Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:41

Prezident Obama Bakıya kimi səfir göndərir? (Tanıtma)


Robert Cekuta
Robert Cekuta

.

İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Cekuta-nın namizədliyini irəli sürmək niyyətindədir.

Robert F. Cekuta
Robert F. Cekuta

2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Richard Morningstar-ın səlahiyyət müddəti bu yay başa çatır.

Cekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.

Robert Cekuta kimdir?
Robert Cekuta
Robert Cekuta

O, hazırda ABŞ Dövlət Katibinin enerji məsələləri üzrə müavinin böyük köməkçisidir, həmçinin şəffaflıq və enerji təminatı məsələlərinə nəzarət edir.

Cekuta bundan az əvvəl Dövlət Katibinin Enerji, Sanksiyalar və Ticarət məsələləri üzrə müavinin yardımçısı olub.

30 ildən çox diplomatik təcrübəsi olan Cekuta əsasən iqtisadi məsələlərlə məşğul olub.

Robert Cekuta
Robert Cekuta

O, 2003-2007-ci illərdə Berlində, 2007-2009-cu illərdə isə Tokyoda iqtisadi məsələlərlə məşğul olub.

Almaniyada olarkən İqtisadiyyat nazirinin müaviri kimi çalışıb, həmçinin terrorçuluq və beynəlxalq cinayətkarlıqla mübarizə problemləri üzərində işləyib.

Robert Cekuta həm də ABŞ Dövlət Departamentində İqtisadiyyat və Biznes məsələləri bürosunda böyük məsləhtçi, ABŞ-ın Kabuldakı səfirliyinin əlaqələndirici direktorunun müavini vəzifələrində çalışıb.

Cekuta Dövlət Departamentində İqtisadi Siyasət Təhlilləri və İctimai Diplomatiya bölməsinin direktoru, İraqın İqtisadi İnkişaf qrupu və Biotexnologiyalar üzrə xüsusi vasitəçi olub.

Robert Cekuta Corctaun Universitetini bitirib, milli təhlükəsizlik strategiyaları üzrə magistr elmi dərəcəsi var.

Alman, Alban və ərəb dillərini bilir.

XS
SM
MD
LG