Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16

Keçmiş maliyyə naziri Fikrət Yusifovun işiylə bağlı məhkəmə avqustun 2-də başlayacaq


Avqustun 1-də Nəsimi rayon məhkəməsində keçmiş maliyyə naziri Fikrət Yusifovun işiylə bağlı məhkəməyə hazırlıq iclası keçirilib. Məhkəmə prosesi avqustun 2-nə təyin olunub. Prosesə sədrlik edən Nəsimi rayon məhkəməsinin sədri Ələddin Cəfərov «Azadlıq» radiosuna bildirib ki, məhkəmə iclası açıq olacaq. Fikrət Yusifov Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə qanunsuz silah saxlamaqda ittiham olunur.


O, 2005-ci ilin oktyabrında keçmiş səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezident Aparatının keçmiş işlər müdiri Akif Murvdverdiyevlə birlikdə həbs olunmuşdu. İlkin istintaq dövründə o da sabiq nazirlərlə birlikdə dövlət çevrilişinə cəhddə ittiham olunurdu. Sonradansa onun işi ümumi cinayət işindən ayrılıb məhkəməyə göndərildi.


İstintaqı aparan Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev isə bildirdi ki, Fikrət Yusifovun üzərindən əvvəl ittiham olunduğu hakimiyyəti zorla ələ keçirmə maddəsi götürülməyib, sadəcə qanunsuz silah saxlamağa görə ittiham həmin işdən ayrılıb. Vüqar Əliyevin sözlərinə görə, Fikrət Yusifov hələ də hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunur və hazırda həmin işlə bağlı istintaq davam edir.


XS
SM
MD
LG