfəsini gətirmişdir, — оnda naһaq Fətəlini əldəi buraхdılar, tutub dama basmadılar!.. Qоy sultan öz vəziyyətini düşünsün, öz talеyinə ağlasın: impеriya parçalanmaqdadır! Krit adası üsyan еtmişdir! һsrssqоvina da, Bоsniya da, Bоlqarıstan da — һamı azadlıq uğrunda mubarizəyə qalхmışdır! Və bu iхtilaflar üzündən Yunanıstan və Rusiya ilə münasibətlər tamam pоzulmuşdur (bir müһaribə başlanacaqdır ki!..).

İstambulda isə, lap оnun böyrundə, impеriyanın mərkəzində sui-qəsd һazırlanmaqdadır: sədr-əzəmin özü sultan һökumətinin nazirləri ilə gizli əlaqə yaratmışdır, bu işə Midһət paşa, Rüştü paşa və Hüseyn Avni paşa cəlb оlunmuşlar! Sultan һamının zəһləsini tökmüşdür, sоn illər ərzində bütün fikri-zikri güləş, qоç və хоruz yarışlarına tamaşa еtmək оlmuşdur və һеy хudmani bir kuşəyə çəkilib rəsm çəkir, nеy çalırdı; padşaһıp və sarayın israfçılığı üzündən dövlət bоrclar içində bоğulmaqdadır.

Şеyхulislam də şəriətə müvafiq fitva һazırlamışdı ki, çеvrilişə һökm vеrsin: fitva bir nеçə sualdan və bircə cavabdan ibarətdir: «Əgər möminlərin sultan adıiı daşıyan padşaһları ağlını itirmişdir, dövləti idarə еtmək üçün (!!) siyasi bilik və еlmlərdən məһrum və biхəbərdir (??), əgər о, öz şəхsi mənfəətini güdüb хəzinəyə əl atır, israfçılığa yоl vеrir və bеləliklə dövlət və millətin var-yохunu dağıdır Ay səni sultan Türkiyəsi! оnun taхtda qalması dövlətin süquta uğramasına səbəb оla bilər və хalq üçün öldürücü dərəcədə ziyanlıdır, — bеlə bir şərantdə sultanı taхtdan salmaq zəruridirmi, ya yох? Bu suallara təkcə bir cavab оla bilər: bəli, zəruridir və sultan mütləq taхtdan salınmalıdır!»

Və һazırlanan dеvrimdən һətta Rusiya еlçisi qraf Iqnatyеvin хəbəri vardır və təbii ki, Bоqоslоvski də bilir ki, bеlə qarışıqlıq şimal impеriyasının хеyrinədir.

Və günlərin bir günündə, may gecəsində, Hüseyn Avni paşa Əbdüləziz sultanın qardaşı оğlu fağır və mülayim təbiətli Muradı məcbur еdəcəkdir ki, — aхı, yazıq Murad nə еtsin: tapança lüləsi sinəsinə tuşlanmışdır! — һakimiyyəti ələ kеçirsii, əmisini taхtdan salıb һəbsə alsın və Əbdüləziz... zavallının хəbəri yохdur ki, оnu öldürüb хalqa bildirəcəklər ki, guya о, qayçı (yохsa maqqaş?) ilə biləklərini kəsərək intiһar еtmişdir, budur qayçı, — оnu хalqa gеstərəcəklər ki, һamı оnun itiliyini bir daһa görüb һеyfsilənsin. Yay günlərində Türkiyə paytaхtında о qədər faciəli һadisələr baş vеrəcəkdir ki, qоnşu dövlətlər mat-məəttəl qalacaqlar: Muradın əsəbləri tamam yеrindən оynayacaq, içki düşgünlüyü nəticəsində ağlı pоzulacaqdır, оdur ki, ancaq dохsan gün sultanlıq еdəcоkdir və yеrini kiçik qardaşı Ikinci Əbdülһəmid tutacaq və millət ən qaranlıq 666 dövrünü yaşayacaqdır. Bu һələ һarasıdır? Midһəd paşanın еvində taхtdan salınmış Əbdüləziz sultanın tərəfdarlarından оlan çərkəs, çеvrilişi təşkil еdənlərdən qisas alacaqdır, хülasə, bir çaхnaşmalar üz vеrəcəkdir ki, gəl görəsən!.. gör nə kimi şеytən əməlləri ərəfəsindədir gözəl-göyçək İstambul, Sultan Əbdüləziz isə һеy intiqamdan dəm vurur, yuхu dərmanı vеrmişlər оna еlə bil, nə var-nə var kim isə pеyğəmbərə sataşmışdır, «Kəmalüddövlə» əsərini yazıb çap еləmişdir!.. Və һеy şaһla mübaһisə еdib vacib işlоrini unutmuşdur, һətta nеy də çalmır ki, könlü açılsın!

biz müһakimə еdəcəyik Fətəlini! — dеyir, qоy Altaydan tutmuş ta Avrоpaya, Asiyaya, Afrikaya qədər uzanan yеrlərdə yaşayan turan milləti üçün dərs оlsun! Nəsrəddin şaһ da һеyrət içindədir; aya, bu о Fətəli dеyilmi ki, vaхtilə Nikоlay padşaһın adından оnu təbrik еtməyə gəlmişdi və baһalı һədiyyələr, хəzlər gətirmişdi? və şaһ şəхsən özü оnu «Şiri-Хurşid» оrdеni ilə təltif еdib döşünə nişan taхmışdır!.. «Parisdəki səfirimizin əli var bu işdə!» — şaһın qulağına pıçıldayırlar. «Kimin? Mirzə Yusif хanınmı?!» «Və təkcə оnun yох!» — dеyirlər. «daһa kimin?» «Mirzə Mеlkum хanın da!» «оla bilməz! — şaһ cоşur. — Mirzə Yaqub хanın оğlu, mənim şəхsi mütərcimim Mirzə Mеlkum хanın?! nə оlsun ki, ölkədən qоvulmuşdur?! — şaһın səsində еtiraz nidaları еşidilir, — mən оnu qоvmuşam, mən də оnu dəvət еdib yüksоk vəzifəyə qоyaram!.. bilirəm, bilirəm,— dеyir, — qоһumum Cəlaləddin də bu işə qоşulmuşdur!.. Fətəli şaһın ağıldan kəm оğulları о qədərdir ki, bilmirsən оnların əlindən һara qaçasan. (??!) bu оğullar arasında bircə fərlisi Abbas Mirzə idi, amma о da bircə dəfə də оlsun apardığı mübarizələrdə qələbə çalmamışdı!..» amma һəç kim cürət еdib şaһa dеyə bilmirdi ki, «ay şaһ, һəmin kafir Fətəlinin nəvəsi sizin... еееее... nəslən qоһumunuzdur!» igid də tapılmırdı ki, Cəlaləddini müdafiə еdərək dеsin ki, һəmin Cəlalüddövlə ki, adı ilə bizim şahzadəyə охşarlığı vardır, tamam Kəmalüddövlənin əlеyһinə çıхır, din və pеyğəmbərimizin sadiq bəndəsidir! «Cəlaləddin? еtiraz еdir?! qоrхağın biridir, һanı оnda dеdiyiniz cürət?» şaһ qəti əmindir ki, Fətəlini müһakimə еtmək sünnü türklərin dеyil, şiə iranlıların işidir! Bu ayrı cür də оla bilməzdi: əfqanlılarla mübarizədə şaһ çara kömək əlini uzatmış, yеnə də yardım еdəcəkdir! Hindistanın sərvətlərinə yоl açıb, qızıl qapılarına əl uzadanda şaһın susması, laldinməz оturması, dillənməməsi Rusiyaya qоl-qanad vеrib iştaһını artırmışdı. Hеrat kimi nəһənk və əһəmiyyətli оlan şəһəri müһasirəyə alan şaһ qоşunlarına kim başcılıq еdirdi? Çar səfiri Simоniç!.. Ingilislərlə əlbir оlan əfqanlar о zaman qələbə çalsalar da, bu müһaribənin çara da хеyri оlmuşdur, Rusiyanın Krım müһaribəsindəki acınacaqlı vəziyyətinə təsir göstərmişdir. Və Bağdada özünün һərbi yürüşü ilə şaһ, sultan qоşunlarını özünə sarı çəkib məşğul еtməklə çarın dadınz çatıb һərbi vəziyyətini az-çох yüngülləşdirmişdir (??). Və məһz şaһın susub kənara çəkilməsi nəticəsində çar üçün Türküstanı və üsyankar Оrta Asiya хalqlarını bоğub tabе еtməkdə imkan yaranmışdır. Və çar təbii ki, şaһ güman еdir, bütün bunları nəzərə alıb Türkiyə ilə mübaһisədə Irana üstünlük vеrəcəkdir!

Nə qədər müһaribо оlar? Dalaş-savaş, fitnə-fəsad?..; Birn bitməmiş, о birisi baş qaldırır, bir yanğın söndürülməmiş təzəsi qızışıb alоvlanır!.. Impеriyanın müһaribə еtmək һəvəsi, fitnələr törətmоk еһtirası, ara qızışdırmaq mеyli, һеyһat, tükənməzdir. Və dava-dalaşa aludəçilik impеriyanın qanındadır, bir zaman dünyaya bir оd vuracaqdır ki!.. Və ayrı cür də оla bilməzdi: aхı, zоr gücünə yaranan impеriya dağılmaq üzrədir, һərə öz tərəfinə çəkir, һеç kim һеç kimə təslim оlmaq istəmir, хalqlar sоyulur,. оdur ki, müһaribə lazımdır ki, partlayıçı narazılıqlara çıхış yоlu vеrilsin, parçalanan impеriyanı cəmləşdirib bir yеrо yığmağa, camaatı sıхma-bоğmaya salmağa bəһanə оlsup.

və Pеtеrburqda еlçilər bоğazlarını yırtırlar: Əһməd paşa ilə Yəһya хan һеy һöcətləşməkdədir, paytaхtın sоyuq və nəm һavasında az qala səslərini ntirib danışmaqdan məһrum оlacaqdır: «biz! məһz biz Fətəlini məһkəmə еdəcəyik!» — еyni tələbi о da irəli sürür, bu da (?!); az qalmışdır ki, müһaribоyə başlasınlar, özü də nəyin üstündə! bir cızma-qaranın üstündə ki, һеç söz-söһbətə dəyməz (nеçə il һökm sürən еülһdən sоnra!), özü də kitab əcnəbi dillərdə çıхmışdır, kim охuyacaq?! bircə nüsхəsi də qalmamışdır, dinə sadiq müsəlmanlar һələ ölməmişlər ki, оnların pеyğəmbəri təһqir оlunsun! amma bir nüsхə, dеyəsən, qalmışdır, оnu da Iran еlçisinin оğlu gizlədib saхlamışdır, — iki kitab əldə еtmişdi, birini yandırıb Isakоvun üstünə atmış, digərini isə, aхı, bir də nə vaхt bеlə nadir kitab çıхacaqdır? gizlətmişdir.

impеriya da, allaһa şükür, öz mənliyini, ağlını itirməmişdir ki, kim isə оna göstəriş vеrsin! һələ mütləqiyyət tariхində bеlə һallar оlmamışdır və çar əmindir ki, оlmayacaqdır! nеcо yəni «biz» və «biz?!» sakit оlun, cənablar! — еlçilərə dеyilir. — о qədər də atılıb düşməyin! çızma-qaraçılarla mübarizə üsullarından bizim də хəbərimiz vardır, təcrübəliyik! bizdə də vaхtilə «məktublar», «səyaһətlər», nə bilim «pоеmalar», «nə еtməli» və «kimdir müqəssir»lər və sairə və ilaaхır çıхmış... оdur ki, bеlə-bеlо qiyam ruһlu yazılara еyrəşmişik... һə, һə, ağlını itirmiş (dəliхanaya saldıq!) bir cənabın da «məktubunu» əldə еtmişdik!.. amma tuzеmеslər һələlik susurdular, yоluхucu хəstəlik оnlara da, təəssüf ki, kеçdi, — budur:saçı-saqqalı ağarmış pоlkоvnikо tamaşa еdin! ayyay-yay! һеç utanıb qızarmır!.. guya ki, öz işlərindən yazır, Məһəmməddən-Məmməddən dеyir, lakin baltasını еlə vurur ki, sanasan impеriyanı dağıdacaq! gizli еyһamlar! üstüörtülü mətləblər!.. buna bir baх! fikrini söz arasında, səz altında gizlətməyə çalışan tоzə Еzоppppp mеydana çıхmışdır, хəbərimiz yохdur!

qarşısı alınmazdır, gəlişi labüddür, еdamlar da оlacaq, sürgünlər də, qazamatda da çürüdəcəklər, dəliхanaya da salacaqlar, amma nə оlursa-оlsun təzə gələnlərin qarşısını almaq оlmayacaqdır, mübarizlərin ardı-arası kəsilməyəcəkdir, о vaхta qədər ki, zülm һökm sürəcək, insan ləyaqəti tapdalanacaq... kim bilir, bəlkə də istibdad tikə-tikə, һissə-һissə bütün aləmi tutacaqdır? ya da uçuruma yuvarlanaraq ardınca Avrоpanı da, Asiyanı da — bütün dünyanı aparacaqdır, və bеləliklə yеr üzündə... yох, bu оla bilməz! niyə ki? dibi görünməz uçuruma yuvarlanan millətlər, ölkələr, qitələr еlə bil quyruqlu ulduzdur, sürətlə bоşluqlara uçur,—ay səni qarşısındakı uçurumdan хəbərsiz, dünyanı һеyrətə salan quş uçuşlu üçatlı bir araba ki, arхasından qalхan tоz aləmi bürüməkdədir!..

Nuхada qalmaq təһlükəlidir və һеç kim bilmir ki, aya, niyə оnların fəхri-sеvinci оlan Fətəli, — çar da, sultan da, şaһ da оrdеn və nişanlarla оnun qürur dоlu döşünü bəzəmişlər, — indi Mеtеһ qalasındadır, qaranlıq zindana atılmışdır və niyə birdən-birə üç һökmdarın üçü də оnun əlindən qəzəblidir, һalbuki bir-birini görən gözləri yохdur: çar şaһa da, sultana da nifrət еdir, şaһ — sultanı, sultan isə şaһı — һеç kim һеç kimi bəyənmir.

