Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:22

Gələn həftə Tarif Şurası nəqliyyatda gediş haqqı ilə bağlı məsələyə baxacaq


Gələn həftə Tarif Şurası nəqliyyatda gediş haqqı ilə bağlı məsələyə baxacaq. Bu barədə məlumat verən İqtisadi İnkişaf naziri Heydər Babayev jurnalistlərin marşrut avtobuslarında gediş haqqının qaldırılması barədə sualını cavablandırmaqdan imtina edib. Nazir yalnız onu deyib ki, hökumət şəhərdaxili nəqliyyat xidmətlərinin yüksək səviyyədə olmasında maraqlıdır. Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən sərnişindaşıma avtobuslarının keyfiyyəti standarlara cavab vermir. Keçən həftə Nəqliyyat nazirin müavini Musa Pənahov nəqliyyatda gediş haqqının qaldırılma ehtimalının olduğunu demişdi.


XS
SM
MD
LG