Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:50

Ukraynada yaşayan azərbaycanlılar ölkə rəhbərliyinə müraciət ediblər


Oleh Babayev
Oleh Babayev

“Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Prezident Administrasiyası, baş prokuror və daxili işlər nazirinə müraciət edib.

Müraciətdə milliyyətcə azərbaycanlı olan keçmiş deputat, Kremençuq şəhərinin meri və iş adamı Oleq Babayevin iyulun 26-da qətlə yetirilməsindən narahatlıq bildirilir.

Müraciətdə həmçinin bu il mayın 14-də BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti və iş adamı Rövşən Tağıyevə eyni şəkildə sui-qəsd edilməsi və onun təsadüf nəticəsində sağ qaldığı qeyd edilir:

“Oleq Babayevin öldürülməsi ilk hal deyil. Təxminən 2 ay əvvəl Rövşən Tağıyevə də silahlı basqın olub və biz növbəti dəfə azərbaycanlılara qarşı belə bir sui-qəsdin törədilməyəcəyinə əmin deyilik.

Ukrayna dövlətinin inkişafında daim fəal olan azərbaycanlılar bu məsələnin ciddi nəzarətə götürülməsini, baş verən cinayətlərin tezliklə araşdırılması və cinayətkarların cəzalarındırılmasını istəyirik istəyirik”.

XS
SM
MD
LG