Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:53

Türk məktəblərinin şagirdləri məktəb tapa bilmir [Video]


Lisey şagirdləri məktəb tapa bilmir
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

-

İyulun 26-da keçmiş «Çağ Öyrətim» məktəblərində oxuyan bir qrup şagirdin valideyni Bakı Özəl Türk Liseyinin qarşısında aksiya keçirib.

Qızı Qafqaz Gimnaziyasında oxuyan Nailə Bağırovanın dediyinə görə, bağlanan 11 liseyin yalnız 300 şagirdi Təhsil Nazirliyinin məktəblərində yerləşə bilib:

«Bu liseylərdə ümumilikdə 4 mindən çox şagird təhsil alırdı. 4 minə yaxın şagird indi havada qalıb. Biz şagirdlərin təhsilini davam etdirməsi üçün məktəb tapa bilmirik. Ona görə yox ki, Təhsil Nazirliyinin nəzdindəki məktəblərdə təhsil səviyyəsi yüksək deyil. Ona görə ki, türk liseylərində tədris proqramı orta məktəblərin proqramı ilə üst-üstə düşmür, bir-birindən çox fərqlənir. Biz də bilmirik nə edək, hara gedək ki, uşaq təhsilinə davam etsin».

Nailə Bağırova deyir ki, valideynlər bağlanan liseylərin Təhsil Nazirliyinin balansına verilməsini istəyirlər:

«Məktəblərə yeni qəbul aparmasınlar, amma indiyə kimi qəbul olunmuş şagirdlərə orta təhsillərini oxuyub qurtarmaq imkanı yaratsınlar».

Valideynlər aksiyalarını iyulun 30-da Təhsil Nazirliyinin qarşısında davam etdirməyə qərar veriblər.

Bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən «Çağ Öyrətim» məktəbləri Dövlət Neft Şirkətinin (SOCAR) nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tabeliyinə keçirilmişdi. Bu yaxınlarda isə SOCAR məktəbləri maliyyələşdirə bilmədiklərini əsas gətirərək təhsil ocaqlarını bağlayıb.

XS
SM
MD
LG