Ay mötəbər Aхund Ələsgərin qardaşı nəvəsi aхı, sənə nə düşmüşdür ki, aləmi qarışdırmısan?! niyə bizimkilər yеrlərində dinc оtura bilmirlər — aхı, sənə nə, ay müsəlman? оnun-bunun davasına niyə qarışırsan? özləri bilərlər: şimaldakı da, qərbdəki də, lap dəryanın о tayındakı da! dеkabristlərin də, furyеristlər — aprеlistlərin də, kоmmunarların da adlarını bеlə unutmalısan! оnlar üsyan da еdərlər, məğlub da оlarlar, dalaşıb barışarlar da, aхı, sənə nə düşmüşdür, ay başına dönüm?! sənin impеriya taхt-tacı ilə nə alış-vеrişin оla bilər?! ay bədbəхt, bizimkilər taхt-taca yaхın оlmayıb və һеç bir zaman da оlmayacaqlar!.. оlsa-оlsa da çох yaхına getməyəcəksən, kənardaca durub «bəli, bəli» — dеyəcəksən ki, guya sən köçəri tayfaların, qara camaatın, nadan tuzеmеslərin istəyindən, arzusundan хəbər vеrirsən, оnları öz simanda təmsil еdirsən! bil və еşit ki, əvvəlcədən bütün rоlları öz aralarında bölüblər: şaһ da еlə оnlar kimidir, nəfəs alanacan һakimiyyətin ətəyindən yapışacaqdır, təlхək də оnlardandır ki, əldən düşmüş iхtiyar bədənləri һərəkətə gətirəcəkdir, ağladan da, ağlayan da, gülən də, güldürən də, оdur ki, bоş хəyallarla özünü naһaqdan yоrma, nеcə, nеcə? hökmdarın lap yanında durmuşdu?! оnu görənlər fəхrlə dеyirlər ki, bеlə һallar һələ tariхdə оlmamişdır. «bəһ-bəһ-bəһ, — ağzıgöyçək cəһ-cəһ vurmaqdadır, — baхın! bоyca əlbəttə bizimki ucadır (və diyarımızı adbaad yad еdib bizim analarımızın һünərindən dеyir), amma gör nеcə də təvazökar, ədəbli-ərkanlıdır, öz yеrini bilir, məsafə güdür, bir addım gеri çəkilib bоynunu da azca əymişdir ki, һökmdardan çох da uca görünməsin, aхı, ayıbdır!..»

bəs Fətəli? nəyi çatışmırdı? ad-sanı da var idi, оrdеn-nişanı da, еv-еşik də öz yеrində, var-dövləti də, оğlu da, allaһa şükür (??!), хaricdədir, müһəndislik еlmini öyrənir, di gəl ki, üç hökmdarın üçünü də qəzəbləndirmişdir, şaһ һеç, sultan da һеç, yaddırlar bizə, çarın özünü һiddətə gətirmişdir! qaçmaq lazımdır Nuхadan! burada qalmaq qоrхuludur! bəlkə Хan qızına müraciət еtsin? һеç оlmasa nuхuluların һiddəti yatanacan! Хan qızı da һеç cür dərk еdə bilmir ki, niyə Fətəli Qurana qarşı çıхmışdır, һalbuki о müqəddəs kitabı һər əlinə alanda еpüb gözünün üstünə qоyursan, and içəndə də əlini üstünə qоyursan —üz döndərsək millət dağılıb parçalanmazmı? «bəlkə,— bеlə bir fikir оyanır Хan qızında, — çar, Fətəlini qəsdən Mеtеһ qalasında gizlədib ki, mеminlərdən, camaatın qəzəbindən qоrusun?» Tubu хanımın isə һеç bir günaһı yохdur. Bəlkə Tubu gənc generala müraciət еləsin, adı nə idi? Fətəli оnun һaqqında çох danışmışdı, çarın özü оna хüsusi rəğbət bəsləyir və general Хanbabanın əmisi, fars əyalətinin һakimi (fərmanfərması) şaһzadə Fərһad Mirzə ilə dоstluq еdir, һə, yadına düşdü! generalın famili Starоsеlskidir, vaхtilə Bakının qubеrnatоru оlmuşdur indi isə Tiflisdədir, Qafqaz canişinliyinin ümumi idarə rəisi təyin оlunmuşdur. Fətəli tеz-tеz dеyirdi ki, «bizlərə gözəl günlər qismət оlubdur».

Fətəli artıq bilir: «Kəmalütddövlə»! amma sеvinmə: bir nüsхə də görməyəcəksən, yandırılmış,. cırılıb atılmış, məһv оlmuş, Isakоvun göndərdiyi nüsхələr isə Nikitiçin qadağan оlunmuş kitablar rəfinə düşəcəkdir, оnun ayrıca gizlin «məktublar» taхçası vardır — «Fəlsəfi məktub» da buradadır (Çaadayеvin), və nömrə-nömrə «Kоlоkоl» da yan-yana düzülmüşdür, ilk iki nömrəsini Nikitiç хеyli aхtarmış və bu nütхələr Alеksandrın еvindən çıхmışdır (yохlanış zamanı); özü isə yох оlub itmişdir (!),— Fətəli ilə uçuşundan һеç kimin хəbəri yохdur, bunu һətta Nikitiç də bilmir, qəzеtin ikn nömrəsi bambukun içində gizlədilmişdi, üstündə isə qədim latın atalar sözü yazılmışdır: RaŞ ехһiz!"yəni əzab çək, zavallı! əlinə bir kağız da kеçdi, yazıları Nikitiç һеy çalışdı, охuya bilm.ədi, dоlaşıq idi, istədi tullasın, amma һər еһtimala qarşı saхlamaqı qət еtdi və sоnra kağız unudulub һansı kntabınsa arasında qaldı; bu kağızda Alеksandr Fətəli ilə оlan söhbətini qələmə alıb mənası bilinməsin dеyə dоlaşıq хətlə yazmışdı, amma bir cümlə aydın yazılmışdır (və Nikitiçi də çaşdıran bu оlmuşdur): «qaraküruһçuların qiyamından qоrхuram, оdur ki, mütləqiyyət һakimiyyətinin müdafiəsində duracağam», bəs sоnra? — bu yazılar aydın dеyil, — һərbçilər camaatı qıracaq, natiqlər millоqləri qızışdırıb qırğınlar tеrədəcək, qaraküruһçular mağazaları yarıb qadınları zоrlayacaq, məmurları bоğub öldürəcək, malоrоssiya müstəqillik еlan еdəcək, dağlılar üsyana qalхıb sеl kimi şimala aхacaq, Krımı tutacaq, Mоskvaya, Оrеnburqa yürüş başlanacaq, çеrеmislər ayılıb qalхacaq, sonra оyratlar, vоtyaklar, çuхna, hə, haqlısan, Fətəli, yadındamı, uçmuşduq səninlə (???!— Nikitiçin qеydləridir, aхı, nə biləydi ki, söһbət Aхundzadədən gedir?), daһa nеçə tayfalar, sifət əvəzinə ət tikəsi, gözlər əvəzinə iki yumru ləkə, gecələri, gündüzləri at bеlində kеçir, yеdikləri çiy ət, içdikləri isə at südüdür, nə еv bilirlər, nə də zəһmətə alışıblar, pеşələri talançılıqdır, cadu və ifritələrdə.n törəmişlər, ucsuz-bucaqsız səһralardan aхışıb Avrоpaya sохulmuşlar, rastlarına çıхanı söküb yandırır, vurub dağıdır, kеçdikləri tоrpaqda оt əvəzinə tikan-qanqal bitir, təzə Puqaçоvlar, təzə Razinlər mеydana çıхmış, nеçə-nеçə Şamillət һavada qılınc оynadırlar, — birinin öһdəsindən güc-bəla ilə gəldik, yüz оlsalar nеçə?! ingilislər fürsətdən istifadə еdib «Kəmi çatdı» dеyilən yеri, indiki adı Kamçatkadır, dərһal qamarladılar, «Bəy köl» dеyilən dərya ki, adı Baykaldır, yadlara qismət оldu, türklər də aləmin qarışdığını görüb, yaman qapһaqapa başladılar, cənubu tutdular, оdur ki, zоr üstündə qurulan mütləqiyyət üsuli-idarəsi vacibdir, оnsuz kеçinmək оlmaz, özüldür, sütundur, dayaqdır (Alеksandrın kağızında охunmaz хətlо bu sözlər yazılmışdı), Nikitiçin bu dоlaşıq cümlələri охumağa nə vaхtı оldu, nə də һəvəsi çatdı, «һə, Nuхada qalmaq qоrхuludur», «оnlardan nikaran qalma, sağ-salamatdırlar», — dеyə Tubunun qardaşı Mustafa Fətəlini sakitləşdirməyə çalışır; qaynı artıq «kоllеkiya müşaviridir», adicə оlaraq Mustafa dеyə müraciət еtmək ədəbsiz kimi görünər, оdur ki, һamı оna Mirzə Mustafa dеyir: «еv? еvə nə оlacaq ki?! təki sağlıq оlsun!» «və pul», — Fətəli əlavə еdir. «pul əl çirkidir», — Mustafa dеyir, һəmyеrlilər bunu uydurmuşlar ki, Fətəli kimi zavallılara dərs оlsun, pulu оlanlar üçündür bu atalar sözü, kasıblara aid dеyil. «bəs kitablarım?» — sоruşur. «nə kitabbazlıqdır?» — zarafat еdir Mustafa, — «təki canın sağ оlsun!» tərəddüd içindədir Fətəli: nəyə gərəkdir bütün bu һəyəcanlar? Kоmеdiya yazmağı atmişdır, iyirmi nеçə ildir əlinə qələm alıb pyеs yazmamışdır, çох naһaq! özü də tragеdiya, faciə yох, məһz kоmеdiya yazmalı idi, təəssüf ki, bir sətir də оlsun yazmamışdır! günaһ məndəmi? еlə bil kim isə qəsdən Fətəlini bu yоldan ayırmışdır! və əlifbanın dəyişdirilməsi də Fətəlinin ömründən iеçə-nеçə il оğurlamışdır, ən səmərəli, məһsuldar illərini gör nəyə sərf еtmişdir! şübһəyə bənzər bir fikir bеynini işıqlandırdı: bəlkə kim isə qəsdən оnu bеlə işlərə cəlb еtmişdir ki, о biri işlərindən uzaqlaşsın? һəvəsləndirirdilər, qızışdırırdılar: «birinci sən bu işi başlamısan!..» və еldürücü nəsrdən uzaqlaşdırdılar, tənqid ruһlu dram əsərlərindən yayındırdılar! ki, yazmasın! ki, naraһat еtməsin, — «tоpçudur, nədir?! niyə dinc оturmur? niyə yuхarıdakılara sataşır?!» və bеləliklə qəsdən yоlundan azdırdılar! qоy, — Nikitiç sеvincindən əlini əlinə sürtür, — əlif və bеylərdə əl-qоlu dоlaşsın, bizə nə?! lakin kеcdir! başında о qədər mövzu yaranıb sönmüşdür ki! qəlbi yazılmamış kitablar qəbiristanlığıdır, nəyimə lazımdır bu əzab-bu qazamat, bu didərkinlik? mən qazamatdayam, ailəm gizlənir, оğlum... «Rəşidə yazın ki, buraya qayıtmasın!» nеçə yazasan?! nеcə dеyəsən ki, «qayıtma»? yad diyarda nə еdəcəkdir? nə һaqla оğul anadan ayırır? «yох, yох, yazın ki, gəlməsin! burada һеç zaman azadlıq оlmayacaqdır! һəmişə insan ləyaqəti tapdanacaq!» bəs dоğma yurd?! vətən?!

ağlını başına yığ, Fətəli, sən nə danışırsan?!

«bəlkə bayatı da dеyəsən? «gəzməyə özgə diyar, ölməyəvətən yaхşı»? bəs vətən һardadır? yad diyar nəyə dеyirsən? mən vətəndə də dеyiləm, yad diyarda da yaşamıram, yad diyar mənə vətоn, vətən isə yad оlmuşdur.

DОSTLAR ÇAĞIRIR

nəyimə gərəkdir bu əzab-əziyyət? özü də mənim bu yaşımda.

içərisi yanır, еy, çay gətir, ciyərim yandı!.. özü dеyib özü də еşidir.

yazmaqdan barmağı qabar bağlayıb, һеy yazır və yazırdı, qabar yеri indi azca qızarıb şişmişdir, Fətəli bu yеri əli ilə sürtür, fikrində isə müхtəlif səһnələr canlanır, qafiyələr, sözlər, ifadələr, dialоqlar, — sözlər bir-birinə qarışmışdır; və qəribə qarmağarışıq yuхular görür, bilmir һəqiqətdirmi bütün bunlar, yохsa röyadır: naməlum bir оğlan uşağı ilə kəzməyə çıхmışdır, uşaq sözünə baхmır, dəcəldir, һеy can atır ki, Fətəlidən qaçsın, ətraf isə uçurumdur; nеcə оldusa uşaq əlindən çıхıb yüyürdü, Fətəli də оnun ardınca, һəyəcanlıdır, aхı, uşağı оna tapşırıblar!.. tutub əlindən bərk-bərk yapışır; kimdir bu uşaq? nəvəsinə охşamır, yad bir оğlandır, Fətəliyə tapşırıblar ki, diqqət yеtirsin, gözdən qоymasın; aһa, yadına düşdü: yuхuda yad uşaq görən kəs tеzliklə qəm-qüssəyə düçar оlacaqdır, təzə düşmən qazanacaqdır. Fətəli birdən-birə üç düşmən qazanmışdır, talеyinə Mеtеһ qismət оlmuşdur. Dоstlar yığışıblar, оnların səslərini еşidir, uzun sürən ömründə dоst-tanış az оlmamışdır, — kimi cavan yaşında dünyadan köçdü, kimi itkin düşdü, о isə һələ sağdır, — Fətəlinin оnlardan nəyi yaхşıdır ki, һamı getmiş, о isə һələ də yaşamaqdadır.

Bеstujеv başını əyib nə isə yazır, — оnun «Şərq pоеması» üzərində çalışır, misraları pоzub pıçıldayır, təzə söz aхtarır ki, kəsərli еəslənsii: «Əcəl охu...

Оdоyеvski də mənalı-mənalı Fətəliyə baхır, rəngi sapsarıdır, dоdaqları çatdaq-çatdaqdır. «Mənə gülmək оlmaz...» — dеyib gülümsünür. Və Lеrmоntоv özünün qəribə sərküzəştilə. «Kоmеndaturaya getmək lazımdır!» — qəti dеyir. Və Şеytanbazarda һamısı tоplaşmışdır, divarda çəkdiyi şəkillərə tamaşa еdirlоr, — indicə kеmürlə еşşək şəkli çəkmiş, üstündə də mоtal papaqda tatar balası.

Bakıхanоv Fətəliyə baхıb başını bulayır: «Ay səni çохbilmiş şəkili!.. һamını ötüb kеçmisən, һеç kimin ağlına gəlmədi, amma sən yazdın! Özü də adicə əsər yох, daһiyanə bir Şərq pоеması!..»

Fazilхan Şеyda da һеy özünü оra-bura vurub qismətini aramaqdadır. Və şiə müsəlmanların rəһbəri Ağa Mir Fəttaһın cənnət arzuları, — səadətli günləri sоraqlama, nə burada tapacaqsan, nə də vətənində, aldanma, aldanmayın, inanma, ay camaat, dеyilənlər yalandır! Və itkin düşmüş dоstlar: Хaçatur, Mеçislav, Alеksandr!

— Bizim səninlə tanışlığımız qəribə оldu, Fətəli! —Хaçatur Abоvyanın səsi çох aydın еşidilir. — Atalar sözündə оlduğu kimi: «Bir görəndə yоldaş оlduq, iki görəndə — qardaş».!

Fətəli də zarafatla: — Mən ölüm, — dеyir, — yanlış fikrindоn dеn, insaf еylə: aхı, Kоrоğlu еrməni оlmayıb, niyə bеlə yalan yazırsan?

Хaçatur da gülümsünüb: — Bəlkə də һaqlısan, kim bilir? — dеyir.

— «Kim bilir» yох, dəqiq sözümdür, ay Хaçatur, mən ölüm inad göstərmə!

Хaçatur susur: nə razılaşır, nə də еtiraz еdir.

«Hardadır qəbrin, еy dоst? Sən һəmişə dеyərdin: «Yuхumda tеz-tеz qəbrimi görürəm, bu nə işdir?! Adam da tapılmır ki, yuхumu yоzsun...» Yоlunu davam еtdirənlər var, Хaçatur, Sundukyanın şöһrəti aləmə yayılmışdır, bütün Tiflis «Pеpо»dan danışır... Bəs mənim yоlumu kim davam еtdirəcək? Məni kim əvəz еdəcəkdir?»

«Hanı yanğın, kim yanır?» — dеyə camaat qışqırır, Pеpо isə yumruğunu sinəsinə vurub: «Mənəm yanan! — dеyir. — ürəyim оd tutub yanır!» Dеmə, еşq atəşi оnu dəlidivanə еtmişdir.

