Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:23

Qarabağ erməniləri Azərbaycan kəşfiyyatının hücum etdiyini iddia edirlər


Arxiv fotosu: işğal altında olan Şuşa şəhərində bu ilin martında çəkilmiş foto.
Arxiv fotosu: işğal altında olan Şuşa şəhərində bu ilin martında çəkilmiş foto.

-

Qarabağdakı erməni rejiminin məlumatına görə Kəlbəçər istiqamətində Azərbaycan ordusunun kəşfiyat qrupundan bir neçə nəfəri tutublar, bir neçə isə qaçıb xilas ola bilib.

Amma erməni tərəfi bu hadisənin konkret nə zaman olduğunu yazmır.

Ermənistan mediasının yazdığına görə dünən Basarkeçər rayonunda (Ermənistanda Vardenis adlanır) sakinlər təlaşa düşüblər. Rzayonda məlumat dolaşıb ki, Azərbaycanın kəşfiyyat qrupu bu ərazidədir.

Amma Ermənistanın Müdafiə Nazirliyindən AzadlıqRadiosunun erməni xidmətinə bildiriblər ki, həmin istiqamətdə Azərbaycandan heç bir hücum olmayıb.

Qarabağı nəzarətdə saxlayan rejimdən həmçinin bildiriblər ki, 1997-ci il təvəllüdlü Smbat Tsakanyan bir neçə gündür ki, itkin düşüb, hazırda onu axtarırlar. Amma bu yeniyetmənin Azərbaycana tərəfə əsir düşə biləcəyini guman etmirlər.

***

Ermənistanın Müdafiə Nazirliyindən AzadlıqRadiosunun erməni xidmətinə deyiblər ki, Azərbaycan kəşfiyyatçılarının Kəlbəcər rayonu istiqamətdə işğal altında olan ərazilərdə yaşayan 14 yaşlı erməni oğlanı əsir götürmələri barədə yayılan məlumatlar yalandır.

Ermənistan mediası həmçinin xəbər verirdi ki, 4 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçıları Kəlbəcərdə ermənilərin məskunlaşdırları ərazilərə giriblər. Erməni qüvvələri isə onları geri çəkilməyə məcbur edib.

Amma medianın bu məlumatının bu hissəsinə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətində şərh verməkdən imtina ediblər.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti də axar.az saytına ümumiyyətlə, qoşunların təmas xəttində heç bir dəyişikliyin olmadığını açıqlayıb:

“Ermənilər son dövrlər Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimlərdən xeyli qorxuya düşüb. Məhz buna görə onlar bu tip informasiyaları daxili auditoriyaya ünvanlayırlar. Bir daha qeyd edirik ki, yayılan bu məlumat təxribat xarakteri daşıyır”.

Azərbaycanın Kəlbəcər rayonunu Ermənistan silahlı qüvvələri 1993-cü ildə işğal edib. Hazırda orada erməni ailələri məskunlaşdırılır.

Erməni qüvvələri 20 ildən çoxdur Azərbaycanın Qarabağ regionunu və ətraf rayonları işğalda saxlayır.

Azərbaycan rəhbərliyi tez-tez bəyanr edirlər ki, erməni qüvvələri Kəlbəcər də daxil olmaqla bütün işağl olunmuş ərazilərdən çəkilməsə, Azərbaycan öz ərazilərində suveren hüquqlarını hərbi yollarla bərpa edə bilər.

XS
SM
MD
LG