«Qlobus» bu dəfə Azərbaycanın xaricdəki imicindən bəhs edir. Verilişin qonaqları Kanada Azərbaycanlıları Təşkilatları Federasiyasının rəhbəri Əkbər Məcidov, Almaniyadakı Türkiyə Araşdırmalar Mərkəzinin tədqiqatçısı Elxan Sadıxzadə və «Azadlıq» radiosunun xəbər bölməsinin əməkdaşı Robert Parsonsdur.
Azərbaycanlıların qərb ölkələrinə axını Sovet İttifaqının süqutundan sonra, təxminən 10-15 il bundan qabaq başlayıb. Son illər isə xarici ölkələrdə Azərbaycanın tanıdılması üçün diaspora cəmiyyətləri yaranıb. Amma diasporanın fəaliyyəti, Azərbaycanın imicinin yaxşılaşdırılması üçün gördüyü işlər heç də birmənalı qarşılanmır. Kanada Azərbaycan Təşkilatları Federasiyasının rəhbəri Əkbər Məcidov hesab eldir ki, bu gün Kanada, Amerika və bir çox Avropa ölkələrində Azərbaycanın varlığı tam mənasında bilinmir.
Almaniyadakı Türk Araşdırmalar Mərkəzinin tədqiqatçısı Elxan Sadıqzadə isə deyir ki, Azərbaycan haqqında xaricdə kifayət qədər müsbət imic formalaşıb və Almaniyada Azərbaycanı neft ehtiyatlarıyla, Qarabağ münaqişəsiylə və iqtisadiyyatdakı yeniliklərlə tanıyırlar.
Qlobusun axırıncı qonağı «Azadlıq» radiosunun xəbər bölməsinin əməkdaşı Robert Parsonsdur. Cənab Parsons deyir ki, xaricdə Azərbaycanı demək olar ki, az tanıyırlar və Qərbdə insanlar, ümumiyyətlə, Azərbaycan haqqında düşünmürlər. Azərbaycan haqqında bilgilər ondan ibarətdir ki, Azərbaycanda neft var, bu da ilk növbədə Bakı-Tbilisi-Ceyhan kəməri və bunun ətrafında gedən müzakirələrlə bağlıdır. Azərbaycanın özünün vəziyyətinə gəldikdə, burada heç də hər şey pozitiv qarşılanmır. Robert Parsonsun sözlərinə görə, insanlar bir dövlət kimi Azərbaycan haqqında fikirləşəndə, bunu post-sovet ölkələrindən biri, korrupsiyanın olduğu ölkə kimi qəbul eldir.
Azərbaycanın tanınmasında dünya mediasının nə kimi rol oynamasına gəldikdə, cənab Pasons deyir: «Məncə, burada Azərbaycanı reklam eldən vasitə kimi medianın rolundan söhbət getməməlidir. Əgər Azərbaycanda nəsə maraqlı baş verərsə, ya da Azərbaycan hökuməti dünya mediasının diqqətini cəlb eldə biləcək hansısa addım atarsa, media bunu işıqlandıracaq. Amma indi Azərbaycanda dünya mediasında maraq doğura biləcək heç nə baş vermir. Robert Parsons deyir ki, Qarabağ münaqişəsi də Azərbaycanın imicinə mənfi təsir göstərir: «İlk növbədə bu təhlükəsizliklə bağlıdır. Münaqişəyə görə insanlar ora istirahət üçün getmək istəməzdilər».
DİNLƏYİN!