Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:43

Gəncə, Sumqayıt, Tovuz və Qubaya təbii qazın verilməsi bərpa olunub


20 rayon və şəhərə isə hələ də qaz verilmir
20 rayon və şəhərə isə hələ də qaz verilmir

Avqustun 6-da Gəncə, Sumqayıt, Tovuz və Qubaya təbii qazın verilməsi bərpa olunub. Həmin bölgələrin icra hakimiyyətləri «Azəriqaz» Səhmdar Cəmiyyətinə qazdan istifadə haqlarının yığım səviyyəsini 100 faizə çatdıracaqlarına dair zəmanət veriblər.


Ancaq «Azəriqaz»ın Nəzarət Xidmətinin rəhbəri Nüsrət Qasımov belə bir zəmanətə inanmır. O, deyir ki, qaz pulunun tam yığılması üçün insanların psixologiyasında dəyişiklik lazımdır:


«Şüurda inqilab olmalıdır. Adamlar sovet psixologiyasından əl çəkə bilmirlər ki, Allahın, hökumətin qazıdır, bunu dağıtmaq olar. Əgər biri ödəyirsə, o birisi də ödəməlidir».


Avqustun 5-də «Azəriqaz» Səhmdar Cəmiyyəti qaz pulunun yığım səviyyəsi aşağı olan 24 rayon və şəhərin qazını kəsmişdi. Qalan 20 rayon və şəhərə isə hələ də qaz verilmir.


XS
SM
MD
LG