Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:04

İlin sonuna qədər 500 min mənzilə qaz sayğacı qoyulacaq


Bu ilin sonuna qədər Bakıda 500 min mənzilə qaz sayğacı quraşdırılacaq. Artıq 260 min mənzil sayğacla təmin olunub. Bakı Qaz İstehsalat İdarəsinin rəisi Tahir Əliyevin verdiyi məlumata görə, mənzillərdə sayğacların quraşdırılması əhali üçün pulsuzdur: «Bütün abonentlərə bildirirəm ki, həm dik borular çıxarılan binalarda, həm də fərdi evlərdə quraşdırılan sayğaclar pulsuzdur, heç kim buna görə əhalidən pul ala bilməz».


Cənab Əliyev mənzilinə sayğac qoyulan bəzi şəxslərin sayğac işləməyə-işləməyə pul yazması haqqında şikayətlərinin olduğunu da dedi. İdarə rəisinin sözlərinə görə, bu, ancaq xətt birləşmələrində olan sızmalarla bağlı ola bilər.


Bakı Qaz İstehsalat İdarəsi payız-qış mövsümünə də hazır olduğunu bildirir: «Yeraltı qaz anbarlarına 1 milyard kubmetr qaz vurulub, yararsız boru xətləri təmir edilir. Bakının qəsəbələrində qazla bağlı problemlər isə bu və gələn il tamamilə aradan qaldırılacaq».


XS
SM
MD
LG