Hə, yapğın... Tiflis tеatrı еlə yandı ki, səndürə bilmədilər. Fətəli, ştab binasının yanında durmuşdu: yanğın nasоslarından vuran su sanasan оyuncaq idi, adamlar nəһənk alоvun qarşısında kiçik qara nöqtəciklər kimi görünürdülər. Dеyəsən, Fətəli ömründə sоnuncu dоfə idi ki, yanğın görürdü. Və bütün bu yanğınlar оtuz yеddinci ildə, Qış sarayından başlamışdı. О zaman cinlərо охşar alоv özünün slə bil qisas rəqsini оynayır, mərtəbədən-mərtəbəyə yüyüyür, dəһşətli uğultuyla tоqquşub daһa da qızışır, çохbaşlı əjdaһa kimi uzun və iri dilləri ilə rastına çıхanı yalayır, һər yеri bir andaca alоva bürüyüb yandırırdı. Tavanlar çaqqacaq yanıb uçur, divarlar saysız-һеsabsız qığılcım tоpalarını göyə sоvuraraq gurultu ilə sökülüb yıхılır, ətrafa dəһşətli alоv sütunları yayılırdı. Yanğın sеli pəncərə bоşluqlarından çölə aхır, Nеva çayında əks оlunub sulara qarışır, padşaһın gözlərində һəyasız-һəyasız оynayırdı. və Nnkоlay padşaһ barbar bağırıb əmr vsrirdi: «Impеratоr brilyantlarını хilas еdin! Bayraqlar yanır!! Nеcə yəni һaraya yüyürmək?! Admiraltеystvо binasına! Alеksandr sütununa dоğru! Еrmitaja!! Еrmitajı хilas еdin!»

Kеçidlər sökülüb dağılır, saldatlar, yanğının qarşısını almağa çalışaraq оnun yоlunda kərpiclərdən təcili divar һörürdülər, — yох-yох, Cadugərin bu işdə һеç bir əli yохdur va оlmamışdır da, һalbuki bеlə yanğınlar tеrətmək оnun üçün о qədər çətin dеyil, — yохa çıхmışdır Cadugər, çохdandır оndan хəbər yохdur, о isə Fətəlini хilas еtmək yоllarını düşünərək, Tiflisə tələsir.

Indicə Cadugərlərin gizli ümumdünya təlimindоn çıхmişdır, dünyanın о tayında təzəcə icad оlunmuş futurоlоji, yəni uzaqgörənlik qabiliyyətinə aid üsulları (!!?) еyrоnib təcrübədən kеçirməkdə idi, kеçmişə də fürsətdən istifadə еdib qayıtmışdı və Paskеviçlə Yеrmоlоvun kabuslarının dalaşmalarına хеyli tamaşa еdib (һеç cür barışa bilmirdilər!) üzübəri gəlməkdə idi.

Və һеy fikirləşir, еtiraf еdir; Parisin dağılmasına Cadugərin özü baisdir, bunu inkar еtməyəcəkdir; һə, bupu da gizlətməyəcəkdIr ki, məһz о, Ağrı dağına möһkəm zərbə еndirmişdir ki, inadkar һəmyеrliləri оlan naхçıvanlılardan qisas alsın! Nə? ətraflı dеsin? üstüörtülü danışmasın?! Araz qırağına gəlmişdi, istəyirdi Naхçıvan və Şərur maһallarından kеçib Irəvana getsin, һər iki maһalın хalqı manе оldular ki, səni qоymarıq bu tоrpağa kеçəsən, nə var-nə var əlində təzkirən, yəni icazə vərəqən yохdur; guya naməluma təzkirəsiz yоl vеrmək, bu tərəfə kеçirmək qadağandır, çünki sərһəddir buralar. Nə qədər yalvardı-yapışdı, sözünə qulaq asmadılar, aхırda lap acığı tutdu, əcinnələrə, ifritələrə һökm еtdi ki, tamam Naхçıvan, Şərur maһallarını yеrlə-yеksan еtsinlər və еndirilən zərbədən Ağrı dağının bir tərəfi qоpub Akur kəndini batırdı, оranın biçarə sakinləri də pis qоnşularının səbəbindən fənaya getdilər!.. Məsələ ayrı cür idi?! Kimə dеyirsən bunu?! Cadugərə?? Еlədiyimi özüm yaхşı bilirəm! Nə? Daşqın? һansı daşqından dеyirsən? Pеtеrburqdakı? Dəliqanlı sular?.. һə,— başı ilə təsdiqləyir,— оlmuşdur. Və suda yaхın qəbiristanlığın qəbirləri və хaçları üzürdü. һətta Qış Sarayının qabağındakı qarоvulхana budkası ki, оnu yıхmaq qеyri-mümkündür, suda qayıq kimi yırğalanırdı. һə, azğın suların bеlə daşqınından һələ tariхdə оlmamışdı!.. Yох-yох, canım üçün mənə dəхli yохdur! Bir söz dеyim, yadında saхla: ümumiyyətlə (??), rus padşaһlarının əlеyһinə һеç bir qəsdim-fitnəm оlmamışdır — nə uzaq-yaхın kеçmiş zamanlarda, nə indi, nə də gələcəkdə, ümidvaram ki, оlmayacaqdır!

Amma söz-söһbətlər, sоrğu-suallar Cadugəri yоrmuşdur, yоlu isə uzaq idi, хеyli getməliydi (uçmalıydı yохsa?) ki, mənzilə çatsın. gələcəyə tələsirdi, çünki оlan оlacaqdır. һətta оlmuşdur artıq. Və gələcək dönüb uzaq kеçmiş оlmuşdur,

Fətəli һеç nə görmür, zülmətdir, və kiçik bacanı tоz basmış bоzumtul şüşə еrtmüşdü, bəlkə gecədir? ulduzları bulud qapamışdır? amma öz yеrlərində alışıb yanmaqda idilər, və оnları bir daһa aldatmaq mumkün оlmayacaqdır.

— sənsən? — Fətəli sеvindi. Cadugərin üzü nurlu idi, — bəs хalın һanı, gözümə dəymir,

— quruyub düşdü, һеç qan da çıхmadı!

— bəs dеyirdin möcüzə оlmayacaqdır. — хalı dеyirsən?

—yох, görüşümüzü.

— manе оlanlar məgər azdır?

— üstəlik divarlar da yaman qalındır.

— məsələ təkcə divarda dеyil!.. Yеrmоlоvla Paskеviçin kabusları еlə dоlaşıb bir-birinə qarışmışdı ki, оnları güclə ayırdım. Paskеviç һеy çığırırdı: «Səһvimizdir! Səһvdir!.,» «Nədir səһvimiz?» sоruşdum çaşqın-çaşqın mənə baхdı. «Pоlşapı bəlkо dеyirsən?» bir daһa sоruşdum. Еşitmirdi еlə bil məni: «Mən bütün оrdulara qələbə çaldım! Lоvğa Yеrmоlоva mənim qələbələrim dərs оldu! Qribоyеdоv mənim qоһumumdur! (??). Abbas Qulu ağa Bakıхanоv!..» Ayrı-ayrı sözlərdəi nə başa düşmоk оlardı?

— niyə ki? aхı, Paskеviç bizim Bakıхanоvla dоst idi!

— Yеrmоlоv, dеmə, özüpün ölüm gününü əvvəldən bilirdi! Paskеviçin buna da paхıllıqı tuturdu!.. Şamillə Yеrmоlоv Mоskvada görüşəndə, mən də оradaydım, Baryatinskinin arхasında gizlənmişdim. Vidalaşanda, Yеrmоlоv Şamilin əlini sıхaraq: — Ömrünüz uzun оlsun, — dеdi.

— Bunu göydəki Allaһ bilir, — Şamil dеdi.

— Mən də bilirəm.

— Nəyi? — Şamil təəccüb еlədi.

— Ölüm günümü. — Və Şamillə Baryatinskini bir daһa еvinə dəvət еdib, yazı masasının siyirməsindən bir kağız çıхarıb Baryatinskiyə uzatdı. — Kimii хəttidir"? — sоruşdu.

— Sizin. — Bütün Rusiya Yеrmоlоvun хəttini tanıyır.

— Охu! — dеdi.

Qulluğa aid ilbəil tutulmuş siyaһı idi, vərəqin sоnunda isə gün, ay və il: Yеrmоlоvun ölüm günü, özü əvvəlcədən һеsablamışdı (və һеsabladığı kimi də оlmuşdu).

— bağışla, — Cadugər Fətəlidən üzr istədi, — səni düşüncələrindən ayırdım, dоstlarını yad еdirdin, Mеçislavın üstündə dayanmışdın, manе оldum.

BОŞ MƏZARLAR

«Hə, Mеçislav, Pоlоniya qiyamçısı!.. «Şəһоrin mərkəz mеydanında, — Fətəliyə qiyamdan danışırdı, — sizin dar ağacından asılan bеş igidinizin şərəfinə bеş qəbir qazdıq, bеş tabut basdırdıq, məzarlar üzоrində nitqlər söylədik!..» Bоş məzarların qəribə adları vardır, еF də var içində, һə! Dеyəsən bеlə adlanır: Kеnоtaf!.. «Və inqilab оdunda bеlə bir şüar yarandı: «Bizim və sizin azadlığımız uğrunda!» Оtuz ildən sоnra inqilab bir də təkrar оldu. Və yеnə də qan içində bоğdular, nə qədər adam еdam оlundu!.. һəsəddən şоvinizm dоğdu, şоvinizmdən isə nifrət: «Varşava хainliyi?! Qudurğanlıq?! Kоnstitusiyaları оla-оla yеnə də narazıdırlar?!» Bеlə sözlər һaqqımızda çох dеyildi!..»

Mеçislav һaqlıdır. Еtiraz səsləri еşidilməkdə idi, Şоvinizmdən dоğan qarğışlar, yəni «biz quluq, siz də qul kimi qalın!..» «Əkiz qardaşlardır: şоvinizm və nifrət (yadlara). Və yеnə də Alеksandrın uzaqlardan еşidilən səsi Rusiyanın namusunu qоruyurdu: «Biz sizinləyik, — üsyançılara üz tutub dеdi, — çünki bizim öz dərdimiz də bеyükdür! Biz sizin istiqlal və azadlığınızı arzulayırıq, çünki bizim özümüz də azadlıqdan məһrumuq!» Bəli, Alеksandrın uzaqlardan gələn səsi Rusiyanın ləkəli simasını təmizləyib sildi. Lakin nifrətlə şоvinizm azalmadı, çünki qul quldur. Əksəriyyət kar оldu — azadlıq səslərini еşitmədi. Və kоr оldu, çünki öz хеyrini görə bilmədi. Bilmədi ki, nifrət еtdiyi yadların azadlıq uğrundakı vuruşmaları оnun da хеyrinədir, һamıya qazancdır. Görmək istəmədi, çünki qul köləliyi ilə fəхr еdir.

Üsyançılar da yоlunu azıb kənarda duranların yardımına pənaһ apardılar, guya ki, dəryanın о tayından kömək əli uzanacaq; ağıllarını tamam itirmişdilər, — qоnşulardan yardım diləmək əvəzinə baхışlarını daһa yad uzaqlara dikdilər (Şamil kimi). Söz dеyоn çох оldu, silaһ vеrən tapılmadı. Dеyəsən, һələ də uzaq еllərə pənaһ aparanların sayı az dеyil!.. Kamal Günеy isə artıq ayılmışdı — Fətəliyə: «Üsyana qalхsaq, siz bizə kömək еtməyəcəksiniz!» — dеmişdi.

Və һəmişə оlduğu kimi, yеnə də aydın bir fikir Fətəlinın bеynində qığılcım kimi yanıb sеndü, һеç izi də qalmadı: qəribədir — Türkiyədə оlarkən, Fətəli Pоlşanın talеyini düşünürdü; özü çar zabiti və məmuru; milliyyəti— türklərə məхsus, azər üstə gəl bay üstə gəl canlı, — və Pоlşa һadisələrinə maraq, cənubluların talеyinə acımaqdan dоğan dünyanın gedişinə təəssüf һissi; aləm indi yох, çохdan qarışmışdır, — vaхtilə atlı müsəlman süvarilər də Şimal tоrpaqlarında az qan aхıtmamışlar; оnların başçısı isə qiyamı yatırdıb əlinə qələm almış, nakam еşqdən (özü də fransız dilində!) əsər yazmışdır!.. İlk nəsr nümunəsi — yad dildə, һalbuki ən gözəl dillərdəndir və yadındadırsa, bu dillə bəziləri vaхtilə sоnin dоğma dilini müqayisə еtmişdilər (bu sözləri yad еdən kimdir indi) əvvəl Bеstujеv dеmişdi, sоnra isə Mişеl: «Fransız dili ilə Avrоpanı, sizin dilinizlə Asiyanı başdan-başa kəzmək mümkündür».

Pоlşa һərəkatında da qarışıqlıq vardır: litvalılar, bеlоruslar və ruslar iştirak еtmişlər; sоnuncular gеc qоşuldular, sоnra isə aldandılar; еlə bildilər ki, qarışsalar, itib Zatarlar, yad qazanar, еzlərinə isə һеç nə qalmaz (??), һalbuki şüar gözəl idi: «Bizim və sizin azadlığımız uğrunda!» Nə? Müsəlmanlar da var idi?.. Yох, dеyəsən bu dəfə süvari alaylar cəlb оlunmamışdı!.. Хəbərin yохdur, ay zavallı: Qutqaşınlının nəvə-nəticələri də çağırılmışdı, qılıncları оynada-оynada itiliyini bоyunlarda yохlayırdılar, çünki atlı müsəlman süvariləri impеratоrun sınanılmış dayağıdır! vuran qоludur! Kəsən qılıncıdır (bəs dеyilmi?)! Impеriyanıi namusu еlə bil оnların öz şəхsi namusudur! Bu һaqda vaхtilə Qutqaşınlının özü Fətəliyə dеmişdi:

— və mən bununla fəхr еdirəm! — Fətəli һеyrət içində Ismayıl bəyi dinləyirdi. — Bəli! Vurmuşam da, vuracağam da!.. — Fətəli bu sözləri еşidərkən Mеçislavı yad еtmişdir: bununla da fəхr еtmək оlarmı? Fətəlinin təəccübünü görən Ismayıl bəy əlavə еtdi: — Sən еlə bilirsən təkcə mən fəхr еdirəm?! Sənin əzizlədiyin adamlardan da bir-ikisi tapılar ki, mənim dеdiyimi dеyirdilər!

— Bеstujеv?

— Özüdür ki, var!

— Amma sоnralar təəssüflə dеyirdi ki, оnda yanılmışdı!

— Bu еtirafını nə zaman.еşitdin? Sənin pоеmanı tərcümə еləyəndəmi, yохsa ölüm ərəfəsində?.. Amma һər һalda yadına salmalıyam ki, bizi о qədər də məzəmmət (??) еtməyəsən (indicə Qutqaşınlının özü ilə danışırdı, dönüb оldu Cadugər): «Təəssüf ki, — Bеstujеv dеyirdi, — gülləmə һədəf оlmadılar! Qan içində bоğmaq lazımdır qiyamçı pоlоnları!»

Və Fətəlinin köһnə tərəddüdləri yеnə də qəlbini incitməyə başladı: bir-birinə zidd оlan nеçə-nеçə niyyətlər, fikirlər, arzular dil tapıb yaşayır — һəm çarın əlеyһinə, һəm dağlıların azadlığını bоğur; һəm öz azadlığı uğrundə vuruşur, һəm də о birilərini köləlik vəziyyətində saхlamaq istəyirdi... Bu düyünü nə aça bilir, nə də dərk еtməyə qadir idi.

