Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:33

Ukraynada Malayziyanın sərnişin təyyarəsi qəzaya uğrayıb


İnterfaks və RİTA-SİTA agentliklərinin məlumatına görə, Malayziyanın sərnişin təyyarəsi Ukrayna ərazisi üzərində, Rusiya ilə sərhəddə yaxın yerdə qəzaya uğrayıb.

Agentliklər aviasiya rəsmilərinə istinadla xəbər verirlər ki, Boing 777 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçurdu.

Məlumatalara görə, təyyarədə 280 sərnişin və 15 heyət üzvü olub.

Onların hamısı həlak olub.

Rəsmilər bildiriblər ki, təyyarə Ukrayna ərazisində, Rusiya ilə sərhəddən 60 km məsafədə qəzaya uğrayıb.

İnterfaks həmçinin Ukraynanın hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, təyyarə Şaxtarsk şəhərciyi yaxınlığında qəzaya uğrayıb. Bu şəhərcvik Donetsk regionundadır.

İnerfaks aviasiya mənbəsinə istinadla yazır ki, Malayziya Hava Yollarına məxsus təyyarəni Ukrayna üzərində, 10 min metr hündürlükdə vurublar. Bu barədə əlavə heç nə deyilmir.

Ukraynanın Daxili işlər nazirliyinin rəsmisi Anton Gerashenko isə deyib ki, təyyarəni Buk təyyarə əleyhinə sistemlə vurublar.

Başqa məlumata görə, ekspertlərin fikrincə, əgər təyyarə vurulubsa, onu

10 km hündürlükdə yalnız Buk sistemi və ya C-300 raketi ilə vurmaq olardı.

Donetskdə separtaçı regionun baş nazirinin müavini olan Purgin deyib ki, hazırda Buk hava hücumundan müdafiə sistyemindən danışırlar, ancaq yaraqlılarda bu sistem ümumiyyətlə yoxdur.

XS
SM
MD
LG