Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:45

İranda Azərbaycan fəallarının məhkəməsi keçirilir


Hazırda 15-20 nəfər azərbaycanlı fəalın hələ Təbriz həbsxanasında saxlanıldığı bildirilir
Hazırda 15-20 nəfər azərbaycanlı fəalın hələ Təbriz həbsxanasında saxlanıldığı bildirilir

Avqustun 5-də Marağada bir qrup azərbaycanlı fəalın məhkəməsi başlanıb. Müttəhim qismində çıxış edən Hamid Yeqanəpur, Yaşar Həkkəkpur, Məcid Pəjuhi və Davud Əzimzadə İran dövlətinə qarşı fəaliyyətdə və iğtişaş yaratmaqda təqsirləndirilirlər. Onlar 20 gün əvvəl zaminə buraxılıblar.


Avqustun 3-də 50 milyon tümən [təqribən 550 min ABŞ dolları] müqabilində daha bir Azərbaycan ziyalısı -- Azərbaycan tarixi və Azərbaycan dilinin qrammatikasından dərs deyən Əli Bədəli həbsdən azad edilib. «Amerikanın Səsi» radiosuna müsahibə verən Əli Bədəli bildirib ki, həbsdə olarkən ona heç bir işgəncə verilməyib. Ancaq o, ailə üzvlərinin bir ay müddətində ondan heç bir xəbər ala bilmədiyini, bu səbəbdən bir məhbus kimi haqlarının tapdalandığını söyləyib. Əli Bədəli azad olunsa da, məhkəməsinin keçiriləcəyi gündən bixəbərdir.


Hazırda 15-20 nəfər azərbaycanlı fəalın hələ Təbriz həbsxanasında saxlanıldığı bildirilir.


XS
SM
MD
LG