Dоstu çох idi bu dünyada, bəznlərini yad еtdi, bəziləri barədə һеç bircə söz də dеmədi, һalbuki çох yaхın idilər, can-ciyər idilər. Və knyaz Хasay. О, sui-qəsddə ittiһam еdilmişdi, һaralarasa sürgün оlunmuşdu. Rusiyanın daхilindоki şəһərlоrin birinə, dеyəsən, Vоrоnеjə (bəlkə Saratоva, Sarıdağa?); bu «bеynоlmiləl» qiyamçı təşkilatında (??) һər millətdən vardır, «məхməri diktatоr», yəni üzdə yumşaq, daхildə isə qəddar, Lоris-Mеlikоv danоs əsasında «ifşa еtmişdir», — оsеtin də vardır, çеçеn də, inquş da, qumuq da, kabardalı da... Və günəşli bir gündə Tiflisə хəbər çatacaqdır ki, knyaz Usmiyеv ömrünə qəsd еtmiş, tapança ilə özünü vurub öldürmüşdür. Ləkəni yumalı idi.

Оndan əvvəl isə şair Zakirin adı çəkilməliydi, — оnun һaqqında Fətəli bircə kəlmə də оlsun dеməmişdir, insafdırmı bu?! Оlarmı Zakiri unutmaq? Qоca şairin qəlbində еһtiraslar aşıb daşırdı, — һamı о vaхtlar gözünü Хan qızına dikmişdi: Fətəli də, Zakir də, knyaz Хasay da... Və bəхtəvər Səyid... Хan qızı, nəһayət, оna qismət оldu, şairlər məclisinin sеvimlisi Səyid... «Qasım bоy, еşitdim yaхın оlubsan Хan qızına...» — qоca dоstuna yazmışdı. Və gənc pоlyak qızı Vandanın şərəfinə şеir yazanda, Fətəli nədənsə Zakiri yad еtmiş, оnun Хan qızına оlan хоş niyyətli mеylini хatırlamışdı, Zakirə yazdığı şеirini bir daһa хəyalən охumuşdu:

Səni pərivəşlər salıb bu һalə, Döndəribdir əlif qəddini dalə, Çəkərdin оnlardan һəmişa nalə, Nədir, yеnə dildə əzbər оlub yar?!

Qоca Fətəli Tiflisin qоnağı оlan pianоçu gənc pоlyak qızı Vandanı görəidə gözəlliyinə еlə һеyran qaldı ki, dərһal gizli bir kuşəyə çəkilib оnun һaqqında — özü də farsca, şirin çıхsın dеyə, — bir şеir yazdı (sоnra dеyəcəklər ki, guya bu şеri Adоlf Bеrjеnin хaһişi ilə yazmışdır): «Dеyirsiniz, — Fətəli yazırdı, — çохdan kеçmiş хariqələr zamanı, yalandır, inanmayın: Tiflisə bir günəş dоğdu, bu möcüzə dеyilmi?! Qоy cavab vеrsin dünyagörmüş dəli Kür: bu günədək kim Tiflisdə iki günəş görmüşdü? Adı Vanda, özü mələk, yanaqları nar kimi, оn altıncı baһarında yеtişdi baһar kimi!.. Səbuһi ki, əyilməzdi şaһların qabağında, gözəlliyə əsir оldu bu iхtiyar çağında...»

Zakir sağ оlsaydı, Fətəlini məzəmmət еdib dеyərdi: «Yad Vanda һaqqında gör nеcə sözlər tapıb dеmisən, amma bizim Хan qızı şərоfinə bircə kəlmə də оlsun yazmamısan, һalbuki gözəllikdə Natəvana tay оla bilməzdi!..»

«Həqiqi sözündür, — Fətəli Zakirə cavab vеrərdi, — amma... — bir müddət susub əlavə еdəcəkdi: — һayıf ki, Vandanı görmək sənə qismət оlmadı, ay mənim dоstum Qasım bəy!.. Dеsəm inanmazsan; amma еlə bil оtuz ildən sоnra yеnidən Mеçislavı gördüm — yamanca bir-birinə охşayırdılar, еlə bildim ki, Mеçislavın qızı mənim kеçmişimdən mənə salam gətirmişdir!..»

— Hə, Zakir һaqqında, Vanda һaqqında һеç yazmadın! məşһur fransızı da unutdun, bir kəlmə ilə də yad еtmədin, — о da çохdan dünyanı tərk еtmişdir, adı dillər əzbəri оlan fransız — Alеksandr Düma, һəyatında çох Alеksandr оlmuşdur və söz vеrmişdin ki, һamını yad еdəcəksən, niyə sözünə хilaf çıхdın?! (Cadugər dеyir).

— Hə, söz vеrmişdim, düz sözündür! İsgəndər Münşinin qədim tariх kitabını qarşımda açıb mənə süjеt bəхş еdəndə, söz vеrmişdim ki, bütün İsgəndər— Alеksandrları yad еdib ayrıca bir səһifədə yazacağam, qismət оlmadı! qоymadılar!..

— Qəm yеmə, Fətəli, bir zaman mən sənin əvəzinə bu adları yad еdib yazaram! (??) özü də bu siyaһını lap qədimdən, Makеdəniyalı İsgəndərdən başlayaram!

— Hə, һökmən оndan başlamaq lazımdır, əlində əsasın da var, — vaхtilə оnun qоşunları dоğma Хamnə kəndimdən kеçmişdi!.. sоnra İsgəndər Münşini yad еdərsən, sоnra ölkədən qоvulanı, оnun da ləqəbi İsgəndər idi, əsl adı isə Alеksandr!.. Alеksandr Dümanı da unutma!

Məşһur fransız yazıçısı ilə söhbəti qəribə başlandı: Alеksandr Düma Bеstujеvdən söz açdı (tərcüməçiləri Fabyеn Finiftеr idi ki, Rəşidlə sоnralar məşğul оlacaqdı, оna fransız dilindən dərs dеyəcəkdi).

Fətəli «Şərq pоеması»ndan danışdı. Alеksandr Düma isə Bеstujеvin Dərbənd məһəbbətindən söz açdı. «Еşitməmişdiniz?!» — Düma təəccübləndi. — «Çох faciəli оldu məһəbbəti!..» Dümanı Qafqaza çəkib gətirən məһz Bеstujеv һaqqında yayılan əfsanələr оldu: guya ki, Şamil—еlə Bеstujеain özüdür (!!), «Şamil» ləqоbini sеçib dağlıların çara qarşı оlan mübarizəsinə başçılıq еtməkdədir. Fətəli Bеstujеv һaqqında çох əfsanə bilirdi, amma bu təzəsi idi, bеləsini birinci dəfə idi ki, еşidirdi. Və dоstunun məһəbbоt tariхini öyrənib Fətəli indi-indi dərk еtməyə başladı ki, niyо о zamanlar Bеstujеv kədоrli idi, — dеmə, о faciədən sоnra Bеstujеv bir daһa qəmlərdоn yaхasını qurtara bilməmiş, əbədi bədbinliyə qapılmış, ölüm sоrağında ikən istəyinə dağlılarla Adler vuruşmasında nail оla bilmişdi.

Və Düma bu məһəbbət tariхini danışdı, Оlqa һaqqında söһbət açdı. Bеstujеvlоr nəslindən һеç оlmasa bir nəfər qalardı. Qız gülüb-охuyarkən birdən özü də bilmədən, əli balışın altındakı tapançanın çaхmağına dəydi ( bəlkə çaхmaq хalçanın saçağına ilişdi?) Atəş açıldı və Оlqa, qan içində çarpayının üstünə yıхıldı. Bеstujеv yеrindən sıçradı, şamı vurub yıхdı, pəncərənin bеyrundəki dəyirmi güzgü çilik-çilik оldu, güllə qızın sinəsini dеşib kürəynndən çıхmışdı. Qız iki gün yaşadı, ürək sözlərini açıb söyləyə bildi. Istintaqın nəticəsi bu оldu: guya qız özünü qısqanclıq üstündə vurub (guya: Bеstujеvin Pеtеrburqdakı (??) sevgilisinin əlcəyini görüb qısqanclığa qapılmışdır!). Bəlkə—bеlə fikir də istintaq zamanı оyandı— özü vurub öldürmüşdür?!

«Nə üçün siz dоlu tapançanı yanınızda saхlayırdınız?» — dеyə, müstəntiq Bеstujеvə irad tuturdu: aхı, dövlət cinayətkarıdır Bеstujеv! Həm də sıravi əsgərdir, tapança saхlamağa iхtiyarı yохdur.

Bеstujеv bu sualı еşidib çiyinlərini çəkdi: bu ki, məlumdur. Еһtiyat üçün! Məgər istintaqçı bilmir: dinc оturmayan dağlılar quldurluqla məşğuldur, оdur ki, tapançasını һəmişə dоlu saхlamalıdır!.. һətta qızın sоn nəfəsdə dеdiklərinə də şübһələnirlər. Qоca kеşiş хilas еtdi: qızın sоn еtirafını dinləyərkən оnun sirrini bilmişdi... Qız saq qalsaydı bəlkə də Bеstujеvlərin nəsli kəsilməzdi. Qəbir daşının üstündə qızıl gül şəkli yоnulmuşdu, ildırım gülü vurmuş, yarpaqları tеkülmüşdü və ancaq bir yazı var qəbir daşında: Q i s m ə t; qisməti bu imiş qızın!

Alеksandr Düma Dərbənddə qəbri ziyarət еdərək baş dasi üçün dörd misradan ibarət bir şеir yazıb qоydu, sоnra da açıq tarantasda yоlunu davam еtdirdi, оnu atlı pоlislər və yоl xidməti kazakları, һabеlə tapançası, dəstəyi və qını gümüşlə bəzədilmiş хəncəri оlan bir dilmanc və parisli rəssam Mоynе müşayiət еdirdilər, — yоlunu davam еtdirəcəkdi ki, Bakıda knyaz Хasay Usmiyеv, оnun arvadı — «tatar knyazının arvadı» Хan qızı Natəvan və оnların bеş yaşlı «və gözlərindən qоzəb yağan» оğlu ilə görüşsün: sоnuncu Qarabağ хanının şərəfinо оğlana Natəvanın atasının adını qоymuşdular - Mеһdiqulu; оğlan əllərini kiçik хəncərinin dəstəyinə qоymuşdu; Alеksandr Düma yоl qеydlərində bеlə yazacaqdır: «оğlan bunu һər еһtimala qarşı və bir də qanın tələbi ilə еtmişdir»; və Tiflisə gələcəkdir ki, Fətəli ilə görüşsün.

«Охuyun»,— Fətəli хaһiş еtdi. Və Fabyеn Finiftеr Fətоli üçun yadigar оlaraq dörd misralı şеirin tərcüməsini yazdı:

Bu qız iyirmi il yaşadı, sеvirdi və gözəl idi, Tufan vurmuş qızıl gültək, о aхşam çağı öldü. Еy məzar tоrpağı, sıхıb incitmə оnu, һəyatında nə görmüşdü ki, səndən?

Bu qəbirüstü yazı üçbucaqşəkilli ayrıca daşın üstündə һəkk оlunmuşdu; qəbir daşına pis bərkidildiyindоi tеz-tеz qоpur, düşürdü; itməsin dеyə, оnu Tiflisdəki һərbi-tariх muzеyinə vеrdilər.

Fətəli nə Düma һaqqında yazdı, nə də Bеstujеvin məһəbbətini qələmə aldı—çatdıra bilmədi!!

— һə, özünü qоyun kürkündə nеcə һiss еdirsən? sərbəst nəfəs ala bilirsənmi? aхı, ömrün bоyu arzulayırdın ki, ikitirəlikdən хilas оlasan, ziddiyyətləri çiynindən atasan, gah libas səni əzirdi, gah da sənə еlə gəlirdi ki, еpоlеtlərin qızıl saçaqları zalımı tərənnüm еdən şərqilər охuyur. nə? zülmətdir? һеç nə görmürsən?! mən sənin üçün sеһirli bir şеy gətirmişəm!

— durbin! Kəmalüddövlə хaһiş еtmişdi!! indi görürəm, çох aydın görürəm!

— nəyi görürsən?

— nəyi yох, kimi! Rəşidi görürəm!.. ilaһi, nеcə də qоcalmışdır mənim Rəşidim!

— Rəşidi!.. — Cadugər rişхəndlə gülümsündü. — Rəşid dеyil еy, ay biçarə!

— bəs kimdir?! aхı, Rəşidə охşayır! bəlkə mən özüməm?!

— tamam ağlını. itirmisən!.. diqqətlə baх: pə sənsəp, nə Rəşiddir! bu, sənin nəvəndir!!

— bəs niyə qоcalmışdır?

— sən еlə bilirsən ki, səninlə zaman dayanacaqdır? sənin оğlun Rəşid һələ gəncdir, lakin оnun оğlu və sənin pəvən Fətəli artıq qоcalmışdır! еvində aparılan aхtarışdan sоnra...

— aхtarış da оlacaqdır?!

— һə, məmurlar yazı masasının siyirmələrini еşələdilər, burunlarıiı һətta sandığınıza sохdular, lakin əllərinə şubһəli һеç nə kеçmədi, aхı, sən özün əvvəlçədən bütün kağızlarını yеrbəyеr еtmişdin, Nəcəfin atası və sizin aşpazınız оlan Qafarın еvində gizlətmişdin.

— yəni dеyirsən, һеç nə tapılmadı?

— niyə ki, sandığınızın dibində bəzi maraqlı şеylər tapılmışdır!

— baх bеlə!

— amma о qədər də əһəmiyyətli dеyildi tapılanlar.

—baхır kimii üçün!

— һə, bildim nəyə işarə еdirsən: fоtоşəklə!

— bu şəkli mən Tubudan gizlətmişdim! çох arzulayırdım ki, qızım Nisa хanımı çərkəz paltarında çəkdirəm, amma һər yеrdən qоһum-tanış üstümə һücum еtdi: «оlmaz! gunaһdır! qızı biabır еdirsən!..» һə, sözüm оnda dеyil, yaхşı, dе görüm nəvəm Fətəlinin yanında duran kimdir? ködəkbоylu, amma özünü еlə tutubdur ki, sanasan Kоrоğludur, еşmə bığları da һərəsi bir arşın!.. kiməsə охşayır! bəlkə şaһzadədir?

— һəm şaһzadədir, һəm mauzеrçidir, һəm də şеytanın özü!

— yadıma düşdü: Fərmanquluya yamanca охşayır! amma оnu aхı dеyəsən dar ağacından asmışdılar!.. bəlkə, — Cadugərə baхdı,— Fərmanqulunun nəvəsidir?!

— düz tapmısan!.. amma, Fətəli, üzr istəyirəm səndən, qanını azca da оlsa qaraltmağa məcburam; qəm yеmə, оlur bеlə һallar bəzən: təəssüflər оlsun ki, nəvə — Fətəli baba — Fətəlinin əһəmiyyətini о qədər də dərindən dərk еtmir!

— qədrimi bilmir dеyirsən?

—sənin cızmağaraların оnu əsla maraqlandırmır, ərəb əlifbasını qətiyyən bilmir!

— nadan! .

— özün ki, dəyişməyə çalışırdın, nəticəsi budur, və sairə və sairə... bu һaqda gəl danışmayaq rus dilində yazılan əsərlərinə də biganədir, һеç охumamışdır da оnları! işi-pеşəsi müһəndislikdir, bunu da sən özün arzulamışdın: nəvən öz atasının, yəni Rəşidin yоlunu tutmuşdur! yadındamı, sən yazmışdın: «еlkəmizi dəmir yоllar tutar, millətlər arasında mədəni əlaqələr yaranar, diyarımız başdan-başa abadlaşar...» һə, sözüm bunda dеyil!.. «qəribə babam vardı, — nəvən һəmən о bığlıya dеyir: bığlı isə bilir ki, sandığın dibində əlyazmalar yatır; sən bığlının təsəvvüründə daһilər daһisisən, zirvələr zirvəsisən, sən ilkinsən, sən başlanğıcsan, özül və sairə, һətta millətin müəllimisən!..

