Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:12

Xaricdə magistraturada oxumaq üçün 5 yerə 25 gənc iddialıdır


Müsabiqə əsasən neft sahəsinə aid yüksək səviyyəli mütəxəssislərin hazırlanması məqsədilə keçirilir
Müsabiqə əsasən neft sahəsinə aid yüksək səviyyəli mütəxəssislərin hazırlanması məqsədilə keçirilir

Dövlət hesabına xarici ali məktəblərin magistraturalarında oxumaq istəyənlər üçün təşkil olunan müsabiqəyə sənəd qəbulu avqustun 4-də başa çatıb. Müsabiqəyə bu il ali məktəblərin bakalavr pilləsini bitirmiş 25 gənc sənəd verib. Bu barədə «Azadlıq» radiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadə məlumat verib. Onun bildirdiyinə görə, müsabiqədə iştirak edənlər arasından xarici dil bilikləri də daxil olmaqla bir sıra parametrlər nəzərə alınmaqla 5 nəfər seçiləcək. Müsabiqə I ixtisas qrupu üzrə əsasən neft sahəsinə aid yüksək səviyyəli mütəxəssislərin hazırlanması məqsədilə keçirilir.


Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu ildən əsasən neft sahəsinə aid ixtisaslar üzrə 5 gənc nüfuzlu xarici ali məktəblərin magistraturasına göndəriləcək. Həmin ali məktəblərin adları açıqlanmasa da, Elnur Nağızadənin sözlərinə görə, onların Avropa ölkələrinin təhsil ocaqları olduğu dəqiqdir. TQDK müsabiqənin tarixini yaxın vaxtlarda elan edəcək.


Müsabiqədə iştirak üçün bu ilin iyulunda magistraturaya qəbul imtahanlarında 80-dən artıq bal toplamaq vacib idi.


XS
SM
MD
LG