Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:13

1-ci sinif şagirdləri üçün kitabda rüşvət verməyin qaydası


-

“Keçi bir kasa qatıq çaldı və bir dəstərxan yağlı çörək bişirdi ki, qazıya sovqat aparsın...”

“Qazı keçinin sovqatını açıb baxdı və xoşhal oldu...”

Hakimə rüşvət verilməsi haqqında bu cümlələr qurd və keçi haqda nağıldandır.

Nağıl isə “Ana sözü - 1” kitabındandır.

“Ümumtəhsil məktəbləri üçün dərs vəsaiti”ndən (“Çaşıoğlu” nəşriyyatı, 2008).

Özü də “Təkmilləşdirilmiş yeni nəşrdən”.

2002-ci ildə Təhsil Nazirliyinin 705 saylı əmri ilə sinifdənxaric dərs vəsaiti kimi təsdiq edilib.

Nağılda qurd da qazıya rüşvət aparır.

Qazı işi rüşvətin “yağlı”sını verənin, yəni keçinin xeyrinə həll edir.

“Uşaqları rus bölməsində oxuyan adamlara asandı demək ki, uşağınızı Azərbaycan bölməsinə qoyun, rus bölmələri bağlansın kimi fikirlərlə asıb-kəsmək asandı. Bu nağılın uşaqlara verdiyi mesaj nədir? İstəyirsiniz uşaqların altşüuruna hopsun bu mərdiməzarlıqlar?”

Facebook istifadəçisi “Səbinə Aslanova” yazır bunu – kitabdan nağılın bir səhifəsinin fotosunu paylaşaraq.

“Zhala Azizova” isə bu posta rusca yazdığı şərhdə qeyd edir ki, “Bu, korrupsiyanın insanların şüuruna nə dərəcədə yeridiyini sübut edir. Mübarizəni ilk növbədə insanların şüurundan başlamaq lazımdır. Belə fikirlərin dəsliklərdə yer alması isə tamamilə yolverilməzdir:(((”

Bəs siz nə düşünürsüz?

XS
SM
MD
LG