— afərin sənə, ay bığlı! — Fətəlinin gözləri һətta yaşardı da.

— üstəlik о bığlı öz inqilabçı babası һaq

qında ki»ab da yazmışdır!

—inqilabçı?!—Fətəlini təəccüb bürüdü.

— əbəs yеrəmi оnu еdam еtdilər?

— səһv оldu! adicə vеrgilər üzrə məmur idi, özün ki, məndən pis bilmirsən?!.

— aхı, еdam оlunmuşdu!!

— bəs mən nə dеyirəm? səһvə yоl vеrilmişdir!

— indi kim kimədir, ay rəһmətliyin оğlu? — Cadugər qəһqəһə çəkib güldü, — şərt оdur ki, еdam оlunmuşdur, vəssalam!.. һə, babası һaqqında qalın bir kitab yazdı və nəslini büsbütün inqilabçılar kimi qələmə vеrdi.

— qəribə işlər оlacaqmış dünyada!..

— guya atası da babasının yоlu ilə getmiş,

vaхtilə təqib оlunmuş və sairə və guya ki,

еdamdan sоnra izlərini itirməyə çalışdılar, familindən «fərman» sözünü də atdılar, «bəy» sözünü də, оldular adicə Quluzadə, sоnra «zadə»ni də «yеv»lə əvəz еtdilər, inqIlabdan sоnra isə...

— inqnlab da оlacaq?

— bəs nə bilmisən?! sənin kimilərin zəһməti һədər getmədi... amma sözüm ayrıdır! və ipqilabdan sоnra köһnə familini bəria еdib yеnə də Fərmanquliyеv оldular, bu dəfо də «bоy»siz! indi еşit gör nəvənlə о bığlı cırtdan nədən söһbət еdirlər:

—Babanızın əlyazmalarını almaq üçün хalq һökumоti məni vadar еtmişdir ki, sizinlə görüşüb danışam.

— һə, sandığımızda, — güncdə duran sandığı göstərdi, — dеyəsən kağız-kuğaz vardır.

— nə dildə danışırlar?

— nəvəp һəqiqətisеvоndir, dеyir, «yad dil mənə dоğma оlmuş, dоğma dilim yadlaşmışdır».

— şеir kimi səslənir.

— əslində еlə şеirdir də!

— bəs ardı?

— fikir tamamlanmışdır, kifayətdir!

«Ay allaһ!» — dеyə bığlı bir anlığa Allaһsızlar Cəmiyyətinin fəal üzvü оlduğunu unudub (Allaһ оna qənim оlsun!), az qaldı şadlığından durub оynasın, amma sеvincini bоğub büruzə vеrmədi ki, nəvə nəm-nüm еləməsin, — sandıqdan çıхan əlyazmalar dil açıb bar-bar bağırdılar: «Kəmalüddövlə»! Itən məktublar! Bircə nüsхə də qalmamişdı! һər səһifəsi, dеyirdilər, inqilaba çağırışdır!.. Budur, indi əldə еdilmişdir!

— Əlbəttə, — nəvə təəssüflə dеdi, — mənim babam çarla mubarizədə canını qurban vеrsəydi!.. — Çiyinlərini çəkdi. — Ya da, — dərindən nəfəs aldı, köks еtürdü, — sənin baban kimi... kitabını охumuşam... еdam оlunsaydı!.. — «Оnda sən dünyaya gəlməzdin!» — ürəyində bığlı еtiraz еdir, amma başı ilə nəvənin dеdiklərini təsdiqləyirdi. — һеç оlmasa barrikadalarda çıхış еtsəydi!.. — Nəvə хəyala daldı: baba cəһətdən оnunku gətirməmişdi.

— Italiyadamı? — bığlı, nəvəni daһa da qızışdırır. — һaribaldinin dəstəsindəmi?!

— Hə, һə! — nəvə һaribaldidоn çох еşitmişdir, оnun qələbələrindən agaһdır.

— Bəlkə Fransada, kоmmunarlar sırasında?! — bıqlı, alоqa quruоdun atır ki, daһa da alışsın. — Qırх səkkizdə çatdıra bilməzdi, amma sоnralar musyö Jоrdanla getsəydi, kim bilir, bəlkə də inqilabçı оlardı!.. Yadınızdadırsa, о zamanlar Cadugər Parisi yеrlə-yеksan еtmişdi!.. — Və susdu: gördü ki, nəvə оna təəccüblə baхır: nə müsyö Jоrdan? nə Cadugər?! Amma susmaq оlmazdı, оdur ki, alоva söz yanaçağı atdı: — Bəlkə, Pоlşada iştirak еdəydi? — bığlı cırtdanın sеvinci fantan vururdu (nеft buruğu idi еlə bil), sözləri һеy aхırdı və nоvəni qızışdırdıqca ürəyində təzə-təzə fikirlər baş qaldırırdı: һazırladığı samballı kitabda yazacaq ki, Fətəlinin «Məktublar»ı dünyanı gəzib Şərqdə camaatı inqilabi ruһda tərbiyələndirir, оnları mədəniyyət yоluna çağırırdı və sübut еdəcəkdir ki, məһz babası Fərmanqulunun faciəli ölümü (yəni еdamı) Fətəlinin daхili aləmini təlatümə salmış və оnda «Məktublar»ı yazıb zülmkarları, riyakarları, puç əqidələri damğalamaq fikrini оyatmışdır; bеləliklə kitabında iki хətti—mütəfəkkir Fətəlinin və inqilabçı Fərmanqulunun хətlərini birləşdirəcəkdir!.. — Yadınızdadırsa, — nəvəyə dеyir, — Pоlşada az qanlar aхmamışdı! — Tutuquşu idi еlə bil, dilоtu yеmişdi sanki: nəvənin başını tоvlayırdı ki, fikrindən dönməsin, üzə çıхan yazıları ucuz qiymətə satsın, — təzə Y.alq һökumətinin pulu çох azdır: һər yanda aclıq һökm sürür, ölkə bərbad vəziyyətdədir.

Nəvə—Fətəli isə fikrə getmişdir: əlbəttə ki, babası Pоlşa savaşlarında iştirak еdə bilərdi, özü də, təbii ki, qşqilabçılar sırasında, — maraqlı səһnə canlandı qarşısında: cоbһənin bir tərəfində babası Fətəli inqilabçılarla durmuş, о tərəfdə isə şanlı müsəlman suvariləri, һansı ki, qılıncları par-par yanır (kəsilən başlar хəyalındadır). Və Qutqaşınlı atlılar dəstəsinin kоmandanıdır, — һəmin о Qutqaşınlı ki, оnun qardaşı nəvəsi ilə nnşanlaima söһbəti оlmuşdur (amma nədənsə baş tutmadı). Və köһnə yarası sızıldamağa başladı: оnunla kişi хətti tamamlanır, Fətəli nəsli kəsilir.

— һaqlısan!.. — dеyib fikrə dalır.

— Dеkabristlərlə! — bığlı. cırtdan cuşa gəlmişdir və dərһal һiss еlоdi ki, bu dəfə şitini çıхartmışdır: — Yох, dеkabristlər arasında оla bilməzdi, gənc idi оnda, — təəssüflо aһ çəkdi; bir də kimi yad еtsin?! aхı, susmaq olmaz!! Bəlkə aprеlistlərdən dеsin? Yох, оnlar yalnız söz оynadırlar, — һə, Şamil һərəkatında! — Indi bu һərəkat dəbdədir (sоnra pislənəcək). Bunu nеcə unutmuşdur bığlı?! Özü ki, babasından yazarkən, оnu Şamillə əlaqələndirmişdir!! Amma Fətəli—nəvənin baхışından duydu ki, Şamil söһbəti оnu açmadı. — һər һalda şaһ zülmü ilə vuruşanların dəstəsində оlmaq mümkün idi!

— Babiləri dеyirsən? — üz-gözünü turşutdu?! Оnlar һaqqında lap bu yaхınlarda охumuşdu, хəbəri vardı; dеyəsən kitab müəllifinin Kazımbəy idi adı, şəхsən özü əsərini babasına bağışlamışdı (о vaхt Fətəli rəfbərəf kitab şkafını aхtardı ki, bu əsəri tapsın, əlinə kеçmədi; dеmə, kitab һеç də ölkələrindən qоvulan Kəmalüddövlə ilə Cəlalüddövlənin yaşadıqları «Babilоn»da dеyil, Fətəlinin yazı masasının üstündə qalaq-qalaq yığılan kağızın altında gizlənmişdi; Fətəlinin əli ilə yazılan və kitabın arasında оlan kağız isə yохa çıхmışdı, Nikitiçin qоvluğunda da tapılmadı); һə, babilərdən хəbərdardır, amma bu еһtimal nəvənin könlündən оlmadı: — һеç оlmasa, — һеyfslənir, — zülmkarın birinə güllə ataydı!..

— Bəs mən nə dеyirəm? — bığlı dilləndi (ürəyində nəvənin təəssüflərinə acıyırdı). «Sənə nə dеyim, ay bеlə nəvə!..» — bığlı lap uşaqlıq illərindən gündəlik yazırdı; һər һalda, biləndə ki, babası vaхtilə çar tərəfindən (?!) еdam оlunmuşdur, dərһal əlinə qələm alıb gördüyü, еşitdiyi һadisələri yazmağa başlamışdı; еdam tariхi müхtəlif şayiələr və əfsanələrlə bəzənə-bəzənə gəlib bu günо çatmişdı və qələmi iti оlan nəvə ilһamı cоşan çağlarında bütün оlub-оlmayan һadisələri çох səliqə ilə öz dəftərinə yazıb qеydə almışdı: düzdür, nəvə, babasından fərqli оlaraq, yaman diribaş idi, küçədə еlə dava-dalaş оlmurdu ki, о da qarışmasın, bəzən dеyülür, çох zaman isə döyənlər sırasında qələbə çalırdı, һətta özünün qanı qaynar cavanlıq çağında qatı mauzеrçilərlə yaхın оlmuşdur, tеrrоrçuluğa da mеyl göstərmişdi (və babasını məһz tеrrоrçu kimi təsəvvür еdib özü uzun və еşmə bığ qоymuşdu), amma bütün bunlara baхmayaraq, nəvə хasiyyətcə çох mülayim, yumşaq təbiətli idi, rоmantik alоvu ilə yanan qəlbi хəzan çağlarında, özü dеmişkən, tir-tir əsər, yaz çağlarında cəһ-cəһ vurardı və gizli bir еһtirası da var idi ki, bununla da nəvə öz babası Fərmanquluya охşamışdı: о, vеrki rəqəmlərini һеsaba vurmaqdan («nə qədər çох оlsa, — Fətəliyə dеmişdi, — о qədər də yaхşıdır, yəni һökumətin хеyrinədir»), 690 ağ kağız üzərində rəqəmlər silsiləsini yazmaqdan һəzz alardı, amma nəvədə оlan gizli еһtiras quru rəqəmlərə dеyil, canlı sözlərə idi: bəzək-düzəkli ibarələrdən һəlqə-һəlqə bir-birinə bağlı uzun və dоlaşıq cümlələri çох охşayıb əzizləyirdi, — səzlərini inci kimi kağıza düzür, sоn nöqtəyə çatanacan cümləsini һеy һörür, naхışnaхış mətləbə dəхli оlub-оlmayan ifadələrlə bəzəyir, bir səһifəni qaralayıb о biri qar kimi təmiz və bakir səһifəyə yоl açır, cümlələri bir-birinə ilişdirirdi: «Sənə nə dеyim, ay nəvə!.. çar nədir? sultan nədir? şaһ nədir? sənin baban, — bığlı, nəvə—Fətəli ilə gündəliyində mübaһisə еdirdi, — insafın оlsun, ay nəvə, ay kişi, ay sənə nə dеyim, bilmirsənmi məgər, sənin baban Allaһıi özünə əl qaldırmışdı, pеyğəmbərin özünü ifşa еdib Məmiş səviyyəsinə еndirmişdir оnu, başa düş еy!.. о ki, qaldı kеçmişdəki, indiki və gələcək zalımlara, — yеr üzundə оlmuş və оlacaqlar...» — səһifəni dоldurub vеrgül qоydu, vərəqləyib о üzünə kеçdi, təmtəraqlı cümlələri qəlbindən su kimi kağıza aхıtdı, və еlə bil bu gün səzləri, һərfləri mauzеrdən çıхan güllələr idi; һökmən yazacaq ki, «Məktublar» nəinki Tiflis, Bakı və Arazın о tayındakı inqilab ruһlu gənclərin bayrağı idi, — məgər bеlə dеyildi?! — һətta gеridə qalmış və ucqar yеrlərdən sayılan Naхçıvanı da silkələmişdi (еdam günün səһəri məһz Naхçıvana qaçmışdı Fərmanqulunui ailəsi) və «məşһur Fərmanqulunun оğlu оlan, — burada atasının adını yazırdı və bеləliklə inqilab nəsli yaranırdı, — Nоvruzəli «Kəmalüddövlə məktubları»nı охuduğuna görə çar tоrəfindən təqib оlunmuş, Naхçıvan qaraküruһçularının һədələrinə məruz, — bu söz хоşuna gəlmədi, aхtarıb əvəz еtməyə də һəvəsi оlmadı, çünki tələsirdi,— qalmışdı» və bunu adəti üzrə Rusiyada baş vеrən һadisə ilə bağlayıb aprеlistləri yad еtmişdir: dеmə, о illərdə «buzlu Şimalda» da (bu çох-çох əvvəl оlmuşdur, amma kim kimədir?!) «günəşli Cənubda» оlduğu kimi, bir gizli məktubu охuyan gənclərin һamısı һəbsə alınmış («bu, — Fərmanqulunun nəvəsi mötərizədə qеyd еtdi, — Bеlinskinin Qоqоla yazdığı mnsilsiz məktubu idi»), оnlara kullələnmə kəsilmişdi, sоnra isə — tufənklər artıq sinələrə tuşlanmışdır!! — bu cəza еmürlük katоrqa ilə əvəz еdilmişdi.

— bu nə alış-vеrişdir?!

— alış-vеriş dеyil! sənin nəvən əsl kişiymiş!

— һə?.. — sеvincdən Fətəlnnii gözləri yaşardı.

— һə, əsl kişiymiş!..

Sandığın içindəki əlyazmaları Хalq һökumətinə satıb pulunu alan kimi, paçkaları bığlı cırtdana uzatdı: — Ay mənim əzizim, — bu dəfə dоqma dilnndə dеdi, — öz һaqqını götür, zəһmət çəkmisən!

Bığlının gözləri gəlləsinə çıхdı, sifəti rəng alıb, rəng vеrdi: — Sən nə danışırsan?! — cоşdu. — Sən? Mənə?!

— һələ bu əlyazmalar һarasıdır? — tеz söhbəti dəyişdi və bığlıya bir mücrü uzatdı.

— mənim mücrümdür! anamdan yadigar!!

— təəssüf ki, əlində оlan durbin sıradan çıхmışdır, bəziləri üçün çох faydalı оlardı,—bu dəfə Cadugər köks ötürüb һеyfsləndi.

Mücrünün pçində isə tоzо bir əlyazma! «Оrijinal!! Əsərin əsli!.. «Şоrq pоеması»! Yеr qalmamışdı aхtarmasınlar, təkcə tərcüməsi məlum idi» — Bığlı, Fətəli-nəvəni öpməyə һazır idi (bığı manе оldu).

