Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:22

«Təyyarəni vuran Rusiyanın yaratdığı xaosdur»


-

Qərb mediası əmindir ki, Malayziya təyyarəsini məhz rusiyapərəst separtaçılar vurub, onlara rusiyalı mütəxəsislər kömək edib. Qərb mediası hesab edir ki, Malayziya təyyarəsinin vurulması ilə Ukraynanın şərqindəki müharibə, hətta qurtara bilər. Rusiyanın təcrid olunma riskindən isə rusiyalı varlılar dəhşətə gəlir.

Washington Post qəzeti yazır ki, Malayziya təyyarəsinin qəzası ilə bağlı müzakirələrdə bir vacib məqam var: bu təyyarənin qəzası Rusiyanın Ukraynanın şərqinə təcavüzünün nəticəsidir. Bu təcavüz bilərəkdən burada siyasi, hüquqi, hərbi xaos yaratmaq məqsədi güdürdü. Bu xaos olmasaydı, sərnişin təyyarəsinə yer-hava növlü raket atılmazdı.

Lap əvvəldən Rusiya Ukraynanın şərqinə əsgər göndərmədi, bunun əvəzində yaraqlılar, muzdlular və İgor Strelkov kimi əməliyyat rəhbərləri göndərdi.

İgor Strelkov Rusiyanın məxfi xidmətinin polkovnikidir və hər iki çeçen müharibəsində vuruşub. Digər belə əməliyyat rəhbəri Vladimir Antyufeyevdir. 1991-ci ildə Latviya KQB-si müstəqil Latviya hökumətini devirmək istəyəndə, bu cəhdə məhz Atyufeyev başçılıq edirdi.

New York Times onu yazır ki, iyun ayında Rusiyanın bir neçə mediası «Buk» raket kompleksinin şəkillərini vermişdi ki, bunu yaraqlılar ələ keçirib. Bu şəkillərin hamısı sonradan yığışdırıldı.

Foreign Policy məcmuəsi əmindir ki, Malayziya təyyarəsini vuran raket Ukraynadakı müharibəyə son qoyacaq: təyyarənin vurulması Ukraynanın şərqindəki separtaçıların sonudur, bu, Rusiya prezidenti Vladimir Putin üçün dəhşət yaradacq.

Foreign Policy onu da vurğulayır ki, raketi separtaçıların atdığına şübhə çox azdır.

Bloomberg xəbər saytı isə yazır ki, Putin Rusiyanı təcrid etmə riskinə gedir. Bu da rusiyalı milyarderləri dəşhətə gətirir.

Bloombergin fikrincə, Putin Ukraynaın şərqində müharibəyə son qoymasa Rusiya Belarusun, Rusiya liderləri Lukashenkonun gününə düşəcək.

XS
SM
MD
LG