Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:10

Leyla Yunus: Seçim Sizindi…


Leyla Yunus
Leyla Yunus

-

İyulun 29-da Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus prezident İlham Əliyevə müraciət edib:

«Cənab prezident, Bəsdir vahimələndiniz. Sizi gerçək olaraq izahedilməz qorxu və həyacan basıb. Nədən belə qorxursunuz? Doğrudanmı, bu gənclər – bloggerlər, NİDA fəalları hakimiyyətinizə belə təhlükə yaradır ki, hər gün yeni gənclər həbs olunur?! Siz bilirsiniz, onların valideynləri hər saat yaxınlarınıza nələr arzu edir? Parlaq ziyalılar olan Yadigar Sadıqlı və Həsən Hüseynli «xuliqan» oldu! Müxtəlif ölkələrin və xalqların tarixində analoji yaxud daha sərt repressiyalar təkrarlanıb. Nəticə birdir. Gözəl anlayıram – arxalanacağınız, güvənəcəyiniz heç kim yoxdur...».

Müraciətin sonunda L. Yunus qeyd edir: «Özünüzü ələ alın. Dayanmaq heç vaxt gec deyil. Yalnız o dünyadan dönüş yoxdur. Emosiyalara qapılıb Sizi qıcıqlandıranlara, öz əllərinizlə boğmaq istədiklərinizə divan tutmağı tələb etmək lazım deyil. Düşünün, axı tarixdə ölkəsini qana bulayan diktator və tiran kimi deyil, tolerant və praqmatik siyasətçi kimi qalmaq olar. İndi, bu gün göstərişinizlə həbs edilən BÜTÜN günahsızları həbsdən azad edin. Seçim Sizindi…»

«Ayna»-«Zerkalo» qəzetlərinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun həbsindən sonra, aprelin 28-də gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus xaricə gedərkən Bakı aeroportunda saxlanmışdılar. Onların ölkədən çıxmasına icazə verilməmişdi. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilmişdi.

XS
SM
MD
LG