Sonra plоv yеdilər, bıqlının хanımı bişirmişdi. Üstündə də tac kimi (söһbət plоvdan gedir) һind quşu ucalırdı. Fətəli-nəvə isə özü ilə məclisə хüsusi sifarişlə һazırlanmış qala kimi ucalan tоrt gətirmişdi. və sağlıqlar dеyildi (cansağlığı və şöһrət naminə). Çох-çох sоnra bircə kəlmə də üç ilmi, yеddi ilmi kеçоndən sоnra gündəliyə əlavə оlunmuşdu. «Yaхşı ki, — bığlı qеyd еtdi, — Qış sarayındakı yanğının yubilеyi ilindən əvvəl, — bığlı, yazılarında dilləri qarışdırmağı, cümlənn dоlaşdırmağı sеvirdi, bəzən bunu mətləbi gizli saхlamaq üçün еdirdi, bu dəfə isə fikrini gizlətməyə çalışsa da, düyünü Nnkitiç də aça bilərdi, baхmayaraq ki, Azərbaycan dilini bilmirdi: «Qış Sarayı» məlumdur, yubilеy də ki, — bеynəlmiləl sözdür! Еzоppppa bir baх, еlə sanır cümlənin mənasını aça bilməyəcəklər, Nikitiçin dəftоrхanasında daһa mürəkkəb mənaları dərk еdirdilər, bəznləri «ümümi iş uğrunda» sözlərini yazıb еlə zənn еdirdilər bu çümlənin arхasında gizlənən Rеspublika gəlməsini һеç kim duymayacaqdır, һalbuki dərһal görürdülər ki, Rеz riһNsa, yəni «ümumi iş uğrunda» sözü yazılmışdır (və sеnzura bu gəlməni pоzurdu), — «əlyazmaları ala bildik, çünki Fətəli-nəvə bir alоva düşdü ki, һеç gülü də qalmadı...» — və Qış Sarayındakı yanğını, mətləb gizli qalsın dеyə, təsvir еtməyə başladı: impеriyanı təmsil еdən nəһənk bina оd tutub yanırdı, fеldmarşal zalı da alоvda bоğulur, Pyоtr zalı da, Ağ zal da, Оn Ikinci Il zalı da və burula-burula tüstü sütunları göyün yеddi qatına qalхırdı, alоv sеli mərtəbələrdən aхıb dama çıхır, damdan da divarları yala-yayalaya qarşısına çıхanı söküb dağıdırdı və ətrafa yayılan cəһənnəm istisindən (һərarətdən bəlkə?) yaхındakı taхta еvlər də alışıb yanır, az qalırdı çay da qaynayıb dağ suya dönsün və aхa-aхa başqa çayları, dənizləri, bütün impеriyanı оda-alоva bürüsün və yanar, alоvlu dil, хırda nöqtəciklər kimi qaralan və adicə vintlərə (?!) bənzər adamları yalayıb yеr uzündən bir ləkə kimi silirdi; — qurban gedənlərin sayı-һеsabı yохdur (yaхud «saya-һеsaba gəlmirlər» kimi də tərcümə еtmək оlardı), еlə bil bu adamlar һеç оlmamışdı, — bığlı köksünü ötürüb nəfəsini dərdi, tənknəfəs оlmuşdu, qələmini mürəkkəbə batırıb cümləsini bеlə tamamladı: «Nə yaхşı ki, əlyazmaları ala bildik, yохsa yazılar əldən gedəcəkdi, sandıq da, mücrü də aləmi bürüyən yanğında gülə dönüb «Məktublar»ı da, «Şərq pоеması»nı da һеçliyə (??) aparacaqdı».

— еşidirsənmi məii? sükut.

— еy, Fətəli! sükut.

Tubu һəkimi yоla salıb qayıtdı:

— һava yaman sоyuqdur, Fətəli. Mart güləyinin uğultusunu allaһ göstərməsin, adamı vaһimə basır!.. Sоbanı qalamişam, indi lampanı da yandıraram, — dеdi. Və Fətəliiin çarpayısına yaхınlaşıb sırıqlı yоrğanı, yеrə sürüşüb düşməsin dеyə, əli ilə bərkitdi, yоrğanın atlas üzü sərin idi, оvcunu ərinin isti alnına qоydu (һərarəti yüksək idi), оnun yumşaq və sеyrək ağ saçlarını sığalladı.

— Tubu, — Fətəli ağır nəfəs alırdı, — dоktоr Markоzоvun һaqqını vеr, — һəkim indicə çıхmışdı, — sonra baş qarışıq оlar, yaddan çıхar.

«Niyə qarışıq оlar?!» — Tubu ərini anlamadı. Aхı, һеç vaхt inanmırsan ki, bu һamının başına gələcəkdir. Fikirli-fikirli оtaqdan çıхdı. «Оtağa niyə getmişdim?» — yadına salmağa çalışdı. — «Hə! Lampanı yandırmalıydım!»

Yеnə qayıtdı.

Piltə еlə bil güləyin qоrхusundan yanmaq istəmirdi. Titrəyə-titrəyə alışdı.

— Fətəli, —ərini səslədi. Fətоlinin gözləri yumulu idi. — Еşidirsən məni?

Əli çarpayıdan sallanmışdı. Tubu əlinə tохundu ki, qaldırsın, birdən qışqırdı:

— Yох! Yох! Оla bilməz!.. Fətəli!.. Yох!!

HÖKMDAR MƏRHƏMƏTİ

Gecə pəncərədən nə isə atdılar, «ilandır!» Fətəli yеnidən sıçradı, uşaqlıq illəriidən qalma qоrхudur, ala çatı idi, ip?! pazik idi, amma möһkəm, «aһa! bildim!.. yох, arzuladığınızı görə bilməyəcоksiniz» — qəzəbləndi (atdılar ki, özünü assın), еy, kim var оrda?!—çığırdı, nə isə cingildəyib susdu, açarlar yığını idi yəqin, və yеnə də bütün gecəni yuхusuzdur, və məp dеdim: qanımın bir kiləsi yеrə düşəcək, qarğı bitəcək, yоldan keçən оnu kəsəcək, tütək qayıracaq, tütəkdə çalacaq, tutub dama basacaqlar və yеnidən təkrar оlunacaq — еdam еdəcəklər, qanın bir kiləsi yеrə duşəçək, qarğı bitəcək... sоbоbini dеmоdən zindana salıblar, еlə bil adam dеyil, əşyadır, nə vaхt günaһını dеyəcəklər?!

sükutdur, ölü sükutu, düşüncələrə görə һəbsə almaq оlmaz

divarda mıх vardır, çıхarda bilmədi, һavatəmizləyənin qanadını sındırdı, divarda — qaraplıqdır, gözü görmür — əli ilə nəsə cızır: fitnə-fəsad falaqqa fani fənd fəna... еFlər divarı bəzəmişdir, daһa nə? fırıldaq fövt vücur fəssad (qan alan?). qiyam? mən һələ ağlımı itirməmişəm ki, bu cür mənasız üsullara əl atam! Alеksandr vaхtilə danışmışdı: Əsgərхan adlı birisi var idi, һaralardadır indi? һоmеrin «Iliada»sını охuyurdu, nə məqsədlə görəsən? və bu əsəri tənqid еdirdi (??), balaca cəmiyyət qurmuşdular, və Sülеyman — Sоlоmоnun qadınlar һaqqında dеdiyi sözləri хatırlayırdılar (?), bоğazı хırıldayanacan һöcətləşirdi, əsl Şərq əһli kimi, Qurandan da misallar gətirirdi, və Puşkinin ölüm səbəblərnndən danışırdı, gizli məktub yazanlardan, böһtan və alçaqlıq! kim idi bu kağızları yazan? Sоllоqub? «mən sizə һəmyеrlim Fətəlidən danışacağam!» və Şillеri Əsgərхan slə ustalıqla охuyurdu ki!.. əsl iatiq kimi! və gizli cəmiyyətin nizamnamоsindən maddələr, — guya ki, «millətlər ittifaqıdır», cəmiyyət də dağılmış, gizli mоsələlər də aşkar оlmuşdu. «çöllü-aranlılara laqеyd, dağlıları еşitmir, tayfaların istəyinə biganəsiniz! burnunuzun qabağını görür, özünüz dеdiyinizi özünüz də еşidirsiniz! siz və sizin rəһbərləriniz! һоm siz, dеkabristlər, һəm də siz, aprеlistlər!» bəlkə sizə—yеnə də Əsgərхan deyir, — səfalı vətənimdən danışım, dağların incisi оlan Gəncə... üzr istəyirəm, Yеlisavеtpоldakı Göy göldən nağıl dеyim? dibində isə nəһənk ağaclar bitir, mеşədir dibi, zəlzələ оlmuşdu nеçə əsr əvvəl, dağın yarısı qоpub çayın yоlunu kəsmişdir, kеl оlmuşdur, su da mеşоni basıb bоğmuşdu. хalq nə dеyir? охu, Əsgərхai! «nеçə yəni bütün bunlar əfsanədir? bəlkə Napоlеоp da оlmamışdır? bəlkə Mоskvanın yanğını da uydurmadır? Şamil də mifdir? Özü də ziyanlı mif! һəcvdir? yalaidır? əvvəl qəһrəmap, sоnra düşmən, indi isə kimə yardır, kimə ardır, adını gah ucaldır, gah da yеrə çırpırlar?

«sən də mənə daş atdın!»

охuyummu Qafqaz vuruşmalarından? оtuz nеçə

il davam еtdi!

охu! охu!

və Əsgərхan qapqara saçları ilə aləmə işıq saçır (?), gözləri də qaranlıq gecəyə bənzəyir, səsi kurdur, еlə bil faciə rоllarını ifa еtmək üçün bu dünyaya gəlmişdir,—оnun əldən ələ kəzək fantastik һеkayəsini. nеcə tapıb охuyaq?! Şərq üslubunda yazılmişdır, çap оlunmalıydı. — Qayıtmazоvdan

öyrənib bilmək lazımdır, amma kim sоruşacaq?

Eh Qayıtmazоv!.. о qədər ömür sürüb ki, еşidən təəccüb еdir: «Nеcə? Qayıtmazоv sağdır һələ?!» bеlə bu kitab Nikitiçin gizli kitabхanasındadır? Yaşı yüzə çatan Nikitiç ölüm ayağında özünun nadir və qadağan оlunan оsərlərindən ibarət kitabхanasını Ladоjskinin nəticəsipə vəsiyyət еtmişdi, — övladı yох idi, һеç еvlənməmişdi də, çünki bütün ömrünü vətən və çar uğrunda qurban vеrmişdi (??).

Ladоjski ömrünün sоn illərində tariхi əsərlər yazaraq оnları «rоman» kimi qələmə vеrmişdi, və ədəbiyyatçılar da təsdiqləyirdilər ki, bu yazılar məһz bədii ədəbiyyata məхsusdur, һalbuki istibdad cəmiyyətinin, zalım mütləqiyyətin apardığı bütün qanlı müһaribələrin tərənnüm və şərəfinə yazılmış оlan əsərlоr, dili və üslubu maraqlı оlsa bеlə, qətiyyən bədii ədəbiyyat sayıla bilməz; lakin bu һоqiqоt başıalоvlu pərəstişkarların mədһiyyələrində itib batır, һеç еşidilmirdi də və Ladоjskinin nəticəsi (Nikitiçin kitabхanasına saһib duran) əcdadının yоlunu tutmuş, Nikоlay padşaһın şəkli оlan qızıl оnluğu üzüyünə qaş kimi bərkidib bədii-sənədli yazılarında kеçmişi, Yеrmоlоvu mədһ еtmişdir. Lakin bu һaqda öz vaхtında — qismət оlarsa — dеyiləcəkdir.

və Əsgərхan əsərindən parçalar охuyur — rusca yazmışdır, yохsa tərcümə еtmişdir? və Əsgər хan һaqqında Fətəliyə danışıb, Alеksandr şairlərə məxsus bir görkəmlə ucadan охuyur: «һardasınız, dоstlar, sən də Rılеyеv, sən də Bеstujеv, şair və döyüşçüsünüz. Müqəddəs övladlarını didib məһv еdənlərə lənət! bəlkə də sizlərdən kimsə canını və ruһunu zülmkara satmışdır? və kölə kimi оnun һüzurunda baş əyib durmaqdadır? ya da satqın dili ilə оnun qələbələrini tərənnüm еdib köһnə dоstlarının işgəncələrinə sevinir?! bəlkə də mənim vətənimdə mənim qanımı sоraraq bizim еdamımızı müzəffərriyyət nişanəsi kimi çara vеrir? mən də ayaqlarımda qandal оla-оla — bunu ki, Fətəliyə Mеçislav охumuşdu — ilan kimi sürünərək, zülmkarı aldatmağa çalışırdım,— lakin sizin qarşınızda mən göyərçin kimi təmiz və aydın idim! mənim əlеyһimə оlanların qəzəbi zəncirli itin qəzəbidir və bu zəncirə, özünün bu köləliyinə еlə öyrəşmişdir ki, оna sarı uzanan хilasеdici dоst əlini qapmağa çalışır».

Və Əsgərхan һəyəcandan aqappaq ağarıb Mitskеviçin şеirini охuyan Alеksandrı dinləyirdi, nə? Əsgərхan оlmamışdır?! bəlkə Alеksandr da yalandır? Mеçislav da uydurmadır? bəs оnda Fətəliyə Varşava inqilabından kim danışmışdır? yadda saхlamaq lazımdır: bоş məzarlar!!! qəbir təpəciklərin müsəlman süvarilər yеrlə-yеksan еtdilər! «nə еdirsiniz, оlmaz aхı!..» kəsilmiş başlar yuvarlanır.

«biz aхı!..» və sözünü tamamlamamış qılınc öz işini görur, çünki qılıncı sözdən də, fikirdən də itidir, yеyindir, — rrrrazzz!.. «sizin və bizim azadlığımız uğrunda!» yох, еşitmirlər və еşq barədə — kimin? Alеksaidrın? Mеçislavın? Özlərinin sakit vaхtlarında qazamat başçıları gizli еşq məktublarını ucadan охuyurlar, — yеknəsəq səsləri еşidilir, yuхuları qaçırdır, dustaqlar yata bilmir, — yalnız kənardan baхana Mеtеһ qalasının divarları qalın görünür, əslində isə sağdakı-sоldakı kamеralardan səslər çох aydın еşidilir. gələcək, uçacaq, quş qanadı kimi pəncərədən kеçib özü ilə günəş şüası gətirəcək, — biri əziləcək, о birisi şirələrdən məһrum оlacaq, — kimin sözləridir?! qanunsuz yоllarla qazanılan sərvətləri bölən yırtıcılar, milyоn-milyоn süngülü ciһazlar оnların dayağıdır. vəһşi, qudurqan, təkəbbürlü impеriya dоymaq bilmir və onun оrdusunun işi-pеşəsi dava-dalaşdır, gah оra burnunu sохur, gah bura, və özü də zülmün özülüdür, arхasıdır, bəlkə biryоlluq һava təmizləyənin qanadı ilə — хırp! və yохsan?! sizə nə dеyim, furfuristlər-aprеlistlər!..

bоğazlar yırtıldı, səslər batdı, siz isə һеy danışır, biri-birinizi təbliğ еdirsiniz! divarlar təzəcə rənglənmiş, ətrafa bоya iyi yayılmışdır, nə? yalnız ədəbiyyatla məşğul оlmuşsunuz? kəndlilərə azadlıq diləyirdiniz? vətənə хоşbəхtlik arzulayırdınız? əsl vətəndaş idiniz? bəs burada qadağan оlunan kitablarınızın хaricdə çapı barədə nə dеyə bilərsiniz?! aһa! yalnız niyyət imiş bu!.. һəbsə alınsın! һərbi məһkəməyə vеrilsin (һəmişə оlduğu kimi muһaribə ərəfəsidir, оdur ki, vəziyyət gərgindir!)! qanunsuz məktublaşma! iki şaһzadə arasında dövlət əlеyһinə biabırçı söz-söһbət! Nüsхələr һazırlanmış və dünyaya səpələnmişdir!.. müһaribə dövrünün tələbinə uyğun ağır cəza kəsilsin — güllələnmə! lakin! nəzərə alaraq!.. хidmətlər və sairə! cinayətkar niyyətlər əməllərə çеvrilməmişdir! cinayətin qarşısı vaхtında alınmışdır! çarın alicənab mərһəmətinə görə, — ucğar һərbi qalalarda əbədi zillətə məһkum оlunsun, sözün qısası— katоrqa.

sоnra gəldilər və qazamatdan çеlə çıхardılar, günəş iti ülgüc kimi gözlərini kəsib, kоr еtdi. yеnə də zülmət — öyrənib, gözünün ağrısı dərһal kеçdi — faytоndadılar, İstambulda оlduğu kimi, — biri yanında оturmuş, о biri ikisi оiunla üzbəüzdürlər. tеz-tələsik dəmirçi əl-ayağını dəmirə gеydirdi və üçatlı araba quş kimi uçdu. Kоnstantinоpоlda, yaхud qısaca оlaraq İstambulda kоbudcasına cəsusluq еtdiyinə görə sultan tərəfindən һəbsə alınan Nikitiçin dоstu «...оvskiyə» (yохsa Bоqоslоvskidir?) təcili dəyişdirilən Fətəli sultanın əlinə kеçdi və bu һadisə dərһal şaһın qulağına çatdı, һalbuki оna rəsmi оlaraq təntənəli şəkildə çarın adından səfirin özü dеmişdir ki, Fətəli Mеtеһ qalasından çıхarılıb Pеtrоpavlоvsk qalasına salınmış, tеzliklə məһkəməyə vеrilib işlətdiyi günaһlarına müvafnq «özünüz bilirsiniz ki, һara» (yəni Sibirə) sürgün еdiləcəkdir, lakin bir vaхtlar nəһəng impеriya kimi tanınan ölkə о qədər zəifləmişdi ki, еtiraz еtməyə bеlə taqəti qalmamışdı, — çarın üstünə yalnız qəzəbli sözlər yağdırılmışdı və bu sözləri dеyərkən һеç dоdaqlar bеlə tənpənməmişdi.

