Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:12

Bakı bahalığa görə Avropa şəhərlərindən öndədir


Bakı
Bakı

-

Dünyada əcnəbilər üçün ən bahalı şəhərlər siyahısına Afrikanın iki şəhəri başçılıq edir.

Anqolanın paytaxtı Luanda və Çadın paytaxtı Ncamena əslində elə də varlı sayılmasalar da, siyahının başında dururlar.

Mercer təşkilatı illik reytinqini açıqlayıb.

ƏN UCUZ MƏKAN-PAKİSTAN

Reytinqdə Afrikadan sonra Avropa və Asiya şəhərləri gəlir. Honq Konq 3-cü, Sinqapur 4-cü yerdədir. Sürix 3 pillə irəli çıxaraq beşinci yerdə qərarlaşıb. Cenevrə 6-cı yerdədir. Tokio dörd pillə düşərək 7-ci yeri tutub.

Pakistan əcnəbilər üçün ən ucuz məkan sayılır. Reytinqin hesablandığı 211 şəhər içində Karaçi sonuncu yerdə qərarlaşıb.

211 şəhərdə 200 məhsul və xidmətin qiyməti müqayisə olunub. Buraya ev, nəqliyyat, ərzaq, geyim, ev əşyaları və əyləncə xərcləri daxildir.

BAKI VƏ PRAQANIN FƏRQİ

Moskva 9, Bakı 46, Yerevan 187, Tbilisi 194-cü bahalı şəhərdir. Keçən il Bakı 57-ci yerdə idi. Bir il ərzində 11 pillə irəliləyib. Bahalığa görə, Bakı bəzi Avropa şəhərlərindən öndə gedir. Belə ki, Praqa 92, Brüssel və Lüksemburq 56, Berlin 68-ci yerdədir.

Siyahı ilə tam şəkildə bu linkdə tanış ola bilərsiniz.

«Mercer» Beynəlxalq Konsaltinq Şirkəti 1975-ci ildə yaranıb. Mənzil qərargahı Nyu-Yorkdadır.

XS
SM
MD
LG