Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

Akif Muradverdiyevin səhhəti yenidən pisləşib


Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevin vəkilləri müdafiə etdikləri şəxs haqqında seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirlər. Avqustun 8-də onlar bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Cənab Muradverdiyevin vəkili Fuad Ağayev «Azadlıq» radiosuna bildirib ki, müraciətə səbəb sabiq işlər müdirinin səhhətinin kəskin pisləşməsidir. Vəkil deyir ki, hazirda Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin xəstəxanasında müalicə olunan Akif Muradverdiyev təzyiq, mədə və bağırsaq xəstəliklərindən əziyyət çəkir.


Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev 2005-ci ilin oktyabrında həbs olunub. O, həmin vaxt həbs olunan keçmiş Səhiyyə və İqtisadi İnkişaf nazirləri Əli İnsanov və Fərhad Əliyevlə birlikdə dövlət çevrilişinə cəhddə ittiham olunur.


XS
SM
MD
LG