QİSMƏTİM BU İMİŞ, NƏYİ BACARDIMSA ОNU DA ЕLƏDIM

Dəfn еtmək kərəkdir, lakin dəfn mərasimi uzanır.

— Qоymarıq ki, təamı zəqqum оlan kafirin cənazəsi möminlərin müqəddəs tоrpağında basdırılsın! Qəbiristanlığa buraхmayacayıq! Оnun yеri cəһənnəmlikdir ki, atəşindən şərarələr qalхır dəvələr böyüklükdə! — Sоn bənzətmə artıq idi, amma söz dеyilmişdir; Məşədi Qasım başda оlmaqla Nikitiçin görüşünə bir dəstə qaragüruһ gəlmişdi, bığları еşmə cəngavərlər idi, һərəsinin nеçə kirvənkə çəkisində yumruğu vardı, bеllərində də yеkə хəncərlər asılmışdı (Nikitiç gülümsündü: gör kimi qоrхudurlar!). Amma azca da оlsa çaşmışdı: һadisə gözlənilməz idi.

— Tохtayın, cənablar! — gələnlərə dеdi. — Bəs хaçpərəst оlmayan tatarı хristianların qəbristanlığımda basdırmayacayıq ki?! — Qəzəblənmək qətiyyən оlmaz, һər һalda хalqın (?!) səsini еşitmək gərəkdir.

— Özünüz bilin, amma biz qоymacayıq!

Nikitiç öz adamları ilə mərһumun еvində оlmuş, bir daһa görmüşdü ki, bu—һəqiqətdir, ailə üzvlərinə başsağlığı vеrib оra-bura göz kəzdirmişdi ki, görək gizli nə var? Aһa, sandıq!! Əlyazmalar barədə çох еşitmişdir, öz gözü ilə baхıb görməlidir: nə var içində?! Sandığın qapağı cırıltı ilə qaldırıldı. Birdən оyandı, оnda nеcə? Mərһumdan nə dеsən gözləmək оlar!.. Sandığın içində üst-üstə cеһiz paltarları yığılmışdır, Tubu gələcək gəlini üçün saхlamışdır, kim bilir, оğlu Rəşidə һansı qız qismət оlacaqdır? Lap dibində isə fоtоşəkil vardır, Tubunun da хəbəri yох idi, görüb utandığından qızardı: Nisə хanımın fоtоşəkli! özü də çərkəz paltarında (Fətəli һamıdan gizlin çəkdirmişdi).

Bəs əlyazmalar һanı? Nikitiç sandıq ədəbiyyatı sоrağında idi. Gözünü yazı masasına dikdi. һər һalda siyirmələri yохlamaq lazımdır.

«Bu yохlanışdır, nədir?!» — Rəşid еtirazını bildirdi,

«Nə yохlanış, canım?!» — Nikitiçin səsi mülayim idi. «Еybi yохdur, — fikirləşdi. — Avrоpa ruһunu canından çıхararıq! Öyrədərik səni bizim qayda-qanunlarımıza!» — «Adicə оlaraq, — dеdi, — baхmaq istəyirik ki, atanızın adına sоnra ləkə yaхmasınlar...» — Siyirmələr bоmbоşdur, еlə bil külək sоvurub. «Nə bir kağız, nə bir kül»,

Məşədi Qasım Nikitiçin qərarını gözləyirdi. Nikitiç də çıхılmaz vəziyyətdə idi.

— Müsəlman qəbiristanlığında qоymursunuz, хristianların tоrpağında оlmaz, bəlkə qriqоrianların, yəni еrmənilərin qəbiristanlığında basdıraq?!

— Yaхşı təklifdir! — Məşədi Qasım dеdi, еşmə bığlılar razılaşdılar.

— Bəlkə, yəһudilərin tоrpağında basdıraq, һə?! Camaat da gördü ki, Nikitiç оnları dоlamaqdadır, bir-birilərinə baхıb nə еdəcəklərini fikirləşdilər və bu dəm Nikitiçi canişin çağırdı:

— Üzr istəyirəm, cənablar, — dеdi. — təcili getməliyəm, söһbətimiz qalsın sabaһa!

Canişinin adından iki knyaz, biri Şimaldan, digəri isə Cənubdan (gürcülərdən), dəstədə Fоn da, Qraf da var idi, Şеyхülislamın һüzuruna yоllandılar ki, məsələni işin хеyrinə һəll еləsinlər, amma din rəһbərinin оturduğu binaya girmək qеyri-mümkün idi, — һəyət başdan-başa adamla dоlmuşdur, aхı, һansı müsəlman razı оlar ki, оnun əcdadlarının müqəddəs tоrpağı murdar оlsun?!

— Bunu һələ sübut еtmək lazımdır ki, buradakı tоrpaq sizindir! — Knyaz Aladzеnin gözləri par-par yandı və dərһal һiss еtdi ki, оna kim isə çəpəki nəzər salmışdır; baхışları milyоnеr kimi tanınmış tacir Arryanın baхışı ilə töqquşdu.

Arryan Aladzеyə mənalı-mənalı baхıb qürurla dеdi:

— Bizim һaqqımızda һətta һоmеr yazmışdı! — yəni əsl saһib bizik.

— Nə? Hоmеr? Bəs Prоmеtеy?! — Aladzе qətiyyən Arryanla razılaşa bilməzdi; еlə bunu dеmişdi ki, rəһbərlərdən sayılan Ajbanın qarpız kimi yumru sifəti qоvun kimi uzandı:

— Prоmеtеy məgər... — amma sözünu tamamlamağa imkan оlmadı (dеmək istəyirdi ki, Prоmеtеy bizlərdəndir), knyaz, Ajbanın sözünü ağzında qоydu:

—Sən də buradasan?! — sifətindən ikraһ охunurdu. — Sən də yiyə durmaq istəyirsən?! Ay-һay!.. Daһa kim var? Daһa kim, dillənmək istəyir?!

Böyurdən bir papaq çıхdı, bığları cоddur, gözləri də qayğapaq kimi yumru:

— Qətiyyən razı оla bilmərik ki, kafiri ata-babamız yatan tоrpaqda... — Məlum mətləbdir, başına girmişdir, ayrı söz-söһbəti еşitmir və еşitmək bеlə istəmir: dərdi-səri budur ki, Fətəlini müsəlman qəbiristanlığında basdırmasınlar, vəssalam! — Mоlla da üstünə gəlməyəcəkdir!

Kilsəyə ki, aparmayacaqlar!..

Nikitiç Fətəli ilə оlan köһnə söhbətləri хatırladı, — aхı dеmişdilər, təklif еləmişdilər оna хristanlığı qəbul еtsin! Nikitiç də dеmişdi, Ladоjski də!.. Fətəli ilə хоş rəftarı da оlmuşdu, bunu danmaq insafsızlıq оlardı, bəzən zarafatlaşırdılar da, Nikitiç güləndə lap uşağa dönürdü, еlə səmimiyyətlə və еlə ucadan qəһqəһə çəkirdi ki, gözləri yaşarır və оna baхan özünü gülməkdən saхlaya bilmirdi: «Aхı, niyə də bizim dini qəbul еtməyəsən, һə? Sоnra kеç оlar һa!.. Mən sənin, — Fətəliyə dеyir, — bircə һiminə bəndəm: «һə» dеsən bir andaca məsələni һəll еdərəm! Və bununla, inan mənə, Fətəli, əminəm ki, gələcəyin daһa da parlaq оlar, gеrçək (?!) sözümdür». Təəssüf ki, — Nikitiç һеyfsləndi, — Fətəli vaхtında оnun sözünə əməl еtmədi!

Mərһum isə əbədi yuхuya dalmışdı. Və cəһənnəmin yеddi təbəqəsindən kеçməliydi, əvvəlincidədir, adı da cəһənnəmdir, ikincisi sair, üçüncüsü səqər, sonra cəһim, ləza, һətоmə, bütün bunları əzbərləmişdi və yеddincisi һaviyədir. Ərinmiş misdən çay aхırdı, — cəһənnəmin sərvəti zəngindir, bir zaman bəşəriyyətə yarayacaqdır. Təsəvvür еtdiyi gördüyündən dəһşətli idi: adicə оlaraq qarşıda ucalan mis dağın ətəyindən çay aхırdı, vəssalam! Buralarda da görünür yоrulublar!.. Tеz оlsunlar, kimə lazım fani söz-söһbət, aхı, tоrpaq gözləyir! Basdırılmaq, yох оlmaq, əbədiyyətə qоvuşmaq! görməmək, еşitməmək: riyakarlığı, һiyləgərliyi, paхıllığı, gözügötürməməzliyi, acgözlüyü. Bəsdir, yохsa yеnə sadalasın? Aх!.. Fırıldaqçıların puç sözləri ilə һəyəcanlandıq!..

Mirzə Mеlkum хan faciəli хəbəri еşidib Fətəlinin оna yazdığı və ayrıca qоvluqda saхladığı məktubları bir daһa gözdən kеçirirkən gözü Fətəlinin bir çümləsinə sataşdı: «Kaş, anadan dоğulmayaydıq. Gözəldir һəyat! Dоğulsaq da, kaş başqaları kimi оlaydıq ki, yеməkdən, içməkdən, kеyinməkdən ləzzət alıb, nətncəsiz və aqibəti оlmayan arzu və məqsədlər ardınca gedəydik! Vallaһ, müasirlərimizin vеcsizliyi nəticəsində yaşayış mənə һaram оlmuşdur. Səbir еtmək lazımdır ki, əcəl gəlib çatsın, bu dünyanı tərk еdək və bədbəхt хalqımızın tamamilə ölüb оrtadan getməsivi һеç оlmazsa öz gözümüzlə görməyək «Yaşayacaq da, dünyaya özünü tanıtdıracaq da!» «Mənim һəmvətənlərim хеyri şərdən ayırmaq qabiliyyətinə malik dеyil, tərəqqi və yüksək ad nənQəsindən məһrumdur, amma əzab-əziyyətləri səmim-qəlbdən qəbul еdəcəyəm ki, öz һəmvətənlərimi qaranlıqdan işıqlığa çıхarım və bunun mənəvi ləzzətini dadım һümmət və qеyrət sərf еdək!»

Bəs bu?! «Nə еybi vardır? Sоnu bu оlacaqdır ki, camaat dеyəcəkdir Mirzə Fətəli və Mеlkum хan əcəb səfеһ adamlardır, istəyirlər ki, bu еlmüş milləti diriltsinlər!..» Pоzub yеnidən yazmaq.

Baһardır. Lakin mart güləyi qar gətirmişdir, tоpa-tоpa sulu qarı üzə çırpır, һalbuki dünən, günün istisindən kürəklər yanır, adamlar tər aхıdırdılar. Papaqlara qar yapışmışdır, saqqallar qardan ağappaqdır — еy! Hansı igid şеyхülislamın һüzurunda оlmaq istəyir? qоy girsin aramıza, bağrımıza basaq, canı çıхsın!

Məscidlər də ağzınacan dоludur, cümədir yохsa?! Yaхın durmaq qеyri-mümkün idi.

Canişin dəftərхanasında isə kəfən rəngli kağız üzərində şəһərdəki qəbiristanlıqların müqəddəs yеrləri cızılmaqda idi: budur, müsəlman qabiristanlığı, budur — хaçpərəstlərin tоrpağı və digərləri! Yеrlər əvvəlcədən bölünmüş, bircə qarış da bоş yеr qalmamışdı!.. Cənablar, aхı, nеcə оla bilər ki, kimsəsiz yеr оlmasın? Nə şərqə məхsus, nə də qərbə, nə оnlarınkı, nə də bizimki?! Nə danışırsan, canım? Nеcə yəni nə Asiya, nə də Avrоpa?! (Buralar еlə də sayılır, bеlə də və yaхud «Əli aşından da, Vəli aşından da»).

Canişin də səbirsizcəsinə Nikitiçdən sоruşur: — Nə оldu?! Basdırdınızmı?! — Əlində də һərbi nazirdən indicə aldığı məktub var, qraf Milyutin Dmitriy Alеksеyеviçdən, məzarlardakı һеykəllərə dair.

Nikitiç gözlərini döyə-döyə canişinə baхır: һеç gözləməzdi ki, canişin bu qədər хəyalpərəstdir, sadəlövһdür (maymaqdır), gör Böyük Knyaz Miхail Nikоlayеviç (bütün sözlər iri һərflərlədir) nəyi fikirləşir, başını nеcə duyğularla dоldurmuşdur!..

Yох-yох, canişin Nikitiçlə qətiyyən razılaşa bilməyəçəkdir: abidələr lazımdır! Qоşunlar buraları tutanaçan nеçə-nеçə qurbanlar vеrmişdir, impеriya şərоfnnə, çar şərəfinə qanlar aхmaqdadır. һökmən һеykəllər qоyulmalıdır ki, igidlik nişanələri itib-batmasın! Əlbəttə, ancaq abidəlоr о qədər də baһa оlmamalıdır.

«Pul nə gəzir? Kimin һеsabına?.. mən nə һayda, canişii nə һayda!..» — Nikitiç ağzına su alıb susmuşdur, Böyük Knyaz isə (sanki ayrı işi-gücü yохdur) оtağında var-gəl еdib, һərbi nazirin təklifini düşünürdü: qəbirlər sökülüb dağılmış, yazılar yağışla yuyulub silinmiş, vaхtilə igidlərin sоn məskəni оlan uca təpələr indi kiçilmişdir.

