Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:28

Tbilisi azərbaycanlı müxalifət fəalı Daşqın Ağalarlını Bakıya vermək istəyir


Daşqın Ağayarlı
Daşqın Ağayarlı

-

Gürcüstan hökuməti 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə saxlanan Azərbaycanın müxalifət fəal Daşqın Ağalarlını Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verməyə hazırlaşır.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Arzu Abdullayeva məlumat verib.

Onun dediyinə görə, 4500 avro vergi borcu ilə bağlı Azərbaycanın İnterpola axtarışa verdiyi üçün Daşqın Ağalarlı 2014-cü ilin martında Türkiyədən Gürcüstana gedərkən Batumidə həbs edilib və hazırda Tbilisidəki təcridxanalardan birində saxlanılır.

Daşqın Ağalarlının hüquqlarını türkiyəli vəkil müdafiə edir. Vəkil AzadlıqRadiosuna müsahibəsində Daşqın Ağalarlı ilə iyulun 11-də görüşəcəyini və bundan sonra geniş məlumat verəcəyini deyib.

AzadlıqRadiosunun araşdırmalarından məlum olub ki, hələ bu ilin mayında Daşqın Ağalarlı ilə bağlı Milli Şura sədri Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu, «Ziyalılar» Hərəkatı Gürcüstanın prezidentinə müraciət edərək həmin şəxsin Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verməməyə çağırıblar.

48 yaşlı, iki övlad atası olan Daşqın Ağalarlı milli azadlıq hərəkatının fəallarından biridir. O, 1992-ci ildə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. Sonrakı illərdə də Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib. Hazırkı həbsini və ona irəli sürülən ittihamı siyasi baxışlarına görə təqib hesab edir.

Hələlik onun işi ilə bağlı Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur.

XS
SM
MD
LG