Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

"Parkımızı özümüzə qaytarsınlar"


Arxiv fotosu
Arxiv fotosu

-

“Burada ağacların qırılmasına, ticarət mərkəzinin tikilməsinə imkan verməyəcəyik”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məskunlaşmış bir qrup məcburi köçkün şikayət edib. Onları narahat edən budur ki, yaşadıqları binanın qarşısında ticarət obyektlərinin tikilməsi planlaşdırılır, buna görə də ağaclar kəsilir.

"AĞACLARI BİLƏ-BİLƏ QURUDURLAR"

“Bəzi obyektlərin özülü də qazılıb, bəzilərinin isə yeri işarələnib. Dayanacaq kimi istifadə etdiyimiz yerdə də ticarət obyekti tikilib. Yaşıllıqları məhv etmək üçün ərazyi üzrə Mənzil İstismar Sahəsinin işçiləri parkın suvarma sistemini bağlayıblar ki, ağaclar qurusun”.

Sakinlərin sözlərinə görə, bir neçə dəfə imza toplayıb Mənzil İstismar Sahəsinə və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Ancaq nəticəsi olmayıb.

Köçkün Alim Hüseynov:

“Harda görülüb ki, yaşayış binasının 2 metrliyində ticarət obyekti tikilsin? Axşam yatırsan, səhər oyanıb görürsən ki, binanın iki metrliyində özül qazılır. Nə xəbərdarlıq, nə razılaşma... Elə bil binalarda yaşayanlar insan deyil. Katlavanların qazıldığı yerlər bina sakinlərinin istirahət yeridir. Bu binalarda azı yüz azyaşlı var. Bir o qədər də qoca, xəstə... Gecəylə bütün oturacaqları yığışdırıblar. Ağaclar kökündən çıxarılıb. Biz səs-küy salandan sonra ağacları qırmağı dayandırdılar. İndi işlərini siyasətlə davam etdirirlər. suyu kəsiblər ki, ağaclar qurusun, kəsəndə də desinlər ki, quruyub, ona görə kəsirik”.

Qaradağ rayon icra hakimiyyətindən məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyimizi məsləhət gördülər. Komitə isə vəziyyəti araşdıracağını vəd etdi.

XS
SM
MD
LG