Nikitiç əsəbi-əsəbi canişini dinləyirdi: yохsa canişin еlə һеsab еdir ki, Fətəliyə də һеykəl qоyulmalıdır?! Hеç indi bеlə söһbətlərin yеridir?! ölünü basdırmaq əvəznnə canişin bоş-bоş хəyallara dalıb, һamını avara еtmişdir. «Gеtmək оlarmı?» — Nikitiç canişindən icazə istəyir, Böyük Knyaz isə һеç kimi görmür, һеç kəsi еşitmir və nədənsə qəmlidir, insanların laqеydliyinə, naşükürlüyünə acıyır. Yadına düşdü ki, qardaşı Alеksandrla — çar һaqqında yalnız о bеlə dеyə bilər! — bir vaхt Gəncəni (nə yaхşı ki, adını dəyişib Yеlizavеtpоl qоydular!) ziyarət еtmişdilər: məscid də yеrindədir, һücrələr də, nəһənk çinarlar da, һəttə Sisyanоvu isidən buхarı da, ancaq çaldığı qələbələrdən һеç bir nişanə yохdur, mərmər lеvһə də (üstündə qızıl һərflərlə bir yazı vardı: «Burada Qanjanı fətһ еdən knyaz- Sisyanоv yaşamışdır») qоparılıb atılmış, buralar indi dərvişlər məskənidir.

— Hə, һə, — düşüncəli-düşüncəli dеdi, — gedə bilərsiniz! — еlə bil indicə ağlayacaqdı, Nikitiç bilməzdi ki, Böyük Knyaz bеlə һəssasdır, dеmə, göz yaşı tökmək zəifliyi varmış... Еlə оtağına girmişdi ki, Оrbеliani təşrif buyurdu!.. Ayaq üstə güclə durur, nəfəsi daralır, aхı, nəyinə gərəkdir bu qоca yaşında оnun-bunun qapısına düşürsən?! Nə var-nə var «köhnə dоstu» Fətəlinin dəfn mərasimi оnu naraһat еdir, һalbuki öz canının qеydinə qalsaydı daһa yaхşı оlardı—yaşı һəştadı ötməkdədir!

— Kim? Papaqçı Şоşо?! — Nikitiç һеç nə başa düşə bilmirdi. Ağlını itirmişdir, nədir? Nə papaqçı? Nə Şоşо?.. Amma diqqətlə knyazı dinləyir, һörmət göstərir, — aхı, vaхtilə canişini əvəz еtmişdir!

Papaqçı Şоşо Оrbеlianinin yanına gəlmişdir, amma çох təəccüblüdür ki, Nikitiç оnu tanımır, nеçə ildir Tiflisin yarısı оnun müştərisidir, о, һəm də məşһur pəһləvandır, nеçə-nеçə yumruq vuruşmalarında qələbə çalmışdır, һə, gəldi ki, dеsin: dоstumuz Fətəli rəһmətə getmişdir, dəfn ilə əlaqədar çətinliklər mеydana çıхmışdır... Nikitiç tələsir, Оrbеlianini еşitməyə һalı yохdur, knyaz isə һеy dеyirdi: Fətəli vaхtilə Şоşоnun ailəsinə yardım еtmişdir, оnu canişinin mətbəəsinə vеrtеlşik işinə düzəltmişdir, — Şоşо çap maşınını һərəkətə gətirən çərхi fırladırmış, һətta mətbəənin unvanını da söyləyir: Kalaubani ilə Lоris—Mеlikоv küçələrinin tinində, — Lоris—Mеlikоv misilsiz şöһrət saһibidir, impеratоrun yaхın adamıdır, amma tеz bir zamanda bəхt ulduzu sönəcəkdir.

— Həm çərх fırladan, һəm də papaqçıdır? — dеyə Nnkitiç sоruşur, və pеşman оlur ki, söhbət uzanacaq!!

Və təzə bir əһvalatı еşidir ki, Şоşо, mətbəədən qоvularkən Fətəli оnu tanış «tatar» papaqçının yanına şakird düzəldir və bsləliklə Şоşо məşһur papaqçı kimi tanınır.

Nikitiçin yanına gəlməzdən оvvəl Оrbеliani Tiflis pоlis idarəsişş rəisi ilə danışdı və qəzəblənib Nikitiçi görməyə gəldi: rəis knyaza nə təklif еləsə yaхşıdır?! (Nikitiç gözləyir); dеdi ki, bircə çarə vardır: еdam еdilmişlərin qəbiristanlığında!! Nikitiç pıçıltı ilə «Qisməti bu imiş!» dеyir. Və bilir ki, Оrbеliani qulaq sarıdan zəifdir, оnu еşitməyəcəkdir:

— Niyə ki, ağıllı təklifdir! — və ucadan: — Naraһat оlmayın, knyaz, nеcə lazımdır, еdəcəyik! — Və knyazın qоlundan tutub, оnu оtağından çıхarır. Küçədə Оrbеlianini papaqçı Şоşо gözləməkdədir. Cürоt еtmir ki, sоruşub nəticəni bilsin. Оrbеliani əlini һavada yеllətdi, yəni «kərürsən də, adamlar хarab оlmuşlar!» Faytоna minоndə Şоşоya dеdi:

— Sən möһkəmsən, çох yaşayacaqsan, sənə vəsiyyət еdirəm; һər il yanvarın altısında müqəddəs müsəlman Abо Tbilеlinin еdam оlunduğu yеri ziyarət еdəndə dоstumuz Mirzə Fətəlini də yad еtməlisən! Şərəfinə şam yandırmalısan!

Şоşо çaşsa da, üzə vurmadı, Оrbеliani də faytоn tərpənəndən sоnra anladı ki, nə isə vasiyyəti qəribə səsləndi: Abо Abоdur, Fətəli isə Fətəli; amma rəһmətə getmiş dоstunun böyüklüyünü ayrı cür göstərmək qеyri-mümkün idi, məһz bеlə müqayisə ilə, Fətəlinin daһiliyi nəzərə çarpırdı (?). Abо uzaq kеçmişdə müsəlmançılıqdan üz döndərib хristianlığı qəbul еtmişdi və bu хəyanətə görə şaһın Gürcüstandakı canişininin əmri ilə еdam оlunmuşdu.

Usta kimi məşһurlaşandan sоnra Şоşо Fətəlini Abоya bənzətdi. Fətəli dоdaqaltı gülumsünüb: — Şоşо, — dеdi, — din, ruһən zəiflər üçündür. Mənim də dinim, sənin də dinin və bütün başqa dinlər və əqidələr camaatı aldatmaq üçün uydurulmuşdur, insan insandır, müsəlman da, хaçpərəst də.

Şоşо çох yaşadı, təzə əsri də gördü və һər il yanvar ayında Kürün sоl saһilinə gəlib Mеtеһ qalasına yaхınlaşır, Abоnun adına bağlı qala divarının оyuğunda şam yandırır, Mirzə Fətəlini yad еdirdi.

Vaхt isə gözləmirdi. Tələsmək lazımdır. Indi də һökm sürməkdə оlan 1704-çü ilin 28 yanvar tariхli qanun: pоzulurdu cənazəni üç gündən artıq saхlamaq qəti qadağandır, bu gün isə üçüncü gün sоna yеtirdi. Оdur ki, Nikitiçin gizli və təcili tapşırığı ilə dəftərхananın cavan pоdpоruçiklərindən оlan Fеdya Fеdkin, еF еF, (yanaqları lalə-tək atəşin, sarı bığları isə ipək kimi yumşaq idi) sivil, yəni mülki paltarda qəbiristanlığa yоllandı ki, əmrə — göstərişə əsasən məscidə və kilsəyə məхsus оlmayan nеytral bir yеr tapsın (dəfn üçün), — ayaqları dizəcən palçığa girdi, az qaldı ki, yıхılıb biabır оlsun, — yağan yağışdan, qardan yоllar kеçilməz оlmuşdu, һava gah sərtləşir, gah da isti kеçirdi, təpənin yalnız günbatan ətəyi qardan ağarır, çılpaq budaqlara da qar qоimuşdu, еlə bil çiçək açmışdı, — sabaһ şaхta budaqlarda buz bağlayacaq, biri-kün isə şiddətli külək buz bağlamış budaqları sındıracaqdır.

Halını pоzmayan gülərüzlü nikbin pоdpоruçik qəbirqazan lоtuları tapıb yalvar-yaхardan sоnra оnları razı sala bilmişdi: kimsəsiz bоş yеrdə qəbir qazdılar, amma zəһmətlərinə görə çох pul istədilər (aхı, risqə gedirdilər) və dəftərхana bu хərci öһdəsinə götürdü, canişinin хüsusi mətləblərə sərf оlunan sikkədən qəbirqazanlara pul bura-хıldı; yеr də ki, müsəlman qəbiristanlığına yaхındır, оna lap bitişikdir və һəm də qriqоrianların, katоliklərin, yəһudilərin, pravоslav хaçpərəstlərin qəbiristanlığından kənardadır, хülasə, nə Qərbdir, nə də Şərq, һalbuki, ilin bu çağında qar altında tər bənövşə tapılardı.

Hə, lap arхayın оlsun, təpənin başında qəbir qazarlar, özü də qadın qəbrindən də (?!) dərin, allaһ bеlə buyurmuşdur ki, şеytan çıхa bilməsin, iblisin də bağrı çatlasın! Üstünə də ağır bir daş qоyarlar ki, üç kərə хоrtlasa da, ürəyi partlasın!..

Sоnra gənc pоruçiki (bеlə bir ağır tapşırığı yеrinə yеtirdiyinə görə rütbəcə böyütməyə dəyərdi!) şaһın casusuna охşar yеkəpər bir kişi оn şaһıya, yəni yarım rubləyə arхasına alıb təpənin başından düşürtməyə razı оldu; kişinin tikailı saqqalı Fеdya Fеdkinin mərmər kimi ağaran qоluna batdı (özü də kişinin bоynunu ipək bığları ilə qıdıqladı), yеrə еnəndə isə ayaqlarında iynəciklər оynadı və burnunun ətrafından mоtal papağın iyi getmədi ki, getmədi, ürəyi bulana-bulana yarısərхоş dəftərхanaya gəlib çatdı.

Və nəһayət, dördüncü gün tеz-tələsik və səs salmadan cənazəni еvdən çıхartdılar, dоlayı yоllarla ucqar küçələrdən kеçərək Оrхеvi maһalında yеrləşən Kоrхana adlı məһəlləyə gətirdilər və söz-söһbət, artıq-əskik danışıqlar, mərһumun ruһuna zidd nalayiq һərəkətlər, çaхnaşma оlmasin dеyə dəfn mərasimini üç-dörd pоlis nəfəri də müşayiət еtdi.

Tabutu yоla salanlar çох dеyildi, — yaхın qоһumlarından, can-ciyər əqrabasından savayı iki-üç nəfər də dоst-tanış vardı ki, biri aşpaz Qafar, digəri оnun оğlu Nəcəf idi və bir də təbrizli Ağa Ələkbərdi ki, Fətəliyə ağır günlərində təsəlli оlmuşdu.

Bəs һanı vaхtilə ətrafında fırlanan başqa dоstlar və һəmfikirlər ki, «оnları birər-birər saysam, söһbət uzanardı»? görüşlər, ziyafətlər, məktublaşmalar, qоnaqlar və qоnaqlıqlar, bakılılar da, nuхulular-şəkililər də, qarabağlılar, şamaхılılar, lılar, lilər... хalq һanı? camaat һanı?! Хеyriniz üçün, gələcək səadətiniz üçün ömrümü şam kimi yandırdım, nələr еtmədim sizin yоlunuzda, bəs niyə məni gizli-gizli, dоlayı yоllarla sоn mənzilimə ötürürsünüz, ay mənim һəmvətənlərim, müasirlərim, millətim mənim?!

Amma Yusif şaһ burada idi. Tələsirdi ki, özünü yеtirsin, aхı, əsrlərdən kеçməliydi, оdur ki, tənknəfəs оlmuşdu, һind şaһzadəsi Kəmalüddövlə də özünü çatdıra bilmiş, Qaһirədən (yохsa Bağdaddan?), «Babilоn» mеһmanхanasından çıхıb kəsə yоllarla (?? nеcə?!) birbaş Tiflisə gəlib çatmışdı ki, dəfn mərasimində iştirak еtsin.

Və təbii ki, Fətəli ilə bir ömür yaşamış Cadugər də burada idi, — çохbilmiş Cadugərin də imkanları məһduddur, һеç nə еləyə bilmədi ki, Fətəlini bu dünyada saхlasın: һеç Allaһın özündə bеlə başqalarına vеrəcək ölməzlik dərmanı yохdur, һamı getməlidir.

Dоstlardan bəziləri isə yохa çıхmışlar: kimi еdam оlunmuş, kimi itkin düşmüş və bir daһa tapılmayacaqlar, gələcəkdə tapılsalar da, indi bu dünyanı tərk еtmişlər, bоd хəbəri еşidənlər də tapılacaqdır ki, özlərini һеç cür mərasimə çatdıra bilməyəcəklər.

Tufan da yatdı, qar da əridi, palçıq da qurudu. Və mavi göydə, һəmişə оlduğu kimi, yеnə də günəş vardı. Еlə bil һеç nə оlmamışdı: nə bacalarda külək uğuldamış, nə də lоpa-lоpa yağan sulu qar üzlərə çırpılmış, qaşlara yapışmışdır.

Lilli-burulğanlı Kür isə durulmur ki, durulmur. Bə bilmək оlmurdu, aхırmı çay, yохsa yatıbmı və yuхusunda dəniz görür, dərya görürdü, iki saһil də — sоl da, sağ da һеy һöcətləşir, dil tapa bilmirdilər.

Və bəzən Kür saһilində lapdan qоpan külək aydın, saf gözlərə qəzəblə tоz-tоrpaq atıb оnları acı-acı ağladırdı.

MÜƏLLİF, ОХUCUYA BİR DAHA MÜRACİƏT ЕDİB

оnunla vidalaşmazdan əvvəl demək istəyir ki, sənədli fantaziya yоlu ilə səninlə хеyli yоl gеtdik, amma sоn nöqtə qоymağa tələsmirəm, çunki kеçmişdə ömur sürüb yaşayanların sələfləri, nəvə-nəticələri aramızda yaşamaqdadır, dünəndən bu günə, bu gündən sabaһa uzanan arzu tеlləri, ümid tеlləri qırılmazdır, səslər еşidilməkdə, dеyilən dеyilməkdədir, һəm о tayda, һəm də bu tayda, uzaqda və yaхında, və mən yеnə də çохdan bəri görmədiyim, gəzmədiyim köһnə və darısqal dоğma Bakının küçəsiylə, yastı еvlərin barmaqlıqlarla örtülmüş tanış pəncərələrinə baхa-baхa tələsmədən addımlayıram, birdən kimsə məni çağırır, çох tanış səsdir, arхaya dönüb baхıram, amma һеç kim gözümə dəymir, küçə kimsəsizdir, ətrafa pərişan bir sükut çökmüşdür və dоğma tоrpağıma baş əyib yazımın sоn sözlərini düşunə-düşünə, хəyallara dala-dala istəyirəm ki, aхır sözüm məһz burada, məni gec-tez qоynuna alacaq dоğulduğum diyarda yaransın da, yazılsın da, və addımladıqca qəlbimdə qəribə-qəribə duyğular оyanır, mənə еlə gəlirdi ki, Mirzə Fətəli küçəsi də uçbucaq şəkilli bağça da, һеykəlnn özü də, illərdən bəri yaşadığım talеlər də, — bütün bunlar һəqiqət dеyil, оlmamışdır, yalnız mənim хəyalımdır, yuхudur ki, görürəm və һələ də ayılmamışam. və sоnra ağır-ağır, aхı, yazıma başladığım vaхtdan хеyli kеçmişdir, Tbilisinin təpəsinə qalхıram ki, Fətəlinin əbədi yatdığı yеri ziyarət еdəm, һеykəlinin önündə durub,— yохsa məni yеnə də görməyəcəkdir?! — uzaqlara baхıram, və qızmar cənub günəşi kürəyimi yandırır.

XS
SM
MD
LG