Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

Hüquq müdafiəçiləri Sakit Zahidovun həbsinin siyasi motivli olduğunu bildirirlər


"Sərhədsiz reportyorlar" Sakit Zahidovun məhkəməyə kimi azadlığa buraxmasını istəyir
"Sərhədsiz reportyorlar" Sakit Zahidovun məhkəməyə kimi azadlığa buraxmasını istəyir

İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyası və Azərbaycan Hüquq Müdafiə Mərkəzinin avqustun 2-də yaydığı birgə bəyanatında "Azadlıq" qəzetinin əməkdaşı, satirik jurnalist Sakit Zahidovun həbsi pislənilib. Sənədin müəllifləri bildirirlər ki, jurnalistin işi siyasi motivlərlə saxtalaşdırılıb. Bununla əlaqədar sözügedən təşkilatlar Azərbaycan hakimiyyətini şəffaf və düzgün təhqiqat aparmağa çağırırlar.
Sənəddə eyni zamanda BMT-nin fikir azadlığı üzrə xüsusi məruzəçilərinin ölkədə söz azadlığının və Kütləvi İnformasiya Vasitələrinin (KİV) vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycana səfərinin vacib olduğu vurğulanır.


Avqustun 4-də "Sərhədsiz reportyorlar" təşkilatı da eyni məzmunda bəyanatla çıxış edib. Təşkilat xüsusilə Sakit Zahidovun səhhətilə bağlı narahatlığını bildirib. "Sərhədsiz reportyorlar" cənab Zahidovun ürəyinin xəstə olmasını nəzərə alaraq hakimiyyəti ona qarşı diqqətli olmağa, məhkəməyə kimi jurnalisti azadlığa buraxmağa çağırır.


Sakit Zahidov iyunun 23-də həbs olunub. Polis onun üzərindən 10 qram heroin tapıldığını bildirir. İstintaq jurnalistin narkotik maddələrdən istifadə etdiyinin təsdiqləndiyini iddia edir. Bu ittiham sübuta yetirilərsə, jurnalisti 12 ilə qədər həbs cəzası gözləyir. Jurnalistin özü və çalışdığı «Azadlıq» qəzetinin əməkdaşları isə ittihamın jurnalistin satirik şerləri ilə bağlı olduğunu söyləyirlər. «Azadlıq» qəzetində Sakit Zahidovun hakimiyyət nümayəndələrinin ünvanına sərt ifadələrlə satirik şerləri çap olunurdu.


XS
SM
MD
LG