Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:58

Əkrəm Əylislinin yeni povestini "Yazı" jurnalında oxu


-

“Yazı” ədəbiyyat dərgisinin 10-cu sayı işıq üzü görüb.

“Bir şeir” başlığında oxucular Adil Mirseyid və Əsəd Qaraqaplanın, “Bir kitab şeir”də isə istedadlı gənc şair Qismətin, poeziya bölümündə Sevinc Elsevər, Aybəniz Əliyarlı, Arif Fərzəli, Aqşin Evren, Taleh Eminoğlu, Mehamn Qaraxanoğlu, Ruzbeh Məmməd, Müşfiq Mayıloğlu və Oğuz Ayvazın şeirlərini oxuya biləcəklər.

Nəsr bölümündə Azər Abdulla, Sevinc Elsevər, Ülviyyə Tahir , Mübariz Örənin hekayələri, Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” uzun hekayəsi və Azad Qaradərəlinin “Cülyettanın sağ döşünə toxunmaq” romanının davamı verilib.

Çevirmə başlığında görkəmli Livan yazıçısı Mixail Nuaymənin “Mitrdadın kitabı” romanının əvvəli (tərcüməçi Fərzux Seyidbəyli), Ziqmund Freydin məşhur mühazirələri (Araz Gündüzün tərcüməsində) və türkiyəli yazıçı Ahmet Yıldızın ədəbi görüşlərindən nümunələr (Samir İlqaroğlunun tərcüməsində) dərc olunub.

Klassika bölümündə R.Akutakavanın hekayəsi və A.Kamyunun “Kaliqula” pyesi barədə fikirlər yer alıb.

"Güney sovqatı" rubrikasında Ülkər Ucqar, Mahnı Zənqanlı, Məlihə Əzizpur və Sayman Aruzun şeirləri yer alıb.

XS
SM
MD
LG