Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:30

«Milli Yol» qəzetinin baş redaktoru azadlıqdan məhrum edildi


«Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli
«Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli

Avqustun 10-u səhər Nəsimi Rayon Məhkəməsinin hakimi Gülnarə Tağızadənin çıxardığı qərarla «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli bir il müddətinə azadlıqdan məhrum edilib.


Qərar deputat Arif Rəhimzadənin iddiası ilə şərəf və ləyaqətin, işgüzar nüfuzun təhqir olunması ittihamı üzrə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinə əsasən çıxarılıb.


Parlament seçkisi ərəfəsində «Milli Yol» qəzetində Arif Rəhimzadənin karikaturası dərc edilmişdi. «Milli yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli avqustun 9-da polis tərəfindən saxlanılıb.


Avqustun 14-də isə Daxili İşlər Nazirliyinin (DİN) «Milli Yol» qəzetinə qarşı iddiasına da baxılacaq. DİN rəhbərliyi də nəşri böhtan və işgüzar nüfuzun təhqirinə görə məhkəməyə verib.


Bu iddiaya səbəb isə «Milli Yol»da «Adam oğrularının himayəçisi» və «Həyasız adam» başlıqlı yazıların dərc edilməsidir.


XS
SM
MD
LG