Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:14

Hafiz Paşayev nazir müavini və rektor təyin edildi


Hafiz Paşayev diplomatik fəaliyyətindən əvvəl MEA-nın Fizika İnstitutunda çalışıb
Hafiz Paşayev diplomatik fəaliyyətindən əvvəl MEA-nın Fizika İnstitutunda çalışıb

Prezident İlham Əliyevin avqustun 14-də imzaladığı sərəncamla Hafiz Mir-Cəlal oğlu Paşayev Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında və Meksikadakı fövqəladə və səlahiyyətli səfiri və Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifəsindən geri çağırılıb.


Ölkə başçısının digər sərancamı ilə o, Xarici İşlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.


Hafiz Paşayev Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinə 1993-cü ilin əvvəllərində keçmiş prezident Əbülfəz Elçibəy tərəfindən təyin olunmuşdu. Bir çox səfirlərdən fərqli olaraq, o, 1993-cü il iyununda hakimiyyət dəyişikliyindən sonra öz vəzifəsini qoruyub saxlaya bilmişdi.


Hafiz Paşayev hakim elitaya yaxınlığı ilə tanınır. O, prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanın əmisidir.


İxtisasca nəzəriyyəçi-fizik olan cənab Paşayev diplomatik fəaliyyətindən əvvəl Milli Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. Cənab Paşayev Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin oğludur.


XS
SM
MD
LG